Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-198/2023 02.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X5 və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 və Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Şəmkir rayonu Düyərli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən 1805,67 qram çəkidə külli miqdar hesab edilən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni 1800 qram və 5,67 qram çəkilərdə olmaqla iki hissəyə bölərək yaşadığı Şəmkir rayonu, Düyərli kəndində yerləşən evin zirzəmisində saxlamış, kibrit qutusuna qablaşdırdığı 5,67 qram çəkidə narkotik vasitəni üzərində saxlamaqla daşımış, 02 sentyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin tarixdə saat 18:50 radələrində yaşadığı Şəmkir rayonu, Düyərli kəndində yerləşən küçədə saxlanılaraq Zəyəm polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli şalvarın sağ cibindən bir ədəd kibrit qutusunda 5,67 qram çəkidə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndində yerləşən yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindəki stolun altında saxladığı qara rəngli sintetik torbanın içərisindəki bir ədəd polietilen torbada təmiz çəkisi 1800 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda qablaşdırılmış 5,67 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli və xassəli qurudulmuş marixuana aşkar edilmiş, bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən təmiz çəkisi 1805,67 qram çəkidə külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilməmişdən təxminən bir il öncə “kokos” kimi tanınan narkotik vasitə heroindən istifadə etmişdir. İstifadə etdiyi vaxtdan da bədəninin müxtəlif yerlərində yaralar əmələ gəlməyə başlamışdır. O narkomanlıq xəstəyindən əziyyət çəkidiyindən və müalicə olmağa maddi imkanı olmadığı üçün 02 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşlarının onu izlədiklərini görüb onlara yaxınlaşıb üzərində bir büküm “kakos” və bir büküm “şüşə” kimi tanıdığı narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir ki, AR CM-in 234.1-ci maddəsi ilə tutulub müalicə olunsun. Üzərində olan həmin maddəni bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Polislər sanki onu gözləyirlərmiş kimi, dərhal onu tutub polis şöbəsinə gətirmişlər. Əvvəlcə üzərinə daha sonra isə yaşadığı evə baxış keçirmişlər. Zəyəm polis bölməsində üzərində olan iki büküm narkotik vasitəni çıxarıb bölmə rəisinin özünə təqdim etmişdir. Lakin Zəyəm polis bölməsinin rəisi ona “bununla canını qurtara bilməyəcəksən, səni külli miqdarda narkotiklə tutacağıq” demişdir. O, isə onlara başqa narkotikdən istifadə etmədiyini bildirdikdə polis əməkdaşları onu döyüb və üzərindən ona aidiyyəti olmayan bir ədəd kibrit qutusunda narkotik vasitə olan “nəşə” çıxartmışlar. Daha sonra yenə də onu döyüb öz yaşadığı evə aparmışlar. Orada evin zirzəmisindən bir ədəd kisədə narkotik vasitə olan “nəşə”ni göstərib bildirmişlər ki, onun olduğunu desin. Vurğulayır ki, yaşadığı Şəmkir rayonunun Düyərli kəndindəki evinin zirzəmisindən aşkar eilmiş narkotik vasitə olan marixuana ona məxsus deyil, həmin narkotik vasitəni polislər özləri qoyub. Polis əməkdaşları tərəfindən fiziki zorakılıq nəticəsində etiraf edici ifadələr vermiş və sənədləri imza etmişdir. Yenidən döyüləcəyindən ehtiyat etdiyi üçün bu barədə müdafiəçisinə heçnə bildirməmişdir. Heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamış, üzərində narkotik vasitə olduğunu heç kim bilməmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, 2022-ci ilin iyul ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə Şəmkir rayonu Düyərli kəndi ərazisində çöl sahəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının yarpaqlarını ağ politelin paketə yığaraq yaşadığı evə gətirmiş və evin zirzəmisində gizlədərək qurutmuşdur. 02 sentyabr 2022-ci il tarixdə səhər evdən çıxan zaman qurutduğu həmin çətənə bikisindən bir az götürüb kibrit qutusuna yığmış və özü istifadə etmək üçün cibinə qoymuşdur. 02 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirmişlər. Polis əməkdaşları ona narkotik vasitə saxlamaqda və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Polis bölməsində ona müdafiəçi tutmaq hüquqları izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş, müdafiçi tutmaq imkanının omadığını bildirərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasına xahiş etmişdir. Dövlət hesabına dəvət olunmuş müdafiəçi X7 ona təqdim olunduqdan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra üzərində şəxsi axtarış aparılacağı elan olunmuşdur. Şəxsi axtarışa başlanan zaman ona üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kibrit qutusunda “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuananı təqdim etmiş, kibrit qutusu polis əməkdaşları tərəfindən açılan zaman içərisindən marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzi ilə çəkilən zaman 9 qram təşkil etmiş və zərfə qoyularaq qablaşdırlıb götürülmüşdür. Bu barədə tərtib olunmuş protokolu imza etmişdir. Şəxsi axtarış keçirilən zaman yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş və evinə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra onun yaşadığı Şəmkir rayonu Düyərli kəndindəki evinə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı evinin zirzəmisində stolun altına qoyduğu qara ranglı sellofan paketin içərisində olan ağ rəngli sitetik kisədə narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin narkotik vasitənin ona məxsus olduğunu və onu Düyərli kəndində çöllük sahədən yabanı halda bitmiş çətənə kollarından yığdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan marixuana elektron tərəzi ilə çəkilən zaman ümumi çəkisi 1850 qram təşkil etmiş və həmin kütlə ağ rəngli politelin paketə qoyulub qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi barədə tərtib edilmiş protokola imza etmişdir. Üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi videoçəkilişdən istifadə etməklə aparılmışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamışdır. Heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamış, üzərində və yaşadığı evdə narkotik vasitə olduğunu heç kim bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq təxirəsalmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə 02 sentyabr 2022-ci il tarixdə rəhbərliyə raportla müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 18:50 radələrində Şəmkir rayonu Düyərli kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Elnur Sadıqova həvalə edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 9 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Şəmkir rayonu Düyərli kəndi ərazisində yabani halda bitmiş çətənə bitkilərindən topladığını, narkotik vasitənin çox hissəsini isə yaşadığı evin zirzəmisində saxladığını bildirmişdi. Ondan sonra həmin günü Təqsirləndirilən şəxs Şəmkir rayonu Düyərli kəndində yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən sellofan klokda təxminən 1850 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyə yalan danışır, ona tutalan zaman hər hansı fiziki və ya pxisoloji təsir göstərilməmiş, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, hazırkı ifadəsi özünü müdafiə xarakterlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs polislər tərəfindən aparıldığını bildikdən sonra oğlunun dalınca polis şöbəsinə getmiş, orada polislər onu 1 saat gözlətmişlər. Onu polis şöbəsində saxladıb, özləri isə oğlu ilə birlikdə onun evinə gedib onun axtarış aparmışlar. Evin zirzəmisində guya 2 kiloqram nəşə, yəni qurudulmuş marixuana aşkarlanmış, polislər həmin narkotik vasitə olan marixuananın güya oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişlər. Lakin həmin narkotik vasitə oğlunun olmamışdır, polis əməkdaşları həmin narkotik vasitəni özləri gətirib evinin zirzəmisinə qoymuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 sentyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qramı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nin məsul saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə bioloji ekspertizası üzrə 03 sentyabr 2022-ci il tarixli 16/1058 nömrəli rəyində görünür ki, -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. – Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə..” sözləri və imzalar olan sintetik torbadakı, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. – Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 sentyabr 2022-ci il tarixli Şəmkir rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə, yəni 02 sentyabr 2022-ci il tarixdən 02 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 13 noyabr 2022-ci il tarixli, 1900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə- psixiatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş 30 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması, həmçinin narkotik vasitəni haradan əldə etməsi barədə əməliyyat məlumatları əldə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd diskə “COMPAG” markalı kompyuter vasitəsilə baxış keçirən zaman içərisində 01 ədəd “Analitik təhlil” qovluğu, həmçinin 02 ədəd “B-S yer dəyişdirmə”, 02 ədəd “SMS məzmunu”, 02 ədəd “SMS statistikası” və 02 ədəd “Zəng stastikası” olan “Excell” fayılları olduğu görünmüşdür. Diskdə olan “Excell” fayıllarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan müxtəlif zənglərdə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2008-ci il tarixdə Tovuz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsin əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon məhləməsinin qərarı ilə cəzasınınçəkilməmiş hissəsi azadlığın məhdudulaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2011-ci il tarixdə Gədəbəy rayon məhkəməsinin qərarı ilə cinayət məcəlləsində dəyişiklər edilməsi haqqənda qanunun xx.xx.2011-ci il tarixli qanuna əsasən islah işləri cəzasına məhkum olnunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon, Düyərli kən İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası-X12, arvadı-X2, oğlanları X9 və X6 vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qramı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və anası Bəsdi Babayeva ifədələrində yaşadıqları onun üzərində olan və evdən akar edilmiş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram olan qurudulmuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmadığını, qeyd olunan kütlənin evin zirzəmisinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Qabilin satış məqsədinin olmadığını bildirsələr də, sözügedən xüsusatlar məhkəmə baxışı iclasında dindirilmiş çoxsaylı şahid ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş çoxsaylı istintaq hərəkətlərinin protokolları və. işin faktiki halları ilə tam təkzib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 sentyabr 2022-ci il tarixli Şəmkir rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu və müdafiəçisi tərəfindən Təqsirləndirilən şəxs fiziki və ya pxisoloji təsir göstərilməsi barədə heç bir vəsatət verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və videogörüntüdən görünür ki şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qramı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəmkir rayon polis şöbəsinoin ictimai Təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru, polis mayoru Şahid1 və Şəmkir rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, MTE və PA birliyinin Şəmkir rayon şöbəsinin 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı ona Zəyəm polis bölməsində psixoloji və fiziki təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən onun üzərinə və evinə qoyulmasına dair qeyd etdiyi xüsusatlara da tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi yuxarıda qeyd edilən sübutlarla təqsirləndirlən şəxsin məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və narkotik vasitənin ona məxsus olmaması təkzib edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 13 noyabr 2022-ci il tarixli, 1900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Odur ki, məhkəmə təqsirləndirlən şəxsin ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və irəli sürdyü dəlillərin ağır cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi güddüyünü vurğulayır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xəstə olması cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 13 noyabr 2022-ci il tarixli, 1900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qramı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs n oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5,62 qramı və Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1800 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 1799,95 qram qurudulmuş marixuana məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-198/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-198/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver