Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-199/2021 29.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X2, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Məmmədov X19 və Müdafiəçi2 oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü ildə Dəvəçi rayonu, Söhbətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işsiz, Şabran rayonu, Söhbətli kəndində qeydiyyatda olan və yaşayan, 31.08.2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxx 2004-cü il tarixdə Şabran rayonu, Söhbətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, yetkinlik yaşına çatmayan, əvvəllər məhkum olunmamış, işsiz, Şabran rayonu, Söhbətli kəndində qeydiyyatda olan və yaşayan, 01.09.2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 20 iyul 2020-ci il tarixdə saat 10 radələrində xx xxxx 2004-cü il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkında əyləşib söhbət edərkən orada uşağını gəzdirən Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın arxa cibində 100 manatlıq əskinazlardan ibarət pulların olmasını görüb həmin pulları ələ keçirmək qərarına gələrək yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2 tərbiyə etmək vəzifəsi daşıyan şəxs olmasına baxmayaraq sonuncunu əldə edəcəkləri gəlirlə maddi rifahlarının yaxşılaşacağına və törətdikləri cinayətə görə məsuliyyətə cəlb olunmayacaqlarına inandırıb əldə edəcəkləri gəliri aralarında bölüşdürəcəyini vəd etməklə onu ağır cinayətin törədilməsi ilə bağlı cinayətkar qrupa cəlb edib, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra birlikdə Zərərçəkmiş şəxs təqdib edərək sonuncunun yaşadığı ünvanı müəyyən edib onun evdə tək olmasını yəqinliklə bilib həmin tarixdə saat 12:20-də evin arxa tərəfindəki açıq sahədən oğlu Təqsirləndirilən şəxs2la birlikdə həyətə, oradan isə Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz olaraq girmiş, tamah və mənfəət əldə etmək niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə basqın edib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə sonuncudan pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə ona az əvvəl parkda uşağını gəzdirərkən cibində 100 manatlıq əskinaslardan ibarət pulların olmasını gördüyünü və həmin pulları gətirib onlara verməsini etməsini tələb edib sonuncunun ağız nahiyyəsini tutub divana sıxaraq şillə ilə sifət və baş nahiyəsindən vurmaqla ona sol almacıq nahiyyəsinin qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, belə olduqda Zərərçəkmiş şəxs qorxaraq pul kisəsindən 100 manat pulu çıxarıb onlara vermək istədikdə, o, pul kisəsini Zərərçəkmiş şəxs əlindən çəkib alaraq içərisində olan 9 ədəd 100 manatlıq əskinaslardan ibarət, cəmi 900 manat pulu, oğlu Təqsirləndirilən şəxs2 isə masanın üzərində olan 420 manat dəyərində 1 ədəd «Samsung Galaxy A-50» markalı mobil telefonu və 70 manat pulu götürərək ələ keçirib, zərərçəkmiş şəxsə cəmi 1390 (min üç yüz doxsan) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Rafiq Zülfüqarov, oğlu Təqsirləndirilən şəxs2, arvadı X3 və azyaşlı uşaqları ilə birlikdə Şabran rayon Söhbətli kəndində yaşamışdır. Əvvəllər bir neçə dəfə Gədəbəy rayon Miskinli kəndinə qaynatasının evinə qonaq gəlmiş və hər dəfə gələndə 6-7 gün qalıb istirahət edib qayıtmışdır. Arvadı Nahidə ilə aralarında narazılıq olduğuna görə sonuncu uşaqlarını da özü ilə götürüb 2020-ci ilin fevral ayının əvvəllərində Gədəbəy rayonu, Miskinli kəndinə atası evinə gəlmişdir. O, da 2020-ci ilin mart ayının 5-də Miskinli kəndinə gəlib ad günü məclisində iştirak etmişdir. 3 gün qonaq qaldıqdan sonra işləmək üçün Şəmkir rayonuna getmiş və Şəmkir rayon Polis Şöbəsinin inzibati binasından bir qədər aralı məsafədə yerləşən sahibinin adını xatırlamadığı “avtomobil yuyulan sexə” işə düzəlmişdir. 2020-ci ilin iyul ayının 15-də Gədəbəy rayonu, Miskinli kəndinə gəlmişdir ki, arvadı ilə barışıb arvadını və uşaqlarını götürüb Şabran rayonuna evinə aparsın, lakin, arvadı barışmamışdır. Miskinli kəndində arvadı Nahidənin yanında olan oğlu Təqsirləndirilən şəxs2 sonuncunu aparıb Şəmkir rayonunda istilikxanalarda işləməsini təklif etmişdir. 20 iyul 2020-ci il tarixdə Gədəbəy rayonu, Miskinli kəndindən oğlu İmaməlini götürüb Gədəbəy şəhərinə gətirmişdir ki, oradanda Şəmkir rayonuna getsinlər. 20 iyul 2020-ci il tarixdə təxminən saat 10 radələrində Gədəbəy şəhərində yerləşən “Park marketə” daxil olub siqaret almış və oğlu İmaməli ilə birlikdə keçib “Heydər Əliyev” adına istirahət parkında əyləşib söhbət edərkən sonradan adını bilib tanıdığı təxminən 28-30 yaş arası Zərərçəkmiş şəxs adlı qadının uşaq arabasında uşaq gəzdirdiyini və Nərminin əynində olan göy rəngli cins şalvarın arxa cibindən 100 manatlıq əskinaz pulların uclarının çölə çıxmasını görmüşdür. Gündəlik təlabatını ödəmək üçün pula ehtiyacı olduğu üçün özlüyündə Nərminin cibindən pulları ələ keçirməyi qərara almışdır. Yanında olan oğlu İmaməliyə Nərminin cibində olan pulları göstərmiş, İmaməli də pulları görmüşdür. Həmin qadının cibində 400-500 manat pul olmasını güman etməklə, oğlu İmaməliyə qadının cibindəki pulları ələ keçirməsini təklif etmişdir. Lakin, oğlu İmaməli onun təklifi ilə razılaşmamışdır. Bir neçə dəqiqə oğluna təsir edərək pulları olmadığını, ona görədə çətinlik çəkmələri və hər hansı qorxu olmadığını, tutulmayacaqlarını və xərcləmək üçün xeyli pul əldə edəcəklərini, bununla da təlabatlarını ödəyəcəklərini və hər bir işlərininin yaxşı olacağını deyərək onda pulu ələ keçirməyə həvəs yaratmışdır. Bununla da oğlu İmaməli ilə Nərminin pulunu hansı yolla olursa-olsun ələ keçirməkləri barədə qabaqcadan razılığa gəlmişlər. Parkda çoxlu adamlar olduğuna görə qadının cibindən pulları oğurlamağa cəhd etməmişlər. İmaməliyə oturub gözləyək qadın gedərkən ətraf görünməyən yerdə qadının əlindən pulları alıb aradan çıxaq demişdir, oğlu İmaməli də onunla razılaşmışdır. Nərmin uşağını aparıb Gədəbəy şəhərinin mərkəzi istiqamətinə gedərək yaxınlıqda yolun sağ kənarında yerləşən “Park market” mağazasına daxil olmuşdur. Mağazanın qarşısında kamera ola bilməsindən ehtiyat edərək oğlu İmaməli ilə Nərminin arxasınca gedərək mağazanın qarşısından keçən avtomobil yolunun əks tərəfinə keçib sonuncunu gözləmişlər. Nərmin mağazadan çıxıb uşağını arabada apararaq Gədəbəy şəhərində yerləşən avtovağzaldan keçərək getdikcə oğlu İmaməli ilə qadının arxasınca izləyə-izləyə təxminən 20-30 metr ara məsafəsi saxlayaraq getmişlər. Nərmin ətrafı yaşayış evləri olan yerdə bir darvazanı açarla açıb içəri daxil olmuşdur. Qadının arxasınca evin həyətinə daxil olmaq istədikdə həmin anda tanımadığı iki nəfər qadının yolla gəldiyini görüb qadınların onlardan şübhələnməmələri üçün onlara kirayə ev axtardıqlarını və kimlərin kirayə ev vermələrini soruşmuşdur. Həmin qadınlar orada yalnız Nərminin daxil olduğu evin kirayəyə verilməsini bildirmişlər. Bir qədər soyuqqanlı yanaşaraq qadınlar uzaqlaşan kimi Nərmin daxil olan dəmir qapıya yaxınlaşmışlar. Evin həyətinə qapı bağlı olduğuna görə keçə bilməmişlər. Qapını döymüşlər, Nərmin kənardan kim olmaları ilə maraqlandıqda həmin evin kirayəyə verilməsini soruşarkən sonuncu özünün kirayədə yaşadığını bildirib qapını açmamışdır. O, daş hasarın üstünə çıxıb gizlin baxdıqda qadının evin həyətində təkcə uşaqla oynadığını görmüşdür. İmaməli də dəmir qapının arasından içəriyə baxıb Nərminin tək olduğunu təsdiqləmişdir. Yanında oğlu İmaməli olmaqla ətrafı hərlənmiş və evin arxa tərəfindən həyətə girməyin mümkün olmasını müəyyən etmişlər. Küçədə, yol boyu gəlib-gedən olmamasını, tam sakitlik olmasını dəqiqləşdirdikdən sonra İmaməli ilə birlikdə Gədəbəy-Şəmkir avtomobil yolunda işıqforun yan tərəfindən keçib əkin sahəsi və göy otluqla açıq vəziyyətdə olan qapıdan evin həyətyanı əkin sahəsinə gəlib oradanda evin həyətinə keçib Zərərçəkmiş şəxs yaşadığı evə plastik materialdan olan örtülü vəziyyətdə qıfıl ilə bağlanmamış qapıdan qabaqda o, arxasınca da oğlu İmaməli evə daxil olmuşlar. Otağın sol tərəfində divanda Nərminin əyləşib telefonla məşğul olub ayağı ilə uşaq arabasını hərəkət etdirərək 2-3 yaşlı uşağı yatızdırdığını görmüşlər. Nərmindən pul tələb etmiş, lakin, sonuncu pulu olmadığını dedikdə Nərminə “bir neçə dəqiqə bundan əvvəl parkda cibində pullar olduğunu görmüşəm və həmin pulları hara qoymusansa çıxarıb ver” deyib sonuncuya hədə qorxu gələrək öldürəcəyi ilə hədələmişdir. Nərmin, “uşaq yatır xahiş edirəm səs salmayın uşaq oyanıb qorxar” deyib uşağı götürüb yandakı otaqa uzatmışdır. Pulu almaq məqsədilə Nərmini əli ilə yavaş vurmuşdur. Həmin vaxtı oğlu İmaməli masanın üzərində olan 70 manat pulu və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. İmaməli pulu və telefonu götürərkən Nərmin görsədə qorxusundan səsini çıxartmamışdır. Daxil olduqları 1-ci otaqda masanın üzərində qara rəngli pul qabını görmüşdür. Yaxınlaşıb qara rəngli pul qabını götürüb içərisinə baxmaq istədikdə Nərmin yaxınlaşıb qorxa-qorxa ona mane olaraq əlini uzadıb pul qabını əlindən almaq istədikdə o, əli ilə Nərmini geriyə itələmişdir. Nəticədə Nərmin arxa-arxaya gedib divara dəymişdir. Pul qabının içərisinə baxdıqda içərisində 5 manat və daha sonra içərisində 100 manatlıq pul əskinazları olmasını görmüşdür. Həmin 100 manatlıq əskinaz pulların hamsını götürüb cibinə qoymuş və Nərminə “əgər səsini çıxarsan özündən küs” deyib evin giriş qapısını bağlayıb həyətə daxil olduqları yerdən qaça-qaça çıxıb Gədəbəy-Şəmkir avtomobil yolunun kənarı ilə Gədəbəy şəhərinin mərkəzinə taksilər dayanan yerə gedib markasını və dövlət nömrə nişanını bilmədiyi və sürücüsünü tanımadığı “Mersedes” markalı taksi avtomobili ilə sürücüyə 12 manat pul verib Şəmkir şəhərinə gəlmişlər. Orada bazarın qarşısında düşüb bazara getmişlər. Taksidə gedərkən oğlu evdən əldə etdiyi “Samsung Galaxy A-50” markalı telefonu ona vermişdir. Nərminin əlindən aldığı pulu saydıqda cəmi 900 (doqquz yüz) manat olmasını müəyyən etmişdir. İmaməlinin götürmüş olduğu 70 manat puluda həmin pulun üstünə gəldikdə cəmi 970 (doqquz yüz yetmiş) manat pul və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonu əldə etdiklərini dəqiqləşdirmişlər. Şəmkir şəhərində bazara gedib Nərmindən əldə etdiyi puldan özünə bir ədəd şalvar, bir cüt ayaqqabı, bir ədəd köynək, oğlu İmaməliyə bir ədəd şalvar, bir cüt ayaqqabı, bir ədəd köynək alıb elə bazarda şalvarların ayağını dərziyə tikdirib əyinlərinə geyinmişlər. Sonra bir qədərdə bazarlıq edib bazarın qarşısından dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı Vaz-2107 markalı taksi avtomobiliə minib əvvəlcə 15 manata Gədəbəy şəhərinə, sonra isə 30 manat verib Gədəbəy rayonu, Miskinli kəndinə getmişlər və təxminən bir saat oturub söhbət etmişlər. İstifadəsində olan ***-***-**-** nömrəsi ilə Şəmkir rayonunda parnik ilə məşğul olan adını və nömrəsini xatırlamadığı şəxs zəng etmiş və həmin şəxs onları çağırdığı üçün qızı ilə xüdahafisləşib İmaməli ilə birlikdə evdən çıxaraq Miskinli kəndinin mərkəzindən sürücüsünü tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı “NİVA” markalı avtomobilə minib Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yanacaq doldurma məntəqəsinə kimi gəlmişlər. Orada avtomobildən düşüb yol haqqı kimi 6 manat pul vermiş və oradan Şəmkir istiqamətinə gedən qırmızı rəngli VAZ- 21011 markalı taksi avtomobilinə minib Şəmkir şəhərinə getmişlər. Telefonu adi telefon olduğuna görə ***-***-**-** nömrəsini telefondan çıxarıb Nərminin telefonuna quraşdırıb istifadə etməyə başlamışdır. 3-4 gün Şəmkir rayonunda günü 15 manata, yeməkləri verilmə şərti ilə işləyəndən sonra avtomobillə Gəncə şəhərinə, oradandan da VİTA markalı avtomobilə minib Bakı şəhərinə getmişlər. 20 yanvar dairəsində düşüb 3-cü mikrorayon istiqamətə gedən yolun kənarında olan telefon mağazalarından birinə gedib tanımadığı şəxsə Nərminə məxsus telefonu almağı təklif etmişdir. Satıcı telefonu nəzərdən keçirib İmaməlinin doğum haqqında şəhadətnaməsinin surətini təqdim etmək şərtilə Nərminin “Samsung Galaxy A-50” markalı telefonunu 190 manata almağa razılaşmışlar. Lakin, satıcı şəxsiyyət vəsiqəsi tələb etdiyi üçün Xaçmaz rayonunda yaşayan Tahirə (bəlkədə Xatirə) adlı tanış qadına zəng edib onun şəxsiyyət vəsiqəsinin şəklini «Whatsapp»la satıcının telefonuna göndərtmişdir. Sonra telefonu satıcıya 190 manata satıb pulu götürüb uzaqlaşmışdır. Nərminə məxsus “Samsung Galaxy A-50” markalı telefonu satarkən öz şəxsi telefonu olmasını və pula ehtiyacı olduğu üçün satdığını demiş və telefon alan şəxs telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Telefonu satandan sonra oğlu ilə Bakı şəhəri, Yasamal rayonuna gedib kirayəyə ev axtarıb ATV+ olan yerdə ev tapıb günü 3 manata təxminən 35 gün qalıb ayrı-ayrı avtomobil yuyulan sexlərdə işləyib və günə təxminən 20-25 manat qazanmışlar. Sonra axtarışda olduqlarına görə tutulmamaq üçün qaldıqları yeri dəyişmək məqsədilə İmaməli ilə birlikdə Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində olarkən “Covid-19” xəstəliyi ilə əlaqədar yaradılmış karantin rejiminə görə polis əməkdaşları onları saxlayıb portaldan yoxlayarkən onun axtarışda olduğu müəyyən edildiyi üçün onları Abşeron rayon Polis İdarəsinə aparmışlar. 20 iyul 2020-ci il tarixdə Gədəbəy şəhərində yaşayan Zərərçəkmiş şəxs evinə daxil olarkən nə özündə, nə də ki, oğlu İmaməlidə hər hansı bir silah, bıçaq və ya başqa əşya olmamışdır. Sadəcə olaraq Nərminə pulu əldə etməkdən ötrü hədə-qorxu gəlmişlər. Nərminin evindən quldurluq yolu ilə əldə etdiyi pulun hamsını xərclədiklərini və telefonu sataraq əldə etdiyi 190 manat pulu xərcləyib qurtardığı üçün həmin şəxsə vurmuş olduğu maddi ziyanı ödəməyə imkanı yoxdur. Tutduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs1, anası X3 və azyaşlı bacısı Əzizə ilə birlikdə Şabran rayonu, Söhbətli kəndində yaşamış və Şabran rayonun Ağalı kənd tam orta məktəbində 10-cu sinifdə oxumuşdur. Atası Təqsirləndirilən şəxs1 spirtli içki qəbul edərək mütamadi olaraq evdə anası ilə mübahisə edərək ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Sonuncu dəfə 2020ci ilin fevral ayının əvvəllərində evdə atası Natiq ilə anası Nahidənin arasında baş vermiş ailə narazılığına görə anası atasından rəsmi olmasa da boşanaraq onu və azyaşlı bacısı Əzizəni götürüb özü ilə Gədəbəy rayon Çalburun kəndində yaşayan atası İsrayılın evinə gətirmiş və orada yaşamağa başlamışlar. O, da gündəlik təsərrüfatla məşğul olmuş və bəzən də kimlərinsə ehtiyacları olanda günəmuzd fəhləlik edərək çətinliklədə olsa yaşamışlar. Atası Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayının 15 də Gədəbəy rayonun Miskinli kəndinə baba evinə gəlib anası ilə barışmaq istəsədə anası razılaşmayaraq atasına onun düzəlməyəcəyini, nə də ailə qədri bilməyəcəyini bildirərək barışmaqdan və Şabran rayonuna evə qayıtmaqdan imtina etmişdir. Atası Çalburun kəndində yaşayan xalası Pirverdiyeva Bəstinin evinə gedib bir gün qonaq qalmış və səhəri günü yanına gələrək ona təklif etmişdir ki, birlikdə gedib Şəmkir rayonunda fəhlə kimi işləyib gündəlik çörək pulu qazansınlar. Maddi imkanları çətin olduğuna, baba evində müvəqqəti olsada yaşadıqlarına görə atasının təklifi ilə razılaşmışdır. 16 iyul 2020-ci il tarixdə atası ilə Şəmkir rayonuna gedib 3 gün işlədikdən sonra atasının təklif ilə onunla birlikdə 19 iyul 2020-ci il tarixdə axşam üstü Gədəbəy rayonu, Çalburun kəndinə gəlmişlər. Atası yenə də anasından barışmağı xahiş etsə də anası onunla barışmamışdır. Atası ilə həmin gecə Çalburun kəndində Hafiz müəllimin evində qalmış və 20 iyul 2020-ci il tarixdə tezdən təxminən saat 09 radələrində Şəmkir rayonuna işləməyə getmək üçün Gədəbəy şəhərinə gəlmişlər. Gədəbəy şəhərində H.Əliyev adına istirahət parkına gəlib oturaraq söhbət etmişlər. Sonradan tanıdığı Zərərçəkmiş şəxs da parkda uşaq arabasında uşaq gəzdirməsini görmüşdür. Bu zaman atası ona Nərminin əynində olan göy rəngli cins şalvarın arxa cibindən 100 manatlıq əskinaz pulların uclarının çölə çıxmasını göstərib qadının cibindəki pulları ələ keçirməklərini təklif etmişdir. Lakin, atasının təklifi ilə razılaşmamışdır. Bir neçə dəqiqə atası ona pullarının olmadığını, ona görədə çətinlik çəkmələri və hər hansı qorxu olmadığını, tutulmayacaqlarını və xərcləmək üçün xeyli pul əldə edəcəklərini, bununla da təlabatlarını ödəyəcəklərini və hər bir işlərinin yaxşı olacağını deyərək onda pulu ələ keçirməyə həvəs yaratmışdır. Bununla da atası ilə Nərminin pulunu hansı yolla olursa-olsun ələ keçirməkləri barədə qabaqcadan razılığa gəlmişlər. Parkda çoxlu adamlar olduğuna görə qadının cibindən pulları çıxartmağa cəhd etməmişlər. Atası ona “oturub gözləyək qadın gedərkən görünməyən yerdə qadının əlindən pulları alıb aradan çıxaq” demişdir. O, da razılaşmışdır. Nərmin uşağını da aparıb Gədəbəy şəhərinin mərkəzi istiqamətinə gedərək yaxınlıqda yolun sağ kənarında yerləşən “Park market” mağazasına daxil olmuşdur. Mağazanın qarşısında müşahidə kamerasının ola bilməsindən ehtiyat edərək atası ilə onun arxasınca gedərək mağazanın qarşısından keçən avtomobil yolunun əks tərəfinə keçib Nərmini gözləmişlər. Nərmin mağazadan çıxıb uşağını arabada apararaq Gədəbəy şəhərində yerləşən avtovağzaldan keçərək getdikcə atası ilə qadının arxasınca izləyə-izləyə təxminən 20-30 metr ara məsafəsi saxlayasaxlaya getmişlər. Nərmin ətrafı yaşayış evləri olan yerdə bir darvazanı açarla açıb içəri daxil olmuşdur. Qadının arxasınca evin həyətinə daxil olmaq istədikdə həmin anda tanımadığı iki nəfər qadının yolla gəldiyini görüb qadınların onlardan şübhələnməmələri üçün atası onlara kirayə ev axtardıqlarını və kimlərin kirayə ev vermələrini soruşmuşdur. Həmin qadınlar orada yalnız Nərminin daxil olduğu evin kirayəyə verilməsini bildirmişlər. Bir qədər soyuqqanlı yanaşaraq qadınlar uzaqlaşan kimi Nərmin daxil olan evin dəmir qapısına yaxınlaşmışlar. Evin həyətinə qapı bağlı olduğuna görə keçə bilməmişlər. Qapını döymüşlər, Nərmin kənardan kim olmaqları ilə maraqlanmış, həmin evin kirayəyə verilməsini soruşduqda sonuncu da özünün kirayədə yaşadığını bildirib qapını açmamışdır. Atası daş hasarın üstünə çıxıb gizlin baxdıqda qadının evin həyətində təkcə uşaqla oynadığını görmüşdür. O, da dəmir qapının arasından içəriyə baxıb Nərminin tək olduğunu təsdiqləmişdir. Atası ilə birlikdə ətrafı hərlənmiş və evin arxa tərəfindən həyətə girməyin mümkün olmasını müəyyən etmişlər. Küçədə, yol boyu gəlib-gedən olmamasını, bununlada tam sakitlik olmasını dəqiqləşdirdikdən sonra atası ilə birlikdə Gədəbəy-Şəmkir avtomobil yolunun yanından işıqforun yan tərəfindən keçib əkin sahəsi və göy otluqla gəlib evin həyətyanı əkin sahəsinə açıq vəziyyətdə olan qapıdan keçib evin həyətinə gəlib sonradan tanıdığı Zərərçəkmiş şəxs yaşadığı evə plastik materialdan olan örtülü vəziyyətdə qıfıl ilə bağlanmamış qapıdan qabaqda atası, arxasıncada özü otağa daxil olmuşlar. Otağın sol tərəfində divanda Nərminin əyləşib telefonla məşğul olub ayağı ilə uşaq arabasını hərəkət etdirərək 2-3 yaşlı uşağı yatızdırdığını görmüşdür. Atası Nərmindən pul tələb etmiş, lakin Nərmin pulu olmadığını dedikdə atası “bir neçə dəqiqə bundan əvvəl parkda cibində pulların olduğunu görmüşəm və həmin pulları hara qoymusansa çıxarıb ver” deyib Nərminə hədə-qorxu gələrək onu öldürəcəyi ilə hədələmişdir. Nərmin, “uşaq yatır xahiş edirəm səs salmayın uşaq oyanıb qorxar” deyib uşağı götürüb yandakı otağa uzatmışdır. Atası pulu almaq məqsədilə Nərmini şilləyumruqla vurmüşdür. Həmin vaxtı o, masanın üzərində olan 70 manat pulu və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. O, pulu və telefonu götürərkən Nərmin görsə də qorxusundan səsini çıxartmamışdır. Atası 1-ci otaqda masanın üzərində qara rəngli pul qabını görmüş və yaxınlaşıb pul qabını götürüb içərisinə baxmaq istədikdə Nərmin qorxa-qorxa atasına mane olaraq əlini uzadıb pul qabını əlindən almaq istədikdə atası əli ilə Nərmini geriyə itələmişdir. Nəticədə Nərmin arxaya gedib divara dəymişdir. Atası pul qabının içərisinə baxdıqda içərisində 5 manat və daha sonra içərisində 100 manatlıq pul əskinazları olmasını görmüş və 100 manatlıq əskinaz pulların hamsını götürüb cibinə qoymuş və Nərminə “əgər səsini çıxartsan özündən küs” deyib evin giriş qapısını bağlayıb həyətə daxil olduqları yerdən qaça-qaça çıxıb Gədəbəy-Şəmkir avtomobil yolunun kənarı ilə Gədəbəy şəhərinin mərkəzinə taksilər dayanan yerə gedib markaını, dövlət nömrə nişanını və sürücüsünü tanımadıqları “Mersedes” markalı taksinin sürücüsünə 12 manat pul verib Şəmkir şəhərinə getmişlər. Orada bazarın qarşısında düşüb bazara getmişlər. Taksidə gedərkən evdən əldə etdiyi “Samsung Galaxy A-50” markalı telefonu atasına vermişdir. Atası Nərminin əlindən aldığı pulu saydıqda cəmi 900 (doqquz yüz) manat götürdüyünü müəyyən etmişdir. Onun götürmüş olduğu 70 manat puluda həmin pulun üstünə gəldikdə cəmi 970 (doqquz yüz yetmiş) manat pul və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonu əldə etdiklərini dəqiqləşdirmişlər. Şəmkir şəhərində bazara gedib Nərmindən əldə etdiyi puldan atası özünə bir ədəd şalvar, bir cüt ayaqqabı, bir ədəd köynək, ona isə bir ədəd şalvar, bir cüt ayaqqabı, bir ədəd köynək alıb elə bazarda şalvarların ayağını dərziyə tikdirib əyinlərinə geyinmişlər. Sonra bir qədərdə bazarlıq edib bazarın qarşısından dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı VAZ-2107 markalı taksi avtomobiliə minib əvvəlcə 15 manata Gədəbəy şəhərinə, sonra isə 30 manat verib Gədəbəy rayonu, Miskinli kəndinə gəlmişlər və təxminən bir saat oturub söhbət etmişlər. Atası istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şəmkir rayonunda parnik ilə məşğul olan adını və nömrəsini xatırlamadığı şəxsə zəng etmişdir. Həmin şəxs onları çağırdığı üçün onun görüləsi işlərini görməkdən ötrü bacısı ilə xüdahafisləşib atası ilə birlikdə evdən çıxaraq Miskinli kəndinin mərkəzindən sürücüsünü tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı “NİVA” markalı avtomobilə minib Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən yanacaq doldurma məntəqəsinə kimi gəlmişlər. Orada avtomobildən düşüb yol haqqı kimi 6 manat pul vermiş və oradan Şəmkir istiqamətində gedən qırmızı rəngli VAZ- 21011 markalı taksi avtomobilinə minib Şəmkir şəhərinə gəlmişlər. Atasının telefonu adi telefon olduğuna görə ***-***-**-** nömrəsini telefonundan çıxarıb Nərminin telefonuna quraşdırıb istifadə etməyə başlamışdır. 3-4 gün oralarda günü 15 manata yeməyi verilmə şərti ilə işləyəndən sonra avtomobillə Gəncə şəhərinə, oradandan da VİTA markalı avtomobilə minib Bakı şəhərinə gəlmişlər. 20 yanvar dairəsində düşüb 3-cü mikrorayon istiqamətdə yolda yerləşən telefon mağazalarından birinə gedib satıcısını tanımadığı şəxsə atası Nərminə məxsus telefonu satmaq üçün təklif etmişdir. Satıcı telefonu nəzərdən keçirib onun doğum haqqında şəhadətnaməsinin surətini təqdim etməklə Nərminin “Samsung Galaxy A-50” markalı telefonunu 190 manata almağa razılaşmışdır. Lakin satıcı şəxsiyyət vəsiqəsi tələb etdiyi üçün atası Xaçmaz rayonunda yaşayan Tahirə (bəlkədə Xatirə) adlı tanış qadına zəng edib onun şəxsiyyət vəsiqəsinin şəklini «Whatsapp»la satıcının telefonuna göndərtmişdir. Sonra telefonu satıcıya 190 manata satıb atası pulu götürüb uzaqlaşmışlar. Nərminə məxsus “Samsung Galaxy A-50” markalı telefonu satarkən atası öz şəxsi telefonu olmasını və pula ehtiyacı olduğu üçün satdığını demiş və telefon alan şəxs telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Telefonu satandan sonra atası ilə Bakı şəhərinin Yasamal rayonuna gedib kirayəyə ev axtarıb ATV+ olan yerdə ev tapıb günü 3 manata təxminən 35 gün qalıb ayrı-ayrı avtomobil yuyulan sexlərdə işləyib və günə təxminən 20-25 manat qazanmışlar. Sonra axtarışda olduqlarına görə tutulmamaq üçün qaldıqları yeri dəyişmək məqsədilə Bakı şəhəri, Abşeron rayonu Saray qəsəbəsinə atası ilə birlikdə getmişlər. Saray qəsəbəsində olarkən “Covid-19” xəstəliyi ilə əlaqədar yaradılmış karantin rejiminə görə polis əməkdaşları onları saxlayıb portaldan yoxlayarkən atasının axtarışa verildiyini bilmişlər. 01 sentyabr 2020-ci il tarixdə onu Gədəbəy rayon Polis Şöbəsinə aparmışlar. 20 iyul 2020-ci il tarixdə Gədəbəy şəhərində yaşayan Zərərçəkmiş şəxs evinə daxil olarkən nə özündə, nə də ki, atasında hər hansı bir silah, bıçaq və ya başqa əşya olmamışdır. Sadəcə olaraq Nərminə pulu əldə etməkdən ötrü hədə-qorxu gəlmişlər. Nərminin evindən quldurluq yolu ilə əldə etdiyi pulun hamısını xərclədiklərini və telefonu sataraq əldə etdiyi 190 manat pulu xərcləyib qurtardığı üçün həmin şəxsə vurmuş olduqları maddi ziyanı ödəməyə imkanı yoxdur. Tutduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid1 və azyaşlı oğlu Kamalla birlikdə Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, ev-27 ünvanında X4 məxsus evdə kirayə yaşayır. Həyat yoldaşı Mustafa Gədəbəy rayonu Novo-Saratovka kəndində yerləşən N saylı hərbi hissədə xidmət edir. Həyat yoldaşı Mustafa səhər tezdən işə gedib gecələr evə gəlir, mütamadi olaraq gündüzlər oğlu Kamalı aparıb bir qədər parkda gəzdirib evə qaytarır. 20 iyul 2020-ci il tarixdə saat 06 radələrində Mustafa işə gedəndən sonra o, azyaşlı oğlu Kamalı götürüb saat 09 radələrində Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkına aparıb bir qədər uşaq arabasında gəzdirdikdən sonra təxminən saat 11.30 radələrində parkın yaxınlığında olan “Park market” mağazasına gedib əynində olan göy rəngli cins şalvarın arxa cibinə qoyduğu 105 manatlıq puldan evinə lazım olan bazarlıq edib, qalmış 70 manat pulu şalvarının arxa cibinə qoyub uşağını gətirib evinə gəlmiş, həmin günü təxminən saat 12 radələrində evinin həyətinə çatıb həyətə giriş üçün olan dəmir darvazanı açıb evin həyətinə daxil olaraq darvazanı arxa tərəfdən bağlamış, evə daxil olduqdan bir neçə dəqiqə sonra yəni, saat 12.10 radələrində həyət darvazasının döyülmə səsini eşidib həyətə çıxaraq darvazaya yaxınlaşıb kim olması ilə maraqandıqda çöldən görünməyən şəxs ondan yaşadığı evin kirayəyə verilməsini soruşmuşdur. O, isə həmin şəxsə evin kirayəyə verilmədiyini və özünün də həmin evdə kirayədə yaşadığını bildirmişdir. Həmin şəxs ondan qapını açmasını təklif etsədə səsindən kişi cinsli olmasını bilib qapını açmamış, sonra evə daxil olub evin giriş qapısını qıfıl ilə bağlamayıb yalnız qapını örtmüş, girişdə olan birinci otaqdakı sol tərəfdə olan divanda oturub uşağını yatızdırarkən birdən qapı açılaraq iki nəfər kişilərin evə daxil olmuşlar və aqressiv vəziyyətdə ona hücum edərək pul tələb etmişlər. Həmin şəxslərə “qışqırmayın körpə uşağım yatıb, səsinizə oyana və qorxa bilər” deyib, icazə alaraq uşağını onların müşahidəsi ilə başqa otaqda çarpayının üstünə qoyub qayıtmışdır. O, həmin şəxslərə pulu olmadığını deyən kimi, üstünə qışqırıb əli ilə ağzını tutub divara sıxaraq şilləyumruqla sifətinə, başına vuraraq ondan pul tələb edib parkda gəzərkən əynində olan cins şalvarın arxa cibində yüz manatlıq pulları gördüklərini bildirmişlər və onu öldürəcəkləri ilə hədələmişlər. Bu zaman gənc olan oğlan əlini atıb masanın üzərində olan “SAMSUNG GALAXY-A 50” markalı mobil telefonunu və yanında olan 70 manat pulunu götürüb cibinə qoyduğunu görsədə, lakin qorxusundan səsini çıxarmamış, evinə daxil olmuş 2 nəfər kişi cinsli şəxslərdən yaşlı olanı onu döydüyünə və başqa çıxış yolu qalmadığına görə qara rəngli pul kisəsini gətirib 100 manat pul vermək istədikdə yaşlı olan şəxs əlindən pul kisəsini çəkib alaraq içərisində olan 1000 (min) manat pulun hamsını götürmüşdür. Sonra həmin şəxslər onu çəkib ikinci otağa salaraq qapını bağlamaq istədikdə “evdə olan körpə uşağım oyanıb qorxudan ürəyi partlaya bilər” deyib yalvardığına görə həmin şəxslər qapını bağlamayaraq səsini çıxarmamağı, əks halda onu məhv edəcəklərini bildirmişlər. O, həmin şəxslərə sakitcə evdə oturacağına söz verdiyi üçün sonuncular evi tərk edərək çıxıb getmişlər. 2-3 dəqiqə sonra evdən çölə çıxaraq həmin şəxslərin getdiyini görüb tez evinin sağ tərəfində yaşayan qonşunun həyətinə qaçaraq Türkel adlı şəxsin mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. 20 iyul 2020-ci il tarixdə təxminən saat 12.20 radələrində evinə daxil olmuş iki nəfər kişi cinsli şəxslərin əlləri, sifətləri, başları açıq vəziyyətdə olmaqla əllərində hər hansı bir əşya, alət olmadığını, nə də onu hər hansı əşya və alətlə vurmadıqlarını, evinə qanunsuz daxil olaraq pulunu və telefonunu aparan şəxslərdən biri təxminən 38-40 yaşı olmaqla orta boylu, başının tükü qara rəngli, qarayağız, orta köklükdə, əynində tünd göy rəngli teniska, qara rəngli şalvar, belində asma çanta olan kişi və ikinci isə təxminən 16-18 yaşlı, orta boylu, arıq bədən qurluşlu, sarışın, əynində açıq sarı rəngdə köynək olan gənc oğlan olduğunu, evinə basqın etmiş şəxslər ona zor tətbiq edərək yalnız evindən 1000 (min) manat pul və bir ədəd “SAMSUNG GALAXY-A 50” markalı mobil telefonunu apardıqlarını göstərmişdir. Təqsirləndirilən şəxslərdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs hərbçi əri Şahid1 və azyaşlı uşağı ilə birlikdə qonşusu X5 məxsus evdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs əri işə tezdən gedir. 20 iyul 2020-ci il tarixdə saat təxminən 12:20 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs həyəcanlı və ağlamış vəziyyətdə onun evinə gələrək tanımadığı iki nəfər şəxslərin yaşadığı evə girərək onu döyüb zorla 1000 manat pulunun və “Samsung-50A” markalı mobil telefonunun aparılması barədə məlumat vermişdir. O, da ***-***-**-** nömrəli mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş, Nərmin Ələsgərli özü baş vermiş hadisə barəsində məlumat vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2-ci tabor komandirinin müavini vəzifəsində işləyir. Arvadı Zərərçəkmiş şəxs və 8 aylıq azyaşlı oğlu Toğrul ilə birlikdə Gədəbəy şəhəri Zərifə Əliyeva küçəsi 27 №-li evdə kirayədə yaşayır. 20 iyul 2020-ci il tarixdə saat 07 radələrində xidməti iş yerinə getmişdir. Saat 13 radələrndə qaynı Cavid Bilalov ona zəng edərək Nərmin evdə olan zaman evə naməlum iki nəfər şəxsin qanunsuz daxil olaraq arvadı Nərminə hədə qorxu gəlib döyərək 1000 (min) manat pulunun və “Samsung-A50”markalı mobil telefonun aparılması barədə məlumat vermişdir. İcazə alaraq tez evinə gəlmiş, həqiqətəndə arvadının döyülərək 1000 (min) manat pulunun və arvadına məxsus “Samsung-A50” markalı mobil telefon aparatının quldurluq yolu ilə ələ keçirilməsini bilmişdir. Gədəbəy rayon Polis Şöbəsinin 20.07.2020-ci il tarixli təqiririndən görünür ki, Gədəbəy rayon sakini, Zərərçəkmiş şəxs 20 iyul 2020-ci il tarixdə saat 12:23-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, tanımadığı 2 nəfər şəxsin onu izləyərək evinə qədər gəlməsi, daha sonra evinə hasardan daxil olaraq onu hədələyib döyərək 1000 manat pulunu əlindən almaları barədə məlumat vermişdir Zərərçəkmiş şəxs Gədəbəy rayon Polis Şöbəsinə ünvanladığı 20 iyul 2020-ci il tarixdə ərizəsindən görünür ki, o, Gədəbəy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 12:30 radələrində yaşadığı evə şəxsiyyətləri ona məlum olmayan 2 nəfər kişinin qanunsuz daxil olmaları, ona hədə-qorxu gəlməklə evindən 1000 manat pul və 1 ədəd Samsung A 50 markalı mobil telefonunu götürərək qaçıb getmələrini bildirib həmin şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 20.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri, ünvan 5 ünvanıdır. Baxış keçirilən ev avtomobil yolunun Arıqdam kəndi istiqamətində yolun sol tərəfində yerləşir. Evin həyət darvazası 3x3 metr ölçüdədir. Həyətə daxil olunduqda darvazanın sağ və sol tərəfləri daş hasar olmaqla çöldən evin həyəti görsənmir. Darvazadan həyətə daxil olduqda sağ tərəfdə daş hasar, sol tərəfdə çörək bişirilən soba, darvazadan 8 metr aralıda isə 2 mərtəbəli yaşayış evi vardır. Evin giriş qapısı 1,25 x 1,75 metr ölçüdədir, ikitağlıdır, ağ rəngdə olmaqla plastik materialdandır və açıq vəziyyətdədir. Evin giriş qapısının sağ tərəfində 115 x 130 sm ölçüdə iki ədəd plastik materialdan olan pəncərələr, evin sağ arxa yan tərəfində 45 x 45 sm ölçüdə plastik nəfəslik vardır ki, onlar bağlı vəziyyətdədir. Evin ön tərəfində çardaq olmaqla tikintisi tamamlanmamışdır. Evin arxa tərəfi ilə yan qonşunun həyətini birləşdirən çəpər dəmir torla əhatə olunmuşdur. Evə bitişik olan dəmir tordan hazırlanmış taxta qapı açıq vəziyyətdədir. Evin arxası əkin sahəsi olmaqla yan tərəfləri dəmir tor hasar ilə əhatə edilsə də, sonu açıq vəziyyətdədir və bir qədər aralı məsafədən Gədəbəy-Şəmkir avtomobil yolu keçir. Evin birinci mərtəbəsinə daxil olduqda 5 x 5 mert ölçüdə otaq vardır. Həmin otaqda sol tərəfdə 1 ədəd divan, 1 ədəd kreslo, 2 ədəd stul, stolun üstündə 1 ədəd “Holfonan” markalı televizor, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu vardır. Qeyd olunan otaqdan sağ tərəfdə aşağısı plastik yuxarısı isə şüşə olan arakəsmə olmaqla açıq qapıdan daxil olduqda 4,60 x 4,70 metr ölçüdə başqa bir otaq yerləşir. Həmin otaqda 1 ədəd uşaq çarpayısı, 1 ədəd soba, 1ədəd iki nəfərlik çarpayı, 1 ədəd şfoner, 1 ədəd güzgülü termo vardır. Hər iki otaq səliqəlidir. Evin mətbəxi 3,20 x 4,50 metr ölçüdədir. Mətbəxdə 1 ədəd stol, 2 ədəd stul, divar mebeli və qab-qacaqlar olmaqla, səliqəsi pozulmamışdır. Mətbəxə bitişik giriş qapısı açıq vəziyyətdə olan 4,80 x 4,80 mert ölçüdə digər otaq yerləşir. Həmin otaqda 2 ədəd çarpayı, üzərində peç olan 1 ədəd stol, 1 ədəd tozsoran, 1 ədəd uşaq arabası vardır və həmin otaqda da səliqə pozulmamışdır. Otaqların hamısının döşəməsinə xalça sərilmişdir. Sonuncu yəni, 3-cü otağın arxa tərəfində 60 x 80 sm ölçüdə pəncərə vardır ki, həmin pəncərə açıq vəziyyətdədir. Otqaların pənçərələrinin, qapılarının üzərində zədə, sınıq izləri aşkar olunmamışdır. Evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə çıxılan pilləkənin qarşısına taxta bərkiidilmiş və qıfıl ilə bağlanmışdır. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, evinə basqın edən 2 nəfər tanımadığı şəxslər birinci mərtəbədə girişdə yerləşən otaqdakı stolun üzərində olan pul kiçəsinin içərisindən 1000 manat pulunu və Samsung markalı mobil telefonunu ələ keçirmişlər. Baxış keçirilərkən evin giriş qapısının və masanın üzərindən cəmi 21 ədəd əl-barmaq izləri aşkar edilərək müvafiq daktilolentlərə köçürülməklə götürülmüşdür. “Üzləşdirmə haqqında” 29.12.2020-ci il tarixli protokoldan görünür ki,Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmiş və sonuncunu törətdiyi cinayət əməlində ifşa etməklə yanaşı evindən cəmi 970 (doqquz yüz yetmiş) manat pulun və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən quldurluq yolu ilə ələ keçirildiyini göstərmişdir. “Üzləşdirmə haqqında” 29.12.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 Rafiq oğlu arasında üzləşdirmə keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirib sonuncunu törətdiyi cinayət əməlində ifşa etməklə yanaşı evindən cəmi 970 (doqquz yüz yetmiş) manat pulun və bir ədəd “Samsung Galaxy A-50” markalı mobil telefonunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən quldurluq yolu ilə ələ keçirildiyini göstərmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 01.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs evindən pulları və mobil telefon aparatını quldurluq yolu ilə ələ keçirdikləri yerləri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 02.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən o, atası Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs evindən pulları və mobil telefon aparatını quldurluq yolu ələ keçirdiyi yerləri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsinə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Şəxsin tanınması haqqında” 01.09.2020-ci il tarixli protokoldan görünür ki, 01 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, zərərçəkmiş şəxs ona qarşı quldurluq etmiş Təqsirləndirilən şəxs1 tanımışdır. “Şəxsin tanınması haqqında” 02.09.2020-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, zərərçəkmiş şəxs ona qarşı quldurluq etmiş Təqsirləndirilən şəxs2 tanımışdır. Məhkəmə-tibbi ekspertizasının 21.07.2020-ci il tarixli 497 saylı rəyindən görünür ki, Əsgərli Nərmin Tofiq qızının bədən səthində aşkar edilmiş xəsarət – sol almacıq nahiyəsinin qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətiqərarın təsviri hissəsində göstərilən 20 iyul 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21.07.2020-ci il tarixli 497 saylı rəyindən görünür ki,“SAMSUNG” şirkətinin Azərbaycanda rəsmi distrubutoru olan “İNTEQRAL” firmasının məlumatına və Bakı şəhərində yerləşən və işlənmiş telefon alqı-satqı məntələrində mövcud olan qiymətlərə tətbiq edilən ortada olmayan bir ədəd “Samsung A50 DS”markalı SM-A505 modelli telefon aparatının daxili baza yaddaşının həcmi 65 GB olduğu halda işləmiş şəraitdə, 20 iyul 2020-ci il tarixə, bir il istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun kompleksləşdirilməsinə daxil edilən aksesuarların olmasını nəzəri hesablama yolu ilə müəyyən edilmiş mənəvi və fiziki köhnəlməni nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 420,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 12 noyabr 2020-ci il tarixli 20/557R saylı rəyindən görünür ki, 20.07.2020-ci il tarixdə Gədəbəy şəhəri Zərifə Əliyeva küçəsi ev 27-də kirayədə yaşayan vət.ƏlZərərçəkmiş şəxs qarşı baş vermiş soyğunçuluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 16 ədəd yapışqan lenti kəsiklərin üzərində olan 11 ədəd əl barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Tədqiqata tədim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əl barmaq və ovuc əksləri (daktoloskopik kartları) müqayisəli tədqiqat üçün yaralıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədinin 05.04.2004-cü ildə Şabran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovucu, sol əlinin baş,çeçələ və orta barmaqları ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 08 ədəd əl barmaq və 01 ədəd ovuc izinin DİN-nin KTİnin ADİS-in məlumat bazasında olan, o, cümlədən Təqsirləndirilən şəxs2 və Zülfüqarov Natiq Rafiq oğlunun əl barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2020-ci il tarixli, 571/258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilkt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 psixi inkişafı və psixi emosional vəziyyəti nəzərə alınmaqla törətmiş olduğu cinayət əməlini tam dərk etmək qabiliyyətində olmuşdur, həmçinin yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs1 özündən uydurmağa və yalan danışmağa meyilli deyildir. Təqsirləndirilən şəxs1 psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətindədir. Natiq Zülüqarovun istintaq zamanı vermiş olduğu ifadəsini sübut növü kimi qəbul etmək olar.Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspetriza imkan verir. Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 oktyabr 2020-ci il tarixli, 572/259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilkt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərlən adi psixi emosional vəziyyətdə olmuşdur, Təqsirləndirilən şəxs2 psixi inkişafı və psixi emosional vəziyyəti nəzərə alınmaqla törətmiş olduğu cinayət əməlini tam dərk etmək qabiliyyətində olmuşdur, həmçinin yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 özündən uydurmağa və yalan danışmağa meyilli deyildir. İmaməli Zülüqarovun istintaq zamanı vermiş olduğu ifadəsini sübut növü kimi qəbul etmək olar. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspetriza imkan verir. Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Şabran rayon Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Söhbətli kəndində atası X7, həyat yoldaşı X6, övladları xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 02.11.2011-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şabran rayon Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Söhbətli kəndində qeydiyyatdadı və həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şabran rayon E.Mütəllimov adına Ağalıq kənd tam orta məktəbi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli, 76 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 05.07.2020-ci il tarixli 06 saylı məktəb pedoqoji şurasının və məktəb direktorunun 05.07.2020-ci il tarixli 28 saylı əmrinə əsasən məktəb şagirdliyindən azad edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 24.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında 24.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 01.09.2020-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtaış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bakı şəhər ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə təhvil verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 31.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 avqust 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışındandan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şəmkir Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 06.02.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan hadisə yerindən aşkar edilərək daktilolentə köçürülməklə götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.3-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Şəmkir Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasını məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini isə 20.07.2020-ci il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini törədərkən “əvvəllər məhkum olunmamış şəxs” statusunda olmuş, həmin cinayət hadisəsini törətdiyi müddətdə onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmamışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinin tələbinə əsasən 03 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməklə hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ciildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirlməsi ilə bağlı X11»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkçə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verilməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törətməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməklə hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, şəxsiyyətini, ailə və sosial vəziyyətini, həyat və tərbiyə şəraitini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, psixi inkişaf səviyyəsini yəni, uzun müddət azadlıqdan məhrum edilməsinin tərbiyəsinə, təhsilinə və psixi inkişafına mənfi təsir göstərəcəyini, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddəsinin sanksiyasında Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası, digər təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsiləndirilən şəxslərin barələrində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən hadisə yerindən aşkar edilərək daktilolentə köçürülməklə götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 170.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 09 (doqquz) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 09 (doqquz) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 31 avqust 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejmli tərbiyə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 01 sentyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən hadisə yerindən aşkar edilərək daktilolentə köçürülməklə götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-199/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-199/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver