Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-198/2025 17.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə İclas katibləri: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin və müdafiəçisi Tovuz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1999-cu ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid1 onun sosial şəbəkə vasitəsilə tanış olduğu qadınla ünsiyyət saxlamasında görə qısqanclıq zəminində aralarında baş vermiş mübahisədən sonra xx.xx.2023-cü il tarixdə yaşadıqları Tovuz şəhəri, Bozalqanlı yaşayış ərazisində yerləşən evi azyaşlı qızı X7 ilə birlikdə tərk edib atası Zərərçəkmiş şəxs yaşadığı Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə getməsinə görə 22 dekabr 2023-cü ildə, saat 18 radələrində spirtli içki qəbul edib sərxoş vəziyyətdə azyaşlı övladını görmək üçün sonuncunun yaşadığı həmin evə getmiş, evdə olan qeyri-rəsmi arvadının ailə üzvləri olan qaynanası və qaynatası Zərərçəkmiş şəxs sərxoş olduğuna görə qızını görməyə icazə verməməsi səbəbindən evin yaşayış üçün hazır olmayan otağında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu və mərhum anasını nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbul edilməz təhqir hesab edərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün evin mətbəx otağına keçib tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 225 mm olan zavodu üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı götürərək Zərərçəkmiş şəxs olduğu və qapısını arxadan tutduğu yataq otağına fiziki güc tətbiq edib qapını zorla açmaqla keçmiş, qızını qorumaq üçün ondan uzaqlaşdırmağa çalışan Zərərçəkmiş şəxs həmin otaqda olan övladları 22 mart 2005-ci il təvəllüdlü Şahid1 gözlərinin qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq, 22 sentyabr 2010-cu il təvəllüdlü Şahid3 və 06 yanvar 2013-cü il təvəllüdlü Şahid4 isə həmin otaqda olmaqla, qorxularından yorğanı üstələrinə çəkib cinayət hadisəsini bilavasitə müşahidə etməsələr də, onun otaqda atalarına xəsarət yetirməsini anlayıb güclü psixo-emosional sarsıntı keçirməsini dərk edib arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanlarının yerləşdiyi bədən nahiyyələrinə ardıcıl zərbələr endirərək ona həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən dərialtı emfizema, sol tərəfli pnevmotoraks və hemotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığa Ağır zərərvurmaya aid bir ədəd, boyun (iki ədəd), sol çiyinüstü və sağ kürək nahiyələrinin, sağ bazu oynağının, döş qəfəsinin sol yan səthinin və sol əlin İİ əl darağı sümüyünün distal ucu proyeksiyasının kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid yeddi ədəd olmaqla, ümumilikdə 8 (səkkiz) ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs arvadı Şahid2 çağırışı ilə kömək üçün hadisə yerinə gələn qonşuluqda yaşayan Şahid5 onun qanunsuz hərəkətlərinin qarşısını alıb fiziki güc tətbiq edərək qolunu burmaqla bıçağı əlindən alması, hadisə yeri və zərərçəkmiş şəxsdən uzaqlaşdırması, habelə Zərərçəkmiş şəxs çağırışa gəlmiş təcili tibbi yardım avtomobili ilə vaxtında Tovuz rayon X6 Hüquqi Şəxsə çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə yəni özünümüdafiə həddəni aşmaqla törədilmiş əməldə təqsirli bilib ifadəsində göstərmişdir ki, Tovuz rayonu “Nəsimi bazarı”nda işləmişdir. 2023-cü ilin dekabr ayının 17-si günü içkili vəziyyətdə evə gəlmiş, həmin günün axşamı “instagram” sosial şəbəkəsində tanış olduğu xanımla videogörüntü ilə danışdığı vaxt yoldaşı Şahid1 otağa daxil olub danışığa şahid olmuş və donuq vəziyyətdə otağı tərk etmişdir. Həyətə çıxıb bibisindən Türkanın harada olduğunu soruşmuş, bibisi isə Türkanın atasıgilə getdiyini demişdir. Dekabr ayının 18-i spirtli içki qəbul edib qaynatası Zərərçəkmiş şəxs zəng edib “səhv etmişəm, ailəmi geri istəyirəm, uşaqlarım üçün darıxmışam gəlib ailəmi götürəcəm” demiş, qaynatasına qızının ondan boşanmaq istəyib-istəmədiyini soruşub “uşaqlarımın alimentini də verərəm, bu mənim boynumun borcudur” demişdir. Dekabr ayının 18-i günü saat 16:00 radələrində evə gəldikdən sonra bibisindən ona yemək verməsini istəmiş, aldığı spirtli içki qəbul etmiş, uşağı yadına düşmüşür. Qaynatasıgilin yaşadığı ünvana getmiş, çatanda atası zəng edib harada olduğumu soruşmuşdur. Qaynatasıgilə uşaqları görməyə gəldiyini deyəndə atası ona “qayıt evə gəl” demiş uşaqlarını görüb qayıdacağını demişdir. Qapını döysə də heç kəs açmamış, içkili vəziyyətdə olduğum üçün dayana bilməyib giriş taxta qapını təpiklə vurub sındırmış, qaynatası ilə üzbəüz gəlib sinəsindən tutub divara sıxmış, qaynanası ilə yoldaşı Türkan çıxıb onaları aralamışlar. Qaynatam arxa tərəfə qaçanda arxası ilə getmək istəmiş, qardaşı Əkbər onu saxlayıb “getmə, əlində balta var” demişdir. Həmin vaxt içkili vəziyyətdə olsa da özünü idarə etmiş, qaynatasını qucaqlayıb yerə yıxmış tək məqsədi qaynatasını əlindəki baltanı almaq olmuşdur. Qardaşı onu götürüb evə gətirmişdir. Hadisə günü dekabr ayının 22-i yenə evdə oturub içki içmiş, bibisi onun içdiyini görüb “qaynatasıgilə getməyimi, bayrama qədər ailəni gətirəcəyik” dedi. Amma O, bibisini dinləməyib qaynatasıgilə getmişdir. Qaynanası onu qarşılamış, “içkilisən, get sonra gələrsən” demiş, uşaqlarımı görüm, öpüb qucaqlayıb heç bir problem yaratmadan gedəcəyini demişdir. Həmin vaxt qaynatası qapının yanında dayanıb ona nalayiq ifadələr işlətmişdir. Qaynatasına problem yaratmyacağını, uşaqlarını görüb gedəcəyimi bildirmiş, üst geyimimi çıxarıb rahat şəkildə divanda oturmuşdur. Qaynatası polisi çağırıb şikayət edəcəyi ilə hədələmiş, qorxub-çəkinmədən “şikayət edirsənsə et, əgər uşağını görmək cinayətdirsə, gedib həbs yataram” demişdir. Qapı aralı olduğu üçün baxanada qaynatasının əlində bıçaq görmüş, mətbəxlərinə qaçıb oradan bıçaq götürüb geri qayıtmışdır. Qaynatam qapını örtməyə çalışanda ayağı ilə onun qapını örtməsinə icazə verməmişdir. Məqsədi bıçağı ona vurmaq olmamış, qaynatasının üzərinə gedəndə ona tərəf bıçaq atmış, arxaya çəkildiyi üçün bıçaq ona dəyməmiş, qarşılıq verib bıçağı qaynatasına tərəf uzadanda bıçaq qaynatamın arxadan boyun və çiyninə dəymişdir. Qaynatası yenidən bıçağı ona tərəf atanda bıçaq baş nahiyyəsinə dəymiş və ayağı büdrəmişdir. Yenidən qalxıb qaynatasına tərəf gələndə o artıq özündə olmamış, bihuş vəziyyətdə yerə yıxılmış və nalayiq ifadələr işlətməyə başlamışdır, Həmin an bıçaqla ona 5-6 dəfə onun müxtəlif bədən xəsarətləri yetirmiş, münaqişə qaynatasıgilin qonşusu Natiq gələnə qədər davam etmişdir. Natiq gəlib onları aralamış, özü də çıxıb getmişdir. Özünümüdafiə etsə də törətdiyi əməldən peşmandır, ona aşağı cəza verilməsini istəyir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Fərhada dəqiq nə qədər bıçaq vurmasını bilməsə də iş materialları ilə tanış olanda 8 ədəd müxtəlif bədən xəsarətləri yetirdiyini bilmiş, içkili olduğum üçün özündə olmamış, hadisəni törətməyinin səbəbi içkili olması olmuşdur. Qaynatası əlindəki bıçaqla birdəfə xəsarət yetirməyə cəhd göstərmiş, münaqişə qarşılıqılı olmuş, ilk əvvəl qaynatası bıçağı ona sarı uzatmış özü isə yayınıb qarşılıq vermişdir. Xəsarət yetirdiyi bıçağı da qaynatasıgilin mətbəxindən götürmüş, niyyəti qaynatasını qətlə yetirmək olmamış, tək məqsədi özünü müdafiə etmək olmuşdur. İlk zərbələr vaxtı onalar nə tam qarşı qarşıya nə də tam dönük vəziyyətdə olmamış, yan-yana dayanmış vəziyyətdə olmuşlar. Hadisənin bıçağı qaynatasına doğru uzatmasının şahidi Natiq olmuş, olanları başqa heç kəs görməmiş, sonradan işi aparan müstəntiq ərizə yazdırıb onlardan yalan izahat almış, onu xüsusi amansızlıq Cinayət Məcəlləsinin 120.2.4-lə ittiham etmişlər. Hadisə qaynatasıgilin yaşadığı ünvanda içəri otaqda deyil qapının önündə baş vermişdir. İçəridə yoldaşı Türkanı və uşaqlarını görmüş, hadisə günü qaynatasıgilə gedən zaman üzərində cins şalvar, qara uzun gödəkcə, qırmızı köynək və ayağında isə makasin ayaqqabı olub, gödəkcə qardaşına məxsus olmuşdur. Hadisə vaxtı “ya o öləcək, ya da mən” ifadəsi işlətməsinin əsas səbəbi qaynatasının əlində bıçağı görməsi olmuşdur, bıçağı görünüşünü xatırlamamışdır. Qayınatası Zərərçəkmiş şəxs özü, mərhum anası və yaxınlarının ünvanına nalayiq söyüşlər söydüyü və onu bıçaqla vurmasına görə özünü qorumaq üçün bıçaqla onu vurmuşdur. Qayınatası Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, özünümüdafiə üçün Zərərçəkmiş şəxs bıçaq zərbələri vurmuşdur. Özünümüdafiə etmişdir. Əməlindən peşman deyil, uşağını nəzərə alıb ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. 2023-cü ilin dekabr ayının 17-si qızı onlara gəlib yoldaşı ilə mübahisə etdiyini bildirmiş, qızıa heçnə demədən qala biləcəyini demişdir. Əvəz dekabrın 18-i içkili vəziyyətdə ona zəng edib ailəsini istədiyini deyəndə “bir müddət keçsin... gəlib ailənlə danışıb problemlərinizi həll edərsiniz” demiş, Əvəz telefonda ona nalayiq ifadələr işlətmişdir. Əvəzin atası Mehmana zəng edib ona da bir müddət gözləməyi demişdir. Dekabr ayının 22-si axşam saat 17 radələrində qonşuda işləmiş, evə gəldikdən sonra kürəkəni X8 içkili vəziyyətdə yaşadığı evin həyətinə gəlib qapını döymüş, qapını açmadıqda Əvəz qapını təpiklə vurub sındırıb həyətə girmişdir. Uşaqları görmək istədiyini dedikdə Əvəzə içkili olduğunu “bir müddət keçsin, sonra yenidən gəlib görərsən”demiş, Əvəz onunla razılaşmamış, yenə ona təhqiramiz nalayiq ifadələr işlətmiş, və mübahisə etməyə başlamışdır. Özünü cilovlaya bilməyib mətbəxə keçib, bıçağı götürüb üzərinə gəlmiş, döş qəfəsi, boynu, sol çiyni və sağ kürəyinə müxtəlif bədən xəsarətləri yetirmişdir. Bacardığı qədər özünümüdafiə etməyə çalışın Əvəzlə əlbəyaxa olmuş, daha sonra isə gözüm qaralıb bihuş olmuş və yerə yıxılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, xx.xx.2023-cü ildə telefonda mübahisə etmiş, sakit halda cavab verməyimə rəğmən içkili olduğu üçün nalayiq ifadələr işlədib “ora gələcəm” demişdir. Əvəz onlara gələndə ailə üzvləri evdə olmuş, sakit şəkildə gəlib və ailəmi istəyirəm demişdir. Əvəzdən sonra Mehmana zəng edib üstündən bir müddət keçsin dedim, Əvəzə eynisini dedikdə əsəbləşib söyməyə başladı, nalayiq ifadələr işlətdi, içkili vəziyyətdə olduğu üçün özündə deyildi, əks təqdirdə o, əsla əlinə bıçaq alıb mənim üzərimə gəlməzdi. Mübahisə baş verən vaxt ailə üzvləri də otaqda olmuş, səsləri eşidib otaqdan çıxıb bizi ayırmağa çalışmışlar. Əvəz onu əvvəl sol çiyni sonra isə arxa boyun nahiyyədən vurmuşdur, otağa girəndə o qızınə qorumaq üçün qızını itələmiş, arxa hissəsi Əvəzə dönük olmuş, həmin vaxt nə iləsə arxadan vurulduğunu hiss etmişdir. Həmin vaxt Əvəzi tutub yatağa yıxmış, yıxan zaman Əvəzin əlidnə bıçaq olmuş, amma özündə olmadığı qan itirdiyi üçün əlindəki bıçaqı almağa taqəti olmamışdır. Səsə qonşusu Natiq gəlmiş, Natiq Əvəz xəsarət yetirən zaman bizi ayırmağa çalışmışdır. Əvəz həyətə daxil olmuş, uşaqlar səhhətində problem olduğu üçün otaqda yatılı vəziyyətdə olmuşlar. Qızı ilə kürəkəni Əvəzin rəsmi nikahları olmamışdır. Əvəz əlində bıçaqla üzərimə doğru gəldikdə əvvəlcə əli, daha sonra isə qənd qabı ilə Əvəzi vurmağa çalışmışdır. Hadisədən uşaqları təsirlənib qorxmuş, Natiqin gəldiyi anı xatırlamışdır. Qızı gəldikdə Əvəzin onu döydüyünü bildirmişdir. Qısqanclıq zəminində baş verdiyini, qızı Əvəzin başqa bir qadınla münasibətinin olduğunu demişdir. Hadisədən 2-3 gün əvvəl Əvəzlə mübahisəsi olmuş, əlbəyaxa dalaşmışlar, Əvəzə heç bir xəsarət yetirməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ailə üzvləri barışığa cəhd etsələr də şikayətçidir və barışmamışdır. Ədalətli cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, dekabrın 22-i Təqsirləndirilən şəxs, yəni kürəkənim içkili vəziyyətdə yaşadıqları evə gəlib uşaqlarını görmək istədiyini demiş, ona içkili olduğunu və daha sonra gəlməsini bildirmişdir. Lakin Əvəz inadla getməmiş, ölüm belə olsa, uşağını görməmiş getməyəcəini bildirmişdir. Əvəz qonaq otağında divanda əyləşmiş, sonra isə mətbəxə tərəf getmiş, əvvəlcə onun ayaq yoluna getdiyini zənn etmişdir. Mətbəxdən qayıdıb gələndə qapının çölündə dayanmış Əvəzin qarşısında durmuşdur. Əvəzin əlində bıçaq olduğunu əvvəl görməmiş, daha sonra qızı Əvəzin əlində bıçaq olduğunu deyərək atasını səsləmişdir. Həmin an kömək etmələri üçün qonşulara səslənərək həyətə çıxmış. Kömək üçün qonşuları Natiqi çağırmış, birlikdə evə daxil olmuşlar. Natiq Əvəzin boynundan tutaraq həyətə çıxartmış, bıçaq isə yerə düşmüş, bıçağı götürüb kənara atmış, əri ondan su istəmiş, su verdikdən sonra huşunu itirmişdir. Yoldaşını xəstəxanaya çatdırmış və əməliyyat olmuşdur. Əvəzlə mübahisə zamanı ərinin əlində hər hansı alət o cümlədən bıçaq olmamış, hadisə vaxtı digər övladlarının xəstə olduğu üçün yataq otağında olmuşlar. Əvəz evə daxil olanda kömək çağırmaq üçün çıxmış, Natiq hadisənin əvvəlindən orada olmamış o çağırdığına görə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, dekabrın 17-si atasıgilə gəlmiş, orada olarkən yoldaşı və qaynı barışmaq və onu evə aparmaq üçün atasıgilə gəlmişlər. Həmin vaxt aralarında kiçik mübahisə olmuş, dekabrın 21-i isə Əvəzin bibisigil onla danışıb razı salmaq üçün evlərinə gəlmiş, lakin razılaşmamış, evə qayıtmamışdır. Dekabrın 22-i yenidən yoldaşı atasıgilə sərxoş vəziyyətdə gəlmiş, onu əvvləcə anası qarşılamış, həmin vaxt atası ilə qonaq otağında əyləşmişlər. Sonradan özləri də həyətə çıxmış, Əvəz ağlayaraq uşağı görmək istədiyini demiş. Lakin içkili olduğu üçün razılşamayıb atası ilə evə girmişlər. Bundan sonra Əvəz əlində bıçaq evə girmiş, atasına xəsarətlər yetirmiş, anası kömək çağırmaq üçün qonşuya getmiş, Natiq gəldikdən sonra azyaşlı bacı qardaşını götürüb evdən çıxmışdır. Qayıtdıqda isə atasını qan içində görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əlindəki bıçaqla üzərinə gəlmiş, atası onu qorumaq üçün qabağına keçmiş, Əvəz atasına boyun, kürək nahiyələrindən xəsarət yetirmişdir. Əvvəllər atası ilə əri arasında əlbəayağa hər hansı mübahisə olmamış, atası Əvəzə dəfələrlə getməsini desə də, o uşaqlarını görməsə getməyəcəyini bildirmişdir. Natiq adlı qonşunu anası kömək üçün çağırmış, Natiq də gəlib atamla yoldaşını ayırmağa çalışmışdır. Otaqda hadisələr baş verən zaman anası həyətdə olmuşdur. Otaqda hadisə vaxtı azyaşlı qardaş və bacısı da yanlarında olmuş, hadisələrə şahidlik etmişlər. Bıçaqlanma olandan sonra Natiq gəlib qarşısına keçmiş, özü isə otaqdan çıxmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid4 da eyniməzmunlu ifadə verərək göstərmişdir ki, dekabr ayının 22-də qardaşı ilə xəstə vəziyyətdə yatarkən, evdəkilərin səslərinə oyanmış, qışqıraraq “Əvəz bizi öldürəcək” demişlər. Əvəz əlində bıçaqla bacısının üzərinə hücum etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, evdəkilərin qışqırıq səsləri, səs-küyə görə yuxudan oyanmışdır. Əvəz içəri daxil olaraq atamın boyun nahiyəsindən zərbələr endirmiş, atasına xəsarətlər yetirəndə artıq oyanmış və qorxudan yorğanı üzərinə çəkmişdir. Qonşuları Natiq gəldikdən sonra otaqdan çıxmış, əvvəlcə Natiq əmi otaqda olmamış, sonradan evə gəlmişdir. Qonşuda axşam anasıgil gələnə qədər qalmışlar. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid3 göstərdi ki, 2023-cü il dekabr ayında özü və bacısı xəstə olmuş, yataq otağında yatmışlar. Bir qədər sonra anasının qışqırıq səslərinə oyandıq. Həmin vaxt çöldən “Əvəz bizi öldürəcək!” sözünü eşitmiş, Əvəz olduqları otağa girmək istəyəndə bacısı qapını arxadan tutmuş, anası isə kömək üçün qonşuları səsləmişdir. Qapını tutan bacısını Əvəz itələmiş, daha sonra Əvəz atasına bir neçə ədəd bıçaq xəsarəti yetirmişdir. Daha sonra qonşuları Natiqin səsini eşitmiş, “uşaqları buradan kənarlaşdır” demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Əvəz içəri daxil olanda görmüş, Əvəz atasının boyun nahiyəsindən bir neçə zərbə vurmuşdur. Başqa harasına vurmasını görməmişdir, çünki qorxusundan həmin vaxt yorğanı üzərinə çəkmişdir. İbtidai istintaq zamanı ilkin sorğu sualda Əvəzdən qorxduğu üçün üzləşəndə gördüklərini tam deməmişdir. Əvəzin atamı boyun nahiyəsindən bıçaqlamasını gözləri ilə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 göstərmişdir ki, Tovuz rayonu Abulbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir heç bir yerdə işləmir, Tovuz şəhərində çayın kənarında çayxana və avtoyuma obyektləri icarəyə götürüb işlədir. Zərərçəkmiş şəxs qonşusudur.xx.xx.2023-cü il tarixdə saat axsam evdə olarkən Fərhadgilin evindən səs-küy gəldiyini eşitmiş və qapını açıb çölə çıxmışdır. Həmin vaxt o, Əvəzin qaçaraq evlərinin yanından küçə ilə qaçdığını görmüşdür. O, Fərhadın həyat yoldaşı Şahid2 yaxınlaşıb ondan nə baş verdiyini soruşduqda, Solmaz ona qızı Türkanın əri Əvəzlə dalaşdığını və Əvəzdən küsərək onların yaşadığı evə gəldiyini, Əvəzin qardaşı Əkbərlə onlara gəlib “Əvəzin əri Fərhadı döyüb qaçdığını demiş, o Solmaza DİN-nin “102” xidmətinə zəng vurub məlumat verməsini demişdir. 22 dekabr 2023-cü ildə saat təxminən 17 radələrində o, yaşadığım evə gəlib darvazanının qarşısında maşını saxlayanda Fərhadın arvadı Solmaz ağlayaraq onu köməyə çağırmış, cəld avtomobildən düşüb Solmaza tərəf qaçıb nə olduğunu soruşanda Solmaz ona Əvəzin sərxoş vəziyyətdə evlərinə gəlib mübahisə etdiyini, mətbəxdən bıçaq götürüb Fərhadgilin olduğu otağa girdiyini demişdir. O, cəld Fərhadgilin evinə getmiş və otağa daxil olanda Əvəzin əlində olan bıçaqla Fərhadın bədəninin müxtəlif yerlərindən zərbələr vurduğunu görmüşdür. Fərhadın bədənindən qan axmış və hər tərəf qan olmuşdur. Həmin vaxt Fərhadın ortancıl qızı Türkan, oğlu Nicat və balaca qızı Əsginaz da otaqda olmuşdur. O, Türkana uşaqları götürüb otaqdan çıxmasını demiş və tez sol əli ilə Əvəzin boynundan, sağ əli ilə bıçaq olan əlindən tutaraq, Əvəzi Fərhaddan güclə aralayıb aynabəndə tərəf sürüyüb aparmışdır. Əvəzin əlindəki bıçaq əyilmiş vəziyyətdə olmuş, bıçaq saxladığı qolunu burmuş və ağrının təsirindən Əvəz bıçağı yerə tullamışdır. Əvəzi sürüyüb həyətə çıxartmış, həyətə çıxaran kim onun əlindən qurtarıb küçəyə tərəf qaçıb getmişdir. Bundan sonra o, təcili tibbi yardıma və DİN “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, təcili yardım gəlmiş və Fərhadı xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Fərhadın arvadı Solmazın çağırışı ilə o evə getmiş, otağa girərkən Əvəzin Fərhadı bıçaqlamağa dava etmiş, Onu Əvəzdən fiziki zor tətbiq etməklə aralamış, bıçağı qolunu buraraq yerə atmasına nail olmuş sonra da boynundan tutub əvvəl otaqdan sonra isə evdən çıxartmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Tovuz rayonu Abulbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev 3 otaq, bir mətbəxdən ibarətdir. Hadisə yerinə baxış zamanı evin qonaq otağında divanın üzərində tiyəsi göy, ağ və qırmızı rənglərdən ibarət kəsici hissəsi əyilmiş bir ədəd bıçaq aşkarlanmışdır. Hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi otaqda döşəmənin üzərində qanabənzər ləkələr aşkarlanmış, 1 ədəd bıçaq və qanabənzər ləkələrdən nümunələr qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan üzrə xx.xx.2023-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Tovuz rayon Mərkəzi Xəstəxanasından Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd tünd göy rəngli idman şalvarı və 01 ədəd boz rəngli uzunqol idman köynəyi götürülmüşdür. Cinayət işində olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1038 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ təpə-ənsə nahiyəsinin səthi yarası tinli kənara malik küt əşyanın (əşyaların), sol bud nahiyyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən ona tibbi yardım üçün “103” xidmətinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin tinli kənara malik küt əşya və bərk küt əşyalar ilə endirilmiş zərbə(lər)in təsiri, həmçinin eyni xarakterli əşyalara dəyməsi nəticəsində əmələ gələ bilməsi daha inandırıcıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1020 №li rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol diz oynağının qançır-şişkinliyi və sol dirsəyin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də müayinə olunan şəxsin göstərdiyi şəraitdə yəni, yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsi istisna edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 16 №li rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən dərialtı emfizema, sol tərəfli pnevmotoraks və hemotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası: boyun (iki ədəd), sol çiyinüstü və sağ kürək nahiyələrinin, sağ bazu oynağının, döş qəfəsinin sol yan səthinin və sol əlin İİ əl darağı sümüyünün distal ucu proyeksiyasının kəsilmiş yaralarından sonrakı çapıq toxumaları iti kənara malik əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin sol yarısının sol plevra boşluğuna nüfuz edən dərialtı emfizema, sol tərəfli pnevmotoraks və hemotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, iti kənara malik əşyanın (alətin), ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə trasoloji və ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/414, 3/432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı dəyişdirilməmişdir. Bıçaq hazırki vəziyyədə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd isti alt köynəyinin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predimentin (o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin bu zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin səthində olan zədələr (“q” zədəsi istisna olmaqla”) bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik kəsilmə və deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthindəki “q” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş geyim əşyalarının səthində (üzərində “Təqsirləndirilən şəxs....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçə istisna olmaqla) fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Təqdim edilmiş geyim əşyalarının səthinə yerdə sürtünməyə xarakterik iz və zədə(lər) yoxdur. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd idman şalvarının səthində trasoloji zədə yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1299 №li rəydən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 217/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/ (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı, alt köynəyi, bir ədəd mətbəx bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, idman şalvarı və alt köynəyi üzərində həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən göstəricisi ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının ola bilməsi ABO sistemi ilə inkar olunmur (əgər hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Təqdim edilən Təqsirləndirilən şəxs məxsus plaş tipli papaqlı gödəkçə üzərindəki ləkələrdə qan aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 22 fevral 2024cü il tarixli, 132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən əməlini ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, sa ubyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs özü tərəfindən törədilmiş qanunazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs uydurmağa və yalan danışmağa meyilli deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DİN-nini Baş Əməliyyat və X2 İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş cinayətin predmeti olan tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 225 mm olan zavodu üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ona məxsus 01 ədəd boz rəngli alt köynəyi və 01 ədəd tünd göy rəngli idman şalvarı, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 01 ədəd qara rəngli gödəkçə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan Səhiyyə Nazirliyinin Respublika X4 hüquqi şəxsdən verilən xx.xx.2023-cü il tarixli 9677 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olmayıb. İş materiallarında olan məhkəmədə araşdırılan Tovuz RİHB-nin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə zərərçəkmiş şəxsFərhadın əlində bıçaq olduğuna görə özü də mətbəxə gedərək oradan bıçaq götürmüş və hadisə vaxtı özünə müdafiə edərək sonuncuya bıçaq xəsarətləri yetirmiş, Əvəzin atdığı bıçaqlar isə əynində olan qara rəngli kurtkaya dəydiyi üçün bədəninə xəsarət yetirməmişdir. Hadisə vaxtı məqsədi özünümüdafiə etmək olmuş, sərxoş və əsəbi olduğu üçün Fərhada nə qədər bıçaq xəsarəti yetirdiyini xatırlamır. Hadisəni Natiq görmüş, Türkan və bacı-qardaşları isə olanları görməmiş, istintaqda ifadə verərkən və üzləşmə zamanı azyaşlılar atalarına xəsarəti yetirməsini görmədiklərini bildirmiş, sonradan isə təsir altında onun əleyhinə ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi hallarla bağlı qeyd edir ki, işin faktiki halları - hadisənin başvermə mexanizmi və şahid ifadələri ekspertiza rəyləri hadisə vaxtı Təqsirləndirilən şəxs özünümüdafiə məqsədi ilə hərəkət etməsini təkzib edir. İş üzrə dindirilmiş bütün şahid və zərərçəkmiş şəxslər sonradan Təqsirləndirilən şəxs sonradan təqdim etdiyi qara rəngli uzun plaş-gödəkçənin hadisə vaxtı onun əynində olmadığını əynində qısa gödəkçə olduğunu, həmin gödəkçəni də hadisədən əvvəl əvvəl soyunub zərərçəkmişə məxsus evin aynabəndində olan divanın üzərinə qoyduğunu göstərmişdir. Gödəkçənin təqsirləndirilən şəxsin qardaşına məxsus olmasını, əvvəlki münaqişə vaxtı geyinilməsi isə zərərçəkmiş şəxs və şahidlər təsdiq etmişlər. Bundan başqa iş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-lifli ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxsin əynində olduğunu iddia etdiyi plaşkurtka gödəkçə ilə zərərçəkmiş şəxsin əynində olmuş geyimlərin hər hansı tərkib lifi olmamışdır. Məhkəmə qeyd edir ki, işin hallarından da göründüyü kimi təxminən 5-7 dəqiqə davam edən münaqişə zamanı bir-biri ilə yaxın təmasda olan (süpürləşən, çəkişən və dalaşan) şəxslərin geyim əşyalarında digərinin əynində olan geyimlərin tərkib liflərindən olmaması ifadələrdə (təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadədəsində gödəkçəni çıxarıb divana qoyduğunu göstərmişdir) göstərildiyi kimi dava vaxtı, təqsirləndirilən şəxsin əynində olmamasına dair fikir formalaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs əlində olduğunu və ona xəsarətlər yetirdiyini göstərdiyi bıçağın əlamətlərini nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı göstərə və təsvir edə bilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1038 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ təpə-ənsə nahiyəsinin səthi yarası tinli kənara malik küt əşyanın (əşyaların), sol bud nahiyyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Rəyin təsvir hissəsində isə xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Tovuz RPŞ MSY-də keçirilmiş tibbi müayinə zamanı sol qolun said nahiyyəsində kəsilmiş, başın sol ənsə nahiyyəsində çapılmış yaralardan ibarət olması göstərilmişdir. Məhkəmənin qeyd edilən xəsarətlərin yaranma mexanizmi ilə bağlı gəldiyi qənaət ondan ibarətdir ki, təqsirləndirilən şəxsin qeyd edilən xəsarətləri zərərçəkmiş şəxslə aralarında hadisə vaxtı olan süpürləşmə zamanı alması, yəni zərərçəkmiş şəxsin özünümüdafiə edərək əlində bıçaq (kəsici deşici) alət olan təqsirləndirilənə müqavimət göstərməsi, cinayətin alətini qəsd edən şəxsin özünə doğru istiqamətləndirməsi, həmçinin ifadələrində göstərdiyi kimi təqsirləndirilən şəxsi otaqdakı çarpayıya tərəf itələməsi, baş nahiyyəsinin həmin iti kənarlı əşyalara təması nəticəsində yaranması istisna edilmir. Qeyd edilən şəraitdə isə müdafiə tərəfindən iddia edildiyi kimi təqsirləndirilən şəxsin deyil, zərərçəkmiş şəxsin özünümüdafiə hüququ yaranmışdır ki, həmin vaxt təqsirləndirilən şəxsə ağır bədən xəsarəti yetirilməsi, yaxud sonuncunun ölümü halında məhkəmənin qənaətinə görə əməlin tövsifi işin faktiki hallarından asılı olaraq qəsdən sağlamlığa zərərvurma (ağırlıq dərəcəsindən asılı olaraq) və ya adamöldürmə kimi deyil, məhz zəruri müdafiə, yaxud zərurimüdafiə həddini aşmaqla törədilən əməl (adamöldürmə, qəsdən ağır xəsarət yetirmə) kimi qiymətləndiriləcəkdi. Məhkəmənin mülahizəsinə görə Təqsirləndirilən şəxs hadisədən sonra məhz törətdiyi əməlin ağırlığını dərk edərək özünümüdafiə məqsədilə hərəkət etmişdir. Məhkəmənin qənatinə görə təqsirləndirilən şəxsin əynində hadisə vaxtı digər gödəkçə olmuş, sonradan istintaqa təqdim etdiyi kurtka (gödəkçə) üzərində zədələrin isə digər şəraitdə yaranması (məqsədli olaraq yaradılmasını) istisna edilmir ki, bunu da təqsirləndirilən şəxsin özünümüdafiə hüququndan irəli gələn, hal olaraq onun tərəfindən işin faktiki hallarını süni olaraq dəyişdirməyə, özünəmünasib hadisə şəraitini uydurmağa cəhd etməsini göstərir. Müdafiə tərəfindən məhkəmə baxışında irəli sürülən əsaslardan digəri təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasıdır ki, təqsirləndirilən şəxsin hadisəyə qədər ki (münaqişə yaratma meylləri, içkili olduğu üçün evi tərk edib getməsi barədə dəfələrlə qaynana, qaynatası və arvadı tərəfindən irad bildirilməsi, azyaşlı uşağı göstərilməməsinə görə görmək üçün təkid edib ölüm də olsa getməyəcəyini bildirməsi, hadisələrin sonrakı gedişatında isə digər hər hansı küt əşya deyil məhz xəsarət yetirəcəyini dəqiq dərk etdiyi kəsici deşici alət bıçaq götürüb ailə üzvlərini cəzalandırmaq məqsədilə otağa daxil olmağa çalışması və buna nail olması) hadisə vaxtı (zərərçəkmiş şəxs Fərhad və şahid Türkan Yusifov otağın qapısını tutub saxlayaraq içəri daxil olmasına imkan verməməyə çalışsalar da, zorla qapını itələyib içəri girməsi, zərərçəkmiş şəxsə bıçaq xəsarətlərini ardıcıl olaraq həyat üçün vacib əhəmiyyətli baş və boyun nahiyyələrinə yetirməsi, yalnız Şahid5 aktiv müdaxiləsindən sonra zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş qəsdən hərəkətlərinin qarşısının alınması və otaqdan çıxarılması) və hadisədən sonrakı davranışları (qaçaraq hadisə yerindən uzaqlaşması, özü tibbi yardım göstərməsə də zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün hamıya əlçatan olan və bildiyi təcili tibbi yardımın “103” yaxud polisin “102” xidmətinə müraciət etməməsi onun qəsdinin bilavasitə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə yönəlməsini göstərən əsaslı sübutlardır. Müdafiə tərəfindən məhkəmə baxışında göstərdiyi digər məsələ isə qeyd edilən əməlin xüsusi amansızlıqla yəni otaqda olan zərərçəkmişin qızı olan qeyri-rəsmi arvadı Türkanın azyaşlı övladları Əskinaz və Nicatın gözü qarşısında onlara xüsusi ağrı və iztirab verdiyini dərk edərək törədilməsi ilə bağlıdır ki, işin ibtidai araşdırması və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qeyri-rəsmi arvadı və zərərçəkmiş şəxsin qızı olan Türkan Hüseynovanın gözü qarşısında törədilməsi mübahisələndirilmir və təsdiqini tapmışdır. Hadisənin şahidi olan zərərçəkmiş şəxsin digər yaxın qohumları yəni azyaşlılarla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı hadisəni (Əvəzin onların ailə üzvlərinin təsiri altında hərəkət etməsini bildirməsi yəni atalarını bıaçqlanmasını bilavasitə görməmələrinə dair əsaslı şübhələr olsa da və həmin hal istisna edilməsədə) azyaşlıların hadisə olan otaqda olmaları, qışqırıq və dalaşma səslərini aydın eşitmələri, hadisəni bilavasitə görməsələr də məhkəmə baxışında qanuni nümayəndələrinin iştirakı ilə demək olar ki, sözbəsöz (sanki əzbərləmiş kimi) eyni ifadəni təsir altında vermələri istisna edilməsə də, olduqları otaqda baş verən ağır cinayət əməli fonunda keçirdikləri güclü psixo-emosional hallar, (qorxudan yorğanı başlarına çəkib səssiz dayanmaları) məhkəmə tərkibində onların yaş və inkişaf səviyyələrini nəzərə almaqla baş vermiş hadisələrin mahiyyətini dərk etməsinə dair fikir formalaşdırmışdır. Yəni qısa olaraq məhkəmənin gəldiyi nəticə odur ki, azyaşlılar bıçaqlanmaı bilvasitə müşahidə etməsələr də baş verənləri dərk etmiş və bundan güclü psixi emosional sarsıntı və iztirab keçirtmiş, hadisəni törədən Təqsirləndirilən şəxs də azyaşlıların otaqda olmasını və baş verənlərdən sarsılmalarını ( qorxaraq yorğanı başlarına çəkmələrini) müşahidə etmiş, şüurlu surətdə intiqam almaq üçün zərərçəkmiş şəxsə bıçaq xəsarətləri yetirməyə davam etmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və O həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi əməldən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Tovuz rayon məhkəməsinin 4(125)-342/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, oğlu barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə əməlin ictimai təhlükəkiliyi ilə bərabər şəxsin şəxsiyyətini xarakterizə edən halları məhkəmə baxışındakı davranışını, iş üzrə ailə üzvü olamyan əsas şahidə və zərərçəkmiş şəxsə verdikləri ifadəyə görə hədə qorxu gəlməsini şəxsin şəxsiyyətin mənfi xarakterizə edən hal olmasını nəzərə alıb ona qanunvericinin müəyyən etdiyi hüdudlarda(14-15 il) aralığında orta hədddə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmə baxışında zərərçəkmiş şəxsdən üzrxahlıq edib barışığa cəhd etməməsi, əksinə iş üzrə şahid və zərərçəkmiş şəxslərə aqressiv davranışı, onları açıq aşkar təhdid etməsi, təqsirləndirilən şəxsin islah olunması üçün ona aşağı hədd cəza təyinini qeyri-mümkün etmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin himayəsində azyaşlıq uşaq olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal olaraq nəzər alır və şəxsə yuxarı hədd cəza təyinini imkan verməyən hal olaraq qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyinini məqsədəmüvafiq sayır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Tovuz rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçaq məhv edilməli, zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ona məxsus 01 ədəd boz rəngli alt köynəyi və 01 ədəd tünd göy rəngli idman şalvarı Fərhad Yusfova qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 01 ədəd qara rəngli gödəkçə təqsirləndirilən şəxsin ailə üzvləri yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan məhkəmə trasoloji və ballistik ekspertizasının tədqiq üçün 180 manat, məhkəmə lifli materialların tədqiqatı üçün 154 manat olmaqla, cəmi 334 manat (üç yüz otuz dörd) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin ona 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Tovuz rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçaq məhv edilsin, zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş ona məxsus 01 ədəd boz rəngli alt köynəyi və 01 ədəd tünd göy rəngli idman şalvarı zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi 01 ədəd qara rəngli gödəkçə təqsirləndirilən şəxsin ailə üzvləri yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri olan məhkəmə trasoloji və ballistik ekspertizasının tədqiq üçün 180 manat, məhkəmə lifli materialların tədqiqatı üçün 154 manat olmaqla, cəmi 334 manat (üç yüz otuz dörd) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-198/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-198/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver