Məhkəmə qərarları › İş №1(100)-207/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-207/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-207/2020 20.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X26 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1991-ci il tarixdə Göygöl rayonu, Əlibayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı X4 qonşuluqda yaşayan Şahid2 ilə sevgi münasibətində olub, ona xəyanət etməsindən şübhələnərək arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxx 2020-ci il tarixdə, saat 08.30 radələrində Nailə Məmmədovanı atası X9 yaşadığı Göygöl şəhərində yerləşən evindən özlərinin birgə yaşadıqları ünvan 2 nömrəli ünvanda yerləşən evinə gətirərək, həyətyanı sahədə sonuncunun ona xəyanət etməsi və azyaşlı qızı Çiçək Məmmədova vasitəsilə Şahid2 sevgi məktubu göndərməsi barədə araşdırma yönümlü söhbət apararaq bu zaman X16 Qasımova məktub yazmasını etiraf etdikdən sonra arvadının ona xəyanət etməsinə əmin olub, bundan hiddətlənərək, həmin tarixdə, saat 09.30 radələrində sonuncunu qəsdən öldürmək niyyətini qətiləşdirib özünün idarə etdiyi "VAZ 2104" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağının alt hissəsindən götürüb şalvarının ön qarın hissəsində gizlətdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı və soyuq silah hesab edilməyən bıçaqla Nailə Məmmədovaya qarşı rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq onun uşaqları ilə vidalaşmağa imkan yaratmaq barədə yalvarışlarına məhəl qoymayıb bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri yetirdikdən sonra bir müddət həyətyanı sahədən çıxıb geri qayıtdıqda arvadının ölmədiyini görüb müstəsna qəddarlıqla arvadının boğaz nahiyəsini kəsərək, Nailə Məmmədovaya boyunun sağ yan səthinin boyun arteriya və venalarını zədələyən, kəskin qanitirməyə səbəb olan boyunun yuxarı üçdə birinin ön səthində 12x5 sm ölçüdə bir ədəd kəsilmiş yara ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və onun ölümünə səbəb olan bir ədəd xəsarət, döş qəfəsinin ön səthinin sol yarısının orta körpücük xətti üzrə İİİ-İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, 3x0,5 sm ölçüdə boylama istiqamətdə yerləşmiş bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətti üzrə Xİ- Xİİ qabırğaarası nahiyədən qarın boşluğuna keçən, çəp boylama istiqamətdə yerləşmiş, 3,5x1 sm ölçüdə bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarında boylama istiqamətdə yerləşmiş 2x0,4 sm ölçüdə bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının sağ yan səthinin sağ qalça tini səviyyəsindən qarın boşluğuna keçən, köndələn istiqamətdə yerləşmiş, 3x0,5 sm ölçüdə bir ədəd deşilmiş-kəsilmiş yarası, cəmi 5 ədəd həm ayrıayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər və boyunun sol yan səthinin yuxarı üçdə birində 1x0,5 sm ölçüdə sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən bir ədəd xəsarət, cəmi 6 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək X6 qısqanclıq zəminində qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə X10 ilə ailə həyatı qurmuş və bu evlilikdən 2 övladı olmuşur. Son dövrlərdə Nailə ona qarşı soyuq münasibət göstərmiş, o, Nailənin kiməsə qarşı münasibəti olduğunu hiss etmişdir. Təxminən 11-12 aprel tarixlərdə arvadının boynunda sadə zəncir görmüş və Nailədən kimin aldığını soruşmuş, Nailə zənciri ətir satan rəfiqəsindən aldığını bildirmişdir. 15 aprel tarixdə qızı Çiçəyin dişini çəkdirib evə qayıdarkən həyətlərinin qapısını bağlı olduğunu görmüşdür. Qapını döymüş, Nailə qapını təxminən 3 dəqiqə sonra açmışdır. Qapını gec açmasına görə Nailəyə əsəbləşmiş və harada olduğunu soruşmuş, Nailə isə cavabında eyvandan uşağın oyuncağını gətirdiyini demişdir. Oğlu Mehdi dərhal dillənərək anasının yalan dediyini və telefonla danışdığını bildirmişdir. Oğluna əhəmiyyət verməmiş, lakin həyətdən mətbəxə doğru gedən zaman stolun üzərində Nailənin telefonunun ekran işığının yandığını görmüşdür. O, Nailədən telefonunun ekran işığının yanmasının səbəbini soruşaraq oğlunun telefonla danışdığını deməsini onun diqqətinə çatdırmış, Nailə isə onun dəli olduğunu, telefonuna baxa və yoxlaya biləcəyini deyərək ondan əl çəkməsini bildirmişdir. O, telefonu götürmüş, mətbəxdə çay içə-içə telefonu yoxlamağa başlamışdır. Bu zaman "Samsung" markalı telefonun "arxiv" hissəsində bir nömrədən 56 dəfə zəng gəlməsini görmüş, həmin nömrə ilə təxminən 82 dəfə danışıq olmuşdur. O, dərhal Nailədən zəng gələn nömrənin kimə aid olmasını soruşmuş, Nailə isə cavabında həmin nömrənin kimə məxsus olmasını bilmədiyini demişdir. O, Nailəyə çölə çıxaraq bu nömrəninin kimə aid olmasını maraqlanacağını demiş, bu vaxt Nailə ona həmin nömrənin tanış gəldiyini, nömrənin qonşuları Rəvana aid olduğunu bildirmişdir. O, buna görə evdən çıxaraq həm qonşusu, həm də "qardaş" dediyi Rəvanla evlərinin çöl tərəfində görüşmüş, telefonda olan nömrəni Rəvana göstərərək nömrəninin Rəvana aid olub-olmadığını soruşmuş, Rəvan isə telefona baxaraq nömrənin ona aid olduğunu demişdir. Həmçinin, Rəvanın rəngi dəyişmiş, dodağı titrəmiş, lakin o, Rəvandan şübhələndiyini bildirməmişdir. Arxasınca Rəvana arvadı Nailəyə bu qədər çox zəng etməsinin səbəbini soruşmuş, Rəvan isə cavabında anasının və ya anası ilə danışması üçün qardaşının zəng edə biləcəyini demişdir. O, deyilənin bəhanə olmasını anlamış və şübhəsindən əl çəkməmişdir. Evə gələrək arvadı Nailəyə həmin nömrənin Rəvana aid olduğunu, onunla bu qədər nə danışdığını soruşmuş, bu zaman Nailə həyəcanlanaraq özünü itirmiş və əsassız cavablar verməyə çalışmışdır. O, daha sonra nə edəcəyi barədə təqribən 2 saat fikirləşmiş, daha sonra arvadı Nailəyə telefonunda olan nömrələri çıxaracağını və diskə yazdıracağını deməyi qərara almış, əsas məqsədi isə həqiqəti öyrənmək olmuşdur. Saat 22 radələrində arvadı Nailəni yuxudan qaldıraraq telefon danışığı barədə sual vermiş, Nailə cavabında and içərək heç bir söhbət və ya problemin olmadığını bildirmişdir. O isə şübhəsindən əl çəkməyərək qurduğu planı, yəni telefonda olan danışıqların diskə yazdırılması məsələsini Nailəyə demiş və bu dəfə Nailə qorxaraq hər şeyi danışacağını bildirmişdir. Nailə etiraf edərək Rəvanla ilk olaraq qardaş-bacı münasibətində olduğunu, bu niyyətlə Rəvanla danışdığını, dərdləşdiyini, daha sonra Rəvanın ona qarşı olan istəyini hiss etdiyini, Rəvandan bu barədə soruşduğunu, Rəvanının isə Nailəyə qarşı sevgi hisslərinin olduğunu və Nailəni sevməsini dediyini bildirmişdir. Nailə yuxulu vəziyyətdə olduğu üçün o, növbəti gün səhər tezdəni gözləməyi qərara almış, daha sonra yataq otağında olan çarpayıda oturaraq səhərin açılmağını gözləmişdir. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə, saat 8 radələrində yuxudan aravadını qaldıraraq evin zal hissəsinə çağırmışdır. Zalda xəbəri olmadan Nailənin telefonunun səsyazmasını açmış və telefonu cibinə qoymuşdur. Burada əsas məqsədi arvadının dediklərini yazdırmaq və Nailənin xəyanətini sübut etmək olmuşdur. O, Rəvanla aralarında olan münasibəti haqqında bütün həqiqətləri danışmağı Nailəyə bildirmiş, Nailə isə ona yalan danışaraq və axşam etdiyi etirafları boynuna almayaraq Rəvanla aralarında heç bir sevgi münasibəti olmadığını bildirmişdir. O Nailəyə telefon danışıqlarını diskə köçürməyə gedəcəyini demiş və ayağa qalxmış, bu vaxt Nailə onun ayaqlarına düşərək hər şeyi danışacağını, etiraf edəcəyini, lakin bunun qarşılığında onu bağışlamasına və söhbətin burada bağlanmasına söz verməsini istəmişdir. O, həqiqəti öyrənmək üçün Nailə ilə razılaşmışdır. Nailə Rəvanın ona sevgi etirafı etdiyini, lakin Rəvana bu işin mümkün olmadığını dediyini ona bildirmişdir. X17 dinləməsinə, anlamasına görə ona qarşı hissinin olduğunu anlamış və Rəvana sevgisini etiraf etmiş, lakin bu sevginin sonunun olmadığını ona demişdir. Rəvan isə Nailəyə fikir etməməsini, hər şeyin yaxşı olacağını, aralarında olan sevgi münasibətinin hər şeydən önəmli olduğunu deməsini ona danışmışdır. O, Nailədən bütün bu haqq-hesabların, yəni evin həyətində telefonda və evin zalında televizorda sevgi mahnıları oxutmağının Rəvana görə olub-olmadığını soruşmuş, Nailə isə cavabında hisslərinin yarısının Rəvana aid olduğunu, digər yarısının isə ona aid olduğunu demişdir. Bu cümlədən sonra ayağa qalxaraq Nailəyə 2 dəst paltar götürməsini, onunla atası evinə gedəcəklərini, bu məsələni qaynatası Allahyara danışacağını və onun qərarı üzrə hərəkət edəcəyini bildirmişdir. İlk öncə Nailə razılaşmamış və atası Allahyarın bildiyi təqdirdə onu öldürəcəyini demişdir. Onun Nailəni atası Allahyarın evinə aparmaqda əsas məqsədi bu vəziyyəti atası Allahyar kişinin bilməsi, Allahyar kişinin qərar verməsinin doğru olacağını düşünməsi və Nailəni onun və ya atasının öldürəcəyini müəyyən etməsi olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 10 radələrində anası Çiçəyi və arvadını da götürüb Göygöl şəhərinə getmiş, orada Allahyar kişi ilə bu barədə söhbətə başlamışlar. Allahyar kişi söhbəti bir gün əvvəlcədən bilmiş və o, Allahyardan bu vəziyyət qarşısında nə etməli olduğu ilə bağlı məsləhət istəmişdir. Həqiqətləri öyrənmək üçün uydurduğu telefon danışıqlarını diskə çıxarmaq barədə fikrini Allahyar kişiyə də bildirmişdir. Allahyar kişi cavabında Şəmkirə getməsini, disk çıxana qədər gözləməsini, həmin diskdə onun qızının namussuz hərəkəti barədə söhbət olacağı halda qızını aparıb Bakı yolunda hər hansı bir yerə buraxacağını, yəni qızından əlini üzəcəyini demişdir. O, Nailə ilə qayınatasının evində otaqda tək qalmış və bu zaman Nailə onun ayaqlarına qapanaraq çıxacaq olan diski atasına qulaq asdırmamağı ondan xahiş etmişdir. Həmçinin, Nailə atasının onun danışıqlarına qulaq asacağı təqdirdə onu öldürəcəyini bildirmişdir. O, Nailəyə nə danışdıqları barədə sual vermiş, Nailə isə cavabında Rəvana onsuz dura bilmədiyini, Rəvan olmadan yata bilmədiyini, Rəvanı görmək istədiyini deməsini ona danışmışdır. Nailənin deməsinə görə Rəvan ona "ay ömrüm, ay həyatım, səbrli ol yaxşı olacaq" məzmunlu cümlə işlətmiş, cavabında Nailə Rəvana "ay ürəyim, ay canımın içi, axı sənsiz ürəyim partdıyır, niyə başa düşmürsən. Səni hər şeydən, hamıdan çox sevirəm, hətta özümdən belə" sözlərini demiş, ona görə də bunu atasının eşitməli olmadığını və bu səbəbdən utandığını ona demişdir. O isə özünü sıxaraq heç nə demədən anasını götürmüş və Şəmkirə doğru hərəkət etmişdir. Yolda Allahyara zəng edərək, diski çıxarana qədər qızından hər şeyi ətraflı öyrənməsinin vacib olduğunu bildirmişdir. Avtomobili ilə Şəmkirə gəlmiş və xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində birbaşa qonşusu Əkbərin qapısının yanında avtomobilini saxlamış və onların evinə daxil olmuş, ondan əvvəl isə anası Çiçək içəri daxil olaraq Rəvanı çoxlu şillələmişdir. Anasını birtəhər Naidə xanım çölə çıxartmışdır. O isə evlərinin içərisində qardaşı Anarın yanında Rəvandan soruşmuşdur ki, ona qardaş deyə-deyə, onun arvadına bacı deyədeyə onun arvadına necə göz dikmişdir. Rəvan isə Nailənin onu yoldan çıxartdığını, hisləri ilə oynadığını, öz nəfsinə qurban getdiyini bildirmişdir. Bundan sonra Rəvanın üzünə tüpürərək anası ilə birlikdə qapıdan çıxarkən Rəvanın anası Naidə oğlunun evini Nailənin yıxdığını, 14 gün bundan əvvəl Nailənin onun qapısına gəldiyini və Nailənin üzünə tüpürərək etdiyi davranışın doğru olmadığını Nailəyə dediyini bildirmişdir. O isə Naidədən 14 gün ərzində bilməsinə baxmayaraq bu məsələni ona nə üçün demədiyini soruşmuş, Naidə bu söhbəti övladlarına görə açmadığını, lakin oğlundan şübhələndiyini və 14 gündür ki, oğlu Rəvanı izlədiyini deyərək məsələdən bu cür xəbərdar olduğunu bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 21 radələrində o, Nailənin ailəsinə zəng edərək növbəti gün tezdən gələcəyini və Nailə ilə uşaqları aparacağını bildirmiş, xx xxxxx 2020-ci il tarixdə saat 07:05-də Naidə onun evinə gələrək əlində cırılmış vəziyyətdə olan kağızı göstərərək arvadı Nailənin oğlu Rəvanın evini yıxdığını bildirmişdir. O, həmin kağız parçalarını oxumuş və həmin kağızın arvadı Nailənin xətti ilə yazıldığını anlamışdır. Həmin kağız parçasında Nailə Rəvana ürəyinin partladığını, Rəvanı görmək istədiyini və Rəvanı çox sevdiyini yazmışdır. O, əsəbi şəkildə çölə çıxmış, Naidə ilə anası Çiçək də arxasınca çölə çıxmışlar. Naidə ilə anası çöldə olarkən o, geri qayıdaraq ağ xalları olan qırmızı mətbəx bıçağını götürmüş, qarnına gizlətmişdir. Bu məqamda Nailəni öldürmək fikri onda tam formalaşmamışdır. O, "Vaz-2104" markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə oturaraq, mətbəx bıçağını qarnından çıxarmış və avtomobilin ön oturacağının alt hissəsinə qoymuşdur. Bıçağı avtomobilə qoymaqda məqsədinin yoldaşı ilə bağlı olanların doğrulacağı halda onu öldürmək istəməsi olmuşdur. Yola düşərək təxminən 40 dəqiqə sonra qayınatası evinə çatmış, qayınatasının razılığı ilə ailəsini götürmüş və Şəmkirə geri qayıtmışdır. Təxminən saat 09:15-də Şəmkirdəki evinə çatmışdır. Anasına uşaqlarını gəzdirməsini deyərək, bu müddət ərzində arvadı ilə söhbət edəcəyini bildirmişdir. Anası Çiçək uşaqları götürərək evdən çıxmış və o, arvadı ilə söhbət eməyə başlamışdır. Arvadına Rəvan ilə aralarında olan hər şeyi danışmasını bildirmişdir. Nailə isə hər şeyi danışdığını demişdir. O, Nailədən söz almaq üçün yalandan Rəvanı şikayət etdiyini, içəri saldırtdığını, içəridə olarkən Rəvanın onların evinə gəldiyini və Nailə ilə cinsi münasibətdə olduğunu etiraf etdiyini deməsini Nailəyə bildirmişdir. Nailə ağlayaağlaya Rəvanın yalan danışdığını demiş, o isə çölə çıxaraq siqaret çəkməyə başlamışdır. Bu vaxt Naidə evin çöl tərəfinə gələrək onun arvadı Nailənin körpə qızı Çiçək vasitəsi ilə oğlu Rəvana məktub göndərdiyini və həmin anın qonşunun kamerasına düşdüyünü bildirmişdir. Bu an o, beynində qəti olaraq qızı Çiçəyi bu hərəkətə alət etdiyi üçün Nailəni öldürəcəyini planlaşdırmışdır. Avtomobilə doğru hərəkət edərək ön oturacağın alt hissəsində ağ xalları olan qırmızı rəngli mətbəx bıçağını çıxarmış və qarnına gizlədərək Nailənin yanına gəlmişdir. Nailəni təhqir edərək nə üçün bu hərəkətinə qızını alət etdiyini soruşmuş, Nailə inkar etsə də, onun üzünə baxmamış, başını aşağı salaraq bu barədə and içməmişdir. Daha sonra Nailə onun qarnında gizlətdiyi bıçağı görmüşdür. O və Nailə evin həyətində qarşı-qarşıya oturmuş, onlardan başqa həyətdə heç kim olmamışdır. O, sakit tərzdə Nailəyə iki balasını və özünü Rəvana qurban etdiyini demişdir. Daha sonra Nailənin arxasına keçərək sağ əlini onun saçına dolamış, bıçağı sol əli ilə qarnından çıxartmış, Nailə sol tərəfə-bıçağa tərəf baxmış, tərpənməmişdir. İlk öncə bıçağı Nailənin sol tərəf böyrək istiqamətində vurmuş, Nailə sağ tərəf istiqamətə doğru ağzı üstə yerə yıxılmışdır. Sonra həmin bıçağı sağ tərəf böyrək istiqamətində vurmuşdur. Bundan sonra Nailəni hər iki əli ilə sağa tərəf qaldırmış, arxası üstə uzatmış, nəfəs aldığını, lakin səsinin çıxmadığını görmüşdür. Sağ əli ilə Nailənin əynindəki paltarı azca aşağı edərək bıçağı sol əli ilə ürəyinə vurmuş, bıçağı çıxartdıqdan sonra anasına zəng edərək Allahyara zəng etməsini və gəlib qızının meyitini aparmasını bildirmişdir. Bundan sonra siqaret yandıraraq çölə çıxmış, bu vaxt əlində qanlı bıçaq olmuşdur. Anası ilə xalası qızı orada çöldə olmuşlar, ona tərəf gəlmişlər, o, isə qışqıraraq gəlməmələrini və geri qayıtmalarını bildirmişdir. Onlar da çıxıb getmişlər. Daha sonra əlində bıçaq içəri daxil olmuş, Nailənin hələ də tərpəndiyini görərək, solaxay olduğu üçün sol əli ilə Nailənin boğaz nahiyəsini hissəvi şəkildə kəsmiş, ayağından tutaraq həyətdə yerləşən qaz peçinə tərəf sürütdəmişdir. Sonra Nailənin üstünə ağ parça salmışdır. Həmin vaxt anasının dayısı nəvəsi Səfiyar onu bu vəziyyətdə görmüşdür. O, avtomobilini işə salaraq birbaşa şöbəyə gəlmiş və təslim olmuşdur. İfadəsinə əlavə olaraq əsəblərinə hakim ola bilməyərək, ona xəyanət etməklə etdiyi günaha görə Nailəni öldürdüyünü, həmin vaxt Nailə Məmmədovanın uşaqları ilə vidalaşmağa imkan yaratmaq üçün ona yalvarmadığını, özünü qismən təqsirli bildiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum qızı Nailə Məmmədovanın həyat yoldaşı olmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs, qızı Nailə Məmmədova, qızının qayınanası Çiçək xanım və nəvələri Mehdi ilə Çiçək onun evinə gəlmişlər. Orada Çiçək xanım Mübariz ilə Nailəni maddi cəhətdən necə saxlaya biləcəyi barədə deyinmiş, Mübarizin borcu və sələmi olduğunu bildirmiş, bununla bağlı mübahisələri yaranmışdır. Çiçək bu məsələni yoluna qoymağı və Mübarizlə söhbət etməyi ondan xahiş etmişdir. Mübariz isə onu bağışlamağı və bir daha səhv yola getməyəcəyini, borcu və sələminin olmayacağını demişdir. Daha sonra Çiçək ona qızının telefonunda qonşunun oğlu ilə yazışmasının olduğunu bildirmişdir. O, Mübarizə qızının telefonunu ona verməyi desə də, Mübariz sakit şəkildə ciddi bir problemin olmadığını bildirmiş, qızınının danışıqlarını çıxarıb gətirəcəyini, oturub söhbət edəcəklərini demişdir. Bundan sonra normal qaydada qızını nəvələri ilə evdə qoyaraq X19 evlərinə qayıtmışlar. xx xxxxx 2020ci il tarixdə, saat 22 radələrində Mübariz ona zəng etmiş və uşaqları aparmağa gələcəyini, özünün Mehdidən ötəri, anasının isə Çiçəkdən ötəri darıxdığını demişdir. O, isə səhər gəlməyinivə söhbət etməli olduğunu bildirmişdir. xx xxxxx 2020-ci ildə saat 08 radələrində Mübariz onlara gəlmişdir. Onunla və arvadı ilə normal qaydada görüşmüş və uşaqları kirayəyə aparacağını, Şəmkir şəhərində 7-ci küçədə 140 manata ev razılaşdığını demişdir. O, Mübarizə bu qədər borcun qarşısında nəyə görə kirayə tutuduğunu və orada uşaqlara necə baxacağını soruşmuş, Mübariz ona narahat olmamağı, hər şeyin əvvəlkindən daha yaxşı olacağını demişdir. Daha sonra onlar Mübarizlə qızı Nailəni və nəvələrini yola salmışlar. Bir müddət sonra Mübarizə zəng vurmuş və Mübariz ona evdən əşyaları yığdıqlarını, kirayə tutuduğu evə gedəcəklərini bildirmiş, daha sonra yenidən zəng etdikdə Mübarizə zəng çatmamışdır. Saat 09:20 radələrində Mübarizin qonşusu olan qadın zəng edərək qızı Nailənin içəridə döyüldüyünü, səs-küy gəldiyini, təxminən 5 dəqiqə sonra isə yenidən zəng edərək qızının öldürülməsini, qapının bağlı olduğunu, içəri girə bilmədiklərini bildirmişdir. Bu vaxt o, artıq yolda olmuş, Şəmkirə çatdıqda qızının morqda olduğunu eşitmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan ona məlum olmuşdur ki, qızı xx xxxxx 2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilmişdir. Qızının qonşusu Şahid2la yaxın münasibətdə olması, onların arasında sevgi münasibəti yaşanması doğru olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2011-ci ildə X10 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra Mübariz ailəsi ilə birlikdə ona məxsus evdə yaşamışlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 16:30-da oğlu Mübarizlə birlikdə nəvəsi Çiçək Məmmədovanın dişi ağrıdığı üçün diş həkiminin yanına gedərək nəvəsi Çiçəyin dişini çəkdirmişdir. Onlar diş həkiminə gedən vaxt gəlini Nailə digər nəvəsi səkkiz yaşlı Mehdi Məmmədovla birlikdə evdə qalmışdır. Çiçəyin dişini çəkdirib təxminən saat 17:10-da evə qayıtmış, qapı arxadan bağlı olduğu üçün çöldən qapını aça bilməmiş və oğlu Mübariz qapını döyməyə başlamışdır. Qapını açan olmadığı üçün Mübariz qapını ucadan vurmağa başlamış, səsə qonşular küçəyə çıxmışdır. Təxminən beş dəqiqə qapını döydükdən sonra Nailə qapını açmış və oğlu Mübariz ondan qapını nə üçün arxadan bağladığını soruşmuşdur. Bu vaxt Nailə onlara qapını bağladıqdan sonra açarı çıxarmağı unutduğunu və zirzəmiyə oğlu Mehdiyə maşın çıxarmağa düşdüyünü, buna görə də qapının döyüldüyünü eşitmədiyini bildirmişdir. Bu vaxt o, nəvəsi Mehdiyə əsəbləşərək üzərinə qışqırdığı üçün sonuncu ağlayaraq zirzəmidə olmadıqlarını, həyətdə onun toyuqla oynadığını, anası Nailənin isə telefonla danışdığını bildirmişdir. Mübariz həyətdəki stolun üzərində olan telefon tərəfə baxan zaman telefonun ekranının işığının yandığını görmüşdür. Bu vaxt Nailədən kiminlə danışdığını soruşmuş, Nailə heç kəslə danışmadığını bildirmişdir. Mübariz Nailənin telefonunu götürərək baxmış, lakin həmin telefondan başqa şəxslərə zəng gedib-gəldiyini görməmişdir. O, Mübarizi danlayaraq mübahisə yaratmamağını xahiş etmişdir. Bu vaxt Mübariz telefonu qoyaraq çıxıb getmək istəyəndə Nailə onu çağıraraq telefonda bir nömrə göstərərək nömrənin kimə aid olduğunu bilmədiyini demişdir. Mübariz həmin nömrəyə özünə məxsus mobil telefondan zəng etmiş, telefona Elnur adlı bir oğlan cavab verərək Kürdəmir rayonunda yaşadığını və Nailəyə məxus mobil telefona zəng etmədiyini bildirmişdir. Mübariz əsəbləşərək telefonu götürmüş və evdən getmək istəyən zaman Mübarizin qarşısına keçərək heç yerə getməməsini xahiş etmişdir. Mübariz ona siqaret alıb qayıdacağını bildirmiş, 15 dəqiqə sonra evə qayıtmış və onu yanına çağıraraq Nailənin uzun müddətdir ki, xəyanət etdiyini və bu işin axırına çıxılmalı olduğunu demişdir. O, Mübarizdən nə baş verdiyini soruşmuşdur. Bu vaxt Mübariz ona telefonun arxivindən çıxan nömrələri göstərərək bir nömrəyə 82 dəfə zəng gəlib-getdiyini bildirmişdir. Nailədən həmin nömrənin kimə məxsus olduğunu soruşanda Nailə qonşuları Naidənin oğlu Rəvanın nömrəsinə oxşadığını və Rəvandan soruşmaqlarını bildirmişdir. Mübariz küçəyə çıxaraq qonşuları Rəvanı çağırmış və Nailəyə məxsus mobil telefonda olan nömrəni Rəvana göstərəndə sonuncu həmin nömrənin özünə məxsus olduğunu bildirmişdir. Bu vaxt X18 məxsus mobil telefona nə üçün 82 dəfə zəng etdiyini soruşan zaman Rəvan Nailəyə məxsus cin nömrəni bilmədiyini, Nailənin sim nömrəsinə anasının zəng etdiyini bildirmişdir. Onlar telefon danışıqlarını çıxartmaq istəmiş, lakin Mübariz “Azercell” mobil operatorunun Şəmkir rayon şöbəsinin işləmədiyini demişdir. xx.xx.2020-ci ildə, saat 15 radələrində o, bazardan evə gələn zaman Mübarizlə Nailənin mübahisə etdiyini görmüşdür. Bu vaxt Mübariz Nailənin işlətdiyi mobil nömrəyə gəlib-gedən zənglərin və danışığın diskini çıxartdıracağını bildirmişdir. Bu sözü eşitdikdən sonra Nailənin halı qarışmış, təxminən yarım saat sonra Nailə Mübarizi çölə çağıraraq danışıqları çıxartdırmamasını Mübarizdən xahiş etmiş və hər şeyi danışacağını demişdir. Daha sonra Mübarizlə Nailə mətbəxdə qalaraq təxminən 1 saata yaxın söhbət etmişlər. Söhbət etdikdən sonra Mübariz ona Nailənin qonşularının oğlu Rəvanla qardaş-bacı kimi danışaraq dərtləşdiklərini dediyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində o, bazarda olan zaman Mübariz ona məxsus mobil telefona zəng edərək halını soruşmuşdur. Mübariz ona Nailəni də götürərək Göygöl rayonuna Nailənin atası Allahyarın evinə getdiyini bildirmişdir. O, Mübarizə yalvararaq onu da bazardan götürməsini xahiş etmiş, Mübariz bazara gələrək onu götürmüş və onlar birlikdə Göygöl rayonuna Allahyarın evinə getmişlər. Yolda o, Nailəyə yalvararaq bu söhbəti birdəfəlik bağlamaqları üçün nə baş veribsə hər şeyi olduğu kimi danışmasını xahiş etmişdir. Yolda olan zaman Mübariz ona danışmamağı və ora çatan zaman müzakirə edəcəklərini demişdir. Onlar Göygöl rayonuna Allahyarın evinə çatan zaman məlum olmuşdur ki, Nailə qonşularının oğlu Rəvana eşq elan etmiş və Rəvan da Nailəni sevmişdir. O, Nailənin üzərinə qışqıraraq övladının başına nə üçün belə oyun açdığını soruşmuşdur. Nailə tutduğu əməldən peşman olduğunu deyərək şeytanın onu yoldan çıxartdığını, Rəvanla telefonla danışmaqdan başqa aralarında heç bir cinsi əlaqə olmadığını demişdir. Bu zaman Nailənin atası Allahyar qızına Rəvanla aralarında cinsi əlaqə olmayıbsa qızı Nailəni bağışlayacağını demişdir. X20 telefon danışıqlarını çıxartdırmasını, əgər qızının Rəvanla cinsi əlaqədə olması sübuta yetərsə, qızını aparıb Bakıya buraxacağını, nəvələrini də uşaqlar evinə qoyacağını demişdir. Daha sonra nəvələri ilə Nailə Göygöl rayonunda Allahyarın evində qalmış və o, Mübarizlə birlikdə Şəmkir rayonuna öz evlərinə qayıtmışlar. Evə qayıdandan sonra o, qonşuları Naidənin evinə getmiş, Rəvanla danışaraq Nailəyə sep alıb-almadığını soruşmuşdur. Rəvan etiraf edərək Nailəyə sep aldığını bildirmiş, bundan sonra o, Rəvandan Nailə ilə arasında ayrı nə olduğunu soruşanda Rəvan ona bu barədə gəlinindən soruşmağı və gəlininin onu yoldan çıxartdığını demişdir. Mübariz onun arxasınca Naidəgilə gəlmiş və Rəvanla söhbət edərək qardaş dediyi birinə qarşı nə üçün belə hərəkət etdini soruşmuşdur. Bu vaxt Rəvan Mübarizə ona heç nə edə bilməyəcəyini, “İblis” arvadına yiyəlik etməli olduğunu demişdir. O, Mübarizi də götürmüş və öz evlərinə gəlmişlər. xx.xx.2020-ci il tarixdə, saat 07:30-da Naidə onların evinə gələrək Mübarizə özü ilə gətirdiyi bir məktub göstərmiş və həmin məktubu yazanın Nailə olub-olmadığını soruşaraq, Nailənin oğlu Rəvanı yoldan çıxartdığını demişdir. X28 ürəyinin partladığını, Rəvanı görmək istədiyini və Rəvanı çox sevdiyini yazmışdır. Məktubu Mübarizə oxutduqdan sonra Naidə Rəvanın günahının olmadığını, arvadı Nailənin oğlunu yoldan çıxartdığını bildirmişdir. Naidə gedən zaman Mübariz Nailənin məktubunu Rəvana necə göndərdiyini soruşmuşdur. Naidə Nailənin məktubu qızı Çiçəklə Rəvana göndərdiyini, Çiçəyin Rəvana məktubu verməsini qonşuları Tofiqin evində olan müşahidə kameralarına düşdüyünü bildirmişdir. Daha sonra Naidə çıxıb getmişdir. Mübariz ona Göygöl rayonuna gedərək gəlinini və nəvələrini gətirəcəyini və Nailəni zirzəmidə saxlayaraq türmə həyatı yaşadacağını demişdir. Daha sonra Mübariz evdən çıxaraq özünə məxsus “VAZ 2104” markalı avtomobillə Göygöl rayonuna getmişdir. Təxminən saat 09:10-da Mübariz ona zəng edərək qapını açmağını bildirmişdir. O, qapını açmış, Mübariz avtomobili həyətə salmış və Nailə ilə uşaqlar avtomobildən düşmüşlər. O, nəvələri ilə görüşmüş və Nailə həyətdəki stulda əyləşmişdir. Mübariz mətbəxə keçərək su və dərman içmişdir. Daha sonra Nailənin qarşısında əyləşərək söhbət etməyə başlamışdır. Mübariz Nailədən kişi olaraq Nailəni qane edib-etmədiyini və bu səbəbdənmi Rəvanla danışdığını soruşmuşdur. Aralarında olan intim münasibətdən danışdığı üçün o, Mübarizə uşaqların yanında belə söhbətlər etməməsini bildirərək uşaqları götürmüş və həyətin qapısından küçəyə çıxmışdır. Küçədə olan zaman Mübariz Nailə ilə sakit söhbət etdiyi üçün o, özlüyündə uşaqları bacısının qızına verib geri qayıtmağı düşünmüş və buna görə də bacısı qızı Aynurəyə zəng edərək onlara tərəf gəlməyi və nəvələrini götürməsini bildirmişdir. Özü də küçə ilə Aynurənin evi tərəfə getmişdir. Bu vaxt Aynurə ilə küçədə qarşılaşmış, nəvələrini Aynurənin oğlu Şirinə vermiş və Aynurə yanından Mübarizə zəng etmişdir. Mübariz telefonu açsa da cavab verməmiş, lakin telefonda Nailənin Mübarizə yalvararaq onu bağışlamasını istəməsi eşidildiyi üçün Aynurə ilə birlikdə onlara tərəf qaçmışdır. Onlar evin qarşısına çatan zaman Mübariz qapını açaraq üzəri qanlı vəziyyətdə, əlində bıçaq küçəyə çıxmış və qışqıraraq uzaqlaşmalarını bildirmişdir. Bu vaxt səs-küçəyə çıxmış qonşular təcili yardıma zəng edərək kömək çağırmışlar. Təcili yardım gəlsə də Mübariz onları evə buraxmamışdır. 102 xidmətinə zəng etsə də heç kim cavab verməmişdir. Buna görə də o, qaçaraq “Yamin” şadlıq sarayının qarşısında olan polis postunda duran polis əməkdaşlarına oğlu Mübarizin həyat yoldaşı Nailəni bıçaqladığını deyərək kömək etmələrini bildirmişdir. Bu vaxt postda olan polis əməkdaşı polis şöbəsinə məlumat vermiş və polislərlə birlikdə evə tərəf gedən zaman Mübariz özünə məxsus avtomobillə qarşılarından keçərək getmişdir. O, polislərlə birlikdə evə getmiş, evə çatanda Nailənin hərəkətsiz vəziyyətdə arxası üstə yerdə uzandığını və yerin qan olduğunu görmüşdür. Polis əməkdaşları onlara Nailəyə yaxınlaşmağa icazə verməmiş və daha sonra polis və prokurorluq əməkdaşları gələrək hadisə yerini müayinə etməklə Nailənin meyitini morqa aparmışlar. O, polis əməkdaşlarından oğlu Mübarizin Şəmkir rayon polis şöbəsinə gedərək törətdiyi əməl barədə məlumat verməklə könüllü təslim olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 qızı və X12 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Nailə Məmmədova ilə aralarında yaxın münasibət yaranmağa başlamışdır. Belə ki, ilk olaraq Nailə əri Mübariz haqqında ona danışmağa başlamış və Mübarizin başqa xanımlarla əlaqəsi olduğunu demişdir. O, istifadəsində olan ***-***-**-** nömrəsi ilə hər gün Nailəyə zəng edərək hal-əhval tutmuş və Mübarizi müzakirə etmişlər. Təxminən 21 martda Nailə onu çox sevdiyini, qəlbində olanları rahat şəkildə ona deyə bildiyini ifadə etmişdir. O isə Nailəyə cavabında sevgisini etiraf edərək bu sevginin qarşılıqlı olduğunu və Nailəyə qarşı hisslərinin hər gün artığını bildirmişdir. O, Nailənin ***-***-**-** nömrəsinə zəng vuraraq danışmış, Nailə ona “canım, gözüm, ürəyim” deyə müraciət etmişdir. Təxminən xx xxxx 2020-ci il tarixdə anası Naidə onların münasibətindən xəbərdar olmuşdur. Belə ki, onlar bir-biriləri ilə evlərinin 2-ci mərtəbəsində pəncərənin qarşısında söhbət edən zaman anası onları görüb əsəbləşmiş, Nailəyə ondan əl çəkməsini tapşırmışdır. Həmin gün anası onda olan telefonun nömrəsini qırmışdır. xx xxxxx 2020-ci il tarixdə o, ***-***-**-** nömrəsi ilə Nailəyə zəng etmiş, həmin gün onlar telefonla danışmazdan əvvəl Nailə ona qızı Çiçəklə kağız yollamışdır. Həmin kağızda ürəyinin partladığını, onu görmək istədiyini demişdir. Həmçinin, Nailə məktubu oxuduqdan sonra cırmağı tapşırmış, o da öz növbəsində məktubu oxuyaraq cırmışdır. xx xxxxx 2020-ci il tarixdə Nailəyə atasına məxsus olan ***-***-**-** nömrəsi ilə zəng edərək danışmış, Nailə ona evdən, Mübarizdən və uşaqlardan soyuduğunu deyərək həyatda bacısı uşağı üçün yaşadığını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə Nailə ona hədiyyə almaq istədiyini, o da, həmçinin, Nailəyə hədiyyə vermək istədiyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə Nailə ona saat hədiyyə almış, o isə Nailəyə sep hədiyyə etmişdir. Təxminən xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı küçənin baş tərəfi ilə hərəkətdə olarkən Nailəgilin qapıları açıq olmuş və Nailə onu içəri çağırmışdır. Bu zaman uşaqlar televizora baxmış, Mübariz və anası Çiçək isə evdə olmamışlar. O, Nailə ilə yataq otağına çıxmış, aralarında cinsi əlaqə olmuşdur. Həmin vaxt Nailə arxadan qapını bağlayaraq özü onunla yaxın olmaq istədiyini demişdir. Nailə 1-2 gün sonra ona yenidən olmağı təklif etsə də, o, razılaşmayaraq Nailənin evinə getməmişdir. xx xxxxx 2020-ci il tarixdə Mübariz onların evinə gəlmiş və onun nömrəsindən Nailəyə zənglər edildiyini bildirmişdir. Mübariz ondan Nailəyə nə məqsədlə zəng etdiyini soruşmuş, o Mübarizə Nailə ilə dərdləşdiyini demişdir. Mübariz isə heç nə demədən çıxıb getmişdir. 16 aprel tarixində Mübariz yenidən gəlmiş və aralarında nə haqq-hesabın olmasını soruşmuşdur. O isə Mübarizə eyni şeyləri deyərək Mübarizi yola salmaq istəmişdir. Daha sonra Mübariz Nailənin səs yazısının olduğunu demiş, o isə Mübarizə, sadəcə, Nailənin ona qarşı olan sevgi hisslərinə qarşılıq verdiyini bildirmişdir. Mübariz daha sonra çıxıb getmişdir. 17 aprel tarixində, saat 10 radələrində Mübarizlə Çiçək onların evinə gəlmişlər. Çiçək onun üzünə əl ataraq üzünü cırmağa başlamış, bundan sonra Mübariz onun valideynlərinə əgər arvadında günah varsa arvadını öldürəcəyini, onda günah olduğu halda isə Şəmkirdən çıxıb getməli olduğunu bildirmiş və qapıdan çıxıb getmişdir. 17 aprel tarixdə anasına Nailənin ona məktub yazmağını bildirmiş, 18 və 19 aprel tarixlərində anası cırılmış məktubları transformatorun və məhlələrinin yanından yığmağa başlamışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Mübariz içkili vəziyyətdə gələrək söhbət etməyi təklif etmiş və valideynlərini öz evinə aparmışdır. Orada olmadığı üçün nə söhbətlərin baş verdiyini bilməmişdir. 19 aprel tarixində səhər tezdən anası yığdığı məktubları Çiçəyə göstərmiş və Çiçək də Mübarizə nümayiş etdirmişdir. Orada olmadığı üçün baş vermiş dialoqun məzmunu barədə məlumatlı olmamışdır. xx xxxxx 2020-ci il tarixdə evdə olarkən Mübarizin “Nailəni öldürdüm” səsini eşitmiş və buna görə də çölə çıxmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən xx xxxx 2020-ci il tarixdə yaşadığı evin 2-ci mərtəbəsinə doğru hərəkət edərkən oğlu Şahid2 telefonla danışdığını və telefonda kimdənsə pəncərəni niyə az açdığını soruşduğunu eşitmişdir. Həmin vaxt Nailənin yaşadığı evin şüşəsi açıq olmuş, buna görə qışqıraraq oğlu Rəvana nalayiq ifadələr işlətmiş, oğlunun 2 uşaq anası Nailə ilə danışıb-danışmadığını soruşmuşdur. Oğlu dillənməmiş və heç bir şey deməmişdir. Bundan sonra onun səsini eşidən Nailə qaçaraq yanına gəlmiş və Rəvanla qardaş-bacı kimi dərdləşdiyini bildirmişdir. O da Nailəyə dərdi varsa, onunla bölüşə biləcəyini demiş, ondan çıxıb getməsini, onu və oğlunu dindirməməsini tapşırmışdır. xx xxxxx 2020-ci il tarixdə Mübariz onların evinə gələrək telefonda nömrə göstərmiş və həmin zəng edən nömrənin Rəvana aid olub-olmadığını soruşmuş, həmin nömrədən çox sayda zəng gəldiyini, arvadından isə 100 dəfə mesaj getdiyini demişdir. Oğlu Rəvan həmin nömrənin ona aid olduğunu, arvadı Nailə ilə dərdləşdiyini bildirmiş, bunu eşidən Mübariz çıxıb getmişdir. Saat 19-da Mübariz yenidən onların evinə gələrək Rəvanla Nailə arasında sevgi münasibətinin olduğunu və arvadının bu haqda ona etiraf elədiyini bildirmişdir. Rəvan bunu eşidib Nailənin ona sevgi hissi bəslədiyini, münasibətlərinin elə başladığını bildirmiş, bundan sonra Mübariz çıxıb getmişdir. Mübariz 16 aprel tarixində gecə saat 02:15 radələrində onların evinə gələrək onu və əri Əkbəri evinə çağırmışdır. Onlar Mübarizgilin evinə getmiş və orada Nailə ilə telefonla görüntülü danışmışlar. X30 danışdıraraq niyə bu kişinin evini yıxdığını, bu kişinin azyaşlı oğlu ilə danışdığını soruşmuşdur. Nailə isə onun oğluna heç nə etmədiyini, Rəvanla sadəcə dərdləşdiyini, münasibətlərinin sonradan yarandığını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə Mübariz onların evinə gələrək ona “bir ovuc qan” lazım olduğunu bildirmiş, anası Çiçək xanım yaxınlaşaraq Rəvana şillə vurmuşdur. Bundan sonra onlar çıxıb getmişlər. 17 aprel tarixdə axşam saatlarında oğlu ilə söhbət edərkən oğlu ona Nailə ilə məktub vasitəsi ilə yazışdıqlarını və həmin yazışmaların olduğunu, 2 məktubu cıraraq qonşunun evinin yanındakı transformatorun yanına, digər məktubu isə məhlələrinin arxasına atdığını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 07:00-da həmin məktubu transformatorun yanından toplamışdır. Növbəti gün, saat 06 radələrində isə yaşadığı evin çöl tərəfindən oğlu Rəvanın digər məktubunun cırıqlarını tapmışdır. Həmin cırılmış halda olan kağız parçalarını evə gətirmiş və düzəldərək oxumağa çalışmışdır. X29 nə olduğunu, nə yerdə qaldığını, nömrəni salıb Nailəyə zəng etməyini, ürəyinin partladığı yazılmış və sonra Rəvandan məktubu cırıb tullaması barədə qeyd olmuşdur. Daha sonra bütün kağız parçalarını sellofan paketə qoyaraq xx xxxxx 2020-ci il tarixdə saat 07:10-da Mübarizin evinə getmişdir. Məktub parçalarını mətbəxdə Çiçəyə göstərmiş və oğlu Rəvanda təqsir olmadığını, gəlininin hər gün oğluna məktub yazdığını bildirmişdir. Çiçək isə onun xəttini tanımadığını və Mübarizin həmin məktubu oxumasının daha yaxşı olacağını bildirmişdir. Mübariz içəri gəldikdə anası arvadının xəttini tanıyıb-tanımadığını soruşmuşdur. Mübariz isə cavabında tanıdığını, nə baş verdiyini soruşmuşdur. Əlində olan məktub parçalarını göstərmiş və Mübariz də tanıdığını bildirmişdir. O, məktubu nə qədər israr etsə də, Mübarizə verməmişdir. Onlar çölə çıxmış və evlərinə getməzdən əvvəl o, məktubu Nailənin öz qızı-balaca Çiçək vasitəsi ilə göndərdiyini Çiçəyə demişdir. O, bunu deyərkən Mübariz evin həyətində olmuşdur. Dediyi cümlənin həmin məqamda Mübarizin eşidib-eşitməməsinə əmin olmamışdır. Çiçək ona oğlunun Göygöl rayonuna gəlinini gətirməyə getdiyini demişdir. O isə Çiçəyə gəlininin gətirməsinin doğru olmadığını bildirmişdir. Onlar evə getmiş və təxminən 1 saat sonra Mübarizin avtomobilini sürətlə sürməsindən ailəsini gətirdiyini anlamışdır. Bu zaman Mübarizin evindən səs-küy gəldiyini eşitməmiş, daha sonra Mübariz əlində qanlı bıçaqla onların qapısına gəlmiş, bu zaman Mübarizin əli, üzü və paltarı qan içində olmuşdur. Mübarizi o qarşılamış, darvazanın çöl tərəfinə çıxmış və əri Əkbər həyətdə olmuşdur. X24 öldürdüyünü demiş və çıxıb getmişdir. O, əri ilə daha sonra polis şöbəsinə məlumat vermək üçün getmiş, şöbədə Mübariz onların qarşısına çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı evin qonşuluğunda yaşayan Mübarizin evindən gələn səs-küy gəldiyini eşidərək oraya getdikdə Mübarizin qana bulaşmış qırmızı rəngli bıçaqla çölə tərəf çıxdığını görmüşdür. Mübarizin əli, üzü, əynindəki kofta qan içində olmuşdur. Bu zaman Mübariz ona tərəf gəlmiş və Nailəni öldürdüyünü və başını kəsdiyini demişdir. Mübariz daha sonra içəri girərək avtomobilini işə salmış və sürətli şəkildə oranı tərk etmişdir. Bu vaxt darvaza tam açıq olduğu üçün o, Nailəni görmüş, bir-iki dəfə qışqıraraq Nailəni çağırmış, lakin Nailənin hərəkətsiz olduğunu görmüşdür. Nailənin üzərində yarıya qədər örtülmüş olan ağ örtük olmuşdur. O, həmin örtüyü Nailənin üzərinə tam olaraq salmışdır. Bundan sonra çölə çıxaraq qonşuları oraya çağırmışdır. Həmin anda polis əməkdaşları, qohumlar və digər şəxslər ora gəlmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X22-Təcrübi Tədris birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 409 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X22-Təcrübi və Tədris birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 18 saylı rəyindən görünür ki, X4 meyitinin bədən səthində müxtəlif xarakterli xəsarətlər aşkar edilmişdir. Bunlardan: 1.1. Boyunun yuxarı üçdə birinin ön səthində 12 x 5 sm ölçüdə, kəsilmiş yara; Yara kanalının istiqaməti sağdan sola doğru olmaqla, köndələn istiqamətdə yerləşmişdir. Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, boyun əzələləri və nəfəs borusu kəsilmişdir. 1.2. Döş qəfəsinin ön səthinin sol yarısının orta körpücük xətti üzrə lll-İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, 3 x 0,5 sm ölçüdə, boylama istiqamətdə yerləşmiş, bir ədəd deşilmiş-kəsilmiş yarası; Yara kanalının istiqaməti öndən arxaya doğrudur. Yara kanalının uzunluğu 5,5 sm-dir. Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, qabırğaarası əzələ və sol ağ ciyərin yuxarı payı zədələnmişdir. 1.3. Döş qəfəsinin sol yan səthinin orta qoltuqaltı xətt üzrə Xİ-Xİİ qabırğaarası nahiyədən qarın boşluğuna keçən, cəp-boylama istiqamətdə yerləşmiş, 3,5x1 sm ölçüdə, bir ədəd deşilmiş-kəsilmiş yarası; Yara kanalının istiqaməti soldan sağa doğrudur. Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, qabırğararası əzələlər və dalaq zədələnmişdir. 1.4. Qarının ön divarının 2 x 0,4 sm ölçüdə, boylama istiqamətdə yerləşmiş, bir ədəd deşilmiş-kəsilmiş yarası; Yara kanalının istiqaməti öndən arxaya olub, qarın boşluğuna keçir, lakin daxili orqanları zədələmir. 1.5. Qarının sağ yan səthinin sağ qalça tinu səviyyəsindən qarın boşluğuna keçən, köndələn istiqamətdə yerləşmiş, 3 x 0,5 sm ölçüdə, bir ədəd deşilmiş-kəsilmiş yarası: Yara kanalının istiqaməti soldan sağa doğrudur. Yara kanalı boyunca dəri, dərialtı piy toxuması və böyrək zədələnmişdir. 1.6. Boyunun sol yan səthinin yuxarı üçdə birində 1 x 0,5 sm ölçüdə, 1 ədəd sıyrıq.

2. X4 bədənində aşkar edilmiş, yuxarıda 1.1-1.5-ci bəndlərdə göstərilən xəsarətlərboyunun yuxarı üçdə birinin ön səthinin kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının, döş qəfəsinin sol yan səthinin, qarının ön səthinin və qarının sol yan səthinin deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, 1.6-cı bənddə göstərilən boyunun yuxarı üçdə birinin sol yan səthinin sıyrığı isə küt əşya ilə ölümündən az əvvəl yetirilmişlər, həyatidirlər.

3. X4 bədəni üzərində olan xəsarətlərin xarakterinə, ölçülərinə və dərinliyinə əsasən onu demək olur ki, həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik digər bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin konkret yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı, bununla belə, hadisə yerində az qan olması, qarın boşluğunda daha çox qanın olmasına əsasən ehtimal olunur ki, ilk yetirilmiş zərbələr qarın boşluğuna nüfuz etmiş deşilmiş-kəsilmiş yaralar (döş qəfəsinin sol yan səthinin, qarının ön və sağ yan səthinin deşilmiş-kəsilmiş yaraları) olmuşdur.

4. Ağırlıq dərəcəsinə görə boyunun yuxarı üçdə birinin ön səthinin kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçən sol ağ ciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin qarın böşluğuna keçən dalağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının daxilə keçən, daxili orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və qarının sağ yan səthinin qarın boşluğuna keçən sağ böyrəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 5 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə, həyat üçün təhükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Boyunun yuxarı üçdə birinin sol yan səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir.

5. X1 ölümünə səbəb boyunun sağ yan səthinin boyun arteriya və venalarını zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X4 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir.

6. X2 hamiləlik aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 4/189 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 24 ədəd milə-mil dəftər vərəqinin parçaları üzərində olan yazılar X10 tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X13nin maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli 309/2020-MTBŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). X4 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş N.A. Məmmədovaya məxsus kalqotka, qadın donu, lifçik, Təqsirləndirilən şəxs məxsus qolsuz jilet, uzunqol köynək, şalvar, bir ədəd masa örtüyü, 03 ədəd kosmetik çubuqlu pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən də X7 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X13 tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə-tibbikriminalistik ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 188-MTKŞ/2020 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş X7 məxsus donun ön sətində ortada bir ədəd, arxa səthində solda bir ədəd və arxa səthində sağda bir ədəd və kalqotkanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, iti ucu və kafi itilikdə olan ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. X7 məxsus büstqalterin sağ çiyinliyin öndən tam ayrılması aşkar olundu. Bu ayrılma küt yaranma mexanizminə malikdir, büstqaterin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus jiletdə, köynəkdə və şalvarda əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 10040 nömrəli məktubu ilə daxil olmuş diskə baxış zamanı X4 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 10:05:03-də “sene axşam da evde olur hami danişa bilmirem gözləyirəm zengini”, “Revan nolar imkan ele men senin danişmaq istiyirəm deyesi sözüm var” mesajları göndərilmişdir. Həmçinin, X4 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 10:05:03-də sevgi məzmunlu “canim yaxşi ki varsan men seni itirmək istemirem ve qorxuram” mesajları göndərilmişdir. Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən X4 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2020 tarixdə saat 10:05:03-də “Mende amma bilmirem nagayraq basqa yolnuda bilmirem” məzmunlu mesaj göndərilmiş, qarşılıqlı olaraq Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən “Bilsem yoluna qoyaram” məzmunlu geriyə cavab mesajı göndərilmişdir. Həmçinin baxış zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək Nailə Məmmədova və Şahid2 aralarında çoxsaylı qarşılıqlı telefon danışıqları olması təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 276/12 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəbi zərərçəkmiş haqqında qısqanclıq fikirləri ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon prokurorluğunun müstəntiqi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli telefon məlumatından görünür ki, həmin gün saat 10:20-də Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən prokurorluğa məlumat verilərək bildirilmişdir ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs həmin gün saat 10:15də rayon polis şöbəsinə gələrək arvadı Nailə Məmmədovanı qısqanclıq zəminində bıçaqla vuraraq qəsdən öldürməsi barədə məlumat verərək könüllü olaraq özünü təqdim etmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxx 2020ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir mərkəzi rayon xəstəxanasının “Publik hüquqi şəxsi” konsultativ poliklinika şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 165 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 1034 və 1035 saylı arayışlardan görünür ki, mərhum X3 Mübariz Bayram oğlunun həyat yoldaşı olmuş, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 nömrəli Qərarının 8ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü qismən təqsirli bilməklə əsəblərinə hakim ola bilməyərək, ona xəyanət etməklə etdiyi günaha görə Nailəni öldürdüyünü, həmin vaxt Nailə Məmmədovanın uşaqları ilə vidalaşmağa imkan yaratmaq üçün ona yalvarmadığını, özünü qismən təqsirli bildiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Lakin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, “... Avtomobilə doğru hərəkət edərək ön oturacağın alt hissəsində ağ xalları olan qırmızı rəngli mətbəx bıçağını çıxarmış və qarnına gizlədərək Nailənin yanına gəlmişdir. Nailəni təhqir edərək nə üçün bu hərəkətinə qızını alət etdiyini soruşmuş, Nailə inkar etsə də, onun üzünə baxmamış, başını aşağı salaraq bu barədə and içməmişdir. Daha sonra Nailə onun qarnında gizlətdiyi bıçağı görmüşdür. O və Nailə evin həyətində qarşı-qarşıya oturmuş, bıçağı gördükdən sonra Nailə öləcəyini bildiyini demiş, son arzusunun balalarını görməsi olduğunu demiş və uşaqlarını ona göstərməsi üçün yalvarmışdır. O, sakit tərzdə Nailəyə iki balasını və özünü Rəvana qurban etdiyi üçün buna layiq olmadığını demişdir. Həmçinin, Nailəyə sakit şəkildə ayağa qalxmasını və şərəflə ölməsini demişdir. Nailə onun qarşısında əyilərək dizini yerə qoymuş və bir daha uşaqlarını son dəfə görmək üçün yalvarmışdır... ” Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəni daha obyektiv və inandırıcı ifadə kimi qəbul edir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X22-Təcrübi və Tədris birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 18 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs döş qəfəsinin ön səthinin sol yarısına, döş qəfəsinin sol yan səthinə, qarının ön səthinə, qarının sol yan səthinə və boyunun yuxarı üçdə birinə kəsməklə xəsarətlər yetirərək X6 qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və könüllü gəlib təqsirini boynuna alması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən isə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Odur ki, Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, həmin məcəllənin 60.2-ci maddəsinə Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda cəza təyin edilərkən tətbiq edilməməlidir. AzərbaycanRespublikasınınCM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyiəməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar- 1 ədəd köynək, 1 ədəd jilet və 1 ədəd şalvar, meyitə baxış zamanı götürülmüş X7 məxsus 1 ədəd don, 1 ədəd büsqalter, 1 ədəd kalqotka yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd pambıq çöp və meyitin üzərinə örtülmüş masa örtüyü, Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə könüllü olaraq təhvil verdiyi və cinayətin törədilmə aləti olan 1 ədəd bıçaq məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, üzərində yazılar olan kağız parçaları və səsyazılarının əks olunduğu 1 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 171,94 manat (yüz yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar - 1 ədəd köynək, 1 ədəd jilet və 1 ədəd şalvar, meyitə baxış zamanı götürülmüş X7 məxsus 1 ədəd don, 1 ədəd büsqalter, 1 ədəd kalqotka yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd pambıq çöp və meyitin üzərinə örtülmüş masa örtüyü, Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə könüllü olaraq təhvil verdiyi və cinayətin törədilmə aləti olan 1 ədəd bıçaq məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş, üzərində yazılar olan kağız parçaları və səsyazılarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 171,94 manat (yüz yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X26 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar