Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-20/2021 20.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X9 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər mülki iddiaçı Zərərçəkmiş şəxs1, mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X34, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X30, Zərərçəkmiş şəxs3 nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxs X14 nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X20, müdafıəçilər– Göygöl rayonu Vəkil Bürosunun vəkili X21, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X31 və X10 təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, -xx xxxx 1988-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı olmaqla iki övladı olan, işləməyən, məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ətrafında təzə məhlələrdə yaşayan, Gəncə Ağır Cinayət Məhkəməsinin icraatında olan 1(100)-262/2021 saylı cinayıt işi üzrə Gəncə şəhəri Nizami Rayon məhkəməsinin 26.11.2020-ci tarixli 4(044)-151/2020 saylı qərarı ilə barəsində 04 (dörd) ay həbs qətimkan tədbiri seçilmişhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, -xx xxxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı övladı olan, ADAU-da müəllim işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli 4(044)- 97/2019 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli, 4(044)-101/2019 saylı qərarı ilə qətimkan tədbirinin başlanğıcı 14 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 04 oktyabr 2019-cu il tarixədək barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 29 dekabr 2019-cu il tarixli qərarla barəsində olan “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş, Gəncə şəhəri, Nizami rayonu, AKTA-nın tədris korpusunda daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri, AKTA-6 ətrafında yaşayan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirmiş, yəni dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2015-ci ilin fevral ayından dekabr ayınadək olan müddət ərzində, məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 55000 (əlli beş min) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində, məlum olmayan tarixlərdə müxtəlif növ bitki toxumları alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Üçbulaq” deyilən ərazidə etibarından sui-istifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini Zərərçəkmiş şəxs6 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 412700 (dörd yüz on iki min yeddi yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin oktyabr ayında, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 134000 (yüz otuz dörd min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara və müxtəlif növ bitki toxumları alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 vasitəsi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 215000 (iki yüz on beş min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayının 2-3-də, günü məlum olmayan tarixdə Qida Təhlükəsizliyi İdarəsinə işə düzəltmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini Zərərçəkmiş şəxs7 xeyli miqdarda 13500 (on üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” obyektinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 130300 (yüz otuz min üç yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə müxtəlif növ bitki toxumları alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhərində yerləşən “Sünbül” çörək zavodunun qarşısında etibarından suiistifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini X14 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 400400 (dörd yüz min dörd yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirmiş, yəni dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, mal-qara və toxum alveri işi ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs2 2018-ci ildə ümumilikdə 110000 manat pul almışdır. 2018-ci ilin avqust ayından etibarən o, hər 10 gündən bir həmin pulun 10 faizini, yəni 11000 manat olmaqla 13 dəfə Tofiqə pul qaytarmışdır. O, Tofiqə ümumilikdə 143000 manat pul qaytarmışdır. Bundan başqa o, “BMW” markalı avtomobili lizinq yolu ilə alıb, ilkin ödəniş olaraq 18000 dollar ödəyərək Tofiqə vermişdir. Zərərçəkmiş şəxs2 ondan şikayət etməsinin səbəbi onun həmin avtomobilə ödədiyi 18000 ABŞ dolları məbləğində pulu və ondan aldığı 3 ton yonca toxumunun pulunu qaytarmaq istəməməsi olmuşdur. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 134000 manat pul almışdır. O, həmin puldan 2018-ci ilin mart ayında iyul ayına qədər 2000 manat, 4000 manat, 6000 manat, 8000 manat və 6000 manat qazanc kimi, 36000 manat, 30000 manat və 32000 manat isə əsas hesab kimi pul ödəmişdir. O, Zərərçəkmiş şəxs1 2018-ci ilin iyun ayından sentyabr ayına qədər 35000 manat, həmin ilin sentyabr ayından dekabr ayına qədər hər 10 gündən bir 10000 manat olmaqla 90000 manat pul ödəmişdir. Bundan başqa o, 2019-cu ilin yanvar ayında lizinq yolu ilə “Range Rover” markalı avtomobilin ilkin ödənişi 20000 ABŞ dolları ödəyərək həmin avtomobili Zərərçəkmiş şəxs1 vermişdir. Hazırda onun Zərərçəkmiş şəxs1 borcu qalmamışdır. Zərərçəkmiş şəxs1 ondan şikayət etməsinin səbəbi onun qeyd olunan avtomobilə ödədiyi 20000 ABŞ dolları pulu və ondan aldığı 10 ton süpürgə toxumunun pulunu vermək istəməməsi olmuşdur. O, Zərərçəkmiş şəxs4 2015-ci ilin fevral ayından iyul ayına qədər hər dəfə 5000 manat olmaqla üç dəfə, ümumilikdə 15000 manat pul almışdır. O,hər həftə 200-400 manat olmaqla 2018-ci ilin sentyabr ayına qədər Mahirə pulu qaytarmışdır. Bundan başqa o, 2018-ci ilin sentyabr ayında Mahirə 13200 manat məbləğində “Mersedes E klass” markalı avtomobil alıb vermişdir. 2018-ci ilin sentyabr ayında o, Mahirdən 40000 manat və bir həftə sonra 40000 manat da olmaqla ümumilikdə 80000 manat pul almış,həmin 80000 manata görə o, Mahirə 4000 manat və 5000 manat olmaqla ayda 9000 manat faiz vermişdir. 2019-cu ilin yanvar ayında Mahir ona 80000 manat pulun Zərərçəkmiş şəxs3 pulu olduğunu demiş və o da 5000 manat faiz və 80000 manat pulu Zərərçəkmiş şəxs4 qaytarmışdır. O, Mahirə ümumilikdə 117000 manat pul qaytarmışdır. Mahirin ondan şikayət etməsinin səbəbi onun xəbəri olmadan onun adına Zərərçəkmiş şəxs3 aldığı pulları qaytarmadığından onun üstünə yıxmaq olmuşdur. O, Zərərçəkmiş şəxs3 heç bir zaman pul almamış, onunla arasında heç bir razılaşma olmamışdır. O, Əliyev Vüqardan 2018-ci ilin dekabr ayında Cavid vasitəsilə 90000 ABŞ dolları və 57000 ABŞ dolları pul almış,razılaşmaya əsasən o, Vüqara Cavid vasitəsilə hər 10000 manata həftədə 7000 manat pul qaytarmışdır. Bundan başqa o, 2018-ci ilin yanvar ayında Vüqardan Cavid vasitəsilə 62000 manat pul almışdır. 2019-cu ilin fevral ayında Vüqar özü ona 27000 manat pul vermişdir. Vüqar ona Cavid vasitəsilə 147000 ABŞ dolları və 62000 manat, şəxsən özünə isə 27000 manat pul vermişdir. Həmin pullardan o, Cavid vasitəsilə Vüqara 44000 ABŞ dolları və 14000 manat,şəxsən özü isə 19000 manat və 28000 manat pul qaytarmışdır. Onun Vüqara 103000 ABŞ dolları və 28000 manat borcu qalmışdır. Həmin borcuo, 29.10.2020-ci il tarixdə tam şəkildə Vüqara ödəmişdir. O, Zərərçəkmiş şəxs6 2018-ci ilin iyun ayında 52000 manat pul almış, həmin pulu və həftədə 4700 manat faizi ilə birlikdə Cavidə qaytarmışdır. Həmin ilin iyun ayının sonlarında o, Caviddən 50000 manat və 60000 manat olmaqla ümumilikdə 110000 manat pul almış, razılaşmaya əsasən o Cavidə 50000 manata görə hər həftə 5500 manat, 60000 manat görə isə hər həftə 6000 manat faiz vermişdir. O, həmin pulu və faizlərini Cavidə qaytarmışdır. Cavidin ondan şikayət etməsinin səbəbi Vüqardan aldığı külli miqdarda pulu onun üstünə yıxmaq olmuşdur. O, Zərərçəkmiş şəxs7 pul almamışdır. Elnurun guya onun sonuncunu işə düzəltmək adı ilə 13500 manat pul almağı yalandır. Belə ki, onun kimisə işə düzəltmək kimi bir səlahiyyəti olmamışdır. Elnurun ondan şikayət etməsinin səbəbi ona məxsus olan “Range Rover” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısından özbaşına götürüb satması və pulunu mənimsəməməsini ört-basdır etmək, əmisi Cavidin əməllərini gizlətmək olmuşdur. O, müstəntiq X29 borcunu qaytarmaq üçün 100000 manat pul vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəlində Təqsirləndirilən şəxs1 ondan bir günlük heyvan alveri üçün 15000 manat pul istəmişdir. O da həmin pulu Zərərçəkmiş şəxs1 bir günlük, qarşılığında 1000 manat vermək şərti ilə almışdır. Rübail ona vəd verdiyi kimi səhəri gün 15000 manat əsas pul və 2000 manat da qazanc kimi ona pul vermiş, o da 16000 manat pulu Arifə vermişdir. Bir müddət sonra Rübail ondanbir həftəlik, üzərində 4000 manat qazanc qaytarmaq şərti ilə 30000 manat pul istəmişdir. O, yenə də Arifdən 30000 manat almış və bir həftədən sonra Arifə 34000 manat pul qaytarmışdır. Bir neçə gündən sonra Rübail ondanbir həftəlik, 6000 manat qazanc qaytarmaq şərti ilə pul istəmiş, o da Arifdən 50000 manat alıb Rübailə vermiş, bir həftədən sonra Rübailin ona verdiyi 55000 manat pulu Arifə qaytarmışdır. Növbəti dəfə Rübail ondan mal-qara almaq üçün yenə pul istəmişdir. Həmin vaxt o, dərsdə olduğu üçün gələ bilməyəcəyini bildirib Arifin nömrəsini sonuncuya vermişdir. Rübail Arifdən 70000 manat pul istəmiş və Arif həmin pulu Rübailə vermişdir. Bundan sonra onların arasında olan pul alış-verişindən məlumatı olmuşdır.Bir müddət sonra Arif ona Rübaillə aralarında borcun miqdarının 112000 manat olduğunu demişdir. O, bir neçə dəfə 6000 manat olmaqla Rübailin ona verdiyi pulları Arifə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 mülki iddiasını müdafiə edərək, ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 yonca toxumunu topdan satış qiymətindən 0.5-1 manat ucuz qiymətə satdığını bilmişdir. Həmin vaxt o, Əlidən nə üçün yonca toxumunu ucuz satmasını soruşduqda sonuncu, ona Rübail adlı sinif yoldaşı ilə birlikdə mal-qara alveri etdiklərini, toxum satışından pul əldə etmək və daha çox gəlir əldə etmək istədiyini bildirmişdir. Bir neçə dəfə Əli ona onlarla birlikdə işləməsini təklif etmiş və hər satılacaq mal-qarada təxminən 300-500 manat arası qazanc əldə edəcəyini söyləmişdir.Bir müddətdən sonra o, qardaşı Arif və tanışı Azərin Əliyə bir miqdar pul verərək, Əlinin təklif etdiyi işlə məşğul olmağa başladıqlarını eşitmişdir. 2018-ci ilin noyabr ayının ortalarında qardaşı Arif ondan 15000 manat pul verməsini, həmin pula görə Əlinin ona zəmanət verdiyini bildirmişdir. O, Əli zəmanət verdiyi üçün Arifə 11000 manat vermiş, sonuncu da həmin pulu Əliyə vermişdir. Arif ona həmin pulla birlikdə qazanc olaraq ümumilikdə 2100 manat vermişdir. 2019-cu ilin yanvar ayının ortalarında Rübail tək olaraq onun yanına gedərək iş üçün pul lazım olduğunu, onun da həmin işə girməsini, bunun üçün pul verilməsini təklif etmişdir. Həmin vaxt Rübail ondan bu barədə Əliyə deməməsini xahiş etmiş, belə ki, Rübail qazancdan Əliyə pul vermək istəməmişdir. O, Rübailin bu vədlərinə inanıb qardaşı oğlu Elşaddan 44000 manat pul alaraq Rübailə vermiş, 10-15 gün sonra Rübail 44000 manatın qazancı olaraq ona 4000 manat pul vermiş və həmin vaxt o, Rübailə 35000 manat pul vermişdir. 2019-cu ilin yanvar ayının sonlarında Rübail Fazil adı ilə tanıdığı qonşusu ilə ona 84000 manat pul göndərmişdir. Həmin gün axşam Rübail ona zəng edərək Balakəndə ucuz qiymətə mal-qara olduğunu, həmin mal-qaranı almaq üçün 130000 manat pul lazım olduğunu və bu işdən xeyli qazanc olacağını bildirmişdir. Buna görə də o, Rübailə inanıb sonuncuya 130000 manat pul vermişdir. Bundan sonra Rübail ona hissə-hissə 40000 manat pul ödəmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində o, Rübailə yonca toxumu üçün 28000 manat və 43000 manat pul vermişdir. O, Rübaildən pulunu tələb etdikdə sonuncu, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamağa çalışmışdır. Bir müddətdən sonra isə ona Rübailin onu aldatdığı məlum olmuşdur. 2019-cu ilin yanvar ayının əvvəllərində Rübail ona pulun bir hissəsinin əvəzi olaraq BMV markalı, ** RL *** dövlət qeydiyyat nömrəli avtomobil vermişdir. Rübail həmin avtomobil üçün 18000 dollar ilkin ödəniş etmişdir. O, Rübail və Əliyə ümumilikdə 291000 manat pul vermiş, Rübail həmin puldan 130100 manatını qaytarmış və sonuncunun ona 160.900 manat borcu qalmışdır. O, Rübaildən şikayətçidir, ona dəyən zərəri tələb edir, müki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 mülki iddiasını müdafiə edərək, ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 yonca toxumunu topdan satış qiymətindən 0.5-1 manat ucuz qiymətə satdığını görüb, həmin ilin aprel ayında sonuncuya ayrı-ayrılıqda 15000 manat, 30000 manat, 70000 manat və 40000 manat olmaqla ümumilikdə 155000 manat məbləğində pul vermişdir. Əli ona həmin pullardan 43000 manat qaytarmışdır. Nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan 112000 manat məbləğində pul alıb dələduzluq etmişlər. Daha sonra o, Rübailə 2018-ci ilin oktyabr-noyabr aylarında ayrıayrılıqda 30000 manat, 8000 manat, 60000 manat və 68000 manat məbləğində pul vermiş və ümumilikdə Rübailin ona olan borcu 166000 manatdır. Təqsirləndirilən şəxs2 ondan aldığı pulları qaytardığından ondan şikayətçi deyil. Təqsirləndirilən şəxs1 ona olan borcunu qaytarmadığından sonuncudan şikayətçidir və müki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, bərbər işləyərkən Təqsirləndirilən şəxs1 tez-tez onun yanına gəlib saçını kəsilmiş və tanışlıqları yaranmışdır. 2015-ci ilin mart-aprel aylarında Rübail mal-qara alveri edib qazanc əldə etmək məqsədilə az-az olmaqla ondan 60000 manat pul almışdır. Həmin vaxtlarda Rübail alverdən əldə etdiyi puldan ona 5000 manat qazanc kimi pul qaytarmışdır. 2015-ci ilin sonlarında Rübail ona X5 yerləşdiyi ferması ilə müqavilə bağladığını, həmin fermadan mal-qara alıb “Azərsun” firmasına satdığını, həmin alverdən əldə olunan pulu “Beynəlxalq bank”a qoyduğunu, həmin pulları bankdan götürməmək şərti ilə üzərinə yüksək faizlə pul gələcəyini və çoxlu pul qazanacaqlarını bildirmişdir. 2017-ci ilin dekabr ayında Rübail ona zəng edərək Pərvanə xanımın fermasından mal-qara almaq üçün təcili pul tapmağını istəmiş,o da Rübailin vədinə inanıb atası Salmandan 10000 manat, qardaşı Zamindən 10000 manat və bibisi oğlu İqbaldan 4400 manat pul yığıbalıb Rübailə vermişdir. Bu pullara görə Rübail ona bir il ərzində qazanc olaraq pul qaytarmışdır. 2018-ci ilin qış aylarında Rübail ona maşın almaq məqsədi ilə 13000 manat pul vermiş, bir müddətdən sonra o, başqa maşın almaq məqsədilə həmin maşını satmışdır. Həmin vaxt Rübail toxum alverinə girmək üçün həmin pulu ondan istəmiş və o da Rübaillə razılaşıb pulu ona vermişdir. 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3 ona Rübailin işinə pul qoymaq istədiyini bildirmişdir. Həmin vaxt o, Fazili şərik etmək istəməsə də Fazil çox xahiş etdiyindən onunla razılaşmış və Rübaillə danışacağını bildirmişdir. O, Fazilin şərik olmasını Rübailə bildirdikdə Rübail razılaşmışdır. 2018-ci ildə o, Fazildən 40000 manat pul alıb Rübailə vermişdir. Rübail həmin pulla birlikdə 3000-4000 manat qazanc pul vermişdir. Bundan sonra Rübail yenidən ondan pul istəmiş və o da Fazildən ayrı-ayrılıqda 40000 manat və 40000 manat pul alıb Rübailə vermişdir. Bir müddətdən sonra Rübail Fazilə 85000 manat pul qaytarmışdır. Bundan sonra Fazil onun vasitəsi ilə Rübailə ayrı-ayrı vaxtlarda 47000 manat, 47000 manat və onun xəbəri olmadan Rübailin özünə 60000 manat və 25000 manat pul vermişdir. Sonradan Fazil yenə onun vasitəsi ilə Rübailə 20000 manat pul vermişdir. 2019-cu il tarixdə o, toxum alveri məqsədilə Rübailə iki dəfə 10000 manat olmaqla ümumilikdə 20000 manat pul vermişdir. O, toxum və mal-qara alveri üçün Rübailə verdiyi ümumilikdə 104000 manat puldan sonuncu ona cəmi 30000 manat pul qaytarmışdır. Rübailin ona verdiyi pulları çıxdıqdan sonra hazırda ona 70000 manat borcu vardır. Rübail onun pulunu ödəmədiyindən ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 bir neçə dəfə söhbət zamanı ona və Namiqə bir nəfər dostu ilə mal-qara alveri etdiyini demişdir. Söhbət zamanı Mahir ona Qəbələ rayonundakı mal-qara firması ilə müqavilə bağladıqlarını, Azərsun şirkətinə səhm qoyduqlarını, həftədə bir dəfə həmin şirkətin onların hesabına 3000 manat pul yatırtdığını demişdir. Bir müddətdən sonra Mahir şəriki ilə toxum alverinə də girdiyini bildirmişdir. O, Mahirin bu danışıqlarına inanıb onu da özlərinə şərik etmələrini xahiş etmişdir. 2019-cu ilin dekabr ayında Mahir ona pul verməsi şərtilə şərik ola biləcəyini demiş, o da evini sataraq əldə etdiyi 15000 manat beh pulunu, atasından aldığı 10000 manat və qaynı Ramiz Məmmədovdan aldığı 20000 manat pulu, ümumilikdə 40000 manat pulu Mahirə vermişdir. Mahir həmin pulla birlikdə qazanc kimi ona 6600 manat pul qaytarmışdır. Bundan sonra o, Mahirə 80000 manat pul vermiş və yanvar ayında Mahir ona həmin pulun qazancı olaraq 17400 manat və yanvarın 10-da isə 80000 manat pul qaytarmışdır. O, Mahirə böyük məbləğdə pul verdiyindən sonra problem olub-olmayacağını soruşduqda. Mahir ona 370000 manat pulunun olduğunu və problem olmayacağını bildirmişdir. Bundan sonra Mahir ona al-ver üçün pul lazım olduğunu demiş, o da 47000 manat bir, yanvar ayının 18də isə 47000 manat da bir Mahirə pul vermişdir. Yanvar ayının 27-də Mahir ona iş birliyinin genişləndirilməsi məqsədilə pul lazım olduğunu bildirmiş, o da Namiqdən 60000 manat alıb Mahirə vermişdir. Fevralın 1-də Mahir ona yenə pul lazım olduğunu demiş və o, Namiqdən 25000 manat, fevralın 3-də isə 20000 manat pul alıb Mahirə vermişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs4 dekabrın əvvəllərində 40000 manat, yanvarın əvvəllərində 47000 manat, yanvarın 12-də 47000 manat, yanvarın sonlarında isə 105000 manat, ümumilikdə 239000 manat pul vermişdir. Hazırda o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 ona Rübailin toxum, mal-qara alver etdiyini və yaxşı qazanc götürdüyünü bildirib onunla şərik olmasını təklif etmişdir. O da Cavidlə razılaşıb Rübailə vermək üçün ona 41000 dollar pul vermişdir. Cavid bir həftədən sonra ona 44000 dollar pul qaytarmışdır. Bundan sonra müxtəlif vaxtlarda o, həm Cavid vasitəsilə, həm də bilavasitə özü Rübailə 60000 dollar, 37000 manat və sair pullar verməklə ümumilikdə 733000 manat pul vermişdir. Onun Rübailə verdiyi pulların qarşılığında Rübail ona borcunun bir hissəsinin əvəzi olaraq 100000 manat dəyərində yaşayış evi vermişdir. Hazırda Rübail ona olan borcunu tam ödəmişdir. O Təqsirləndirilən şəxs1 həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Rübaili Yusif adlı tanışı vasitəsilə tanımışadır. Rübaillə tanış olarkən onun toxum, mal-qara alveri etdiyini və yaxşı qazanc əldə etdiyini öyrənmişdir. Bu məqsədlə, yəni qazanc əldə etmək məqsədilə o, Rübailə 200000 manat pul vermidir. Bundan başqa Vüqar Əliyevdən də müxtəlif vaxtlarda pul alıb Rübailə vermişdir. İlk olaraq o, Vüqardan 41000 dollar alıb Rübailə verdmiş, Rübail isə bir həftənin tamamında Vüqarın pulunu qazancı ilə birlikdə vermək üçün ona 44000 dollar pul qaytarmış və o da həmin pulu Vüqara vermişdir. Bundan sonra o, Vüqardan ayrı-ayrı vaxtlarda 41000 dollar, 60000 dollar və 30000 dollar pul alıb Rübail vermişdir. Rübail həmin pulların qazancı olaraq Vüqara həftəyə 7000-8000 min manat pul vermişdir. Bundan başqa Rübail ona Vüqara olan borcundan 28000 manat, 14000 manat və 18000 manat pul vermişdir. O, istintaq zamanı Rübailin ona 200000 manat borcu olduğunu demiş, lakin müstəntiq 400000 manat yazmışdır. Rübail ona 200000 manat ziyan vurmuşdur. Hazırda o, Rübaildən 200000 manat pulu istəmir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında ticarətlə məşğul olduğundan orada yaşamışdır. Əmisi Zərərçəkmiş şəxs6 ona zəng edərək burada yaxşı iş olduğunu bildirib Gəncə şəhərinə gəlməsini demiş, o da əmisi ilə razılaşıb Gəncəyə gəlmiş və əmisi onu Rübaillə tanış etmişdir. Söhbət zamanı Rübail ona onu Qida Təhlükəsizliyinə işə düzəldəcəyini deyib, ondan 13500 manat pul, şəxsiyyət vəsiqəsini, hərbi biletini və digər sənədlərini almışdır. Onun işi digər şəxslərə pulları vermək və pulları almaq olmalı, qarşılığında isə 1000 manat maaş almalı idi. O, Rübaillə işləməyə başlayandan sonra bir neçə dəfə Vüqar Əliyevdən pul alıb Rübailə vermişdir. Bundan başqa Rübail də Vüqara və digər şəxslərə pulları onun vasitəsilə vermişdir. Bir müddətdən sonra o, Rübailin işlərində tərslik olduğunu hiss etmiş və Rübaillə olan bütün danışıqları telefonla yazmağa başlamışdır. O, Rübailin alıb-satdığı mal-qaranı görməmişdir. Hazırda Rübail ona olan 13500 manat borcunu qaytarmadığından şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr-dekabr aylarında bacısının yoldaşı Zərərçəkmiş şəxs1 ona tanışının mal-qara alqı-satqısı ilə məşğul olduğunu və yaxşı qazanc qaldığını bildirib ondan pul istəmişdir. O da özündə olan 34000 manat pulu Arifə vermiş, sonuncu isə həmin pulu Avtozavod yaxınlığında Rübail adlı şəxsə vermişdir. Bir müddət sonra Arif yenidən ondan pul istəmişdir. Bu zaman o, Arifə təkrar 34000 manat pul vermişdir. Bir müddət sonra o, Arifdən pul istəmiş, həmin vaxt Rübail ona 5000 dollar pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,2018-ci ilin oktyabr ayında əmisi Zərərçəkmiş şəxs2 bir nəfər şəxslə ticarət qurduğunu, xarici ölkədən yonca toxumu və cins heyvan gətirdiyini, xeyli qazanc qaldığını bildirib ondan pul istəmişdir. O da 2019-cu ilin fevral ayının 1-də əkin üçün yonca toxumu alacağından “Billur” şadlıq sarayının qarşısında əmisi Tofiqə 58500 manat pul vermişdir. Sonra Tofiq həmin pulu Rübailə vermişdir. O, həmin pulları anasından və xalasından borc olaraq götürmüşdür. O, özü Rübaili tanımamış və ona şəxsən pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin oktyabr ayında qardaşı Arif ondan 32000 manat borc pul istəmişdir. O, Arifdən bu pulu hansı məqsədlə istədiyini soruşduqda, Arif ona Rübail adlı tanışı ilə şərikli iş qurduqlarını və Rusiya Federasiyasından cins mal-qara gətirib burada satacaqlarını bildirmişdir. O, Arifə 32000 manat pul vermişdir. Bir müddətdən sonra Arif 32000 manat puldan 12000 manat qaytarmış, qalan pulu isə yaxın günlərdə qaytaracağını bildirmişdir. 03 fevral 2019-cu il tarixdə isə digər qardaşı Zərərçəkmiş şəxs2 ondan 40000 manat borc pul istəmişdir. O, Tofiqdən bu pulu hansı məqsədlə istədiyini soruşduqda, Tofiq ona Rübail adlı tanışı ilə şərikli iş qurduqlarını və xaricdən toxum alıb burada satacaqlarını bildirmişdir.O, Tofiqə 10000 manat pul vermişdir. O, özü Rübail adlı şəxsi görməmiş və tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 2018-ci ilin oktyabr ayının axırlarında ondan pul istəmiş və həmin pulla tanışı ilə mal-qara alıb-satacağını, ona da əlavə qazanc verəcəyini bildirmişdir. Arif ondan alacağı pul qarşılığında həftədə qazanc kimi pul verəcəyini demişdir. O da 60000 manat pulu Arifə vermişdir. Lakin o, Arifin həmin pulu kimə verdiyini bilməmişdir. O, pulu Arifə verəndən 2 ay sonra Arif ona qazanc kimi 6000-7000 manat pul vermişdir. Daha sonra o, pulunun qaytarılmadığını görüb, Arifdən pulunu istəmiş, lakin sonuncu pulu qaytarmamışdır. Arif onun süonuncuya verdiyi 60000 manatdan 28000 manatını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun kürəkənidir. Fazil, təxminən 2019-cu ilin yanvar ayının əvvəllərində ona Mahir adlı şəxsin kiminləsə toxum işi ilə məşğul olduğunu və yaxşı qazanc əldə etdiklərini bildirmişdir. Həmin vaxt o, özündə olan 30000 manat pulu qeyd olunan işə qoymaq üçün və əldə olunacaq qazancdan Fazil özünə ev tikdirmək və sonra onun pulunu geri qaytarmaq üçün Fazilə vermişdir. Bir müddətdən sonra oğlu Ramizin də Fazilə həmin işə qoymaq üçün pul verdiyini öyrənmişdir. Daha sonra o, onun və oğlunun pullarının aldadılaraq mənimsənildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, qohumum Zərərçəkmiş şəxs3 2018-ci ilin sonlarında ona tanışının toxum alveri ilə məşğul olduğunu, yaxşı qazanc əldə etdiyini və pul qoysa qazanc verəcəyini bildirmişdir.O da 2019-cu ilin yanvar ayının 11-də kənd təssərrüfatı texnikasını satıb Fazilə 44000 manat pul vermişdir. 2019-cu ilin fevral ayının 9-da Fazil ona tanışı olan Rübailin bankrot olduğunu bildirmişdir. O Rübaili görməmiş, ona pul verməmişdir. O pulu Fazilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onu yeznəsidir. Fazil, təxminən 2018-ci ilin dekabr ayının əvvəllərində ona Mahir adlı şəxsin kiminləsə toxum və mal-qara alqı-satqısı ilə məşğul olduğunu və yaxşı qazanc əldə etdiklərini bildirmişdir. Həmin vaxt o, qazanc əldə etmək məqsədilə özündə olan 20000 manat pulu Mahirə vermək üçün Fazilə vermişdir. Bir müddətdən sonra Fazil həmin 20000 manat pula görə 3000 manat qazanc verilmişdir. 2019-cu ilin yanvar ayında o, həmin işə yatırım etmək məqsədilə 55000 manat və 25000 manat pul vermişdir. Bundan sonra Fazil ona 80000 manatı və üzərində 17400 manat qazanc pul qaytarmışdər. O, həmin işi davam etdirmək məqsədilə 27 yanvar 2019-ci il tarixdə 60000 manat, 01 fevral 2019-cu il tarixdə 25000 manat və 03 fevral 2019-cu il tarixdə isə 20000 manat pulu Fazilə vermişdir. Fazil həmin pullara görə ona qazanc verməmişdir. Bir neçə gün sonra Fazil və Mahirin deməsindən sonra onun Mahirə verdiyi pulların Rübail adlı şəxs tərəfindən aldadılaraq mənimsənildiyini öyrənmişdir. O, Rübaili tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 şərikləri Vüqar, Cavid, Əli, Elnur və digər şəxslərlə birlikdə mal-qara və toxum alveri ilə məşğul olmuşlar. Rübailin şərikləri ona maddi cəhətdən kömək etmiş, Rübail də mal-qara gətirib satmışdır. Rübail adətən bir dəfəyə 15-20 malqara və xeyli miqdarda toxum gətirmişdir. Onlar həmin mal-qara və toxumu satılana qədər yaşadıqları evdəki tövlədə saxlamışlar. Rübail bir neçə dəfə ona pul verib şəriklərinə verməsini tapşırmışdır. O, yaşadıqları AKTA-6 ərazisində Mahirə 3000-5000 manat arası bir neçə dəfə pul vermişdir. Cavidə isə Göygöl rayonunda 10-15 dəfə pul vermişdir. O, mal-qara və ya toxum satışında iştirak etməmiş, sadəcə malı yükləyib yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki,o, Rübaillə dost olmuşdur. Rübail ona heyvan alveri etməyi təklif etmişdir. Belə ki, Rübail heyvanları kənddən alıb bazarda satacağını ona demişdir. O, da Rübaillə razılaşıb ona ilk olaraq 6000 manat, daha sonra isə 30000 manat pul vermişdir. Həmin vaxt bir az ziyan etmişlər. Lakin sonra Rübail ona qazanc verməyə başlamışdır. 2019-cu ilin fevral ayında Rübail ona vəziyyətin pis olduğunu demişdir. O, Rübailin real olaraq mal-qara alıb satdığını görməmişdir. Rübailin başqa şəxslərdən pul aldığını, başqa şəxslərlə ortaq olduğunu bilməmişdir. Həmin vaxtlarda o, Rübaillə toxum alverinə də ortaq olmuşdur. Heyvan ticarətindən fərqli olaraq o, Rübaillə toxum alveri edərkən onda canlı olaraq toxum görmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23.08.2019cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotoulundan görünür ki, Təqsirləndirilən şəxs1 23.08.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14.09.2019cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotoulundan görünür ki, Təqsirləndirilən şəxs2 14.09.2019-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 25 avqust 2019-cu il tarixli 4(044)-90-2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 4(104)-60/2019 saylı qərarındən görünür ki, apelliyasiya protesti qismən təmin edilmiş və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 25 avqust 2019-cu il tarixli 4(044)-90-2019 saylı qərarı ləğv edilmiş və təqdimat qismin təmin edilərək, Təqsirləndirilən şəxs1 barəsində 07 oktyabr 2019-cu il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 4(044)-97/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 (iyirmi bir) günhəddində, yəni 04 oktyabr 2019-cu il tarixədək “həbs” qətimkan tədbirinin seçilmiş və həbs etmənin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 4(044)-98/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apeliyasiya Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 4(104)-68/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 4(044)-98/2019 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apeliyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 4(044)-69/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 4(044)-98/2019 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 4(044)-101/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 04 oktyabr 2019-cu il tarixdən 04 yanvar 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 07 oktyabr 2019-cu il tarixdən 07 yanvar 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2020-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 dekabr 2019-cu il tarixli “Üzləşdirmə protokolundan ” görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənləri qismən olaraq Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmiş və göstərmişdir ki, tanışlarından aldığı və Təqsirləndirilən şəxs1 verdiyi təxminən 250000 (iki yüz əlli min) manat məbləğində pulu tam olaraq qazanc kimi hissə-hissə Təqsirləndirilən şəxs1 ona vermiş, həmin pulları o, qazanc şəklində ona verərkən o, pulun kökünün Təqsirləndirilən şəxs1 qaldığını fikirləşib pul aldığı şəxslərə onlara məxsus pulun kökünü qaytaracağını vəd etdiyini bir daha qeyd etmişdir ki, əslində camaatdan alıb Təqsirləndirilən şəxs1 verdiyi pulları qazanc şəklində Təqsirləndirilən şəxs1 ona tam vermiş və Təqsirləndirilən şəxs1 ona pul şəkilində verəcəyi yoxdur. Təqsirləndirilən şəxs1 ona verdiyi qazanc pullardan da o, özü üçün xərcləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 dekabr 2019-cu il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir ki, alver etmək üçün ona 15000 manat pul lazım olduqda bu barədə Təqsirləndirilən şəxs2 demiş və Əli Arifdən həmin pulu alaraq ona vermişdir. O da yenidən həmin pulu, yəni 17000 manat pulu Əliyə qaytarmışdır. Bu minvalla o, Arifdən bir neçə dəfə, yəni, 30000, 50000 pul alıb ona vermiş və o da, müvafiq olaraq qazancı ilə birlikdə 34000, 56000 manat pulu Əliyə qaytarmışdır. Daha sonra isə o özü Əlinin zəngli ilə Arifdən 70000 manat pul almışdır, lakin həmin pula görə 78000 manat pulu Əliyə vermişdir ki, Arifə qaytarsın. Arifdən başqa digər şəxslərdən də pul almışlar ki, artıq alver etməklə qazanc əldə edə bilməmişlər və həmin şəxslərin pulunu qaytara bilməmişlər. Təxminən 2018-ci ilin aprel ayında aldıqları pulları qaytara bilmədikləri üçün birlikdə fikirləşmişlər ki, qaytaracaqları pulları digərlərindən mal-qara alqı-satqısı adı ilə alsınlar və borclu olduqları şəxslərə qaytarsınlar. Buna görə də onlar həmin şəxslərdən pul alaraq başqalarına verirmişlər. Bundan sonra Əli Arifdən 100000 (yüz min) manat pul alıb ona vermişdir. 2018-ci ilin avqust ayından etibarən isə Arifdən pulu o özü almağa başlamış və bu barədə də Əliyə demişdir. O, ümumiyyətlə digər şəxslərdən də aldığı pulların çox hissəsini Əliyə demiş və bu barədə Əlinin məlumatı olmuşdur. Aldıqları pulları qaytarmaq üçün onlara daha çox pul lazım olurmuş ki, kimdənsə də, daha çox pul almaq üçün Əli təklif etmişdir ki, bahalı maşın alsalar onlara daha çox pul verərlər. Buna görə camaatdan aldıqları pulla o, Əliyə maşın almışdır. O, mal-qara alveri ilə məşğul olsa da, oradan əldə edilən gəlir həddindən artıq kiçik olmuş və Əli də bunu bildirmişdir. Bir daha qeyd etmişdir ki, aldıqları pulların mal-qara alverinə verilməməsindən, öz ehtiyaclarına, borclarına xərclənməsindən, ev tikilməsindən, maşınlar alınmasından Əlinin məlumatı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərfindən Gəncə şəhər BPİ-nədaxil olmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onları aldatdıqlarını başa düşdükdən sonra və baş vermiş hadisə ilə bağlı olaraq Təqsirləndirilən şəxs2 gələcəkdə onlardan pul almasını danacağını və ya onlardan aldığı pulu yalandan onlara qaytardığını bildirəcəyini və ya məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bəhanələr gətirə biləcəyini fikirləşib öz hüquqlarını müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2la aralarında olan söhbəti və danışıqları telefona yazmışdılar ki, həmin səsyazmanı cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etdiyini göstərmişdir.Ona görə də, Zərərçəkmiş şəxs2 könüllü olaraq təqdim etdiyi səsyazma ondan götürülmüş və həmin səsyazmaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin səsyazma bir ədəd DVD diskə qeyd edilmişdir və səsyazma Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, Asif adlı şəxs və digərləri arasında söhbət zamanı olan səsyazmadır. Həmin səsyazmada sözügedən cinayət hadisəsi ilə bağlı söhbətlər aparılır və söhbət zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 “sən mənə gəlib deyirdin ki, kamaz gəlir gətir pul ver, mən də pulu sənə verirdim” sözlərini deyir. Təqsirləndirilən şəxs2 isə Arifin sözlərini təsdiq edərək “mənə deyirdi get al gətir ver, mən də gəlib sənə o cür deyib səndən pul alıb ona verirdim” sözlərini deyir. Bundan əlavə söhbət zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ondan 150000 manat aldığını, Təqsirləndirilən şəxs2 isə ondan 100000 manat aldığını və həmin pulu Rübailə verib Rübailə bundan sonra Arifdən özünün pul almayacağını, lazımdırsa Rübail özü Arifdən pul alsın dediyini bildirir. Bundan əlavə söhbət zamanı Təqsirləndirilən şəxs2 başqa şəxslərdən də pul aldığını deyir. Bundan əlavə həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 Şahlar adlı şəxsdən də 130000 pul alıb Rübailə verdiyini, həmin pulun da onun boynunda qaldığını deyir. Bundan əlavə həmin söhbət zamanı Asif adlı şəxs bildirir ki, ondan pul alınmamışdan qabaq Təqsirləndirilən şəxs2 Asifə uşaqlıq dostu ilə birlikdə mal-qara alveri etdiklərini və yaxşı gəlir qazandıqlarını deyir və onu da həmin işlə məşğul olmağa dəvət etmişdir, o, Təqsirləndirilən şəxs2 dostunun kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 ona dostunun etibarlı adam olduğunu və mal-qaranın gözü qarşısında alınıbsatıldığını, heç bir narahatçılığın olmadığını demişdir. Bundan əlavə həmin söhbət zamanı Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 söhbət edərkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 “səndən aldığım birinci 15000 manat pulla Rübaillə birlikdə getmişəm, almışam, gətirmişəm və bazara verib sənin pulunu gətirib vermişəm” sözlərini deyir. Bundan əlavə həmin söhbət zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 Rübaillə birlikdə heyvan gətirib-gətirmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 3 dəfə 23, 25 baş olmaqla Xaçmazdan mal-qara gətirdiklərini bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilərək götürülmüş DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23.01.2019cu il tarixli akdan görünür ki, X32 ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında avtomobilin alınıb-satılması, ilkin ödənişinin verilməsi ilə bağlı yazılı formada akt tərtib edilmişdir ki, həmin aktlar ilkin araşdırma zamanı Torif Mirzəyev və Zərərçəkmiş şəxs1 tərəfindən təhqiqata təqdim edildiyindən ilkin araşdırma materiallarına əlavə edilmişdir. Həmin aktlara baxış keçirilmişdir. Birinci akta baxış zamanı müəyyən edilmişdir ki, həmin akt 23.01.2019-cu il tarixdə tərtib olunmuşdur və göstərilmişdir ki, X32 özünə məxsus olan “BMW F10-535” minik markalı, ** RL *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs2 36000 (otuz altı min) ABŞ dollarına satır, Zərərçəkmiş şəxs2 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulu nəğd qaydada Cavid Nəbiyevə ödəmiş, qalan 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 bir il ərzində, hər ayın 23-də 1500 (min beş yüz) ABŞ dolları məbləğində Cavid Nəbiyevə ödəməyi öhdəliyinə götürür. Həmin akt satan Cavid Nəbiyev kimi, borclu olan Zərərçəkmiş şəxs2 kimi hər iki şəxs tərəfindən imzalanır. İkinci akta baxış zamanı müəyyən edildi ki, həmin akt 23.01.2019-cu il tarixdə tərtib olunmuşdur və göstərilmişdir ki, X32 özünə məxsus olan “RANG ROVER SPORT” minik markalı, ** PU *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs1 43500 (qırx üç min beş yüz) ABŞ dollarına satır, Zərərçəkmiş şəxs1 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu nəğd qaydada Cavid Nəbiyevə ödəmiş, qalan 23500 (iyirmi üç min beş yüz) ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs1 bir il ərzində, hər ayın 23-də 2130 (iki min yüz otuz) ABŞ dolları məbləğində Cavid Nəbiyevə ödəməyi öhdəliyinə götürür. Həmin akt satan Cavid Nəbiyev kimi, borclu olan Zərərçəkmiş şəxs1 kimi hər iki şəxs tərəfindən imzalanır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Gəncə şəhər BPİ-nə ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobil almaq məqsədi ilə Cavid Nəbiyevə pul verdikdən sonra onunla aralarında telefon danışığı zamanı olan söhbəti, həmçinin şərikli işlədiyi Təqsirləndirilən şəxs2la aralarında telefon danışığı zamanı olan söhbətin bir hissəsini yazdığını və həmin səsyazmaları cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etdiyini göstərmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi səsyazma ondan götürülmüş və həmin səsyazmaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin səsyazma bir ədəd DVD diskə qeyd edilmişdir və 5 ayrı-ayrı hissələrdən ibarətdir. Həmin səsyazmalardan birincisi Rübail X1 arasında telefon vasitəsi ilə aparılır və müxtəlif mövzular barəsində söhbət etdikdən sonra onlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobil almaqla bağlı söhbət etməyə başlayırlar. Cavid Nəbiyev söhbət zamanı Təqsirləndirilən şəxs1 “sən mənə ziyan vurmamısan, polisdə səndən şikayət etməyimlə bağlı məni məcbur etsələr də, onlara yıxılanı balta ilə başından vurmaram deyirəm və mən səndən şikayət etməmişəm” sözlərini deyir. Daha sonra söhbət zamanı Təqsirləndirilən şəxs1 Cavid Nəbiyevə “maşının pullarını mən vermişəm, nə üçün o pullar Arifə, Tofiqə çatmalıdır?” deyir, Cavid Nəbiyev isə cavabında “bir qismini sən vermisən” deyir. Bundan sonra Rübail maşınları satandan sonra pulunu götürə bilib-bilməyəcəyini soruşur, Cavid isə cavabında Rübailə nə qədər pul veribsə hamısını götürəcəyini deyir. Bundan sonra Rübail Caviddən əlbə-əl verdiyi pulları da ala biləcəyini soruşur, Cavid isə maşınları satdıqdan sonra onun pulunu verəcəyini, kreditlərə ödədiyi pulu da özünə götürəcəyini deyir. Bundan sonra Rübail Caviddən nə qədər pul götürəcəyini, hesablayıb-hesablamadığını soruşur, Cavid isə adına nə gəlibsə, nə götürübsə hamısını verəcəyini bildirir. Daha sonra söhbət zamanı Cavid maşınlar üçün 38000 dollar verildiyini, lakin özünün 34000 dollar maşınlara verdiyini deyir. Həmin vaxt Rübail Caviddən maşınlar üçün ona 38000 dollar verildiyi halda, nə üçün 34000 dollar ödədiyini soruşduqda Cavid Nəbiyv 4000 dolların onun qazancı olduğunu bildirir. Daha sonra Cavid Nəbiyev gecikmə olmasın deyə evindəki qızılları lombarda qoyduğunu və pul götürərək avtomobillərin kreditini ödədiyini bildirir. Digər 4 ədəd ayrı-ayrılıqda olan səsyazmalar Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında telefon vasitəsi ilə aparılır. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “əgər mən tutulacamsa hamını aparacam özümlə” dediyi halda Təqsirləndirilən şəxs2 ona “onsuz da mən hər şeyi qəbullanmışam, sonu uzağı ölüm olar, cəhənnəmə olsun” sözlərini deyir. Bundan əlavə həmin zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “mənim də səhvim olub, sənin də səhvin olub, öz səhvimiz olub, mən harda səhv eləmişəm, sən harda səhv eləmisən öz üstümüzdə olan şeylərdir” sözlərini deyir. Təqsirləndirilən şəxs2 isə qarşılığında heç bir söz demir. Həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “bu palajeniyadan çıxılsa var ha Rübail, her şey yaxşı olar, əvvəlkindən də yaxşı olar, bu palajeniyadan üzü ağ çıxmaq lazımdır, siyasətlə, ağılla hərəkət etmək lazımdır” sözlərini deyir. Təqsirləndirilən şəxs1 isə onun sözlərini təsdiq edir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilərək götürülmüş DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 Gəncə şəhər BPİ-nə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 pulu verərkən Təqsirləndirilən şəxs1la, həmçinin Zərərçəkmiş şəxs3lə aralarında telefon danışığı zamanı olan söhbəti və danışıqların bir hissəsini yazmışdır ki, həmin səsyazmanı cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etdiyini göstərmişdir. Ona görə də, Zərərçəkmiş şəxs4 könüllü olaraq təqdim etdiyi səsyazma ondan götürülmüş və həmin səsyazmaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin səsyazma bir ədəd DVD diskə qeyd edilmişdir və 5 ayrı-ayrı hissədən ibarətdir. 0, 1, 2, 3, 4 nömrəli səsyazmalar Zərərçəkmiş şəxs4lla Təqsirləndirilən şəxs1 arasında telefon danışığı zamanı olan səsyazmadır. Həmin səsyazmalarda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 özünün və Fazilin pulunun onda olmasını bildirərək əsasən Fazilin pulunun ödənilməsini Rübaildən tələb edir, özünün pulunu isə hissə-hissə ödənilməsinə razı olduğunu bildirir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Fazilə 85000 manat pul verdiyini bildirir, Zərərçəkmiş şəxs4 da həmin pulu Fazilə xəstəxananın qarşısında verdiyini, bundan əlavə hər 10 gündən bir Fazilə 2000-2500 manat arası qazanc verildiyini deyir. Onların arasında ümumi danışıq gedir. Sonda Təqsirləndirilən şəxs1 hamının pulunun veriləcəyini, razı salınacağını deyir. 5 nömrəli səsyazma Zərərçəkmiş şəxs4la Zərərçəkmiş şəxs3 arasında telefon danışığı zamanı olan səsyazmadır. Onlar birlikdə şikayət etmək və verdikləri pulun hansı yolla geri qaytarılması barədə danışırlar. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 hər ikisinin də pulunun getdiyini, həmin pulları vermək üçün məhz Fazilin özünün dəfələrlə onu təkid etdiyini deyir. Fazil isə pulları özü verdiyi halda gərək Mahirin həmin pulları ondan götürməməli olduğunu bildirdikdə, Mahir yenə Fazilin pulları vermək üçün, onu da həmin işə qoşmağa dəfələrlə onu təkid etdiyini deyir. Fazil isə özünün təkid etməsi barədə Mahirlə razılaşır. Ümumi söhbət zamanı isə artıq pullarının qayıtmayacağı və batması qənaətinə gəlirlər. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilərək götürülmüş DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 Gəncə şəhər BPİ-nə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 pul vermək məqsədi ilə Zərərçəkmiş şəxs4 pul verərkən aralarında telefon danışığı zamanı olan söhbəti və danışıqların bir hissəsini yazdığını, həmin səsyazmanı, həmçinin onunla aralarında olan “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmaları cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etdiyini göstərmişdir. Ona görə də, Zərərçəkmiş şəxs3 könüllü olaraq təqdim etdiyi səsyazma və yazışmalar baxış keçirilərək ondan götürülmüşdür. Baxış zamanı müəyyən edildi ki, həmin səsyazma bir ədəd DVD diskə qeyd edilmişdir və 10 ayrı-ayrı hissələrdən ibarətdir. Həmin səsyazmalar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 arasında telefon danışığı zamanı olan səsyazmadır. Sohbət zamanı Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 nə üçün ondan polisə şikayət etdiyini soruşur və bildirir ki, məhz Zərərçəkmiş şəxs3 özü Təqsirləndirilən şəxs1 pul vermək və onlarla birlikdə işləmək üçün onu məcbur etmişdir. Zərərçəkmiş şəxs3 də, Zərərçəkmiş şəxs4 sözlərini təsdiq edərək onun yanına gedərkən Təqsirləndirilən şəxs1la birlikdə necə işləmələri barədə danışdıqda özü onu məcbur edərək onun da pulunu Təqsirləndirilən şəxs1 verməsini istədiyini deyir. Söhbət zamanı Zərərçəkmiş şəxs4 Rübailin ona dediyi sözləri, yəni, necə mal gətirdiyini, nə qədər pulunun olduğunu özünün Fazilə dediyini və Rübailin onları aldadacağını əvvəlcədən bilmədiyini deyir. Bundan əlavə həmin söhbət zamanı Fazilin özünün Rübaili tanıdığını və Rübailə 25000 manat pulu şəxsən arkanın yanı deyilən yerdə verdiyini bildirir. Fazil isə həmin faktı təsdiqləyir. Bundan əlavə həmin söhbət zamanı Zərərçəkmiş şəxs4 Fazilə pulların hamısını Rübailə verdiyini məhz Fazilin özünün də bildiyini dedikdə Fazil pulların verilmə vaxtı onların yanlarında olmadığını və dəqiq olaraq həmin pulların Rübailə verildiyini bilmədiyini, çünki həmin vaxt onların yanlarında olmadığını deyir. Bundan əlavə həmin səsyazma zamanı Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 40000, iki dəfə 47000, bir dəfə 60000, bir dəfə 25000, bir dəfə isə 20000 min, cəmi 239000 pul verdiyini deyir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalara baxız zamanı müəyyən edilmişdir ki, həmin yazışmalar Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs4 arasında aparılır. Həmin yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 dünənki pul məsələnin nə yerdə qaldığını soruşur, Mahir isə onu gözlədiyini bildirir və əgər varsa verməsini istəyir və nə qədər olduğunu soruşur, Fazil isə 10 günlük təxminən “50” olduğunu deyir. Mahir “50” yaxşı olduğunu bildirərək satışın yaxşı getdiyini, bir ayı üçün 5000 verəcəyini bildirir. Fazil axrıncı verdiyi pulu soruşduqda Mahir 47000 olduğunu yazır. Daha sonra Fazil “47” də sabah 10-da olacağını, aylığının 4700 olacağını bildirir və “300” də özünə istəyir. Mahir də onunla razılaşır. Digər yazışmada X36 zəng edib amanatın bazar gününə qaldığını bildirir, Fazil isə ondan səbəbini soruşur, Mahir isə “Tamojnudan keçmək” sözlərini yazaraq birisi gün günorta verəcəyini deyir. Fazil isə onunla razılaşır. Səsyazmalara və “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalara baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilərək götürülmüş DVD disk və “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalar protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DVD diskə və bank qəbzlərdən görünür ki, DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 1-ci səsyazmada Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1la telefon vasitəsi ilə danışarkən baş vermiş hadisələrə görə narahat olduğunu bildirir, Təqsirləndirilən şəxs1 isə ona narahat olmamasını və hər şeyin yaxşı olacağını deyir. 11-ci səsyazmada Təqsirləndirilən şəxs1 kiməsə 19500 manat pul verməli olduğunu, lakin özündə 18500 maant pul olduğunu deyərək Zərərçəkmiş şəxs7 1000 manat pul istəyir, Zərərçəkmiş şəxs7 isə cəmi 300-400 manat pulunun olduğunu bildirərək olan pulunun hamısını Rübailə verdiyini deyir, Rübail isə Elnurun sözünü təsdiq edərək həmin pulların özündə olduğunu təsdiqləyir. 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu səsyazmalarda ümumi söhbət, yəni, pulların alınması, verilməsi ilə, işlərin yekunlaşması, harasa gedilib-gəlinməsi ilə bağlı söhbətlər aparılır. Bank qəbzlərinə baxış zamanı müəyyən edilmişdir ki, Turan Bank vasitəsi ilə Zərərçəkmiş şəxs7 adından X15, X16, X13, X2, Şahid5h oğluna, X25 müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə pul köçürülmüş və həmin şəxslərdən Zərərçəkmiş şəxs7 müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə pul göndərilmişdir. Xüsusilə Turan Bank vasitəsi ilə Zərərçəkmiş şəxs7 adından X17 11.01.2019-cu il tarixdə 8000 ABŞ dolları, 22.01.2019-cu il tarixdə 4000 ABŞ dolları, 24.01.2019-cu il tarixdə 3000 ABŞ dolları, Xəzri pul köçürməsi vasitəsi ilə isə 12.01.2019-cu il tarixdə 2500 ABŞ dolları məbləğində, ümumilikdə 17500 ABŞ dolları məbləğində pul göndərilmişdir. Səsyazmalara və bank qəbzlərinə baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsindən qərarından görünür ki, 01.10.2016-cı il tarixdən 01.03.2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adından Turan Bank, Kapital Bank və X56 vasitəsi ilə edilmiş maliyyə əməliyyatları barədə məlumatların həmin banklardan yazılı və kompyuter faylı şəklində götürülməsi qərar alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Turan Bankdan” 31 yanvar 2020-ci il tarixli 149 nömrəli məktubundan görünür ki, bank qəbzlərinə baxış zamanı müəyyən edilmişdir ki, Turan Bank vasitəsi ilə göstərilən müddət ərzində Təqsirləndirilən şəxs1 adına X8, Şahid5h oğlundan, X6 müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə pul köçürülmüş, həmçinin Təqsirləndirilən şəxs1 adından X13, Şahid5h oğluna, X18, X3 müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə pul göndərilmişdir. Həmin bank qəbzlərinə baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kapital Bankdan 12 noyabr 2019-cu il tarixli 15700202-6149 nömrəli məktubndan görünür ki, Təqsirləndirilən şəxs2 adına olan əməkhaqqı və kredit borcları üzrə edilmiş əməliyyatlar barədə sənədlər əlavə edilsə də, məktubda göstərilmişdir ki, təcili pul köçürmələri sistemində axtarış şəxsiyyət vəsiqəsi ilə aparıldığı üçün qərarda qeyd edilən şəxslər üzrə araşdırma aparılması mümkün olmamışdır. Şəxslərə dair qeyd edilən sənəd təqdim edildiyi təqdirdə təkrar araşdırma aparılacaqdır. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqələrinin surəti Kapital Banka göndərilsə də, bu günə qədər heç bir cavab məktubu daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X54 06 noyabr 2019-cu il tarixli 05/05-4699 nömrəli məktubundan görünür ki, X55 “Zolotaya Korona” və “Western Union” pul köçürmə sistemləri vasitəsi ilə Təqsirləndirilən şəxs1 adından, həmçinin Təqsirləndirilən şəxs2 adından Bolqarıstan Respublikasına Velichkova Emiliya və Marinov Sergey adlı şəxslərin adına müxtəlif məbləğlərdə və müxtəlif vaxtlarda pul göndərilmişdir. Həmin bank qəbzlərinə baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bubarədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCdən alınmış 15.04.2019-cu il tarixli, 0184/19 nömrəli məktubdan görünür ki, 22.01.2019-cu il tarixində X32 ilə "xxxx" MMC arasında A527 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 12 ay üçün 22500 ABŞ dolları məbləğində lizinq vəsaiti ayrılmışdır, müqavilə üzrə ilkin ödəniş 18750 AZN (11029 ABŞ dolları), aylıq ödəniş isə 2128 ABŞ dolları təşkil edir. 15.04.2019-cu il tarixinə müqavilə üzrə cəmi borc məbləği 23745 ABŞ dolları, qrafik üzrə gecikmə isə 4634 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarılmış məlumata əsasən 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar ayı üçün 1 ABŞ dolları, 1 manat 70 qəpik olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, sunucu Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək ərizəsində Təqsirləndirilən şəxs1 2018-ci il ərzində iribuynuzlu mal-qara və toxum alıb-sataraq şərikli iş görmək adı ilə yalan vədlər verməklə inandırıb Gəncə şəhəri ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu külli miqdarda pulunu alıb ələ keçirməklə dələduzluq etdiyini, hal-hazırda Təqsirləndirilən şəxs1 ona 160.900 (yüz altmış min doqquz yüz) manat borcunun olduğunu göstərməklə 160.900 (yüz altmış min doqquz yüz) manat pulun Təqsirləndirilən şəxs1 tələb edilməsi üçün zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə mülki iddiaçı qismində də tanınmasını xahiş etmişdir. Bundan əlavə cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə müraciət edərək ərizəsində Təqsirləndirilən şəxs1 2018-ci il ərzində iribuynuzlu mal-qara və toxum alıb-sataraq şərikli iş görmək adı ilə yalan vədlər verməklə inandırıb Gəncə şəhəri ərazisində etibarından suiistifadə etmə və aldatma yolu külli miqdarda pulunu alıb ələ keçirməklə dələduzluq etdiyini, hal-hazırda Təqsirləndirilən şəxs1 ona 134.000 (yüz otuz dörd min) manat borcunun olduğunu göstərməklə 134.000 (yüz otuz dörd min) manat pulun Təqsirləndirilən şəxs1 tələb edilməsi üçün zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə mülki iddiaçı qismində də tanınmasını xahiş etmişdir. Odur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs X26 ümumilikdə 642400 (altı yüz qır iki min dörd yüz) manat məbləğində maddi ziyan dəysə də, Vüqar Əliyev həmin pulun 242700 manatını Zərərçəkmiş şəxs6 vasitəsi ilə, 400400 manatını isə şəxsən özü Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs6 həmin pulu alarkən Vüqar Əliyevi ümumiyyətlə tanımamış və onunla heç bir əlaqəsi, yəni, vahid niyətlə X14 642400 (altı yüz qır iki min dörd yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmək niyəti olmamışdır. Odur ki, Vüqar Əliyevə faktiki olaraq dəymiş maddi ziyanın 242700 manatı digər Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyan kimi qəbul edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Zərərçəkmiş şəxs4 iş üzrə digər Zərərçəkmiş şəxs3 pul alıb verməmişdən qabaq Zərərçəkmiş şəxs3 də onlarla birlikdə işləmək və ona pul vermək istəməsini əvvəlcədən Təqsirləndirilən şəxs1 bildirmiş, Təqsirləndirilən şəxs1 dəqiq olaraq pulun Zərərçəkmiş şəxs4 tərəfindən kimdən alınıb ona veriləcəyini bilmiş, pulların verilmə vaxtı da, özü şəxsən Zərərçəkmiş şəxs3lə görüşüb işlə bağlı söhbətlər etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 aldığı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus pullar vahid niyət kimi qəbul edilməmişdir. Bundan əlavə cinayət işinin istintaq materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində, 2018-ci ilin oktyabr ayında isə Təqsirləndirilən şəxs1 tək olaraq Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 134000 (yüz otuz dörd min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişlər. Həmçinin cinayət işinə əlavə edilmiş səsyazmalardan, Təqsirləndirilən şəxs2 ifadəsindən, digər istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 2018-ci ilin aprel-may aylarında pul aldıqdan sonra Təqsirləndirilən şəxs1 bir daha Şahid11 pul almayacağını, ona lazımdırsa özünün almasını bildirmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 pul almamışlar və yalnız 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pul almağa başlamışdır. Odur ki, Zərərçəkmiş şəxs1 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində 112000 (yüz on iki min) manat məbləğində, 2018-ci ilin oktyabr ayında isə 134000 (yüz otuz dörd min) manat məbləğində pulunun dələduzluq yolu ilə keçirməsi vahid niyyət kimi qəbul edilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs4 2015-ci ilin fevral ayından dekabr ayınadək olan müddət ərzində hissə-hissə, ümumilikdə külli miqdarda 55000 (əlli beş min) manat pulunun, Zərərçəkmiş şəxs1 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində hissə-hissə, ümumilikdə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində, 2018-ci ilin oktyabr ayında isə hissə-hissə, ümumilikdə külli miqdarda 134000 (yüz otuz dörd min) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs6 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 412700 (dörd yüz on iki min yeddi yüz) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs3 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 215000 (iki yüz on beş min) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs2 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 130300 (yüz otuz min üç yüz) manat məbləğində pulunun, X14 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində 400400 (dörd yüz min dörd yüz) manat məbləğində pulunun dələduzluq yolu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alıb ələ keçirmələri vahid niyyəti ilə əhatə olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs4 55000 (əlli beş min) manat pulunun, Zərərçəkmiş şəxs1 112000 (yüz on iki min) manat məbləğində, 134000 (yüz otuz dörd min) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs6 412700 (dörd yüz on iki min yeddi yüz) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs3 215000 (iki yüz on beş min) manat məbləğində pulunun, Zərərçəkmiş şəxs2 130300 (yüz otuz min üç yüz) manat məbləğində pulunun, X14 400400 (dörd yüz min dörd yüz) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi vahid niyyət kimi qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.02.2020ci il tarixli “sübutların qiymətləndirilməsi”qərardan görünür ki, Zərərçəkmiş şəxs7 təqdim etdiyi bank qəbzləri və səsyazmaları özündə əks etdirən bir ədəd disk, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri aktlar, həmçinin Zərərçəkmiş şəxs2 təqdim etdiyi səsyazmaları özündə əks etdirən bir ədəd disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalar və səsyazmaları özündə əks etdirən bir ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi səsyazmaları özündə əks etdirən bir ədəd disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi səsyazmaları özündə əks etdirən bir ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.04.2021-ci il tarixli 1(100)-20/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 vəsatəti təmin edilmiş və iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkəmə ekspertizası mərkəzinin 27 may 2021-ci il tarixli № 4/545 sayı rəyindən görünür ki, cinayət işinin 4-cü cildinin 60-62 vərəqlərində olan 17.12.2019-cu il tarixlin üzləşdirmə protokolunda; 66-68-ci vərəqlərində olan 21.12.2019cu il tarixli üzləşdirmə protokolunda; 73-75-ci vərəqərində olan 15.12.2019-cu il tarixli üzləşdirmə protokolunda; 3-cü cildinin 101-106-cı vərəqlərində olan 15.10.2021-ci il tarixli üzləşdirmə protokolunda; 158-160-cı vərəqlərində olan 30.10.2019-cu il tarixli üzləşdirmə protokolunda; 183-185-ci vərəqlərində olan 04.11.2019-cu il tarixli üzləşdirmə protokolunda və 231-233-cü vərəqlərində olan 18.11.2019-cu il tarixli üzləşdirmə protokolunda təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs1 adından olan imzalar- Təqsirləndirilən şəxs1 tərfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 13.12.2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs X34 tərəfindən verilmiş 29.10.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin etibarlarından suistifadə etməmələri və onlarla aralarında işgüzar münasibətlərin onlması ilə bağlı ifadələri işin faktiki hallarına uyğun olmadığından və eləcə də onların özlərinin ibtidai istinaq zamanı verdikləri ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxslərin həmin ifadələrini məsuliyyətlərini yüngülləşdirmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olamaqla etibardan sui-istifadə etmə və aldatmaqla təkrarən, külli miqdarda ziyan vurmaqla özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməsi məhkəməistintaqızamanızərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, baxış və götürmə, üzləşdirmə protokolları, telefon danışıqları və digər möhtər sübutlarlatam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlaratam, hər tərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəlişəkildəaraşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarında göstərilən tövsiyələri nəzərə alır. Belə ki, Plenumun qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Plenumun qərarının 2-ci bəndində göstərilmişdir ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Plenumun qərarının 3-cü bəndində göstərilmişdir ki, Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Plenumun qərarının 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Plenumun qərarının 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Plenumun qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeydedilən əməllərinin cinayət onların aradanqaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirlibilinib cinayət cəzasıdaşımalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətmək də təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzatəyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilikdərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ha belə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətlərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onları təqsirli bilindiyi maddərnin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, iş üzrə vurulmuş zərər ümumilikdə 1.472.900 manat təşkil edir. Təqsirləndirilən şəxs2 112000 manatlıq epizodda iştirak etmiş, ziyanın üzərinə düşən 56000 manat hissəsini, Təqsirləndirilən şəxs1 isə 826.600 manat məbləğində ziyanı ödəmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin, Azərbaycan Respublikasının CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi qeyd edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 23.08.2019-cu il tarixdən 25.08.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə və ev dustağlığında olmağı nəzərə alınmaqla cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində Gəncə Ağır Cinayət Məhkəməsinin icraatında olan 1(100)-262/2021 saylı cinayət işi üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2020-ci tarixli 4(044)-151/2020 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hal kimi qeyd edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 14 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2019-cuil tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 16 sentyabr 2019-cu il tarixdən 04 yanvar 2020ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinin tələbinə görə Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə səasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. (CPM-in 183.2 maddəsi) Azərbaycan Respublikasının CPM-in 183.3-cü maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.Həmçinin CPM-in 183.4-cü maddəsinin tələbləri qaydasında cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Yuxardakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı Zərərçəkmiş şəxs2 tərəfindən 160.900 (yüz altmış min doqquz yüz) manat məbləğində, Zərərçəkmiş şəxs1 tərəfindən 134.000 (yüz otuz dörd min) manat məbləğində mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs1 alınaraq, mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1a verilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X31 və X27 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 36 (otuz altı) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçlərX31 və X10 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 112 (yüz on iki) manat tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Göstərilənlərəəsasən, AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356-cımaddələrinirəhbərtutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23.08.2019-cu il tarixdən 25.08.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 29 avqust 2019-cu il tarixdən 07 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 7 (yeddi) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20.10.2021-ci il tarixdən hesablansın, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-262/2021 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsinin nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilsin. Təqsirləndirilən şəxs2 14 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2019-cuil tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 16 sentyabr 2019-cu il tarixdən 04 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Təqsirləndirilən şəxs1 qarşı Zərərçəkmiş şəxs2 tərəfindən 160.900 (yüz altmış min doqquz yüz) manat məbləğində, Zərərçəkmiş şəxs1 tərəfindən 134.000 (yüz otuz dörd min) manat məbləğində mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs1 alınaraq, mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1a verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiələrini məhkəmədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X31 və X27 həyata keçirdiyindən hər birinəayrı-ayrılıqda 210 (iki yüz on) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə məhkəmə məsrəflərinə aid olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 112 (yüz on iki) manat tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başaçatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-20/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-20/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver