Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-202/2020 20.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Samux rayonu, Lüksemburq küçəsində qeydiyyatda olan, Gəncə şəhəri, Poçt qəsəbəsi, təzə məhəllələrdə yaşayan, xx xxxx 2020-ci il tarixədək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, iş üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, 28 may küçəsində yerləşən “Qreen Park” ailəvi istirahət mərkəzinin qarşısındakı parkda qohumu, Şəmkir rayonu sakini Zərərçəkmiş şəxs borclu olduğu 80 manat pulu verə bilmədiyi üçün orta dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onu söyüb təhqid etməsi və vurmasına görə aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə bədəninin müxtəlif yerlərindən, istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla bir dəfə qarın nahiyyəsindən qəsdən vuraraq sonuncuya qarın nahiyəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, piyliyin və S-vari bağırsağın zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti, sol göz nahiyəsinin hematoması (qançırı və şişkinliyi) ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilən bədən xəsarəti, sağ qulaq seyvanının qançırı, sol bud, sol diz və bel nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər mağazada satıcı-fəhlə işləmiş, son vaxtlar isə heç bir işlə məşğul deyil. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla qohumdur, heç bir ədavət və düşmənçiliyi yoxdur, əksinə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2019-cu ilin sentyabr ayında o, Elfaqdan avtomobil maqnitafonunu nisiyə alaraq qazanc əldə etmək üçün bir qədər baha qiymətə tanışına satmışdır ki, həmin tanışı da onu aldadaraq maqnitafonun pulunu verməmişdir. Buna görə də o da, Elfaqın pulunu verə bilməmişdir. Bir neçə dəfə Elfaq ona zəng edərək pulu istəmiş və o, Elfaqın pulunu verə bilmədiyi üçün Elfaq onunla kobud danışaraq telefonda pula görə mübahisə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında o, evdə olarkən Elfaq ona zəng edərək həmin günü istirahət etmək üçün Gəncə şəhərində yerləşən “Ramizin çay evi” adlanan kafeyə gələcəyini və onunla orada görüşmək istədiyini bildirib, maqnitafonun pulunu ora aparmağını istəmişdir. Həmin vaxt o, Elfaqın sərxoş olduğunu başa düşmüşdür. Buna görə Elfaqla görüşən zaman sərxoş olduğundan aralarında dava-dalaş ola biləcəyini fikirləşib qardaşı Şamxala və qohumu İbrahimə onunla birlikdə getmələrini xahiş etmişdir ki, əgər Elfaq dava-dalaş salarsa onlar ayırsınlar. xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində tanımadıqları taksi ilə “Ramizin çay evi” adlanan kafeyə gəlmişlər. Şamxal və İbrahim kənarda dayanmış, o isə, kafeyə daxil olaraq Elfaqı çölə çağırmışdır ki, kafedə səs-küy olmasın və kimisə narahat etməsinlər. Həmin vaxt Elfaq stolda tanımadığı bir nəfər şəxslə oturmuşdur və yenə də spirtli içki içməkdə davam edirdi. Onlar birlikdə kafedən çölə çıxaraq söhbət edə-edə qardaşının yanına getməyə başlamışlar. Elfaq çox sərxoş olduğundan onunla kobud danışır və ona qarşı nalaiq ifadələr işlədərək pulunu dərhal verməsini tələb edirdi. O isə, Elfaqı sakitləşdirməyə çalışsa da, Elfaq sərxoş olduğundan ona qulaq asmaq istəmirdi. Həmin vaxt Elfaq qəflətən onu əli ilə vurduğundan onlar dalaşmağa başlamışlar. Elfaq sərxoş olduğundan yerə yıxılmış, yerə yıxılarkən isə o, Elfaqın ona söydüyü söyüşlərdən, həmçinin vurduğu zərbədən əsəbiləşərək bir neçə dəfə Elfaqa ayağım ilə zərbələr endirmişdir. Qardaşı tez ona yaxınlaşaraq onları ayırmaq istəmişdir. O, Elfaqdan ayrılıb kənara çəkiləndən sonra Elfaq yerindən qalxaraq onun üzərinə hücum edib yaxasından tutaraq təpik və yumuruqla güclü zərbələrlə onu döyməyə başlamışdır. Elfaq yaşca ondan böyük olduğundan, həmçinin bədəncə qüvvətli olduğundan o, Elfaqın əlindən çıxa bilməmiş, həmçinin qardaşı da Elfaqı ondan aralaya bilməmişdir. Buna görə o, məcburiyyət qarşısında qalaraq Elfaqı qorxuzmaq üçün əvvəlcədən özü ilə götürdüyü bıçağı cibindən çıxarıb bir dəfə Elfaqın qarnından yavaşca vurmuşdur. Belə ki, həmin bıçaq mətbəx bıçağı olmuşdur və Elfaqın yanına gəlməmişdən qabaq özü ilə götürmüşdür ki, Elfaqla aralarında mübahisə yaranarsa və Elfaq onu vurmaq istəyərsə həmin bıçaqla Elfaqa hədə-qorxu gələrək özündən uzaqlaşdırsın. Elfaqı bıçaqla vurduqdan sonra Elfaq onun yaxasını buraxaraq bir kənara çəkilmişdir. O da, Elfaqı bıçaqla vurduğu üçün qorxaraq, həmçinin özünü itirərək nə edəcəyini bilməmişdir. Bu vaxt bir nəfər şəxs kafedən çölə çıxaraq Elfaqı çağırmağa başlamışdır. Elfaq isə həmin şəxsi yanına çağırdığından artıq Elfaqa kömək gəldiyini görüb oradan qaçaraq uzaqlaşmışlar ki, dava böyüməsin. Bundan sonra o, tutulacağından qorxduğu üçün qaçıb gizlənmişdir. Lakin Elfaqla danışaraq onu bağışlamasını xahiş etmiş və onlar barışmışlar. Daha sonra isə öz məsuliyyətini dərk edərək könüllü olaraq polisə gəlib özünü polisə təqdim etmişdir. Elfaqla onun arasında 80 manat pula görə mübahisə baş vermişdir ki, Elfaq sərxoş olduğundan özü onu dalaşmağa və bıçaqla onu vurmağa vadar etmişdir. Həmin vaxt o, Elfaqı bıçaqla ona görə vurmuşdur ki, Elfaq ondan əl çəksin, onunla mübahisəni dayandırsın. Elfaqı bıçaqladıqdan sonra, hadisə yerindən qaçaraq uzaqlaşarkən o, hadisə vaxtı istifadə etdiyi bıçağı yolda atmışdır. Həmin bıçaq mətbəx bıçağı olmuş vəElfaqla arasında olan mübahisəyə aydınlıq gətirmək üçün hadisəyə qədər həmin bıçağı evdən götürmüşdür. Bıçağın uzunluğu tiyəsi ilə birlikdə təxminən 12-13 sm olub, gümüşü rəngdə olmuşdur. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etsə də gecə vaxtı olduğu üçün ətrafa kənar şəxslər toplaşmamış və heç kimin narahatçılığına səbəb olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, yaşadığı kənddə mağaza işlədir. Təqsirləndirilən şəxs onun qohumumdur və onunla münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən təxminən 3-4 ay əvvəl o, Rüstəmə atasına məxsus avtomobilin maqnitafonunu 80 manata satmışdır ki, Rüstəm həmin maqnitafonun pulunu ona dərhal verməmişdir və qısa müddət ərzində pulu verəcəyini bildirmişdir. Lakin Rüstəmin dediyi vaxtdan uzun müddət keçdiyindən o, Rüstəmə bir neçə dəfə zəng edərək maqnitafonun pulunu istəmiş, pulu tez almaq üçün israr etdiyindən telefonda aralarında mübahisə yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22 radələrində o, tanışı Mübarizlə yaşadığı kənddə birlikdə oturub yemək yeyərək bir qədər spirtli içki də qəbul etmişdir. Təxminən saat 24 radələrinə qədər orada olduqdan sonra canlı müsiqiyə qulaq asmaq üçün təklif etmişdir ki, Gəncə şəhərində yerləşən, camaat arasında “Ramizin çay evi” adlanan kafeyə getsinlər. Həmin vaxt eyni zamanda o, özüözlüyündə fikirləşmişdir ki, gedərkən Rüstəmlə də görüşüb ondan pulu alsın. Lakin bu barədə Mübarizə heç bir söz deməmiş və yola çıxarkən telefonla Rüstəmə zəng edib Gəncə şəhərinə gəldiyini və “Ramizin çay evi” adlanan kafedə olacağını bildirmiş, aralarındakı söz-söhbətə aydınlıq gəlməsi üçün onu olacağı yerə çağırmışdır. bildirmişdir. Tanımadığı taksi ilə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 00:30 radələrində Mübarizlə birlikdə həmin kafeyə gəlmişlər. Ümumi dəhlizdə əyləşərək meyvə və spirtli içki sifariş edib canlı musiqiyə qulaq asmağa və istirahət etməyə başlamışlar. O, həmin kafedə də spirtli içki qəbul etmişdir. Bir qədər orada oturduqdan sonra Rüstəm kafeyə gələrək onu çölə çağırmış, o, Rüstəmlə birlikdə kafedən çölə çıxmış və söhbət edəedə bir qədər kafedən aralanmağa başlamışlar. Həmin vaxt Rüstəmin yanında qardaşı Şamxal və tanımadığı bir nəfər şəxsdə olmuşdur. O, Rüstəmdən nə üçün pulunu vermədiyini soruşmuş, Rüstəm isə ona kobud cavab verdiyindən, həmçinin o özü sərxoş olduğundan əsəbiləşərək Rüstəmi söyməyə və üstünə qışqırmağa başlamışdır. Həmin vaxt Rüstəmin qardaşı onları ayrımaq istəsə də, Rüstəmlə o, əlbəyaxa olaraq dalaşmağa başlamışlar. Bu zaman ayağı ilişdiyindən o, yerə yıxılmış və yerdə olarkən də Rüstəm onu təpiklə bədəninin müxtəlif yerlərindən vurmaqda davam etmişdir. O, daha da əsəbiləşərək ayağa qalxıb Rüstəmi tutaraq yumuruqla bir neçə dəfə onun bədənindən vurmuşdur. Həmin vaxt Rüstəmin qəflətən qarnından bıçaqla vurduğunu hiss etmişdir. Bundan sonra o, Rüstəmi buraxmış və Rüstəm də, ondan aralanıb qorxmuş kimi yanında dayanmışdır. Nə o, nə də ki, Rüstəm, həmçinin yanında olan qardaşı və tanımadığı şəxs nə edəcəklərini bilməmişlər. Həmin vaxt Mübariz kafedən çıxaraq onu çağırmağa başlamışdır. O isə, Mübarizi yanına çağırmışdır. Mübariz onların yanına gələrkən Rüstəm və yanında olan digər şəxslər qaçaraq harasa getmişlər. Mübariz isə yanına gəldikdən sonra ona bıçaqlandığını deyərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. Daha sonra onlar tanımadığı taksi ilə xəstəxanaya gəlmişlər və ona tibbi yardım göstərmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, Rüstəmdən şikayətçi deyil. Hadisə vaxtı sərxoş olduğu üçün Rüstəmin ona borclu olduğu 80 manata görə Rüstəmlə dalaşmağa başlamışdır və Rüstəm də, bıçaqla onu vurmuşdur. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmişdir və hadisə nəticəsində heç kim ətrafa yığışmamışdır və heç kimin narahatçılığına səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin yaxın qohumu olan qardaşı, Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və onunla eyni ünvanda yaşayırlar. O, mağazada satıcı-fəhlə işləyir, qardaşı Rüstəm isə son vaxtlar heç bir işlə məşğul deyildi. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır, əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur və onunla uzaqdan qohumdurlar. Təxminən 4-5 ay qabaq qardaşı Rüstəm Elfaqdan avtomobil maqnitafonunu nisiyə alaraq qazanc əldə etmək üçün bir qədər baha qiymətə tanışına satmışdır ki, həmin tanışı da Rüstəmi aldadaraq maqnitafonun pulunu verməmişdir. Buna görə də Rüstəm də Elfaqın pulunu verə bilmirdi. Bir neçə dəfə Elfaq zəng edərək Rüstəmdən pulu istəmiş və Rüstəmlə kobud danışmışdır. Hətta aralarında bir neçə dəfə telefonda pula görə mübahisə də yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında o, evdə olarkən Rüstəm ona Elfaqın içkili halda yenə ona zəng etdiyini, maqnitafonun pulunu istədiyini, onunla kobud danışdığını, həmçinin Elfaqın həmin günü “Ramizin çay evi” adlanan kafeyə gələcəyini və onun orada görüşmək istədiyini ona bildirərək həmin çay evinə onunla birlikdə getməsini istəmişdir. Çünki, qardaşı qorxurdu ki, Elfaq sərxoş olduğundan aralarında dava-dalaş ola bilər. O, Rüstəmlə razılaşmış və xalası oğlu İbrahim də onlarla birlikdə Elfaqın yanına getməyə razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə geca saat təxminən 01 radələrində onlar tanımadıqları taksi ilə “Ramizin çay evi” adlanan kafeyə gəlmişlər. O və İbrahim kənarda dayanmışlar, Rüstəm isə kafeyə daxil olaraq Elfaqı çölə çağırmışdır. Onlar birlikdə kafedən çölə çıxaraq söhbət edə-edə onlara tərəfə gəlməyə başlamışlar. Həmin vaxt Elfaq çox sərxoş olduğundan Rüstəmlə kobud danışmış və Rüstəmə qarşı nalaiq ifadələr işlədərək pulunu ondan tələb etmişdir. Rüstəm isə Elfaqı sakitləşdirməyə çalışsa da, Elfaq sərxoş olduğundan Rüstəmə qulaq asmaq istəmirdi. Həmin vaxt Elfaq qəflətən Rüstəmi əli ilə vurduğundan onlar dalaşmağa başlamışdılar. Elfaq sərxoş olduğundan yerə yıxılmış, yerə yıxılarkən isə Rüstəm bir neçə dəfə ona ayağı ilə zərbələr endirmişdir. O, tez Rüstəmə yaxınlaşaraq onları ayırmaq istəmişdir. Rüstəm Elfaqdan ayrılıb kənara çəkiləndən sonra Elfaq yerindən qalxaraq Rüstəmin üzərinə hücum edib yaxasından tutaraq təpik və yumuruqla Rüstəmi döyməyə başlamışdır.Elfaq yaşca onlardan böyük olduğundan, həmçinin bədəncə qüvvətli olduğundan o, Rüstəmi Elfaqın əlindən ala bilməmişdir. Xalası oğlu İbrahim isə xəstə olduğundan ona kənarda dayanmasını və əgər dava-dalaş olarsa yaxın durmamasını tapşırmışdılar. Rüstəm Elfaqın ondan əl çəkmədiyini və onun onları ayrımağa gücünün çatmadığını görüb qəflətən cibindən bıçaq çıxararaq Elfaqın qarnından vurmuşdur. Bundan sonra Elfaq Rüstəmin yaxasını buraxaraq bir kənara çəkilmiş, Rüstəmin, həmçinin Elfaqın üz-gözü qan içində olmuşdur. O və Rüstəm qorxaraq, həmçinin özlarını itirərək nə edəcəklərini bilməmişlər. Bu vaxt bir nəfər şəxs kafedən çölə çıxaraq Elfaqı çağırmışdır, Elfaq isə həmin şəxsi yanına çağırdığından artıq Elfaqa kömək gəldiyini görüb oradan qaçaraq uzaqlaşmışlar. Elfaqla Rüstəm arasında 80 manat pula görə mübahisə baş vermişdir ki, Elfaq sərxoş olduğundan özü Rüstəmi onunla dalaşmağa vadar etmişdir. Rüstəmin əvvəlcədən üzərində bıçaq götürməsi barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin o, onların dalaşacaqlarını da bilməmişdir və əgər Rüstəmin üzərində əvvəlcədən bıçaq götürməsi ilə bağlı məlumatı olsaydı onları görüşməyə qoymazdı. Həmin vaxt Rüstəm Elfaqı bıçaqla ona görə vurmuşdur ki, Elfaq ondan əl çəksin. Rüstəm Elfaqı təkrar olaraq bıçaqla vura bilərdi, lakin artıq Elfaq ondan əl çəkərək geri durduğundan Rüstəm də kənara çəkilmişdir. Onlar hadisə yerindən qaçaraq uzaqlaşarkən Rüstəm bıçağı yolda harasa atmışdır. Hava qaranlıq olduğundan o, bıçağın əlamətlərini dəqiq olaraq görə bilməmişdir. Hadisə vaxtı İbrahim xəstə olduğundan kənarda dayanmışdı və ümumiyyətlə onlara yaxınlaşmamışdır, o isə, Rüstəmi və Elfaqı ayırmağa çalışmışdır. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmişdir və hadisə nəticəsində heç kim ətrafa yığışmamışdır və heç kimin narahatçılığına səbəb olmamışdır. Hadisə baş verməmişdən qabaq Elfaqla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Sempa zavodunda fəhlə işləməklə pul qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun qohumudur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımırdı, baş vermiş hadisədən sonra Elfaqın onlarla uzaq qohum olduğunu bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında o, evdə olarkən Rüstəm ona zəng edərək onun hansısa qohumu ilə Gəncə şəhərində yerləşən “Ramizin çay evi” adlanan kafedə hansısa işinin olduğunu deyib, onunla, qardaşı Şamxalla birlikdə həmin kafeyə dəyib-qayıtmalarını ondan xahiş etmişdir. O, əvvəlcə heç bir şey başa düşməmiş və Rüstəmlə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə geca saat təxminən 01 radələrində onlar tanımadıqları taksi ilə “Ramizin çay evi” adlanan kafeyə getmişlər. Yolda olarkən isə o, Rüstəmdən nə üçün gecə vaxtı həmin qohumu ilə görüşməli olduğunu soruşanda Rüstəm həmin qohumu ilə aralarında pul mübahisəsinin olduğunu, həmin şəxsin hal-hazırda sərxoş olduğunu və əgər aralarında dava-dalaş olarsa onlara yaxınlaşmamasını, Rüstəm özü həmin şəxsi sakitləşdirəcəyini və pul mübahisəsini həll edəcəyini ona demişdir. Bundan əlavə onun səhhətində müəyyən problemlər vardır. Kafeyə çatdıqdan sonra kafenin qarşısında, ağaclıq ərazidə o və Şamxal kənarda dayanmışlar, Rüstəm isə kafeyə daxil olaraq sonradan adını bildiyi Elfaqı çölə çağırmışdır. Onlar birlikdə kafedən çölə çıxaraq söhbət edə-edə onlara tərəfə gəlməyə başlamışlar. Həmin vaxt Elfaq çox sərxoş olduğundan Rüstəmlə kobud danışmış və Rüstəmə qarşı nalaiq ifadələr işlədərək pulunu tələb etmişdir. Rüstəm isə Elfaqı sakitləşdirməyə çalışsa da, Elfaq sərxoş olduğundan Rüstəmə qulaq asmaq istəməmişdir. Şamxal onlar arasında dava düşəcəyini başa düşüb tez onlara yaxınlaşmışdır. O isə, kənarda dayanmışdır. Həmin vaxt Elfaq qəflətən Rüstəmi əli ilə vurduğundan onlar dalaşmağa başlamışlar. Elfaq sərxoş olduğundan yerə yıxılmış, yerə yıxılarkən isə Rüstəm bir neçə dəfə ona ayağı ilə zərbələr endirmişdir. Şamxal tez Rüstəmə yaxınlaşaraq Rüstəmi Elfaqdan ayırıb kənara çəkmişdir. Buna baxmayaraq Elfaq yerindən qalxaraq Rüstəmin üzərinə hücum edib yaxasından tutaraq təpik və yumuruqla möhkəm zərbələrlə Rüstəmi döyməyə başlamışdır. Elfaq yaşca böyük olduğundan, həmçinin bədəncə qüvvətli olduğundan nə Rüstəm onun əliundən çıxa bilmiş, nə də ki, Şamxal Rüstəmi onun əlindən ala bilmişdir. Rüstəm Elfaqın ondan əl çəkmədiyini və Şamxalın onları ayrımağa gücünün çatmadığını görüb qəflətən cibindən bıçaq çıxararaq Elfaqın qarnından vurmuşdur. Bundan sonra Elfaq Rüstəmin yaxasını buraxaraq bir kənara çəkilmişdir. Rüstəmin, həmçinin Elfaqın üz-gözü qan içində olmuşdur. O, Şamxal və Rüstəm qorxaraq, həmçinin özlərini itirərək nə edəcəklərini bilməmişlər. Onlar polisə və xəstəxanaya zəng etmək istəyərkən bir nəfər şəxs kafedən çölə çıxaraq Elfaqı çağırmağa başlamışdır. Elfaq isə həmin şəxsi yanına çağırdığından artıq Elfaqa kömək gəldiyini görüb oradan qaçaraq uzaqlaşmışlar ki, dava böyüməsin. Elfaqla Rüstəm arasında 80 manat pula görə mübahisə baş vermişdir ki, Elfaq sərxoş olduğundan özü Rüstəmi onunla dalaşmağa vadar etmişdir. Rüstəmin əvvəlcədən üzərində bıçaq götürməsi barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin o, onların dalaşacaqlarını da bilməmişdir, əgər Rüstəmin üzərində əvvəlcədən bıçaq götürməsi ilə bağlı məlumatı olsaydı onları görüşməyə qoymazdı. Həmin vaxt Rüstəm Elfaqı bıçaqla ona görə vurmuşdur ki, Elfaq ondan əl çəksin. Rüstəm Elfaqı təkrar olaraq bıçaqla vura bilərdi, lakin artıq Elfaq ondan əl çəkərək geri durduğundan Rüstəm də kənara çəkilmişdir. Onlar hadisə yerindən qaçaraq uzaqlaşarkən Rüstəm bıçağı yolda harasa atmışdır. Hava qaranlıq olduğundan o, bıçağın əlamətlərini dəqiq olaraq görə bilməmişdir. Hadisə vaxtı o, xəstə olduğundan kənarda dayanmışdır və ümumiyyətlə onlara yaxınlaşmamışdır, Şamxal isə onları ayırmağa çalışmışdır. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmişdir və hadisə nəticəsində heç kim ətrafa yığışmamışdır və heç kimin narahatçılığına səbəb olmamışdır. Hadisə baş verməmişdən qabaq aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və Şəmkir rayonu Əliyaqublu kəndində mağaza işlətməklə çörəkpulu qazanıb ailəni dolandırır. Təqsirləndirilən şəxs onun həyat yoldaşının uzaq qohumlarıdır. Onlarla və onların ailə üzvüləri ilə də münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 3-4 ay qabaq Elfaq ona məxsus avtomobilin maqnitafonunu Rüstəmə satdığını ona demişdir. Lakin həmin vaxt o, onların arasında pul söhbətinin olduğunu, yəni, Rüstəmin maqnitafonun pulunu Elfaqa vermədiyini bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, evdə olarkən saat təxminən 05 radələrində Elfaqın tanışı Mübariz ona zəng edərək Elfaqın Gəncə şəhərində bıçaqlandığı və hal-hazırda xəstəxanada olduğunu bildirmişdir. O və digər ailə üzvüləri dərhal Gəncə şəhərinə xəstəxanaya gəlmişlər. Elfaqdan nə baş verdiyini soruşduqda əvvəlcə Elfaq ona heç nə demək istəməsə də, sonradan bildirmişdir ki, Rüstəm aldığı maqnitafonun 80 manat pulunu ona çatdırmamışdır və həmin günü Gəncə şəhərində “Ramizin çay evi” adlanan kafedə olarkən pul mübahisəsinə görə Rüstəmlə aralarında dava-dalaş baş vermiş və onlar dalaşarkən Rüstəm qəflətən bıçaqla onu vurmuşdur. Baş vermiş hadisədən sonra Rüstəm və qohumları onlara gələrək Elfaqdan, onlardan üzr istəmişlər və onları bağışlamışlar. Hal-hazırda bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Elfaqla Rüstəm arasında olan 80 manata görə onlar bir-biriləri ilə dalaşmışdılar və həmin vaxt da Rüstəm bıçaqla Elfaqı vurmuşdur. Hadisə baş verməmişdən Elfaqla Rüstəm arasında başqa heç bir ədavət və düşmənçilik olmamışdır. Onun hətta həmin 80 manatdan da heç bir məlumatı olmamışdır. Əgər onun bununla bağlı hər hansı bir məlumatı olsaydı məsələni başqa cür həll edərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır, əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22 radələrində o, tanışı Elfaqla yaşadığı kənddə birlikdə oturub yemək yeyərək bir qədər spirtli içki də içmişlər. Təxminən saat 24 radələrinə qədər orada olduqdan sonra canlı musiqiyə qulaq asmaq üçün Elfaq təklif etmişdir ki, Gəncə şəhərində yerləşən, camaat arasında “Ramizin çay evi” adlanan kafeyə gəlsinlər və Elfaq onu qonaq edəcəkdir. O, Elfaqla razılaşmışdır. Onlar taksi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 00:30 radələrində birlikdə həmin kafeyə gəlmişlər və ümumi dəhlizdə əyləşərək meyvə və spirtli içki sifariş edib canlı musiqiyə qulaq asmağa və istirahət etməyə başlamışlar. Bir qədər oturduqdan sonra bir nəfər tanımadığı şəxs onların yanına gələrək Elfaqı çölə çağırmışdır. Elfaq isə ona həmin şəxsin ona borclu olduğunu deyib, həmin şəxsdən pulunu alıb qayıdacağını bildirmişdir. Onlar birlikdə çölə çıxmışlar. Təxminən 10-15 dəqiqə o, içəridə oturduqdan sonra Elfaqın gəlmədiyini görüb harada qaldığını öyrənmək üçün çölə çıxmışdır. Çölə çıxarkən isə bir qədər aralıda Elfaqın dayandığını və onu çağırdığını görmüşdür. O, Elfaqa yaxınlaşmışdır. Həmin vaxt Elfaqın yanında heç kim olmamışdır. Elfaq əli ilə qarnını tutaraq onu çağıran şəxslə dalaşdığını, həmin şəxsin isə onu bıçaqla qarnından vurduğunu bildirmişdir. Buna görə o, tez Elfaqı xəstəxanaya aparmışdır. O, Elfaqı dəqiq olaraq kimin nə ilə vurduğunu görməmişdir. Çünki, o, çölə çıxarkən Elfaq tək olmuşdur və Elfaqın kiminlə dalaşdığını görməmişdir. Elfaqla həmin şəxs dalaşarkən o, onların yanında olmadığı üçün hadisəsinin səbəbini bilməmişdir. Hadisə baş verməmişdən qabaq Elfaq ona kiminləsə ədavət və düşmənçiliyinin olması barədə heç bir söz deməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020ci il tarixli Nizami RPB-nin məsil növbətçisi Nuri Məmmədov tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2020ci il tarixdə saat 02:40 Gəncə şəhər TTYX-nın Bağban filialından həkim Süleymanova bildirmişdir ki, Şəmkir Rayon Əlibəyli kəndində yaşayan 1989 təvəllüdlü Zərərçəkmiş şəxs Kərəm oğlu sol tərəf qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası, alın nahiyəsinin dəri altı əzniyi diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi “ Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020ci il tarixli “Hadisə yerinə baxışın keçirilməsi və götürmə barədə” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Green Park” ailəvi istirahət mərkəzi Gəncə şəhəri 28 may küçəsində yerləşməklə Gəncə şəhər sakini X2 icarə əsasında istifadəsindədir. İstirahət mərkəzi həyətyani sahədən, bir neçə ədəd ayrı-ayrılıqda olan otaqlardan və ümumi dəhlizdən ibarətdir. İstirahət mərkəzinin qarşısında isə kiçik park vardır. Hadisə vaxtı hadisə yerində olmuş Şahid2 ümumi dəhlizi göstərərək hadisə baş verməmişdən qabaq həmin dəhlizdə Elfaqla birlikdə oturduqları və hadisəni törətmiş şəxsin Elfaqı oradan çağırdığını bildirmişdir. Sərxan Əhmədov isə həmin dəhlizdə musiqi ifa ediliyini, müştərilərin yeyib-içdiklərini, oynadıqlarını bildirmişdir. Bundan sonra Şahid2 istirahət mərkəzinin qarşısına gələrək orada olan kiçik parkı göstərərək hadisənin məhz həmin yerdə baş verdiyini, Elfaqın həmin yerdə bıçaqladığını bildirdi. Həmin əraziyə baxış zamanı, müəyyən edilmiş ərazi ağaçlarla əhatə olunmuşdur və oturacaqlar vardır. Sərxan Əhmədov isə həmin parkın istirahət mərkəzinin ərazisinə daxil olmadığını bildirmişdir. Həmin əraziyə baxış zamanı heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, mayka ağ rəngli olmaqla sağ yan hissəsində qanabənzər maye çöküntüləri, həmin çöküntülərin orta hissəsində isə bir ədəd kəsilib çırılmiş zədə vardır. Baxış zamanı təqdim edilmiş qırmızı rəngli kişi koftasının sağ yan hissəsində qanabənzər maye çöküntüləri, həmin çöküntülərin orta hissəsində isə bir ədəd kəsilib cırılmış zədə vardır. Başqa iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bir ədəd boz rəngli mayka və bir ədəd qara rəngli kişi koftası bir ədəd zərfdə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi-nin №91 zərflər üçün möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020ci il tarixli № 38 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının nahiyəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, piyliyin və S-vari bağırsağın zədələnməsi -deşici-kəsici alətin, sol göz nahiyəsinin hcmatoması (qançır və şişkinliyi), sağ qulaq seyvanının qançırı, sol bud, sol diz və bel nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. Həmçinin rəydən görünür ki, qeyd olunan xəsarətlərdən - qarın nahiyəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, piyliyin və S-vari bağırsağın zədələnməsidərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa agir zərər vurmaya; sol göz nahiyəsinin hematoması (qançır və şişkinliyi) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; sağ qulaq seyvanının qançırı, sol bud, sol diz və bel nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri ərazisində yerləşən “Green Park” ailəvi istirahət mərkəzində qohumu Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişə zəminində Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq ona bədən xəsarəti yetirmişdir. Həmin hadisədən sonra Rüstəmin özü, valideynləri ondan üzr istəyib, ona dəymiş ziyanı odəyiblər və Rüstəmlə barışaraq onu bağışlamışdır. Hal hazırda xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020ci il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən X3 barəsndə axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 xx.xx.2020-ci il tarixdə saat 18:00-da Gəncə şəhər baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020-ci il tarixli 4(044)-36/2020 nömrəli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən X3 barəsndə 3 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “İfadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin Gəncə şəhərində yerləşən “Qreen Park” ailəvi istirahət mərkəzinin qarşısındakı parkda baş verdiyini bildirərək həmin yerə getməyi xahiş etmişdir. Gəncə şəhəri 28 may küçəsində yerləşən “Qreen Park” ailəvi istirahət mərkəzinin qarşısındakı pakda Təqsirləndirilən şəxs dayanıb xx.xx.2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs İkam oğlu ilə aralarında məhz həmin parkda mübahisənin olduğunu bildirərək mübahisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 16/332 nömrəli məhkəmə trasoloji ekspertizasının, “Alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşləşdirilməsinin tədqiqi” ekspert rəyindən görünür ki, təqdim olunan uzunqol poluverin üzərində olan bir ədəd “a” zədəsi və maykanın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim olunan poluverin üzərində olan bir ədəd “b” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 38 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “ qarın nahiyyəsinin ön səthinin bir ədəd daxilə nüfüz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin səthində olan “a” zədəsi və maykanın səthində olan bir ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X1” xx xxxxxx 2020-ci il tarixli, 2323 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin” xx xxxxxx 2020-ci il tarixli, 2345 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli X9 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhər Kəpəz r-Poçt qəsəbəsinin, Küçəsinin 4 saylı evində qeydiyyatdadır paraleldə yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020 ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Poçt qəsəbəsi 4-c2 paraleldə yaşayır.Samux rayonu Lüksemburq kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaxşı insandır, davranış qaydaları yaxşıdır, heç kəslə işi olmayıbdır. Qonşularnan mehriban və səmimidir, heç kimin ondan narazılığı yoxdur. Böyükdən kiçiyə hər kəsə hörmətlə yanaşır. Bütün qonşular ondan razıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “ Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən dəqiqləşdirilmiş ittiham elan edilmişdir, xx xxxx 2020-ci il tarixədək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır.2. Zərərçəkmiş şəxs, Şahid3 və Şahid4 barələrində cinayət işinin başlanılması rədd edilmişdir və həmin xüsusat üzrə cinayət işinin onlara aid hissəsindən material ayrılaraq müvafiq qaydada qeydiyyata alınması və saxlanılması üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinin istintaqı zamanı əldə edilərək götürülmüş Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd qırmızı rəngli kişi koftasının və bir ədəd ağ rəngli maykanın iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmışdır və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir.Təqsirləndirilən, zərərçəkmiş, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmişdir və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışıblar, ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını,əməlindən səmimi peşman olmasını, könüllü gəlib özünü təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 (şəxsin könüllü gəlib təqsirini boynuna alması), 59.1.12 -ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Nəzarət Hüseynov ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Hüseynov Gəncəliyə azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Nəzarət Hüseynov dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs Nəzarət Hüseynovun da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığ, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 31,50 (otuz bir manat əlli qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut- Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli kişi koftası və bir ədəd ağ rəngli mayka Gəncə şəhər BPİ-nin məsul saxlanc yerində saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Gəncə şəhər BPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli kişi koftası və bir ədəd ağ rəngli mayka sahibinə qaytarılmalı, qəbul etməkdə imtina edilərsə məhv edilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 31,50 (otuz bir manat əlli qəpik) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Gəncə şəhər BPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli kişi koftası və bir ədəd ağ rəngli mayka sahibinə qaytarılsın, qəbul etməkdə imtina edilərsə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində X5 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiyaprotesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. Elmin Rüstəmov (sədrlik edən)
2. Faiq Mahmudov
3. Xəqani Səmədov