Məhkəmə qərarları › İş №1(100)-203/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-203/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-203/2024 13.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə İclasının katibləri: X7, X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1969-cu ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında məlum olmayan tarixdə və vaxtda yaşadığı Bərdə rayonu Mustafaağalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində yerləşən istixanada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən külli miqdar tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi 17750 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri ona məxsus Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş istixanaya keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Mustafaağalı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, həyətyanı sahəsində olan istixanalarda tərəvəz bitkiləri əkib becərib satmaqla dolanır, təxminən 3 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitələrdən heç kimə təklif etməmiş və satmamışdır. O, 2023-cü ilin yanvar ayında yaşadığı kənd yolunun kənarında sellofan paketdə təxminən 3-4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana tapmış, istifadə üçün yaşadığı evə gətirmiş, həmin qurudulmuş marixuanadan istifadə etdikdə içərisində çətənə toxumları olduğunu görmüş, toxumları gələcəkdə əkmək üçün saxlamışdır. 2023-cü ilin mart ayında həyətyanı sahəsində yerləşən istixanalarda istiot və pomidor əkən zaman həmin çətənə toxumlarını gələcəkdə şəxsi istifadəsi üçün əkmişdir. Həmin toxumlardan 19 ədədi bitmiş, çətənə kollarına mütəmadi suvarmaqla qulluq etmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl 19 (on doqquz) çətənə kolundan 06 (altı) ədədini qurudub çəkmək üçün kökündən çıxarıb istixananın içərisində kənara qoymuş, niyyəti qurudub istifadə etmək olmuşdur. 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olarkən bir neçə nəfər şəxsin onu çağırdıqlarını eşidərək həyətə çıxmış, həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumatları olduqlarını, baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına həyatyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demiş, həyətyanı sahədə narkotik tərkibli çətənə kolları əkdiyini demiş və çətənə kollarının əkdiyi yeri polis əməkdaşlarına könüllü olaraq göstərmişdir. Videoçəkilişlə aqranomun iştirakı ilə polis əməkdaşları onun həyətyanı sahəsində yerləşən istixanadan 13 ədəd kök üstə, 6 ədəd isə köklü yarıqurudulmuş halda ümumilikdə 19 ədəd çətənə kolu aşkar edərək götürmüşlər. Onu polis şəbəsinə aparmışlar, orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmiş, təkcə “Nokia X2” markalı mobil telefonu götürülmüşdür. Heç kimə narkotik vasitə satmaq niyyəti olmamış, kolları gələcəkdə öz şəxsi istifadəsi üçün əkmişdir. Çətənə kollarıdan heç kimin xəbəri olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 22 iyun 2023-cü il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkilər əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mustafaağlı kəndində yerləşən evin həyətyani sahəsinə özü, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid3, Bərdə RPŞ-nın PPXB-nin polis nəfəri Şükür Bayramovun, Bərdə RPŞ-nin KTQ-nin baş inspektoru polis kapitanı Şahid2 və alimaqranom Şahid5 Əli oğlunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, evinin qarşı hissəsini göstərərək, həmin yerdəki istixanada tərəvəzlə birgə çətənə kolları əkməsini demişdir. İstixanaya baxış keçirilən zaman isə 13 ədəd kök üstündə, 6 ədəd isə çıxardılaraq yarıqurudulmuş halda olan 19 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, marixuanın toxumlarını şəxsi istifadə üçün əkdiyini bildirmiş, alimaqronom isə bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, tərkiblərində narkotik maddə olan çətənə bitkisi olduğunu demişdir. Aşkar edilmiş bitikilər evin həyətində yerə düzülərək uzunluqları ölçülmüş, elektron tərəzidə çəkilmiş, çətənə kolları qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmış və müdafiəçi çağırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar edilən “Nokia X2” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş şahidlər Şahid3, Şahid2 və X5 Şahid1lə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilən cinayət işi üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşları Şahid2 və X5 da iş digər şahidlərlə eyniməzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdir ki, Aqrar Xidmətlər Agentliyi X3 aparıcı aqranom işləyir. 22 iyun 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu fərdi yaşayış evinə keçirələcək baxışa dəvət etmiş, polis əməkdaşları ilə birgə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin gün təxminən saat 13 radələrində adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin Bərdə rayonu Mustafaağlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan istixanaya O, ev sahibi olan Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində olan istixanada 13 ədəd əkilmiş və 6 ədəd kök hissədən çıxarılaraq yarıqurudulmuş halda olan çətənə bitkilərini təqdim etmişdir. Həmin 19 ədəd kola baxdıqda çətənə kolları olmasını, bitkilərin tünd-yaşıl rəngli, kəskin iyə malik olmasını, həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edildiyini aşkar etmişdir. Təqsirləndirilən şəxs aparılmış şifahi sorğu-sual zamanı marixuana istifadəçisi olduğunu, marixuana toxumlarını kənddə yol kənarından tapıb şəxsi istifadəsi üçün əkdiyini demişdir. Kollar çıxarılmış, ölçülmüş, kisəyə qoyulub tərəzi ilə çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 qızı ifadəsində göstərdi ki Bərdə rayonu Mustafaağalı kəndində yaşayır, Təqsirləndirilən şəxs əridir, 1997-ci ildə ailə həyatı qurmuşlar. Övladları böyükdür, ailə qurublar və ayrı evlərdə yaşayırlar. Əri Ədil kənd təsərrüfatı ilə məşğul olur, həyətlərində olan istixanada müxtəlif növ tərəvəzlər yetişdirib sataraq ailəsini dolanırlar. Ədilin narkotik vasitə istifadə etməsi və yaşadıqları evin həyətindəki istixanada narkotik tərkibli bitkilər əkməsindən xəbəri olmamışdır. İstixana havasız və isti olduğu bu da səhhətinə pis təsir etdiyinə görə həmin istixanaya girməmiş, əri Ədil təsərrüfat işlərinə baxaraq orada tərəvəz bitkiləri əkmişdir. Ədilin həmin istixanada narkotik tərkibli bitkilər əkməsini polis əməkdaşlarının yaşadığı evə gələrək həmin istixanaya baxış keçirtdikdən sonra bilmiş, həmin vaxta qədər heç nədən xəbəri olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 22 iyun 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitələr saxlaması, əkib becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 22 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Mustafaağlı kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş, baxış zamanı həyətdə yerləşən istixanadan 13-ü köküstü, 6-sı isə çıxarılmış formada olan ümumilikdə 19 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 iyun 2023-cü il tarixli alim-aqronom Şahid5 tərəfindən verilmiş rəydən göünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağlı kəndində yaşadığı fərdi evin həyətində olan istixanada 19 (on doqquz) ədəd narko-xassəli çətənə kolu aşkar olunmuşdur. 6 (altı) ədədi köklü və yarıqurudulmuş halda olmuşdur. Çətənə kollarının 19 (on doqquz) ədədinin hər biri ayrı-ayrılıqda aqrotexniki qaydada kultivasiya olunmuş, suvarılmış və becərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 22 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”ndan və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, sonuncuya məxsus “Nokia X2” markalı mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarxili qəbzdən görünür ki, “Nokia X2” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin cinayət axtarış bölməsi tərəfindən qəbul edilmiş Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Mustafaağlı kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı sahədə baxış keçirilməsi və təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirlərinin aparılması haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol” xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan və Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-144/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə CMnin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 4(104)-163/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə rayon məhkəmənin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Ədliyyə Nazirliyi Məhkəmə X8 Regional bölməsinin 23 iyun 2023-ci il tarixli, 16/666 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 (üç) ədəd baş-başa keçirilmiş və bir-birinə sarınmış sintetik kisələrin üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumi sayı 19 ədəd olan çətənə kolları” adlar və imzalar olan sarınmış sintetik kisələrdəki, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi-17750 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd baş-başa keçirilmiş və bir-birinə sarınmış sintetik kisələrin üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumi sayı 19 ədəd olan çətənə kolları” adlar və imzalar olan sarınmış sintetik kisələrdəki çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RMX Publik hüquqi şəxsin poliklinikasından verilmiş xx.xx.2023-ci il tarixli, 2943 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RMX Publik hüquqi şəxsin poliklinikasından verilmiş xx.xx.2023-cü il tarixli, 2938 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 03 iyul 2023-cü il tarixli, 1122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq sms mətnlər və daxil olan çıxan zənglərdə iş üzrə əhəmiyyət kəsb edən məluatlar aşakr edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 sentyabr 2023-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağalı kəndində yaşadığı evin həyətində olan istixanadan aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17749,62 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmiş, 02 ядяд ДВД диск, 01 ədəd CD disk isə iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 06.2023-cü il tarixli 190 nömrəli arayışı və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 22 06.2023-cü il tarixli «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)- 144/2023 saylı qərarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində həmin məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-178/2023 saylı və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 4(104)-163/2023 saylı qərarlarından görünnür ki, Bərdə rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimakn tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş medalların fotoşəkli və vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı oğlu olan X6 “Cəbrayılın azad olunması”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xidməti xasiyətnamə və fərxri fərmanın surətindən görünür ki, onun oğlu X12 hərbi xidmətdə olduğu müddətdə müsbət xarakterizə olunmuş, hərbi xidmətdən ehtiyata buraxılma, həmçinin döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə təltif edilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi reseptlərin və analiz kağzının surətindən surətindən görünür ki, ona müxtəlif məzmunlu reseptlər yazılmış və Bərdə RMX-də urologiya şöbəsində analiz vermişdir. Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını və onlara əlavələri, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi qardaşı oğlunun vətən müharibəsi iştirakçısı olması və medallar, eləcə də oğlunun hərbi xidmət dövründə fərqlənməsi ilə bağlı fəxri fərman və xasiyətnaməyə münasibətdə qeyd edir ki, həmin hallar qardaşı oğluna münasibətdə yalnız şəxsin özü onun yaxın qohumları, oğlu ilə əlaqədar isə yalnız şəxsin özünə münasibətdə cəzanı yüngülləşdirici hallar olaraq nəzərə alına bilər. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi reseptlər və analiz vərəqəsi isə onda hər hansı xəstəliyin olmasını təsdiq etmir, buna görə və yüngülləşdirici hal kimi nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin edə bilmir. Hazırki iş üzrə aşkar edilmiş narkotik tərkibli bitkilərin sayı və aşkar edilən vaxt həmin kolların vəziyyəti (6 ədədinin çıxarılmış və “qurudulma prosesi”ndə olması) əməlin ictimai təhlükəliliyini artıran (istehlakı ilə yanaşı haldır və Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasınının ən aşağı hədddə verilməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci (daha yüngül cəza verilməsini) və 70-ci maddəsinin (veriləcək cəzanın şərti tətbiq edilməsini) istisna edən hallardır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə islah olunmasının mümkün olacağı qənaətinə gəlir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və qətimkan tədbiri qismində barəsində həbs ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşakr edilmiş 19 (on doqquz) ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 17749,62 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyun 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O, məhkəmə iclas zalında dərhal həbs olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşakr edilmiş 19 (on doqquz) ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 17749,62 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar