Məhkəmə qərarları › İş №1(100)-206/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-206/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-206/2022 05.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 iyun 1996-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 31-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs birlikdə istifadə etdikləri taksi xidmətinin ödəniş haqqının yarısının sonuncunun nə üçün tərəddüdlə verməsini bəhanə edib Zərərçəkmiş şəxs işi olması adı ilə Gəncə şəhəri Məhsəti qəsəbəsi 27-ci küçədə yerləşən yol kənarındakı dərəyə apardıqdan sonra orada Zərərçəkmiş şəxs “sən kişi deyilsən...” deyə bildirib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan üzərində olan istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxsnun döş qəfəsinin ön sol tərəfinə bir dəfə zərbə endirib bir ədəd döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşən daxilə nüfuz edən, diafraqmanın zədələnməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduqda Zərərçəkmiş şəxs ondan qurtulumaq üçün digər şəxslərin də, olduğu həmin qəsəbənin 27-ci küçəsində yerləşən “Oba” marketə doğru qaçıb marketin içərisinə daxil olduqda o, sonuncunu təqib edib arxası ilə qaçaraq ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan “Oba” marketin giriş hissəsində əlində olan bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs sol gözün üst hissəsinə zərbə endirib sol gözün üst qapağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin qəsdin davamı olaraq marketin içərisində bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin ön sol tərəfinə bir dəfə zərbə endirib döş qəfəsinin ön sol tərəfinə bir dəfə zərbə endirib bir ədəd döş qəfəsinin ön səthində solda, döş yanı xətt üzrə İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyin və perikardın zədələnməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmiş, bundan sonra üzərində olan bıçağı cibinə qoyub qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək həmin yerdə əli və ayaqları ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbələr endirib fiziki ağrı yetirməklə zor tətbiq etmiş, sonuncu zərbənin təsirindən huşsuz vəziyyətə düşdükdə isə, Zərərçəkmiş şəxs sürüyərək mağazanın çöl tərəfinə çıxarıb orada da, bir daha əli və ayaqları ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbələr endirib fiziki ağrı yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri Məhəsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində arvadı X6 və 2020-ci il təvəllüdlü oğlu Rəsul Hüseynovla birlikdə kirayəçi kimi yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını tikintidə fəhləlik edərək əldə edir. Zərərçəkmiş şəxs onun kəndçisi və uşaqlıq dostudur. Elmeddinlə aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs da, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır və orada avtomobil yuma məntəqəsində işləyir. xx.xx.2021-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı evdən çıxaraq yaşadığı qəsəbənin 36-cı küçəsində yerləşən fərdi yaşayış evinə gedərək orada görülən təmir işlərində fəhlə kimi işləmiş, saat təxminən 17 radələrində işdən çıxıb piyada evə gələrkən yolda Elməddinlə qarşılaşmışdır. Elməddin ondan hara getdiyini soruşduqda o, Elmeddinə evə getdiyini demişdir. Elməddin yaxınlıqda yerləşən kafeyə gedib araq içəməyi təklif etmiş, o, Elməddinlə razılaşdıqdan sonra yaşadığı evə gedib paltarını dəyişdikdən sonra Elməddinlə Oba marketin yaxınlığında görüşmüş, bundan sonra Elməddinlə marketdən sosiqa, kolbasa və 0,750 litlrik bir şüşə araq alıb qəsəbədə yerləşən çayxanaya gedib orada birlikdə yeyib içmişlər. O, arağı içdikdən sonra özünü itirmiş və daha sonra nə baş verməsini xatırlamamışdır. Sonra özünə gəldikdə isə artıq Kəpəz Rayon Polis İdarəsində olmağını bilmişdir. Zərərçəkmiş şəxs həmin xəsarətləri harada, nə vaxt, hansı formada və nə səbəbə alması barədə heç bir söz deyə bilməmiş, çünki o, araq içib sərxoş olduqdan sonra nə baş verməsini xatırlamamışdır. Zərərçəkmiş şəxs ilə yeyib içərkən aralarında nə baş verməsini xatırlamamışdır. O, həmin vaxt sərxoş olduğu üçün, Elməddini necə vurmağını xatırlamır. Yəqin ki, sərxoş olarkən xəsarət yetirmişdir. Onun üzərində ümumiyyətlə bıçaq olmamışdır. Onun Zərərçəkmiş şəxs ilə əvvəllər bu və ya digər formada hər hansı bir mübahisəsi olmamış, nə onun Elməddinə nədə ki Elməddinin ona borcu olmamışdır. O, həmin hadisəni xatırlamır. Elməddini öldürmək kimi bir niyyəti olmamışdır. Həmin hadisəyə qədər araları həmişə yaxşı olmuşdur. O, sərxoş olarkən özünü itirdiyi üçün etdiyi əməlləri xatırlamır. O, həmin hadisəni xatırlamadığı üçün bu barədə heç bir söz deyə bilməmişdir. Sonradan Elməddinlə barışmışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Təqsirləndirilən şəxs İltizam oğlu onun həmkəndlisi və uşaqlıq tanışıdır. Sözügedən hadisəyədək aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır və Şöhrət də, fəhləlik edərək qazanc əldə edir. xx.xx.2021-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsinə gedərək orada avtomobil yuyan kimi işə başlamışdır. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o, avtomobil yuma məntəqəsində avtomobil yuyarkən məntəqənin önündə Şöhrəti görmüş, Şöhrətin ustası Vüsalın VAZ 21011 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili sınmış və həmin avtomobili təmir etmişlər. O, Şöhrət və Vüsalla görüşdükdə Şöhrət onu yaxınlıqda yerləşən “Novruzun kafesi” kimi tanınan kafeyə yeməyə dəvət etmiş, o isə Şöhrətə məntəqədə avtomobil olduğunu, həmin avtomobili yuyub işini bitirdikdən sonra görüşə biləcəklərini demiş və Şöhrət onunla razılaşmışdır. O, işini görərkən Şöhrətlə Vüsal da, avtomobili təmir etmişlər. Təxminən saat 15 radələrində işini yekunlaşdırdıqdan sonra obyekti bağlamış və Vüsalın avtomobilini Şöhrətlə birlikdə itələyib kənara çəkdikdən sonra üçü “Novruzun kafesi” kimi tanınan kafeyə getmişlər. Onlar həmin kafedə əyləşdikdən sonra Şöhrət işinin olduğunu deyib getmiş, Vüsalla o isə masa arxasında qalmış və yemək sifariş etmişlər. Təxminən yarım saata yemək hazır olduqdan sonra o, Şöhrətə zəng edərək yeməyin hazır olmasını demişlər. Təxminən 5 dəqiqə sonra Şöhrət əlində bir şüşə 0,750 litrlik araqla həmin kafeyə gələrək onlarla birlikdə əyləşmiş, bundan sonra onlar yemək yeyərək həmin arağı üçü birlikdə içmişlər. Yeyib-içdikdən sonra təxminən saat 19-20 radələrində Şöhrətlə Vüsal hesabı vermişlər və onlar masadan qalxaraq kafenin çölünə çıxmışlar. Çölə çıxdıqdan sorna Vüsal onların yanlarından ayrılaraq öz yaşadığı evə getmişlər. Bundan sonra Şöhrətlə o, Şəmkir yolundakı “Aqropark”da fəhlə işləyən kəndiçiləri Bəbiş ləqəbli Saməddinin işlədiyi yerə gedərək görüşmək qərarına gəlmişlər. Bu barədə razılaşdıqdan sonra Şöhrət tanışları taksi sürücüsü Vüsala zəng edərək onları aparıb-apara bilməyəcəyini soruşmuşlar. Vüsal isə onları apara biləcəyini dedikdən sonra o, VAZ 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. Həmin vaxt onun üzərində 17 manat ümumi işin pulu olmuşdur. O, Şöhrətə Bəbişin yanına gedib gəldikdən sonra taksinin pulunu sabah yarı-yarı verərlər deyə razılaşmışlar. Onlar bu barədə razılaşdıqdan sonra Şöhrət avtomobilin ön sağ oturacağında o isə arxa oturacaqda oturaraq Şəmkir yolundakı “Aqropark”a gedərək orada Bəbişlə görüşmüşlər. Onlar təxminən orada 15-20 dəqiqə Bəbişlə söhbət etdikdən sonra yenidən Vüsalın avtomobilinə minərək qəsəbəyə geri qayıtmışlar. Yolda Şöhrət ona hərəsinin 10 manat pulu xidmət haqqı kimi taksi sürücüsü Vüsala verməli olduqlarını demişdir. O isə Şöhrətə üzərindəki pulun iş yerinin pulu olduğunu, Vüsalın pulunu sabah verəcəyini demişlər. Buna Vüsal da, etiraz etməyərək aralarında pul söhbətinin ayıb olmasını demişdir. Lakin Şöhrət onunla razılaşmayaraq Vüsalı çağırdığını pulunun indi verilməli olmasını demişdir. Həmçinin Şöhrət ona “sən məni tanıyırsanmı?...” deyə bildirmişdir. O isə Şöhrətə tanıdığını demişdir. Şöhrətin əl çəkmədiyini görərək Vüsala 10 manat pul vermişdir. Şöhrət də, eyni qaydada Vüsala 10 manat pul vermişdir. Vüsal ayıb olduğunu, pula görə mübahisə etməməklərini demişdir. Bundan sonra Vüsal onları “Nihat” marketin yaxınlığında düşərərək çıxıb getmişdir. Onlar yerə düşdükdən sonra Şöhrət onu yolun alt tərəfindəki dərəyə dəvət edərək onunla işi olduğunu demişdir. Bundan sonra Şöhrətlə o, həmin yerə düşmüşlər. Həmin yerdə Şöhrət ona “sən kişi deyilsən...” deyə bildirmişdir. O isə nə üçün ona bu cür deməsini soruşduqda bu dəfə heç bir cavab vermədən sağ yumruğu ilə çənəsinin sol tərəfinə zərbə endirmişdir. Zərbədən sonra o, əli ilə Şöhrəti geri itələmişdir. Bu zaman Şöhrət üzərindən bıçağı çıxarıb sağ əlinə alaraq bu dəfə bıçaqla onun sol qolunun alt hissəsinə zərbə endirmişdir. Zərbənin təsirindən belindən qan axmağa başlamışdır. O, Şöhrətin bıçaqla onu vurmasından həyəcanlanıb qorxaraq “nə üçün bıçaqla məni vurdun...” deyərək oradan qaçıb dərədən yola çıxmışdır. O, geri çevrildikdə Şöhrətin də, arxasınca qaçdığını görüb hərəkətini dayandırmadan qaçmağa davam etmişdir. Şöhrətin onu yenə də vuracağından qorxaraq “Oba” marketə girsə bəlkə qorxub gəlməz deyə düşünmüş, bu məqsədlə qaçaraq Oba marketin içərisinə girdikdə Şöhrət də, onun arxasınca marketə keçmişdir. O, marketin giriş qapısında bir daha mane olmağa çalışdıqda o bıçağı yenə ona sarı atdıqda bıçaq sol gözünün üst hissəsini kəsmişdir. Onlar marketə keçdikdən sonra o, geri-geri vitrinlərin arasına girdikdə Şöhrət əlindəki bıçaqla bu dəfə ona iki dəfə zərbə endirmişdir. Həmin zərbələrdən birində bıçaq ona girməsə də, digəri sinəsinə girmişdir. Həmin zərbələrdən sonra o, huşunu itirmişdir və sonrasında nə baş verməsini xatırlamır. Huşu özünə gəldikdə isə o, artıq Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs İltizam oğlu ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs İltizam oğlu ona xx.xx.2021-ci il tarixdə saat 20 radələrində əvvəlcə Gəncə şəhəri Məhsəti qəsəbəsi, 27-ci küçədə yerləşən dərədə yumruqla və bıçaqla sol qolunun alt hissəinə, daha sonra isə həmin küçədə yerləşən “Oba” marketin giriş qapısında sol qaşının üst hissəsinə, marketin içərisində isə bıçaqla sinəsindən xəsarət yetirmişdir. Şöhrət heç nədən onunla mübahisə edərək ona xəsarətlər yetirmişdir. Mübahisə zamanı o, sadəcə Şöhrəti itələmiş, vurmamış, üzərində isə hər hansı bir alət olmamışdır. Həmin vaxt o, özünü qorumağa çalışdığı üçün Təqsirləndirilən şəxs İltizam oğlunun əlində olan bıçağın formasına dəqiq fikir verə bilməmişdir. Şöhrət onu dərədə vurarkən orada heç kəs olmamışdır. Marketin içərisində isə tanımadığı şəxslər olmuşdur. Həmin dalaşma zamanı onu sadəcə Təqsirləndirilən şəxs İltizam oğlu vurmuş, başqa heç kəs onu vurmamış və ya Şöhrətə köməklik etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış hazırda ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 27-ci küçədə yerləşən “Oba” marketin administratoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 20:20 radələrində marketdə olarkən adları ona sonradan məlum olan Zərərçəkmiş şəxs, ardı ilə isə Təqsirləndirilən şəxs qaçaraq marketin içərisinə daxil olmuşlar. Elməddin marketin içərisinə daxil olarkən Şöhrətə “içəridə kamera var...kamera çəkir...” deyə bildirərək üzərinə gəlməməsinə çalışsa da, Şöhrət buna məhəl qoymayaraq Elməddinin üzərinə getmişdir. Vitrinlərin arasına keçmişlər. Şöhrət Elməddinə çatan kimi əlində olan bıçaqla sinə nahiyəsinə zərbələr endirmişdir. Sonra isə təpik və yumruqla zərbələr endirmiş, Zərbənin təsirindən Elməddin huşunu itirərək yıxılmışdır. Elməddin yıxılmasına baxmayaraq Şöhrət yenə də, əl çəkməyərək üzərinə çıxıb yumruqla zərbələr endirməyə davam etmişdir. Bu zaman o, Şöhrətə yaxınlaşıb aralamağa çalışsa da, Şöhrət huşsuz vəziyyətdə olan Elməddindən əl çəkməmiş və sürüyərək marketin çölünə çıxarmışdır. Şöhrət marketin çölündə də, yerdə huşsuz vəziyyətdə olan Elməddinə bir neçə dəfə təpik və yumruqla zərbələr endirmiş, zərbələrdən sonra artıq Elməddinin tərpənmədiyini görərək yanından uzaqlaşıb getmişdir. Bu vaxt artıq marketdə olan müştərilər də, qorxub getmişlər. Bu zaman o, dərhal DİN-in 102 xidmətinə və təcili tibbi yardıma məlumat vermişdir. Həmin vaxt Şöhrət yenidən marketə qayıdaraq təslim olacağını deyərək polisə məlumat verməsini istəmiş, o isə bu barədə məlumat verdiyini bildirmişdir. Sonqa Şöhrət çıxıb getmişdir. Bundan sonra müdiriyyətə də, bu barədə məlumat verilmiş və hadisə yerinin mühafizəsi məqsədilə marketin bağlanılmasına qərar verilmiş, orada qalaraq həkimlərin və polis əməkdaşlarının gəlməsini gözləmiş, bir qədər sonra ambulans gəlmiş və yerdə yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs ambulansa mindirələrək xəstəxanaya aparılmış, sonra polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşməni aparmışlar. Hadisənin nə səbəbə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Hadisə zamanı marketdə ondan əlavə digər işçi və müştərilər olmuşdur. Qeyd olunan hadisə ilə əlaqədar market həmin gün öz fəaliyyətini dayandırmalı olmuşlar. O, heç bir xəsarət almamış, ona o, cümlədən marketə heç bir ziyan, dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 27-ci küçədə yerləşən “Oba” marketin içərisidir. Baxış zamanı marketin içərisində döşəmədə və qarşısında həyətdə yerdə qana oxşar kütlələr müyyən edilərək, həmçinin marketin müşahidə kamerasında hadisənin qeydə alınmış görüntüləri 1 ədəd DVD diskə köçürülərək götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. «Baxış və götürmə keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd poluver və 1 ədəd mayka iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. «Tədqiqat üçün nümunələrin götürülməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlar üzərində, həmçinin hadisə yerindən götürülmüş numunələrin qan olub-olmamasını və əgər qandırsa onların kimə məxsus olmasını müəyyən etmək məqsədilə Zərərçəkmiş şəxs tədqiqat üçün qan nümunəsi götürülmüşdür. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 27-ci küçədə yerləşən “Oba” marketin və Gəncə şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarında qeyd alınmış görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:26 radələrində Zərərçəkmiş şəxs ardı ilə isə Təqsirləndirilən şəxs dərədən çıxaraq “Oba” marketə doğru ard-arda qaçaraq marketə daxil olurlar. Zərərçəkmiş şəxs marketin içərisinə daxil olduqda əlini qaşına aparıb qaytararaq vitrinlərin arasına keçir. Təqsirləndirilən şəxs da, onun ardı ilə Zərərçəkmiş şəxs yanına yaxınlaşıb sol əli sonuncun yaxasından tutub sağ əlində olan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfinə, daha sonra isə ürək nahiyəsinə bir dəfə zərbə endirir. Bundan sonra Təqsirləndirilən şəxs yumruqla iki dəfə daha sonra isə dizi ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs aşağı əyildikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs paltarının kürək nahiyəsindən tutaraq sürüyüb çölə çıxartmağa çalışır. Lakin Zərərçəkmiş şəxs aşağı əyildiyindən buna nail olmadığını görüb dizi ilə yenidən Zərərçəkmiş şəxs üzünə zərbə endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs kürəyi üstə yerə uzanır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə çıxaraq bir neçə dəfə sonuncunun üzünə yumruqla zərbələr endirir. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə yerdə uzanır. Bu zaman marketin işçisi Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb onu aralamağa çalışsa da, o Şahid1 məhəl qoymayaraq huşsuz vəziyyətdə olan Zərərçəkmiş şəxs sürüyərək marketin çölünə çıxarır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs marketin çölünə sürüyüb çıxardıqdan sonra yenidən sonuncunu üzünə bir neçə dəfə yumruqla zərbələr endirir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərpənməz vəziyyətdə yerdə uzanılı olmasını görərək oradan uzaqlaşıb gedir, Zərərçəkmiş şəxs isə uzanılı vəziyyətdə marketin çölündə qalır. Daha sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq onu ayağa qaldırmağa çalışsa da, Zərərçəkmiş şəxs qalxmadığını görüb Şahid1 yanına gedərək ona nəsə deyir və daha sonra yenidən oradan uzaqlaşır. Zərərçəkmiş şəxs ətrafına kənardan keçən şəxslər toplaşır. Bir qədər sonra 103 xidmətinin avtomobili həmin yerə gəlir. Bu zaman Təqsirləndirilən şəxs da, həmin yerə qayıdır və ətrafdakı şəxslərin köməkliyi ilə yerdə huşsuz vəziyyətdə uzanılı olan Zərərçəkmiş şəxs xərəyə qoyularaq ambulansa mindirilib aparılır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək digər bir hal müəyyən edilməmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-cu il tarixli protokoldan görünür ki,ifadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və düşmənçiliyinin olmamışdır. Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, cinayətin aləti kimi istifadə olunan bıçağın yeri, həmçinin hadisəni görmüş şəxslərin dairəsi, Vüsal, Saməddin adlı şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Belə ki, sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olmuş, hadisənin törədildiyi “Oba” marketin iş rejimi pozulmuşdur. Sözügedən cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs başqa hər hansı bir şəxsə fiziki, maddi və ya mənəvi ziyan dəyməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2101 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üç ədəd yara aşkar edildi. Bu yaralardan ikisi deşilmişkəsilmiş, biri isə kəsilmiş yaradır, deşimiş-kəsilmiş yaralardan biri döş qəfəsinin ön səthində solda, döş yan xətt üzrə İİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, ürəyin və perikardın zədələnməsi ilə müşayiət olunur. Digər deşilmiş-kəsilmiş yara isə döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşir, daxilə nüfuz edən yaradır, diafraqmanın zədələnməsi ilə izlənilir.Qeyd olunan yaralar deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir.Kəsilmiş yara sol gözün üst qapağında yerləşir, kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gösətirlən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Maddi sübutların ekspertizasının xx.xx.2021-ci il tarixli 43 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)dır.Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər.Hadisə yerindən götürülmüş iki ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/93 saylı rəyindən görünür ki, tədqiqiata olunan poluverin və maykanın üzərində olan (hər birində iki ədəd olmaqla) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2021-ci il tarixli 2101 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthində solda, döş yan xətt üzrə İİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yara, ürəyin və perikardın zədələnməsi ilə müşayiət olunan” və “döş qəfəsinin sol yan səthində, ön qoltuqaltı xətt üzrə Vİİ qabırğa səviyyəsində yerləşən, daxilə nüfuz edən yara diafraqmanın zədələnməsi ilə müşayiət olunan) xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində iki ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/08 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). xx.xx.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. AZ-İİ № 391526 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. AZ-İV № 535650 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Gəncə şəhər üvlər üçülüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsi 31-ci küçədə yerləşən fərdi yaşayış evində həyat yoldaşı X7 və övladı X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, iş üzrə maddi sübut hesab edilərək, saxlanması üçün Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmişdir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə bıçaq olmadığını, sərxoş olduğu üçün sözügedən cinayət hadisəsini necə törətməsini xatırlamadığını, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirli, CMnin 126.2.4-cü maddəsilə isə qismən təqsirli bildiyini göstərsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarındakı mövqeyi də hazırki iş üzrə məhkəmənin mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini Zərərçəkmiş şəxs huşsuz vəziyyətə saldıqdan sonra marketin içərisindən sürüyüb çölə çıxarmaqla qeyri-insani və qəddar rəftar etməklə onun şəxsiyyətini ələ salıb xüsusi amansızlıqla törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.9-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını olmasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də iş üzrə maddi sübut olan iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 27 oktyabr 2021ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də iş üzrə maddi sübut olan iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar