Məhkəmə qərarları › İş №1(100)-207/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-207/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-207/2022 04.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X14, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Gəncə şəhəri, Nizami rayonu, 2-ci mikrorayon, Yeni Gəncə qəsəbəsi, ev 2, mənzil 35 unvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: «Paranoid şizofreniya» psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, 38 saylı Hərbi şəhərciyin, 422 saylı binasının ön hissəsində (həyətində) ödəniş müqabilində yun yuması, həmçinin digər məişət əşyaları ilə bağlı təmizlik işləri həyata keçirməsi, eləcə də binanın giriş hissəsində, yəni Təqsirləndirilən şəxs yaşayış mənzilinin giriş qapısının önündə X7 döşək hazırlaması ilə bağlı Təqsirləndirilən şəxs narazılığı ilə əlaqədar həmin ünvanda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu yaşadığı evində təsərrüfat təyinatı üçün istifadə etdiyi, lakin istintaqa təqdim edilməyən ülgücü və kifayət qədər büruzə olunan küpü olan yastı tiyə tipli deşicikəsici xassəyə malik bıçaqla döş qəfəsinin sol yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proeksiyasında olan kəsilmiş yara kəsici səthə malik, alt çənədə, sol körpücük sümüyü proeksiyasında sıyrıqlar, sol bazu oynağının bayır səthində və sol qoltuqaltı nahiyədə qançırlar küt mexanizmdən, bərk küt əşyaların təsirindən törənməyə xarakterik olan, canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən, eləcə də, həmin bıçaqla istiqamətləri öndən-arxaya, soldan-sağa olmaqla zərbəvi təsirindən yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan sol bazunun orta 1/3-nin bayır səthindəki yara canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, habelə döş boşluğuna nüfuz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan sol süd vəzinin bayır səthində 1 (bir), qarın boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin ön səthində, xəncərvari çıxıntı proeksiyasında 1 (bir), qarın boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan sol qabırğaltı nahiyədə 1 (bir), qarın boşluğuna nüfuz edərək böyük, kiçik piyliklərin, nazik bağırsağın, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan qarının ön divarında 1 (bir) olmaqla cəmi 5 (beş) ədəd deşilmiş-kəsilmiş ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, Sucayət Məmmədovanın ölümünə bilavasitə səbəb olan sol süd vəzinin bayır səthində olan deşilmiş-kəsilmiş yaranın döş boşluğunu nüfuz etməsi ilə nəticələnən ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə nəticələnən xəsarət yetirib, qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə X8 qəsdən öldürməklə həyatdan məhrum etməsi məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs baş vermiş hadisənin mahiyyəti üzrə ifadə vermək təklif olunsa da o, ifadə verməkdən imtina etmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qızı X20 ilə birlikdə yaşamışdır. Anası Qələmkər, atası Qədir, bacısı Mətanət, qardaşı Vüsal adlı şəxslərdir. 1987-ci il tarixdə Gəncə şəhəri, Nəriman Nərmanov adına 25 nömrəli məktəbdə, 1991-ci ildən etibarən Gəncə şəhəri, Əhməd Cavadov adına 2 saylı orta məktəbdə təhsil almağa başlamış, 1998-ci il tarixdə həmin məktəbdən məzun olaraq X5 Aqronom fakültəsinə daxil olmuş, 2003-cü il tarixdə həmin Akademiyadan məzun olmuşdur. 2005-ci il tarixdə X15 ilə nikaha daxil olmuş, 2007-ci ildə boşanmışdırlar. Həmin evlilikdən qızı 31.12.2006-cı il təvəllüdlü X20 doğulmuşdur. Boşandıqdan sonra Sahib Məmmədov ona evdən çıxmağını bildirmiş, o, bir müddət atasıgildə, yəni ünvan 3 ünvanında yaşadıqdan sonra, 2018-ci ildə anası Qələmkər 3000 (üç min) manat dəyərində yaşadığı evi, yəni ünvan 2 ünvanını ona almışdır. O, həmin tarixdən qaldığı binanın üst mərtəbəsində yaşayan X8 “Sevda” adı ilə tanımışdır. 31.08.2021-ci il tarixdə saat 17 radələrində Sucayət Məmmədova binanın girişində (blokun önündə) döşəyin içində olan yunu yerə tökməklə yumuşdur. Sucayət Məmmədova əvvəllər də mütəmadi olaraq həmin yerdə yun yumuşdur. Bu zaman binanın önündə onun yun yumağına etiraz etmişdir. Etiraz edərkən Sucayət Məmmədova onu təhqir etməyə başlamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. O da eyni sözlərlə qarşılıq vermişdir. Bu zaman o, evdə bıçaqla yemək bişirmək üçün badımcan soyduğundan onun soyüşlərini eşidən zaman əlində olan bıçaqla binanın həyətinə çıxmış, daha sonra Sucayət əlində taxta parçası ilə onun üzərinə gəlmişdir. Sucayət taxtanı kənara atmaqla saçından tutaraq onu alt hissəsinə salmışdır. Həmin vaxt o, Sucayətə “burax vuracam” demiş, Sucayət isə “vur qarın boşluğuma” deyə bildirmişdir. Bu zaman o, bıçaq ilə Sucayətin qarın və sinə nahiyəsinə onu buraxana qədər zərbələr endirmişdir. Onu buraxdıqdan sonra hərəkətini dayandırmışdır. Hadisə yerindən qaçaraq uzaqlaşıb Gəncə Avtovağzalına getmiş, orada Gəncə-Qazax avtobusuna minərək Qazax rayonuna getmişdir. Qazax rayonu, Xanlıqlar kəndində xalası Ülkər İsmayılovanın nəvəsi Mehbarəgilə gedərək qonaq gəldiyini bildirmişdir. Hadisə yaşadığı Gəncə şəhəri, Hərbi şəhərcik 38, 422 nömrəli binanın qarşısında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Sucayət Məmmədovanın binanın girişində (blokun önündə) döşəyin içində olan yunu yerə tökməklə yuması, bu zaman binanın önündə yun yumağına etiraz etdikdən sonra Sucayət Məmmədovanın onu təhqir etməyə başlaması, ona qarşı nalayiq ifadələr işlətməsi və onun da eyni sözlərlə qarşılıq verməsi olmuşdur. Hadisə təxmini olaraq 5-10 dəqiqə çəkmiş, hadisə zamanı Sucayət Məmmədovanın əynində qara rəngli papaqlı kofta və tünd rəngli şortik olmuşdur. Hadisəni törətdikdən sonra Qazax rayonu, Xanlıqlar kəndində xalası Ülkər İsmayılovanın nəvəsi Mehbarəgilə getməkdə əsas məqsədi orada yerləşən Alban abidəsini ziyarət etmək olmuşdur. Hadisə ilə bağlı, o, Mehbarəgilə heç bir məlumat verməmiş, ona görə də onlar sözügedən hadisədən xəbərdar olmamışdırlar. Sucayət Məmmədovaya bıçaq zərbələri vurarkən sonuncu onun saçından tutaraq başını aşağı doğru çəkərək müqavimət göstərmiş, eləcə də hadisə zamanı Sucayət Məmmədovaya bıçaq zərbələri endirməyinə baxmayaraq onun ölməsi barədə məlumatı olmamışdır. Həmin vaxt hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Onun və Sucayət Məmmədovanın digər qonşularla münasibəti yaxşı olmamış, sonuncunun qızı ilə də münasibətləri gərgin olmuş, mütəmadi olaraq aralarında mübahisələri olmuşdur. Hadisə baş verən zaman onu və X23 adlı qonşuları ayırmışdır. Sucayət Məmmədova xəsarətləri mətbəx bıçağı ilə yetirmiş, həmin bıçağın qara rəngli dəstəyi, gümüşü rəngli tiyəsi olmuşdur. O, hadisə baş vermədən əvvəl pəncərədən baxarkən Sucayət Məmmədovanın binanın həyətində oturduğunu və yanında süpürgələr olduğunu görmüş, sonuncu onu təhqir etdikdən sonra bıçaqla çölə çıxmaqda məqsədi Sucayətin ona xəsarət yetirəcəyi halda özünü müdafiə etmək, habelə sonuncu onun üzərinə gələcəyi halda ona xəsarət yetirmək olmuşdur. O, Sucayət Məmmədovaya bıçaq zərbələri endirdikdən sonra sonuncu onun saçını buraxıb ondan uzaqlaşaraq kənarda sakit şəkildə əyləşmiş, həmin zaman Sucayət Məmmədovanın sol qol nahiyəsindən qan axdığını görmüşdür. Bu səbəbdən o, Sucayət Məmmədovaya heç bir yardım göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X27 ifadəsində göstərmişdir ki, X16 onun bacısı olmuşdur. Sucayət Məmmədova o, doğulmazdan öncə evlənərək Gəncəyə köçüb yaşadığından onunla əlaqələri çox sıx olmamış, lakin bəzi vaxtlarda sonuncu 2-3 il fasilə ilə yay aylarında Goranboy rayonu, Baxçakürd kəndinə qohumları ziyarət etmək məqsədi ilə gəlmişdir. 31.08.2021-ci il tarixdə saat 18:00 radələrində mərhum bacısının qonşusu ona zəng edərək Sucayət Məmmədovanın öldüyünü bildirmişdir. Bu zaman dərhal Goranboydan Gəncəyə yola çıxmış, saat 20 radələrində Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 422-nin qarşısına çatmışdır. X12 yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə mübahisəsi yarandığını, nəticə olaraq sonuncu bıçaqla bacısına zərbələr yetirdiyini, daha sonra qaçaraq hadisə yerini tərk etdiyini və Sucayət Məmmədovanın həmin xəsarətlərin nəticəsində hadisə yerində öldüyünü bilmişdir. O, hadisə zamanı orada olmasa da qonşulardan eşitmişdir ki, mübahisə Sucayət Məmmədovanın yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə mübahisəsinin yaranması, nəticədə sonuncu bıçaqla Sucayətə zərbələr yetirmiş, daha sonra qaçaraq hadisə yerini tərk etmişdir. Sucayət Məmmədova həmin xəsarətlərin nəticəsi olaraq hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən etibarən ünvan 4 ünvanında yaşayır. X21 onun qonşusu olmuş, onu yaşadığı ünvana köçdüyü gündən tanımışdır. Sucayət Məmmədova xasiyyətcə çox çətin birisi olmuşdur. Belə ki, o, dəfələrlə müxtəlif məsələlərlə bağlı qonşularla mübahisə etmiş, həmin mübahisələr isə əksər vaxtlarda münaqişəyə çevrilmişdir. Sucayət uzun illərdir ki, qızının övladı, yəni nəvəsi Kənanla birlikdə yaşamışdır. Sucayətin qızı ilə də münasibətləri pis olmuş, belə ki, onların arasında şiddətli münaqişələr baş vermişdir. 31.08.2021-ci il tarixdə, o, qonşularla birlikdə binanın həyətində oturub söhbət edərkən, Sucayət Məmmədova yaşadığı binanın yaxınlığında xalça və döşək yunu yumuşdur. Bu zaman Sucayətin alt qonşusu, həmin binada yerləşən 3 saylı mənzildə yaşayan Məhəbbət adlı qadın əlində bıçaqla həyətə düşərək Sucayətə sərt şəkildə öz iradını bildirib, “Artıq sənin mənim qapımın qarşısına döşək yığmağından bezmişəm, sonuncu dəfə deyirəm, onları oradan yığ, sənə görə mən öz evimdə rahat yaşaya bilmirəm”- demiş, Sucayət isə cavabında “Yaxşı edirəm!” deyə cavab vermişdir. Bundan sonra isə onların arasındakı mübahisə daha da şiddətlənmişdir. Sücayətlə Məhəbbət bir-birini nalayiq ifadələrlə təhqir etməyə başlamış və bu zaman Sucayət bloka daxil olaraq oradan təxminən 1.5 metr ölçüdə üzərində mismarlar olan taxta parçası götürərək geri qayıtmışdır. Onların arasındakı sözlü münaqişə daha da şiddətləndiyindən, onlar bir-birinin saçlarından tutmuş və aralarında süpürləşmə baş vermişdir. Bu anda Şahid1 onlara tərəf qaçaraq Sücayətlə Məhəbbəti ayırmağa çalışmış, lakin bu mümkün olmamışdır. Bu zaman Məhəbbət əlində olan bıçaqla gördüyü qədəri ilə Sücayətə 5-6 dəfə zərbə endirmiş və Sucayətin qolunda qan olduğunu görərək çətinliklə onları ayırıb, Sucayəti taxta pilləkən üzərinə əyləşdirmişdir. Məhəbbət isə bu vaxt əlindəki bıçaqla birlikdə hadisə yerindən qaçaraq oranı tərk etmişdir. Sucayəti bıçaqla vuran digər qonşusu Məhəbbət barəsində bildirir ki, Məhəbbət təxminən 5 il əvvəl yaşadığı ünvana köçməklə, həmin müddət ərzində də tək yaşamışdır. Məhəbbət bildiyi qədəri ilə uzun müddətdir ki, Ruhi-əsəb Dispanserində və Psixiatriya Xəstəxanasında qeydiyyatda durur, onun ruhi-əsəb durumunda bəzi problemlər olmuşdur. Belə ki, onun dəfələrlə Sucayətlə, digər qonşularla sözlü mübahisələri yaşanmış, hətta bununla bağlı polisdə də araşdırma aparılmışdır. Son zamanlar isə Sucayət yuduğu yun döşəkləri nəm şəkildə Məhəbbətin mənzilinin qarşısına yığmış və sonuncu dəfələrlə ona bu barədə xəbərdarlıq edərək, döşəkləri oradan götürməsini tələb etmişdir. Lakin Sucayət buna məhəl qoymamışdır. Onların arasında həmin döşəklərə görə yaranmış münaqişə nəticəsində Məhəbbət Sucayəti bıçaqla vuraraq qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X16 və Təqsirləndirilən şəxs onunla Gəncə şəhəri, Hərbi şəhərcik 38 ünvanında qonşuluqda yaşamışlar. Təqsirləndirilən şəxs daim qonşular ilə mübahisələr və münaqişələr yaşamışdır. Həmin mübahisələr zamanı o, bir neçə dəfə qonşuların üzərinə bıçaqla hücüm çəkmiş, lakin digər şəxslərin müdaxiləsi nəticəsində həmin hadisələrin qarşısı alınmışdır. Bununla bağlı hətta qonşular bir neçə dəfə müvafiq qurumlara şikayət etmişlər. Məhəbbət qonşuluqda tək yaşamış, lakin ara-sıra qızı onun yanına gələrək anasına baş çəkmişdir. Məhəbbətin qızı onun yanına gələn zaman, o, qızı ilə də mübahisələr yaşamış, sonuncunu bir neçə dəfə döyərək fiziki ağrılar yetirmişdir. Onda olan məlumata əsasən, həmin şikayətlərin nəticəsində Məhəbbət bir necə gün psixiatriya xəstəxanasında müalicə almış, daha sonra isə yenidən yaşadığı evə buraxılmışdır. Baş vermiş hadisə ilə əlaqədar bildirir ki, 31 avqust 2021-ci il tarixdə saat 16 radələrində, o, yaşadığı evdə yemək bişirən zaman çöldə səs-küyün olduğunu eşidib həyətə çıxmışdır. Orada Sucayət və Məhəbbətin anidən mübahisə etdiklərini görmüş, həmin vaxt Məhəbbətin əlində bıçaq da olmuş və Məhəbbət “vuracam” deyə Sucayəti hədələmişdir. Lakin, o, həmin mübahisənin yenidən barışıq yolu ilə həll olunacağını zənn edib müdaxilə etməmiş və yaşadığı evə qayıtmışdır. Bundan təxminən 10 dəqiqə sonra, o, qonşuların “bıçaqladı” deyə qışqırdıqlarını eşidib yaşadığı binanın qarşısında izdiham olduğunu görüb çölə çıxmışdır. Həmin zaman o, qonşuların Sucayəti onun yaşadığı binanın qarşısında yerə əyləşdirdiklərini və qonşuların onun ətrafına toplaşdıqlarını görmüşdür. O, Sücayətin halının pis olduğunu görüb Məhəbbətin onu bıçaqlayaraq naməlum istiqamətdə qaçdığını öyrənmişdir. Daha sonra, qonşular Sucayətə ilkin yardım göstərmiş, həmin əraziyə X36 gəlib ona ilkin tibbi yardım göstərsə də, Sucayət Məmmədovanın həyatını xilas etmək mümkün olmamışdır. Məhəbbətin Sucayəti bıcaqlamasının səbəbi isə Sücayətin Məhəbbətin yaşadığı evin qarşısında döşək yığması olmuşdur. Məhəbbət Sücayətə əşyaları onun yaşadığı evin qarşısına yığdığı üçün irad bildirmiş, həmin vaxt onların arasında mübahisə yaranmışdır. Bu zaman Məhəbbət bıçaqla Sucayətə bir çox zərbələr yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sucayət Məmmədova onun anası olmuşdur. Təxminən 2013-cü il tarixdə anası ilə birlikdə ünvan 5 ünvanına köçmüş, həmin vaxt qonşularla münsibətləri yaxşı olmamış, bir neçə dəfə aralarında xırda münaqişələr olmuş və polis vasitəsi ilə münaqişə həllini tapmışdır. Həmin ünvana köçdükdən sonra anası xadiməçilik, yun yumaq, didmək, digər təmizlik işləri ilə məşğul olmaqla qazanc əldə etmişdir. Təxminən 2018-ci il tarixdə Təqsirləndirilən şəxs onlardan bir mərtəbə aşağıda yerləşən Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 422-də yerləşən 3 nömrəli mənzili almışdır. Təxminən 2019-cu ildə də Təqsirləndirilən şəxs ilə Sucayət Məmmədova dalaşsalar da, həmin münaqişə həll olunmuşdur. Təqsirləndirilən şəxs daimi olaraq üzərində iri qara dəstəyi, gümüşü rəngli tiyəsi olan bıçaq gəzdirmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə bıçaq ilə qonşuları hədələmiş, lakin həmin bıçaqla heç kəsə xəsarət yetirməmişdir. Hadisədən 03 ay əvvəl işləmək üçün Bakıya getmiş, həmin vaxt övladlarının hər ikisi anası Sucayət ilə birlikdə yaşamışdır. 31.08.2021-ci il tarixdə saat 17:00 radələrində rəfiqəsi Təhminə Ərəbova ona zəng edərək anasının bıçaqlanaraq öldürüldüyünü bildirmişdir. Bu zaman dərhal Gəncəyə yola çıxmışdır. 01.09.2021-ci il tarixdə saat 00:05-də Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 422-nin qarşısına çatmışdır. Bundan sonra Sucayət Məmmədovanın yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə mübahisəsi yarandığını, nəticə olaraq sonuncu bıçaqla anasına zərbələr yetirdiyini, daha sonra qaçaraq hadisə yerini tərk etdiyini öyrənmişdir. X25 həmin xəsarətlərin nəticəsi olaraq hadisə yerində ölmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında anası Şahid3, azyaşlı bacısı X17 ilə birlikdə yaşayır, hadisə baş vermədən öncə nənəsi X16 həmin ünvanda onlar ilə birlikdə yaşamışdır. 31.08.2021-ci il tarixdə günorta radələrində yatan zaman binanın həyətindən gələn səsə oyanmış, pəncərədən baxdıqda aşağıda nənəsi Sucayət Məmədova ilə alt mərtəbədə yaşayan qonşu Məhəbbətin bir-birlərinə qarşı təhqiramiz sözlər dediklərini eşitmişdir. Həmin vaxt Məhəbbətin sol qolu ilə bədəninin arasında qara dəstəyi olan mətbəx bıçağına bənzəyən bıçaq olmuşdur. Mübahisə zamanı nənəsi özünü müdafiə üçün binanın qarşısından taxta götürməklə Məhəbbəti vurmaq istədikdə taxta qarşıdaki binada yaşayan və onları ayırmağa çalışan Aidə adlı qonşularına dəymişdir. Bundan sonra o, Məhəbbətin bıçaqla nənəsinə xəsarət yetirəcəyindən qorxduğundan dərhal paltarını geyinib binanın həyətinə düşmüşdür. Həmin vaxt artıq Məhəbbət Sucayətə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Məhəbbətin bıçaqla nənəsinə xəsarət yetirdiyi anı o, birbaşa görməmişdir. Binanın həyətinə düşdükdə artıq Məhəbbət bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Həmin vaxt Sucayət Məmmədova binanın həyətində olan pilləkəndə oturulu halda olmuş, qolundan qan axmış, bu zaman huşsuz vəziyyətdə olmuşdur. Daha sonra X36 briqadası gələrək Sucayət Məmmədovanı xəstəxanaya aparmaq istədikdə artıq Sucayət Məmmədova aldığı xəsarətdən ölmüşdür. Aralarında yaranan mübahisə ilə bağlı bildirir ki, Sucayət Məmmədova evlərdə təmizlik, yun yumaq, didmək, təmizləmək işi ilə məşğul olduğundan və həmin yunları binanın 1-ci mərtəbəsində olan dəhlizdə və binanın girişində (blokun önündə) yuduğundan və diddiyindən aralarında münaqişə yaranmış, nəticə olaraq alt mərtəbədə yaşayan Məhəbbət Sucayətə bıçaqla xəsarət yetirərək öldürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri – Gəncə şəhəri, 38 saylı Hərbi şəhərçik, 422 saylı binanın həyətidir. Binanın ön tərəfində TTY avtomobilin içərisində X7 meyiti müəyyən edilmiş, həmin meyit TTY avtomobilinin içərisində olan xərəyin (nasılkanın) üzərində arxası üzərində uzadılmış vəziyyətdə olmuş, bundan sonra meyit tibbi ekspertizadan keçirilmək, yəni xarici və daxili müayinə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Gəncə şəhər şöbəsinə aparılmışdır. Bina ilə üzbəüz durduqda binanın sağ yaxın küncündən 134 sm məsafədə iri daş üzərində X2 məxsus qırmızı rəngli sintetik materialdan hazırlanmış 10 ədəd meşok içərisində nəmli halda olan yun, həmçinin həmin meşokların yaxınlığında beton üzərinə sərilmiş boz rəngli sellofan, onun üzərində isə nəm və qatlanılmış vəziyyətdə xalça, 02 ədəd sarı rəngli olmaqla müxtəlif ölçülü sintetik materialdan hazırlanmış su qabları və qara rəngli rezin su borusu (şlanq) olmuşdur. Həmin su borusu binanın ön tərəfində su krantına bağlanılmaqla boz rəngli sellofan üzərində müəyyən əşyaları yumaq məqsədi ilə çəkilmişdir. Binanın birinci blokunun sağ istiqamətində birinci mərtəbənin pəncərəsinin qarşısında paltar asılması üçün nəzərdə tutulmuş asılqanda 02 ədəd müxtəlif ölçülü və müxtəlif rəngli nəmli və asılmış vəziyyətdə xalça müəyyən edilmişdir. 1 nömrəli bloka daxil olmaq üçün bir ədəd beton, 03 ədəd taxta qatdan ibarət olmaqla pilləkən vardır. Həmin pilləkənin sağ tərəfində məhəccər şəklində taxta materialdan hazırlanmış pilləkən tutacağı üzərində qara və boz rənglərin qarışığı, iki ədəd yan cibli, ön hissədən zəncirbəndli, kapşonlu qısaqol X9 məxsus 01 ədəd jaket, pilləkənin 3-cü qatının üzərində göy naxışları olan ağ rəngli 01 ədəd parça torba, ağqırmızı rəngli 01 ədəd kələğayı (qadın baş örtüyü), üzərində qana bənzər ləkələr olan 01 ədəd mayka, pilləkənin 1-ci, yəni beton qatının qarşısında bir-birindən müxtəlif istiqamətdə rezin materialdan hazırlanmış bənövşəyi rəngli 01 cüt tərlik, həmçinin hadisə yerində mərhum X6 Əhmədovaya xəsarət yetirmək məqsədi ilə götürdüyü üzərində 03 ədəd qismən qatlanmış şəkildə mismar olan 124 sm uzunluğunda taxta parçası aşkar edilməklə cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada ayrı-ayrılıqda qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild İ, səh. 8-21). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 31 avqust 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyitin əynində 01 ədəd bənövşəyi rəngdə üzərində ağ zolaqları olan qısaqol ön yuxarı hissəsində 03 ədəd düyməsi olan qadın köynəyi vardır. Köynək nəmdir. Üzərində vizual olaraq hər hansı bir zədə aşkar olunmadı. Meyitin əynində 01 ədəd qara, boz, ağ naxışlı idman tipli şalvar, 01 ədəd qırmızı, ağ, qara, sarı naxışlı turisik vardır. Meyit qadın cinslidir. Boyu 157 sm-dir. Dəri və görünən selikli qişaları avazımış, meyit rəngindədir. Əl ilə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa tərəfində yerləşməklə, solğun çəhrayımtıl bənövşəyi rəngdədir. Barmaqla təzyiq etdikdə avazıyır, 15 saniyə sonra ərzində əvvəlki rəngi bərpa olunur. Baş tükləri ağarmışdır, uzunluqları 08 sm-dir. Qulaq seyvanları düzgün inkişaf etmiş, xarici qulaq kecəcəklərinə ifrazat yoxdur. Gözləri qapalı vəziyyətdə, bəbəkləri dairəvidir. Diametrləri 0.6 sm-dir. Burun adi formalı, əllədikdə deformasiya müəyyən olunmur. Ağız və burun dəliklərində ifrazat yoxdur. Ağzı yarım açıq vəziyyətdə, dişləri yoxdur. Diş yuvaları tam qapanmışdır. Alt və üst damaqları protezləşmə yataqları müəyyən olunur. Boyun bədənə uyğundur. əzələ qacıması hesabına az hərəkətlidir. Döş qəfəsi normasitemik tiplidir. əllədikdə qabırğalarında deformasiya müəyyən olunmur. Süd vəzləri düzgün inkişaf etmiş, gilələri qonur piqmentasiyalıdır. Qarnı yumuşaqdır. Ön divarları qabırğa qövsləri səviyyəsindədir. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını tam qapamır, piqmentasiyalıdır. Uşaqlıq yolunda ifrazat yoxdur. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmiş, müayinə zamanı tamdırlar. Meyitin xarici müayinəsi zamanı sol süd vəzinin bayır səthində 1.4x0.4 sm yuxarı küt, aşağı iti, döş qəfəsinin ön səthində məməyə bənzər çıxıntı proyeksiyasında 1.3x0.5 sm sağ bucağı küt, sol bucağı iti, sol qabırğa altı nahiyədə 1.4x0.5 sağ bucağı küt, sol bucağı iti, qarnın ön divarında orta xətt üzrə göbəkdən 03 sm yuxarıda 1.3x0.4 sm sağ bucağı küt, sol bucağı iti, sol bazunun orta 1/3-nin bayır səthində 1.2x0.3 sm ölçülərdə ön bucağı küt, bayır bucağı iti, kənarları hamar yaralar, alt çənədə 1.2x0.2 sm, sol körpücük sümüyü proyeksiyasında 01x0.3 sm, üçbucaq formalı ümumi uzunluğu 1.5x0.4 sm ölçülərdə ətraf dəri səviyyələrindən aşağıda yerləşmiş, səthləri qurumuş qırmızımtıl sıyrıqlar, sol bazu oynağının bayır səthində 2x0.5 sm, sol qoltuqaltı nahiyədə 11.5x2.5 sm ölçülərdə qırmızımtıl rəngdə qeyri-müəyyən formalı qançırlar var. Döş qəfəsinin sol yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə 8-ci qabırğa proyeksiyasında 0.4x0.2 sm ölçüdə kənarları hamar yara vardır. Meyitin xarici müayinə zamanı digər xəsarət və onun izləri aşkar olunmadı. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirilmişdir (iş vərəqə: cild İ, səh. 26-42). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 31 avqust 2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış və X7 meyitinə baxış zamanı götürülmüş sonuncuya məxsus 01 ədəd qolsuz jaket, 01 ədəd məmədan, 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd qolsuz kofta, 01 ədəd tursik, 01 ədəd əski parçası, 01 ədəd kəlağayı, 01 ədəd çəkələk, 01 ədəd parça torbaya baxış keçirilmişdir. X2 məxsus paltarlara baxış zamanı aşağıdakılar aşkar olunmuşdur: - 01 ədəd jaket – qara və boz rənglərin qarışığı, iki yan cibli, ön hissədən zəncirbəndli, kapşonlu, qısaqol olmaqla uzunluğu 56 sm, eni 39 sm, üzərində qanabənzər ləkələr müşahidə edilməklə, jaketin ön sol tərəfində aşağı son kənarında 31 sm yuxarıda 01 (bir) ədəd 1.4 sm uzunluğunda zədə, jaketin ön sol tərəfində aşağı son kənarından 17 sm yuxarıda müvafiq olaraq 0.5 sm, 0.7 sm, 0.9 sm ölçülərdə olmaqla 03 ədəd zədə vardır; - 01 ədəd məmədan – açıq çəhrayi rəngli, uzunluğu 48 sm, eni 16 sm, üzərində qanabənzər ləkələr müşahidə edilməklə məmədanın ön sol tərəfində yuxarı son kənarında 01 ədəd 1 sm ölçülü zədə vardır; - 01 ədəd kiçik ölçülü mayka – ağ rəngli, uzunluğu 41 sm, eni 26 sm üzərində qanabənzər ləkələr vardır; - 01 ədəd şalvar – qara və boz rənglərin qarışığı, uzunluğu 68 sm, bel hissədən eni 31 sm olmaqla üzərində qanabənzər ləkələr vardır; - 01 ədəd kofta – qara və ağ rəngli cızıqlı, uzunluğu 71 sm, çiyin hissədən eni 36 sm, iki ədəd yan cibli, öndən üç düyməli olmaqla üzərində qanabənzər ləkələr vardır; - 01 ədəd tursik – qırmızı rəngli, uzunluğu 28 sm, bel hissədən eni 39 sm-dir. - 01 ədəd parça – qırmızı rəngli, uzunluğu 51 sm, eni 42 sm-dir. - 01 ədəd kəlağayı – ağ-qırmızı rəngli, uzunluğu 98 sm, eni 92 sm-dir. - 01 cüt rezin tərlik – uzunluğu 28 sm, eni 10 sm-dir. - 01 ədəd parça torba –üzərində göy naxışlar olan ağ rəngli, uzunluğu 42 sm, eni 29 sm-dir (iş vərəqə: cild İ, səh. 43-52). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2021-ci il tarixli əşyanın götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə vaxtı üzərində olan paltarlar əhəmiyyət kəsb etdiyindən götürülməsinə dair qərar qəbul edilmişdir. (iş vərəqə: cild İ, səh. 93). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2021-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokokoldan görünür ki, Təqsirləndirilən şəxs hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli lasina (şalvar) və 01 ədəd ağ, qırmızı və goy rənglərin qarışığından ibarət olan donu Gəncə şəhər prokurorluğunun inzibati binasında könüllü olaraq təqdim etmişdir. - 01 ədəd göy rəngli lasina- parça materialdandır, üzərində dairəvi formalı qanabənzər ləkələr vardır, həmçinin paltara yaxından baxış zamanı paltarın sol cibinin alt hissədində dairəvi formalı zədə aşkar edilmişdir. - 01 ədəd ağ, qırmızı və goy rənglərin qarışığından ibarət olan don- parça materialdandır, donun müxtəlif yerlərində dairəvi formalı kiçik ölçülü qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli lasina (şalvar) və 01 ədəd ağ, qırmızı və goy rənglərin qarışığından ibarət olan don götürülməklə qablaşdırılmış, bununla da, götürmə və baxış keçirilməsi sona çatmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş vərəqə: cild İ, səh. 94-98). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Sucayət Məmmədovaya kəsici-deçici alətlə xəsarət yetirməklə sonuncunu qəsdən öldürdüyü, yəni qəsdən həyatdan məhrum etdiyi yeri göstərmişdir (iş vərəqə: cild İ, səh. 102-111). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin 29 dekabr 2021-ci il tarixli 122-55417-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra Gəncə şəhəri, N.Nərimanov pr., “Oba” marketin yaxınlığında olan zibil qabının yanına cinayət törədərkən istifadə etdiyi kəsicideşici aləti atmış, lakin qeyd olunan cinayətin alətini tapmaq mümkün olmamışdır (iş vərəqə: cild İİ, səh. 32-38). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 4(043)-172/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə, yəni 30 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs Qədir qızının şübhəli şəxs qismində tutulduğu 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (iş vərəqə: cild İ, səh. 160-161). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanasının 09 sentyabr 2021ci il tarixli 204 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. (iş vərəqə: cild İ, səh. 202). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 sentyabr 2021-ci il tarixli 428 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə Nizami rayon “Ailə sağlamlıq Mərkəzinin” göndərişi əsasında “Asteno-nevrotik sindrom” diaqnozu ilə Gəncə şəhəri PNDrə müraciət etmiş, xəstəyə anket açılaraq müayinə edilmişdir və ona “Rekativ vəziyyət” diaqnozu qoyularaq ambulator müalicə yazılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir. (iş vərəqə: cild İ, səh. 204). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (iş vərəqə: cild İ, səh. 208). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X35 29 sentyabr 2021ci il tarixli 38 nömrəli ekspert rəyindən görünür ki, ********* saylı cinayət işi üzrə təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. X1 şəxsiyət vəsiqəsinin ksero surətinə əsasən qanının qrup göstəricisi AB(İV)RH+ -dir.

2. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfa-dır.

3. X4ma məxsus bir ədəd şalvar, bir ədəd qısaqol kofta, bir ədəd mayka, bir ədəd buzqalter, bir ədəd boz rəngli qısaqol kapşonlu jaket üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər.

4. Təqdim olunmuş bir ədəd əski parçası, bir ədəd torba, bir ədəd taxta parçası üzərində qanabənzər ləkə aşkar olunmadı.

5. X2 məxsus bir ədəd tursik, bir ədəd kəlağayı, bir cüt rezin çəkələk üzərində qanabənzər ləkə aşkar olunmadı.

6. Təqsirləndirilən şəxs, qizıııa məxsus bir ədəd şalvar, bir ədəd qolsuz donun üzərində qanabənzər ləkə aşkar olunmadı. (iş vərəqə: cild İ, səh. 211-216). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 X35 01 sentyabr 2021-ci il tarixli 1499 nömrəli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı boynun aşağı 1/3-nin önsağ yan səthində olan sıyrıqlı qançır küt mexanizmindən, bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, müayinə olunanın dediyi vaxta və şəraitdə əmələ gəlməyə uyğundur, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməmişdir.

2. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində olan xəsarətin yerləşmə nahiyəsinə və xarakterinə görə özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (iş vərəqə: cild İ, səh. 217-220). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 X35 14 oktyabr 2021-ci il tarixli 55 nömrəli ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü, X1 meyitinin məhkəmətibbi müayinəsinə, laborator müayinələrin cavablarına əsasən və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq nəticəyə gəlinmişdir:

1. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər döş boşluğuna nüfüz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan sol süd vəzinin bayır səthində bir, qarm boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthində, xəncərvari çıxıntı proeksiyasında bir, qarın boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan sol qabırğaltı nahiyyədə bir, qarın boşluğuna nüfuz edərək böyük, kiçik piyliklərin, nazik bağırsağın, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan qarının ön divarında bir, yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan sol bazunun orta 1/3-nin bayır səthində bir ədəd olmaqla cəmi beş ədəd deşilmiş-kəsilmiş, döş qəfəsinin sol yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proeksiyasında bir ədəd kəsilmiş yaralar, alt çənədə, sol körpücük sümüyü proeksiyasında sıyrıqlar, sol bazu oynağının bayır səthində və sol qoltuqaltı nahiyyədə qançırlar vardır. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstrilən vaxtda və şəraitdə törənməyə uyğundurlar. - Sol süd vəzinin bayır səthində, döş qəfəsinin ön səthində xəncərvari çıxıntı proeksiyasında, sol qabırğaltı nahiyədə, qarının ön divarında, sol bazunun orta 1/3-nin bayır səthində olan deşilmiş-kəsilmiş yaralar ülgücü və kifayət qədər büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) istiqamətləri öndən-arxaya, soldan-sağa olmaqla zərbəvi təsirlərindən törənmişlər, sol bazunun orta 1/3-nin bayır səthindəki yara canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, digər xəsarətlər isə ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aiddirlər. - Döş qəfəsinin sol yarısının bayır səthində ön qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proeksiyasında olan kəsilmiş yara kəsici səthə malik, alt çənədə, sol körpücük sümüyü proeksiyasında sıyrıqlar/ sol bazu oynağının bayır səthində və sol qoltuqaltı nahiyyədə qançırlar isə küt mexanizmdən, bərk küt əşyaların təsirindən törənməyə xarakterikdirlər, canlı şəxslərdə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir.

2. Mərhum Məmmədovä Sucayət Əli qızının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrinə və xarakterlərinə görə demək olar ki, mərhum S.Ə.Məmmədova xəsarət alarkən ayaq üstə və ya arxası üstə uzanmış və xəsarətləri yetirmiş şəxslə bilavasitə qarşılıqlı vəziyyətlərdə olmuşdur.

3. X1 ölümünə bilavasitə səbəb sol süd vəzinin bayır səthində olan deşilmi-kəsilmiş yaranın döş boşluğunu nüfüz etməsi nəticəsində ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnmələri olmuşdur və mərhumun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir.

4. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticsində metil, etil, propil, ğutil və amil spirtləri, ğarbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qurupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepam törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə: cild İİ, səh. 01-06). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 26 oktyabr 2021-ci il tarixli 16/1054 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X10 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. - X10 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd donun səthi üzərindən tapılmış qara rəngli poliester liflər cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd jaketin və 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X10 məxsus geyim əşyaların tərkib liflərindən yoxdur. - 01 ədəd taxta parçası üzərində X9 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. (iş vərəqə: cild İİ, səh. 21-26). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 28 oktyabr 2021-ci il tarixli 16/1058 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan X2 məxsus jiletin üzərində olan 04 ədəd “a”, “b” zədələri və məmədanın üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 ədəd predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. X2 məxsus köynəyin, şalvarın, maykanın, tumanın, kəlağayının, torbanın, parçanın, tərliyin və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 31.08. 2021 -ci il tarixli 55 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş jiletin üzərində olan dörd ədəd “a”, “b” zədələri və məmədanın üzərində olan bir ədəd zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş boşluğuna nüfuz edərək ürək kisəsinin, ürək əzələsinin, yumşaq toxumalarının zədələnməsi ilə müşayət olunan sol süd vəzinin bayır səthində bir, qarın boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq tuxamalarının zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin ön səthində, xəncərvari çıxıntı proyeksiyasında bir, qarın boşluğuna nüfuz edərək qara ciyərin, yumşaq toxumalarının zədələnmələri ilə müşayiət olunan sol qabırğaaltı nahiyədə bir, qarın boğluğuna nüfuz edərək böyük, kiçik piyliklərin, nazik bağırsağın, yumşaq toxumalarının zədələnmələri ilə müşayət olunan qarının ön divarında bir ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə jiletin üzərində olan dörd ədəd "a” , “b” zədələri və məmədanın üzərində olan bir ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxanda göstərilən zədələr və xəsarətlər üst-üstə düşmüşdür. (iş vərəqə: cild İİ, səh. 27-31). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 558 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik şöbəsinə göndərilməsi zəruridir. (iş vərəqə: cild İ, səh. 231-232). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli 155 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) müəyyən edilir. Bunu cinayət işi materiallan, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin psixiatrı tərəfindən müxtəlif vaxtlarda ambulator müalicələr alması, psixotrop preparatlan ev şəraitində mütəmadi qəbul etməsi, istintaq təcridxanasında saxlanılan zaman özünə və digər şəxslərə xəsarət yetirməyə, intihar etməyə meyilli olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, geyiminə və təmizliyinə fikir verməməsi, özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvali-mhiyyəsi tez-tez dəyişməsi, müayinə gedişində zahiri görünüşünə görə səliqəsiz olması, narahat və gərgin görünməsi, söz ünsiyyəti zamanı sualların bir qismini mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, təfəkkürü adi tempdə olsa da, autik və paraloji xarakter daşıması, mülahizə və mühakimələhndə məntiqsizlik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında sayıqlama fikirləri müəyyən olunması və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişatında Təqsirləndirilən şəxs təfəkkürünün paralogikliyi, proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq kimi əlamətlər müəyyən edilir. İxtiyari yaddasaxlamasının bir qədər aşağı olması, emosional və assosiativ yaddaşın norma həcmində olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Əhvali-ruhiyyə fonu aşağıdır, psixi-emosional vəziyyətində narahatlıq, qəmginlik, sıxıntı, gərginlik müşahidə edilir. Yaranmış situasiyaya tənqidi münasibət göstərmir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini törədərkən onda «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəlik olmuşdur. Hal-hazırda onda həmin xəstəliyə xas əlamətlər aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Paranoid şizofreniya» kimi xroniki psixi xəstəliyinin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmamasını cavablandırmaq mümkün deyildir (onun hazırda anlaqlı olubolmaması məsələsini həll etmək olmaz). Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs mübtəla olduğu «Paranoid şizofreniya» formasında xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyə xas əlamətlər aşkarlanır. Onun təqsirləndirildiyi cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xəstəliyinin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması əvvəlki suallar cavablandırılarkən artıq qeyd edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs verdiyi anamnestik məlumatlara əsasən onun 2006-cı ilin axırında doğuşdan sonra psixi xəstəliyə tutulduğu və ev şəraitində psixotrop preparatlarla müxtəlif kombinasiyalarda mütəmadi müalicə aldığı aydın olur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Lakin, düçar olduğu psixi xəstəliklə əlaqədar o, baş vermiş hadisə zamanı öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional vəziyyəti psixi xəstəliklə şərtləşdiyindən, törətdiyi əməl zamanı öz hərəkətləri tam dərk etmək iqtidarında olmamışdır. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik, implusivlik kimi hallar yaranmış, həmin halların yaranma səbəbi, psixiatrik müayinə zamanı onda müəyyən edilmiş «Paranoid şizofreniya» psixi xəstəliyi ilə əlaqədar olmuşdur. (iş vərəqə: cild İİ, səh. 32-38). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 dekabr 2021-ci il tarixli 171 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin psixiatrı tərəfindən dəfələrlə ambulator müalicələr təyin olunması, psixotrop preparatları ev şəraitində mütamadi qəbul etməsi, istintaq təcridxanasında saxlanılan zaman özünə və digər şəxslərə xəsarət yetirməyə, intihar etməyə meyilli olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə tabe olmaması, geyiminə və təmizliyinə fikir verməməsi, qəribə hərəkətlər etməsi, səbəbsiz gülməsi, fasiləsiz şəkildə yüksək səslə öz-özünə danışması, müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanılması, söhbət zamanı məntiqsiz mühakimələr və fikirlər söyləməsi, bunları əsaslandırmağa çalışması, nitqində ardıcıllığın pozulması, mülahizə və mühakimələrində məntiqsizlik, əlaqəsizlik müşahidə edilməsi, söylədiyi fikirlər arasında məna əlaqəsini itirməsi, təfəkkürünün məntiqsiz, autik və paraloji xarakter daşıması, produktiv psixopatoloji simptomatika qismində münasibət, təqib, təsir, dini məzmunlu, sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, dediklərinə böyük inamla və əminliklə yanaşması, əks-arqumentləri heç cür qəbul etməməsi, özünü qeyri- adekvat aparması, dodaqaltı danışması, anlaşılmayan ifadələr işlətməsi, impulsiv hərəkətlərə meyllilik aşkarlanması, müayinə zamanı şübhəli baxışlarla tez-tez ətrafına boylanması, bəzən isə mənasız gülməsi, maraq dairəsinin məhdud olması, ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişatında Təqsirləndirilən şəxs təfəkkürünün paralogikliyi, nitqinin sürətli və rabitəsiz olması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq, ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin zəif çıxış etməsi, tənqidi münasibətinin enməsi, psixi-emosional vəziyyətində narahatlıq, gərginlik, emosional reaksiyaların adekvat olmaması müəyyən edilir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya olan “Paranoid Şisofreniya” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyinə xas olan psixotik əlamətlərin (şayiqlama fikirləri, hallüsinasiyalar) təsiri altında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərini dərk etmək, onları ölçübbiçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi «Paranoid şizofreniya» xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal- hazırda onda qeyd olunan paranoid şizofreniya psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmamasını cavablandırmaq mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» anlayışları yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən onda xroniki psixi xəstəlik hesab edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməsi (hallüsinasiyalar və sayıqlama fikirləri) nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini anlaqsız vəziyyətdə törətmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs psixi vəziyyəti barəsində aparılan müayinə gedişatında, anamnestik məlumatlara əsasən həmin xəstəliyin (şizofrenik proses) onda uzun illər əvvəl başlanmasını güman etmək olar. Həmçinin cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserində keçirilən ambulator məhkəmə psixiatrik ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 558 saylı rəyində olan 1684/2021 saylı ambulator kartadan məlum olur ki, Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə Gəncə Şəhəri Psixonevroloji Dispanserində həkim psixiatr tərəfindən müayinədə olmuş, psixi vəziyyətinin yenidən pisləşdiyini söyləmiş, yuxu pozuntusundan, əsəbilikdən, ailə üzvləri ailə üzvləri və qonşularla səbəbsiz dava-dalaş etməsindən, ətrafdakılara qarşı şübhələrdən şikayətlənmişdir. Həkim-psixiatr tərəfindən antidepressant, antipsixotik və sedativ dərman preparatları təyin edilməsi onun psixotik vəziyyətdə olmasını sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəİiyinin gedişində psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət indiyə qədər davam edir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs düçar olduğu psixi xəstəliklə əlaqədar əqli-intellektual imkanlarında dəyişiklik yarandığı (təfəkkürünün paralogikliyi, nitqinin sürətli və rabitəsiz olması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq, ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin zəif çıxış etməsi, söylədiklərində məntiqi əlaqənin itməsi, fikirlərinin korreksiya olunmaması, tənqidi münasibətinin enməsi) müəyyən edilir. Buna görə də o, baş vermiş hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, qəzəb, implusivlik kimi hallar yaranmış, həmin halların yaranması keçirdiyi psixi xəstəliyi ilə əlaqədar olmuşdur. (iş vərəqə: cild İİ, səh. 108-115). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərardan görünür ki, cinayət törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. (iş vərəqə: cild İİ, səh. 116-120). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 4(043)-22/2022 nömrəli qərarından görünür ki, cinayət törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qərar qəbul edilmişdir. (iş vərəqə: cild İİ, səh. 126-132). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 fevral 2022-ci il tarixli cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsin yaxın qohumunun qanuni nümayəndə qismində tanınması haqqında qərardan görünür ki, X11 cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs nümayəndəsi qismində təyin edilməklə işdə iştirakı təmin olunmasına dair qərar qəbul edilmişdir. (iş vərəqə: cild İİ, səh. 135-140). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 03 fevral 2022-ci il tarixli nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(iş vərəqə: cild İİ, səh. 150). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 fevral 2022-ci il tarixli maddi sübut qismində tanıma haqqında qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 ədəd taxta parçası, Təqsirləndirilən şəxs ədir qızına məxsus 01 ədəd göy rəngli losin (şalvar); 01 ədəd ağ, qara və çəhrayi rənglərin qarışıqından ibarət don və X2 məxsus 01 ədəd qırmızı rəngli tursik; 01 ədəd qara və boz rəngli sintetik materialdan hazırlanmış şalvar; 01 ədəd qara və ağ rəngli cızıqlı kofta; 01 ədəd qırmızı rəngli parça; 01 ədəd kiçik ölçülü mayka; 01 ədəd açıq çəhrayi rəngli məmədan; 01 ədəd ağ-qırmızı rəngli kəlağayi, 01 cüt rezin tərlik, 01 ədəd qara və boz rənglərin qarışığından ibarət jaket, 01 ədəd üzərində göy naxışlar olan parça torba iş üzrə maddi sübut qismində tanınmaqla Gəncə şəhər prorkurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir .(iş vərəqə: cild İİ, səh. 183-184). Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli,o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Gəncə şəhər Prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, 01 ədəd taxta parçası, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli losin (şalvar); 01 ədəd ağ, qara və çəhrayi rənglərin qarışıqından ibarət don və X2 məxsus 01 ədəd qırmızı rəngli tursik; 01 ədəd qara və boz rəngli sintetik materialdan hazırlanmış şalvar; 01 ədəd qara və ağ rəngli cızıqlı kofta; 01 ədəd qırmızı rəngli parça; 01 ədəd kiçik ölçülü mayka; 01 ədəd açıq çəhrayi rəngli məmədan; 01 ədəd ağ-qırmızı rəngli kəlağayi, 01 cüt rezin tərlik, 01 ədəd qara və boz rənglərin qarışığından ibarət jaket, 01 ədəd üzərində göy naxışlar olan parça torba qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, lifli ekspertizasının keçirilməsi ilə əlaqədar 30 manat 40 qəpik və məhkəmə trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 31 manat 50 qəpik olmaqla ümumilikdə 61 manat 90 qəpik ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468 - 477 -ci maddələrini rəhbər tutaraq məhkəmə

Qərara aldı:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edlsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, lifli ekspertizasının keçirilməsi ilə əlaqədar 30 manat 40 qəpik və məhkəmə trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 31 manat 50 qəpik olmaqla ümumilikdə 61 manat 90 qəpik ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin.

İş üzrə maddi sübutlar – Gəncə şəhər prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan, 01 ədəd taxta parçası, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli losin (şalvar); 01 ədəd ağ, qara və çəhrayi rənglərin qarışıqından ibarət don və X2 məxsus 01 ədəd qırmızı rəngli tursik; 01 ədəd qara və boz rəngli sintetik materialdan hazırlanmış şalvar; 01 ədəd qara və ağ rəngli cızıqlı kofta; 01 ədəd qırmızı rəngli parça; 01 ədəd kiçik ölçülü mayka; 01 ədəd açıq çəhrayi rəngli məmədan; 01 ədəd ağ-qırmızı rəngli kəlağayi, 01 cüt rezin tərlik, 01 ədəd qara və boz rənglərin qarışığından ibarət jaket, 01 ədəd üzərində göy naxışlar olan parça torba qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar