Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-204/2021 01.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, məhkum olunmamış, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonunun Aşağı Seyfəli kəndindəki evinin qonaq otağında dibçək kimi istifadə etdiyi 4 ədəd plastik qablarda 7 ədəd və həyətyanı sahəsindəki istixanasında 11 ədəd məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 04 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun yaşadığı evinə və həyətyanı sahəsindəki istixanaya baxış keçirilərkən, evin pəncərəsinin qarşısına qoyulmuş 4 ədəd dibçək kimi istifadə etdiyi plastik qablardan 7 ədəd və istixanadan isə 11 ədəd, cəmi 18 ədəd ( on səkkiz) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. Təxminən 3 il əvvəl Şəmkir çayının kənarında yabanı halda bitən çətənə kollarının toxumlarını toplayıb, yaşadığı evə gətirmiş, tutulmamışdan təxminən 2 ay əvvəl çətənə kollarının toxumlarını yaşadığı evin həyətyanı sahəsində tərəvəz becərmək məqsədilə düzəltdiyi istixanada, həmçinin evində dibçək kimi istifadə etdiyi 2 ədəd plastik yağ qablarında və 2 ədəd plastik sərinləşdirici içkilərin qablarında əkmişdir. Belə ki, o, istixanada 11 ədəd, dibçək kimi istifadə etdiyi 4 ədəd qablarda isə 7 ədəd toxumları əkmiş və özü istifadə etmək məqsədilə diblərinə su tökməklə qulluq etmişdir. 04 yanvar 2021-ci il tarixdə saat 12:45 radələrində o, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşadığı evdə olan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib onu çağıraraq yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərdiyinə görə yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. O, isə polis əməkdaşlarının onun artıq narkotik vasitə əkib-becərdiyini bildiklərini düşünüb evinə və evin həyatyanı sahəsinə baxış keçirilməsinə razı olmuş və bu barədə yazılı ərizə vermişdir. Bundan sonra ondan yaşadığı evdə və həyətyanı sahəsində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş, o da polis əməkdaşlarına yaşadığı evdə dibçəklərdə və həyətdə olan istixanada çətənə kolları əkməsini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən dəvət olunmuş aqronomun iştirakı ilə əvvəlcə yaşadığı evin içərisinə baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evin qonaq otağında pəncərənin qarşısında dibçək kimi istifadə etdiyi 4 ədəd qablarda əkdiyi çətənə kollarını təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin qabları masanın üzərinə qoymuşlar, onun və digər iştirakçıların iştirakı ilə birlikdə dibçəklərdən çıxarılmaqla ölçülmüşdür. Həmin çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun və digər iştirakçılarla evinin həyətindəki istixanaya baxış keçirilmişdir. Baxış zamanı o, istixanada əkdiyi 11 ədəd çətənə bitkisinin kollarının yerini göstərmiş və həmin kollar polis əməkdaşları tərəfindən əkildiyi yerdən çıxarılmaqla ölçülərək qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmişdir. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin İTB-ın sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 04 yanvar 2021-ci il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin tarixdə Şəmkir rayon polis şöbəsinin rəisinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə əlaqədar Cinayət axtarış bölməsinin rəisi, Şahid4 rəhbərliyi ilə onun, Şəmkir rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid5, polis mayoru Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri, mütəxəssis qismində dəvət olunmuş aqronom-alim X6 ilə birlikdə Şəmkir rayonu Aşağı Seyfəli kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşıb evin qapısını döymüşlər və polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri təqdim edərək onun şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ona daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılıq vermişdir. Bundan sonra baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, yadımçı tikililərdə və yaşadığı evdə narkotik vasitənin, çətənə kollarının olub-olmamasını, əgər varsa həmin narkotik vasitəni və çətənə kollarını könüllü surətdə təqdim etməsini təklif etmişlər. Baxışın videoçəkilişlə aparılmasına iştirakçıların etirazı olmadığına görə baxış videoçəkilişlə başlamışdır. İştirakçılarla bərabər ilkin olaraq onun yaşadığı iki otaqdan və bir aynabəddən, bir yardımçı tikilidən ibarət evinə baxış keçirilmiş və baxış zamanı evdə 4 ədəd dibçək kimi istifadə etdiyi plastik qablarda əkdiyi 7 ədəd çətənə kolları aşkar edilmişdir. Daha sonra iştirakçılarla evinin həyətindəki istilikxanaya baxış keçirilmiş və oradan 11 ədəd çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs həmin çətənə tərkibli bitkiləri özü əkdiyini və qulluq etdiyini etiraf etmişdir. Aqronom alim Araz Məmmədov aşkar olunan çətənə kollarının narkotik tərkibili bitkilər olduğunu və onların diblərinə su verilməklə, dibləri yumşaldılmaqla, peyin verilməklə və ətrafları təmizlənməklə aqrotexniki qaydada qulluq olunduğunu, bu barədə rəyi təqdim edəcəyini bildirmişdir. Çətənə kolları torpaqdan çıxarılmaqla qablaşdırılmış və götürülmüşdür. Baxış keçiriləndən sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişlər, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirəndən sonra, rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Peyman Mirzəyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə o, şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid5 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 04 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu Seyfəli kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilərkən evin aynabəndindəki pəncərələrin qarşısında dibçək kimi istifadə etdiyi 4 ədəd qablarda hündürlüklər 8 sm, 10 sm, 8 sm, 20 sm, 17 sm, 17 sm və 13 sm olan yaşıl rəngli kəskin iyli çətənə tərkibli bitki kolları aşkar olunmuş, sonra həyətdəki istixanaya baxış keçirilmiş, baxış zamanı istixananın qurtaracaq hissəsində 11 ədəd hündürlükləri 13 sm, 12 sm, 11 sm, 12 sm, 11 sm, 12 sm, 13 sm, 11 sm, 12 sm, 12 sm və 13 sm çətənə tərkibli kollar aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş X12 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri X3 tərtib etdiyi 04.01.2021-ci il tarixli rəydən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitki kollarına baxış keçirilmiş, sonuncunun fərdi yaşayış evində 4 ədəd dibçəkdə 7 ədəd narkotik tərkibli bitkiyə oxşar ölçüləri 8 sm, 10 sm, 8 sm, 20 sm, 17 sm, 17 sm və 13 sm olan bitkilər aşkar edilmiş, eyni zamanda həyətyanı sahəsində olan soyuq tipli istixanada 11 ədəd narkotik tərkibli ölçüləri 13 sm, 12 sm, 11 sm, 12 sm, 11 sm, 12 sm, 13 sm, 11 sm, 12 sm, 12 sm və 13 sm bitkilər çıxarılmışdır. Qeyd olunan 18 ədəd narkotik tərkibli bitkilərin aqrotexnikaya uyğun olaraq becərilməsi aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməbioloji ekspertizasına dair 04 yanvar 2021-ci il tarixli, 16/10 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş çətənə kolları (7) yeddi ədəd..” adlar və imzalar olan kağız paketdəki, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi 8,768 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində istixanadan aşkar olunan..” adlar və imzalar olan kağız paketdəki, ümumi sayı 11 (on bir) ədəd, ümumi təmiz çəkisi 36,926 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 19fevral 2021-ci il tarixli, 149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 04 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 237.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə onun barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 04.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X13” X1 tərəfindən təqdim edilmiş 05 mart 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05.03.2021-ci il tarixli 245 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Aşağı Seyfəli kəndində arvadı Şahid3, qızları X2, X4 və oğlu X5 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər başqa şəxslərə qanunsuz olaraq narkotik vasitə satması və ya verməsi, eləcə köməklik edən şəxslərin olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs evindən və həyətindən aşkar olunaraq götürülmüş 18 (on səkkiz ) ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs evindən və həyətindən aşkar olunaraq götürülmüş 18 (on səkkiz ) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-204/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-204/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver