Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-205/2021 25.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.09.2012-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə məhkum olunmuş, Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 134 ev 5də qeydiyyatda olan, lakin daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, xx.xx.1977-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Goranboy şəhəri S.Çivəzadə küçəsi ev 11-də qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 26 sentyabr 2020-ci il tarixdə saat 03 rədələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinə gəlib özgənin əmlakını qanunsuz ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, əvvəlcədən hazırladıqları maska, əldə etdikləri tapançaya oxşar alışqan, həmçinin əl-qol bağlamaq üçün plastik xamut və bıçaq götürüb həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı fərdi yaşayış evinin ətrafını nəzərdən keçirib Təqsirləndirilən şəxs2lə birlikdə evin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz daxil olduqdan sonra oradan giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə daxil olaraq evin böyük otağında masanın üzərində olan ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 80 (səksən) manat dəyərində 01 ədəd “Samsung A3” markalı mobil telefonla onun içərisində olan 15 (on beş) manat dəyərində “bakcell” nömrəsini, həmçinin pul kisəsinin içərisindən 470 (dörd yüz yetmiş) manat məbləğində nağd pul və 03 ədəd plastik bankomat kartını ələ keçirərkən, səsə yuxudan oyanan ev sahibi, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 əlində olan odlu, soyuq və ya qaz silahı hesab edilməyən tapança formasında alışqanla həyat üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə əlində olan və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya boyunun sol yan səthində, döş qəfəsinin sol yarısnın ön, arxa-bayır səthlərində, qarının ön divarında, sağ əl pəncəsinin arxa səthlərində çoxsaylı (12 ədəd) kəsilmiş yaralar ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmaya, eləcədə İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sol əl pəncəsinin ovuc səthində kəsilmiş yara ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmiş, o, isə evin içərisindən hadisə zamanı sınmış şüşə qabın bir parçasını əlinə götürüb silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön səthində, qarının ön divarında, sol bazunun orta 1/3-nin iç, sol əlin üçüncü, dördüncü barmaqlarının uc falanqalarının ovuc, sağ bazu oynağının ön və sağ saidin yuxarı üçdə birinin ön səthlərində kəsilmiş yaralar, sol bazunun orta 1/3-nin arxa-bayır və aşağı 1/3-nin arxa səthlərində əzilmiş yarlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla zərərçəkmiş şəxsin ümumilikdə 565(beş yüz altmış beş) manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 26 sentyabr 2020-ci il tarixdə saat 03 rədələrində Göygöl rayonu Qızılqaya qəsəbəsinə gəlib özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, əvvəlcədən hazırladıqları maska, əldə etdikləri tapançaya oxşar alışqan, həmçinin əl-qol bağlamaq üçün plastik xamut və bıçaq götürüb həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı fərdi yaşayış evinin ətrafını nəzərdən keçirdib Təqsirləndirilən şəxs1 ilə birlikdə evin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz daxil olduqdan sonra oradan giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə daxil olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs1 evin böyük otağında masanın üzərində olan ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 80(səksən) manat dəyərində 1 ədəd “Samsung A3” markalı mobil telefonla, telefonun içərisində olan 15(on beş) manat dəyərində “bakcell” nömrəsini, həmçinin pul kisəsinin içərisindən 470(dörd yüz yetmiş) manat məbləğində nağd pul və 3 ədəd plastik bankomat kartını ələ keçirdən zaman səsə yuxudan oyanan ev sahibi, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 əlində olan odlu, soyuq və ya qaz silahı hesab edilməyən tapança formasında alışqanla həyat üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, o isə əlində olan və istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya boyunun sol yan səthində, döş qəfəsinin sol yarısnın ön, arxa-bayır səthlərində, qarının ön divarında, sağ əl pəncəsinin arxa səthlərində çoxsaylı (12 ədəd) kəsilmiş yaralar ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmaya, eləcədə İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sol əl pəncəsinin ovuc səthində kəsilmiş yara ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər yetirmiş, Təqsirləndirilən şəxs1 isə evin içərisindən hadisə zamanı sınmış şüşə qabın bir parçasını əlinə götürüb silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sonuncunun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının ön səthində, qarının ön divarında, sol bazunun orta 1/3-nin iç, sol əlin üçüncü, dördüncü barmaqlarının uc falanqalarının ovuc, sağ bazu oynağının ön və sağ saidin yuxarı üçdə birinin ön səthlərində kəsilmiş yaralar, sol bazunun orta 1/3-nin arxa-bayır və aşağı 1/3-nin arxa səthlərində əzilmiş yarlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla zərərçəkmiş şəxsin ümumilikdə 565(beş yüz altmış beş) manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə axşam saat 10 radələrində Təqsirləndirilən şəxs2 zəng edib harada olduğunu soruşmuş, Həmid evdə olduğunu bildirdikdən sonra ona çay içmək üçün parka gəlməsini bildirmişdir. Həmid içkili olduğunu bildirsə də ona heç bir problem olmadığını, gəlməsini demişdir. Həmid gəldikdən sonra onunla söhbət etmişlər. Həmidə bir nəfərdən alacağı olduğunu, birlikdə getmələrini, onun kənarda durmasını, özünün isə evə girib götürərək çıxacağını bildirmişdir. Həmid razılaşaraq gedəcəyini demişdir. Həmidə oğurluğa getdiklərini deməmiş, hesab etmişdir ki, deyəcəyi halda Həmid onunla razılaşmazdı. Həmidlə yavaş-yavaş həmin evə tərəf gəlmişlər. Artıq orada, hasardan keçmə mərhələsində Həmidə demişdir ki, alacağı yoxdur, sadəcə bir-iki nəfərin kartı var kartları götürəcək. Bundan sonra evə girmiş, Həmid də arxasınca evə daxil olmuşdur. Həmin evin arxa hissəsində olan yarım tikilidə taxta pilləkən olduğunu görərək həmin pilləkəni götürüb evə daxil olmaq üçün evin hasarına söykəmişlər. Pilləkən ilə hasara qalxdıqdan sonra pilləkəni həyətə sallayıb pilləkənlə həyətə düşmüşlər. Daha sonra evin açıq olan giriş qapısından evə daxil olaraq giriş qapısından sağda yerləşən qonaq otağına keçmişlər. Həmin vaxt stolun üzərində bir ədəd mobil telefon və bir ədəd portmanat, yanında isə kartlar olmuşdur. Həmin telefon, portmanat və kartları görüb götürmüşdür. Stolun üzərində həmçinin bir bükümdə 10 ədəd qaşıq, dəftər də olmuşdur. Portmanatın içərisindən 470 manat məbləğində nağd pulu götürüb cibinə qoyaraq portmanatı stolun üzərinə qoymuşdur. Həmin vaxt mobil telefon əlindən yerə düşmüş və yaranmış səs-küyə yataq otağında yatan ev sahibi yuxudan oyanmışdır. Ev sahibi dəhlizlə gəldiyi vaxt o Həmidə evdə adam olduğunu, buna görə də tez aradan çıxmaq lazım olduğunu bildirmişdir. Həmid də razılaşmışdır. Dəhlizin işığını Fikrət kişi yandırmış, İradə xanım isə Fikrət kişinin arxası ilə gəlmişdir. Fikrət kişi işığı yandırandan sonra Həmid Fikrəti itələdiyindən Fikrət divara dəymiş, sonra İradə xanım qaçıb otağa girmişdir. Həmid isə İradənin arxası ilə getmişdir. Fikrət kişi üzərinə gələrək əlini atıb mətbəxdəki bıçaq dəstindən bir bıçaq götürmüşdür. Arxadan onun əlindən bıçağı almış, lakin bıçaq yerə düşmüş, onu itələdiyindən divanla kreslonun arasına yıxılmışdır. Fikrət kişi ikinci dəfə əlini atanda bu dəfə onun əlinə yiyə gəlmiş, kreslonun üstündən Fikrət kişi onu vurmuşdur. Bu vaxt qışqıraraq Həmidi çağırmış, Həmid isə gəlib itələyib onu vurmuşdur. Həmin vaxt İradə böyük vaza ilə Həmidin başının arxasına vurmuşdur. Sonra o ani bir müddətdə Həmidin yanından qaçıb, gəldikləri yolla da çıxıb getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, şüşə ilə İradə xanıma zərər vurmamışdır. Əgər ona ziyan vurmaq kimi bir fikri olsaydı, oradan qaçmaz, onların əllərini-qollarını bağlayıb işgəncə ilə pullarını alardı. Həmin evə yalnız oğurluq məqsədilə getmişlər, zərər çəkmişlərə qarşı quldurluq etməmişlər, zərərçəkmiş şəxslərə bıçaqla xəsarət yetirilməsini görməmiş, onlara ümumiyyətlə xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə axşam saatlarında evdə istirahət etdiyi vaxt Azər zəng edib onu çay içməyə çağırmışdır. Azərlə görüşüb çay içərkən Azər ona alacağı olduğunu bildirərək bir evə getmələrini bildirmişdir. X14 Əliyevə məxsus olduğunu bilməmişdir. Çay içdikdən sonra birbaşa həmin evə getmişlər. Azər ona evdə heç kimin olmadığını deyərək evdə sadəcə sələm dəftəri, pensiya və maaş kartları olduğunu və onları götürəcəyini demişdir. Kimin evi olduğunu soruşduqda Azər ona sələm verən “erməni Fikrətin” evi olduğunu demişdir. Onda həmin vaxt tibbi maska, Azərdə isə kapuşon maska olmuşdur. Evin hasarından aşıb həyətə düşmüşlər. Həmin vaxt stolun üzərində olan bir ədəd mobil telefon və bir ədəd portmanatı Azər götürmüş, həmin vaxt mobil telefon Azərin əlindən yerə düşmüş və yaranmış səs-küyə yataq otağında yatan ev sahibi yuxudan oyanmışdı. Ev sahibi olan kişi yataq otağından çıxıb işığı yandırmış və onları gördükdə qışqırıb üzərilərinə gəlməyə başlamışdı. Üzərinə gələn zaman həmin kişini itələyib yataq otağından gələn qadın səsinə tərəf getmiş, yataq otağına daxil olan qadın ilə üzbəüz gəlmiş, qadın maskasına əl atanda boğazından tutaraq “səsini çıxarma, maskama əl atma” demişdir. Həmin zaman Azərin onu səslədiyini eşidib qonaq otağına keçmək üçün qadını buraxıb dəhlizə çıxmışdır. Yerdə də bıçaq olmuşdur. Sonradan bilmişdir ki, həmin bıçağı Azər Fikrətin əlindən almışdır. Fikrətin əlində yiyə olmuşdur. O əlindəki yiyə ilə Azərin başına-başına vurduğundan Fikrəti itələmiş, sonra Fikrət əlinə mətbəxdən çapacaq götürmüşdür. Fikrət çapacağı götürəndə bıçağı götürmüş və Fikrətə ziyan verməmək üçün bıçağı ucundan tutmuşdur. Əgər həmin bıçağı ucundan tutmayıb Fikrətə vursa o ölərdi. Fikrət çapacaqla qoluna vurmuşdur. Zərərçəkmiş şəxs1 onun başından vaza ilə vurmuş, həmin vaxt İradənin həm əli kəsilmiş, həm də şüşə qırıntıları İradənin sinə nahiyəsinə daxil olmuşdur. Vazanı onun başına İradə vurduqdan sonra Azər yerdən qalxıb, heç bir şey etmədən çölə qaçmışdır. Bundan sonra İradə qənd qabı ilə yaxud başqa bir şeylə onu vurmuş, sonra o da çıxıb getmişdir. Fikrətə “səni tanıyıram, qızınla qonşu olmuşam, mən sənin evin olduğunu bilməmişəm, şikayət eləmə” demişdir. Sonra qapıdan çıxıb getmişdir. Evə gedəndə də çıxanda da kameraya düşmüş, üzündə maska olmamışdır. Tapancanın Fikrətə məxsus olduğunu bilmişdir. Tapanca stolun üstündə olmuş, götürüb qonşuda qumun üstünə tullamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, həmin evə oğurluq məqsədilə getmişlər, zərər çəkmişlərə qarşı quldurluq etməmişlər, həmin vaxt içkili olmuşdur. Azər ona çöldə dayanmağı, özü isə evə girib çıxacağını bildirmiş, lakin içkili olduğundan niyə evə girdiyini bilməmişdir. Zərərçəkmişlərə bıçaqla neçə xəsarət vurmağını xatırlamadığını əlavə edərək sadəcə özünü müdafiə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əri Fikrət uzun illər Gəncə şəhəri Mərkəzi Univermağında qızıl alqı-satqısı etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ildən Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən evdə əri Fikrətlə birlikdə yaşayırlar. 25 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində Nizami parkı adlanan ünvanda əri Fikrətlə birlikdə istirahət etmişlər, saat 23 radələrində Fikrət ilə birlikdə yaşadığı evə gedib yatmışlar. Evin giriş qapısını evdə havalanma olması üçün açıq qoymuşlar. 25 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixə keçən gecə saat 04 radələrində əri Fikrətin onu qışqıraraq çağırmasına yuxudan oyanmışdır. Çarpayıdan qalxıb otaqdan çıxmaq istəyən zaman üzərinə bir nəfər maskalı şəxs gəlib yumruq ilə sifətinə vurub onu yataq otağına geri salmış və yüksək səslə səsini çıxarmamasını deyib bir əli ilə boğazından tutub, bir əli ilə qolundan sıxmağa başlamışdır. O da cavab olaraq onu buraxmasını, nə istəsə verəcəyini bildirmişdir. Daha sonra onun üzündəki maskanı çıxarmağa cəhd etmiş, lakin həmin şəxs əlini maskadan çəkməyi tələb etmişdir. Həmin zaman əlindəki bıçaq yerə düşmüşdür. O, əyilib bıçağı götürmək istəyən zaman otaqdan çıxmışdır. Evin qonaq otağına tərəf getdikdə həmin şəxs onu keçib qonaq otağına daxil olmuşdur. O da onun arxasınca qonaq otağına daxil olanda Fikrətin bir nəfər başqa şəxslə dalaşdığını görmüşdür. Onu boğmaq istəyən şəxs də öz dostuna kömək etmək üçün Fikrətin üzərinə hücum çəkmiş və əlindəki bıçaqla Fikrətin bədən nahiyəsinə zərbələr endirməyə başlamışdır. O, onların Fikrəti öldürəcəklərini görüb xrustaldan olan güldanı Fikrəti bıçaqlayan həmin şəxslərdən uca boylu olanının arxa tərəfdən baş nahiyəsinə çırpmışdır. Bu zaman o biri şəxs bir əli ilə əynindəki poliveri üzünə tuta-tuta bir əlində isə xrustal şüşə qırığı ilə üzərinə gəlmiş və bədəninin döş nahiyəsinə və bazu nahiyəsinə xəsarət yetirmişdir. Əli ilə özünü müdafiə etmək istəyən zaman sol əlinin barmaqları kəsilmişdir. Daha sonra həmin şəxs evdən qaçmağa başlamışdır. O da onun arxasınca qaçmışdır ki, qonşuları köməyə çağırsın. Həmin şəxsin həyətin sağ küncünə qaçdığını görüb darvazadan çölə çıxmışdır. Bu zaman qapı çırpılıb bağlandığı üçün yenidən evə daxil ola bilməmiş və qapısının zəngini dayanmadan basıb çığırmağa başlamışdır. Daha sonra qonşuların çıxmadığını görüb yuxarı istiqamətdə qan içində qaçmağa başlamışdır. Onların evindən təxminən 100 metr yuxarıda qonşunun darvazasını döyməyə başlamış, lakin çıxan olmamışdır. Həmin darvazanın üzərində də əlinin qanı düşmüşdür. Evə qayıdan zaman Fikrəti səsləyib qapını açmağını demişdir. Həyətə daxil olanda Fikrəti qan içində halsız vəziyyətdə görmüşdür. Daha sonra onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı ona məxsus “Samsung A3” markalı mobil telefon, həmin telefonun üzərində olan 15 manat dəyərində mobil nömrə, 470 manat nağd pul təqsirləndirilən şəxslər tərəfindən götürülmüşdür. Əlavə olaraq təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlara ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun illər Gəncə şəhərində Mərkəzi Univermaqda qızıl alqı-satqısı etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ildən Göygöl rayonu Qızılqaya qəsəbəsində özünə məxsus evdə arvadı İradə ilə birlikdə yaşayır. 25 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərində Nizami parkı adlanan ünvanda arvadı İradə ilə birlikdə istirahət etmişlər, saat 23 radələrində İradə ilə birlikdə yaşadığı evə gəlib yatmışlar. Evin giriş qapısını evdə havalanma olması üçün açıq qoymuşdur. 25 sentyabr 2020-ci il tarixdən 26 sentybar 2020-ci il tarixə keçən gecə saat 04 radələrində taqqıltı səsinə oyanıb çarpayıdan durmuşdur. Yataq otağından çıxıb dəhlizin işığını yandırmış, bu zaman qonaq otağından iki nəfər maskalı, əllərində əlcək olan şəxs üzərinə hücum çəkmişlər. Həmin şəxslərdən hündür boylu, canlı olanı əlindəki bıçaq ilə boyun nahiyəsinin sol hissəsindən vurmuşdur. O, müvazinətini itirdiyindən yerə yıxılıb arvadı İradəni səsləmişdir. Həmin zaman onu bıçaqla vuran şəxs yataq otağına daxil olmuşdur. Bu zaman yerdə olan bıçaq itiləmək üçün istifadə olunan yiyəni götürüb qonaq otağına keçmişdir. Həmin şəxslərdən alçaq boylu olan şəxs əlində olan tapançanı ona tərəf doğruldub, pulların və qızılların yerini soruşmuşdur. O, onun üzərinə gedən zaman əlindəki tapança yerə düşmüş və o, onun üzərinə gedib onu divanın böyrünə yıxmış, əli ilə üzündəki maskanı dartıb çıxarmışdır. Həmin şəxsin onu vurub öldürəcəyindən qorxduğu üçün onu zərərsizləşdirmək məqsədilə əlindəki yiyə ilə onun baş nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. Həmin şəxs qışqırıb onunla birlikdə gələn şəxsi səsləmişdir. Bir neçə saniyə sonra uzunboylu şəxs qaça-qaça qonaq otağına daxil olub əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. O, ayağa qalxdıqda kresloya yıxılmışdır. Həmin zaman basqına girən şəxslər üzərinə hücum edib yenə də onu bıçaqla vurmağa başlamışlar. O, kresloda kürəyi üstə olduğu zaman İradənin həmin şəxslərdən uzun boylunun baş nahiyəsinə böyük şüşə qabla vurduğunu hiss etmişdir. Bundan sonra həmin şəxslər onu buraxmış, ayağa qalxdıqda onu bıçaqla vuran şəxs bir əlində tapança bir əlində isə xamut tutub əlini xamutun arasına salmağını tələb etmişdir. O isə onunla üzbəüz durub əlinə mətbəx hissədə olan çapacaq götürmüşdür. Onun əlindəki tapançaya görə yaxınlaşmaqdan qorxmuşdur ki, tapança ilə onu vurub öldürəcək. O, tapançanı ona doğruldub demişdir ki, “qızıl işinə baxırsan, qızılın, pulun yerini de, əlini xamuta sal, çapacağı yerə qoy, polisə də məlumat versən qızının olduğu yeri bilirəm, onu öldürəcəm”. Bu zaman evin zvonokunun çalınmağa başladığının və kiminsə evin giriş darvazasını dayanmadan döydüyünü eşitmişlər. Həmin şəxs davamlı olaraq ondan çapacağı yerə qoymağını tələb etmişdir. O, çapacağı yerə qoyduqda həmin şəxs evdən çıxmışdır. O, onun arxasınca çıxanda görmüşdür ki, bir ayağı giriş qapısından bayırda biri isə içəridə tapança əlində ondan avtomobilinin açarını tələb etmişdir. O isə ona cavab vermişdir ki, avtomobilin açarı üstündədir. Həmin vaxt mobil telefonu götürüb DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Daha sonra huşunu itirmiş və gözünü xəstəxanada açmışdır.Həmin şəxslər evdən bir ədəd “Samsung A3” markalı mobil telefon, telefonun üzərində olan 15 manat dəyərində mobil nömrə, təxminən 470 manat məbləğində nağd pul və 3 ədəd plastik kartları götürmüşlər. İfadəsinə əlavə olaraq təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlara ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,2010-cu ildən Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Şahmir telecom” mağazasını icarə əsasında işlədir. Mağazada yeni və işlənmiş mobil telefonların alqı-satıqısı ilə məşğul olur. 27 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində iki nəfər şəxs işlədiyi mağazaya yaxınlaşıb telefon satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərdən üzərlərində şəxsiyyət vəsiqəsi olub-olmadığını soruşmuşdur. Özünü Azər kimi təqdim edən şəxs “Samsung A310” markalı qızılı rəngli, arxa şüşəsi qırılmış vəziyyətdə olan mobil telefonu təqdim edib həmin mobil telefonun özünə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. O, həmin mobil telefonu Azərdən 60 manata almışdır. Mobil telefonu aldığı Azərin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və həmin surətin altına özünə öz sözləri ilə mobil telefonu satdığını qeyd etdirmişdir. 60 manata aldığı həmin mobil telefonu oktyabr ayının ilk həftəsində dəqiq gününü xatırlamadığı tarixdə Lətif adlı şəxsə 110 manat pul müqabilində satmışdır. Həmin mobil telefonun oğurluq olduğunu bilməmişdir. Mobil telefonu ona satan şəxs həmin mobil telefonun özünə məxsus olduğuna inandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının ilk həftəsində dəqiq gününü xatırlamadığı tarixdə Gəncə şəhəri N.Nərimanov prospektində “Köhnə Yevlax avtovağzalı” adlanan ünvanda telefon mağazasına yaxınlaşıb satıcıdan işlənmiş, ucuz telefon satıb-satmadığını soruşmuşdur. Adını bilmədiyi həmin satıcı ona “Samsung A3” markalı mobil telefon göstərib 120 manata satdığını bildirmişdir. Həmin telefonu onunla razılaşıb 110 manata alaraq işlətməyə başlamışdır. Həmin mobil telefonu bir neçə gün işlətdikdən sonra Göygöl rayon polis şöbəsindən ona zəng edərək aldığı mobil telefonun oğurluq olduğunu bildirmişlər. O, oğurluq olduğunu bilmədən aldığı həmin mobil telefonu təqdim etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Göygöl rayon şöbəsinin гəisi vəzifəsində çalışan X4 ifadəsində göstərmişdir ki, o, 2020-ci il avqust ayından Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Göygöl rayon şöbəsinin гəisi vəzifəsində işləyir. O, təhqiqatçı və müstəntiq tərəfindən verilən qərar əsasında vətəndaşları müayinə edir və qərarın təsviri hissəsinə, həmçinin müayinə olunanın dedikləri məlumata əsaslanaraq müayinə olunanın hansı səbəbdən və şəraitdə xəsarət alması barədə rəy yazır. Vət. Təqsirləndirilən şəxs2 ona verilmiş qərar əsasında tərəfindən 21 oktyabr 2020-ci il tarixdə müayinə edilmiş, müayinə zamanı onun bədəni üzərində Vət. Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, bədənində olan xəsarətlər - sol təpə-gicgah, sol qulaqətrafı nahiyələrdə, sağ çiyin qurşağı və döşqəfəsinin sağ yarısını əhatə edən qançırlar küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər və şəxsin məhkəmə-tibbi müayinəsindən əvvəlki bir sutka ərzində əmələ gəlməyə uyğundurlar, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsinə hadisədən 25 gün sonra, yəni 21.10.2020-ci il tarixdə təqdim olunduğundan baş nahiyəsində həmin tarixə uyğun gəlməyə xarakterik xəsarətlər aşkar edilməmiş, belə ki, hadisənin baş verməsindən uzun müddət keçdiyindən bədən səthində izi silinən xəsarətlərin (qançır, sıyrıq, hematoma və s.) olması və həmin müddət ərzində sağalması, o cümlədən müayinə olunan zaman aşkar edilməməsi mümkündür. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən bir ədəd plastik xamut, bir ədəd maska kimi istifadə olunmuş idman papağı, bir ədəd fənər və bir ədəd üzərində qana bənzər ləkələr olar kapuşon papaqlı gödəkçə, evin müxtəlif yerlərindən qanabənzər ləkələr, evdə yerə səpələnmiş şüşə qabın qırıqlarının üzərindən tük nümunələri aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış 13.10.2020-ci il tarixli 20/1430a nömrəli arayışdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd gödəkcənin kapişonunda olan qan nümunəsi, 01 (bir) ədəd gödəkcənin kapişon hissəsində olan tük nümunələri və 01 (bir) ədəd kapişondan düzəldilmiş maska üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. X3 götürülmüş qan nümunələrindən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Həmçinin müəyyən edildi ki, 01 (bir) ədəd oyuncaq tapança, 11 (on bir) ədəd tampon üzərində olan qan nümunələri və şüşə qab üzərindən 03 (üç) ədəd tük nümunəsi Zərərçəkmiş şəxs2 və 01 ədəd digər tampon üzərində olan qan nümunəsi Zərərçəkmiş şəxs1 məxsusdur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Göygöl rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 21.10.2020-ci il tarixli 201 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olmuş xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthində, qarının ön divarında, sol bazunun orta 1/3-nin iç, sol əlin İİİ-İV barmaqlarının uc falanqalarının ovuc, sağ bazu oynağınınön və sağ saidin yuxarı 1/3-nin ön səthlərində kəsilmiş yaralar, sol bazunun orta 1/3-nin arxa-bayır və aşağı 1/3-nin arxa səthlərində əzilmiş yaralar olmuşdur. Sol bazunun orta 1/3-nin arxa-bayır və aşağı 1/3-nin arxa səthlərində olmuş əzilmiş yaralar bərk küt, digər xəsarətlər isə iti kənarlı əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə əmələ gəlməyə uyğundurlar, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmayan aiddirlər. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Göygöl rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 21.10.2020-ci il tarixli 202 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olmuş xəsarətlər – boyunun sol yan səthində, döş qəfəsinin sol yarısının ön, arxa-bayır səthlərində, qarının ön divarında, İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sol əl pəncəsinin ovuc, sağ əl pəncəsinin arxa səthlərində çoxsaylı (on iki ədəd) kəsilmiş yaralar - kəsici səthə malik alətin (alətlərin) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 26.09.2020-ci il tarixə qarşılıqlı mübarizə zəminində bıçaqla yetirilməyə uyğundurlar, İİ barmaqda bükmə hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sol əlin ovuc səthində olmuş kəsilmiş yara sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, digərləri isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Göygöl rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 21.10.2020-ci il tarixli 203 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmətibbi müayinəsi zamanı bədən səthində 26.09.2020-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və onun izləri aşkar olunmadı. Vət. Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətlər – sol təpə-gicgah, sol qulaqətrafı nahiyələrdə, sağ çiyin qurşağı və döş qəfəsinin sağ yarısını əhatə edən qançırlar küt mexanizmidən, bərk küt əşynın təsirindən törənməyə xarkterikdirlər, şəxsin məhkəmə-tibbi müayinəsindən əvvəlki bir sutka ərzində əmələ gəlməyə uyğundurlar, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Göygöl rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 21.10.2020-ci il tarixli 204 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmətibbi müayinəsi zamanı sol təpə-gicgah nahiyəsində 1,0 x 0,2 sm ölçüdə qeyri-düz konturlu, ətraf dəri səviyyəsindən az aşağıda yerləşmiş, zəif bərktəhər konsistensiyalı, çəhrayımtıl rəngdə səthi çapıq toxuması vardır. Morfoloji əlamətlərinə görə qeyd olunan çapıq toxuma həmin nahiyədə olmuş səthi əzilmiş yaranın sağalmış izidir, küt mexanizmidən, bərk küt əşynın təsirindən törənməyə xarkterikdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 07.01.2021-ci il tarixli 9/40 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd arxa korpusu vəziyyətdə olan “Samsung” markalı “A3 2016” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 80 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-ballistik ekspertizasına dair 11 yanvar 2021-ci il tarixli, 16/847 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş predmet tapança formasında hazırlanmış alışqandır, odlu, soyuq və ya qaz silahı hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş məhkəmə-genetik ekspertizasının 11.01.2020ci il tarixli 21/19R nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş və Göygöl RPŞnin 26 sentyabr 2020-ci il tarixli 163-19482-1220 nömrəli məktubu ilə tədqiqata təqdim edilmiş 01 (bir) ədəd gödəkçənin kapişon hissəsində aşkar edilmiş qan nümunəsi, 01 (bir) ədəd gödəkçənin kapişon hissəsində aşkar edilmiş tük nümunələri və 01 (bir) ədəd kapişondan düzəldilmiş maskanın iç səthində mövcud olan bioloji mənşəli materiallar (epiteli hüceyrələri) Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs2 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsindən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş 213 və 214 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş 248 və 249 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Gəncə Ağır Cinayətlər məhkəməsinin 07.09.2012-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30.12.2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 14 günü vaxtından əvvəl şərti azad olunmuşdur. Binəqədi rayon məhkəməsinin 13.04.2018-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 21.03.2020-ci il tarixli qərarı ilə 01 ay 12 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş 19.10.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə şübhəli bilinərəkhəmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21.10.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə şübhəli bilinərək həmin tarixdə, saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 4(066)-42/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1barəsində 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 19.10.2020-cu il tarixdən hesablanmış, həmn məhkəmənin 09.03.2021-ci il tarixli qərarı iləTəqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) aya yəni, 10 may 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 4(066)-43/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21.10.2020-cu il tarixdən hesablanmış, həmin məhkəmənin 10.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) aya yəni, 12 may 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Goranboy MKTİB tərəfindən verilmiş 18.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qızı X2 və oğlu X6 ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Goranboy MKTİB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidirlər və təqsirləndirilən şəxslər barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə istintaqı zamanı təqsirlədirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamlarla özlərini təqsirli bilməyərək həmin evə oğurluq məqsədilə getdiklərini, zərər çəkmişlərə qarşı quldurluq etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 əlavə olaraq zərərçəkmiş şəxslərə bıçaqla xəsarət yetirilməsini görmədiyini, onlara ümumiyyətlə xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs2 isə zərərçəkmişlərə bıçaqla neçə xəsarət vurmağını xatırlamadığını əlavə edərək sadəcə özünü müdafiə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onların təqsirinin məhkəməyədək icraat zamanı özlərini qismən təqsirli bilməklə verdikləri ifadələrlə, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olmuş, sonuncu dəfə oğurluq hadisəsi törətdiyinə görə Binəqədi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrum edilmiş, 2020-ci ilin mart ayının 21-də azadlığa çıxmışdır. Cəzaçəkmə müəssisəsində cəza çəkən zaman taxta sexində mebel ustası kimi işləyib həmin sənətə yiyələnmişdir. Azadlığa çıxdıqdan sonra Goranboy rayon sakini olan, mebel ustası kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, Həmid ilə bir neçə gün birlikdə mebel sexində işləmişdir. Bundan sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin yay aylarında Həmidə oğurluq hadisəsi törədib pul qazanmağı təklif etmiş, Həmid də maddi imkanının zəif olduğunu, pula ehtiyacı olduğunu deyib onunla razılaşmışdır. Bundan sonra Həmid ilə mütəmadi görüşmüş və 5-10 min manat qazancla çıxa biləcəkləri ev tapmağı bildirmişdir. Bir neçə gün sonra Həmid bildirmişdir ki, Gəncə şəhərində qızıl-alqı satqısı ilə məşğul olan bir şəxs var, həmin şəxsin arvadı da faizlə pul verir. Həmin şəxsin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən evinə girib pul oğurlamaq olar. O, da həmin cinayət hadisəsini törətmək üçün Həmid ilə razılaşmışdır. Hadisəni törətməmişdən təxminən 10 gün əvvəl Həmid ilə birlikdə onun dediyi yollar ilə oğurluq edəcəkləri evin yerləşdiyi küçəyə getmişlər. Həmid demişdir ki, həmin evdə mütəmadi olaraq adam yaşayır, yəni ev sahibsiz qalmır. Bu zaman o, həmin evə basqın edib hədə-qorxu gəlməklə pul və qızıl ala biləcəklərini ona bildirmiş, Həmid də onunla həmin ünvanda quldurluq hadisəsi törətməkdə razılaşmışdır. Həmidə bildirmişdir ki, cinayəti törətmək üçün əvvəlcədən hazırlaşmaq lazımdır, belə ki, maska, əlcək almalı və əllərinə pulu və qızılı hədə-qorxu ilə tələb etmək üçün hər hansı alət götürməlidirlər. Bundan sonra 25 sentyabr 2020-ci il tarixdə quldurluq etməkdə lazım olacaq ləvazimatları almağa başlamış, belə ki, Gəncə şəhərində “Xan bağının” yanında köşkdən tapança formasında alışqan, xatırlamadığı ünvanda inşaat materialları satılan mağazadan tikintidə istifadə olunan əlcək və 10 ədəd əl-qol bağlamaq məqsədilə plastik xamut almışdır. Həmid də özü üçün lazım olacaq əşyaları aldığını bildirmişdir. Əvvəlcədən razılaşmışlar ki, hadisəni 26 sentyabr 2020-ci il tarixdə gecə saatlarında törədərlər. 25 sentyabr 2020-ci il tarixdə Həmid ilə Gəncə şəhərində “Xan Bağında” yerləşən çayxanada əyləşib çay içmişlər. Əvvəlcədən planlaşdırdıqları kimi aldığı əşyaları özü ilə götürmüş və saat 22 radələrində çıxıb quldurluq edəcəkləri ev istiqamətində piyada getməyə başlamışlar. Təxminən saat 03 radələrində həmin evin olduğu Göygöl rayonu Qızılqaya qəsəbəsinə çatmışlar. Evin arxasına keçib özü ilə götürdüyü papaqdan düzəltdiyi maskanı və əlcəkləri geyinmişdir. Həmid də özü ilə gətirdiyi papaqdan düzəltdiyi maskanı və əlcəkləri geyinmişdir. Həmin evin arxa hissədində olan yarım tikilidə taxta pilləkən olduğunu görmüşlər. Həmin pilləkəni götürüb quldurluq edəcəkləri evə daxil olmaq üçün evin hasarına söykəmişlər. Pilləkən ilə hasara qalxdıqdan sonra pilləkəni həyətə sallayıb pilləkənlə həyətə düşmüşlər. Həyətə düşdükdən sonra ev ilə üzbəüz olan çardağın altında zirzəmiyə düşmüş, həmin zirzəmidə heç bir şey olmadığını görüb çıxmışdır. Daha sonra evin açıq olan giriş qapısından evə daxil olmuşlar və giriş qapısından sağda yerləşən qonaq otağına keçmişlər. Həmidin əlində olan fənərlə pul və qızıl zinət əşyaları axtarmağa başlamışlar. Həmin vaxt stolun üzərində bir ədəd mobil telefon və bir ədəd portmanat görüb götürmüşdür. Portmanatın içərisindən 470 manat məbləğində nağd pulu və bir neçə plastik bankomat kartlarını götürüb portmanatı da stolun üzərinə qoymuşdur. Həmin zaman mobil telefon əlindən yerə düşmüş və yaranmış səs-küyə yataq otağında yatan ev sahibi yuxudan oyanmışdır. İlk növbədə evin sahibi olan kişi yataq otağından çıxıb işığı yandırmış və onları gördükdə qışqırıb üzərinə gəlməyə başlamışdır. Üzərinə gələndə Həmidə demişdir ki, onu vursun. Həmid isə həmin kişini vurmayıb yataq otağından gələn qadın səsinə tərəf getmişdir. Həmin zaman əlində saxladığı tapança formasında olan alışqanı onun üzərinə tutmuşdur ki, pulun yerini denən, lakin kişinin üzərinə gəldiyini görüb tapança formasında olan alışqanı ona tərəf atmışdır. Kişi üzərinə gəlib onu itələməklə divanın yanında yerə yıxmış və əlində olan, bıçaq itiləmək üçün istifadə olunan yiyə ilə baş nahiyəsinə bir neçə zərbə vurub üzündəki maskanı çıxarıb yerə atmışdır. Həmin zaman kişinin onu döydüyünü görüb Həmidi kömək üçün səsləmişdir. Həmid gəlib kişini qaldırıb kresloya yıxmış və onu döyməyə başlamışdır. O, yerindən qalxıb onları öldürəcəklərini deyib pul və qızılları saxladıqları yeri soruşmuşdur. Həmin zaman ev sahibinin arvadı əlində olan şüşə qabla əri ilə dalaşan Həmidin baş nahiyəsinin arxasından zərbə endirmişdir. Həmin ev sakinlərini onları döyəcəyini, həmçinin üzü açıldığı üçün evdən çıxmış və gəldiyi yol ilə də çıxıb evin arxa hissəsi ilə boş sahə ilə piyada gedib cinayət yerindən uzaqlaşmışdır. Gəncə çayının yanına çatıb əynindəki papaqlı koftanı qan olduğu üçün çıxarıb həmin yerə atmışdır. Avtomobil yoluna çıxıb taksi sifariş etmiş və yaşadığı evə getmişdir. Yolda olarkən Həmidə zəng edib harada olduğunu soruşmuşdur. Həmin bildirmişdir ki, Göygöl şəhəri istiqamətində gedir, ertəsi gün onunla əlaqə saxlayacaq. Ertəsi gün Həmidə zəng etsə də, telefonuna zəng çatmamışdır. O da oğurladığı 470 manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Plastik kartları xatırlamadığı ünvana tullamışdır. “Samsung A3” markalı mobil telefonu isə nömrəsini çıxarıb atmaqla Gəncə şəhərində “Yevlax avtovağzalının ətrafı” adlanan ünvanda mobil telefon mağazasına 60 manata satıb həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra 19 oktyabr 2020-ci il tarixdə Göygöl rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə dəvət etmişlər. O, da törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2008-ci ildə Azərbaycan Respublikası CM-nin 228.1, 307.2-ci maddələri ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mebel ustasıdır, taxta sexlərində mebel düzəldir. 2020-ci ilin yay aylarında əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Azər ilə tanış olmuş, Azərin də mebel ustası olduğunu öyrənmişdir. Azər ilə tanışlıqlarından sonra Azər ona oğurluq hadisəsi törədib pul qazanmağı təklif etmiş, o da maddi imkanının zəif olduğuna, pula ehtiyacı olduğuna görə razılaşmışdır. Bundan sonra Azər ilə mütəmadi görüşmüşlər və o, təxminən 10000 manat qazancla çıxacaqları ev tapmağını bildirmişdir. Bir neçə gün sonra o, Azərə demişdir ki, Gəncə şəhərində qızıl-alqı satqısı ilə məşğul olan bir şəxs var, həmin şəxsin arvadı da faizlə pul verir. Belə ki, Fikrət adlı həmin şəxsin adını xatırlamadığı qızı ilə Gəncə şəhərində “Kim” küçəsində qonşu evdə kirayədə yaşamışdır, Fikrəti və ailə üzvlərini də həmin ünvanda yaşadığı müddətdə tanımışdır. Azərə həmin şəxsin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən evinə girib pul oğurlamaq olacağını demişdir. Azər də həmin cinayət hadisəsini törətmək üçün onunla razılaşmışdır. Hadisəni törətməmişdən təxminən 10 gün əvvəl Azər ilə birlikdə onun dediyi yollar ilə oğurluq edəcəkləri evin yerləşdiyi küçəyə getmişlər. O, Azərə demişdir ki, həmin evdə mütəmadi olaraq adam yaşayır, yəni ev sahibsiz qalmır. Bu zaman Azər həmin evə basqın edib hədə-qorxu gəlməklə pul və qızıl ala biləcəklərini bildirmişdir. O, onunla həmin ünvanda quldurluq hadisəsi törətməkdə razılaşmışdır. Azər bildirmişdir ki, cinayəti törətmək üçün əvvəlcədən hazırlaşmaq lazımdır, belə ki, maska, əlcək almalı və əllərinə pulu və qızılı hədə-qorxu ilə tələb etmək üçün hər hansı alət götürməlidirlər. Bundan sonra 25 sentyabr 2020-ci il tarixdə quldurluq etməkdə lazım olacaq ləvazimatları toplamağa başlamış, belə ki, özünə papaqdan maska hazırlamış və uzun müddət əvvəl tapdığı qatlanan, kiçik formalı cib bıçağını və evdə olan fənəri götürmüşdür. Azər də Gəncə şəhərində “Xan bağının” yanında köşkdən tapança formasında alışqan, 10 ədəd əl-qol bağlamaq məqsədilə plastik xamut aldığını demişdir. Əvvəlcədən razılaşmışlar ki, hadisəni 26 sentyabr 2020-ci il tarixdə gecə saatlarında törədərlər. 25 sentyabr 2020-ci il tarixdə Həmid ilə Gəncə şəhərində “Xan Bağında” yerləşən çayxanada əyləşib çay içmişlər. Əvvəlcədən planlaşdırdıqları kimi lazım olan əşyaları özü ilə götürmüş və saat 22 radələrində çıxıb quldurluq edəcəkləri ev istiqamətində piyada getməyə başlamışlar. Təxminən saat 03 radələrində həmin evin olduğu Göygöl rayonu Qızılqaya qəsəbəsinə çatmışlar. Evin arxasına keçib özü ilə götürdüyü papaqdan düzəltdiyi maskanı və əlcəkləri geyinmişdir. Azər də özü ilə gətirdiyi papaqdan düzəltdiyi maskanı və əlcəkləri geyinmiş, Azər özü ilə ev sahibinin əlini bağlamaq üçün gətirdiyi plastik xamutdan iki ədədini də ona vermişdir. Həmin evin arxa hissədində olan yarım tikilidə taxta pilləkən olduğunu görmüşlər və həmin pilləkəni götürüb quldurluq edəcəkləri evə daxil olmaq üçün evin hasarına söykəmişlər. Pilləkən ilə hasara qalxdıqdan sonra pilləkəni həyətə sallayıb pilləkənlə həyətə düşmüşlər. Həyətə düşdükdən sonra Azər ev ilə üzbəüz olan çardağın altında zirzəmiyə düşmüş və qayıdıb demişdir ki, həmin zirzəmidə heç nə yoxdur. Həmin zirzəmidə heç bir şey olmadığını görüb çıxmışdır. Daha sonra evin açıq olan giriş qapısından evə daxil olmuşlar və giriş qapısından sağda yerləşən qonaq otağına keçmişlər. Əlində olan fənərlə pul və qızıl zinət əşyaları axtarmağa başlamışlar. Həmin vaxt stolun üzərində bir ədəd mobil telefon və bir ədəd portmanatı Azər götürmüşdür. Həmin zaman mobil telefon Azərin əlindən yerə düşmüş və yaranmış səs-küyə yataq otağında yatan ev sahibi yuxudan oyanmışdır. İlk növbədə evin sahibi olan kişi yataq otağından çıxıb işığı yandırmış və onları gördükdə qışqırıb üzərlərinə gəlməyə başlamışdır. Üzərinə gələn zaman həmin kişini itələyib yataq otağından gələn qadın səsinə tərəf getmişdir. Yataq otağına daxil olan qadın ilə üzbəüz gəlmiş, qadın onun maskasına əl atanda boğazından tutub demişdir ki, “səsini çıxarma, maskama əl atma”. Həmin zaman Azərin onu səslədiyini eşidib qonaq otağına keçmək üçün qadını buraxıb dəhlizə çıxmışdır. Dəhlizdə olan zaman cibində olan bıçaq yerə düşmüşdür. Əyilib bıçağı götürmüş və evin qonaq otağına səs-küyə tərəf getmişdir. Həmin otağa daxil olanda Azər ilə Fikrətin dalaşdığını görüb Fikrəti təpiklə vurmuşdur. Daha sonra Fikrətin arvadı İradə şüşə qabla baş nahiyəsinin arxasından zərbə endirmişdir. Həmin zaman Fikrət əl atıb maskasını çıxarmaq istəmiş, o da bir əli ilə maskanı tutub saxlamışdır, bir əli ilə də əlində olan bıçağın tiyə hissəsini tutub Fikrətə yüngül zərbələr endirməyə başlamışdır. Bundan sonra Fikrət maskanı dartıb çıxarmışdır. Azər və İradə isə evdən çıxmışlar. O, Fikrətin əlində çapacaq olduğunu görüb yerdən oyuncaq tapançanı götürmüşdür. Tapançanı Fikrətə yönəldib demiş ki, “mən pul üçün gəlmişəm, pulun yerini de, sənə ziyanlıq vurmağa gəlməmişəm”. Fikrət ona demişdir ki, pulu yoxdur. O da demişdir ki, “qızını tanıyıram, sən polisə məlumat vermə, mən də sənə ziyanlıq vurmayım”. Daha sonra evin zənginin çalındığını, qapının döyüldüyünü eşitmiş və buna görə evin həyətinə çıxmışdır. Həyətin giriş qapısından çıxanda Fikrətin arxasınca gəldiyini görüb ondan avtomobilin açarını istəmişdir. Fikrət ona demişdir ki, avtomobilin açarı üstündədir. Bu zaman avtomobilin üzərinə baxıb açar olmadığını görmüş və cinayət yerindən uzaqlaşmağa başlamışdır. Özü ilə götürdüyü oyuncaq tapançanı hadisə yerindən bir neçə metr aralıda quma basdırmışdır. Maskanı, bıçağı və əlcəyi isə xatırlamadığı ünvana atıb yaşadığı ünvana getmişdir. Yolda olan zaman Azər ona zəng edib avtomobillə olduğunu demiş və bildirmişdir ki, onu da evinə apara bilər. O, elə başa düşmüşdür ki, Azər yalan danışır, belə ki, o polisə yaxalanıb. Ona görə də Azərə Göygöl şəhəri istiqamətində getdiyini, onun öz yoluna davam etməyini bildirmişdir. Daha sonra mobil telefonunu söndürmüşdür ki, polisə yaxalanmasın. 21 oktyabr 2020-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşlarının yaşadığı binada ona yaxınlaşmaq istədiklərini görüb qaçmağa başlamış və ayağı sürüşdüyü üçün pilləkənlərdən üzü aşağı yıxılmış, həmin zaman ehtiyatsızlıqdan sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Baş nahiyəsində olan xəsarəti isə İradənin şüşə qabla baş nahiyəsinə zərbə endirdiyi zaman almışdır. Zərərçəkmiş şəxs2lə əlbəyaxa olan zaman bıçağın tiyəsini əli ilə tutmuşdur ki, onu vuran zaman bıçaq daxilə keçib onun daxili orqanlarını zədələməsin. Fikrəti öldürmək kimi bir niyyəti olsaydı bıçağın tiyəsini əli ilə tutmazmış və ona daha ağır xəsarətlər yetirərmiş. Fikrəti öldürmək üçün əlində real şərait olmuş, bunu etməkdə mənə heç kim mane olmamış, sadəcə xəsarət yetirərək Fikrətin müqavimətini sındırmaq istəmişdir. quldurluq edəcəyi evin elə də böyük ev olmadığını, həmin evdə ər-arvad yaşadığını bildiklərini, həmin yaşlı insanların təxminən 4-5 min manat məbləğində pul, təxminən 5000 manat dəyərində də qızıl-zinət əşyaları olacağını bildirmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 5ci bəndində göstərilmiuşdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllər Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hаldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər məhkəməsinin 07.09.2012-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30.12.2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi 07.09.2012-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs1 ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan və Göygöl rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd plastik xamut, 01 (bir) ədəd maska kimi istifadə olunmuş idman papağı, 01 (bir) ədəd fənər və 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olar papaqlı (kapuşonlu) gödəkçə, həmçinin bir ədəd tapança formasında alışqan dəyəri olmadığından məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Samsung A3” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 81 (səksən bir)manat 50 (əlli) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 19 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 21 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göygöl rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan 01 (bir) ədəd plastik xamut, 01 (bir) ədəd maska kimi istifadə olunmuş idman papağı, 01 (bir) ədəd fənər və 01 (bir) ədəd üzərində qana bənzər ləkələr olar papaqlı (kapuşonlu) gödəkçə, həmçinin bir ədəd tapança formasında alışqan dəyəri olmadığından məhv edilsin. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Samsung A3” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 81 (səksən bir) manat 50 (əlli) qəpik eksperiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-205/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-205/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver