Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-20/2025 06.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X29 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Gürcüstanın Dumanisi rayonunda anadan olmuş, evli, Gürcüstan vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Bəşir Səfəroğlu küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-194/2024 saylı hökmünə əsasən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə tanışı Şahid4 Rövşən qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Şəmkir şəhərində yerləşən Şahid4 mərhum atası X4 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satın almağa köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb 30 sentyabr 2021-ci il tarixdə Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən evlərin alqı-satqısı ofisində 44000 (qırx dörd min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 19 mart 2022-ci il tarixdə saat 16:30 radələrində Şəmkir şəhəri, Hüseyn Cavid küçəsində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını hədə-qorxu ilə tələb etmək niyyəti ilə Şəmkir rayonu, Əliyaqublu kənd sakini Zərərçəkmiş şəxs1 bir neçə il əvvəl istintaqla şəxsiyyəti müəyyən olunmayan Asif adlı şəxsə yaranmış 980 (doqquz yüz səksən) manat məbləğində pul borcunun ona verilməli olmasını bildirərək Zərərçəkmiş şəxs1 idarə etdiyi X17 məxsus VAZ-21011 markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşib sonuncunun şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə avtomobilin alın şüşəsinin alt hissəsində yerləşən ön panelə yumruqla vuraraq fiziki qüvvəsini nümayiş etdirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 980 (doqquz yüz səksən) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ona qarşı verilmiş mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, Şəmkirdə ev alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 yoldaşı özlərinə məxsus evi satmaq üçün onlara müraciət etmişdir. Həmin ərəfədə Şahid5 da ev almaq üçün müştəri kimi onlara yaxınlaşmışdır. Onlar Qənirə xanıma alması üçün Şəmkir şəhərində bir neçə ev göstərmiş, lakin sonuncu Zərərçəkmiş şəxs2 Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən evini bəyənərək almaq istəmişdir. Qənirə xanım 50000 manat qiymətində ev axtarmış, Şamama xanım isə evini 47000 manata satmışdır. Şamama xanım evi satılan zaman onlara xidmət haqqı kimi müəyyən məbləğ verməli olmuşdur. Qənirə xanımla Şamama xanım ev alqı-satqısı ilə bağlı razılaşmışlar. Şamama xanımın yoldaşı Kamandar əvvəlcədən özlərinin evlərinin sənədlərində problem olduğunu demişdir. Buna görə də onlar əvvəlcədən Qənirə xanımla ofisdə Şamama xanımın evi üçün 3000 manat beh verməsi barədə razılaşmış və sonuncu 3000 manatı onlara vermişdir. Onlar da həmin məbləğdən evin sənədlərinin qaydaya salınması üçün 1050 manatı Şamama xanımgilə vermişlər. Çünki Şamama xanım mənzillərini satıb həyət evi almaq istəmişdir. Şamama xanımın evinin sənədləri düzəldiyi ərəfədə o, sonuncuya bir neçə həyət evi göstərmiş, lakin qiymət və s. səbəblərə görə razılaşma olmamışdır. Sonda Şamama xanımgil Zülfiyyə xanıma məxsus evi bəyənmişdir. Həmin ev təcili satıldığı üçün qiyməti 85000 manatdan 50000 manata düşmüşdür. Zülfiyyə xanımın evinin sənədləri tam qaydasında olmuş və sonuncu evinin satılması üçün beh verilməsini tələb etmişdir. O, Şamama xanıma vermək üçün Qənirə xanımdan götürdüyü məbləğin üzərini düzəldib Zülfiyyə xanıma 2500 manat beh vermişdir. Zülfiyyə xanım evin pulunu verməsi üçün Şamama xanımı tələsdirmişdir. Onlar həmin vaxt qalan pulu da verməsi üçün Qənirə xanımla əlaqə saxlamışlar. Şamama xanımın evinin sənədlərinin düzəlməsinə vaxt lazım olduğundan məqsədləri Qənirə xanımın pulu ilə Zülfiyyə xanımın evini Şamama xanım üçün almaq olmuşdur. Həmin vaxt Qənirə xanım yenidən onların kartına 4000 manat pul göndərmiş, onlar da həmin pulu Zülfiyyə xanıma vermişlər. Bir qədər sonra Zülfiyyə xanım evlərini təcili satdıqlarını bildirib qalan pulun verilməsini istəmişdir. Bundan sonra Qənirə xanım qalan 44000 manatı da vermiş, yəni sonuncu ümumilikdə 51000 manat vermiş və həmin məbləğin 1000 manatı onların xidmət haqqısı olmuşdur. Qənirə xanımdan qalan 44000 manatı verməsini istədikdə sonuncu etiraz etməmiş və Şəmkir rayonuna gəlmişdir. Qənirə xanım borc müqaviləsi əsasında notariusda həmin məbləği Şamama xanıma vermişdir. Ertəsi gün Şamama xanım özləri üçün ev almağa görə həmin 44000 manat məbləği ofisdə onlara vermişdir. Bunun ertəsi günü Şamama xanım üçün Zülfiyyə xanımın evini almalı olmuşlar. Şamama xanımın onlara 44000 manatı verdiyi gün Zülfiyyə xanım 2000-2500 manat verməyini istəmişdir. Ertəsi gün alqı-satqı zamanı notariusda Zülfiyyə xanımın evi mərhum atasının adına olduğu üçün onlara çıxarışda vərəsələrin qeyd edilməli olduğunu və sənəddə dəyişiklik edilməli olduğunu demişlər. Bundan sonra onlar DƏDRX-yə getmiş və orada Zülfiyyə xanımın evinin üzərində yüklülük olduğunu öyrənmişlər. Belə ki, ev 2010-cu ildə banka girov qoyulmuş və qarşılığında pul götürülüb ödənilməsinə baxmayaraq, “təmizlik kağızı” alınmamışdır. Bununla bağlı tərəflər arasında narazılıq yaranmış, lakin yenə də ev alqı-satqısında razılıqları yerində qalmışdır. “Təmizlik kağızı”-nın alınması xeyli vaxt almış və həmin müddət ərzində Şamama xanımın evinin sənədləri qaydasına düşmüş, lakin sonuncu pulun tam ödənilməsinə baxmayaraq, evini Qənirə xanıma satmamışdır. Zülfiyyə xanım isə təcili pul lazım olduğu üçün evini 50000 manata satdığını demiş və Şamama xanımdan evin qalan pulunu istəmişdir. Həmin ərəfədə o, Şamama xanımın məlumatı olduqdan sonra Zülfiyyə xanıma 33000 manat pul vermişdir. Onun Şamama xanıma 3000 manat borcu qalmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 Şamama xanımın evini almaq üçün 3000 manat beh vermiş, 4000 manat da evin sənədlərini düzəltmək üçün onun istifadəsində olan plastik bank kartına göndərmişdir. Alqı-satqı alınmayanda o, 7000 manat məbləğində pulu Qənirə xanımın özünə qaytarmışdır. Qənirə xanım Şamama xanımın evini almaq üçün notariusda borc müqaviləsi ilə Şamama xanıma 44000 manat pul vermişdir. Şamama xanım Zülfiyyə xanımın evini almaq üçün həmin pulu ona vermiş, o da həmin puldan Şamama xanımın razılığı ilə Zülfiyyə xanımın tələb etdiyi məbləğləri sonuncuya vermişdir. Zülfiyyə xanımın evini Şamama xanıma almaq üçün Zülfiyyə xanıma ümumilikdə 33831 manat məbləğində pul vermişdir. O, puldan hissə-hissə Zülfiyyə xanıma verdikcə bu barədə Şamama xanıma demişdir. Şamam xanımgil 44000 manat pulu ofisdə ona şəxsən vermişlər, həmin vaxt orada o, Şamama xanım və sonuncunun yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı Anarın dayısı oğlu Asif adlı şəxs onun ofisinə gələrək maddi imkanının yaxşı olmadığını deyib Zərərçəkmiş şəxs1 ona 2010-cu ildən borcu yarandığını və sonuncudan özünün əvəzinə pulu qaytarmağa imkanının olub-olmadığını soruşmağını xahiş etmişdir. O da borcun uzun müddət əvvəl alındığı üçün Yasinin qaytarmağa imkanı olacağını düşünüb Asiflə razılaşmışdır. Bundan sonra o, Yasinlə telefonla danışıb görüşməyə razılaşmışdır. Yasinlə görüşməkdə məqsədi sonuncunun Asifə olan borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirmək idi. Görüş zamanı Yasinlə mübahisə etməmişlər, sonuncu sadəcə əsəbi olduğu üçün onu silahla vurmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Yasinlə görüşən zaman sonuncudan əsəbi halda hədə-qorxu ilə Asifə olan borcunu qaytarmasını tələb etməmiş, ümumiyyətlə aralarında mübahisə olmamış, bir-birinə sərt cavab belə qaytarmamışlar. Yasinlə görüşməyə taksi ilə getmiş, həmin vaxt avtomobildə sürücü ilə birlikdə üç nəfər olmuşlar, digər şəxslərin bu məsələ ilə heç bir əlaqəsi olmamışdır. Taksi ilə gedərkən yolun kənarında bir avtomobilin dayandığını görmüş, əvvəlcədən Yasinlə danışıb görüşəcəyi yer barədə razılaşdığı üçün həmin avtomobilin sonuncuya məxsus olduğunu başa düşmüş və avtomobilə yaxınlaşıb əyləşmişdir. Yasinin bibisi oğlu Rəşad onun dostu olmuşdur. O, Yasini sonuncunun vasitəsilə tapmış, hətta Yasinlə telefonla danışanda Rəşad onun ofisində olmuş və sonuncu Yasinə “Xəqani bizim dostumuzdur, bu məsələni yoluna qoymaq lazımdır” demişdir. Görüş zamanı Yasin avtomobildə tək olmuş, o, sonuncuya 10 ildən artıqdır ki, Asifə olan borcunu qaytarmadığını demiş, Yasin də Asifə borcu olduğunu etiraf edib “bu məsələni necə yoluna qoymaq olar?” demiş, o da bununla bağlı sonuncudan nə fikirləşdiyini soruşmuşdur. Bundan sonra Yasin avtomobili saxlayıb düşmüş, o da ayaq üstə söhbət edəcəyini düşünüb avtomobildən düşərək qarşı tərəfə keçəndə Yasinin avtomobilin oturacağının yanından silah çıxardığını görmüşdür. Silahın qundağını görən kimi o, sonuncuya mane olmaq üçün üzərinə qaçmış, həmin vaxt Yasin silahı bacardığı qədər qaldırıb atəş açmış və güllə onun ayağına dəymişdir. O, Yasinlə söhbət edən zaman sonuncuya qarşı heç bir aqressiya göstərməmiş, görüşməkdə məqsədi sadəcə tanış olmaq olmuşdur. O, Yasinlə görüşəndə Asif Bakı şəhərində olmuşdur. O, avtomobilə yumruq zərbəsi vurmamış, Zərərçəkmiş şəxs1 onu vurmasının səbəbini də bilməmişdir. Onlar arasında mübahisə bir-birinə əl-qol atıb vuracaq dərəcədə böyük mübahisə olmamışdır. Zərərçəkmiş şəxs1 onun tanışına 2008-ci ildən borcu qalmış, lakin həmin pul ona verilməli deyildir. Zərərçəkmiş şəxs1 borcu qaytarmasını deyəndə sonuncu imkanının olmadığını, borcu qaytara bilməyəcəyini deyib həll etməyin başqa yolu olub-olmadığını soruşmuş, o da pulun verilməli olduğunu demişdir. O, həmin epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs - mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən evini satmaq istəmişdir. Bina yeni tikili olduğundan həmin evi almaq üçün baxanlar çox olmuşdur. Onun üç övladı olduğu üçün o, binadakı evini satıb həyət evi almaq istəmişdir. Bir gün Təqsirləndirilən şəxs Qənirə xanımla birlikdə gəlib onun evinə baxmaq istədiyini demişlər. Çünki Qənirə xanım ev almaq istəmişdir. Sonuncular evə baxmışlar və qiyməti ilə maraqlanmışlar, onlar da 55000 manata satdıqlarını demişlər. Xəqanigil evi alacaqları barədə heç nə demədən getmişlər. Sonradan ona məlum olmuş ki, onların xəbəri olmadan Təqsirləndirilən şəxs ofisində Qənirə xanımdan onların yaşadığı ev üçün videoçəkilişlə beh almış və Qənirəyə artıq evi satmaqla bağlı onlarla razılaşdığını demişdir. Bir müddət sonra Xəqani onun əri Kamandara zəng edərək evin satılması ilə bağlı Şahid5dan 3000 manat beh aldığını və evi həmin xanıma 50000 manat satacağını demişdir. Evə gəldikdən sonra o, əri Kamandarla məsləhətləşib Təqsirləndirilən şəxs onların evi üçün Qənirə adlı şəxsə uyğun qiymət dediyi qənaətinə gəlmişlər. Həmin ərəfədə onlar ev almaq istədikləri üçün Xəqani onları bir neçə evə aparmış, lakin həmin evlərin köhnə olması səbəbindən bəyənməmişlər. Bundan sonra Xəqani Şəmkir şəhəri, Posanlı adlanan yaşayış massivində yaxşı bir ev olduğunu və həmin evi bəyənəcəklərini deyib baxmaq üçün getməyi təklif etmişdir. Onlar da razılaşaraq həmin evə getmişlər. Həmin evdən çıxdıqdan sonra Xəqaniyə evi bəyəndiklərini, lakin yeni ev almamış yaşadıqları evi satmayacaqlarını qəti şəkildə bildirmişlər. Bundan sonra Xəqani onların bəyəndiyi evin qiyməti barədə danışmaq üçün Zülfiyyə adlı şəxsi ofisinə çağırmışdır. Zülfiyyə gələrək evdə vərəsəliklə bağlı məsələlərin olduğunu, lakin narahat olmağa ehtiyac olmadığını və hər şeyi qaydasına qoyacağını demişdir. Xəqani bir dəfə Zülfiyyəni, sonuncunun anasını və qardaşlarını notariusda onlarla görüşdürmüşdür. Notariusda olarkən Xəqani əlində sənədlərlə bir neçə dəfə yuxarı qalxaraq aşağı düşüb onlara Zülfiyyənin anası və qardaşlarının evin satılmasına razılıq vermələri üçün gəldiklərini, narahat olmamalarını, hər şeyi ona həvalə etmələrini demiş və sənədləri göstərib hər şeyin qaydasında olduğunu bildirmişdir. Bir qədər sonra Xəqani onların yanına gələrək bu gün Zülfiyyə xanımın evini almaları üçün Qənirə xanımdan pul alacağını, eyni gündə onların evini Qənirə xanıma satıb Zülfiyyə xanımın evini onlar üçün alacağını demişdir. Bundan sonra onlar birlikdə görüntülü formada Qənirə xanıma zəng etmiş, sonuncu pulu verməyə razı olduğunu, lakin özünün gəlib notarius yolu ilə verəcəyini demişdir. Onlar Xəqani ilə birlikdə yenidən notariusa getmişlər və Qənirə xanım borc müqaviləsi əsasında 44000 manat məbləğində pulu onlara vermişdir. Həmin vaxt Tural da Xəqaninin yanında olmuşdur. Pulu götürdükdən sonra həmin gün Xəqaniyə vermək üçün sonuncunun ofisinə getmişlər. Bunu etməkdə məqsədi o idi ki, artıq ertəsi gün notariusa gedib evi adlarına keçirsinlər. Onlar satmaq istədiyi evə yeni köçdüyü üçün sənədlərində problem olmuş və qaydasına qoymaq üçün 600-700 manat pul lazım idi. Xəqani Qənirə xanımın verdiyi puldan 700 manat onun əri Kamandara, 1500 manat da beh kimi onların adından Zülfiyyənin anasına vermiş və bunu dəftərində qeyd etmişdir. Onlar ertəsi gün saat 10-da notariusda görüşməklə bağlı razılaşmışlar. Səhəri gün Kamandar notariusa bir az tez gedib sənədləşmə işi ilə maraqlanmağını təklif etmiş, o da əri ilə razılaşıb həmin gün notariusa bir qədər tez gedərək orada işləyən Aqil adlı şəxsdən işləri ilə maraqlanmışlar. Aqil müəllim sənədlərə baxdıqdan sonra almaq istədikləri evin üzərində yüklülük olduğundan sənədləşmənin aparılmasının mümkün olmayacağını demişdir. Onlar həmin evlə bağlı sənədləşmənin bu gün tamamlanacağının bildirildiyini desə də Aqil müəllim sənədlərə yenidən baxıb və daşınmaz əmlakda işləyən başqa bir şəxslə danışıb bunun mümkün olmayacağını qəti şəkildə bildirmişdir. Onlar oradan çıxıb Xəqaninin ofisinə getmiş və notariusa gedibgetməyəcəklərini soruşduqda sonuncu gedəcəklərini demişdir. Onlar Xəqaniyə notariusdan gəldiklərini və orada almaq istədikləri evin sənədləşmə işlərinin aparılmasının mümkün olmadığını dediklərini bildirib bunun nə məsələ olmasını onlara izah etməsini tələb etmişlər. Xəqani isə bunun mümkün olmadığını, onların işi ilə məşğul olduğunu və bununla bağlı notariusa gedib-gəldiyini demişdir. Onlar yenidən notariusa, Aqil müəllimin yanına getmiş, evlə bağlı sorğu verilmiş və 10000 dollar yüklülüyü olduğu məlum olmuşdur. Onlar Xəqanidən verdiyi pulu istədikdə sonuncu pulun bir qismini Zülfiyyə istədiyi üçün sonuncuya verdiyini demişdir. Onlar evi almadıqları halda nə üçün Zülfiyyəyə pul verdiyini soruşduqda Xəqani Zülfiyyənin istədiyi üçün pul verdiyini və evin yüklülük məsələsini həll edəcəyini demişdir. Həmin gündən sonra Xəqani 1 ay onlara müxtəlif bəhanələr gətirmiş, o, yoldaşı ilə bir neçə də Xəqaninin ofisinə gedib-gəlmişdir. Sonuncu dəfə ofisinə gedəndə Xəqani və Tural onlara hədə-qorxu gələrək ofisdən qovmuşlar və bir daha gəlməməyi demişlər. Həmçinin Xəqani əlini stola vura-vura onlara şərt qoyub Qənirə xanıma söz verdiyi üçün saat 1-ədək yaşadıqları evi sonuncunun adına sənədləşdirməli olduqlarını demişdir. Onlar ümumilikdə Xəqani və Turala 44000 manat məbləğində pul vermişlər. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ibtidai istintaq dövründə Xəqani və Turala verdikləri 44000 manat puldan 3500 manat məbləğində olan hissəsini Tural, 15000 manat məbləğində olan hissəsini isə Zülfiyyə onlara qaytarmışdır. Yəni ümumilikdə 18500 manat pulu qaytarılsa da qalan 25500 manat məbləğində pulu qaytarılmamış və buna görə də o, həmin pulun qaytarılmasını tələb etmişdir. Turalın verdiyi 3500 manat pul şəxsən ona verilmişdir. Ev alqı-satqısı ilə bağlı danışıq onunla keçmiş yoldaşı Kamandar və Xəqani arasında olmuşdur. O, Xəqaniyə 44000 manat məbləğində pulu ev almaq üçün vermiş, lakin sonuncu həmin pulun müəyyən hissəsini faizə verib, qalan hissəsi ilə salon açmışdır. Şahid3 yalan danışmış, onlar pulu verəndə Xəqani ilə yanaşı sonuncu da orada olmuş, həmin şəxslər pulu birlikdə sayıb götürmüşlər. Daha sonra Turalın atası keçmiş polis işçisi olduğu üçün onlar sonuncunun yanına gedib oğlu Turalın və Xəqaninin onların başına belə oyun açdığını demişlər. O, ev almaq məqsədi ilə verdiyi behdən əlavə qalan pulu Xəqaniyə vermiş, bundan bir aydan çox müddət keçdikdən sonra Zülfiyyə də, Xəqani də ona evi daha baha qiymətə bir həkimə satacaqlarını demişlər. O, ümumilikdə 44000 manat pul vermiş, bu məbləğin 15000 manatını beh olaraq Zülfiyyə xanımın anasına, qalan hissəsini isə Xəqaniyə vermişdir. Xəqani evin pulundan hissə-hissə Zülfiyyə xanıma verməsi barədə ona məlumat verməmişdir. O, verdiyi mülki iddianı müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. O, həm əvvəlki məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla telefonla danışarkən aralarında mübahisələri yaranmışdır. Sonra mübahisəni həll etmək üçün Təqsirləndirilən şəxsla görüşüb dalaşmışlar, ondan sonra da o, həbs olunmuşdur. 02 il 05 ay həbsdə qaldıqdan sonra azadlığa çıxmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2008-ci ildən onun bir nəfərə 800 manat borcu qalmışdır. Xəqani həmin borcun qaytarılması ilə bağlı ona zəng etmişdir. Telefonda danışarkən aralarında anlaşılmazlıq olmuş və mübahisə etmişlər. Təqsirləndirilən şəxsla görüşüb avtomobildə oturaraq borc barəsində danışmışdır. Xəqani ona borcu qaytarmağını demiş, o da pulu olmadığını, məsələni başqa cür həll etməyi demiş, Xəqani də başqa yolunun olmadığını, borclu olduğu şəxsin pula ehtiyacı olduğunu, pulu qaytarmalı olduğunu demişdir. Xəqani ilə avtomobildə söhbət edərkən sonuncu onu vurmamışdır. Xəqani sadəcə əlini avtomobilə vuraraq ondan borcu qaytarmağını tələb etmişdir. Aralarında baş vermiş mübahisə nəticəsində o, Xəqanini silahla vurmuşdur. Təqsirləndirilən şəxs borcu qaytarmağını istəyərkən ona hədə-qorxu gəlməmiş, onun borclu olduğu şəxsin qohumu Xəqaninin dostu olmuşdur. Xəqani pulu qaytarmağını sakit tərzdə demiş, səs-küy salmamışdır. O, Xəqanini vurma səbəbini bilməmiş, sonuncunun hansısa sözü xətrinə dəydiyi üçün vurmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Təxminən 13 il əvvəl onun Şəmkir rayonu, Qaracəmirli kəndində olan “çuku” ləqəbi ilə tanıdığı Asif adlı şəxslə ticarəti olmuş, Asifdən o vaxtı xiyar alıb satmış, sonuncuya da borcu olub-olmamasını xatırlamamışdır. Çünki həmin vaxtlarda onun çox adama borcu olmuş və həmin şəxslərin pullarını qaytarmışdır. 16 və ya 17 mart 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan vaxtı anası Sünarənin işlətdiyi ***-***-**-** mobil nömrəsinə bir nəfər adını deməyən şəxs ***-***-**-** mobil nömrəsi ilə zəng edərək onu soruşmuş, anası da telefonu ona vermişdir. O, telefonu götürüb danışmağa başlayanda adını deməyən şəxs ona borcu ilə bağlı zəng etdiyini demişdir. O, nə borcu olduğunu soruşanda həmin şəxs onun köhnədən Şəmkir rayonu, Qaracəmirli kəndindən olan “çuku” ləqəbli Asif adlı şəxsə olan 960 və ya 980 manat borcu olduğunu və həmin borcun ona köçürüldüyünü, yəni borcu Asifin əvəzindən alacağını demişdir. O isə Asifə borcu olduğunu deyib hazırda borcu qaytarmağa imkanının olmadığını bildirmişdir. Telefonda onunla danışan şəxs Asifin onun dayısı olduğunu və nə olur olsun pulu ondan alacağını demişdir. O, həmin şəxsə evdə adam olduğuna görə danışa bilmədiyini və sonra zəng edəcəyini demişdir. Telefon danışığından bir gün sonra o, ***-***-**-** nömrəyə zəng etmiş, lakin telefona heç kim cavab verməmişdir. 19 mart 2022-ci il tarixdə saat 14:30 radələrində bir nəfər şəxs ***-***-**-** nömrədən ona zəng edərək kobud formada danışmış və nə olur olsun həmin pulu çatdırmalı olduğunu bildirmişdir. O, həmin şəxsə mübahisə etmək istəmədiyini və bayramları yola verdikdən sonra görüşməyi demişdir. Telefonda danışan şəxs onunla razılaşmışdır. Təxminən yarım saat sonra həmin şəxs ona yenidən zəng edərək bu gün görüşməli olduqlarını və onun Asifə olan borcunu qaytarmalı olduğunu demişdir. O isə həmin şəxsə pulunun olmadığını demişdir. Telefonda danışan şəxs ona “adamın abır-həyası olar, kişiliyi-mənliyi olar, pulu ver” sözlərini demişdir. O, bu sözlərə görə əsəbiləşmiş və telefonda danışdığı şəxsə 20 dəqiqə, yarım saata görüşməyi təklif etmişdir. Daha sonra o, telefonu söndürmüş və qohumu Elmara məxsus VAZ-21011 markalı, 57-..-570 dövlət qeydiyyat nişanlı avtomobilə minib yaşadığı evə getmişdir. Yolda olarkən fikirləşmiş ki, evdə olan qoşa lülə ov tüfəngini götürüb onunla telefonla danışan şəxslərlə görüşə getsin, onlarla ilkin olaraq sadəcə söhbət etmək və hər ehtimala qarşı onu təkləyib döyməmələri üçün qorxutmaq məqsədilə tüfəngi özü ilə götürsün. O, evdən tüfəngi və 4 ədəd 3,25 mm-lik ölçülü, quş və dovşan ovlamaq üçün istifadə olunan qırma güllələrini götürmüş və Elmara məxsus avtomobil ilə Şəmkir rayonu, Posanlı yolu adlanan yerə tərəf getmişdir. Yolda ***-***-**-** nömrəyə zəng edib gəlib-gəlmədiklərini soruşmuş, çünki həmin nömrədən zəng gələndə onunla bir neçə nəfər danışmışdır. Telefonda danışan şəxs gəldiklərini və VAZ-2106 markalı avtomobildə olduqlarını bildirmişdir. O, da həmin şəxslərə sarımtıl rəngli VAZ-21011 markalı avtomobil ilə yolun kənarında olacağını demişdir. Təxminən 5-10 dəqiqədən sonra onun olduğu yerə boz rəngli VAZ-2106 nömrəsini görə bilmədiyi avtomobil gəlmişdir. Avtomobilə baxanda sürücüdən başqa avtomobildə 3 nəfər şəxs olduğunu, 1 nəfər qabaqda, 2 nəfər isə arxada oturmuşdur. Avtomobildə qabaqda oturan bir nəfər şəxs adı sonradan məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq telefonla danışanın o, olub-olmadığını soruşmuşdur. O isə Xəqaniyə telefonda danışanın özü olduğunu demişdir. Sonra Xəqani onun avtomobilində qabaqda oturmuş və onlar asfalt yoldan kənara, yəni dayandığı yerdən sağa tərəf boş sahəyə getmişlər. Yolda Xəqani yumruqla avtomobilin qabaq alın şüşəsinin altlığına vuraraq “pul çatmalıdır” sözlərini bildirmişdir. O, Xəqaniyə pulunun olmadığını bildirsə də Xəqani pulun çatdırmalı olduğunu demişdir. Həmin vaxtı VAZ-2106 markalı avtomobil arxadan onu keçərək qabağına verib 5-6 metr aralıda dayanmışdır. O, Xəqaninin fiziki cəhətdən ondan böyük və güclü görməsini, həm də digər avtomobildə olan şəxslərin də olmasını fikirləşib avtomobildən düşüb Xəqaniyə “gəl sənin pulunu verim” sözlərini demişdir. O, avtomobildən düşəndə oturacağın kənarına gizlətdiyi və içərisində 2 ədəd 3.25 mm-lik qırma güllələr qoyduğu tüfəngi götürmüşdür. Xəqani avtomobildən düşərək avtomobilin qabağından keçib ona tərəf gələndə o, tüfəngi Xəqaniyə tərəf tuşlamış və qorxutmaq məqsədilə atəş etmişdir. Güllə Xəqaninin sol bud nahiyəsinə dəymiş və sonuncu avtomobilin başına fırlanmağa başlamışdır. O, atdığı gülləni çıxarıb yerə tullamış və cibində olan 2 ədəd güllədən birini götürüb silaha taxmış ki, birdən digər avtomobildə olan şəxslər ona hücum etsə sonuncuları da atəş açıb qorxutsun. Xəqani gizlənib yalvarmağa başlamışdır. O, Xəqaniyə tüfəngi tuşlayıb yenidən vurmaq istəsə də sonuncu qaçıb gizlənmişdir. Sonra digər avtomobildə olan şəxslər onu sakitləşdirib yalvarmış ki, Xəqanini vurmasın. O, silahı endirmiş və onlara Xəqanini xəstəxanaya aparmalarını demişdir. Sonra VAZ-2106 markalı avtomobilin sürücüsü Xəqanini avtomobildə əyləşdirmiş və digər adlarını bilmədiyi iki nəfər şəxs onun yanında qalmışlar. O, həmin şəxslərə polisə gedib təslim olacağını demişdir. Lakin ona polisə getməməyini, fikrindən daşınmağını bildirmişlər. O, yaşadığı kəndə gedib qohumu Elmarı götürmüş və sonuncuya hadisə barədə deyib onu Şəmkir RPŞ-yə aparmasını bildirmişdir. Sonra yolda olanda fikrindən daşınmış və onlar yanacaq doldurma məntəqəsinə girib avtomobilə yanacaq alaraq geri yaşadığı kəndə qayıtmışlar. Onun Xəqaniyə ikinci dəfə atəş açmağa imkanı olmuş, lakin ikinci dəfə atəş açmamışdır. Xəqaniyə tüfənglə atəş açmaqda niyyəti sonuncunu öldürmək olmamış, qorxutmaq üçün atəş açmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Xəqani ona hədəqorxu gəlməmiş, telefonla danışan zaman sadəcə mübahisə etmişlər, bir-birini düzgün başa düşməmişlər, o da əsəbiləşib Xəqanini vurmuşdur. Onun Xəqanidən heç bir şikayət və ya tələbi yoxdur, sonuncu ilə barışmış, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2020-ci ildə yoldaşı vəfat etdikdən sonra Bakı şəhərində tək yaşamışdır. Həm özü Şəmkirdən olduğu üçün, həm də bütün qohumları Şəmkir rayonunda yaşadıqları üçün Bakı şəhərindəki evini satıb Şəmkir rayonunda ev alaraq oraya köçmək istəmişdir. X37 şəhərinə yaxın yaşadığından o, sonuncudan onun üçün bina evi tapmasını və yaxşı ev tapsa baxmağı üçün ona xəbər etməsini xahiş etmişdir. O, Şəmkir şəhərindən ev aldıqdan sonra Bakı şəhərindəki evini satmağı planlamışdır. Ona görə də hələki ev almaq üçün 35000 manat borc götürmüşdür. 2021-ci ilin avqust ayında bacısı Pəri zəng edib bir ev tapdığını demiş, o isə həmin evə gəlib baxacağını və bəyənəcəyi təqdirdə alacağını bildirmişdir. O, evə baxmaq üçün Şəmkir şəhərinə gəlmişdir. Onun üçün tapılan ev bazarın yaxınlığında yerləşmişdir. O, Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə həmin evə baxmışdır. Evə baxan zaman evin sahibi zəng edərək evi satmadığını dediyi üçün onlar oradan çıxmışlar. Bundan sonra onlar Zərərçəkmiş şəxs2 evinə baxmışlar. Tək insanın yaşaması üçün uyğun olduğundan həmin evi çox bəyənmiş və ev sahibi ilə 50000 manata razılaşmışdır. Evə baxdıqdan sonra o, Xəqaninin ofisinə getmiş və orada video çəkilişlə sonuncuya həmin ev üçün 3000 manat beh vermişdir. Çəkilişi Xəqani aparmışdır. Xəqanigil ona təxminən 10-15 gün sonra evin səndələrinin hazır olacağını, ondan sonra alqı-satqı üçün gəlməyini demişdir. 10-15 gün sonra Xəqani ona görüntülü zəng etmiş, həmin vaxt Şamama və əri Kamandar da Xəqanin yanında olmuşlar. Xəqani ona Şamamagilin həyət evi almaq üçün pullarının olmadığını deyib 44000 manat pul verməyini, sonuncuların da həmin evi aldıqdan sonra öz evlərini ona satacaqlarını demişdir. O, razılaşmayaraq həmin məbləğdə pul verə bilməyəcəyini demiş, bir qədər də israr etdikdən sonra pulu yalnız notarius vasitəsilə borc müqaviləsi əsasında verə biləcəyini bildirmişdir. 30 sentyabr 2021-ci il tarixdə o, Tural, Xəqani, Kamandar və Şamama notariusa getmiş və borc müqaviləsi əsasında Zərərçəkmiş şəxs2 44000 manat məbləğində pul vermişdir. Həmin pulun 35000 manatını o, borc almışdır. Bundan sonra Şamamagil həmin məbləği həyət evi almaq üçün Xəqani və Turala vermişlər. Onların işinə Şəmkir Rayon Məhkəməsində baxılanda Şamamanın əri Kamandar ifadəsində “biz 44.000 manat pulu Xəqani və Turala verəndən sonra onlar həmin pulu aralarında böldülər” demişdir. 6 ay ərzində o, Bakı-Şəmkir yollarında qalmış, lakin nə pulunu qaytarmışlar, nə də ki evi satmışlar. Zərərçəkmiş şəxs2 verdiyi məbləğə görə məhkəmə onun xeyrimə qətnamə qəbul etmişdir. O, Xəqaniyə Kamandarın evini almaq üçün beh kimi 3000 manat, həmin evə dair bəzi sənədlərin düzəldilməsi üçün isə 4000 manat olmaqla ümumilikdə 7000 manat pul vermişdir. Lakin Xəqani həmin 7000 manat pulu ona qaytarmamışdır. O, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xəqani ilə şərikli olaraq ev alqı-satqısı ilə məşğul olmuşdur. Qənirə xanım onların ofisinə yaxınlaşıb almaq üçün iki otaqlı ev axtardığını demişdir. O, sonuncuya Şamama xanımın evini göstərib, həmin evin hazırda satıldığını demişdir. Şamama xanımın evinin satış qiyməti 50000 manat olaraq müəyyən edilmişdir. Satış baş tutan zaman onlara 1000 manat xidmət haqqı veriləcəkdir. Şamama xanım onlara bu evi satıb özlərinə həyət evi almaq istədiklərini demişdir. Onlar da Şamama xanıma alması üçün Zülfiyyə xanımgilin evini göstərmişlər. Zülfiyyə xanımın evinin alış qiymətini 50000 manata razılaşmışlar. Daha sonra hər iki evin sənədlərində problem olduğu üçün alqı-satqı baş tutmamışdır. Qənirə xanım Şamama xanıma alqı-satqı üçün notarial qaydada 44000 manat pul vermişdir. Şamama xanım isə həmin məbləği gətirib Xəqaniyə vermişdir. O, həmin vaxt orada olmamışdır. Hər iki evin sənədində problemlər yarandığı üçün beh almışlar, həmin pulun 1270 manatını Şamam xanımın evinin, 3700-3800 manatını isə Zülfiyyə xanımın evinin sənədləşməsinə xərcləmişlər. Daha sonra Xəqani ofisə gəlib Zülfiyyənin salon açmaq istədiyini və bu məqsədlə sonuncuya 3000 manat beh vermək lazım olduğunu bildirmişdir. Buna görə onun Xəqani ilə mübahisəsi yaranmış və şərikli işə son vermişlər. O, işdən də, ofisdən də uzaqlaşmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, nə o, nə də ki Xəqani Şamama xanımdan pul istəməmiş, sonuncu özü “Zülfiyyə xanımdan evi alıb bizə verin” deyə gətirib pulu vermişdir. O, iki ilə yaxın ev alqı-satqısı ilə məşğul olmuşdur. Şəxsən ona olmasa da elə hallar olur ki, şəxs ev alması üçün pulu ev alqı-satqısı ilə məşğul olan adama verir. Şamama xanımgil pulu Xəqaniyə verəndə o, orada olmamış, sonuncuların pulu necə və hansı məqsədlə Xəqaniyə verdiklərini də bilməmişdir. Xəqani onunla şərik işlədiyi üçün Şamama xanımgilin pulu verdiklərini ona demişdir. Xəqani ona Şamama xanımgilin Zülfiyyə xanımın evini sənədləşdirərək alıb özlərinə verməkləri üçün 44000 manatı verdiklərini demişdir. Evlərin sənədlərində problem olduğunu bilirdilər. Şamama xanım öz evlərinin sənədlərini tezliklə hazır etmiş, lakin Zülfiyyə xanımın evinin sənəd probleminin həll olunması uzun müddət çəkmişdir. Xəqani ofisə gəlib “Zülfiyyə salon açır, 3000 manat beh vermək lazımdı” deyəndə o, sonuncu ilə mübahisə edib uzaqlaşmışdır. Xəqanin pulu aldığı vaxtdan 2-3 ay sonra o, şərikliyə son vermişdir. Şərik olduğu müddətdə Zülfiyyə xanım və Şamama xanıma ümumilikdə 5000 min manat beh verilmişdir. Həmin məbləğlər alqı-satqı gedən vaxt, yəni evin sənədləri hazırlananda verilmişdir. O, Xəqani ilə mübahisə edib şəriklikdən çıxanda puldan hissə-hissə verilmişdir. Onlar şərik olduğu üçün pulu məsləhətləşdikdən sonra vermişlər, bu səbəbdən Zülfiyyə xanıma ondan xəbərsiz artıq pul verilməsini düşünmür, əgər bu baş versəydi xəbəri olardı. Onlar pulu ofisin seyf olan siyirməsində saxlamışlar. Şamama xanım və yoldaşı bu hadisə ilə bağlı onların evinə gəlib atası ilə söhbət etmişlər. O, Xəqani ilə Şamama xanımı və ərini ofisdən qovmamışdır. O, beh kimi 5000 min manat verilənədək olan proseslərdə iştirak etmişdir. Xəqanin Zülfiyyə xanıma 33000 manat verdiyini bilmiş, amma şahidi olmamışdır. O, Xəqanin Zülfiyyənin anasına və qardaşına pul verməsini də bilmişdir. Bu barədə Xəqani özü ona demiş, onlar şərik kimi ayrılsaq da dost kimi əlaqələri qalmışdır. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs 44000 manat pul verilərkən özünün həmin prosesdə iştirak edib-etməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, ............ xx.xx.2021-ci il tarixdə Şahid5 Şəmkir rayonuna gəlmiş, onlar notariusun qarşısında görüşmüşlər, notariusda Şahid5 Kamandarın arvadı Zərərçəkmiş şəxs2 44000 manat borca pul vermiş, müqavilə imzalanmış, Zərərçəkmiş şəxs2 da həmin pulu götürmüşdür. Bütün bu proses bitdikdən sonra Şahid5 çıxıb getmişdir. Sonra Kamandar, arvadı Şamama, o və Xəqani özlərinin işlədiyi ofisə getmişlər. X25 44000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, Şamama xanımgil Xəqaniyə ofisdə 44000 manat pul verəndə sonuncuların yanında olmamış, o, notariusun qarşısında Şamama xanımı və sonuncunun yoldaşını görmüş, lakin işi olduğundan binanın içərisinə girmədən getmişdir. Bildiyinə görə Şahid6 Rusiya Federasiyasındadır, digər Şahid2 isə səhhətində problem olduğundan məhkəmə iclasına gəlmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, evini satdığına görə həmin məsələdə köməklik etməsi üçün Xəqaniyə və bir neçə başqa bu işlə məşğul olan şəxsə müraciət etmişdir. Xəqani zəng edib Şamama xanımgilin onların evlərini bəyəndiyini və almaq istədiklərini demişdir. Onlar da evin qiymətində razılaşıb alqı-satqı etmək üçün Xəqaninin Turalla birgə fəaliyyət göstərdiyi ofisinə getmişlər. Onlar evin qiymətini 50000 manat demiş, sonuncular isə ev üçün 49000 manat təklif etmişlər. Onlar həmin qiymətlə razılaşmamış və məbləğin bir az artıq olsa yaxşı olacağını demişlər. Xəqani isə deyilən qiymətin normal olduğunu bildirmiş, onların məbləğlə bağlı Şamama xanımla narazılığı olmuş və o, ofisdən getmişdir. Anası ilə qardaşı gəlib təklif olunan məbləğlə razılaşmadıqlarını və kimin pul alıbsa geri qaytarmasını demişlər. Xəqani isə pulu özünün aldığını və geri qaytarmayacağını demişdir. Bundan sonra o, Şamama xanımın yanına gedib təklif olunan məbləğ onları qane etmədiyi üçün evi satmadıqlarını, Xəqaniyə də pul veriblərsə geri almalarını demişdir. Bununla bağlı mübahisə olmuş və Qənirə xalanın artıq pulu verdiyi məlum olmuş, lakin o, sonuncunun nə qədər pul verdiyini bilməmişdir. Pul Xəqani və Turalda olmuşdur. Bir gün Xəqani ona zəng edib ortada 10000 manat pul söhbəti olduğunu, həmin məbləği üzərinə götürməyini, qalan hissəsini isə özlərinin həll edəcəklərini demişdir. O da bir həmyerli, bir tanış kimi sonuncuya inanaraq razılaşmışdır. Daha sonra Xəqani pul lazım olsa ona köməklik edə biləcəyini demiş, o isə gözəllik salonu açmaq üçün pul lazım olduğunu bildirmişdir. Bu zaman Xəqani ona pul köməkliyi edə biləcəyini deyib nə qədər pul lazım olduğunu soruşmuş, o da bilmədiyini demişdir. Bu məqsədlə o, ayrı-ayrı vaxtlarda Xəqanidən 3000, 4000 və 2000 manat məbləğində pul almışdır. Daha sonra Xəqani ona öz hesabladığına görə guya özündən 31000 ya da 44000 manat pul aldığını bildirmişdir. Şamama xanım bütün bunlardan xəbər tutanda Xəqani və Tural pulun guya onda olduğunu demişdir. Bundan sonra da Xəqani və Turalı ofisdə tapmaq mümkün olmamış, sonuncular müxtəlif rayonlara getmiş, kef məclislərində gün keçirmişlər. Şəmkirdə əhatəsi kiçik olduğu üçü hamı demək olar ki bir-birini tanımışdır. Ətrafındakı insanlar Xəqaninin pulu sələmə verdiyini demişdir. O də evini satmadığını, kim kimə pul veribsə qaytarıb almasını demişdir. Sonradan bilmiş ki, Xəqani rəfiqəsi ilə birlikdə gözəllik salonu işinə başlamağı və qızıl işinə girməyi planlaşdırmışdır. Daha sonra Turalın Xəqanidən və bu proseslərdən uzaqlaşdığını görmüş, sonuncu da 3000 manat pul aldığını, həmin pulu da qaytaracağını demişdir. Nəticədə evləri satılmış, hazırda yaşlı anası evsiz qalmışdır. Bütün bunlara səbəb isə Xəqaninin dələduzluğu və onları aldatması olmuşdur. O, 15000 manat pulu icra probasiya idarəsində Şamama xanıma vermişdir. Sənədləri Xəqaniyə çox etibar etdiyi üçün imzalamışdır. Xəqani ona hər şeyin yaxşı olacağı barədə yalan vədlər vermişdir. Daha sonra Xəqani 15000 məbləğin 23000 manat olduğunu demişdir. O, qətiyyən o qədər pul almamışdır. Bu məsələyə görə Şəmkir Rayon Məhkəməsində barəsində hökm çıxmış, lakin həmin hökmdə məbləğin nə qədər olmasını dəqiq deyə bilməmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, satdığı ev ata evi olmuş və sonuncu vəfat etdiyi üçün ev anasının adına keçmişdir. Xəqani ilə razılaşmalarına əsasən evlərinin alqı-satqısına köməklik etməsi üçün o, sonuncuya 2000 manat xidmət pulu verməli olmuşdur. Xəqani Raya adlı bir nəfərin olduğunu bəhanə edərək sənəd probleminin olduğu demişdir. O, evinin alıcısının Şamama xanım olduğunu bilmişdir. Ev satılmamışdan qabaq onlar Şamama xanımın onların evini alması, Şamama xanımın evini isə Qənirə xanımın alması barədə razılaşmışdılar. O, Şamama xanımın evini neçəyə satması haqqında heç nə bilməmişdir. Sonuncu ilə anasının arasında evə görə notarial qaydada 1300 manat məbləğində behləşmə olmuşdur. Daha sonra atasının vəfatı ilə bağlı vərəsəlik məsələsi ilə əlaqədar sənədləşmədə iştirak etmişlər, bu bir az vaxt aparmışdır. Qənirə xanım Şamama xanımın evini almaq üçün pulu Xəqaniyə vermişdir. Xəqani alqı-satqının edilməsində vasitəçi olduğuna görə pulun özünün əli ilə verilməli olduğunu demişdir. Evin pulundan onlara 7000 yaxud 8000 manat pul verilmişdir. Xəqani evin pulunun özündə olduğunu demişdir. Onlara notariusda sənədlərinin qaydasında olmadığı deyiləndən sonra Xəqani onun salon açmaq istədiyini bilib ona maddi dəstək göstərəcəyini demişdir. Xəqani ona işini görməyi üçün evin pulundan verməyi təklif etmiş, o da razılaşmışdır. Satacaqları evin pulu onun, anasının və iki qardaşının arasında bölünəcəkdi. Anası öz payını ona müalicə üçün verəcəkdi. Bununla da o, özünə düşən paydan istifadə etmiş olmuşdur. O, ofisə gedib götürdüyü behi qaytararaq Xəqanigilin də Şamama xanımın pulunu geriyə qaytarmalı üçün sonuncularla dalaşmışdır. Xəqani pulun onda olduğunu deyəndən sonra o, Şamama xanımın qapısına gedib evi satmadığını və pulunu geri almasını demişdir. Şəmkir Rayon Məhkəməsinin hökmünə əsasən o, Şəmkir rayon İcra İdarəsində 15000 manat pulu Şamama xanıma vermişdir. Bundan əlavə ona 23000 manat da ödəməli olduğunu bildirmişlər. Məhkəmədə dəymiş ziyanı Xəqani ilə onun arasında yarı-yarı ödəməli olduğunu demişlər, yəni 44000 manatın 22000 manatı onun üzərinə düşmüşdür. Həmin məbləğin 15000 manatını ödəmiş, 7000 manatını isə ödəməyə söz vermişdir. Baxmayaraq ki, o, həmin məbləğdə pulu Xəqanidən almamış, yenə də öhdəsinə düşən pulu ödəyəcəkdir. Ümumiyyətlə də o, müalicəsi və gözəllik salonu açmaq üçün Xəqanidən nə qədər pul aldığını bilməmişdir. O, evinin satılmaq məsələsinin alınmadığını bildikdən sonra Xəqanidən aldığı məbləği qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə Xəqani ona özlərini Posanlı kəndinə aparıb-gətirməyini xahiş etmişdir. O da Xəqani, Anar və Ağanatiqi oraya aparmağa razılaşmışdır. Taksi kimi avtomobilini saxladığı küçədə Xəqaninin ev alqı-satqısı ilə məşğul olduğu ofisi olmuşdur. “Şotan” ləqəbli Anarı və Ağanatiqi isə şəhər sakini kimi tanımışdır. Avtomobildə Anar qabaq sağ oturacaqda, Xəqani və Ağanatiq isə arxada əyləşmişdir. O, Xəqanigili dedikləri yerə aparmış, həmin vaxt Yasin də orada olmuşdur. O, avtomobilini Yasinin avtomobilindən irəlidə saxlamışdır. Xəqanigil ona beş dəqiqə gözləməyini və qayıdacaqlarını demişdir. Xəqani, Anar və Ağanatiq avtomobildən düşmüş, o isə avtomobildə əyləşmişdir. Bir qədər sonra sonuncuların sözləri çəpləşmişdir. Bu vaxt o, Yasinin əlində silah olmasını, Xaqani isə ayağını tutaraq gəldiyini görmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, onların olduğu yerə Yasin başqa avtomobillə gəlmişdir. O, avtomobilini Yasinin avtomobilindən 5-6 metr aralıda saxlamışdır. O, avtomobili saxladıqdan sonra Xəqani, Anar və Ağanatiq avtomobildən düşmüş, Xəqani Yasinin avtomobilinə əyləşmiş, Anar və Ağanatiq isə çöldə dayanmışlar. Sonuncular avtomobildən düşdükdən sonra telefonuna zəng gəldiyi üçün o, telefonla danışmışdır. Bir qədər sonra Yasinin əlində silah olmasını, Xəqanin isə ayağını tutmasını görmüşdür. O, telefonla danışdığı üçün atəş səsini eşitməmişdir. O, avtomobilini onlardan irəlidə saxladığı üçün Xəqani və Yasini avtomobilinin salon güzgüsündən görmüşdür. O, bir qədər sonra sonuncuları ayırmaq üçün avtomobildən düşmüşdür. Xəqanigil ayrılandan sonra o, sonuncunu avtomobili ilə xəstəxanaya aparmışdır. Sonradan baş vermiş mübahisənin Yasinin Xəqaniyə olan borcu səbəbindən baş verdiyini bilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 345 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ budun yuxarı üçdə birinin odlu silah yarası patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən qırmaların kompakt təsir etdiyi yaxın məsafədən açılmış bir atəş nəticəsində törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmaqla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutularaq Şəmkir RPŞ-nin İB-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:20-də Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 19:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablamaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 4(104)-09/2023 saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri istintaq müddətinin sonunadək, yəni 17 fevral 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş müşahidə kamerasının çəkilişindən görünür ki, Təqsirləndirilən şəxs tanışları Şahid6 və Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən “EL market”in qarşısında dayanmış VAZ-21063 minik markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan uzaqlaşırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Şəmkir RPŞ-nin İstintaq bölməsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun avtomobilinin qabaq alın şüşəsinin altlığına yumruqla vuraraq ondan pul tələb etməsini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisi Arif Abbasovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportundan görünür ki, həmin gün saat 22:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının növbətçi həkimi Təqsirləndirilən şəxs deməsin görə Yasamal aşırımında silahla vurularaq sol budun kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin İstintaq bölməsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-156/2022 saylı hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs oğlu silahdan atəş açaraq xəsarət yetirdiyi üçün Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Şəmkir PRŞ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ev alqı-satqısı adı ilə onun 43600 manat məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin sürətindən görünür ki, borc verən X6 borc alan X1 1500 manat məbləğində vəsaiti xx.xx.2021-ci il tarixədək borca vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin sürətindən görünür ki, borc verən X8 borc alan Zərərçəkmiş şəxs2 44000 manat məbləğində vəsaiti xx.xx.2021-ci il tarixədək borca vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 Şahid4 atası X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-202/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 iddiasının qismən təmin edilməsi, cavabdeh Zərərçəkmiş şəxs2 44000 (qırx dörd min) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-6/2024 saylı hökmündən görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid4 barəsində olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-6/2024 saylı hökmü qanuni qüvvəsini almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-194/2024 saylı hökmündən və xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında həbs edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı da həbsə alındığı vaxtdan, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Qeyd edilən məhkəmə hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X6 ibtidai istintaqı aparan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi Rauf Sadıqovdan dəymiş maddi ziyanla bağlı 3500 (üç min beş yüz) manatı təhvil almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X6 dəymiş maddi ziyanla bağlı 4250 (dörd min iki yüz əlli) manatı Təqsirləndirilən şəxs anası X9 təhvil almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən “EL market”in müşahidə kamerasının yaddaşından götürülmüş video görüntünü özündə əks etdirən bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə şahid olan Şahid6 xx.xx.2023-cü il tarixdə Gürcüstan istiqamətində ölkə ərazisini tərk etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsinin sürətindən görünür ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2009-cu il tarixli A 799604 nömrəli əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində Şəmkir şəhəri “Pravda” orta məktəbində oxumuş və 2009-cu ildə həmin məktəbi bitirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası - xx.xx.1976-cı il təvəllüdlü X22, atası – xx.xx.1974-cü il təvəllüdlü X10, arvadı – xx.xx.1990-cı il təvəllüdlü X12, övladı – xx.xx.2019-cu il təvəllüdlü X7 ilə birlikdə Şəmkir şəhəri, B. Səfəroğlu küçəsi, ev 15-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan və xx.xx.2011-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 181296 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2011-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 220874 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X5 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan və AZ-V 023675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X16 adlı övladı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs - mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Şahid4 ilə əlbir olaraq Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmədiyini, sonuncu ilə arasında ev alqı-satqısı ilə əlaqədar borc məsələsinin yarandığını, Zərərçəkmiş şəxs2 aldığı 44000 manat məbləğində puldan 33831 manatını Şahid4 verdiyini, qalan 10000 manatın isə özündə olduğunu, həmin puldan da 7750 manatı Zərərçəkmiş şəxs2 qaytardığını və sonuncuya hazırda 3000 manat borcunun qaldığını, eləcə də digər Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlmədiyini, sonuncudan sadəcə Asif adlı tanışına keçmişdən qalan borcunu tələb etdiyini göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmədiyini, sonuncunun ondan sakit formada borcunu qaytarmağını tələb etdiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələri, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr, işdə olan ekspert rəyi və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, dələduzluq epizodu üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxsla Şahid4 hər hansı bir iş görmək niyyətində olmadıqlarını və qabaqcadan əlbir olaraq ona yalan vədlər verib onun yaşadığı evi satmaq müqabilində Şahid5dan aldığı 44000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini, eləcə də Təqsirləndirilən şəxs ondan aldığı pulların bir qismini gözəllik salonu açmaq üçün Şahid4 verdiyini, qalan hissəsini isə faizə verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları əri Kamandar Rüstəmov və digər şahidlər də ifadələri ilə təsdiq etmişlər. Həmçinin şahid qismində dindirilmiş Şahid4 ifadəsində ev-alqı satqısı ilə əlaqədar Təqsirləndirilən şəxsla danışan ərəfədə sonuncuya gözəllik salonu açmaq istədiyini dediyini, Təqsirləndirilən şəxs isə bu işdə ona köməklik edəcəyini və pul lazım olduğu halda bu barədə özünə deməsini xahiş etdiyini, sonuncunun deməsindən sonra gözəllik salonu adı ilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs 3000, 4000 və 2000 manat məbləğində pul aldığını, sonradan Təqsirləndirilən şəxs hesablamasına görə guya onun 31000 ya da 44000 manat pul aldığını bildirdiyini, Zərərçəkmiş şəxs2 bütün bunlardan xəbər tutduqdan sonra Təqsirləndirilən şəxs və Şahid3 evin alınmasına görə verdiyi 44000 manat pulunu geri tələb etdiyini, məhz bu məsələdən sonra Təqsirləndirilən şəxsla Şahid3 artıq iş yerləri olan ofislərinə belə gəlmədiklərini, müxtəlif rayonlara getdiklərini və kef çəkdiklərini, sonuncuları tapmaq mümkün olmadığını, ətrafındakı insanların deməsinə görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pulların qalanını sələmə verdiyini dediklərini göstərmişdir. Qeyd edilən xüsusatların hamısını Şahid4 özünün barəsində Şəmkir Rayon Məhkəməsində baxılan cinayət işi üzrə də təqirləndirilən şəxs qismində ifadəsində də göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs şəriki olmuş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona X15 Hüseynovanın evini sənədləşdirərək alıb özlərinə verməkləri üçün ona 44000 manatı verdiklərini dediyini, evlərin sənədlərində problem olduğunu qabaqcadan bildiklərini, Zərərçəkmiş şəxs2 öz evinin sənədlərini tezliklə hazır etdiyini, lakin Şahid4 evinin sənəd probleminin həll olunmasının uzun müddət çəkdiyini, Təqsirləndirilən şəxs ofisə gəlib “Zülfiyyə salon açır, 3000 manat beh vermək lazımdı” dediyini, həmin məsələyə görə də Təqsirləndirilən şəxsla mübahisə edərək şərikliyə son qoyduğunu göstərmişdir. Göründüyü kimi Şahid3 da ifadəsi ilə təsdiq etmişdir ki, Zərərçəkmiş şəxs2 ilə Şahid4 arasında ev alqı-satqısı hələm baş tutumamışdan əvvəl o və Təqsirləndirilən şəxs Şahid4 evinin sənədlərində problemin olduğunu bilmişlər, eləcə də Təqsirləndirilən şəxs gözəllik salonu açması üçün Şahid4 müəyyən məbləğdə pul vermişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarının 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hər hansı bir iş görmək niyyətində olmadan, özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs2 yaşadığı evini sataraq özünə yeni ev almaq niyyətində olduğunu bildikdən sonra həmin ərəfədə ona müştəri kimi müraciət etmiş Şahid5nın da ev almaq niyyətində olmasını öyrəndikdən sonra bu fürsəti öz xeyrinə həll edərək ələ düşmüş imkanı dəyərləndirib sonuncuya Zərərçəkmiş şəxs2 faktiki satdığı evini göstərib Şahid5da həmin evi onun üçün alacağına dair inam yaradaraq etibardan sui-istifadə edib sonuncunun ev almaqdan ötrü əlində topladığı 44000 manat məbləğində pulunu notarial qaydada borc müqaviləsi bağlamaq yolu Zərərçəkmiş şəxs2 əlinə keçməsinə nail olduqdan sonra, sonuncuya sənədlərində problemlər olduğunu, yəni alqısatqısını həyata keçirə bilməyəcəyini qabaqcadan bildiyi halda Şahid4 atasının adına olan evi göstərərək, guya həmin evi Zərərçəkmiş şəxs2 üçün alacağına dair yalandan vədlər verərək sonuncudan 44000 manat məbləğində vəsaiti aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq alaraq öz mülkiyyətinə keçirmiş, daha sonra isə həmin pulun müəyyən hissəsini aralarında qabaqcadan əldə olunmuş razılaşmaya əsasən gözəllik salonu açmaq üçün Şahid4 vermiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. Sadalanan işin faktiki halları dələduzluq epizodu üzrə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan qrupun digər üzvü Şahid4 barəsində olan qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-6/2024 saylı hökmündə də öz təsdiqini tapmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Hədə qorxu ilə tələb etmə epizodu ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 hazırkı məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı hədə-qorxu gəlmədiyini və sadəcə sakit formada onun keçmiş tanışına olan borcunu sonuncunun əvəzinə ondan tələb etdiyini göstərsə də o, həm özünün barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində, həm də özünün məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)- 156/2022 saylı hökmündə olan ifadəsində borc məsələsi ilə bağlı telefonda onunla danışan şəxsin Asifin dayısı olduğunu və nə olur olsun pulu ondan alacağını dediyini, 19 mart 2022-ci il tarixdə saat 14:30 radələrində bir nəfər şəxsin ***-***-**-** nömrədən ona zəng edərək kobud formada danışdığını və nə olur olsun həmin pulu çatdırmalı olduğunu bildirdiyini, həmin şəxslə telefonla danışarkən sonuncunun ona “adamın abır-həyası olar, kişiliyi-mənliyi olar, pulu ver” sözlərini dediyini, bu sözlərə görə əsəbiləşdiyini və telefonla danışdığı şəxslə görüşmək barədə razılaşdığını, görüşə gedərkən telefonla danışan şəxsin aqressiv olduğunu nəzərə alaraq həmin şəxsin tək gəlməyəcəiyini və onu döyə biləcəyini fikirləşib özü ilə ov tüfəngi götürdüyünü, telefonla danışan Təqsirləndirilən şəxs görüş yerinə 3 nəfərlə gəldiyini, bunu görüb qorxduğunu, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşdikdən sonra yolda yumruqla onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin altlığına vuraraq “pul çatmalıdır” sözlərini bildirdiyini, pulunun olmadığını deməsinə baxmayaraq, Təqsirləndirilən şəxs pulu çatdırmalı olduğunu dediyini, sonuncunun fiziki cəhətdən ondan böyük və güclü görməsini, həm də digər avtomobildə olan şəxslərin də olmasını fikirləşib avtomobildən düşərək Təqsirləndirilən şəxs “gəl sənin pulunu verim” sözlərini deyib avtomobildən ov tüfəngini götürərək sonuncuya atəş açdığını göstərmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Həmçinin həmin qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 nömrəli qərarının 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Yuxarıda göstərilənlərə uyğun olaraq hazırkı işin faktiki hallarından görünür ki, zərərçəkən Zərərçəkmiş şəxs1 ilk əvvəl təqsirləndirilən Təqsirləndirilən şəxs onunla telefonda aqressiv və kobud danışığından, daha sonra isə görüş zamanı sonuncunun onun avtomobilinə minərək əl-qol hərəkətlərinə yol verib kriminal davranış nümayiş etdirərək onun avtomobilinin alın şüşəsinə yumruqla vurub kobud surətdə danışaraq ondan öz pulu belə olmayan, yəni tanışı Asif adlı şəxsin pulunu ondan hədə-qorxu gələrək tələb etdiyi üçün o, həm Təqsirləndirilən şəxs kriminal davranışından, həm sonuncunun ondan fiziki cəhətdən böyük və güclü olmasından, həm də Təqsirləndirilən şəxs öz üstünlüyünü nümayiş etdirmək və onun psixikasına təsir etmək üçün görüşə üç nəfər şəxslə gəlməsindən qorxaraq sonuncu tərəfindən göstərilmiş hədəni real və həyata keçirilə bilən kimi qəbul edib özünü qorumaq məqsədi ilə idarə etdiyi avtomobildə saxladığı ov tüfəngini götürərək Təqsirləndirilən şəxs atəş açmışdır. Hansı ki həmin hərəkətinə görə Zərərçəkmiş şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Zərərçəkmiş şəxs1 məhkum həyatını yaşadığı və kriminal ailəmə uyğun olaraq davranış nümayiş etdirdiyi üçün onun hazırkı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir və həqiqəti əks etdirmir. Ona görə məhkəmə tərkibi zərərçəkən Zərərçəkmiş şəxs1 həm özünün barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrini, həm də özünün məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-156/2022 saylı hökmündə olan ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyi və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 həmin ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa da, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həm dələduzluq epizodu üzrə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan qrupun digər üzvü Şahid4, həm də hədə-qorxu ilə tələb etmə epizodu üzrə hazırkı iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 barəsində Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ayrıayrılıqda iki hökmü vardır. Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburidir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 Rövşən qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda dələduzluq etməsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-6/2024 saylı hökmü ilə, həmçinin hədə-qorxu gəldiyi üçün Zərərçəkmiş şəxs1 odlu silahdan Təqsirləndirilən şəxs atəş açması faktı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-156/2022 saylı hökmü ilə də sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndində əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hədə-qorxu ilə tələb etmə epizodu üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dələduzluq epizodu üzrə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəyləri, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs - mülki cavabdehin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs - mülki cavabdehin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxs - mülki cavabdehlərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs - mülki cavabdehin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxs - mülki cavabdehin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-194/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında həbs edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı isə həbsə alındığı vaxtdan, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Qeyd edilən məhkəmə hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu əməlləri xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixlərdə, yəni barəsində olan birinci iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)- 194/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, davamlı olaraq da həbsə olması nəzərə alınaraq həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı birinci iş üzrə həbs qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə qərarının icra edildiyi gündən, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cinayət Məcəlləsinin 52.2.1-ci maddəsinə əsasən, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə, Cinayət Məcəlləsinin 52.2.6-cı maddəsinə əsasən, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X16 adlı övladı vardır. Eyni zamanda işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan vətəndaşı olmasına baxmayaraq, milliyətcə azərbaycanlıdır, Şəmkir şəhəri “Pravda” orta məktəbində oxumuş və 2009-cu il tarixdə həmin məktəbi bitirmiş, eləcə də ailəsi ilə birlikdə beş ildən artıq müddətdir Azərbaycan Respublikasının ərazisində daimi yaşamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. Həmçinin cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş maddi ziyana görə zərərçəkən Zərərçəkmiş şəxs2 ərinə xx.xx.2022-ci il tarixdə 3500 (üç min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə isə 4250 (dörd min iki yüz əlli) manat olmaqla, ümumilikdə 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində ziyan geri qaytarılmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarın 38-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-in 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Həmin qərarın 40-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. Bununla belə, hazırkı işin faktiki hallarında görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 44000 manat məbləğində vəsaiti birbaşa olaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs hazırkı məhkəmə istintaqında 44000 manatdan 33831 manatını müxtəlif vaxtlarda Şahid4 verdiyini, qalan 10000 manatı özündə saxladığını, həmin məbləğdən də 7750 manatı Zərərçəkmiş şəxs2 geri qaytardığını iddia etmişdir. Zərərçəkmiş şəxs2 isə verdiyi mülki iddiada Təqsirləndirilən şəxs tərəfindən ona 4250 manat məbləğində vəsaitin geri qaytarılmasını təsdiq etməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-6/2024 saylı hökmündən də görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xüsusatı həmin cinayət işi üzrə də bildirmişdir. Sözügedən hökmdən həmçinin görünür ki, Şahid4 ifadəsində Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 23000 manat məbləğində pul almışdır. Qanuni qüvvəsini almış həmin hökmlə məhkəmə Şahid4 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də, konkret olaraq sonuncu tərəfindən hansı məbləğdə ziyanın vurulmasını pay üzrə müəyyən etməmişdir. Cinayət-Prosessual Məcəllənin 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəllənin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət-Prosessual Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət-Prosessual Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Həmin qərarın 69-cu maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan qrupun digər üzvü Şahid4 arasında paylar üzrə alınmış məbləğin miqdarında mübahisə olduğundan zərərçəkmiş şəxsin mənafeyi baxımından onun tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsait tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxs - mülki cavabdehə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 86 (səksən altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 516 (beş yüz on altı) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən “EL market”in müşahidə kamerasının yaddaşından götürülmüş video görüntünü özündə əks etdirən bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-194/2024 saylı hökmünə əsasən onun həbsdə olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü-cü il tarixli, 1(076)-194/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, eləcə də hazırkı iş üzrə 10 sentyabr 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün, ümumilikdə 05 (beş) ay 09 (doqquz) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 05 (beş) il 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı barəsində olan birinci iş üzrə həbs qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə qərarının icra edildiyi gündən, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanla bağlı 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsait tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 516 (beş yüz on altı) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən “EL market”in müşahidə kamerasının yaddaşından götürülmüş video görüntünü özündə əks etdirən bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(076)-194/2024 saylı hökmünə əsasən həbsdə olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-20/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-20/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver