Məhkəmə qərarları › İş №1(100)-20/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-20/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-20/2022 09.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X10, X5, “Verdiktum” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxx 1949-cu il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.02.2022-ci il tarixli qərarı ilə “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, 09 avqust 1984-cü il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 5amış, barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.02.2022-ci il tarixli qərarı ilə “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və yerdə qohumları – X19, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Bundan sonra cinayətkar məqsədlərinin icrası ilə bağlı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan narkotik vasitəni özünün müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən 11 dekabr 2019-cu il tarixdə verilmiş etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə etməklə səhəri günü, yəni 12.12.2019-cu il tarixdə Tərtər rayonundan Gürcüstan Respublikası ilə dövlət sərhədində yerləşən Qazax rayonu istiqamətində yola düşmüşdürlər. 12 dekabr 2019-cu il tarixdə “Qırmızı Körpü” gömrük postuna yaxınlaşdıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq həmin gün saat 20 radələrində avtomobildən düşüb gömrük postu əməkdaşlarına yaxanlaşaraq avtomobildə gömrük nəzarətindən gizli və dövriyyəsi qadağan olunan əşyaların olmamasını bildirib Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına yuxarıda qeyd olanan miqdarda narkotik vasitələrini daşıyarkən, 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrik hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və yerdə oğlu X19, qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Bundan sonra cinayətkar məqsədlərinin icrası ilə bağlı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan narkotik vasitəni özlərinin müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən 11 dekabr 2019-cu il tarixdə verilmiş etibarnamə əsasında avtomobil Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunmaqla, səhəri günü, yəni 12.12.2019-cu il tarixdə Tərtər rayonundan Gürcüstan Respublikası ilə dövlət sərhədində yerləşən Qazax rayonu istiqamətində yola düşmüşlər. 12 dekabr 2019-cu il tarixdə “Qırmızı Körpü” gömrük postuna yaxınlaşdıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 avtomobildən düşüb gömrük postu əməkdaşlarına yaxanlaşaraq avtomaşında gömrük nəzarətindən gizli və dövriyyəsi qadağan olunan əşyaların olmamasını bildirib Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına yuxarıda qeyd olanan miqdarda narkotik vasitələrini daşıyarkən, 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrikxana hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Аzərbаycаn Rеspublikаsının CM-in 206.3.2 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin mart ayında Türkiyədən Rusiyaya getmiş və orada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ilin dekabr ayının 8-də o, Rusiyadan Azərbaycana qayıtmışdır. Dekabrın 9-da o, yaşadığı evin yaxınlığındakı çayxanaya getmiş və orada dostları ilə görüşmüşdür. Həmin vaxt çayxanada Təqsirləndirilən şəxs2 da görmüş və onunla da görüşmüşdür. Onlar İslamla bir-birindən haləhval tutduqdan sonra İslam ona zob xəstəliyindən əziyyət çəkdiyini, bu səbəbdən Gürcüstana getməli olduğunu, oğlu Babəkin Bakı şəhərində məhkəməsi olduğundan onu Gürcüstana aparmasını xahiş etmişdir. O, İslamdan ayrıldıqdan sonra sonuncunun oğlu Babək gəlib onunla görüşmüşdür. Söhbət zamanı Babək ona atasının onu Gürcüstana aparmasının xahiş etmiş o da ona bu barədə xəbəri olduğunu demişdir. Bundan sonra Babək ona “sabah gedək sənə etibarnamə verim” demişdir. Səhəri gün Babək onu da götürüb etibarnamə almaq üçün Bərdə şəhərinə getmiş, lakin həmin gün etibarnamə ala bilməmişlər. Səhəri gün o, taksi ilə İslamgilin evinə gedib onu evdən götürüb birlikdə etibarnamə almaq üçün Bərdə şəhərinə getmişdir. Etibarnamə aldıqdan sonra o, İslamla birlikdə Gürcüstana getmək üçün Qazax şəhəri istiqamətində yola çıxmışdır. Yolda olarkən İslam bir dəfə ailəsi ilə telefonla əlaqə saxlamış, oğlu Babək də bir dəfə İslama zəng etmişdir. Gömrük postuna yaxınlaşdıqda gömrük əməkdaşları onları yoxlayıb ştrix kod verib buraxmışlar. Yoxlanışdan 10 dəqiqə sonra onlar getmək istəyərkən arxadan gömrük əməkdaşları səslənib təkrar onları saxlamışlar. Gömrük əməkdaşlarından biri ondan avtomobildə nə olduğunu soruşmuş, o da avtomobildə bir nəfər yaşlı və xəstə adam olduğunu, qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra onların üzərinə və avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman onları başqa yerə aparıb üzərilərinə baxış keçirmişlər. Baxış keçirildikdən sonra onlar yenidən avtomobil olan yerə gətirilmiş və həmin vaxt avtomobildə axtarış davam etmişdir. Avtomobildə axtarış aparılan zaman onlar kənardan baxmışlar. Baxış zamanı gömrük əməkdaşları xüsusi təlim keçmiş itdən də istifadə etmişlər. Avtomobildə axtarış aparılarkən əməkdaşlardan biri “tapdıq, narkotik aşkar olundu” demiş, həmin vaxt gömrük əməkdaşları onu çağırmış, o da İslama “bu nədi” deyə soruşmuşdur. İslam isə “mən nə bilim” deyə cavab vermişdir. Bundan sonra onları əvvəlcə Tovuz bölməsinə, oradan isə Bakı şəhərinə gətirilmişlər. İslam xəstəlikdən əziyyət çəkdiyini, avtomobil sürərkən özünü narahat hiss etdiyini dediyindən, Babək ondan atasını həkimə aparmasını xahiş etdiyindən, İslam qohumu və yaşlı olduğundan o, sonuncunu Gürcüstana həkimə aparmağa razılıq vermişdir. O, Babəkə məxsus olan avtomobili Gürcüstana getdikləri gün İslamın yaşadığı evin həyətindən İslamla birlikdə götürüb idarə etmişdir. Ondan əvvəl həmin avtomobil onda olmamışdır. Gömrük postunda onlar ikinci dəfə yoxlanılarkən o, İslamdan avtomobilin hansı səbəbdən yoxlanılmasını soruşması ilə əlaqədar Babəkə zəng etməsini istəmişdir. Gömrük postunda olarkən gömrük əməkdaşlarından biri Babəkin 20 dəqiqə əvvəl Gürcüstana keçdiyini bildirmişdir. Onun avtomobildə aşkar olunan narkotik vasitədən xəbərim olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Аzərbаycаn Rеspublikаsının CM-in 206.3.2 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gürcüstana getdikləri günün səhəri evdə olmuş, yoldaşı ilə ailədaxili münaqişə yarandığından evdən çıxıb yeməkxanaya getmişdir. Həmin vaxt oğluna məxsus avtomobil yaşadığı evdə olmamışdır. Yolda olarkən oğlu Babək ona zəng edərək Gürcüstanda bir həkimlə danışdığını, parkın yanına getməsini, Farizin gəlib onu oradan götürüb əvvəlcə etibarnamə almaq üçün Bərdə şəhərinə, daha sonra isə Gürcüstana aparacağını demişdir. O da parkın yanına gedib Farizlə görüşüb birlikdə Gürcüstana doğru yola çıxmışlar. Həmin vaxt onun üzərində 20 manat pul olmuşdur. Onlar yola çıxmazdan əvvəl Babək ona özünün Gürcüstana gedəcəyini deməmiş, ona Gürcüstan Respublikasının ərazisində yanacaqdoldurma məntəqəsinin yaxınlığında adını və soyadını bilmədiyi şəxsin onları qarşılayıb həkimə aparacağını demişdir. Daha sonra o, Farizlə birlikdə Gürcüstana gedərkən yolda olan zaman Babək ona zəng etmiş və özünün də Gürcüstana getdiyini, onları orada gözləyəcəyini demişdir. Həmin vaxt Fariz də Babəkin Gürcüstana getdiyini bilmiş və hətta Fariz özü də Babəklə telefon vasitəsi ilə danışmışdır. Qırmızı Körpü postuna çatmağa az qalmış Fariz avtomobili orada olan yanacaqdoldurma məntəqəsində saxlamış və avtomobildə olan 2 ədəd təkəri həmin məntəqəyə vermişdir. Həmin vaxt o, oradakı çayxanada çay içmişdir. Onlar gömrük postuna çatdıqdan sonra gömrük əməkdaşları onları yoxlayıb buraxmış, lakin bir neçə dəqiqədən sonra onları saxladıb təkrar yoxlama aparmağa başlamışlar. Gömrük əməliyyatçıları əvvəl avtomobilə baxış keçirməyə başlamış, lakin bir müddət sonra Farizlə onun üzərilərinə baxış keçirmək məqsədilə başqa yerə aparmışlar. Həmin vaxt avtomobildə axtarış aparılmaqda davam etmişdir. Onlar baxışdan qayıtdıqdan sonra avtomobilə baxış davam etmiş və əməliyyatçılar axtarışda xüsusi təlim keçmiş itdən də istifadə etmişlər. Avtomobilə baxış keçirilən zaman Fariz ondan Babəkə zəng etməsini istəmiş, o da Babəkə zəng edib avtomobilə baxış keçirildiyini demiş, Babək də “yoxlayırlar yoxlasınlar” deyə cavab vermişdir. Bir müddətdən sonra axtarış aparan əməliyyatçılar “tapdıq” deyə qışqırmışlar. O, avtomobildən bükülü çıxarıldığını görsə də içərisində narkotik olub-olmadığını bilməmişdir. Gömrük məntəqəsində olduqları zaman gömrük işçilərindən biri Babəkin onlardan əvvəl sərhəddi keçərək Gürcüstana getdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Fariz təxminən 01 il müddətində Rusiya Federasiyasının Moskva şəhərində suvaqçı işləmişdir. Fariz öz ailəsi ilə onlardan ayrı, lakin eyni küçədə yaşamışdır. Hadisədən 3 gün əvvəl, yəni 09 dekabr 2019-cu il tarixdə Fariz ona baş çəkmək üçün Rusiya Federasiyasından yaşadığı Tərtər şəhərinə gəlmiş və həmin vaxt qohumları Təqsirləndirilən şəxs2la görüşdüyünü, birlikdə Gürcüstan Respublikasına onu müalicə etdirmək üçün aparacağını demişdir. 12 dekabr 2019-cu il tarixdə axşam radələrində o, yaşadığı evdə olarkən gəlini, yəni Farizin arvadı Günel ona zəng edərək Farizin tutulduğunu demişdir. Həmin vaxt oğlu Cəlal ona Farizin qohumu İslamla birlikdə sonuncunun zob xəstəliyinin müalicəsi ilə bağlı Gürcüstana getdiyini demişdir. Bundan sonra o, İslamgilin ev telefonuna zəng etmiş, İslamın yoldaşı Zenfira telefon danışığı zamanı ona narahat olmamasını, oğlunu buraxacaqlarını demişdir. Səhəri gün o, Zenfira ilə əlaqə saxlayıb oğlunun harada olduğunu soruşmuşdur. Zenfiragil ona oğlu Farizlə İslamın Bakı şəhərinə aparıldığını demişlər. O da Zenfiragillə görüşüb Bakıya getmişdir. Lakin orada onun Farizlə görüşməsinə fürsəti olmamış və Tərtərə qayıtmışdır. İki gündən sonra Fariz özü Tərtərə qayıtmışdır. O ondan nə baş verdiyini soruşduqda Fariz qohumları İslamgilin “Mersedes” markalı avtomobili ilə İslamla birlikdə Gürcüstana gedərkən “Sınıq körpü” postunda saxlanıldıqlarını və onların idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən təxminən 2 gün öncə qohumu rəhmətə getdiyindən oğlu Babək Sultanov Bakı şəhərindən yaşadıqları evə gəlmişdir. Onlarda olan vaxt ərzində Babək əri İslama Gürcüstanda yaxşı həkim olduğunu, onu oraya aparıb əməliyyat etdirəcəyini demişdir. Əri İslam isə cavabında indiyə kimi çox həkimə getdiyini, lakin bunun heç bir nəticəsi olmadığını deyərək, bundan sonra ara həkimlərində özünü müalicə etdirəcəyini bildirmişdir. 12 dekabr 2019-cu il tarixdə səhər radələrində İslam yas yerinə getmişdir. Həmin vaxt Babək evdə yatmış, o isə nəvəsi İslamı məktəbdən gətirmək üçün getmiş, saat 12 radələrində nəvəsini məktəbdən götürüb evə gəlmişdir. Həmin vaxt o, evdə yad bir adamın ayaqqabısını görmüşdür. Bir neçə dəqiqədən sonra Babəklə birlikdə qohumu Təqsirləndirilən şəxs1 evdən həyətə çıxdığını görmüş, Farizlə salamlaşıb hal-əhval tutduqdan sonra Babəkdən hara getdiyini soruşmuşdur. Babək ona Farizlə birlikdə qohumu Fəxrəddinin yas yerinə getdiklərini demişdir. Günortadan sonra o, əri İslamla Babəkin hələ də evə gəlmədiklərini görüb, narahat olmuş və gəlinindən onların harada olmasını soruşmuş, gəlini də İslamla Babəkin istifadəsində olan mobil telefona zəng etmiş, lakin onlara zəng çatmamışdır. Axşam radələrində ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs ona Tovuz rayonu Mərkəzi xəstəxanasının həkimi olduğunu və İslamın hal-hazırda həmin xəstəxanada müalicə aldığını bildirmişdir. O, narahat olub səhəri gün Tovuz rayonuna yola düşmüşdür. Tovuz rayon Mərkəzi xəstəxanasından İslamın Bakı şəhərinə aparıldığını bilmişdir. X26 Respublikasına getmək üçün “Sınıq körpü” gömrük postundan keçərkən saxlanıldığını və sonuncunun olduğu avtomobildən narkotik vasitə aşkar olunduğunu bilmişdir. O da İslamın aparıldığı yeri öyrənib onun arxasınca Bakı şəhərinə getmiş və İslamın əyləşdiyi avtomobildən aşkar olunmuş narkotik vasitə ilə bağlı DGK-nin İstintaq idarəsində cinayət işi açıldığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Fariz təxminən 1 il müddətində Rusiya Federasiyasının Moskva şəhərində suvaqçı işləmişdir. Fariz öz ailəsi ilə onlardan ayrı, lakin eyni küçədə yaşamışdır. Hadisə baş verməzdən 3 gün öncə, yəni 09 dekabr 2019-cu il tarixdə Fariz Rusiya Federasiyasından yaşadığı Tərtər şəhərinə gəlmişdir. O, Farizin gəldiyi müddətdə demək olar ki, nadir hallarda onunla görüşüb hal-əhval tutmuşdur. O, 12 dekabr 2019-cu il tarixdə günorta radələrində qonşularının yas yerində olduğu zaman qohumu X7 Farizin harada olduğunu və nə səbəbə yas yerinə gəlmədiyini soruşmuşdur. Taleh ona atası Təqsirləndirilən şəxs2 zob xəstəliyindən əziyyət çəkdiyi üçün Gürcüstana getmək istədiyini, qardaşı Babəkin öz şəxsi işləri ilə bağlı Bakı şəhərində məhkəməsi olduğundan İslamı apara bilmədiyini və atası İslamı aparması üçün Babəkin Farizdən xahiş etdiyini, X18 aparması üçün özünə məxsus “Mercedes Benz 190” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməsi üçün Farizə etibarnamə verdiyini və sonuncu ilə atası İslamın etibarnamənin sənədlərini Bərdə regional “Asan xidmət” mərkəzindən alıb oradan Gürcüstan Respublikasına yola düşdüyünü bildirmişdir. Axşam radələrində o, Fariz qayıtmadığından və onunla əlaqə saxlamadığından narahat olub ona zəng etmiş, lakin Farizin mobil telefonuna zəng çatmamış, onlar da qohumları İslamgilin evləri ilə əlaqə saxlamışlar. İslamgilin ailəsi onlara Farizgillə əlaqə saxladıqlarını, heç bir problem olmadığını və tezliklə İslamla Farizin geriyə qayıdacaqlarını bildirmişlər. Gecə saat 23 radələrində Farizin arvadı Günel ev telefonuna zəng edib Farizlə İslamın olduğu avtomobildə narkotik vasitə olan heroin aşkar olunduğundan onların Qazax şəhərində yerləşən “Qırmızı Körpü” gömrük postunda tutulduqlarını və hər ikisinin Bakı şəhərinə aparıldığını bildirmişdir. Bundan sonra onlar İslamgilin yaşadığı evə gedib nə baş verdiyini və Farizlə İslamın nə üçün tutulduğunu onlardan soruşmuş, İslamın arvadı Zemfira heç nədən xəbəri olmadıqlarını, onların da bu məsələdən indi agah olduqlarını bildirmişdir. X27 3 gün əvvəl Rusiyadan gəldiyini və onu heç nədən işə saldıqlarını demişdir. O, sonradan öyrənmişdir ki, Babək əslində, məhkəmədə olan işi ilə bağlı Bakı şəhərinə getməmiş və Farizgildən bir qədər öncə “Qırmızı Körpü” gömrük postunu keçib Gürcüstan Respublikasına getmişdir. Babək həmin vaxtdan hələ qayıtmamış və o, Babəkin harada olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs1 və Babək Sultanovun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının istifadəsi və ya satışı ilə məşğul olması barədə heç bir xəbəri və ya məlumatı olmamışdır. Sonradan o, Taleh Sultanovun astma xəstəliyindən əziyyət çəkdiyi üçün yolda olarkən bu xəstəliyin qəfil tutacağından və avtomobilin qəzaya düşə biləcəyindən qorxduqlarını, həmçinin həmin vaxt Talehin astma xəstəliyindən müalicə aldığından Babəkin atası İslamı Farizin aparmasını istədiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12.12.2019-ci il tarixdə axşam saat 19 radələrində “Qırmızı Körpü” gömrük postunda idxal yük xəttində dayanaraq vətəndaşlar və yük sahibləri tərəfindən ona olunacaq sifariş gözlədiyi vaxt gömrük əməkdaşı olan Samir adlı şəxs ona yaxınlaşaraq, ixracda olan nəqliyyat vasitəsinə gömrük baxışı keçirmək istədiyini və ondan həmin baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Həmin vaxt o, Samirin təklifi ilə razılaşmış və onlar birlikdə ixrac xəttində dayanmış “Mercedes Benz 190 minik” markalı nəqliyyat vasitəsinin yanına getmişlər. Həmin vaxt orada Elnur və “Mercedes Benz 190 minik” markalı avtomobildə olan adları və soyadları ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da olmuşdur. Samir ona və Elnura nəqliyyat vasitəsinə baxış keçirilərkən həmin baxışda iştirak edəcəklərini bildirmişdir. Onlar qeyd olunan avtomobilin yanına gələndə 04 ədəd bağlama görmüşlər. Onlar həmin bağlamaların necə aşkar edildiyini görməmişlər. O, həmin bağlamaların içərisində nə olduğunu bilməmişdir. O, ora gəldiyində orada it olduğunu görməmişdir. Bundan sonra, həmin bağlamalar polislər tərəfindən götürülmüşdür. Aşkar olunmuş faktla əlaqədar olaraq protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun doğruluğuna o da imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12.12.2019-cu il tarixdə şöbəyə “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində narkotik maddələrin ölkə ərazisindən çıxarılması barədə məlumat daxil olmuşdur. Bundan sonra qeyd olunan nəqliyyat vasitəsində narkotik maddələrin qanunsuz olaraq dövriyyəsinin qarşısını almaq məqsədilə “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tərəfindən nəzarətə götürülmüşdür. 12.12.2019-cu il tarixdə saat 19 radələrində qeyd olunan nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Bundan sonra “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onun üstündə və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunvericiliklə dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş malların olub-olmaması soruşulmuş, vətəndaş isə öz növbəsində üstündə və ya idarə etdiyi nəqliyyat vasitəsində, habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş heç bir malının olmadığını bildirmişdir. Sonra qeyd olunan nəqliyyat vasitəsində sərnişin qismində gedən adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun üstündə və ya nəqliyyat vasitəsində qanunvericiliklə dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş malların olub-olmaması soruşulmuş, o da üstündə və ya nəqliyyat vasitəsində habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş heç bir malın olmadığını bildirmişdir. Daha sonra 2 nəfər hal şahidi dəvət edilərək nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə ilkin olaraq vizual baxış keçirilmişdir. Daha sonra baxış zamanı kinoloji xidmətin “Cesi” ləqəbli xidməti iti tətbiq olunmuşdur. Xidməti itin reaksiyasına əsasən “Mercedes Benz 190 minik” markalı, 90DZ476 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mühərrik hissəsində, siləcəklərin mühərriki yerləşən hissədə olan boşluqdan 04 (dörd) ədəd polietilen paketdə qablaşdırılmış toz şəklində, açıq qəhvəyi rəngdə, heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunan 04 (dörd) ədəd polietilen paketdə qablaşdırılmış toz şəklində, açıq qəhvəyi rəngdə, heroinə bənzər maddəyə hal şahidlərinin iştirakı ilə baxış keçirilərək çəkilmiş, həmin maddənin çəkisinin 02 (iki) kiloqram olduğu müəyyən edilmişdir. Sonra iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə baxış keçirilmiş, onların üzərilərindən qadağan olunmuş və ya mütləq bəyan olunası hər hansı predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin dekabr ayının 12-də o, günorda saatlarında bazarın yanında olarkən Fariz əlində xeyli yüklə ona yaxınlaşaraq onu M.Hüseynzadə küçəsinə aparmasını istəmiş, o da razılaşmışdır. Həmin vaxt o, Farizlə uzun müddətdən sonra ilk dəfə qarşılaşmışdır. Bundan sonra onlar Farizin yaşadığı ünvana getmiş, Fariz əlindəkiləri evə qoyub təkrar sonuncunun yanına qayıtmış və onu Bəsti Bağırova küçəsinə aparmasını istəmişdir. O da X32 küçəsinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qaynatasıdır. 11 dekabr 2019-cu ildə yoldaşı Babək evdə olmuş, ertəsi gün səhər saat 08-09 radələrində sonuncu evdən getmiş və saat 10-11 radələrində Təqsirləndirilən şəxs1la birlikdə evə qayıtmışdır. İslam isə həmin gün səhər saatlarında yas mərasiminə getmək məqsədilə evdən getmiş və o, sonuncunun evdən getdiyini görməmişdir. Bu barədə ona qaynanası demişdir. Babək Farizlə birlikdə evə gəldikdən sonra çay içib getmişlər. Həmin vaxt yoldaşı Babəkə məxsus “Mercedes Benz 190” markalı avtomobil həyətdə olmamışdır. O, Farizlə Babəkin evdən çıxdıqlarını görməmişdir. Farizlə İslamı birlikdə görməmişdir. O, İslamın Gürcüstana getməsindən məlumatı olmamış, yalnız 12 dekabr 2019-cu il axşam saatlarında xəbardar olmuşdur. O, Təqsirləndirilən şəxs1 İslamın heç bir sənədini verməmişdir. İslam bütün sənədlərini öz üzərində saxlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 14 dekabr 2019-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 4(004)-1016/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin 16 dekabr 2019-cu il tarixli “başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28.12.2019-cu il tarixli, 4(004)-1039/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 11 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayonu “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, “Mercedes Benz 190” markalı, 90 DZ476 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X13 mülkiyyətindədir. Qeyd olunan nəqliyyat vasitəsi X14 etibarnamə əsasında hərəkət edən nümayəndəsi X19 tərəfindən Təqsirləndirilən şəxs1 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 12 dekabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində, siləcəklərin mühərriki yerləşən boşluqdan 04 (dörd) ədəd polietilen paketdə qablaşdırılmış toz şəklində, açıq qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 13 iyun 2020-ci il tarixli Qazax Rayon RPŞ-nin İstintaq bölməsinin qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq olunan ********* nömrəli cinayət işindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ********* nömrəli cinayət işi, ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməbioloji ekspertizasının 13 dekabr 2019-cu il tarixli 697 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “4 ədəd paketdə çəkisi 2000 qram olan heroinə bənzər maddə” sözləri yazılan 003836 seriyalı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus polietilen torbadakı, 4(dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram, 407,435 qram, ümumi təmiz çəkisi 1766,881 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 18 dekabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş “Vivo” markalı mobil telefonun “Whatsapp Mesenger” mesajlaşma proqramında X29 Sultanov arasında “E götürmüşdü yarım amma qewey cixmadi gece getirdi bir bas uc yere boldum yaxwiki yoxsa olerdik” məzmunlu yazışma olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19 dekabr 2019-cu il tarixli 2997 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 14 mart 2020-ci il tarixli 179 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər RPŞ-dən verilmiş 28.08.2020-ci il tarixli, 184-20064-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 idarə etmişdir. Lakin, həmin avtomobilin qeyd olunan tarixdə kimin evində saxlanılması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Dövlət Gömrük Komitəsi vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Xidməti məlumatlar” altbölməsinin çıxarışından görünür ki, X19 12 dekabr 2019-cu il tarixdə saat 19:05-də “Qırmızı Körpü” gömrük postundan keçərək Gürcüstan Respublikasına getmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş telefon danışıqlarına dair məlumatdan, həmçinin anten dairəsindən görünür ki 12 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Tərtər rayonundan Qazax rayonuna getdiyi müddət ərzində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə oğlu X11 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı danışıqlar olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra Başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.03.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tərtər rayon İcra Başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.03.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 31 oktyabr 2006-cı il təvəllüdlü X2 Fariz Firuz oğlunun oğludur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 1(100)-20/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslərin barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişidirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi “Mercedes Benz 190” markalı avtomobilin hadisədən öncəki gün onda qalmamasına, həmin avtomobildən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasına, həmin narkotik vasitədən ümumiyyətlə xəbəri olmamasına dair, Təqsirləndirilən şəxs2 Gürcüstan Respublikasına xəstəliyi ilə əlaqədar qeyd olunan avtomobildə sərnişin qismində getməsinə, aşkar olunan narkotik vasitənin ona məxsus olmamasına, həmin narkotik vasitənin avtomobilin mühərrik hissəsində siləcək boşluğuna necə qoyulmasından məlumatı olmamasına dair verdikləri ifadələrinin özlərinin bir-birinə qarşı verdikləri zidd ifadələri, şahid ifadələri, ekspert rəyləri, telefon danışıqları və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşaraq təqsirləndirilən şəxslərin məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri onların özlərinin bir-birilərinə qarşı verdikləri ziddiyyətli ifadələr və digər sübutlarla, ekspertiza rəyləri, şahid ifadələri, o cümlədən telefon danışıqları ilə də öz təsdiqini tapır. Məhkəmə bu mənada təqsirləndirilən şəxslərdə müalicəyə getdikləri təqdirdə müayinə və müalicə üçün onların üzərində iki nəfərə cəmi 20 manat pul olmasını və həmin pulla müalicə və müayinə olunmanın və eləcə də yanacaqdoldurma məntəqəsində onların adını və soyadını bilmədiyi şəxslə görüşüb həkimə getməkləri barədə ifadələri də real görünmədiyindən, həmin ifadəyə də tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin onlara verilən ittiham üzrə təqsirli olmaları həmçinin şahid X1 ifadəsi ilə də bir daha təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, “mən Təqsirləndirilən şəxs1 İslama məxsus heç bir sənəd verməmişəm. Təqsirləndirilən şəxs2 özünə məxsus sənədləri üzərində saxlamışdır. Farizlə Babək 12 dekabr 2019-cu il tarixdə saat 10-11 radələrində birlikdə bizim evə gələrək evdə oturub çay içdikdən sonra getmişlər və həmin vaxt Babəkə məxsus avtomobil həyətdə olmamışdır”. Halbuki, Təqsirləndirilən şəxs1 ifadələrində İslamın evinə taksi ilə getdiyini, İslamın sənədlərini ona Gülnaranın verdiyini və avtomobili həyətdən sürüb getdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 bu mənada verdiyi ifadə şahid Gülnara Abdullayevanın ifadəsi ilə tam təkzib edilir. Başqa sözlə avtomobilin bir gün öncədən Farizdə olması faktı öz təsdiqini tapır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 həmin hissədəki ifadəsinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 telefonundan aşkar edilmiş sonuncunun Babək Sultanovla “E götürmüşdü yarım amma qewey cixmadi gece getirdi bir bas uc yere boldum yaxwiki yoxsa olerdik” məzmunlu whatsapp yazışmasını və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la hadisədən bir gün əvvəl çayxanada görüşmələrini nəzərə alaraq əvvəlcədən sövdələşmə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır. Onların əməlləri Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinə qiymət verərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarın da tövsiyyələrini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər X16 və Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər X16 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxlərin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onların tutulduqları andan, yəni 01 fevral 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 14 dekabr 2019-cü il tarixdən 11 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və “ev dustaqlığında” saxlandığı 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2019-cü il tarixdən 16 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə Qazax RPŞ-nin saxlama anbarında saxlanılan ekspertiza tədqiqindən sonra qalan 1766,081 qram çəkidə olan heroin, həmçinin “Qırmızı Körpü” gömrük postunun cərimə meydançasında saxlanılan “Mercedes Benz 190” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyun 2020-ci il tarixli Qazax Rayon RPŞ-nin İstintaq bölməsinin qərarı ilə ayrılmış cinayət işi olduğundan və qeyd olunan avtomobil həmin cinayət işi üzrə də maddi sübut kimi tanındığından məhkəmə hesab edir ki, onlar qeyd olunan cinayət işi üzrə də maddi sübüt kimi saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 32,40 (otuz iki manat qırx qəpik) ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs2 16,20 (on altı manat iyirmi qəpik) manat və Təqsirləndirilən şəxs1 16,20 (on altı manat iyirmi qəpik) manat tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri –X5 və X10 tərəfindən ayrı-ayrılıqda 70 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda göstərilmiş cəmi 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçilər X22, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri –X5 və X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 420 manat olmaqla ümumilikdə 840 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 14 dekabr 2019-cü il tarixdən 11 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və “ev dustaqlığında” saxlandığı 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 14 dekabr 2019-cü il tarixdən 16 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan nıhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40(otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinin hesaba keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri –X5 və X10 həyata keçirdilərindən onlara ayrı-ayrılıqda 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin saxlama anbarında saxlanılan ekspertiza tədqiqindən sonra qalan 1766,081 qram çəkidə olan heroin və “Qırmızı Körpü” gömrük postunun cərimə meydançasında saxlanılan “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyun 2020-ci il tarixli Qazax Rayon RPŞ-nin İstintaq bölməsinin qərarı ilə ayrılmış cinayət işi olduğundan qeyd olunan cinayət işi üzrə də maddi sübüt kimi saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar