Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-201/2020 23.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirəndirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Tərtər rayonu, Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvələr məhkum olunmamış, işləməyən, Tərtər rayonunun Buruc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Tərtər rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, təkrar olaraq və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində yaşadığı Tərtər rayonu Buruc kəndindəki evində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşdükdən sonra qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs2 həyətində olan ağac yarpaqlarının onun həyətinə doğru süpürülməsini bəhanə edərək yaşadığı evin eyvanından soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb qardaşının həyətinə keçmiş, təxminən 15-20 dəqiqə müddətində ucadan qışqıraraq onun gəldiyini görüb qaçıb gizlənən qardaşı Zərərçəkmiş şəxs2 əlindəki bıçaqla öldürəcəyi və xəsarətlər yetirəcəyi ilə hədələyib ünvanına nəlayiq ifadələrlə söyüşlər söymüş, onun səs-küyünə həyətin kənarına toplanmış çoxsaylı qonşuların gözləri qarşısında açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etmiş, ətrafda toplanmış şəxslərdən Şahid1 telefonla verdiyi məlumat əsasında xidməti geyim formasında hadisə yerinə gələn Tərtər rayon polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Buruc kəndi üzrə sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs1 onun xuliqanlıq hərəkətlərinin qarşısını alaraq əlindəki bıçağı götürüb avtomobilinə qoyduqdan sonra onu sakitləşdirib evinə aparmış və telefonla rayon polis şöbəsinin əməkdaşlarını hadisə yerinə dəvət etmiş, o, evinə qayıtdıqdan təxminən 5 dəqiqə sonra evin eyvanında olan stolun üzərindən soyuq silah hesab edilməyən digər mətbəx bıçağını götürüb yenidən qardaşı Arifin həyətinə qayıdaraq ucadan qışqırıb əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 öldürəcəyi və xəsarətlər yetirəcəyi ilə hədələyib ünvanına nəlayiq ifadələrlə söyüşlər söyərək ətrafda toplanmış çoxsaylı insanların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən təkrar xuliqanlıq hərəkətləri etdiyindən polis mayoru Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirərək onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışdıqda ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib silah qismində istifadə olunan mətbəx bıçağından istifadə etməklə zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərkən həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyətilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlib əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 bədən səthinin mühüm həyati əhəmiyyəti olan nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya qarın nahiyyəsinin ön divarının nazik bağırsağın və bağırsaq müsariqəsinin yaralanmaları ilə qarın boşluğuna keçən 3 ədəd deşilmiş-kəsilmiş yaraları, birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarətlər və qarın nahiyyəsinin ön divarının qarın boşluğuna keçməyən 1 ədəd, sol bazu və sol bud nahiyyələrinin cəmi 2 ədəd deşilmişkəsilmiş yaraları, birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 fəal müqavimət göstərməklə sol əli ilə onun yaxasından, sağ əli ilə isə şalvarının kəmərindən tutaraq onu həyətdə olan avtomobilin ön hissəsinə çırpdıqda əlindəki bıçaq yerə düşdüyündən sonuncuya gücünün çatmadığını görüb hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən vaxtında Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində evə qayıtmışdır. Nahar vaxtı olduğundan o, kartof qızartması ilə ona hədiyyə verilmiş kustar üsulla hazırlanmış spirtli içki olan 500 qram araq içmiş və sərxoş olmuşdur. O, naharı həyətlərində olan evlərinin qarşısındakı eyvanda etmişdir. O, həyətdə olan zaman qardaşı Arifin yaşadığı evin həyətində olan yarpaqları onun həyətinə doğru süpürdüyünü görmüşdür. Həmin vaxt sərxoş olduğundan qardaşı Zərərçəkmiş şəxs2 yarpaqları onun həyətinə süpürüb tökməsindən pis olmuş və iradını bildirdirmiş, Arif isə ona “yaxşı edirəm” deyib cavab vermişdir. Bundan sonra o, yemək yediyi masanın üzərindəki bıçağı götürüb qardaşı Zərərçəkmiş şəxs2 həyətinə daxil olmuş və qardaşının arxasınca düşmüş, Arif isə onun əlində bıçağı gördüyndən qaçmışdır. Xatırladığına görə bir müddət sonra Tərtər rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin Buruc kəndi üzrə sahə rəisi Zərərçəkmiş şəxs1 gəldiyini görmüş və sonuncu onu sakitləşdirərək yaşadığı evə tərəf aparmışdır. O, yaşadığı evin həyətinə daxil olduqda Zərərçəkmiş şəxs1 onun qolundan tutmuş, o, Zərərçəkmiş şəxs1 əlindən çıxaraq Arifin yanına getmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 buna imkan vermədikdə o, yaşadığı evə qayıdıb masanın üzərindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs1 xatırlmadığı qoluna vuraraq xəsarət yetirmiş və bundan sonra o, Zərərçəkmiş şəxs1 əlindən çıxaraq qardaşı Arifin həyətinə daxil olmaq istədikdə ayağı çəpərə ilişərək yerə yıxılmışdır. Yerə yıxıldıqda başından və sağ ayağının bud hissəsindən xəsarət almışdır. O, həmin vaxt huşunu itirmiş, gözünü açdıqda post patrul xidmətinin əməkdaşlarının avtomobilində aparıldığını görmüşdür. O, sərxoş olduğundan hadisə tam olaraq onun yaddaşında qalmamış, Zərərçəkmiş şəxs1 neçə dəfə və hansı nahiyyələrindən bıçaqla vurduğunu xatırlamamışdır. Hadisə zamanı bıçaqla Zərərçəkmiş şəxs1 təsadüfən bıçaqla vurmuş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Törətdiyi əməldən peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını, zərəçəkmiş şəxslərin ondan şikayətçi olmamsının nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində Şahid1 onun mobil telefonuna zəng vurub Təqsirləndirilən şəxs əlində bıçaqla onların evinə daxil olmaq istədiyini bildirmişdir. O, bu barədə Tərtər rayon polis şöbəsinin məsul növbətçi hissəsinə məlumat vermiş və əməliyyat-istintaq qrupunun hadisə yerinə göndərilməsini xahiş etmişdir. O, əməliyyat-istintaq qrupunu gözləmək istəmiş, lakin 2-ci dəfə Şahid1 ona zəng vurub Təqsirləndirilən şəxs sakitləşmədiyini və bıçaqla onları və ətrafdakıları hədələdiyini bildirdikdə o, Şahid1 yaşadığı ünvana getmişdir. Həmin vaxt Vüsal və ailə üzvlərinin darvazanın qarşısında olduğunu, həyəcanlı şəklidə durduqlarını, Vüsalın əlində isə taxta parçası olduğunu görmüşdür. O, Şahid1 nəyə görə taxta parçasını əlinə götürdüyünü soruşduqda, Vüsal ona “Seyhun əlində bıçaqla bizi vurmaq istəyir” cavabını vermişdir. O, həmin vaxt Seyhunu Şahid1 yaşadığı evin həyətindən təxminən 4 metr aralı məsafədə görmüş, sonuncu əlində bıçaqla ucadan qışqıraraq nalayiq söyüşlər söyərək onları hədələmişdir. O, Təqsirləndirilən şəxs sərxoş olduğunu hiss etmiş, Seyhun əlindəki bıçağı sağa-sola hərəkət etdirməklə ətrafda toplaşanları öldürməklə hədələmişdir. Eyni zamanda Seyhun uca səslə qardaşı Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq söyüşlər söyərək təhqir etmiş, ətrafda isə qonşular toplaşmışdır. O, Seyhuna tərəf yaxınlaşmış və sakitləşdirməyə çalışmış, Seyhun əvvəlcə onun sözlərindən sonra sakitləşmiş, daha sonra isə yenidən uca səslə onun üzərinə gələrək kənara çəkilməsini və qohumlarının hamısını öldürəcəyini bildirmişdir. O, kənara çəkilmədikdə Seyhun əlindəki bıçağı onun üzərinə tərəf çəkmiş, o, cəld olaraq Seyhunun əlini tutmuş və qolunu buraraq əlindən bıçağı almışdır. Həmin vaxt Seyhun onun əlindən çıxaraq öz həyətinə doğru qaçmış, o isə bıçağı öz avtomobilinin ayaq altına qoymuşdur. Seyhun yenidən qardaşı Zərərçəkmiş şəxs2 həyətinə gələrək onlara baxaraq uca səslə söyüşlər söyərkən o, əməliyyat-istintaq qrupu gələnə kimi Seyhunun qaçmasının qarşısını almaq üçün Arifin həyətinə keçmiş və Seyhunu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Seyhun onun üzərinə gələrək çəkilməsini, ucadan söyüşlər söyüb hamını öldürəcəyini demişdir. O, Seyhunun əlində ikinci bir bıçaq olmasını bilməyərək onun qarşısını almaq istədikdə Seyhun bıçaqla onun qarnının sol tərəfinə qəflətən vurmuşdur. Əvvəlcə zərbələr zəif olmuş, lakin sonuncu dəfə Seyhun qara rəngli dəstəyi olan bıçaqla onun qarnına güclü zərbə vurmuş, o, ağır xəsarətlər almasına baxmayaraq, özünü itirməyib Təqsirləndirilən şəxs onu öldürməsinin qarşısını almaq üçün sol əli ilə Seyhunun yaxasından sağ əli ilə isə şalvarının kəmər hissəsindən tutaraq onu Arifin həyətində olan VAZ-2107 markalı avtomobilin ön hissənə çırparaq zərərsizləşdirmişdir. Bu zaman Seyhunun əlindəki bıçaq yerə düşmüşdür. Həmin vaxt post-patrul xidməti avtomobili gələrək Arifin evinin giriş darvazasının qarşısında dayanmış, Seyhun ona gücünün çatmadığını görüb oradan qaçmaq istəmiş, lakin qardaşı Arifin hasarından aşaraq qaçmaq istəyərkən yıxıldığından hadisə yerinə çatan post patrul xidməti əməkdaşları Seyhunu tutaraq avtomobilə mindirib aparmışlar. Seyhun onun qarın nahiyyəsinə 4, sol qoluna və sağ ayağının bud hissəsinə 2 ədəd, ümumilikdə 6 ədəd bıçaq zərbəsi vurmaqla xəsarət yetirmişdir. Sonradan həmin bıçaq zərbələrindən 3 ədədinin daxilə keçən xəsarət olduğunu bilmişdir. Daha sonra rayon polis şöbəsinin əməkdaşı, polis mayoru Şahid8 onu avtomobili ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırmış, həkimlərin vaxtında müdaxiləsi nəticəsində o, əməliyyat edilmiş və həyatı xilas olmuşdur. Təqsirləndirilən şəxslə barışmasını, ondan şikyayətçi olmamasını nəzərə almaqla təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı evin həyətində olan zaman qardaşı Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun yaşadığı evin həyətinə daxil olaraq heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və ona “sən nəyə görə həyəti süpürüb yapaqları mənim həyətimə atırsan?” demişdir. O, Seyhuna elə bir şey etmədiyini, yarpaqları onun həyətinə atmadığını bildirmiş, həqiqətən də yarpağı qardaşının həyətinə süpürməmişdir. Seyhun ona “kişi deyilsən” sözlərini deyərək mübahisəni davam etdirmişdir. O, Seyhunun içkili olduğunu görüb evinə getməyini xahiş etmiş və Seyhuna özünün həyəti ilə onun həyəti arasında qapı qoyacağını və hasara alacağanı bildirmişdir. Seyhun isə uca səslə “sən kimsən ki, belə sözlər deyirsən, bura mənim atamın yurdudur” demişdir. O,təkrərn Seyhundan evinə getməsini xahiş etmişdir. Seyhun onun həyətindən çıxaraq öz yaşadığı evə getmiş, təxminən 5 dəqiqədən sonra sonuncu yenidən onun həyətinə daxil olmuş və üzərinə gəlmişdir. Bu zaman arvadı Şahid2 qışqıraraq Seyhunun əlində bıçaq olduğunu ona demiş, o da Seyhunun əlində bıçaqla ona doğru sürətlə yaxınlaşdığını görüb qaçmış, Seyhun isə onu təqib etmişdir. Qardaşının səs-küyünə əmisi nəvəsi Şahid1 və onun ailəsi də çıxmış, o, cəld olaraq Şahid1 çəpərindən aşaraq oradan qaçmışdır. Daha sonra Seyhun bıçaqla Vüsalgilin həyətinə daxil olmuş, orada bıçaqla toplaşanları hədələmiş və səs-küy yaratmışdır. Bu səbəbdən Vüsal kəndin sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Zərərçəkmiş şəxs1 Vüsalın yaşadığı evə gəlib Seyhunla söhbət edib onu sakitləşdirərək əlindəki bıçağı alıb özünə məxsus avtomobilə qoymuş, daha sonra Seyhunu evə göndərmişdir. Az sonra Seyhun yenidən evdən bıçaq götürərək onu axtarmış və Zərərçəkmiş şəxs1 Seyhunu yenidən sakitləşdirməyə çalışan zaman bıçaqla Zərərçəkmiş şəxs1 bir neçə dəfə qarın, qol və ayağına zərbələr vuraraq xəsarət yetirmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası yoxdur və məhkəmədən təqsirləndirlən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə, saat 18 radələrində yaşadığı evin həyətində olan zaman qohumu Zərərçəkmiş şəxs2 həyətində səs-küy eşitmişdir. Az sonra Arifin arvadı Rəsmiyyə qaçıb onun yaşadığı evə gəlmiş və Seyhunun əlində bıçaqla əri Arifi qovduğunu bildirmişdir. Daha sonra Arif tələsgən şəkildə onun həyətinə gəlmiş və ardınca Seyhun həyətə daxil olmuşdur. Seyhun Arifin arxasınca getdiyi üçün Arif oradan qaçıb getmişdir. O, Seyhunun əlində dəstəyi göy, ağ və qırmızı rəngli mətbəx bıçağı görmüş və onu sakitləşdirmək üçün üzərinə getmiş, lakin Seyhun sakitləşməyərək uca səslə qışqıraraq söyüşlər söymüş və Arifi axtarmışdır. O, Seyhunun sərxoş olduğunu görüb qorxaraq polis mayoru Zərərçəkmiş şəxs1 zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs1 az sonra hadisə yerinə gəlmiş, Seyhuna yaxınlaşmış, Seyhun əvvəlcə Zərərçəkmiş şəxs1 tanımamış və üzərinə bıçaqla getmək istəmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 özünü təqdim edərək Seyhunu sakitləşdirib əlindəki bıçağı alıb onu yaşadığı evinə göndərmişdir. Bir qədər sonra Seyhun yenidən əlində başqa bıçaqla Arifin yaşadığı evin həyətindən çölə çıxmış və uca səslə qışqıraraq söyüşlər söymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 onlara “siz yaxınlaşmayın mən özüm Seyhunu sakitləşdirəcəyəm” demiş və Seyhuna yaxınlaşıb onu söhbətə tutaraq Arifin yaşadığı evin həyətindən özünun evinə aparmaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 və Seyhun arasında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs1 Seyhunun yaxasından tutmuş və onu itələmişdir. Bu zaman hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlmiş, Seyhun polis şöbəsinin əməkdaşlarını görüb hadisə yerindən qaçmışdır. Polis əməkdaşları ilə birlikdə o, Seyhunu axtarmış, Arifin həyətinə baxanda Seyhunu hasarın kənarında yerə yıxılı vəziyyətdə görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 Arifin yaşadığı evin həyətinin giriş darvazasına söykənmiş, o, Zərərçəkmiş şəxs1 halsız olduğunu görüb sonuncunu öz həyətinə gətirmişdir. Həyətdə Zərərçəkmiş şəxs1 üst-başına fikir verəndə polis formasının pencəyinin qarın nahiyyəsinin qana bulaşdığını görmüş və pencəyi yuxarı qaldırıb baxanda Zərərçəkmiş şəxs1 xəsarət yerlərini görmüş və Seyhunun Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində polis mayoru Zərərçəkmiş şəxs1 şöbənin məsul növbətçisinə zəng vurub Buruc kənd sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə səs-küy saldığını, bıçaqla kənd sakinlərini öldürməklə hədələdiyini, ucadan söyüşlər söydüyünü bildirib onun yaşadığı evə əməliyyat-istintaq qrupunu göndərilməsini xahiş etmişdir. Həmin vaxt o, post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantları Şahid5 və Şahid7 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerində Zərərçəkmiş şəxs1 Buruc kənd sakini Şahid1 yaşadığı evin həyətində görmüş, Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını və sonuncunun qaçdığını bildirmişdir. Daha sonra onlar S. Nəcəfovu axtarmağa başlamış və Şahid7 Təqsirləndirilən şəxs qardaşı Arifin hasarının kənarında yerdə uzanıqlı vəziyyətdə tapmışdır. Həmin vaxt onlar həyətdə dəstəyi qara rəngli mətbəx bıçağını da aşkar etmişlər. Polislər Zərərçəkmiş şəxs1 özünə məxsus avtomobilə mindirib dərhal Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış və xəstəxanada Zərərçəkmiş şəxs1 əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs1 6 ədəd bıçaq xəsarəti aldığı məlum olmuş, həkimlərin vaxtında müdaxiləsi nəticəsində sonuncu həyatda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan və fotocədvəldən görünr ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətyanı sahəsidir. Həmin yerə baxış keçirilərkən hər hansı əşya, predmet və qanabənzər ləkə aşkar edilməmiş və götürülməmişdir. Baxışda iştirak edən X9 bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla sahə rəsi Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs1 onun qardaşı Şahid1 yaşayış evinin həyətinə getmiş və orda Elçinin qarın nahiyyəsinə baxan zaman yerə 2-3 damçı qan düşmüşdür. İştirakçılarla birlikdə Şahid1 yaşayış evinin həyətyanı sahəsinə gedilərək baxış keçirilmişdir. Həmin eyaşayış evinin həyətinin giriş darvazası vardır. Darvaza göy rənglidir və hündürlüyü 3 metrdir, iki taylıdır. Darvazadan həyətə daxil olduqda sağ tərəfdə darvazadən 6 metr məsafədə Şahid1 yaşayış evi yerləşir. Yaşayış evi 1 mərtəbəli olub yerdən tikilmişdir, təmirsiz vəziyyətdədir, üzəri şiferlə örtülüdür. Zərərçəkmiş şəxs1 yaşayış evinin ön tərəfində olan zaman polis formasını yuxarı qaldıraraq xəsarət alıb-almamasını öyrənmək istəmiş, həmin vaxt qan damcıları yerə düşmüşdür. 2 yerdə qan damcısına rast gəlinimşdir. Qan damcısı torpaq və çınqıl daşın üzərində müəyyən edilmişdir. Həmin qan damcıları götürülərək 2 ayrı zərfə qoymaqla qablaşdırılmışdır. (cild-1. i.v- 03-09) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c.1.i.v.50-51). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixli 699 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 21:20 radələrində, yəni hadisə zamanı ağır dərəcəli sərxoş olmuşdur. (c.1.i.v.39). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixli “paltarlara baxış keçirilməsi və götürlməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd tünd göy rəngli polis formasının pencəyi, 1 ədəd uzunqol polis formasının köynəyi və 1 ədəd polis formasının şalvarı və Təqsirləndirilən şəxs paltarlarına baxış keçirilməsi və götürülməsinə dair xx.xx.2019-cu tarixli protokolla götürülmüş ona məxsus 1 ədəd mavi rəngli cins şalvar və 1 ədəd tünd göy rəngli sviter.(cild-1. i.v- 27-35) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixdə “bıçağa baxış keçirilmiəsi və götürülməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, 1 ədəd dəstəyi qara rəngli və 1 ədəd dəstəyi ağ, göy və qırmızı rəngli mətbəx bıçaqları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş və maddi sübut hesab edilmişdir. (cild-1. i.v- 81-83) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 290 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər-qarın nahiyyəsinin ön divarının nazik bağırsağın və bağırsaq müsariqəsinin yaralanmaları ilə qarın boşluğuna keçən 3 ədəd, qarın nahiyyəsinin ön divarının qarın boşluğuna keçməyən 1 ədəd, sol bazu və sol bud nahiyyələrinin cəmi iki ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Həmin xəsarətlər deşicikəsici əşyanın təsirindən törənmişdir, qarşılıqlı mübarizə şəraitində təqdim olunan bıçaqla törənə bilər, müddətləri qərarda göstərilən tarixə-yəni xx.xx.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə: a) qarın nahiyyəsinin ön divarının nazik bağırsağın və bağırsaq müsariqəsinin yaralanmaları ilə qarın boşluğuna keçən 3 ədəd kəsilmiş-deşilmiş yarası birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər: b) qarın nahiyyəsinin ön divarının qarın boşluğuna keçməyən 1 ədəd, sol bazu və sol bud nahiyyələrinin cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları birlikdə və ayrı-ayrılqıda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.(cild-1. i.v- 239-244) İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild-1. i.v- 213) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Buruc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu Burcu kəndində yaşayır və ailə tərkibi 1967-ci il təvəllüdlü arvadı Şahid4 Rəhman qızı, oğlu 1993-cü il təvəllüdlü X6, 1998-ci il təvllüdlü Nəcəfzadə Rövşən Seyhun oğlundan ibarətdir. (cild-1. i.v- 214) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(061)-50/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və o, hal-hazıradək həbsdədir. (c.1.i.v.115-117). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c.1.i.v.164). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “zərəçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu Buruc kəndinə gələrək onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışdığı yeri, Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq öldürməyə cəhd etdiyi yeri, xəsarət aldıqdan sonra Şahid1 yaşadığı evin həyətində gedərək durduğu yeri göstərərək, ona qarşı törədilmiş cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir.(cild-2. i.v- 42-47) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji və soyuq silah ekspertizasının xx xxxx 2020-ci il tarixli, 16/404/405 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 2 ədəd bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərlərində təyinatlarını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus paltarların səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçaqların və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağından yuxarıya doğru yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetlərə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçaqların təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Təqsirləndirilən şəxs məxsus paltarların üzərindəki zədələr fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma, sökülmə zədələridirlər. Zədələrin xarakterini nəzərə almaqla onların əmələ gəlmə mexanizminin müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyildir. (cild-2. i.v- 62-67) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Əşyanın tanınması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim olunmuş bıçaqlar arasından 2 rəqəmi ilə işarələnmiş dəstəyi qara rəngli mətbəx bıçağını əli ilə göstərərək Təqsirləndirilən şəxs onu həmin bıçaqla vuraraq öldürməyə cəhd etdiyini bildirmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir.(cild-2. i.v- 79-81) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxx 2020-cı il tarixli 422/2020-MTBŞ №-li nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi O(İ) (şəxsiyyət vəsiqəsinin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş 02 ədəd bıçağın tiyəsi, kiçik daşlar və torpaq hissələri, tozvari torpaq hissələri, həmçinin Təqsirləndirilən şəxs məxsus cins şalvar, sviter, Zərərçəkmiş şəxs1 məxsus polis formasının şalvarı və polis formasının köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 02 ədəd bıçağın dəstəyi və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd polis formasının pencəyi üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild-2. i.v- 85-93) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 303/122 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir.Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri qardaşı Ariflə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır(keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild-2. i.v- 94-97) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsn xx xxxxxx 2019-cu il tarixdə qardaşı Zərərçəkmiş şəxs2la mübahisə etdiyi yeri, yaşadığı evin eyvanından bıçağı götürdüyü yeri, Zərərçəkmiş şəxs1 bıçaqla vurduğu yeri, hadisəni törətdikdən sonra qaçdığı yeri göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir.(cild-2. i.v- 126-130) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Əşyanın tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim olunmuş bıçaqlar arasından 2 rəqəmi ilə işarələnmiş dəstəyi qara rəngli mətbəx bıçağını əli ilə göstərərək həmin bıçağın ona məxsus olduğunu, hadisə günü həmin bıçağı istifadə edərək Zərərçəkmiş şəxs1 bir neçə dəfə vurduğunu bildirmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir.(cild-2. i.v- 134-136) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmaması ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər mötəbər istintaq materialları ilə tam təkzib edildiyindən həmin ifadəni inandırıcı hesab etməyib özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Belələiklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, təkrar olaraq və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi, həmçinin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi məhkəmə istintaqı zamanı sübut yetirilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisədən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə münasibətlərinin pisləşməklə gərginliyə doğru getməsi, hadisə vaxtı isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə qarşı etmiş olduğu kriminal davranışların xarakteri, bundan sonra isə onun cinayət hərəkətlərini həyata keçirməyə mane olan hallar bilavasitə təqsirləndirilən şəxsin zərərəçəkmiş şəxslərin qəsdən həyatdan məhrum etməyə yönəlməsi üçün əsas verir. Məhkəmə bu nəticəyə gələrkən «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki,» «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 03 saylı qırarının 2, 3 və 8-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 7-ci bəndində zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasınnın CM-nin 29, 120.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3 və 221.3-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirilən hal kimi qeyd edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 29, 120.2.3 və 221.3-cü maddəsi ilə təyin ediləcək cəzanın son həddi, sözü gedən maddələrin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eləcə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi” müddəası məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63-cü maddəsinin tətbiqindən sonra müəyyən edilən cəzanın son həddinin Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən cəza müddətinin hesablanması həmin Məcəllənin 63-cü maddəsinin tətbiqindən sonra əldə edilmiş son həddi əsasında aparıldığından təqsirləndirlən şəxsə Qanunun qeyd olunan tələbləri bıxımından cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxx 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar - Tərtər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 2 ədəd zərfdə qan nümunələri, 2 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd polis formasının pencəyi, 1 ədəd uzunqol polis köynəyi və 1 ədəd polis formasının şalvarı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs məxsus 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli sviter Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356,384 -387-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Tərtər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 2 ədəd zərfdə qan nümunələri, 2 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd polis formasının pencəyi, 1 ədəd uzunqol polis köynəyi və 1 ədəd polis formasının şalvarı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs məxsus 1 ədəd mavi rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli sviter Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarsılsın, imtina etdikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X2 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X11 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-201/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-201/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver