Məhkəmə qərarları › İş №1(100)-2/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-2/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-2/2022 09.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və İbrahimova Nuranə Lazım qızının katibliyi, tərcüməçilər X17 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi qaydada fəaliyyət göstərən vəkil X18, Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında, xx xxxxxxx 1979-cu ildə Şəmkir rayonunun Hacıalılar kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Hacıalılar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2009-cu il tarixdə, saat 23 radələrində Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otağın mülkiyyətçisi X3 ilə bağladığı 20 aprel 2009-cu il tarixli kirayə müqaviləsinə əsasən kirayəşin yaşadığı həmin evdə qardaşı X25 və əmisi oğlu X32 ilə birlikdə olarkən, bir gün əvvəl onlara qonaq gələn qohumlarının həmin binada yaşayan qonşuları X33 ilə arasında baş vermiş mübahisə ilə əlaqədar sonuncunun tanışları 11.04.1983-cü il təvəllüdlü X27,31.01.1990-cı il təvəllüdlü X34 və 24.06.1989-cu il təvəllüdlü X45 həmin vaxt Təqsirləndirilən şəxs və onunla birlikdə yaşayan qohumlarına iradlarını bildirmək məqsədilə onların yaşadıqları otağa gəlmiş, orada Yana Vaydaloviçin təhqir olunması ilə bağlı məsələni aydınlaşdırarkən qarşılıqlı mübahisə edərək dalaşmış, həmin dalaşma zamanı Təqsirləndirilən şəxs masanın üzərində olan mətbəx bıçağını götürərək İvan Makarşinı qəsdən öldürmək məqsədilə yaxınlaşıb onun ürək nahiyəsindən bir dəfə güclü zərbə vuraraq ona ağır fiziki ağrı və 6-cı qabırğa səviyyəsində sol döş qəfəsinin daxilə keçərək, sol plevra boşluğunu və 5 və 6-cı qabırğaların qığırdaq hissəsini, ürək kissəsinin divarını, ürəyin sol mədəciyini, ağ ciyər borusunu zədələyən, sağ ağ ciyər plevrasına və yara kanalının yumşaq toxumasına qansızma ilə nəticələnən, həyat üçün təhlükəli olan və qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə hadisə yerindən qaçmış, İvan Makarşin daxilə keçən kəsilmiş-deşilmiş yara nəticəsində inkişaf edən kəskin qan itirmədən hadisə yerində ölmüş, nəticədə Təqsirləndirilən şəxs mübahisə zəminində qəsdən adam öldürmüş, yəni zərərçəkmiş X35 qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 14.05.2008-ci il tarixdə, saat 18:00 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Əmək küçəsi 54 saylı evin yanında şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı X6 zorla idarə etdiyi ağ rəngli VAZ-2106 markalı M988OK/18 dövlət qeydiyyat nişanlı avtomobilə oturdaraq İjevsk şəhəri Slavyanskoye şossesinin 4-cü kilometrliyində yerləşən meşə sahəsinə aparmış, orada üstündə gəzdirdiyi bıçağı çıxarıb Oksana Borisovanın bilavasitə yaxınlığında dayanaraq bıçağı ona tərəf istiqamətləndirib sonuncunu bıçaqla kəsib öldürəcəyini deyərək onu real əsaslarla öldürməklə hədələmiş, Oksana Borisovanın onu buraxması barədə xahişinə məhəl qoymadan öldürməklə hədələrini davam etdirərək bıçağı ona tərəf atıb həmin bıçaqla özünə qəbir qazmağı tələb etmiş, X23 meşə sahəsində qeyd olunan şəraitdə öz həyatı və sağlamlığı üçün istənilən vaxt reallaşa biləcək Təqsirləndirilən şəxs real əsaslarla öldürməklə hədələrinə, yəni psixi zorakılığa məruz qalıb qorxaraq mənəvi sarsıntı keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 03 yanvar 2009-cu il tarixdə saat 16 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Fruktovaya küçəsi 33 nömrəli evin yanında şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı X6 öldürməklə hədələmək məqsədilə qabaqcadan hazırlayıb əlində saxladığı içərisində tezalışan maye benzin olan banka ilə Oksana Borisovaya yaxınlaşıb onu öldürməklə hədələmək niyyətini həyata keçirərək benzini üzərinə tökmüş, sonra yandırdığı alışqanı ona tərəf atmaqla real əsaslarla öldürməklə hədələmiş, X23 meşə sahəsində qeyd olunan şəraitdə öz həyatı və sağlamlığı üçün istənilən vaxt reallaşa biləcək Təqsirləndirilən şəxs real əsaslarla öldürməklə hədələrinə, yəni psixi zorakılığa məruz qalıb qorxaraq mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.1 və 134-cü maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin kirayə etdiyi 2 nömrəli otaqda qardaşı Habil və əmisi oğlu Şirxan ilə birlikdə kirayədə yaşamışdır. Hadisədən bir gün qabaq yəni 22 iyun 2009-cu il tarixdə əmisi Fidayıl onlara qonaq gəlmiş və qonşu binada yaşayan Yana adlı qadınla mübahisə etmiş, onu təhqir etmişdir. Sonra Fidayıl onlarda 10-15 dəqiqə oturmuş, çay içib getmişdir. Yana əmisi Fidayıla rus dilində «çornıy…» sözü demiş, Fidayılın yanındakı birgə yaşadığı qadını fahişə adlandırmış, Fidayılla mübahisə etmiş və əmisini təhqir etmişdir. 23 iyun 2009-cu il tarixdə o, evə gələn zaman Yana binanın girəcəyində pivə içmiş, onu təhqir etmiş, o, da Yananın içkili olduğunu görüb onun təhqirinə əhəmiyyət verməmişdir. Həmin gün günorta saatlarında həmin binada qalan adını bilmədiyi yaşlı qadın ona «burda yaşayan patsanlar sizi axtarır» demişdir. O, həmin qadından kimin, nə üçün onları axtardığını soruşmuş, qadında ona söydüyünüz qadının qohumları olduğunu demişdir. Axşam o, qardaşı Habil və əmisi oğlu Şirxan mənzildə olan zaman, qapını döymədən, 3 nəfər qapıya təpik vurmuş, qıfılı qıraraq içəri girmişlər. Onlar içəri girəndə o, həmin şəxslərin davaya gəldiklərini bilmiş, əllərində isə heç nə görməmişdir. Həmin şəxslər fiziki cəhətdən onlardan güclü olmuş, mənzilə daxil olan şəxslərdən biri “kimdir anamı söyən, asacam, kəsəcəm” sözlərini demiş, o, isə Yanaya söyənin onlar olmadığını, amma lazım olarsa üzr istəyəcəklərini, dava-dalaş olmamasını bildirmişdir. Həmin şəxslər isə onlara, “kim söyübsə fərqi yoxdur, o da qara, sizdə qara, nə fərqi var, əvəzini sizdən çıxmalıyam, haqqını sizdən almalıyam” demişdirlər. Onlardan biri əvvəlcə qardaşı Habili təhqir edərək yumruqla vurmuş, sonra qarşılıqlı dava olmuş, onlar Habili və Şirxanı döymüş, kətillə (taburetka) ilə onaları vurmuşlar. Onun bədənində əzilmiş, göyərmiş xəsarətlər, kürəyində isə sıyrıqlar əmələ gəlmişdir. Həmin şəxslər içəri girən zaman o, əlində bıçaqla kartof soymuşdur. Mənzilə daxil olan şəxslərdən kimsə zəng vurub“üç nəfəri tutmuşam, gəlin bunları öldürək, o, birilərini taparıq, get qalanları da çağır, bıçaq, tapança və paltar gətir” demişdir. O, həmin şəxslərin onları öldürmək istədiyini fikirləşmiş, onlar qaça bilməmiş bıçağı isə o, onları görüb vurmasınlar deyə gizlətmişdir. Sonradan onun bıçağa əl atmaqda məqsədi özünü qorumaq olmuş, mənzilə daxil olna şəxslər onlarla dalaşan zaman onun maykasını arxadan tutub başına keçirmiş, o, ön hissəsini görməmiş, özünü qorumaq məqsədilə əlində bıçağı sağa-sola fırlatmış və bıçağı kimə, necə vurduğunu bilməmişdir. Həmin vaxt İvan Sergeyeviçi ayağından vurmuşdur. Sonra o, hamının qaçdığını, binanın giriş qapısının qarşısında, 4-5 nəfərin durub onları gözlədiyini, qapıdan çıxa bilmədiklərini, qorxduqlarına görə balkondan qaçdıqlarını bildirmişdir.Onun İvanı öldürmək məqsədi olmamış, onu özünü müdafiə etmək məqsədilə bıçaqla vurmuş, hadisədən sonra əmisigilə getmişdir. Daha sonra qorxduqlarından əmisi oğlu Şirxanla Azərbaycana gəlmiş, qardaşı Habil sənədləri qaldığından, onlarla Azərbaycana gəlməmiş, o sonradan Azərbaycana gəlmişdir. Bıçaqla vurduğu şəxsin ölümündən xəbəri olmamış, Azərbaycana gələndən sonra qardaşı Habil dalaşdıqları həmin şəxslərdən birinin öldüyünü demiş, axtarıldığından məlumatı olmamışdır. Bakıda tutulanda barəsində cinayət işi olduğunu bilmişdir. O, həmçinin özünün zərərçəkmiş tərəflə barışmaq üçün heç nə etmədiyini, rəhmətlik əmisi İsrayıllın zərərçəkmiş tərəflə barışmağa cəhd edib, onların yanına getdiyini demişdir.O, Rusiya Federasiyasının vətəndaşı X14 ilə ailə qurmuş, birgə nikahlarından bir oğlu olmuş, uşaq doğulana qədər onunla yaşamış, lakin sonra ayrılmış, Oksana uşağa görə dolanmaq üçün ondan pul istəmiş, o, isə verməmiş və onu polislə hədələmişdir. O, Oksananı öldürməklə hədələməmiş, onu 2008-ci ilin may ayında meşəyə aparıb döyməmiş, bıçaqla hədələyərək qəbir qazmağı tələb etməmiş, üstünə benzin tökməmiş və alışqan atmamışdır. İş üzrə Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhər İndustrial Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X46 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və O.Borisovanı tanımır, onlarla düşmənçiliyi yoxdur. Zərərçəkmiş Makarşin İ.S isə qardaşıdır, sonuncu ilə münasibətləri yaxşı olubdur. Təqsirləndirilən şəxs heç vaxt görməmiş və onunla heç bir münasibəti olmamışdır. Onun özü heç nə bilmir, 23 iyun 2009-cu il tarixdə saat 23 radələrində qardaşının dostu Vitali Falaleyev ona zəng edib demişdir ki, “qardaşın bıçaqlanaraq öldürülüb”. Bundan sonra o, qardaşı ilə mülki nikahda yaşayan Nadejda Smirnovaya zəng etmiş, o demişdir ki, “kimsə İvan Makarşinə zəng edəndən sonra o, İjevsk şəhəri, Votkinskoe şosse, ev 126, mənzil 15\3 ünvanında yaşadığı mənzildən yenicə çıxmış, tez qayıdacağına söz vermişdir. Belə ki, bir saatdan sonra onun ad gününü qeyd edəcəklər”. O, ərinin qardaşı ilə İjevsk şəhəri, Votkinskoye şosse, ev 128, mənzil 28 ünvanına getmiş, küçədə çox adam olmuşdur. İki təcili yardım maşını, onlardan birində qardaşının dostu Viktor Sutıgin uzanmış, qardaşı isə ikinci mərtəbədə olan mənzildə uzanmış və ölmüşdür. Bilir ki, qardaşının dostu Qaluşkin Mixail azərbaycanlılarla münaqişə etmiş, bununla bağlı Mixail qardaşı Makarşin İvanı köməyə çağırmış, münaqişə zamanı Təqsirləndirilən şəxs qardaşına bıçaq zərbəsi vurmuşdur . O, münaqişənin səbəbləri və Təqsirləndirilən şəxs ilə Makarşin İvan arasında hər hansı fikir ayrılığının olması barədə heçnə bilmir. Qardaşının ölümündən sonra o mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına getmək üçün maddi imkanı yoxdur. X51, Viktor Sutıqin , Yana Vaydaloviç, Yelena Bazuyeva, Nadejda Smirnova ilə münasibət saxlamır, onların yaşadığı ünvanlarını bilmir, onları sosial şəbəkələr vasitəsilə tapmağa çalışacaqdır. İş üzrə Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhər İndustrial Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş şahid X28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və O.Borisovanı tanımır, aralarında heç bir düşmənçilik olmamışdır. Zərərçəkmiş Makarşin İ.S onun uşaqlıq dostudur, Makarova A.S isə Makarşin A.S-nin bacısıdır, münasibətləri yaxşı olub, indi ünsiyyət saxlamırlar, aralarında düşmənçilik yoxdur. 23 iyun 2009-cu ildə dostu X13 zəng edərək demişdir ki, “2 votkinskoe şossesi 128 -ci evin 1-ci blokunda 2 -ci mərtəbədə yaşayan azərbaycanlılar onu söyüblər və ona qarşı kobudluq edirlər”. Yana Vaydaloviç onlarla danışmasını xahiş etmişdir ki, onunla bir daha belə davranmasınlar. O, dostu Makarşin İvana zəng etmiş, xahiş etmişdir ki, azərbaycanlıların yanına getsin, mənzildə 3-4 nəfər olmuşdur. İvan razılaşmış və onlar İjevsk şəhərinin Votkinskoe şossesində olan 128 saylı evdə görüşmüşlər. İvanın bir saatdan sonra ad günü olmalı imiş. Həmçinin onların ortaq dostu Viktor Sutıgin də onunla gəlmişdir. Girişdə dayanmışlar, mənzillərin mətbəxinin pəncərəsi həyətə baxır, pəncərədə azərbaycanlılardan biri görünmüş, ondan soruşmüşdur ki, “Niyə qadınla belə danışırsan?”. Həmin şəxs isə ona: "Qalx - danışarıq!" cavabı vermişdir. Hər üçü birinci blokun 2-ci mərtəbəsinə qalxmış, mənzilin ümumi dəhlizinə çıxmış, hal hazırda nömrəsini xatırlamadığı 2 nömrəli otağın qapısını döymüş, azərbaycanlılardan biri onlara qapını açmışdır. İçəridə daha iki azərbaycanlı olmuşdur. Onların razılığı ilə hər üçü otağa keçmişlər. İçəridə hamısı kartof soyurmuşlar, hamının əlində də bıçaq olmuşdur. Onlardan soruşmuşdur ki: “X43rşı belə davranırsınız, niyə onunla kobud danışırsınız?” Onlar cavab olaraq “Sənə nə fərqi var?!, hər şeyi özümüz həll edəcəyik, get buradan” demişlər. Bundan sonra hər üç azərbaycanlı ayağa qalxmış, onları döyməyə başlamışlar, əllərində bıçaq var idi. Onlardan biri İvan Makarşinlə ümumi mətbəxə getmiş, sonra mətbəxdən İvanın qışqırdığını eşitmişdir. O, mətbəxə qaçanda onlar dalaşırdığını görmüşdür, dalaşan adamın əlində bıçaq olmuşdur. İvanın isə sinəsindən qan axırmış. Sonra həmin adam otağa qaçmış və İvan sinəsini tutaraq mətbəxtdə uzanmışdır. O, azərbaycanlı kişinin arxasınca qaçmış, otaqda Sutıginlə başqa azərbaycanlının davası davam etmişdir. İvanı bıçaqla vuran şəxs otaqda onu bıçaqlamağa çalışmış, amma o, oturacaq stolla onun bıcaq olan qoluna vurmuşdur. X58 dalaşdığı kişi ilə ayırmağa çalışmış, onu otaqdan çıxarmışdır. Mətbəxə qaçmışlar, amma artıq gec idi, İvan artıq həyat əlamətləri göstərmirdi. Azərbaycanlılar isə o vaxt öz otağına qapanmışdılar. Ayağı sınmış və bədənində bıçaq xəsarətləri olan Viktor Sutıgini sürüyərək küçəyə çıxarmışlar və komək cağırmışlar. Küçədə o, “Kömək edin, kömək edin” deyə qışqırmışdır. Polisə və təcili yardıma kimin zəng etdiyini bilmir. Polis əməkdaşlarının sözlərindən bilir ki, azərbaycanlılar evin o tərəfindəki eyvandan atılaraq qaçıblar. Həmin axşam əlində bıçaq olmamış, heç kəsi bıçaqla vurmamışıdr. Sutıgin Viktorun da əlində bıçaq olmamışdır. Viktor azərbaycanlılardan biri tərəfindən bıçaqlanmış və qaçarkən ayağını sındırmış, təcili yardım maşını ilə aparılmışdır. Hadisə yerinə polis və təcili yardım maşını gələndən sonra Anton Vaydaloviç hadisə yerinə gələrək, polis icazə verdikdən sonra mənzilə qalxmışdır. O, münaqişədə iştirak etməmişdir. İvan Makarşin heç bir hərəkət edə bilməmiş, çünki bıçaqlandıqdan sonra ölmüşdür, bıcaqla vurulan zərbə düz ürəyinə dəymişdir. İş üzrə Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhər İndustrial Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş şahid X37 ifadəsində göstərmişdir ki, V.D. Həsənovu və O.V.Borisovu şəxsən tanımır, heç bir ədavəti yoxdur. Zərəçəkmiş Makarşin İ.S onun uşaqlıq dostudur, Makarova A.S vəfat etmiş Makarşının bacısıdır, Makarşin A.S ilə münasibətləri yaxşı olmuş, indi isə ünsiyyət qurmur, düşmənçilikləri yoxdur. 2009-cu il iyunun 23-də İvan Makarşin, Mixail Qaluşkin və o, votkinskoye Şossesi 128, mənzil 14 ünvanındakı mənzilə daxil olmuşlar. O, azərbaycanlılarla bir mərtəbədə 13 saylı mənzildə yaşamışdır. 14-cü mənzildə beş otaq var, onlardan birində azərbaycanlılar kirayə qalmışlar. Əvvəllər onlarla heç bir münaqişə olmamışıdr. Həmin axşam üçü girişdə oturub azərbaycanlıların yanına gedib söhbət etmək qərarına gəlmişlər, çünki onlar qonşu girişdə yaşayan xalası Vaydaloviç Y.A. ünvanına nalayiq sözlər işlətmişdilər. 14cü mənzilin dəhlizinə girmişlər, ikinci otağın qapısını döymüşlər. Qapını onların üzünə Azərbaycan millətindən biri qapını açmış, otağın astanasında dayanmış, otaqda üç azərbaycanlı olmuş, oturub kartof soymuşlar. Onlardan birinin əlində bıçaq olmuşdur. Yana Vaydaloviçə niyə nalayıq sözlər dediklərini soruşmuş, bu zaman anası X38 (o, 29 iyun 2009cu ildə yaşadığı stresslərə görə vəfat etmiş, ürəyi xəstə olmuşdur) içəri girmiş və onu 13 saylı mənzilə aparmışdır. Qaluşkin və Makarşin 14 saylı mənzildə qalmışlar. 2-3 dəqiqədən sonra 14-cü mənzildən səs-küy və qışqırıq eşitmiş və 14-cü mənzilin içərisinə qaçmış, Makarşin İvanla və Qaluşkin Mixailin arasından otağa qaçmışdır. Azərbaycanlılardan biri əlində oturacaq stol ilə sol tərəfdəki divanda dayanmış, taxta oturacaq stol ilə başına vurmuşdur. O, həmin şəxsi ayağı ilə itələmişdir. İkinci azərbaycanlı küncdə sağda olmuş və onuda ayağı ilə onu da itələmişdir. Üçüncü azərbaycanlı arxasında olmuşdur. Döndükdə görmüşdür ki, o, bıçaqla ona hücum etmiş, vurmağa başlamış, bacardığı qədər yayınmış, hədəf üç zərbəyə çatmış, ikisi ayağına, biri isə sol tərəfinə. Arxası üstə divana yıxılmış, sonra onu təpiklə vurmuşdur. Ayağa qalxıb çıxışa tərəf qaçmış, yarım mərtəbə aşağıda blokun platformasından qorxudan tullanmış, yıxılanda ayağını sındırmışdır. X2 çəkib çıxarmışdır. O, Makarşin İvanı bir daha görməmiş, o bir daha 14-cü mənzildən çıxmamışdır. Sonradan bilmişdir ki, İvan bıçaqlanaraq öldürülüb. Həmin gecə onlarda bıçaq olmamış, sadəcə danışmağa gəlmişlər. X1 bacısıdır, səhhətinə görə məhkəməyə gələ bilmir, ayaqlarında problemlər var. Udmurtiyanın şərab bölgəsi yaxınlığındakı Ryabovo kəndində yaşayır. Hadisədən bir saat əvvəl X29 küçəsi 40 ünvanındakı evə getmiş, o, münaqişədə iştirak etməmişdir. İş üzrə Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhər İndustrial Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş şahid X39 ifadəsində göstərmişdir ki, Y.A.Vaydaloviç V.D.Həsənova və O.V.Borisovu şəxsən tanımamış, aralarında düşmənçilik olmamışdır. Zərərçəkmiş Makarşin İ.S., onun qardaşı oğlunun dostu olmuş, Makarova A.S isə vəfat etmiş A.Makarşinin bacısıdır, onlarla düşmənçilikləri olmamışdır. 2009-cu ildə İjevsk, Votkinskoe Şosse, ev 128, mənzil 9-da yaşamışdır. Qonşuları ilə heç bir münaqişəsi olmamışdır. Əvvəllər qonşu azərbaycanlıları tanımamış, onlarla ünsiyyət qurmamışdır. İvan Makarşinin öldürülməsindən bir gün əvvəl, yəni 2009-cu il iyunun ayının 22-də evdə çox isti olduğundan qonşusu Şalnova Svetlana ilə İjevsk şəhəri Votkin şossesində 128 saylı evin birinci girişində təxminən saat 22.00-də skamyada oturmuşlar. Bu zaman bir neçə azərbaycanlı iki maşınla evə gəlib, özləri ilə gənc qızları gətirmişlər, qızlar onlarla birlikdə girişə girmək istəmədiyi üçün küçədə səs-küy salmışlar. Onları danlamış, çünki gec olmuş və onlar qızları başqa adamların yaşadığı kommunal mənzilə getməyə məcbur edirdilər. Azərbaycanlılar onun iradını bəyənmədikləri üçün onu söymüşlər, təhqir etmişlər. Sonra yenə də 14 saylı mənzilə getmişlər. Orada kommunal mənzildə bir otaq kirayə tutmuşdular. Ertəsi gün Mixail Qaluşkin yanına gəlmiş, o, hardansa bu münaqişədən xəbər tutmuş və niyə bu barədə ona demədiyini soruşmuşdur. Mixail Qaluşkin də bu barədə azərbaycanlılarla danışmaq istədiyini, yəni azərbaycanlıların onu təhqir etdiyini, bir daha belə etməmək üçün onlarla danışacağını bildirmişdir. 2009-cu il iyunun 23-də axşam Sutıgin Viktor və Qaluşkin Mixail skamyada oturaraq azərbaycanlıların gəlməsini gözləmişlər. Pəncərədən görmüş və bu barədə onlardan soruşmuşdur. Məlum olmuşdur ki, azərbaycanlılar mənzil 14-dəki evdə olmuşlar. Sutıgin Viktor və Qaluşkin Mixail gedib onlarla danışmaq qərarına gəlmişlər. Təxminən saat 23:00-də yatdığı vaxt qonşu Sısoeva Nadejda yanına gəlmiş və Viktor Sutıginın bıçaqlandığını söyləmişdir. Pəncərədən baxmış, orada cox adam olmuşdur. Həyətə düşmüş, Viktor Sutıgin kəsik-kəsik vəziyyətdə ayağı sınmış halda səkidə uzanmışdır. Sutıgin Viktor ona demişdir ki, azərbaycanlılar onu kəsiblər, onlara bıçaqla hücum ediblər və onlardan güclə xilas olublar. Makarşin İvan haqqında, sonradan qonşulardan onun öldürüldüyünü, 14-cü mənzildə mətbəxdə olduğunu öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxs X10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 14.05.2008-ci ildə saat 17:00 radələrində uşağını İjevsk şəhəri Əmək küçəsində yerləşən uşaq bağçasından götürüb çıxarkən, uşaq poliklinikasının yanında ağ rəngli VAZ-2106 markalı avtomobil görmüş, həmin avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etmişdir. Onun oğlu Təqsirləndirilən şəxs görüb yanına qaçmışdır. Təqsirləndirilən şəxs dərhal oğlunu götürüb avtomaşının ön oturacaqda otuzdurmuşdur. O, avtomaşının başına fırlanaraq oğlunu götürmək üçün avtomobilin qapısını açarkən, Təqsirləndirilən şəxs arxadan onu itələmiş və o avtomobilin ön oturacağına düşmüşdür. Maşından çıxmaq istəsə də, Təqsirləndirilən şəxs zorla onu avtomobilə itələmiş, sonra avtomobilin qapısını açarla bağlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs sürücü oturacağına oturub avtomobili Voroşilov küçəsi istiqamətində sürmüş, sonra onlar 9 yanvar küçəsi ilə getmiş, YHTDM çataraq Slavyanskoye şosseyə aparan yola dönmüşlər. Sonra onlar Biatlon kottec qəsəbəsini keçmiş, avtomobildə olarkən ağlayıb Təqsirləndirilən şəxs onları buraxmağı xahiş etmiş, lakin Təqsirləndirilən şəxs heç bir səbəb olmadan, getdikləri vaxt onu döymüş, əli ilə üzünə vurmuş, əl barmaqları ilə dodaqlarına vurmuş, bunun nəticəsində güclü fiziki ağrı keçirmiş, onun dodaqları qanın içində olmuş, burnundan qan axmışdır. Kottec qəsəbəsini keçəndən sonra Təqsirləndirilən şəxs ondan mobil telefonunu ona verməyi tələb etmiş, telefonu verməyə imtina etdikdə, Vidadi Həsənov daha güclü şəkildə onu əli ilə üzündən vurmuş, telefonu verməsə, ona daha pis olacağını demişdir. Təqsirləndirilən şəxs çox qorxmuş, çünki sonuncu çox aqresiv olmuş, heç bir yerdən ona kömək olmadığına görə telefonu məcbur olub ona vermişdir. Təqsirləndirilən şəxs kottec qəsəbəsini keçəndən sonra yolun kənarında olan metal hasarı keçib sola asfalt olmayan meşəyə aparan yola dönmüş, orada meşənin yanında avtomobili saxlamışdır. Avtomobili saxlayandan sonra Təqsirləndirilən şəxs onun telefonunda zənglərin siyahısına baxmağa başlamış, zənglərin arasında kişilərdən daxil olan zənglər də olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qısqanclıq zəminində onun üzündən zərbə ilə vurmuş, həmin zərbədən güclü fiziki ağrı hiss etmişdir. Uşağı onun kimi qorxudan ağlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs maşından çıxıb, qapını onun üçün açmış, koftasından tutaraq onu çölə çıxarmış, uşaq isə maşında qalmışdır. Sonra Təqsirləndirilən şəxs onu döyməyə başlamış, yumruqla belindən və başından vurmuş, ayağı ilə qarnına zərbələr vurmuş, zərbədən yerdə diz çökmüşdür. Sonra Təqsirləndirilən şəxs onun saçından tutub qaldırmış, saçlarını tutaraq başını kapota vurmuş, onun alnı və burnu avtomobilin kapotuna dəymişdir. Bütün bunlardan güclü fiziki ağrı hiss etmiş, bütün üzü qan içində olmuş, belində göyərtilər yaranmışdır. Ağlayıb Təqsirləndirilən şəxs onu buraxmasını xahiş etmiş, lakin Təqsirləndirilən şəxs "Sən burdan sağ çıxmayacaqsan, əgər mənimlə yaşamaq istəmirsənsə, sən heç kimlə yaşamayasan" demişdir. Həmin an Vidadi Həsənovun əlində qatlanan bıçaq görmüş, bıçaq açılmış vəziyyətdə olmaqla, uzunluğu təxminən 20 sm, bıçağın tutacağında qəhfəyi rəngli taxta şəklində plastmas olmuşdur. Öz həyat və sağlamlığına görə çox qorxmuş, çünki Təqsirləndirilən şəxs çox aqresiv vəziyyətdə olmuş, öz hərəkətlərinə nəzarət etməmiş, onlardan başqa meşədə heç kim olmamış, o, həqiqətən öz həyat və sağlamlığına görə qorxmuşdur. Vidadi Həsənov onu ölümlə hədələmiş, onsuzda onu bıçaqlayacağını və ordan sağ çıxmayacağını demişdir. Təqsirləndirilən şəxs bütün sözlərini və hərəkətlərini real qəbul etmişdir. Təqsirləndirilən şəxs onu buraxmasını xahiş etmiş, lakin sonuncu onu yerə itələmiş, diz üstə yerə düşmüş, sonra Təqsirləndirilən şəxs onun üstünə bıçaq atmış, lakin bıçaq ona dəyməyərək yanında düşmüş, həmin an Təqsirləndirilən şəxs onu öldürəcəyinə əmin olmuşdur. Təqsirləndirilən şəxs sakitləşməyi və ona toxunmamağı xahiş etmiş, lakin Təqsirləndirilən şəxs ondan özünə qəbir qazmağı tələb etmişdir. Təqsirləndirilən şəxs bütün sözlərini və hərəkətlərini real qəbul edərək onu öldürəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs onu buraxmasını və sakitləşməsini, uşağa yazığı gəlməsini xahiş etmiş, çünki uşaq maşında oturub ağlamış, bütün bunlar onun gözü qarşısında baş vemişdir. Vidadi Həsənova onunla olacağını, hər şey onun istədiyi kimi olacağını demişdir. Sonra Təqsirləndirilən şəxs yerdən bıçağı götürmüş, o da yerdən ayaqüstə durmuş, Təqsirləndirilən şəxs bir az sakitləşmiş, sonra ondan avtomaşına oturmağı tələb etmişdir. Maşında ön oturacağa oturub uşağı sakitləşdirməyə başlamış, çünki uşaq isterik vəziyyətdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onları şəhərə aparmış, Udmurtskaya küçəsi "Malaxit" kafesinə qədər gətirmiş, orada uşaqla birlikdə maşından çıxmış, Təqsirləndirilən şəxs isə getmişdir. Sonra üzərində "taksi" nişanı olan maşınlara yaxınlaşıb taksi ilə Fruktovaya küçəsi 33-95 ünvanında yerləşən evinə getmişdir. Evdə paltarını dəyişib, sonra uşağı Puşkinskaya küçəsində yerləşən "Lukomorye" mağazasının qarşısındaki evdə yaşayan rəfiqəsi Vaxruşeva Olqanın evinə aparmış, baş verənlər barədə ona danışmış, sonra İndustrialnıy rayon DİŞ-nə gedərək baş verənlər barədə ərizə yazmışdır. X23 ifadəsində daha sonra göstərmişdir ki, 03.01.2009-cu ildə saat 16:00 radələrində evdən çıxarkən, blokun qarşısında olan avtomaşından Təqsirləndirilən şəxs ona tərəf qaçdığını, onun əlində şuşə bankada sarı rəngli hansısa maye olduğunu görmüşdür. O, bloka girə bilməmiş, Təqsirləndirilən şəxs bütün mayeni onun üstünə və döş nahiyəsinə atmışdır. İyindən benzin tökdüyünü başa düşmüşdür. Bütün paltarı, yəni gödəkcəsi, koftası və şalvarların üstünə benzin tökülmüşdür. Bundan sonra blokun qapısını açaraq bloka girmiş, lakin qapını örtə bilməmiş, çünki Təqsirləndirilən şəxs ayağını qapının arasına qoymuşdur. Bu zaman Təqsirləndirilən şəxs qapının arasından yandırılmış alışqanı ona tərəf atmış, onu öldürməklə hədələyərək yandırmaq istəmişdir. Baş verənlər haqqında həmin gün rəfiqəsi Olqa Vaxruşevaya, növbəti gün isə anasına danışmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X16 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X16 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, onun 1987-ci il təvəllüdlü qızı X14 İjevsk şəhəri Fruktovaya küçəsi 33-95 ünvanında yaşayır. 2004-cü ildən qızı Oksana Təqsirləndirilən şəxs ilə vətəndaş nikahında yaşamış, 2006-cı ildə onların Ruslan adlı uşağı olmuşdur. Uşaq doğulandan 2-3 ay sonra qızı Təqsirləndirilən şəxs ayrılmış və onunla birlikdə İjevsk şəhəri Udmurtskaya küçəsi 261-109 ünvanında yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs qızından ayrılandan yarım il sonra, yenidən onunla əlaqələrini bərpa etməyə çalışmış, lakin qızı bundan imtina etmişdir. Bu zəmində onlar arasında mübahisələr olmuş, Təqsirləndirilən şəxs qızını təqib etməyə başlamış, daima qızının mobil telefonuna zəng edərək görüşmək istəmiş, lakin Oksana onunla görüşməkdən imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qızının iş yerinə gedərək orada mübahisə yaratmışdır. Ona məlumdur ki, 2008-ci ilin may ayının ortalarında Oksana ilə Vidadi arasında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Oksananı güclə avtomobilə otuzdurub uşaqla birlikdə meşəyə aparmış, orada oğlunun gözü qarşısında Oksananı döymüş, onu bıçaqla hədələmiş, qızını özü üçün qəbir qazmağa məcbur etmişdir. Oksana diz üstə durub ona yalvarmış, bütün bunlar barədə qızı ona növbəti gün danışmışdır. Həmin gün qızı ilə birlikdə məhkəmə-tibbi ekspertiza bürosuna getmişdir. Qızında qançırlar görmüş, qızı baş ağrısından şikayətlənmişdir. Qızının sözlərinə görə Təqsirləndirilən şəxs onu əlləri ilə üzündən, başından vurmuş, saçından tutub dartrmış, ayaqları ilə bədənindən vurmuşdur. Həmçinin ona məlumdur ki, 2009-cu ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxs onun qızını İjevsk şəhəri Fruktovaya küçəsi 33-95 ünvanında yerləşən evdəki blokdan çıxarkən qarşılamış, orada onun üstünə benzin tökərək üstünə alışqan atmış, lakin qızı tez qaçıb bloka girərək ondan uzaqlaşa bilmişdir. Qızı Təqsirləndirilən şəxs çox qorxmuş, ona görə də o, hər gün Oksananı işdən gələndə qaşılayır və onu yola salır, çünki Oksana qorxur ki, Həsənov onu güdəcək və yenə də nəsə edəcəkdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2007-ci ilin iyun ayından 2008-ci ilin avqust ayına kimi İjevsk şəhəri "Aykay" mağazasında işləyərkən, Oksana Borisova ilə tanış olmuşdur. Oksana Borisova ona danışmışdır ki, əvvəllər 2 ilə yaxın Təqsirləndirilən şəxsla birgə yaşamış, həmin nikahdan onların oğlan uşağı olmuşdur. Təqsirləndirilən şəxs tez-tez onu döydüyünə görə onlar ayrılmışlar. Bundan sonra Təqsirləndirilən şəxs daima Oksananı təhdid etmişdir. Bir dəfə Oksananın evində qonaq olarkən, onun yanında Təqsirləndirilən şəxs Oksananın telefonuna zəng etmiş, Oksana telefonu yüksək səsə qoymuş, həmin vaxt Vidadi Həsənovun rus dilində Oksananın ünvanına təhdidlər etdiyini, əgər onun yanına qayıtmasa onu öldürəcəyini dediyini eşitmişdir. Oksana Təqsirləndirilən şəxs çox qorxmuş, onun sözlərini ciddi qəbul etmiş, həmin təhdidlərin həyata keçirilməsindən qorxmuşdur. Bir dəfə 2008-ci ilin may ayında Oksana işə gələrkən, onun üzündə göyərtilər görmüş, Oksana ona danışmışdır ki, Təqsirləndirilən şəxs onu oğlu ilə birikdə uşaq bağçasından qayıdarkən qarşılamış, sonra zorla avtomobilə otuzdurub meşəyə aparmış, orada onu döymuş, bıçaqla hədələmiş, ölümlə təhdid etmişdir. Oksana öz həyat və sağlamlığı üçün qorxmuş, Həsənovun onu öldürəcəyini düşünmüşdür. Həmçinin, 2009-cu ilin yanvar ayının ortalarında Oksana ona zəng vurub demişdir ki, 2009-cu ilin yanvar ayının əvvəlində blokdan çıxarkən Həsənov yaxınlaşıb onu təhdid etməyə başlamış, sonra onun üstünə benzin tökərək yanan alışqanı üstünə atmış, lakin Oksana yayına bilmişdir. Bu səbəbdən dərhal milisə müraciət etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X24 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X24 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ilin dekabr ayından 2008-ci ilin iyul ayına kimi İjevsk şəhəri "Aykay" mağazasında baş menecer vəzifəsində işləmişdir. 2007-ci ilin sonunda X14 satıcı-kassir kimi işə qəbul olunmuşdur. Oksana ilə işdə tanış olub ünsiyyəti davam etdirməyə başlamışlar. Tez-tez Oksananın evinə qonaq getmiş, o da onun evinə qonaq gəlmişdir. Oksana ona danışmışdı ki, əvvəllər 2 ilə yaxın Təqsirləndirilən şəxs ilə birgə yaşamış, həmin nikahdan onların ümumi övladı var. Təqsirləndirilən şəxs onu tez-tez döydüyünə görə ondan ayrılmışdır. Bundan sonra Həsənov onu təhdid etməyə başlamışdır. 2008-ci ilin may ayının ortalarında axşam vaxtı Oksana ona zəng edib ağlamış, sonra danışmışdır ki, Təqsirləndirilən şəxs onu uşaq bağçasının yanında uşaqla birlikdə zorla avtomobilə otuzdurub meşəyə aparmış, orada onu döymuş, bıçaqla hədələmişdir. O, Oksananı milisə getməyə razı salmış, həmin axşam Oksana onun evinə gəlib oğlunu yanında saxlayıb, özü isə İndustrialnıy rayon DİŞ-nə getmişdir. Növbəti gün Oksana uşağı evindən götürərkən demişdir ki, Həsənov onu döymüş, üzündən, başından əlləri ilə vurmuş, saçından dartmış, ayaqları ilə bədənindən vurmuş, onu ölümlə hədələmişdir, bıçaqla təhdid etmişdir. Oksana öz həyatı və sağlamlığı üçün qorxmuşdur. Bundan əlavə 03.01.2009-cu ildə saat 09:00 radələrində Oksana oğlunu onun evinə gətirib işləri ilə bağlı getməli olduğunu demişdir. Saat 19:00 radələrində Oksana evə qayıdan kimi ondan benzin iyi gəldiyini hiss etmiş, Oksana danışmışdır ki, İjevsk şəhəri Fruktovaya küçəsi 33-95 ünvanına yerləşən evinə getmiş, blokdan çıxarkən Həsənov ona yaxınlaşıb təhdid etməyə başlamış, sonra üstünə benzin tökərək yanan alışqanı üstünə atmış, lakin o, yayına bilmişdir. Bununla bağlı Oksanaya milisə müraciət etməyi məsləhət bilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X30 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X30 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Oksana Borisova ilə qonşu otaqda yaşayır. 2009-cu ilin yanvar ayında axşam işdən qayıdarkən, Oksananın sözlərinə əsasən ona məlum olmuşdur ki, onun keçmiş əri Vidadi Həsənov onun üstünə benzin tökmüş və alışqanla yandırmaq istəmişdir. O, Təqsirləndirilən şəxs Oksana Borisovanın üstünə benzin tökdüyü əşyaların yuyulduğunu görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyasının İjevski şəhər İndustrialnı rayonu üzrə istintaq şöbəsinin cinayət işinin başlanmsı və onun icraata götürülməsi haqqında 24.06.2009-cu il tarixli qərardan görünür ki, 24.06.2009-cu ildə saat 00:22-də, Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri, Votkinskoe şossesi 128-14 ünvanında yerləşən komunal mənzilinin ümumi istifadə olunan mətbəx otağında 24.06.1989-cu il təvəllüdlü X31 üzərində zorakılıq əlamətləri ilə müşahidə olunan meyiti aşkar edilmiş və həmin fakta görə Rusiya Federasiyası CM-nin 105ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyasının İjevski şəhər İndustrialnı rayonu üzrə istintaq şöbəsinin istintaqın dayandırılması haqqında 24.10.2009-cu il tarixli qərardan görünür ki, 06 iyul 2009-cu il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin sonuncunun olduğu yer müəyyən olunmadığına görə həmin ittihamı ona elan etmək mümkün olmamışdır. Ona görə də 10 iyul 2009-cu ildə Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir. 24.10.2009-cu il tarixdə cinayət işi üzrə icraat Rusiya Federasiyası CPM-nin 208ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən dayandırılmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyasının İjevski şəhər İndustrialnı rayonu üzrə istintaq şöbəsinin 24.06.2009-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisənin Rusiya Federasiyası Udmurtiya Respublikasının İcevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otaqda və ümumi istifadə olunan mətbəxdə baş verməsi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən ümumi istifadə olunan mətbəxdə döş qəfəsinin sol yarısınında bıçaq yarası ilə İvan Makarşinın meyiti, 2 nömrəli otaqda isə Təqsirləndirilən şəxs aid sənədlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyasının İjevski şəhər İndustrialnı rayonu üzrə istintaq şöbəsinin 02.10.2009-cu il tarixli əşylara (sənədlərə) baxış protokolundan görünür ki, əşyalara və sənədlərə baxış zamanı Təqsirləndirilən şəxs adına sənədlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 1525 № -li, 24 iyun 2009-cu il tarixli ekspert rəyindən görünür ki, İvan Makarşinın meytinin döş qəfəsi səthində soldan 6-cı qabırğa səviyyəsində orta-körpücük sümüyü xətti ilə sol plevral boşluğa nüfuz edən, 5,6 qabırğaların qığırdaq hissəsinin, ürəyin bayır qişasının divarlarının, ürəyin sol mədəciyinin, ağ ciyər borusunun zədələnməsi ilə bir kəsilmiş-deşilmiş yara vardır.Sağ ciyər plevrasına qansızma.Pıevral boşluqlarda qanın olması.Bol qan itkisi. Döş qəfəsinin soldan kəsilmiş-deşilmiş yarası bir dəfə zərbə ilə iti uclu yastı kəsici-deşici alətlə vurmaqla yaranmışdır, ola bilər ki o bıçaq olsun. Yara alətin qrup əlamətlərinə görə eyniləşdirilməsi üçün yararlıdır. Tiyənin uzunluğu ən azı 16 sm-dir. Qeyd olunan nəticə yara kanalları boyunca qansızmalar, zədə nahiyəsində toxumaların reaksiyası, yaranın düz kənarları, dərinliyin uzunluqdan çox olması, yara kanalının uzunluğu, yaranın forması, künclərinin xüsusissətləri, daxili orqanların zədə xarakteri ilə təsdiq olunur. Bu zədə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə zərəçəkmiş qısa müddət yaşaya bilərdi, həmin müddət bir neçə dəqiqədən on dəqiqəyə qədər ola bilər. Yara kanalının istiqaməti soldan sağa, öndən arxaya və bir az aşağıdan yuxarı, buda travmatik təsir istiqamətinə uyğundur. Kəsilmiş-deşilmiş yarının vurulma anında İvan Makarşin dayanmış, oturmuş, uzanmış vəziyyətdə ola bilərdi. İvan Makarşinın ölümünə səbəb qabırğaların qığırdaq hissəsinin, ürəyin bayır hissəsinin, sol mədəcik divarlarının və ağ ciyər gövdəsinin zədələnməsi ilə plevral boşluğa nüfuz edən kəsilmiş-deşilmiş yara nəticəsində inkişaf edən kəskin qan itirmə olmuşdur. Məhkəməkimyavi tədqiqat nəticəsində qanda etil spirti aşkar olunmamışdır. İvan Makarşinin ölümü meyitin tədqiqatından 1 gün əvvəl baş vermişdir, buna da meyitin əlamətləri bariz nümunədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 24.06.2009-cu il tarixli MK-209 saylı məhkəmə-tibbi tədqiqat aktından görünür ki, döş qəfəsinin dəri parçasında yara yastı iti uclu kəsici-deşici əşyadan, bıçaqdan yaranmışdır, bıçaq P şəkilli tiyəyə dəqiq tillərə və uca, ola bilər diş-diş və ya uzunluğu boyu qüsurlarla. Yara qrup əlamətlərinə görə alətin eyniləşdirilməsi üçün yararlıdır. Sol beşinci qabırğanın fraqmentində qığırdaq sahəsinə tam daxil olan kəsilmiş-deşilmiş zədə var, onun kəsişmə səthlərində təsir edən əşyanın sürüşmə izləri var, onlar zədə alətinin qismən eynilədirilməsi üçün yararlıdır.Yarada hər hansı bir əlavələr, hissəciklər, qatlar və maddə tətbiqi aşkar olunmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 14.10.2009-cu il tarixli MK-315 saylı maddi dəlillərin ekspertizası rəyindən görünür ki, X31 kəsilmiş-deşilmiş zədəsi ekpertizaya təqdim olunmuş bıçağın təsirindən yarana bilməzdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 07.10.2009-cu il tarixli maddi sübutların ekspertizasının 717 № -li, ekspert rəyindən görünür ki, İvan Makarşinin qanı B qrupuna aiddir, müvafiq H antiqgen ilə. Tədqiqata təqdim olunmuş beş ədəd tənzif tamponlarda və bıçaqda insan qanı aşkar olunmuşdur və B və H antigenləri aşkar olunmuşdur, həmçinin alfa aqqlytininləri aşkar olunmuşdur, qeyd olunanlar H antiqeni olan şəxsin /şəxslərin/ qanından yarana bilərdi, məsələn İvan Makarşin istisna olunmur. Həmçinin OAB qan qrupuna malik olan insana məxsus olsun. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası üzrə Daxili İşlər Nazirliyinin Ekspert-kriminalist mərkəzinin 14.10.2009-cu il tarixli məhkəmə-daktiloskopik ekspertizasının 2031 saylı ekspert rəyindən görünür ki, beş ədəd skotç lentin üzərində, «Uralskiy master» pivə butılkasında və keramik fincanda şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əlin papilyar naxışlarının altı izi var. «Uralskiy master» pivə butılkasında olan əl izi 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən saxlanılıb, skotç lentin və keramik fincan üzərində əl izləri isə nə 1977-ci il təvəllüdlü X25, nə əd 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən,digər şəxslər tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Udmirtiya Respublikası üzrə Daxili İşlər Nazirliyinin tələbnaməsindən görünür ki, X47 14.12.2007-ci il tarixdə İjevsk şəhər İndustrialnı rayon məhkəməsi tərəfindən Rusiya Federasiyasının CM-nin 161 maddəsinin 2 hissəsi ilə 1 il sinaq müddətinə məhkum olunub. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Udmirtiya Respublikası Səhiyyə Nazirliyinin Respublika kliniki psixiatrik xəstəxanasının 26.06.2009-cu il tarixli arayışdan görünür ki, 24.06.1989-cu il təvəllüdlü, İjevsk şəhər Bummaşevskaya küçəsi 58-29 ünvanında yaşayan X47 1996-cı ildən mərkəzi sinir sisteminin ilkin orqanik zədələnməsi nəticələri diaqnozu ilə konsultativ müalicə yardımı alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xasiyyətnamədən görünür ki, X47 xasiyyətcə mehriban olmuş, qonşularla yaxşı münasibət saxlamağa çalışmışdır.O, əməksevər, ünsiyyətçil, alkoqol sərxoşluğu vəziyyətində çılğın olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.07.2009-cu il tarixli fotoşəkli üzrə tanınmaq üçün təqdim olunma protokolundan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkil üzrə şahid Mixail Qaluşkina təqdim olunarkən, sonuncu həmin şəxsi tanıyaraq 23 iyun 2009-cu il tarixdə gecə saat 23 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İcevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otaqda məhz həmin şəxsin bıçaqla İvan Makarşinə zərbə vurduğunu, həmçinin Təqsirləndirilən şəxs Viktor Sutıqinlə dalaşdığını, onun sol ayağına və sol böyrünə bıçaqla xəsarət yetirdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.07.2009-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Mixail Qaluşkin şahid Habil Həsənovla üzləşərkən, Mixail Qaluşkin 23 iyun 2009-cu ildə Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otaqda baş vermiş hadisə ilə əlaqədar ifadələrində göstərdiyi bütün xüsusatları ardıcılıqla Habil Həsənovun üzünə deməklə, hadisə zamanı dostu İvan Makarşinın məhz onunla birlikdə olan qardaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30.06.2009-cu il tarixli fotoşəkli üzrə tanınmaq üçün təqdim olunma protokolundan görünür ki, Habil Həsənov fotoşəkil üzrə şahid Viktor Sutıqina təqdim olunarkən, sonuncu həmin şəxsi tanıyaraq 23 iyun 2009-cu il tarixdə gecə saat 23 radələrində Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otaqda məhz həmin şəxsin Mişa Qaluşkinlə dalaşdığını, daha sonra onun başına taburetlə vurduğunu, habelə onun sol ayağına və sol böyrünə bıçaqla xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs İvan Makarşını bıçaqla vurduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 5992 № -li, 03 iyul 2009-cu il tarixli ekspert rəyindən görünür ki, V.A.Sutıqində bədən xəsarətləri sol baldır sümüyünün aşağı üçdə bir hissəsi səviyyəsində sümüklərin yerdəyişməsi ilə qapalı qəlpəli sınığı, döş qəfəsinin sol kənar səthində və sol baldırda kəsilmiş-deşilmiş yaralar, sol çiyində səthi kəsilmiş,sol bazu önündə sıyrıq.Sol baldır sümüyünün sınığı bərk küt əşyaların təsirindən yaranmışdır və hündürlükdən düşən zaman yarana bilərdi.Yaralar keçən-düşən əşya ilə zərbələrin təsirindən yaranmışdır.Sıyrıq məhdud zədə səthi ilə təsir zamanı və ya belə bir əşyayla dəydikdə yarana bilərdi.Zədlərin kliniki, rentqenoloji və obyektiv məlumatlarını nəzrə alaraq, onların müddəti işin hallarında göstərilən müddətə zidd deyil.Sol baldır sümüyünün qapalı qəlpəli sınığı ümumi əmək qabiliyyətinin itirilməsi əlamətinə görə sağlamlığa ağır zərər vurmuşdur.Kəsilmiş-deşilmiş yaralar birlikdə sağlamlığın qısa müddətə pozulması əlamətinə görə sağlamlığa yüngül zərər vurmuşlar.Sıyrıq sağlamlığa zərər vurmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Udmurt Respublikası Səhiyyə Nazirliyinin İjevski şəhər Məhkəmə-tibbi ekspertiza bürosu”-nun 5976 № -li, 02 iyul 2009-cu il tarixli ekspert rəyindən görünür ki, X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər soldan və sağdan döşdə qançırlar və soldan boyunun arxa səthində sıyrıq və sol badırın arxa nahiyyəsinə kəsilmiş-deşilmiş yara.Qançır baxışdan 1-2 gün əvvəl bərk küt əşyalarla zərbə ilə vurmaqdan yaranıb.Onların 30.06.2009-cu il tarixdə yaranma imkanı istisna olunmur.Sıyrıq müayinə olunandan 2-3 gün əvvəl sürüşən bərk küt əşyanın təsirindən yaranıb.Qeyd olunan yaralar ümumilikdə sağlamlığa zərər vurmamışlar.Sol baldırın kəsilmişdeşilmiş yarası kəsici-deşici əlamətləri olan yastı əşya ilə zərbədən yaranmışdır, bunu yaranın düz kənarları və dərinliyi göstərir.Bu zədə baxışdan 3-4 gün əvvəl yaranmışdır, bunu yaranın düz kənarları və dərinliyi göstərir.Bu zədə baxışdan 3-4 gün əvvəl yaranmışdır və sağlamlığa yüngül zərər vurmuşdur, çünki onun sağalması üçün ən azı 21 gün vaxt lazımdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.07.2009-cu il tarixli ifadələrin yerində yoxlanmsı protokolundan görünür ki, X25 hadisə baş verdiyi Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otaqda ifadəsi yoxlanılarkən, sonuncu ifadəsində qeyd etdiyi bütün xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 aprel 2009-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Rusiya Federasiyası vətəndaşı X3 özünə məxsus olan, 23.06.2009-cu il tarixdə İvan Makarşinın ölümü baş verdiyi Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhəri Votkinskoye küçəsi 128 nömrəli binanın, 14 nömrəli mənzilinin 2 nömrəli otağı 20 aprel 2009-cu ildən 20 avqust 2009-cu il tarixədək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs kirayə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının dövlət sərhədini keçməsini təsdiq edən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs və X26 28.06.2009-cu ildə saat 12:47-də, yəni hadisədən 5 gün keçəndən sonra birlikdə «Samur» sərhəd keçid məntəqəsindən keçərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası İjevsk şəhər Daxili İşlər İdarəsinin Cinayət Axtarış Şöbəsinin 30.10.2009-cu il tarixli arayışından görünür ki, İ.S.Makarşinin öldürülməsi faktı ilə keçirilimiş əməliyyat tədbirləri nəticəsində Votkinskoye küçəsi 128 nömrəli binanın yanındakı ərazi yoxlanılmış, keçirilmiş tədbirlər müsbət nəticə verməmiş və bıçağın olduğu yer müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası İjevsk şəhər Oktyabrskiy rayon DİŞ-nin təhqiqat bölməsinin cinayət işinin başlanması və icraata götürülməsi haqqında 26.01.2009-cu il tarixli qərardan görünür ki, əməllərində Rusiya Federasiyası CM-nin 119-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri olan naməlum şəxs barəsində cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası İjevsk şəhər Oktyabrskiy rayon DİŞ-nin təhqiqat bölməsinin cinayət işinin başlanması və icraata götürülməsi haqqında 10.02.2009-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası CM-nin 119-cu maddəsinin 1-ci hissəsi və 116-cı maddəsinin 1-ci hissəsi ilə cinayət işi başalanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası İjevsk şəhər Oktyabrskiy rayon DİŞ-nin təhqiqat bölməsinin cinayət işlərinin birləşdirilməsi haqqında 03.03.2009-cu il tarixli qərardan görünür ki, Rusiya Federasiyası CMnin 119-cu maddəsinin 1-ci hissəsi ilə başlanmış 09/14233 saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası CM-nin 119-cu maddəsinin 1-ci hissəsi və 116-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi faktı üzrə başlanmış 09/14350 saylı cinayət işi ilə bir icraata birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X40 şəhəri Oktyabrskiy rayon DİŞ-nə ünvanladığı 21.01.2009-cu il tarixli ərizəsindən görünür ki, 03.01.2009-cu ildə saat 16:00 radələrində Fruktovaya küçəsi 33 saylı evin yanında keçmiş əri Təqsirləndirilən şəxs onu yandırma üsulu ilə öldürəcəyi ilə hədələyərək üstünə benzin iyli maye töküb və yanan alışqanı üstünə atmışdır. Təqsirləndirilən şəxs onu öldürmə hədələrini real qəbul etmiş, öz həyat və sağlamlığına görə qorxur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X40 şəhəri İndustrialnıy RPŞ-nə ünvanladığı 14.05.2008-ci il tarixli ərizəsindən görünür ki, 14.05.2008-ci ildə saat 18:00 radələrində keçmiş əri 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs İjevsk şəhəri Əmək küçəsi 54 saylı evin yanında onu zorla avtomobilə otuzdurub Slavyanskoye şosse ilə Biatlon kompleksinin arxasındakı meşə sahəsinə aparmış, orada bıçaqdan istifadə edərək onu ölürməklə hədələmiş, onun həmin təhdidlərini real qəbul etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.05.2008-ci il tarixli 5149 nömrəli məhkəmə-tibbi şəhadətlənmə aktından görünür ki, 1987ci il təvəllüdlü Oksana Borisovanın üzərində sağdan ağız küncünün qırmızı kaymasına qansızma və yanağın qançırı var, onlar sağlamlığa zərər vurmamışdır.Nevroloji statusunu rəsviri və tibbi karta olmadan baş beyin zədələnməsi haqqında fikir bildirmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.12.2008-ci il tarixli 13000 nömrəli məhkəmə-tibbi şəhadətlənmə aktından görünür ki, 1987-ci il təvəllüdlü Oksana Borisova tibbi yardıma 15.05.2008-ci il də müraciət edəndə bədən xəsarətlərinin obyektiv əlaməti olmamışdır.Ambulator kartda təqdim olunan diqnoz: qapalı kəllə-beyin travması, baş beyinin sarsıntısı nefroloji simtomatika dinamikada təsdiq olunmamışdır və sağlamlığa zərərin dərəcəsinə görə müəyyən olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Udmurtiya Respublikası Daxili İşlər Nazirliyi Ekspert-kriminalist mərkəzinin 09.02.2009-cu il tarixli 212 nömrəli ekspert rəyindən görünür ki, Oksana Borisova tərəfindən ekspertizaya təqdim olnmuş şalvarında neft məhsulları aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ifadələrin yerində yoxlanması haqqında 24.03.2009-cu il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Oksana Borisovanın ifadələrinin hadisə yerində yoxlanması zamanı sonuncu İjevsk şəhəri Slavyanskoye şosse 4 km-də yerləşən meşə sahəsini göstərərək 14.05.2008-ci ildə Təqsirləndirilən şəxs onu məhz həmin yerdə döyərək öldürməklə hədələdiyini, həmçinin İjevsk şəhəri Fruktovaya küçəsi 33 saylı evin 3-cü blokunun qarşısını göstərərək, Təqsirləndirilən şəxs məhz həmin yerdə onu öldürməklə hədələyərək üstünə benzin iyli maye töküb alışqanla yandırmağa çalışdığını hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri Oktyabrskiy rayon məhkəmə-tibbi ekspertizasının 12.03.2009-ci il tarixli 2212 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Oksana Borisovanın üzərində sağdan ağız küncünün qırmızı kaymasına qansızma və yanağın qançırı var. Zədələr məhdud vurma səthi olan bərk küt əşyanın təsirindən yaranıb, həmin əşyanın konstruktiv xüsusiyyətləri haqqında fikir bildirmək mümkün deyil.Zədələrin vurulma müddəti 1 gündən artıq deyil.Həmin zədələr sağlamlığa zərər vurmamışdır.Təqdim olunmuş ambulator diaqnoz: qapalı kəllə beyin travması, baş beynin sarsıntısı nefroloji simtomatika dinamikada təsdiq olunmamışdır və sağlamlığa zərərin dərəcəsinə görə müəyyən olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 26.03.2009-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.05.2008-ci ildə keçmiş arvadı X8 şosse, 4 km-dəki meşə sahəsinə apardığı ağ rəngli M988OK/18 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobilinə baxış keçirilmiş və cinayət işinə aidiyyatı olan izlər və əşyalar aşkar olunmamışdır.. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, qəti imkan tədbirinin seçilməsi haqqında 04.02.2009-cu il tarixli qərardan görünür ki, 03.01.2009cu ildə saat 16:00 radələrində Fruktovaya küçəsi 33 saylı evin yanında Təqsirləndirilən şəxs Oksana Borisovanı yandırma üsulu ilə öldürəcəyi ilə hədələyərək üstünə benzin iyli maye töküb və yanan alışqanı üstünə atması faktına görə 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək növündə qəti imkan tədbiri seçilmişdir.. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, qəti imkan tədbirinin seçilməsi haqqında 19.03.2009-cu il tarixli qərardan görünür ki, 14.05.2008ci ildə saat 18:00 radələrində Təqsirləndirilən şəxs X48 şəhəri Əmək küçəsi 54 saylı evin yanında Oksana Borisovanı zorla avtomobilə otuzdurub Slavyanskoye şosse ilə Biatlon kompleksinin arxasındakı meşə sahəsinə aparmış, orada bıçaqdan istifadə edərək onu öldürməklə hədələmiş və həmin fakta görə 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək növündə qəti imkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası Udmurtiya Respublikası Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzinin tələbnaməsindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 21.10. 2008-ci il tarixdə inzibati hüquqpozma (xarici vətəndaş tərəfindən çıxma qaydalarının pozulması) ilə əlaqədar cərimə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.03.2009-cu il tarixli xasiyyətnamədən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs İjevsk şəhəri Bummaşevskaya küçəsi, 92-13 ünvanında yaşadığı müddət ərzində mübahisələrdə iştirak etməmiş və sərxoş vəziyyəti müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri Oktyabr rayonu 1 saylı məhkəməsinin 15.07.2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək qəti imkan tədbiri həbs qəti imkan tədbiri ilə əvəz olunmuş və Təqsirləndirilən şəxs RF CM-nin 116-cı maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri Oktyabr rayonu 1 saylı məhkəməsinin 11.07.2014-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17.06.2014-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış təqbirlədir nəticəsində Bakı şəhərində tutulmuş və RF CM-nin 116-cı maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri Oktyabr rayonu 1 saylı məhkəməsinin 15.07.2014-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində RF CM-nin 116-cı maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi İjevsk şəhəri Oktyabrskiy rayon prokuroruna qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sənədlərdən görünür ki, 25 iyul 2014-cu ildə İjevsk şəhəri Oktyabrskiy rayon prokuroru vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən 09/14233 nömrəli cinayət işi İcevsk şəhəri Oktyabrskiy DİŞ-nin təhqiqat bölməsinə göndərmişdir. 06 avqust 2014-cü il tarixdə 09/14233 nömrəli cinayət işi İjevsk şəhəri Oktyabrskiy rayon DİŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı K.İ.Antonova tərəfindən icraata qəbul edilmişdir. 08 avqust 2014-cü ildə İjevsk şəhəri Oktyabrskiy rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində istintaq komitəsinin İjevsk şəhəri üzrə istintaq idarəsinin İndustrialnıy rayon istintaq şöbəsinin icraatında 65/723 nömrəli cinayət işinin olduğunu nəzərə alaraq onun barəsində İjevsk şəhəri Oktyabrskiy rayon DİŞ-nin təhqiqat bölməsində olan iş götürülərək İjevsk şəhəri İndustrialnıy rayon prokuroruna göndərilmişdir. 26 avqust 2014-cü ildə İcevsk şəhəri İndustrialnıy rayon prokurorunun müavini tərəfindən 09/14233 nömrəli cinayət işi istintaq komitəsinin İjevsk şəhəri üzrə istintaq idarəsinin İndustrialnıy rayon istintaq şöbəsinin rəhbərinə göndərilmişdir. Həmin tarixdə RF istintaq komitəsinin İjevsk şəhəri üzrə istintaq idarəsinin İndustrialnıy rayon istintaq şöbəsinin rəhbəri D.V.Preobracensev tərəfindən 65/723 və 09/14233 nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işinə 65/723 nömrə verilmişdir. 17 sentyabr 2014-cü ildə tarixdə həmin cinayət işi RF istintaq komitəsinin İjevsk şəhəri üzrə istintaq idarəsinin İndustrialnıy rayon istintaq şöbəsinin rəhbəri, ədliyyə polkovnik-leytenantı D.V.Preobracensev tərəfindən İjevsk şəhəri üzrə istintaq idarəsinin İndustrialnıy rayon istintaq şöbəsinin müstəntiqi, ədliyyə leytenantı A.V. Razdroqinın icraatından götürülərək RF istintaq komitəsinin Udmurtiya Respublikası üzrə istintaq idarəsinin Mocqinskiy rayonlararası istintaq şöbəsinin müstəntiqi P.V.Velikokonun icraatına verilmiş, həmin tarixdə də sonuncu tərəfindən cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.09.2014-cü il tarixli maddi dəlillərin olmaması haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi, 116-cı maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə götürülən maddi dəlillərin və əşyaların itirilməsi faktı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərin ödənilməsi haqqında 18.09.2014-cü il tarixli iddia ərizəsindən görünür ki, X41 müllki iddiaçı kimi tanınması və Təqsirləndirilən şəxs onun xeyrinə 131.452 rubl 50 qəpik məbləğində əmlak zərəri, həmçinin 100.000 rubl məbləğində mənəvi zərərin tutulmasını istəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mülki iddiaçı qimində tanınma haqqında 18.09.2014-cü il tarixli qərardan görünür ki, X41 cinayət işi üzrə müllki iddiaçı kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhəri VVAQ idarəsinin Pervomay VVAQ şöbəsinin 25.06.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, Makarşin İvan Sergeyeviç 23.06.2009-cu il tarixdə vəfat etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyası Udmurtiya Respublikası üzrə istintaq idarəsinin Mocqinskiy rayonlararası istintaq şöbəsinin 18.09.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs RF CMnin 105-ci maddəsinin 1-ci hissəsi, 116-cı maddəsinin 1-ci hissəsi, 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də işin icraatı RF CPMnin 208-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri İndustrialnıy rayonu üzrə İstintaq Şöbəsinin cinayət təqibinə qismən xitam verilməsi haqqında 22.01.2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı təzələnmiş, Təqsirləndirilən şəxs barəsində RF CM-nin 116-cı maddəsinin 1-ci hissəsi ilə cnayət təqibinə xitam verildikdən sonra, onun RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi, 119-cu maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə yeni qərar çıxarılmış və həmin tarixdə işin icraatı RF CPM-nin 208-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yenidən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İjevsk şəhəri İndustrialnıy rayonu üzrə İstintaq Şöbəsinin ibtidai istintaqın dayandırılması haqqında qərarın ləğv edilməsi, ibtidai istintaqın bərpa olunması və cinayət işinin aidiyyatı üzrə prokurora göndərilməsi haqqında 15.06.2015-ci il tarixli qərardan görünür ki, cinayət işinin icraatının dayandırılması barədə 22 yanvar 2015-ci il tarixli qərar ləğv edilmiş və Təqsirləndirilən şəxs RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi, 119-cu maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına göndərilməsi üçün İjevsk şəhəri İndustrialnıy rayon prokuroruna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Baş Prokuroluğunun 21.08.2015-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, onun RF CMnin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) və 119-cu maddəsinin 1-ci hissəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) təqsirləndirilməsinə dair 65/723 nömrəli cinayət işi və barəsində cinayət təqibinin həyata keçirilməsi barədə vəsatət istintaqın davam etdirilməsi ücün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Şəmkir rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinin icraata qəbul edilməsi haqqında 25.08.2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) 119-cu maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) təqsirləndirilməsinə dair 65/723 nömrəli cinayət işi Şəmkir rayon prokurorluğunda ********* nömrə ilə qeydiyyata alınmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.06.2014-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 105.1-ci maddəsində nəzrdə tutulan cinayət əməlini törətdiyi üçün Rusiya Federasiyası tərəfindən barəsində axtarış verilmiş və 17.06.2014-cü il tarixdə Bakı şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nizami rayon prokurorluğunun 19.06.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və ona CPM-nin 169-cu maddəsinə uyğun olaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, axtarışda olan şəxsin tutulması barədə 14.09.2015-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14.09.2015-ci il tarixdə Şəmkir rayonu ərazisində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət əməlinin tövsif edilməsi barədə 14.09.2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) 119-cu maddəsinin 1-ci hissəsi və 119-cu maddəsinin 1-ci hissəsi ilə (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) Azərbaycan Respublikası CM-nin 120.1, və 134cü maddələrinə tövsüf edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 14 sentyabr 2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2015-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 sentybr 2015-ci il tarixdən hesablanmışdır. (C.5. i.v.101-104) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Hacıalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21.09.2015-ci il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Hacıalılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O, kənddə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aoarmış,ictimai işlərdə fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, notarial formada təsdiq olunmuş X4 24.09.2015-ci il taixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayətlər, döymə, ölümlə hədələmə cinayətləri üzrə iddiasının olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon poliklinikasından verilmiş 24.11.2015-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasının narkoloji və psixonevroloji kabinetlərində qeydiyyata durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin 27.11.2015-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.11.2015-ci il tarixli Azərbaycan Respublikası dövlət sərhədini keçməsini təsdiq edən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs və X26 28.06.2009-cu ildə saat 12:47-də, yəni hadisədən 5 gün keçəndən sonra birlikdə «Samur» sərhəd keçid məntəqəsindən keçərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası X52 24.11.2015-ci il tarixli 258 saylı ambulator məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilən vaxt güclü ruhi həyəcan vəziyyətində olmamışdır ( keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası X52 24.11.2015-ci il tarixli 512 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının 23.09.2009-cu il tarixli valyuta məzənnələrindən görünür ki, 23.09.2009-cu il də 1 rusiya rubulu 0.0256 AZN olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.06.2009-cu il tarixli 002592 saylı qəbzlərdən görünür ki, iynəyarpaq çələng üçün 630 rubl, suni şələng üçün 820 rubl, kağız çələng üçün 1300 rubl, mərasim lentləri üçün 300 rubl cəmi 3050 rubl, 24.06.2009-cu il tarixli əmtə qaiməsindən görünürki, kişi şalvarı 800 rubl, kişi pencəyi 1800 rubl, köynək 300 rubl, cəmi 2900 rubl, 24.06.2009-cu il tarixli 002575 saylı qəbzdən görünür ki, vəfat eymiş şəxsin cəsədinin basdırmağa hazırlanmsı üçün geyim üçün qab 10 rubl, bağ üçün tesma 10 rubl, sanitar gigiyenik 800 rubl, vəfat edənin qaydaya salınması 700 rubl, üzün yumşaq toxumalarının deşilməsi 900 rubl, mərasim agentinin çağırışı 300 rubl, sifariş qeyydiyatı 200 rubl, cəmi 2920 manat rubl, 24.06.2009-cu il tarixli 002591 saylı qəbzdən görünür ki, tabut 1,8 məxmər yasəmən 1 ədəd 1480 rubl, taxta xaç 1500 rubl, naxışlanmış lövhə 500 rubl, dəsmallıq parça 420 rubl, kilsə ədyalı 1000 rubl, kilsə yastığı 100 rubl, 50 ədəd kişi cib dəsmalı 500 rubl, baş yaylığı, haşiyə qız 450 rubl, basdırılma 2720 rubl, qəbir 60 rubl, tabel nişanı 40 rubl, agent tərəfindən basdırılmanın qeydə alınması 300 rubl, çıxarılma xidməti 2000 rubl, məsləhət 200 rubl, sifarişin qeydiyyatı 100 rubl, avtonəqliyyat xidmətləri katafalk 2000 rubl, sənədlərin tərtibi 100 rubl, sifarişin qeydiyyatı 100 rubl, cəmi məbləğ 13570 rubl, 09.07.2009-cu il tarixli 17 nömrəli fakturadan görünür ki, hasar 5500 rubl, 26.06.2009-cu il tarixli 23 nömrəli fakturadan görünür ki, dəfnlə bağlı yeməklər şorba 473,60 rubl, kartof püresi 332,80, bifşteks 104 rubl, kutya 91 rubl, kompot 294 rubl, kisel 70 rubl, ətli piroq 922,86 rubl, piroq 662, 25 rubl, buğda çörəyi 26 rubl cəmi 2976,51 rubl ümumilikdə dəfnlə bağlı 30916,51 rubl məbləğində pul zərəçəkmiş şəxsin hüquqi varisi Makarova Anna Sergeyevna tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli 1(088)-89/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 134-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 16 may 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi cinayət işinə istintaq aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2016-cı il tarixli ilkin baxış qərarı ləğv edilmiş, cinayət işi həmin məhkəmədə ilkin baxış mərhələsindən yeni apellyasiya baxışına təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü və hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi məhkəmənin hazırlıq iclası mərhələsində baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2017-cı il tarixli 1(088)-76/2017 saylı qərarından görünür ki, istintaq orqanı tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6-cı maddələrində göstərilən kobud qanun pozuntulara yol verilməsini nəzərə alaraq, dövlət ittihamçısı Murtuz Bəylərovun vəsatətini təmin edərək yol verilmiş pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinin baxılmasına xitam verilməklə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmışdır. Məhkəmənin qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay, yəni 09 fevral 2017-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, notarial formada təsdiq olunmuş zərəçəkmişin hüquqi varisi Anna Makarovanın 22.06.2016-ci il taixli ərizəsindən görünür ki, o, həmin ərizəsində 70.926,51 rubl, azərbaycan manatı ilə ekvivalentdə 1815,46 manat Təqsirləndirilən şəxs qarşı mülki iddia vermişdir və həmin mülki iddia istintaq zamanı ödənilmiş, onlar barışıblar. Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən azadlıqdan məhrumetmə ilə bağlı olamyan qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2017-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(100)-04/2019 saylı qərarından görünür ki, Müdafiəçi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs X42 öldürmək məqsədi ilə deyil, özünü müdafiə etmək məqsədilə bıçaqla vurmasına, eləcədə digər zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı X11 öldürməklə hədələmədiyinə dair xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar zərərçəkmiş şəxsin hüquqi varisnin, zərərçəkmiş şəxsin, çoxsaylı şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə istintaq hərəkəti protokolları, cinayət işinə əlavə edilmiş istintaq sənədləri və digər mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir və həmin ifadələri təqsirləndirilən şəxs tərəfindən məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikas Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 134cü maddələrinin tərkibi vardır. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilniməli və cəzalanmalı, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə isə təqsirli bilinməli, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə və xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə böyük ictimai təhlükə törətməyən kateqoriyasına aid olduğundan və sözügedən cinayət əməllərinin törədilməsindən 2 ildən artıq keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cinayət cəzasına məruz qala bilməz. Həmçinin Təqsirləndirilən şəxs həmin maddə ilə özüzü təqsirli bilmədiyi və barəsində olan cinayət təqibinə xitam verilməsilə bağlı müraciət etmədiyi üçün məhkəmə Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verə bilməz. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə təqsirli bilinsə də, ona Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onların barışmasını Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində, (zərərçəkmiş X35 qəsdən həyatdan məhrum edilməsi ilə əlaqədar baş vermiş hüquqazidd əməl üzrə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01.09.2000-ci il tarixdən 20.06.2014-cü il tarixədək qüvvədə olmuş 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının CM-nin 12.5-ci maddəsinə əsasən CM-nin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəindən təyin edilən cəza ərazisində cinyət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Yuxarıda qeyd edilən plenum qərarında qeyd edilən hüquqi mövqe məhz təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların vəziyyətini yaxşılaşdıran normaların tətbiq edilməsidir. Azərbaycan Respublikasının CM-nin 10.2-ci maddəsinin tələbinə görə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsi əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmamasını ehtiva edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» 30 may 2014-cü il tarixli № 919-İVQD (19.06.2014-cü il tarixdən qüvvəyə minmiş) Azərbaycan Respublikası Qanununa müvafiq olaraq CM-nin 120.1-ci maddəsinin sanksiyasına edilmiş dəyişikliyə əsasən, CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 9 il, yuxarı həddi 14 il müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklərə qədər isə CM-nin 120.1-ci maddəsinin sanksiyasında 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 120.1 maddəsinin (yeni redaksiyada) sanksiyası ilə nəzərdə tutulan cəzanın aşağı həddi 9 il,yuxarı həddi 14 il müəyyən edildiyindən, (belə vəziyyətdə təqsirləndirilən şəxsin vəziyyəti ağırlaşdığından) Təqsirləndirilən şəxs törətdiyi CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət 23.06.2009-cu il tarixdə, yəni Cinayət Məcəlləsinə edilən dəyişiklikdən əvvəl törədildiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbləri qaydasında, Vidadi Həsənovun əməlləri CM-nin 120.1-ci maddəsi (köhnə redaksiyada) ilə tövsif edildikdə cinayət qanununun sanksiyası ilə müəyyən edilmiş aşağı həddi 7 il, yuxarı həddi 12-il azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin mümükünlüyü nəzərdə tutuluduğundan və təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırdığından, təqsirləndirilən şəxs Vidadi Həsənovun əməlləri 19.06.2014-cü il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi (köhnə redaksiyada) ilə tövsif edilməli və o, təqsirləndirildiyi maddənin sanksiyaları həddində cinayət cəzası daşımalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı 13 sentyabr 2015-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 17 iyun 2014-cü il tarixdən 19 iyun 2014-cü il tarixədək iki gün həbsdə olduğu müddət, ona təyin olunan cəza müddətinə hesablaqmaqla, cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 13 sentyabr 2015-ci il tarixdən tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 120 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 720 manat məbləğində pul köçürülməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 134-cü maddələri ilə təqsirli bilinsin. Müddətin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 iyun 2014-cü il tarixdən 19 iyun 2014-cü il tarixədək bu iş üzrə iki gün həbsdə olduğu müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 8 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2015-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 120 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 720 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar