Məhkəmə qərarları › İş №1(100)-206/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-206/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-206/2024 27.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X6 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonu, Alolar kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Alolar kəndində qeydiyyatda olmaqla, Tərtər rayonu, Səhləbad kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdə saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən Şahid13 məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağı keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda heç bir əsaslı səbəb olmadan, mağarda olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub, özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə öz etdiyi hərəkətə kölgə salmaq və ətrafdakı insanları öz cinayətkar əməlinə inandırmaq üçün 02 may 2014-cü il tarixdə vəfat etmiş bacısı Maya Camalovanın Zərərçəkmiş şəxs ilə onun arvadı X5 arasında intim münasibət olması sözlərini deməsini bəhanə edib, qərəzli hərəkətlər edərək mağarda əyləşən insanların istirahət hüququnu pozub silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs dörd dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli pnevmohemotoraksla müşayiət olunan sol ağciyərin zədələnməsi ilə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol üz-qulaq-gicgah, sol çənəaltı-boyun, sol kürək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuraraq silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-2012-ci illərdə bacısı X19 Azər Əli oğlu ilə onun arvadı X2 münasibəti olması barədə söz-söhbət gəzməsini demişdir. Maya 2014-cü ildə vəfat etmişdir. Həmin vaxtdan bacısının sözü onda şübhə kimi qalmışdır. Səbinədən bu barədə soruşanda sonuncu Azər ilə münasibətinin olmadığını bildirsə də, o bununla qane olmamış və həmin vaxtdan Azər ilə rastlaşmamaq üçün sonuncudan uzaq olmağa çalışmış, qarşılaşdıqda isə yolunu dəyişmişdir. O, 27 iyun 2023-cü il tarixdə ailəsi ilə birlikdə Tərtər rayonu, Səhləbad kəndində yaşayan bibisi nəvəsi Şahid13 övladının əsgər yığıncağına getmişdir. Məclis mağarda Xəqaninin evinin həyətində təşkil olunmuş və o, mağara daxil olaraq sol tərəfdə orta hissədə kənd sakinlərin ilə oturmuşdur. Bir neçə dəqiqə əyləşdikdən sonra ayağa qalxaraq bayıra çıxmış, qayıdanda isə əyləşdiyi oturacaqda başqa adamın oturduğunu görüb yan tərəfdəki masaya keçmişdir. Həmin vaxtı o, Azərin mağarın qapısının yanındakı masada əyləşdiyini görmüşdür. Bir qədər sonra Azər onun olduğu masaya gələrək onun sağ tərəfində olan oturacaqda əyləşmişdir. Onunla Azər arasında tanımadığı bir nəfər şəxs oturmuşdur. O, həmin vaxtı bacısı Mayanın dediyi söz-söhbəti xatırlayaraq əsəbiləşmış, cibində olan açılıb-bağlanan bıçağı çıxartmış və ayağa qalxıb bıçaqla Azərin sifətinə, boynuna və kürəyinin sol tərəfinə zərbə vurmuşdur. Azərə xəsarət yetirdikdən sonra sonuncunun onu vura biləcəyindən qorxub mağardan çıxmış və bıçağı cibinə qoyub ailə üzvləri ilə birlikdə oradan uzaqlaşaraq evinə getmişdir. Evdə olan zaman Azərin dayısı Nəsimi onlara gələrək onu söyüb-təhqir etmişdir. X20 sakitləşdirib geri qaytarmışdır. O, həmin vaxtı özünü müdafiə etmək məqsədilə atasından yadigar qalmış içərisində patron olmayan ov silahını götürmüşdür. Çünki, Azərin qohumlarının ona və ailə üzvlərinə xəsarət yetirməsindən qorxmuş, kimsə gələrsə də silahla qorxuda biləcəyini düşünmüşdür. Ara sakitləşdikdən sonra o, ailəsi ilə birlikdə qayınatası Misir Qədmalıyevin evinə getmiş, Azərə xəsarət yetirdiyi bıçağı da sonuncunun evinin hasarının üstündə gizlətmişdir. Qayınatasının evində olanda polis əməkdaşları ona zəng etmiş, o da olduğunu yeri demişdir. Bir qədər sonra polis əməkdaşları oraya gəlmiş, o da odlu silahı polis əməkdaşlarına təqdim edərək sonuncularla birlikdə polis şöbəsinə getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2011-2012-ci ildə bacısı Maya ona bulaq ətrafında arvadı Səbinə ilə Azər arasında xoşagəlməz münasibətin olması barədə söz-söhbət getdiyini demiş, lakin Maya bu barədə kimin deməsini konkret olaraq ona söyləməmiş, arvadı Səbinədən də bu barədə soruşanda sonuncu belə bir şeyin olmadığını demişdir. Azər həmkəndlisi olmuş, o, heç vaxtı sonuncudan “söz-söhbət” barədə nə isə soruşmamış, əksinə bacısı vasitəsi ilə Azərə ondan uzaq durması barədə xəbər göndərmişdir. Qonaqlıqda Azərin nə səbəblə onun əyləşdiyi masaya gəlməsini bilməmiş, hadisə vaxtı o, spirtli içki qəbul etməmiş, Azər ondan bir nəfər aralıda əyləşmiş və məclis vaxtı ona bir kəlmə belə söz deməmiş, o sadəcə bacısının sözünü yadına salıb qəfildən əsəbiləşərək özündən asılı olmadan bıçaqla Azəri vurmuşdur. Sonuncuya xəsarət yetirdiyi bıçaq qatlanan olmuş, həmin bıçağı qoyunlara baxanda işlətmiş, hadisədən əvvəl elə qoyunlara baxmaqdan qayıtdığı üçün bıçaq üzərində olmuşdur. O, xəsarət yetirən zaman Azər ilk əvvəl oturaq vəziyyətdə olmuş, xəsarətdən sonra sonuncu ayağa qalxanda isə o, üzərinə gəlməsindən qorxub bir dəfə də Azərin kürəyinə bıçaqla xəsarət yetirmişdir. Ona görə də o, Azərə ümumilikdə 3 dəfə bıçaqla xəsarət yetirmişdir. Azərə təklikdə xəsarət yetirəcəyi halda sonuncunun da onu vura biləcəyini düşündüyü üçün o, mağarın içərisində xəsarət yetirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdə günorta saatlarında o, həmkəndlisi Xəqaninin övladının əsgər yığıncağına getmişdir. Həmin məclis Tərtər rayonu, Səhləbad kəndində Xəqaninin həyətində qurulmuş mağarda baş tutmuşdur. O, mağara daxil olaraq ilk əvvəl girişdə sol tərəfdə həmkəndlisi Ayxanın əyləşdiyi masada əyləşmişdir. Lakin həmin masada əyləşənlər yaşca ondan kiçik olduqları üçün o, daha sonra iki masa kənarda əyləşmiş Vəzirgilin masasına yaxınlaşıb həmin masada oturmuşdur. Həmin vaxt masada Süleymandan və ondan əlavə Şövqi, Zabit, Xəqani, Vəzir, Füzuli və Zamiq də əyləşmişdir. Bir qədər sonra Süleyman ayağa qalxıb masadan uzaqlaşmışdır. O, söhbət edib yemək yeyərkən qəfildən hər hansı dəmir əşya ilə vurulduğunu hiss etmişdir. İlk əvvəl bunun qulluq edənlərin podnosu olduğunu fikirləşmiş, lakin ondan qan axdığını hiss edib arxaya baxdıqda Süleymanın əlindəki bıçaqla onu vurduğunu görmüşdür. Süleyman bıçaqla ona kürəyinin sol arxa tərəfinə vurduqda o, ayağa qalxmış və sonuncudan nə səbəbə onu vurduğunu soruşanda, Süleyman onun ayağa qalxdığını görüb uzaqlaşaraq mağardan çıxmışdır. Daha sonra Ayxan və Vəzir onu tanımadığı bir nəfər şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs arvadı ilə onun arasında hər hansı münasibət olmamış, Süleyman da heç vaxtı ona sözsöhbət barəsində heç nə deməmiş, o, sonuncunu kənddə hərdənbir görmüş və salamlaşmışdır. Hadisə günü yığıncaqdan əvvəl o, Süleymanı görməmiş, çünki bir gün əvvəl Bakıdan qayıtmışdır. O, ilk olaraq başqa stolda əyləşmiş, lakin həmin stolda həmyaşıdı olmadığından və sinif yoldaşı Zamiq başqa stolda əyləşdiyindən sonuncunun yanına keçmişdir. Süleyman onun sol tərəfində əyləşmiş, sonuncu ümumilikdə ona 6 bıçaq zərbəsi vurmuş, həmin zərbələrdən üçü kürək, biri boğaz, biri üz, biri isə başının arxa nahiyəsinə dəymişdir. O, əvvəlcə bıçaq dəydiyini başa düşməmiş, kürək nahiyəsinə bıçaq girəndə anlamış ki, ona bıçaq dəymişdir. Xəsarətlərdən birindən başqa hamısı oturaq vəziyyətdə olanda yetirilmişdir. O, ayağa qalxanda Süleyman birini də kürək nahiyəsindən vurub qaçmışdır. Hadisə vaxtı nə özü, nə də ki kənardan heç kim müdaxilə edə bilməmiş, çünki hər şey bir anda baş vermişdir. Bıçaqla zərbə vurmamışdan əvvəl də Süleyman ona heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə 27 iyun 2023-cü il tarixdə Xəqaninin övladının əsgər yığıncağı getmişdir. Məclis Xəqaninin evinin həyətində mağarda olmuşdur. Onlar mağara daxil olduqda əri Təqsirləndirilən şəxs sol tərəfdə orta hissəsə kənd sakinləri ilə oturmuşdur. O və qızları isə digər masada əyləşmişlər. O, üzü digər tərəfə oturmuşdur. Birdən səs-küy gəldiyini eşidib dönərək baxanda qorxub qaçmışdır. Mağardan çıxdıqdan sonra onlar evə getmişlər. Evdə olan zaman Azərin dayısı Nəsimi onlara gəlmişdir. İfadəsinin davamı olaraq Şahid9a bildirmişdir ki, onun Zərərçəkmiş şəxsla hər hansı bir münasibəti olmamış, barəsində olan söz-söhbəti ərinin qohumları yaymış, əri Təqsirləndirilən şəxs ondan Azər ilə aralarında münasibətin olub-olmamasını uzun müddət əvvəl soruşmuş, o da bunun yalan olduğunu bildirmişdir. Süleymanın bacısı Maya bu sözsöhbəti birbaşa ona deməmiş, ərinin beynini qohumları yalandan doldurmuş, nəticədə Süleyman bu hadisəni törətmişdir. O, hadisənin necə baş verməsini görməmiş, çünki onun üzü digər tərəfə olmuş, Süleyman isə onun arxasında əyləşmişdir. Ona görə də o, bıçaqlanma anını görməmişdir. Hadisədən sonra evdə olanda Azərin dayısı Nəsimi əlində ağacla gələrək ərini təhqir etmiş, Süleyman isə özünü qorumaq üçün köhnə silah götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdə həmkəndlisi Xəqaninin oğlunun əsgər yığıncağı olmuş və o da həmin məclisdə iştirak etmişdir. Mağarda onun solunda Süleyman, sağında isə Azər əyləşmişdir. Yemək yeyən zaman o, Süleymandan araq içib-içməyəcəyini soruşmuş, sonuncu isə içməyəcəyini demişdir. Bir qədər sonra Süleyman yerindən qalxaraq arxa tərəfindən keçib Azərə yaxınlaşaraq bıçaqla xəsarətlər yetirmişdir. Azərə bıçaqla xəsarət yetirdikdən sonra sonuncu ayağa qalxaraq Süleymanın nə üçün belə etdiyini soruşmuş, lakin həmin vaxtı ara qarışmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, mübahisə zamanı masada o, Zamiq, Süleyman, Azər və digərləri əyləşmişdir. Hadisə qəflətən baş vermiş, hadisədən əvvəl hər hansı sözlü bir mübahisə olmamış, ümumiyyətlə o, əvvəllər də Azərlə Süleyman arasında hər hansı bir mübahisə olduğunu eşitməmişdir. Süleyman Azəri bıçaqlayan zaman heç nə deməmiş, hətta hadisədən sonra sonuncu hansı səbəbdən Azəri bıçaqladığını bildirməmiş, hadisə zamanı Süleyman və Azər bir-birinə qarşı nalayiq ifadələr işlətməmiş, o, nə hadisə vaxtı, nə də hadisədən sonra Süleymanın hansı səbəbdən Azəri bıçaqlamasını bilməmişdir. Süleyman Azəri iki dəfə də kürəyindən bıçaqlamışdır. Hadisə zamanı mağarda yüzə yaxın adam olmuş, Süleyman Azəri vurandan sonra ara qarışmış və polislər gəlmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid2, Şahid7 Heydar oğlu və Quliyev X9 Şövqi Bilal oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmkəndlisi Xəqaninin övladının əsgər yığıncağında onun oturduğu masadan iki-üç stol aralıda Süleymangil əyləşmişdir. Bir qədər sonra Azər gəlib onlarla görüşmüş, sonra isə Süleymangilin əyləşdiyi masada əyləşmişdir. Onların oturduğu masada əyləşən uşaqları rəqs etməyə dəvət etmişlər, lakin o, getməmişdir. Bir qədər sonra Süleyman yerindən qalxaraq digər tərəfə getmiş, daha sonra geri qayıtmış, Azər həmin vaxt əyləşmiş, Süleyman da qəfildən iki dəfə bıçaqla Azəri biri boyun nahiyəsindən, biri isə üz nahiyəsindən vurmuşdur. İki bıçaq vurandan sonra Azər geriyə dönüb onu nə üçün vurduğunu soruşmuşdur. Bu vaxt Süleyman Azəri bir dəfə də bıçaqlamışdır. Bundan sonra Azər yerindən qalxmış və həmin vaxtı qarışıqlıq düşmüşdür. Daha sonra onlar Azəri avtomobillə xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Süleyman Azəri oturaq vəziyyətdə vurmuş, Azər yerindən qalxandan sonra Süleyman sonuncuya bıçaqla xəsarət yetirməmiş, daha sonra qarışıqlıq düşmüş, o Süleymanın hara getməsini görməmişdir. Azərlə Süleyman arasında əvvəllər hər hansı bir ədavətin olması barədə eşitməmiş, Süleymanın Azəri hansı səbəbdən vurması barədə də məlumatı olmamışdır. Hadisə vaxtı mağarda təxminən 150-200 nəfər adam olmuş, Süleyman birinci ayağa qalxıb musiqiçilər tərəfə getmiş, sonra qayıdıb vurmağa başlamışdır. O, hadisədən sonra da Süleymanın nə səbəbə Azəri vurmasını bilməmişdir. Yaşadığı kənddə Süleymanın yoldaşı barədə hər hansı xoşagəlməz bir şey eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlizadə X4 Ayxan Ədalət oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdə Tərtər rayonu, Səhləbad kəndində Xəqaninin övladının əsgər yığıncağı olmuş və məclis evinin həyətində mağarda keçirilmişdir. O, həmin kənddə Xəqanidən başqa heç kimi tanımamış, sadəcə yemək yediyi zaman adını sonradan bildiyi Süleymanın Azəri bıçaqladığını görmüşdür. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Azər və Süleyman onun qarşısında əyləşmiş, həmin vaxtı orada tanımadığı digər şəxslər də olmuş, o, Süleymanla Azəri hadisədən sonra tanımış, Süleyman yerindən qalxaraq bir qədər sonra gəlib Azəri bıçaqlamağa başlamış, Süleyman Azəri bıçaqlayan zaman Azər oturaq vəziyyətdə olmuş, o, yalnız Süleymanın Azərin boyun nahiyəsindən vurmasını görmüşdür. Hadisənin nə səbəbə baş verməsini isə bilməmişdir. Əgər tərəflər arasında başqa məsələ olubsa da masa ətrafında bu barədə danışıq olmamışdır. Ümumiyyətlə də masada Süleymanla Azər arasında hər hansı bir söhbət olmamış, çünki hadisə bir anda baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdə Tərtər rayonu, Səhləbad kəndində Xəqaninin övladının əsgər yığıncağı olmuşdur. O, mağara girən kimi sağ tərəfdə birinci masada əyləşmiş və arxası Süleymangil əyləşən stola tərəf olmuşdur. Birdən qışqırıq səsləri eşitmiş və Azərdən qan axdığını görmüşdür. Daha sonra o, idarə etdiyi avtomobillə Azəri xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, Azər Süleymanın onu heç bir səbəb olmadan vurduğunu demiş, hadisə zamanı mağarda yüzə yaxın adam olmuş, olan adamların hamısı da bir-biri ilə qohum olmamış, kənar adamlar da olmuş, elan edilmiş ifadəsində qeyd edilmiş “hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan qatlanan bıçaqla Azərin bir dəfə sifətinin sol tərəfinə, bir dəfə boynunun sol tərəfinə, iki dəfə kürəyinin sol tərəfinə zərbə vurub xəsarət yetirdi” xüsusatı onun sözləri ilə yazılmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisi olmuşdur. Onun sonuncularla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 27 iyun 2023-cü il tarixdə həmkəndlisi Xəqaninin övladı Şahinin əsgər yığıncağı olmuş və saat 13 radələrində o, həmin məclisə getmişdir. Məclis Xəqaninin evinin həyətində qurulmuş mağarda hazırlanmışdır. O, mağara daxil olaraq qapından sol tərəfdə giriş hissədə olan masaya yaxınlaşıb stulda əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əyləşdiyi masa ilə onun masasının arasında iki masa olmuşdur. Bundan sonra mağara Azər daxil olmuş, onun masasına əyləşmək istədikdə həmkəndlisi Vəziri görmüş və gedib sonuncunun masasına əyləşmişdir. Təxminən 3-4 dəqiqə sonra o, ayağa qalxıb musiqiçilərə tərəf getmiş, musiqiçilərin yanında olarkən Süleyman Azərə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt mağarda olan kənd sakinləri ilə Azərin yarasını sıxıb saxlamış, daha sonra Azəri mağardan çıxardaraq tanımadığı qırmızı rəngli VAZ 21011 markalı avtomobilə əyləşdirib Tərtər RMX-ya aparmışlar. İfadəsinin davamı olaraq Şahid10 bildirmişdir ki, hadisə 27 iyun 2023-cü il tarixdə saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndində Xəqaninin evində olan məclisdə baş vermiş, hadisə təxminən 10 dəqiqə müddətinə davam etmiş, hadisəyə səbəbin nə olduğunu bilməmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan qatlanan bıçaqla Azərin bir dəfə sifətinin sol tərəfinə, bir dəfə boyunun sol tərəfinə, iki dəfə kürəyinin sol tərəfinə zərbə vurub xəsarət yetirmişdir. Hadisə zamanı ona heç kim xəsarət yetirməmiş, məclisdə kişi, qadın və uşaq olmaqla təxminən 60-70 nəfər kənd sakini olmuşdur. O, məclisdə Azər və Süleymanın danışdığını da görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 Şahid10 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu, Zərərçəkmiş şəxs isə həmkəndlisi olmuşdur. Əvvəllər sonuncularla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 27 iyun 2023-cü il tarixdə övladı Şahinin əsgər yığıncağını keçirmiş, həmin məclisə təxminən 80 nəfər kənd sakini gəlmişdir. Məclisə gələnlərin içərisində Süleyman və Azər də olmuşdur. O, həyətdə kababçının yanında olarkən mağardan səs-küy gəldiyini eşidib mağara tərəf getdikdə Azərin bədənindən qan axdığını və sonuncunu avtomobilə əyləşdirib xəstəxanaya apardıqlarını görmüşdür. Həmin vaxtı mağardakı kənd sakinlərindən öyrənmiş ki, Süleyman bıçaqla Azərin sifətinə, boğazına və döş qəfəsinə xəsarət yetirmişdir. Hadisədən sonra isə kənd sakinlərindən eşitmiş ki, Süleyman ailəsi barədə söz-söhbət yayıldığı üçün Azəri bıçaqlamışdır. İfadəsinin davamı olaraq Şahid13 bildirmişdir ki, hadisə 27 iyun 2023-cü il tarixdə saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndində onun evinin həyətində qurulmuş mağarda baş vermişdir. Hadisə təxminən 10 dəqiqə müddətinə davam etmiş, hadisəyə səbəbin nə olduğunu dəqiq bilməmiş, məclisdə kişi, qadın və uşaq olmaqla təxminən 50- 60 nəfər kənd sakini olmuşdur. O, məclisdə Azər və Süleymanın danışdığını görməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 199 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol tərəfli pnevmohemotoraksla müşayiət olunan sol ağciyərin zədələnməsi ilə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası, sol üz-qulaq-gicgah, sol çənəaltı-boyun, sol kürək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə: a) sol tərəfli pnevmohemotoraksla müşayiət olunan sol ağciyərin zədələnməsi ilə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; b) sol üz-qulaq-gicgah, sol çənəaltı-boyun, sol kürək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları isə birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 477/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs qan qrupu ̶ A betadır (İİ); 2) Təqsirləndirilən şəxs qan qrupu ̶ A betadır (İİ); 3) Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A beta (İİ) qrupuna məxsus olan A antiqeni və beta aqqlyutini alındı. Beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə həmin qruplu Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olduğu halda) məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 456 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmiş, cinayət törədərkən anlaqlı olmuş, cinayət törətdikdən sonra da hər hansı psixi pozuntudan əziyyət çəkmir. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/869 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2033-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyun 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən Şahid13 məxsus fərdi yaşayış evinin həyətindəki əsgər yığıncağı keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağardır. Baxış zamanı mağarda kişi, qadın və uşaq olmaqla 50-60 nəfər şəxsin olması müşahidə edilir. Hadisə yerindən iş üzrə mühüm əhəmiyyət kəsb edən əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Tərtər rayonu, Əskipara kəndindəki Təqsirləndirilən şəxs qayınatası X3 məxsus fərdi yaşayış evinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Bıçağın tiyəsi boz rəngli metala bənzər materialdan hazırlanmış, tiyəsinin ucu deşici, bir tərəfi kəsici, digər tərəfi isə küt xassəyə malikdir, tiyənin üzərinə qırmızı rəngli qana bənzər ləkələr vardır. Bıçağın tiyəsi dəstəyə metal hissələrlə birləşdirilmiş, dəstək də plastmasa oxşar materialdan hazırlanmışdır. Təqsirləndirilən şəxs bıçağı təqdim edərək həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərməklə ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Tərtər rayonu, Səhləbad kəndində yaşayan Zərərçəkmiş şəxs “üzün sol qulağın kəsilmiş yarası və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə Tərtər RMX-ya daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 15:21-də polis şöbəsinə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs Tərtər RPŞ-ya təqdim etdiyi xx.xx.2023-cü il tarixli şikayət ərizəsindən görünür ki, o, həmin gün saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndində olan yığıncaqda həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirib sonuncu barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X18 bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs izahatının alınması üçün saxlanılaraq polis şöbəsinin istintaq qrupuna təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 207 və 208 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktlardan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 061171 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən İİ-ci qrup əlildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ-ci qrup əlildir və 327,21 manat pensiya alır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İ 664981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bacısı X14 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11647853, 11647854 və 18157757 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Nəzrin Camalzadə, xx.xx.2014-cü il təvəllüdlü Tamara Camalzadə və xx.xx.2018-ci il təvəllüdlü Zəhra Camalzadə adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RİH başçısının Səhləbad İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X5, övladları xx.xx.2010-cu il təvəllüdlü Nəzrin Camalzadə, xx.xx.2014-cü il təvəllüdlü Tamara Camalzadə və xx.xx.2018-ci il təvəllüdlü Zəhra Camalzadə ilə birlikdə Tərtər rayonu, Səhləbad kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon Ə.Cəfərov adına 54 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbdə kiçik xidmətedici işçi kimi işləmiş və iş yerində müsbət xarakterizə olunmuş, həmçinin qardaşı X15 1993-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zaman istifadə etdiyi və istintaqa təqdim etdiyi bir ədəd kustar üsulu ilə hazırlanmış turist bıçağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirib sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Elektron notariat” X1 xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş barışıq ərizəsinə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 2014-cü ildə vəfat etmiş bacısı Maya Camalovanın ona Zərərçəkmiş şəxs ilə onun arvadı X2 münasibəti olması barədə söz-söhbət gəzməsini dediyini, həmin vaxtdan bacısının sözünün onda şübhə kimi qaldığını, 27 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla bir masa arxasında əyləşən zaman mərhum bacısının dediyi sözsöhbəti xatırlayaraq əsəbiləşdiyini və məhz buna görə də Zərərçəkmiş şəxs ümumilikdə 3 bıçaq zərbəsi ilə xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində mərhum bacısı Maya Camalovanın 2014-cü ildə vəfat etdiyini, həmin vaxtdan bacısının sözünün onda şübhə kimi qaldığını, arvadı Şahid9adan bu barədə soruşanda sonuncunun Zərərçəkmiş şəxsla münasibətinin olmadığını bildirdiyini, həmin vaxtdan özü Azər ilə rastlaşmamaq üçün sonuncudan uzaq olmağa çalışdığını, qarşılaşdıqda isə yolunu dəyişdiyini, heç vaxtı da Zərərçəkmiş şəxs “sözsöhbət” barədə nə isə soruşmadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, qonaqlıqda Zərərçəkmiş şəxs ondan bir nəfər aralıda əyləşmiş və məclis vaxtı ona bir kəlmə belə söz deməmiş, o sadəcə bacısının sözünü yadına salıb qəfildən əsəbiləşərək özündən asılı olmadan bıçaqla Zərərçəkmiş şəxs vurmuş, təklikdə xəsarət yetirəcəyi halda sonuncunun da onu vura biləcəyini düşündüyü üçün Zərərçəkmiş şəxs məhz mağarın içərisində xəsarət yetirmişdir. Eyni zaman Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs arvadı ilə onun arasında hər hansı münasibət olmadığını, Təqsirləndirilən şəxs da heç vaxtı ona söz-söhbət barədə heç nə demədiyini, sonuncunu kənddə hərdənbir gördüyünü və salamlaşdığını göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində onunla Zərərçəkmiş şəxs arasında hər hansı bir münasibətinin olmadığını, barəsində olan söz-söhbəti ərinin qohumlarının yaydığını, əri Təqsirləndirilən şəxs ondan Azər ilə aralarında münasibətin olub-olmamasını uzun müddət əvvəl soruşduğunu, o da cavabında bunun yalan olduğunu dediyini, Təqsirləndirilən şəxs bacısı Mayanın bu söz-söhbəti birbaşa ona demədiyini, qohumlarının ərinin beynini yalandan doldurduğunu göstərmişdir. Habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid2, Şahid7 Heydar oğlu, Şahid4, Şahid1, Şahid12, Şahid6 və Şahid8 ifadələrində hadisə vaxtı mağarda təxminən 100 nəfər yaxın adam olduğunu, Təqsirləndirilən şəxs birinci ayağa qalxıb musiqiçilər tərəfə getdiyini, daha sonra qayıdıb bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs nə səbəbə Zərərçəkmiş şəxs vurmasını bilmədiklərini, yaşadığı kənddə də Təqsirləndirilən şəxs arvadı Şahid9a barəsində hər hansı xoşagəlməz bir söz-söhbət eşitmədiklərini göstərmişlər. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məhz sonuncunun onun arvadı Şahid9a ilə təxminən məlum baş vermiş hadisədən on il əvvəl münasibətdə olmasını bəhanə edərək və heç bir əsaslı səbəb olmadan, yəni mərhum bacısı Maya Camalovadan başqa qeyd edilən xüsusatı təsdiq edəcək digər hər hansı bir şəxs və ya sübut olmadığı, həmçinin arvadı Şahid9anın və zərərçəkən Zərərçəkmiş şəxs həmin xüsusatı təkzib etdiyi, o cümlədən Təqsirləndirilən şəxs özünün belə təxminən on il ərzində heç vaxtı iddia etdiyi və təxəyyülündə formalaşdırdığı, əslində isə öz təsdiqini tapdığı halda qısqanclıq motivinin əsasını təşkil edə biləcək, yəni arvadı barəsində cəmiyyət arasında əxlaq normalarına zidd, əxlaq qaydalarına uymayan fikirlərin yayılması ilə bağlı Zərərçəkmiş şəxsla görüşmədiyi, heç olmasa bir dəfə də olsun sonuncu ilə bu barədə söhbət edərək hər hansı dəqiqləşdirmə aparmadığı halda on il sonra təsadüfi bir məclisdə zərərçəkmiş şəxslə üzbəüz gələn zaman bacısının sözünü xatırlayaq bu barədə heç bir söz demədən qəfləti Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmaqla xəsarət yetirməsi onun məhz ittiham olunuduğu cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul oluna bilməz, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə də ola bilməz, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilə bilməz. Bundan başqa, işin faktiki hallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətləri Tərtər rayonu, Səhləbad kəndində yaşayan Şahid13 evinin həyətində əsgər yığıncağı keçirilməsi üçün qurulmuş mağarda yetirmişdir. İş üzrə dindirilmiş həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə hadisə törədilən zaman mağarda təxminən 100 nəfərə yaxın adamın olması təsdiq olunmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş fotocədvəldən də görünür, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin İstintaq Qrupunun müstəntiqi tərəfindən Tərtər rayonu, Səhləbad kəndində yaşayan Şahid13 evinin həyətində əsgər yığıncağı keçirilməsi üçün qurulmuş mağara baxış keçirən zaman mağarda kifayət qədər insan olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub ictimai yer hesab olunan mağardaki insanlara əhəmiyyət verməyərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən el şənliklərinin keçirilməsinə dair qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, mağarda olan şəxslərin istirahət hüququnu məhdudlaşdırmış, nəticə etibarı ilə də məclis sahibi Şahid13 mənafelərinə əhəmiyyətli dərəcədə ziyan vuracaq hərəkətlər etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində təklikdə xəsarət yetirəcəyi halda sonuncunun da onu vura biləcəyini düşündüyü üçün Zərərçəkmiş şəxs məhz camaat içərisində, yəni mağarın içərisində xəsarət yetirdiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməmişdən əvvəl, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozduğunu dərk etmiş, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini qabaqcadan görmüş və bunu arzu etmişdir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uğağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ümumi xəstəlikdən İİ-ci qrup əlil və qardaşı X7 şəhid olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 95 (doxsan beş) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd kustar üsulu ilə hazırlanmış turist bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 iyun 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 95 (doxsan beş) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd kustar üsulu ilə hazırlanmış turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar