Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-202/2022 07.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X7 ibarət tərkibdə, X27, X28 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X18, zərərçəkmiş şəxsin hüquqi varisi X29, zərərçəkmiş şəxs və azyaşlı zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Tərtər rayonunun Sarov kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı,əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Sarov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi, xx xxx 1998-ci il tarixdə Tərtər rayonunun Sarov kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Sarov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 09 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy- Tərtər yolunun 19-cu kilometrliyinin Goranboy rayonunun Xanqərvənd kəndi ərazisindən keçən hissəsi ilə Tərtər rayonu istiqamətində hərəkət etdirərkən yaşayış məntəqəsi daxilində nəqliyyat vasitəsini 60 km/saat sürət məhdudiyyətindən yüksək olmayan sürətlə idarə etməli, ötməyə başlamazdan əvvəl özündən qabaqda gedən nəqliyyat vasitəsinin ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal verməməsinə əmin olmalı, 1.1- 1.3 xətlərini kəsib keçməməli olduğu halda bunlara riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, idarə etdiyi avtomobili yaşayış məntəqəsi daxilində müəyyən edilmiş 60 km\saat sürət həddindən artıq 120-130 km\saaat sürətlə idarə edib hərəkəti istiqamətində yolun sol, yəni əks hərəkət zolağına çıxararaq hərəkətini davam etdirib onunla eyni istiqamətdə hərəkətdə olmaqla sola dönmə işığını yandıraraq sola dönmə manevrini həyata keçirən Goranboy rayonunun Əlirzalı kənd sakini X22 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ötməyə başladıqdan sonra yolun sol kənarından mərkəzinə doğru 3 metr məsafədə idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə “Nazlifan” markalı avtomobilin sol yan hissəsinin toqquşmasına, bundan sonra “Nazlifan” markalı avtomobilin zərbənin təsirindən sağa istiqamətlənərək yolun sağ hərəkət zolağına çıxıb orada Tərtər rayonunun Sarov kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına və zərbənin təsirindən sola istiqamətlənərək yolun sol kənarında yerləşən ağaca dəyməsinə, nəticədə ehtiyatsızlıqdan “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X30 qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, sol baldırın yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, daxili qanaxma nəticəsində hadisə yerində ölməsinə, həmin avtomobildə ön sərnişinin oturacağında əyləşmiş Pərviz Abbasovun arvadı xx.xx.1993-cü il təvəllüdlü X1 kürək sümüyünün sınığı, hər iki topuğun açıq sınığı, ayağın çıxığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır, həmin avtomobildə arxa oturacaqda əyləşmiş Pərviz Abbasovun övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 körpücük sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, xx.xx.2017-ci il təvəllüdlü X20 bədənin çoxsaylı kəsilmiş yaraları, sağ bazunun 1/3-nin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 09 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy-Tərtər yolunun Goranboy rayonunun Xanqərvənd kəndi ərazisindən keçən 19-cu kilometrliyi ilə Tərtər rayonu istiqamətində 125-130 km/saat sürətlə hərəkət etdirərkən yaşayış məntəqəsi daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadan sonra onun hərəkət zolağına istiqamətlənən X22 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfi ilə idarə etdiyi avtomobilin sol qabaq hissəsinin toqquşmasına, bundan sonra “Nazlifan” markalı avtomobilin zərbənin təsirindən sola istiqamətlənərək yolun sol kənarında yerləşən ağaca dəyməsinə, nəticədə ehtiyyatsızlıqdan “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X30 qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, sol baldırın yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, daxili qanaxma nəticəsində hadisə yerində ölməsinə, həmin avtomobildə ön sərnişinin oturacağında əyləşmiş Pərviz Abbasovun arvadı xx.xx.1993-cü il təvəllüdlü X1 kürək sümüyünün sınığı, hər iki topuğun açıq sınığı, ayağın çıxığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır, həmin avtomobildə arxa oturacaqda əyləşmiş Pərviz Abbasovun övladları, xx.xx.2013-cü il təvəllüdlü X6 körpücük sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, xx.xx.2017-ci il təvəllüdlü X20 bədənin çoxsaylı kəsilmiş yaraları, sağ bazunun 1/3-nin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının əvvəlində ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərmişdir ki, İİ qrup Vətən Müharibəsi əlilidir, müharibədə sağ qolunu itirmişdir. Təqsirləndirilən şəxs2 və Şahid onun həmkəndliləridir, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamış, həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. O, 2021-ci ilin iyul ayında “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir, lakin sürücülük vəsiqəsi olmamışdır. Hadisə günü, yəni 09 oktyabr 2021-ci il tarixdə axşam saat 19:30-20 radələrində o, yaşadığı Tərtər rayonunun Sarov kəndində həmkəndlisi Şahid və Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Onlar bir qədər söhbət edib hal-əhval tutduqdan sonra birlikdə Goranboy rayonunun Xanqərvənd kəndində çörək yeməklə bağlı razılaşmışlar. O, öz avtomobili ilə, Təqsirləndirilən şəxs2 də atasına məxsus “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişlər. Şahid onun avtomobili ilə getmişdir. Onlar Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən “Xan” restoranına getmişlər. Restoranda onlar yemək yemişlər, Vüqar və İmran isə ikisinə 0.5 litr həcmində araq içmişlər, o isə spirtli içki qəbul etməmişdir. Yeyib-içdikdən sonra onlar iki maşın ard-arda Xanqərvənd kəndində yerləşən “24 saat” marketə siqaret almaq üçün getmişlər. Onlar həmin marketdən siqaret alıb çıxmışlar və avtomobillərinə əyləşib yaşadıqları kənd istiqamətində getməyə başlamışlar. Marketin qabağından o, birinci tərpənmişdir, Şahid də onun avtomobilinə oturmuşdur. Təqsirləndirilən şəxs2 ondan arxada olmuşdur. O, avtomobili 120-130 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs2 də düz arxası ilə gəlmişdir, aralarında təxminən 10 metr məsafə olmuşdur, Təqsirləndirilən şəxs2 onu ötüb keçmək istəmiş, lakin o, bərk sürüb sonuncuya imkan verməmişdir. Xanqərvənd kəndinin qurtaracağına az qalmış, həmin kənddən Goranboy rayonunun Əlirzalı kəndinə dönən yola çatanda görmüşdür ki, qarşıda onunla eyni istiqamətdə “Naz Lifan” markalı avtomobil keçir. “Naz Lifan” markalı avtomobil ondan yavaş getdiyi üçün o, əks hərəkət zolağına çıxaraq həmin avtomobili ötmək istəmişdir. O, ötmə əməliyyatını edərkən sola dönmə işığını yandırmışdır. Sol tərəfdə yol ayrıcına çatanda onun avtomobilinin qabaq hissəsi “Naz Lifan” markalı avtomobilin qabaq hissəsindən təxminən 1 metr arxada olmuş, hər ikisi demək olar ki eyni səviyyədə getmişlər, qəfildən “Naz Lifan” sola dönmə işığını yandırmış və sola, yəni Əlirzalı kəndinə gedən yola dönməyə başlamışdır. Toqquşmamaq üçün o, avtomobilini sola çəkmiş, lakin yoldan çıxacağını görüb yenidən sağa çəkmiş, həmin anda onun avtomobilinin sağ qabaq qanadı ilə “Naz Lifan” markalı avtomobilin qabaq sol qanadı toqquşmuş, o, “Naz Lifan” markalı avtomobili sürtüb keçmiş və keçəndən sonra qəfildən “Naz Lifan” markalı avtomobil arxadan onun avtomobilinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili sürüşərək qabağa getmişdir. Hadisə nəticəsində onun iki qabırğası və körpücük sümüyü sınmışdır. O, həyəcandan şoka düşmüş, bundan sonra baş verənlər isə yadında qalmamışdır. Məhkəmə istintaqının gedişində isə o, verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, zərərçəkmiş tərəflə barışığa cəhd etdiyini, verilmiş mülki iddia ilə bağlı zərərçəkmiş tərəfə 8000 (səkkiz min) manat məbləğində pul ödədiyini, Vətən Müharibəsi iştirakçısı olduğunu, müharibədə sağ qolunu itirməklə İİ qrup əlil olduğunu, “Füzulinin azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, 2021-ci ilin iyul ayında həmin polis şöbəsinin yol patrul xidməti inspektoru vəzifəsinə təyin olunmuşdur. 22 oktyabr 2021-ci il tarixdə DİO-dan xaric olunmuşdur. 09 oktyabr 2021-ci il tarixdə yaşadığı Tərtər rayonunun Sarov kəndi ərazisində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Şahid ilə rastlaşmışdır. Həmin vaxt o, atasının mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi ağ rəngli “Mercedes Benz E 320” markalı avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs1 isə boz rəngli “Mercedes Benz” markalı avtomobil idarə etmişdir. İlkin X13isidir, müharibədə sağ qolunu itirmişdir. İlkin və Vüqarla bir qədər söhbət edib hal-əhval tutmuş, söhbət əsnasında İlkin gedib birlikdə yemək yeməyi təklif etmiş, o da İlkinlə razılaşmışdır. Şahid onun avtomobilinə əyləşmiş, İlkin isə öz avtomobilini idarə etmişdir. Onlar Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən “Xan” restoranına getmişlər. İlkin və Vüqar ikisinə 0,5 litr həcmində araq içmişlər, o isə spirtli içki qəbul etməmişdir. Yemək yedikdən sonra onlar restorandan çıxmış və avtomobillərinə əyləşərək yaşadıqları Tərtər rayonunun Sarov kəndi istiqamətində getməyə başlamışlar. Şahid İlkinin avtomobilinə əyləşmişdir. Onun avtomobilində sərnişin olmamışdır. İlkin ondan öndə getmişdir. İlkinin sürəti təxminən 140- 150 km/saat olmuşdur. O isə İlkinin ardınca öz avtomobilini saatda 80-85 km/saat sürətlə idarə etmişdir. Xanqərvənd kəndinin qurtarmasına az qalmış İlkin sol, yəni əks hərəkət zolağına çıxmış, həmin vaxt İlkinin qabağında “Naz Lifan” markalı avtomobil getmişdir. İlkin isə həmin avtomobili soldan ötmək istəmişdir. O isə öz hərəkət zolağında getmişdir. Əks zolağa çıxan zaman, yəni ötmə əməliyyatını edərkən İlkin sola dönmə işığını yandırmamışdır. Qəfildən “Naz Lifan” markalı avtomobil sola dönmə işığını yandırmış və sola dönməyə başlamışdır. “Naz Lifan” markalı avtomobil sola dönməyə başlayan zaman İlkinin idarə etdiyi avtomobillə aralarında təxminən 30-40 metr məsafə olmuşdur. İlkin getdiyi sürətlə “Nazlifan” markalı avtomobili sol orta tərəfdən vurmuşdur, zərbənin təsirindən “Naz Lifan” markalı avtomobil fırlanaraq sağa doğru, yəni onun hərəkət etdiyi zolağa çıxmışdır. Həmin anda onunla “Naz Lifan” markalı avtomobilin arasında təxminən 30 metr məsafə olmuşdur. O, “Naz Lifan” markalı avtomobili vurmamaq üçün əyləcə basmış və bir qədər sola istiqamətlənmiş və idarə etdiyi avtomobilin sol qabaq qanadı ilə İlkinin idarə etdiyi avtomobilin sağ arxa tərəfindən vurmuşdur. “Naz Lifan” markalı avtomobillə toqquşmadan sonra İlkinin idarə etdiyi avtomobil tam dayanmamış, o, İlkinin idarə etdiyi avtomobili vurduqdan sonra isə hər iki avtomobil bir qədər qabağa gedərək yolun sol ehtiyyat hissəsinə çıxıb dayanmışlar. “Naz Lifan” markalı avtomobil isə yolun sağ tərəfində ağaca dəyib dayanmışdır. O, hadisə zamanı heç bir xəsarət almamış, avtomobilindən düşərək İlkinin avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt ətrafa çox sayda kənd sakinləri toplaşmışdır. “Naz Lifan” markalı avtomobilin içində olan sərnişinlərə kənd sakinləri kömək etmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. O da polis əməkdaşlarının tələbi ilə Goranboy rayon polis şöbəsinə getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onun yol-nəqliyyat hadisəsinin baş verməsində heç bir rolu olmamış, hadisəni Təqsirləndirilən şəxs1 törətmiş, buna görə də verilmiş ittihamla özünü təqsirli bilməmişdir. Əlavə etmişdir ki, özünü verilmiş ittihamla təqsirli bilməsə də zərərçəkmiş tərəflə barışıq əldə etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüqüqi varisi qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, mərhum X38 onun oğludur, Pərviz ailəli olmuş, 3 uşağı vardır. Abşeron rayonu Qobu qəsəbəsində yaşayan, onun rəhmətə getmiş əmisi X10 məxsus olan “Naz Lifan” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Pərvizə bağışlamışdı, əmisi Qədim 1-ci Qarabağ müharibəsinin veteranı, həm də şəhid ailəsi olduğuna görə “Naz Lifan” markalı avtomobil ona dövlət tərəfindən verilmişdi. Əmisi Qədim təxminən 2 il olar ki, rəhmətə getmişdir. Oğlu Pərvizin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 09 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Naz Lifan” markalı avtomobillə ailəsi ilə birlikdə rayonun Yeni yol kəndindən yaşadıqları Əlirzalı kəndinə evlərinə gələn zaman Xanqərvənd kəndinin mərkəzindən keçən asfalt yolda, Əlirzalı kəndinə dönmək üçün dönmə işıqlarını yandırıb dönməyə hazırlaşan zaman arxadan gələn ağ rəngli “Mercedes” markalı avtomobillə digər metal rəngli “Mercedes” markalı avtomobillər bir-biri ilə ötüşərkən əvvəlcə ağ rəngli “Mercedes” markalı avtomobil oğlunun idarə etdiyi avtomobilin sağ arxa tərəfindən vurmuş və zərbə oğlunun avtomobilini sol hərəkət hissəsi ilə hərəkət edən metal rəngli avtomobilin qarşısına atmış, bundan sonra metal rəngli “Mercedes” markalı avtomobil oğlunun idarə etdiyi avtomobili vurmuş, sonra isə metal rəngli “Mercedes” markalı avtomobil yolun sol tərəfində olan mağazaya dəyib keçib getmiş, hər iki “Mercedes” markalı avtomobillər yolun sol tərəfində dayanıb qalmışlar. Onun oğlunun idarə etdiyi avtomobil isə kəndlərinə dönən yolun kənarında olan ağaca dəymiş, avtomobilin mühərriki isə zərbədən asfalt yolun sağ tərəfinə düşmüşdür. Bundan başqa ifadəsinə əlavə olaraq göstərmişdir ki, hər iki “Mercedes” markalı avtomobilin sürücüsü hadisədən sonra onun oğlunun avtomobilinə yaxınlaşmamış, avtomobildə olanlara yardım etməyərək, hadisə yerindən çıxıb getmişlər. Oğlu isə hadisə nəticəsində vəfat etmiş, onun həyat yoldaşı, avtomobildə qabaqda sağ tərəfdə əyləşmiş Məhəbbət Allahverdiyeva, arxada əyləşən ayzaşlı uşaqları ağır xəsarətlər almışlar. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən onlara 8000 (səkkiz min) manat ödənilmişdir. Həmçinin ifadəsinə əlavə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş oğlunun dəfni üçün 15600 manat, xəsarət almış gəlini Qanuni nümayəndə və nəvələrinin müalicəsi üçün 10000 manat (sənədlərlə 7548 manat) xərc çəkdiyini, mərhum oğluna məxsus nəqliyyat vasitəsinin tamamilə yararsız hala düşməklə 7500 manat zərər dəydiyini, mülki iddia üçün dövlət rüsumu olaraq 417 manat pul ödədiyini bildirərək, cəmi 33517 manatın maddi ziyanın əvəzi olaraq, hadisə nəticəsində keçirdikləri mənəvi sarsıntıya görə isə 100000 manatın, ümumilikdə isə 133.941,5 manatın təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsini, bununla bağlı iş üzrə verdiyi mülki iddiasının təmin edilməsini, o cümlədən təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlara ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Goranboy rayonunun Əlirzalı kənd sakini X38 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladları olmuşdur: 2013-cü il təvəllüdlü qızı Seval, 2015-ci il təvəllüdlü qızı Kəmalə və 2017-ci il təvəllüdlü oğlu Abbas. Onun qayınatasının əmisi X14 hadisədən təxminən 3 il əvvəl onun mərhum X62a “Naz Lifan” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil hədiyyə etmişdir. Mərhum X62 həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Hadisə günü, yəni 09 oktyabr 2021-ci il tarixdə axşam saat 21 radələrində o, mərhum X62 və uaşqları ilə birlikdə yaşadıqları kənddən çıxıb Goranboy rayonunun Xanqərvənd kəndinə gəlmişlər. Xanqərvənd kəndində onlar aptekə girib dərman almış və bundan sonra avtomobillərinə əyləşərək yaşadıqları kəndə getmək üçün yola çıxmışlar. X62 avtomobili idarə etmiş, o, ön sərnişin oturacağında əyləşmişdir, uşaqları isə arxada oturmuşlar. X62 avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Xanqərvənd kəndinin mərkəzi küçəsindən Əlirzalı kəndinə ayrılan yola çatmağa təxminən 15-20 metr qalmış Pərviz sürəti azaltmış və sola dönmə işığını yandırmışdır. Bu zaman qəfildən arxa sağ tərəfdən onları ağ rənğli “Mercedes Benz” markalı avtomobil qabaq sol tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən onların avtomobili sola doğru əyilmiş və elə həmin andaca boz rəngli “Mercedes Benz” markalı avtomobil onların avtomobilini sol tərəfindən orta hissədən vurmuşdur. Bundan sonra o və oğlu Abbas Abbaslı zərbənin təsirindən avtomobildən yerə düşmüşlər, avtomobil isə bir neçə dəfə fırlanaraq yolun sol tərəfində olan ağaca çırpılmışdır. Bundan sonra ətrafa xeyli sayda kənd sakinləri toplaşmış və onları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində X62 aldığı xəsarətlərdən ölmüş, o və uşalarının 3-ü də müxtəlif növ bədən xəsarətləri almışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hər iki “Mercedes Benz” markalı avtomobilin sürəti 150 km/saatdan artıq olmuş, eşitdiyinə görə həmin avtomobillər bir-biri ilə ötüşmüşlər. Əlavə olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu bildirərək onlara ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamış, həmkəndli kimi münasibətləri həmişə yaxşı olmuşdur. 09 oktyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində o, İlkinlə söhbət edərkən Təqsirləndirilən şəxs2 də onların yanına gəlmişdir. Onlar bir qədər söhbət edib hal-əhval tutmuşlar. Söhbət əsnasında onlar gedib birlikdə çörək yeməyi qərara almışlar. İlkin özünə məxsus boz rəngli “Mercedes Benz” markalı avtomobili idarə etmişdir. İmran da atasına məxsus “Mercedes Benz E 320” markalı avtomobili idarə etmişdir. Onlar Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yerləşən “Xan” restoranına getməyi qərara almışlar. Onlar restorana gedib çörək yemişlər, İlkinlə o, araq içmiş, İmran isə araq içməmişdir. İlkin 2 qədəh içmişdir, o isə İlkindən bir neçə qədəh çox içmişdir. Onlar saat 22 radələrində restorandan çıxmışlar. O, İmranın avtomobilinə əyləşmiş, İlkin isə onların ardınca gəlmişdir. Siqaretləri qurtardığından Xanqərvənd kəndinin içində dükana gedib siqaret almışlar. Dükandan çıxdıqdan sonra o, İlkinin avtomobilinə əyləşmişdir. İmran isə öz avtomobilini idarə edib İlkinin arxası ilə gəlmişdir. İlkin avtomobili yüksək sürətlə idarə etmişdir. İlkinin sürəti təxminən 130-150 km/saat olmuşdur. Onlar yaşadıqları kənd istiqamətində gedərkən görmüşdür ki, təxminən 200 metr qarşıda “Naz Lifan” markalı avtomobil gedir. İlkin avtomobillə sol hərəkət zolağına çıxmışdır ki, “Naz Lifan” markalı avtomobili ötsün. İlkinin idarə etdiyi avtomobillə “Naz Lifan” markalı avtomobilin arasında təxminən 80-90 metr qalmış “Naz Lifan” markalı avtomobil sola dönmə işığını yandıraraq sola dönməyə başlamışdır. İlkin isə bir qədər də sola çəkərək “Naz Lifan” markalı avtomobil sola dönənə qədər ötüb keçmək istəmişdir. Lakin, İlkin keçə bilməmiş və hərəkət zolağının kənarında İlkinin idarə etdiyi avtomobillə “Naz Lifan” markalı avtomobil toqquşmuşdur. Toqquşma anında İlkinin avtomobilinin təhlükəsizlik yastıqları açılmış və bundan sonra o, heçnə görməmişdir, sadəcə avtomobilin sürüşməsini hiss etmiş, hər yer toz-dumana bürünmüşdür. O, öz tərəfindən qapını açıb çıxmaq istəsə də, qapı açılmamışdır. İlkin sürücü tərəfdən qapını açıb avtomobildən çıxmış, o da sürücü tərəfdən çıxmışdır. O, zəng edib təcili tibbi yardım çağırmışdır. İmranın avtomobili də yolun sol tərəfində, yəni İlkinin avtomobili ilə eyni istiqamətdə dayanmışdır. İmran da avtomobildən düşmüşdür. İmranın avtomobilinin sol qabaq küncü əzilmişdir. İmranının avtomobili hara vurmasını o, bilməmişdir. Sonra oraya çoxlu adamlar yığışmışlar. Həmin vaxt İlkin özünü pis hiss etmişdir, o, İlkinin üzünə su vurmuşdur. “Naz Lifan” markalı avtomobil iki hissəyə bölünmüşdür, yarısı yolun sol tərəfində, digər yarısı isə yolun sağ tərəfində olmuşdur. “Naz Lifan” markalı avtomobilin yanına xeyli sayda kənd sakini toplaşaraq avtomobilin içindəki adamlara kömək etməyə çalışmışlar. İlkin özünü pis hiss etdiyi üçün o, İlkinlə yaşadıqları kəndə getmiş və daha sonra təcili tibbi yardım çağırıb İlkini Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 və X33 ifadələrində zərərçəkmiş şəxsin hüqüqi varisi X29 ifadəsilə oxşar məzmunlu ifadələr verərək mərhum Pərviz Abbasovun dəfni və yas mərasimləri üçün, o cümlədən xəsarət almış şəxslərin müalicələri üçün mülki iddia haqqında ərizədə göstərilmiş xərcin çəkildiyini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Goranboy-Tərtər yolunun Goranboy rayonunun Xanqərvənd kəndi ərazisindən keçən 19-cu kilometrliyidir. Hadisə yerində yolun hərəkət hissəsi asfalt örtüklü olmaqla quru və hamardır. Yol iki tərəfli olmaqla, hərəkət hissəsinin eni 8 metrdir. Tərtər rayonu istiqamətində yolun sağ ehtiyyat hissəsi 2.5 metr, sol ehtiyyat hissəsi isə 2 metrdir. Hadisədən əvvəl X38 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xanqərvənd kəndi ərazisindən Tərtər rayonu istiqamətində hərəkətdə olmuşlar. X38 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xanqərvənd kəndi ərazisində Tərtər rayonu istiqamətində hərəkətini davam etdirib Goranboy rayonunun Əlirzalı kəndinə dönən yolayrıcına çatmamışdan öncə sola dönmə siqnalı yandırıb sola doğru dönməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təxminən 120-130 km/saat sürətlə Tərtər rayonu istiqamətində hərəkətdə olarkən əks, yəni sol hərəkət zolağına çıxaraq Pərviz Abbasovun idarə etdiyi avtomobili ötüb keçmək istəyərkən hərəkəti istiqamətində yolun sol kənarından mərkəzinə doğru 3 metr məsafədə sonuncunun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşması nəticəsində “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Tərtər rayonu istiqamətində yolun sol hərəkət hissəsi ilə hərəkətini davam etdirərək hərəkət hissəsində dayanmış, “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərbənin təsirindən ilkin toqquşma yerindən çəpinə 4 metr sağa doğru məsafə qət etdikdən sonra sağ arxa tərəfi ilə arxadan Tərtər rayonu istiqamətində saatda təxminən 125-130 km/saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qanadı ilə toqquşmuş, zərbənin təsirindən “Nazlifan” markalı avtomobilin motorxana hissəsi əsas hissədən ayrılaraq yolun sağ ehtiyat hissəsində dayanmış, avtomobilin geriyə qalmış əsas hissəsi isə Tərtər rayonu istiqamətində yolun sol ehtiyat hissəsindəki ağaca çırpılaraq dayanmışdır, “Mercedes Benz E 320” markalı avtomobil isə Tərtər rayonu istiqamətində düzünə hərəkətini davam etdirib yolun sol ehtiyyat hissəsinə çıxaraq dayanmışdır. Hadisə yerində ikinci toqquşmanın baş verdiyi yerə qədər Tərtər rayonu istiqamətində “Mercedes Benz E 320” markalı avtomobilin sağ təkərinə aid 16, sol təkərinə aid isə 12 metr uzunluğunda qoşa tormoz izi vardır. Toqquşmadan sonra dayanıqlı vəziyyətdə olan “Nazlifan” markalı avtomobilin əsas hissəsi ilə dayanıqlı vəziyyətdə olan “Mercedes Benz E 320” markalı avtomobil arasında olan məsafə 70 metr, toqquşmadan sonra dayanıqlı vəziyyətdə olan “Nazlifan” markalı avtomobilin əsas hissəsi ilə dayanıqlı vəziyyətdə olan “Mercedes Benz E 280” markalı avtomobil arasında olan məsafə 85, 2 metr, toqquşmadan sonra dayanıqlı vəziyyətdə olan “Mercedes Benz E 280” markalı avtomobillə dayanıqlı vəziyyətdə olan “Mercedes Benz E 320” markalı avtomobil arasında olan məsafə 15,2 metr olmuşdur. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək digər iz və ya hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25" X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 3359/K nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə təhqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Goranboy rayon X12 Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş 24 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Goranboy RMX-da sərxoşluğa görə tibbi müayinədən keçirilmişdir. Diaqnoz: Ayıq, alkaqol qəbulu əlaməti yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon icra hakimiyyəti başçısının Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 30 noyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayonu Sarov kəndində yaşayır, ailə üzvləri nənəsi X15, atası X39, anası X16, bacısı X40, bacısı X23 ibarətdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tərtər rayon icra hakimiyyəti başçısının Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 30 noyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayonu Sarov kəndində yaşayır, ailə üzvləri atası X34, anası X24, bacısı X8 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Tərtər rayon X26 Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş 24 noyabr 2021-ci il tarixli, 949 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Tərtər RMX PHŞ-nın poliklinika şöbəsinin ruhi-əsəb, onkoloji və narkoloji kabinetlərində dispanser qeydiyyatda dayanmırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli «avtomobilə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “Mercedes Benz E 320” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 280” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı və “Naz Lifan” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillər Goranboy rayon polis şöbəsinin inzibati binasının arxasında, cərimə meydançasında dayanmışlar. “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngdədir, ön sol qanadında zədə vardır və həmin nahiyədə başqa avtomobilə məxsus ola biləcək göy rəng izləri müşahidə edilir. Bundan başqa, sağ arxa tərəfində batıq, ön şüşənin (podpres) sərnişin oturacağı tərəfdə olan hissəsi zədələnmişdir. Avtomobilin ön sərnişin təhlükəsizlik yastığı açılmışdır. “Mercedes Benz E 280” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil boz rəngdədir. Avtomobilin ön sağ, sağ yan və arxa hissəsi çoxsaylı zədələr almışdır. Ön şüşə(podpres) sürücü tərəf olan hissədə dairəvi formada sınmış, sərnişin tərəf hissədə isə zədələnmişdir. Təhlükəsizlik yastıqları açılmışdır. Avtomobilin ön sağ və sağ yan nahiyələrində başqa avtomobilə aid ola biləcək göy rəng izlərinin olması müşahidə edilir. “Naz Lifan” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin motorxana, yəni ön hissəsi əsas hissədən ayrılmış vəziyyətdədir. Avtomobilin sol ön və arxa sağ tərəfdən bərk zərbələr alması nəticəsində deformasiya olması müşahidə edilir. Avtomobilin arxa sağ hissəsində başqa avtomobilə məxsus ola biləcək ağ rəng izlərinin olması müşahidə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25" X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 715 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, X17 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol ayaq pəncəsinin kəsilmiş yarası bərk küt əşyanın(ların) tinli hissəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25" X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 677 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, X20 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – bədənin çoxsaylı kəsilmiş yaraları, sağ bazunun 1/3-nin sınığı bərk küt əşyanın(ların) tinli hissəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25 " X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 675 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ kürək sümüyünün sınığı, hər iki topuğun açıq sınığı, ayağın çıxığı, bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25 " X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 678 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, X19 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət – sol körpücük sümüyünün sınığı, bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X25 " X58 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 686 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ döş körpücük nahiyəsinin əzniyi, sol körpücük sümüyünün qapalı sınığı bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X43-Təcrübi və Tədris Birliyi » tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 30 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – avtoqəza:-qarının ön divarının küt travması; dalağın və qara ciyərin əzilibdidilməsi; qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sol baldırın yarası. Qeyd olunan bu xəsarətlər bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X4 ölümünə səbəb qarının küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qanaxma olmuşdur. X4 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə toqquşma nəticəsində aldığı xəsarətlərdən, yoxsa Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə toqquşma nəticəsində aldığı xəsarətlərdən ölmə mexanizmini müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 18 yanvar 2022-ci il tarixli, 8/3213-6/5484 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yol kənarında maneyələrə dəyməklə öz ilkin formasını itirdiyindən onun “Mercedes Benz E 280 markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşma bucağını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanad, ön və arxa sağ qapıların səthində olan tünd göy metalik rəngli sürtünmə izləri “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü-tünd göy metalik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş, “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin kapotunun və ön sol hissəsinin səthində olan tünd göy metalik rəngli sürtünmə izləri “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş lak-boya örtüyü-tünd göy metalik rəngli üstü emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş, “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinin lak-boya örtüyündən götürülmüş boya nümunələrinin üzərində olan sürtünmə şəklində izlər boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına(yaranmasına) xarakterikdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi mövcud hadisənin baş vermə mexanizminə uyğundur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 “Mercedes Benz E 280” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 120-130 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almğa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X22 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi R.Abbasov tərəfindən verilmiş mülki iddia haqqında ərizədən görünür ki, o, yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş oğlunun dəfni üçün 15600 manat, xəsarət almış gəlini Qanuni nümayəndə və nəvələrinin müalicəsi üçün 10000 manat (sənədlərlə 7548 manat) xərc çəkmiş, mərhum oğluna məxsus nəqliyyat vasitəsi tamamilə yararsız hala düşməklə 7500 manat zərər dəymiş, mülki iddia üçün dövlət rüsumu olaraq 417 manat pul ödəmişdir. Bununla da cəmi 33,517 manatın maddi ziyanın əvəzi olaraq, hadisə nəticəsində keçirdikləri mənəvi sarsıntıya görə isə 100000 manatın, ümumilikdə isə 133.941,5 manatın təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək göstərmişdir ki, onun yol-nəqliyyat hadisəsinin baş verməsində heç bir rolu olmamış, hadisəni Təqsirləndirilən şəxs1 törətmişdir. Lakin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair rəydən müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almğa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni obyektiv ifadə kimi qəbul etmir. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2015-ci il təvəllüdlü X5 ayaq pəncəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi və X9 adına rəsmiləşdirilməklə X4 faktiki sahibliyində olan “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7.500 (yeddi min beş yüz) manat dəyərində maddi zərər vurulması da öz əksini tapmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Bundan başqa həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2015-ci il təvəllüdlü X5 ayaq pəncəsinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi və X9 adına rəsmiləşdirilməklə X4 faktiki sahibliyində olan “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7.500 (yeddi min beş yüz) manat dəyərində maddi zərər vurulması hissəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Vətən Müharibəsində sağ qolunu itirməklə İİ qrup əlil olması, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi, özünün də baş vermiş yol nəqliyyat hadisəsi zamanı az ağır xəsarət alması, zərərçəkmiş tərəfə 8000 (səkkiz min) manat ödəməklə barışığa cəhd etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərər çəkmiş tərəflə barışığa cəhd etməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs1 Vətən Müharibəsində iştirak etmiş, müharibədə sağ qolunu itirməklə İİ qrup əlil olmuş, müharibədə iştirakı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş, özü də baş vermiş yol nəqliyyat hadisəsi zamanı az ağır xəsarət almış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, zərərçəkmiş tərəfə 8000 (səkkiz min) manat ödəməklə barışığa cəhd etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X44 məhkəməyə mülki iddia haqqında ərizə verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş oğlunun dəfni üçün 15600 manat, xəsarət almış gəlini Qanuni nümayəndə və nəvələrinin müalicəsi üçün 10000 manat (sənədlərlə 7548 manat) xərc çəkdiyini, mərhum oğluna məxsus nəqliyyat vasitəsinin tamamilə yararsız hala düşməklə 7500 manat zərər dəydiyini, dövlət rüsumu üçün 417 manat pul ödədiyini bildirərək, cəmi 33517 manatın maddi ziyanın əvəzi olaraq, hadisə nəticəsində keçirdikləri mənəvi sarsıntıya görə isə 100000 manatın, ümumilikdə isə 133.941,5 manatın təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi verilmiş mülki iddianı müzakirə edərək hesab edir ki, mülki iddianın həm maddi, həm də mənəvi ziyanla bağlı hissədə qismən, maddi ziyanın vurulması ilə bağlı 31.065 (otuz bir min altmış beş ) manat, mənəvi ziyanın vurulması ilə bağlı isə 2000 (iki min) manat olmaqla, cəmi 33.065 (otuz üç min altmış beş) manat məbləğində təmin edilməsi ağlabatandır. Belə ki, maddi ziyanın vurulması ilə bağlı hissədə məhkəmə tərkibi mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) tərəfindən verilmiş mülki iddia haqqında ərizəyə əlavə edilmiş qəbzlərdən müalicə üçün çəkilmiş xərclərin 10000 manat deyil, 7548 manat olduğu müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 26-cı bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X21 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X21 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı təqsirləndirilən şəxslərin törətdikləri cinayət hadisəsi nəticəsində yaxın qohumunun həlak olması, digərlərinin isə xəsarət almaları ilə mənəvi sarsıntı və iztirab keçirmiş, həmçinin dəfn və müalicələri ilə bağlı xərc çəkmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, mülki iddia həm maddi, həm də mənəvi ziyanla bağlı hissədə qismən, cəmi 33.065 (otuz üç min altmış beş) manat məbləğində təmin edilməli, təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) hər birindən müvafiq olaraq 16.532,5 (on altı min beş yüz otuz iki) manat 50 (əlli) qəpik tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) R.A.Abbasova ödənilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş tərəfə 8000 (səkkiz min) manat məbləğində pulun ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 300 (üç yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Goranboy rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə, “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün həmin hissədə icrası Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanla bağlı hissədə qismən, maddi ziyanın vurulması ilə bağlı 31,065 (otuz bir min altmış beş ) manat, mənəvi ziyanın vurulması ilə bağlı isə 2000 (iki min) manat olmaqla, cəmi 33,065 (otuz üç min altmış beş) manat məbləğində təmin edilsin. Təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) hər birindən müvafiq olaraq 16.532,5 (on altı min beş yüz otuz iki) manat 50 (əlli) qəpik tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) R.A.Abbasova ödənilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş tərəfə 8000 (səkkiz min) manat məbləğində pulun ödənilməsi nəzərə alınsın. İş üzrə 300 (üç yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Goranboy rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Mercedes Benz E 320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə, “Naz Lifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-202/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-202/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver