Məhkəmə qərarları › İş №1(100)-20/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-20/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-20/2024 15.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X20 və Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Gədəbəy rayonunun Parakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonunun İnəkboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin ünvan lanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, 6,023 qram ümumi təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 3-cü küçə ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 22:35 radələrində həmin ünvanın qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,779 qram və 3,244 qram olmaqla ümumilikdə külli miqdarda 6,023 qram təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, X26 və X10 ilə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN əsasında fərdi sahibkar kimi qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə Gəncə şəhərinə gətirilərək oradan Xırdalan şəhəri “X19” yerləşən "xxxx" MMC-nin anbarına təhvil vermək üçün onun idarə etdiyi “Kamaz” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüklənmiş quş yemi olan soyanın 1000 kiloqram hissəsini gizli olaraq talamaq üçün əvvəlcədən aralarında olan razılığa uyğun olaraq 14 fevral 2022-ci il tarixdə Şirvan şəhəri ərazisində yerləşən “Temp” adlı avtodayanacağa gəlmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il tarixdə saat 23:10 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan rayonu ərazisində yerləşən “Temp” adlı dayanacağa baxış keçirilən zamanı X10 ilə qabaqcadan əlbir olan X11 Təqsirləndirilən şəxs idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncu ilə birlikdə 700 manat dəyərindən 1000 kiloqram quş yemi olan soyanı gizli olaraq ələ keçirməklə cinayəti törətməyə yönəlmiş aktiv hərəkətlərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ilin fevral ayına qədər etibarnamə əsasında idarə etdiyi atası X12 məxsus məxsus “Kamaz” markalı **-CL-*** qeydiyyat nişanlı avtomobillə yük daşınması fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs quş yeminin oğurlanaraq satılması ilə əlaqədar həmin vaxt avtomobili o, deyil, sürücü Mayıs idarə etmişdir. Hadisənin səhəri günü isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Ələkbər adlı şəxs ona zəng edərək Bakıya gəlib maşınını götürməyisini bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan zaman ona yemin üstündən götürülüb satıldığını bildirmişdirlər. Daha sonra o mal Sahibi Vüsala zəng etmiş, Vüsal özü bildirmişdir ki, malın üstündən sürücü götürüb, satıb, 680 manat ödəyərsiz, onunla əlaqəsi olmadığını da bildirmişdirlər. Daha sonra isə onu çağıran olmamışdır. Narkotiklə əlaqədar isə onu bildirmişdir ki, onun ümumiyyətlə narkotiklə əlaqəsi olmamışdır. Yemlə bağlı məsələ narkotiklə tutulmasından 4 ay əvvəl olmuş, evinə Elşən müəllim adlı polis əməkdaşı 3 nəfər polis əməkdaşı ilə gəlmiş və ona Nəvai müəlllimin onu çağırdığını bildirmişlər və o, onlarla birlikdə İdarəyə getmişdir. O, polis əməkdaşlarından onu niyə şöbəyə çağırdıqları barədə soruşduqda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri gəlmiş və sözügedən narkotiki vasitəni onun cibinə qoymuşlar. Onda narkotik vasitə olmamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri ona təzyiq göstərdikləri üçün onlarla razılaşıb sənədlərə qol çəkmişdir. Ona qol çəkməsə atasını da polisə gətirəcəklərini bildirmişlər, o da həmin təzyiqlərdən qorxaraq qol çəkmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onu Kəpəz rayon polis şöbəsinə aparmışlar, Elşən adlı polis əməkdaşı ona “elektroşok” vermişdir. Onu polis aparanda atası, anası, qardaşının yoldaşı və qonşular da görmüşdürlər. Onun üzərinə narkotiki üzrinə şöbədə qoymuşlar, o ittihamları qəbul etməmiş, Səid adlı polis əməkdaşı Elşənə maşın atasının adınadır, gedib atasını gətirməsini bildirmişdir. O, ümumiyyətlə heç vaxt narkotik vasitə istifadə eməmiş, bunların ittihamların hamısının ona qarşı şər olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi VÖEN açdırmış və xaricdən ölkəyə kənd təsərrüfatı məhsullarının idxalını həyata keçirməklə məşğuldur. Həmin məhsullarda buğda, arpa, soya və digər məhsulları göstərmək olar. Təxminən 4 ildir ki, bu fəaliyyətlə məşğuldur. X14 onun xalasıoğludur. Sonuncu da bu fəaliyyətlə məşğuldur, Safexpress MMC-nin təsisçisi, həmçinin direktorudur. Soya adlı quşlara verilən yemin gətirilməsinə o nəzarət edir və müqavilə onun adından bağlanmışdır. Həmin məhsul vaqonlarla Ukraynadan Gürcüstana gəlir. Oradan isə Ağstafa rayonundan keçir və Gəncə şəhərinə gəlir. Gəncə şəhərində onun nümayəndəsi olan Raşak Mustafayevin iştirakı ilə vaqonlar açılır və məhsullar “Kamaz” markalı maşınlara yüklənərək Abşeron rayonunun Xırdalan şəhərində yerləşən anbara gətirilib boşaldılır. Həmin “Kamaz” markalı yük maşınları Gəncə şəhərində olan maşınlardır. Orada sürücülər soya məhsulunu işçilərin iştirakı ilə qəbul edir. Daha sonra maşınların arxa baqaj qapısı plomblanır. Həmin plomb onların özlərinə məxsusdur. Onların satdığı soya məhsulu daha çox toyuqlara yem kimi verilir. Onların daimi müştəriləri artıq həmin məhsuldan şikayətlər etməyə başlamışlar. Həmin soya yemini toyuqlara, cücələrə verdikdən sonra hamısında ölüm halları başlamışdır. Onlar isə bununla bağlı yük maşınlarının arxasında gətirilən və anbara boşaldılan məhsullardan nümunə götürmüş və yoxlanması üçün labaratoriyaya göndərmişlər. Laborator yoxlanışlardan sonra onlara şifahi şəkildə məlumat verilmişdir ki, həmin soyanın içərisinə kənar toz qatılıb və tərkibi dəyişmişdir. Onlara məktub verməmişlər, çünki yoxlama aparatında soya deyə təsdiqini tapmamışdır. Onlar isə artıq yolda yük maşınlarının içərisində olan soyanın başqa məhsul qarışdırılmasından şübhələnmişlər. Bununla bağlı özləri bir neçə sürücü ilə şifahi əlaqə saxladıqda məlum olmuşdur ki, sürücülərin bəzisi Hacıqabul rayonu ərazisində Mirzə və Şirvan şəhəri ərazisində Nizami adlı şəxslə əlbir olaraq soyanın bir hissəsini oğurlayaraq yerinə daş ( kubik) tozu əlavə etmişlər. Onlara verilən məlumata görə onlar əvvəllər birlikdə bu işi görsələr də sonradan ayrı-ayrı işləməyə başlamışlar. Onların 2021-ci ilin oktyabr ayının sonlarında, eləcə də noyabr ayının sonlarında yükləri gəlmişdir. Həmin yüklərdə də problem olduğunu müştərilər onlara bildirmişlər. Bundan başqa onların 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayında da malları gəlmişdir. Həmin mallarda da problem yaranmışdır. Hazırda onların anbarında dekabr, yanvar və fevral ayında gəlmiş malları saxlanılmaqdadır. Onlar da istifadəyə yararsızdır. Bununla bağlı DİN-in BMCMİ-nə ərizə ilə müraciət etmişlər. Ona görə də rəsmi müraciət edib həmin şəxslərin ifşa edilməsində və cinayət məsuliyyətinə cəlb edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Hal-hazırda onların Xırdalan şəhərindəki anbarında 130.000 manat dəyərində 130 ton çəkidə hazır soya məhsulu satılmır və müştərilər tərəfindən narazılıq olduğuna görə anbarda qalmışdır. Həmin məhsulun tərkibini özləri yoxlatmışlar və 100% soya məhsulu olmadığı müəyyən olunmuşdur. Həmçinin anbarda soya məhsulu və digər məhsulların qarışığından ibarət olan quş yemləri var ki, onun dəyəri 250.000 manatdır. Orada soyanın tərkibi orjinal olmadığına görə protein tərkibli quş yemləri də satılmır və anbarda qalmışdır. Həmçinin mağazaları topdan olaraq satdığları kisələrdəki məhsulları da aqlay tozu qarışmış soya vurulduğuna görə məhsulları zay olub və satılmır. Satılan məhsullardan istifadə edən müştərilərin toyuq və cücələri isə tələf olmuşdur. Ona görə də bununla bağlı onların nüfuzlarına xələl gətirilmişdir. Həmin şəxslərin onun hansı məbləğdə soya məhsulunu ələ keçirdiklərini bilmir, lakin onu qeyd edə bilər ki, hazırda anbarda 350-360 ton yarasız məhsul olmaqla 400 000 manat məbləğində məhsulu məhv edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs bu işdə rolunun az olduğunu, onunla barışdığını, ondan heç bir şikayət və tələbinin omadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, uzun illərdir fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yanında işləyir. Hazırda anbardar vəzifəsində çalışır. Vüsal əsasən xaricdən ölkəyə kənd təsərüfatı məhsullarının idxalını həyata keçirir. Həmin məhsullarda buğda, arpa, soya və digər məhsulları göstərmək olar. Təxminən 4-5 ildir ki, bu fəaliyyətlə məşğuldur. Soya adlı quşlara verilən yemin vaqonlarla Ukraynadan Gürcüstana gəlir. Oradan isə Ağstafa rayonundan keçir və Gəncə şəhərinə gəlir. Gəncə şəhərində Vüsalın nümayəndəsi olaraq onun iştirakı ilə vaqonlar açılır və məhsullar “Kamaz” markalı maşınlara yüklənərək Abşeron rayonunun Xırdalan şəhərində yerləşən anbara gətirilib boşaldılır. Həmin “Kamaz” markalı yük maşınları Gəncə şəhərində olan maşınlardır. Orada sürücülər soya məhsulunu onun iştirakı ilə qəbul edirlər. Qəbul etdikdən sonra maşınlar çəkilir. Daha sonra maşınların arxa baqaj qapısı plomblanır. Həmin plomb onların özlərinə məxsusdur. Hər maşına təxminən 18-22 ton yem yükləmək olur. Onların ayda bir dəfə, elə olur ki, iki dəfə malı gəlmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında, 2021-ci ilin noyabr ayının sonlarında, 2021-ci ilin dekabr ayının sonlarında, 2022-ci ilin yanvar ayının əvvəllərində və 14 fevral 2022-ci il tarixlərdə malları gəlmişdir. O həmin malları da qəbul edib Kamaz maşınlarına yükləyərək Bakıya yola salmışlar. Kamaz sürücülərinə yükün hər tonuna görə 11 manat, təxminən 200-250 manat pul verilmişdir. X31, X32, X33, X34 və Təqsirləndirilən şəxs da həmin tarixlərdə quş yemləri daşımışlar. Onların maşınlarına yemi o yükləmiş və avtomobillərin qapılarını plomblamışdır. Həmin zaman yükü təhvil almaları ilə bağlı öz aralarında qaimə də tərtib etmişlər. Sürücü də ona imza etmişdir. Həmin qaimədə sürücün adı və maşının nömrəsi, yükün çatdırılmalı olan yer, maşının dolu, boş və yükün təmiz çəkiləri göstərilmişdir. Onlar sürücülərin mala müdaxilə etməmələri üçün qapını ploblamışlar, yəni quş yemini sürücü maşına yükləsə də onun yemin üzərində sərəncam vermək səlahiyyəti olmamışdır. Onlar yükü sürücülərə etibar etməmişlər. Onların vəzifəsi sadəcə yükü daşımaq olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən Şirvan şəhəri ərazisində yerləşən “Temp” adlı avtoservisdə mühafizəçi işləmişdir. O əsasən gecə növbəsində işləmişdir. Onun işi axşam saat 19 radələrindən başlayıb səhər 07:00-da başa qurtarmışdır. Avtoservisdə əsasən yük avtomobillərini təmir edilmişdir. Lakin müdriyyət ona icazə vermişdir ki, istəyən olsa servisin həyətində gecələr yük maşınları saxlasın və onlardan pul alaraq maaşdan əlavə gəlir də qazansın. O da tanış sürücülər olduqda təhlükəsiz yerdə maşın saxlamaq istədikdə onların avtomobillərini servisin həyətində saxlamışdır. O hər avtomobildən bir gecəsinə 3-5 manat pul almışdır. X15 Şirvan şəhərindən tanıyır, o, arpa, buğda və digər dənli bitkilərin satışı ilə məşğul olmuşdur. Təxminən 2021-ci ilin sonlarında Nizami onunla söhbət edən zaman tanış yük maşınlarından quş yemi aldığını, lakin həmin yük avtomobillərinin Şirvan şəhərinin ərazisinə gecə saatlarında gəlib çatdığını, buna görə də yemi almaq üçün işıqlı yer lazım olduğunu bildirmişdir. Ondan xahiş etmiş ki, yük maşınları onun mühafizəçi işlədiyi “Temp” avtoservisin həyətində dayansın və o orda sürücülərdən yem alsın o hər maşına görə ona 3-5 manat arası pu verəcəyini bildirmişdir. Onunla razılaşmışdır. Həmin ərəfələrdə təxminən bir-iki dəfə bir neçə Kamaz markalı yük maşını servisə gəlmişdir. Nizami də idarə etdiyi Qazel markalı avtomobillə gəlmişdir. O sadəcə onları servisin həyətinə salıb yerləşdirmişdir. Onlar özləri orda olmuşlar. O isə qapıda öz yerində dayanmışdır. O Nizaminin kimdən yem aldığını, necə aldığını, həmin yemin kimə məxsus olduğunu, yemin qanunsuz olaraq götürdüklərini bilməmişdir. O onların oğurluq etdiklərini bilsəydi onları servisin həyətinə buraxmazdı. Nə sürücülər nə də Nizami bu barədə ona məlumat verməmişdir. Bundan başqa 14 fevral 2022-ci il tarixdə Nizami əlaqə saxlayaraq 4 ədəd kamaz markalı yük avtomobilinin gələcəyini onları içəridə yerləşdirməsini xahiş etmişdir. Yük avtomobillərini və Nizaminin Qazel markalı avtomobilini içəri buradıqdan sonra saat 23 radələrində o öz yerində dayanan zaman bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar ona Nizami Həsənovun servisin həyətində sürücülərlə birlikdə oğurluq etdiyini bildirərək servisin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. O mühafizəçi işlədiyi servisin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla servisə baxış keçirilmişdir. Həmin zaman sürücülər polislərin gəldiyini eşidib qaçmışmışlar, lakin Nizami orada olmuşdur. Nizaminin orada olan **-CL-*** qeydiyyat nişanlı avtomobildən öz avtomobilənə quş yemi boşaltığı və əvəzində öz avtomobili ilə gətirdiyi aqlay tozu qatdığı müəyyən edilmişdir. Həmçinin digər 3 ədəd kamaz markalı avtomobil isə onun yanında gözləmişdir. Həmin avtomobillərin qapıları açılmamışdır. Nizami özü səmimi şəkildə bildirmiş ki, kamaz avtomobillərindən sürücülərlə birlikdə quş yemi oğurlayır və çəki düz gəlsin deyə yerinə aqlay tozu qatır. Baxış qurtardıqdan sonra Nizami sürücülərlə əlaqə saxlayıb onları geri çağırmışdır. Sürücülərin birindən başqa digər üçü gəlmişdir. Bundan sonra onları Baş İdarəyə dəvət etmişlər. Orada qeyd edilənlər barədə izahat yazdıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işlədiyi Baş İdarəyə 04 iyun 2022-ci il tarixdə “Elzamin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. “Elzamin” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək xx xxxxxxxx 1988-ci ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olan, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 6-cı küçədə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhərinə yollanmışlar. Gəncə şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 3-cü küçə adlı ünvanın yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçmişlər. 04 iyun 2022-ci il tarixdə saat 22:30 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxılamışlar. Ona özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğlarını bildirib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində psixotrop maddə metamfetamin olduğunu bildirdiyindən onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdən sonra o üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən pulu və 01 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan başqa üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 02 ədəd büküm də 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini yaşadığı ünvanda yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəfindən heç bir təzyiq, hədə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumat əldə edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid2 dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2022-ci il tarixdə fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ərizə ilə Baş İdarəyə müraciət edərək xarici ölkədən Azərbaycan Respublikasna idxal etdiyi quş yemi olan soya məhsulunu Gəncə şəhərindən Kamaz markalı avtomobillərlə Abşeron rayonu, Xırdalan şəhərində olan anbara gətirildiyini, yolda olan zaman sürücülərin “Mirzə” və “Nizami” adlı şəxslərlə cinayət əlaqəsinə girərək yemin üzərində müəyyən miqdar götürdüyünü və əvəzində Kamazlara yüklənmiş malın çəkisi düz gəlsin deyə daş tozu əlavə etdiyini bildirmişdir. “Mirzə” və “Nizami” adlı şəxslərin şəxsiyyətləri müəyyən edilərək “Mirzə” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək 26 iyul 1966-cı il təvəllüdlü Hacıqabul rayonu, Qarasu kəndində yaşayan X10 olduğu, “Nizami” adlı şəxsin 04 avqust 1965-ci il təvəllüdlü Şirvan şəhər sakini X26 olması müəyyən edilmişdir. İlkin yoxlama zamanı X42 şəhəri ərazisində “Temp” adlı avtosevisdə Kamaz markalı avtomobillərdən yemi oğurladığı və həmin tarixdə, yəni 14 fevral 2022-ci il tarixdə də eyni qaydada həmin yerdə “Kamaz” sürücüləri ilə birlikdə yem oğurlayacağı məlum olmuşdur. Bundan sonra bu barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmiş həmin şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmiş və qrupa Baş İdarənin əməkdaşları X8, X38, Şahid3 və X16 daxil edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Nizami Həsənovun olması ehtimal edilən Şirvan şəhəri ərazisində yerləşən “Temp” avtoservisin qarşısına gedərək orada əməliyyat mövqeyi seçmişlər. 14 fevral 2022-ci il tarixdə saat 23:18 radələrində “Temp” avtoservisin qapısına yaxınlaşmış və orada mühafizəçi işləyən Şahid6 adlı şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğlarını, servisi həyətində X47 sürücüləri ilə birlikdə avtomobillərdən quş yemi oğruladığını və servisin həyətinə baxış keçirək istədiklərini bildirmişlər. Şahid6 servisin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şahid6 iştirakı ilə videoçəkiliş aparılmaqla “Temp” avtoservisin həyətinə baxış keçirmişlər. Servisin həyətində 4 ədəd **-CL-***, **-BN-***, **- EX-*** və **-BD-*** qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil saxlanılmışdır. Kamaz markalı **-CL-*** qeydiyyat nişanlı avtomobilin arxa qapısı açıq olması, Qazel markalı avtomobilin isə onun arxasında dayanması və Kamazdan Qazelə yem boşaldılması müəyyən edilmişdir. Yemi boşaldan şəxs özünü təqdim edərək X26 olduğunu, Qazel markalı avtomobilin ona məxsus olduğunu, Kamazlardan yem oğurladıqlarını, kamaz sürücülərin səs eşitdikləri üçün qaçdıqlarını, oğurladıqları yemin əvəzinə kamazlara daş dozu əlavə etdiyini bildirmişdir. Qazel markalı avtomobildə kisələrdə daş tozu və tərəzi müəyyən edilmişdir. Digər 3 ədəd kamaz avtomobillərinin yük yerləri bağlı vəziyyətdə olmuşdur. Baxış qurtardıqdan sonra Nizami Həsənov sürücülərlə əlaqə saxlayıb onları servisə çağırmış, bir nəfərdən başqa digər 3 nəfər sürücü, servisin həyətinə gəlmiş və onlar 4 ədəd yük avtomobilini və sürücülərlə birlikdə idarəyə dəvət etmişlər. Bundan sonra Hacıqabul rayonu Qarasu kəndində kafe işlədən Mirzə Mirzoyevi müəyyən etmək üçün həmin kafeyə getmişlər. X57 müəyyən etmiş, Mirzə Mirzoyev səmimi şəkildə bildirmiş ki, həmin gün Eltun Məmmədov adlı Kamaz sürücüsü ilə birlikdə Kamazdan yem oğurlamış və əvəzində Kamaza taş tozu qatmış və Eltun Məmmədov yükü anbara aparmışdır. Onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra qeyd edilənlər barədə protokol tərtib edilmişdir. Dəvət edilmiş şəxslərin izahatları alındıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 və X21 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahidlər X38 və Şahid3 Şahid1 dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, Elzaminlə dostluq münasibətləri var. 04 iyun 2022-ci il tarixdə saat 17.00- 18.00 radələrində Elzamin ona tanımadığı və xatırlamadığı nömrə ilə zəng edib, polislər tərəfindən tutulduğunu və hazırda Kəpəz rayon polis şöbəsində olduğunu və polis əməkdaşının telefonu ilə əlaqə saxladığını bildirib qardaşına bu barədə məlumat verməsini xahiş etmişdir. O, Elzaminin qardaşını da tanıdığını və Elzaminin zəngindən dərhal sonra Elzamin qardaşına zəng vursada onun telefonun bağlı olmuşdur. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə saat 17.00-18.00 radələrində qonşum Elsəvərlə çöldə söhbət edən zaman Elzamingilin qapılarıda avtomobillərin dayandığını görmüşlər.Elazaminin atası xəstə olduğu üçün ona tez-tez təcili yardım gəldiyindən həmin günü yenə də Elazaminin atas Ədalət dayıya nəsə olduğunu düşünərək onlar tərəfə gedəndə onların qapılarında 2 avtomobilin var idi, biri ağ 07 və 90-606 markalı cevrolet markalı avtomobil və polis formasında 4-5 nəfər polisləri gördük. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 Elsəvər Qüdrət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, O, əvvəllər Daxili işlər orqanlarında işləmiş, Təqsirləndirilən şəxs aralarında avtomobil alqı-satqısı olmasına görə tanımışdır. Təqsirləndirilən şəxs onun işlədiyi yerə gətirməkləri ilə bağlı xəbəri olmamış, Təqsirləndirilən şəxs tutulmasından xəbəri olmamışdır. Elzamin tutulan vaxt onu şöbədə görməmiş, həmin vaxt o, heç şöbədə olmamışdır. Təqsirləndirilən şəxsla əvvələr münasibətləri olmuş telefon danışıqları da olmuş və olabilər ki, Elzamin telefon ilə ona zəng etmiş olsun. O, Elzamin ilə şöbədə qarşılaşmamış və ona telefonu ilə kiməsə zəng etməmişdir. Verilən suallar cavab olaraq bildirmişdir ki, onun məhkəmə iclasına gəlməməyi bardə ona nəsə deyilməmiş sadəcə olaraq səhhəti ilə əlaqədar Bakı şəhərində olduğundan məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Onun, Kəpəz RPİ-nin cinayət axtarışı şöbəsinin rəisi ilə görüşü olub, ancaq məhkəməyə gəlməzdən qabağ olmamış, əvvələr birlikdə işlədiklərindən sadəcə iş yoldaşı kimi görüşüb söhbət etmişlər. Məhkəmə zalında ələşən X22 tanımadığını, həmin deyilən nömrənin onun olduğunu, lakin hazırda həmin nömrəni işlətmədiyini və təxmini bir ildir ki, həmin nömrəni istifadə etmədiyini də bildirmişdir. O, heç vaxt Elzamilgilə avtomobillə getməmiş və Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir. Elzaminin münasbətdə olduğu X23 onun telefonu ilə zəng edilməsi ilə bağlı isə o, polis əməkdaşı olduğundan xidməti işi ilə əlaqədar müxtəlif nömrələrə zəng etdiyini və sözügedən zəngin onun tərəfindən edildiyini, lakin həmin zəngin məzmunu barədə isə uzun müddət olduğundan heç bir məlumat xatırlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulmasından ötrü axtarışı elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edildiyindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2022-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Qida Təhlkəsizliyi Agentliyi tərəfindən verilmiş ETRQ 001822R nömrəli rəydə qeyd edilmişdir ki, Azərbaycan Qida Təhlkəsizliyi institutunun X2 təqdim olunmuş yem əlavəsi (№1), yem (№2) və şrotu (№3) nümunələrinin kimyəvi və mikrobioloji göstəricilərə görə müayinələri həyata keçirilmişdir. Müayinələr nəticəsində hər üç nümunənin tərkibində Clostridium perfrinens bakteriyaları ilə yanaşı, 1 və 2 nömrəli nümunələrdə talk və koalinin olması aşkar edilmişdir. Qeyd edək ki, aşkar edilən talk və koalin maddəsi nümunələr dair sertifikatlarda nümunələrin tərkib hissəsi olaraq göstərilmədiyindən əlavə qatqı kimi qiymətləndirilir. Hər üç nümunədə aşkar edilən Clostridium perfrinens pategopn xüsusiyyətli bakteriya növü olmaqla, bir sıra təhlükəli heyvan xəstəliklərinin törədicisi hesab olunur. Bu bakteriyalar tərəfindən sintez olunan toksinlər (alfa-, beta- və delta-toksin, epsilon toksin, enterotoksin və s.) heyvan ölümünə səbəb ola bilər. Odur ki, müayinəsi aparılmış yem əlavəsi, yem və soya şrotunun heyvanların yemləndirilməsi məqsədilə istifadə olunması yolverilməzdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizanın 05 iyun 2022-ci il tarixli 6/3158 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bir ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,779 qram və 3,244 qram ümumi təmiz çəkisi 6,023 qram olan ağ rənglikristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-6,023 qram metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 5,923 qramı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimilyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 22:35 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 3-cü küçə ünvanın qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibində saxladığı iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,779 qram və 3,244 qram olmaqla ümumilikdə külli miqdarda 6,023 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış və götürmə keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,“Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il tarixdə saat 23:10 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan rayonu ərazisində yerləşən “Temp” adlı dayanacağa baxış keçirilən zamanı X10 ilə qabaqcadan əlbir olan X1 Təqsirləndirilən şəxs, X36, X31 və X32 ilə birlikdə onların idarə etdikləri kamazlardan quş yemi olan soyanı gizili olaraq ələ keçirmələri müəyyən edilmiş, iş üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilədən quş yemi götürərək ora həmin çəkidə daş tozu qatdıqlarından həmin avtomobil götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 fevral 2022-ci il tarixdə Şirvan şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 fevral 2022-ci il tarixli qərarı Şirvan Şəhər Məhkəməsinin hakimi X9 24 fevral 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən 04 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və şəxsi axtarış zamanı üzərindən külli miqdarda 6,023 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin satış məqsədilə psixotrop maddə əldə etməsi müəyyən edilsə də, onun psixotrop maddəni kimdən, nə vaxt, əldə etməsini, eləcə də psixotrop maddə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırda qeyd olunan istiqamətlərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslərin onlara verilmiş ittihamda göstərilən cinayət əməllərinin törətmələri təsdiq edildiyindən X10 və X26 02 il 18 gün, X31, X32 və X33 01 il 09 ay 18 gün, X34 isə 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şifahi və yazılı şikayət dail olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 919 və 920 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs atası X24, anası X25 və oğlu - xx.xx.2011-ci il təvəllüdlü X27 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu Köhnə ət kombinatı adlanan ərazidə yaşayırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 103854 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 Abbasovun oğludur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-cü il tarixli mobil telefonlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları, votsap yazışmaları və sms mətnləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-6,023 qram metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 5,923 qramı saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşların ona təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı, həmçinin CM-in 29, 177.2.1-ci maddəsilə ona qarşı irəli sürülmüş ittihamın doğru olmaması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda verdiyi ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə, 06 iyun 2022-ci il Təqsirləndirilən şəxs sözügedən ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. arada bir narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istifadə edir. Lakin həmin maddələrə aludəçiliyi yoxdur. Narkotik vasitə və psixotrop maddələri əsasən “zaklatka” üsulu ilə tanımadığı şəxslərdən alıb istifadə edir. 04 iyun 2022-ci il tarixdə yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində, 6-cı küçədə olan zaman yerdən gizlədilmiş siqaret qutusu onun diqqətini cəlb etmişdir. O özü də narkotik vasitə və psixotrop maddələri zaklatka üsulu ilə aldığından və həmin üsulla narkotik vasitələri əsasən heç kim olmayan yerlərdə gizlədildiyini bildiyindən həmin siqaret qutusunu götürüb baxmışdır. Bu zaman qutunun içərisində iki ədəd sellofan bükümdə insanlar arasında “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O özü də metamfetamin istifadə etdiyindən fikirləşmiş ki, götürüb az-az istifadə edər. Belə ki, o metamfetamindən gündə bir dəfə, iki gündən bir istifadə edir. Hər dəfəsindən 0,5 qram metamfetamin istifadə edir. Ona görə də metamfetaminləri götürüb əynində olan qara rəngli şalvarının sol yan cibinə iki ədəd büküm formasında qoymuşdur. Həmin gün saat 22 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 3-cü küçə ilə evə gedən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Ona özünü təqdim etməsinin dedikdə o özü barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onlara səmimi olaraq üzərində psixotrop maddə olduğunu bildirdiyindən onlar onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmiş ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O da səmimi şəkildə cibində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və masaya doğru yaxınlaşıb əynində olan qara rəngli parça şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə psixotrop maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin şalvarının sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu və 53 manat pulu təqdim etmişdir. Mobil teelfonu götürülsə də 53 manat pul ona geri qaytarılmışdır. Üzərində şəxsi axtarış davam etdirilən zaman heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 02 ədəd bükümlərə baxış keçirilməsinə başlanmışdır. Həmin bükümlərdə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o psixotrop maddələri hansı üsulla əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra üzərindən aşkar edilmiş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamin zərfdə qablaşdırılaraq möhürlənmiş və hamı ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa 2022-ci ilin fevral ayına qədər etibarnamə əsasında idarə etdiyi atası X12 məxsus məxsus “Kamaz” markalı **-CL-*** qeydiyyat nişanlı avtomobillə yük daşınması ilə məşğul olmuşdur. 2021-ci ilin dekabr ayında onunla birlikdə işləyən sürücülərin Zərərçəkmiş şəxs məxsus yüklərin daşıdıqlarını bildirmişlər. O da xahiş edərək ona da yük vermələrini bildirmişlər. Bundan sonra o da bir dəfə 2021-ci ilin sonlarında bir dəfə də 2022-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs quş yemi olan yükünü Bakı şəhərinə gətirmişdir. Həmin yükləri onun nümayəndəsi olan Raşak adlı şəxs vermişdir. Xeyli vaxtdır onlar Gürcüstan Respublikasından dəmiryolu vasitəsilə soya quş yemi gətirmişlər. Həmin quş yemi Gəncə şəhərində o və ondan başqa digər sürücülər də Gəncədə onların nümayəndəsi Raşak adlı şəxs malı maşınlara yükləyirlər. Mal yükləndikdən sonra çəkilir və qapılar özlərinin plombu ilə möhürlənir. Onun maşınının boş çəkisi 11 800 kiloqramdır. Hər dəfəsində maşına 16-80 ton yük yükləmişdir. Mal yükləndikdən sonra orada qaimə tərtib edilir və o da imza edərək malı təhvil almışdır. 2022-ci ilin yanvar ayının sonlarında sürücü yoldaşlar ilə söhbət edən zaman onlar Hacılqabul rayonu ərazisində X6 həmin soyanı 70 qəpikdən satdıqlarını, bunun əvəzində götürülən malın yerinə çəkisi ağır olsun deyə aqlay və ya kubik tozu tökdüklərini bildirmişlər. Bundan başqa Şirvan rayon sakini Nizami Həsənov adlı şəxsə də satdıqlarını bildirmişlər. O da sürücülərdən Nizaminin mobil nömrəsini götürüb ona zəng edib soya satmaq istədiyini bildirmişdir. 14 fevral 2022-ci il tarixdə də o Gəncədə mal yüklədikdən sonra Nizamiyə məlumat vermişdir. O da dayanacağa gəlməsini bildirmişdir. Axşam o və bir neçə kamaz sürücüsü maşınları dayanacaqda saxlamışdır. Həmin zaman Nizami maşından mal götürməlidir. O da 1000 kq soya vermək istəmişdir. Həmin zaman Nizami öz qazel markalı avtomobili ilə daş tozu gətirmişdir. Həmin maşının arxasını onun maşınının arxasında saxlayıb ordan onun maşınına çəkib daş tozu töküb qarışdırmışdır. Əvəzində isə quş yemi götürmüşdür. O 1000 kq quş yemini 700 manata satmağa razılaşmışdır. Həmin zaman saat təxminən 23 radələrində avtosalonda olan zaman polis əməkdaşları ora daxil olmuşlar. O və digər sürücülər polislərin gəldiyini eşidib qaçmışdır. Lakin bir müddətdən sonra Nizami onlarla əlaqə saxlayaraq qayıtmağları bildirmişdir. Digər sürücülər dayanacağa qayıtsa da o qorxduğundan qayıtmamışdır. Həmin vaxtdan etibarən Gəncə şəhərində yaşamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa 04 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 22:35 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, 3-cü küçə ünvanın qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibində saxladığı iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,779 qram və 3,244 qram olmaqla ümumilikdə külli miqdarda 6,023 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimilyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-6,023 qram metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 5,923 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan metamfetamini satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddəninn dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda 04 iyun 2022-ci il tarixli, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmış və şəxsi axtarış zamanı üzərindən külli miqdarda 6,023 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin satış məqsədilə psixotrop maddə əldə etməsi müəyyən edilsə də, onun psixotrop maddəni kimdən, nə vaxt, əldə etməsini, eləcə də psixotrop maddə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş psxotrop madddənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq əməllərini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğurluqdan ibarət əməli düzgün olaraq qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinməli və o həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, baxılan iş üzrə təqsirləndirilən şəxsin üzərindən külli miqdarda, iki bükümdə psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəzanın real çəkilməsi zamanı tətbiq ediləcək rejim daxilində islah oluna bilcəyi qənaətinə gəlməsinə əsas olmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təqsirliliyi sübuta yetirilmiş CM-in 234.1- 1 və 29, 177.2.1-ci maddələrininin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyinini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimilyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2022-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin29,177.2.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 6,023 qram metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 5,923 qramı saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6,023 qram olan psixotrop maddə metamfetamin -məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 65 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1 maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi-6,023 qram metamfetamin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 65 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar