Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-206/2023 26.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xüsusilə qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq və zərərçəkmiş şəxsin sağlamlığına aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 07 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ictimai yer hesab edilən Bərdə rayonu, Zümürxan kəndində yerləşən “Qədim Bərdə” yeməkxanasının qarşısında insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə yeməkxananın qarşısında olan insanlara heç bir əhəmiyyət verməyib, tanışı ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun ünvanına nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində əşya hesab edilən istintaqla müəyyən olunması mümkün olmayan bıçaqdan istifadə edərək, Zərərçəkmiş şəxs2 sol əlini əlbəyaxa olan zaman dişləyərək, sonra isə boyun nahiyəsinin sağ arxa və yan səthinə qəsdən 2 (iki) zərbə endirib, Zərərçəkmiş şəxs2 sağlamlığına boynun sağ arxa və yan səthinin kəsilmiş yarası və cızıqları, sol əlin ikinci barmağının dırnaq falanqasının arxa səthinin səthi əzilmiş yarası qismində qəsdən yüngül zərər vurması ilə və orada olan şəxslərin rahatçılıqlarının pozulması ilə nəticələnən xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “Oba” supermarketinin yaxınlığında insanların gur toplaşdığı yerdə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə supermarketin qarşısında olan insanlara heç bir əhəmiyyət verməyib, tanışı ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 ünvanına aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, üzərində gəzdirdiyi silah qismində əşya hesab edilən istintaqla müəyyən olunması mümkün olmayan bıçaqdan istifadə edərək, aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs1 sol döş qəfəsi nahiyəsinə qəsdən 1 (bir) zərbə vuraraq sonuncuya sol tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət olunan qəsdən sağlamlığına ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhər sakinidir. Zərərçəkmiş şəxs1 uşaq yaşlarından tanıyır. 07 sentyabr 2022-ci il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs1 ilə razılaşıb Bərdə rayonu, Zümürxan kəndində yerləşən “Qədim Bərdə” yeməkxanasında yemək yeməyə getmişlər. Onlar masaya əyləşdikdən sonra masaya Məzahirin qohumu Zərərçəkmiş şəxs2 gəlmişdir. Anar spirtli içki araq alıb gətirmişdir. Anar onların masasına əyləşdikdən sonra onlar yemək yeyib, araq içmişlər. Bir müddət sonra hesabı istəmişlər. Ofisiant hesabın 30 manat olduğunu demişdir. Məzahir cibindən 20 manat çıxarıb, “qalan 10 manatı sən qoy cibindən” demişdir. O, üzərində pul olmadığı üçün 20 manatı götürüb, cibinə qoymuş və Məzahirə bu kafeni tanıdığını, səhər gətirib özü hesabı ödəyəcəyini demişdir. Məzahir isə ona “adımız-sanımız var, elə şey etmə” demiş, onunla mübahisə etməyə başlamışdır. Onlar sözlə mübahisə edərkən o, Məzahirin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Məzahirin qohumu Anar ona yaxınlaşıb nə səbəbə qohumuna söyüş işlətdiyini ondan soruşmuşdur. Saat 21 radələrində Anar ilə o, yeməkxananın tualetinə tərəf hərəkət etməyə başlamışlar. Mübahisə edə-edə onlar əlbəyaxa dalaşmağa başlamışlar. Anar ona yumruq atanda əl barmaqları ağzına girmişdir. O, Anarın əlini dişləmişdir ki, əlini ağzından çıxartsın. Sonra Anarı yumruqla vurmaq istəmiş, Anar arxaya doğru çəkilmiş və ayağı çökəyə görə büdrəmiş, arxaya doğru ağaclığa yıxılmışdır. Bu zaman əlindəki yağ bıçağı ilə Anarın boynunun sağ hissəsini cızmışdır. Sonra o, sərxoş vəziyyətdə Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “Oba” supermarketinin yaxınlığına gələrkən saat 22 radələrində Məzahirlə zəng edib “Oba” supermarketinin yaxınlığına çağırmışdır. Məzahir dediyi ünvana gələn kimi nə səbəbə qan-qaraçılıq yaratdığını soruşmuşdur. Məzahir isə “adımız-sanımız var, elədiyin hərəkətə bax” demiş, yenidən Məzahir ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Məzahir yumruqla onun üz nahiyəsinə zərbə endirmişdir. O da Məzahirə yumruqla zərbə endirmişdir. Onlar əlbəyaxa dalaşmağa başlamışlar. Əlbəyaxa dalaşarkən Məzahiri qorxutmaq üçün cibindən cib bıçağını çıxarıb Məzahirin sol böyür nahiyəsinə zərbə endirmişdir. Zərbədən sonra bıçağın dəstəyi qırılmışdır. Sonra qardaşı Mirdadaş və orada olan tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşıb aralaşdırmışlar. Təqsirləndirilən şəxs Mirdadaş oğlu ifadəsinin davamında göstərmişdir ki, “Oba” supermarketinin qarşısında Məzahiri vurduğu bıçaq qatlanmayan, qara rəngli dəstəyi olan bıçaq idi. Biçağın tiyəsinə bitişik alışqan var idi. Bıçağın dəstəyinin üzərində əqrəb işarəsi var idi. Bıçağın dəstəyi qırıldığı üçün o, bıçağı yolda evə gedərkən zibilliyə tullamışdır. “Oba” supermarketinin qarşısında baş vermiş hadisə zamanı o, baş və burun nahiyələrindən xəsarət almışdır. Həmin xəsarətləri ona Zərərçəkmiş şəxs1 yetirmişdir. “Oba” supermarketinin qarşısında baş vermiş hadisə vaxtı onlar əlbəyaxa dalaşarkən orada ondan və Məzahirdən başqa xeyli insan toplaşmış və onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs2la “Qədim Bərdə” yeməkxanasının həyətində əlbəyaxa mübahisə edib dalaşarkən, sonra isə yeməkxananın həyətində yerləşən tualetin yaxınlığında əlbəyaxa olarkən və Anarın boyun nahiyəsinə bıçaqla xəsarət yetirərkən orada Məzahir, yeməkxananın işçiləri və tanımadığı şəxslər səs-küyə toplaşmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhər sakinidir. Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. 07 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ilə zəngləşmiş, Bərdə-Tərtər yolunda yerləşən “Qədim Bərdə” restoranına getmişlər. Orada həyətdə masa arxasında Mirpaşa ilə kabab sifariş etmişlər. 15-20 dəqiqə sonra masalarına bacısı qızının əri Zərərçəkmiş şəxs2 da gəlmişdir. Zərərçəkmiş şəxs2 məclisə o, dəvət etmişdir. Zərərçəkmiş şəxs2 spirtli içki alıb gətirmişdir. Onlar yemək yeyərək spirtli içki qəbul etmişlər. Sonra o, ofisiantdan hesab istəmişdir. Ofisiant hesabın 30 manat etdiyini demişdir. O, Mirpaşaya “səninlə danışdığım 30 manatın 20 manatını mən qoyacam, 10 manatını isə sən qoyarsan” demişdir. Cibindən 20 manatı çıxardaraq masaya qoymuşdur. Mirpaşa 20 manatı götürərək cibinə qoymuş və “mən özüm bura ilə danışacam ki, hesabı sonra verim” demişdir. Bu zaman o, Mirpaşa ilə mübahisə etməyə başlamışdır. Mübahisə 10-15 dəqiqə çəkmişdir. Mirpaşa onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 ilə Mirpaşa mübahisə etməyə başlamışlar. Onlar sözlə mübahisə edə-edə kənara çəkilmişlər, təxminən 5 dəqiqə sonra Mirpaşanın restoranın həyətindən çıxıb getməsini görmüşdür. Arxası ilə qohumu Anar gəlmiş və Mirpaşanın onun əl barmağını dişlədiyini və yağ bıçağı ilə boyun nahiyəsini cızdığını bildirmişdir. O və Anar yaşadıqları ünvana gəlmişlər. Həmin tarixdə saat 21 radələrində o, evdə darıxdığı üçün piyada Nüşabə küçəsi ilə hərəkət etməyə başlamışdır. “Oba” marketin yaxınlığına çatarkən Mirpaşanı görmüşdür. Mirpaşa onu görərkən “nə səbəbə qan-qaraçılıq yaradırsan?” demiş və onun ünvanına nalayiq ifadə işlətmişdir. Söyüş işlətdiyinə görə yumruqla Mirpaşanı vurmuşdur. Onlar əlbəyaxa dalaşmağa başlamışlar. Mirpaşanın qardaşı Mirdadaş və orada olan şəxslər araya girərək onları sakitləşdirmişlər. O, evə qayıdıb divana uzanarkən sol barmağının su olduğunu hiss etmişdir. Əli ilə barmağını qaldırıb baxanda bıçaq xəsarəti aldığını, al-qan içində olduğunu görmüşdür. O, dərhal qohumu Oktaya zəng etmişdir ki, onu xəstəxanaya aparsın. Oktay isə onu xəstəxanaya aparmış və ilkin müayinə zamanı sol böyür nahiyyəsinin deşilmiş yarası xəsarəti aldığını görmüşdür. O, Mirpaşa ilə əlbəyaxa dalaşarkən Mirpaşanın onu bıçaqla vurmasını hiss eləmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, yeməkxanada yemək yeyərkən mübahisələri hesab üstündə yaranmışdır. Saat 21 radələrində piyada “Oba” marketin qarşısında gəzərkən isə Mirpaşa ilə qarşılaşmış, əvvəlcədən hesab üstündə yaranmış mübahisəyə görə Məzahirlə yenidən mübahisələri yaranmış, Mirpaşa söyüş işlətdiyinə görə yumruqla sonuncunu vurmuşdur. Sonra isə onlar əlbəyaxa olmuşlar. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhər sakinidir. Zərərçəkmiş şəxs1 Mənsum oğlu onun arvadının dayısıdır. 07 sentyabr 2022-ci il tarixdə saat 18-19 radələrində Məzahirə zəng edərək harada olmasını soruşmuş, Məzahir ona “Qədim Bərdə” restoranında yemək yediyini bildirmiş və ondan spirtli içki alaraq həmin yerə gəlməyini xahiş etmişdir. O, spirtli içki alaraq, Məzahirin dediyi ünvana gəldikdə Məzahirin Mirpaşa adlı şəxslə restoranın həyətində masanın arxasında əyləşərək yemək yediyini görmüşdür. O da onların masasına əyləşərək çörək yeməyə başlamışdır. Təxminən yarım saat sonra yedikləri yeməyin hesabını istəmişlər. Ofisiant hesabın 30 manat etdiyini bildirmişdir. Məzahir ilə Mirpaşanın arasında hesab üstə mübahisələri yaranmışdır. Məzahir cibindən 20 manat çıxarıb masanın üzərinə qoymuş, Mirpaşaya “qalanını sən düzəlt çıxaq gedək” demişdir. Mirpaşa 20 manatı masadan götürərək cibinə qoymuş və “gəl gedək, mən özüm hesabı danışıb həll edəcəm” demişdir. Buna görə Məzahir ilə Mirpaşa arasında mübahisə yaranmışdır. Bu zaman Mirpaşa Məzahirin ünvanına nalayiq ifadə işlətmişdir. O, Mirpaşaya nə səbəbə Məzahirin ünvanına nalayiq ifadə işlətdiyini demişdir. Mirpaşa onunla da mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə yeməkxananın tualeti istiqamətində hərəkət etmişlər. Mübahisə zamanı Mirpaşa onu yumruqla vurmuşdur. O da Mirpaşanı yumruqla vurmaq istəyəndə sol əli Mirpaşanın ağzına girmişdir. Mirpaşa onun əlini dişləmiş və yenidən onu yumruqla vurmaq istəyəndə onun ayağı büdrəyərək arxaya doğru yıxılmışdır. Yerə yıxılarkən Mirpaşa əlindəki yağ bıçağı ilə onun boyun nahiyyəsinə zərbə endirmişdir. Bəxtindən bıçaq iti olmadığı üçün boynunun sağ hissəsini cızmışdır. O, boynunun ağrısından bərk qışqırmışdır. Mirpaşa onun səsindən hürkərək ondan uzaqlaşmışdır. Həmin vaxt yeməkxanada işləyən ofisiantlar onları aralaşdırmışdır. Məzahir ilə birlikdə yaşadıqları ünvana getmişlər. O, evə çatıb əl-üzünü yuyub təzəcə üzanmışdır ki, arvadı Mətanət ona Məzahirin bıçaqlandığını bildirmişdir. O, evdən çıxaraq Bərdə rayon mərkəzi xəstəxanasına getmiş, orada Məzahir ona Mirpaşanın onu “Oba” marketin qarşısında bıçaqla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, “Qədim Bərdə” restoranının həyətində Təqsirləndirilən şəxsla yaranmış mübahisənin səbəbi əvvəlcə Mirpaşa ilə Məzahirin arasında restoranda hesabın verilməsi üstündə başlanmış mübahisə zamanı Mirpaşanın onun qohumu Məzahirin ünvanına söyüş işlətməsi, buna görə də onun Mirpaşaya qohumunu söydüyünə görə irad bildirməsi və bu səbəbdən də onların arasına mübahisə yaranaraq hazırki hadisənin baş verməsi ilə nəticələndiyini göstərmişdir. Mirpaşa ilə Məzahirin arasında mübahisə hesab vermək üzərində yaranmışdır. Restoranın həyətində baş vermiş hadisə vaxtı orada həmin restoranda işləyən ofisiantlar onları aralaşdırmışlar. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs1 Bərdə şəhərindən tanımışdır. 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o, Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən Zərifə Əliyeva adına olan məktəbin yanında olarkən "Oba" supermarketin qarşısında qardaşı Mirpaşa ilə bir nəfər şəxsin əlbəyaxa dalaşdığını görmüşdür. O, iti addımlarla onlarla yaxınlaşaraq Mirpaşanı Məzahirdən aralaşdırmış, Mirpaşa onu görərək oradan uzaqlaşmışdır. Onlara yaxınlaşarkən Mirpaşanın yumruqtəpiklərlə Məzahiri döyməsini görmüşdür. Səhəri gün o, eşitmişdir ki, qardaşı Mirpaşa mübahisə zamanı Məzahiri bıçaqla döş qəfəsinə vuraraq xəsarət yetirmişdir. O, mübahisəyə yaxınlaşaraq qardaşı Mirpaşanı aralaşdırarkən onun Məzahiri bıçaqla vurmağını görməmişdir. O, hadisənin baş vermə anını görməmişdir. Bildiyi odur ki, qardaşı Mirpaşa aralarında yaranmış mübahisə zamanı Məzahirə bıçaqla xəsarət yetirmişdir. Sonradan qardaşı Mirpaşadan öyrənmişdir ki, Mirpaşa ilə Məzahir “Qədim Bərdə” yeməkxanasında hesab vermək üstündə mübahisə edib dalaşmışlar. Mübahisənin gedişində Məzahirin qohumu Anar söhbətə müdaxilə etmiş, bu zaman Mirpaşa bıçaqla Anara xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə xidmətdə olarkən Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “OBA” supermarketinin qarşısında iki nəfər şəxsin mübahisə edərək dalaşmaları barədə məlumat almışlar, ora yaxınlaşdıqda bir nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxsi Bərdə RPŞ-yə gətirmişlər. Yolda polis şöbəsi istiqamətində gələrkən həmin şəxsin Bərdə şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Mirpaşa onlara 07 senytabr 2022ci il tarixdə saat 21 radələrində “Qədim Bərdə” yeməkxanasında tanışı Zərərçəkmiş şəxs2 və saat 22 radələrində “Oba” supermarketinin qarşısında isə Zərərçəkmiş şəxs1 bıçaqla vuraraq xəsarətlər yetirdiyini etiraf etmişdir. Onlar həmin şəxsdən bıçağı nə etdiyini soruşduqda o, bıçağı zibilliyə tulladığını demişdir. Onlar Təqsirləndirilən şəxs Bərdə RPŞnin inzibati binasına gətirərək təhvil vermişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, İ.Qaibov küçəsi ilə Nüşabə küçəsinin kəsişməsində yerləşən “Bərdə Oba-1” supermarketində müdür müavini vəzivəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Həmin hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində işlədiyi supermarketin qarşısında baş vermişdir. Həmin gün onun istirahət günü olmuş və hadisə zamanı supermarketin qarşısına çıxan supermarketin satıcısı Həsən Zeynalov olmuşdur. X5 ilə Məzahiri aralaşdırmışdır. X6 Rusiya Federasiyasında yaşayır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Zümürxan kəndində yerləşən “Qədim Bərdə” restoranında ofisiant işləyir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Hadisə ilə bağlı bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində sonradan adını Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs onun işlədiyi yeməkxanaya gəlmişlər. Onlara xidmət etmək üçün kafenin sol hissəsində yerləşən ağaclıq hissədə olan masaya yaxınlaşmışdır. Bəhruz onların sifarişlərini masalarına gətirdikdən sonra bir müddət keçmişdir ki, Zərərçəkmiş şəxs2 əlində araq butulkası ilə onların masasına yaxınlaşmışdır. Onlar yemək yeyib, spirtli içki qəbul etdikdən sonra hesabı istəmişlər. O, hesabın 30 manat etdiyini deyərək kənara çəkilmişdir. Təxminən 5-10 dəqiqə keçmişdir ki, Mirpaşa ilə Məzahir mübahisə etməyə başlamışlar. Daha sonra Mirpaşa ilə Anar mübahisə etməyə başlamışlar. O, dərhal qardaşı Pərvizə bu barədə məlumat vermişdir. Məzahir ilə Anar restoranın həyətində olan ayaqyolunun qarşısında əlbəyaxa dalaşmağa başlamışlar. O, qardaşı Pərviz və digər ofisiant Müşviq onları aralaşdırmışlar. Mirpaşa yeməkxananın giriş qapısından, Anar və Məzahir isə arxa girişdən çıxıb getmişlər. X1 əlini dişlədiyini və bıçaqla boyun nahiyəsini cızdığını bildirmişdir. O, Anar ilə Mirpaşanın mübahisə edərək əlbəyaxa dalaşdıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Bərdə rayonu, Zümürxan kəndində yerləşən “Qədim Bərdə” yeməkxanasının içərisində baş vermişdir (iş vərəqə: cild İ, səh. 16-19). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “Oba” supermarketinin qarşısında baş vermişdir (iş vərəqə: cild İ, səh. 31-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 969 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 176-178). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 sentyabr 2022-ci il tarixli, 724 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - boynun sağ arxa və yan səthinin kəsilmiş yarası və cızıqları kəsici təsir göstərə bilən alət (alətlər), ola bilsin bıçaq təsirindən, sol əlin İİ barmağının dırnaq falanqasının arxa səthinin səthi əzilmiş yarası küt əşyanın təsirindən, ola bilsin qərarda göstərilən şəraitdə, yəni dişləmə nəticəsində əmələ gələ bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh.115-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ gözyuvasıaltı, sağ gözyuvasıüstü, sol gözyuvasıaltı, sol gözyuvasıüstü nahiyələrimin qançırları, burun nahiyəsinin qançırları ilə burun sümüyünün əsasının natamam qopmuş sınığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-bioloji və trasoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 16/14 nömrəli rəyindən görünür ki, təqdim olunan maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik-deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin xx.xx.2022-ci il tarixli, 969 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “sol tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 180-183). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 10 dekabr 2022-ci il tarixli, 113 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus qara rəngli sintetik lifli qısaqol köynəyin üzərindəki ləkələrlə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 və onun özünə məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus maykanın üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 və onun özünə məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 185-189). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, 07 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu, Zümürxan kəndində yerləşən “Qədim Bərdə” yeməkxanasında Zərərçəkmiş şəxs2 və həmin tarixdə saat 22 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “Oba” supermarketinin qarşısında Zərərçəkmiş şəxs1 cinayətin aləti olan bıçaqların yerinin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 191). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 noyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən “Oba” supermarketinin qarşısında Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa dalaşması, dava zamanı bıçaqla onu vurması, daha sonra hərəkətinə davam edərək yumruqla onu döyməyə davam etməsi, qardaşı Şahid1 onları ayırması və ətrafda çoxlu şəxslərin toplaşması görünür. Şahid1 diskə baxış keçirilən zaman həqiqətən də qardaşı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa dalaşdığını, dava zamanı bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyini və onları ayırdığını təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 noyabr 2022-ci il tarixli “üzləşdirmə istintaq hərəkətinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilərkən zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı Təqsirləndirilən şəxs yağ bıçağı ilə boyun nahiyəsini cızdığını sonuncunun üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 172-173). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 noyabr 2022-ci il tarixli “üzləşdirmə istintaq hərəkətinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilərkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla onu vurması nəticəsində böyür nahiyəsinin qanadığını təqsirləndirilən şəxsin üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 174-175). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli, 1096 nömrəli “Sərxoşluq vəziyyətinin müayinəsi aktı”ndan görünür ki, hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs sərxoş olmuş, xx.xx.2022-ci il tarixli, 1097 nömrəli “Sərxoşluq vəziyyətinin müayinəsi aktı”ndan görünür ki, hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 sərxoş olmuş, xx.xx.2022-ci il tarixli, 1098 nömrəli “Sərxoşluq vəziyyətinin müayinəsi aktı”ndan görünür ki, hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 sərxoş olmuşdur (iş vərəqə: cild İ, səh. 13-15). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 47). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs bağışlamış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 126). Cinayət işinin materiallarına əlavə edilmiş 25 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus qara rəngli köynək, ağ rəngli mayka maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cinayət hadisəsini özündə əks etdirən videomüşahidə kameralarından götürülmüş 1 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 194-207). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 oktyabr 2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild İ, səh. 131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 59-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 90-96). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ə.Ədilov küçəsi, 29 nömrəli evdə yaşayır (iş vərəqə: cild İ, səh.106). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə araşdırması zamanı təqdim etdikləri notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hər iki zərərçəkmiş şəxslə bağlı baş vermiş hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, iş üzrə toplanmış sübutların məhkəmə araşdırması zamanı cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilməsi nəticəsində tam sübut olunmuşdur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs restoranda yemək yeyib, spirtli içki qəbul etdikdən sonra hesabın verilməsi ilə əlaqədar əvvəlcə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 söymüş, bundan sonra Zərərçəkmiş şəxs1 qohumu olan digər Zərərçəkmiş şəxs2 həmin mübahisəyə müdaxilə edərək, Təqsirləndirilən şəxs Məzahirin ünvanına nalayiq ifadə işlətdiyinə görə irad bildirmiş və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında mübahisə yaranmış, onlar mübahisə edərkən Təqsirləndirilən şəxs onu yumruqla vurmuş, göstərilən səbəblə əlaqədar yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki yağ bıçağı ilə onun boyun nahiyyəsinə zərbə endirmişdir. Daha sonra həmin gün Zərərçəkmiş şəxs1 “Oba” marketin yaxınlığında Mirpaşanı görmüş, bu zaman Təqsirləndirilən şəxs restoranda aralarında yaranmış əvvəlki mübahisə ilə əlaqədar “nə səbəbə qan-qaraçılıq yaradırsan?” demiş, bundan sonra aralarında mübahisə yaranmış və Mirpaşa onun ünvanına nalayiq ifadə işlətmiş, söyüş işlətdiyinə görə Zərərçəkmiş şəxs1 yumruqla Mirpaşanı vurmuş və onlar əlbəyaxa dalaşmağa başlamışlar. Onlar dalaşarkən Mirpaşa onu bıçaqla vurmuşdur. Hadisələrin məhz qeyd edilən şəkildə cərəyan etməsinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, cinayət işi üzrə digər sübutlarla və işin faktiki halları ilə təsdiq olunması hər iki zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında şəxsi münasibətlər zəminində münaqişə yarandığını və Təqsirləndirilən şəxs qəsdən ağır zərər vurma cinayət əməlini məhz şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törətdiyini sübut etməklə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin hər hansı əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə törədilməsinə dair gəldiyi əsassız qənaəti tamamilə təkzib etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Yuxarıda şərh edilənlər, yəni cinayət əməlinin şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı baş verməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməməsi qənaətinə gəlinərkən, həmçinin göstərilməlidir ki, cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 731 saylı rəyindən də göründüyü kimi, hadisə zamanı Təqsirləndirilən şəxs özünün bədənində də dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin aşkar edilməsi, eyni zamanda cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan göründüyü kimi, Zərərçəkmiş şəxs1 özünün barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxsin şikayəti olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qəbul edilməsi kimi cinayət işinin faktiki halları da cinayət əməlinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslərin arasında mübahisə və dalaşma zamanı şəxsi münasibətlər zəminində törədilməsini bir daha təsdiq edir. Beləliklə də, törədilmiş cinayət əməlinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsi münasibətlər zəminində vurub sonuncunun sağlamlığına qəsdən ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurmaqla yanaşı, təqsirləndirilən şəxsin hərəkətləri eyni zamanda ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər olmaqla, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- hadisənin insanların istirahət üçün gəldikləri restoranda başlanılaraq, daha sonra isə restoranın həyətində insanların sıx toplaşdığı ictimai yerdə törədilməsi, bundan sonra isə digər zərərçəkmiş şəxsə nalayiq ifadələr işlədərək onu söyməsi, ona qarşı zor tətbiq edərək sağlamlığına ağır zərər vurması kimi cinayət əməlini insanların sıx olduğu və ictimai yer sayılan supermarketin qarşısında törətməsi və həmin əməlləri törədərkən ətrafda olan şəxslərə məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına zərər vurmasını qabaqcadan görüb buna şüurlu surətdə yol verərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri də onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə təqsirli bilinərək, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd edir ki, təqsirləndirlən şəxsin səmimi peşmançılığı onun əməlinin təhlükəliliyini dərk etməyini və törətdiyi cinayətin nəticəsinə sonradan formalaşmış mənfi münasibətini özündə ehtiva edir. Şəxs cinayəti törətdikdən sonra səmimi peşman olubsa, bu hal onun törətdiyi cinayətin zərərli nəticələrinin tez bir zamanda aradan qaldırmasını, habelə islah edilməsini sürətləndirir və tərəfindən növbəti cinayətlər törətməkdən çəkindirir. Eyni zamanda səmimi peşmançılıq təqsirkarın islah olunmasında da mühüm rol oynayır, onun islah olunmasının başlanığıc nöqtəsi kimi çıxış edir və bunu stimullaşdırır. Nəzərə alınsa ki, cəzanın məqsədi həm məhkumun islah edilməsindən və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir, bu halda səmimi peşmançılığın cəzanın məqsədləri baxımından nə qədər əhəmiyyətli olduğu görünər. Şəxsin əməlindən peşman olmasını bildirməsi yuxarıda qeyd edildiyi kimi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Ona görə də məhkəmə həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək cəza təyinində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını və zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini göstərmələrini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Belə ki, cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, hətta zərərçəkmiş şəxslərin də ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini bildirdikləri, barəsində cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılan 26 may 2023-cü il tarixədək, yəni 08 ay 16 gün ev dustaqlığında saxlanılmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli köynək və bir ədəd ağ rəngli mayka yararsız vəziyyətdə olduğundan məhv edilməli, həmçinin sübut növü kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən videomüşahidə kameralarından götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qara rəngli köynək və bir ədəd ağ rəngli mayka məhv edilsin, həmçinin sübut növü kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən videomüşahidə kameralarından götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 31,50 (otuz bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov