Məhkəmə qərarları › İş №1(100)-203/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-203/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-203/2021 25.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili – X6, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Çanaxçı kəndində qeydiyyatda olan, Gəncə şəhəri Məhsəti qəsəbəsi 20 saylı küçədə yerləşən evdə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20.01.2020-ci il tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə bağlı şikayəti əsasında Kəpəz RPİ-də araşdırma aparılması ilə bağlı məsələyə aydınlıq gətirmək məqsədi ilə sonuncu alkoqol sərxoşluğu vəziyyətində 16.12.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 20 saylı küçədə yerləşən fərdi yaşayış evinə gəlib onu küçəyə çağırdıqdan sonra Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı istintaqla müəyyən edilməsi mümkün olmayan kəsici deşici alət-bıçaq ilə Zərərçəkmiş şəxs sol bazu nahiyəsində yerləşən, yumşaq toxumaların zədələnməsi ilə izlənən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sol qol nahiyyəsinə qəsdən iki dəfə zərbə yetirib, sonuncuya sol bazu nahiyyəsinin yumşaq toxumaların kəsilmiş-deşilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan və döş qəfəsinin ön səthində solda, ön qoltuq altı xətt üzrə Vİ və Vİİ qabırğa səviyyəsində plevranın zədələnməsi ilə müşayiət edilən sağlamlığa ağır zərər vurmaya xəsarətlə yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanımışdır. Təxminən 1 il əvvəl Fərid gecə vaxtı sərxoş vəziyyətdə onların evinə gəlmiş və onların evin həyətində onun yanında anası Fatma ilə söhbət edərkən bacısı Ülviyyə küçədən qaçaraq evə gəlmiş və bir nəfərin küçədə onların pəncərənin qarşısında yerə siydiyini demiş, bundan sonra o, əsəbləşmiş və küçəyə çıxıb adını sonradan bildiyi Mirkamillə mübahisə etmişdir. Bundan sonra Fərid də küçəyə çıxmış və həmin şəxsin Fəridin əmisi oğlu olduğunu deyərək ona yumruqla bir dəfə vurmuşdur. Bundan sonra onlar polisə müraciət etmiş və Kəpəz RPİ-də bu barədə araşdırma aprılmış və o, şikayəti olmaması barədə ərizə yazmışdır. 16.12.2020-ci il tarixdə saat 22 radələrində Fərid onların evinin küçə tərəfə baxan pəncərəsini döyüb onu çölə çağırmış və evin həyətinə keçmiş, anası Fatma Fəridin nə istədiyini öyrənmək üçün evin həyətinə çıxmış və anası ilə Fərid sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt qohumları Elnur da onların evində olmuşdur. Elnur ondan öncə evdən çıxmış və Fəridə nə üçün birbaşa evin həyətinə girdiyini soruşmuş, Elnur evdən çıxandan sonra isə o, tez evdə stolun üzərində olan mətbəx bıçağını da özü ilə götürüb evdən həyətə çıxmışdır. Elnur Fəridlə söhbət edərək sonuncunu küçəyə çıxarmışdır. Küçədə söhbət zamanı Fəridin sərxoş halda olduğunu bilmiş, həmin vaxt Fərid yenə də bir il əvvəlki mübahisə barədə danışaraq onun üzərinə gəlmək istəyən zaman o, əlində olan həmin bıçaqla Fəridin sol tərəfinə iki dəfə vurmuş, bu zaman bıçaqlardan biri Fəridin qoluna, ikinci isə sol tərəfinə dəymişdir. Həmin vaxt Fərid qorxmuş və geri çəkilib oradan uzaqlaşmaq üçün qaçmışdır. Fərid ordan qaçarkən bir neçə metr sonra yerə yıxılmışdır. Hazırda onunla barışıb, vurduğu zərəri ödəmişdir. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl fəhlə işlədiyi yerdə xadimə lazım olduğuna görə eyni qəsəbədə yaşadığı və tanıdığı Fatmanın evinə getmişdir. O, ora gedəndə əmisi oğlu Mirşahin də onun yanında olmuşdur. O, əmisi oğluna küçədə dayanmasını demiş və həyətə girib Fatmanı çölə çağırmış, həmin vaxt oğlu Ümud da orada olmuşdur. O, Fatmadan iş yeri olduğunu, orada işləyib-işləyə bilməyəcəyini soruşan zaman Fatmanın qızı qaçaraq içəri girmiş və bir nəfər şəxsin Fatmagilin pəncərəsinin qarşısında dayandığını demişdir. Bu zaman Ümud tez qaçaraq onun yanından keçib küçəyə çıxmış və əmisi oğlu Mirşahinlə mübahisə etmişdir. Bu zaman o da Mirşahinin ardınca çıxmış və dava etdiyi şəxsin əmisi oğlu olmasını, onu gözlədiyini demişdir. Orada aralarında mübahisə olmuş və qohumu onun barəsində polisə şikayət etmişdir. Sonradan isə şikayətçi olmamışlar. O, 16.12.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə yemək yeyib spirtli içki içdikdən sonra Ümudun onunla işi olması yadına düşmüş və saat 22 radələrində Ümudun evinə getmişdir. O, Ümudgilin küçəyə tərəf baxan pəncərəsini döyüb Ümudun küçəyə çıxmasını demiş və özü Ümudun evinin qapısından içəri, həyətə girmişdir. Bu zaman evdən hərbi geyimdə bir nəfər adını sonradan bildiyi, Elnur adlı şəxs ona yaxınlaşmış və onu küçəyə çıxarmış, o, Elnurla söhbət edən zaman Ümud arxadan ona yaxınlaşıb bir dəfə bıçaqla sol tərəfinə vuran zaman bıçaq sol qoluna dəymişdir. Bundan sonra Ümud ikinci dəfə də bıçaqla onun sol tərəfinə vurub xəsarət yetirmişdir. Bu zaman o, yerə yıxılmış və səs-küy salmışdır. Həmin vaxt Ümud qaçıb oradan uzaqlaşmış və o da yerdən durub piyada dostu Rafiqin evinə getmişdir. Rafiq isə TTYX-na demiş və onu 3 saylı TTYX-na aparmışlar. Ona vurulmuş zərər ödənildiyindən Ümudla barışmış, ondan şikayəti və tələbi yoxdur, onun barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Fərid gecə vaxtı sərxoş vəziyyətdə onların evinə gəlmiş və onların evinin həyətində oğlu Ümudla söhbət edən zaman qızı Ülviyyə küçədən qaçaraq evə gəlmiş və bir nəfərin küçədə yerə siydiyini demişdir. Bundan sonra oğlu küçəyə çıxmış və Fəridin əmisi oğlu Mirkamillə mübahisə etmişdir. Bundan sonra Fərid də küçəyə çıxmış və həmin şəxsin Fəridin əmisi oğlu olduğunu deyərək oğlu Ümudla mübahisə etmişdir. Sonra onlar polisə müraciət etmiş və orada araşdırma apırılmışdır. 16.12.2020-ci il tarixdə saat 22 radələrində Fərid evlərinin qapısını döymüş və o, həyətə çıxmışdır. Bu zaman Fərid bir il əvvəl şikayət etməkləri ilə bağlı onunla mübahisə etmiş, mübahisə zamanı Fərid sərxoş vəziyyətdə onu təhqir etmiş, bu zaman oğlu Ümud və həmin vaxt onlarda qonaq olan Elnur adlı şəxs həyətə çıxmışlar. Elnur Fəridi küçəyə çıxarıb nə səbəbə mübahisə etdiyini demiş, bu zaman oğlu Ümud evdən bıçaq götürüb Fəridə yaxınlaşmış və Fəridin sol qol nahiyyəsinə, sonra sol tərəfindən bir dəfə olmaqla ümumilikdə iki dəfə bıçaqla zərbə vurmuşdur. Fərid bu zaman yerə yıxılmış, Ümud Fəridə bıçaqla vurandan sonra Ümud oradan qaçıb uzaqlaşmış, Fərid isə yerdən qalxmış və yeriyərək oradan uzaqlaşıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 şahid Nümayəndə ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında qərar və ona əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli 4(043)-115/2020 saylı qərarından görünür ki, həbsetmənin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli 4(043)-02/2021 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X5 25.02.2021-ci il tarixli qərarından görürür ki, Təqsirləndirilən şəxs barəsində “valdeyinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji Dispanserinin 11 yanvar 2021-ci il tarixli 116 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Səhiyyə Nazirliyi Ruhi Əsəb Dispanserinin 06.01.2021-ci il tarixli 37 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs X8 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apeliyasiya Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli 4(104)-02/2021 saylı qərarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli 4(043)- 02/2021 saylı qərarı ləğv edilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli 4(043)-115/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə ev “dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin əvvəli 25 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir və onun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25.02.2021ci il və 28.04.2021-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizələrinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının 09.03.2021-ci il tarixli 3/316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uzunqol köynəklərin üzərində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xəssəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş uzunqol köynəklərinin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma müxanizmi təyin etmək mümkün olmamışdır. Həmçinin, tədqiqata təqdiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 25.12.2020-ci il tarixli 1938 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəklərin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “Döş qəfəsinin sol yarısnın döş boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaralanması” xəsarətləri ilə təqdim edilmiş köynəklərin səthində olan zədələr yerləşmə sahəsi və sayına görə nisbi uyğunluq təşkil edir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini yetkinlik yaşına çatmadığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qohum olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut bir ədəd tünd göy rəngli uzunqol kofta və bir ədəd boz rəngli pijama sahibinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2020-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) ay müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhəri Üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut bir ədəd tünd göy rəngli uzunqol kofta və bir ədəd boz rəngli pijama sahibinə qaytarılsın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar