Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-204/2022 19.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X4 ibarət tərkibdə, X10 və X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs Fərhad oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 4-cü döngə, ev 9B-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Atabəylər prospekti ev 19-da yaşamış, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 4-cü döngə, ev 9B-də qeydiyyatda olmaqla Kəpəz rayonu, Atabəylər prospekti ev 19da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 25 iyul 2021-ci il tarixdə saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində ictimai yer olan Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında dayanan taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21099” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı mənzilinə aparmamasını bəhanə edərək avtomobildən düşürüb “Şahzadə” Şadlıq Sarayının kənarına apararaq mübahisəsini davam etdirib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək onu nalayiq ifadələrlə söyüb təhqir etməklə cibindən çıxardığı və silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı nümayiş etdirməklə xuliqanlıq etmiş, bundan sonra qeyd olunan əməllərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qarın nahiyəsinə bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən nazik bağırsağı zədələyən deşilmiş–kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elаn edilmiş ittihаmlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyən zaman spirtli içki qəbul etmiş, həmin gün axşam saatlarında evdən çıxıb yaşadığı evin yaxınlığında olan “Şahzadə”şadlıq sarayının qarşısından keçib mağazaya gedən zaman Şadlıq Sarayının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olan, əvvəldən yaşadığı yerdən tanıdığı Zamin və Tariyel adlı şəxsləri görmüşdür. Onların yanından keçərkən onlara salam verdikdə zarafatla ünvanlarına nalayiq ifadə işlətmişdir. O, mağazadan qayıdarkən şadlıq sarayının qarşısında dayanan Zərərçəkmiş şəxs2 avtomobilinə əyləşmiş və Zaminə taksi kimi onu yaşadığı evə aparmağını bildirmişdir. Həmin vaxt Zamin ona nə üçün salam verərkən söyüş söydüyünü bildirmiş, o da zarafatla söydüyünü demiş və onu yaşadığı evə aparmağını bir daha istəmişdir. Lakin Zamin onu aparmayacağını demiş və avtomobildən düşməyini tələb etmişdir. O da içkili olduğundan Zaminin bu hərəkəti xoşuna gəlməmiş və onunla aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt saat 22 radələrində Zaminə avtomobildən düşüb gedib bır qıraqda söhbət etməklərini demiş və Zaminlə avtomobildən düşüb “Şahzadə”şadlıq sarayının sol tərəfinə doğru getmişlər. Zərərçəkmiş şəxs1 da onların yanına gəlib onları aralamağa çalışmışdır. Zaminin hərəkətləri xoşuna gəlmədiyi üçün o, cibində olan boz rəngli açılıb qatlanan bıçağı çıxarıb Zamini vurmaq istdikdə Tariyel onları araladığı üçün bıçaq Tariyelin qarın nahiyəsinə dəymişdir. Həmin vaxt o, Zaminin avtomobilində mağazadan aldığı içkilər olduğu üçün Zaminin avtomobilinə gəlmiş, Tariyel isə orada olan avtomobillərdən birinə oturub xəstəxanaya getmişdir. Bundan sonra Zamin özünə məxsus avtomobillə onu yaşadığı evə aparmışdır. Həmin vaxt onlar Şadlıq sarayının sol tərəfində olmuş, “Şahzadə” şadlıq sarayında isə toy mərasimi keçirildiyi üçün qarşısında tanımadığı şəxslər olmuş, lakin hava qaranlıq olduğu üçün onların hadisənin şahidi olub-olmadığını bilməmişdir. Lakin bıçaqla Tariyelə xəsarət yetirdikdən sonra həmin yerə bir neçə nəfər tanımadığı şəxslər toplaşmışdır. O, Tariyelə özünə məxsus 4-5 il əvvəl xatırlamadığı yerdən aldığı boz rəngli açılıb qatlanan bıçaqla xəsarət yetirmiş və həmin bıçağı istintaqa təqdim etmişdir. O, Zərərçəkmiş şəxs2lə mübahisə edərək onu bıçaqla vurmaq istəmiş Zərərçəkmiş şəxs1la aralarında hər hansı mübahisə olmamışdır. Lakin Zamini bıçaqla vurmaq istədikdə Tariyel aralarında olduğu üçün bıçağı ona vurmuşdur. Dava zamanı nə Zamin, nə də ki, o, xəsarət almamışdır. Onunla Zamin arasında olan mübahisə və Tariyeli bıçaqla vuraraq xəsarət yetirməsi təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Onun nə Zərərçəkmiş şəxs2, nədə ki, Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamışdır. Bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra oradan uzaqlaşıb yaşadığı evə getmiş, yenidən dalaşıb hər hansı şəxsə xəsarət yetirmək fikri olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mersedes” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, adətən “Şahzadə” şadlıq sarayının qarşısında dayanıb müştəri gözləmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində “Şahzadə” şadlıq sarayının qarşısında onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 ilə dayanmış, bu zaman əvvəldən tanıdığı Tural adlı şəxs yanlarından keçərkən Zamin və ona salam verdikdə ünvanlarına nalayiq ifadə işlətmişdir. Bu zaman o və Zamin əsəbləşmiş və Tural sərxoş vəziyyətdə olduğu üçün ona heç bir söz deməmişlər. Təxminən 10-15 dəqiqə sonra Zamin özünə məxsus avtomobilə əyləşərkən Tural əlində mağazadan aldığı içkilərlə birlikdə onun avtomobilinə əyləşmişdir.Bir qədər sonra Zaminin Turalla mübahisə etdiyini və avtomobildən düşüb şadlıq evinin sol tərəfinə getdiyini görüb onların arxasınca getmişdir. Onlara çatanda o, Turalla Zaminin mübahisə etdiyini görmüşdür. Ona görə də o, onlar dalaşmasınlar deyə araya girmişdir. O, Zaminlə Turalın arasında dayanıb onları aralamaq istəyən zaman Tural cibindən çıxardığı bıçaqla Zamini vurmaq üçün ona tərəf atmış, lakino, arada olduğu üçün bıçaq onun qarın nahiyyəsinə dəymişdir. Həmin vaxt o, qarın nahiyyəsindən bıçaq xəsarəti almış və tanımadığı taksi ilə Gəncə şəhər TTY xəstəxanasına getmiş, xəstəxanada həkimlər onu əməliyyat etmişlər. Həmin vaxt şadlıq sarayında toy mərasimi keçirildiyi üçün Şadlıq Sarayının qarşısında çoxsaylı insanlar olmuş və Tural onu bıçaqla vurarkən onlardan bir qədər aralıda xeyli insan olmuşdur.Hava qaranlıq olduğu üçün onların kim olduğunu, həmçinin onların həmin hadisənin şahidi olub-olmadığını bilməmişdir. Həmin mübahisə və Turalın onu bıçaqla vuraraq xəsarət yetirməsi təxminən 15-20 dəqiqə müddətində davam etmiş, həmin vaxt Tural bıçaqla ona xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 21099 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Adətən o, “Şahzadə”şadlıq sarayının qarşısında dayanıb müştəri gözləmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində “Şahzadə” şadlıq sarayının qarşısında onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 ilə dayanmışdır.Həmin vaxt əvvəldən tanıdığı Tural adlı şəxs yanlarından keçərkən Tariyel və ona salam verdikdə ünvanlarına nalayiq ifadə işlətmiş, bu zaman o və Tariyel əsəbləşsələrdə Turala sərxoş vəziyyətdə olduğu üçün ona heç bir söz deməmişlər. Təxminən 10-15 dəqiqə sonra o, özünə məxsus avtomobildə əyləşərkən Tural əlində mağazadan aldığı içkilərlə birlikdə onun avtomobilinə əyləşmişdir.O, Turaldan nə üçün nalayiq ifadə işlətdiyini soruşmuş, Tural da həmin nalayiq ifadəni ona işlətmədiyini bildirmiş və avtomobili ilə onu yaşadığı evə aparmağını istəmişdir. O da Turala onu aparmayacağını və avtomobilindən düşməsini bildirmişdir. Bundan sonra Tural onun ünvanına yenidən nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Həmin vaxt Tural ona avtomobildən düşüb qıraq bir yerdə söhbət etmələrini bildirmişdir. Onlar Turalla avtomobildən düşüb “Şahzadə” şadlıq sarayının sol tərəfinə tərəf getmişlər.Həmin vaxt şadlıq sarayında toy mərasimi keçirildiyi üçün restoranın qarşısında çoxlu adamlar olmuş, Tural onu şadlıq sarayının yan tərəfinə apararkən Tariyel də onlara tərəf gəlmiş və ona getməməyi, Turalın sərxoş vəziyyətdə olduğunu bilirmişdir. Həmin yerdə Tural onunla mübahisə edərkən Tariyel onları aralamaq istəmişdir.Şadlıq sarayının yanına keçdikdə Tural anidən bıçaq çıxarıb ona tərəf gəlmiş, onu vuracağı ilə hədələmişdir. Tural bıçağı ona tərəf atarkən Tariyel onları aralamaq istədiyi zaman bıçaq Tariyelə dəymişdir. Bundan sonra Turalın avtomobilində əlində mağazadan gətirdiyi torbası olduğu üçün onunla birgə avtomobilə gəlmiş və onu avtomobili ilə yaşadığı evə düşürmüşdür. Onun Turalla mübahisəsi və Turalın Tariyelə bıçaqla xəsarət yetirməsi təxminən 15-20 dəqiqə müddətində davam etmiş, Turalla Tariyel mübahisə etməmiş, Tariyel onları aralamağa çalışmışdır. Həmin dava zamanı Turala heç bir xəsarət yetirməmiş və özü heç bir xəsarət almamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. xx.xx.2021-ci il tarixdə saat 22-23 radələrində yaşadığı evdə olarkən Tariyel onun mobil telefonuna zəng edərək “Şahzadə” şadlıq sarayının qarşısında kiminsə onu bıçaqla vuraraq ona xəsarət yetirdiyini bildirmiş, hal hazırda isə 3 nömrəli X1 demiş və ona da həmin yerə gəlməyini istəmişdir. O, dərhal TTYX-ya getmiş və həmin vaxt Tariyel cərrahiyə əməliyyatına götürülmüşdür. Bundan sonra o, ərizə ilə oğlu Tariyelin naməlum şəxs tərəfindən bıçaqlanmağı barədə müraciət etmişdir. Tariyel əməliyyatdan çıxdıqdan sonra sonuncu ilə söhbət edən zaman ona Tariyeli həmin gün saat 22 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “Şahzadə” şadlıq sarayının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmaq üçün dayanan zaman onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs bıçaqla qarın nahiyəsinə bir dəfə zərbə vuraraq xəsarət yetirməsiməlum olmuşdur. O, həmin hadisənin şahidi olmamış, lakin Tariyel ona Turalın başqa kimləsə mübahisə edərkən Tariyelin onları aralamaq istədikdə bıçaqla Tariyeli vurmasını bildirmişdir. O, Turalın Tariyeli hansı səbəbdən bıçaqla vuraraq xəsarət yetirdiyini, həmin vaxt orada olmadığı üçün orada hər hansı şəxsin olub-olmadığını bilməmiş, Turalla Tariyel arasında yoldaşlıq münasibəti olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 26 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 oktyabr 2021-ci il tarixli təqsirləndirilə şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol kişi köynəyi iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Gəncə şəhər TTYX-nin cərrahiyə şöbəsinin tibb bacısı X7 götürülmüş, bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlinin aləti olan 01 ədəd bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Təqsirləndirilən şəxs götürülmüş, bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqZərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin turist bıçağını tanıyıb göstərərək bildirmişdir ki, həmin bıçaq 25 iyul 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən Şahzadə şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaqdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun 26 iyul 2021-ci il tarixli 879/2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibbi ekspertin 21 avqust 2021-ci il tarixli 1420 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində – qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara müəyyən edilmiş, bu xəsarət deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertizası təyin edilmiş, məhkəmə-tibbi bioloji ekspertinin 30 iyul 2020-ci il tarixli 33 nömrəli rəyndən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surətinə əsasən qanın qrupunun göstəricisi B(İİİ) RH+-dir.Təqdim edilmiş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər.Vət. Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ballistik ekspertinin 21 oktyabr 2021-ci il tarixli 16/1028/1029 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyainatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən tədim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hanı bir alətin) təsiri nəticəsində yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin tədim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi eskpertizası və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2021-ci il tarixli 1420 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edilmiş və müəyyən olmuşdur ki, bədəndə yerləşən “qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yara” xəsarəti ilə köynəyin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatriya ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs Fərhad oğlunda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə ( şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Fərhad oğlunun əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi mülaicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan hər hansı şəxslə əlbir olubolmaması, hadisənin törədilməsinə ona kiminsə kömək edib-etməməsi, hadisə yerini əhatə edən müşahidə kameralarının olub-olmaması, müsbət halda görüntülərin əldə edilərək istintaqa təqdim olunması, baş vermiş hadisə vaxtı orada olan şəxslərin dairəsinin müəyyən edilməsi, hadisəni görə biləcək orada yaşayan və işləyən şəxslərin və hadisənin şahidi olmuş digər şəxslərin əhatə dairəsinin müəyyənləşdirib dindirilmələri üçün istintaqa cəlb edilməsi, baş vermiş hadisənin birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozub-pozmaması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olub-olmamasının müəyyən edilməsi, hadisə zamanı ictimai qaydanın kobud formada pozulub-pozulmaması, ora kənar şəxslərin toplaşıbtoplaşmaması, Zərərçəkmiş şəxs1 başqa hər hansı şəxsə fiziki və ya maddi zərər vurulubvurulmamasının müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən qabaqcadan heç kimlə əlbir olmamış və ya hadisənin törədilməsinə ona kim köməklik etməmiş, baş vermiş hadisə yerini qeydə alan kamera görüntülərinin əldə edilməsi, hadisənin şahidi olan şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamış, həmin hadisə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəd qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq qorxu və narahatçılığa səbəb olmuş, hadisə zamanı ictimai qayda kobud şəkildə pozularaq səs küyə kənar şəxslər toplaşmış, lakin həmin şəxslərin müəyyən edilərək istintaqa təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2006-cı tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1, 62-ci maddələri ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji-dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş və buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş və buna görə də ondan heç bir şikayət və tələbiyoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə saat 22 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətində ictimai yer olan Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında dayanan taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21099” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı mənzilinə aparmamasını bəhanə edərək avtomobildən düşürüb “Şahzadə” Şadlıq Sarayının kənarına apararaq mübahisəsini davam etdirib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək onu nalayiq ifadələrlə söyüb təhqir etməklə cibindən çıxardığı və silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı nümayiş etdirməklə xuliqanlıq etmiş, bundan sonra qeyd olunan əməllərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qarın nahiyəsinə bıçaqla qəsdən bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən nazik bağırsağı zədələyən deşilmiş–kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı 26 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübutlar- Zərərçəkmiş şəxs1 əynində olmuş bir yaşıl rəngli qısaqol kişi köynəyi sahibləri tərəfindən qəbul edilməsi imtina edildiyindən məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 manat (altmışüç manat) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki)il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu andan, 26 iyul 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan Gəncə şəhər BPİ-də saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş bir yaşıl rəngli qısaqol kişi köynəyi sahibinəqaytarılsın, imtina edildikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 01 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat (altmışüç manat) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-204/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-204/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver