Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-201/2025 14.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1976-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 144-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək tamah niyyəti ilə məcburi əmək cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün iradi zəiflik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, çətin situasiyalar qarşısında acizlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olan Zərərçəkmiş şəxs maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2022-ci ilin aprel ayının əvvəllərində Ağstafa rayonu, Saloğlu qəsəbəsindəki özünə məxsus evin həyətyanı sahəsində yerləşən heyvandarlıq fermasına gətirməklə sonuncuya məxsus hərbi bileti, şəxsiyyət vəsiqəsini, müharibə veteranı vəsiqəsini və təqaüd kartını alıb özündə saxlamış, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs həmin evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan yarımtikilinin hamam otağında saxlayıb ferma təsərrüfatındakı xırdabuynuzlu heyvanlara gündəlik qulluq edilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə və ac saxlamaqla psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 15 iyun 2023-cü il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan xırdabuynuzlu heyvanlara gündəlik qulluq etməyə məcbur edərək məcburi əmək cinayətini törətmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2023-cü il tarixdə saat 07:45-də Ağstafa rayonu, Saloğlu qəsəbəsində yerləşən heyvandarlıq fermasında keçirilən əməliyyat tədbiri zamanı qeyd edilən ünvanda fermanın sahibi Təqsirləndirilən şəxs və sonuncunun məcburi əməyə cəlb etdiyi Zərərçəkmiş şəxs aşkar edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs özündə saxladığı Zərərçəkmiş şəxs məxsus ******* nömrəli hərbi bileti, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, 024804 nömrəli müharibə veteranı vəsiqəsini və "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2022 4243 nömrəli təqaüd kartını təqdim etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 144-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Yaşar 4 ildir ki, kənddə başqa-başqa insanların yanında çobanlıq etmişdir. Yasin ilə İldırımı tanımamış,Yaşarı tanımış, onunla 3 ay işləmişdir. Sonuncu 2022-ci ilin sentyabr ayında gəlmiş, işləmiş, dekabr ayının 5 isə işdən çıxıb Qazax rayonuna işləməyə getmişdir. 2023-cü ilin mart ayında Yaşar ona zəng etmiş və işləmək istədiyini bildirmişdir. O isə Rəsul adında şəxsə zəng etmiş Yaşarı onun yanına gətirilməsini xahiş etmişdir. Həmin vaxt Yaşar onun yanında 1 il 2 ay işləmişdir. Yaşara qarşı hər hansı bir pis hərəkəti olmamışdır. Yaşarın yeməyini, pulunu, paltarını vaxtıvaxtında vermişdir. Onlar ailədə 3 nəfər olmuş, Yaşar da onlarla birlikdə olmuş,onlarla birgə yemək yemişdir. Yaşarın krediti olmuş, həmin vaxt onun kartından kredit tutulmaları aparılmışdır. O,Yaşarın kartında olan pulu nəğdləşdırdıkdən sonra gətirib Yaşarın pullarını özünə vermişdir. O, Yaşara hər ay əmək haqqı vermişdir. Yaşar sərbəst şəkildə hərəkət etmiş, hara istəmişsə orada gedib-gəlmişdir. O,Yaşar ilə özü tanış olmuşdur. Həmin vaxt Yaşar onun yaşadığı kənddə işləmişdir. Şahid8 adlı şəxs Saatlı rayon sakini olmuşdur. O həmin şəxsi kənddə olarkən görmüşdür.Orada Şahid4 adlı şəxs də olmuşdur. O, Şahid4 həbs edildikdən sonra tanımışdır.O təsdadüfən onları görmüşdür. Belə ki, o həmin yerə gəldikdə onların Yaşarla söhbət etmələrini görmüşdür. O, Yaşara qarşı pis olmamışdır. O Yaşara hər ay 180 manat əmək haqqı vermişdir.Yaşarın pula ehtiyacı olduqda ondan götürmüşdür. Yaşar heyvanları rahatladıqdan sonra sərbəst olmuşdur. Yaşarın onda tək şəxsiyyət vəsiqəsi deyil, başqa sənədləri də olmuşdur. O həmin sənədləri sadəcə saxlamışdır. Yaşar sərbəst şəkildə qoyun otarmışdır. Belə ki, o meşə və otlaq sahələrinə sərbəst çəkildə gedib-gəlmişdir. Yaşarın qızı Rusiya Federasiyasında yaşamış və Yaşar qızı ilə mütamədi olaraq əlaqə saxlamışdır. Polis əməkdaşları onun yaşadığı evə basqın etmişlər. Onlara məxsus mobil telefonları onlardan almışlar. Sonra videoçəkliş aparılmış və o polis əməkdaşları ilə birgə Bakı şəhərinə getmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə onun yoldaşı rəhmətə getmiş və o həmin gündən sonra tək yaşamışdır. O, Qazax rayonunda Qamət adlı qəssabın 50-60 baş qoyunlarına baxmışdır. 2013-2014-cü illərdə Asif adlı şəxs ona yaxınlaşmış və onu aparmaq istədiyini demişdir. O, Asifdən hara aparacağını soruşmuş, Asif ona Saloğlu qəsəbəsi deyərək cavab vermişdir. O, Asifdən əmək haqqının nə qədər olacağını soruşmuş, Asif isə ona əmək haqqının 180 manat olacağını demişdir. O, Asiflə razılaşmış və onlar birlikdə Saloğlu qəsəbəsinə getmişlər. O evə gəldikdən sonra onu ikinci mərtəbədəki hamam kimi istifadəyə veriləcək yerdə qalacağını demişlər. O, ətrafı daşla hörülü olan yarımtikilidə 1 il qalmışdır. Daha sonra Etibar ona heyvanları itirdiyinə və satdığına görə ödəniş etməli olduğunu bildirmişdir.O isə oğurluq etmədiyini bildirmişdir. Etibar ölən və itən heyvanların ölməsi və itməsinə onun səbəbkar olduğunu deyərək,ona əmək haqqını verməmiş və bu səbəbdən onu burada zorla işlətmək istəmişdir. O isə əmək haqqını almayacağı halda işləməyəcəyini bildirmişdir. Ertəsi gün isə Etibar onun “nokia” markalı telefonunu əlindən alaraq divara vurub qırmışdır. Etibar onun bütün sənədlərini onun əlindən almış, o Etibardan nəyə görə belə etdiyini soruşduqda, Etibar qaçıb getməməyi üçün belə etdiyini ona bildirmişdir. O isə Etibara bir qismət çörəkdən ötrü işləyib dolanmaq üçün gəldiyini demişdir. Daha sonra Etibar onu şapalaq ilə vurmuşdur. O, Etibardan vurma səbəbini soruşmuş, Etibar cavab olaraq “Məndən heçnə soruşma, mən bilərəm nəyə görə vurmuşam” demişdir. O gizli olaraq bir nəfərin mobil telefonu ilə «102» ximdətinə zəng etmişdir. Polislər gəlmiş və onu aparmışlıar. Şöbədə ona sual vermişlər, daha sonra o qayıdaraq Etibarın yanına gəlmişdir. Bu hadisədən sonra Etibar onu heç hara getməyə qoymamış, icazə verməmişdir. O təxminən 1 il 2 ay Etibarın yanında işləmişdir. O Etibar ilə işlədiyi müddət ərzində əmək haqqı almamışdır. Onun bütün sənədləri və bank kartı Etibarda olmuşdur. Etibarın ona vermiş olduğu yer, yatmaq üçün ev olmamış,həmin yer şəraitsiz olmuşdur. O qış aylarında da həmin şəraitsiz yerdə qalmışdır. O qaçmaq istəyərkən Etibar onu tutaraq geri qaytarmışdır. O polis şöbəsinə heyvan oğurluğu ilə bağlı getmişdir. Polis şöbəsində olarkən o heç nə yazmamış ,hər hansı bir sənədə imza atmamışdır. Şöbədə olan polislər Etibarın adamı olmuşlar.Təqsrləndirilən şəxsdən şikayətçidir on ağır cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Salooğlu qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin Yaşar adlı şəxsi məcburi əməyə cəlb etməsinə dair Baş İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş və əməliyyat məlumatı əsasında yoxlamalar keçirilmişdir.Yoxlamalar zamanı həqiqətən belə bir fermanın olması və həmin fermada Yaşar adlı şəxsin saxlanıldığı müəyyən olunmuşdur. Əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri o olmuşdur. Onlar xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində evi müşahidəyə götürmüş,evə yaxınlaşaraq qapını döymüş, özlərini təqdim etmiş və qərara əsasən evə baxış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Sual-cavab zamanı Yaşar adlı şəxs təxminən 1 il 2 aya yaxındır ki, Təqsirləndirilən şəxs adlı şəxsin həyət evində işlədiyini və onu məcburi əməyə cəlb etdiyini bildirmişdir. Yaşar onlara əmək müqaviləsinin bağlanmamasını bildirmaişdir.Yaşar ona məxsus sənədlrin,ona məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletin və bank kartlarının Etibar tərəfindən götürüldüyünü bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Yaşara məxsus sənədlərin təqdim edilməsi xahiş olunmuş və Təqsirləndirilən şəxs həmin sənədləri təqdim etmişdir. Bundan sonra onlar Bakı şəhərinə gəlmiş, müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Baş idarənin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Baş İdarədə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və digər əməkdaşlar daxil olmuşdur. Bununla bağlı onlar Ağstafa rayonu, Saloğlu kəndinə gəlmişlər. Həmin kənddə fermer təssərüfatı ilə məşğul olan bir nəfər şəxsin fermasında bir nəfər şəxsin məcburi əməyə cəlb olunması ilə bağlı daxil olmuş əməliyyat əsasında gedilmiş,həmin şəxsin qapısı döyülmüş, şəxs qapını açdıqdan sonra xidməti vəsiqlər təqdim edilmişdir. Həyətyani sahəyə və həmin təsərrüfata baxış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı həmin şəxs icazə verdikdən sonra həyətə baxış keçirilmişdir. Baxış keçirilən zamanı Yaşar adlı şəxsin olması müəyyən olunmuş və sorğu-sual zamanı Yaşar başına gələn hadisləri danışmış və ona məxsus sənədlərin Etibrda olmasını və sonuncunun sənədləri onun əlindən almasını bildirmişdir. Əməliyyat keçirildikdən sonra şəxslər Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarədə izahatlar alınaraq protkol tərtib edildikdən sonra həmin sənədlər aidiyyəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Baş İdarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. O əməliyyat qrupunun tərkibində olmuşdur. Onlar İyun ayının 15-də Ağstafa rayonu, Saloğlu qəsəbəsinə gəlmişlər. Onlar dəmir qapını döyərək Etibar adlı şəxsin həyətyani sahəsinə daxil olmuşlar. Həmin vaxt Etibar onları qarşılamışdır. Bundan sonra həyətyani sahəyə baxış keçirilmişdir. Həmin vaxt orada olan şəxslərdən ilk olaraq zərərçəkmiş şəxsi görmüşlər. Bundan sonra qrupun rəhbəri Etibardan sənədləri təqdim etməsi istənilmişdir. Həmin vaxt Etibar sənədləri təqdim etmiş və foto şəkillər çəkilmişdir. Sorğu sual-zamanı zərərçəkmiş şəxs yaşayış tərzindən narazı olduğunu, həmçinin döyüldüyünü bildirmişdir. Əməliyyat qrupunun tərkibində o və digər polis əməkdaşları olmuşlar. Bütün məlumatlar qrup rəhbərində olmuşdur. Hal şahidləri isə qrup rəhbəri Şahid1 tərəfindən dəvət edilmişlər. Onlar evdə olrkən evə Yaşar və Etibar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında əməliyyat qrupu ilə Ağstafa rayonu, Saloğlu qəsəbəsinə, Etibar adlı şəxsin evinə getmişlər. Həmin vaxt qapı döyülmüş və qapını Etibar adlı şəxs açmışdır. Onlar həyətyani əraziyə daxil olmuşlar. Bundan sonra zərərçəkmiş şəxs Yaşar gəlmişdir. Həmin vaxt sənədləşdirmə aparılmış və onlar Bakı şəhərinə qayıtmışlar. Həmin evdə Yaşarın uçuq bir evdə qalmasını və Etibar adlı şəxsə möhtac olmsaının şahidi olmuşlar. Baxış zamanı Yaşarın rezin çəkmədə, üst-başının pis vəziyyətdə olması müəyyən edilmişdir. Yaşar həmin vaxt təqaüd kartının Etibar tərəfindən əlindən alındığını bildirmişdir. Həmin vaxt sənədləri Etibar yaşadığı evindən gətirmiş və təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə yay aylarında baş vermişdir. Həmin dövrdə özü Bakı şəhərində olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq əməliyyat tədbirinin keçiriləcəyini bildirərək onun həmin tədbirdə iştirak edə bilib-bilməsi ilə maraqlanmışlar. O isə bu barədə ətraflı məlumat aldıqdan sonra əməliyyatda iştirak etməyə razılıq vermişdir. Polis əməkdaşları ona məcburi əməklə bağlı əməliyyat keçirəcəklərini bildirmişlər. Daha sonra onlar birlikdə Baş İdarəyə getmişlər. Orada ona Ağstafa rayonu, Saloğlu qəsəbəsinə gedəcəkləri bildirilmişdir. Səhər saatlarında onlar qeyd olunan ünvana çatmışlar. Hadisə yerinə gələndə polis əməkdaşları qapını döymüş və birlikdə evə daxil olmuşlar. Həmin ərazidə bir neçə ev olmuş, onlardan biri isə yarımçıq tikili şəklində olmuşdur. Polis əməkdaşları həmin ünvana baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı orada hərbi geyimdə, ayağında rezin çəkmə olan bir kişi aşkar edilmişdir. Aparılmış baxış nəticəsində məlum olmuşdur ki, həmin şəxs həmin ünvanda qalır və onun əməyindən istismar məqsədilə istifadə edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Tamis oğlu ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, heyvan alveri ilə məşğul olmuş, əsasən ucqar rayonlardan heyvanları ucuz qiymətə alaraq başqa yerlərdə satmışdır. Həmin məqsədlə o Ağstafa rayonuna getmiş və orada bir kafedə əyləşmişdir. Bu zaman ona yaxınlaşan naməlum bir şəxs, “siz burada naməlum adama oxşayırsız, nə kömək edə bilərik?” deyə soruşmuşdur. O heyvan alveri ilə məşğul olduğunu bildirib, heyvanı kimdən və necə ala biləcəyini soruşmuşdur. Naməlum şəxs onu Etibar adlı şəxsin yanına apara biləcəyini demiş,onu müəyyən məsafəyə qədər aparmış, lakin sonra “Etibarın evinə yaxın gedə bilmərəm, münasibətim yoxdur, bu mənim üçün təhlükəli ola bilər” deyərək onu yolda düşürmüşdür. O avtomobildən düşərək yoluna piyada davam etmiş, göstərilən evə yaxınlaşaraq Etibar adını səsləmişdir. Evdən üst-başı pis vəziyyətdə olan bir şəxs çıxmış və Etibar olmadığını demişdir.O həmin şəxsə heyvan almağa gəldiyini, Etibarın yanına yönləndirildiyini bildirmişdir. Həmin şəxs isə Etibarın yatdığını demiş, onu oyada bilməyəcəyini, oyatdığı halda Etibarın onu təhqir edəcəyini və döyəcəyini qeyd bildirmişdir. Bu zaman şahid ətrafda bir neçə heyvan görmüş, lakin bəyənmədiyi üçün “yaxşı, oyatma” deyərək geri dönmüşdür. Daha sonra həmin şəxs ondan siqaret istəmiş, o isə siqaret çəkmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında o ət kəsimi və heyvan alveri ilə məşğul olmuşdur. Bu məqsədlə Bakı şəhərindən müxtəlif ucqar rayonlara, o cümlədən Ağstafa rayonuna getmişdir. Ağstafa rayonunda olduğu vaxt ona Etibar adlı şəxsin mal-qara satışı ilə məşğul olması deyilmişdir. Həmin məlumat əsasında o, Etibarın ünvanına getmiş və orada onu səsləmişdir. Etibar onu qarşılamış, birlikdə həyətyanı sahəyə daxil olmuşlar. O həmin ərazidə olanda üst-başı baxımsız vəziyyətdə olan bir şəxsin heyvanların içərisində olduğunu görmüşdür. Daha sonra o, Etibarla heyvanların qiyməti barədə söhbət etmiş, Etibar isə bir müddət sonra evə keçmişdir. Həmin vaxt ərazidə yalnız o və əvvəldən orada olan, görünüşcə fiziki baxımdan zəif və üst –başı bərbad vəziyyətdə olan həmin naməlum şəxs qalmışdır. Naməlum şəxs ondan siqaret istəmiş, o siqaret çəkmədiyini bildirmişdir. Daha sonra həmin şəxs ona “mənə buradan çıxmağa kömək et” deyərək müraciət etmişdir. Lakin o həmin şəxsə hər hansı yardım edə bilməmişdir. Etibar geri qayıdanda həmin şəxsin onunla ünsiyyətdə olduğunu görmüş və ona qarşı əsəbi reaksiya vermişdir. Etibar ona qarşı hədə-qorxu ilə “birdən bunu buradan qaçırdarsan, səni tapmaq mənim üçün çətin deyil, mənim əlimdə iki vurmaq ikidip” kimi ifadələr işlətmişdir. O, isə belə bir niyyəti olmadığını bildirmiş, Etibarla razılaşmayaraq ərazidən uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, onlar Yaşarın hər bir işini həll etmiş, yeməyini vermiş, geyimini almışlar. Yaşar Etibarın yanında işləmiş, Etibarın qoyunlarını otarmışdır. Yaşar qonşu kənddə başqa bir insanın yanında çoban kimi işləmiş və Etibara dəfələrlə zəng vurub onu aparmasını istəmişdir. O gedib Yaşarı gətirmişdir. Yaşarın telefonu olmuş, ayda 1 dəfə evinə getmiş, qohumlarının xeyir və şərində iştirak etmişdir. O, Yaşarı özü ilə dəfələrlə rayona aparmışdır. O dəfələrlə Yaşardan şikayət və probleminin olub-olmadığını soruşmuş, Yaşar isə heç bir probleminin olmadığnı, əksinə Etibarın yanında qalmalı olduğunu ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Etibarın həyat yoldaşıdır. Onlar evləndiyi gündən heyvan saxlamaqla məşğul olmuş, çobanlıq etmişlər. Etibarın gözü ilə bağlı problemi olduğundan artıq heyvanları otara bilməmiş, Yaşar isə çoban kimi işləmək istədiyini onlara demişdir. 2021-ci ildə sentyabr ayından dekabr ayına kimi Yaşar onların yanında işləmişdir. Bir gün Yaşarın bacısı taksi yollamış və Yaşarı evinə çağırmışdır. Yaşarın bacısı Yaşarı evləndirməyi təklif etmiş, evinin dağıldığını bildirmişdir. Aradan 2-3 ay keçdikdən sonra Yaşar yenidən onlara zəng vurmuş və yenidən onların yanında işləmək istədiyini demişdir. Asif isə gedib Yaşarı gətirmişdir. Asif Yaşarı gətirdikdən sonra sonuncu 1 il 2 ay onlarla birlikdə yaşamışdır. Yaşar gəldiyi yerdən 2 kisə paltar gətirmiş və o, Yaşarın paltarlarını yumuşdur. O, Yaşara gündə 3 dəfə yemək vermiş, bir yerdə oturub çörək yemişlər və nəticə olaraq başlarına belə bir hadisə gəlmişdir. Etibar Yaşara dəfələrlə «getmək istəyirsə, gedə bilər» demişdir. Yaşar isə Etirbara “Mənim sizdən başqa heç kimim yoxdur. Siz məni qoruyursunuz, sizə öyrəşmişəm demihdir. Yaşar o öləndə də məni bu kənddə basdırın demişdir”. 2023-ci il iyunun 15 də səhər saatlarında o xalxalda heyvan sağmış, heyvanı sağıb qurtardıqdan sonra Yaşarın çay-çörəyini qoymuş, Yaşar isə heyvanları götürüb otarmaq üçün aparmışdır. Onların qapısında itlər olduğu üçün heç vaxt qapını bağlı saxlamamışlar. Qapı açılmış və qara paltarlı insanlar bir-bir həyətə daxil olmuş, o isə üstü başı kirli halda gələnlərin qabağına çıxmışdır.Həmin şəxslər ondan Etibarın evinin bura olub-olmamasını soruşmuşlar. O qorxmuş və Etibarın evinin bura olduğunu gələnlərə demişdir. O, Etibar yatdığı üçün Etibarı oyatmağa getmiş, Yaşar isə onun arxası ilə bağdan gəlmişdir. O, Etibar ilə birlikdə evdən çıxana qədər gələn insanlar Yaşarı qırağa çəkib danışdırmışlar. Yaşardan ona necə baxıldığı soruşulmuş, Yaşar isə ona yaxşı baxılmadığını demişdir. O isə Yaşara “Utanmırsanmı? , hər gün biznən birlikdə oturub-durub yemək yeyirsən demişdir. Onun 2 uşağı əsgərlikdədi, o özü yeməmiş Yaşara yedizidirmişdir ki, Allah göydən baxır iki uşaqları da sağ salamat qayıdıb gəlsinlər.” BMCMİ əməkdaşları Yaşardan harada qaldığını soruşmuşdur. Onların həyətində iki yer olmuş, lakin Yaşarın istiyə dözümü olmadığı üçün Yaşar yarımtikili evin içində yaşamaq istəmişdir. BMCMİ əməkdaşları Yaşara hazırlaşıb çıxmasını demiş, Yaşar isə çoxdan çıxıb getmək üçün hazır olmuşdur. BMCMİ əməkdaşları Etibarı və Yaşarı aparmış və o isə yoldaşı Etibarın nəyə görə aparıldığını bilməmişdir.Onlar Yaşarın sənədlərini almamış, ac və susuz saxlamamış, Yaşara heç bir əziyyət verməmişlər. Yaşar qardaşıgilə gedib-gəlmiş, kəndlərində xeyir-şər işlərində iştirak etmiş,onlarla birlikdə dəfələrlə oturub çörək yemişdir. Yaşarın tək yatdığı yer onların yerindən ayırı olmuş, sonuncu istiyə dözmünün olmadığını deyərək, yarımtikili binada yaşamaq istədiyini onlara demişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2000ci ildən hadisə baş verən qəsəbədə icra nümayəndəsi vəzifəsində fəaliyyət göstərmişdir. O işlədiyi dövrdə Etibar və onun ailəsi ilə icra nümayəndəliyi xoş münasibətdə olmuş, onlara Etibar ilə bağlı heç bir şikayət daxil olmamışdır. Etibarın saxladığı çoban ilə bağlı onun məlumatı və həmin çobanla tanışlığı olmamışdır. O, işlədiyi müddət ərzində Yaşar adlı şəxsdən ona nə şifahi, nə də yazılı şəkildə hər hansı məlumat daxil olmamışdır. Etibar adlı şəxsi tanımış, həmin ailə zəhmətkeş ailə olmuş və mal-heyvan alveri ilə məşğul olmuşlar . Məhkmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur. Onun evi ilə Etibarın evinin arasındakı məsafəsi təqribən 10 metrdir. O Etibar gilə gedib gəlmişdir. Yaşar adlı şəxsi tanıyır. Yaşar Etibarın heyvanlarını otaran şəxsdir. O bir neçə dəfə Yaşar ilə çörək yemişdir. Həttda məclislər olmuş, hansı ki, Yaşar yeyib içdikdən sonra Etibar ona dincəlməsini və özünün heyvanlara baxmasını demişdir. O dəfələrlə Etibarla Yaşara su aparmışdır. Yaşar sərbəst şəkildə hərəkət etmişdir. O Yaşarın üzərində xəsarət izləri görməmişdir. Həmçinin Yaşara hər hansı bir təyziq olmamışdır. O mütəmadi olaraq Etibar gilə gedib gəlmişdir. O hərbiçi olmuşdur, hazırda isə təqaüddədir. Hadisə vaxtı müəyyən yerlərdə xidmətdə olmuşdur. Onlar tərəfindən meşədə məclis təşkil olunmuş, həmin məclisdə Yaşarda işitak etmişdir. Yaşar ilə Etibarın sahəsində tanış olmuşdur. Məhkmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur. Yaşar Etibraın evində qalmışdır. O hər gün Etibarın evinə qonşu kimi gəlib getmişdir. O Yaşarı Etibargildə yemək yeyəndə də görmüşdür. Həmçinin Yaşarı həyətyani sahədə, kənd ərazisində də görmüşdür.O Yaşarda xəsarət izləri görməmişdir. Onun Yaşarın döyülməsi ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Həmçinin Yaşar ona döyülməsi ilə bağlı məlumat verməmişdir. Yaşar kənd ərazisində heyvan otarmışdır. Onun Etibar ilə yaxın qonşuluq münasibəti olmuşdur. Onların ara məsafələri təxminən 10-12 metr olmuşdur. O qonşu kimi hər gün Etibarın evinə gəlibgetmişdir. Yaşar Etibarın evində evin 1-ci mərtəbəsində yaşamışdır. Yaşarın yaşadığı otağın qapı və pəncərəsi olmuşdur. Yaşarın yatmaq üçün çarpayısı yorğan və döşəki olmuşdur. O qış aylarında da Etibarın evinə getmişdir. Yaşar əvvəllər Etibarın oğlu ilə bir otaqda qalmışdır. Sonradan Yaşar otağın isti olmasını bildirmiş və yaşamaq üçün 2-ci mərtəbəyə qalxmışdır. Qalxmasının səbəbi kimi orda havanın sərin keçməsini bildirmişdir. Yaşarı ilk dəfə heyvan otaranda görmüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Etibarı tanıyır, onunla həmkəndlidir. O əvvəllər hərbiçi olmuşdur. Etibarı isə həmkəndlisi kimi tanımışdır. O, Yaşarı 2022-ci ilin mart ayında görmüşdür. O, Yaşarı Etibarın heyvanları otaranda görmşüdr. Yaşarı müxtəlif ərazilərdə Kür çayının sahilində də görmüşdür. Məhkəmədə tədqiq edilmiş 29 yanvar 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 221 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasındən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. İradi zəiflik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, çətin situasiyalar qarşısında acizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs məcburi əmək cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs tam şəkildə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli-intellektual imkanlarına, fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı məcburi-əmək törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs həmin yeri bir neçə dəfə tərk etməyə cəhd göstərmiş, lakin xarakterik xüsusiyyətləri fonunda onu məcbur edən şəxsin psixoloji təzyiqi (ac saxlaması, siqaret verməməsi, nalayiq ifadələrlə təhqir etməsi, qoyunlarını oğurladığını deyib şikayət verəcəyi ilə hədələməsi, paltarlarını çıxardıb alt paltarı ilə saxlaması, yaxın adamları ilə telefonda danışmasına imkan verməməsi, soyuq yerdə saxlaması, hədə-qorxu gəlməsi) və fiziki təzyiqi (döyməsi) ilə əlaqədar tərk edə bilməmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə məruz qala bilər. Zərərçəkmiş şəxs qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Məhkəmədə tədqiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülmüş Zərərçəkmiş şəxs bank hesabından çıxarışlarından görünür ki, Zərərçəkmiş şəxs 412722*****4243 nömrəli hesabından Əliyev X5 rayonunu, Rafiq Alicanov küçəsi 5 (Kəsəmən Market 2) ünvanında yerləşən 891 nömrəli bankomatdan xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 39 manat, ünvan 3 ünvanında yerləşən 849 nömrəli bankomatdan xx.xx.2022-ci il tarixdə 78 manat, xx.xx.2022-ci il tarixdə 39 manat, Qazax, Ə.A.Şıxlinski və Ş.İ.Xətai küçələrinin kəsişməsində (İk market) yerləşən 1012 nömrəli bankomatdan xx.xx.2022-ci il tarixdə 41 manat, ünvan 4 ünvanında yerləşən 488 nömrəli bankomatdan xx.xx.2023-cü il tarixdə 39 manat, Ağstafa rayonu, Vurğun qəsəbəsində (Bizim Market) yerləşən 1147 nömrəli bankomatdan xx.xx.2023-cü il tarixdə 80 manat pul çıxarılmışdır. Məhkəmədə tədqiq edilmiş 26 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, "xxxx" ASC-dən götürülmüş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərtib etdiyi 15 iyun 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, 15 iyun 2023-cü il tarixdə saat 07:45-də radələrində Ağstafa rayonu, Saloğlu qəsəbəsində yerləşən heyvandarlıq fermasında keçirilən əməliyyat axtarış tədbiri zamanı qeyd edilən ünvanda Təqsirləndirilən şəxs və sonuncunun məcburi əməyə cəlb etdiyi Zərərçəkmiş şəxs aşkar edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs özündə saxladığı Zərərçəkmiş şəxs məxsus ******* nömrəli hərbi bileti, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini, 024804 nömrəli müharibə veteranı vəsiqəsini və "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2022 4243 nömrəli təqaüd kartını təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs məxsus ******* nömrəli hərbi bilet, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 024804 nömrəli müharibə veteranı vəsiqəsi və "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2022 4243 nömrəli təqaüd kartı cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin 16 iyun 2023-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 14 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhəkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, ona dəymiş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qurp əlilik verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində zərəçəkmiş şəxsi məcburi əməyə cəlb etməməsi, heç kimi məcburi olaraq işləməməsi, zərərçəkmiş şəxsi söyüb, döyməməsi və zərəçəkmiş şəxsi razılıq əsasında işlətməsi barədə ifadələrinə işin faktiki hallarına uyğun olmadığından üzləşdirmə, baxış protokolu, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirb inandırıcı hesab etmir. Məhəkəmə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlayaraq təhlil edib, birbiri ilə müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilməklə, hər bir sübutu mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirərək toplanmış bütün sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 144-2.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və onun bu cinayəti törətməsi məhəkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsinə əsasən məcburi əmək dedikdə, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə başa düşülür. Məcburi əmək cinayəti hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığı məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edildiyi andan başa çatmış hesab edilir. Şəxsin müəyyən işin yerinə yetirilməsinə məcbur edilməsi, qarşı tərəfin onun azadlığını məhdudlaşdırmaqla həmin şəxsin iradəsinin ziddinə olaraq ona istədiyi işi yerinə yetirməyə məcbur etməsidir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində məcbur əmək cinayətinin tərkib əlamətləri vardır. Belə ki, Əliyev X5 rayonu, Saloğlu qəsəbəsində yerləşən özünə məxsus həyətyanı sahədə yerləşən fermada işləmək üçün gətirilmiş Zərərçəkmiş şəxs polis vasitəsilə tutduracağı ilə hədə-qorxu gələrək onun əməyindən istifadə etmiş, fermada bütün çirkli işləri ona gördürmüş, xırda buynuzlu heyvanlara baxmağa məcbur etmiş, əməyindən istifadə edərkən ona zor tətbiq etmiş, hədə-qorxu gəlməklə azadlığını məhdudlaşdıraraq fermadan getməsinin qarşısını almışdır. Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması onun Təqsirləndirilən şəxs tərəfindən döyülməsində, təhqir olunmasında ifadə olunur. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, onun məcburi olaraq saxlaması zərəçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında keçirilmiş üzləşdirmə protokolu, şahid ifadələri, baxış protokolu və maddi sübutlarla da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azadlığının məhdudlaşdırılması məsələsinə gəlincə isə məhəkəmə hesab edir ki, zərərçəkmiş şəxsin azadlığının məhdudlaşdırılması fermaya gəldiyi gündən onu oğurluq etməsi adı ilə polisə məlumat verəcəyi ilə hədə-qorxu gəlib, borc asılılığından istifadə edərək onun yarımtikilinin hamam otağında saxlamasında, onun əməyindən istifadə olunmasında müşahidə olunur. Bundan başqa zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanışlarının hüuquq-mühafizə orqanlarında işləmələri barədə məlumatları olmuş, bu həmin şəxsdə qorxu hissi yaratmış, buna görə də Təqsirləndirilən şəxs onu polis vasitəsilə tutduracağı hədəsinə inanmış, hətta DİN-nin «102» xidmətinə zəng vuraraq özünü öldürəcəyini bildirsə də, Təqsirləndirilən şəxs əks həmlə edərək oğurluq edəcəyi adı ilə onu həbs etdirəcəyini düşünüb şikayətinin olmadığını bildirmiş, bu səbəbdən də qaldığı yeri tərk edə bilməmişdir. Göstərilənlər Zərərçəkmiş şəxs ifadələri, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi və cinayət işinin digər materiallarında öz əksini tapmışdır. Zərərçəkmiş şəxsdə qorxu hissəsinin yaradılması gördüyü hər səhv işə görə onun döyülməsində, təhqir olunmasında ,bununla da onu özünə tabe etməsində də ifadə olunur. İşin yerinə yetirilməsinə məcbur etmə hərəkəti isə işin hallarından göründüyü kimi Zərərçəkmiş şəxs natəmiz işləri görməsində, gördüyü işə görə əmək haqqı verilməməsinə, sosial şəraitinin pis vəziyyətdə olmasına, qaldığı otağın antisanitar şəraitdə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona tapşırılan işi istəməyərəkdən, iradəsinə zidd görməsində, qaldığı yerdən getmək istəsə də gedə bilməməsində ifadə olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddəsinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 144-2.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Yuxarıda qeyd olunan hüquqi əsaslara görə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək tamah niyyəti ilə məcburi əmək cinayətini törətmişdir. Məhkəmə kollegiyası heçab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəlsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını isə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsidir. Məhkəmə, həmçinin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasıməm Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 29 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut bank məlumatlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmaldır. Zərərçəkmiş şəxs məxsus ******* nömrəli hərbi bilet, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 024804 nömrəli müharibə veteranı vəsiqəsi və "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2022 4243 nömrəli təqaüd kartı Zərərçəkmiş şəxs qaytarımalıdır. İş üzrə məhkəmə məsrəfi, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144-2.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bank məlumatlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs məxsus ******* nömrəli hərbi bilet, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi, 024804 nömrəli müharibə veteranı vəsiqəsi və "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2022 4243 nömrəli təqaüd kartı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-201/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-201/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver