Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-201/2024 07.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X3 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X8, X5 və X2 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Belarusiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddəlləri təqsirli bilinib 11 ay 12 gün azadlıqdan məhrum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəza müddəti 06 (altı) ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 36-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd sellofana bükülmüş külli miqdarda yəni, təmiz çəkiləri 2,738 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 iyun 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü PB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 00:30 radələrində Gəncə şəhəri, Vaqif küçəsində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinə gətirilmiş, həmin bölmədə onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkiləri 2.738 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, uzun müddətdir narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində o, Gəncə şəhəri Vaqif küçəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduğunu deyərək Gəncə şəhəri 4-cü Polis Bölməsinə aparmışlar. Elşən adlı polis əməkdaşının xidməti otağında olarkən polislər ona narkotik vasitə verərək götürməsini, əks təqdirdə zorakılığa məruz qalacağını demişlər. Polislərin təzyiqi altında həmin narkotik vasitəni götürmüş və aparılmış videoçəkiliş zamanı guya həmin narkotiki yerdən tapdığını demişdir. Axtarış qurtardıqdan və izahat verdikdən sonra o Gəncə şəhər polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, həmin müddətdə Daxili İşlər Nazirliyinin yoxlama monitorinq qrup üzvləri müvəqqəti saxlama yerinə gəlmiş və MSY-də onlarla görüşüb polis əməkdaşlarının qanunsuzluqları barədə məlumat vermişdir. Gələn şəxslər videoçəkilişlə onun şikayətini qeydə almış, lakin nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, xx.xx.2023-cü ildə üzərində aşkar edilən heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə qoyulmuş, aparılacaq videoçəkilişdə də guya həmin narkotik vasitəni tapdığını deməsi tələb edilmişdir. Göstərilmiş psixoloji təzyiq nəticəsində videoçəkiliş zamanı etmədiyi əməli etiraf etmiş, sonradan prokurorluqda araşdırma aparılsa da hər hansı nəticəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 4-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edib istifadə etməsi və ərazisində üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, idarə rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, özü və qrupun üzvü 4-cü PB-nin YYÇ iş üzrə inspektoru, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Gəncə şəhəri, Vaqif küçəsində yolun kənarında saxlayıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına vəkillə təmin edilmiş, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, narkotik vasitə və ya qanunsuz əşya varsa, könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs könüllü narkotik vasitə heroinə bənzər kütləni çəkilişdə təqdim etmiş, həmin kütləni xx.xx.2023-cü il tarixdə Nəriman Nərimanov parkında yerdən tapdığını bildirmişdir. Bükülü tərəzidə çəkilmiş, zərfə qoyulub möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd “Vivo” markalı mobil telefon da aşkar olunmuşdur. Axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bir neçə dəfə əməliyyat məlumatı daxil olmuş, kimlərə narkotik satmasını müəyyən etmək isə mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da, Şahid2la eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə bükümünü təqdim etdiyini, narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Gəncə Şəhər 4-cü polis bölməsində əməliyyatçı işləyir. Təqsirləndirilən şəxs saxlanıldığı gün səhər saatlarında polis şöbəsinin inzibati binasında görmüş, ona narkotik vasitə istifadəçisi və əvvəllər də məhkum olunduğu üçün bu işlərdən əl çəkməyi bildirib irad tutmuşdur, bundan başqa Seymurla onun arasında hansısa məzmunda söhbət olmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Elşən Zeynalov göstərdi ki, Seymur onun otağında olmamış, Seymura narkotik vasitə verilib götürülməsi tələb edilməsi və ona psixoloji təsir edilməsi barədə sonuncunun göstərdikləri isə əsassız və özünümüdafiə xarakteri daşıyır. Məhz onun otağında qanunsuzluq edilməsini iddia etməsinin səbəbi sonuncuya irad tutması ilə bağlı ola bilər. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport, həmin tarixli “təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi” və “əməliyyat qrupunun yaradılması” barədə qərarlardan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 36-da qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə Gəncə ŞBPİ 4-cü PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport , həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30-da Gəncə şəhəri, Vaqif küçəsində saxlanılaraq 4-cü polis bölməsinə gətirilmiş və həmin gün saat 01:00-də təhqiqatçı tərəfindən Azərbycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitə və qanunsuz əşya varsa könüllü təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffav sellofana bükülü içərisində narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, şifahi olaraq həmin kütləni N.Nərimanov parkından tapdığını demiş, kütlə tərəzisində çəkilmiş, zərfə qoyulub möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzi X7 verilmiş məhkəmə-kimyəvi ekspertizanın 21 iyun 2023-cü il tarixli 16/645 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə....” yazıları və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 2,738 qram olan maddə kustar üsula hazırlanmış narkotik vasitə –heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər məhkəməsinin 4(125)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(021)-421/2023 saylı qərardan görünür ki, Gəncə ŞBPİ 4-cü PB-nin xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarıın yoxlanılmasından imtina edilmiş və sənədlər geri Gəncə ŞBPİ 4-cü PB-yə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 5237 saylı arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda deyil. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 1483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmləri və yekun qərarlarının surətlərindən görünür ki, Temurov X6 rayon məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 22 gün azadlıqdan məhdudlaşdırılmasına cəzasına, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikaısının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri təqsirli bilinmiş, İ instansiya məhkəməsinin hökmü dəyişdirilərək 11 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu götürülməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs məxsus “Vivo” markalı telefona “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, -“Farid əxi2” adlı şəxsin saat 14:13 dəqiqədə ona “axi bir söz de bilim” yazmış Seymur isə “exi atarsan karta, düzüm qoşum” qarşı tərəf “atıram kodu de” Seymur isə “94657453” yazısını göndərmiş, qarşı tərəf “atdım qardaş” yazısını göndərmiş, Seymur “ok” yazısını yazmış, qarşı tərəf “hardan qaldın qardaş, əxi zəngə niyə cavab vermisenki, dilxor edirsen ey” Seymur isə “Gelirem exi taksiye 2 man varmı” yazmış qarşı tərəf “VALLAhi yoxumdu, minende de duşum, taılar inşaALLAh, bizim çörək yanına gəl, çıxıbsan?” yazılarını yazmış, Seymur “He” yazmış, “Duşurem bizim çörekci qabagina, hara çatıbsan əxi” yazmış Seymur “ Exi yagısda yagır irda harda eliyecik” yazmış qarşı tərəf “yer var” yazmış, Seymur “men masinsizam, oldu, ok” yazmış qarşı tərəf “hara çatıbsan?” yazmış, Seymur “qlavnini kecirem” yazmış, qarşı tərəf “ok, qardaşım dedim hal əhval edim, ƏSSƏLƏM ALLAH SUBHƏNAH TƏALA Salamatlığından sənin üzərinə etsin ALLAHUMMƏ ƏMİN, belə şeylər gördük SubhənALLAH” yazılarını yazmışdır. -5 iyun 2023-cü il tarixdə saat 17:30-da “Maşa” adlı şəxs “yazısan bırat, cavab” sözlərini yazmış “he brat” yazmış, qarşı tərəf “qaqa 5 deyqiya çıx” yazmış, Seymur isə “gel” yazısını yazmış, qarşı tərəf “gelirem hardasan” sözünü yazmış, Seymur isə “burda, colde” yazmış, qarşı tərəf “harda, evin qabağında” yazısını yazmış, Seymur “masinda” yazmış, qarşı tərəf “bırat” yazmış, Seymur “he, gel” yazısını yazmış, qarşı tərəf “getmir, yuxarıda yazılanı görüsen qaqa” yazmış, Seymur isə “duzemedi?” yazmış, qarşı tərəf “birat Allaha and olsun düzelmiyib bırat, balansdadı” yazmış, Seymur isə “gonder da” yazmış, qarşı tərəf “evdekilerin kartına atıram getmir” yazmış Seymur isə “be men attim axi, sen neter atammirsan” yazmış, qarşı tərəf “sen kartının kodunu at düzelenkimi atım” yazsını yazmış, Seymur “İnternetin varmi duzgun dogru?, **********657453, Temurov, menim adimadi, nouldu, neter eliyek ay mesedi, acildi” yazılarını yazmış, qarşı tərəf “ay qaqa dedemin goru getmir balamın canı getmir, 30m içine tüpürüm biz qardaşıq getmir” yazılarını yazmış, Seymur “meni butun omrumu gunumu s**** bezzdim basa salmaxdan, zengler dayanmir, ne qelet eledim men” yazılarını yazmış, qarşı tərəf “tapacaq yerimdə. Yoxdu balamın canı düzelde bilmiremki verim men özüm sonra götürerem” yazısını yazmış, qarşı tərəf “dedimdana ay qaqa p**** vermedi s**** onun bağını qadiladı c***” yazmış, Seymur isə “ay brat nouldu, acilmadı” yazmmış, qarşı tərəf “qaqa onu yoxluyurdum getmir başqa bank kartınada yoxladım kapitala dedim belke leobanka getmir yene getmedi, bırat dedemin goru başa düşürem seni nağaraım ay qaqa elimden başqa bir şey gelmirki ikimizde veziyyetden çıxaq” yazmış, Seymur isə “o pulu qaytarmaliyam ya temani vermeliyem polyubomu” yazısını yazmış, qarşı tərəf “aydındındı qaqa bankı yığmışdım deyir 1deyqyiade hell ola biler 72 saatda, indi gözdüyürəm qaqa düzelenkimi atacam saat neçə olur olsun, inşallah düzeler bizde bele çeyinliye düşmerik” yazılarını yazmışdır. -“Op2” adlı şəxs 7 iyun 2023-cü il tarixdə saat 06:45-də “ay seymur, meni yiqda” yazmış, Seymur “kimdi” yazmış, qarşı tərəf “menem aqali orxandı teli niye aşmisanki deyesen elə işiniz düşəndə adamnan xoş danışısız” sözlərini yazmışdır. +994 77 520 12 90 saylı mobil nömrədən 05 iyun 2023-cü il tarixdə saat 10:03 radələrində həmin nömrədən “sabahın xeyir” yazılmış, Seymur isə “Sabahin xeyir, ay qaqa hardasan, yari goture bilerik” yazılarını yazmış,, qarşı tərəf “exdə hə gəlisən” yazmış, Seymur “Ora gelmeliyem, posyolkaya gedecik?” yazmış, qarşı tərəf “hə” yazmış, Seymur isə “qoy pulu atsinlar” yazısını yazmış, qarşı tərəf “Gəl məni götür gedək, ok” yazmış, Seymur “ozun taksi tutub gelersen” yazmış, qarşı tərəf “ok, ok” Seymur isə “ozunde yoxdu bir az, bu atana kimi eliyerdik, ağrıyıram, berk” yazılarını yazmış, qarşı tərəf “balamın canı yoxdu” yazmış, Seymur isə “bu atacax in sa Allah, men deyende cixarsan, agrimisan sen” yazmış, qarşı tərəf “indi başlayıram ağrımağa” yazmış, Seymur “gozduyur pul turkiyeden atillar noybededi atan adam, atsin, srazu yigacam, gelersen, sene hec kim zeng vurmur temaya?, yaman agriyiram berk” yazılarını yazmış, qarşı tərəf “ hələ yox” yazmış, Seymur isə “veziyetim pisdi” yazmış, qarşı tərəf “zən edən yoxdu hələ” yazmış, Seymur “var” yazmış, qarşı tərəf “məndə yoxdu sənöl pul olsa gedib götürərdik” yazmış, Seymur isə “pul gozduyek, gel da sen, taksi cagir” yazmış, qarşı tərəf “pul düzəldi” yazmış, Seymur isə “gel menide gotur gedek tez gelek.adam var da gelir bura” yazmış, qarşı tərəf “ordan götürüm səni” yazmış, Seymur isə “35 var deyir, taksiye min, tez gel” yazmışdır. +90 505 674 92 18 saylı mobil nömrədən 07 iyul 2023-cü il tarixdə saat 15:34-də “alinmirsa pulun de men gedim deyim” yazmış, Seymur “kimdi” yazmış, qarşı tərəf “exin” yazmış, Seymur “he, alindi?” yazmış, qarşı tərəf “atda bes, sene gore lengiyirem” yazmış, Seymur “ay exi mende 30 man” yazmış, qarşı tərəf “ozde at cix gel, xacabi 33 et, bizde de 33du” yazmış, Seymur “men tek deyilem atim hara gelim” yazmış, qarşı tərəf “yeni gence, bilirem qardaş ozunuz gedersiz, qardaş at cixardaq yani beyaxdan gozduyur, leng hereket edirsen et brat” yazmış, Seymur “atiram” yazmış, qarşı tərəf “meni yalannan niye aparatin qabgina getirdin?” yazmış, Seymur “ay qaqa pul duzelmir deyenler gettilercet aldilar” yazmış, qarşı tərəf “ok” yazmış, Seymur isə “men ozum pis veziyyette qalmisam, olurem agridan” yazmış, qarşı tərəf “biz coxuq yoxsa nese ederdik” yazmış, Seymur das var mende, hecne ay exi” yazılarını yazmış, qarşı tərəf “aydin qaqam” yazmışdır. +994 77 270 62 61 saylı mobil nömrədən 09 iyun 2023-cü il tarixdə saat 16:28-də “salam aleykum, menem Elcand” yazılarını yazmış, Seymur isə “salamaleykum” yazmış, qarşı tərəf “brat orda bir xeber varmi” yazmış, Seymur isə “hele yox, gozduyurem” yazmış, qarşı tərəf “əxi qadanam xəbər eliyersəndə mənə” yazmış, Seymur “ok” yazmış, qarşı tərəf “əxi birazdan xəbər eliyecekler, mənə, sa yazacam ma deyən kimi, patiya 20 lik goturmek olarmi, məndə kola goturəcəm sənə, indi birazdan deyəcəkdi, sa yazan kimi gorusərik, gedib biryerdə goturərik” yazılarını yazmış, Seymur isə “agridayam, berk” yazmış qarşı tərəf “bildim qadanam bildim. Bəyax bilsəydim sənə deyərdim ele biryerdə gedif goturerdik, axlima gəlmədi sənol, səbirli ol deyrsen indi, hə qaqa canın sagolsun, elə metiden yaxsisi yoxdu qadanam, di oldu əxi mugayət ol ozunuzdən. qal Allaha əmanət, qaqa danisa bildinmi, alinmadi elemi qadanam.” yazılarını yazmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə RPŞ 4-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-57-4/2-6306/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsini, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı məqsədlə əldə etməsi, satışı ilə məşğul olub-olmaması və narkotik vasitə satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Teymur Seymurovun himayəsində xx.xx.2015-ci il tarixli Hənifə Teymurova və xx.xx.2014-cü il təvəllüdlü Yusif Yefloyev azyaşlı övladları var. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən SHXÇDX-nin Gəncə şəhəri Nizami rayon Şöbəsindən verilmiş xx.xx.2018-ci il tarixli 15 saylı arayış və Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 031321 saylı xx.xx.1999-cu ildə verilmiş vəsiqədən görünür ki, təqsirləndirilən şəxsin atası X10 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək zabit kimi müddətli həqiqi hərbi xidmət keçmiş və müharibə veteranı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,688 qram olan narkotik vasitə heroin və “Vivo” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd “DVD” disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin ayrılması və icraata götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırki işdən narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində də S..Temurovun qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlamasında şübhəli olması göstərilmişdir. İbtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçilərin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərərkətlərinin aparıldığı videoçəkilişdə üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğunu, şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, kiməsə satmadığını və heç kimə vermədiyini qəti olaraq göstərmişdir. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞPBİ-nin 4-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi, üzərində saxlaması barədə olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsi isə müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, elə həmin məktubda heroini satdığı şəxslərin dairəsini və heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilmədiyi göstərilmişdir. Göründüyü kimi verilmiş əməliyyat tapşırığına cavab məktubunda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. İş materiallarında əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş istifadəsində olan “Vivo” markalı mobil telefonda olan “watsapp” ani mesajlaşma proqramında isə təqsirləndirilən şəxsin narkotik vasitə əldə etmə cəhdləri ilə bağlı yazışmaların olduğu müəyyən edilmişdir. Həmin yazışmalarda həm Təqsirləndirilən şəxs, həm də qarşı tərəflərin narkotik vasitə (heroin) aclığından əziyət çəkməsi, narkotik vasitə əldə edilməsi üçün cəhdləri müəyyən olunur ki, bunları məhkəmə tərkibi təqsirlənsirilən şəxsin satış məqsədini təsdiq edən hal olaraq deyil, əksinə Təqsirləndirilən şəxs heroindən asılılığını təsdiq edən təkzib edilməz sübutlar kimi qiymətləndirilir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə hazırlanması üçün avadanlığı əldə etməsi, şəxsi istehlak miqdarından artıq narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə və satışla bağlı hissədə sonuncunun təqsirini sübuta yetirə bilməmişdir. Əksinə cinayət işi üzrə əməliyyat tapşırığına verilmiş cavabda müəyyən tədbirlər keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi və heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olmasını və hər hansı digər halla təsdiq olunmayan barəsindəki əməliyyat məlumatını əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə nəticəyə gəlmək Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı materialların məhkəmə nəzarəti qaydasında yoxlanılmasından həmin tədbirlər sırf istintaq hərəkəti olduğu üçün İ instansiya məhkəməsi bundan imtina etmişdir ki, aparılan təhlillər əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərkən həmin qərarın məzmununa yanlış olaraq istintaq hərərktlərinin keçirilməsininin qeyd olunduğunu göstərir. Belə halda isə cinayət işindəki məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxs satışı təsdiq edən hal kimi ittiham aktına əlavə edilən cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş telefon danışıqlarının məzmunundan isə onun şəxsiyyəti məlum olmayan və özünün də bildirmək istəmədiyi “həmkar”ları ilə (narkomanlarla) narkotik vasitə əldə etməyə yönələn cəhdləri, “narkotik vasitə aclığı” və qəbul edilə bilmədiyi zamanı yaranmış “narahatlığı” əks olunur ki, və bu yazışmalar şəxsin narkotik vasitə satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, aparılmış ibtidai araşdırma zamanı zamanı istintaq orqanı tərəfindən mesaj göndərilən mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin kimliyi və narkotik vasitələrlə əlaqəli olub-olmaması araşdırılsa da həmin şəxslər müəyyən edilərək dindirilməmiş, Təqsirləndirilən şəxsla bağlılıqları və əlaqələri, onun kim(lər)ə narkotik vasitələr satması, yaxud kim(lər)dənsə satın alması araşdırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs yalnız onda narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş narkotik vasitə çəkisinin şəxsi istehlak miqdarından artıq, külli miqdarı keçən çəkidə olması, onun narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, Gəncə şəhəri, yaşadığı evin yaxınlığında saxlanılıb polis şöbəsinə gətirildikdən sonra həmin heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürməsinin tələb edilməsi, psixi təzyiqə məruz qalması, bunun nəticəsində etmədiyi əməli etiraf etməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və kimyəvi ekspertiza rəyləri, eləcə də müdafiə tərəfinin vəsatəti ilə verilmiş sorğulara cavab məktubları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs bədən səthində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilməsi iddia edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçisi tərəfindən dəfələrlə ona qarşı hansısa psixoloji təzyiq (zorakılıq) olub-olmaması, təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olub-olmaması soruşulsa da hər hansı narazılıq etməyərək özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs göstərdiyi Gəncə BPİ MSY-yə təhvil verildikdən sonra DİN-nin yoxlama- monitorinq qrupunun üzvləri ilə görüşməsi, polis əməkdaşlarının ona etdiyi qanunsuzluqlara etiraz etməsini bildirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Gəncə şəhər Baş Polis İdarəsinə verilmiş sorğulara cavab olaraq isə xx.xx.2024-cü il tarixli, 3-13-13/2-3568/2024 saylı və xx.xx.2024-cü il tarixli, 57/2-3/90-24 saylı məktublarla xx.xx.2023cü ildə DİN-nin yoxlama-monitorinq qrupunun Gəncə şəhər PBİ-nin MSY-də olmadığı, tutulduqdan sonra Təqsirləndirilən şəxsla kiminsə görüşmədiyi, özünün də saxlanması, yaxud digər məsələlərlə bağlı müraciət olmadığı və bununlə əlaqədar heç bir araşdırma aparılmadığı göstərilmişdir. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq naməlum çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü PB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə, saat 00:30 radələrində Gəncə şəhəri, Vaqif küçəsində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd sellofan bükümdə, külli miqdar hesab edilən təmiz çəkisi 2.738 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş, müdafiə tərəfindən təqdim edilmiş və məhkəmədə araşdırılmış “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində, 2 (ikisi) azyaşlı övladı var. Məhkəmə həmin halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, atası X4 Azərbaycan Respublikasının ərazi bütovlüyü və suverenliyi uğrunda döyüşüb müharibə veteranı olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi isə onun cəzasını ağırlaşdıran haldır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamə və məhkəmələrin hökm və yekun qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddəlləri təqsirli bilinib 11 ay 12 gün azadlıqdan məhrum etmə cəzasına nəhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Yusig oğlunun cəzası 06 ay azaldılmış, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbacan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri......qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2,41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan cəza müddəti daxilində mümkündür. Məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,688 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı xx.xx.2023-cü ildə götürülmüş 1 ədəd “VİVO” markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və O, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,688 qram olan narkotik vasitə heroin məhv edilsin və “Vivo” markalı mobil telefon ailə üzvlərinə qaytarılsın, istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülər olan 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-201/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-201/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver