Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-203/2020 28.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X20 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X14 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Gəncə şöbəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Seyidli Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qazax rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Qazax şəhəri, N. Nərimanov yaşayış massivində yerləşən “LİON” çay evində olarkən tanışı Şahid9 sinif yoldaşı Şahid10 olan pul borcunu qaytarmaması ilə əlaqədar Şahid9 zəng edib görüşmək istədiyini bildirmiş, sonuncunun əvəzinə çay evinin qarşısına gəlmiş, əvvəllər tanıdığı həmyerlisi X12 ilə söhbət edərkən Zaur Hüseynovun heç bir əsaslı səbəb olmadan onun sifət nahiyyəsindən yumruqla vuraraq dostlarının yanında ona xəsarət yetirməsindən əsəbləşərək, sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün xx xxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdən soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını götürüb istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsindən X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək X23 şəhəri, Səməd Vurğun küçəsi, döngə 6/3 ünvanında yerləşən Qazax İdman və Sağlamlıq Kompleksinin həyətinə dəvət etmiş, sonuncu özünə məxsus avtomobillə həmin kompleksin giriş darvazasının qarşısına gəlib düşdükdən sonra kompleksin həyətinə keçib onunla görüşmüş, onlar güləş zalının qarşısına doğru birlikdə hərəkət edib dayandıqdan sonra o, Zaur Hüseynova bir gün əvvəl səbəbsiz yerə onun sifət nahiyyəsindən yumruqla vurmasını irad tutaraq həmin əməlinə görə qisas alaraq qəsdən sonuncunu öldürmək məqsədilə əvvəlcə sağ əli ilə Zaur Hüseynovun sifət nahiyəsindən yumruqla bir dəfə vurmuş, Zaur Hüseynov müqavimət göstərdikdə əlbəyaxa olaraq hər ikisi yerə yıxılmış, daha sonra cinayətkar qəsdini başa çatdırmaq məqsədilə yaşadığı evdən götürüb üzərində saxladığı bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 4 dəfə zərbələr vuraraq Zaur Hüseynova sol döş qəfəsinin yan səthində 10-11-ci qabırğalar arası nahiyədə ön qoltuqaltı xətt üzrə 1 ədəd və sol döş qəfəsinin arxa səthində 10-11-ci qabırğa arası nahiyədə 1 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri, qarının sol aşağı hissəsində ön-üst qalça tinindən 3 sm göbəyə tərəf köndələn istiqamətdə yerləşmiş daxilə nüfuz edən peritonun zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sol döş qəfəsinin ön səthində 4-5-ci qabırğa arası nahiyədə daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan, ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək Zaur Hüseynovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında özünü təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində və məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, o, anası Şahid6 ilə birlikdə yaşamış, atası Əbdurəhman Əhmədov 2002-ci ildə vəfat etmişdir. 2016-cı ildə Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasını bitirmişdir. O, uşaq vaxtından sərbəst güləş idman növü ilə məşğul olmaqla ölkə yığma komandasının üzvü olmuşdur. X10 əvvəllər Qazax rayon sakini kimi tanımış və sonuncu ilə arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zaura Qazaxda “Zayka” kimi müraciət etmişlər. Zaurla o, bir neçə dəfə eyni idman zalında məşq etmiş, Zaur da güləşlə və qaydasız döyüşlə məşğul olmuşdur. xx xxxxx 2020-ci il tarixdə, saat 15-16 radələrində sinif yoldaşı Şahid10 ona zəng edərək əvvəllər üzdən tanıdığı Sərxan adlı şəxsin onun 200 manat borcunu qaytarmaq istəmədiyini bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. O, isə Yelmara yaşadığı evə gəlməyi bildirmişdir. Bir qədər sonra Yelmar Ülvi ilə özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı Mersedes markalı avtomobillə onlara gəlmiş, həmin vaxt evdə anası ilə özü olmuşdur. Yelmar evin qarşısına çatdıqdan sonra o, küçəyə çıxmış evdən çıxarkən üzərində Bakı şəhərində xatırlamadığı yerdən bir il əvvəl aldığı metal materialdan, tiyəsi və dəstəyi qara və boz rəngli, açılıb-qatlanan bıçaq da götürmüşdür. Onun üstündə bıçaq olsa da, heç vaxt tətbiq etməmiş və kiməsə xəsarət yetirməmişdir. Darvazanın qarşısında Yelmarla ümumi qaydada söhbət edərkən sonuncu bir qədər bikef olmuş, o, Yelmardan nə baş verdiyini soruşanda Sərxanla aralarında borca görə mübahisə olduğunu bildirmişdir. Belə ki, Sərxanın Yelmara 200 manata yaxın borcu olmuş, həmin pul Yelmara təcili lazım olduğundan o, Sərxandan pulu istəmiş, lakin sonuncu pulu verməmişdir. Daha sonra o, Yelmarla Sərxan arasında dava-dalaş olmasın deyə sonuncuları barışdırmaq üçün Yelmarın avtomobilinə əyləşib ilk öncə Sərxanın qaldığı Yunisgilin küçəsinə getmiş, lakin küçədə heç kim olmadığı üçün oradan “LİON” çay evinə getmişlər. Yolda olarkən Yelmar bir neçə dəfə Sərxana zəng etsə də, sonuncu cavab verməmişdir. Çay evinə çatdıqdan sonra avtomobildən düşərək ikinci mərtəbədə yerləşən çayxanaya girib Yelmar və Ülvi ilə masa arxasında əyləşərək söhbət etmişlər. Bir qədər söhbət etdikdən sonra o, Şahid9 “Whatsapp” sosial şəbəkə proqramında istifadə etdiyi mobil nömrəsini tapıb sonuncuya zəng etmişdir. Sonuncu zəngə cavab verəndə, o “gəl Su 15-ə, Yelmarla aranızdakı problemi həll edək, mehribançılıq olsun, çıxaq gedək” demişdir. O, Sərxana gəlməsi üçün israr etmiş, sonuncu ona “sən kimsən ə?”sözlərini demişdir. O, əsəbləşərək Sərxanla telefonda sözlü mübahisə etmiş və həmin yerə gəlməsini istəmişdir. Bir az keçdikdən sonra masa arxasında olarkən əvvəllər tanımadığı bir nəfər şəxs yaxınlaşaraq onu aşağıda kiminsə çağırdığını bildirmişdir. Ona görə də, o, Ülvi və Yelmara heç nə demədən bayıra çıxmış və yola baxdıqda Zaur Hüseynovun dövlət qeydiyyat nişanını xatırlamadığı OPEL markalı avtomobillə gəldiyini görmüşdür. Zaur onu görüb yaxınlaşaraq “ə Əhməd, Əhməd deyirlər bayaqdan, mən də səni tanımadım” dedikdə o, Zaura “Zayka, zayka deyirlər o, sənsən” deyə cavab vermiş, Zaur ona Sərxanın onun qohumu olduğunu bildirərək, kinayə ilə bir daha “sən məni tanımadınmı?” demişdir. O, Zaura “nətər ki, sən məni tanımadın, elə də mən səni tanımadım” cavabını vermiş, bu zaman Zaur onun üzünə gülümsəyib qəfil sağ əli ilə bir dəfə onun sifətinə yumruqla vurmuşdur. O, Zaurun onu vuracağını fikirləşmədiyi üçün sərbəst dayandığına görə zərbədən sonra yerə yıxılmış, yumruqdan sonra dodaq nahiyəsinin sol tərəfinin çapıldığını və əli ilə toxunanda qan axdığını hiss etmiş, yerə yıxıldıqda isə gödəkçəsinin cibində olan bıçaq yerə düşmüşdür. O, ayağa qalxaraq yerə düşmüş bıçağını götürərək Zaurun üstünə getmiş, həmin vaxt Zaurun avtomobili tərəfdən Əjdər kimi tanıdığı şəxs onu qucaqlayıb kənara çəkmişdir. Bundan sonra Zaur bıçaq çıxararaq onun üstünə gəlmiş, onlar bir-birinə bıçaq vurmaq istəsə də, orada onun yanında olan Yelmar, Zaurun yanında gələn Əjdər və digərləri aralayıb dalaşmağa qoymamışlar. Zaur onun dodaq nahiyəsinə yumruqla vurduqdan sonra sonuncunu nə bıçaqla, nə də ki, yumruqla vurmamış, aralanan vaxtı kimsə biləyindən tutduğuna görə əlindəki bıçaq yerə düşmüş, Zaur da yerdən onun bıçağını götürərək gəldiyi avtomobilə minib oradan Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində uzaqlaşmışdır. Bu proses təxminən bir-iki dəqiqə çəkmişdir. O, da səs-küy olmasın deyə Zaurgil oradan uzalqaşdıqdan sonra yolla keçən əvvəllər tanımadığı ağ rəngli VAZ 21074 markalı avtomobili saxladıb sonuncuya Qazax rayonu, Xanlıqlar kəndinə sürməyi bildirmişdir. O, Xanlıqlar kəndində bulağın yanında avtomobildən düşərək əlüzünü yumuş, gəldiyi VAZ 21074 markalı avtomobilin sürücüsü isə getmiş, həmin vaxt əvvəlcə Ülvi ilə Yelmar sonuncuya məxsus avtomobillə, daha sonra isə dostu Hikmət onun yanına gəlmişdir. O, əl-üzünü yuduqdan sonra Yelmarın maşınına qabaqda, Hikmətlə Ülvi isə arxada oturmuş və Yelmar maşını şəhərə sürmüşdür. Qazax şəhərində Yelmar aptekdən pambıq, yod və yapışqan gətirərək onun dodağına yapışdırmış, daha sonra öz evinə getmişdir. Saat 21 radələrində əvvəllər tanımadığı bir nəfər istifadəsində olan mobil nömrəyə zəng edib özünü Zaurun qardaşı kimi təqdim edərək adının Əli olduğunu bildirmiş və onunla görüşmək istəmişdir. O, isə Əliyə yalnız Zaurla görüşəcəyini deyərək imtina etmişdir. Bir qədər sonra evdən çıxaraq Qarabağ Əlilləri Cəmiyyətinin həyətinə getmiş və tanışı Rəhmanla görüşmüşdür. Daha sonra dostları Hikmət və Cəlal da oraya gəlmişlər. Bir az keçmiş Zaurun qardaşı Əli də oraya gəlmiş, Zaurla aralarında baş vermiş mübahisənin anlaşılmazlıq olduğunu bildirib qardaşı ilə görüşməməyi və mehribanlıq etməyi demişdir. O, isə növbəti günü Zaurla zəngləşib görüşəcəyini Əliyə bildirmişdir. Əli ona görüşərkən mehribancasına söhbət edərsiz deyərək artıq hərəkətlər etməməyi tapşırmışdır. O, Əliyə nəyə görə qardaşının onu tanımıya-tanımıya vurduğunu demişdir. Əli isə qardaşının hərəkətinə görə üzrxahlıq edərək “olub da, artıq söz-söhbət lazım deyil, dalaşıb eləməyin” demişdir. O, isə Əliyə İnşallah sabah Zaurla görüşəcəyini və hər şeyin yaxşı olacağını demişdir. Əli isə “görüşün, bəlkə Zaur səndən üzr istəyər” bildirərək çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində evdən çıxaraq Qazax İdman və Sağlamlıq Kompleksinə getmiş, kompleksin darvazası bağlı olduğu üçün üstündən tullanaraq həyətinə keçmiş və təxminən darvazadan 4-5 metr məsafədə sağ tərəfdə dayanıb Zaura zəng etmişdir. 20 dəqiqədən sonra Zaur özünə məxsus OPEL markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gələrək avtomobili kompleksin dairə ilə üzbəüz darvazasının qabağında saxlamış və düşərək onunla söhbət etməyə başlamışdır. Zaur ona “burdan yolmu var?” deyərkən o, “özün də idmançısan, darvazanın üstündən tullan” demişdir. Daha sonra Zaur darvazanın üstündən tullanaraq ona yaxınlaşmış, o, sonuncuya nəyə görə onu dünən səbəbsiz yerə vurduğunu, dalaşmaq fikri varmışsa çəkilib qıraqda kişi kimi dalaşa biləcəklərini demişdir. Zaur isə ona olan olub keçdiyini, hazırda fikrinin nə olduğunu, dalaşaqmı istəyirsən demişdir. Həmin vaxtı onlar yan-yana artıq 5-6 metr güləş zalına doğru irəliləmiş, güləş zalına çatmağa az qalmış onlar üzbəüz dayanmış və o, fikrinin dalaşmaq olduğunu deyərək bir gün əvvəl onu vurmasına görə üzr istəməkdən imtina etmiş, buna görə əsəbləşərək sağ əli ilə sonuncunun sifətinə yumruqla zərbə vurmuş və aralarında mübahisə yaranmışdır. Bu zaman hər ikisi ciblərindən bıçaq çıxartmışlar və Zaurun əlindəki bıçaq bir gün əvvəl onun əlindən yerə düşən və sonuncunun götürdüyü bıçaq olmuşdur. O, isə evdən çıxarkən üzərində götürdüyü dəstəyi gümüşü rəngli açılıb-qatlanan bıçağı çıxartmışdır. Onlar əlbəyaxa olub güləş zalının qabağındakı şam ağacına qədər hərəkət etmiş, orada ayağı ilişdiyi üçün ikisi də yerə yıxılmışlar. Belə ki, o, yıxılanda Zauru da dartıb yıxmışdır. Zaur ondan tez tərpənib yerdən qalxdıqda o, Zaurun bıçaq olan əlini sol əli ilə tutaraq buraxmamış və sağ əlindəki bıçaqla Zaurun sol qarın və döş nahiyəsinə üç-dörd dəfə vurmuşdur. Daha sonra ikisi də dizi üstdə qalxmış, bu zaman o, bir daha Zaura kürəyindən bıçaqla bir daha vurmuşdur. Bundan sonra kənardan səs-küy eşidərək stadionun əsas qapısına tərəf baxanda Zaurun qardaşı Əlinin kiminləsə ona tərəf qaçdığını görmüşdür. Əlinin yanındakı şəxsin sonradan Möhsüm olduğunu öyrənmişdir. Əligil stadionun əsas qapısına yaxınlaşaraq qapıdan içəri keçib onlara tərəf gəlmişlər. Həmin vaxtı artıq ikisi də aralaşaraq ayaq üstə qalxmış və Zaur üstünə gələndə büdrəyib yerə yıxılmışdır. Əligil çatmağa yaxın o, Zaurun avtomobilinin dayandığı darvazanın kənarından tullanıb Qazax şəhəri, Səməd Vurğun küçəsi ilə evinə doğru qaçmışdır. Evdə anasına adam bıçaqladığını bildirib sağollaşmış, hadisə vaxtı əynində olan açıq mavi rəngli gödəkçəni, qara rəngli sviteri və göy rəngli cins şalvarı sellofana qoymuş, dostu Cəlala zəng etmiş və sonuncu gəldikdən sonra polis şöbəsinə getmişdir. Yolda olarkən Rəhman ona zəng etmiş və o, sonuncuya təslim olmağa getdiyini bildirmişdir. Şöbədə növbətçiyə yaxınlaşaraq adam öldürdüyünü bildirib hadisə vaxtı istifadə etdiyi dəstəyi gümüşü rəngli bıçaqla əyində olan paltarları təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, mərhum X12 onun qardaşıdır. O, Zaurun təbiətcə ağır xasiyyətli biri olduğunu, əvvəllər bankda sürücü kimi işlədiyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə o, ailəsi ilə birlikdə saat 17 radələrində Zaurgilə qonaq getmişlər. O, avtomobillə anasının dalınca getdiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə qardaşıgildə olduqdan sonra xatırlamadığı tanışlarından kimsə zəng edərək, Zaurun Qazax şəhərində kiminləsə dalaşdığını bildirmişdir. O, bu xəbərdən sonra Zaurun istifadəsində olan nömrəyə zəng edərək harada olduğunu soruşmuş, Zaur isə ona “qa-qa bir az yaxşı iş olmadı, dalaşmışam, nənəgilə gedən Musaköy yolundayam” demişdir. O, isə sonuncuya olduğu yerdə onu gözləməyi bildirib piyada olduğu üçün dostu Möhsüm Süleymanovla Zaurun olduğu yerə getmişdir. Həmin vaxtı Zaur onları görüb avtomobildən düşərək yaxınlaşmış və sonuncu ilə birlikdə dostu Əjdər də orada olmuşdur. Zaura yaxınlaşanda sağ əlinin barmaqlarının yumruq hissəsinin çapıldığını və sağ əlinin orta barmağının kəsildiyini görmüşdür. Zaurdan nə baş verdiyini soruşanda, Zaur “LİON” çay evinin qarşısında “bir yaxşı uşaqdır, adı Əhməddi, bir yerdə məşq eləmişik, bilmirəm mənə niyə belə köntöy cavab verdi ki?, mən özümü saxlaya bilməyib onu yumruqla vurdum, o, yerə yıxıldı, yerdən duranda bıçaq çıxartdı üstümə, məni vurmaq istəyəndə nə yaxşı ki, bu bıçaq üstümdə idi, özümü qorumaq üçün mənə də bu bıçağı çıxartdım və əlimlə vurub bıçağı Əhmədin əlindən saldım, uşaqlar bizi araladı və mən Əhmədin bıçağını yerdən götürüb oradan aralandım” demişdir. O, Zaurla sonuncunun avtomobilinə əyləşib evlərinə getmişdir. Evdə qardaşından Əhmədlə hansı səbəbdən görüşdüyünü soruşanda, sonuncu Sərxan adlı tanışı ilə Əhməd arasında kiməsə görə pul məsələsi ilə bağlı telefon danışığı olduğunu, sonuncuların bir-biri ilə acı danışdığı üçün, Əhmədin Sərxanı görüşə çağırdığını, ona görə də, Sərxanın ona zəng edib köməklik istədiyini bildirmişdir. Zaur Əhmədi tanıdığı və bir yerdə məşq elədikləri üçün Sərxana narahat olmamasını və Əhmədlə görüşəndə, məsələni həll edəcəyini bildirmişdir. Zaur ona “mən dava niyyəti ilə getməmişdim, Əhmədlə çay evinin qabağında görüşdüm, ona neynirsən Sərxangilin məsələsinə qarışıb” dediyini bildirmişdir. Zaurun deməsinə görə o, Əhmədlə görüşəndə sonuncuya “Sərxan Əhməd-Əhməd deyirdi, mən tanımadım səni, indi gəlib gördüm və tanıdım səni” deyəndə Əhməd də ona “mən də səni tanımırdım, indi gördüm tanıdım” sözlərini demiş, ona görə qardaşı Zaur Əhmədə əsəbiləşib sifətindən yumruqla vurmuş və Əhməd yerə yıxılmış, daha sonra onlar bir-birinə bıçaq çəkmiş, Əhməd ona bıçaq atanda bıçaq əlinə dəyib yerə düşmüş, daha sonra Zaur Əhmədin bıçağını yerdən götürüb oradan uzaqlaşmışdır. Saat 20 radələrində evdə olarkən Zaurun istifadəsində olan nömrəyə zəng gəlmiş, Zaur telefona cavab verəndə zəng edənin Əhməd olduğunu və onu görüşə çağırdığını məlum olmuş, o, Əhmədin nömrəsini götürüb zəng edərək telefonla onunla danışmış və görüşmək istədiyini bildirmişdir. X21 barışdırmaq olmuş, Əhməd ona görüşmək istəmədiyini bildirmişdir. Zaurdan Əhməd haqqında soruşanda qardaşı, sonuncunun Rəhman adlı tanışlarının qohumu olduğunu bildirmişdir. O, Rəhmana zəng edərək məsələni izah edib Əhmədlə Zauru görüşdürüb barışdırmağı təklif etmişdir. Rəhman isə Əhmədlə danışacağını və Zaura Əhmədlə hələ ki, görüşməyə icazə verməməsini bildirmişdir. O, Əhmədin Rəhmanın iş yeri olan Qarabağ Əlilləri Cəmiyyətində olduğunu öyrənib evdən çıxıb həmin yerə getmişdir. Əhmədlə əvvəllər bir yerdə namaz qıldıqlarından onu görüb tanımış və söhbət etmiş, qardaşı ilə aralarında anlaşılmazlıq olduğunu, əl verib barışmaqlarını xahiş edərək Zaurun səhvinə görə üzr istəmiş və sonuncu ona “inşallah yaxşı olar, narahat olma, sabah görüşüb özümüz söhbəti yoluna qoyacayıq” demişdir. Daha sonra o, evə qayıtmışdır. Növbəti gün, saat 09 radələrində Zaur ona Əhmədin zəng etdiyini və stadionda təkbətək görüşə çağırdığını bildirmişdir. O, qardaşını tək buraxmaq istəməyib dostu Möhsümə zəng edib gəlməsini demiş, Möhsüm isə bazarın yanında olduğunu və avtomobilin arxasında başqa bir maşın dayandığı üçün çıxa bilmədiyini bildirmişdir. Ona görə də, o, Zaurla bazarın yanına gedərək Möhsümü götürüb stadiona doğru getmişlər. Polis şöbəsi istiqamətindən gəlib “7 Qaya” marketinin yanından Səməd Vurğun küçəsinə dönəndə Zaur onlardan avtomobildən düşmələrini istəmiş, Əhmədin onu tək çağırdığını və dalaşmayıb söhbət edəcəyini bildirmişdir. Həmin vaxtı Zaur Əhməddən bir gün əvvəl götürdüyü bıçağı da gödəkçəsinin cibinə qoyub qaytaracağını bildirmişdir. O, maşından düşdükdən sonra Zaurun güləş zalı olan stadion istiqamətində avtomobili sürdüyünü görüb həmin istiqamətdə piyada iti addımlarla getməyə başlamışdır. Bağçanın qabağına çatanda Zaurla Əhmədin stadionun həyətində güləş zalının geyim otağının qarşısında ayaq üstə dalaşdıqlarını görmüş, Əhmədin əl hərəkətlərindən əlində bıçaq olduğunu hiss etmişdir. Həmin vaxtı o, küçədə olmuş, sonuncularla arasında təxminən 100 metr məsafə olmuş, o, qaça-qaça stadionun əsas giriş qapısını aralayıb həyətinə daxil olaraq qardaşına doğru qaçmışdır. Həmin vaxtı Zaur yerdən qalxdıqda qışqırıq səsi gəlmiş və Əhməd stadionun avtomobil yolundaki dairə ilə üzbəüz olan qapısının kənarından tullanaraq qaçmışdır. Həmin vaxtı o, Əhmədin sağ əlində bıçaq tutduğunu görmüş və sonuncuya “Şərəfsiz, niyə belə elədin” demişdir. Daha sonra Zaur ayağa qalxıb Əhmədin ardınca getmək istəsə də, büdrəmiş və o, bunu görən kimi yaxınlaşaraq qardaşını qucaqlamışdır. Qucaqlayanda Zaur ona “məni qəfildən böyrümdən bıçaqla vurdu” deyərək yıxılmışdır. O, qardaşını qucaqlayıb yıxılmağa qoymamış və Zaurun sol qarın nahiyəsinə əlini qoyanda bıçaq xəsarəti olduğu görmüşdür. Ondan bir-iki dəqiqə sonra Möhsüm də gəlmişdir. Zaurun olduğu yerdən təxminən bir metr aralıda asfaltın üstündə açıq vəziyyətdə qardaşının Əhməddən bir gün əvvəl aldığı bıçaq olmuşdur. Səhv etmirsə Möhsüm həmin bıçağı götürüb avtomobil sərnişin tərəfdən qaba qapısının saxlanc yerin qoymuşdur. O, həyəcanlanıb küçədən keçən bir nəfəri görərək Zaurun maşınını yaxına sürməsini demişdir. Həmin şəxs də onları görüb Zaurun avtomobilinə əyləşmiş və Möhsüm darvazanı açdıqdan sonra yanlarına sürmüşdür. Daha sonra o, sonuncularla köməkləşib Zauru arxa oturacağa qoymuş və tanımadığı həmin şəxsə xəstəxanaya sürməsini bildirmişdir. O, arxada Zaurun yanında əyləşmiş və yolda olarkən qardaşından səs gəlməmişdir. Xəstəxanaya çatdıqdan sonra Möhsüm və həmin şəxslə köməkləşib qardaşını düşürərək həkimlərə təhvil vermiş, lakin qardaşının artıq öldüyü müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hüseyin oğlu zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Süleymanov Möhsüm Maksim oğlu ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 09 radələrində bazarın yanında olarkən dostu Əli Hüseynov ona zəng edib evlərinə çağırmış, qardaşı Zaurun Əhmədlə arasında problem olduğunu və onların görüşəcəyini bildirmiş, onlarla birlikdə getmələrini xahiş etmişdir. Həmin vaxtı onun avtomobilinin arxasında başqa bir maşın dayandığı üçün çıxa bilməmiş, Əlidən gəlib onu aparmalarını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Əli ilə Zaur sonuncuya məxsus Opel markalı maşınla gələrək onu bazarın qabağından götürmüşlər. Avtomobilə mindikdən sonra hara getdiklərini soruşanda Əli ona Əhmədlə Zaurun telefonda danışdıqlarını və Qazax şəhər stadionunda görüşəcəklərini bildirmişdir. Polis şöbəsi istiqamətindən hərəkət edib “7 Qaya” marketinin yanından S.Vurğun küçəsinə dönəndə Zaur avtomobili saxlayaraq Əli ilə onu düşürdüb Əhmədin onu görüşə tək çağırdığını, sonuncu ilə dalaşmayacağını və söhbət edəcəyini bildirərək avtomobili sürüb getmişdir. O isə Əli ilə piyada iti addımlarla stadiona doğru getmişlər. Bağçaya çatanda Zaurun avtomobilini stadionun avtomobil yolunda olan dairə ilə üzbəüz giriş darvazasının qabağında saxladığını görsə də, həmin yerə diqqət yetirdikdə Zauru görməmişdir. Bir az da qabağa getdikdə Əli ona “bunlar dalaşırlar” deyib stadiona doğru qaçmışdır. O da sonuncunun arxasınca qaçmış, Əhmədlər Zaurun əlbəyaxa olduqlarını görüb stadionun əsas qapısından keçərək həyətindəki güləş zalının geyim otağının qabağına getmişdir. Qapıdan keçərkən Əhmədin sağ əlində bıçaqla Zaurla üzbəüz dayanıb geyim otağının qabağında dala qabağa hərəkət edərək sonuncuya bir neçə dəfə vurduğunu görmüş, qışqıra-qışqıra Zaura doğru qaçanda Əhməd onları görüb sağ əlində bıçaqla Zaurun avtomobili saxladığı stadionun giriş darvazasının kənarından tullanaraq Səməd Vurğun küçəsi ilə bazar istiqamətində qaçmışdır. Əli ondan tez çatıb Zaurun büdrədiyini görüb qucaqlayaraq yerə yıxılmağa qoymamışdır. O da çataraq Əliyə köməklik etmişdir. Həmin vaxtı onlar bir qədər əyilmiş və Zaur can vermişdir. Zaur onlara “qəfildən böyrümdən bıçaqla vurdu” sözlərini demişdir. Daha sonra təcili tibbi yardıma zəng edib su gətirməyə getmişdir. Əli həmin vaxtı yolla əvvəllər tanımadığı adamın keçdiyini görüb səsləyərək Zaurun avtomobilini yanlarına sürməsini demiş, o isə stadionun darvazasını açmışdır. Sonradan həmin şəxsin Şahid2 olduğunu bilmişdir. Nəsimi avtomobili sürüb gətirdikdən sonra onlar köməkləşib Zauru arxa oturacağa yerləşdirmiş və xəstəxanaya aparmış, lakin orada Zaurun artıq öldüyü müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 10-11 radələrində o, yuxudan durub çarpayının yanında çölə baxmışdır. X22 Kompleksi yaşadığı evlə üzbəüz 40-50 metr məsafə yerləşir. Pəncərədən bir-iki dəqiqə baxdıqda stadionun Qazax şəhəri, Səməd Vurğun küçəsində avtomobil yolunun ortasında olan dairə ilə üzbəüz yerləşən qapısının qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı göy rəngli OPEL markalı avtomobilin dayandığını və içərisindən sonradan adının Zaur olduğunu bildiyi şəxsin düşərək darvazanın üstündən stadionun həyətinə tullanıb sol tərəfdəki bir mərtəbəli binanın yanına getdiyini görmüşdür. Zaurun binanın yanındakı ağaca çatdıqdan sonra anidən kiminləsə əlbəyaxa olduğunu, daha sonra onların yerə tam yıxılmamış süpürləşdiklərini görmüşdür. Baxdığı pəncərə ilə Zaurgilin olduğu yer arasında çoxlu ağaclar olduğu üçün o, Zaurun kiminlə dalaşdığını görməmiş, təxminən 1 dəqiqə dalaşdıqdan sonra Zaur büdrəyək və qarnını tutaraq geriyə çəkilmiş, digər şəxs isə hasarın üstündən tullanaraq Qazax şəhəri, Səməd Vurğun küçəsi ilə bazar istiqamətində qaçmışdır. Darvazanın üstündən tullananda həmin şəxsin Əbdurəhmanın oğlu Əhməd olduğunu görmüşdür. Əhməd qaçan kimi “7 Qaya” marketi istiqamətindən iki nəfər şəxsin qaça-qaça gəldiklərini və stadionun əsas qapısından keçərək Zaurun yanına getdiklərini görmüşdür. Həmin vaxtı Zaur sanki taqətini itirib yerə yıxılmaq istəmişdir. İki nəfər şəxs Zaura çatıb sonuncunun əlindən tutanda o, əynini geyinib küçəyə çıxmış və sonuncuların olduğu yerə getmişdir. Stadiona doğru yolu keçərkən digər qonşusu Nəsimin darvazanı açdığını və avtomobili Zaurgilin yanına sürdüyü müşahidə etmişdir. O tələsik sonuncuların yanına getmişdir. Darvazadan içəri daxil olanda Zaurun qardaşı Əlini tanımış və sonuncu ilə yanındaki adını bilmədiyi digər şəxs Nəsimi ilə köməkləşib Zauru avtomobilin arxa oturacağına mindirmək istəmişlər. Əlidən nə baş verdiyini soruşanda sonuncu Əhmədin Zauru bıçaqladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə axşam saat 18 radələrində evdə olan zaman Zaur Hüseynov ona zəng etmiş, lakin onun başı qarışıq olduğu üçün zəngə cavab verə bilməmiş və təxminən 15-20 dəqiqə sonra o, Zaur zəng etmişdir. O, Zaurla telefonda danışarkən Zaur həmin günü Əhmədlə dalaşdığını və sonuncunu yumruqla vurduğunu demiş və Əhmədin ona zəng etdiyini bildirmişdir. O, tərəflərin hər ikisini tanıdığı üçün narahatçılıq olmadığını və Əhmədlə özü danışacağını bildirmişdir. Daha sonra o, Əhmədə bir neçə dəfə zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Təxminən saat 21 radələrində Zaurun qardaşı Əli ona zəng edərək, “Əhmədlə Zaur dalaşıb, Əhməd tez-tez zəng vurur, sən Zauru tanıyırsan, onlar görüşsələr dalaşacaqlar” demişdir. O, isə Əliyə narahat olmamasını, zaurun evdən çıxmasına icazə verməməsini və Əhmədlə görüşəcəyini bildirmişdir. O, bu söhbətdən sonra bir daha Əhmədə zəng etmiş və Əhməd zəngə cavab verən zaman o, Əhmədə işlədiyi cəmiyyətin həyətinə gəlməsini bildirmişdir. O, Əhmədlə görüşən zaman Əhmədin dodaq nahiyyəsinin çapıldığını görmüş, nə baş verdiyini soruşduqda Əhməd “Zaurla söhbət edəndə, o, qəfildən məni yumruqla vurdu” bildirmişdir. O, Əhmədə səbirli olmasını və sakitləşməsini bildirmiş və Zaura nə üçün zəng etməsini soruşduqda Əhməd ona “bir görüşüm görüm, məni niyə vurub “ deyə bildirmişdir. O, Əhmədə 3-4 gün səbir etməsini, hirsli başda ağıl olmadığını deyərkən, Əhməd kövrələrək “əmi can sən məsələyə qarışma, ortaya çıxmır, onunla görüşüm görüm məni niyə vurdu” bildirmişdir. O, Əhmədi qucaqlayaraq sakitləşdirmişdir. Bundan sonra o, cəmiyyətin həyətindəki otaqda namaz qılan zaman Əli ona zəng etmiş və o, təxminən saat 22-23 radələrində namazdan qayıdan zaman Əli ilə Əhmədin Cəlal və Hikmətin yanında söhbət etdiklərini görmüş, onlara yaxınlaşmış, onlarla görüşdüknən sonra çay içməyə dəvət etmişdir. Məsa arxasında Əli mehribancasına Əhmədlə söhbət etmiş, qardaşı Zaurun sıhv etdiyini deyərək üzrxahlıq etmiş, Əli ilə Əhməd birlikdə bayıra çıxmışlar, çöldə bir qədər mehribancasına söhbət etdikdən sonra Əli bizimlə sağollaşıb getmiş, Əhməddə gəlib başı ağrıdığı üçün evə gedəcəyini bildirmişdir. O, Əhməd üçün narahat olduğu üçün Əhməddən bir başa evə getməsini tələb etmişdir. Bundan təxminən 1 saat sonra o, Əhmədi yoxlamaq üçün zəng etmiş nə Əhməd evdə olduğunu bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 09-10 radələrində mərhum Zaurun qardaşı Əli ona zəng edib “Zayka getdi stadiona Əhmədlə görüşə, sən bir Əhmədlə danış” demişdir. O isə Əliyə “sən Zaykanı qoyma getməyə, əynimi geyinib gəlirəm” demiş və evdən çıxaraq Səməd Vurğun küçəsi ilə Qazax şəhər stadionu getmiş, dərhal Əliyə zəng etmiş və sonuncu ağlaya-ağlaya zəngə cavab verib “öldürdü, Əhməd Zaykanı öldürdü, məni yazıq elədi” demişdir. O, Əhmədə zəng etmiş, Əhməd ona “əmi gedirəm təslim olmağa” deyərək peşiman olduğunu bildirmişdir. Daha sonra ona məlum olmuş ki, Əhməd polis şöbəsinə gedərək Zauru öldürdüyünü bildirib təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 11 radələrində yuxudan durub küçəyə çıxanda orta məktəb uşaqlarından dostu Əhmədin Qazax şəhər stadionunda kimisə bıçaqladığını eşitmişdir. O dərhal Əhmədgilə getmiş, oraya çatıb evlərinə daxil olanda sonuncunun anası Fəridənin ağladığını və Əhmədin anasının dizlərini qucaqlayıb “mənə halallıq ver, ana istəməzdim belə olsun, olan oldu” deməsini görmüşdür. Bunu görüb o, dözə bilmədiyi üçün bayıra çıxmışdır. Bir neçə dəqiqə sonra Əhməd paltarları götürüb bayıra çıxmış və onun VAZ 21074 minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib polis şöbəsinə sürməyini xahiş etmişdir. Maşında nə baş verdiyini soruşanda Əhməd qısa formada Qazax şəhər stadionunda Zaurla görüşdüyünü, sonuncu ilə dalaşdığını və bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Polis şöbəsinə çatdıqdan sonra Əhməd binaya daxil olaraq növbətçiyə təslim olmuş, o isə növbətçinin yanından geriyə qayıtmışdır. Növbətçinin yanında Əhməd dəstəyi ağ rəngli balaca açılıb-qatlanan bıçağı da cibindən çıxarıb həmin bıçaqla Zauru vurduğunu deyərək təhvil vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, əvvəllər tanıdığı və münasibəti olan Şahid10 ona Gürcüstandan siqaret, pampers və digər gündəlik tələbatı əşyalarını gətirdiyi üçün sonuncuya 200 manat məbləğində borcu yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə Şahid10 onunla görüşüb borcunu tələb edərkən aralarında narazılıq olmuşdur. Daha sonra isə Yelmara görə sonuncunun tanışı Təqsirləndirilən şəxs ona zəng edib Yelmarla aralarında olan borc məsələsini həll etmək üçün onu görüşə dəvət etsə də, telefonda danışarkən o, Təqsirləndirilən şəxsla sözlə mübahisə edib sonuncu ilə görüşə getməmişdir. Lakin, Əhmədin idmanla məşğul olduğunu bildiyi üçün fərdi qaydada idmanla məşğul olan öz tanışı X5 Əhmədi tanıya biləcəyini fikirləşdiyindən sonuncuya zəng edərək ona bu məsələdə köməklik etməsini xahiş etmişdir. Növbəti gün isə Təqsirləndirilən şəxsla Zaur Hüseynov arasında bir gün əvvəl onunla Yelmar arasında olan məsələyə görə görüşərkən mübahisə düşdüyünü və buna görə də xx xxxxx 2020-ci il tarixdə X26 İdman və Sağlamlıq Kompleksinin həyətinə görüşə dəvət etdiyini və bıçaqlayaraq öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 və Təqsirləndirilən şəxs ifadələrinə oxşar məzmunlu ifadə verərək, əlavə olaraq ifadəsində göstərdi ki, onlar masa axrasında olarkən Əhmədə zəng gəlmiş və o, heç nə demədən çayxananın ikinci mərtəbəsində aşağı düşmüş və Əhməd heç nə demədən aşağı düşdüyü üçün onlar da onun arxasınca bayıra çıxmışlar. Həmin vaxt səhv xatırlamırsa Zaur qarayanız bir oğlanla gəlmişdir. Zaur Əhmədə yaxınlaşaraq “sən məni tanıyırsanmı? Sərxan mənim qohumumdur, sən bilirsənmi mən kiməm?” demişdir. Əhməd isə “tanımıram, indi görürəm səni, bəs sən məni tanıyırsanmı?” demiş, bu zaman Zaur qəfildən Əhmədin sifətindən yumruqla vurmuş və Əhmədin dodağı partladığı üçün qan axmağa başlamışdır. Həmin vaxt Zaur cibindən bıçaq çıxararaq Əhmədin üstünə gəlmiş, Əhməddə yerdən qalxdıqdan sonra bıçaq çıxararaq Zaurun üstünə getmişdir. Onlar bir-birinə bıçaq vurmaq istəyərkən o, və oradakı digər şəxslər Əhmədlə Zauru aralamışlar. Həmin vaxt Əhməd hər hansı bıçaq xəsarəti almamış, onun Zaurun hər hansı bıçaq xəsarəti almasından xəbəri olmamışdır. Onları aralayan vaxtı Əhmədin bıçağı yerə düşmüş və bıçağı kimsə götürmüşdür. Bundan sonra səs-küy olmasın deyə Zaur yanındakı adamlarla gəldiyi avtomobilə minərək ordan uzaqlaşmış, Əhməd isə ordan tanımadığı şəxsin ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21074 minik markalı avtomobilə əyləşərək, Qazax rayonu, Xanlıqlar kəndi istiqamətində getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, O, xx xxxxx 2020-ci il tarixdə Qazax RPŞ-nin həyətindəki 2 nömrəli polis postunda xidmət apararkən saat 11:55 radələrində əvvəllər tanımadığı və sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs polis şöbəsini giriş darvazasından həyətinə daxil olaraq ona yaxınlaşıb Qazax şəhər stadionunda bir nəfəri bıçaqlayaraq qətlə yetirdiyini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində qara rəngli, boğazı tüklü və uzunqol gödəkcə və qara rəngli şalvar, bundan başqa əlində isə içərisində açıq mavi rəngli gödəkcə və digər paltarlar olan şəffaf sellofan olmuşdur. Həmin vaxt Əhmədlə birlikdə özünü Əhmədin dostu kimi təqdim etmiş adını bilmədiyim baxqa şəxs də vardı. O, dərhal Əhməd və həmin şəxslə birlikdə Qazax RPŞ-nin məsul növbətçisi Şahid7 yaxınlaşaraq Əhmədi təqdim edib həmin şəxsin qətl hadisəsi törətdiyini bildirmişdir. Növbətçi Əhmədi bu barədə müvafiq qeydiyyat kitabında qeydiyyat apararaq təhvil almışdır. Bundan sonra Əhmədin yanındakı şəxs isə növbətçinin yanından geri qayıtmış, o, isə xidmət yerinə qayıtmışdır. Bir qədər sonra ona məlum olmuşdur ki, bir az əvvəl təslim olan Təqsirləndirilən şəxs Qazax şəhər sakini X10 Qazax İdman və sağlamlıq Kompleksində bıçaqla qətlə yetirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Qazax şəhəri, Səməd Vurğun küçəsi, Döngə 6-da yerləşən Qazax İdman və Sağlamlıq Kompleksidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli, 39 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində məhkəmə tibbi müayinə zamanı müəyyən edilmiş xəsarətlər: üst dodaq nahiyəsinin tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasına qansızma, hər iki diz və baldır nahiyəsinin sıyrıqları, küt əyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddət əmələ gələ bilərdi. Üst dodağın selikli qişasına qansızma, hər iki diz və baldır nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; üst dodağın əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X16 rayon şöbəsinin 07 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki: X1 meyitində aşkar edilmiş xəsarətlər - sol döş qəfəsinin ön səthində 4-5-ci qabırğa arası nahiyədə 1.2x0.4 sm ölçüdə, istiqaməti öndən arxaya olan, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən, ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara; sol döş qəfəsinin yan səthində 10-11-ci qabırğalar arası nahiyədə ön qoltuq altı xətt üzrə köndələn istiqamətdə yerləşmiş 2x0.8sm ölçüdə daxilən nüfuz etməyən kəsilmiş-deşilmiş yara; sol döş qəfəsinin arxa səthində 10-cu 11-ci qabırğa arası nahiyədə köndələn-çəp istiqamətdə yerləşmiş 1x0.3sm ölçüdə; qarının sol aşağı hissəsində ön-üst qalça tinindən 3 sm göbəyə tərəf köndələn istiqamətdə yerləşmiş 2x0.5sm ölçüdə daxilə nüfuz edən, peritonun zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara vardır. Qeyd olunan xəsarətlərin kənarları hamardır, səthləri nəmdir. Sağ əlin 2-ci barmağının ovuc səthində uc falanqa səviyyəsində köndələn istiqamətdə yerləşmiş 0.6x0.2 sm ölçüdə, kənarları hamar üzəri qaramtıl-qırmızımtıl rəngli, qartmaqla örtülü, tikişə ehtiyacı olmayan, səthi kəsilmiş yara vardır. Sağ diz nahiyəsində 3x1.5 sm, sol diz nahiyəsində 3x1.8 və 1x0.2 sm, sağ əlin arxa səthində 2x1.5 sm, 0.8x0.5 sm, 5-ci barmağın arxa səthində 1.5x0.5 sm ölçülərdə səthi nəm, dəri səviyyəsindən aşağı yerləşmiş sıyrıqlar vardır. Sol döş qəfəsinin ön səthinin, 4- 5-ci qabırğa arası nahiyənin, sol döş qəfəsinin yan səthinin 10-11-ci qabırğalar arası nahiyənin, sol döş qəfəsinin arxa səthinin 10-11-ci qabırğa arası sahənin, qarının sol aşağı hissəsinin kəsilmiş-deşilmiş yaraları kəsici-deşici əşyanın təsirindən törəmişdirlər, həyatidirlər, mərhumun ölümündən azacıq əvvəl kəsici-deşici əşyanın təsirindən törənmişdirlər. Sağ əlin 2-ci barmağının ovuc səthinin səthi kəsilmiş yarası, kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən 1-2-gun əvvələ uyğun gəlir. Sağ və sol diz nahiyəsinin, sağ əlin arxa səthinin, 5-ci barmağın arxa səthinin sıyrıqları, mərhumun ölümündən azacıq əvvəl küt əşyanın təsirindən törənmişdirlər. X1 meyitində sol döş qəfəsinin ön səthində 4-5-ci qabırğa arası nahiyədə olan daxilə nüfuz edərək ürəyin zirvəsini və sol mədəciyinin zədələnməsi, qarnın sol aşağı hissəsinin daxilə nüfuz edən və peritonun zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaraları ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mərhumun bədənində olan, sol döş qəfəsinin yan səthində 10-11-ci qabırğalar arası nahiyədə ön qoltuqaltı xətt üzrə və sol döş qəfəsinin arxa səthində 10-11-ci qabırğa arası nahiyədə olan daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaralar dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurma kimi qiymətləndirilir. Sağ əlin ikinci barmağının ovuc səthində, uc falanqa səviyyəsində olan kəsilmiş yara, sağ və sol diz nahiyəsində, sağ əlin arxa səthində, sağ əlin 5-ci barmağının arxa səthinin sıyrıqları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 bədəni üzərində olan xəsarətlər hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələrə uyğundur. X1 ölümünə səbəb ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə söyləmək olar ki, X5 ölümü, meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində spirt və narkotik maddə aşkar edilməmişdir. Yaraların lokalizasiyasına, sayına görə, xəsarət yetirilən zaman, zərərçəkmişlə xəsarət yetirən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi. X1 meyitində aşkar olunmuş kəsilmiş-deşilmiş yaralar kəsici-deşici alətlə yetirilmişdir. Qeyd olunan kəsilmiş-deşilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi halı inkar edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 3/386; 3/387 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq (şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olan bıçaq) zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq (X5 meyitinə baxış zamanı götürülmüş üzərində hörümçək şəkili olan bıçaq) zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq (X5 avtomobilinə baxış zamanı götürülmüş bıçaq) zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet (X5 avtomobilinə baxış zamanı götürülmüş çapacaq-rezak) zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı kağız, karton, faner və s. kəsmək üçün nəzərdə tutulmuş kəsici-batıcı xassəyə malik alətdir, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş X11 məxsus gödəkçə, sviter, köynək və mayka üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin paltarların üzərində olan zədələr öz formasına, qruluşuna və s. Ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmete bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bıçaq tiyəsidə aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın uzunluğu 980 mm, eni 480 mm olmaqla sağ ayaqlıq (dizlik) hissəsində, bel tikişindən 590 mm aşağıda 70 mm ölçüdə zədə vardır. Təqsirləndirilən şəxs və Zaur Hüseynova məxsus şalvarların üzərində olan zədələr öz formasına, quruluşuna, xarakterinə və s. əlamətlərinə görə fiziki qüvvənin təsirindən, o cümlədən hər hansı bərk predmetlə kontaktda olması, ilişməsi nəticəsində dartılaraq yarana bilən cırılma, sökülmə zədəsidir. Təqsirləndirilən şəxs və Zaur Hüseynova məxsus şalvarların üzərində olan zədələr yerə sürtünmə və yerə yıxılma nəticəsində yara bilər. Tədqiqata təqdim edilmiş bir ədəd cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus gödəkçə və sviterin üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/644 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zaur Hüseynova məxsus olduğu qeyd edilən paltarlardan açıq boz rəngi idman gödəkcəsi üzərindən tapılmış açıq mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan cins gödəkcənin tərkib liflərinə uyğun gəlir; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan cins gödəkcə üzərindən tapılmış açıq boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zaur Hüseynova məxsus olduğu qeyd olunan idman gödəkcəsinin tərkib liflərinə uyğun gəlir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixinevroloji Dispanseri tərəfində verilmiş xx xxx 2020-ci il tarixli, 255/98 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, Təqsirləndirilən şəxs hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu keçirmir, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır, Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuş, onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, 380/2020 nömrəli ekspert rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu: A-beta/H/İİ/; Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/İİİ/ (sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); ekspertizaya təqdim edilən mərhum X11 məxsus cins şalvar, papaqlı idman gödəkçəsi, sviter, qısaqol köynək, mayka, cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus cins pencək, cins şalvar, pulover, 02 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu; ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı; Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X11 məxsus ola bilər; ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur; təqdim edilən dəstəyi üzərində hörümçək təsviri olan qatlanan cib bıçaq və kəsici alət-çapacaq (rezak) üzərində qan aşkar olunmadı; dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün təqdim maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/523 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin uzunluğu 680 mm, eni 470 mm olmaqla səthində istismar nəticəsində əmələ gələn zədələr vardır. Sviterin arxa hissəsində ətəyin aşağı son kənarından 20 mm yuxarıda 40 mm ölçüdə zədə vardır. Sviterin üzərində olan zədə öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə hər-hansı bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Xüsusi ədəbiyyatda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən edilməsi ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş gödəkçənin üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 11-21/981 və 11-21/980 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla, anası Şahid6 Davabil qızı ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 486 nömrəli və xx xxxxx 2020-ci il tarixli, 676 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında psixo-narkoloji qeydiyyatda deyil, hər hansı şikayətlə müraciət etməmiş, xəstəxanada stasionar, yaxud ambulator müalicə almamış, nevroloji, onkoloji və sair xəstəliklərlə əlaqədar dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X5 meyitinə baxış zamanı götürülmüş hadisə vaxtı onun əynində olmuş üzərində qana bənzər ləkələr olan boz rəngli papaqlı idman gödəkçəsi, tünd göy rəngli sviter, qısaqol idman köynəyi, ağ rəngli mayka, göy rəngli cins şalvar, bir ədəd cib dəsmalı və bir ədəd açılıb qatlanan bıçaq, X11 məxsus avtomobildə aşkar edilmiş bir ədəd açılıb bağlanan bıçaq və bir ədəd dəstəyi yaşıl rəngli olan çapacaq(rezak), Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş üzərində qana bənzər ləkələr müşahidə edilən açıq mavi rəngli uzunqol gödəkcə, qara rəngli uzunqol sviter, göy rəngli cins şalvar və onun təqdim etdiyi cinayətin aləti olan üzərində qanabənzər ləkələr müşahidə edilən 1 ədəd açılıb-qatlanan bıçaq maddi sübut kimi tanınaraq Qazax rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Qazax İdman və Sağlamlıq Kompleksinin həyətində Zaur Hüseynovla görüşdüyü, sonuncu ilə əlbəyaxa olduğu, ona bıçaqla xəsarət yetirdiyi və qaçıb gedərək hadisə yerindən uzaqlaşdığı yerləri göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Qazax Rayon Polis şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxx 2020ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” protokolundan və xx xxxxx 2020-ci il tarixli Qazax rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zaur Hüseynova yetirdiyi bədən xəsarətlərinin sayı, xarakterini və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, sonuncular arasında hadisə baş verməmişdən əvvəl mübahisə predmetinin mövcudluğunu iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, konüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən edilmədir. Həmçinin həmin qərarda göstərilmişdir ki, CM-in 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət işinin mövcud olan və məhkəmə istintaqı zamanı araşdırılmış materiallarında X2 könüllü olaraq Qazax rayon polis şöbəsinə gəlməsi barədə hər hansı protokol tərtib olunmamasına baxmayaraq, məhkəmə yuxarıda qeyd edilən plenum qərarında nəzərdə tutulmuş müddəaları rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid8, Şahid7, Şahid4, Şahid5, Şahid6 həmin xüsusatla bağlı ifadələrində qeyd etdiklərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs könüllü olaraq 23 aprel 11:55 də Qazax RPŞ-nə gələrək törətmiş olduğu cinayət əməlini könüllü etiraf edərək hadisə zamanı istifadə etdiyi bıçağı və hadisə zamanı əynində olmuş paltarları könüllü olaraq polisə təqdim etməsi müəyyən edildi. Odur ki, təqsirləndirilən şəxsin həmin əməli könüllü gələrək təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına fəal kömək etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını X2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X2 törədilən cinayət əməlindən sonrakı zaman ərzində davranışını, yəni cinayəti törətdikdən sonra könüllü olaraq polisə orqanlarına gedərək cinayət törətməsini etiraf etməsini, cinayət əməlinə tənqidi münasibətini, onun hadisədən bir gün əvvəl Zaur Hüseynovla dalaşması zamanı Zaur Hüseynovun onun yumruqla vurması nəticəsində xəsarət almasını, əməlindən peşman olmasını onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X2 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X6 ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Qazax rayon prokurorluğunda saxlanılan X11 məxsus 1 ədəd idman gödəkçəsi, 1 ədəd sviter, 1 ədəd qısaqol idman köynəyi, 1 ədəd mayka, 1 ədəd cins şalvar, 1 ədəd cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd uzunqol gödəkçə, 1 ədəd uzunqol sviter, 1 ədəd cins şalvar onların yaxın qohumlarından birinə qaytarılmalı, imtina etdikləri təqdirdə məhv edilməli, Zaur Hüseynovun meyitinə baxış zamanı götürülümüş1 ədəd açılıb-qatlanan bıçaq, ona məxsus avtomobildə aşkar edilmiş bir ədəd açılıb-bağlanan bıçaq və bir ədəd dəstəyi yaşıl rəngli çapacaq (rezak) və Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan 1 ədəd açılıb-qatlanan bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 284 (iki yüz səksən dörd) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Qazax rayon Vəkil Bürosunun vəkili X7 prosessual hərəkətlərdə 22 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Seyidli Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Qazax rayon prokurorluğunda saxlanılan X11 məxsus 1 ədəd idman gödəkçəsi, 1 ədəd sviter, 1 ədəd qısaqol idman köynəyi, 1 ədəd mayka, 1 ədəd cins şalvar, 1 ədəd cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd uzunqol gödəkçə, 1 ədəd uzunqol sviter, 1 ədəd cins şalvar onların yaxın qohumlarından birinə qaytarılsın, imtina etdikləri təqdirdə məhv edilsin, Zaur Hüseynovun meyitinə baxış zamanı götürülümüş 1 ədəd açılıb-qatlanan bıçaq, ona məxsus avtomobildə aşkar edilmiş bir ədəd açılıb-bağlanan bıçaq və bir ədəd dəstəyi yaşıl rəngli çapacaq (rezak) və Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan 1 ədəd açılıb-qatlanan bıçaq məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 284 (iki yüz səksən dörd) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Qazax rayon Vəkil Bürosunun hesabına 132 manat, Seyidli Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X20 Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-203/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-203/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver