Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-200/2025 04.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X17 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda anadan olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləmiş, ali təhsilli, məhkumluğu olmayan, Birinci Qarabağ müharibəsi veteranı, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 198 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi vəzifəsində işləyərkən xx.xx.2021-ci tarixdə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən mənzil-kommunal istismar sahəsinin rəisi olaraq sahənin ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmək, sakinlərə müraciətlərinə əsasən onlara müvafiq arayışları vermək, xidməti ərazisində yerləşən mənzil fondunun və kommunal obyektlərin düzgün istismarına nəzarət etmək, işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmin etmək, mənzil-kommunal istismar sahəsinin istismarında olan binalarda boşalmış yaşayış və qeyri-yaşayış sahələri barədə 24 saat ərzində yuxarı təşkilata məlumat vermək və həmin sahənin tutulmasına yol verməmək, yaşayış sahələrinə kirayə müqavilələrinin bağlanılmasını və həmin müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirilməsini təmin etmək, eləcə də digər inzibati-təsərrüfat və təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin sahədə fəhlə qismində işləyən Şahid2 2023-cü ilin sonundan 2024-cü ilin əvvəlinədək mütəmadi olaraq işini icra etməməklə əmək intizamı qaydalarını pozması səbəbindən işdən çıxarılması barədə mövqeyini sonuncunun əri Şahid1 2024-cü ilin yanvar ayının əvvəllərində bildirib, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, yəni Şahid2 2024-cü ilin may ayında pensiya yaşı tamam olanadək işdə saxlanılması, qeyd olunan müddət ərzində Şahid2 işə gəlməməsinə şərait yaratmaqla, sonuncunun yerinə Şahid1 həftədə bir dəfə olmaqla sahəyə gələrək davamiyyət kitabına imza etməsini təmin etmək müqabilində Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini qeyd edilən ərəfədə Ağdam rayonu Quzanlı-689 saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında rüşvət qismində istəyərək Şahid1 razılığını almaqla, həmin niyyətlə Şahid1 ilkin olaraq Ağdam rayonu Quzanlı-689 saylı qəsəbəsində yerləşən xidməti iş otağında xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla ümumilikdə vahid niyyətlə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almış, verdiyi vədinə əməl etməklə Şahid2 əmək haqqı alması üçün əsas olan rəsmi sənəd hesab edilən işçinin davamiyyət jurnalına qeyd edilən tarixdə qeyd edilən ünvanda yerləşən xidməti iş otağında sonuncunun mütəmadi olaraq işə getməməsinə şərait yaratmaqla əmək haqqı almasına, davamiyyət jurnalına Şahid2 işə gəlməsi barədə bilə-bilə yalan məlumatların vahid tamah niyyətlə daxil edilməklə sonuncunun cinayətdən xəbərsiz əri Şahid1 tərəfindən imzalanmasına nail olmaqla vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə sürücü qismində işə düzəlməsinə köməklik etməsi ilə əlaqədar 2024-cü ilin yanvar ayının sonlarında özünə müraciət etmiş Şahid3 xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi hərəkət, yəni sonuncunun Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə sürücü vəzifəsinə işə düzəlməsini təmin etmək və həmin vəzifəyə təyin edilməsi barədə müsbət rəy vermək müqabilində xx.xx.2024-cü il tarixdə Ağdam rayonu Quzanlı- 689 saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında maddi nemət olan 3500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyərək, 3000 manatın verilməsinə Şahid3 razılığını almaqla, həmin niyyətlə Şahid3 xx.xx.2024-cü il tarixdə xidməti iş otağında maddi nemət olan 3000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, verdiyi vədə əməl edərək xx.xx.2024-cü il tarixdə Şahid3 Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə sürücü vəzifəsinə təyin edilməsi barədə müsbət rəy bildirməklə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli 72 nömrəli əmrin verilməsini təmin etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsində fəhlə işləyən Şahid7 pensiya yaşına çatması səbəbindən gəlini X3 özünün yerinə təyin edilməsinə köməklik etməsi ilə əlaqədar 2024-cü ilin yanvar ayının sonlarında özünə müraciət etmiş Şahid7 xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi hərəkət, yəni Nərmin Məmmədovanın Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə fəhlə vəzifəsinə işə düzəlməsini təmin etmək və həmin vəzifəyə təyin edilməsi barədə müsbət rəy vermək müqabilində 2024-cü ilin yanvar ayının sonlarında Ağdam rayonu Quzanlı-689 saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında maddi nemət olan 1500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəyərək, Şahid7 razılığını almaqla, həmin niyyətlə 2024-cü ilin fevral ayının ortalarında xidməti iş otağında Şahid7 maddi nemət olan 1500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, verdiyi vədə əməl edərək xx.xx.2024-cü il tarixdə X3 Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə fəhlə vəzifəsinə təyin edilməsi barədə müsbət rəy bildirməklə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli 73 nömrəli əmrin verilməsini təmin etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin balansında olmaqla xx.xx.2007-ci il tarixdə 446 saylı müqavilə üzrə hazırda vəfat etmiş məcbur köçkün X7 istifadəsinə verilmiş ünvan 1 ünvanındakı 2 otaqlı evin babası Saday Mehdiyevin ölməsi səbəbindən özünün istifadəsinə verilməsinə köməklik etməsi ilə əlaqədar 2024-cü ilin fevral ayının ortalarında özünə müraciət etmiş X2 xidməti vəzifələrinin icrası ilə bağlı edəcəyi hərəkət, yəni ünvan 1 ünvanındakı 2 otaqlı evin X4 istifadəsinə verilməsini təmin etmək müqabilində 29 fevral 2024-cü il tarixdə Ağdam rayonu Quzanlı-689 saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında maddi nemət olan 3500 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz növbəsi üzrə nəzarətçi vəzifəsinə təyin olunmasına köməklik etməsi ilə əlaqədar 2024-cü ilin fevral ayının sonlarında özünə müraciət etmiş Şahid5 özünün həqiqi təsir imkanlarından istifadə edərək Ağdam rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən şəxslərin onun Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz növbəsi üzrə nəzarətçi vəzifəsinə təyin olunması barədə qərarına təsir etmək imkanına malik olmasını bildirib, həmin niyyətlə 2024-cü ilin fevral ayının sonlarında Ağdam rayonu Quzanlı-689 saylı qəsəbəsində yerləşən inzibati binada xidməti iş otağında Şahid5 özü üçün birbaşa yolla şəxsən 3000 manat məbləğində pul vəsaiti istəməklə, sonuncunun razılığını aldıqdan sonra cinayətkar niyyətinin realizəsinə davam edərək, 2024-cü ilin fevral ayının sonlarında xidməti iş otağında Şahid5 özü üçün birbaşa yolla şəxsən 3000 manat pul vəsaitini alıb, 2024-cü ilin aprel ayında Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz növbəsi üzrə nəzarətçi vəzifəsinə vakansiya olacağını, həmin tarixdən qeyd edilən işlə təmin olunacağını bildirməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. (nüfuz alveri etmişdir) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayından Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi vəzifəsində, ondan əvvəl isə uzun müddət ərazi icra nümayəndəsi işləmişdir. MKİ sahəsinin rəisi kimi işi məcburi köçkünlər yaşayan qəsəbələrin təmizliyinə və evlərə nəzarət etmək olmuşdur. Onun Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinə işçi qəbul etmək səlahiyyəti olmamış, bu səlahiyyət Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə məxsus olmuşdur. O, sadəcə işə qəbul edilmək üçün müraciət edən şəxslər barədə rəy tərtib edərək Departamentə göndərmişdir. Bəzi hallarda şəxs işə qəbul edilmək üçün ona müraciət etmiş, o da işə qəbul məsələsinin həll edilməsi üçün sənədləri Departamentə göndərmiş, ancaq həmin şəxslər həmişə işə qəbul edilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ildə Şahid1 sərhədi düşmən tərəfinə keçməyə cəhd etmişdir. Sonuncu polis tərəfindən saxlanılaraq rayon ərazisinə gətirilmiş, Rayon İcra Hakimiyyətində vəzifəli şəxslər Aydınla söhbət aparmış və sonuncudan nə üçün belə etdiyi soruşduqda Şahid1 nə torpaq sahəsinin, nə də ki işinin olduğunu, maddi cəhətdən ağır vəziyyətdə olduğunu, buna görə də düşmən tərəfə keçmək istədiyini bildirmişdir. Həmin vaxtı o da İcra Hakimiyyətinə çağırılmış və rəhbərlik ona Aydını işlə təmin etməyini, məsələni qaydasına qoymağını tapşırmışdır. O, Aydının yaşının çox olmasını dedikdə, sonuncunun yoldaşı Şahid2 işlə təmin etməyini və məsələni yoluna qoymağını demişlər. Bundan sonra o, Şahid2 həmin ildə işə götürmüş və işlədiyi müddətdə sonuncuya ağır iş tapşırmamış, nə vaxt icazə istəsə narazılıq olmaması üçün etiraz da etməmişdir. Bir müddət sonra Şahid1 onun yanına gəlib yoldaşı Nəzakətin pensiyaya çıxmasına az müddət qaldığını, sonuncunu işdən çıxardıqdan sonra başqa bir şəxsi gətirəcəyini və həmin şəxsi işə götürməyini demişdir. O da Aydına dediyi məsələnin səlahiyyətinə aid olmadığını bildirmişdir. Bundan sonra Aydın yanına gələrək onun həmişə yaxşılıq etdiyini bildirib, əvəzində ona hörmət etmək istədiyini söyləmiş və ona 500 manat pul verib getmişdir. Bir müddət sonra Şahid1 yenə yanına gəlmiş və yenə ona hörmət etdiyini deyərək stolun üzərinə pul qoyub getmişdir. O, nə Şahid2, nə də ki sonuncunun yoldaşı Şahid1 pul istəməmişdir. Şahid1 sadəcə onun gətirdiyi şəxsi işə qəbul etməyi ilə bağlı razı olmadığı üçün barəsində şikayət etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 və atası Şahid4 ona müraciət edərək, Şahid3 sürücü kimi işə götürməyini xahiş etmişlər. O, sonunculara avtomobilin nasaz olduğunu, avtomobilin normal vəziyyətə gətirilməsi üçün xərc lazım olduğunu və saz vəziyyətə gələcəyi təqdirdə Bəxtiyarı işə götürülməsinin mümkün olduğunu demişdir. Həmin şəxslər avtomobilin xərcini qarşılayacaqlarını deyib nə qədər olmasını soruşmuşlar. O isə avtomobilin 3000-3500 manat xərc tələb etdiyini demişdir. Bundan sonra o və Bəxtiyar birlikdə 3727 manat dəyərində ehtiyat hissələri alıb avtomobili təmir etmişlər. Həmin vaxt xərcin 3000 manatını Şahid3 qarşılamışdır. O da rəhbərliyə Şahid3 avtomobili təmir etdiyini bildirib sürücü kimi işə qəbul edilməsini xahiş etmişdir. Hazırda sonuncu həmin vəzifədə işləyir və əmək haqqı alır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, X1 Rayon Mənzil Kommunal istismar sahəsində xadimə vəzifəsində işləmişdir. Sonuncu pensiya yaşına az qaldığı üçün xidməti otağına gəlib pensiyaya çıxdıqdan sonra yerinə X18nı işə götürməyini xahiş etmiş, o da Ofan yaxşı işçi olduğu üçün xahişini nəzərə alacağını bildirmişdir. Hazırda həmin vəzifədə Nərmin Məmmədova işləyir və əmək haqqı alır. Şahid7 1500 manat məbləğində pulu ona borc kimi vermişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin balansında olan ünvan 1 ünvanında yerləşən evdə Saday Mehdiyev yaşamışdır. Sonuncu vəfat etdikdən sonra həmin evdə nəvəsi Gültac yaşamışdır. O, Gültaca həmin evdə yaşamaq hüquqlarının olmadığını deyərək evdən çıxmalarını xahiş etmiş, həmçinin nümayəndə göndərmişdir. Vəzifəsi həmin evin digər şəxsin istifadəsinə verilməsi üçün evi boşaldıb Komitəyə məlumat verməkdən ibarət olmuşdur. Bununla bağlı Gültacın qardaşı Şahid8 ona yaxınlaşıb həmin evin bacısının istifadəsində qalmağına köməklik etməyini xahiş etmiş və pul təklif etmişdir. Şahid8 onunla birlikdə işləmişdir. O, Nurlana ev məsələsinin onun yox Komitənin səlahiyyətinə aid olduğunu bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 dostu olmuş və münasibətləri yaxşı olmuşdur. Sonuncu ona Ağdam rayonu, Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli məktəbdə gözətçi vəzifəsinə düzəlmək istədiyini demişdir. O da Amilə “xahiş edərəm” demişdir. Bundan bir neçə gün sonra Amili yanına çağırıb dediyi məsələni həll etmək səlahiyyəti olmadığını bildirib sonuncunun ona verdiyi 3000 manatını özünə qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, əvvəllər Ağdam rayon İcra hakimiyyətində icra nümayəndəsi vəzifəsində işləmiş, 2019-cü ildən isə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Vəzifəsi dislokasiya ərazisinə daxil olan sahələrdə təmizlik işlərinin aparılması, qaçqın və məcburi köçkünlərə verilmiş mənzillərin ümumi təmir prosesinə nəzarət və komitə tərəfindən verilmiş müəyyən göstərişlərin icra edilməsindən ibarə olmuşdur. İşlədiyi sahənin inzibati binası Ağdam rayonu Quzanlı-689 saylı qəsəbədə yerləşmişdir. Qeyd olunan sahədə onunla birlikdə 6 işçi olmuş, qalan 180 nəfərə yaxın adam fəhlə-xadimə qismində işləmişdir. Şahid2 onun rəhbəri olduğu sahədə fəhlə kimi işləsə də, davamlı olaraq işə gəlibgetməmiş, sonuncunun əri Aydın davamlı olaraq imkansızlıqdan şikayət etdiyi üçün təxminən 2021-ci ildə rayon rəhbərliyi Nəzakəti işə götürməyini ona bildirmişdir. Bundan sonra Nəzakətin adı onun rəhbəri olduğu sahədə işçi qismində yazılmışdır. Nəzakətin pensiya yaşı yaxınlaşdığından o, bu barədə sonuncunun əri Aydına 2024-cü ilin yanvar ayının əvvəllərində zəng edərək demiş və Aydın həmin ərəfədə onun xidməti otağına gəlmişdir. Aydın ilə söhbət edərkən sonuncu arvadı Nəzakəti pensiya yaşı tamam olanadək saxlamağını dediyindən o, etiraz etməmiş və sonuncu bunun müqabilində ona 1000 manat pul vəsaiti verəcəyini demiş, o da həmin məbləğin onu qane etdiyini bildirmişdir. Bundan sonra Aydın xx.xx.2024-cü il tarixdə onun xidməti otağında olaraq həmin puldan 500 manatı vermiş, qalanını isə bir aydan sonra verə biləcəyini demiş, o da etiraz etməmişdir. O, xx.xx.2024-cü il tarixdə xidməti otağında olarkən Aydın gəlmiş və Nəzakətin pensiya yaşı tamam olanadək adının işçi kimi qalması müqabilində qalan 500 manatı da ona vermişdir. Aydın sağollaşaraq otaqdan çıxdıqdan sonra əməliyyat işçiləri otağa daxil olmuşlar və özlərini təqdim edərək Aydından almış olduğu pulu təqdim etməyini bildirmişlər. O da həmin pulları, yəni 500 manatı təqdim etmişdir. Aydın arvadı Nəzakətin adının işdə saxlanılması müqabilində ona 1000 manat pul vermişdir. Şahid3 sürücü kimi işə qəbul edilməsi üçün sonuncu atası Şahid4la birlikdə 2024cü ilin yanvar ayının axırlarında onun xidməti otağında olmuşlar. Bəxtiyar sürücü kimi işə qəbul olunmasını dediyi üçün o, sonuncuya sahənin balansında olan “QAZ 53” markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobili verəcəyini deməklə həmin avtomobilin nasaz olduğunu və təmirə ehtiyacı olduğunu söyləmişdir. İşə qəbul olunması üçün o, Salehin iştirakı ilə oğlu Bəxtiyardan 3500 manat pul istəmiş, lakin Saleh məbləğin çox olduğunu dediyindən, nəticə olaraq onlar 3000 manata razılaşmışlar. Təxminən bir neçə gün sonra 2024-cü ilin yanvar ayının axırlarında iş yerinin qarşısında Bəxtiyar və atası Saleh ilə görüşmüş, sonuncu ona danışıldığı kimi 3000 manatı, işə qəbul olunması üçün ərizəsini, sürücülük vəsiqəsini və sair sənədləri verilmişdir. O, həmin pulu alaraq, pulun əsas hissəsini Bəxtiyara veriləcək “QAZ 53” markalı avtomobilin təmirinə xərcləmişdir. Bəxtiyar işə düzəldikdən sonra o, təmir olunmuş avtomobili sonuncunun istifadəsinə vermişdir. O, Bəxtiyardan xx.xx.2024-cü il tarixdə xidməti binanın giriş hissəsində 3000 manat pul vəsaiti aldıqdan sonra sonuncuya iki ədəd yeni təkər və 2 ədəd akkumulyator da vermişdir. Qalan təxminən 2000 manatı isə özünə götürərək şəxsi işlərinə xərcləmiş, heç kimə heç bir məbləğdə pul verməmişdir. Bəxtiyardan işə qəbul olunması ilə əlaqədar ərizə almaqla Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə sonuncu barədə müsbət rəy vermiş, həmçinin avtomobili təmir edəcəyini bildirməklə işə qəbul olunmasını təmin etmişdir. O, müraciət etmiş şəxslərin işə qəbul edilməsi barədə rəy hazırlamış, komitədə həmin rəy əsas götürülməklə işə qəbulla bağlı əmrin verilməsi təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə rayon sakinləri Şahid7 və oğlu Şəmil Məmmədov onun otağına gəlmişlər. Söhbət zamanı qeyd olunan şəxslər Şəmilin adının işçi qismində yazılmasını və davamlı işə gəlməsini xahiş etmişlər. Lakin o, Şəmilin bərbər işləməsini bildiyi üçün buna etiraz etmiş və nəticə olaraq sonuncunun arvadı Nərmin Məmmədovanı işə qəbul etmək qərarına gəlmişlər. Ofanla Şəmil bununla bağlı nə qədər pul verməli olduqlarını ondan soruşduqda o, stolunun üstündə olan kalkulyatorda 1500 rəqəmini yazaraq təqdim etmişdir. Şəmillə Ofan ona etiraz etmədən oradan uzaqlaşmışlar. Təxminən 15-20 gün sonra o, Ağdam şəhəri, Quzanlı qəsəbəsində yerləşən parkda Şəmil və Ofan ilə yenidən görüşmüşdür. Görüş zamanı Ofan gəlini Nərminin işçi qismində işə qəbul edilməsi üçün 1500 manat pulu şəxsən ona vermişdir. O, həmin pulu şəxsi işlərinə xərcləmiş, Nərminin işə qəbul olunması ilə əlaqədar ərizəsini Şəmildən almaqla Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentində sonuncu barədə müsbət rəy bildirməklə işə qəbul olunmasını təmin etmişdir. Həmin puldan heç kimə heç bir məbləğdə pul verməmişdir. Şahid8 və bacısı xx.xx.1990-cı il təvəllüdlü X4 babaları Saday qaçqın olduğundan sonuncuya Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən ev verilmişdir. Lakin Saday öldükdən sonra ev təhvil verilməli olduğu halda X9 ailəsi ilə birlikdə orada yaşamışdır. Bu hal da qanunsuz olduğundan xx.xx.2024-cü il tarixdə Nurlan ona Gültacla Amilin orada qalmasına şərait yaratmağını xahiş etmiş və o da bunun üçün sonuncudan ilk olaraq 3500 manat istəməklə 2500 manat almağa razılaşsa da, adı çəkilən şəxs həmin pulu ona verməmişdir. Şahid5 ona 2024-cü ilin fevral ayının sonlarında Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz növbəsi üzrə nəzarətçi qismində işə qəbul olunması üçün müraciət etmiş, o da bunun üçün Amildən 3000 manat tələb edərək işlədiyi sahənin qarşısında almışdır. Lakin həmin vəzifə bu ilin aprel ayında boşalacağı üçün hazırkı vaxtadək heç kimə bu barədə bir söz deməmiş, 3000 manatın bir hissəsini xərcləmiş, bir hissəsi ilə onda qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünü tam təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrini tam olaraq təsdiq etmiş, ifadələrində yazılanların hamısı doğru olmuş, bütün epizodlar üzrə ifadəsində qeyd edilən pulların hamısını vəzifədə işləyərkən almış, əksər hissəsini hadisədən sonra geri qaytarmış, əvvəlki proseslərdə məhkəmə zalında adamlar olduğu üçün həqiqəti deməkdə utanmış, əməlindən də çox peşmandır. Şahid1 ifadəsində qeyd etdiyi məbləğdə pulu sonuncudan almış və arvadı Şahid2 işə sərbəst formada gəlib-getməsi üçün şərait yaratmış, Şahid7 kalkulyatorda 1500 yazıb göstərmiş və həmin məbləğdə pulu sonuncudan almış, Şahid5 da 3000 manat məbləğində pul almış, lakin sonra sonuncunun özünə geri qaytarmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Rayon İcra Hakimiyyəti başçısının yanına gedərək özünə iş və ya torpaq verməsini xahiş etmişdir. Oradan onu Təqsirləndirilən şəxs yanına göndərmişlər. Həmin vaxta kimi o, sonuncunun Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi olduğunu bilməmişdir. Valeh müəllimin yanına getdikdə sonuncu ona yaşının çox olduğunu və onun yerinə yoldaşı Şahid2 işə götürə biləcəyini demiş, o da bununla razılaşmışdır. Yoldaşı Şahid2 ilə birlikdə Valeh müəllimin yanına getmişdir. Sonuncu onun yoldaşına işə qəbul üçün ərizə yazmasını bildirmiş və onlar oradan çıxmışlar. Bir qədər sonra bir nəfər ona yaxınlaşıb “Valeh müəllim deyib ki, yoldaşı Nəzakətin gəlməmək şərti ilə işə düzəlməsi üçün 5000 manat, gəlmək şərti ilə işə düzəlməsi üçün 3000 manat verməlisən” demiş, o isə həmin şəxsə 2 günə verəcəyini demiş, daha sonra 3000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra böyük avtomobillərin slesarı kimi işlədiyi üçün idarənin sürücülərindən biri ona yaxınlaşıb avtomobillərdən birinin radiatorunun xarab olduğunu və Valeh müəllimin bunu düzəltdirməyini istədiyini bildirmiş, o da 1500 manata düzəltdirib gətirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində səhər saat 08 radələrində Nəzakətin iş yeri üzrə sahə nəzarətçisi işləyən Samir ona zəng edib Nəzakətlə birlikdə idarəyə gəlməyini istəmişdir. Onlar iradəyə gedəndə Şahid10 xidməti otağında olarkən sonuncu ona arvadı Nəzakətin işə gəlib-getməli olduğunu, əks halda işdən azad olunacağını bildirmişdir. O, bir neçə gün sonra Təqsirləndirilən şəxs iş yerinə gedib sonuncuya xidməti otağında arvadı Şahid2 əmək pensiyasına çıxması üçün müəyyən olunmuş yaş həddinə çatmasına 6 ay müddət qaldığını bildirib köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də yuxarıdan tapşırıq olduğunu və arvadının işdən azad olunacağını demişdir. O, Nəzakətin işə götürülməsi üçün 3000 manat verdiyini, əlavə olaraq da idarənin avtomobillərdən birinin radiatorunu düzəltdirilməsinə 1500 manat pul xərclədiyini demişdir. Valeh isə Nəzakətin həmin ilin may ayınadək işdə saxlanılmasını təmin etməyə çalışacağını demişdir. O, bunun qarşılığında nə qədər pul verməli olduğunu soruşanda sonuncu “heç nə, çay pulu verərsən” demişdir. O da iki dəfəyə 1000 manat verə biləcəyini deyib həmin vaxt üzərində olan 500 manat pulu xidməti otağında Təqsirləndirilən şəxs vermiş, qalan 500 manat pulu da ayın sonuna kimi verəcəyi ilə bağlı razılaşmışdır. Təqsirləndirilən şəxs onu çağırmaqda məqsədinin pul almaq olacağını bildiyi üçün əvvəlcədən üzərində olan səs və görüntü qeydə alan vasitə ilə sonuncunun videogörüntüsünü qeydə almış və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edib qeydə aldığı videogörüntüləri təqdim etmişdir. Müraciəti əsasında araşdırma başlanmış və izahatı alınmışdır. 12 mart 2024-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən onun üzərinə səs və video görüntüləri qeydə alan xüsusi texniki vasitə quraşdırılmış və istifadə qaydaları izah edilmiş, ona üzərində xüsusi nişanlar yazılmış 5 ədəd 100 manatlıq pul vəsaiti təqdim edilmiş və o, 12 mart 2024-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs iş yerinə gedib xidməti otağında qalan 500 manatı sonuncuya vermişdir. Təqsirləndirilən şəxs də verdiyi vədə əsasən arvadı Nəzakətin təqaüd yaşınadək işləməsinə, səhhətində problemlər olduğu zaman isə əvəzinə onun işə gəlməyinə şərait yaradacağını bildirmişdir. Nəzakət işə getməyəndə sonuncunun yerinə özü gedib davamiyyət jurnalına imza etmiş, hətta arvadının görməli olduğu işləri də görmüşdür. O, ümumilikdə yoldaşı Şahid2 işi ilə bağlı Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 əri Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsində sahə nəzarətçisi vəzifəsində işləyir. Şahid2 işlədiyi idarədə fəhlə kimi işləmişdir. Sonuncu vaxtlı-vaxtında işə gəlib-getmişdir. Bununla yanaşı Şahid2 şəhid ailəsi olduğu və yaxın vaxtlarda pensiyaya çıxacağı üçün onlara sonuncuya müəyyən imtiyazlar verilməsi tapşırılmışdır. Nəzakət işdən 1-2 saat tez çıxmış, işə gec gəlmiş və onlar sonuncuya bəzi ağır işləri yerinə yetirməsinə icazə verməmişlər. Bəzi hallarda Nəzakət xanım işə gəlməyəndə əvəzinə yoldaşı Aydın gəlmiş, qəsəbənin təmizliyinə baxmış və bələdiyyənin texnikalarına qulluq etmişdir. Aydına Nəzakətin yerinə işə davamiyyət jurnalına imza etməyə icazə verməsə də belə hallar olmuşdur. X28 Abdullayevə pul verməsi barədə məlumatı olmamış, rəhbərlik tərəfindən ona sadəcə müəyyən işçilərə bəzi imtiyazların verilməsi tapşırılmışdır. Qeyd etdiyi imtiyazlar şəhid ailələrinin üzvlərinə ağır işlər gördürməmək, işə gec gəlmək və ya işdən tez çıxmaq kimi güzəştlər olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəlində atası Şahid4la birlikdə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi Valeh müəllimin qəbuluna getmişlər və sonuncudan onu işlə təmin etməsini xahiş etmişlər. Valeh müəllim onu sürücü kimi işlə təmin edə biləcəyini, lakin istifadəsinə veriləcək “QAZ 53” markalı avtomobilin akkumulyator, təkərlər, radiator, sürətlər qutusu və s. hissələri ilə bağlı 3000 manat təmir xərci olduğunu bildirmişdir. Bundan sonra onlar avtomobilin təmiri üçün Valeh müəllimə 3000 manat vermişlər. Valeh müəllim avtomobili təmir etdirmiş, o da işə qəbul olunmuş və həmin avtomobil istifadəsinə verilmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, işə düzəlməyi üçün Valeh müəllimin qəbuluna atası Şahid4la birlikdə getmiş, Valeh müəllimlə danışıq zamanı sonuncu “QAZ 53” markalı avtomobil təmir edildikdən sonra onu işə qəbul edə biləcəyini demiş, həmin avtomobilə yeni akkumulyator və təkərlər alınmış, həmçinin radiator, sürətlər qutusu və s. hissələri təmir olunmuşdur. Ümumilikdə “QAZ 53” markalı avtomobilin təmiri üçün 2.600- 2.700 manat xərclənmişdir. İbtidai istintaq zamanı ifadəni sərbəst vermiş, ona təzyiq göstərilməmişdir. Avtomobilin saz vəziyyətə gətirilməsi üçün alınan hissələr onunla birlikdə alınmadığından qiymətlərinin nə qədər olmasını bilməmişdir. Avtomobilin təmiri bir müddət çəkmiş və o da bəzən təmirdə iştirak etmişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün 2024-cü ilin yanvar ayında atası Şahid4la birlikdə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Təqsirləndirilən şəxs qəbulunda olmuşlar. Atası Valehdən rəhbəri olduğu sahəyə onu sürücü kimi işə götürməsində köməklik etməsini xahiş etmiş, Valeh də həmin vaxt sürücü vəzifəsində işləyən Telman Tağıyevin 2023-cü ilin yanvar ayının sonlarında 65 yaşının tamam olması ilə əlaqədar sonuncunun pensiyaya çıxacağını və ştat yeri boşaldıqdan sonra həmin yerə müəyyən məbləğdə pul verməkləri müqabilində onu işə götürəcəyini bildirmişdir. 25 yanvar 2024-cü il tarixdə o, yenidən atası Şahid4la birlikdə Təqsirləndirilən şəxs qəbulunda olmuş və sonuncu pensiyaya çıxan şəxsin 06 fevral 2024cü ildən çıxarılmasına dair əmrin veriləcəyini və həmin vaxtdan onu işə qəbul edə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hesablayıcı (kalkulyator) vasitəsilə 3500 rəqəmini göstərib həmin pul qarşılığında onu sürücü kimi işə qəbul edəcəyini bildirsə də, nəticə olaraq onlar 3000 manata razılaşmışlar. Valeh həmçinin həmin pulun 2000 manatı işə düzəlməyi ilə əlaqədar, 1000 manatı müqabilində isə ona həvalə edəcəyi “QAZ 53” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı maşına iki ədəd təkər və akkumulyator verəcəyini demişdir. Sonuncu ona verəcəyi pul müqabilində onun formal olaraq sürücü qismində işə qəbul ediləcəyini, istifadəsinə çirkab suların təmizlənməsi təyinatı olan “QAZ 53” markalı nəqliyyat vasitəsinin veriləcəyini, həmin nəqliyyat vasitəsinin daimi olaraq sərəncamında olacağını, həmin nəqliyyat vasitəsilə idarənin işlərindən kənar işlər görüb pul qazana biləcəyini, həftədə bir-iki dəfə işə gedərək davamiyyət kitabçasına həftəlik imza çəkəcəyini bildirmişdir. Təxminən 1-2 gün sonra o, atası Şahid4la birlikdə Təqsirləndirilən şəxs xidməti iş yerinə gedib xidməti otağında deyil, binanın qarşısında işə qəbul olunması üçün Valehə 50 və 100 manatlıq əsginaslar olmaqla ümumilikdə 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs verdiyi 3000 manat müqabilində 06 fevral 2024-cü il tarixdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsində sürücü olaraq işə qəbul olunmağı ilə bağlı əmr verilmiş və işə başlamışdır. İşə başladıqdan sonra ona “QAZ 53” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, çirkab suların təmizlənməsi təyinatı olan avtomobil təhkim edilmişdir. Gündəlik tabelə imza etsə də, lazım olduqda sahənin işlərini icra etmiş, qalan vaxtlarda öz işləri ilə məşğul olmuşdur. Əmək haqqı kartı da özündə olmuşdur. Avtomobil ona təhkim edilərkən iki ədəd yeni təkər və 2 ədəd akkumulyator verilmişdir. Lakin avtomobil tam işlək vəziyyətdə olmadığı üçün əlavə olaraq avtomobilin təmiri üçün özü 1000 manat pul xərcləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, elan olunmuş ifadəsinin sonunda yazılmış “ifadəmi oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” ifadəsi və imza onun tərəfindən icra edilmiş, o, ibtidai istintaq zamanı da müstəntiqə Valeh müəllimə 3000 manat məbləğdə pulu verdiyini, sonuncunun isə avtomobili təmir etdirdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Şahid3 işsiz olduğu üçün o, sonuncu ilə birlikdə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal istismar sahəsinin rəisi Təqsirləndirilən şəxs yanına getmişdir. O, Təqsirləndirilən şəxs oğlu Bəxtiyarı sürücü vəzifəsinə işə götürülməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da həmin vaxt sürücü vəzifəsində işləyən şəxsin bir neçə ay sonra təqaüdə çıxacağını, bundan sonra oğlunun işə düzəlməsinin mümkün olduğunu demişdir. Əlavə olaraq oğluna təhkim ediləcək avtomobilin işlək vəziyyətdə olmadığını və 3000 manat xərc çəkilməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs avtomobilin təmir edilməsi üçün 3000 manat pul vermiş, sonuncu da avtomobil təmir etdirib oğluna təhkim etmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 3000 manat pulu avtomobili təmir etdirməsi üçün vermiş, oğlu Bəxtiyar sürücü vəzifəsinə qəbul olunmuş və hazırda da həmin vəzifədə işləyir. Bildiyi qədəri ilə Bəxtiyar avtomobilin ehtiyat hissələrinin alınması ilə bağlı xərc çəkmiş, ancaq konkret nə ilə bağlı xərc çəkməsi barədə oğlundan heç nə soruşmamışdır. İbtidai istintaq zamanı da hazırda qeyd etdiyi kimi ifadə vermiş, ona heç bir təzyiq də göstərilməmişdir. O, oğlunun idarə etdiyi avtomobil təmir edilməmişdən qabaq görməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində oğlu Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, elan olunmuş ifadəsində olan imza və “ifadəmi oxudum əlavə düzəlişim yoxdur. İfadəmi öz imzamla təsdiq edirəm” ifadəsi onun tərəfindən icra edilmişdir. O, epilepsiya xəstəsi olduğu üçün ola bilsin ki, ibtidai istintaq zamanı elan edilmiş məzmunda ifadə vermiş, ancaq o, Təqsirləndirilən şəxs 3000 manat pul verdiyini təkzib etmir. İbtidai istintaq zamanı müstəntiq ifadəsini oxumuş, o isə imzalamışdır. O, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsində dalandar vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixində pensiyaya çıxmaq üçün müəyyən olunan yaş həddinə çatdığına görə Təqsirləndirilən şəxs yanına gedib pensiyaya çıxdıqdan sonra yerinə X18nın işə götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bunun üçün ondan 1500 manat məbləğində pul almış və gəlinini işə qəbul ettmişdir. Sonra sonuncu verdiyi 1500 manat pulu özünə geri qaytarmışdır. X18 hələ də həmin idarədə işləyir. İfadəsinin davamı olaraq Şahid7 bildirmişdir ki, X18nın işə götürülməsini Təqsirləndirilən şəxs o xahiş etmiş, sonuncu buna görə ondan pul tələb etməmiş, o özü şirinlik kimi 1500 manat pul vermişdir. Sonra Valeh həmin pulu ona qaytarıb bu işin pulsuz olduğunu demişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən ona təzyiq göstərilməmiş, özü könüllü ifadə vermişdir. O, Təqsirləndirilən şəxs yanına oğlu Şəmillə birlikdə getmiş, gəlinin işə götürülməsi ilə bağlı şirinliyin məbləğinin nə qədər olacağını soruşanda Valeh onlara kalkulyatorda 1500 yazıb göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 anası Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X19 əri Şahid9lə birlikdə Amilin babası Saday Mehdiyevə məxsus Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən 56 nömrəli evdə yaşamışlar. Saday Mehdiyev vəfat etdikdən sonra Təqsirləndirilən şəxs bacısının ailəsinə həmin mənzilin dövlət hesabına keçməli olması və buna görə də boşaldılmalı olması barədə xəbər göndərmişdir. O, bacısının ailəsinin evdən çıxarılmasının qarşısını almaq üçün Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Valeh müəllim bacısının ailəsinin evdə yaşamalarına dair rəhbərlikdən razılıq almalı olduğunu demiş və bunun qarşılığında kalkulyatorda 2500 rəqəmini göstərib həmin məbləğdə pul tələb etmişdir. O, isə həmin məbləğə imkanlarının çatmadığını demişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs təkrar qəbuluna girmiş və hazırda dediyi məbləğdən 500 manat verə biləcəyini demiş, sonuncu da həmin məbləğlə razılaşmamışdır. O, Valeh müəllimə hər hansı məbləğ verməmişdir. Şahid8 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid8 həmin ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən hazırkı vaxtadək Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsində sürücü vəzifəsində işləyir. Ona “QAZ 53” markalı **-JD-*** dövlət qeydiyyat nömrəli su avtomobili təhkim edilmişdir. X19 əri Şahid9lə birlikdə Ağdam rayonunun Bənövşələr qəsəbəsində babası Saday Mehdiyevdən miras qalmış 56 nömrəli mənzildə yaşayırlar. Həmin mənzil də sosial vəziyyətlə əlaqədar dövlət tərəfindən verilmişdir. Həmin ev mərhum Saday Mehdiyevin adına sənədləşdirilmiş, Saday Mehdiyev də təxminən 2-3 ay əvvəl xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsi müdiri işləyən Təqsirləndirilən şəxs sahə nəzarətçiləri ilə söz göndərərək bacısının ailəsi ilə birlikdə həmin evdən çıxmalarını tələb etmişdir. X19, əri Şahid9 və qaynanası Müşviqə Mehdiyeva ilə birlikdə 2024-cü ilin yanvar ayının sonları və ya fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən iş yerinə gedib xidməti iş otağında sonuncunun qəbulunda olmuşlar. Qəbul zamanı onlar Təqsirləndirilən şəxs həmin mənzildə 11 nəfər ailə üzvlərinin birgə yaşadıqlarını, başqa yaşayış yerlərinin olmadığını bildirib həmin evin onların mülkiyyətində saxlanılmasını xahiş etmişlər. Valeh Adbullayev də bu barədə yuxarı rəhbərlik heyəti ilə danışıb onun vasitəsilə xəbər göndərəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu xidməti iş otağına çağırdığından, həmin gün X19 ilə Təqsirləndirilən şəxs iş otağında qəbulunda olmuşlar. Qəbul zamanı Təqsirləndirilən şəxs həmin 56 nömrəli mənzilin əvvəlki mülkiyyətçisi X7 ölümü ilə əlaqədar həmin evin Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin portalında sahibsiz mənzil kimi göründüyünü, həmin evdə bacısıgilin yaşamaları üçün hesablayıcı (kalkulyator) vasitəsilə 4000 rəqəmini ona göstərib “verin icazəsini alım” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğin çox olduğunu dedikdə sonuncu yalnız 200-300 manat hörmət edə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə yeznəsi Şahid9 təklikdə Təqsirləndirilən şəxs yanına gedib həmin məbləği bir qədər aşağı etməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs razılaşmamışdır. 29 fevral 2024-cü il tarixdə o, təkrarən Təqsirləndirilən şəxs təklikdə qəbuluna girib hazırda 500 manat verməyi təklif etmiş, daha sonra söhbət zamanı Təqsirləndirilən şəxs təklifi ilə 2500 manat pul verəcəyi halda evi bacısıgilin istifadəsinə verəcəyinə dair razılaşmışlar. Həmçinin pulu da hissə-hissə ödəməyə, yəni 10 mart 2024cü il tarixədək ümumilikdə 2500 manat pulun 1000 manat hissəsini, may ayının sonunadək də qalan 1500 manat pulu ödəmə razılaşmışlar. Təqsirləndirilən şəxs həmin pulu razılaşdıqları müddətdə verməyəcəyi halda başqa şəxsin həmin ev üçün 6000 manat təklif etdiyini, evi də həmin şəxsə satacağını bildirmişdir. Lakin maddi imkanları zəif olduğu üçün razılıq üzrə 10 mart 2024-cü il tarixədək pulun bir hissəsini verməli olsalar da, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər fəhləlik edib gündəlik gördüyü işin müqabilində aldığı pulla ailəsinin dolanışığını təmin etmiş, bəzi vaxtlarda iş olmadığı üçün maddi çətinlikləri olmuşdur. Buna görə o, Valeh müəllimin yanına gedib, ona bir iş verməsini istəmişdir. Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz mühafizəçisi vəzifəsinə yer boşalacağını eşitmişdir. Valeh müəllim işə götürmək üçün ondan pul tələb etməmiş, o, özü hörmət etmək üçün 3000 manat verib onu həmin məktəbdə gündüz mühafizəçisi kimi işə düzəltməsini istəmişdir. Valeh isə “baxaram” demişdir. Bundan 3 gün sonra Valeh ona zəng edib görüşmək istədiyini demişdir. O da işinin düzəldiyini fikirləşmişdir. Valehlə görüşəndə sonuncu işin düzəlmədiyini və məsələnin onun sahəsi olmadığını deyib verdiyi pulu özünə qaytarmışdır. Valeh verdiyi pula heyvan alıb baxmağını məsləhət görmüşdür. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz mühafizəçisi vəzifəsinə təyin olunmaq üçün müraciət etmiş, Valehlə qohumluğu və yaxşı münasibəti olmuş, o, sonuncunun sözünün keçəcəyini düşündüyü üçün də məktəb direktoruna yox, Valehə müraciət etmişdir. O, Valehin məktəb direktorlarını tanıyıbtanımadığını bilməmişdir. O, ibtidai istintaq zamanı ifadə verərkən müstəntiq ona təzyiq göstərməmişdir. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 həmin ifadəsində göstərmişdir ki, o, işsiz olduğu üçün 2024-cü ilin fevral ayında iş yeri ilə təmin olunmasına görə Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Təqsirləndirilən şəxs Ağdam rayonunun Quzanlı kəndində yerləşən xidməti iş yerinə gedib qəbulunda olmuşdur. Xidməti iş otağında təklikdə qəbulda olan zaman Valehə maddi çətinliklərini deyib iş yeri ilə, yəni Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün fəaliyyət göstərən 97 nömrəli orta məktəbdə nəzarətçi kimi işə qəbul olunmağında ona köməklik göstərməsini xahiş etmişdir. Çünki həmkəndliləri ilə söhbət zamanı yaxın müddətlərdə həmin məktəbin nəzarətçisinin son yaş həddində olduğunu və əmək pensiyasına çıxacağını eşitmişdir. Təqsirləndirilən şəxs də vəzifəli şəxs kimi onu Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə gündüz növbəsi üzrə nəzarətçi kimi işə qəbul olunmağını təmin edəcəyini, bunun üçün özünə 3000 manat pul verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs rayon ərazisində uzun müddət rəhbər vəzifədə işlədiyini bildiyi üçün onu həmin işə qəbul etdirəcəyini müəyyən etmiş və buna görə də, Valehin tələbi ilə 04 mart 2024-cü il tarixdə sonuncunun xidməti iş otağında təklikdə 30 ədəd 100 manatlıq olmaqla ümumilikdə 3000 manat pul vermişdir. Lakin Valeh ona alacağı puldan kiməsə hər hansı məbləğdə pul verəcəyini və ya kimin vasitəsilə həmin işə düzəldəcəyi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs ondan 3000 manat pulu aldıqdan sonra həmin məktəbin gündüz növbəsində olan nəzarətçinin yaxın aylarda əmək pensiyasına çıxmasından sonra onun həmin vəzifəyə qəbul olunacağını bildirmişdir. Lakin ona həmin vaxt hansı sənədləri toplamalı olduğunu bildirməmiş, həmin şəxs pensiyaya çıxdıqdan sonra tələb olunan sənədləri toplamalı olduğunu bildirmişdir. Lakin hazırkı vaxtadək o, Təqsirləndirilən şəxs vəd verdiyi yerdə işə qəbul olunmamış, sonuncu da ondan aldığı 3000 manat pulu geri qaytarmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi 3000 manat pulu sonuncu ona qaytarıb, istintaq zamanı ifadə verərkən ona “əvvəlcə pulu verdiyini de, sonra geri qaytardığını deyərsən” demişlər, yəqin ona görə elə yazmışlar. Müstəntiqə verdiyi ifadəsini oxumamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ümumi İşlər sektorunda kadr məsələləri üzrə məsləhətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin tabeliyində 32-dən çox qəsəbə var. Mənzil İstismar Departamenti ölkə ərazisindəki qəsəbələrdən kənarda yerləşdiyindən MİS-ə müraciət edən şəxsləri şəxsən tanımaq mümkün deyil. Hər hansı şəxs Mənzil İstismar Sahəsində işə düzəlmək üçün ilk növbədə sahəsinin rəisinə müraciət edir. Bundan sonra həmin vəzifə üzrə vakant yer olduqda və sahə rəisi müraciət edən şəxsin vakant vəzifəyə yaralı olduğu qənaətinə gəldikdə departament rəisi Səbuhi Əhmədova bu barədə məlumat verərək şəxsin vakant vəzifəyə yararlı olmasını bildirir. Şəxsin işə qəbul edilməsinə razılıq alındıqdan sonra müvafiq sənədləşmə aparılır. Sahə rəisləri departament rəisinə vakant vəzifəyə qəbul edilmək üçün müraciət edən hər hansı şəxs barəsində yazılı rəy təqdim etmir, sadəcə şifahi formada məlumat verir. İfadəsinin davamı olaraq Şahid11 bildirmişdir ki, Valeh müəllimin Ofan xanımın pensiyaya çıxmasından sonra sonuncunun yerinə gəlini Nərmin xanımın vəzifəyə təyin edilməsi qarşılığında pul alması barədə onun məlumatı yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi Təqsirləndirilən şəxs onun arvadı Şahid2 davamlı işə gələ bilməməsi əsası ilə işdən çıxaracağını deməklə, bunu etməməsi müqabilində ondan 2024-cü ilin yanvar ayının 11də xidməti otağında 1000 manat tələb etməklə 500 manat aldığını, qalan 500 manatı verməsi üçün də bir müddət vaxt verdiyini bildirib, sonuncuya 500 manat verməsinə dair video görüntünü təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən başlayaraq, 06 (altı) ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlədə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsinə olan mobil telefon nömrələri üzrə 12 yanvar 2024-cü il tarixdən başlayaraq 03 (üç) ay müddətinə telefon danışıqların qulaqasılma əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi Təqsirləndirilən şəxs onun arvadı Nərmini işə qəbul etmək müqabilində ondan 1500 manat pul istəməklə aldığını və həmin pul müqabilində arvadı Nərminin Təqsirləndirilən şəxs rəhbərlik etdiyi sahədə işə qəbul olunduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi Təqsirləndirilən şəxs onu rayonda yerləşən 97 nömrəli məktəbdə işə qəbul etmək üçün ondan 3000 manat pul tələb edərək aldığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid3 xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi Təqsirləndirilən şəxs onu rəhbərlik etdiyi sahədə sürücü kimi işə qəbul etmək müqabilində ondan 3000 manat aldığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim olunması üçün Şahid1 5 ədəd C92936408, C07994009, C82677292, C87730981 və C63162597 seriya nömrəli 100 manatlıq əsginaslardan ibarət olan pul vəsaiti təqdim olunur və Şahid1 üzərinə video və səs yazısının aparılması üçün “OCULUS” markalı xüsusi texniki vasitə quraşdırılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdəki videoçəkilişdən görünür ki, həmin tarixdə saat 10:30 dəqiqədə Təqsirləndirilən şəxs xidməti otağına daxil olunur. Məhkəmə qərarı və kimliklər təqdim olunmaqla Şahid2 işdə saxlanılmasının təmin olunması ilə əlaqədar Şahid1 tərəfindən verilmiş 500 manatı təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunur. Bu zaman Valeh üzərində olan 5 ədəd 100 manatdan ibarət əsginasları təqdim edir. Baxış zamanı həmin əsginasların C92936408, C07994009, C82677292, C87730981 və C63162597 seriya nömrəli olmaları və üzərlərində xüsusi işıqlandırma ilə görünən “Nəzarət 2024” sözlərinin yazıldığı müəyyən olunur. İş üzrə zəruri əhəmiyyət kəsb etməsi ehtimalı ilə Təqsirləndirilən şəxs üzərində olan “Samsung S22” və “Samsung duos” markalı mobil telefonlar, ştatda olan işçilərin sayı, üzərində Ağdam rayon MKİS tabel kitabı, xidməti vəsiqəsi və işçilərin vəzifə təlimatı jurnalı götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları, yəni Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yerləşən 97 nömrəli orta məktəbdə nəzarətçi vəzifəsinə işə qəbul olunması üçün Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3000 manat pul verməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları, yəni sürücü vəzifəsinə qəbul olunması üçün Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında 3000 manat pul verməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, yəni arvadı Şahid2 təqaüd yaşınadək işdən çıxarılmaması müqabilində Təqsirləndirilən şəxs 1000 manat pul verməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X13 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şəmil Məmmədov ifadəsində göstərdiyi xüsusatları, yəni arvadı Nərminin işə qəbul olunması üçün Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında 1500 manat pul verməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid8 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid8 ifadəsində göstərdiyi xüsusatları, yəni bacısının evlə təmin edilməsinə dair Təqsirləndirilən şəxs 2500 manat pul istəməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdəki videoçəkilişdən görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixli ərizəsinə əlavə etdiyi diskdə olan görüntülərdə Şahid1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti otağına daxil olur, orada arvadı Şahid2 pensiya yaşınadək işdə saxlanılmasını Təqsirləndirilən şəxs deyir, sonuncu da bunun çətin olduğunu, lakin çalışacağını dediyi zaman, Aydın ona hörmət edəcəyini deməklə Valehdən məbləği soruşur, lakin Valeh konkret məbləğ deməməklə rəqəmi deməyi Aydına həvalə etdiyindən, sonuncu 02:30 saniyədə 1000 manat verə biləciyini deyir və Valeh də buna tam razı olduğunu bildirir. Hətta imkan edib ilin sonuna kimi Nəzakəti işdə saxlayacağını bildirir. Danışıq əsasında isə pulun hissə-hissə vermək imkanının olacağını Aydın deyir, Valeh də buna etiraz etmir. Söhbət zamanı Aydın videonun 00:45 saniyəsində pulları saymaqla 500 manatı Valehə verir və 01:40 saniyədə isə Aydın Valehə qalan 500 manatı da qısa müddətə verəcəyini deyir, Valeh də narahat olmamasını, Nəzakəti işdən çıxarmayacağını bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdəki videoçəkilişdən görünür ki, əməliyyat çəkilişlərini əks etdirən diskin daxilində “Şahid5”, “Şahid3”, “Şahid8” və “Şəmil Məmmədov-Şahid7” sözləri yazılmış 4 ədəd fayl vardır və həmin fayla daxil olduqda içərisində m4a formatında 4 ədəd cəmi həcmi 12.2 mb olan səs yazılar olan fayllar və avi formatında 236,485 mb həcmində isə video görüntü olan fayl vardır. 1) İlk olaraq üzərində “Şahid3” sözləri yazılmış fayla daxil olundu və orada 3 ədəd “mp4” formatında cəmi həcmi 303 mb olan video görüntülər və “wav” formatında 2 ədəd audio yazının olması müəyyən edildi. Həmin faylda olan 212 mb həcmində 6:45 saniyədən ibarət olan “Rec1_20240125_100934 Bəxtiyar atası Valeh” adlı video formatda olan fayla daxil olundu və orada Təqsirləndirilən şəxs xidməti otağında Şahid3 və Saleh Əzizov ilə söhbətlər aparması müəyyən edildi. Söhbətin məzmunu Bəxtiyarın sürücü qismində Təqsirləndirilən şəxs rəhbərlik etdiyi sahəyə işçi qismində işə qəbul olunması ilə əlaqədar olmuş və Valeh qeyd olunan şəxslərə bunun mümkün olduğunu bildirməklə, bunun üçün video görüntünün 04:00 saniyəsində kalkulyator vasitəsilə 3500 manat pulun verilməsini bildirir, Saleh Əzizov həmin məbləği görərək şifahi şəkildə 3500 manat ifadəsini işlədir. Bundan sonra Saleh və Bəxtiyar həmin məbləğin aşağı salınmasını Valehdən xahiş etdikləri zaman sonuncu həmin pulun 1500 manat həcmində veriləcək avtomobilə müəyyən ehtiyat hissələrini verəcəyini, qalan 2000 manatını da əmrin verilməsi üçün müəyyən şəxslərə verəcəyini, oradan da ona 200-300 manat pul veriləcəyini bildirir. Digər iki video Şahid3 avtomobil təmir etməsi və Telman Tağıyevin isə işdən çıxarılması ilə bağlı ümumi məzmunlu söhbətlərdən ibarətdir. Həmin faylda olan iki ədəd audio yazıda isə Bəxtiyarın Təqsirləndirilən şəxs zəng edərək sənədlərin hazır olmasını deməsi məzmununda söhbətlərin olması müəyyən edildi; 2) “Şahid8” sözləri yazılmış fayla daxil olundu və orada 3 ədəd “mp4” formatında cəmi həcmi 303 mb olan video görüntülər və “wav” formatında 2 ədəd audio yazının olması müəyyən edildi. Həmin faylda olan video görüntülər və səs yazılarının ümumi məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 15:35-də Təqsirləndirilən şəxs xidməti otağında sahədə sürücü vəzifəsində işləyən Şahid8 və Gültac Mehtiyeva arasında görüş baş tutmuşdur. Təqsirləndirilən şəxs G.Mehtiyevanın hazırda yaşadığı ünvan 1 ünvanındakı 2 otaqlı evin sahibi - sonuncunun əri Amil Mehtiyevin babası X7 ölməsi ilə əlaqədar həmin mənzilin Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin portalında boş ev kimi göstərildiyini bildirmiş və orada yaşamağa davam etmələri qarşılığında kalkulyatorda videoya gürünməyən məbləği Nurlana göstərərək “verin icazəsini alım” demişdir. Nurlan məbləğin aşağı salınmasını xahiş etsə də, Təqsirləndirilən şəxs cəmi 200-300 manat keçə biləcəyini vurğulamışdır. 28 fevral 2024-cü il tarixdə saat 17:24-də Gültac Mehtiyevanın əri xx.xx.1991-ci il təvəllüdlü X16 (istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var) Təqsirləndirilən şəxs otağına gələrək Nurlan ilə danışdığını, həmin məbləği ödəmək imkanının olmadığını bildirmiş və məbləğin aşağı salınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmamış və Nurlan vasitəsilə bildirdiyi məbləğin ödənilmədiyi təqdirdə yaxın günlərdə mənzilin təhvil verilməsini tələb etmişdir. 29 fevral 2024-cü il tarixdə, saat 10:06-da Şahid8 yenidən Təqsirləndirilən şəxs qəbuluna gəldikdə, sonuncu Amilin müxtəlif şəxslər vasitəsilə məsələnin həllinə nail olmağa çalışmasını mənfi hal kimi qiymətləndirmiş və “pulsuz iş həll edilmədiyini, özündən də həmin mənzilin boşaldılmasının tələb edildiyini və pul veriləndən sonra yuxarını susdura biləcəyini” söyləmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 3500 manat pul tələb etdiyini (“ağsaqqala demişəm 3000 pul verəcəm, mənim hörmətimi özü edəcək, 500 manat da belə qalır”), lakin Amilgilin maddi vəziyyətinin pis olması ilə əlaqədar 2500 manat vermək imkanlarının olduğunu söyləyəcəyini vurğulamışdır. O, hazırda həmin mənzilə görə adını çəkmədiyi bir şəxsin 6000 manat pul təklif etdiyini, 3000 manata sənədləşdirmə işlərini həll edə biləcəyini və yerdə qalan 3000 manatı “ağsaqqala” verərək öz payının da qaytarılacağını vurğulamışdır. Təqsirləndirilən şəxs Nurlana 10 martadək 1000 manat pul verilməsini, yerdə qalan 1500 manat pulun isə 31 may tarixinədək təmin edilməsini tapşırmış və tərəflər razılaşmışlar; 3) “Şahid5” sözləri yazılmış fayla daxil olundu və orada 5 ədəd “mp4” formatında cəmi həcmi 499 mb olan video görüntülərin olması müəyyən edildi. Həmin faylda olan video görüntülərin ümumi məzmununda Təqsirləndirilən şəxs xidməti otağında Amilin məktəbə nəzarətçi qismində işə qəbul olunmasını təmin etməsi ilə əlaqədar söhbətlər aparılır. “Pulun verilməsi” adlı faylın 02:23 saniyə həcmində olan videonun 00:30-cu saniyəsində Amil üzərində olan 3000 manatı işə qəbul olunması üçün Valehə verir və sonuncu həmin pulu saymaqla qəbul edir; 4) “Şəmil Məmmədov-Şahid7” sözləri yazılmış fayla daxil olundu və orada 4 ədəd “mp4” formatında cəmi həcmi 272 mb olan video görüntülərin olması müəyyən edildi. Həmin faylda olan video görüntülərin ümumi məzmununda Təqsirləndirilən şəxs xidməti otağında xx.xx.2024-cü il tarixdə Şəmil Məmmədov və Ofan Məmmədov arasında sonuncunun gəlini Nərminin işə qəbul olunmasına dair söhbətlər aparılır, Nərminin işə qəbul olunması üçün Valeh kalkulyatora məbləğ yazmaqla təqdim edir. xx.xx.2024-cü il tarixdə isə Şəmil Məmmədov və Şahid7 həmin yazmış olduğu məbləği qəbul edir və xx.xx.2024-cü il tarixdən əmrin veriləcəyini bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirini əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində üzərinə quraşdırılmış kamera ilə Təqsirləndirilən şəxs xidməti otağına daxil olur və orada yoldaşı Nəzakəti işdə saxlaması ilə əlaqədar Valehə minnətdarlığını bildirməklə, qalan 500 manatı da gətirdiyini deməklə videonun 01:50 saniyəsində 500 manatı saymaqla Valehə təqdim edir. Valeh də pulu qəbul edərək narahat olmaması bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin Baharlı Tabel kitabına baxış zamanı həmin kitabın 3-cü vərəqəsində 11 sırada “Şahid2 fəhlə” sözlərinin və davamlı olaraq gündəlik işə gəlməsinə dair imzaların əks olunması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən, həmin tarixli əmək müqaviləsinin və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2019-cu il tarixli 198 nömrəli əmrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixli 198 nömrəli əmrlə Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti işçilərinin vəzifə təlimatından görünür ki, sahə rəisi mənzil kommunal istismar sahəsinin ümumi fəaliyyətinə nəzarət edir, mənzil kommunal istismar sahəsinin ərazisində yerləşən və istismarında olan dövlət yaşayış fondunun qorunması, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, sanitar-texniki qaydalarına riayət etməklə yaşayış evlərinin qurğu və avadanlıqlarının müntəzəm və faziləsiz işləməsini təmin etmək, işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmin etmək, sakinlərin müraciətlərinə əsasən onlara müvafiq arayışlar vermək, sahəyə cəlb olunan işçilər barəsində müəssisə rəhbərliyinə təqdimat vermək, işə laqeyd münasibət, nizam-intizamın pozulması ilə əlaqədar cəzalandırılması barədə müəssisə rəhbərinə yazılı müraciət etmək kimi səlahiyyətləri vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2021-ci il tarixli 331 saylı əmrindən və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 xx.xx.2021-ci il tarixdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinə fəhlə qismində işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli 72 saylı əmrindən və xx.xx.2024-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid3 xx.xx.2024-cü il tarixdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinə sürücü qismində işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2011-ci il tarixli 86 saylı əmrindən görünür ki, Şahid7 xx.xx.2011-ci il tarixdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinə süpürgəçi qismində işə qəbul olunmuş, çalışmanın yaş həddini keçməsi səbəbi ilə xx.xx.2024-cü il tarixli 48 saylı əmrlə vəzifəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli 73 saylı əmrindən və xx.xx.2024-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdən Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinə dalandar qismində işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 təqdim etdiyi 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs xidməti otağında əməliyyat çəkilişlərini əks etdirən 01 (bir) ədəd disk, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri əks etdirən 01 (bir) ədəd disk, Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin Baharlı Tabel kitabından çıxarış maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmış, C92936408, C07994009, C82677292, C87730981 və C63162597 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əsginaslarının Azərbaycan Respublikasının Baş X8 təminat şöbəsində depozit seyfində saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2013-ci il tarixdə verilmiş AA 292199 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən Ağdam rayonu üzrə məcburi köçkün kimi qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalla təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 067148 nömrəli, xx.xx.2002-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsi veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 358329 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Yeni Azərbaycan Partiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli fəxri fərmandan görünür ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Təqsirləndirilən şəxs “Heydər Əliyev ili” çərçivəsində Ağdam rayonunda keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs “Zəfər günü münasibəti ilə” fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının Ağdam Rayon Təşkilatı tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs həm yaşayış yeri üzrə, həm də partiyanın təbliğat işlərində yaxından iştirak etdiyinə görə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Ağdam RMX poliklinika şöbəsində “Şəkərli diabet tip – 2, orta ağır forma” diaqnozu ilə qeydiyyatdadır, daimi olaraq ambulator müalicədədir, şəkərsalıcı dərmanlar qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs “Stenokardiyanın digər formaları, İ10 – Essensial birincili hipertenziya” diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində 3000 manat məbləğində pulu Təqsirləndirilən şəxs işə düzəlməkdə köməklik etməsi üçün deyil, məhz avtomobili təmir etmək üçün verdiyini göstərmişlər. Məhkəmə tərkibi şahidlər Şahid3 və Şahid4 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, o cümlədən şahidlər Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, əməliyyat çəkilişlərini əks etdirən görüntülərlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində Şahid3 işə düzəldilməsi üçün sonuncunun özü və atası ilə söhbət edərkən onlarla bu işi 3000 manata görəcəyinə dair razılaşdığını, həmin pulu sonunculardan aldığını, 1000 manatı Şahid3 təhkim olunmuş avtomobilin təmirinə xərclədiyini, qalan 2000 manatı isə özünə götürərək şəxsi işlərinə xərclədiyini göstərmişdir. Həmçinin Şahid3la atası Şahid4 da məhkəməyədək icraat zamanı verdikləri ifadələrində 3000 manat məbləğində pulu Təqsirləndirilən şəxs məhz Şahid3 işə düzəldilməsində köməklik etməsi üçün verdiklərini göstərmişlər. Qeyd edilən şahidlər məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ibtidai istintaq zamanı ifadə verərkən onlara hər hansı təsir və ya təzyiq olunmadığını, ifadələrini sərbəst şəkildə özlərinin bildikləri məlumat üzrə verdiklərini göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan da görünür ki, Şahid3la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları, yəni sürücü vəzifəsinə qəbul olunması üçün Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında 3000 manat pul verməsini sonuncunun üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də həmin xüsusatları təsdiq etmişdir. Habelə iş materiallarında olan əməliyyat çəkilişlərini əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdəki videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs xidməti otağında Şahid3 və Şahid4 ilə birincinin işə düzəldilməsi mövzusunda söhbət edərkən, Təqsirləndirilən şəxs Şahid3 rəhbərlik etdiyi sahəyə işçi qismində işə qəbul olunması üçün kalkulyator vasitəsilə sonunculara 3500 manat pulun verilməsini bildirir, Şahid4 həmin məbləği görərək şifahi şəkildə 3500 manat ifadəsini işlədir, bundan sonra Saleh və Bəxtiyar həmin məbləğin aşağı salınmasını Valehdən xahiş etdikləri zaman sonuncu həmin pulun 1500 manat həcmində veriləcək avtomobilə müəyyən ehtiyat hissələrini verəcəyini, qalan 2000 manatını da əmrin verilməsi üçün müəyyən şəxslərə verəcəyini, oradan da ona 200-300 manat pul veriləcəyini bildirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə, məhkəmə tərkibi şahidlər Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini bir-biri ilə, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, o cümlədən şahidlər Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə, əməliyyat çəkilişlərini əks etdirən görüntülərlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Şahid3la Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən alması, vəzifəli şəxs qismində vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi və öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməsi (nüfuz alveri etməsi) tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti işçilərinin vəzifə təlimatından görünür ki, mənzil kommunal istismar sahəsinin ümumi fəaliyyətinə nəzarət etmək, mənzil kommunal istismar sahəsinin ərazisində yerləşən və istismarında olan dövlət yaşayış fondunun qorunması, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, sanitar-texniki qaydalarına riayət etməklə yaşayış evlərinin qurğu və avadanlıqlarının müntəzəm və fasiləsiz işləməsini təmin etmək, işçilər tərəfindən əmək və icra intizamına riayət edilməsini təmin etmək, sakinlərin müraciətlərinə əsasən onlara müvafiq arayışlar vermək, sahəyə cəlb olunan işçilər barəsində müəssisə rəhbərliyinə təqdimat vermək, işə laqeyd münasibət, nizam-intizamın pozulması ilə əlaqədar cəzalandırılması barədə müəssisə rəhbərinə yazılı müraciət etmək kimi səlahiyyətlər sahə rəisinin vəzifəsidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti işçilərinin vəzifə təlimatına əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Qərarından görünür ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şahid1 aldığı maddi nemət hesab olunan pul qarşılığında sonuncunun arvadı Şahid2 pensiya yaşı çatanadək işdə qalmasını təşkil etmiş, eləcə də sonuncunun əmək və icra intizamına riayət edilməsinə göz yummaqla onun işə gəlməməsinə şərait yaratmış, həmçinin Şahid3 aldığı maddi nemət hesab olunan pul qarşılığında sonuncunun onun rəhbəri olduğu sahədə sürücü kimi işə qəbul olunmasını, o cümlədən Şahid7 aldığı maddi nemət hesab olunan pul qarşılığında sonuncunun X18nı rəhbəri olduğu sahədə dalandar kimi işə qəbul olunmasını, habelə Şahid8lə aralarında əldə olunmuş razılığa əsasən maddi nemət hesab olunan pulun verilməsi müqabilində sonuncunun bacısı Gültac Mehtiyevanı, ərinin babasına sosial vəziyyəti ilə əlaqədar verilmiş evdən həmin şəxsin vəfatından sonra çıxarılmamasına şərait yaratmaqla qeyd edilən evdə qalmasını təşkil etmişdir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi məcburi köçkün olmasını, “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalla təltif edilməsini, Birinci Qarabağ müharibəsi veteranı olmasını, Ağdam rayonunda keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə həm rayon rəhbərliyi, həm də üzvü olduğu partiya tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilməsini, səhhətinin vəziyyətini, yəni 2-ci tip şəkərli diabet xəstəliyinin, habelə Stenokardiyanın digər formaları, İ10 - Essensial birincili hipertenziya xəstəliyinin olmasını, eləcə də səhhətində bir sıra digər ağır xəstəliklərin olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312-1.1 və 313-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən barəsində işdə olan ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olmasını, eyni zamanda səhhətinin vəziyyətini, yəni 2-ci tip şəkərli diabet xəstəliyinin olmasını və səhhətində bir sıra digər ağır xəstəliklərin olmasını, eləcə də yaşadığı Ağdam rayonunda keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətini nəzərə alaraq və şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 14 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək tutulduğu və ev dustaqlığında olduğu müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs xidməti otağında əməliyyat çəkilişlərini əks etdirən 01 (bir) ədəd disk, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri əks etdirən 01 (bir) ədəd disk, Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin Baharlı Tabel kitabından çıxarış iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalı, Baş X8 təminat şöbəsində depozit seyfində saxlanılan C92936408, C07994009, C82677292, C87730981 və C63162597 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əsginaslarının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən əməliyyat tədbiri ilə əlaqədar Baş X8 təminat şöbəsindən götürülməsi nəzərə alınmaqla həmin əsginasların təyinatı üzrə istifadə olunması üçün Baş Prokurorluğa aid hesab edilməklə Baş X8 təminat şöbəsinin hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş əsas qətimkan tədbiri qismində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və həmin əsas qətimkan tədbiri vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 312- 1.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və həmin əsas qətimkan tədbiri vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs xidməti otağında əməliyyat çəkilişlərini əks etdirən 01 (bir) ədəd disk, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri əks etdirən 01 (bir) ədəd disk, Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin Baharlı Tabel kitabından çıxarış iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Baş X8 təminat şöbəsində depozit seyfində saxlanılan C92936408, C07994009, C82677292, C87730981 və C63162597 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əsginaslarının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən əməliyyat tədbiri ilə əlaqədar Baş X8 təminat şöbəsindən götürülməsi nəzərə alınmaqla həmin əsginasların təyinatı üzrə istifadə olunması üçün Baş Prokurorluğa aid hesab edilməklə Baş X8 təminat şöbəsinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-200/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-200/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver