Məhkəmə qərarları › İş №1(100)-204/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-204/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-204/2023 03.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi–Göygöl rayon Vəkil bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1994-cü ildə Goranboy rayonunun İlqarlı (hazırkı Mənəşli) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Mənəşli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan tanışı Şahid2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz-21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək tanışı X17 ilə birlikdə 12 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Goranboy rayonunun Erkəc kəndindən həmin rayonun Todan kəndinə gedən yoxuşlu torpaq yolda hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin hərəkət hissəsində dayanıqlı və təhlükəsiz hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “X24” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, əməlinin ictimai təhlükəli xarakterini dərk edib, əməlinin insanın ölümünə səbəb olacağı imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunları etməyərək qeyd edilən qaydaları pozmaqla, ehtiyatsızlıqdan idarəetməni itirib avtomobilin yolun sağ tərəfindəki dərəyə aşması nəticəsində həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş X8 ölümünə səbəb olan qarının küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmə, daxili üzvləri azqanlığı, daxili qanaxma, döş qəfəsinin küt travması, döş qəfəsinin ön və arxa səthlərinin qançırları, sağ Xİ-Xİİ qabırğaların sınığı, sağ və sol bazunun qançırları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Mənəşli kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və meyvə-tərəvəz satmaqla məşğul olur. Qohumu Şahid2 ilə birlikdə sonuncuya məxsus “VAZ 21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Goranboy rayonunun Erkəc, Mənəşli və Todan kəndlərindən meyvə-tərəvəzi satın alaraq satmaq üçün Gəncə şəhərinə və Göygöl rayonuna aparır. Goranboy rayonunun Erkəc, Mənəşli və Todan kəndlərindən meyvə-tərəvəzi mütəmadi olaraq satın aldığı üçün Şahid2 məxsus avtomobilin açarı onda olmuşdur. 12 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Şahid2 yaşadığı evə getmiş, həmin vaxt sonuncu yorğun olduğundan yatmışdır. Avtomobilin açarının daimi olduğu yerdən götürüb avtomobili idarə edərək zoğal almaq üçün Goranboy rayonunun Erkəc kəndinə getmiş, bir neçə nəfərdən zoğal almış, sonuncu olaraq təxminən saat 20 radələrində Erkəc kəndində yaşayan İsə Rəhimovdan zoğal almışdır. Həmin gün təxminən saat 21 radələrində zoğalı götürüb Goranboy rayonunun Todan kəndinə qayıdan zaman X36 kəndində işi olduğunu, onu da özü ilə aparmağını təklif etmiş və birlikdə özü sükan arxasında, İsə Rəhimov isə ön sərnişin oturacağında əyləşib Todan kəndi istiqamətində hərəkət etmişlər. İsə Rəhimovun qardaşı Şahid1 da özünə məxsus “VAZ-21011” markalı avtomobili ilə onların arxasınca yola çıxmışdır. Goranboy rayonunun Todan kəndinə çatmağa az qalmış yoxuşlu torpaq yolla təxminən 20-30 km/saat sürətlə hərəkət edən zaman cibindən mobil telefonunu çıxarıb baxarkən fikri yayındığına görə avtomobil yolun sağ tərəfinə çıxmış, yolun sağ tərəfi dərə olduğundan avtomobil yoldan çıxan kimi sağ yan tərəfinə aşmış və təxminən üç dəfə fırlanmışdır. Avtomobil aşdıqdan sonra özünü itirdiyindən avtomobilin hansı vəziyyətdə qalmasından məlumatı yoxdur, İsə Rəhimovun avtomobildə hansı vəziyyətdə qaldığını bilməmişdir. Belə ki, həm hava qaranlıq olmuş, həm də ki avtomobil aşan zaman o, başından zərbələr aldığından özündə olmamışdır. Hadisə baş verdikdən bir az sonra İsə Rəhimovun qardaşı Şahid1 və xatırlamadığı bir neçə şəxs hadisə yerinə gəlmişlər. Həmin şəxslər onu avtomobildən çıxarıb kənarda yerə uzandırmışlar. Özünə gələn zaman artıq Göygöl rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. İsə Rəhimovun avtomobildən kimlər tərəfindən və necə çıxarılmasını bilmir. X20 törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir. Məhkəmə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Erkəc kəndində yaşayır. X18 doğma oğludur. 12 sentyabr 2022ci il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs onların yığdıqları zoğalı almaq üçün evlərinə gəlmişdir. Həmin vaxt onlar zoğalı Təqsirləndirilən şəxs idarə etdiyi “NİVA” markalı avtomobilə qoymuşlar. X39 Goranboy rayonunun Todan kəndində işi olduğunu bildirib Təqsirləndirilən şəxsla birlikdə gedəcəyini demişdir. X37 Məmmədovun idarə etdiyi “VAZ 21214” markalı avtomobilin ön sərnişin yerinə əyləşib Todan kəndi istiqamətində getmişdir. Digər oğlu Şahid1 özünə məxsus “VAZ-21011” markalı avtomobillə təxminən 5-10 dəqiqə sonra qardaşı İsə Rəhimovun arxasınca Todan kəndinə getmişdir. Həmin vaxtdan təxminən yarım saat sonra oğlu Şahid1 ona mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı avtomobilin Todan kəndi yaxınlığında qəza törətdiyini, İsə Rəhimovun xəsarət aldığını və onu Goranboy rayon mərkəzi xəstəxanasına apardıqları barədə məlumat vermişdir. X21 ilə birlikdə tez kənd sakini Rəsul Əliyevə məxsus avtomobillə Goranboy rayon mərkəzi xəstəxanasına getmiş, xəstəxanaya çatan zaman X39un vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Erkəc kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və heç bir yerdə işləmir. X18 qardaşıdır. 12 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində Goranboy rayonunun Todan kənd sakini Təqsirləndirilən şəxs onlara gələrək topladıqları zoğalları satın almışdır. Həmin vaxt qardaşı X36 kəndində işi olduğunu və Təqsirləndirilən şəxsla birlikdə Todan kəndinə gedəcəyini bildirmişdir. X37 Məmmədovla birlikdə zoğalı avtomobilə yükləmiş və avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxsla X36 kəndi istiqamətində hərəkət etmişlər. Təxminən 10-15 dəq sonra özünün də Todan kəndində işi olduğundan, eləcə də qardaşı İsə Rəhimovu oradan geri gətirmək üçün özünə məxsus “VAZ-21011” markalı avtomobillə Todan kəndinə getmişdir. X30 Məmmədov təxminən ondan 3-4 kilometr qabaqda hərəkətdə olmuşlar. Yol eniş-yoxuşlu, döngəli olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin işıqlarını ara-sıra görmüşdür. Todan kəndinin yaxınlığına çatan zaman yolun sağ tərəfində dərədə maşın olduğunu, avtomobili saxlayıb düşən zaman sağ yan üstdə aşmış avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı avtomobil olduğunu görmüşdür. Avtomobilə yaxınlaşdıqda sürücü oturacağında əyləşmiş Təqsirləndirilən şəxs öz oturacağından ön sərnişin oturacağında əyləşən İsə Rəhimovun üzərinə düşmüş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Goranboy rayonunun Todan kənd sakini Şahid5 və Mənəş kənd sakini Şahid6 hadisə yerinə gəlmişlər. Şahid5la Şahid6 ona kömək edərək aşmış avtomobildən Təqsirləndirilən şəxs çıxartmış və avtomobildən kənarda yerə uzatmışlar. Təqsirləndirilən şəxs hərəkət edə bilməsə də qışqıraraq İsə Rəhimovu da çıxarmaqlarını bildirmişdir. Onlar avtomobili düzəltmək üçün bir neçə dəfə cəhd göstərsələr də avtomobili düzəldə bilməmişlər. Həmin vaxt Todan kənd sakini Kənan Niftəliyev və polis əməkdaşı Şahid3 hadisə yerinə gəlmişlər. Bundan başqa xatırlamadığı bir neçə nəfər şəxs hadisə yerinə gəlmişdir. Onlar avtomobili itələyərək düzəltmişlər. İsə Rəhimovun avtomobilin ön sərnişin qapısı ilə avtomobilin arasında qaldığını, yaxınlaşan zaman sonuncunun vəziyyətinin ağır olduğunu görmüşdür. Şahid6lə birlikdə İsə Rəhimovu onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə qoyaraq Goranboy rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada həkim müayinəsindən sonra İsə Rəhimovun vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O Goranboy rayonu,Todan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qohumudur və aralarında heç bir ədavət olmamışdır. 12 sentyabr 2022-ci il tarixdə özünə məxsus Vaz-21214 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Goranboy rayonunun Todan kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş və yorğun olduğuna görə avtomobilin açarını həmişəki yerinə qoyaraq yatmışdır. Təqsirləndirilən şəxsla münasibəti yaxşı olduğuna görə avtomobilin açarını daimi qeyd etdiyi yerə qoyduğunu sonuncunun bildiyini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ehtiyacı olduğu halda avtomobilindən ona bildirmədən istifadə etməyinə icazə vermişdir. Həmin gün yuxudan oyandıqdan sonra təxminən saat 22 radələrində yola çıxdıqda avtomobilinin yerində olmadığını görmüşdür. Həmin vaxt xatırlamadığı kənd sakinləri ona avtomobilini Təqsirləndirilən şəxs Goranboy rayonunun Erkəc kəndindən Todan kəndinə gələrkən aşırdığını bildirmişlər. Bir neçə kənd sakini ilə birlikdə hadisə yerinə getdikdə avtomobilinin yoldan təxminən 40 (qırx) metr aşağı tərəf aşdığını görmüşdür. Həmin vaxt hadisə yerində X8 yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətləri aldığını və xəstəxanada vəfat etdiyini öyrənmişdir. İsə Rəhimov hadisə baş verərkən avtomobilinin ön tərəf sərnişin yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Goranboy raonu, Todan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayırvə heç bir yerdə işləmir. 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində evdə olan zaman Goranboy rayonunun Erkəc kənd sakini Şahid1 mobil telefonla ona zəng edərək Erkəc kəndindən Todan kəndi istiqamətində hərəkətdə olan “VAZ- 21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Todan kəndinin giriş hissəsində dərəyə aşması barədə məlumat vermişdir. Həmin vaxt Todan kənd sakini Kənan Niftəliyevlə birlikdə sonuncuya məxsus avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman Todan kəndinin giriş hissəsində qeyd olunan avtomobilin Erkəc kəndindən Todan kəndi istiqamətində yolun sağ tərəfində yoldan 40 metr məsafədə dərəyə yan üstdə aşmasını gormüşdür. Hadisə yerinə çatan zaman kənd sakinləri Şahid2, Qürbət Qəribov və Şahid1 hadisə yerində olmuşlar. Təqsirləndirilən şəxs xəsarət almış halda avtomobildən çıxarılaraq kənarda yerdə uzanmışdır. X38 avtomobilin daxilində ön sərnişin oturacağı hissəsində qalmışdır. Həmin vaxt Xocalı rayon polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat vermişdir. Şahid2, Şahid1 və Qürbət Qəribovun köməkliyi ilə maşını qaldıraraq düzəltmiş və İsə Rəhimovu avtomobildən çıxartmışlar. İsə Rəhimov avtomobildən çıxarılan zaman şüursuz vəziyyətdə olmuşdur. X25rdaşı Şahid1 avtomobilinə əyləşdirərək Goranboy rayon mərkəzi xəstəxanasına göndərmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə əyləşdirmiş və Göygöl Rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X32 və Təqsirləndirilən şəxs Goranboy rayonunun Erkəc və Mənəşli kənd sakinləri kimi tanıyır. 12 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində özünə məxsus “Niva” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Goranboy rayonunun Todan kəndindən Erkəc kəndi istiqamətində hərəkətdə olarkən avtomobili yolda xarab olmuşdur. Avtomobilin düzəldilməsinə kömək etməsi üçün tanışı Mənəşli kənd sakini Şahid6 zəng edərək yanına çağırmışdır. Saat təxminən 22 radələrində ağ rəngli “Niva” markalı avtomobil onların yanından keçərək Erkəc kəndindən Todan kəndi istiqamətdə getmişdir. Avtomobilin alt hissəsində təmir işləri gördüklərindən yanlarından keçən avtomobilin kimə məxsus olduğunu görə bilməmişdir. Təxminən 10 dəqiqə sonra Erkəc kənd sakini Şahid1 idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə onlara yaxınlaşmışdır. Şahid1 onlara kömək lazım olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxsla qardaşı İsə Rəhimovun qarşıdakı “Niva” markalı avtomobillə getdiyini onlara bildirmişdir. Daha sonra Şahid1 Todan kəndi istiqamətinə getmiş, bir az keçdikdən sonra gurultulu səs eşitmişlər. Şahid6 avtomobilin altından çıxaraq səs gələn tərəfə baxarkən ona dərəyə bir avtomobilin aşdığını demişdir. Dərhal Şahid6lə birlikdə piyada həmin istiqamətdə getmişlər. Hadisə yerinə çatan zaman aşan avtomobilin az öncə yanlarından keçən ağ rəngli “Niva” markalı avtomobil olduğunu görmüşdür. Şahid1 da hadisə yerində olmuşdur. Avtomobil sağ yan üstdə aşmış vəziyyətdə, İsə Rəhimov sağ ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə sürücü oturacağında əyləşdiyindən üst hissədən İsə Rəhimovun üzərinə düşmüş vəziyyətdə olmuşdur. Onlar köməkli şəkildə Təqsirləndirilən şəxs avtomobilin yan şüşəsindən çıxarmağa çalışmışlar. Həmin vaxt Todan kənd sakinləri Kənan Niftəliyev və Şahid3 da həmin yerə gəlmişlər. Onlar Təqsirləndirilən şəxs avtomobildən çıxarıb yerə uzatmışlar. Təqsirləndirilən şəxs ilk öncə huşsuz vəziyyətdə olmuşdur. Daha sonra Todan kənd sakinləri Qürbət Qəribov və Şahid2 də hadisə yerinə gəlmişlər. Birlikdə avtomobili düzəltmiş və İsə Rəhimovu avtomobilin sağ sərnişin oturacağı ilə qapı dirəyinin arasından çıxartmışlar. Avtomobildən çıxaran zaman İsə Rəhimov huşsuz vəziyyətdə olmuşdur. Şahid6 Şahid1la birlikdə X34 Rəhimovun avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışlar. Həmin vaxt Qürbət Qəribovla birlikdə Təqsirləndirilən şəxs Kənan Niftəliyevin avtomobilinə əyləşdirib xəstəxanaya göndərmişlər. Daha sonra İsə Rəhimovun vəfat etdiyini öyrənmişdir Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X32 və Təqsirləndirilən şəxs Goranboy rayonunun Erkəc və Mənəşli kənd sakinləri kimi tanıyır. 12 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində özünə məxsus “Niva” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Goranboy rayonunun Todan kəndindən Erkəc kəndi istiqamətində hərəkətdə olarkən avtomobili yolda xarab olmuşdur. Avtomobilin düzəldilməsinə kömək etməsi üçün tanışı Mənəşli kənd sakini Şahid6 zəng edərək yanına çağırmışdır. Saat təxminən 22 radələrində ağ rəngli “Niva” markalı avtomobil onların yanından keçərək Erkəc kəndindən Todan kəndi istiqamətdə getmişdir. Avtomobilin alt hissəsində təmir işləri gördüklərindən yanlarından keçən avtomobilin kimə məxsus olduğunu görə bilməmişdir. Təxminən 10 dəqiqə sonra Erkəc kənd sakini Şahid1 idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə onlara yaxınlaşmışdır. Şahid1 onlara kömək lazım olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxsla qardaşı İsə Rəhimovun qarşıdakı “Niva” markalı avtomobillə getdiyini onlara bildirmişdir. Daha sonra Şahid1 Todan kəndi istiqamətinə getmiş, bir az keçdikdən sonra gurultulu səs eşitmişlər. Şahid6 avtomobilin altından çıxaraq səs gələn tərəfə baxarkən ona dərəyə bir avtomobilin aşdığını demişdir. Dərhal Şahid6lə birlikdə piyada həmin istiqamətdə getmişlər. Hadisə yerinə çatan zaman aşan avtomobilin az öncə yanlarından keçən ağ rəngli “Niva” markalı avtomobil olduğunu görmüşdür. Şahid1 da hadisə yerində olmuşdur. Avtomobil sağ yan üstdə aşmış vəziyyətdə, İsə Rəhimov sağ ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə sürücü oturacağında əyləşdiyindən üst hissədən İsə Rəhimovun üzərinə düşmüş vəziyyətdə olmuşdur. Onlar köməkli şəkildə Təqsirləndirilən şəxs avtomobilin yan şüşəsindən çıxarmağa çalışmışlar. Həmin vaxt Todan kənd sakinləri Kənan Niftəliyev və Şahid3 da həmin yerə gəlmişlər. Onlar Təqsirləndirilən şəxs avtomobildən çıxarıb yerə uzatmışlar. Təqsirləndirilən şəxs ilk öncə huşsuz vəziyyətdə olmuşdur. Daha sonra Todan kənd sakinləri Qürbət Qəribov və Şahid2 də hadisə yerinə gəlmişlər. Birlikdə avtomobili düzəltmiş və İsə Rəhimovu avtomobilin sağ sərnişin oturacağı ilə qapı dirəyinin arasından çıxartmışlar. Avtomobildən çıxaran zaman İsə Rəhimov huşsuz vəziyyətdə olmuşdur. Şahid6 Şahid1la birlikdə X34 Rəhimovun avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışlar. Həmin vaxt Qürbət Qəribovla birlikdə Təqsirləndirilən şəxs Kənan Niftəliyevin avtomobilinə əyləşdirib xəstəxanaya göndərmişlər. Daha sonra İsə Rəhimovun vəfat etdiyini öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, 2010-cu ilin avqust ayından isə Xocalı RPŞ-nin İTQ-nin sahə polis nəfəri vəzifəsində işləyir. 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində evdə olan zaman Goranboy rayonunun Erkəc kənd sakini Şahid1 mobil telefonla ona zəng edərək Erkəc kəndindən Todan kəndi istiqamətində hərəkətdə olan “VAZ- 21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Todan kəndinin giriş hissəsində dərəyə aşması barədə məlumat vermişdir. Həmin vaxt Todan kənd sakini Kənan Niftəliyevlə birlikdə sonuncuya məxsus avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman Todan kəndinin giriş hissəsində qeyd olunan avtomobilin Erkəc kəndindən Todan kəndi istiqamətində yolun sağ tərəfində yoldan 40 metr məsafədə dərəyə yan üstdə aşmasını gormüşdür. Hadisə yerinə çatan zaman kənd sakinləri Şahid2, Qürbət Qəribov və Şahid1 hadisə yerində olmuşlar. Təqsirləndirilən şəxs xəsarət almış halda avtomobildən çıxarılaraq kənarda yerdə uzanmışdır. X38 avtomobilin daxilində ön sərnişin oturacağı hissəsində qalmışdır. Həmin vaxt Xocalı rayon polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat vermişdir. Şahid2, Şahid1 və Qürbət Qəribovun köməkliyi ilə maşını qaldıraraq düzəltmiş və İsə Rəhimovu avtomobildən çıxartmışlar. İsə Rəhimov avtomobildən çıxarılan zaman şüursuz vəziyyətdə olmuşdur. X25rdaşı Şahid1 avtomobilinə əyləşdirərək Goranboy rayon mərkəzi xəstəxanasına göndərmişlər. Daha sonra Təqsirləndirilən şəxs kənd sakini Kənan Niftəliyevə məxsus avtomobilə əyləşdirmiş və Göygöl Rayon Mərkəzi xəstəxanasına yola salmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263-1.3 -ci maddəsi ilə başlanaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb 12 sentyabr 2022-ci il tarixdə saat 22:00-da Goranboy rayon Todan kəndi ərazisində,Mənəşli kəndində yaşayan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, “Vaz-21214” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Goranboy rayon Erkəc kəndindən Todan kəndi istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirmiş, nəticədə avtomobil yolun hərəkət hissəsindən çıxaraq həmin yolun sağ tərəfində yerləşən dərəyə aşması nəticəsində qəza zamanı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, xx.xx.1996-cı il tarixli Goranboy rayon. Erkəc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X19 aldığı xəsarətlərdən yerində ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “MTE və PA Birliyi” X28 xx.xx.2022-ci il tarixli, 3427/K nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 sentyabr 2022-ci il tarixli hadisə yerinin baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Goranboy rayonunun Todan kəndinin ərazisində, torpaq örtüklü, işıqlandırılmayan, quru, bir zolaqlı, yoxuşlu, yollarda heç bir üstünlük nişanı olmayan avtomobil yolunda baş vermişdir.. Avtomobil yolunun hərəkət hissəsinin eni 4 metrdir, sol və sağ tərəfdə ehtiyat hissəsi yoxdur, hərəkət hissəsi quru vəziyyətdə torpaq örtüklüdür. Yolun hadisə baş verən hissəsində hərərkət sürəti saatda 30 kilometrdir. Yolun sol tərəfi təpəcik, sağ tərəfi isə dərədir. Hadisə baş verən ərazidə videomüşahidə kameraları yoxdur. Baxış keçirilərkən ərazinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut və ya sair iş üçün əhəmiyyətli əşya aşkar olunmamış və götürülməmişdir. Hadisə yerinin sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Mərkəzi X11 Şəxsin xx.xx.2022-ci il tarixli 997 nömrəli məktubundan görünür ki, Goranboy rayonu, Todan kənd sakini Məmmədov X10 RMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayonu İH başçısının Mənəşli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 59 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası- X6, qardaşı-X7, qardaşı arvadı-X13 və qardaşı qızı X3 ilə birlikdə Goranboy rayonu, Mənəşli kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA birliyinin Goranboy şöbəsinin 16 sentyabr 2022-ci il tarixli, 673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthinin və sağ budun arxa səthinin yaraları bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 166-9477-1122 nömrəli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ) yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 noyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2022-ci il tarixli Şahid2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Vaz- 21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan dəyməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X2 17 oktyabr 2022-ci il tarixli, 8/2767 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Vaz-21214 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X24” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin ekspert rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X24” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA birliyinin Goranboy şöbəsinin 13 sentyabr 2022-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, mərhum X8 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin küt travması, döş qəfəsinin ön və arxa səthlərinin qançırları, sağ Xİ-Xİİ qabırğaların sınığı, dalağın və qaraciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qanitirmənin olması, daxili üzvləri azqanlığı, sağ və sol bazunun qançırlarıdır. X8 bədəni üzərində müəyyən edilmiş qeyd olunan xəsarətlər bərk KÜT alətin təsirindən eləcədə qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X8 ölümünə səbəb qarının küt travması nəticəsində dalağın və qaraciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qanitirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qanaxma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon mərkəzi X11 şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 727 nömrəli məktubdan görünür ki, X17 xx.xx.2022-ci il tarixdə Goranboy RMX-nın TTTY şöbəsinə ölmüş vəziyyətdə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Şahid2 məxsus “Vaz-21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınaraq qanuni sahibinə qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 məxsus “Vaz-21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınmış və qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Goranboy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış üzrə Şahid2 məxsus “Vaz-21214” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apellyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar