Məhkəmə qərarları › İş №1(100)-207/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-207/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-207/2021 29.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X1 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 29.06.2011-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödəniləməyən, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə 1,072 qram narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli idman şalvarın sol yan cibində saxlamış və daşımış, 05 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Əziz Əliyev küçəsində yerləşən “Firuzə” şadlıq sarayının arxasında saxlanılıb Gəncə şəhər Nizami Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bükümdə 1,072 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə 22,487 qram narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli paltonun sol yan cibində saxlamış və daşımış, 02 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şah” şadlıq sarayının arxasında saxlanılıb Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli paltonun sol yan cibindən 1 ədəd bükümdə 22,487 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün heç bir yerdə işləmir. Narkotik vasitə olan heroindən istifadə edir. 05 dekabr 2020-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olarkən, polis əməkdaşları evlərinin qapısını döymüş, o qapını açdıqda polislər özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Nizami rayon Polis bölməsinə getmiş, Polis Bölməsində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Ona hüquq və vəzifələri izah edilmiş və öz istəyi ilə seçdiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qismində bölməyə dəvət edilmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əyninidə olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd qızılı rəngli falqaya bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,25 qram təşkil etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bundan sonra müstəntiq Sahil Alıyev tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O, buraxıldıqdan sonra bir müddət narkotik vasitə qəbul etməsə də ağrıdığı üçün, həm də psixoloji xəstəlikləri ona şiddətli ağrı verdiyi üçün ağrıları azalsın deyə narkotik vasitə heroin qəbul etmək qərarına gəlmiş, buna görə də 2020-ci ilin dekabr ayının sonlarında Yevlax rayonuna gedib orada tanımadığı şəxsdən narkotik vasitə heroin almış, həmin heroindən bir qədər qəbul etmişdir. Qalanı isə əynində olan qara rəngli paltonun cibinə qoymuşdur. 02 yanvar 2020-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olarkən polis əməkdaşları yenidən qapılarına gəlmiş, o qapını açdıqda özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Nizami rayon Polis İdarəsinə getmişlər. Polis idarəsində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o, şübhəli şəxs qismində saxlanılmışdır. Ona hüquq və vəzifələri izah edilmiş və öz istəyi ilə seçdiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qismində bölməyə dəvət edilmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 23,86 qram təşkil etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ondan aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməmiş, həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər BPİ-nin Nizami rayon polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 yanvar 2021-ci il tarixdə Nizami rayon polis İdarəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şah sarayı” adlı şənlik evinin yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və Rüfəti Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Aqil Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, X5 Aslanova üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Müdafiəçi Təqsirləndirilən şəxs Namiq oğluna təqdim edildikdən sonra təhqiqatçı X5 Aslanovun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı əynində olan qara paltonun sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşya və predtmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Heroinə oxşar kütlənin çəkisi 23,86 qram təşkil etmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini özünün deməsinə görə 2020-ci ilin dekabr ayının əvvəllərində Yevlax rayonunda tanımadığı şəxsdən almış və istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri, həmçinin ətraf rayon ərazilərində başqa hər hansı cinayət hadisəsi törətməsi barədə tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin Rüfətin hər hansı başqa cinayət hadisəsi törətməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər BPİ-nin Nizami rayon polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 dekabr 2020-ci il tarixdə Nizami rayon polis İdarəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupuna daxil olan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Firuzə” adlı şənlik evinin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs müəyyən edib Rüfətə yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və Rüfəti Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət edib aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı İbrahim Hüseynov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, X3 Aslanova üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Müdafiəçi Təqsirləndirilən şəxs Namiq oğluna təqdim edildikdən sonra təhqiqatçı X3 Aslanovun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd qızılı siqaret falqasına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşya və predtmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür. Heroinə oxşar kütlənin çəkisi 1,25 qram təşkil etmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini özünün deməsinə görə təxminən 10 gün əvvəl Dəmiryol vağazalı ətrafında gəzişərkən tapmış və istifadə etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs Gəncə şəhəri, həmçinin ətraf rayon ərazilərində başqa hər hansı cinayət hadisəsi törətməsi barədə bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin Rüfətin hər hansı başqa cinayət hadisəsi törətməsi müəyyən edilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 yanvar 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 23,86 qram təşkil etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respubliaksı DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tətrəfindən imzalanmışdır. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kimyəvi ekspertizasının 03 yanvar 2021-ci il tarixli 16/08 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “02.01.2021-ci il tarixdə vət.Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunub götürülmüş....” sözləri olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 22,487 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının 1-ci bəndinə daxildir. Həmin narkotik vasitə heroindən tədqiqata 0,2 qram sərf edilmiş, 22,287 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami rayonu Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 4(044)-1/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə, yəni 02 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti tutulduğu gündən, yəni 02 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami rayonu Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 5(044)-1/2021 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ-nin Nizami rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat axtarışı tədbirlərinin həyata keçirilməsinə dair” 02 yanvar 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 dekabr 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, HK- 1/2126 nomrəli material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2020-ci il tarixli 16/790 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd büküm....” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 1,072 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edilmiş, 1,022 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami rayonu Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 4(044)-160/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 dekabr 2020-ci il tarixli “Polisin nəzarəti altına vermə qətiumkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 yanvar 2021-ci il tarixli “Cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanseri Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 1010 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 29.06.2011-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09.02.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 il 3 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Həmin cəza 31.05.2018-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya şöbəsinin 28.12.2020-ci il tarixli 63494/17 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-20/2017 saylı 09.02.2017-ci il tarixli qərarı ilə 1 il 3 ay 22 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-20/2017 saylı 09.02.2017-ci il tarixli qərarı ilə təyin olunmuş 1 il 3 ay 22 gün müddətinə cəza 31.05.2018ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə psixiatrik ekspertizasının 11 fevral 2021-ci il tarixli 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 fevral 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif olunmasına və həmin maddələr ilə ona ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,022 qram və 22,287 qram narkotik vasitə heroinlər və 2 ədəd video görüntülərin yer aldığı video disklər iş üzrə maddi sübut kimi tanınmasına, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin alınması mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********** nömrəli cinayət işindən digər cinayət işi ayrılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 fevral 2021-ci il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəyinin müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və Gəncə şəhər BPİ-nin, İTİ-nin müstəntiqi Sahil Alıyev tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə, həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində gəzdirməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin, narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs 29.06.2011-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-20/2017 saylı 09.02.2017-ci il tarixli qərarı ilə 1 il 3 ay 22 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7(001)-20/2017 saylı 09.02.2017-ci il tarixli qərarı ilə təyin olunmuş 1 il 3 ay 22 gün müddətinə cəza 31.05.2018-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanseri Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 1010 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 dekabr 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, HK- 1/2126 nomrəli material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami rayonu Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 4(044)-160/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami rayonu Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 4(044)-1/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə, yəni 02 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti tutulduğu gündən, yəni 02 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs 05.12.2020-cu il tarixdən 07.12.2020-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02.01.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 1,022 qram və 22,287 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 62 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək bu iş üzrə cəmi 02 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 1,022 qram və 22,287 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar