Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-203/2022 06.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, dalan 9, ev 6A ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evin sağ hissəsində yerləşən həyətyanı sahəsində yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni ümumi sayı 21 (iyirmi bir) ədəd təmiz ümumi çəkisi 205 qram çətənə bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş və sayı istintaqa məlum olmayan kultivasiya etmiş olduğu çətənə kollarını qanunsuz olaraq satış məqsədi olmadan yığıb qurudaraq təmiz çəkisi 435 qram çəkidə narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuananı əldə edib satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı evin həyətyanı sahəsində saxlamış, 30 iyun 2021-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, ona bilavasitə tabe olan QBRŞnın əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin həyətyanı sahəsində kultivasiya edilən külli miqdarda 21 (iyirmi bir) ədəd təmiz çəkisi 205 qram narkotik tərkibli çətənə kolu, 20 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Bakı şəhərində yerləşən Azərbaycan Texniki Universitetini bitirmişdir. Təxminən iki ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. 30 iyun 2021-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş və onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edib qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirərək ünvanına baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı mənzilin həyətyanı sahəsində əkdiyi çətənə kollarını və yerdə sellofan torbada qurudulmuş halda qoyduğu narkotik vasitə marixuananı təqdim etmişdir. Yerdən əkdiyi 21 ədəd çətənə kolları, 1 ədəd sarı rəngli sellofan torbada və 1 ədəd göy rəngli sellofan torbada olan narkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilsə də, heç nə tapılmamışdır. Yaşadığı mənzilin həyətyanı sahəsinə və evin içərisinə baxış keçirildikdən sonra o, BNMİ-nin QBRŞ-nin əməkdaşları ilə birlikdə Gəncə şəhərində yerləşən həmin orqanın inzibati binasına gəlmişdir. Burada hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilən müdafiəçilərin siyahısı ona təqdim edilmiş, o, həmin siyahıdan vəkil X2 və həmin müdaifəçi ona təqdim edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş və sonra şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi və satışı qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həyətində əkdiyi çətənə kollarının və qurudulmuş marixuananın ona məxsus olduğunu, həmin kolları təxminən 1-2 ay öncə öz istifadəsi üçün əkdiyini, əkdiyi kolların toxumlarını təxminən 8 ay öncə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, həmin kolları öz istifadəsi üçün əkmişdir. Sellofan torbada olan marixuananı polis əməkdaşları tərəfindən tutulmamışdan öncə Samux rayonundan keçən Kür çayı sahilinə gedərkən yabanı halda bitdiyini görmüş və əvvəllər istifadə etdiyi üçün tanıyaraq yığıb qurutmaq məqsədilə yaşadığı evə gətirmişdir. Aşkar olunduğu yerə qoymaqda məqsədi biraz da qurudaraq istifadə etmək olmuşdur. Onun narkotik vasitə marixuananı və çətənə kollarını hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. BNMİ-nin QBRŞ-nə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və dəvət olunmuş alim aqronom ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılmış, o, barəsində olan əməliyyat-axtarış tədbirləri barədə qərar ilə tanış edilmiş, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ünvana baxış həyətin giriş hissəsində olan boz rəngli darvazanın çöl tərəfindən başlanılmış, bundan sonra mənzilin həyətinə daxil olunmuş, burada olan zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazdıqdan sonra baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkdiyini bildirərək əkin apardığı yeri göstərmişdir. Həyətyanı sahəyə baxış zamanı yerdə əkilmiş müxtəlif hündürlüklərdə çətənə kollarına bənzər kollar olması müəyyən edilmişdir. Alim - aqronom həmin kollara aqro-texniki qaydada qulluq edilərək gübrə verildiyini, suvarıldığını və həmin kolların çətənə koluna bənzər kol olmalarını bildirmişdir. Həmin kolların hər biri yerdən çıxarıldıqdan sonra sayılması üçün evin həyətində düzülmüşdür. Bu zaman həyətyanı torpaq sahəsinin hasara yaxın hissəsindən yerdə 1 ədəd göy rəngli sellofan torba olduğu müəyyən edilmiş, bundan başqa, həmin torpaq sahəsində yerdən sarı rəngli sellofan bağlamada çətənə koluna bənzər kol aşkar edilmişdir. Aşkar edilmiş hər iki sellofan baxış keçirilməsi üçün evin həyətinə gətirilmişdir. Göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, sarı rəngli sellofan torbada isə qurudulmamış halda narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həyətyanı sahədən yerdən çıxardılmış çətənə koluna bənzər kolların sayının 21 ədəd, kolların ən uzununun hündürlüyünün 80 sm, ən kiçiyinin hündürlüyünün isə 23 sm olması müəyyən edilmişdir. Həmin 21 ədəd koldan əlavə 1 ədəd üzərində heç bir yarpağı olmayan, ancaq gövdəsi olan kol aşkar edilmişdir. Aşkar edilmiş kollar bir ədəd göy rəngli sellofan torbada, digər sellofan torbalarda aşkar edilmiş narkotik vasitələr isə bir ədəd göy rəngli sellofan torbada qablaşdırılmış və üzəri möhürlənmişdir. İçərisində çətənə koluna bənzər kollar olan sellofan torbanın çəkisinin 280 qram, içərisində qurudulmuş və qurudulmamış halda narkotik vasitə marixuanaya bənzər maddə olan sellofan torbanın çəkisinin isə 500 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş yerdə əkdiyi kolları öz istifadəsi üçün təxminən 2 ay öncə əkdiyini, həmin maddənin toxumlarını təxminən 8 ay öncə Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, indiyə qədər heç kimə həmin maddədən satmadığını, digər sellofan bükümdə olan maddəni isə daha öncə Samux rayonu ərazisindən yabanı halda bitən kollardan yığaraq qurudub saxladığını, həmin maddəni qurudub istifadə etmək fikrinin olmasını bildirmişdir. Bundan sonra onun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəx, 1 qonaq otağı, 1 yataq otağı və 2 ədəd boş otaqdan ibarət olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşyanın olmadığını bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitələri satması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30.06.2021-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”un məzmunundan, həmçinin 01.07.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 30.06.2021-ci il tarixdə DİN BNMİ-nin QBRŞ-də təhqiqatçı, polis kapitanı Vüsal Həsənquliyevin, DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, DİN BNMİ-nin QBRŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, aqronom-mütəxəssis X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazdıqdan sonra baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkdiyini bildirərək əkin apardığı yeri göstərmiş, həyətyanı sahəyə baxış zamanı yerdə əkilmiş, müxtəlif hündürlüklərdə çətənə kollarına bənzər kollar olması müəyyən edilmiş, alim aqronom tərəfindən həmin kollara aqro-texniki qaydada qulluq edilərək gübrə verilməsi, suvarılması və həmin kolların çətənə koluna bənzər kol olmaları bildirilmişdir. Həmin kolların hər biri yerdən çıxarıldıqdan sonra sayılması üçün evin həyətində düzülmüş, bu zaman həyətyanı torpaq sahəsinin hasara yaxın hissəsindən yerdə 1 ədəd göy rəngli sellofan torba olması müəyyən edilmişdir. Əlavə olaraq həmin torpaq sahəsində yerdən sarı rəngli sellofan bağlamada çətənə koluna bənzər kol aşkar edilmişdir. Aşkar edilmiş hər iki kol baxış keçirilməsi üçün evin həyətinə gətirilmişdir. Göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həyətyanı sahədən yerdən çıxardılmış çətənə koluna bənzər kolların sayının 21 ədəd, kolların ən uzununun hündürlüyünün 80 sm, ən kiçiyinin hündürlüyü isə 23 sm olması müəyyən edilmişdir. Həmin 21 ədəd koldan əlavə 1 ədəd üzərində heç bir yarpağı olmayan, ancaq gövdəsi olan kol da aşkar edilmişdir. Aşkar edilmiş maddələr 2 ədəd göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. İçərisində çətənə koluna bənzər kollar olan sellofan torbanın çəkisinin 280 qram, içərisində qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər maddə olan sellofan torbanın çəkisinin isə 500 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş, yerdə əkdiyi kolları öz istifadəsi üçün təxminən 2 ay öncə əkdiyini, həmin maddənin toxumlarını təxminən 8 ay və ya 1 il öncə Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, indiyə qədər heç kimə həmin maddədən satmadığını, digər sellofan bükümdə olan maddəni daha öncə əkdiyi kollardan olduğunu, həmin maddəni qurudub istifadə etmək fikrinin olmasını bildirmişdir. Bundan sonra onun razılığı əsasında yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 yataq otağından və 2 ədəd boş otaqdan ibarət olması məlum olmuşdur (iş vərəqə: cild İ, səh. 15-17, 64-65).Bundan başqa, DİN BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması haqqında 30.06.2021-ci il tarixli protokoldan, həmçinin “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, DİN BNMİnin QBRŞ-də təhqiqatçı, polis kapitanı Vüsal Həsənquliyev, DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, DİN BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşyanın olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 39-41, 64- 65). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 16/629 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözlər və imzalar olan qarışıq rəngli polietilen torbadakı: - 1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 1 (bir) ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 20 qram bitki mənzəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarına bənzər kollar...” yazılar və imzalar olan qarışıq rəngli polietilen torbadakı, 21 (iyirmi bir) ədəd, ümumi təmiz çəkisi 205 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. - Tədqiqata təqdim olunmuş bir ədəd qarışıq rəngli polietilen torbada olan qurudulmamış marixuana ilə, digər bir ədəd qarışıq rəngli polietilen torbada olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim olunmuş bir ədəd qarışıq rəngli polietilen torbada olan qurudulmuş marixuana ilə, digər bir ədəd qarışıq rəngli polietilen torbada olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə müxtəlifdirlər. - Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Marixuananın təmiz çəkilər – 435 qr, (1 №-li ob), 20 qr (2 №-li ob), tədqiqata cəmi istifadə olundu – 0,1 qr (hər ob. 0,05 qr), qalıq – 434,95 qr (1 №-li ob), 19,95 qr (2 №-li ob). Çətənə bitkisi 21 ədəd ümumi təmiz çəkisi – 205 qr, tədqiqata istifadə olundu cəmi – 0,4 qr, qalıq 204,6 qr. (3-23№-li ob). (iş vərəqə: cild İ, səh.51-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2021-ci il tarixli, 1363 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 04 dekabr 2021-ci il tarixli, 742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.120-121). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh.88-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21.01.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 20 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan həmin fakt üzrə tədbir görülməsi üçün material ayrılıb Gəncə şəhər Prokurorluğuna göndərilmiş, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 434,95 qram olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 204,6 qram olan 21 ədəd çətənə (kannabis) bitkisinin kolları və 19,95 qram qurudulmamış marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə, eyni zamanda üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.134-147). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh.85). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.31). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X5 azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.76-77). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.129-130). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən (İ siyahı) «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir, həmin Qanunla təsdiq edilmiş qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahıya əsasən isə çətənə növlü bitkilər 15 ədəddən yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuş, həmçinin kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.” Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 iyun 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2021-ci il tarixli, 1363 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülüb qablaşdırılaraq Gəncə şəhər Baş Polis İdarəsində maddi sübutların saxlanma otağında saxlanılan və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 434,95 qram olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 204,6 qram olan 21 ədəd çətənə (kannabis) bitkisinin kolları və 19,95 qram qurudulmamış marixuana məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə, eyni zamanda üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 434,95 qram olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 204,6 qram olan 21 ədəd çətənə (kannabis) bitkisinin kolları və 19,95 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə, eyni zamanda onun üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-203/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-203/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver