Məhkəmə qərarları › İş №1(100)-202/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-202/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-202/2023 23.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13, müdafiəçi Gəncə 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Gədəbəy rayon Dövlət X4 72 saylı bölməsində sürücü vəzifəsində işləyən, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan, 10 dekabr 2022-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sərxoş halda yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmuş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X14 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs növbəti əmək məzuniyyətində olduğu 28 avqust 2022-ci il tarixdə saat 21 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi öz mülkiyyətində olan “Saz-Qaz-3511” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Gədəbəy rayonu, Daryurd kəndi ərazisindəki meşə sahəsində olan biçənəkdən həmkəndlisi Şahid2 məxsus ot kiplərini sonuncu və digər həmkəndlisi X25 ilə birlikdə idarə etdiyi avtomobilə yükləyərək Parakənd kəndi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol həkərəkti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, eləcə də həmin qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinə əsasən avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa) traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında, motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamların daşınması qadağan olduğu halda bu tələbləri pozaraq, Adil İmanovu idarə etdiyi həmin avtomobilin kabinasından kənarda, yəni avtomobilin kabinası ilə yük yerinin arasında daşımaqla və hərəkət üçün təhlükə şəraiti yaratmaqla hərəkətini nahamar, torpaq örtüklü enişli və yoxuşlu yolda davam etdirmiş, nəticədə avtomobilin kabinası ilə yük yerinin arasında yerləşən ehtiyat təkərin üzərində oturmuş X26 rayonu, Daryurd kəndinin “Yolaşan” adlanan ərazisində avtomobilin üzərindən yıxılaraq döş qəfəsinin yuxarı və aşağı ətraflarının sıyrıqları qismində sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən və qapalı kəllə-beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə əsası sümüyün (əsas sümüyün) sınığı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 və 24 avqust 2022-ci il tarixdə o, istifadəsində olan “Saz Qaz-3511” markalı yük avtomobili ilə Gədəbəy rayonu, Daryurd kəndi ərazisindən həmkəndliləri X25 və Şahid2 Qələndər oğlunun hər birinin yaşadıqları evə 1 maşın ot kipi daşımışdır. Həmin vaxt Adil İmanov və Şahid2 hər biri öz evinə gedən ot kiplərini özləri ayrılıqda yığmışlar. 28 avqust 2022-ci il tarixdə saat 16-17 radələrində həmkəndlisi Şahid2 onun istifadəsində olan (051) ***-**-** saylı telefon nömrəyə zəng vurub Daryurd kəndi ərazisindəki biçənəkdə bir qədər ot kipi qaldığını və həmin ot kiplərinin gətirilməli olduğunu bildirmişdir. Elməddin onun Gədəbəy rayonu, Parakənd kəndində yerləşən evinə gəlmiş və onlar birlikdə Daryurd kəndinin ərazisində yerləşən biçənəyə gedərək oradakı ot kiplərini “Saz Qaz-3511” markalı yük avtomobilinə yükləyərək Elməddinin evinə aparmışlar. Şahid2 evində ot kiplərini boşaltmağa sonuncunun qonşusu Adil İmanov kömək etmişdir. Yük maşınını boşaltdıqdan sonra yerdə qalan az sayda ot kiplərini gətirmək məqsədilə biçənəyə geri qayıdan zaman axşam düşdüyündən, işlərini tez bir vaxtda qutarmaq üçün X27 da köməyə çağırmışdır. Saat 19 radələrində Adil İmanov avtomobilin sərnişin bölməsi 2 nəfərlik olduğundan avtomobilin yük hissəsinə əyləşmiş və onlar birlikdə biçənək sahəsinə getmişlər. Onlar qalan ot bağlamalarını avtomobilə yığdıqdan sonra hər üçü avtomobilin kabinasına əyləşib yola düşmüşlər. Həmin vaxt o özü avtomobili idarə etmiş, Adil kabinada yerləşən matorxananın üzərində, Elməddin isə ön sağ oturacaqda əyləşmişdir. Daryurd kəndindəki fermanın yaxınlığına çatanda, düzlük ərazidə Adil matordan gələn istinin onu yandırdığını, ona isti olduğunu və avtomobili dayandırmağını bildirmişdir. Həmin vaxt o, avtomobili dayandırmış və Adilə kabinanın arxa hissəsindəki ehtiyyat təkərin qoyulduğu yerə keçməsini demişdir. Adil isə həmin yerə keçmiş, o, avtomobili idarə edərək düz ərazidən yoxuşu qalxıb enişə keçərkən təxminən 100 metr məsafə qət etmişdir. Eniş zamanı yolun nahamar olması səbəbindən avtomobilin sürətlər qutusunu birinci pilləyə keçirərək, əyləcdən istifadə etmiş və eyni zamanda ot bağlamalarının kəndirinin qırılmasından ehtiyyat edərək sol güzgüdən arxaya baxmışdır. Həmin vaxt əyləc işığının yanaraq yolu işıqlandırdığı müddətdə avtomobildən arxada, ağ rəngli şalvarın və bir ayağın yolun kənarına tərəf olduğunu görüb dərhal avtomobili dayandırmış və mühərriki söndürmüşdür. Daha sonra avtomobildən düşərək geriyə, təxminən 4-5 metr getmiş və bu zaman avtomobilin işığında Adilin baş hissəsinin yolun ortasına, ayaqılarının isə yolun sol kənarına tərəf yerdə uzandığını görrmüşdür. Həmin vaxt Elməddin də onun yanına gəlmiş və o, Adilin hərəkətsiz vəziyyətdə yerdə uzandığını başının sol sifət nahiyəsində qan olduğunu, yerdən qaldırarkən Adilin ağzından qan gəldiyini görmüşdür. O, dərhal qışqıraraq Elməddinə təcili tibbi yardım çağırmasını demiş, daha sonra isə Adilin hərəkət etmədiyini, nəfəs almadığını və nəbzinin atmadığını görüb onun öldüyünü bilmişdir. Sonra Adili yerə qoyub avtomobilinə gedib telefonunu götürərək tanışlarına ardıcıl zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan təxminən 5 dəqiqə sonra tanışları avtomobil ilə həmin yerə gəlmişlər və meyiti götürəcəklərini ona demişlər. O isə oradan piyada aşağı düşdükdə dayısı Şahid1la rastlaşmış və sonuncunun avtomobili ilə öz yaşadığı evə gedib əllərini yuduqdan sonra Gədəbəy rayon polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Adil İmanov ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. 27 avqust 2022-ci il tarixdə axşam saatlarında yatmazdan əvvəl təxminən 100 ml spirtli içki araq içmişdir. Səhəri gün, yəni 28 avqust 2022-ci il tarixdə saat 11 radələrində yuxudan oyandığı zaman başı ağrıdığı üçün yarım stəkan pivə içmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, Adil İmanov onun doğma oğludur. O, 23-24 avqust 2022-ci il tarixdə Daryurd kənd sakini Məqsəd adlı şəxsdən ot kipi almışdır. Həmin ot kiplərini Daryurd kəndindən yaşadığı evə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə gətirmişdir. Biçənəkdən ot kiplərini yük maşınına Təqsirləndirilən şəxs və Məqsəd adlı Daryurd kənd sakininin köməyi ilə yığmışdır. Həmin vaxt o, qoyun növbəsində olmuş və qoyunları ot kipi aldığı biçənəyə yaxın ərazidə otarmışdır. Lakin qoyun növbəsində olduğundan ot kiplərini evində həyat yoldaşı Şahid4 qonşusu Elməddin və onun həyat yoldaşı Günelin köməyi ilə boşaltmışdır. Bu vaxt oğlu X34 şəhəri ərazisində olmuş, nə ot kiplərinin yüklənməsində, nə də boşaldılmasında iştirak etməmişdir. 28 avqust 2022-ci il tarixdə təxminən saat 17-18 radələrində qonşusu Elməddinin yoldaşı Günel onların evinə gələrək Elməddinin ot kipi aldığını və boşaldılmasında ona kömək lazım olduğunu bildirmişdir. Bu zaman Adil ona köməyə getmişdir. Təxminən saat 18-19 radələrində oğlu Adil evə gələrək Elməddinin biçənəkdə ot kiplərinin qaldığını və yığılıb gətirilməsi üçün ona kömək lazım olduğunu bildirmişdir. O, Adilə “Elməddin tək adamdı, kömək lazımdısa elə ama ehtiyyatlı ol” demişdir. Bundan sonra Adil qara rəngli qolsuz gödəkcəsini geyinib evdən çıxmışdır. Ot kiplərini gətirmək üçün getdiyi zaman Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilin içərisinə deyil yük hissəsinə minmişdir. Həmin gün axşam saat 21-22 radələrində evində olduğum zaman qonşusu Elməddinin həyat yoldaşının qışqıraraq qonşusu və qohumu olan Pərviz Bayramovun evinə getdiyini görmüşdür. Həmin vaxt həyat yoldaşı da Pərviz Bayramovun evində olmuşdur. O da onların ardınca Pərvizin evinə getmiş və yoldaşı Sevincin qışqıraraq ağladığını görmüşdür. O, ora çatdıqdan dərhal sonra yoldaşı X17 idarə etdiyi Niva markalı avtomobil ilə hadisə yerinə getmişdir. O da onların ardınca əmisi oğlu X8 idarə etdiyi “Niva” markalı avtomobil ilə hadisə yerinə getmişdir. Yolda olduğu zaman “Vilis” markalı avtomobil ilə mərhum oğlunun gətirildiyini görüb onlar da geriyə dönmüşlər. Həmin vaxt təcili tibbi yardım avtomobili onun evinin yanına çatmışdır. Dərhal Adili təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. Arvadı Sevincdə təcili tibbi yardım avtomobilinə əyləşmiş və xəstəxanaya getmişdir. O özü isə evdə qalmışdır. Pərviz Bayramov xəstəxanaya getdikdən sonra geri qayıtmış və onu də xəstəxanaya aparmışdır. Oğlunun ölümünü isə xəstəxanaya çatdığı zaman öyrənmişdir. Təqsirləndirilən şəxs ilə Adil İmanov arasında ədavət və ya düşmənçilik olmamışdır. Onların nə vaxtsa dava etdiyinin şahidi olmamış və bu barədə eşitməmişdir. Adil İmanovla qonşuları Şahid2 arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Onların nə vaxtsa mübahisə etdiyinin şahidi olmamış və bu barədə eşitməmişdir. Şahid2lə onlar qapı bir qonşudurlar. Elməddin və ailə üzvləri ilə ailəvi gediş-gəlişləri olmuş, hər zaman bir birilərinə təsərrüfat işlərində kömək etmişlər. O, hadisənin baş verdiyi tarixdə Təqsirləndirilən şəxs görməmiş və bu səbəbdən onun içkili olub-olmadığını bilmir. O, hadisə yerində olmamışdır. O, Adil İmanovu 28 avqust 2022-ci il tarixdə ot presləri daşıyarkən görməmişdir. Onun hansı şəraitdə xəsarət alaraq öldüyünü bilmir. Sonradan Şahid2 deməsindən bilmişdir ki, Adil İmanov “Saz Qaz-3511” markalı avtomobilin yük hissəsi ilə sərnişin kabinasının arasında olan boşluq hissədə ehtiyyat təkərin üzərində əyləşmiş, həmin avtomobil hərəkət edərkən yıxılaraq xəsarət alıb ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki həmkəndlisi kimi tanımışdır. Adil İmanov həmçinin onun qonşusu olmuşdur. Onunla aralarında daim xoş münasibət olmuş, ədavətləri və düşmənçilikləri olmamışdır. 28 avqust 2022-ci il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs zəng edərək Daryurd kəndindəki biçənək sahəsindən ot kipləri gətirməli olduğunu və vaxtı varsa həmin kipləri onun maşını ilə gətirmək istədiyini demişdir. İsəbani ona razılıq vermiş və onlar biçənək sahəsində görüşmüşlər. Hər ikisi birlikdə ot kiplərini avtomobilə yükləmişlər və onun Parakənd kəndindəki evinə aparmışlar. Adil İmanov onun qapı qonşusu və qohumudur. Bu səbəbdən aralarınlda yaxın münasibət, ailəvi gediş-gəliş olmuşdur. Adil İmanovu öz övladı kimi sevmiş, sonuncu daim ona işlərində kömək etmişdir. Evində ot kiplərini boşaltdığı zaman Adil gəlmiş və ona kömək etmişdir.. Ot kiplərini boşaldıb bitirdikdən sonra isə biçənək sahəsində bir qədərdə ot qaldığını bildirmişdir. Adil İmanov axşam düşdüyünü və işin tez qutarması üçün ona kömək edəcəyini demişdir. O, Adilə onlarla birlikdə gəlməyə ehtiyac olmadığını və əsas köməyin evdə lazım olacağını demişdir. Adil isə ona kömək edəcəyini demiş və İsəbaninin maşınının arxa yük hissəsinə minmişdir. Həmin vaxt o və Adil avtomobilin yük hissəsində biçənək əraziyə getmişlər. Ot kiplərini o, yerdən qaldırmış, Adil İmanov isə yük avtomobilin üzərində onları səliqə ilə düzmüşdür. Həmin vaxt təxminən saat 19-20 radələri olmuşdur. Yerdə qalan təxminən 80-90 ədəd ot kipini yığdıqdan sonra İsəbani və o, hərəsi avtomobilin bir tərəfində dayanıb kəndiri Adilə atmışlar, sonuncu isə kəndiri tarım çəkib ot bağlamalarını bağlamışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün kəndiri bağlayarkən telefonun işığından istifadə etmişlər. İşlərini bitirdikdən sonra Adil avtomobilin kabinası ilə yük yerinin arasındakı ayaqaltıdan istifadə edərək yerə düşmüşdür. Daha sonra hər üçü avtomobilin kabinasına oturaraq yola düşmüşlər. Həmin vaxt İsəbani avtomobili idarə etmişdir. Adil matorxananın üzərində, özü isə ön sağ oturacaqda oturmuşdur. Yol ilə gələrkən “Yol aşan” adlanan yerdə, Daryurd kəndinin icra nümayəndəsi Rəşad Mahmudovun tikdirdiyi fermanın yaxınlığına çatanda, bir qədər dincəlmək üçün dayanmış və çay içmişlər. Hərəkətə başlamazdan əvvəl Adil İsəbaniyə matordan gələn istinin onu yandırdığını, ona isti olduğunu və yük yeri ilə kabinə arasında, ehtiyyat təkərin üzərində gedəcəyini bildirmişdir. Həmin vaxt o və X31 içəridə oturmasını desələr də, Adil razılaşmamış və içərinin isti olduğunu, çöl hissədə gələcəyini demişdir. Bu zaman İsəbani Adilə kabinanın arxa hissəsindəki ehtiyyat təkərin qoyulduğu yerə keçməsini, avtomobilin yük yerinə bərkidilmiş armaturdan bərk tutub dayanmasını demişdir. Adil isə həmin yerə keçərək əlini İsəbaninin göstərdiyi yerdən tutub onlara narahat olmamalarını və İsəbaniyə avtomobili sürməyini bildirmişdir. Daha sonra İsəbani avtomobili idarə edərək düz ərazidən yoxuşu qalxıb enişə keçərkən təxminən 100 metr məsafə qət etmişdir. Eniş zamanı yolun nahamar olması səbəbindən İsəbani avtomobili yavaş sürətlə idarə edtmişdir. Lakin yol nahamar olduğundan və yükün təsirindən avtomobil ləngərləmişdir. Yolun dik hissəsini keçərək 5-10 metr irəlilədikdən sonra İsəbani yanan əyləc işığında maşından bir qədər arxada ayaq gördüyünü demiş və dərhal maşını saxlamışdır. Onlar hər ikisi maşından enmiş və arxaya doğru qaçmışlar. Bu zaman Adilin baş hissəsi yolun ortasına, ayaqıları isə yolun sol kənarına tərəf yerdə uzanıqlı halda görmüşlər. Adilə çatdıqda onun hərəkətsiz vəziyyətdə yerdə qaldığını və başının sol sifət nahiyəsindən qan axdığını görüb yerdən qaldırarkən Adilin ağzından qan gəlmişdir. Bundan sonra o və İsəbani tanıdıqları adamlara zəng edib kömək istəmişlər. Təxminən 5-10 dəqiqə sonra İsəbaninin iş yoldaşı “UAZ-Vilis” markalı avtomobil ilə gəlmiş və dərhal Adil İmanovu həmin avtomobilə mindirərək təcili tibbi yardım avtomobilinin qabağına aparmışdır. O da qaynatası Mahir Aslanovun idarə etdiyi «Niva» markalı avtomobil ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına getmişdir. Təxminən saat 19-20 radələrində onlar ot kiplərini yükləmiş və Parakənd kəndi istiqamətində geri qayıtmışlar. Hadisə baş verdiyi zaman isə saat 21 radələri olmuşdur. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs hərəkətlərində sərxoşluq əlamətləri hiss etmişdir. Təqsirləndirilən şəxs bir qədər kefli tərzdə hərəkət etmiş, lakin, sonuncudan spirt iyinin gəlməsini hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Parakənd kənd sakini Təqsirləndirilən şəxs onun doğma bacısının oğludur. 28 avqust 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib “Adil adlı kəndçim sürdüyüm maşının yük yerindən yıxılıb, boynu altında qalıb, ölüb, gəlin kömək edin meyiti götürək, mən polis şöbəsinə gedirəm” demişdir. Həmin vaxt o, yaşadığı evdə ailə üzvləri ilə birlikdə olmuşdur. Danışıq zamanı nə baş verdiyini soruşduqda İsəbani ot presi gətirərkən Daryurd kəndinin “Yol aşan” adlanan ərazisində Adilin onun sürdüyü “Saz Qaz-3511” markalı maşının yük yerindən yerə yıxılıb, boynu altında qalaraq öldüyünü bildirmişdir. Bu xəbəri aldıqdan sonra özünə məxsus “Niva” markalı ağ rəngli **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Yol aşan” adlanan əraziyə tək getmişdir. O, mərhum X19 həmkəndlisi kimi tanımışdır. Adil İmanovla heç bir düşmənçiliyi və ədavəti olmamış, onunla normal münasibəti olmuşdur. X32 kəndi ərazisində kənd sakinlərinin işlərinə kömək etməklə fəhləlik etmiş, bəzən də toylarda ofisiant kimi işləyib çörək pulu qazanmışdır. O, hadisə yerinə çatdıqda İsəbani, İsəbaninin daşıdığı ot preslərinin sahibi Elməddin Qələndər oğlu, Pərviz adlı həmkəndlisi, mərhum Adil İmanovun adlarını bilmədiyi atası və anası orada olmuşlar. Adil İmanovun meyitini “Saz Qaz-3511” markalı maşının arxa tərəfində təxminən maşından 10 metr aralı, yolun ortasında arxası üstə sifət nahiyəsi qana bulaşmış halda olduğunu görmüşdür. Hadisə yerində də İsəbanidən, o cümlədən Elməddindən hadisənin necə baş verdiyini soruşduqda Adil İmanovun “Saz Qaz-3511” markalı maşının üstündən yıxıldığını və öldüyünü bildirmişlər. Həmçinin İsəbanı ona “Maşını sürdüyüm vaxt aynaya baxanda maşının arxa tərəfində kiminsə ayağının olduğunun şahidi oldum, maşını saxlayıb düşdükdə Adilin maşından yıxıldığını bildim» demişdir. Beləliklə Adilin meyitini hadisə yerinə gələn Daryurd kənd sakini olan tanımadığı şəxsin “Uaz” markalı avtomobilinə qoyub rayon xəstəxanasına göndərmişlər. Elə həmin vaxt kimsə təcili tibbi yardıma məlumat vermişdir. Sonradan öyrənmiş ki, rayon ərazisində ona məlum olmayan yerdə Adilin meyitinin olduğu “Uaz” markalı avtomobil təcili tibbi yardım avtomobili ilə qarşılaşmış və meyit təcili tibbi yardım avtomobilinə qoyularaq rayon xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. Onun kiminləsə düşmənçilik etdiyinin və dava etdiyinin şahidi olmamış, o cümlədən bu barədə heç kəsdən eşitməmişdir. Təqsirləndirilən şəxs heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş və bununla əlaqədar heç bir tibb müəssisəsində qeydiyyatda olmamışdır. İsəbani heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və o, bu barədə eşitməmişdir. İsəbani spirtli içki içən biri olmuşdur. O, mütəmadi olaraq spirtli içkilər qəbul etməsə də toy və digər xeyir məclislərində az miqdarda spirtli içkilər içmişdir. İsəbani spirtli içki qəbul etdikdə özünü sərbəst idarə edə bilmiş, sərxoş olsa da heç kəslə münasibətlərini korlayıb dava etməmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt sərxoş olduğunu görməmişdir. Onun hadisə baş verən vaxt sərxoş olduğunu rayon polis şöbəsində sərxoşluq müayinəsindən keçirilərkən öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Parakənd kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon X12 hissəsində sürücü işləyir. Təqsirləndirilən şəxs evlidir və 2 övladı vardır. O, rayonun Parakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İsəbani Əsəgrovun özünə məxsus “Saz Qaz-3511” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır və həmin avtomobillə o, maddi durumu zəif olduğu üçün boş vaxtlarında iş saatından kənar kənd sakinlərinin ot preslərini daşıyır. 28 avqust 2022-ci il tarixdə axşam saatlarında Rəşad Mahmudova məxsus fermada olduğu zaman fermanın qarşısından maşın keçdiyini eşitmişdir. Maşın keçdikdən bir qədər sonra fermanın həyətindəki itlər hürməyə başlamışdır. Çölə çıxdığı zaman həmin maşının təxminən 100 metr aralıda işıqlarının yanılı vəziyyətdə dayandığını və həmin yerdən səs-küy gəldiyini eşitmişdir. Həyat yoldaşına içəridən fənər gətirməsini bildirmiş və həmin fənərin işığı ilə maşının olduğu yerə getmişdir. Maşının dayandığı ərazi kənd arasında “Yolaşan” adlanır. Oraya çatdığı zaman yük maşından arxada mərhum Adil İmanovun yerdə uzanaraq çırpındığını, İsəbani və Elməddin adlı şəxsin isə onun yanında duraraq ağladıqlarını, həmçinin İsəbaninin kiməsə zəng edərək vəziyyəti izah etdiyini və kömək çağırdığını görmüşdür. Onlara yaxınlaşaraq nə olduğunu soruşduqda ona Adilin yük maşınının üzərində yıxıldığını demişlər. Adil İmanovun ağız və burun nahiyəsindən qan gəlmiş, o təxminən 1 dəqiqə çırpındıqdan sonra keçinmişdir. Bundan sonra o, dərhal fermaya qaçmış və mərhumu xəstəxanaya aparmaq üçün adyal gətirmişdir. Bundan sonra onlar mərhumu adyalın üzərinə qoymuşlar. Həmin vaxt «Niva» markalı maşın ilə İsəbaninin dayısı Şahməddin və tanımadığı bir neçə şəxs oraya gəlmişlər. Onlardan sonra isə əmisi Şahid5 idarə etdiyi “Vilis” markalı maşın ilə hadisənin baş verdiyi yerə gəlmişdir. Onunla birlikdə həmkəndliləri Mais Tağıyev və oğlu Mehdi Məsimli də oraya gəlmişlər. Bu zaman onlar köməkli mərhum Adil İmanovu “Vilis” markalı avtomobilin arxa oturacağına uzanıqlı vəziyyətdə qoymuşlar və onu təcili tibbi yardım avtomobilinin qarşısına aparmışlar. Təqsirləndirilən şəxs ilə mərhum Adil İmanov arasında ədavət və ya düşmənçilik olmamışdır. Onların nə vaxtsa dava etdiyinin şahidi olmamış və bu barədə eşitməmişdir. Eşitdiyi səs-küy qarşılıqlı mübarizəni xatırlatmamışdır. Fermadan çıxdığı zaman oradan ağlamaq səsi eşitmiş və dərhal həmin əraziyə getdiyi zaman Adil İmanovun yerdə qan içində uzandığını görmüşdür. Təqsirləndirilən şəxs heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. Onun kiminləsə düşmənçilik etdiyinin və dava etdiyinin şahidi olmamış, o cümlədən bu barədə heç kəsdən eşitməmişdir. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və o, bu barədə eşitməmişdir. Lakin İsəbani, mütəmadi olaraq spirtli içkilər qəbul etməsə də toy və digər xeyir məclislərində az miqdarda spirtli içkilər içmişdir. İsəbani, spirtli içki qəbul etdikdə özünü sərbəst idarə edə bilmişdir. İsəbani sərxoş olsa da heç kəslə münasibətlərini korlayıb dava etməmişdir. O, hadisə yerində olduğu zaman Təqsirləndirilən şəxs hadisə baş verən vaxt sərxoş olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə Elməddin ondan aldığı presləri iki dəfəyə aparmışdır. Bu zaman ot kiplərinin maşına yüklənməsində o, Şahid2 kömək etmişdir. 28 avqust 2022-ci il tarixdə birinci yığım zamanı ot kiplərini o və Elməddin yığmışlar. Lakin bu zaman Adil İmanov onlarla birlikdə ot kipi yığmamışdır. Lakin ikinci dəfə axşam saatlarında ot kipi yığdıqları zaman Adil İmanov da onlarla birlikdə olmuş və kömək etmişdir. Bu zaman o və Adil İmanov maşının üzərində ot kiplərini səliqə ilə düzür, İsəbani ilə Elməddin isə yerdən ot kiplərini onlara qaldırmışdır. Ot kiplərini yığdıqları zaman Elməddin, İsəbani, Adil və onun arasında hər hansı narazılıq yaranmamışdır. Onlar biçənəkdən ot kiplərini yığaraq geri qayıtdıqları zaman o, yük yeri ilə kabinənin arasında, ehtiyyat təkərin yanında oturmuşdur. İsəbani maşını idarə etmiş, Elməddin sərnişin oturacağında oturmuş, Adil isə kabinədə motorxananın üzərindəki hissədə oturmuşdur. Rəşad Mahmudova məxsus fermanın yanında onlar istirahət etmək üçün dayanmışlar. Həmin vaxt saat 21 radələri olmuşdur. Onlar çay içdikdən sonra hərəkətə başlamazdan əvvəl Adil İmanov içəridə motorun istisinin onu yandırdığını və arxa hissədə ehtiyyat təkərin yanında gedəcəyini bildirmişdir. Bu zaman həm o, həm Elməddin, həm də X31 içəridə oturmasını desələr də Adil onlarla razılaşmamışdır. Bundan sonra İsəbani sükan arxasına, Elməddin sərnişin oturacağına Adil İmanov isə yük yeri ilə kabinə arasında, ehtiyyat təkərin yanına minərək Parakənd istiqamətində hərəkətə davam etmişlər. O da yaşadığı fermaya doğru getmişdir. Fermaya daxil olduğu zaman isə birdən itlərin hürdüyünü və “Yolaşan” adlanan ərazidən səs küy gəldiyini eşitmiş və oraya getmişdir. İsəbani maşını idarə edərək getdiyi zaman o, artıq fermada olmuş və bu səbəbdən onun maşını hansı sürətlə idarə etməsini görməmişdir. Lakin həmin yol nahamar və yoxuş olduğundan üzərində yük olan maşını yüksək sürətlə idarə etmək mümkün deyildir. Təqsirləndirilən şəxs harada içdiyini görməsə də, həmin vaxt yüngül içkili vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs spirt iyi gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2003-cü ildə Gədəbəy rayonu, Parakənd kənd sakini X13 ilə rəsmi olaraq ailə qurmuşdur. Həmin nikahdan Adil İmanov və Aysel İmanova adlı iki övladı olmuşdur. Hazırda əri Elnur İmanov və qızı Aysel İmanova ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayırlar. Əri Elnur təsərrüfatla məşğul olur, qızı Aysel isə Parakənd kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alır. 28 avqust 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında qızı Aysel, oğlu Adil və əri Elnurla birlikdə özlərinə məxsus kartof sahəsində işləmişlər. Həmin gün axşam təxminən saat 17 radələrində qonşuları, soyadını bilmədiyi Günel adlı qadın öz həyətlərindən oğlu Adili səsləyib əri Şahid2 ot preslərinin yığılmasında kömək etməsini xahiş etmişdir. Oğlu Adil kənd arasında qonşuların təsərrüfat işlərində kömək etmiş, bunun müqabilində də qonşular işlərində onlara kömək etmişlər. Beləliklə də 28 avqust 2022-ci il tarixdə oğlu Adil qonşuları Şahid2 təsərrüfat işlərində kömək etməsi üçün evdən çıxıb getmiş, o, isə qızı və əri ilə birilikdə kartof sahəsində işləməyə davam etmişlər. Həmin gün axşam saatlarında hava qaranlıq olmuş, xatırlamadığı vaxtda qonşusu Elməddinin yaşadığı evdən səs-küy gəldiyini eşitmişdir. Belə ki, Elməddinin arvadı Günel qışqırıb ağlayaraq “”Sevincin evi yıxıldı” demişdir. O, səsi eşidib Günelin olduğu evə tərəf getdikdə Günelin Pərviz adlı qonşularının evinə tərəf qaçaraq Pərvizdən kömək istəməsini eşitmişdir. Bundan sonra Günelə yaxınlaşıb nə baş verdiyini soruşmuş və sonuncu “Adil maşından yıxılıb, ona nəsə olub, evimiz yıxılıb” demişdir. Bundan sonra Pərvizin avtomobilinə əyləşərək sonuncunun qardaşı Təbrizlə birlikdə dərhal Adilin ot presləri daşıdığı yerə getmişlər. Həmin yer Parakənd kəndinin yuxarı hissəsində, Daryurd kəndinə gedən yolun üstündə yerləşir. Adilin həmin yerdə yıxıldığını avtomobildə gedərkən öyrənmişdir. Adilin yıxıldığı “Yolaşan” adlanan yerə çatdıqda üzərində ot presləri olan “Saz Qaz-3511” markalı avtomobilin yolun ortasında dayandığını və həmin avtomobilin arxasında yolun aşağı tərəfində olan bulağın yanında oğlu Adili yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin yerdə Elməddin və daha 4 nəfər tanımadığı şəxs olmuş, lakin “Saz Qaz-3511” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Belə ki, oğlu Adil arxası üstə yerdə uzanmış vəziyyətdə, sifət nahiyəsi isə qana bulaşmış halda olmuşdur. Adilə yaxınlaşaraq boynundan qucaqlamış və gözlərinin yumulduğunu görmüşdür. Bundan sonra oğlu Adilin hər hansı hərəkət etdiyini görməmişdir. Adilin meyitini hadisə yerinə gələn tanımadığı şəxsin “Uaz Vilis” markalı avtomobili ilə Parakənd kəndinin mərkəzinə gətirmişlər. Təcili tibbi yardım avtomobili onları Parakənd kəndinin mərkəzində gözləmişdir. Daha sonra təcili tibbi yardım avtomobili ilə Adilin meyitini Gədəbəy mərkəzi rayon xəstəxanasına aparmışlar. Mərhum oğlu X28 Əsgərov arasında ədavət və ya düşmənçilik olmamışdır. Onların nə vaxtsa dava etdiyinin şahidi olmamış və bu barədə eşitməmişdir. Ümumiyyətlə oğlu Adilin hər hansı şəxslə mübahisəsi və dava dalaşı olmamış, sakit təbiətli biri olmuş, bütün kənd sakinləri ilə münasibətləri normal olmuşdur. Həmçinin mərhum oğlu Adil İmanovla qonşusu Şahid2 arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Onların nə vaxtsa mübahisə etdiyinin şahidi olmamış və bu barədə eşitməmişdir. Şahid2lə qapı bir qonşu olmuşlar. Elməddin və ailə üzvləri ilə ailəvi gediş-gəlişləri olmuş, hər zaman bir birilərinə təsərrüfat işlərindəd kömək etmişlər. Adil İmanovu 28 avqust 2022-ci il tarixdə ot presləri daşıyarkən görməmiş, onun hansı şəraitdə xəsarət alaraq öldüyünü bilmir. Lakin, sonradan Şahid2 deməsindən bilmişdir ki, Adil İmanov “Saz Qaz-3511” markalı avtomobilin yük hissəsi ilə sərnişin kabinasının arasında olan boşluq hissədə, ehtiyyat təkərin üzərində əyləşmiş, həmin avtomobil hərəkət edərkən yıxılaraq xəsarət alıb ölmüşdür. Adil İmanov ot presləri gətirdiyi “Saz Qaz-3511” markalı avtomobildən yıxılaraq ölmüşdür. Adilin ölümündə kənar şəxslərin, o cümlədən “Saz Qaz-3511” markalı avtomobilin sürücüsünün təqsiri vardırsa cəzalandırılmalarını xahiş edir. Adil İmanovun heç bir xəstəliyi olmamış, onun hansısa xəstəlikdən şikayət etdiyini eşitməmiş və görməmişdir. Adil İmanovun kiməsə, o cümlədən kiminsə Adilə pul borcu olmamışdır. Hadisə baş verən yerə çatdığı zaman orada Elməddin, İsəbaninin dayısı Şahməddin və tanımadığı 4 nəfər şəxs olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yolnəqliyyat hadisəsinin baş verdiyi yer - Gədəbəy rayonu, Daryurd kəndinin “Yolaşan” adlanan ərazisində olan torpaq örtüklü yoldur. Yol nahamardır, enişli-yoxuşludur. Həmin, yəni hadisənin baş verdiyi yoldan keçməklə, yoxuşa qalxıb sağa, daha sonra isə sola dönərək Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Daryurd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi X9 məxsus fermanın qarşısından keçən nahamar, enişli-yoxuşlu, daş və çınqılla örtülü torpaq yolla irəliləyib Daryurd kəndinin inzibati ərazisi olan meşə sahəsinə getmək mümkündür. Hava yağmursuz, torpaq yol quru vəziyyətdədir. Hadisənin baş verdiyi yolun sağ və sol hissəsi təpəlikdir, yol kənarlara nisbətən çökəkdədir. Yolun orta hissəsi bir qədər dik, təkər arası hissə isə seyrək otla örtülüdür. Ərtafda əkin sahələri vardır. Yol maillidir. Yolun eni 2.9 metrdir. Gədəbəy rayonu, Parakənd kənd sakini Təqsirləndirilən şəxs məxsus “Qaz-3511” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolun mərkəz hissəsində üzü Parakənd kəndi istiqamətində, yolun yoxuş hissəsinin başlanğıcından 19 metr məsafədə dayanmışdır. Avtomobilin arxasından 2 metr məsafədə, meşə istiqamətində irəlilədikdə, yolun sol hissəsində bulaq mövcuddur. Avtomobilin yük hissəsində 83 ədəd ot kipi vardır. Həmin avtomobilin arxa hissəsindən 12 metr, yoxuş yolun başlanğıc hissəsindən isə 7 metr məsafədə torpağın otla örtülü hissəsindəki daşın üzərində, eləcə də həmin daşın sağ və sol ətrafında səpələnmiş halda qanabənzər ləkə vardır. Yoxuşun üzü Parakənd kəndi istiqamətində, yolun sağ hissəsində 01 ədəd göy rəngdə, üzərində sarı rəngdə kürək-kürəyə oturmuş 2 insan rəsmi həkk olunmuş, üst hissəsinə “kappa”, daban hissəsinə isə “sports” sözü yazılmış çəkələyin sol tayı vardır. Təqsirləndirilən şəxs məxsus “Qaz-3511” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili üzü Parakənd kəndi istiqamətində gedən torpaq yolun mərkəz hissəsindədir. Həmin yük avtomobilinin uzunluğu 5.66 m, eni 2.34 m, sərnişin hissəsi ilə yük hissəsi arasındakı məsafə isə 70 sm-dır. Avtomobilin arxa oxunda 4, ön oxunda isə 2 təkər vardır. Təkərlər istifadə olunmuş halda olsa da, yaxşı vəziyyətdədir. Yük maşınının arxa oxunun eni təkərlərin çölündən 220 sm, içərisindən isə 120 sm-dır. Avtomobilin tormozlama sistemi işlək vəziyyətdədir. Avtomobilin sərnişin bölməsi 2 nəfərlik olmaqla sürücü və sərnişin üçün nəzərdə tutulmuşdur. Sürücü oturacağı tünd mavi, sərnişin oturacağı isə qırmızı rəngli örtüklə üzlənmişdir. Sürücü və sərnişin oturacaqlarının arasında üzəri qəhvəyi rəngli dəriyə bənzər örtüklə örtülmüş mator bölməsinin üst qapağı mövcuddur. Həmin qapağın alt hissəsində avtomobilin matorxanası yerləşir. Avtomobilin sürətlər qutusunu idarəetmə qolu matorxananın arxa hissəsində, Sürücü və sərnişin oturacaqlarının arasında yerləşir. Avtomobilin sağ və sol yan güzgüləri vardır ki, sükan arxasında əyləşdikdə həmin güzgülərdən avtomobilin arxa hissəsini görmək mümkündür. Tormoz əyləcini sıxdıqda arxa stop işıqları yanır. Avtomobilin sərnişin bölməsi ilə yük bölməsi arasında məsafə 70 sm olmaqla, mərkəz hissəsində ehtiyyat təkər bərkidilmişdir. Həmin təkərə əllə təmas etdikdə yerinə möhkəm bağlanmış və hərəkətsizdir. Təkərin sol, yəni, sürücü tərəfdə olan kənarında dəmir materialdan əşya qutusu bərkidilmişdir. Həmin qutu da əllə təmas etdikdə yerinə möhkəm bağlanmış və hərəkətsizdir. Avtomobilin yük hissəsinin sağ və sol kənarları 1.1 metr hündürlükdə olmaqla dəmir materialdandır. Yük yeri ilə sərnişin bölməsi arasında olan arakəsməsi 1.3 m hündürlükdə olmaqla aşağı yarısı dəmir, yuxarı hissəsi isə taxta materaldandır. Taxtanın üst hissəsində yük bölməsinin ön tərəfinin sağ və sol kənarlarını birləşdirən qalın armatur mövcuddur. Qeyd olunduğu kimi avtomobilin yük hissəsinə 83 ədəd ot kipi yığılmışdır. Həmin ot kipləri kəndir iplər vasitəsilə avtomobilin yük hissəsinin sağ və sol kənarına sıx bərkidilmişdir. Ot kiplərinin avtomobilin üst hissəsindəki uzunluğu 3.7 m, eni isə 2.2 metrdir. Ot kiplərinin arxa tərəfində, üst mərkəz hissəsində nisbətən aralanma müşahidə edilir. Avtomobilin üzərində olan ot kiplərinin üst kənarından yerə qədər hündürlük 3.4 metr, arxa borta 2.2 metr, bortdan yerə qədər məsafə isə 1.2 m-dır. Torpaq örtüklü yolda tormoz izi müşahidə edilmir. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs mərhum X20 yolun bir hissəsini avtomobilin sərnişin bölməsində, matorxananın üzərində oturaraq gəldiyini, hadisənin baş verdiyi yerdən 70 metr məsafədə yerləşən X9 məxsus fermanın qarşısında isə matorxananın üzərinin isti olması səbəbindən enərək avtomobilin yük hissəsi ilə sərnişin bölməsinin arasındakı ehtiyyat təkərin üzərinə oturduğunu, yolun təpə hissəsini keçərək eniş istiqamətində düşərkən əyləci istifadə etdiyi zaman əyləc işığının yanaraq yolu işıqlandırdığı müddətdə, avtomobilin sol yan güzgüsündən arxaya baxdığı zaman, avtomobildən arxada, ağ rəngli şalvarın və bir ayağın yolun kənarına tərəf olduğunu görüb dərhal avtomobili dayandırdığını, daha sonra avtomobildən düşərək həmin yerə yaxınlaşdıqda Adil İmanovu huşsuz, başından xəsarət almış vəziyyətdə, başı yolun mərkəz hissəsinə, ayaqları isə meşə istiqamətində gedən yolun sağ tərəfinə üzanmış halda gördüyünü bildirdi. Rəşad Mahmudova məxsus fermadan hadisənin baş verdiyi yerə qədər yol 50 metr məsafədə yoxuş, yolun mərkəzindəki təpəni keçdikdən sonra isə 7 metr məsafədə eniş istiqamətində uzanır. Həmin yol nahamar və enişli yoxuşludur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit kişi cinsi olub, düzgün bədən qurluşludur, boyunun uzunluğu 180 sm-dir. Sol göz ətrafı yumşaq toxumalar 5.5 x 3.5 sm ölçülü sahədə qançırlıdır. Ağlı qişaya qansızıma yoxdur. Hər iki qulaq keçəcəklərindən duru qan axır. Sol bazunun orta 1/3-in arxa səthində 8x5 sm bayır səthində 5x1 sm, sol dirsək oynağının bayır səthində 4.5x4 sm, sağ bazunun aşağı 1/3-i və sağ saidin orta 1/3-ni əhatə edən 23x4.5, sağ əlin üst səthində 2-ci daraq sümüyü proyeksiyasında 5x1 sm, döş qəfəsinin sağ yan səthinin 5-ci, 7ci qabırğalar proyeksiyasında 6x1, sol baldırın yuxarı 1/3-in ön səthində 4.5x1 sıyrıq vardır. Sol dizin ön səthində 1x0.4 sm sıyrıq vardır. Ağzı yarımaçıq vəziyyətdədir,dişləri təbiidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli, 08 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - başın dəri altı hematoması və qançırı ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə əsası sümüyünün (əsas sümüyün) sınığı, döş qəfəsinin, yuxarı və aşağı ətrafların sıyrıqları küt əşyaların təsirindən, ola bilsin ərarın təsviri hissəsində göstərilən 29 avqust 2022-ci il tarixli avtomobil qəzası Qaz-3511 markalı yük avtomobilinin ot bağlamaları yığılmış banından yerə yıxılması nəticəsində törənə bilmələri inkar olunmur. Qeyd olunan xəsarətlərdən qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə əsası sümüyünün (əsas sümüyün) sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, döş qəfəsinin, yuxarı və aşağı ətrafların sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb qapalı kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, əsas sümüyün sınığı olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, müyitin müayinəsindən 8-10 saat əvvəl müddətə baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə kimya müayinəsi zamanı etil spirti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli, 583/2022-MTBŞ nömrəli məhkəmə tibbi bioloji ekspertizasının rəyindən görünür ki, X15 qan qrupu: B(İİİ)-dir. Məhkəmə tibbi bioloji ekspertizaya təqdim edilmiş X21 məxsus köynək, idman şalvarı, qolsuz gödəkcə, hadisə yerinə baxış zamanı yolun hərəkət hissəsindən götürülmüş daşın tinləri kəsişən hissəsi, “Saz Qaz-3511” markalı yük avtomobilindən 12 m. və 14.2 m. məsafələrdə yerləşən torpaqdan götürülmüş 02 ədəd nümunədə insan qanı ləkələri və hissəcikləri aşkar olundu. Qanın qrupu AB0 sistemi ilə təyin olunduqda bu ləkə və hissəciklərdə antigen qismində yalnız “B” antigeni, köynək və idman şalvarında olan ləkələrdə isə həmçinin “alfa” aqqlyutinini də alındı. Antigen qismində “B” antigeni tək halda, həmçinin aqqlyutinin qismində “alfa” aqqlyutinini ilə birlikdə B(İİİ) qan qrupu formalaşdırıb xarakterizə etdiyindən göstərilən qan ləkələrinin birmənalı olaraq AB0 sistemi həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, yuxarıda göstərilən maddi sübutlarda olan qan ləkələri və hissəcikləri AB0 sistemi üzrə B(İİİ) qan qruplu X22 məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 8/2930 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ-3511” markalı 21BD429 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hətəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli, 435 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Dövlət X4 xx.xx.2022-ci il tarixli, 37/34-482 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Parakənd kənd sakini daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon X4 Yanğınsöndürmə növbəsinə yanğınsöndürən,xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon DYMH-nin Yanğınsöndürmə növbəsinə sürücü, xx.xx.2022-ci il tarixdən Gədəbəy rayon DYMH-nin 72 nömrəli X7 sürücü vəzifəsinə təyin edilmişdir. 08 avqust 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixə qədər 2022-ci ilin hesabına illik məzuniyyətə buraxılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon X12 Hissəsindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Gədəbəy rayon DYMH-nin yanğınsöndürmə növbəsinin sürücüsü daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən Gədəbəy rayon Dövlət X4 yanğınsöndürmə növbəsində yanğınsöndürən, xx.xx.2017-ci il tarixdə sürücü, xx.xx.2020-ci il tarixdən hissənin 72 nömrəli YMB-nin sürücüsü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində özünü müsbət cəhətdən göstərə bilmişdir. Öz iş fəaliyyətində Azərbaycan Respublikasınıln qanunvericilik aktlarını, FHN-nin əsasnaməsinin tələblərini, habelə xidmətin və hissə rəhbərliyinin əmr və göstərişlərini rəhbər tutmuşdur. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində yerli əhali və şəxsi heyət arasında hörmət qazanmış, öz işini dərindən mənimsəmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində öz təşkilatçılığı və bacarığı ilə seçilmişdir. Hissənin balansında olan yanğın texnikalarının və yanğın texniki alət və ləvazimatların tətbiq edilməsi bacarığına malikdir. Yol hərəkət qanunlarına riayət edir. Yanğın avtomobillərinə texniki qulluq zamanı fəal iştirak edir. Nizam intizamlıdır, icraçılığı, ümumi və mədəni inkişaf səviyyəsi yüksəkdir. İşlədiyi müddət ərzində şəxsi heyəti arasında dərin hörmət qazanmışdır. Hərbi geyim formasının daşınmasına düzgün əməl edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsinin 09 sentyabr 2022-ci il tarixli, 198-16209-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında rayon polis şöbəsində cinayət təqibi ilə bağlı hər hansı bir materialın araşdırılması, barəsində cinayət işi, təqsirləndirici və inzibati materialın olması müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, D/o-795/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Elektron Məhkəmə informasiya sistemində məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsinin 09 sentyabr 2022ci il tarixli, 520 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın ruhi-əsəb xəstəlikləri qeydiyyatında durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsinin 09 sentyabr 2022ci il tarixli, 475 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikanın narkoloji xəstəliklərin qeydiyyatında durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ABN 876950 Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Saz-Qaz-3511” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adınadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 198-23307-1222 nömrəli məktubdan görünür ki, “Saz-Qaz-3511” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən Gədəbəy rayon polis şöbəsinin X40 bölməsinin müvəqqəti duracağında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarından görünür ki, meyitə baxış keçirilərkən götürülmüş X21 məxsus 1 ədəd boz rəngli şalvar, 1 ədəd göy rəngli köynək, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk və üzərində qan ləkələri olan torpaq nümunələri, həmçinin Təqsirləndirilən şəxs məxsus «Saz-Qaz-3511» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidl ifadələri, ekspert rəyi, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cüiltarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzasının yuxarı həddinin, yəni 08 (səkkiz) ilin dörddə üçündən 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüqüqundan məhrum edilməklə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Gədəbəy rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilərkən götürülmüş X21 məxsus 1 ədəd boz rəngli şalvar, 1 ədəd göy rəngli köynək, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalı, imtina etdikdə məhv edilməldir. Üzərində qan ləkələri olan torpaq nümunələri məhv edilməldir. İş üzrə maddi sübut olan Gədəbəy rayon polis şöbəsinin X40 bölməsinin müvəqqəti duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Saz-Qaz-3511» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmaldır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Gədəbəy İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan Gədəbəy rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilərkən götürülmüş X21 məxsus 1 ədəd boz rəngli şalvar, 1 ədəd göy rəngli köynək, hadisə yerindən götürülmüş 1 ədəd çəkələk zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın, imtina etdikdə məhv edilsin. Üzərində qan ləkələri olan torpaq nümunələri məhv edilsin. İş üzrə maddi sübut olan Gədəbəy rayon polis şöbəsinin X40 bölməsinin müvəqqəti duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Saz-Qaz-3511» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarısın. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar