Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-202/2025 09.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X8, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi Şamil oğlu və X3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdam rayonu, Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Aqroservis ASC-nin Bərdə Regional İdarəsinin Ağdam rayon Bölməsində anbardar işləmiş, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Əhmədağalı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə dostu Şahid1 "xxxx" ASC-nin Bərdə Regional İdarəsinin Ağdam rayon bölməsinə təhkim olunmuş 2 ədəd “Sampo 2045” markalı taxılbiçən kombaynı satın almaqda köməklik edəcəyinə inandırıb yalan vəd verməklə aldadaraq sonuncunun qohumu Zərərçəkmiş şəxs1 məxsus 27000 (iyirmi yeddi min) manat pulu 2023-cü ilin fevral ayının 11-də Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid1 alaraq, Şahid1 kənd təsərrüfatı bitkilərinin becərilməsində sərf olunan mineral gübrələrin alınması üçün X15 tərəfindən fermerlərə məxsus kartlara qeyri-nağd şəkildə köçürülmüş subsidiyaları onların əksəriyyəti mineral gübrələrin alınması üçün istifadə etmədiklərindən, həmin kartları fermerlərdən pul qarşılığına münasib qiymətə almaqla mineral gübrələri əldə edib satışını təşkil etməklə yaxşı qazanc əldə edəcəklərinə inandırıb yalan vəd verməklə aldadaraq sonuncunun qohumu Zərərçəkmiş şəxs1 məxsus 7000 (yeddi min) manat pulu 2023-cü ilin mart ayının əvvəllərində dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid1 alaraq, 11000 (on bir min) manat pulu 2023-cü ilin mart ayının əvvəllərində dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsi ,H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid1 alaraq, 16500 (on altı min beş yüz) manat pulu 2023-cü ilin mart ayının ortalarında dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Ağdam rayonu, Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Şahid1 dostu cinayətdən xəbərsiz Şahid6 alaraq, 17500 (on yeddi min beş yüz) manat pulu 2023-cü ilin mart ayının ortalarında dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid1 alaraq və 20000 (iyirmi min) manat pulu 2023-cü ilin mart ayının sonlarında dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən “Təpə” adlanan ərazidə Şahid1 alaraq vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 99000 (doxsan doqquz min) manat olmaqla külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan dostu Şahid12 vasitəsilə tanış olduğu Şahid3 kənd təsərrüfatı bitkilərinin becərilməsində sərf olunan mineral gübrələrin alınması üçün X15 tərəfindən fermerlərə məxsus kartlara qeyri-nağd şəkildə köçürülmüş subsidiyaları onların əksəriyyəti mineral gübrələrin alınması üçün istifadə etmədiklərindən, həmin kartları fermerlərdən pul qarşılığına münasib qiymətə almaqla mineral gübrələri əldə edib satışını təşkil etməklə yaxşı qazanc əldə edəcəklərinə inandırıb yalan vəd verməklə aldadaraq sonuncunun atası Zərərçəkmiş şəxs2 məxsus 7000 (yeddi min) manat pulu 2023-cü ilin mart ayının sonlarında dəqiq məlum olmayan gündə və vaxtda yaşadıqları Ağdam rayonu Bənövşələr qəsəbəsi 60 nömrəli evin qarşısında Şahid3 alaraq, 8000 (səkkiz min) manat pulu 2023-cü ilin mart ayının sonlarında dəqiq məlum olmayan gündə və vaxtda yaşadıqları Ağdam rayonu Bənövşələr qəsəbəsi 60 nömrəli evin qarşısında Şahid3 alaraq, 300 (üç yüz) manat pulu 2023-cü ilin mart ayının sonlarında dəqiq məlum olmayan gündə və vaxtda yaşadıqları Ağdam rayonu Bənövşələr qəsəbəsi 60 nömrəli evin qarşısında Şahid3 alaraq, 3000 (üç min) manat pulu 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq məlum olmayan gündə və vaxtda Bərdə şəhəri 26-lar küçəsi ərazisində Şahid3 alaraq, 5000 (beş min) manat pulu 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq məlum olmayan gündə və vaxtda istifadəsində olan və dostu X6 məxsus, "xxxx" ASC-dən verilmiş **********738688 nömrəli plastik karta köçürülməsinə nail olub həmin gün Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən nağdlaşdıraraq, 10000 (on min) manat pulu 2023-cü ilin aprel ayının 9-da Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid3 alaraq, 10000 (on min) manat pulu 2023-cü ilin aprel ayının ortalarında dəqiq məlum olmayan gündə və vaxtda Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Aqroservis ASC-nin Bərdə Regional İdarəsinin Ağdam rayon Bölməsinin inzibati binasının qarşısında qohumu cinayətdən xəbərsiz Şahid4 alaraq vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 43.300 (qırx üç min üç yüz) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Belə ki, hadisədən 1 il keçmişdir. İttihamda göstərilən pulları almışdır. Pulları ayrı-ayrılı şəxslərdən deyil Farizdən almışdır. Ziba pulları Farizə vermiş o isə Farizdən almışdır. O 34.600 manat və 99.000 min manat pulları əldə etmişdir. Pulları xərcləmiş, topaz mərc oynunda uduzmuşdur. Ziyanın bir hissəsini 29000 min manatını tutulana qədər ödəmişdir. Valideynləri tərəfindən isə 8600 ödənilmiş, qalanı qalmışdır. Hal-hazırda zərəçəkmiş şəxslərlə barışmış, zərəçəkmiş şəxsin ondan heç bir şikayət tələbi yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs qısa ifadə verdiyindən onun istintaq zamanı verdiyi ifadəsi elən olunaraq tədqiq edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «…. Şahid3 tanıyır, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. X22 ASC-də anbardar vəzifəsində işləyir. X22 ASC-də anbardar vəzifəsində işlədiyindən kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılmasını bilir. X7 müvafiq qərarına əsasən fermer təsərrüfatının inkişafı üçün əkin-biçinlə məşğul olan şəxslərə nağd və nağdsız vəsaitlər köçürülür. Gübrə nağdsız vəsait hesabına alınır, yəni gübrəyə görə köçürülmüş pul vəsaitini nağd şəkildə çıxarmaq mümkün deyil. Bir çox fermerlər həmin gübrəni pula çevirmək üçün orta bazar qiymətindən aşağı qiymətə satmaqla nağd pul əldə edirlər. O, 2023-cü ilin mart ayının ortalarında Farizlə görüşərkən həmin kartları pul qarşılığında fermerlərdən alıb gübrəni orta bazar qiymətinə satıb yaxşı gəlir əldə etməyi bildirərək bu işlə məşğul olmağı ona təklif etmişdir. Həmin işi təklif edərkən ilkin olaraq 7000 manat civarında pul lazım olduğunu söyləmişdir. Fariz onunla razılaşaraq pul verəcəyini söyləmişdir. Əslində o, pulu gübrə alveri ilə məşğul olmaq üçün deyil, “top.az” mərc portalında oyunlarda iştirak edib qazanc əldə etmək üçün lazım olmuşdur. Bu məqsədlə 2023-cü ilin mart ayının axırlarında bir daha Farizlə telefonla danışıb yaşadığı Əhmədağalı kəndində görüşüb ondan 6000 manat pulu almışdır. Həmin pulun hamısını Ağdam rayon Quzanlı qəsəbəsi Heydər Əliyev prospektində yerləşən “Topaz” mərc oyunları evində futbol oyununa qoyub 800 manat pul udmuşdur. Buna görə də bir gündən sonra Farizlə görüşüb gübrə alverində 800 manat qazanc əldə etdiyini Farizə bildirib Farizdən aldığı 6000 manat pulu və əldə etdiyi 800 manat qazancı Farizə verməklə ümumilikdə 6800 manat pulu Farziə qaytarmışdır. Əldə etdiyi qazancdan payına 260 manat pul düşmüşdür. O, Farizə pul verərkən mart ayının axırları olmuşdur. Pulu verdiyi günün səhərisi yenidən Farizə zəng vurub əvvəl 7000 manat, sonra 6000 manat, daha sonra isə 3000 manat olmaqla ümumilikdə 16000 manat pul istəmişdir. O, Farizə bildirmişdir ki, yaxşı qazanc əldə etmək üçün böyük pul qoyub çoxlu fermer kartları almaqla yaxşı qazanc əldə etmək olar. Həmin söhbətdən bir gün sonra Fariz ona hissə-hissə olmaqla ümumilikdə 15300 manat pul vermişdir, yəni ki, Fariz ona əvvəlcə 7000 manat, daha sonra 8000 manat, daha sonra isə 300 manat pul vermişdir. O, bu söhbətdən bir neçə gün sonra yenidən Farizə zəng vurub əlavə olaraq 15000 manat pul lazım olduğunu söyləmişdir. Fariz bu qədər pulun olmadığını söylədiyindən heç olmasa 8000 manat tapıb verməyini bildirmişdir. Bir neçə gündən sonra Fariz ona 3000 manat pul vermiş, 5000 manatı isə dostu Vüqarın pul kartına köçürmüşdür. Həmin kart onda olduğuna görə Quzanlı qəsəbəsində kapital bankın terminalından nağd şəkildə çıxartmışdır. O, Farizə işin bir qədər uzandığını söyləyərək yaxşı qazanc əldə etmək üçün 20000 manat pul lazım olduğunu söyləmişdir. Bu söhbəti Farizlə edərkən artıq aprel ayının əvvəlləri olmuşdur. Fariz ona Ağdam rayon Quzanlı qəsəbəsində yeləşən X17 rayon filialının qarşısında 10000 manat pul vermiş, həmin pulu verəndən bir neçə gün sonra onlayın vasitəsilə Kapital bankdan kreditə 10000 manat məbləğində pulu götürüb ona çatdırması üçün Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Kənan Telekom”un qarşısında qohumu Şamxala vermişdir. Şamxalda həmin gün 10000 manat pulu işlədiyi Aqrservis ASC-nin Ağdam rayon Bölməsində inzibati binasının qarşısında ona vermişdir. O, ümumilikdə Farizdən gübrə alveri adı ilə 43300 manat pul alıb “topaz” mərc oyunlarında uduzmuşdur. O, həmin pulları Şahid3 alarkən niyyəti həmin pullarla “topaz” mərc oyunlarında oynamaq olmuşdur. Mərc oyunlarında öz adı ilə qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin aldığı məbləğdən atası Qabil Farizin atası Şahlara 2000 manat pul ödəmiş, özü isə hissə-hissə olmaqla Farizə 6600 manat pul ödəmişdir. Hazırda o, Farizə 34700 manat pul verməlidir. Etiraf edir ki, dostu Farizin etibarından sui-istifadə edərək onu aldatmaqla 43300 manat pulunu mərc oyunlarında iştirak etmək üçün alıb ələ keçirmişdir. Bundan başqa o, bildirmişdir ki, Şahid1 və onun atası Şahid2 tanıyır, onların aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Şahid1 təxminən 2010-cu ildən tanıyır, belə ki, o, həmin vaxtı Bərdə rayonunda yerləşən fərdi müəllim yanına hazırlığa getmiş, həmin vaxtı Farizdə onunla birlikdə hazırlığa getmişdir, onların tanışlığı həmin vaxtlardan başlayıb, bundan sonra onlar birlikdə Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində müxtəlif fakultələrdə oxusaqda lakin eyni evdə kirayədə qalmışlar, həmin vaxtdan da onların dost münasibəti yaranmışdır və hal-hazıra kimi davam etmişdir. O, X22 ASC-də anbardar vəzifəsində işlədiyimdən kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılmasını bilir. X7 müvafiq qərarına əsasən fermer təsərrüfatının inkişafı üçün əkin-biçinlə məşğul olan şəxslərə nağd və nağdsız vəsaitlər köçürülür. Gübrə nağdsız vəsait hesabına alınır, yəni gübrəyə görə köçürülmüş pul vəsaitini nağd şəkildə çıxarmaq mümkün deyil. Bir çox fermerlər həmin gübrəni pula çevirmək üçün orta bazar qiymətindən aşağı qiymətə satmaqla nağd pul əldə edirlər. O, 2022-ci ilin mart ayının ortalarında Farizlə görüşərkən həmin kartları pul qarşılığında fermerlərdən alıb gübrəni orta bazar qiymətinə satıb yaxşı gəlir əldə etməyi bildirərək bu işlə məşğul olmağı Şahid1 təklif etmişdir. Həmin işi təklif edərkən ilkin olaraq xatırlamadığı miqdarda pul lazım olduğunu söyləmişdir. Fariz onunla razılaşaraq pul verəcəyini söyləmişdir. Həmin vaxtlarda o, bir neçə dəfə Farizdən aldığı pullarla vətəndaşlardan gübrə kartlarını faktiki qiymətindən aşağı qiymətə alaraq həmin kartlarda olan gübrələri bazar qiymətinə, yəni baha qiymətə satmışdır. Əldə etdiyi gəlirləri isə Farizlə öz aralarında yarıya bölmüşlər. Bundan başqa həmin vaxtlarda dəqiq dəqiq xatırlamadığı gündə və vaxtda Farizlə yenidən görüşüb söhbət edən zaman o, Farizə işlədiyi Ağdam AqroServis ASC-də 02 ədəd Sampo-2045 markalı, nömrələrini xatırlamadığı kombayınların AqroServis ASC tərəfindən müqavilə əsasında icarəyə götürə biləcəklərini, həmin işdən yaxşı gəlir əldə edə biləcəklərini bildirmişdir. Farizdə ona inandığından razılaşmışdır. O, həmin vaxtı Farizdən kombayınları icarəyə götürmək üçün hər kombayına görə 4500 manat olmaqla ümumilikdə 9000 manat pul verməli olduğumuzu bildirmişdir. Fariz onunla razılaşmışdır. Bundan sonra onlar ikisi birlikdə 5000 manat məbləğində pulu Aqro Servis ASC-nin hesabında Kapital bank vasitəsilə ödəmişlər. Bundan sonra onlar kombayınları X11 və X2 adına sənədləşdirməklə icərəyə götürmüşlər. Bundan sonra həmin kombayınları Rüstəmov Xaləddin və Abbasov Bəxtiyar adlı şəxslər işlətməyə başlamışlar. Bu minvalla onlar həmin kombayınları 4 ay müddətinə icarə şəkilində işlətmişlər, onlar əldə etdiyi gəlirləri öz aralarında yarıya bölmüşlər, lakin həmin vaxtdan uzun müddət keçdiyindən əldə etdikləri gəlirin miqdarını dəqiq xatırlamır. Bundan bir qədər sonra, təxminən 2023-cü ilin əvvəllərində o, Fariz Hacıyavə həmin kombaynların ucuz qiymətə satışa çıxarılacağını bildirərək həmin kombaynları almağı Farizə təklif etmişdir. Fariz isə maddi imkanının olmadığını, lakin qısa müddətə pul tapıb həmin kombayınları alacağını bildirmişdir. Lakin, o, Farizə kombaynları icarə götürdükləri üçün başqa şəxslərə münasibətdə ona daha ucuz qiymətə təklif olunacağını bildirərək bu şansı qaçırmamağı bildirmişdir. O, həmin kombaynların hər biri üçün 16853 (on altı min səkkiiz yüz əlli üç) manat pul məbləğində satışa çıxarılacağını bildirmişdir. Bundan sonra o, Farizlə Tərtər rayon Dördyol deyilən ərazidə görüşmüş və həmin vaxt Fariz ona 6863 manat məbləğində pul vermişdir. O, həmin pulu Farizdən alarkən niyyəti həmin pullarla Topaz mərc oyunlarında oynamaq olmuşdur. Ona görə də o, həmin pulları Topaz mərc oyunlarında oynayıb uduzmuş və Farizi inandırmaq ödəniş qəbzini saxtalaşdırıb, yəni guya kombaynları almaq üçün 6863 manat pul ödədəyi barədə qəbzi telefon vasitəsilə çəkib Farizə atmışdır. Bundan sonra 2023-cü ilin mart ayının əvvəllərində o Farizl Hacıyevlə görüşüb söhbət edən zaman yaxşı qazanclı iş olmasını bildirmişdir. Belə ki, o, işlədiyi Ağdam Aqroservis ASC-də əhaliyə verilmiş subsidiya kartaları vasitəsilə sərfəli qazanc əldə olunduğunu bildirmişdir. Yəni, vətəndaşlarının torpaqlarının miqdarına uyğun olaraq dövlət tərəfindən onlara verilmiş kartlara müəyyən məbləğdə pullar vurulur ki, vətəndaş həmin pulun 25%-ni nağd şəkildə çıxarsa da qalan 75%-ni nağdılaşdıra bilmir, bunun əvəzinə müxtəlif növ gübrə və ya digər dərmanlar alaraq torpağın yararlılığını artırır. Belə ki, vətəndaşın kartında gübrə və ya dərman üçün ayrılmış 75% məbləğində vətəndaşlara gübrə verərək sonradan həmin gübrələri vətəndaşla ucuz qiymətə razılaşaraq satın alıb və baha qiymətə satmaqla gəlir əldə edə biləcəklərini bildirmişdir. Fariz onunla razılaşmışdır. Bundan sonra o, Farizdən müxtəlif vaxtlarda 3800, 350, 780, 1400, 2200, 3000, 3100, 4800, 2200, 4200, 3100, 750, 710, 350, 240, 260, 3100 manat olmaqla ümumilikdə 34340 manat məbləğində pul almış, həmin pulların hamısını satışdan əldə edilmiş gəlirlə birlikdə Farizə qaytarmışdır. Bundan başqa əkin sahələrinin dərmanlanması üçün nəzərdə tutulmuş “Hektaferim” adlı dərmanı almaq üçün Farizdən 10404, 6000 manat olmaqla ümumilikdə 16404 manat məbləğində pul almış və onu da əldə edilmiş gəlirlə birlikdə Farizə qaytarmışdır. Bundan başqa o, Farizdən xatırlamadığı tarixlərdə və yerlərdə 7000, 11000, 16500, 17500 və 20000 manat olmaqla ümumilikdə 72000 manat məbləğində pul almışdır. O, həmin pulları Farizdən alarkən niyyəti həmin pullarla “Topaz” mərc oyunlarında oynamaq olmuşdur. Həmin pulları Farizdən gübrə alıb-satmaq adı ilə almış və həmin pulları “Top.az” mərc oyunlarında uduzmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, 43300 manat pulu Şahid3 almış, həmin pulların onun atası Şahlara məxsus olduğunu bilməmişdir. İndi ona məlum olmuşdur ki, həmin pulların Farizin atası Şahlara məxsus olmuşdur. Bundan başqa o, Farizə gübrə alveri ilə məşğul olmağı təklif etdikdə Fariz atası Şahlarla məsləhətləşib fikirini söyləyəcəyini bildirmişdir. Farizdən pul istədikdə atası ilə məsləhətləşdikdən sonra istədiyi pulu ona vermişdir. O, Şahlar müəllimlə sonuncunun yaşadığı evin həyətində aralarında olan söhbət zamanı narahat olmamağı da söyləmişdir. Onun Şahid3 və Şahid1 gübrə alıb-satmaqla bağlı müxtəlif vaxtlarda pul almağından işlədiyi Ağdam AqroServis ASC-nin rəhbərliyinin və yaxud orada işləyən digər şəxslərin məlumatı olmamışdır. O, Şahid3 2022-ci ilin yay aylarından tanıyır. Şahid3 ondan aldığı pulları mərc oyunlarında uduzmağından əvvəlcədən xəbəri olmamışdır, çünki o, həmin pulları Farizdən alarkən Farizə həmin pulları gübrə alıb-satmaqla gəlir əldə edəcəklərini bildirmişdir. Onun topaz mərc oyununu oynadığı məkan Ağdam rayon Quzanlı qəsəbəsində yerləşir. Bundan başqa o, öz adına qeydiyyatdan keçdiyi “topaz” hesabında da mərc oyunları oynayıb uduzmuşdur. Onun Şahid3 və Şahid1 müxtəlif məbləğlərdə pulları alaraq həmin pulları topaz mərc oyununda oynayaraq uduzmağından atası X5, həmçinin digər ailə üzvlərimin və yaxud başqa şəxslərin əvvəlcədən xəbərləri olmamışdır. Atasının və ailə üzvlərinin bu məsələdən sonradan xəbərləri olmuşdur. Vüqarın və Şamxalın onun bu əməllərimdən məlumatı olmamışdır. O, Vüqara ona pul göndərəcəklərini bildirib kartı ondan almış, daha sonra pulları çıxardıqdan sonra kartı geri qaytarmışdır. Şahid3 araşdırmaya təqdim etdiyi, içərisində audio yazılar olan diskdə olan səslərdən biri ona məxsusdur. O, pulların hamısını Şahid1 almış, həmin vaxtlarda Fariz bu barədə ona heçnə deməmişdir, Şahid1 pulları ona verərkən pulların özünə məxsus olmasını bildirmişdir. O, kombayınların sənədləşdirilməsi məqsədilə Farizdən 27000 manat məbləğində pul almamış, lakin həmin məsələ ilə bağlı Farizdən 6863 manat məbləğində pul almış, həmin pulları isə topaz mərc oyunlarında uduzmuşdur. O, Zərərçəkmiş şəxs1 tanımır. O, kombayn almaq və gübrə gəlirləri əldə etmək vədi ilə Şahid1 aldadaraq ondan ümumilikdə 78863 manat pul almış və həmin pulları Topaz mərc oyunlarında uduzmuşdur.O, konkret olaraq heç bir iş görməyəcəyini əvvəlcədən bilə-bilə Şahid1 yalandan gübrə satışı ilə məşğul olacağına və kombayn alacağına vəd verərək 6863, 7000, 11000, 16500, 17500 və 20000 manat olmaqla ümumilikdə 78863 manat məbləğində pulunu əvvəlcədən ələ keçirəcəyini bilərək aldadıb almış və həmin 78863 manat pulun hamısını “TOPAZ” mərc oyununda uduzmuşdur. Lakin, o, həmin 78863 manat puldan 18500 manat, 10000, 16000, 5300 və 3000 olmaqla cəmi 52800 manatını bu günədək Şahid1 qaytarmışdır. Şahid1 istintaqa təqdim edtiyi üzərində “Mən Təqsirləndirilən şəxs bu qəbzi Şahid5 iştirakı ilə ondan ötəri ki, tanışım Şahid1 müxtəlif vaxtlarda ümumilikdə 73000 (yetmiş üç min) manat pulu kombayn alacağım vədiylə ondan alaraq Topaz mərc oyununda uduzmuşam. Etdiyimdən peşmanam. xx.xx.2023-cü il tarixədək hissə-hissə olmaqla qaytarcağıma dair söz verirəm. Əks halda məsuliyyətimi başa düşürəm. Qəbzin doğruluğunu aşağıdakı imzamla təsdiq edirəm..... Şahid5..... İmza.... Təqsirləndirilən şəxs.... xx.xx.2023-cü il” sözləri olan kağız parçasını o, yazmışdır. Sampo 2045 markalı kombayn ümumiyyətlə satışa çıxarılmamışdır. O, həmin pulu Topaz mərc oyunlarında oynayıb uduzmuş və Şahid1 inandırmaq üçün ödəniş qəbzini saxtalaşdırıb, yəni guya kombaynları almaq üçün 6863 manat pul ödədəyini barədə qəbzi telefon vasitəsilə çəkib Farizə atmışdır. O, öz əməlini heç bir təziq və ya təsir olmadan sərbəst şəkildə etiraf etmişdir. O, etdiyi dələduzluq əməlini dərk edir və əməlindən peşmandır. Həmçinin Şahid1 və Şahid3 aldığı pulların qalığını da qaytaracağıma söz vermişdir…» Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona dəymiş zərər təqsirləndirilən şəxsin valideyinləri tərəfinən ödənilmişdir. O yaxın qohumu Farizin vasitəsi ilə Zahidi tanımışdır. O Zahid ilə bir dəfə sahədə görüşmüşdür. Həmin vaxt pul lazım olmuş və onda da ev satılmışdır. O pulu Zahidə vermişdir. O Zahidə 99.000 min manat pul vermişdir. O pulu aliver və kombayn üçün vermişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü il mart ayında Zahid ona işlərin olmasını bildirmişdir. Pul qazanmaq istəmişlər. O, Zahidi oğluna görə tanımış və ona pul vermişdir. Sonra ona məlum olmuşdur ki, Zahid heç bir işlə məşğul olmur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O 2009 və ya 2010-ci ildən etibarən Təqsirləndirilən şəxs tanımışdır. Onun Zahidlə münasibətləri olmuşdur. Zahid onun tələbə yoldaşı olmuşdur. Zahid Aqroservisdə işə düzəlmiş və orada işləməyə başlamışdır. Zahid ona pulla bağlı müracitə etmiş, o isə dəfələrlə Zahidə pulunun olmamasını bildirmişdir. Bundan sonra o Zahidə yaxın qohumuna deməsini bildirmişdir. O, Zahidə onun qohumunun vasitəsi ilə hasnısa işin görməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən 2-3 il keçmişdir. Zahidlə onun oğlu Gəncə Texnologiya universitetini birgə bitirmişlər. Bir otaqda qalmışlar. O təqsirləndirilən şəxsi cinayətə meyilli şəxs kimi tanımamışdır. Təqsirləndirilən şəxs Aqrolizinqdə işləmişdir. 2-3 il bundan əvvəl söhbət əsnasında “kombayn vardır, alıb işlədə bilərik” demişdir. Bundan sonra onun oğlu Fariz bu təklifi iş üzrə Zərərçəkmiş şəxs1 təklif etmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs 70.000 min manat borcu qalmışdır. Məhkəmə dövründə də ziyan tam ödənilmiş və heç bir şikayət və tələb yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun ifadəsi yadından çıxmışdır. Onun yanında Fariz pul saymamış nə dəki o saymamışdır. Fariz pulu saymış və ona vermiş o isə pulu aparıb Zahidə vermişdir. Onun yanında pul sayılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, onunla Zahidi Fariz tanış etmişdir. Onlar hamısı bir-birilərini tanımışlar. Zahid ondan 7000 min manat pul istəmişdir. Fariz pulu ona vermiş o isə həmin pulu aparıb Zahidə vermişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli 4(013)-01/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İfadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan xx.xx.2024-cü il tarixdə Şahid3 ilə Təqsirləndirilən şəxs ilə üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 05 aprel 2024-cü il tarixli “Üzləşdirmə” protokolunda görünür ki, ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan xx.xx.2024-cü il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs ilə üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 15 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs pul verdiyi Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-nin Ağdam rayon filialının inzibati binasının qarşısına və Ağdam rayon İmamqulubəyli kəndi ərazisində yerləşən “Təpə” adlanan əraziyə baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokollar və çəkilmiş fotoşəkillər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. 17 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs pul verdiyi Ağdam rayon Bənövşələr qəsəbəsində yerləşən yaşadığı 60 nömrəli evin yerləşdiyi küçəyə, Bərdə şəhəri 26-lar adlanan əraziyə, Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-nin Ağdam rayon filialının inzibati binasının qarşısına və Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən “Kənan Telekom” adlı telefon mağazasının qarşısına baxış keçirilərək bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokollar və çəkilmiş fotoşəkillər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Aqroservis ASC-nin Ağdam rayon bölməsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubundan görünür ki, Bərdə RN-nin Ağdam rayon bölməsinin balansında olan heç bir “Sampo 2045” markalı taxılyığan kombayn satışa çıxarılmamış, həmçinin alınması üçün hər hansı bir müraciət olunmamışdır. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 131-BLE-24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olam müddət ərzində “Topaz” mərc oyunları hesabında 118 676.72 manat depozit məbləği, 39 860.95 manat çıxarış məbləği, 479 870.95 mərc məbləği və 389 253.16 manat uduş məbləği olmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 2024/111/10549 nömrəli məktubla göndərilmiş 01 ədəd diskə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə X9 Şahid9 tərəfindən Zərərçəkmiş şəxs2 xahişi ilə Şahid5 plastik kartına göndərilmiş 5000 manat pulu Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən ATM-dən məxaric etməsi müəyyən edilmişdir. Ağdam MRX-nın xx.xx.2023-cü il tarixli, 740 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam MRX-nın narkoloji kabinetində qeydiyyatda yoxdur. 17 yanvar 2024-cü il tarixdə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 572 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Əhmədağalıı kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşayış və iş yerindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yerindən müsbət xarakterizə olunmuşdur. Ağdam rayon İHB-nın Bənövşələr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 noyabr 2024-cü il tarixli 440 nömrəli arayışından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Ağdam rayon Bənövşələr qəsəbəsində yaşayır. Yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyanı tam olaraq ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Medalının vəsiqəsi № 1-79037 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250 nömrəli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Beləliklə, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün tam etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifaələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertizanın rəyi habelə cinayət işinə əlavə edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə cinayət əməllərini törətməsi məhəkəmə istintaqı zamanı tam təsdiqni tapdığınıdıqn onun əməli Azərbaycan Respublikasının CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli 7 nömrəli Qərarının da izahını nəzərə alır. Həmin qərarın izahından görünür ki,dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq cinayəti zərərçəkmiş şəxsə məxsus olan və ya dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakın dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Yuxarıda qeyd olunanlara əsasən məhəkəmə kolegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun «Vətən müharibəsi iştirakçısı» olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi qeyd edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışaraq onlarla razılıq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz, başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin 10 (on) ilin dörddə üçündən, yəni 07 (yeddi) il 06 (altı) aydan çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətin, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun «Vətən müharibəsi iştirakçısı» olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 15 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Şahid1 istintaqa təqdim etdiyi “Mən Təqsirləndirilən şəxs bu qəbzi Şahid5 iştirakı ilə ondan ötəri ki, tanışım Şahid1 müxtəlif vaxtlarda ümumilikdə 73000 (yetmiş üç min) manat pulu kombayn alacağım vədiylə ondan alaraq Topaz mərc oyununda uduzmuşam. Etdiyimdən peşmanam. xx.xx.2023-cü il tarixədək hissə-hissə olmaqla qaytarcağıma dair söz verirəm. Əks halda məsuliyyətimi başa düşürəm. Qəbzin doğruluğunu aşağıdakı imzamla təsdiq edirəm..... Şahid5..... İmza.... Təqsirləndirilən şəxs.... xx.xx.2023-cü il” sözləri olan kağız parçası, Şahid3 istintaqa təqdim etdiyi özündə Təqsirləndirilən şəxs aid audi yazılar olan 01 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş özündə Təqsirləndirilən şəxs ATM-dan pul məxaric etməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut yoxdur və mülki iddi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şahid1 istintaqa təqdim etdiyi “Mən Təqsirləndirilən şəxs bu qəbzi Şahid5 iştirakı ilə ondan ötəri ki, tanışım Şahid1 müxtəlif vaxtlarda ümumilikdə 73000 (yetmiş üç min) manat pulu kombayn alacağım vədiylə ondan alaraq Topaz mərc oyununda uduzmuşam. Etdiyimdən peşmanam. xx.xx.2023-cü il tarixədək hissə-hissə olmaqla qaytarcağıma dair söz verirəm. Əks halda məsuliyyətimi başa düşürəm. Qəbzin doğruluğunu aşağıdakı imzamla təsdiq edirəm..... Şahid5..... İmza.... Təqsirləndirilən şəxs.... xx.xx.2023-cü il” sözləri olan kağız parçası, Şahid3 istintaqa təqdim etdiyi özündə Təqsirləndirilən şəxs aid audi yazılar olan 01 ədəd DVD disk, "xxxx" ASC-dən daxil olmuş özündə Təqsirləndirilən şəxs ATM-dan pul məxaric etməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, maddi sübut yoxdur və mülki iddi yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-202/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-202/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver