Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-202/2021 28.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, X2 və X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı ilə 04 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, 28.02.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu olan,, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda, yəni ümumi təmiz çəkisi 4349.663 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib 3565 qram çəkidə olan hissəsini, çoxsaylı açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə, polietilen torbalarda, şüşə və plastik bankalarda qablaşdırmaqla yaşadığı Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən 95q saylı fərdi yaşayış evinin dam örtüyünün altında gizlədərək eyni məqsəd ilə saxlamış, 10.737 qram çəkidə olan hissəsini 15 ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə qablaşdırmaqla üzərində, yəni əynində olan göy rəngli cins şalvarın sol yan cibində satış məqsədi ilə saxlayaraq daşımış və narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananın qanunsuz olaraq satışı ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 1 ədəd salfet bükümünün içərisində yarı bölünmüş kibrit qutusunda, 1 ədəd kağız bükümün içərisində yarı bölünmüş kibrit qutusunda, 1 ədəd üzəri yapışqanlı lentlə sarınmaqla dörddə bir hissəsi bölünmüş kibrit qutusunda, habelə 24 ədəd tamlığı pozulmamış kibrit qutularında qablaşdırmaqla ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 2.329 qram, 2.892 qram, 1.721 qram, 5.184 qram, 4.503 qram, 5.276 qram, 4.937 qram, 4.404 qram, 5.674 qram, 3.793 qram, 3.261 qram, 4.335 qram, 2.998 qram, 5.551 qram, 5.113 qram, 4.826 qram, 4.201 qram, 3.997 qram, 5.034 qram, 5.838 qram, 4.125 qram, 4.558 qram, 5.574 qram, 3.492 qram, 4.237 qram, 5.035 qram, 1.038 qram, ümumi təmiz çəkisi 113.926 qram və 750 ədəd açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə qablaşdırmaqla ümumi təmiz çəkisi 660 qram, ümumilikdə hər biri ağ və göy rəngli 1 ədəd polietilen torbanın içərisində olmaqla, ümumi təmiz çəkisi 773.926 qram təşkil edən hissəsini isə qanunsuz olaraq satması üçün 04.12.2020-ci il tarixdə, saat 03-04 radələrində yaşadığı evin yaxınlığında sonuncuya, yəni Təqsirləndirilən şəxs2 vermiş, həmçinin 15 ədəd açıq qəhvəyi rəngli kağız bükümdə qablaşdırıb üzərində saxladığı bükümlərdən içərisində təmiz çəkisi 0.549 qram olan hissəsini 1 ədəd açıq qəhvəyi rəngli kağız bükümdə olmaqla 04.12.2020-ci il tarixdə, saat 11-12 radələrində yaşadığı evdə 5 manat pul müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Şahid1 04.12.2020-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinazına bükülü vəziyyətdə, təmiz çəkisi 1.038 qram, Şahid1 əynində olan qara və sarı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd açıq qəhvəyi rəngli kağız bükümdə, təmiz çəkisi 0.549 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni tarixdə, saat 16:30 dəqiqədə onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən evin dam örtüyünün altından külli miqdarda, yəni ümumilikdə 1225 ədəd açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə olmaqla ümumi təmiz çəkisi 1045 qram, çoxsaylı polietilen torbalarda, şüşə və plastik bankalarda olmaqla ümumi təmiz çəkisi 2520 qram, ümumilikdə isə təmiz çəkisi 3565 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eyni tarixdə evinin həyətyanı sahəsində şübhəli şəxs qismində üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 14 ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə olmaqla ümumi təmiz çəkisi 10.188 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən istintaq tədbirləri çərçivəsində 04.12.2020-ci il tarixdən 05.12.2020-ci il tarixə keçən gecə, saat 23:55-dən 00:30-dək Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanına baxış keçirildikdə mənzilin yardımçı otağından ağ və göy rəngli 1 ədəd polietilen torbanın içərisində olmaqla külli miqdarda, yəni 1 ədəd salfet bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 ədəd kağız bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış dörddə bir hissəsi bölünmüş kibrit qutusunda, 23 ədəd tamlığı pozulmamış kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 2.329 qram, 2.892 qram, 1.721 qram, 5.184 qram, 4.503 qram, 5.276 qram, 4.937 qram, 4.404 qram, 5.674 qram, 3.793 qram, 3.261 qram, 4.335 qram, 2.998 qram, 5.551 qram, 5.113 qram, 4.826 qram,4.201 qram, 3.997 qram, 5.034 qram, 5.838 qram, 4.125 qram, 4.558 qram, 5.574 qram, 3.492 qram, 4.237 qram, 5.035 qram, ümumi təmiz çəkisi isə 112.888 qram və 750 ədəd açıq qəhvəyi rəngli və ağ rəngli kağız bükümlərdə, ümumi təmiz çəkisi 660 qram, ümumilikdə isə 772.888 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananın qanunsuz olaraq satışı ilə bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək sonuncunun eyni məqsəd ilə 1 ədəd salfet bükümünün içərisində yarı bölünmüş kibrit qutusunda, 1 ədəd kağız bükümün içərisində yarı bölünmüş kibrit qutusunda, 1 ədəd üzəri yapışqanlı lentlə sarınmaqla dörddə bir hissəsi bölünmüş kibrit qutusunda, habelə 24 ədəd tamlığı pozulmamış kibrit qutularında qablaşdırdığı ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 2.329 qram, 2.892 qram, 1.721 qram, 5.184 qram, 4.503 qram, 5.276 qram, 4.937 qram, 4.404 qram, 5.674 qram, 3.793 qram, 3.261 qram, 4.335 qram, 2.998 qram, 5.551 qram, 5.113 qram, 4.826 qram, 4.201 qram, 3.997 qram, 5.034 qram, 5.838 qram, 4.125 qram, 4.558 qram, 5.574 qram, 3.492 qram, 4.237 qram, 5.035 qram, 1.038 qram, ümumi təmiz çəkisi 113.926 qram və 750 ədəd açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə qablaşdırdığı ümumi təmiz çəkisi 660 qram, ümumilikdə isə hər biri ağ və göy rəngli 1 ədəd polietilen torbanın içərisində olmaqla, ümumi təmiz çəkisi 773.926 qram təşkil edən narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı 04.12.2020-ci il tarixdə, saat 03-04 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanının yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə sonuncudan əldə edib daşıyaraq yaşadığı ünvan 10 ünvanının yardımçı otağında gizlətməklə satış məqsədi ilə saxlamış və 24 ədəd tamlığı pozulmamış kibrit qutularından içərisində təmiz çəkisi 1.038 qram narkotik vasitə qurudulmuş marixuana olanını götürüb içərisindəki qurudulmuş marixuananı 5 manatlıq pul əskinazına bükərək üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı Şahid1 ilə birlikdə 04.12.2020-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinazına bükülü vəziyyətdə, təmiz çəkisi 1.038 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, davam etdirilən istintaq tədbirləri çərçivəsində 04.12.2020-ci il tarixdən 05.12.2020-ci il tarixə keçən gecə, saat 23:55-dən 00:30-dək yaşadığı ünvan 10 ünvanına baxış keçirildikdə mənzilin yardımçı otağından ağ və göy rəngli 1 ədəd polietilen torbanın içərisində olmaqla külli miqdarda, yəni 1 ədəd salfet bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 ədəd kağız bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış dörddə bir hissəsi bölünmüş kibrit qutusunda, 23 ədəd tamlığı pozulmamış kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 2.329 qram, 2.892 qram, 1.721 qram, 5.184 qram, 4.503 qram, 5.276 qram, 4.937 qram, 4.404 qram, 5.674 qram, 3.793 qram, 3.261 qram, 4.335 qram, 2.998 qram, 5.551 qram, 5.113 qram, 4.826 qram,4.201 qram, 3.997 qram, 5.034 qram, 5.838 qram, 4.125 qram, 4.558 qram, 5.574 qram, 3.492 qram, 4.237 qram, 5.035 qram, ümumi təmiz çəkisi isə 112.888 qram və 750 ədəd açıq qəhvəyi rəngli və ağ rəngli kağız bükümlərdə, ümumi təmiz çəkisi 660 qram, ümumilikdə isə 772.888 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 04.12.2020-ci il tarixədək ünvan 6 ünvanında atası Famil və anası Xatirə ilə birlikdə yaşayır, heç bir yerdə işləmirmiş. Yaşadığı yerdə onu “Rəmiş” ləqəbi ilə tanıyırlar. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzamı tam çəkib azadlığa buraxılmışdır. 11 yaşından “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə edir. Əvvəlki cinayətinə görə həbs edilməzdən əvvəl dost-tanışları onun yanında marixuanadan istifadə edərkən hərəsindən az miqdarda marixuana toxumları götürüb özü üçün saxlayıbmış. 2020-ci ilin mart ayında isə həmin toxumları Gəncə çayının yaşadığı evin yaxınlığından keçən hissəsində çayın içərisində torpağa basdırıb əkmiş və toxumlara mütəmadi qulluq edərək becərmişdir. Sonradan həmin toxumlar marixuana kolu olmuş və o, 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarında həmin kolları torpaqdan çıxararaq çayın sahilində yarpaqlarını qurudaraq toxumlardan ayırmışdır. Bundan sonra qurudulmuş marixuananı yaşadığı evə gətirib özünə məxsus olan ayrıca otaqda xırda kağız parçalarına, sellofan torbalara, şüşə və plastik bankalara doldurmuşdur. Bundan sonra həmin narkotik vasitələri özü istifadə etmək üçün yaşadığı evin dam örtüyünün altında gizlətmişdir. Demək olar ki, o, hər gün həmin narkotik vasitədən siqaret kağızına doldurub istifadə edirmiş. Ara-sıra həmin narkotik vasitələrdən tanımadığı şəxslərə, o cümlədən tanışları Şahid1 və Təqsirləndirilən şəxs2 pul müqabilində verirmiş. Belə ki, 01 ədəd xırda kağız bükümdə qurudulmuş marixuananı 5 manat pul müqabilində Təqsirləndirilən şəxs2 və Şahid1 bir neçə dəfə vermişdir. Elə də olmuşdur ki, o, həmin narkotik vasitələri Tahir və Orxana pulsuz vermişdir. Narkotik vasitəyə görə pulu Orxan və Tahirdən o özü istəmir, sadəcə olaraq Tahir və Orxan onunla birlikdə narkotik vasitədən istifadə etdikdən sonra əlavə 1 bükümə görə özləri həmin pulu ona təklif edirmişlər. O da pulu Tahir və Orxandan götürüb əvəzində 1 büküm marixuana verirmiş. Sonuncu dəfə 04.12.2020-ci il tarixdə, saat 12 radələrində Orxan ona zəng edərək ondan “nəşə” yəni marixuana istəmiş, o isə Orxanı öz evinə çağırmışdır. Orxan onun evinə gəldikdən sonra evdə birlikdə marixuana çəkmişlər. Bundan sonra Orxan ona yalvararaq 5 manat pul verib ondan 01 büküm də marixuana istəmişdir. O da Orxandan 5 manatı götürüb sonuncuya 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana vermişdir. Elə həmin gün günortadan bir qədər sonra yaşadığı evdə olarkən polis əməkdaşları onun evinə gəlmiş və valideynlərinin də iştirakı ilə evə baxış keçirmişlər. Baxış zamanı o özü polis əməkdaşlarına evinin dam örtüyünün altında narkotik vasitə olmasını bildirmişdir. Baxış zamanı öz qaldığı otaqdan narkotik vasitə, yaxud qanunsuz digər bir əşya aşkar edilməmişdir. Evin dam örtüyünün altına baxış zamanı isə oradan 2020-ci ilin sentyabr-oktyabr aylarında Gəncə çayının içərisindən yığıb qurudaraq xırda kağız bükümlərdə, sellofan torbalarda, şüşə və plastik bankalarda qablaşdırdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçi onun yaşadığı evə gəlmişdir. Bundan sonra müdafiəçisinin də iştirakı ilə həmin narkotik vasitələr sellofan torbalarda qablaşdırılmış və ayrılıqda iri torbanın içərisinə qoyulmuşdur. Həmin torbalardakı narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Onların ümumi çəkisi, təxminən 4 kiloqramdan artıq təşkil etmişdir. Bundan sonra torbaların üzəri möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra evinin həyətində müdafiəçisinin də iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcədən əynində olan şalvarın sol yan cibində sellofan torbanın içərisində 14 ədəd xırda kağız bükümlər şəklində saxladığı “nəşə”, yəni qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin bükümlər də sellofan torbada elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 15 qram təşkil etmişdir. Bundan sonra həmin sellofan torba 01 ədəd kağız paketin içərisinə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiq edilmişdir.Təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, marixuanadan istifadə edir. Qeyd olunan narkotik vasitələri əkib becərməkdə məqsədi ancaq özü istifadə etmək olmuşdur. Lakin ara-sıra onlardan pul müqabilində tanışlarına və tanımadığı şəxslərə də vermişdir. Belə ki, o, tanışı və hazırda həbsdə olan Təqsirləndirilən şəxs2, eləcə də Şahid1, eləcə də ayrı-ayrı tanımadığı şəxslərə bir neçə dəfə kağız bükümlər şəklində 5 manat pul müqabilində qurudulmuş marixuana vermişdir. Sonuncu dəfə 04.12.2020-ci il tarixə Şahid1 1 büküm marixuana satmışdır. Əksər hallarda isə marixuananı həmin şəxslərə pulsuz vermişdir. Təqsirləndirilən şəxs2 və Şahid1 ilə onun arasında tanışlıq, dostluq münasibətləri var. Nə Tahir, nə də Orxan ilə aralarında ədavət və düşmənçiliyi olmamışdır. 04.12.2020-ci il tarixdən 05.12.2020-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs2 yaşadığı Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 5A, mənzil 1 ünvanından aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs2 onun yaşadığı evdən oğurladığını düşünür. Belə ki, Tahirin evindən aşkar edilən həmin narkotik vasitələri ayrıca qara rəngli sellofan torbaya qoyub yaşadığı evdə yardımçı tikildə saxlayırmış ki, lazım olduqca oradan götürsün, evin damına qalxmasın. Tahir də həmin narkotik vasitələrin yerini bilirmiş. Ona görə də, 04.12.2020-ci il tarixdə, gecə saat 03-04 radələrində Tahirin həmin narkotik vasitələri onun evindən oğurladığını düşünür. Belə ki, Tahir onun evində tez-tez olur və onlar birlikdə narkotik vasitə istifadə edirmişlər. Tahir həmin narkotik vasitələri görmüş və yerini bilirmiş. Hətta, Təqsirləndirilən şəxs2 özü əvvəllər X19 elektrik vəzifəsində çalışmış və narkotik vasitə olan qurudulmuş marixuananı qablaşdırmaq üçün həmin yerdən ona kağız materiallar gətirirmiş. 04.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş 5 manatlıq pul əskinazının içərisindəki qurudulmuş marixuananı Tahirin onun evindən oğurladığı sellofan torbada olan narkotik vasitələrin üzərindən götürdüyünü düşünür. Belə ki, həmin torbada xırda kağız bükümlər şəklində və kibrit qutularında qurudulmuş marixuanalar var imiş. O, Tahirə yalnız əvvəllər bir neçə dəfə 5 manat pul müqabilində və pulsuz 1 büküm şəklində marixuana vermiş, külli miqdarda narkotik vasitəni Tahirə verməmişdir. Valideynləri evdən aşkar edilmiş narkotik vasitələrdən xəbərsiz olmuşlar. 04.12.2020-ci il tarixdə üzərinə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitələri yalnız özü istifadə etmək üçün cibində saxlayırmış. Belə ki, gün ərzində o, təxminən 20 büküm qurudulmuş marixuana istifadə edir, yəni siqaret kağızına doldurub çəkir. Evindən və üzərindən aşkar edilmiş kağız bükümlər şəklində narkotik vasitə marixuana kağızlarının üzərindəki müxtəlif rəqəmlər və yazıları o özü yazmışdır. Belə ki, o, narkotik vasitələrdən istifadə etdikcə onların təsir effektinə görə rəqəmlər və yazılarla bir-birindən fərqləndirirmiş.Əkib becərdiyi narkotik vasitələri satış məqsədi ilə etməmiş, öz istifadəsi üçün əkib becərmiş, lakin sonradan kontur və siqaret pulu əldə etmək üçün 1 büküm narkotik vasitəni 5 manata satırmış. 04.12.2020-ci il tarixdə yaşadığı evə baxış zamanı orada olan Teymur və Məcid adlı şəxslərə narkotik vasitə satmamış və verməmişdir. Onların evdə narkotik vasitə olmasından xəbərləri yox imiş və onlar həmin gün yumurta almaq üçün onun evində imiş. Bundan başqa, istifadəsində olmuş mobil nömrələr ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Lakin ***-***-**-** saylı mobil nömrəni uzun müddətdir ki, istifadə etmirmiş. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, 2019cu ildə Jalə ilə ailə həyatı qurmuş, uşağı yoxdur. 2020-ci ilin yay aylarından 04.12.2020-ci il tarixədək yuxarıda ünvan 10-də həyat yoldaşı Jalə ilə birlikdə kirayədə yaşamışdır. Həmin mənzil Feruz adlı şəxsə məxsusdur. Tutulanadək ev təmiri işləri ilə məşğul olurmuş. Narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuanadan tutulmazdan təxminən 4-5 ay əvvəldən istifadə edirmiş. Marixuananı siqaret kağızına doldurub çəkirmiş. “Rəmiş” ləqəbli Təqsirləndirilən şəxs1 uzun illərdir ki, yaşadığı ərazidən tanıyır və Ramil ilə aralarında heç bir ədavət, düşmənçilikləri olmamış, hazırda da yoxdur. “Rəmiş” ləqəbli Təqsirləndirilən şəxs1 1-2 ildir ki, narkotik vasitə satışı ilə məşğul olurmuş. O, əvvəllər Ramildən bir neçə dəfə öz istifadəsi üçün bir bükümü 5, bəzən isə 10 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. 03.12.2020-ci il tarixdə, gündüz saatlarında Təqsirləndirilən şəxs1lə öz yaşadığı küçədə görüşərkən Ramil ondan gecə saat 3-4 radələrində yaşadığı evə gəlməsini xahiş etmiş və müvəqqəti saxlamağı üçün ona bir sellofan torba dolu narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana verəcəyini bildirmişdir. Belə ki, Ramil həmin narkotik vasitələrdən özündə çox olduğunu, tutularkən ələ keçməsini istəmədiyini bildirərək müvəqqəti saxlaması üçün həmin narkotik vasitələrdən bir qismini ona verəcəyini demişdir. O, ilk başda Ramil ilə razılaşmamış, lakin Ramil narahat olmamasını, bir-iki gün ərzində həmin narkotik vasitələri geri alacağını bildirmişdir. O da Ramil ilə razılaşıb həmin gecə, yəni 03.12.2020-ci il tarixdən 04.12.2020-ci il tarixə keçən gecə, saat 03-04 radələrində evdən çıxıb Ramilin yaşadığı evə getmiş və orada təxminən yarım saat gözləmişdir. Bundan sonra Ramil küçəyə çıxıb ona 1 ədəd sellofan torba vermişdir. Həmin torbanın içərisi dolu olsa da o, açıb içərisinə baxmamışdır. Həmin vaxt Ramil ona torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bir daha xatırlatmışdır. O, danışdıqları kimi Ramildən həmin torbanı götürüb yaşadığı evə aparmış və mənzilin yardımçı otağına qoyub gizlətmişdir. Həmin vaxt həyat yoldaşı yuxuda olduğundan bundan xəbəri olmamışdır. Ertəsi gün, yəni 04.12.2020-ci il tarixdə, saat 12 radələrində həmin torbanı açıb içərisində olan marixuana dolu kibrit qutularından birini götürərək içərisindəki marixuananı öz istifadəsi üçün 5 manathq pul əskinazının içərisinə doldurmuş və bükümü cibinə qoyub özünə paltar almaq üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tanışı Şahid1 zəng edərək idarə etdiyi VAZ 21063 minik markalı taksi avtomobili ilə onu Grand Qafqaz Ticarət Mərkəzinə aparmasını istəmişdir. Şahid1 isə 5-10 dəqiqəyə gələcəyini bildirmişdir. O, içərisində marixuana olan 5 manatlıq pul əskinazını əynindəki şalvarın sağ yan cibinə qoyub evdən çıxaraq Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən 24 nömrəli tam orta məktəbin qarşısındakı avtobus dayanacağına getmişdir. Orada dayanıb Orxanı gözləmiş, bir neçə dəqiqə sonra Orxan onun yanına gəlmiş və o, Orxanın idarə etdiyi avtomobillə qeyd edilən ticarət mərkəzinə getmişdir. Grand Qafqaz Ticarət Mərkəzinin qarşısında, daha dəqiq giriş qapısının qabağında olarkən anidən mülki geyimdə olan polis əməkdaşları onları saxlayıb dərhal Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada onun xahişi ilə dövlət hesabına ona müdafıəçi təyin edilmiş və müdafiəçisinin, eləcə də polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona edilən təklif əsasında o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən Ramilin ona verdiyi sellofan torbadakı narkotik vasitələrdən, yəni kibrit qutularından birinin içərisindən özü istifadə etmək üçün götürdüyü 5 manatlıq əskinaza bükülü halda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polislərə təqdim etmişdir. İlkin dindirmə zamanı həmin kütlənin narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün saxladığını, 04.12.2020-ci il tarixdə yerdən tapdığnıı bildirmişdir. Bundan sonra həmin kütlə tərəzidə çəkilərək qablaşdırılmışdır. Tərəzidə pulla birlikdə həmin kütlənin çəkisi 2 qram təşkil etmişdir. Daha sonra həmin kütlə zərfın içərisinə qoyulmuş və zərfin üzəri iştirakçılar, o cümlədən onun özü tərəfdən imzalanmışdır. Daha sonra onun yaşadığı mənzilə polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş və oradan yardımçı otaqda gizlətdiyi, Ramilin ona saxlamaq üçün verdiyi sellofan torbadakı narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 “rəmiş” ləqəbi ilə uzun müddətdir ki, tanıyır. Ramil ilə arasında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1lə salam-sağolları 4-5 aydır k, yaranmışdır. Təqsirləndirilən şəxs1 1-2 ildir ki, narkotik vasitə satışı ilə məşğul olur. O, əvvəllər Ramildən bir neçə dəfə öz istifadəsi üçün bir bükümü 5, bəzən isə 10 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Ramil narkotik vasitəni pulsuz satmırmış. Əgər Ramil narkotik vasitəni pulsuz versə imiş o, Ramilə pul verməzmiş. Ramil narkotik vasitəni pul müqabilində satırmış və aldığı pulu siqaret, kontur üçün xərcləyəcəyini bildirirmiş. O, Ramilin qeyd olunan narkotik vasitələri haradan əldə etdiyini bilmir. Ramilin saxlamaq üçün ona verdiyi torbanı sonradan evdə açıb torbanın içərisinə baxdıqda orada çoxsaylı xırda kağız bükümlərdə, kəsilmiş və kəsilməmiş kibrit qutularında qurudulmuş marixuana, həmçinin çoxsaylı siqaret kağızları olduğunu görmüş və kəsilməmiş kibrit qutularından birini götürüb içərisindəki marixuananı öz istifadəsi üçün 5 manatlıq pul əskinazına boşaltmışdır. Təqsirləndirilən şəxs1lə gecə saat 03-04 radələrində görüşməyi Ramil özü təklif etdiyi üçün həmin vaxt Ramilin yaşadığı evə getmişdir. Mobil telefonu həmin gün yararsız hala düşdüyündən Ramillə telefon əlaqəsi yarada bilməmişdir. O, Ramili evlərinin yanında yarım saat gözlədikdən sonra Ramil küçəyə çıxmışdır. İlkin araşdırma zamanı o, mənzilində narkotik vasitə olmasını deməyə qorxduğu üçün bu barədə yalan danışmışdır. Həmin narkotik vasitəni saxlamağı üçün ona Təqsirləndirilən şəxs1 veribmiş. Təqsirləndirilən şəxs1 götürdüyünüz sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitələrdən kiməsə vəzli və ya əvəzsiz qaydada verməmişdir. Bundan başqa, Şahid1 uzun illərdir ki, qonşu kimi tanıyır, Orxanla aralarında dostluq münasibətləri var. Orxan ilə aralarında heç bir ədavət, düşmənçilik münasibətləri olmamış, hazırda da yoxdur. O, Orxanın üzərində narkotik vasitə olmasını bilmirmiş. Eləcə də, Orxan onun üzərindəki narkotik vasitədən xəbərsiz imiş. O, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlayıbmış. Həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, belə bir niyyəti də olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 onun yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı ona verərkən narkotik vasitə yanlarında başqa heç kim olmamışdır. O, Ramilin mobil nömrəsini əzbərdən bilmir, mobil telefonuna qeyd edibmiş. Lakin telefonu yararsız hala düşmüşdür. Ramilin mobil telefon nömrəsinin sonu onun zənnincə 10-10-dur. Bundan başqa, o, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qablaşdırılması üçün kağız verməmişdir. O, Ramilin evində narkotik vasitə olduğunu əvvəlcədən bilsə də, sonuncunun evindən aşkar edildiyi qədər çoxlu miqdarda narkotik vasitə olduğunu bilmirmiş. Belə ki, o, Ramildən narkotik vasitə alarkən sonuncunun qaldığı otaqda olur, Ramil isə gedib haradansa büküm halında narkotik gətirirmiş. Bundan başqa, Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığı üçün Orxana da marixuana satıbmış. Bunu Orxanın özü ona bildiribmiş. Tutularkən Orxanın üzərində olan marixuananı da sonuncunun Təqsirləndirilən şəxs1 pul müqabilində aldığını düşünür. Lakin o, Təqsirləndirilən şəxs1 ondan başqa kiməsə, o cümlədən Şahid1 marixuana satdığının şahidi olmamışdır. Ramilin ona pulsuz narkotik vasitə verdiyi hallar da olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngə, ev 57-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Ramil ilə münasibəti sadəcə qonşuluqla bağlı olmuş, heç vaxt yaxın münasibətləri, dostluğu olmamışdır. Ramilin anası Xatirə yaşadıqları evin həyətində toyuq saxlayır və həmin toyuqların yumurtalarını qonşulara, tanıdıqları şəxslərə satırlar. 04.12.2020-ci il tarixdə, saat 16 radələrində Ramilin yaşadığı V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən evə yumurta almaq məqsədi ilə getmişdir. Ramilin anası Xatirə ona yumurta hazırlayanadək Ramilin otağına keçdikdə qonşuluqda yaşayan Teymur da orada imiş. O, bir qədər Ramillə söhbət etdikdən sonra Ramilgilin evlərinə polis əməkdaşları gəlmiş və onları həyətə dəvət edib şəxsi məlumatlarını soruşmuşlar. Bundan sonra polis əməkdaşları onların da iştirakları ilə Ramilin yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Ramilin öz otağından narkotik vasitə, yaxud qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir.Lakin baxış zamanı Ramilin yaşadığı evin dam hissəsindən çoxsaylı şüşə bankalarda və sellofan torbalarda narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə olduğunu və öz şəxsi istifadəsi üçün əkib becərərək qurutduğunu, həmin yerdə gizlədib saxladığını bildirmişdir.Bundan sonra Ramil şübhəli şəxs qismində tutulmuş və Ramilə müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra aşkar edilmiş həmin kütlələr ayrı-ayrı sellofan torbalardan qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin ümumi çəkisi təxminən 4 kiloqram təşkil etmişdir. Bundan sonra isə Ramilin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Ramil şalvarının yan cibindən sellofan torbada xırda kağız bükümlər şəklində narkotik vasitəyə bənzər kütlələr çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində kəskin qoxuya malik, narkotik vasitə marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələrin də narkotik vasitə marixuana olmasını, özü əkib becərərək qurutduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər də sellofan torbada qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Onların ümumi çəkisi 0.015 kiloqram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bütün kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o və Teymur Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət edilmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşlar.Müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilərkən üzərindən qanunsuz heç bir predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir.Belə ki, o, ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişəm, üzərində daşımamışdır. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, Ramilin narkotik vasitə istifadə etməsi barədə məlumatlı olsa da Ramilin evində narkotik vasitə saxlayıb satması barədə xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında anası ilə birlikdə yaşayır, özünə məxsus VAZ 21063 minik markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 6-7 aydır ki, narkotik vasitədən, yəni “nəşə” kimi tanınan qurudulmuş marixuanadan istifadə edir. “Rəmiş” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs1 uzun illərdir ki, yaşadığı ərazidən tanıyır. Ramil ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Təqsirləndirilən şəxs1 ara-sıra idarə etdiyi avtomobillə taksi kimi aparıb-gətirirmiş. Təxminən 6-7 aydır ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bilir. Belə ki, o, Ramillə bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitələri isə Ramil özü ilə gətirirmiş. O, Ramilin həmin narkotik vasitəni haradan əldə etməsini soruşmurmuş. Bundan başqa, bir neçə nəfərdən Ramilin narkotik vasitə satdığını da eşitmiş, lakin bu barədə dəqiq məlumatı yoxdur. 04.12.2020-ci il tarixdə, saat 11-12 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Rəmişin, yəni Ramilin istifadəsində olan hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmiş, lakin Ramil cavab verməmişdir. Bir neçə saniyə sonra Ramil onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və telefon danışığı zamanı o, Ramildən öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Ramil isə heç bir problem olmadığını, özündə nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu və ona verə biləcəyini demişdir. O da Ramilin yaşadığı evdə olduğunu sonuncunun özü ilə dəqiqləşdirib idarə etdiyi avtomobillə Ramilin yaşadığı V.Xuluflu küçəsi, 1-ci döngədə, çayın kənarında yerləşən evinə getmişdir. Orada Ramil ilə görüşmüş və Ramilə 5 manat pul vermişdir. Ramil həmin pulu ondan istəməsə də könlündən gəldiyi üçün həmin pulu Ramilə vermişdir. Ramil cibindən 01 ədəd sarı rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana çıxarıb ona vermişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşıb getmişdir. Yolda tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək taksi lazım olduğunu və 24 nömrəli tam orta məktəbin yanından Grand Qafqaz Ticarət Mərkəzinə gedəcəyini demişdir. O isə Ramilin təklifi əsasında qeyd edilən məktəbin yanına gedib idarə etdiyi avtomobillə Tahiri götürmüş və Tahirlə birlikdə qeyd edilən ticarət mərkəzinə doğru yola düşmüşdür. X29 Ticarət Mərkəzinin giriş qapısının qarşısında olarkən mülki geyimdə olan, əvvəllər tanımadığı polis əməkdaşları onları saxlamış və özlərini təqdim edərək dərhal Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Daha sonra onun xahişi ilə dövlət hesabına ona müdafıəçi təyin edilmiş və müdafıəçisinin, eləcə də polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona edilən təklif əsasında əynində olan qara və sarı rəngli gödəkçənin sağ yan cibindən Ramildən almış olduğu və xırda kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polislərə təqdim etmişdir. İlkin dindirmə zamanı həmin kütlənin narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün saxladığını, 03.12.2020-ci il tarixdə Gəncə çayının kənarından yabanı halda bitən koldan yığdığını bildirmişdir. Bundan sonra həmin kütlə tərəzidə çəkilərək qablaşdırılmışdır. Tərəzidə kağızla birlikdə həmin kütlənin çəkisi 01 qram təşkil etmiş, daha sonra həmin kütlə zərfin içərisinə qoyularaq zərfin üzəri iştirakçılar, o cümlədən onun özü tərəfdən imzalanmışdır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun illərdir ki, qonşu kimi tanıyır, Tahirlə arasında dostluq münasibətləri var. Tahirlə arasında heç bir ədavət, düşmənçilik münasibətləri olmamış, hazırda da yoxdur. İlkin araşdırma zamanı üzərində şəxsi axtarış aparılarkən və izahatında üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 03.12.2020-ci il tarixdə çayın kənarından yabanı halda bitmiş marixuana kolundan yığdığını bildirərkən Ramilin tutulacağını bilmir və Ramili satmaq istəmirmiş. Hazırda Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verməyi ilə bağlı ona hər hansı bir hədə, o cümlədən fıziki zorakılıq tədbiq edilməmiş, özü sərbəst ifadə verir. O, tutulduğu gün Tahirin üzərində narkotik vasitə olmasını bilmirmiş. Eləcə də, Tahir onun üzərindəki narkotik vasitədən xəbərsiz imiş. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə edərkən yanında başqa heç kim olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X20 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə, yəni arvadı Şahid3 və oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Yaşadığı evə həyət evidir və həmin evdə arvadı Xatirə ilə onun ayrı, oğlu Ramilin isə ayrı otağı var. Oğlu Təqsirləndirilən şəxs1 əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etməsinə görə məhkum olunmuşdur. Ramil hazırda heç bir yerdə işləmir. 04.12.2020-ci il tarixdə, saat 16 radələrində onun və həyat yoldaşı Şahid3 yazılı ərizəsi əsasında polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilkmişdir. Həmin vaxt evdə o özü, arvadı Xatirə, oğlu Təqsirləndirilən şəxs1, eləcə də qonşuları Teymur və Məcid adlı şəxslər olmuşdur. Teymur və Məcid onun evinə yumurta almaq üçün gəlibmişlər. Həmin vaxt arvadı Xatirə yumurta hazırladığı üçün Teymur və Məcid oğlu Ramilin otağında keçib sonuncu ilə söhbət edirmişlər. Baxış zamanı onun yaşadığı evin dam örtüyünün altından xırda kağız bükümlər şəxlində çoxsaylı şüşə bankalarda və sellofan torbalarda narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Oğlu Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə olan marixuana olmasını, özünün əkib becərməklə qurutduğunu və öz istifadəsi üçün orada gizlədib saxladığını bildirmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Onların çəkiləri, ümumilikdə təxminən 4 kiloqram təşkil etmişdir. Bundan sonra isə evinə vəkil gəlmiş və vəkilin də iştirakı ilə oğlu Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Həmin vaxt Ramil cibindən sellofan torba çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində də çoxsaylı xırda kağız bükümlər şəklində narkotik vasitəyə bənzər kütlələr var imiş. Oğlu Təqsirləndirilən şəxs1 həmin kütlələrin də narkotik vasitə marixuana olmasını və özünə məxsusluğunu bildirib istifadəsi üçün saxladığını demişdir. Həmin bükümlər də qablaşdırılıb elektron tərəzidə çəkilmiş və onların ümumi çəkisi 15 qram təşkil etmişdir. Baxış zamanı evindən başqa qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Şahid X20 həmçinin ifadəsində göstərmişdir ki, yaşadığı evdən, həmçinin Ramilin üzərindən aşkar olunmuş narkotik vasitələrlə bağlı əvvəlcədən xəbərsiz imiş. Ramilin nə məqsədlə yaşadığı evdə və üzərində narkotik vasitə saxlamasını bilmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, DİO-da 2010-cu ildən, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir, polis mayoru xüsusi rütbəsini daşıyır. 04.12.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi, polis polkovnik-leytenantı Şahid6 Gəncə şəhəri, V.Xuluflu küçəsində yaşayan Orxan və Tahir adlı şəxslərin Ramil adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alaraq hər ikisinin Grand Qafqaz Ticarət Mərkəzi istiqamətində getmələri barədə təcili əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün polis polkovnik-leytenantı Şahid6 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı Orxan və Tahir adlı şəxslər dərhal saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişlər. Onların üzərlərində axtarış keçirilərkən məlum olmuşdur ki, üzərlərində narkotik vasitə olan qurudulmuş marixuana var. Davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitələri Orxan və Tahirə satan, eləcə də yaşadığı evdə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana saxlayan şəxsin ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi üçün polis polkovnik-leytenantı Şahid6 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Əməliyyataxtarış qrupunun üzvləri isə onun özündən, Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid8, həmin İdarənin kiçik inspektorları X4 və X9 ibarət tərkibdə müəyyən edilmişdir. Həmin qərarın icrası ilə bağlı tərəflərindən 04.12.2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs1 valideynlərinin razılığı ilə sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 evində anası, atası, Teymur və Məcid adlı iki nəfər şəxs, həmçinin Ramilin özü olmuşdur. Baxış zamanı Ramil verilən suallara cavab olaraq yaşadığı evin dam örtüyünün altında “nəşə” kimi bilinən narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Onlar Ramilin də iştirakı ilə həmin yerə baxdıqda orada çoxsaylı şüşə və plastik bankalarda, sellofan torbalarda qablaşdırılmış həm açıq şəkildə, həm də xırda kağız bükümlər şəklində narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitələrin özünə məxsus olduğunu, Gəncə çayının içərisində əkib-becərdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və Ramilə müdafiəçi dəvət edilmişdir. Müdafiəçi2 gəldikdən sonra aşkar edilmiş həmin kütlələr qablaşdırılaraq elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkisi təxminən 4 kiloqramdan artıq təşkil etmişdir. Həmin kütlələr qablaşdırıldıqdan sonra möhürlənmiş və baxış iştirakçıları tərəfindən qablaşdırma ilə bağlı imzalar edilmişdir. Bundan sonra orada müdafiəçinin də iştirakı ilə Ramilin üzərinə baxış keçirilmiş və baxış zamanı Ramilin əynində olan şalvarın cibindən sellofan torbanın içərisində 14 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitələr ümumilikdə elektron tərəzidə çəkildikdə çəkisi 15 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Həmin kütlələr də qablaşdırılaraq imzalarla təsdiqlənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid7 ilə eyni məzmunlu ifadə verərək, Şahid7 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid9 oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, dio-da 1996-cı ildən, tutduğu vəzifədə isə 2018-ci ildən xidmət edir, polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 04.12.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi, polis polkovnik-leytenantı Şahid6 Gəncə şəhəri, V.Xuluflu küçəsində yaşayan Orxan və Tahir adlı şəxslərin narkotik vasitə qəbul etmələri, mütəmadi olaraq narkotik vasitələr əldə edərək üzərlərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Şahid1 olduqları müəyyən edilərək onların ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat-axtarış qrupunun üzvləri isə onun özündən, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvvəkkili Şahid10, əməliyyat müvəkkili Şahid11 Elşən oğlundan və həmin İdarənin kiçik inspektoru X7 ibarət tərkibdə müəyyən edilmişdir. Müvafiq qərarın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Şahid1 həmin gün saat 13 radələrində tərəflərindən Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzi qarşısında saxlanılmışlar. Onlar Tahir və Orxana özlərini təqdim edərək şübhənin mahiyyətini izah etmiş və həmin şəxsləri özləri ilə birlikdə təxirəsalınmadan Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİ-nin binasında Təqsirləndirilən şəxs2 və Şahid1 üzərlərində ayrı-ayrılıqda təhqiqatçı Niyaməddin Məmmədov tərəfindən videoçəkilişlə, müdafiəçilərinin və onların iştirakları ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bükülü vəziyyətdə 5 manatlıq pul əskinazı çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və pul əskinazı ilə birlikdə çəkisi 2 qram təşkil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 kütlənin narkotik vasitə olan marixuana olmasını, dayanacaqda yerdən tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə pul əskinazı ilə birlikdə zərfin içərisində qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Şahid1 üzərində şəxsi axtarış keçirilərkən isə Orxan əynindəki gödəkçənin sağ yan cibindən açıq qəhvəyi rəngli 1 ədəd kağız büküm çıxarıb təqdim edərək içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində eynilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütləyə bənzər, yəni narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi kağız bükümlə birlikdə 1 qram təşkil etmişdir. Həmin vaxt Şahid1 ilk öncə kütlənin ona pay verildiyini, sonradan isə fikrini dəyişib çaydan yığdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə kağız bükümlə birlikdə zərfin içərisində qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid9 ilə eyni məzmunlu ifadə verərək, Şahid9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində X20 ilə eyni məzmunlu ifadə verərək, Famil Əliyevin ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Ramillə münasibəti sadəcə qonşuluqla bağlı olmuş, heç vaxt yaxın münasibəti, dostluğu olmamışdır. Ramilin anası Xatirə yaşadıqları evin həyətində toyuq saxlayır və toyuqların yumurtalarını qonşulara satırlar. 04.12.2020-ci il tarixdə, saat 16 radələrində Ramilin yaşadığı V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən evə yumurta almaq məqsədi ilə getmişdir. Həmin vaxt Ramil, sonuncunun atası Famil və anası Xatirə evin həyətində imişlər. Həmin vaxt o, Ramillə söhbət etməyə başlamış və Ramil onu otağına dəvət etmişdir.O, Ramilin otağına daxil olub Ramillə söhbət etməyə başladıqdan təxminən 10 dəqiqə sonra qonşuluqda yaşayan Məcid oraya gəlmiş və onlar birlikdə oturub televizora baxıb söhbətə davam etmişlər. Təxminən 3-4 dəqiqə sonra isə Ramilgilin evlərinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onları həyətə dəvət edib şəxsi məlumatlarını soruşmuşlar. Bundan sonra polis əməkdaşları onların da iştirakları ilə Ramilin yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Ramilin öz otağından narkotik vasitə, yaxud qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir.Lakin baxış zamanı Ramilin yaşadığı evin dam hissəsindən çoxsaylı şüşə bankalarda və sellofan torbalarda narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə olduğunu və öz şəxsi istifadəsi üçün əkib becərərək qurutduğunu, həmin yerdə gizlədib saxladığını bildirmişdir. Bundan sonra Ramil şübhəli şəxs qismində tutulmuş və Ramilə müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra aşkar edilmiş həmin kütlələr ayrı-ayrı sellofan torbalardan qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrin ümumi çəkisi təxminən 4 kiloqram təşkil etmişdir. Bundan sonra isə Ramilin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Ramil şalvarının yan cibindən sellofan torbada xırda kağız bükümlər şəklində narkotik vasitəyə bənzər kütlələr çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində kəskin qoxuya malik, narkotik vasitə marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələrin də narkotik vasitə marixuana olmasını, özü əkib becərərək qurutduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər də sellofan torbada qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Onların ümumi çəkisi 0.015 kiloqram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bütün kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o və Teymur Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət edilmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşlar.Müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilərkən üzərindən qanunsuz heç bir predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir.Belə ki, o, ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişəm, üzərində daşımamışdır. Ramilin narkotik vasitə istifadə etməsi barədə məlumatlı olsa da Ramilin evində narkotik vasitə saxlayıb satması barədə xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, dio-da 1990-cı ildən, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir, polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 04.12.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-yə Gəncə şəhəri, V.Xuluflu küçəsində yaşayan Orxan və Tahir adlı şəxslərin Ramil adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alaraq hər ikisinin Grand Qafqaz Ticarət Mərkəzi istiqamətində getmələri barədə təcili əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün onun tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı Orxan və Tahir adlı şəxslər Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid9, baş əməliyyat müvəkkili Şahid10, əməliyyat müvəkkili Şahid11 və həmin İdarənin kiçik inspektoru X21 tərəfindən qeyd edilən ticarət mərkəzinin qarşısında dərhal saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişlər. Onların üzərlərində axtarış keçirilərkən məlum olmuşdur ki, üzərlərində narkotik vasitə olan qurudulmuş marixuana var. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitələri Orxan və Tahirə satan, eləcə də yaşadığı evdə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana saxlayan şəxsin ünvan 6-də yaşayan şübhəli olan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi üçün onun tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Əməliyyat-axtarış qrupunun üzvləri isə müavini Şahid7, Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusilə mühüm işlər üzrə baş əməluyyat müvəkkili Şahid8, həmin İdarənin kiçik inspektorları X4 və X9 ibarət tərkibdə müəyyən edilmişdir. Həmin qərarın icrası ilə bağlı 04.12.2020-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs1 valideynlərinin razılığı ilə sonuncunun yaşadığı evə baxış keçirildikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 evindən külli miqdarda, üzərindən isə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Davam etdirilən əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs2 faktiki kirayədə yaşadığı ünvan 10 ünvanında narkotik vasitə olan qurudulmuş marixuana saxlaması ilə bağlı məlumat əldə etmişlər. Həmin məlumatın yoxlanılması ilə bağlı 04.12.2020-ci il tarixdən 05.12.2020-ci il tarixə keçən gecə onun özünün və Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru X13, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, sonuncunun müdafiəçisi X5 iştirakları ilə qeyd edilən ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilin yardımçı otağından ağ və göy rəngli 1 ədəd sellofan torba təqdim edərək həmin torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və tanışı Təqsirləndirilən şəxs1 saxlamaq üçün ona verdiyini bildirmişdir. Həmin torba açıldıqda içərisində çoxsaylı xırda kağız bükümlərdə və kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, həmçinin siqaret qutusunun kəsilmiş kağızları və gümüşü falqalar aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən çəkisi 1 kiloqramdan çox təşkil etmişdir. Bundan sonra həmin kütlələr, eləcə də siqaret qutusunun kağızları və falqalar ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş və imzalarımızla təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid9 ilə eyni məzmunlu ifadə verərək, Şahid9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Məcid Bayramov ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid9 ilə eyni məzmunlu ifadə verərək, Şahid9 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin rəisi, polis polkovnik-leytenantı Siyavuş Sadıxovun 04.12.2020-ci il tarixli raportundan görünür ki, 04.12.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduqlarına görə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzinin qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək həmin Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Niyaməddin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 5 manatlıq pul əskinazına bükülü şəkildə, həmin əskinasla birlikdə ümumi çəkisi 2 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Şahid1 əynində olan qara və sarı rəngli görəkçənin sağ yan cibindən isə 01 ədəd kağız bükümdə olmaqla həmin bükümlə birlikdə ümumi çəkisi 1 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04.12.2020-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 5 manatlıq pul əskinazına bükülü şəkildə, həmin əskinasla birlikdə ümumi çəkisi 2 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, 04.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Şahid1 barələrində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində araşdırılan HK-1/354 saylı material istintaq aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “Yaşayış yerinə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngə, ev 95q ünvanına qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxalamaqda şübhəli olması ilə bağlı daxil olmuş əməliyyat məlumatının icrası ilə əlaqədar olaraq 04.12.2020-ci il tarixdə, saat 16:30 onun yaşadığı evə valideynlərinin razılığı barədə yazılı ərizələri əsasında baxış keçirilmiş və baxış zamanı evin dam örtüyünün altından açıq qəhvəyi və ağ rəngli xırda kağız bükümlərdə, ayrı-ayrı sellofdan torbalarda, şüşə və plastik bankalarda qablaşdırılmış, külli miqdarda, yəni ümumi çəkisi 4025 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04.12.2020-ci il tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.12.2020-ci il tarixli “Baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı evin həyətyanı sahəsində baxış keçirildikdə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan torbada 14 ədəd ayrı-ayrı kağız bükümlər şəklində, şəxsi istehlak miqdarından artıq çəkidə, yəni ümumi çəkisi 15 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.12.2020-ci il tarixli “Yaşayış yerinə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitələri saxalamaqda şübhəli olması ilə bağlı daxil olmuş əməliyyat məlumatının icrası ilə əlaqədar olaraq 04.12.2020-ci il tarixdən 05.12.2020-ci il tarixə keçən gecə, saat 23:55-dən 00:30-dək olan müddət ərzində onun yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin yardımçı otağından 01 ədəd sellofan torbanın içərisində, xırda kağız bükümlər və kibrit qutularında qablaşdırılmış şəkildə, külli miqdarda, yəni ümumi çəkisi 1056 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməbioloji ekspertizasının 05 dekabr 2020-ci il tarixli, 16/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmış kağız paketdəki 1 ədəd beş manat pul əskinazında təmiz çəkisi 1.038 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmış kağız paketdəki, bir ədəd açıq-qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0.549 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən əynində olan göt rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 14 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri yazılmış kağız paketdəki 14 (on dörd) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.948 qram, 0.582 qram, 0.837 qram, 0.657 qram, 0.629 qram, 0.538 qram, 0.813 qram, 0.693 qram, 0.815 qram, 0.880 qram, 0.508 qram, 0.882 qram, 0.944 qram, 0.462 qram, ümumi təmiz çəkisi 10.188 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanından aşkar edilmiş 15 ədəd ayrı-ayrı sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri yazılmış polietilen torbanı açdıqda içərisindəki digər qara rəngli polietilen torbada: Eləcə də, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbanın içərisində, 1 (bir) ədəd salfet bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 (bir) ədəd kağız bükümündəki yarı bölünmüş kibrit qutusunda, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış dörddə bir hissəyə bölünmüş kibrit qutusunda, 23 (iyirmi üç) ədəd tamlığı pozulmamış kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2.329 qram, 2.892 qram, 1.721 qram, 5.184 qram, 4.503 qram, 5.276 qram, 4.937 qram, 4.404 qram, 5.674 qram, 3.793 qram, 3.261 qram, 4.335 qram, 2.998 qram, 5.551 qram, 5.113 qram, 4.826 qram, 4.201 qram, 3.997 qram, 5.034 qram, 5.838 qram, 4.125 qram, 4.558 qram, 5.574 qram, 3.492 qram, 4.237 qram, 5.035 qram, ümumi təmiz çəkisi 112.888 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəydən görünür ki, 14 (on dörd) ədəd şəffaf rəngli polietilen torbaların içərisində, ümumi sayı 750 ədəd açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.963 qram...........................0.690 qram, ümumi təmiz çəkisi 660 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin dam örtüyünün altından aşkar edilərək götürülmüş 15 ayrı-ayrı sellofan torbalarda qablaşdırılmış və hər bir torbanın içərisində çoxsaylı xırda kağız bükümlər şəklində olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri yazılmış sintetik kisədəki, 15 ədəd qarışıq rəngli polietilen torbaların içərisində ümumi sayı 1225 ədəd açıq qəhvəyi və ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0.975 qram........................0.556 qram, ümumi təmiz çəkisi 1045 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin dam örtüyünün altından aşkar edilərək götürülmüş 18 ədəd ayrı-ayrı sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot şəklində kütlələr” sözləri yazılmış sintetik kisədəki, 18 ədəd qarışıq rəngli polietilen torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 180 qram, 90 qram, 65 qram, 100 qram, 105 qram, 130 qram, 35 qram, 70 qram, 170 qram, 105 qram, 50 qram, 45 qram, 305 qram, 40 qram, 90 qram, 100 qram, 290 qram, 550 qram, ümumi təmiz çəkisi 2520 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 3 ədəd kağız paketlərdə, 1 ədəd polietilen torbada və 2 ədəd sintetik kisələrdə olan marixuanalar həm öz aralarında, həm də bir-biri ilə tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2020-ci il tarixli, 4(044)-158/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 06 dekabr 2020-ci il tarixli, 4(044)-159/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.12.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, içərisində Təqsirləndirilən şəxs2 və Şahid1 üzərlərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD diskə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, diskin içərisində “#0013” və “#0015” adları ilə iki ədəd fayl bar. “#0013” adlı fayl player proqramı ilə açıldıqda həmin faylın 12 dəqiqə 17 saniyəlik videogörüntü olması müəyyən edildimişdir. Həmin görüntüyə baxış zamanı görüntüdə çıxış edən şəxsin Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 olması müəyyən edilmişdir. Bundan başqa, diskə baxış zamanı görüntüdə olan digər şəxslərin Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X14, sonuncunun sol tərəfində birinci dayanmış şəxsin şübhəli şəxs qismində tutulmuş Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid9, həmin İdarənin əməliyyat müvəkkilləri Şahid11, Şahid10, həmin İdarənin kiçik inspektoru X21 və Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti X15 olduqları müəyyən edilmişdir. Diskə baxış zamanı həmçinin müəyyən edilmişdir ki, şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir. Bundan sonra şübhəli şəxs Şahid1 üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması barədə sual verilir, əgər vardırsa çıxarıb təqdim etməsi təklif olunur. Şübhəli şəxs Şahid1 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki gödəkçənin sağ yan cibindən açıq qəbhvəyi rəngli 1 ədəd büküm çıxarıb təqdim edərək həmin bükümün içərisində “nəşə” olduğunu və həmin kütlənin onun özünə məxsus olduğunu bildirir. İlkin dindirmə zamanı Şahid1 ilk öncə həmin kütləni həmin gün səhər saatlarında əldə etdiyini, ona pay verildiyini, özünə məxsus olduğunu və əməlindən peşman olduğunu bildirir. Bundan sonra isə şübhəli şəxs Şahid1 fikrini dəyişərək bildirir ki, çayın kənarında da həmin “nəşə”dən bitir və oradan da götürmək mümkündür. Lakin o, bir daha bildirir ki, həmin kütlə onun özünə məxsusdur, onu əldə etməklə səhv etmişdir. Bundan sonra müdafiəçi X14 hüquqlarını müdafiə etdiyi şübhəli şəxsə polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə ilə bağlı ona hər hansı bir təsir, təzyiq göstərilib-göstərilmədiyi, narkotik vasitədən hansı məqsədlə istifadə etdiyi, əməlindən peşman olub-olmaması barədə sual verir. Şübhəli şəxs isə polis əməkdaşları tərəfindən ona heç bir təsir, təzyiq göstərilmədiyi, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, əməlindən peşman olduğunu bildirir. Bundan sonra şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış aparılır, lakin şəxsi əşyalarından başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə aşkar edilmir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid1 narkotik vasitədən kiməsə satıb-satmaması barədə sual verilir. Şübhəli şəxs Şahid1 isə narkotik vasitədən heç kimə satmadığını bildirir.Bundan sonra şübhəli şəxs Şahid1 təqdim etdiyi həmin kütlə içərisində olduğu kağız parçası ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 1 qram təşkil edir. Bundan sonra həmin kütlə 01 ədəd kağız zərfin içərində qablaşdırılır, zərfin üzərində qeydlər aparılır, zərfin üzəri möhürlənir və imzalarla təsdiq edilir. Bundan başqa, “#0015” adlı faylın videogörüntü olması müəyyən edilir. Həmin videogörüntüdə çıxış edən şəxsin Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 olması müəyyən edildi. Bundan başqa, diskə baxış zamanı görüntüdə olan digər şəxslərin Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X16, əynində cins gödəkçə olan şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid9, həmin İdarənin əməliyyat müvəkkilləri Şahid11, Şahid10, həmin İdarənin kiçik inspektoru X21 və Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti X15 olduqları müəyyən edilir. Görüntüyə baxış zamanı həmçinin müəyyən edilir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması barədə sual verilir, əgər vardırsa çıxarıb təqdim etməsi təklif olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cin şalvarın qabaq sağ yan cibindən bükülmüş vəziyyətdə 5 manatlıq pul əskinazı çıxarıb təqdim edir və həmin bükümün içərisində ot olduğunu, həmin gün səhər saatlarında dayanacaqda yerdən tapdığını, özü istifadə etmək üçün götürüb saxladığını, həmin kütlənin özündən istifadə etmədiyini, heç kimə vermədiyini, əvvəllər ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini bildirir.Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılır, lakin şəxsi əşyalarından başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin kütlə içərisində olduğu pul əskinazı ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 2 qram təşkil edir.Bundan sonra həmin kütlə pul əskinazı ilə birlikdə 01 ədəd kağız zərfin içərində qablaşdırılır, zərfin üzərində qeydlər aparılır, zərfin üzəri möhürlənir və imzalarla təsdiq edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri 132 saylı evlər üçlüyü tərəfindən verilmiş 05.01.2021-ci il tarixli 3 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 15 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri 132 saylı evlər üçlüyü tərəfindən verilmiş 05.01.2021-ci il tarixli 4 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 15 ünvanında yaşayır və yaşıyış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz RİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli 188 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 16 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz RİHB 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli xassiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 16 ünvanında yaşayır və yaşyış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.01.2021-ci il tarixli 47 saylı Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.01.2021-ci il tarixli 48 saylı Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.01.2021-ci il tarixli 82 saylı Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.01.2021-ci il tarixli 83 saylı Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.01.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, cinayət işi üzrə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1 ifadələri arasında iş üçün əhəmiyyətli ziddiyyətlər olduğundan həmin ziddiyyətləri aradan qaldırmaq məqsədilə xüsusi texniki vasitədən istifadə edilərək fotoşəkil çəkilməklə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana ilə əlaqədar digər Təqsirləndirilən şəxs1 üzünə qarşı sonuncunun ona 04.12.2020-ci il tarixdə, gecə saatlarında qısa müddətli saxlaması üçün içərisi narkotik vasitə olan qurudulmuş marixuana ilə dolu torbanı verdiyini deyərək ifadəsini bir daha təsdiq etmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkil isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.01.2021-ci il tarixli “Təqsirləndiriləın şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə istintaq zaman Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İstintaq hərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs1 04.12.2020-ci il tarixdə yaşadığı evdən və üzərindən aşkar edilmiş ümumilikdə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əkib-becərdiyi yeri göstərmiş və müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1 göstərdiyi yerdə narkotik vasitəyə bənzər hər hansı bir kol aşkar edilməmişdir. İstintaq hərəkəti icra edilərkən törədilmiş müvafiq cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 12.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 12.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı ilə 04 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, 28.02.2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli, 84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Baxış keçirilməsi haqqında” 03.03.2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərinin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin və mesaj mətnlərinin əldə edilməsi üçün qeyd olunan məlumatlar müvafiq məhkəmə qərarı əsasında, "xxxx" MMC-dən 1 ədəd CD disk şəklində əldə edilmiş və həmin diskə baxış keçirilərək protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, diskin içərisində dörd ədəd “**********71.txt”, “**********71 sms.txt”, “abuneciler1755.xls” və “antena1755.xls” adları ilə fayllar var. Birinci fayl player proqramı ilə açıldıqda içərisində qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən və qeydə alınmamış mətnlər (rəqəmlər formasında şifrələnmiş) olduğu müəyyən edilmişdir. Həmin məlumatlar iş üçün əhəmiyyət kəsb etmədiyindən ayrı-ayrılqda protokola qeyd olunmamışdır. İkinci fayl player proqramı ilə açıldıqda içərisində ***-***-**-** saylı mobil nömrəyə və həmin nömrədən digər mobil nömrələrə göndərilən mesaj mətnlərinin olduğu müəyyən edilmişdir.Belə ki, faylda olan məlumatlara əsasən, ***-***-**-** və ***-***-**-** saylı mobil nörmələr arasında ərarvad münasibətlərində olan şəxslərin yazışmaları əks olunmuşdur. Həmin yazışmalar qısqanclıq, ayrılıq və s. şəxsi məsələlərlə bağlıdır. Həmin mesajlardan biri 25/11/2020 il tarixdə saat 04:08:01 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Amama sen demisken men negederde pitaniska narkaman olsam sene men hec pis opmamistim” məzmundadır. Digər mesajlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda hər biri ayrı-ayrılıqda qeyd olunmamışdır.Bundan başqa, ikinci faylda 16/11/2020-ci il tarixdə, saat 14:58:42 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tahir denen pulu kaytarshn korobkanh gotursun” məzmunda, eyni tarixdə, saat 14:59:51 dəqiqədə isə “Duzelmirse pulu kaytarshn” məsmunda mesajlar göndərildiyi məlum olur. Eləcə də, eyni tarixdə, saat 15:19:02 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ayga narahatcolix yoxtu grlsin duzelecek banisadayam danisamiram deyen acamiram” məzmunda mesaj göndərilmişdir. Eyni tarixdə saat 17:23:07 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrədə “Tahir oxlan gelif gedmey isdiyir seni gozduyuruy bir cavab ver qaqa” məzmunda mesaj göndərilmişdir. CD diskin içərisində olan ikinci, yəni mesaj mətnləri olan faylda iş üçün əhəmiyyət kəsb edən başqa mesaj mətni aşkar edilməmişdir. Üçüncü fayl player proqramı ilə açıldıqda içərisində "xxxx" mobil operatoruna məxsus mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlı məlumatlar əks olunduğu müəyyən edilmişdir. Həmin mətnlərdən məlum olur ki, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 90, mənzil 77-də qeydiyyatda olan X10 adına rəsmiləşdirilmişdir. İkinci faylda olan ər-arvad münasibətlərini əks etdirən mesajların göndərildiyi ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 32, mənzil 5-də qeydiyyatda olan X1 adına rəsmiləşdirilmişdir. Dördüncü fayl player proqramı ilə açıldıqda içərisində ***-***- **-** saylı mobil nömrədən və həmin nömrəyə digər mobil nömələrdən edilmiş zənglərin tarixləri, danışıq müddətləri, antenn dairələri ilə bağlı məlumatlar olduğu müəyyən edilmişdir. Həmin məlumatlara əsasən, 15.11.2020, 16.11.2020 və 25.11.2020-ci il tarixlərdə ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında bir neçə dəfə qarşılıqlı telefon zəngləri edilmiş və danışıqlar olmuşdur. Həmçinin, qeyd edilən faylda olan məlumatlardan aydın olur ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nörmələr arasında çoxsaylı qarşılıqlı telefon danışıqları olmuşdur. Bundan başqa, qeyd edilən faylda olan məlumatlardan aydın olur ki, 01.12.2020-ci il tarixdə, saat 23:01:03 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə qısa “SMS” göndərilmişdir. Həmin siyahıda olan digər mobil nömrələrdən edilən zənglərin bir çoxu azsaylı olmaqla, digərləri isə iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.03.2021-ci il tarixli “Təqsirləndiriləın şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə istintaq zaman Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İstintaq hərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs2 04.12.2020-ci il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 ona külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı verdiyi yeri göstərmiş və müəyyən edilmişdir ki, həmin yer Təqsirləndirilən şəxs1 yaşadığı evdən bir neçə metr məsafədə yerləşir.İstintaq hərəkəti icra edilərkən törədilmiş müvafiq cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Baxış keçirilməsi haqqında” 09.03.2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərinin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin və mesaj mətnlərinin əldə edilməsi üçün qeyd olunan məlumatlar müvafiq məhkəmə qərarı əsasında, "xxxx" MMC-dən 1 ədəd CD disk şəklində əldə edilmiş və həmin diskə baxış keçirilərək protokol tərtib olunmuşdur. Həmin protokoldan görünür ki, diskin içərisində iki ədəd “Zənglərin_Detallaşması_**********5950_707431010”və“Zənglərin_Məxsusluq_Tarixçələri_****** ****0030_707431010_NAR” adları ilə fayllar var. Birinci fayl player proqramı ilə açıldıqda içərisində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə və ya həmin mobil nömrəyə zəng edilməsi, mesaj göndərilməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Faylda olan digər mobil nömrələrlə edilmiş zənglər isə azsaylı olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. İkinci fayl player proqramı ilə açıldıqda məlum olmuşdur ki, ***-***-**-** saylı mobil nömrə ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması isə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 12.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı ilə 04 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, 28.02.2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunamüvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli, 84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət, yəni onların hər ikisin şübhəli şəxs qismində tutulduqları 04.12.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar - məhkəmə-bioloji ekspertizasının 05 dekabr 2020-ci il tarixli, 16/787 nömrəli tədqiqatından qalıq qalmış: ümumilikdə 03 ədəd kağız zərfin içərisində və 03 ədəd ağ rəngli torbaların içərisində olmaqla, ümumilikdə 4329.313 qram narkotik vasitə marixuana, habelə 01 ədəd sellofan torbada qablaşdırılmış açıq qəhvəyi rəngli kəsilmiş 73 ədəd kağız parçaları, 28 ədəd gümüşü rəngli falqalar və siqaret qutusunun 124 ədəd kəsilmiş hissələri Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan məhkəmə-bioloji ekspertizasının 05 dekabr 2020-ci il tarixli, 16/787 nömrəli tədqiqatından qalıq qalmış: ümumilikdə 03 ədəd kağız zərfin içərisində və 03 ədəd ağ rəngli torbaların içərisində olmaqla, ümumilikdə 4329.313 qram narkotik vasitə marixuana, habelə 01 ədəd sellofan torbada qablaşdırılmış açıq qəhvəyi rəngli kəsilmiş 73 ədəd kağız parçaları, 28 ədəd gümüşü rəngli falqalar və siqaret qutusunun 124 ədəd kəsilmiş hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 880 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumların üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 04 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 04 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan məhkəmə-bioloji ekspertizasının 05 dekabr 2020-ci il tarixli, 16/787 nömrəli tədqiqatından qalıq qalmış: ümumilikdə 03 ədəd kağız zərfin içərisində və 03 ədəd ağ rəngli torbaların içərisində olmaqla, ümumilikdə 4329.313 qram narkotik vasitə marixuana, habelə 01 ədəd sellofan torbada qablaşdırılmış açıq qəhvəyi rəngli kəsilmiş 73 ədəd kağız parçaları, 28 ədəd gümüşü rəngli falqalar və siqaret qutusunun 124 ədəd kəsilmiş hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 880 manat 80 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Xəqani Səmədov
3. Faiq Mahmudov