Məhkəmə qərarları › İş №1(100)-199/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-199/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-199/2020 19.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X12 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X6 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Tovuz rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada dövlət sərhədini keçmək üçün müvafiq sənədi, yəni Azərbaycan Respublikasının ümumvətəndaş pasportu olmadığından qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 14-15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu ərazisində yerləşən “Üçbulaq” adlanan 8-cisərhədzastavasınınxidməti ərazisinin 7-ci sahəsi istiqamətində sərhəd naryadlarının hərəkətini izləyərək onların keçib getməsindən istifadə edərək Gürcüstan Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini piyada olaraq gizli surətdə və qeyri-leqal şəkildə qəsdən qanunsuz olaraq keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tovuz rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd X9 tərkibinə daxil olan Məşədivəlilər kəndində qonşuluğunda yaşayan xx.xx.1969-cu il təvəllüdlü, Tovuz rayonu Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi işləyən Zərərçəkmiş şəxs tək yaşadığını müəyyən edib cinsi ehtirasını sonuncunu zorlamaqla ödəmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxx 2019cu il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə evin girişinin sol yan tərəfindəki işıq sayğacının qutusundan açdığı məftil parçası ilə qapının cəftəsini açaraq qanunsuz evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs yatdığı çarpayıya yaxınlaşaraq onun qışqırıb səs-küy salmasının, ətrafdakıları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edərək əli ilə sonuncunun boğaz nahiyəsindən sıxıb zorla cinsi əlaqədə olmaq niyyəti ilə Zərərçəkmiş şəxs bədəni üzərində oturmuş, cinayətkar qəsdini başa çatdırmaq üçün əvvəlcə öz şalvarını və trusikini aşağı çəkmiş, sonra isə Zərərçəkmiş şəxs əynində olan donunu yuxarı qaldırdıqda sonuncunun onu itələyərək qışqırması və əlini dişləyərək müqavimət göstərməsi səbəbindən Zərərçəkmiş şəxs öldürməklə hədələyib bu yolla müqavimətini qıraraq gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi əleyhinə cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olub bu zaman sonuncuya hər iki bud və sol diz oynağı nahiyələrinin, həmçinin sağ böyük cinsiyyət dodağının qançırları və böyük cinsiyyət dodaqlarının arxa bitişməsinin səthi cırılmış yarası ilə müşayiət edilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə onu zorlamış, cinsi aktı başa çatdırdıqdan sonra cinayət əməllərini davam etdirərək qanunsuz olaraq girdiyi yaşayış sahəsindəki otaqda stolun üzərindən Zərərçəkmiş şəxs məxsus çantada olan 646 manat pulu sonuncunun gözü qarşısında götürüb açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uşaq yaşlarından məktəbə getməmiş, təxminən 10 yaşlarında bir nəfər tanımadığı qonşu kənddən olan ağsaqqal kişi onu Bəhram adlı şəxsin heyvanlarına baxmaq üçün Ceyrançöl qış otlaq sahəsinə göndərib ona pul verəcəklərini demişdir. Təxminən 1 il həmin yataqda qaldıqdan sonra o, Ceyrançöl tərəfdən dövlət sərhədini qeyri-rəsmi keçərək Gürcüstana getmiş, Gürcüstana keçdikdən sonra da orada başqa-başqa adamların heyvanlarına baxmağa başlamışdır. Gürcüstanda dağda olan vaxtları Bəhramı orada görmüş, sonradan isə onun heyvanlarına baxmış, təxminən 1 il Bəhramın heyvanlarına baxdıqdan sonra aralarında söz-söhbət olduğu üçün onunla aralanmışdır. O, Gürcüstanda olan vaxtları müxtəlif vaxtlarda müxtəlif adamların heyvanlarına baxmış, son bir il ərzində isə 2019-cu ilin yay aylarına qədər Gürcüstanın Qaraçöp kəndindən olan Əzəlxan adlı şəxsin heyvanlarına baxmışdır. Yay vaxtı heyvanları yaylağa apardıqları üçün həmin vaxtları pul ilə bağlı məsələlərdə Əzəlxanla razılaşa bilmədiyi üçün onunla aralanıb bir nəfər gürcü vətəndaşının heyvanlarına baxmağa başlamışdır. O, təxminən 4 aydan artıq, yəni 2019-cu ilin avqust ayının ortalarına qədər çobanlıq etdikdən sonra 2 aya yaxın işsiz qalmışdır. Bundan sonra o, sənədləri olmadığı və Gürcüstanda işsiz qaldığı üçün Azərbaycan Respublikasına qayıdıb, sənədlərini düzəltdirib həqiqi hərbi xidmətə gedib, qayıdıb, bir iş güc sahibi olmaq qərarına gəlmişdir. O, 10-15 il Gürcüstanda çobanlıq etdiyi üçün Ceyrançöl qış otlaq sahəsini yaxşı tanımış və həmin yerlərə bələd olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14-15 radələrində Gürcüstandan Azərbaycana sərhəddə yerləşən Ceyrançöl qış otlaq sahəsi tərəfdən qeyri-rəsmi olaraq gizlincə keçib gəlmiş, həmin vaxtı onu yanında heç kim olmamışdır. O, sərhədi keçdiyi ərazi dağlıq və dərəlik olduğu üçün sərhədi keçməmişdən əvvəl sərhəd naryadlarının hərəkətini izləmiş, onlar xidmətdən geri qayıtdıqdan və keçdiyi ərazidən uzaqlaşdıqdan sonra sərhədi keçib Azərbaycan Respublikasının ərazisinə gəlmiş və 1 saata yaxın Ceyrançöl ərazisi ilə hərəkət etdikdən sonra qarşısına bir nəfər tanımadığı şəxs çıxmış, həmin adamdan Tovuz rayonuna gedən istiqaməti soruşduqda həmin şəxs ona yaxınlıqda maşın yolunun olduğunu və oradan maşınların keçdiyini dediyi üçün həmin yerə gedib tanımadığı avtomobilə minərək Tovuz rayonuna gəlmişdir. Tovuz rayonuna gəldikdən sonra burada yaşayan qohumlarının evində və Həsənli sovetliyinə daxil olan Məşədivəlilər kəndində yerləşən ata evində yaşamışdır. Gürcüstandan qayıdıb gəldikdən sonra uşaqlıqdan tanıdığı Təzəgül müəlliməni kənddə 2-3 dəfə görmüş və onunla hal-əhval etmiş, Təzəgül ondan haralarda olduğunu soruşanda o, illərdir Gürcüstanda olması cavabını vermiş, bir dəfə də Təzəgül müəlliməni icra nümayəndəliyinin yaxınlığından görmüş, sonuncunun onun ata evinin qonşuluğunda yerləşən rəhmətlik Məleykə arvadın evində tək yaşadığını bilmişdir. Həmin ərəfələrdə kənddə yas yeri olduğu üçün əmisi oğlu Vüsalın ailəsi həmin yas yerinə getmiş, o, da çimib paltarlarını geyinib qonşu uşaqlarla məktəbin yanına getmişdir. Məktəbin yanında yemək yeyib içki içmişdir. O, əmi evində qaldığına görə xx xxxxxxx 2019-cu il tarixdə, saat 24 radələrində gec olduğu üçün onların yaşadığı evə yox Tovuz rayonu, Məşədivəlilər kəndində yerləşən ata evinə getmişdir. Evlərinə gedərkən yolda içkili olduğu üçün onlarla qonşuluqda tək yaşayan tarix müəlliməsi Təzəgül müəllimənin evinə getmişdir. O, içkili vəziyətdə Təzəgülün yaşadığı evə çatıb evə girmiş, Təzəgül müəllimə onu görüb uzandığı çarpayıdan qalxıb kim olduğunu soruşmuş, o, da Təzəgül müəlliməyə Orxan olduğunu bildirmişdir. Sonra onlar birlikdə oturub söhbət etməyə başlamışlar. Təzəgül ondan nə məqsədlə onun evinə girdiyini soruşduqda, o, da ona onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Təzəgül əvvəlcə razılaşmamış, sonra isə onunla cinsi əlaqədə olmağa razılıq vermişdir. O, Təzəgülün yatdığı çarpayıda onunla cinsi əlaqədə olmuş, təxminən yarım saat sonra ikinci dəfə yenidən onunla cinsi əlaqədə olmuşdur. O, Təzəgül müəllimə ilə cinsi əlaqədə olanda sonra Təzəgül müəllimə əlini telefonuna aparmış, həmin vaxt o da ona “kiməsə zəng vurmaq istəyirsənsə al mənim telefonumla zəng et”demişdir. Sonra o, onun telefonunu masanın üzərinə qoyub çıxıb getmişdir. Daha sonra avtovağzala getmiş, tanımadığı bir şəxsə ona ev lazım olduğunu dedikdə həmin şəxs onu tanımadığı ərazidə yerləşən bir evə aparmış və oktyabr ayının 30-na kimi həmin evdə kirayə qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində 5-6 gün kirayədə qalıb fəhlə işləmiş və noyabr ayının 4-də Novxanı deyilən yerdə mağazadan oğurluq etmək istəyərkən tutulmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təzəgülün evində olan çantadan hər hansı məbləğdə pul götürməmiş, Təzəgüllə onun könüllü razılığı ilə cinsi əlaqədə olmuş, Təzəgül onun əlini dişləməmişdir. Həmçinin onun çarpayıda olan qan ləkələri barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,o, 20 ilə yaxındır ki, həyat yoldaşından boşanmışdır. 2006-cı ildən hazırki dövrədək Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi vəzifəsində işləyir, dərs günləri ilə əlaqədar həftənin 2-ci günü Məşədivəlilər kəndinə gedib, həftənin 5-ci günü isə atası evinə, yəni ki, Yuxarı Öysüzlü kəndinə qayıtmışdır. Məşədivəlilər kəndində rəhmətlik Məleykə nənənin evində kirayədə yaşayır, həmin ev 1 otaqdan ibarətdir. Məşədivəlilər kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, belə ki, Orxan uşaq yaşlarında onun şagirdi olmuşdur. Bildiyinə görə Orxan 1994cü ildə anadan olmuş, Orxan 5-ci sinifdə oxuyanda təxminən 1 ay ona dərs demiş, sonradan isə Orxan məktəbə gəlməmişdir. Orxanın atası vəfat etmiş, anası isə onları tərk edib harasa getmişdir. Orxana atasının əmisi uşaqları baxmış, ona dərs deyəndən sonra Orxan rayondan çıxıb harasa getmiş, həmin vaxtı da onun məktəbdə işləməsinin birinci ili olmuş, Orxangilin sinifi də onun həmin məktəbdə birinci sinifi olmuşdur. 2019-cu ilin oktyabr ayının ortalarında o, kənd camaatından Orxanın kəndə qayıdıb gəldiyini eşitmiş, iş yoldaşı Şəmşirgildə olanda əvvəldən də kənd sakini kimi tanıdığı Asəf adlı oğlanın yol tərəfdən səsini eşidib onun telefonu ilə anasıgilə zəng etmək üçün Asəfin yanına gedəndə Orxanı orada görüb onunla hal-əhval tutduqdan sonra Asəfdən telefonunu alıb anasıgilə zəng edib Şəmşirgilə qayıtmışdır. Orxan ona əmi düşən Qoşqar adlı şəxsgildə qalmış, həmin gündən 3-4 gün sonra o Orxanı yenidən Qoşqarın bacısıgilin evində görmüş, Orxan həmin vaxt orada odun doğramışdır. Orxangil özləri 3 qardaş olmuş, onların hamısı da orda-burda böyümüş, onların barəsində də bəzi xoşəgəlməz söz-söhbətlər eşitmiş, ona görə də onlardan qorxmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə o yenidən Məşədivəlilər kəndinə qayıtmış, xx xxxxxxx 2019-cu il tarixdə dərsdən çıxıb Şəmşirgilə kartof yığmağa gedəndə yolda ona zəng edərək qardaşı oğlunun maşında qəzaya düşüb xəstəxanaya aparılması xəbərini almışdır. O, qardaşı ilə danışdıqda qardaşı ona oğlunun vəziyyətinin yaxşı olduğunu demiş, işlədiyi kəndlə yaşadıqları kənd aralı olduğu üçün o qardaşıgilə gedə bilməmişdir. Saat 18 radələrində o kirayədə yaşadığı evinə gəlmiş, hər dəfə evə gələn kimi paltarını dəyişib yaşıl rəngli üzərində buta naxışları olan qısaqol don geyindiyi üçün yenə evə gəldikdən sonra həmin donu geyinib yemək yeyib çay içdikdən sonra yerinə uzanıb televizora baxmış, təxminən 1-2 saata yaxın televizora baxdıqdan sonra yatmaq üçün yerinə uzanmış, yerinə uzananda əynində qeyd etdiyi dondan başqa heç bir paltar olmamışdır. Belə ki, o, həmişə yatmazdan əvvəl alt paltarlarını əynindən çıxarıb təkcə donla yatmışdır. Yerinə uzandıqdan sonra qardaşıgillə telefonla danışmış, saat 20:30 radələrində isə üzü divara tərəf yatmışdır. Yatdıqdan müəyyən müddət sonra qapıdan nə isə taqqıltı səsi eşidib küləyin qapını silkələdiyini bilib, ona görə də qapının taqqıldamaması üçün durub qapının arxasının cəftəsini möhkəm sıxmış, sonra evin yan tərəfindən yenə səs eşidib çöldə kimin olduğunu səsləyəndə heç kim cavab verməmiş, həmin səslərin atın ayaq səsləri olduğunu zənn edib yenidən yatmışdır. Çarpayıda yatan zaman, gecə saatlarında qəfildən arxa tərəfdən kimsə dirsəyi ilə onun boğazından sıxmış, dönüb baxdıqda həmin adamın Orxan olduğunu görmüş, həmin vaxtı Orxanın əlində “alışqan” olmuş, alışqanın fanarının işığını onun sifətinə tutmuşdur. Sonra Orxan əli ilə ağzından tutub ona qışqırmamağını, qışqıracağı halda onu öldürəcəyini demiş, Orxan ona səs çıxaracağı halda onu öldürəcəyini bildirdikdə bərk qorxmuş və əli ilə Orxanın sinəsindən itələyərək qorxusundan “Orxan yazığam məni burax, sən də yazıqsan tutulassan” dedikdən sonra sumkasında 646 manat pulunun olduğunu, pulunu və kartını da götürüb gedə biləcəyini Orxana demiş, onu öldürməməyi xahiş etmişdir. Lakin Orxan ondan əl çəkməmiş və üzərində olan yorğanı üstündən çəkəndə Orxanın onunla cinsi əlaqədə olmaq istədiyini başa düşmüş və həmin vaxtı Orxan onun namusunu ləkələməsin deyə dayanmadan qışqırmağa başlayanda Orxan onun qışqırıb səs-küyə adam çağırmaması üçün əli ilə onun ağzını tutmuş və qışqıracağı halda onu öldürəcəyini demişdir. Orxan əli ilə onun ağzını tutduqda onun əlindən dişləmiş və əl atıb onun qolunu cırmaqlayanda Orxan məcbur olub əlini onun ağzından çıxartmış və ona “ay Orxan, sən ananın canı, sən atanın goru, mənə əl dəymə, mən də sənin bir anan, mən müəlliməyəm mənə əl dəymə” deyə yalvardıqda Orxan “mənim anam yoxdur” demişdir. Sonra isə Orxana “çıx get, səndən şikayət etəməyəcəm, ancaq bircə mənə toxunma, mənim namusumu ləkələmə” deyib yalvarmağına baxmayaraq xeyri olmamış, bir müddət Orxanla əlbəyaxa olduqdan sonra Orxan əli ilə onu boğazından boğub şalvarını aşağıya çəkib əlləri ilə ayaqlarından tutmuş və öz cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməyə başlamışdır. Həmin vaxt o qışqıraraq əli ilə cinsiyyət orqanını tutub buna mane olmağa çalışmış, bir əli ilə də Orxanı sinəsindən itələmiş, Orxan onunla zorla cinsi əlaqədə olub onun namusuna xələl gətirməsin deyə ona qəsdən yalandan “Orxan mən oğlan-qızam, sənə yalvarıram eləmə” demiş, Orxan da buna baxmayaraq zorla cinsiyyət orqanını onun cinsiyyət orqanına salmağa çalışanda Orxanın penisindən onun cinsiyyət orqanının üstünə sperma tökülmüş, lakin penisini onun cinsiyyət orqanına salmamışdır. Daha sonra Orxan ona “arxaya tərəf çön, səninlə arxadan cinsi əlaqədə olmaq istəyirəm” dedikdə Orxana “məni öldürsən də səninlə cinsi əlaqədə olmayacam” deyə bildirmiş, belə deyəndə Orxan yenə öz penisini onun cinsiyyət orqanına sürtməyə başlamış, o da Orxana müqavimət göstərə-göstərə ağlayaraq yalvarsa da Orxan birinci dəfə spermasını onun cinsiyyət orqanının üstünə tökdükdən heç bir dəqiqə keçməmiş yenidən əlləri ilə onun ayaqlarından tutub penisini zorla onun cinsiyyət orqanına salmağa çalışanda yenə bir əli ilə cinsiyyət orqanını tutub bir əli ilə də Orxan onu zorlamasın deyə onun sinəsindən itələmiş, həmin vaxtı Orxan zorla öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmış və təxminən 5 dəqiqəyə yaxın onunla cinsi əlaqədə olub spermasını onun cinsiyyət orqanına tökdükdən sonra ayağa durub stolun üstündə olan sumkasından pulları axtarmağa başlamış, sumkadan 640 manat bir, 6 manat da bir pul tapıb həmin pulları götürüb şalvarının cibinə qoymuşdur. Sonra da Orxan ona “arxanı divara çöndər, yorğanı da başına at” dedikdə onun nəyə görə belə dediyini başa düşə bilməmiş, ancaq Orxan təkidlə ona “üzünü divara tərəf çevir, yoxsa səni öldürəcəm” dedikdə qorxusundan bir söz deyə bilməyib gözlərini yumaraq üzünü divara tərəf çevirmişdir. Sonra ayaq səslərini eşidib baxanda Orxanın gedə-gedə əyninə çöldən kurtka geyinib getdiyini görmüşdür. Orxan çıxan kimi tez qapını arxadan bağlayaraq yerinə uzanıb yorğanın altında birinci Əlixan müəllimə zəng eləmiş və ona Orxanın gəlib onu zorladığını və ona köməyə gəlməsini xahiş etmişdir. Sonra isə qardaşına və DİN-nin 102-xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisədən sonra isə o yaşadığı mənzilin qapısının sağ tərəfində divara bərkidilmiş işıq sayğacının qutusunun qapısının açıq vəziyyətdə olduğunu görmüş, əvvəllər sayğacın qutusu qapısı məftillə bağlı vəziyyətdə olmuşdur. Hadisədən sonra isə o həmin məftil parçasının yaşadığı mənzilin döşəməsinin üstündə olduğunu görmüşdür. Orxan onun yaşadığı evə daxil olmamışdan əvvəl içərdən bağlanmış qapının cəftəsini həmin məftil parçası ilə açmış, həmin məftil parçasını da hadisə yerinə baxış zamanı təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1997ci ildən hal-hazıradək Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində direktor vəzifəsində işləyir. Zərərçəkmiş şəxs 2006-cı ildən həmin məktəbdə tarix müəlliməsi işləyir. Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Təqsirləndirilən şəxs 2000-ci ildən 2006-cı ilə qədər, yəni ki, 6-cı sinfə qədər onların məktəbində oxumuş, 2006-cı ildə növbəti sinfə keçə bilmədiyi üçün sinifdə qalmış və 2007-ci ildən etibarən isə məktəbdən xaric olunmuşdur. Deyilənə görə təxminən 2010-cu ildə Orxan Gürcüstana getmiş, həmin vaxtdan bəri də onu görməmişdir. Təxminən 2019-cu lin oktyabr ayının ortalarında bir dəfə Orxanı kənddə görüb onunla hal-xoş etmiş, başqa onunla arasında heç bir söhbət olmamışdır. Orxanın atası Sumbat 2001-ci ildə vəfat edib, anası da Orxan uşaq olanda bacısını götürüb evdən çıxıb getmişdir. Orxanın böyük qardaşı Sənan Əhmədov bildiyinə görə əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, digər qardaşı Elvin Əhmədov isə çobanlıqla məşğul olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə, saat 02:21 radələrində Təzəgül müəllimə ona zəng edib “Orxan məni zorladı, öz məqsədinə çatmaq üçün müəyyən vasitələrə əl atdı, məni ifrat dərəcədə zorladı, xahiş edirəm mənə köməyə gələsiniz” dedikdə Təzəgül müəllimənin kirayədə yaşadığı ev onun yaşadığı evə yaxın olduğu üçün dərhal onun evinə getmiş, sonra da icra nümayəndəsi olan Nizaməddin müəllimə zəng edib ona da bu barədə məlumat vermiş, Təzəgül müəllimənin yanına gəldikdən sonra o özü hadisə barəsində ona danışıb Orxanın gecə evə girib onu zorladığını, Orxanı aldadıb onu zorlamaması üçün ona pul təklif etdiyini, qəsdən ona “mən oğlan, qızam, ona görə də evlənməmişəm, mənə toxunma, namusumu ləkələmə” dediyini, Orxanın isə ona məhəl qoymayıb onu zorladıqdan sonra sumkasında olan 646 manat pulunu da götürüb getdiyini demişdir. Təzəgül müəllimə ona bunları dedikdən sonra onu da götürüb öz yaşadığı evinə aparmış, Təzəgül müəllimə özü 102 xidmətinə zəng edib hadisə barəsində polisə də məlumat vermiş, sonradan hüquqmühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlmişdirlər. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid6, Şahid5, Şahid4, Şahid2 və məhkəmədə araşdırılaraq ifadəsi elan olunmuş Şahid7 Şahid1la oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tovuz rayonu Məşədivəlilər kəndində ailəsi ilə birlikdə yaşayır. Tovuz rayonu Həsənli kənd mədəniyyət evinin müdiri vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə, saat 02:20 radələrində əmisi oğlu ilə birlikdə evlərinin çöl tərəfində heyvanları qaçmasın deyə onların yanında dayanmış, həmin vaxtı əmisi oğlu onu səsləyərək “ay Səbuhi Vüsalın əmisi oğlu Orxan səni çağırır” demiş, o da təzəlikcən qardaşının yas mərasimində kənd camaatından Orxanın kəndə qayıtdığını öyrənmiş, ancaq onu görməmişdir. Orxan təxminən 12-13 il bundan əvvəl bildiyinə görə Gürcüstana getmiş, o özü Orxanın böyük qardaşı Sənanla bir sinifdə oxumuş, axırıncı dəfə Sənanın tutulduğunu eşitmiş, onun harada olmasından xəbəri olmamışdır. Əmisi oğlu ona Orxanın onu çağırdığını deyəndə öz-özünə “gecənin bu vaxtı bu bizim qapıya görən niyə gəlib?” deyə fikirləşmiş, sözün düzü qorxduğundan əlinə çomaq alıb çölə çıxmış, çölə çıxanda Orxan onu görüb “ay Səbuhi nə iş görürsən, Vüsalın anası Himiş məni sənə köməyə göndərib, qoyunu haylayaqmı?, kömək lazımdırmı” dedikdə, o da ona heç bir kömək lazım olmadığını demiş və Orxan çıxıb getmişdir. Aradan təxminən yarım saat keçdikdən sonra heyvana baxmaq üçün çölə çıxdıqda evlərinin yanından bir dənə Vaz 2106 markalı avtomobil sürətlə keçib saxlamış, həmin maşını da həmkəndlisi olan Asəf idarə etmiş, həmin vaxtı “ay qardaş, ay qardaş” deyə qışqırıq səsini eşidib maşına tərəf gedəndə maşında heç kimi görməmiş, qışqırıq səsi Təzəgül müəllimənin qaldığı ev tərəfdən gəldiyi üçün o həmin istiqamətə gedəndə Məşədivəlilər kənd orta məktəbinin direktoru Əlixan müəllimin və qeyd etdiyi Asəf adlı taksi şoferinin orada olduğunu görmüş, ora çatanda Təzəgül müəllimə ona “ay Səbuhi, ay Səbuhi, Orxan məni zorladı” deyəndə o da ona Orxanın bayaqları onun yanına gələrək, “Himiş”in ona kömək etmək üçün onu göndərdiyini dediyini bildirmişdir. Sonradan kənd icra nümayəndəsi olan Nizaməddin müəllim də ora gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Orxanın atasıgillə qonşu olmuş, Orxan təxminən 12 il olar ki, onların kəndindən getmiş, Orxanın atası Sumbat Əhmədov təxminən 15-16 il olar ki, vəfat etmiş, anası isə onlar uşaq olanda qızınıda götürərək kənddən cıxıb getmişdir. Orxanın böyük qardaşı Sənan Əhmədov bir neçə dəfə məhkumluq həyatı yaşamış, digər qardaşı Elvin Əhmədov isə Orxangilin əmisi nəvəsi olan Vüsalın heyvanlarına Ceyrançöl qış otlaq ərazisində çobanlıq edir. Hadisə baş verməmişdən 10-15 gün əvvəl o, evdə olan zaman Orxan onlara gəlmiş, o, Orxanı görəndə ondan bu vaxta qədər harada olduğunu, nə yaxşı kəndə gəldiyini maraqlananda Orda ona Gürcüstanda Qaraçöpdə olduğunu, orada bir nəfər gürcünün heyvanlarına baxdığını bildirmişdir. O, hadisə barədə sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs evinə gələrək onunla zorla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, “xx xxxx 2019-cu il tarixdən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində hərbi hissənin Ağstafa rayonu Ceyrançöl ərazisində yerləşən 8-ci sərhəd zastavasının rəisi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. xx xxxxxxx 2019-cu il tarixdə saat 11.00-dan 15.00-dək sərhəd naryadının üzvləri əsgər Eltəkin Cavadov və əsgər Elşən Mehtiyev ilə birlikdə 15-1-15-ci sahələrə gözətçi dəstə, sərhəd xəttinin yoxlanılması sərhəd naryadı ximətinə təyin olunmuşdur. Xidməti sahəyə gedərkən və xidməti sahədən qayıdarkən ərazidə hər hansı bi şübhəli hal aşkar etməmiş, naryadda olduğu müddətdə xüsusən də 7-ci sahədə sərhəd gözətçisi, sərhəd naryadı xidmətini təşkil etmişdir. Həmin müddət ərzində dövlət sərhəd xəttinə yaxınlaşan və həmin ərazilərdə hər hansı bir şübhəli hal aşkar etməmişdir. Xidmət müddəti başa çatdıqdan sonra sərhəd zastavasına qayıtmış, sərhəd zastavasına qayıdarkən 1-15-cı sahələr istiqamətində ot örtüyündə və hər hansısa şübhə doğuran əlamətlər həmçinin dövlət sərhədinin pozulması hallarını və əlamətlərini aşkar etməmişdir. Həmin istiqamətlərdə dövlət sərhədinin pozulma ehtimalı az olmuşdur. Ola bilər ki, Təqsirləndirilən şəxs sərhəd naryadının hərəkətlərini izləmiş, həmin ərazi dağlıq və dərəlik olduğundan relyefin mürəkkəb olmasından və həmin ərazidə sərhəd naryadlarının xidmətdən qayıtmasından istifadə edərək dövlət sərhədini pozmuşdur. Onlar həmin 7-ci sahənin ərazisini saat 13:30 radələrində tərk edib geri qayıtmışdırlar.” Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonunun Meşədivəlilər kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzildir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 1 ədəd don və hadisədən sonra əyninə geyindiyi 1 ədəd şalvar, eləcə də Zərərçəkmiş şəxs yatdığı çarpayının üzərində olan döşək, yorğan, yastıq üzlüyü və Təqsirləndirilən şəxs onun evinə daxil olarkən qapının cəftəsini açmasında istifadə etdiyi evin girişinin sol yan tərəfindəki işıq sayğacının qutusundan açdığı 1 ədəd məftil parçası qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin xx.xx.2019-cu il tarixli 684 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-hər iki bud və sol diz oynağı nahiyələrinin, həmçinin sağ böyük cinsiyyət dodağının qançırları və böyük cinsiyyət dodaqlarının arxa bitişməsinin səthi cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində Zərərçəkmiş şəxs istəyi olmadan cinsi əlaqəyə girmə zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilə bilməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Zərərçəkmiş şəxs arxa keçərək dəliyində (anusda) qeyri-təbii yolla cinsi əlaqəyə girməyə xarakterik xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin xx xxxxxx 2019-cu il tarixli, 706 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ saidin və sağ əlin arxa səthinin sıyrıq izi küt əşyanın (əşyaların) təsirindən müayinədən 2- 3 həftə əvvəl əmələ gəlmiş sıyrığın izidir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Sol gözaltı nahiyənin qançırı küt əşyanın (əşyaların), sağ baldırın səthi kəsilmiş yarası isə iti kənara malik əşyanın (alətin) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ saidin sıyrıq izi insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni zərər çəkmiş şəxs ona müqavimət göstərən zaman əmələ gələ bilməsi inkar edilmir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən hər hansı bir əlamət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28664 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarlar və hadisə yerindən götürülməsi qeyd edilən yorğan, döşək və balış üzləri üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1№-li cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən don üzərindən tapılmış açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlir. Hadisə yerindən götürülməsi qeyd edilən yorğan, döşək və balış üzləri üzərində Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarların üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun və hadisə yerindən götürülməsi qeyd edilən yorğan, döşək və balış üzlərinin tərkib liflərindən yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmışAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28665 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, sayı və ölçüsü verilib. Tədqiqata təqdim edilmiş donun üzərində olan zədələr öz formasına, quruluşuna görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Tədqiqata təqdim edilmiş şalvar, tuman, yastıq, yorğan və döşək üzlüyü üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris birliyinin Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 979/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu AB0 sistemi üzrə - B alfa (İİİ). Təqsirləndirilən şəxs qan qrupu AB0 sistemi üzrə - A beta (İİ). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs donu, hadisə yerindən götürülmüş mələfə və yorğan üzlüyü üzərində insan qanı və sperma ləkələri, yastıq üzlüyü üzərində yalnız insan qanı ləkələri, Zərərçəkmiş şəxs şalvarında isə yalnız sperma ləkələri aşkar edildi. Yastıq üzlüyündə, yorğan üzlüyündə olan ləkələrdə və mələfədə olan bəzi qan ləkələrinin (ob.18) qrupu AB0 sistemi ilə təyin olunduqda yalnız B antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə B alfa qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu qan ləkələrinin həmin sistem üzrə Təqsirləndirilən şəxs məxsus olması inkar olunur. Don üzərindəki qan ləkələrində və mələfə üzərində aşkar edilmiş digər (ob.7) qan ləkəsində qrup mənsubiyyəti AB0 sistemi ilə təyin olunduqda yalnız A antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A beta qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu qan ləkələrinin həmin sistem üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunur. Aşkar olunmuş sperma ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə təyin olunduqda yalnız A anntiqeni alındı. Bu sperma ləkələri AB0 sistemi üzrə A beta (İİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs şalvarı üzərində vizual müayinə zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş yastıq üzlüyü üzərində vizual müayinə zamanı spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispaserin xx xxxxxx 2020-ci il tarixli, 100/42 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Qazax Rayonlararası Ruhi Xəstəxanasından verilmiş arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin primitivliyi) baxmayaraq o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onun tərəfindən edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir və hazırda anlayır. Təqsirləndirilən şəxs, onun tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə həyəcanlı psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs uydurmağa, yalan danışmağa meyilli deyildir. Təqsirləndirilən şəxs əqli inkişafına psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, onda pedaqoji baxımsızlıq və şəxsiyyətin primitivliyi aşkar olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispaserin xx xxxx 2020-ci il tarixli, 64 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs əsas fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətlər, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafını nəzərə alaraq, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyacanlı psixi-emisional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və psixi-emosional halından asılı olaraq müqavimət göstərə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə ifadəsi yerində yoxlanarkən o, Zərərçəkmiş şəxs yaşadığı mənzili göstərərək xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində həmin mənzilə daxil olub Zərərçəkmiş şəxs zorladığı yeri, hadisədən sonra isə Zərərçəkmiş şəxs telefonunu qoyduğu yeri, Zərərçəkmiş şəxs evindən çıxdıqdan sonra getdiyi istiqaməti göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə fotoçəkiliş aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun ACDİÜİİ-dən daxil olmuş xx xxxxxx 2020ci il tarixli 03/1-41ia saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sistemin “Sərhəd nəzarəti” altsistemində sərhəd keçmə hesabatı müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış DSX-nin N saylı hərbi hissəsinin 8-ci sərhəd zastavasının “Sərhədin mühafizə kitabı”-ndan çıxarışlardan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 11:00-dan 15:00-dək zastava rəisi Rufiyev Rufan Dövran oğlu, əsgərlər X5 və X10 15-1-15-ci sahələrdə GD/SXY xidmətini təşkil etmiş, sərhəd xətti və ona yaxın yol və cığırlara baxış keçirmiş, xidmət zamanı dövlət sərhədinin pozulması halı və əlamətləri aşkar etməmişdirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs sərhədi keçdiyi yeri göstərmiş və müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozduğu ərazi N nömrəli hərbi hissənin “Üçbulaq” (8-ci) sərhəd zastavasının sağ cinahında yerləşən 7-ci sahənin ərazisidir. İfadənin yerində yoxlanılması protokollaşdırılmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 194 və 195 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Əhmədov X1 qeydiyyatdadır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 İdarəsindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don və hadisədən sonra əyninə geyindiyi bir ədəd şalvar, eləcə də Zərərçəkmiş şəxs yatdığı çarpayının üzərində olan döşək, yorğan, yastıq üzlüyü və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olarkən qapının cəftəsini açmasında istifadə etdiyi evin girişinin sol yan tərəfindəki işıq sayğacının qutusundan açdığı məftil parçası, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi bir ədəd cins şalvar, bir ədəd trusik və bir cüt ayaqqabı maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və onu öldürməklə hədələyib cinsi əlaqədə olmaqla zorlaması, həmçinin özgəsinin əmlakını qanunsuz girdiyi yaşayış sahəsindən açıq talamaqla soyğunçuluq etməsi, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan çoxsaylı ekspertiza rəyləri və cinayət işinin yuxarıda şərh edilən dəlilləri ilə tam olaraq sübut olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələr ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs zorlamaması, sonuncunun razılığı ilə onunla cinsi əlaqədə olması, həmçinin zərərçəkmiş şəxsin yaşayış sahəsindəki otaqda olan çantadan hər hansı məbləğdə pul götürməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin obyektiv halları ilə tam təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi həmin ifadələri daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsəməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə qanunun həmin tələbini nəzərə alaraq hesab edir ki, həbsdə saxlandıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 214.46 (iki yüz on dört manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd don və hadisədən sonra əyninə geyindiyi bir ədəd şalvar, eləcə də döşək, yorğan, yastıq üzlüyü Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd trusik və bir cüt ayaqqabı onun yaxın qohumlarından birinə qaytarılmalı, imtina etdikləri təqdirdə məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olarkən qapının cəftəsini açmasında istifadə etdiyi məftil parçası məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tovuz rayon Vəkil Bürosunun vəkili X4 prosessual hərəkətlərdə 60 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Hacıalı oğlu15 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 157.1, 180.2.3 və 318.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 157.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin edilsin, təyin edilmiş 08 (səkkiz) ay müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə dörd gün hesabı ilə hesablanmaqla 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd don və hadisədən sonra əyninə geyindiyi bir ədəd şalvar, eləcə də döşək, yorğan, yastıq üzlüyü Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd trusik və bir cüt ayaqqabı onun yaxın qohumlarından birinə qaytarılsın, imtina edildiyi təqdirdə məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olarkən qapının cəftəsini açmasında istifadə etdiyi məftil parçası məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 214.46 (iki yüz on dört manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X2 vəkil işlədiyi Tovuz rayon Vəkil Bürosunun hesabına 360 manat, Müdafiəçi Hacıalı oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X14 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar