Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-205/2025 07.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X5, Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Daşkəsən rayonu, Dardərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göygöl rayonu, Yeni Qızılca Ə\D, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5, 228.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmiş, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah tədbiq edib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib quldurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, o məlum olmayan vaxt və mənbədən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah olan ov bıçağını qanunsuz olaraq əldə edib 20 oktyabr 2023-cü il tarixdə üzərində gəzdirmiş, bundan sonra özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib quldurluq etmək niyyətilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 45A saylı binanın arxa tərəfində Zərərçəkmiş şəxs tanış olmaq bəhanəsi ilə yaxınlaşaraq sonuncun saçından tutub aşağıya tərəf çəkərək üzərində gəzdirdiyi soyuq silah ov bıçağının tiyəsi ilə Zərərçəkmiş şəxs üz nahiyyəsində qəsdən zərbə edirərək sonuncuya sağ yanaq nahiyyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, daha sonra həmin bıçağı sonuncunun qarın nahiyyəsinə dirəyib sağlamlığına xəsarət yetirəcəyini deyərək hədələyib Zərərçəkmiş şəxs əlindən içərisində 1 ədəd 500 manat dəyərində «Realme» markalı mobil telefonu, həmin mobil telefonun 10 manat dəyərində koburanı (üzlüyünü), mobil telefondakı 20 manat dəyərində +**********32 saylı nörməni və 20 manat dəyərində +**********71 saylı nörməni, 1 ədəd 30 manat məbləğində süni dəri üzlüklü pul qabı, 1 ədəd 1 manat dəyərində 40 vərəqli dəftəri, hər biri 3 manat dəyərində 5 ədəd açarı, 1 ədəd 1 manat dəyərində qələmi, 1 ədəd 10 manat dəyərində olan Kapital Bank ASC-yə məxsus **********172819 nömrəli birbank kartını, 1 ədəd 10 manat dəyərində Kapital Bank ASC-yə məxsus **********457551 nömrəli debet kartını, 1 ədəd 10 manat dəyərində Unibanka məxsus **********132835 nömrəli plastik leo kartı, 2 ədəd 5 manatlıq əskinas və 10 ədəd 1 manatlıq əskinasdan ibarət olan 20 manat məbləğində pulu, həmçinin 1 ədəd AA ******* seriyalı şəxsiyyət vəsiqəsi olan sellofan torbanı ələ keçirərək basqın edib quldurluq etməklə soyuq silah olan ov bıçağını hadisə yerinə ataraq qaçmış, 21 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 45A saylı binanın arxa tərəfində baxış keçirilən zaman oradan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah olan ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 181.2.5, 228.4 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o işdən evə gələrkən ona bir xanım yaxınlaşmışdır. O həmin yerdə təxminən 20-25 dəqiqə avtobus gözləmişdir. Ona yaxınlaşan xanım Zərərçəkmiş şəxs ondan burada nə qədər vaxt gözlədiyini soruşmuş, o isə avtobus gəlmədiyi üçün 20-25 dəqiqə gözlədiyini demişdir. Təranə 10-15 dəqiqə onunla birlikdə gözləmiş, daha sonra ondan taksi çağırmasını xahiş etmişdir. Daha sonra Təranə ondan hansı istiqamətə getdiyini soruşmuş, o isə Bağman adlanan əraziyə getdiyini bildirmişdir. Təranə ondan taksi çağırmağını istəmiş və onunla o istiqamətə birlikdə gedəcəyini demişdir. O, Təranə ilə razılaşmış və onlar birlikdə söhbət edərək Xanbağı istiqamətinə getmişlər. Onlar birlikdə “Vəkillər kollegiyası” yerləşən ərazidən “Xanbağı” adlanan əraziyə qədər birlikdə getmişlər. Daha sonra 1 nömrəli avtobus gəlmiş, Təranə avtobus sürücüsünə yaxınlaşaraq hara getdiyini soruşmuş, avtobus sürücüsü isə “Məhrəsə bağı”-na qədər gedəcəyini bildirmişdir. Bu zaman taksi gəlib çatmış və onlar birlikdə taksidə əyləşmiş, yol boyu Təranə ilə həmsöhbət olmuş və aralarında olan münasibət əsasında ondan nömrəsini istəmişdir. Təranə isə ona söyüş söyərək ilk dəfə tanıdığı adama nömrə vermədiyini demişdir. O, isə Təranədən tanımadığı halda taksi ilə getmək təklifini niyə etdiyini soruşmuşdur. O, Təranəyə yaxın qohum və əqrabalarından birini çağırmağını demiş, özünün pulu yerdən tapmadığını demiş və aralarında mübahisə başlamışdır. Onun anası rəhmətə getmiş, Təranə isə ona qarşı ölü söyüşü işlətmişdir. O əsəbləşərək Təranəyə şillə ilə vurmuş, Təranə isə şüşə olan istiqamətdə yerə yıxılmışdır. O hadisə zamanı içkili olmuşdur. Daha sonra Təranə onu çantası ilə vurmaq istəyərkən, o çantanı Təranin əlindən almış, çantani özü ilə evə aparmış və evə çatdıqdan sonra çantanın içərisində Təranəyə aid əşyalar olduğunu görmüşdür. Çantanın içərisində telefon, pul qabı, şəxsiyyət vəsiqəsi və 3 ədəd kart olmuşdur. Pul qabının içərisində pul olmamışdır. Veilmiş ittihamlar üzrə özünün təqsirli bilmir ,məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rus dili hazırlığından çıxıb dayanacağın yanında 1 nömrəli avtobusu gözləmişdir. Saat 9-10 radələri olmuş, 10 dəqiqə gözləmiş və avtobus gəlməmişdir. O dayanacaqda Mətləb adlı şəxsdən 1 nömrəli avtobusun saat neçiyə qədər işlədiyini soruşmuşdur. Mətləb isə ona 20 dəqiqə olar ki, 1 nömrəli avtobusu gözlədiyini bildirmişdir. Daha sonra o filarmoniya adlanan istiqamətdəki dayanacağa getmişdir. O, xanbağı istiqamətində gedərkən Mətləb ona yaxınlaşmış və Yeni Gəncəyə gedəcəyini demiş və ona taksi ilə birlikdə getməyi təklif edərək “hərəmiz 1 manat verərik” demişdir. O, isə Mətləbin normal insan olduğunu düşünmüş və yolda qaldığı üçün bu təkliflə razılaşmışdır. Mətləb ondan hara getdiyini soruşmuş, o isə X6 notariusun yanına getdiyini demişdir. Onlar notariusun yanına çatanda o, 1 manat vermək üçün pul qabını açmışdır. Pul qabını açanda Mətləb onun pul qabında kartlarının, pulunun və kimliyinin olduğunu görmüşdür. Mətləb ona taksinin pulunu ödədiyini demişdir. O, Mətləbə təşəkkür edərək avtomobildən düşmüşdür.O bir az uzaqlaşdıqdan sonra Mətləb onun qarşısını kəsmiş və ondan nömrəsini istəmişdir. O, isə Mətləbə nömrəsini verməyəcəyini demişdir. Daha sonra o, yoluna davam etmiş və Mətləb bir daha yaxınlaşaraq «bəlkə, mən sizə nömrəmi verim» demişdir. O, isə yenə istəmədiyini və ondan uzaq durmağını istəmişdir. Mətləb onun əlindən tutmaq istəmiş, o isə təkrarən Mətləbə ondan uzaq durmağını demişdir. O, Mətləbin fikrini başa düşmüş, və gəldiyi yolu geri qaydaraq binalara tərəf getməyi düşünmüşdür. Mətləb ondan uzaqlaşsın deyə o hər hansısa bir binanın blokuna girməyi düşünmüşdür. Daha sonra Mətləb onun saçından dartmış, başını aşağı salmış, o isə qıvrılaraq əlindən çıxmağı bacarmışdır. Həmin vaxt o üz nahiyəsindən qan axdığını hiss etmiş və mətləbin onun üzünü kəsdiyini anlamışdır. O, Mətləbə qışqırmış, Mətləb isə ona “ Səsini kəs” demişdir. Mətləb onun qarın nahiyəsinə bıçaq dirəmiş, o isə yoldan keçən oğlandan kömək istəmişdir. Mətləb isə əlindəki bıçağı oğlana tərəf tutmuş və getməli olduğunu demişdir. Oğlan isə çıxıb getmişdir. Mətləb yenidən bıçağı onun qarnına dirəmiş, o isə heç nə etməməyi üçün Mətləbə yalvarmışdır. Mətləbin əlindəki bıçaq böyük olmuş və Mətləb ondan yubkasını qaldırmağını istəmişdir. O, bu sözü eşitdikdən sonra özünü pis hiss etmişdir. Həmin an oradan uşaqlar keçmiş, o uşaqlardan ona kömək etməsi üçün yalvarmışdır. Uşaqlar uzaqlaşdıqdan sonra telefon ilə kiməsə zəng etmişlər və Mətləb bunu görmüşdür. Mətləb hadisə yerindən uzaqlaşmaq istəyərkən o, Mətləbi çantası ilə arxadan vurmaq istəmişdir. Mətləb isə onun çantasını tutmuş, əlindən alaraq qaçıb getmişdir. Daha sonra o, əli ilə qarın nahiyəsindən xəsarət alıb-almadığı üçün baxmış və qarın nahiyyəsindən xəsarət almadığını görmüşdür. Onun açarı da çantanın içərisində olmuş və evə gedə bilməmişdir. Qonşuların köməyi ilə təcili tibbi yardımı və polisi çağırmışlar.O təqsirləndirilən şəxsdən şikayətçidir ,sonuncuya cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müdətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş 20 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 45A saylı binanın arxasına hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 20 oktyabr 2023-cü il tarixdə baxış qaranlıq hava şəraitində keçirildiyindən yenidən baxış keçirilmiş bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış zamanı 1 ədəd üzərində qanabənzər ləkələr olan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd plastik bank kartına və 1 ədəd şəxsiyyət vəsiqəsinə baxış keçirilərək götürülümüşdür. Baxış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin seriyası AA 1575854, fin kodu xxxxxxx-dır. Şəxsiyyət vəsiqəsində Zərərçəkmiş şəxs foto şəkili var həmçinin vəsiqədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1966-cı il təvəllüdlüdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartlarından biri Kapital Bank ASC-yə məxsus Birbank kartıdır. Həmin kartdan görünür ki, kart Zərərçəkmiş şəxs məxsusdur və kodu **********172819-dur. Digər kart Kapital Bank ASC-yə məxsus debit kartıdır. Həmin kartdan görünür ki, debit kart Ümid Həsənov adlı şəxsə məxsusdur və kodu 5103 0714 9845 7551-dir. Digər bank kartı isə Unibanka məxsus Leo kartdır. Həmin kart qara rənglidir və kodu isə **********132835-dir. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd pul qabına və 1 ədəd mobil telefona baxış keçirilərək götürülmüşdür. Baxış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd çanta şabalıdı rəngdədir. Çanta süni dəridəndir. Çantanın üzərində «Forever best originaly from best» yazısı vardır. Mobil telefonun markası «Realme» modeli isə «C31»-dir. Məhkəmədə tədqiq edilmiş 11 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş bıçağa baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, bıçağın dəstək hissəsində şabalıdı rəngli taxtaya bənzər material vardır. Bıçağın qalan hissəsi gümüşü rəngli dəmirə bənzər materialdandır. Bıçağın dəstəyində və tiyəsində qanabənzər ləkələr vardır.Bıçaq açılıb qatlanandır.bıçağın dəstək hissəsində əlavə olaraq qatlanan gümüşü rəngli dəmir materiala bənzər hissə vardır. Bıçağın tiyəsində «staınless steel.U.S.A» yazısı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, tiyəsinin böyüklüyünə görə hadisə zamanı Mətləbin əlində olan bıçaq ola bilər. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 21 oktyabr 2023-cü il tarixdə hadisəni törətmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Tanınmaya təqdim etmə zamanı Zərərçəkmiş şəxs 3 nömrə ilə dayanmış şəxsi Təqsirləndirilən şəxs göstərərək, xx.xx.2023-cü il tarixdə ona bıçaqla xəsarət yetirdikdən sonra əmlakını götürən şəxsin həmin şəxs olmasını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasıının xx.xx.2023-cü il tarixli, 1667 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sağ yanaq nahiyyəsinin kəsilmiş yarası-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-balistik ekspertizasıının xx.xx.2023-cü il tarixli, 16/1290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik oaln ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasıının xx.xx.2023-cü il tarixli, 01 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs maye halında qanının qrup göstəıricisi ABO sistemi üzrə B(İİİ) alfa-dır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan vət. Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə tədqiq edilmiş 15 fevral 2024-cü il tarixli 9/801 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekpertiza təyini haqda qərarda göstərilən malların 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 225,00 manat müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli, 2731 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli, 7734 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Mayılov X2 Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 331.1, 331.2, 332.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 300 manat cərimə cəzası tətbiq edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək, 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(104/2023 saylı qərarı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ləğv edilərək, ona 03 (üç) il müddətə azadlığdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1ədəd bıçaq, sahibinə qaytarılmış, 1 ədəd «Realme» markalı mobil telefon, 1 ədəd telefon qabı (qobur), mobil telefondakı 20 manat dəyərində +**********32 saylı nörmə və 20 manat dəyərində +**********71 saylı nörmə, 1 ədəd pul qabı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********172819 nömrəli birbank kartı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********457551 nömrəli debet kartı, 1 ədəd Unibanka məxsus **********132835 nömrəli plastik leo kartıı, 1 ədəd AA ******* seriyalı şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 151-C-25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/41/2-781/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş AZE 11561342 şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdü Nurcan Mayılovanın atası Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq edilmiş AZ 194242 doğum haqqında şəhdətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdü Ziyadxan Mayılovun atası Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş itthamlar üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməməsi, hadisə yerindən aşkar edilmiş bıçağın ona məxsus olmaması və pul qabının içərisində şəxsiyyət vəsiqəsinin olmasını bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzləşdirmə protokolu, onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncə və qeyriinsani rəftara məruz qalması faktının təsdiqini tapmaması barədə 29 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 181.2.5, 228.4 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Məhəkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasi Ali Məhkəməsinin «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli plenumunun qərarının izahını da nəzərə alır. Beləki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli plenumunun qərarında göstərilmişdir ki, Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Məhkəmədə araşııdırılan sübutlardan görünür ki, 20 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə xəsarət yetirməklə əlində olan sellofan torbanı almış,özü ilə aparmış və faktiki olaraq talanmış əmlakları öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək imkanı olmuşdur. Məhkəmədə həmçinin Təqsirləndirilən şəxs quldurluq cinayət əməlini silah qismində istifadə edilən əşyanı tətbiq etməklə yəni bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirməklə törətməsi də sübuta yetirilmişdir. Yuxarıla qeyd olunanlara əsasən məhəkəmə kollegyiası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 181.2.5-ci madddəsində nəzərdə tutulan cinayət əməlini törətmə kimi qiymətləndirilməlidir. Həmçinin məhəkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 228.4-cü və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, sonuncunun məlum olmayan vaxt və mənbədən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah ov bıçağını qanunsuz olaraq əldə edib 20 oktyabr 2023-cü il tarixdə üzərində gəzdirməsi və qudlurluq cinayət əməlini törətdikdən sonra həmin bıçağı hadisə yerinə ataraq qaçması, 21 oktyabr 2023-cü il tarixdə baxış keçirilən zaman 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış soyuq silah olan ov bıçağının aşkar edilərək götürülməsi, məhkəmə-tibb ekspertizasıının xx.xx.2023-cü il tarixli, 1667 saylı rəyi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətin- sağ yanaq nahiyyəsinin kəsilmiş yarası-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlməsi, əmələ gəlmə müddətinin qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlməsi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilməsi, məhkəmə-balistik ekspertizasıının xx.xx.2023-cü il tarixli, 16/1290 saylı rəyi ilə təqdim edilmiş bıçağın zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik oaln ümumi təyinatlı ov bıçağı olması və soyuq silah hesab edilməsi, məhkəmə-tibbi bioloji ekspertizasıının xx.xx.2023-cü il tarixli, 01 saylı rəyi ilə təqdim olunmuş bir ədəd bıçağın üzərində insana məxsus qanın aşkar olunması, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan vət. Zərərçəkmiş şəxs məxsus ola bilməsi ,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini talaması təqsirləndirilən şəxsin çantanı alıb qaçdıqdan sonra çantanı açarkən çantada zərəçəkmişə məxsus şəxsiyyət vəsiqəsinin olmasını bilməsi və zərəçəkmiş şəxsin çantanı təqsirləndirilən şəxsə taksinin pulunu verməsi üçün açan zaman içərisində olan şəxsiyyət vəsqəsinin görünməsi və təqsirləndirilən şəxsin vəsiqəni görməsi ilə bağlı verdiyi ifadəsi ilə sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 228.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası heçab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5, 228.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəlsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Mayılov X2 Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 331.1, 331.2, 332.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 300 manat cərimə cəzası tətbiq edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək, 4500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(104/2023 saylı qərarı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ləğv edilərək, ona 03 (üç) il müddətə azadlığdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq, həmin məhkumluğun ödənilməsi üçün qanunda nəzərədə tutulan müddət keçdiyindən hal-hazırda heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, həmçinin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasıməm Cinayət Məcəlləsinin 181.2.5, 228.4 və 326.2-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhəkəmə kollegiyası hesab edir ki, CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət,ona təyin olunmuş cəza müddətinə daxil edilməli və CM-nin 69.3-cü maddəsinin tələbi qaydasında hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdr. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bıçaq məhv edilməli, 1 ədəd «Realme» markalı mobil telefon, 1 ədəd qobur, mobil telefondakı 20 manat dəyərində +**********32 saylı nörmə və 20 manat dəyərində +**********71 saylı nörmə, 1 ədəd pul qabı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********172819 nömrəli birbank kartı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********457551 nömrəli debüt kartı, 1 ədəd Unibanka məxsus **********132835 nömrəli plastik leo kartı, 1 ədəd AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınmaldır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5, 228.4 və 326.2-ci maddələri ilə təqsirli bilinsin, ona CM-nin 181.2.5-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 326.2-cı maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd bıçaq məhv edilsin. 1 ədəd Realme markalı mobil telefon, 1 ədəd telefon qoburunun, mobil telefondakı 20 manat dəyərində +**********32 saylı nörmə və 20 manat dəyərində +**********71 saylı nörmə, 1 ədəd pul qabı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********172819 nömrəli birbank kartı, 1 ədəd Kapital Bank ASC-yə məxsus **********457551 nömrəli debüt kartı, 1 ədəd Unibanka məxsus **********132835 nömrəli plastik leo kartı, 1 ədəd AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-205/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-205/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver