Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-200/2021 06.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X5 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bərdə rayonu, Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 11:00 radələrində Mingəçevir- Bəhrəmtəpə magistral yolunun Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən meyvə-tərəvəz satılan obyektin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun şərik şəkildə etdikləri alverin pulunu əksik verməsinə əsəbiləşib obyektin qarşısındakı meyvə-tərəvəz məhsullarının yığılması üçün nəzərdə tutulan yeşikdən götürdüyü, zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gələn, soyuq silah hesab olunmayan bıçaq ilə Zərərçəkmiş şəxs sol sağrı nahiyəsindən bir dəfə və qarının ön divarının sol tərəfindən bir dəfə qəsdən vuraraq sonuncuya qarının ön divarının sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol sağrı nahiyəsinin kəsilmişdeşilmiş yarası, daxili qanaxma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 il əvvəl tanışı Zərərçəkmiş şəxslə birlikdə şərik şəkildə meyvə-tərəvəz alveri ilə məşğul olmağa başlamışdır. 2019-cu ilin may ayında Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən “Dördyol” adlanan ərazidə Bərdə rayonunun Alpoud kənd sakini Əli adlı şəxsə məxsus olan obyekti icarəyə götürüb orada meyvə-tərəvəz alveri ilə məşğul olmuşlar. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl o, Həsənin aralarında baş tutan alver ilə bağlı pul məsələsində onu aldatmasından şübhələnməyə başlamışdır. Belə ki, 01-31 dekabr 2020ci il tarixləri arasında Bərdə şəhərində yerləşən “Təzə bazar” deyilən ərazidə topdan meyvə-tərəvəz satışı ilə məşğul olan Anar adlı şəxsdən nağd şəkildə hissə-hissə olmaqla 4100 manat məbləğində məhsul almışdır. Bundan başqa 25 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” adlı bazardan nağd şəkildə 3000 manat məbləğində məhsul alıb satmaq məqsədilə Bərdə rayonuna gətirmişdir. Ancaq təxminən 10 gün əvvəldən edilən alverin qarşılığında o, ortada heç bir gəlirin olmadığını müəyyən etmişdir. 31 dekabr 2020-ci il tarixdə obyektdə dekabr ayının yekunları ilə bağlı gəlir və xərcləri hesablayan zaman ortada heç bir gəlirin olmadığını, həmçinin meyvətərəvəz almaq üçün öz cibindən ödədiyi pulun da ortada olmadığını müəyyən etmişdir. Buna görə də 01 yanvar 2021-ci il tarixdə səhər saatlarında obyektə gəlib Həsən ilə söhbət aparmışdır. Söhbət zamanı Həsəndən edilən alverin nəticəsində əldə olunan gəlirin haraya xərcləndiyini soruşmuş, Həsən isə ona bununla bağlı heç bir məlumatı olmadığını, əgər cibindən pul ödəyərək meyvə-tərəvəz almışdırsa, bunu sübut etməsini söyləmişdir. 02 yanvar 2021-ci il tarixdə saat 10 radələrində o, edilən alverə görə yaranmış 903 manat borcdan 500 manatını “Təzə bazar” ərazisində Anar adlı şəxsə ödəyib obyektə yollanmışdır. Bu zaman Həsənin həmkəndlisi Əfqan adlı şəxs ilə obyektdə olduqlarını görmüşdür. Əfqanın yanında Həsən ilə söhbət etməyə başlayaraq 903 manat borcdan 500 manatını ödəyib gəldiyini, bununla belə borcun xeyli hissəsinin ödənməmiş qaldığını bildirmişdir. Daha sonra Anar adlı şəxsə olan 903 manat borcun 500 manatının ödənməsi ilə bağlı qəbzi və dekabr ayı ərzində həmin şəxsdən alınan ümumi malın qaiməsini cibindən çıxarıb Həsənə göstərmiş və bu kağızların xərclədiyi pulların sübutu olduqlarını demişdir. Bundan sonra Həsəndən əldə olunan gəliri çıxarıb ortalığa qoymasını, əgər gəliri vermirsə, obyektdən çıxıb getməsini tələb etmiş və obyekti bundan sonra yalnız özünün işlədəcəyini bildirmişdir. Həmin vaxt əsəbiləşdiyinə görə Həsənə qəbzi və qaiməni göstərib həmin kağızları yedirdə biləcəyini də demişdir. Bu zaman Həsən qəflətən üzərinə atılıb onu obyektin qarşısında yerə yıxmış və başından iki dəfə yumruqla vuraraq öldürəcəyini söyləmişdir. Bunu görən Əfqan, o cümlədən yaxınlıqdakı qəssabxanada işləyən Xəyal və avtomobil yuma məntəqəsində işləyən adlarını bilmədiyi 4-5 nəfər oğlan yaxınlaşıb onları bir-birindən kənarlaşdırmışlar. Həsən onu vurduğu üçün obyektin qarşısında olan təxminən yarım metr uzunluğundakı taxtanı götürüb Həsəni vurmaq istəmiş, ancaq həmin taxtanın yanındakı meyvə yeşiyinin içərisində bıçaq görüb taxtanı yerə tullamış və bıçağı götürmüşdür. O, bıçağı götürdükdən sonra Həsənə hər ikisinin övladının olmasını xatırladıb bir daha obyektdən birdəfəlik çıxıb getməsini, əks təqdirdə bu söhbətdən qan çıxaracağını deyib üzərinə atılmışdır. Ancaq Həsən bu dəfə də onunla razılaşmadan, qorxub yerə tulladığı taxtanı əlinə götürmüş və obyektin arxa tərəfindən fırlanmaqla yenidən qarşı tərəfinə gəlmişdir. Həmin vaxt o Həsəndən dəfələrlə çıxıb getməsini xahiş etməsinə baxmayaraq Həsən bunlara məhəl qoymadan ünvanına ağır söyüşlər söymüş və üzərinə hücum çəkib onu taxta ilə bir dəfə sağ qolundan vurmuşdur. O isə səbri daşdığından və Həsənin söyüşlərinə dözə bilmədiyindən əlindəki bıçaqla obyektin sağ tərəfində Həsənin sol qarın nahiyəsindən və sol sağrı nahiyəsindən olmaqla iki dəfə vurmuşdur. Həsəni bıçaqla vuran zaman yanlarında adlarını yuxarıda qeyd etdiyi şəxslər də olmuşdur. Daha sonra Əfqan Həsənin xəsarət aldığını görüb onu sonuncunun avtomobilinə əyləşdirməklə həmin yerdən çıxıb getmişdir. O, isə hadisəni törətdiyi bıçağı da götürüb Bərdə rayon polis şöbəsinə gələrək cinayət əməlini etiraf etmişdir. Bundan başqa o, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxslə hazırda münasibətlərinin yaxşı olduğunu, onunla barışıq əldə etdiyini, Həsənin ona qarşı şikayət və tələbinin olmadığını, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Təxminən 2015-ci ildə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən obyektdə şərik şəkildə meyvə-tərəvəz alveri ilə məşğul olmağa başlamış, sonradan isə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində - Mingəçevir-Bəhramtəpə yolunun sağ tərəfində yerləşən Əli adlı şəxsə məxsus olan obyekti icarəyə götürüb şərik şəkildə meyvə-tərəvəz satışını davam etdirmişlər. 01 yanvar 2021-ci il tarixdə o, hər gün olduğu kimi sözügedən obyektə gedərək işə başlamışdır. Həmin gün Cəlal meyvə-tərəvəz məhsullarının üzərini açdıqdan sonra onunla söhbətə başlayıb bazardan nisyə şəkildə aldıqları meyvə-tərəvəz məhsullarının pulunu verməsini istəmişdir. Belə ki, Cəlal alver üçün xərclədiyi pulların yerində olmadığını, həmin pulların onun tərəfindən götürüldüyünü söyləmişdir. O, Cəlala heç bir pul götürmədiyini bildirərkən Cəlal yüksək səslə danışmağa başlamışdır. Buna görə də yaxınlıqdakı qəssabxanada işləyən Xəyal oraya gələrək Cəlaldan nə üçün qışqdırdığını soruşmuşdur. Cəlal isə cavabında alverin pulunun əksik gəldiyini qeyd etmişdir. Bu zaman Xəyal şakit şəkildə oturub aralarındakı haqq-hesabı həll etməyi təklif etmiş, Cəlal isə bu təklifə məhəl qoymayaraq təkidlə onun pul götürdüyünü demişdir. Bundan sonra aralarındakı söhbət sakitləşmiş və 07 yanvar 2021-ci il tarixədək əllərindəki bütün məhsulu sataraq borclarını ödəmək və şərikliyə son qoymaq barədə razılaşmışlar. 02 yanvar 2021-ci il tarixdə saat 10 radələrində o, Təqsirləndirilən şəxsla şərik şəkildə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində meyvə-tərəvəz alveri ilə məşğul olduğu həmin obyektə getmişdir. Həmin yerə çatanda Cəlalın orada olmadığını görmüş, buna görə də meyvə-tərəvəzin üzərini açmayaraq Cəlalın gəlməsini gözləməyə başlamışdır. Saat 11 radələrində yaxınlıqdakı qəssabxanada işləyən Xəyal ilə birlikdə həmin yerdə dayanan zaman tanışı Əfqan da oraya gəlmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Cəlal obyektin qarşısına gələrək qışqırmağa və səs-küy salmağa başlamışdır. Cəlal şərik işlətdikləri obyektdə meyvətərəvəz almaq üçün 4000 manat pul xərclədiyini, lakin həmin pulun yerində olmadığını bildirmiş və həmin pulu götürdüyünü söyləmişdir. Bundan sonra Cəlal təkidlə ona həmin puldan əlavə pullar da qazandıqlarını demişdir. O, meyvə-tərəvəz məhsullarının üzərini açan zaman Cəlal üzərinə gəlib “Çıx get burdan, buranı mən işlədəcəm” sözlərini işlətmişdir. O isə Cəlala özünün onunla şərik olduğunu xatırlatmışdır. Daha sonra Cəlal yenidən əldə olunan gəliri götürdüyünü dediyi üçün o, “Pul götürənin var-yoxuna lənət, şər atanın da var-yoxuna lənət” ifadələrini işlətmişdir. Bundan sonra Cəlal üzərinə atıldığından o, Cəlalı itələmiş, bu zaman yerdə olan meyvə-tərəvəzin üzərinə yıxılmış və Cəlal dərhal yerdən qalxıb yaxınlıqdakı taxtanı götürməklə yenidən üzərinə gəlmişdir. O, taxtanı Cəlalın əlindən alaraq yerə yıxmış və bundan sonra Cəlalı buraxıb çıxıb getməsini demişdir. Bu zaman Cəlal obyektin qarşısında olan yeşiyin içərisindəki bıçağı götürərək üzərinə gəlib bıçaqla sol bud nahiyəsindən bir dəfə xəsarət yetirmişdir. Həmin vaxt Cəlalın onu vurmağı davam etdirməsindən ehtiyat edib obyektin ətrafına dolanmışdır. Bundan sonra isə obyektin qarşı tərəfinə keçməklə Cəlalın əlindən alıb yerə tulladığı taxtanı götürmüşdür. O, özünü müdafiə etmək məqsədilə Cəlalı həmin taxta ilə sağ qolundan vurarkən Cəlalın ikinci dəfə onu bıçaqla qarnının sol tərəfindən bir dəfə xəsarət vurmasını hiss etmişdir. Həmin vaxt Əfqan yaxınlaşaraq onları bir-birlərindən aralaşdırmışdır. O, Əfqana onu xəstəxanaya aparmasını demiş, Əfqan da onu özünə məxsus olan “VAZ-21011” markalı avtomobillə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. İfadəsinə əlavə olaraq təqsirləndirilən Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən “Dördyol” adlanan ərazidə həmkəndlisi Rauf Bəxtiyarova məxsus qəssabxanada qəssab kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisədən təxminən 6-7 ay əvvəl tanımışdır. Belə ki, Cəlal və Həsən işlədiyi qəssabxananın yaxınlığında yerləşən Bərdə rayonu Alpoud kənd sakini Əli adlı şəxsə məxsus obyekti icarəyə götürməklə şərik şəkildə meyvə-tərəvəz məhsullarının alveri ilə məşğul olmuşlar. 02 yanvar 2021-ci il tarixdə o, Həsən və dostu Əfqan ilə birlikdə meyvə-tərəvəz satılan obyektin yan tərəfində ocaq qalayıb qızınan zaman Cəlal özünə məxsus olan sarı rəngli “Moskviç” markalı avtomobillə həmin yerə gəlib avtomobildən düşmüşdür. Daha sonra Cəlal əlindəki kağızları cibindən çıxarıb onun və Əfqanın yanında Həsənə göstərmiş və kağızların meyvə-tərəvəz almaq üçün xərclədiyi pulların sübutu olduğunu demişdir. Bundan sonra Cəlal Həsəndən əldə olunan gəliri çıxarıb ortalığa qoymasını, əgər pulu vermirsə, obyektdən çıxıb getməsini tələb etmiş və obyekti yalnız özünün işlədəcəyini bildirmişdir. Cəlal həmin vaxt çox əsəbiləşdiyinə görə əlindəki kağızları Həsənə doğru uzatmışdır. Həsən isə Cəlala oturub haqq-hesab çəkməyi, xərci və gəliri yenidən hesablamağı təklif etmişdir. Bundan sonra Cəlal və Həsən bir-birilərinin üzərinə atılıb mübahisə etməyə başlamış və onların mübahisəsi dava-dalaşa çevrilmişdir. Cəlal və Həsən mübahisə zamanı yerə yıxıldıqlarından o, Əfqan və yaxınlıqda olan şəxslər onları bir-birindən aralaşdırmışlar. Bunun ardınca Cəlal əsəbi şəkildə obyektin qarşısında olan təxminən yarım metr uzunluğundakı taxtanı yerdən götürüb Həsəni vurmaq istəmişdir. Bir neçə saniyə sonra isə Cəlal əlindəki taxtanı tullamış, ancaq o, həmin vaxt Cəlalın əlinə başqa hər hansı predmet götürüb-götürmədiyini görə bilməmişdir. Ancaq Həsən qorxduğu üçün Cəlalın bir qədər əvvəl yerə tulladığı taxtanı götürmüş və obyektin arxa tərəfindən fırlanmaqla yenidən qarşı tərəfə gəlmişdir. Bu zaman Cəlal qəflətən Həsənin üzərinə yürümüşdür. Həmin vaxt Cəlal və Həsən bir-birlərinin ünvanına söyüşlər söymüş və təhqiramiz ifadələr işlətmişlər. Cəlal Həsənin üzərinə yürüdükdən sonra sonuncu əlindəki taxta ilə Cəlalın sağ qolundan bir dəfə vurmuşdur. Bundan sonra isə Cəlal daha da əsəbiləşərək həmin an əlində gördüyü bıçaqla qəflətən Həsənə iki dəfə zərbə endirmiş, Həsən qarın və sağrı nahiyəsindən xəsarət almışdır. Cəlal bıçaqla Həsəni vurarkən o və Əfqan yaxınlıqda dayanmışlar. Bundan sonra Əfqan Həsənin bıçaqlandığını və nəticədə xəsarət aldığını görüb avtomobilə əyləşdirərək xəstəxanaya aparmış, Cəlal isə özünə məxsus avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Qaradəmirçi kəndindən keçən hissəsində, Bəhrəmtəpə istiqamətində yolun sağ tərəfində yerləşən sexi icarəyə götürüb işlətmək istədiyi üçün 02 yanvar 2021-ci il tarixdə saat 11 radələrində həmin sexin yaxınlığında dayanıb sexin sahibi Elxanı gözləyərkən sexin yaxınlığındakı meyvə-tərəvəz satılan obyektdə sonradan adının Cəlal olduğunu bildiyi şəxsin əlində bıçaqla dayandığını, daha bir neçə nəfər şəxsin isə oraya toplaşdıqlarını görmüşdür. Həmin yerə yaxınlaşdıqda digər meyvə satan Həsən adlı şəxsin avtomobilə əyləşməklə çıxıb getdiyini görmüşdür. Onun həmin obyektin qarşısına getməkdə məqsədi köməklik etmək olmuş, Cəlala əlindəki bıçağı yerə tullamasını demiş və Cəlal həmin bıçağı yerə atmışdır. Daha sonra oraya toplaşan şəxslər ona Cəlalın Həsəni bıçaqladığını demişlər. Daha sonra o, Həsənin avtomobillə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparıldığını bilmiş və həmin yerdən uzaqlaşaraq piyada yaşadığı kəndə getmişdir. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlarası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 04 yanvar 2021-ci il tarixli 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ said nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 02.01. 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlarası zona mərkəzi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 30 yanvar 2021-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qarının ön divarının sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, daxili qanaxma iti alət (alətlər), ola bilsin bıçaq təsirindən törənmişlər, müddəti qərarda göstərilən 02.01.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.01.2021-ci il tarixli, 39 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş“Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 tərəfindən təqdim edilmiş 15 mart 2021-ci il tarixli 42/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizasına dair rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd və şalvarın arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnının ön divarının sol qabırğaaltı nahiyəsində olan; şalvarın arxa hissəsinin sol-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənin sol sağrı nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin sağ qoltuqaltı nahiyəsində bir ədəd və sviterin sol çiyin nahiyəsində bir ədəd məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizminə malikdir, sviterin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş 02 yanvar 2021-ci il tarixli «şəxsin könüllü şəkildə gəlib təqsirini boynuna alması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bərdə rayon polis şöbəsinə gələrək şəriki Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demiş və özünü könüllü şəkildə növbətçi hissəyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 02 yanvar 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 04 yanvar 2021-ci il tаriхli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən təqdim edilmiş 15 yanvar 2021-ci il tarixli 91 və 92 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X1 və uşaqları Həsən Həsənzadə, Könül Həsənzadə, Zeynəb Həsənzadə ilə birlikdə Bərdə rayonunun Hüseynalılar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən könüllü gəlməklə təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində üç azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsi isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdən 04 yanvar 2021-ci il tаriхədək şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2021-ci il tаriхdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan hadisənin törədilməsində istifadə edilən 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd sviter və 01 (bir) ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan hadisənin törədilməsində istifadə edilən 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd sviter və 01 (bir) ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsını, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-200/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-200/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver