Məhkəmə qərarları › İş №1(100)-201/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-201/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-201/2021 09.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu (məruzəçi hakim), İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X17 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X29 qızının və müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Хidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, tanışı X4 onunla dostluq etməyin məsləhət olmaması barədə digər tanışı Şahid6 dedikdlərini öyrənib bildikdən sonra özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonda istifadə etdiyi “İnstaqram” sosial şəbəkəsi vasitəsilə Əhliman Tağıyevin istifadəsində olan ***-***-**-** mobil telefonda olan “İnstaqram” sosial şəbəkəsinin səhifəsinə səsli mesajlar göndərib və mobil telefon vasitəsi ilə əlaqə saxlayıb onun arxasınca danışdığına görə Əhliman Tağıyevi nalayiq ifadələrlə təhqir etmiş, buna cavab olaraq onun yaxınlarının ünvanına təhqiramiz ifadələr işlədən Əhliman Tağıyevi bu sözlərinə görə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 05 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində sonuncunu münasibətlərinə aydınlıq gətirmək üçün Şəmkir şəhəri, H.Cavid küçəsində yerləşən Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin həyətinə dəvət etdikdən sonra orada özü ilə gətirdiyi ümumi uzunluğu 170 mm, tiyəsinin uzunluğu 75 mm, dəstəyinin uzunluğu 95 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağını çıxarıb nümayiş etdirib Əhliman Tağıyevin onu təhqir etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə birgəyaşayış qaydalarına zidd olaraq xuliqanlıq niyyəti ilə Əhliman Tağıyevin həyat fəaliyyəti üçün əhəmiyyətli olan orqanlarının yerləşdiyi sinə və sağ bud nahiyələrinə iki dəfə qəsdən zərbə endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol ön-yan səthinin döş boşluğuna keçib ürəyin sol mədəciyinin zədələnməsi və ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmiş, kəsilmiş yara və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sağ budun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş səthi yarası ilə müşayiət olunan xəsarətlər yetirərək X7 xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həbs edildiyi günə qədər nənəsi Durdanə ilə birlikdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşamışdır. X2 2020-ci ildə Şəmkir şəhərində yerləşən "Xan" şadlıq sarayında ofisiant işlədiyi vaxtlardan tanımış, həmin vaxtdan münasibətləri yaranmışdır. 2020-ci ilin yay aylarında Əhlimanla aralarında narazılıq olmuşdur. Belə ki, onun Əhlimanın qohumu olan Aysun adlı qızdan xoşu gəldikdən sonra Aysunun "instagram" sosial şəbəkəsində olan səhifəsini taparaq tanışlıq məqsədilə ona mesajlar yazmışdır. Aysun ona başqa bir oğlanla danışdığını bildirərək onunla tanış olmaq istəməmişdir. O, Aysuna yenidən mesajlar yazsa da Aysun cavab verməmişdir. Sonradan Aysun bu barədə Əhlimana dediyinə görə Əhlimanla aralarında narazılıq olmuşdur. Həmin vaxtdan Əhlimanla münasibətləri pozulmuşdur. Lakin o, Əhlimanı bıçaqla Aysuna görə deyil, sonradan onun haqqında doğru olmayan ifadələr işlətdiyinə görə vurmuşdur. Belə ki, 01 yanvar 2021-ci il tarixdə "Neska" ləqəbli dostu Şahid6 ilə Şəmkir şəhəri, 10-cu küçənin döngəsində yerləşən mağazada olarkən Əhliman Nəzmini kənara çəkərək onunla dostluq etməyin məsləhət olmadığını demişdir. O, bunu sonradan Nəzmindən öyrənmiş və Əhlimanın onun anasının ikinci dəfə ailə qurmasını, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz” “Rəvana salam verən mənə salam verməsin” kimi sözlərini deməsi onun xətrinə dəymişdir. Əhliman dəfələrlə uşaqların yanında onun anasının ikinci dəfə ailə qurmasına görə pisikdirmişdir. Buna görədə o, istifadəsində olan mobil telefonla "instagram" sosial şəbəkəsi vasitəsi ilə Əhlimana səsli mesaj yazmışdır. Əhliman da cavab olaraq onun ünvanına “anabacı” söyüşü işlətmişdir. Əhliman onu söhbətə çağırsa da həmin gün o görüşə getməmişdir. Bundan sonra Əhlimanın Məmməd adlı dostu ona zəng edərək Əhliman ilə aralarında olan mübahisənin doğru olmadığını, biryerdə çay içib söhbətin bağlanmasını, münaqişənin "mehribançılıq" ilə bitməsini istəmişdir. O da buna razı olduğu üçün Məmmədə razılıq etmişdir. O, 5 yanvar 2021-ci il tarixdə, saat 13 radələrində Şəmkir şəhəri, 5-ci küçəsində yerləşən poçtun yanında Məmməd ilə görüşmüş və birlikdə köhnə stadionun yanına gedib Əlimanı gözləmişlər. Əhliman gələcəyini desə də gəlməmişdir. Bundan sonra o, çıxıb evə getmiş və yemək yeyən zaman Məmməd ona zəng edərək Əhlimanın gəldiyini demişdir. O, Zəyəm qəsəbəsinə getməli olduğu üçün görüşü təxirə salmasını xahiş etmişdir. Məmməd də Əhlimanın gəldiyini və onu söydüyünü deyərək telefonu Əhlimana vermiş, o, Əhlimanla telefonla danışanda Əhliman ona təkrar ana bacı söyüşləri etməyə başlamışdır. O, evdə olduğuna görə telefonu söndürüb çölə çıxmış, təkrar Məmmədə zəng etdikdə telefonu Əhliman götürmüş və onu telefonda yenidən nalayiq söyüşlərlə təhqir edərək görüşə çağırmışdır. Bundan sonra o, Məmməd ilə danışaraq onları C.Rüstəmov adına məktəbin həyətində gözlədiyini demişdir. Həmin vaxt Məmməd ona Əhlimanın üzərində bıçaq ola biləcəyini söyləmişdir. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən gəlmişlər. Əhliman əynindəki pencəyi çıxarıb əlini belinə ataraq məktəbin həyətindəki təpədən aşağı düşüb, onun üzərinə gəlib onu yenidən söydüyündən əsəbiləşdiyi üçün üzərində olan bıçağı gödəkçənin sağ cibindən çıxarıb Əhlimanı qorxutmaq məqsədilə üzərinə getmişdir. Bu vaxt Əhliman gəldiyi istiqaməti dəyişərək ondan aralanıb qaçmağa başlamışdır. Əhliman qaçan zaman ayağı büdrəyib yıxılmış, həmin vaxt o, Əhlimana söyüş etməməsi barədə xəbərdarlıq etmişdir. Bundan sonra Əhliman şam ağacları əkilmiş təpənin başına qalxıb yerdən daş götürüb ona tərəf atan zaman o, arxaya çevirildiyi üçün daş onun sol çiyninə dəymişdir. Əhliman yenidən əyilərək daş götürüb ona tərəf atmaq istəyən zaman üzərində olan bıçaqla qorxutmaq üçün ona bir bıçaq zərbəsi vurmuşdur. Əhliman təpədən aşağı düşərək yerə çökmüşdür. Bundan sonra Əhliman ayağa qalxıb bir-iki addım atdıqdan sonra yerə yıxılmışdır. Hadisə yerində olan uşaqlar Əhlimanın yanına qaçmışlar. Mamed ona bildirmişdir ki, “Əhlimanın qardaşına zəng etmişik qaç burdan, onlar da gəlib səni vura bilərlər”. O da qorxduğu üçün məktəbin arxasına getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, oğlu Əhliman Tağıyev hadisədən əvvəl Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbdə oxumuş, 9-cu sinfi bitirdikdən sonra Şəmkir şəhərində yerləşən Peşə liseyində oxumağa başlamışdır. Əhliman ailə üzvləri və həmyaşıdları ilə münasibəti həmişə yaxşı olmuş, kiminləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. Oğlu Əhliman arabir Şəmkir şəhəri 10-cu küçədə yerləşən “Xan” şadlıq sarayına gedib kamera ilə çəkiliş aparmış və ya ofisiantlıq etmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. 05.01.2021-ci il tarixdə saat 11 radələrində Əhlimanla birlikdə evin həyətində təmizlik işləri ilə məşğul olmaqla xəzəl yığışdırmışlar. Onlar işi qurtardıqdan sonra Əhliman evdə çimmiş və çıxıb getmişdir. Evdən getməmişdən öncə anasına 7-ci küçəyə gedibgələcəyini söyləmişdir. O, evdən çıxaraq Şəmkir bazarına televizoru təmir etdirməyə getmişdir. Oğlu Rəhman onu bazara düşürdükdən sonra idarə etdiyi maşınla çıxıb getmişdir. Bazarda olarkən qardaşı oğlu Elşən ona zəng edərək oğlu Əhliman Tağıyevin bıçaqlandığını, təcili olaraq təcili tibbi yardım xəstəxanasına gəlməsini xahiş etmişdir. O, xəbəri eşidən kimi vaxt itirmədən taksi ilə təcili tibbi yardım xəstəxanasına getmişdir. Yolda olarkən ona zəng olunaraq Əhlimanın köhnə Şəmkir rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilmişdir. O, oraya gələndə oğlu Əhlimanın öldüyünü görmüşdür. Sonradan ona məlum olmuşdur ki, 5 yanvar 2021-ci il tarixdə oğlu Əhliman Rəvan ilə telefonla söyüşdükdən sonra həmin gün saat 15 radələrində C.Rüstəmov adına tam orta məktəbin həyətində görüşüb söhbət edərkən Təqsirləndirilən şəxs bıçaqla oğlunu qəsdən vurub öldürmüşdür. Hal-hazırda ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 özünə aid hissədə Kənan Tağıyevin ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O Əhliman Tağıyevlə 2018-ci ildən etibarən dost olmuşdur. Əhlimanla o həmişə mehriban münasibətdə olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bununla yanaşı Əhlimanı qətlə yetirmiş Təqsirləndirilən şəxs da tanımışdır. 04 yanvar 2021-ci il tarixdə təxminən saat 23 radələrində Əhliman ona məxsus mobil telefonuna “Whatapp” vasitəsi ilə səs yazısı ataraq Təqsirləndirilən şəxsla aralarında narazılıq olduğunu, buna görə də birbirini telefon vasitəsi ilə söydüklərini bildirmişdir. 05 yanvar 2021-ci il tarixdə Rəvan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Bundan sonra Sənanla Şəmkir şəhəri, 5-ci küçədə yerləşən poçt binasının yanında Rəvanla görüşmüşlər. O, Rəvana Əhliman ilə aralarında nə problem olduğunu soruşmuş Rəvan Əhlimanla aralarında narazılıq olduğunu, Əhlimanın “Neska” ləqəbli dostuna onun haqqında “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz” kimi xoşagəlməyən sözlər danışdığına görə Əhlimanla bir-birlərini söydüklərini bildirmişdir. O, Rəvanla danışaraq Əhlimanla aralarında olan söhbəti bağlamalarını, “mehribançılıq” olmasını istəmişdir. Rəvan da Əhlimana barışmağa razı olduğu üçün onlar Əhlimanı gözləmişlər. Sonra Əhliman gəlmədiyi üçün Rəvan çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra Əhliman gəlmiş, o, Əhlimandan nə problem olduğunu soruşduqda Əhliman Rəvanla aralarında narazılıq olduğunu bildirmişdir. Daha sonra o, Rəvanla danışaraq “mehribançılıq olmasını, Əhlimanla aralarında olan söhbəti bağlamalarını, barışmalarını” bildirmişdir. Rəvan ona razılıq vermişdir. Bundan sonra Əhliman Rəvana zəng edib harda olmasını və görüşməli olduqlarını bildirmişdir. Həmin vaxt X26 rayonu Zəyəm qəsəbəsində işlərinin olduğunu demişdir. Əhliman da Rəvanın və onun ailəsinin ünvanına nalayiq ifadələr söyləyərək onunla görüşə gəlməsə Zəyəmə gedəcəyini Rəvana bildimişdir. O Əhlimana məsələni yoluna qoyduğunu daha bu söhbəti uzatmağın lazımsız olduğun bildirdikdə Əhliman ona Rəvanla başqa işinin olduğunu deyib telefonla danışa-danışa küçə ilə getməyə başlamışdır. Əhliman telefonu söndürdükdən sonra Rəvanın məktəbinin yanına gəldiyini bildirmişdir. Buna görə də o, Həsən, Hüseyn, Sənan, Ömər və Aydınla birlikdə Əhlimanla birgə getmişlər. Məktəbin həyətində Əhliman onlardan bir qədər irəli çıxaraq Rəvanın üzərinə söyüş edərək qaça-qaça getmiş. Rəvan da üzərində olan bıçağı çıxarıb Əhlimanın üzərinə gəlmişdir. Əhliman qorxub şam ağacları əkilmiş sahəyə tərəf qaçmış və Rəvana daş atmışdır. Daş Rəvanın çiyninə dəymişdir. Əhliman yenidən əyilərək daş götürüb Rəvana tərəf atmaq istəyən zaman Rəvan da əsəbiləşib Əhlimanın arxasınca gedib mənim anama söyürsən deyib bıçaqla onu vurmuşdur. Əhliman bir-iki addım atdıqdan sonra əli ilə sinə nahiyəsini tutaraq yerə yıxılmış, Rəvan isə hadisə yerindən getmişdir. Bu vaxt o, yola çıxaraq ağ rəngli “VAZ 21015” markalı avtomaşın saxladaraq dostunun bıçaqlandığını deyərək xəstəxanaya aparmağa onlara köməklik etməsini bildirmişdir. Avtomaşının sürücüsü avtomaşını döndərib gələcəyini bildirmiş, lakin həmin avtomaşının sürücüsü gəlmədiyi üçün o, uşaqlarla Əhlimanı məktəbin həyətindən yolun kənarına çıxarmışlar. Daha sonra Həsən və Hüseynlə birlikdə qırmızı rəngli avtomaşın saxlatmış, Əhlimanı avtomaşının arxa oturacağına əyləşdirmişlər. Həsən, Hüseyin və Ömər də avtomaşına əyləşmişlər. Yer olmadığı üçün o, Sənanla birlikdə məktəbin qarşısında qalmış, digər uşaqlar Əhlimanı xəstəxanaya aparmışlar. O, Sənanla birlikdə onların arxası ilə xəstəxanaya çatanda Əhlimanın rəhmətə getdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Əhliman Tağıyevi təxminən iki il əvvəl Şəmkir rayonunda yerləşən restoranda ofisiant işləyən vaxtdan tanımışdır. Əhlimanla o, həmişə mehriban münasibətdə olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da 2017-ci ildən Şəmkir rayonunda yerləşən “Xan” restoranında işlədiyi vaxtdan tanımışdır. Rəvanla onun dostluq münasibəti olmamışdır. 5 yanvar 2021-ci il tarixdə Şəmkir şəhərində yerləşən köhnə stadionun yaxınlığında olan döngədə Rəvan, Məmməd və Sənan ilə görüşmüş, Rəvan ilə Əhliman arasında narazılıq olduğuna görə Məmməd onları barışdırmaq istəmişdir. Onlar orada Əhlimanı gözləmişlər. O, Əhlimana zəng etsə də Əhliman telefonu götürməmişdir. Rəvan barışmağa razı olduğu üçün onlar Əhlimanı gözləmişlər. Sonra Əhliman gəlmədiyi üçün Rəvan çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra Əhliman onların yanına gəlmiş və Rəvanın ünvanına ana, bacı söyüşləri edərək Rəvanın harda olmasını onlardan soruşmuşdur. Onlar, Əhlimandan nə problem olduğunu soruşduqda Əhliman Rəvanla aralarında narazılıq olduğunu bildirmişdir. Daha sonra Məmməd Əhlimanı sakitləşdirərək ona mehriban olmasını söhbətin bağlanmasını Rəvan ilə arasında münasibətin düzgün olmadığını söyləmişdir. Həmin vaxt Əhliman Rəvana telefon vasitəsi ilə yenidən zəng edib ona telefonda söyüşlərlə təhqir edərək harda olmasını soruşmuşdur. X26 rayonu Zəyəm qəsəbəsində işlərinin olduğunu demişdir. Əhliman da söyüşlər işlədərək onunla görüşə gəlməsə Zəyəmə gedəcəyini Rəvana bildirmişdir. Məmməd Əhlimana məsələni yoluna qoyduğunu daha bu söhbəti uzatmağın lazımsız olduğun bildirdikdə Əhliman onlara Rəvanla başqa işinin olduğunu deyib telefonla danışa-danışa küçə ilə getməyə başlamışdır. Əhliman telefonu söndürdükdən sonra Rəvanın K.Marks məktəbinin yanına gəldiyini bildirmişdir. Buna görə də o, Məmməd, Hüseyn, Sənan, Ömər və Aydın Əhlimanla birgə getmişlər. Məktəbin həyətində Əhliman onlardan bir qədər irəli çıxaraq Rəvanın üzərinə söyüş edərək qaça-qaça getmişdir. Rəvan da üzərində olan bıçağı çıxarıb Əhlimanın üzərinə gəlmişdir. Əhliman qorxub şam ağacları əkilmiş sahəyə tərəf qaçmış və Rəvana daş atmışdır. Rəvan da əsəbiləşib Əhlimanın arxasınca gedib mənim anama söyürsən deyib bıçaqla onu vurmuşdur. Əhliman bir-iki addım atdıqdan sonra əli ilə sinə nahiyəsini tutaraq yerə yıxılmış, Rəvan isə hadisə yerindən getmişdir. Bu vaxt Məmməd, yola çıxaraq ağ rəngli “VAZ 21015” markalı avtomaşın saxladaraq dostlarının bıçaqlandığını deyərək xəstəxanaya aparmağa onlara köməklik etməsini xahiş etmişdir. Avtomaşının sürücüsü avtomaşını döndərib gələcəyini bildirmişdir. Lakin həmin avtomaşının sürücüsü gəlmədiyi üçün onlar, uşaqlarla Əhlimanı məktəbin həyətindən yolun kənarına çıxarmışlar. Daha sonra o, Məmməd və Hüseynlə birlikdə qırmızı rəngli avtomaşın saxlatmış və avtomaşının sürücüsündən onlara kömək etməsini xahiş etmişlər. Daha sonra onlar Əhlimanı avtomaşının arxa oturacağına əyləşdirmişlər. O, Hüseyin və Ömər ilə birlikdə Əhlimanı xəstəxanaya aparmışlar. Xəstəxanada onlara Əhlimanın öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid5, məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 özlərinə aid hissədə Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs arvadı X6 birinci nikahdan olan oğludur. 05.01.2021-ci il tarixdə səhər saatlarında işə getmiş, günorta saatlarında nahar etmək üçün evə gələndə Rəvanın yaşadığı evin küçəsində telefonla danışdığını görmüşdür. O, nahar etdikdən sonra işə getmiş və təxminən saat 15 radələrində arvadı Günay ona zəng edərək evə polis əməkdaşlarının gəldiyini demişdir. O, xəbəri eşidən kimi evə yollanmış, Şəmkir RPŞ-nin əməkdaşları Rəvanın dalaşdığını bildirərək onun yerini soruşmuş, onlara Rəvanı günorta gördüyünü, sonradan isə işdə olduğunu demişdir. Polis əməkdaşları Rəvanı axtarmağa başlamış, onlar Dəllər qəsəbəsində yaşayan Nurzanın evinə getmişlər. Rəvan orada olmadığına görə o, Rəvana zəng edərək harada olduğunu soruşduqda ona köhnə işıq idarəsinin yanında olduğunu demişdir. Bundan sonra polis əməkdaşları Rəvanı tutmuşlar. Həmin vaxt öyrənmişdir ki, Əhlimanla Rəvan mübahisə etmiş, mübahisə zamanı Rəvan Əhlimanı bıçaqlayaraq qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 5 yanvar 2021-ci il tarixdə saat 15 radələrində özünə məxsus idarə etdiyi “Ford Focus” markalı avtomobili ilə Posanlı kəndindən Şəmkir bazarına gedərkən keçmiş “Karl Marks” məktəbinin qarşısında yolun kənarında toplaşıb duran bir qrup cavan yaşlarında olan uşaqlar ona əl etdikləri üçün avtomobili yolun kənarına verib saxlamışdır. O, avtomobili saxlayan kimi uşaqlar həyəcanlı səslə Əhliman Tağıyevin bıçaqlandığını bildirərək onu təcili olaraq xəstəxanaya aparmasını xahiş etmişlər. Bundan sonra onlar Əhlimanı avtomaşına arxa oturacağa uzatmış və onlar Şəmkir RMX-na getmişlər. Lakin xəstəxana bağlı olduğuna görə onlar Əhlimanı xəstəxanaya gələn Əhlimanın qardaşı Şahid11 idarə etdiyi “Mercedes” markalı avtomaşının arxa oturacağına uzatmışlar. Bundan sonra onlar Əhlimanı təcili yardım xəstəxanasına aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 ifadəsində göstərmişdir ki, “adı Nəzmin olsa da hamı onu “Neska” ləqəbi ilə tanıyır. X18 C.Rüstəmov adına (keçmiş “Karl Marks”) tam orta məktəbdə oxuduğu vaxtdan tanıyır. Həmin vaxtdan münasibətləri yaranmaqla həmişə mehriban münasibətdə olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs 2020-ci ildə Əhlimana görə tanımışdır. Rəvanla yaxın dostluq münasibətləri olmamışdır. Əhliman Rəvan ilə əvvəllər dost olmuş, sonradan aralarında hansısa qız üstündə mübahisə olmuşdur. O, həmin mübahisənin şahidi olmuşdur. Belə ki, 2020-ci ilin yay aylarında o, Əhliman və Ömər adlı dostu Şəmkir şəhərində yerləşən parkda görüşüb söhbət edərkən Əhliman telefonla Rəvanla mübahisə etmiş və qarşılıqlı olaraq bir-birilərini söymüşlər. Həmin hadisədən sonra Əhliman ilə Rəvan danışmamışlar. 01.01.2021-ci il tarixdə Rəvanla Şəmkir şəhəri, 10-cu küçənin döngəsində yerləşən mağazaya girib çıxarkən Əhliman qolundan tutub onu kənara çəkmişdir. Əhliman ona Rəvanın yaxşı oğlan olmadığını, onunla dostluq etməyin məsləhət olmadığını, Rəvanla görüşəcəyi halda ona salam verməməyini demişdir. Rəvan israr etdiyindən Əhlimanın onun haqqında nə dediyni Rəvana danışmışdır. Rəvan da ona “sən öl” vuraraq bu barədə Əhlimana heç nə deməyəcəyinə söz vermişdir. Sonradan Əhliman «whatsapp»la ona zəng edərək onun sözünü Rəvana danışdığı üçün ona irad bildirmişdir. Gecə saatlarında Əhliman yenidən ona zəng edərək Rəvanın onu söhbətə çağırdığını deyib birlikdə getmələrini demişdir. Gecə vaxtı olduğuna görə Əhlimanla getməmiş, həmçinin Rəvan da ona zəng edərək Əhlimanın söhbətinə getməyi təklif etmiş, onunla getmədiyi üçün Rəvan ondan inciməyə küsməyə başlamışdır. Görüşdükləri vaxt ona həmişə “mən yaxşı oğlanam, yoxsa pis?” demişdir. “Mamed” kimi bildiyi tanışı Məmməd Rəvana mübahisənin “mehribançılıq” ilə bitməsini xahiş etmişdir. Bunu o, Rəvanın sözlərindən bilmişdir. 04.01.2021-ci il tarixdə Rəvan ona yenidən zəng edərək X27 yanına gəlməsini xahiş etmişdir. Orada Rəvan ona söhbətə gəlməməsinin səbəbini soruşduqda ona bu söhbətdə kiminsə tərəfini saxlamadığını demişdir. Həmin vaxt o, Rəvanın üstündə bıçaq görmüşdür. Rəvan onun anası haqqında nalayiq ifadələr işlətməyə başlamış və buna görə onlar mübahisə etmişlər. Mübahisə zamanı o, yumruqla Rəvanın qoluna vurmuşdur. Lakin, Rəvan onu vurmamış, bıçaqla hədələməmiş, bıçağı nümayiş etdirməmişdir. Bundan sonra o, Rəvanla əlaqəsini kəsmişdir. 05.01.2021-ci il tarixdə günorta saatlarında dostu Cavanşir ona zəng edərək Əhlimanın bıçaqlandığını, hadisənin “Karl Marks” məktəbinin həyətində baş verdiyini demişdir. O, məktəbə tərəf getdikdə məktəbin qarşısında çoxlu sayda insanın toplaşdığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin gün saat 15 radələrində Rəvan ilə Əhliman arasında mübahisə olmuş, mübahisə zamanı Rəvan bıçaqla Əhlimanı vurub qəsdən öldürmüşdür. Bildikləri və deyəcəkləri bundan ibarətdir.” İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 ifadəsində göstərmişdir ki, “X18 cəmi bir dəfə 01.07.2020-ci il tarixdə Şəmkir parkında görmüşdür. Hadisəni törətmiş Təqsirləndirilən şəxs “Neska” ləqəbli dostu Şahid6 görə tanımışdır. Həmin vaxtdan münasibətləri yaranmışdır. O, Neska və Rəvan Şəmkir parkında bir neçə dəfə görüşmüşlər. Hadisədən əvvəl xatırlamadığı tarixdə Şəmkir şəhəri, 4-cü küçədən bıçaq tapmışdır. Həmin bıçağı üstündə gəzdirdiyinə görə Rəvanla görüşərkən sonuncu bıçağı onda görmüşdür. Rəvan bıçağı ondan pulla almaq istəsə də satmamışdır. Rəvan əl çəkmədiyinə görə ona yalandan bıçağı tullayacağını demişdir. 01.01.2021-ci il tarixdə Rəvan “instagram” sosial şəbəkəsi vasitəsilə ona səsli mesajlar göndərərək bıçağı ona verməyini xahiş etmişdir. O, ona demişdir ki, bıçağı “Rufo” ləqəbli dostuna vermişdir. Rəvan bıçağı Rufodan alıb ona verməyini xahiş etmişdir. O, Rəvandan soruşmuşdur ki, bıçaq ona nəyə lazımdır. Rəvan da ona bıçaqla bir nəfəri qorxudacağını demişdir. Rəvan bıçağı ondan alarkən Əhliman Tağıyevi vuracağını deməmiş, ona yalnız bıçaqla bir nəfəri qorxudacağını demişdir. O, ona razılıq verdikdən sonra həmin gün Şəmkir şəhəri, 4-cü küçənin döngəsində yerləşən “Murovdağ” şadlıq sarayının yaxınlığında Rəvanla görüşüb bıçağı ona vermişdir. 05.01.2021-ci il tarixdə saat 15 radələrində Rəvan ona zəng edərək “başına iş gəldiyini”, taksi ilə getmək üçün 15 manat ona pul gətirməsini demişdir. O, Rəvana bildirmişdir ki, üstündə pulu yoxdur. Bundan sonra Rəvanla aralarında telefon danışığı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, 05.01.2021-ci il tarixdə saat 15 radələrində Rəvan “Karl Marks” məktəbinin həyətində bıçaqla Əhlimanı vuraraq qəsdən öldürmüşdür.” İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid8 ifadəsində göstərmişdir ki, “Əhliman Tağıyevlə qonşuluqda yaşayır.Onunla dost münasibətində olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bununla yanaşı Əhlimanı qətlə yetirmiş Təqsirləndirilən şəxs da tanıyır. O, boş vaxtlarında kamera ilə “Xan Sarayı” adlanan şadlıq sarayında məclislərdə çəkiliş aparır. Həmin vaxt Təqsirləndirilən şəxs da həmin sarayda ofisiant kimi işlədiyi üçün münasibəti yaranmışdır. Hadisədən təxminən 5-6 ay bundan öncə Əhlimanla Rəvan arasında adını bilmədiyi qız üstündə mübahisə olmuşdur. O, həmin mübahisədə Əhliman tərəfdən iştirak etmişdir. Həmin vaxt Əhlimanla Rəvan söhbət etmiş və nəticədə əl verərək bir-biri ilə görüşərək həmin söhbəti bağlamışlar. Həmin hadisədən sonra o, Rəvanla Əhlimanın bir daha mübahisə etdiklərini görməmişdir. 05.01.2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı evdə olarkən dostu Həsən ona məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edərək Əhlimanın evinin yaxınlığında yerləşən “Karl Marks” məktəbinin həyətində bıçaqlandığını deyərək tez gəlməsini bildirmişdir. Buna görə də o, evdən çıxaraq məktəbin həyətinə qaçmışdır. O, məktəbin həyətinə çatanda Əhlimanın yerdə uzandığını, Sənan, Həsən, Hüseyin və Məhəmmədin onun yanında dayandıqlarını və qorxduqlarını görmüşdür. Buna görə də o, onlara qışqıraraq “nə durmusunuz, kömək edin Əhlimanı yola çıxardaq” demişdir. Köməkliklə Əhlimanı yolun kənarına çıxartmış və küçədən keçən qırmızı rəngli markasını bilmədiyi avtomaşına əl edərək saxlatmış və sürücüdən dostunun bıçaqla vurulduğunu və xəstəxanaya aparmağa onlara kömək etməsini xahiş etmişdir. Daha sonra Əhlimanı avtomaşına arxa oturacağa əyləşdirmişlər. Həsən, Hüseyin və o, avtomaşına əyləşərək Şəmkir rayon mərkəzi xəstəxanasına getmiş, yolda olanda o, Əhlimanın qardaşı Rəhmana zəng edərək Əhlimanın bıçaqlandığını və təcili özünün Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırmasını bildirmişdir. Onlar xəstəxanaya çatanda onlara xəstəxananın işləmədiyi üçün Əhlimanı təcili tibbi yardım xəstəxanasına aparmalarını bildirmişlər. Bu vaxt Rəhman da xəstəxanaya gəlib çıxmış və Rəhmana məxsus avtomaşınla Əhlimanı təcili tibbi yardım xəstəxanasına aparmışlar. Yolda olanda Əhliman nəfəs alsa da danışmamışdır. Təcili tibbi yardım xəstəxanasına çatanda Əhliman rəhmətə getmişdir. Daha sonra xəstəxananın qarşısına çoxlu sayda polis əməkdaşı gəlmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir.” Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 yanvar 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhəri, H.Cavid küçəsində yerləşən Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta məktəbin həyətidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 yanvar 2021-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 meyitinə xarici baxış keçirilərkən meyitin döş qəfəsinin sol yan səthində 9-10-cu qabırğa səviyyəsində 2x0,3 sm ölçüdə bir ədəd deşilmiş-kəsilmiş, sağ budun yuxarı üçdə birinin bayır səthində bir ədəd kəsilmiş yara, meyitin sol gözün bayır qurtaracağında 2x1,5 sm ölçüdə göyümtül-bənövşəyi rəngdə qançır aşkar edilmişdir. X13 hadisə zamanı əynində olmuş bir ədəd mavi rəngli şalvar götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 07 yanvar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonun “İnstagram” sosial şəbəkəsinin mesajlar bölməsində Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Əhliman Tağıyevin qarşılıqlı olaraq birbirilərini təhqir etmələri ilə bağlı yazışmalar və səsli mesajlar aşkar edilmiş, müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən şahid X5 təqdim etdiyi bir ədəd diskdəki kamera görüntülərdə diskin içərisində DVD formatlı 3 ədəd fayl müəyyən edilmişdir. 1-ci fayldakı görüntü 01:31:26-da başlayır. Görüntüdə mağazanın qarşısı hissəsi düşür. 01:31:39-dan başlayaraq zərərçəkmiş X1 X10, Şahid2, Şahid4 və Şahid5 ilə birlikdə mağazanın qarşısı ilə keçib getdikləri görünür. Görüntü 01:31:50-də bitir. 2-ci fayldakı görüntü 01:31:53-də başlayır. Görüntüdə mağaza ilə üzbəüz durduqda mağazanın sağ yan tərəfi-«C.Rüstəmov» adına tam orta məktəbin həyəti və ona bitişik yol düşür. 01:31:53-dən başlayaraq zərərçəkmiş X1 X10, Şahid2, Şahid4 və Şahid5 ilə birlikdə yolu keçərək məktəbə tərəf getdikləri, 01:32:19-dan başlayaraq Təqsirləndirilən şəxs yardımçı tikilinin arxasından çıxaraq onlara tərəf gəldiyi, 01:32:23-də zərərçəkmiş Əhliman Tağıyevin yuxarıda adı çəkilən şəxslərlə birlikdə eniş yolu ilə təpədən aşağı məktəbin həyətinə düşmələri və bundan sonra görünməmələri, həmin vaxt Təqsirləndirilən şəxs yoluna davam etməsi və 01:32:41-dən başlayaraq kameraya düşməməsi, 01:32:49-da başları görünən iki nəfər şəxsin bir-birinin arxasınca qaçması, 01:34:03-də iki nəfər şəxsin yolu keçərək məktəb istiqamətində getmələri, 01:35:40-da ağ rəngli “VAZ 21015” markalı avtomaşının hərəkət edərək yolda saxlaması, 01:35:42-də X10, Şahid4 və Şahid5 avtomaşına tərəf qaçaraq sürücüyə nəsə demələri, 01:35:47-dən başlayaraq Təqsirləndirilən şəxs məktəbin yanı ilə qaçması, 01:35:53-də ağ rəngli “VAZ 21015” markalı avtomaşının çıxıb getməsi və Məhəmməd Səfərovun, Şahid4 və Şahid5 məktəbə tərəf qaçmaları, 01:36:15-də bir nəfər şəxsin sürətlə məktəbə tərəf qaçması görünür. Görüntü 01:37:05-də bitir. 3-cü fayldakı görüntü 01:37:19-da başlayır. Görüntüdə mağazanın qarşısı və H.Cavid küçəsinin bir hissəsi görünür. 01:37:55-də Məhəmməd Səfərovun və qeyrilərin yoldan keçən qırmızı rəngli avtomaşın saxladaraq sürücüyə nəsə demələri, bundan sonra məktəbə tərəf qayıdaraq 01:38:12-də Əhliman Tağıyevi qollarından və ayaqlarından tutmaqla gətirib avtomaşına mindirmələri, 01:39:07-də qırmızı rəngli “Ford” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət etməsi, 01:40:54-də X5 mağazaya daxil olması, 01:49:57-də Təqsirləndirilən şəxs mağazaya tərəf gələrək mağazanın qarşısında Şüküfə Bədəlova ilə söhbət etməsi, 01:51:00-də Təqsirləndirilən şəxs Şüküfə Bədəlova ilə birlikdə mağazaya daxil olması, 01:51:30-da Təqsirləndirilən şəxs mağazadan çıxaraq ətrafa nəzər salması və məktəbə tərəf çıxıb getməsi görünür. Görüntü 01:51:375-də bitir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 yanvar 2021-ci il tarixli “bıçağın götürülməsi və baxış keçirilməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş Əhliman Tağıyevi öldürməsi üçün istifadə etdiyi bıçaq “kəpənək” tipli olub dəstək və tiyədən ibarətdir. Bıçağın açılmış halda ümumi uzunluğu 17 sm-dir. Tiyənin uzunluğu 7,5, dəstəyin uzunluğu isə 9,5 sm-dir. Bıçağın dəstəyi və tiyəsi dəmir materialdandır. Dəstək tiyəyə 2 ədəd dəmir millə bərkidilmişdir. Bıçağın tiyəsinin sol yan səthində “kəpənək” şəkli həkk olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris birliyinin 17 yanvar 2021-ci il tarixli 01 №-li ekspert rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol ön-yan səthinin döş boşluğuna keçən, ürəyin sol mədəciyini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ budun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş səthi yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, sol gözün bayır qurtaracağının qançırı isə küt əşya ilə ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar. X4 döş qəfəsinin sol önyan səthinin döş boşluğuna keçən, ürəyin sol mədəciyini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ budun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş səthi yarası ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. K.Tağıyevin bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol önyan səthinin döş boşluğuna keçən, ürəyin sol mədəciyini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir, sağ budun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş səthi yarası və sol gözün bayır qurtaracağının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb döş qəfəsinin sol ön-yan səthinin döş boşluğuna keçən, ürəyin sol mədəciyini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X4 ölümü meyitin müayinəyə başlanmasından 0,5-2 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanda kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 06 yanvar 2021-ci il tarixli, 17 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol çiyin üstü nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 05 yanvar 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 08 fevral 2021-ci il tarixli, 34/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A(İİ). X1 ABO sistemi üzrə qan qrupu – O(İ). (Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosurətinə əsasən). Tədqiqata təqdim olunan 01 ədəd bıçaq, X8 məxsus 01 ədəd köynək, 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə, 01 ədəd alt mayka üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alınmışdır. Bu qan ləkələri O alfabeta /İ/ qruplu şəxsə, həmçinin X8 məxsus ola bilər. Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və cins şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 yanvar 2021-ci il tarixli, 26/05 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 19 fevral 2021-ci il tarixli, 24/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X8 məxsus jiletin, köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd və şalvarın sağ ayağının yuxarı-bayır nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə və sviter üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 yanvar 2021-ci il 45 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi bölmələrini X14 Mərkəzi rayon xəstəxanasının “publik hüquqi şəxsi” Konsultativ Poliklinika şöbəsinin 13 yanvar 2021-ci il tarixli 1/40 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş 20 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 yanvar 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Şəmkir rayon məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağı ilə X7 qəsdən öldürməsi, yəni Azərbaycan Respublikasının CMnin 120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Onun əməlinin ibtidadi istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunması yanlışdır. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsində nəzərdə tutulan ittihamı elan edərkən onu əsas götürmüşdür ki, o, xuliqanlıq niyyəti ilə özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə heç bir əsaslı səbəb olmadan X7 zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağı ilə qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs sonuncunu qəsdən öldürməsini cinayətini xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirərkən bunu ümumi fikirlə əsaslandırmış, xuliqanlıq niyyətinin nədə ifadə olunduğunu açıqlamayaraq Təqsirləndirilən şəxs törətmiş olduğu qəsdən adam öldürmə ilə bağlı cinayət əməlini Azərbaycan Respublikasının CM-nin 120.2.2.-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X2 məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmiş işin obyektiv hallarından görünür ki, məhz cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə olmuşdur. Belə ki, 1 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs "Neska" ləqəbli dostu Şahid6 ilə mağazada olarkən X20 kənara çəkərək Rəvanla dostluq etməyin məsləhət olmadığını deməsindən sonra Rəvan Nəzmindən həmin məsələni öyrənmiş və Əhlimanın onun anasının ikinci dəfə ailə qurmasını, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz” “Rəvana salam verən mənə salam verməsin” kimi sözlərini deməsini bildikdən sonra zərərçəkmiş şəxsin bu sözləri Təqsirləndirilən şəxs xətrinə dəymiş, buna görədə Rəvanla Əhliman arasında "instagram" sosial şəbəkəsi vasitəsi ilə qarşılıqlı olaraq bir-birilərini təhqir etmələri ilə bağlı yazışmalar və səsli mesajlar göndərilmiş, daha sonra 5 yanvar 2021-ci il tarixdə Əhliman Tağıyevin dostu Şahid1 təqsirləndirilən və zərərçəkmiş şəxs arasında yaranmış mübahisənin “mehribançılıq” yolu ilə həll edilməsi təklifinə razılıq verərək Təqsirləndirilən şəxs Şahid1la görüşmüş, lakin həmin vaxt Əhliman Tağıyev onların olduğu yerə gecikdiyinə görə Təqsirləndirilən şəxs oradan çıxıb getmiş, daha sonra X24 Səfərov və digər dostlarının yanına gəlmiş, həmin vaxt mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs zəng vuraraq onun və ailəsinin ünvanına nalayiq ifadələrlə söyərək sonuncunu görüşməyə çağırmış və bundan sonra Təqsirləndirilən şəxs ona məktəbin həyətinə gəlməsini bildirmiş bundan sonra aralarında yaranmış mübahisənin davamı olaraq Təqsirləndirilən şəxs Əhliman Tağıyevi qəsdən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağı ilə öldürmüşdür. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırki cinayət əməlinin tövsifi məsələsini həll edərəkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini rəhbər tutur. Belə ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X12 arasında baş vermiş mübahisə və dalaşma zərər çəkmiş şəxsin təşəbbüsü ilə, yəni X21 Hüseynovun arxasınca tanışları Şahid6 yanında təqsirləndirilən şəxs barəsində “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz” “Rəvana salam verən mənə salam verməsin” kimi sözlər işlətməsi səbəbindən başlanması, mübahisənin davamı olaraq təqsirləndirilən və zərərçəkmiş şəxs “instaqram” sosial şəbəkəsi vasitəsi ilə qarşılıqlı olaraq bir-birilərini təhqir etmələri ilə bağlı yazışmalar və səsli mesajlar göndərməsi, bunun ardınca hadisə baş verdiyi 5 yanvar 2021-ci il tarixdə zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs zəng edərək təqsirləndirilən şəxsin və onun ailəsinin ünvanına nalayiq ifadələr işlədərək təkidlə təqsirləndirilən şəxsi görüşə dəvət etməsi səbəbindən baş verdiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsinə tövsif edilməlidir. Yuxarıda sadalanlara, həmçinin məhkəmə istintaqında hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış, götürmə və başqa istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, habelə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən toplanılmış digər mötəbər sübutların məcmusu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tanışı X4 onunla dostluq etməyin məsləhət olmaması, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “Rəvana salam verən mənə salam verməsin” kimi sözlər işlətməsi, barədə digər tanışı Şahid6 dediklərini öyrənib bildikdən sonra özünün istifadəsində olan mobil telefonda istifadə etdiyi “İnstaqram” sosial şəbəkəsi vasitəsilə Əhliman Tağıyevin istifadəsində olan mobil telefonda olan “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə səsli mesajlar göndərib və mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin vaxt onun arxasınca danışdığına görə Əhliman Tağıyevlə qarşılıqlı nalayiq ifadələrlə bir-birlərini təhqir etmiş, 5 yanvar 2021-ci il tarixdə, Əhliman Tağıyevin onun istifadəsində olan mobil telefona zəng edərək onun və ailəsinin ünvanına nalayiq ifadələrlə təhqir etməsindən və təkidlə onu görüşə dəvət etməsindən sonra Əhliman Tağıyevi bu sözlərinə görə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 15 radələrində sonuncunu münasibətlərinə aydınlıq gətirmək üçün Şəmkir şəhəri, H.Cavid küçəsində yerləşən Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin həyətinə dəvət etdikdən sonra orada Əhliman Tağıyevin ailəsinin ünvanına nalayiq ifadələr işlədərək onun üzərinə gəldiyini görən zaman özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağını çıxararaq Əhliman Tağıyevin üzərinə gəlmiş, bu zaman sonuncu şam ağaclarının əkilmiş olduğu sahəyə tərəf qaçıb əyilib yerdən daş götürərək ona atmış, yenidən daş götürüb atmaq istəyərkən o, Əhliman Tağıyevin üzərinə gedərək onun həyat fəaliyyəti üçün əhəmiyyətli olan orqanlarının yerləşdiyi sinə və sağ bud nahiyələrinə iki dəfə qəsdən zərbə endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol ön-yan səthinin döş boşluğuna keçib ürəyin sol mədəciyinin zədələnməsi və ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sağ budun yuxarı üçdə birinin bayır səthinin kəsilmiş səthi yarası ilə müşayiət olunan xəsarətlər yetirərək X7 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Şərh edilənlərə əsasən, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanunauyğun hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayəti törədərkən, habelə hazırkı vaxtda yetkinlik yaşına çatmamışdır. Belə ki, Təqsirləndirilən şəxs hazırda 17 yaşındadır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CMin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X11»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkçə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verilməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törətməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsinin tələblərini nəzərə alıb, azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Məhkəmə, 05 yanvar 2021-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı bu iş üzrə tutulduğu andan, yəni 05 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakları müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, zərərçəkmiş X8 məxsus paltarları – bir ədəd qara rəngli jilet, bir ədəd qara rəngli köynək, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs paltarları – bir ədəd tünd-qırmızı rəngdə hörmə sviter, bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli gödəkçə təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilməli, 3 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, zərərçəkmiş X8 məxsus paltarları – bir ədəd qara rəngli jilet, bir ədəd qara rəngli köynək, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs paltarları – bir ədəd tünd-qırmızı rəngdə hörmə sviter, bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli gödəkçə təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilsin, 3 ədəd CD disklərin cinayət işinin materiallarında saxalanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar