Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-200/2022 05.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1973-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, Tərtər şəhəri, Cavanşir küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1989-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tərtər rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 02 ədəd sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,403 qram və 0,078 qram olmaqla ümumi təmiz çəkisi 0,481 qram narkotik vasitə hesab olunan heroini 21 iyul 2021-ci il tarixdə saat 11 radələrində Tərtər rayonu Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evdə 50 manat pul müqabilində alaraq əldə edib üzərində saxlamış, 21.07.2021ci il tarixdə saat 13 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinərək Tərtər şəhəri, Cavanşir küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtartış aparılarkən 02 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,481 qram narkotik vasitə hesab olunan heroin onun əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş kustar üsulla hazırlanmış külli miqdarda ümimi təmiz çəkisi 2,546 qram narkotik vasitə olan heroini və ümimi təmiz çəkisi 1,006 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini əldə edərək saxlamış, həmin narkotik vasitə olan heroinin 02 ədəd sellofan bükümdə 0,403 qram və 0,078 qram olmaqla ümimilikdə 0,481 qramını 21 iyul 2021-ci il tarixdə saat 11 radələrində Tərtər rayon Düyərli kəndi ərazisində yaşadığı evdə Tərtər şəhər sakini Təqsirləndirilən şəxs1 50 (əlli) manat müqabilində satmış, 21 iyul 2021-ci il tarixdə saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ocaqov X6 şəhəri, Cavanşir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtartış aparılarkən 02 ədəd sellofan bükümdə təmiz çəkisi 0,481 qram narkotik vasitə olan heroin onun üzərindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 21 iyul 2021-ci il tarixdə saat 19 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun həyətyanı sahəsində əkilmiş nar ağacının yaxınlığındakı mişar daşlarının dibindən 02 ədəd sellofan bükümdə, 0,511 qram və 0,495 qram olmaqla ümumi təmiz çəkisi 1,006 qram kustar üsulla hazırlanmış psixatrop maddə hesab edilən metamfetamin və 04 ədəd sellofan bükümdə hər birinin təmiz çəkisi 0,432 qram, 0,440 qram, 0,465 qram, 0,728 qram olmaqla ümumi təmiz çəkisi 2,065 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Evlidir, iki uşağı var. Təqsirləndirilən şəxs2 təxminən 7-8 aydır ki, tanımışdır. O, təxminən 2-3 ildir ki, narkotik vasitə olan heroindən istifadə etdiyi üçün əvvəllər Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə məhkum olunmuşdur. Belə ki, 2021-ci ilin iyul ayında Tərtər rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək barəsində 01 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun bədənində ağrılar olduğundan, ağrılara dözə bilmədiyi üçün mütəmadi olaraq narkotik vasitə olan heroindən istifadə edir. 21 iyul 2021-ci il tarixdə saat 13 radələrində o, Tərtər şəhəri, Cavanşir küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Tərtər rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Həmin vaxt o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində olarkən dövlət hesabına ona təyin edilmiş müdafiəçisi Hümbət Mərdanlının və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində 02 (iki) bükümdə olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı isə həmin narkotik vasitələrin olduğu 2 (iki) bükümün ona aid olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və bükümlərin ümumi çəkisi 0,9 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə tərtib edilmiş protokolun düzgünlüyünü həmin baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamışdır. O, həmin narkotik vasitəni xatırlamadığı ərazidə yerdən tapmışdır. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına və daşıdığına görə əməlindən peşmandır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Düyərli kəndində yaşayır. Evlidir, üç uşağı var. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır. Aralarında heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, təxminən 05-06 aydır ki, narkotik vasitə olan “kokos” kimi tanıdığı heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. 21.07.2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evin həyətində olan nar ağacının yaxınlığında saxladığı itin qəfəsinin yanında oturub siqaretin içərisinə toz kimi töküb “kokos”, yəni heroin istifadə edən zaman üzərində 04 (dörd) ədəd sellofan bükümdə çəkisi 1,5 qram heroin və 02 (iki) ədəd sellofan bükümdə isə çəkisi təxminən 1,5 qram olan metamfetamin olmuşdur. Həmin vaxt yaşadığı evin həyət darvazası döyülmüş və polis əməkdaşlarının onu səslədiyini eşitmişdir. O, qorxudan üzərində olan narkotik və psixotrop maddələri həmin nar ağacının dibinə atdıqdan sonra küçəyə çıxmışdır. Həmin vaxt polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman o, polis əməkdaşlarına üzərində olan həmin narkotik vasitəni polis şöbəsinə gəlməmişdən əvvəl həyətində olan nar ağacının dibinə atdığını etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yenidən yaşadığı evə gedərək həmin yerə baxış keçirdikdən sonra onun və hal şahidlərinin, həmçinin polis əməkdaşlarının dəvət etdiyi şəxslərin iştirakı ilə göstərib təqdim etdiyi yerdən 02 (iki) bükümdə metamfetamin və 04 bükümdə heroin atdığı yerə baxış keçirilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Həmin vaxt qeyd olunan narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, lakin çəkisini xatırlamır. Daha sonra polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş və o, şübhəli şəxs qismində tutularaq dövlət hesabına ona təyin edilmiş müdafiəçisi Vahid Quliyevin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, 21.07.2021-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı evdə olan zaman Mehman ona sonu “04-40” olan mobil nömrədən zəng edərək onun hal-əhvalını soruşmuş və 2-3 dəqiqə telefonla danışdıqdan sonra sağollaşmışdır. Həmin vaxtdan sonra Mehmanla görüşməmiş və telefonla danışmamış, Mehmanın həmin gün üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini sonuncuya o, satmamışdır. İbtidai istintaq zamanı Mehman üzərindən aşkar edilmiş narkotik vasitəni ondan almasını bildirsə də, bu barədə yalan danışmışdır. O, Mehmanla 21.07.2021-ci il tarixdə görüşməmiş, Mehmanla narkotik vasitə alqı-satqısı barədə telefonla danışmamış, həmin gün Mehmanla yalnız hal-xoş etmişdir. Mehmandan 50 (əlli) manat pul almamış və narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı Mehmanın hansı səbəbdən narkotik vasitəni ondan almasını bildirməsi barədə heç bir məlumatı yoxdur. O, bu günədək narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini “İnstaqram” sosial şəbəkəsi vəsitəsi ilə xatırlamadığı naməlum profildən hər biri 02 qram olmaqla, hər qramını 20 manata sifariş verib Tərtər rayonu ərazisində «köhnə vağzal» deyilən ərazidə həmin naməlum profilin sahibinin qoyduğu yerdən götürmüşdür. O, həmin narkotik vasitəni və psixotrop maddəni ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə qeydiyyatdan “Vüsal” adı ilə keçdiyi “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərilən xatırlamadığı kart nömrəsinə xatırlmadığı tarixdə, xatırlamadığı mağazada olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ödəniş edərək əldə etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onların qeyd edilən müvafiq cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs1 oğlu məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi oxşar məzmunlu ifadələrində məhkəmə iclasında göstərdiyi xüsusatlar təsdiq olunur, məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq məhkəməyədək icraat zamanı verdiyi fadəsində göstərmişdir ki, onun üzərinə baxış zamanı aşkar olunub götürülmüş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 ona satmışdır. Belə ki, o, 21 iyul 2021-ci il tarixdə saat 10-11 radələrində tanışı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 xatırlamadığı mobil nömrəsinə zəng edib şəxsi istifadəsi üçün ona narkotik vasitə satmasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona Tərtər rayonu, Düyərli kəndinə gəlməli olduğunu bildirdiyi üçün o, Tərtər şəhəri ərazisində yerləşən bazarın qarşısından tanımadığı taksi ilə qeyd olunan Düyərli kəndinə gedərək Təqsirləndirilən şəxs2lə yaşadığı evdə görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 50 (əlli) manat pul vermiş, Təqsirləndirilən şəxs2 isə qarşılığında ona 2 (iki) bükümdə narkotik vasitə olan heroin satmışdır (iş vərəqə: cild İ, səh.91-93, 107-109). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirən Təqsirləndirilən şəxs1 məhkəmədə danışdıqlarının həqiqət olduğunu, məhkəməyədək icraat zamanı ifadə verərkən onun üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs2 50 manat pul müqabilində almasını bildirməsinin səbəbi kimi tanımadığı polis əməkdaşının həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almasını təklif etdiyinə görə ibtidai istintaq zamanı o cür ifadə verdiyini bildirmişdir. Lakin məhkəmə araşdırmasında ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi sonrakı ifadələrində də, həmçinin Təqsirləndirilən şəxs2lə ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilən zaman da narkotik vasitəni ona Təqsirləndirilən şəxs2 satdığını bildirməsinin səbəbinə dair sual verilərkən heç bir cavab verməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Tərtər rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tərtər şəhər sakinləri kimi qiyabi olaraq tanımışdır. Təqsirləndirilən şəxs1 Tərtər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 21.07.2021-ci il tarixdə Tərtər rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün 21 iyul 2021-ci il tarixdə Tərtər rayon polis şöbəsinin X3 baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər şəhəri, Cavanşir küçəsində tərəflərindən saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Həmin vaxt Tərtər rayon polis şöbəsinin inzibati binasında dövlət hesabına şübhəli şəxsin hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin və rayon polis şöbəsinin X1 baş inspektoru Şahid3 və onların iştirakı ilə Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 Ocaqova hüquq və vəzifələrini izah etdikdən sona Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi barədə heç bir etirazın olmadığını bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın sol arxa cibindən 02 ədəd şəffaf sellofana bükülmüş toz halında narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Həmin kütləni təqdim edərkən Təqsirləndirilən şəxs1 aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin gün sahər saatlarında Tərtər rayonu, Düyərli kənd sakini Vüsal adlı şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd «NOKİA» markalı mobil telefonu və 02 (iki) ədəd 5 manatlıq əskinasları təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş büküləyə tərəflərindən baxış keçirilən zaman kəskin iyli narkotik maddə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisi 0,9 qram müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Şəxsi axtarış zamanı həm foto, həm də videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra o, əməliyyat qrupunun üzvləri ilə birlikdə Tərtər rayonu, Düyərli kəndində yaşayan Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinə gedərək Təqsirləndirilən şəxs2 yaşadığı evinin giriş darvazasını döyüb Vüsalı səsləməyə başlamışlar. Təxminən 1-2 dəqiqə sonra Vüsal evin giriş darvazasını açdıqdan sonra onlar özlərini təqdim edib tanışı Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğunu, onun narkotik vasitə satmaqda şübhəli olduğu üçün izahatının alınması üçün rayon polis şöbəsinə dəvət edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədiyi üçün birlikdə rayon polis şöbəsinin inzibati binasına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 dindirmə zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin narkotik vasitələrin istifadəçisi olduğunu etiraf edərək özünə məxsus şəxsi istifadəsi üçün ümumilikdə 6 (altı) ədəd bükülünün içərisində olan narkotik vasitə və psixotrop maddələri həyətində olan nar ağacının kənarına atdığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 yaşadığı evə tərəflərindən baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs2 isə heç bir etiraz etməyib razılıq ərizəsini təqdim etdikdən sonra sonuncunun yaşıdığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə tərəflərindən dəvət edilmiş 02 nəfər hal şahidləri Şahid7, Şahid8, Tərtər rayonu, Düyərli kənd icra nümayəndəsinin müavini Şahid6, Düyərli kənd bələdiyyəsinin sədri Şahid5 iştirakı ilə baxış keçirilən zaman ümumilikdə 06 ədəd sellofana bükülmüş bükülü həyətyanı sahədə olan nar ağacanın yaxınlığında olan mişar daşlarının kənarından aşkar edilmişdir. Həmin bükülülərə tərəflərindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 deməsinə görə psixotrop maddə olan 02 (iki) büküm metamfetamin və 04 (dörd) bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən edilmişdir. Həmin 02 büküm psixotrop maddə olan metamfetaminə bəznər kütlələr elektron tərəzidə çəkilərək çəkisi 1,1 qram, 04 büküm heroinə bənzər kütlənin çəkisi isə 2,4 qram olması müəyyən edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 sorğu zamanı həmin narkotik vasitələri haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə qeydiyyatdan «Vüsal» adı ilə keçdiyi «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə xatırlamadığı naməlum profildən hər biri 02 (iki) qram olmaqla hər qramını 20 (iyirmi) manata sifariş verdiyini, həmin vasitələri isə Tərtər rayonu ərazisində yerləşən vağzal adlanan yerdən naməlum profilin sahibinin qoyduğu yerdən götürdüyünü, qeyd olunan vasitələrin pulunu isə xatırlamadığı kart nömrəsinə, xatırlamadığı tarixdə və xatırlamadığı mağazada yerləşən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə ödədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 həyətindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan metamfetamini və heroini əldə etməkdə məqsədinin bədənində ağrıları olduğu üçün istifadə etmək olduğunu və həmin maddələri heç kimə satmadığını bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs2 həyətyani sahəsinə və həyətində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Sonra təhqiqatçı Şaiq İsmayılov tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş və protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2, Şahid3 və Şahid4 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Düyərli kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Düyərli kənd sakini kimi tanıyır. Aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. 21 iyul 2021ci il tarixdə, saat 18 radələrində o, yaşadığı kəndin ərazisində olduğu zaman polis əməkdaşları ona və həmin kəndin icra nümayəndəsinin müavini Şahid6 Tərtər rayonu, Düyərli kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Vüsalın deməsinə görə yaşadığı evin həyətində narkotik vasitə gizlətməsi barədə polis əməkdaşlarına daxil olmuş məlumat əsasında həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində birlikdə iştirak etməklərini xahiş edərək Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına dəvət etmişlər. Bundan sonra o, icra nümayəndəliyinin müavini Şahid6 ilə birlikdə polis əməkdaşlarının təklifini qəbul edib Təqsirləndirilən şəxs2 evinin qarşısına getmişdir. Bir qədər sonra polis əməkdaşlarının dəvət etdikləri hal şahidləri sonradan adlarını bildiyi Şahid8 və Şahid7 gəldikdən sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 öz razılığı və iştirakı ilə sonuncunun həyətinə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşı hal şahidlərinə, həmçinin Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirilən zaman ümumilikdə 06 ədəd sellofana bükülmüş bükülü həyatyanı sahədə yerləşən nar ağacanın yaxınlığından mişar daşlarının kənarından aşkar edilmişdir. Həmin bükülülərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman sorğu zamanı Təqsirləndirilən şəxs2 deməsinə görə 02 (iki) büküm psixotrop maddə olan metamfetamin və 04 (dörd) bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin 02 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlələr polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərək çəkisi 1,1 qram, 04 büküm heroinə bənzər kütlənin çəkisi isə 2,4 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qeydiyyatdan «Vüsal» adı ilə keçdiyi «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə xatırlamadığı naməlum profildən hər biri 02 (iki) qram olmaqla hər qramını 20 (iyirmi) manata sifariş verdiyini və həmin maddələri Tərtər rayonu ərazisində yerləşən vağzal adlanan yerdən naməlum profilin sahibinin qoyduğu yerdən götürdüyünü, qeyd olunan vasitələrin pulunu isə ona göndərilən xatırlamadığı kart nömrəsinə, xatırlamadığı tarixdə «MilliÖn» ödəmə terminalı vasitəsi ilə ödədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 həyətindən aşkar edilərək götürülmüş metamfetamini və heroini bədənində ağrıları olduğu üçün şəxsi istifadəsi üçün əldə etdiyini, bu məqsədlə həmin vasitələri həyətyanı sahəsində gizlətdiyini, bu barədə hər hansı bir şəxsin məlumatının olmadığını və heç kimə satmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə və həyətində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı başqa hər hansı bir qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş və protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 məhkəmədə şahid kimi dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. 21 iyul 2021-ci il tarixdə, təxminən saat 18 radələrində o, oğlu Şahid8 ilə birlikdə Düyərli kəndində olduğu zaman polis əməkdaşları onlara yaxınlaşaraq Düyərli kənd sakini kimi tanıdığı Vüsal Ağyevin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu, Vüsalın deməsinə görə həyətyanı sahəsində narkotik vasitə gizlətdiyini bildirərək hal şahidi qismində Təqsirləndirilən şəxs2 həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmələrini xahiş etmişlər. Həmin vaxt o, oğlu Rəşadla birlikdə polis əməkdaşlarının təklifini qəbul edib birlikdə Tərtər rayonu, Düyərli kəndində Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına getmişlər. Bundan sonra baxışda iştirak edən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs2 iştirakı və razılığı əsasında sonuncunun həyətinə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşı ona və digər hal şahidi Şahid8, həmçinin Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçiriləcəyini bidirmişlər. Həmin baxışda Təqsirləndirilən şəxs2, Düyərli kənd icra nümayəndəsinin müavini Şahid6, bələdiyyə sədri Şahid5 və digər polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman ümumilikdə 06 ədəd sellofana bükülmüş bükülü həyatyanı sahədə nar ağacının yaxınlığında olan mişar daşlarının kənarından aşkar edilmişdir. Həmin bükülülərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 deməsinə görə psixotrop maddə olan 02 (iki) büküm metamfetamin və 04 (dörd) bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən edilmişdir. Həmin 02 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütlələr polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilərək çəkisi 1,1 qram, 04 büküm heroinə bənzər kütlənin çəkisi isə 2,4 qram olması müəyyən edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qeydiyyatdan «Vüsal» adı ilə keçdiyi «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə xatırlamadığı naməlum profildən hər biri 02 (iki) qram olmaqla hər qramını 20 (iyirmi) manata sifariş verdiyini, həmin vasitələri isə Tərtər rayonu ərazisində yerləşən vağzal adlanan yerdən naməlum profilin sahibinin qoyduğu yerdən götürdüyünü, qeyd olunan vasitələrin pulunu isə ona göndərilən xatırlamadığı kart nömrəsinə, xatırlamadığı tarixdə «MilliÖn» ödəmə terminalı vasitəsi ilə ödədiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 həyətindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə olan metamfetamini və heroini bədənində ağrıları olduğu üçün şəxsi istifadəsi üçün əldə etdiyini, bu məqsədlə həmin vasitələri həyətyanı sahəsində gizlətdiyini, bu barədə hər hansı bir şəxsin məlumatının olmadığını və heç kimə satmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə və həyətində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı başqa hər hansı bir qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş və düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 məhkəmədə şahid kimi dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 22 iyul 2021-ci il tarixli şübhəli şəxs qismində üzləşdirmələri barədə, həmçinin 26 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı 21.07.2021-ci il tarixdə, saat təxminən 10-11 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünə narkotik vasitə olan “kokos” kimi tanıdığı heroin lazım olduğunu bildirərək Təqsirləndirilən şəxs2 yaşadığı Tərtər rayonu, Düyərli kəndində yerləşən yaşadığı evin qarşısına getmiş və 50 (əlli) manat pul müqabilində ondan 2 (iki) bükümdə narkotik vasitə hesab olunan heroin almışdır. Təqsirləndirilən şəxs2lə narkotik vasitənin alqı-satqısı məqsədi ilə saat təxminən 10-11 radələrində sonuncunun yaşadığı Tərtər rayonu, Düyərli kəndindəki evinin qarşısında görüşmüşlər. Görüşdükləri zamanı o, Təqsirləndirilən şəxs2 50 manat pulu verib narkotik vasitəni aldıqdan sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 ona 50 manatın müqabilində 02 bükümdə təmiz çəkisi 0,5 qram narkotik vasitə olan heroin satmışdır. Həmin narkotik vasitənin çəkisinin 0,5 qram olmasını üzərindən istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb üzərindən aşkar olunan zaman səhv etmirsə 0,481 ya da 0,489 qramının qalmasından müəyyən etmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni ona satarkən tərəzi vasitəsi ilə çəkmişdir. Həmin narkotik vasitədən aldıqdan sonra saat təxminən 10-11 radələrində istifadə etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər də narkotik vasitə almış, onun başqa şəxslərə də narkotik vasitə satması barədə məlumatı olmamışdır. Vüsalın ona satdığı narkotik vasitə “kokos” kimi tanıdığı heroin olmuşdur (iş vərəqə: cild İ, səh.94-95, cild İİ, səh.97-99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 sentyabr 2021-ci il tarixli Azercell” MMC tərəfindən göndərilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Ağayev X5 məxsus ***-***-**-** saylı mobil nömrələrdən, o cümlədən sonuncuların adına qeydiyyatda olmuş mobil nömrələrə dair məlumatların əks edildiyi diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində qeyd etdiyi kimi narkotik vasitənin alqı-satqısı baş tutan saatlarda, yəni Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 21 iyul 2021-ci il tarixdə saat 09:54, 10:22, 10:37, 10:51 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında qarşılıqlı telefon danışıqları olmuşdur və anten məlumatlarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrələr həmin saatlarda eyni anten dairələrində olmuşlar (iş vərəqə: cild İ, səh.173). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən 02 ədəd sellofan bükümdə sellofanla bir yerdə çəkisi 0,9 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, həmin vaxt protokol tərtib edilmiş, foto və video çəkilişdən istifadə edilmişdir (iş vərəqə: cild İ, səh.25-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 iyul 2021-ci il tarixli baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirlmiş və baxış zamanı həyətyanı sahədən 04 ədəd sellofan bükümdə sellofan bükümlə bir yerdə çəkisi 2,4 qram olan narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümdə sellofan bükümlərlə birlikdə çəkisi 1.1 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış zamanı protokol tərtib edilmiş və foto çəkilişdən istifadə edilmişdir (iş vərəqə: cild İ, səh.37-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 16/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 həyətindən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,511 qram, 0,495 qram, ümumi təmiz çəkisi 1,006 qram olan, ağ rəngli, kristalşəkilli hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,432 qram, 0,440 qram, 0,465 qram, 0,728 qram, ümumi təmiz çəkisi 2,065 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,078 qram, ümumi təmiz çəkisi 0,481 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidir (iş vərəqə: cild İ, səh.75-76). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2022-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh.82). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2022-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh.83). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 noyabr 2021-ci il tarixli, 725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir (iş vərəqə: cild İİ, səh.78-79). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 noyabr 2021-ci il tarixli, 726 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir (iş vərəqə: cild İİ, səh.80-81). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 26 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,403 qram, 0,078 qram olmaqla, ümumi təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,511 qram, 0,495 qram olmaqla, ümumi təmiz çəkisi 1,006 qram psixotrop maddə metamfetamin və 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,432 qram, 0,440 qram, 0,465 qram, 0,728 qram olmaqla, ümumi təmiz çəkisi 2,065 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı zamanı heroinin üzərindən ümumilikdə 1 qram, metamfetaminin üzərindən isə 0,2 qram istifadə edilməsi nəzərə alınaraq maddi sübutların saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir, həmçinin Azercell” MMC-dən götürülmüş rabitə məlumatlarını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh.100-118). Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21.07.2021-ci il tarixdə tutulmuşlar (iş vərəqə: cild İ, səh.16, 55). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində, Təqsirləndirilən şəxs2 barəsində isə 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş və onların həbsdə saxlanma müddətinin əvvəli 21.07.2021-ci il tarixdən hesablanmışdır (iş vərəqə: cild İ, səh.147-150). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə görə həbsdə saxlama müddətinin uzadılmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun imtina etməsi səbəbindən həbsdə saxlama müddəti uzadılmamışdır (iş vərəqə: cild İ, səh.198-199). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 avqust 2021-ci il tarixli tələbnaməsindən və Tərtər rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.169, 175). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, Tərtər rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin edilmiş, həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkməsinin başlanğıcı 17.09.2021-ci il tarixədən hesablanmışdır (iş vərəqə: cild İ, səh.215-221). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində amnistiya tətbiq edilərək Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 01 gün hissəsi 06 ay azaldılmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 09.03.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldıldıqdan sonra Təqsirləndirilən şəxs1 cəza müddəti 15.03.2022-ci il tarixdə başa çatır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cəzasının 15.03.2022-ci il tarixdə başa çatacağı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsinin tələblərinə əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 avqust 2021-ci il tarixli tələbnaməsindən və Tərtər Hərbi Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 200 manat cərimə cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.168, cild İİ, səh. 46-48). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Şöbəsinin 05.07.2016-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə Qərar”ından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində amnistiya tətbiq edilərək Tərtər Hərbi Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə təyin olunmuş 200 manat cərimə cəzasından azad edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilirlər (iş vərəqə: cild İ, səh.154, cild İİ, səh.69). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.155-157). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuş, Təqsirləndirilən şəxs2 isə yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməklə, saxlamaqla, daşımaqla və satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almadığına, həmin narkotik vasitəni xatırlamadığı ərazidə yerdən tapmasına dair verdiyi inkaredici ifadələri cinayət işinin materialları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam şəkildə təkzib olunur, belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində cinayət işi başlandığı ilk vaxtdan başlayaraq verdiyi izahatında, həmçinin Təqsirləndirilən şəxs2lə onun arasında bir neçə dəfə keçirilən üzləşdirmə istintaq hərəkətləri zamanı həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 ona 50 manat müqabilində satdığını sonuncunun üzünə qarşı hər dəfə demiş, daha sonra təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 ona satdığını etiraf etmişdir, bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 ona satmamasına dair məhkəmə baxışında verdiyi ifadəsi qeyd edilən sübut növləri ilə yanaşı, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs2 ona satdığı tarixdə və saatda onların arasında həqiqətən dəfələrlə telefon danışıqlarının olmasının təsdiq edilməsi və yuxarıda qeyd edilən digər sübut növləri ilə Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsinin həmin hissəsi təkzib edildiyindən məhkəmə onun ifadəsinin həmin hissəsini sübut növü kimi qəbul etmir, eyni zamanda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmamasına dair ifadəsi cinayət işinin materialları və yuxarıda qeyd edilən sübut növləri ilə yanaşı, həmçinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2021-ci il tarixli, 16/742 nömrəli rəyində tədqiqata təqdim edilmiş heroinlərin xarici əlamətlərinə və tərkiblərinə görə eyni olması da Təqsirləndirilən şəxs2 ifadəsini təkzib etdiyindən məhkəmə onun ifadəsinin həmin hissəsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın narkotik vasitəni satma cinayət əməlini törətməsindən başqa, həmçinin ona elan edilmiş ittihamın narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama ilə bağlı hissəsi ilə əlaqədar onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin bir neçə bükümlərdə olmasını, həmin maddələrin müxtəlif növlərdə olmasını, miqdarını, həmçinin narkotik vasitəni konkret şəxsə satmasının sübuta yetirilməsi kimi cinayət işinin hallarını da nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və onlar həmin maddələrlə ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 200 manat cərimə cəzasına məhkum edilməsi və Tərtər rayon İcra Şöbəsinin 05.07.2016-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə Qərar”ı ilə onun barəsində amnistiya tətbiq edilərək 200 manat cərimə cəzasından azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən az ağır, Təqsirləndirilən şəxs2 isə qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda baxılan cinayət əməlini, barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 21.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tərtər rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı ilə 03 ay həddində həbs edildikdən sonra, Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırki cinayət işi üzrə barəsində məhkəmə baxışı zamanı 11.03.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 21 iyul 2021-cı il tarixdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini və Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarına əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 21 iyul 2021-ci il tarixdən hesablanmasını qanunauyğun hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 21 iyul 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 iyul 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2022-ci il tarixli, 09 və 10 saylı rəyləri əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və tədqiqat üçün istifadə edildikdən sonra Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 02 ədəd sellofan bükümdə 0,203 qram və 0,028 qram olmaqla ümumi təmiz çəkisi 0,231 qram narkotik vasitə olan heroin, 04 ədəd sellofan bükümdə 0,232 qram, 0,240 qram, 0,265 qram, 0,528 qram olmaqla ümumi təmiz çəkisi 1,265 qram narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümdə hər birinin çəkisi 0,411 qram və 0,395 qram olmaqla ümumi təmiz çəkisi 0,806 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, həmçinin Azercell” MMC-dən götürülmüş rabitə məlumatlarını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli, 1(104)- 463/2021 saylı qərarı ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası (Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 13.01.2022ci il tarixli qərarı ilə cəzası 06 (altı) ay azaldılmış) hazırki hökm üzrə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əvvəlki qərara əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - tədqiqat üçün istifadə edildikdən sonra Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 02 ədəd sellofan bükümdə 0,203 qram və 0,028 qram olmaqla ümumi təmiz çəkisi 0,231 qram narkotik vasitə olan heroin, 04 ədəd sellofan bükümdə 0,232 qram, 0,240 qram, 0,265 qram, 0,528 qram olmaqla ümumi təmiz çəkisi 1,265 qram narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümdə hər birinin çəkisi 0,411 qram və 0,395 qram olmaqla ümumi təmiz çəkisi 0,806 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. -cinayət işinin materiallarına əlavə edilmiş Azercell” MMC-dən götürülmüş rabitə məlumatlarını özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-200/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-200/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver