Məhkəmə qərarları › İş №1(100)-198/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-198/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-198/2022 05.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X7 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Ağdam rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni 1 ədəd göy rəngli kağız bükümdə və 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd göy rəngli kağız bükümdə və 3 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib qardaşının arvadı Şahid1 qızına məxsus ünvan 2 ünvanında saxlamış, 21 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 qızına məxsus ünvan 2 ünvanında yerləşən evə baxış istintaq hərəkətinin keçirilməsi zamanı həmin evin mətbəxindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,042 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,202 qram olmaqla ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,01 qram və 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,308 qram, 5,709 qram olmaqla ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsоğlu ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə özünü təqsirli bilməyərək Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşamışdır. 21 oktyabr 2021-ci il tarixdə qardaşının arvadı Şahid1 məxsus yaşadığı binada mənzil 3 ünvanında evdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları həmin mənzilə gəlmiş və mənzildə narkotik vasitə olmasından şübələndikləri üçün onun və Şahid1 razılığı əsasında mənzilə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra Şahid1 yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Polis əməkdaşları baxış keçirməzdən əvvəl mənzildə narkotik vasitə olub-olmadığını soruşmuş, o isə mətbəxdə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra o, mətbəxə daxil olaraq rəfin üzərinə qoyduğu kibrit qutusunda və siqaret qutusunda saxladığı özünə məxsus “kokos” və “patı” adlandırılan narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun və Şahid1 iştirakı ilə qutuların içərisindəki kütlələrə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr ayrı-ayrılıqda çəkilərək qablaşdırılmışdır. Həmçinin, narkotik vasitə və psixotrop maddələrlə yanaşı bir ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Baxış keçirildikdən sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılsa da, heç bir qanunsuz əşya, predmet və sair aşkar edilməmişdir. O, Şahid1 yaşadığı mənzildə saxladığı narkotik vasitə və psixotrop maddələri təxminən bir həftə əvvəl qəsəbə ərazisində yolun kənarından tapmış, şəxsi istifadəsi üçün saxlamış, həmin narkotik vasitə və psixotrop maddələrdən heç kimə verməmiş, satmamış, yalnız istifadə etmək məqsədilə saxlamışdır.O, evdə narkotik vasitə və psixotrop maddələr saxlaması barədə heç kimə heç nə deməmiş, Şahid1 onun mənzildə narkotik vasitə və psixotrop maddələr saxlaması barədə məlumatı olmamış, mənzildən aşkar edilmiş elektron tərəzini narkotik vasitə və psixotrop maddələrlə birgə tapmış, lakin tərəzidən hər hansı məqsəd üçün istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 qızı ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs Əlösvət oğlu onun qaynıdır. 21 oktyabr 2021-ci il tarixdə saat 21:00 radələrində mənzildə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı mənzilə gələrək narkotik vasitə və psixotrop maddələr saxlanılması şübhəsi olduğuna görə videoçəkilişdən istifadə etməklə baxış keçiriləcəyini izah etmişlər. Həmin vaxt Emin də yaşadığı mənzildə olmuşdur. O, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazdıqdan sonra polis əməkdaşları Emindən mənzildə narkotik vasitə saxlayıb-saxlamamasını soruşmuşlar. Bu zaman Emin mətbəxdə narkotik vasitə və psixotrop maddə saxladığını demişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə mətbəxə daxil olmuş və Emin mətbəxdəki rəfin üzərində olan sellofanı götürüb masanın üzərinə qoyaraq içərisindəki kibrit və siqaret qutularında “kokos” və “patı” adlandırılan qanunsuz maddələr saxladığını söyləmişdir. Əvvəlcə, kibrit qutusunun, ardınca isə siqaret qutusunun içərisi açılaraq baxış keçirilmişdir. Baxış zamanı qutuların içərisindəki bükümlərdən narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər növbə ilə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmaqla qablaşdırılmışdır. Həmin bükümlərdən başqa mənzildən bir ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Emin aşkar edilmiş bükümlərin “kokos” və “patı” olduğunu, onları və elektron tərəzini təxminən bir həftə əvvəl qəsəbə ərazisində yolun kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlanılmasından məlumatı olub-olmadığını soruşmuş, ancaq o, bu barədə heç bir məlumatı olmadığını söyləmişdir. Daha sonra mənzilə baxış keçirilməsi davam etdirilmiş, lakin başqa heç bir qanunsuz əşya, predmet və sair aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birgə həmin protokolu imzalamışdır. Bundan sonra isə Emin polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu 866 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və alğı-satqısı ilə məşğul olması, üzərində və qardaşının arvadı Şahid1 qızının yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin gün saat 21:00 radələrində o, Şahid4 və Şahid2 ilə birlikdə Şahid1 yaşadığı, ünvan 5 ünvanında yerləşən mənzilə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs də sözügedən mənzildə olmuşdur. Onlar Şahid1 yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxlanılması şübhəsi olduğuna görə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini izah etmişlər. Şahid1 baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs mənzildə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs mətbəxdə narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmiş və onları könüllü şəkildə təqdim edə biləcəyini söyləmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə mətbəxə daxil olmuşlar. Təqsirləndirilən şəxs mətbəxdəki rəfin üzərində olan sellofanı götürüb masanın üzərinə qoyaraq içərisindəki kibrit və siqaret qutularında “kokos” və “patı” adlandırılan qanunsuz maddələr saxladığını bildirmişdir. Əvvəlcə, kibrit qutusunun, ardınca isə siqaret qutusunun içərisi açılaraq baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusundan iki ədəd, siqaret qutusundan isə dörd ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərin içərisində narkotik vasitə və psixotrop maddələrə bənzər ağ və qəhvəyi rəngli kütlələr olmuşdur. Aşkar edilmiş kütlələr növbə ilə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmaqla qablaşdırılmış və tərkiblərinin və çəkilərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Bükümlərdən başqa mənzildən bir ədəd elektron tərəzi də aşkarlanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin içərisindəki kütlələrin “kokos” və “patı” olduğunu, bükümləri və elektron tərəzini təxminən bir həftə əvvəl qəsəbə ərazisində yolun kənarından tapdığını və şəxsi istifadəsi üçün mənzildə saxladığını demişdir. Bundan sonra Şahid1 yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlanılmasından məlumatı olubolmaması barədə sual verilmiş, lakin Şahid1 bu barədə heç bir məlumatı olmadığını söyləmişdir. Daha sonra mənzilə baxış keçirilməsi davam etdirilsə də, başqa heç bir qanunsuz əşya, predmet və sair aşkar olunmamışdır. Ardınca protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birgə həmin protokolu imzalamışdır. Həmin gün saat 21:35 radələrində Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi olduğuna görə polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərində axtarış aparılsa da, Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birgə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxsona əvvəllər heç kimə narkotik vasitə satmamasını, heç vaxt bu niyyətdə olmamasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinəuyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin23 oktyabr 2021-ci il tarixli 4(044)-183/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin kompleks məhkəmə-kimyəvi-bioloji ekspertizasının 22 oktyabr 2021-ci il tаriхli 16/1124 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Şahid1 qızının yaşadığı mənzildən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus narkotik vasitəyə bənzər maddə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “göy” rəngli kağız bükümdə təmiz çəkisi 0,042 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin kağız paketdəki 1 (bir) ədəd “göy” rəngli kağız bükümdə təmiz çəkisi 0,01 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 qızının yaşadığı mənzildən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus narkotik vasitə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,202 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdəki 3(üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,308 qram, 5,709 qram, ümumi təmiz çəkisi 6,336 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Tədqiqata təqdim edilmiş metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 qızının yaşadığı ünvan 2 ünvanına 21 oktyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin mənzilin mətbəxində saxladığı 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,042 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,202 qram olmaqla ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,01 qram və 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,308 qram, 5,709 qram olmaqla ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini təqdim etmiş, həmin bükümlər və tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 25 dəqiqə 23 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə Şahid1 qızının yaşadığı ünvan 2 ünvanına 21 oktyabr 2021-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin mənzilin mətbəxində saxladığı 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,042 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,202 qram olmaqla ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,01 qram və 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,308 qram, 5,709 qram olmaqla ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini təqdim etməsi öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 17 yanvar 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs nаrkоtik vаsitə və psixotrop maddələri satış məqsədilə qardaşının arvadı Şahid1 qızının yaşadığı mənzildə saxlaması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCdən 17 yanvar 2022-ci il tarixli 721 nömrəli məktubla daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması və alması ilə bağlı müxtəlif məzmunlu zənglər və ismarıclar müəyyən edilmiş, həmin zəng və ismarıclar çıxarış şəklində çap edilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli 169 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 25 yanvar 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 27 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum edilmiş, 07 oktyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,ümumi təmiz çəkisi 2,024 qram olan heroin, ümumi təmiz çəkisi 6,041 qram olan metamfetamin, 01 ədəd elektron tərəzi və Şahid1 qızının yaşadığı mənzilə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 27 yanvar 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün saxlaması, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni 1 ədəd göy rəngli kağız bükümdə və 1 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd göy rəngli kağız bükümdə və 3 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib qardaşının arvadı Şahid1 qızına məxsus ünvan 2 ünvanında saxlamış, 21 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 qızına məxsus ünvan 2 ünvanında yerləşən evə baxış istintaq hərəkətinin keçirilməsi zamanı həmin evin mətbəxindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,042 qram və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,202 qram olmaqla ümumi təmiz çəkisi 2,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,01 qram və 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,308 qram, 5,709 qram olmaqla ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, bir neçə ayrı-ayrı bükümlərə ayrılması, ümumi təmiz çəkisi 6,346 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminqanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən,yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən halhazırda onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 21 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2,024 qram olan heroin, ümumi təmiz çəkisi 6,041 qram olan metamfetamin, 01 ədəd elektron tərəzihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Bərdə rayon Polis Şöbəsinəvə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2,024 qram olan heroin, ümumi təmiz çəkisi 6,041 qram olan metamfetamin, 01 ədəd elektron tərəzihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Bərdə rayon Polis Şöbəsinəvə “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar