Məhkəmə qərarları › İş №1(100)-206/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-206/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-206/2025 10.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4 və X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər və müdafiəçiləri Gəncə Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri Nərimanov küçəsi bina 28 mənzil 6-da qeydiyyatda olmaqla, Gəncə şəhəri Atatürk prospekti 237 3 №li yataqxananın 11 nömrəli otağında yaşamış, əvvəllər Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)- 63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz gün) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)- 264/2023 qərarı ilə 1 (bir) il, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri, xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri A.Zİyadxanov küçəsi 197 ev 4 mənzil 137-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ondan ötrü ki, O tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Aqşin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən 500 manat dəyərində 1 ədəd topoqrafiq teodalit avadanlığının ayaqlığını, 300 manat dəyərində 1 ədəd su nasosu, 50 manat dəyərində 1 ədəd plastik boru ütüsü, 50 manat dəyərində bir ədəd direl, 500 manat dəyərində ustanın təmir alətləri dəstini, 300 manat dəyərində qranit qazan dəstini, ümumilikdə isə zərərçəkmiş şəxsin 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1.014 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 mart 2023-cü il tarixdə saat 15:45-də Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-nə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs1 əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan və kağız kəsiyinə bükülü içərisində təmiz çəkisi 1,014 qram kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1.796 (bir tam mində yeddi yüz doxsan altı) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:25 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, 29 saylı orta məktəbin yaxınlığında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-nə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs1 sağ ayağındakı qara rəngli corabdan 1 ədəd şəffaf sellofona bükülü içərisində təmiz çəkisi 1.796 (bir tam mində yeddi yüz doxsan altı) qram kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,801 (sfır tam mində səkkiz yüz bir) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:30 dəqiqədə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yerləşən “Kavrovu” adlanan yerin yaxınlığında saxlanılmış və Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş, İdarədə üzərində şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülü içərisində təmiz çəkisi 0,801 (sıfır tam mində səkkiz yüz bir) qram kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, O, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində yəni istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Aqşin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən 500 manat dəyərində 1 ədəd topoqrafiq teodalit avadanlığının ayaqlığını, 300 manat dəyərində 1 ədəd su nasosu, 50 manat dəyərində 1 ədəd plastik boru ütüsü, 50 manat dəyərində bir ədəd direl, 500 manat dəyərində ustanın təmir alətləri dəstini, 300 manat dəyərində qranit qazan dəstini, ümumilikdə isə zərərçəkmiş şəxsin 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.994 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 mart 2023-cü il tarixdə saat 12:50 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-nə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən sellofan kəsiyinin içərisində siqaret kağızına bükülmüş 1 ədəd bükümdə olan içərisində təmiz çəkisi 0,994 qram kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək göstərdi ki, ittiham üzrə ancaq bir epizod üzrə yəni narkotik vasitələrin qanunsuz şəxsi istehlak miqdarından artıq miqdara əldə edib saxlama ilə bağlı özünü təqsirli bilir. Ruslanla qonşudular, Gəncədə bina evində yaşayırlar. Onları ilk saxlanıldıqları gün evdən aparmış, əməliyyatçılar 4-5 nəfərlə birlikdə gəlib, öz maşınları ilə onları keçmiş X12 aparmışlar. Oğurluqları isə 2023-cü il yay aylarında olmuş, binadan su nasosu götürmüşlər. Polis əməkdaşları tərəfindən həbs edildikdən sonra fiziki zorakılığa məruz qalmış, bunun nəticəsində ağ ciyərindən ağır xəsarətlər almış və uzun müddət müalicə almışdır. Narkotiklə bağlı tutulanda hər dəfə narkotik vasitəni təzyiq nəticəsində onun üzərinə qoymuşlar. Ona narkotiklə bağlı verilən ittihamda göstərilən ancaq ikinci epizod üzrə narkotik vasitə ona məxsus olmuş, qalan vaxtlarda isə polis təzyiqi nəticəsində həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitəni istifadə məqsədilə saxlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, özünə aid olan narkotik vasitəni kiməsə satmamış, ancaq öz istifadəsi üçün saxlamışdır. Oğurluq edildiyi göstərilən yer isə açıq olmuş və maddi ehtiyaca görə həmin oğurluğu etmək məcburiyyətində qalmışdır. Lakin ittihamda göstərilən ölçmə alətləri olmamış, ancaq su matoru oğurlamışlar. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etsələr də istədiyi məbləğdə pulu verə bilmədikləri üçün sonuncu onunla barışmamışdır. Əməlindən peşmandır. Səhhətini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 özünü 177.2.1-ci, 177.2.3-cü və 234.4.2-ci maddələri ilə elan edilmiş yenidən ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərabaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün məhkum olmuş, maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O, son dəfə 25 fevral 2023-cü ildə oğurluq etmək məqsədi ilə saat 11 radələrində yaşadığı evdən çıxıb şəhərdə Təqsirləndirilən şəxs2 ilə görüşmüş, birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evin zirzəminin qapısının açıq olduğunu görüb qapıdan içəri girmiş, iki ədəd ağ rəngli “meşoq” kimi adlandırdıqları torbaları götürmüş və içəridən götürdükləri əşyaları həmin ağ rəngli torbanın içərisinə yığmışlar. Ruslanla birlikdə o 1 ədəd su nasosu, 1 ədəd drel, 1 ədəd plastik boru ütüsü, bir neçə dəst təmir alətləri, 1 ədəd qranit qazan dəsti və başqa 1 neçə avadanlıq götürüb oradan uzaqlaşmışdırlar. Oğurladıqları həmin əşyaları satıb pulu yarı-yarıya bölməyə razılaşmış, tanımadıqları “Murovey” markalı motosikletlə həmin əşyaları aparıb dəmir alıbsatan bir nəfər 100 manata satmışlar. 50 manat pulu o özünə götürmüş, digər 50 manatı isə Ruslan Lepoxova vermişdir. Həmçinin 1 (bir) ilə yaxındır ki, o narkotik vasitə olan heroini qəbul edir. 04 mart 2023cü il tarixdə saat təxminən 15:45 radələrində o Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında piyada gedərkən mülki geyimli şəxslər - polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitəni saxlamaqda şübhəli olduğunu bildirib Gəncə şəhər 2-ci Polis Şöbəsinə gedəcəklərini demişlər. Polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə avtomobilə əyləşib şöbəyə gəlmişlər. Şöbənin vəkillərin siyahısı təqdim edilmiş növbətçi vəkilin yardımından istifadə hüququ izah edilmiş, müdafiəçi gəldikdən sonra protokol və digər sənədlər tərtib olunmuş, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o içərisində narkotik vasitə olan bükümü cins şalvarının sağ yan cibindən çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim etmiş, həmin bükümü səhər tezdən işə gedəndə yaşadığı binanın yaxınlığında küçədə zibil qabının yanında yerdən tapıb saxladığını bildirmişdir. Həmin büküm tərəzidə çəkilmiş və qablaşdırılmış zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmişdir. Heroini və ya digər narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və belə bir fikri olmamışdır. xx.xx.2023-cü ildə gecə saatlarında Gəncə şəhəri A.Ziyadxanov küçəsində yerləşən evinin yaxınlığında gəzəndə yerdə “Viceroy” siqaret qutusunun içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülü tapmış, istifadə üçün sağ ayağındakı corabda saxlamışdır. xx.xx.2023-cü ildə saat 18:25 radələrində o Gəncə şəhəri, 29 saylı orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşaraq narkotik vasitəni saxlamaqda şübhəli olduğunu bildirmiş, polis əməkdaşları olduqlarını demiş, onu 2-ci Polis Şöbəsinə aparacaqlarını demişlər. Polis əməkdaşlarına etiraz etməmiş, sonuncuların avtomobilinə əyləşib şöbəyə getmişlər. Orada müdafiəçi dəvət edilmiş, sonuncunun iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı içərisində narkotik vasitə olan heroin olan bükümü corabdan çıxarıb təqdim etmişdir. Həmin büküm onun iştirakı ilə tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmışdır. Tapdığı narkotik vasitəni heroini şəxsi istifadəsi üçün saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər Gəncə şəhəri A.Ziyadxanov küçəsində yerləşən evinin yaxınlığında gəzən zaman yerdən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə tapıb götürmüşdür. 21 oktyabr 2023-cü ildə saat 13:30 radələrində o, Gəncə şəhərində yerləşən “Kavrovu” adlanan yer yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o içərisində narkotik vasitə olan heroini bir ədəd sellofan bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Həmin bükümə baxış keçirərkən içərisindəki heroin aşkar olunmuşdur. Həmin bükümü onun iştirakı ilə elektron tərəzidə çəkilmiş qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 də özünü elan edilmiş oğurluq ittihamı üzrə qismən təqsirli bilib, narkotik ittihamı üzrə isə təqsirli olmadığını bildirərək göstərdi ki, 2023-cü il mart ayında saxlanıldığı gün səhər polis əməkdaşları gəlib onu evdən götürmüş, oğurluq hadisəsində şübhəli olduğunu, oğurlanan əşyanın isə su motoru olduğunu demişlər. Onu və Ruslanı 24 saat tutmuş, daha sonra guya üzərində narkotik vasitə də olduğunu demişlər. Saxlanıldığı yer “Şəfa” aptek olduğunu qeyd etsələr də onu həmin yerdən bir qədər aralıda saxlamışlar. Oğurluq edildiyi deyilən şəxslə üzləşmə aparıldığını desələr də zərərçəkmiş şəxs ancaq hazırki məhkəmədə görmüşdür. Götürdüyü əşya isə ancaq su motoru olmuş, başqa heçnə oğurlamamışdır. Narkotik vasitəyə isə heç bir aidiyyəti olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, oxumaq-yazmaq bacarmır. Onu “Şəfa” aptek adlanan yerdə saxlamamış, polislər onu evdən aparmışlar. Heroin istifadəçisi olsa da saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Su nasosunu isə dəyirmanın kruqundan götürdüyü vaxt təxminən yay ayları olmuşdur. Polis idarəsində onun üzərinə heroin qoymuşlar. Çəkiliş zamanı ilk dəfə ona məxsus olmadığını desə də, digər otaqda işgəncə verib yenidən çəkiliş etmişlər. Saxlanılan vaxt xəsarətləri olmuş, 48 saat sonra prokurorluğa gedəndə bu barədə bildirsə də dediklərinə əhəmiyyət verən olmamış, sonradan heç bir araşdırma aparılmamışdır. Oğurluqda şübhəli olduğu üçün aparıb üzərinə narkotik vasitə qoymuşlar. Su nasosunu Aqşinlə birlikdə götürmüş, Aqşin qonşusu olmuş, hər ikisini səhər işə gedəndə tutmuşlar. Himayəsində İ qrup əlil arvadı və azyaşlı uşaqları var. Məhkəmədən ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki,.....25 fevral 2023-cü ildə oğurluq etmək məqsədi ilə saat 11 radələrində yaşadığı evdən çıxıb şəhərdə Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Onlar birlikdə oğurluq etmək qərarına gəlmiş, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısının açıq olduğunu görüb qapıdan içəri girmişlər. Qapı açıq olduğu üçün sındırmağa ehtiyac olmamış və asanlıqla içəri girmişlər. İçəridən götürdükləri əşyaları həmin ağ rəngli torbalara yığmış, Aqşinlə birlikdə o 1 ədəd su nasosu, 1 ədəd drel, 1 ədəd ütü bir neçə dəst təmir alətləri, 1 ədəd qranit qazan dəsti və başqa 1 neçə avadanlıq götürüb dərhal oradan uzaqlaşmış, oğurladıqları əşyaları satıb pulu, yarı-yarıya bölmək barədə razılaşmış, dəmir alıb-satan bir nəfər şəxsə satmışlar. Əşyaları 100 manata satmış, 50 manat pulu özünə götürmüş, qalan 50 manatı isə Aqşinə vermişdir... Təxminən 2 (iki) ilə yaxındır ki, o narkotik vasitə olan heroini qəbul edir. Üzərindən aşkar olunan bir ədəd bükümdə heroini 03 mart 2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhər Atatürk prospektində yerləşən “Yasəmən” adlı kafenin yaxınlığında yerdən tapmış, özünün istifadəsi üçün üzərində saxlamışdır. 04 mart 2023-cü il tarixdə saat təxminən 12:50 radələrində o Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bildirmişlər. Polislər ona Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gedəcəklərini demiş, heç bir etiraz etməmiş, maşına əyləşib özləri ilə birlikdə şöbənin inzibati binasına aparmışlar. Şöbədə ona vəkillərin siyahısı təqdim edilmişdir. Ona vəkil təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, sənədləri imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmış, o içərisində narkotik vasitə olan heroini bir ədəd sellofan bükümü əynində olan cins şalvarımın sağ yan kiçik ciblikdən çıxarıb stolun üzərinə qoymuşdur. Şəxsi axtarış keçirərkən üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Büküm onun iştirakı ilə elekrton tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüş, özü və iştirakçılar tərəfindən imzalanmışdır. O tapdığı heroini öz istifadəsi üçün saxlamışdır. O, heroini və ya digər narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və belə bir fikri olmamışdır.... Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, oğurluq hadisənin üzərindən uzun müddət keçmiş, təqsirləndirilən şəxslər ona məxsus zirzəmidən bahalı avadanlıq olan topoqrafiya aparatı və ayaqlığını, eləcə də 300 manat dəyərində su nasosunu oğurlamışlar. Topoqrafik avadanlığı o təxminən 500 manata alınmış, onun üstündə olan alüminium hissəni də qırıb oğurlamışlar. Təqsirləndirilən şəxslər ona ümumilikdə təxminən 1700 manat ziyan vurulsa da istintaq dövründə ona heçbir ödəniş etməmişlər. Hadisədən sonra ağır xəstəliyə düçar olmuş, xəstəxana məsrəfləri çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, su nasosu köhnə dövrün sovetin nasosu olmuş, pərləri qırıldığı üçün ustaya düzəltdirəndə həmin vəziyyətdə ona keyfiyyətli olduğu üçün usta nasosu satmağı, qarşılığında 300 manat verəcəyini demiş lakin nasosu satmamışdır. Avadanlıq və nasos zirzəmidə bağlı yerdə saxlanılmış, qapısı da kilidli olmuşdur. Nasosun həcmi böyük və metalı isə qiymətli olduğu üçün onun dəyəri 300 manatdan çox olmuşdur Təqsirləndirilən şəxslərlə barışmamışdır, şikayətçidir,onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAŞ-ın əməkdaşı Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ilin mart-aprel aylarında narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlayıb Gəncə RPŞ-yə aparmışlar. Üzərinə baxış keçirilmiş, xatırlmadığı miqdar narkotik vasitə olan bir bükümdə heroin aşkar edilmişdir. Şəxs üzərindən aşkar olunan narkotik vasitəni tapdığını bildirmiş, üzərindən aşkar olunan narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadə üçün saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat axtarış tədbirinə iş yoldaşı ilə birgə getmiş, şəxsi saxladıqdan sonra şöbədə üzərinə baxış keçirəndə çəkiliş aparmışlar. Şəxsi oğurluqla bağlı deyil, narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğu üçün Gəncə şəhərində yerləşən “Şəfa aptek” adlanan ərazidə saxlayıb polis şöbəsinə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin əməkdaşı Şahid2 göstərdi ki, Ruslan adlı şəxsin narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə 2-ci Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, təqsirləndirilən şəxsi Şahid1la birlikdə “Şəfa” aptekin yanında saxlamış, sonradan da Ruslanın üzərindən heroin adlı narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi saxlayan zaman ona nə ilə bağlı saxlanılmasına dair məlumat verilmiş, hadisədən uzun müddət keçdiyi üçün narkotiki hardan əldə etməsi ilə bağlı nə deməsini xatırlamır. Şəxsin üzərindən heroin adlı narkotik vasitə aşkar edilmiş, keçirilən əməliyyat-axtarış tədbirində və şəxsin saxlanılmasında şəxsən iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin əməkdaşı Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs1 barəsində 2023-cü ildə əməliyyat məlumatı daxil olmuş və şəxsin Gəncə şəhəri, “Kovrovu” adlanan ərazidə üzərində narkotik vasitə olması bildirilmişdir. Şahid7lə birlikdə əraziyə getdik, şəxsə yaxınlaşaraq özümüzü təqdim etdik. Özünü təqdim etdikdən sonra şəxsi Baş Polis İdarəsinə aparmışlar. Vəkil gəldikdən sonra üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin vaxt videoçəkilişdə Fariz, İlkin və Samir iştirak etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, aşkar edilən narkotik vasitənin çəkisi təxminən 1 qram olmuşdur. Hadisə 2023-cü ildə baş verdiyi üçün çəkiliş vaxtı şəxsin narkotik vasitə ilə bağlı nə dediyini tam olaraq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhərində yerləşən “Şəfa aptek”inin yaxınlığında saxlamış, şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Şəxs ona qarşı heç bir müqavimət göstərməmiş, birlikdə polis idarəsinə getmişlər. Gəncə şəhər BPİ-də şəxsin üzərinə baxış keçirməmişdən əvvəl qeyri-qanuni əşyalar varsa çıxarmasını təklif etmişlər. Şəxs üzərində təxminən 2 qram olan heroini çıxararaq könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs2 saxlanmasında İlkin adlı polis əməkdaşı ilə birgə iştirak etmişlər. Əməliyyat məlumatı ona daxil olmuş, əvvəllər şəxs barəsində oğurluqla və narkotik vasitələrin istifadəsi ilə bağlı məlumatı olmuşdur. Aşkar olunan, narkotik vasitələr şəxsin özünə məxsus olmuş, şəxs özü narkotik vasitəni üzərindən çıxararaq özünə məxsus olduğunu, narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 isə Gəncə BPİ-də əvvəllər CABnin baş əməliyyat müvəkkili işləyən Şahid5 saxlamışdır. Bildiyi qədər Təqsirləndirilən şəxs1 29 nömrəli məktəbin yanında saxlanılmışdır. Məhkəmə şahid qismində dindirilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid6 göstərdi ki, Gəncə şəhər BPİ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanması üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, şəxslə bağlı məlumat toplamış, onun Gəncə şəhərində 29 №li məktəbin yaxınlığında olmasını müəyyənləşdirmişlər. Həmin ünvana yollanmış, şəxsə özünü təqdim edib Gəncə şəhər BPİ-yə gətirmişlər. BPİ-də şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində üzərindən narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitənin çəkisi təxminən 2 qram olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat axtarış tədbirinə polis əməkdaşı Şahid5 ilə birlikdə getmiş, əməliyyat məlumatı Rəşada daxil olmuş, Ruslanı saxlayanda o tək olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş iş üzrə şahid Gəncə şəhər 2-ci Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid5 da Şahid6la eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməliyat müvəkkili Töhidlə birlikdə xx.xx.2023-cü ildə Gəncə şəhəri 29 saylı orta məktəbin yaxınlığında saxlayıb 2-ci Polis Şöbəsinə gətirdiklərini, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özünün saxladığı narkotik bükümü təqdim etdiyini bildirmiş, şəxsə qarşı saxlanılarkən və polis şöbəsində olduğu müddətdə qanunsuz hərəkət olmadığını, təzyiqə və təsirə məruz qalmadığını demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə ŞBPİ 2-ci Polis şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 9 ünvanda yaşayan Zərərçəkmiş şəxs həmin gün saat 16:52-də DİN “102” xidmətinə müraciət edərək zirzəmidən ona məxsus iş alətləri və məişət məhsullarının oğurlanması nəticəsində ona 1000 (min) manat məbləğində ziyan vurulmasını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 119 B saylı binanın zirzəmisidir. Zirzəmiyə giriş dəmir qapıdandır və qapı üzərində kəsik izləri müşahidə edilir. Zərərçəkmiş şəxs qapı içəri tərəfdən bağlandığı üçün dəmirkəsən alətlə qapını kəsdiyini bildirmiş, zirzəmiyə digər tərəfdən 1 nəfər şəxsin keçə biləcəyi dəlik müşahidə edilmiş və əşyaların götürülməsi qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə olan digər 1(bir) ədəd ağ-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,994 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroin təmiz çəkisi- 0.994qr tədqiqata sərf edildi – 0,05 qr qalıq 0.944 İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/292 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş,”Təqsirləndirilən şəxs1 aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi olan 1,014 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroin təmiz çəkisi- 1.014qr tədqiqata sərf edildi – 0,05 qr qalıq 0.964 İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/634 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,796 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroin təmiz çəkisi- 1.796 qr tədqiqata sərf edildi – 0,05 qr qalıq 1.746 İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1079 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,801 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroin təmiz çəkisi- 0.801 qr tədqiqata sərf edildi – 0,05 qr qalıq 0.751 İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazılar olan kağız paketdəki 1(bir) ədəd büküm heroin (1№-liob), üzərində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddə” yazılar olan kağız paketdəki 1(bir) ədəd büküm herion (2№-li ob), üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazılar olan kağız paketdəki 1(bir) ədəd büküm heroin (3№li ob), kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin qalıq təmiz çəkisi -0,964qr, 1,746 qr, 0,751 qr tədqiqata sərf edildi - 0,18 qr(hər birindən 0,06 qr) qalıq – 0,904 qr; 1,686 qr; 0,691 qr İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli 172 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomania vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli 171 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2024-cü il tarixli 9/9529 nömrəli rəyindən görünür ki ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 220.50 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 7 adda mallar tədqiqata təqdim edilmədən müvafiq tədqiqat aparılmadan (markası, modeli, ölçüləri, texniki göstəriciləri və sair) mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən alınmış 29 yanvar 2024-ci il tarixli 3-13-16-3/2-15476/2024 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən alınmış 29 yanvar 2024-ci il tarixli 3-13-16-3/2-15477/2024 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3- 13-57-1/1-15821-2024 saylı məktuba əsasən, Təqsirləndirilən şəxs1 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli qeydiyyat sistemində məlumat yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3- 13-57-1/1-15821-2024 saylı məktuba əsasən, Təqsirləndirilən şəxs2 adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli qeydiyyat sistemində məlumat yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “diskə baxış keçirilməsi” haqqında 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +99***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıqlarda və sms mətnlərdə iş üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər iki təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-317/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-416/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-520/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(100)-431/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu, məhkəmədən yayındığı üçün barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər 1-ci polis Şöbəsindən verilən xx.xx.2024-cü il tarixli, 57-1/2-17436/24 saylı məktubdan görünür ki, ünvan 10 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə Gəncə şəhərində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilən xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-4492/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə təcridxanaya təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-431/2024 saylı qərarından görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 1835 və 1836 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilən xx.xx.2023-cü il tarixli 1810 və 1811 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyatda deyil, Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci il tarixdən “heroindən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və araşdırılan Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-467/2023, xx.xx.2023-cü il tarixli 3(125)-842/2023, xx.xx.2023-cü il tarixli 3(125)-884/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində müxtəlif dövrlərdə törədilmiş xırda talamalara görə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və icraata xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və araşdırılan Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-468/2023, xx.xx.2023-cü il tarixli 3(125)-844/2023, xx.xx.2023-cü il tarixli 3(125)-1176/2023 və xx.xx.2023-cü il tarixli, (125)-1176/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində törətdiyi xırda talamalara görə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və və icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan müdafiə tərəfindən təqdim edilmiş xx.xx.1995-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 görmə qabiliyyətinin itirilməsi ilə bağlı İ qrup əlildir, daimi qayğıya ehtiyacı var. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ-İİ № 046522 saylı xx.xx.2015-ci il tarixli “nikah haqqında şəhadətnamə”dən görünür ki, Lepexova (Babayeva) X7 Ruslan Zakiroviç xx.xx.2015-ci ildə rəsmi nikaha girmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ail əüzvləri arvadı X6, uşaqları Zeynıəb Lepexova və Fatimə Lepexovadan ibarətdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Gəncə şəhər 2-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57- 1/8495/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələri haradan kimdən nə vaxt əldə etməsini, kiməsə narkotik vasitələr satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, narkotik vasitələrin digər yerlərdə gizlədib saxlayıb-saxlamamı, narkotik vasitələri əldə edərək saxlamasında ona köməklik edən şəxsin olub olmamasını, hadisənin hansı səbəbdən və şəraitdə baş verməsinin, hadisənin mexanizminin, hadisənin əlavə iştirakçılarının olub-olmaması və şahidlərinin dairəsi, hadisə yerinin yaxınlığında əlavə videomüşahidə kamerasının olub-olmamasını müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 rayon ərazisində baş vermiş cinayətlərdə iştirak edib etməməsini, narkotik vasitələrin satışı ilə məşğul olsada narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi mənbəni, narkotik vasitələri başqa yerdə gizlədib-gizlətməməsini, narkotik vasitələri əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını və rayon ərazisində baş vermiş cinayətlər iştirak edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 (bir yüz) manat cərimə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək AR Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 02 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmuş, narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-63/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7 (125)-264/2023 saylı hökmü ilə 1 (bir) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü ildən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb 3 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,904 qr; 1,686 qr; 0,691 qr narkotik vasitə olan heroinlər və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülüb 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0.944 qram narkotik vasitə olan heroin Gəncə maddi sübut kimi tanınıb Gəncə ŞBPİ-də saxlanılan, 04 mart 2023-cü il tarixdə, 16 iyun 2023-cü il tarixdə və 21 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində, 04 mart 2023-cü ildə Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 4 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş və iclasda tədqiq edilən doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2021ci il təvəllüdlü Fatimə Lepexov, xx.xx.2016-cı il təvəllüdlü Zeynəb Lepexova adlı azyaşlı övladları var. Məhkəməyə 2 saylı istintaq təcridxanasından təqdim edilən və araşdırılan 5763/2024990 saylı tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “ağ ciyər vərəmi” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan PX-nin 2 saylı istintaq təcridxanasında verilən xx.xx.2023-cü il tarixli, 3-16-17/39/2-1887/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 səhhəti ilə bağlı Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilmişdir. Məhkəməyə Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsi tərəfindən təqdim və tədqiq edilən 231-c-25 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında göstərdikləri xüsusatlarla bağlı aparılmış araşdırma zamanı hər iki təqsirləndirilən şəxsin qeyri-insani rəftara işgəncələrə məruz qalması ilə bağlı təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmənin sorğusuna əsasən 2 saylı İstintaq Təcridxanasından təqdim edilmiş tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədən səthində təcridxanaya daxil olarkən xəsarət almasını göstərən əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Gəncə şəhər baş polis idarəsi və Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri tərəfindən tərtib edilmiş raportlarda Gəncə şəhəri, A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 137-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi narkotik vasitə qəbul edib üzərində saxlaması barədə əməliyyat məlumatı olmuşdur. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-ci il tarixli qərarların təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Aqşin Məmmədoovun mütəmadi qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması göstərilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən müdafiəçilərinin iştirakı ilə verdiyi izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərdə aşkar edilən narkotik vasitə olan heroini müxtəlif ərazilərdə yerdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğu üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hökmün təsviri hissəsində göstərilən Gəncə ŞBPİ-nin əməliyyat müvəkkilləri də ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş, əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktublarında isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, elə həmin məktublarla narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin narkotik vasitələri həqiqətən hansı mənbədən necə əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Belə ki, həmin məktublarda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni bir tərəfdən Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədilə əldə etməsi göstərilsə də, digər tərəfdən heroin satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyində isə hər iki təqsirləndirilən şəxsin narkotik vasitə olan heroindən istifadə etməsi, sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Təqsirləndirilən şəxs1 təxminən 3 (üç) ay fasilələrlə mart- iyun və oktyabr aylarında üzərində qanunsuz olaraq narkotik vasitə olan heroin aşkar edilməsi də təqsirləndirilən şəxsin həqiqətən narkotik vasitə aclığı (absitensiya) təsiri altında olmasını, təqsirləndirilən şəxsin heroindən sui-istifadə etməsi asılılığını təsdiq edən təkzibedilməz sübutlardandır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi təqsirləndirilən şəxsin üzərindən qeyd edilən fasilələrlə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs1 ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etmə və ya sövdələşmə, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş epizodlar üzrə heroinlərin eyni tərkibə malik olması isə təqsirləndirilən şəxsin narkotik vasitəni eyni mənbədən aşkar edilməsini təsdiq edən hal kimi qiymətləndirilə bilər, həmin mənbənin qeyri-müəyyən qalması isə (təqsirləndirilən şəxsə münasibətdə açıqlanmaması) özünüifşada sərbəstlik və özünümüdafiənin (istintaq orqanına münasibətdə isə kifayət qədər səy və təşəbbüsü göstərməməyin) göstəricisidir. Qeyd edilənlər Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü ci il tarixli nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan işlər üzrə əməllər birbaşa Həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə yeni məzmunlu ittiham elan edilərək Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi istintaq orqanı hər üç cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ayrıayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək ilk növbədə hər üç iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən hər üç işi bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun ayrı-ayrı epizodlar üzrə olan əməllərini birbaşa CM-nin 234.1-ci maddələrindən birbaşa CM-nin 234.4.2-ci maddəsinə tövsif etmiş, bununla da istintaq orqanı əməllərinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, X3 narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilmiş məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020) Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə olan heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs1 satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq heroinin təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması göstərilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun baxımından da təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Cinayət hadisəsi törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildə küçədən deyil yaşadıqları evdən qonşusu olan Təqsirləndirilən şəxs2lə biryerdə narkotik vasitələrlə bağlı deyil, hansısa oğurluq hadisəsi ilə bağlı şübhəli olduğu bildirilib Gəncə şəhər 2-ci polis şöbəsinə aparılması, orada isə onlara qarşı qanunsuzluq edilərək üzərlərinə onlara aid olmayan heroin qoyulmasına münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından, cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Elçin Vəliyevin ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakterli daşıdığından və işin faktiki halları ilə təkzib edildiyi üçün həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış hər iki təqsirləndirilən şəxs və müdafiəçi qismində dəvət edilmiş vəkillərin iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxslərin bədən səthində üzərində gözlə görünən hissələrdə xəsarət, yaxud xəsarət izi müəyyən edilməmiş keçirilmiş istintaq hərəkəti zamanı özü sərbəst olaraq müdafiəçinin iştirakı ilə şifahi sorğu sual zamanı üzərlərindən aşkar edilmiş heroinin özlərinə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığı bildirmişdir. Həmçinin istintaqın sonrakı dövründə Təqsirləndirilən şəxs1 münasibətdə digər epizodlar üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarışlar da videoçəkilişlə aparılmış və təqsirləndirilən şəxs müdafiəçi (vəkilin) iştirakı ilə keçirilmiş, həmin istintaq hərəkəti zamanı edilən hərəkətlərə və qərarlara, iştirak edən şəxslərə aşkar, yaxud gizli formada seziləcək şəkildə şifahi və verbal (sözlə, mimika, jestlər) narazılıq etməmiş və həmçinin onun istintaq hərəkəti zamanı qeyri adi psixi - emosional halda olmasını təsdiq edən obyektiv və subyektiv hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə tərkibi qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin istintaq hərəkəti zamanı verdikləri ifadələrini sübut qismində qəbul etməklə məhkəmə baxışında verdikləri və yuxarıda qeyd edilən ifadələrini narkotik vasitələrin onlara məxsus olmamasına dair hissədə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 3 №li qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin qərara əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri qurğular aiddir. Həmin qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Hər iki təqsirləndirilən şəxs onlara verilmiş oğurluq ittihamı üzrə qeyd edilən zirzəmiyə açıq qapıdan daxil olmalarını göstərsə də iş üzrə dindirilmiş zərərçəkmiş ifadəsinə və “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, həmin saxlanc yerinin dəmir qapıya malik olmuş, beləliklə də digər sahədən təcrid edilmiş və zərərçəkmiş şəxs tərəfindən özünə məxsus iş və məişət əşyalarının, qida məhsullarının saxlanc anbarı kimi istifadə edilmişdir. Baxış zamanı şəxslərin iddia etdiyi kimi hansısa səbəbdən (sahibin kilidləməyi unutduğu, kilidin nasaz olmasına görə) açıq qalan qapıdan girmələri istisna edilməsə də, nəfəslik funksiyasına məxsus şəxsin keçə biləcəyi dəlikdən daxil olması da mümkündür və hər iki halda ittihamda göstərilən iş və məişət əşyalarının qanunsuz və gizli olaraq götürülməsini təsdiq edir. Məhkəmənin qənaətinə görə məhz qapının dəmir və kilidli olması, fiziki zor tətbiq edilərək açılmasının çoxsaylı şəxslərin yaşadığı binada diqqət çəkəcəyi, səs-küyə səbəb olacağı, təqsirləndirilən şəxsləri digər alternativ yollara əl atmağa həmin saxlanc yerinə daha çətin və qəliz olan binanın zirzəmisinin digər dar nəfəslik hissəsindən keçməyə vadar etmişdir. Məhkəmə hesab edir ki, saxlanc yerinin binanın zirzəmisinin digər hissələrindən ayrılaraq ayrıca giriş və içəriyə sahibindən başqa digər şəxslərin girməsini istisa edən kilidli dəmir qapıya malik olması, əşyaların və qida məhsullarının saxlanması üçün istifadə edilməsi həmin yerin saxlanc yeri olmasını göstərir. Buna görə məhkəmə hesab edir ki, həmin hissədə təqsirləndirilən şəxslərin əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin əməli törətməkdə təqsirli bilinib cəzalanmalıdırlar. Beləliklə ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Aqşin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən 500 manat dəyərində 1 ədəd topoqrafiq “teodolit” avadanlığının ayaqlığını, 300 manat dəyərində 1 ədəd su nasosu, 50 manat dəyərində 1 ədəd plastik boru ütüsü, 50 manat dəyərində bir ədəd drel, 500 manat dəyərində ustanın təmir alətləri dəstini, 300 manat dəyərində qranit qazan dəstini, ümumilikdə isə zərərçəkmiş şəxsin 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 mart 2023-cü il tarixdə saat 15:45 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-nə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan və kağız kəsiyi bükümdə içərisində təmiz çəkisi 1,014 qram kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsəd olmadan şəxsi istehlak miqdarından artıq naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:25 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhəri, 29 saylı orta məktəbin yaxınlığında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-yə gətirilmiş, üzərində videçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sağ ayağındakı qara rəngli corabdan 1 ədəd şəffaf sellofana büküm içərisində təmiz çəkisi 1.796 qram kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:30 dəqiqədə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhərində yerləşən “Kavrovu” adlanan yerin yaxınlığında saxlanılmış və Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana büküm içərisində təmiz çəkisi 0,801 qram kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində yəni istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Aqşin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən 500 manat dəyərində 1 ədəd topoqrafiq teodalit avadanlığının ayaqlığını, 300 manat dəyərində 1 ədəd su nasosu, 50 manat dəyərində 1 ədəd plastik boru ütüsü, 50 manat dəyərində bir ədəd drel, 500 manat dəyərində ustanın təmir alətləri dəstini, 300 manat dəyərində qranit qazan dəstini, ümumilikdə isə zərərçəkmiş şəxsin 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 mart 2023-cü il tarixdə saat 12:50 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılmış və Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci PŞ-yə gətirilmiş, üzərində videoçəkişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən sellofan kəsiyinin içərisində siqaret kağızına bükülmüş 1 ədəd bükümdə içərisində təmiz çəkisi 0,994 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 177.2.1, 177.2.3, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci, 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs1 ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təkrar törətməsidir. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqları olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, himayəsində görmə qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud arvadının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışında müdafiəçiləri təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmələrini göstərsələr də, bununla bağlı məhkəmə tərəfindən kifayət qədər müddət verilsə də məhkəməyə hər hansı təsdiqedici sübut təqdim edilmədiyinə (şifahi olaraq göstərdikləri hər hansı məbləğin zərərçəkmiş şəxsə verilməsini təsdiq edən) istənilən sübut təqdim edilmədiyinə görə məhkəmə həmin halı təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirici hal kimi nəzərə almır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama.... daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən... oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərkibi qeyd edir ki, göstərilən maddələrin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 şəxsiyyəti və residiv yaratmasa da əvvəllər də eynixarakterli talama əməllərinə görə məhkum olunması lakin islah olmaması, törətdiyi əməllərin xarakteri, üzərindən aşakr edilmiş narkotik vasitənin növü və miqdarı daha yüngül cəza təyinini istisna edən hallardır. Təqsirləndirilən şəxs2 münasibətdə isə qanunvericiliyin tələbinə əsasən cinayətlərin residivin yaratmasa da əvvəllər eynixarakterli (CM-nin 234.1-ci maddəsi ilə) cinayət əməlinə yol verməsi, ona digər cəza növünün təyin edilməsini qeyri-mümkün edir. Təqsirləndirilən şəxslərə verilmiş digər ittiham yəni talama cinayətinə görə isə məhkəmə həmin hissədə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən hər iki təqsirləndirilən şəxsin mütəmadi olaraq xırda talama əməllərini törətməsi onlara ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 177-ci maddənin 2-ci hissəsində nəzərədə tutulan digər növ cəza təyininin də mümkünsüz edir. Barələrində inzibati xəta haqqında qərar olmasını və inzibati həbs növündə tənbeh verilməsinə baxmayaraq onlar həmin əməllərdən nəticə çıxartmamış və islah olmamışlar. Buna görə də məhkəmə, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları CM-nin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxslərin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı və həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracaqları qənaətinə gəlmişdir. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Gəncə ŞBPİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 0,904 qr; 1,686 qr; 0,691 qram narkotik vasitə olan heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 0,994 qram heroin məhv edilsin, şəxsi axtarışa dair videoçəkilişlər olan 03 ədəd DVD, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə məsrəfi olan məhkəmə kimyəvi ekspertizalarına görə şəxslər tərəfindən birlikdə və ayrılıqa törədilmiş epizodlar nəzərə alınmaqla qanunun ədalət və qanunçuluq prinsiplərinə əsasən 121,20 (bir yüz iyirmi bir manat, iyirmi qəpik) manat, məhkəmə əmtəəşünaslıq ekspertizasına görə 50 manatın yarısı olan 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 146,20 (bir yüz qırx altı manat, iyirmi qəpik) Təqsirləndirilən şəxs1, məhkəmə kimyəvi ekspertizasına görə 30,40 (otuz manat, qırx qəpik) və məhkəmə əmtəəşünaslıq ekspertizasına görə 25 (iyirmi beş) manat olmaqla ümumilikdə, 55,40 (əlli beş manat, qırx qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay, CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə isə 2 (iki il) 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(125)-264/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində xx.xx.2023-cü ildən xx.xx.2023-cü ildək tutulduğu 2 (iki) gün eləcə də, əvvəlki hökm üzrə cəza çəkdiyi 11(on bir) ay, 18 (on səkkiz) gün olmaqla ümumilikdə 11 (on bir ay) 20 (iyirmi) gün təyin edilmiş cəzadan tam çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il, 7 (yeddi) ay, 8 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılın. Cəzaçəkmə müddətinin əvvəli hazırkı iş üzrə barəsində “həbs” qətimkan tədbirinin seçildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il, CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə isə 2 (iki) il, 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək 2 (iki) gün, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay olmaqla, ümumilikdə 7 (yeddi) ay 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il, 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzaçəkmənin əvvəli hazırki iş üzrə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Gəncə ŞBPİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, 0,904 qr; 1,686 qr; 0,691 qram narkotik vasitə olan heroinlər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 0,994 qram heroin məhv edilsin, şəxsi axtarışa dair videoçəkilişlər olan 04 ədəd DVD, telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan məhkəmə kimyəvi ekspertizalarına görə 121,20 (bir yüz iyirmi bir manat, iyirmi qəpik) manat, məhkəmə əmtəəşünaslıq ekspertizasına görə 50 manatın yarısı olan 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 146,20 (bir yüz qırx altı manat, iyirmi qəpik) Təqsirləndirilən şəxs1, məhkəmə kimyəvi ekspertizasına görə 30,40 (otuz manat, qırx qəpik) və məhkəmə əmtəəşünaslıq ekspertizasına görə 25 (iyirmi beş) manat olmaqla ümumilikdə, 55,40 (əlli beş manat, qırx qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar