Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-207/2023 14.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X4 ibarət tərkibdə, X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin nümayəndəsi müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X17, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, 3-cü qrup əlil, işləməyən, Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi ev 62-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmçinin soyuq silah hesab edilən bıçaqdan silah qismində istifadə etməklə, təkrar, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan şəxslər üzərində zorun tətbiq edilməsi hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 26 avqust 2022-ci il tarixdə saat 04-30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onun işlətdiyi Gəncə şəhəri, Hacıkənd qəsəbəsindəki kafeyə müştəri kimi gətirdiyi, onun tanışı X1 stol, stullarını, divanlarını aşırıb dağıtması və kafenin qarşısında şəhidlərin şəkilləri asılmış lövhənin yanında onların ruhuna hörmətsizlik edərək Gülçin Tağıyevanın alkoqollu içki içməsi onu hiddətləndirmiş, bu səbəbindən Zərərçəkmiş şəxs1 Gülçin Tağıyevanı kafeyə nəyə görə gətirmisən deyib, əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, digər avtomobil hərəkət iştirakçılarına təhlükə yaratmaqla, Zərərçəkmiş şəxs1 idarə etdiyi Mersedes E-230 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilini özünün idarə etdiyi dövlət nömrəsi məlum olmayan VAZ 2106 markalı avtomobili ilə qəsdən vuraraq özgənin əmlakını zədələyib, zərərçəkmiş şəxsə 1598 manat məbləğində maddi zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 avtomobildən düşərkən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib,xuliqanlıq niyyətilə qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol əng sümüyünün, sol gicgah sümüyünün almacıq qövsünün və əsas sümüyün böyük qanadının sınması ilə müşahidə olunan, sol göz və gözətrafı nahiyənin hematoması, yumşaq toxumalarının əzilməsi, sol gözün ağlı gişasına qansızma ilə nəticələnən, ümumilikdə insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa, o,təkrar, 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, polisin iş fəaliyyətini pozması ilə nəticələnən və polis əməkdaşları xidməti iş yerlərini tərk edərək, onun qanunsuz hərəkətləri nəticəsində həmin yerə toplaşması, eyni zamanda polis əməkdaşlarına və kənardan onun hərəkətlərinə həmin yerə toplaşmış şəxslərə məhəl qoymadan onların gözü qarşısında qanunsuz yolla istintaqa məlum olmayan mənbədən əldə edib, üzərində saxlamış olduğu silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı ilə Gəncə şəhər Baş Polis İdasinin inzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlı hasara bərkidilmiş kapron məhəccəri qəsdən vuraraq özgənin əmlakını zədələyib, Gəncə şəhər Baş Polis İdarəsinə 380 manat məbləğində maddi zərər vurmuş, onun qərəzli hərəkətlərini dayandırılmasını tələb edən polis əməkdaşlarınının ünvanlarına nalayiq ifadələr işlədib, polislər üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək, əlində olan bıçaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri, Gəncə şəhər Baş Polis İdarəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olan, Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 və həmin bölüyün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs3 zorun tətbiq edilməsi hədəsi ilə yəni, onları öldürəcəyi, xəsarətlər yetirəcəyi ilə hədələmiş, polislərin onun hərəkətlərini dayandımaq üçün daha da ona tərəf yaxınlaşdıqlarını görüb, öz qarın nahiyəsini əlində olan bıçaqla bir neçə yerdən kəsərək, özünə kəsilmiş xəsarətlər yetirmiş, bundan sonra ətrafda olan şəxslərə məhəl qoymadan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, piyada Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına gedərək, vətəndaşların sıx toplaşdığı yerdə əlində olan həmin bıçaqla insanlar üzərində zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirməklə, Gəncə şəhəri, H.Əliyev prospektində olan avtomobil yoluna çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətlərini dayandırmış və yenidən əlində saxladığı bıçaqla bədəninin müxtəlif yerlərinə vuraraq, sol said və qarın nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya bədən xəsarətləri yetirməklə, aid ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan soyuq silah hesab edilən bıçaqdan silah qismində tətbiq edərək, özgənin əmlakını zədələməklə, əlində olan bıçaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış və hazırda 3-cü qrup əlildir. O, döyüşlərdə iştirak etməyinə görə cənab Prezident tərəfindən 3 medalla təltif olunmuşdur. Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yolun kənarında kiçik yay kafesi açmış, həmin kafeni işlətmişdir. Şahid1 təxminən 3-4 ay bundan əvvəl tanımış, arada onunla görüşmüşdür, yaxın münasibəti olmuşdur. Son zamanlar aralarında küskünlük yaranmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında təxminən saat 04 radələrində Ayşən onun mobil telefonuna zəng edib Hacıkənd qəsəbəsinə onun yanına gələcəyini demiş, o da obyekdə olmadığını, yaşadığı evdə olduğunu və gəlməməsini demişdir. Bu zaman Ayşənin yanında olan tanımadığı, sonradan adı ona məlum olan X2 əlindən telefonu alıb onunla nalayiq ifadələrlə, söyüşlə danışmağa başlamış, o da onun bu hərəkətindən əsəbləşmiş, ona kafesinə getməməklərini demiş, lakin onlar artıq kafeyə çatdıqlarını demişlər. O da idarə etdiyi VAZ 2106 markalı avtomobillə saat 04:30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsindəki kafesinə getmişdir. Bu zaman o,Gülçin və Mersedes markalı avtomaşının sürücüsü Zaur adlı şəxsin orada durduqlarını görmüşdür. Ayşən isə həmin yerdə olmamışdır. Həmin vaxtı o obyektinin yanına gəlmiş və Gülçinin sərxoş vəziyyətdə olduğunu, obyektinin bayır hissəsində qoyduğu divan, kreslo və stoları aşırıb dağıtdığını, görmüşdür. Həmçinin Gülçin sərxoş vəziyyətdə şəhidlərin şəkili vurulmuş plakatın altında “Yaquar” markalı spirtli içki içdiyini də görmüşdür. Bu zaman o, obyektinin dağılmasına və ən əsası Gülçinin şəhidlərin şəkilləri vurulmuş plakatın yanında durub içki içməsinə görə bərk hiddətlənib sonuncuya iradlarını bildirmişdir. Bu zaman Gülçin yenə ona qarşı nalayiq söyüşlər söymüş və o da əsəbləşərək Gülçini əli ilə itələmişdir. O, Zaura yaxınlaşıb bu qızları niyə bura gətirdiyini demiş, Zaur da taksi sürücüsü olduğunu deyib, avtomaşınını Hacıkənd qəsəbəsi istiqamətində idarə edərək getmişdir. Gülçin isə həmin ərazidən meşə sahəsinə qaçmışdır. O, həmin vaxtı çox əsəbləşdiyinə görə avtomaşınını idarə edərək Zaur idarə etdiyi Mersedes markalı avtomaşının arxası ilə getmişdir. O, Hacıkənd qəsəbəsinin mərkəzinə çatanda Zaurun “Mersedes” markalı avtomobili ilə geri qayıtdığını görmüşdür. Bu zaman o, avtomobilini saxlaması üçün Zaura işarə etmiş, lakin sonuncu avtomobili saxlamadığına görə o, idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə Zaurun idarə etdiyi “Mersedes” markalı avtomobilin qarşısına çıxıb, qarşı-qarşıya onu vurmuşdur. Onlar avtomobillərindən yerə düşmüş, və o, Zaura bir daha qızları niyə bura gətirdiyini soruşmuşdur. Zaur isə ona qızları tanımadığını, taksi sürücüsü olduğunu, qızların sifarişi əsasında onları Hacıkənd qəsəbəsinə gətirdiyini bildirmişdir. O, Zaurun ona tərəf qəzəbli şəkildə gəldiyini görüb, bundan başqa onun Ayşəni və Gülçini onun obyektinə gətirməsinə və onun obyektinin dağılmasına əsəbləşərək Zaurun sifətinə və bədəninin müxtəlif yerlərinə yumruq zərbələri vurmuşdur. Bu zaman Zaur özünü pis hiss edərək yerə yıxılmış və o, avtomobilinə əyləşib həmin yerdən birbaşa özü Gəncə şəhəri 2-ci Polis Şöbəsinə gəlmiş və hadisə barədə izahat vermişdir. O polis bölməsində olarkən Zaurla Gülçinin ondan şikayət etdikləri məlum olmuşdur. O, izahat verdikdən sonra evinə getmişdir. 12 sentyabr 2022-ci il tarixdə müstəntiq Röyal ona zəng edərək Baş Polis İdarəsinə gəlməsini demişdir. Onunla birlikdə olan Gəncə şəhər Qazilər Cəmiyyətinin sədri Samir müəllim Röyala indi başlarının qarışıq olduğunu, daha sonra şəxsən özü onu gətirəcəyini demişdir. 27 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində yenidən Röyal onun telefonuna zəng etmiş, işi ilə bağlı mütləq gəlməli olduğunu bildirmiş, o da anım günü olduğunu,sonra gələcəyini demişdir. O, həmin gün saat 18 radələrində evlərinə gedəndə anası Şəmsiyyə ona tanımadıqları nömrələrdən bir neçə dəfə zənglər gəldiyini demişdir. O da həmin nömrələrə baxanda müstəntiq Röyalın nömrəsini görmüş, Röyalı yığaraq ona “sənə kim icazə verib ki, mənim ailəmə zəng edirsən” deyə iradını bildirmişdir. Röyal da ona gəlmədiyi üçün ailəsinə zəng etdiyini və barəsində cinayət işi başladığını bildirmiş və polis idarəsinə gəlməsini demişdir. O da Röyalın onun ailəsinin telefonuna zəng etməsindən bərk əsəbləşərək evdən özünə məxsus qatlanan cib bıçağını da götürüb təxminən saat 19 radələrində Göygöl rayonundan tanımadığı taksi ilə Gəncə şəhərinə, oradan da tanıdığı taksi sürücüsü, döyüş yoldaşı Elnurun QAZ 31 markalı, ** CO *** nömrə nişanlı avtomobili ilə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısına gəlmişdir. O, həmin gün ağrıkəsici dərmanlar qəbul etmiş, özündə olmamış, bərk əsəbləşmişdir. O avtomobildən düşən kimi əynində olan köynəyini çıxarıb yüksək səslə qışıraraq bıçaqla özünə xəsarətlər yetirməyə başlamışdır. Elnur da ona yaxanlaşmaq istəmiş, onu da yaxın buraxmamışdır. Baş İdarənin qarşısında giriş postunda dayanan əməkdaşlar və digər polislər də əlindən bıçağı almaq üçün ona yaxınlaşmaq istəmiş, lakin o onlara “mənə yaxın gəlsəniz özümü öldürəcəm” deyərək qarnına, qollarına əlindəki bıçaqla xəsarətlər yetirmişdir. Sonra bıçaqla Baş İdarənin dəmir çəpərinin arxasındakı qoruyucu kapron löhvəni də bıçaqla vurub deşmişdir. Polislərin daha yaxın gəldiyini gördüyündən o, onları yenə özünü öldürəcəyi ilə hədələyib qaçaraq Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına getmişdir. Orada da səs-küy salmış və yenə özünə xəsarətlər yetirmişdir. Bu zaman ətrafa çoxlu sayda adamlar toplaşmışdır. Ona yenə polis əməkdaşları yaxınlaşmış, onu sakitləşdirmişlər. Bu zaman ondan çox qan axmışdır. Ona görədə məcbur olub polisə yaxınlaşmış və bıçağı təhvil vermişdir. Polislər onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış, orada ona yardım etmişlər. O, sonra müalicəsini Bakı şəhəri “Semaşka” adlanan xəstəxanasında davam etdirmişdir. Onun Baş Polis İdarəsinin qarşısına gələndə məqsədi müstəntiqə və başqa şəxslərə xəsarət yetirmək olmamışdır. O, ancaq əsəbləşəndə özünə xəsarət yetirdikdə sakitləşmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin polis nəfərləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Ruslan O, heç bir polisin unvanına söyüş söyməmiş, onları öldürməklə hədələməmişdir.O, ancaq onlar yaxınlaşıb onu saxlamaq istədikdə yaxın gəldikləri təqdirdə özünü öldürəcəyini deyib özünə xəsarətlər yetirmişdir. Onun üzərində olan bıçağı ona müharibəyə gedəndə tanımadığı şəxs hədiyyə vermişdir. Onun hadisə zamanı idarə etdiyi “VAZ 2106” markalı avtomobilin dövlət nömrəsi yadında olmamış, həmin avtomobili hadisədən 5-6 gün qabaq Gəncə şəhərində lombardan götürmüş, sonra geri qaytarmışdır. Həmin avtomobil ona məxsus olmamışdır. Törətdiyi əməllərdən peşmandır, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, özü hazrıda rəsmi olaraq "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, eyni zamanda özünə məxsus Mersedes E-230 markalı, ** BP *** dövlət nömrə nişanlı avtomobili ilə evdə olduğu vaxtlarda taksi kimi fəaliyyət göstərərək gündəlik qazanc əldə edir. X8 təxminən hadisə baş verməmişdən bir həftə qabaq müştəri kimi tanımışdır. Gülçin Tağıyeva taksi lazım olan zaman ona zəng etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, yalnız xx.xx.2022-ci il tarixdə tanımışdır. Onunla qabaqlar heç bir münasibəti və ədavəti olmayıb. xx.xx.2022-ci il tarixdə saat təxminən 03 radələrində Gülçin ona zəng edərək taksi lazım olduğunu bildirmişdir. O, Gülçinə hal-hazırda Moskva marketin qarşısında olduğunu bildirmişdir. Bir qədər sonra Gülçin və yanında olan tanımadığı, sonradan adı ona məlum olan Ayşən adlı qız ilə gəlmişlər. Gülçin ön oturacaqda əyləşib ona onları Haçıkənd qəsəbəsinə aparmasını demişdir. O da razılaşmış və birlikdə Haçıkəndə yola düşmüşlər. Yolda olarkən Gülçin və Ayşən telefonla kimləsə mübahisə edərək danışmışlar və bir-birilərinə nalayiq ifadələrl işlətmişlər. Onlar Haçıkənd qəsəbəsinə təxminən saat 04 radələrində çatmışlar.Gülçin onu kafelərin birinin qarşısında saxlatmış və avtomobildən düşərək kafeyə getmişdir. Ayşə isə oradan uzaqlaşmışdır. O, isə idarə etdiyi avtomobilində onları gözləmişdir. Təxminən 5 dəqiqədən sonra kafenin qabağında “VAZ 2106” markalı avtomobil saxlamışdır. Avtomobildən düşən adını sonradan bildiyi Eşqin adlı şəxs dərhal kafeyə tərəf getmiş, orada əyləşən Gülçinə qışqıraraq onu əl zərbələri ilə döymüş, onun saçından tutub başını onun avtomobilinin sağ qanadına vurmağa başlamışdır. Sonra Eşqin ona “sən niyə bunları bura gətirmisən” demiş, o da “görürsən ki, maşınımın üstündə şahmat var, mən taksi sürücüsüyəm” deyə cavab vermişdir. Eşqin ona tərəf gələndə o, Eşqin onunla dalaşacağını fikirləşmiş, ona görə avtomobilini işə salaraq oradan uzaqlaşıb Hacıkənd qəsəbəsi istiqamətinə gedib, həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra manevr edərək, Gəncə istiqamətinə qayıtmaq istəmişdir.O, manevr edib geri qayıdanda Eşqinin idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə onun arxası ilə gəldiyini görmüşdür. Həmin vaxt onlar qarşı qarşıya olmuşlar. Eşqinin avtomobilini onun üzərinə sürdüyünü görüb idarə etdiyi avtomobili qəzadan yayındırmağa çalışsa da “VAZ 2106” markalı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Eşqin dərhal avtomobildən düşərək əlində olan qatlanmayan böyük mətbəx bıçağı ilə onun üzərinə doğru gəlmiş, o, həmin bıçaqla onu vurmaq istəyən zaman sonuncu əli ilə onun əlindən tutmuşdur. Lakin Eşqin digər əli ilə onun boğazından tutmuş, sıxmağa başlamış, o nəfəs ala bilmədiyi üçün huşunu itirmişdir. Təxminən yarım saatdan sonra özünə gəldikdə o, yanında heç kəsin olmadığını, burnundan və alnından qan axdığını, sifətinin sol hissəsinin şişmiş və keyləşmiş vəziyyətdə olduğunu görmüşdür. O, bir az özünə gələndən sonra saat 05 radələrində baş verənlər barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları gəlmiş və onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Xəstəxanada ona almacıq və çənə sümüyümün qırıldığını bildirmişlər. Hadisə təxminən 3-5 dəqiqə, özünə gəlməyi isə yarım saat davam etmişdir. Hadisə nəticəsində onun avtomobilinin sol qabaq hissəsinə ziyan dəymiş, qiymətləndirmə aparılıb, 1598 manat zərər olduğu müəyyən edilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Hadisə vaxtı əynində olan paltarların ona qaytarılmasından imtina edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3ü ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində polis serjantı Zərərçəkmiş şəxs2 ilə Gəncə Şəhər Baş Polis İdarəsinin nəzarət buraxılış qapısında xidmətdə olarkən, adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs, Şahid4 və adını bilmədiyi digər bir nəfər şəxs Gəncə Şəhər BPİ-nin inzibati binasının qarşısında qara rəngli, QAZ-3110 markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobildən düşərək Baş Polis İdarəsinin qarşısındakı mühəccərə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs əynində olan köynəyi çıxarıb, polisin ünvanına nalaiq söyüşlər söyərək, Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi Röyal Verdizadənin adını çəkərək, onun ünvanına nalayiq söyüşlər söymüş və əlində olan bıçaqla əvvəlcə BPİ-nin inzibati binasının qarşısında olan dəmir mühəccərə bərkidilmiş kapron lövhəyə zərbə vuraraq lövhəni zədələmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb onu nizam intizama dəvət etmişlər, lakin Təqsirləndirilən şəxs sakitləşməyərək yaxın gələcəkləri təqdirdə özünü də onları öldürəcəyini deyərək onları hədələmişdir. Şahid4 də əli ilə BPİ-nin inzibati binasının qarşısında olan dəmir mühəccərə yumruqla vurub, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Digər tanımadığı şəxs aralıda durmuşdur. Eşqinin nalayiq söyüşlərini səsküyünü, etdiyi hərəkətləri eşidən Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidmətdə olan polis əməkdaşları binanın həyətinə çıxmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yenidən polisin ünvanına nalayiq söyüşlər söyərək yol ilə piyada hərəkətdə olan və ətrafda yaşayan sakinlərin nəzərini özünə cəlb etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu nizam intizama yenidən dəvət etmiş, qanunsuz hərəkətlərini saxlamasını xahiş etmişlər. Şahid4 isə onlara yaxınlaşmamaqlarını, Eşqinin onları da özünü də bıçaqla vuracağını deyib onlara yaxınlaşmağa imkan verməmişdir. Təqsirləndirilən şəxs yenə ona yaxınlaşacaqları halda əlində olan bıçaqla onları və özünü vuracağını deyib, bıçaqla özünün qarın nahiyəsinə bir neçə dəfə xəsarətlər yetirərək Şahid4 ilə birlikdə Gəncə şəhəri Atatürk prospektində yerləşən Gəncə Apellyasiya Məhkəməsi istiqamətdə qaçmışlar. Hadisə təxminən 20 dəqiqə davam etmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Hadisə vaxtı əynində olan paltarların ona qaytarılmasından imtina edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ifadəsində polis baş serjantı Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Göygöl rayon sakini sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında qərəzli xuliqanlıq hərəkətləri edən zaman üzərində gəzdirdiyi bıçaqla, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlarına bərkidilmiş kapron məhəccərə qəsdən zərbələr vurub, məhəccəri zədələyərək, Gəncə şəhər Baş Polis İdarəsinə 380 manat zərər vurmuşdur. Hazırda o, təqsirləndirilən şəxslədən heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi vermiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:30 radələrində polis serjantı Şahid3 ilə birlikdə **-PS-*** dövlət nömrə nişanlı patrul avtomobili ilə Gəncə şəhəri inzibati ərazisində 1-2 saylı postda xidmət apararkən Gəncə şəhər BPİ-nin növbətçi hissəsindən məsul növbətçi efir vasitəsi ilə, bir nəfər şəxs əlində bıçaqla Gəncə şəhəri, Atatürk prospektində Gəncə şəhər İcra Hakimiyyətinin arxa hissəsində özünü kəsərək polisə tabesizlik göstərdiyini və onların həmin əraziyə getməyini bildirmişdir. Onlar da həmin əraziyə yaxın olduğu üçün dərhal qeyd olunan əraziyə getmişlər. O, Şahid5la həmin yerə çatanda adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs bədəninin yuxarı yarı hissəsi lüt vəziyyətdə olmaqla əlində olan bıçaqla qolunu və qarın nahiyəsini kəsərək Gəncə şəhəri, R. Qasımov küçəsi istiqamətdə getdiyini görmüşlər. Onlardan başqa Gəncə şəhər BPİ-nin digər əməkdaşları da Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs adını çəkmədiyi müstəntiqin ünvanına nalayiq söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs polisin qanuni tələbinə əməl etməyərək öz qanunsuz hərəkətlərini davam etdirərək piyada Atatürk prospekti ilə R.Qasımov küçəsinin kəsişməsinə gedib, oradan R.Qasımov küçəsinə dönmüşdür. Sonra Təqsirləndirilən şəxs R.Qasımov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinə getmiş, həmin yerdə o və digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs tutub əlində olan qara rəngli bıçağı əlindən almışlar. Bundan sonra o Şahid3lə birlikdə Təqsirləndirilən şəxs və əlində olan qara rəngli dəstəyi olan açılıb qatlanan bıçaqla birlikdə, Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparıb, növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs 1-ci PŞ-yə aparan zaman onun qolunda və bədənində kəsdiyi yerləri sarımışlar. Təqsirləndirilən şəxs əlində olan bıçaqla özünə xəsarət yetirərkən, o və Şahid5 Eşqini tutub əlində olan bıçağı ondan alarkən onlara və ya digər kiməsə də xəsarətlər yetirməsinə imkan verməmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfəri,polis serjantı Şahid3 ifadəsində polis serjantı Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində onun döyüş yoldaşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18-30 radələrində Eşqin istifadəsində olan ********** nömrəli mobil telefonla onun istifadəsində olan ********** nömrəli mobil telefonuna zəng edərək Gəncə şəhər Baş Polis İdarəsinə çağrıldığından ora getdiyini bildirmiş, o da sonuncuya “səhər gedərik” deyə cavab vermişdir. Eşqin isə “yox bu gün getməliyəm” demiş, o da Eşqinə “gözlə birlikdə gedək demişdir. Eşqin yaşadığı Göygöl rayonu istiqamətindən Gəncə istiqamətinə gəlmiş,o da idarə etdiyi “QAZ-3110” markalı, ** CO *** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi istiqamətinə gelərək Eşqinlə Gülüstan qəsəbəsində görüşmüşdür. Eşqin çeçen ləqəbli adını bilmədiyi dostu ilə olmuşdur. O, Eşqinlə çeçeni avtomobilə mindirib, Gəncə şəhər BPİ-yə gəlmişdir. Eşqin avtomobildə ona “məni müstəntiq Röyal çağırıb, Röyal evimizin nömrəsini internetdə paylaşıb” demişdir. X24 zəng edib “sən mənim evimin telefonunu internetdə paylaşmısan” demiş, Röyal isə telefonda Eşqinə nəsə demiş, bu zaman Eşqin Röyalı telefonda söymüşdür. Sonra onlar Gəncə şəhər Baş Polis İdarəsinə çatmışlar. Eşqin avtomobildən düşən kimi köynəyini soyunub cibində olan cib bıçağını çıxarıb uca səslə qışqıraraq Röyalın oraya gəlməsini istəmişdir.Gəncə şəhər BPİ-nin qarşısında dayanmış polislər ona Röyalı tanımadıqlarını bildirmişlər. Bundan sonra Eşqin Baş Polis İdarəsinin qarşısında olan dəmir məhəccərə bıçaqla zərbə vurub zədələmiş, polis əməkdaşları Eşqinə yaxınlaşıb onu sakitləşdirmək istəmiş, Eşqin isə yenə də söyüşlərini davam etdirib Röyalın gəlməsini tələb etmişdir. Bundan sonra polis əməkdaşları yenə Eşqini nizam intizama dəvət etsələr də o, sakitləşməmiş, əlində olan bıçağı bir neçə dəfə bədəninə sürtüb kəsmişdir. O da Eşqinə yaxınlaşıb onu sakitləşdirmək istədikdə Eşqin özünü kəsmişdir. Eşqin sakitəlməyərək öz hərəkətlərini davam etdirərək oradan uzaqlaşmış, o da onun arxası ilə getmişdir. Polis əməkdaşları da Eşqinin arxası ilə getmişlər. X25 Universitetinin qarşısına getmiş, orada da hərəkətlərini davam etdirmiş, polis əməkdaşalrı orada Eşqini zərərsizləşdirmiş və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində göstərmişdir ki, X11 onun rəfiqəsidir. Təqsirləndirilən şəxs ilə bir ildir ki, qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Aralarında münasibəti normaldır, arada bir mübahisələri olmuşdur. 26 avqust 2022-ci il tarixdə saat 02 radələrində o, rəfiqəsi Gülçinin kirayədə yaşadığı evdə onunla oturub yeyib içmiş, sərxoş olmuşlar. Sonra Gülçin bir neçə dəfə taksi kimi dəvət etdiyi sonradan adı ona məlum olan “Mersedes” markalı avtomobili olan taksi sürücüsü Zərərçəkmiş şəxs1 zəng edib, onları Gəncə şəhəri Hacıkənd qəsəbəsində kafeyə aparmasını istəmişdir. Onların fikri çay içmək olmuşdur. Taksı sürücüsü gəlmiş və onları Gəncə şəhərində yerləşən Moskva marketin yanından götürmüşdür. Gülçin avtomobildə ön oturacaqda, o isə arxada oturmuş və onlar Hacıkənd qəsəbəsinə yola düşmüşlər. Saat 04 radələrində onlar oraya çatmışlar. Onlar yol gedəndə o, Eşqinə zəng etmiş, o sərxoş olduğundan aralarında mübahisə yaranmış, onlar bir-birini telefonda söymüşlər. Onlar Hacıkənd qəsəbəsinə çatmışlar. O, Gülçinə “mən Eşqinlə danışmışam, o Hacıkənd qəsəbəsindəki kafesinə gələcək onunla barışmaq istəyirəm” demişdir. Onlar Eşqinin işlətdiyi kafenin yanında taksidən düşmüş və taksi sürücüsü onları orada düşürüb getmişdir. Bu zaman Eşqin gəlmiş və yenə onunla mübahisə etməyə başlamış, həmin vaxt Gülçin yüksəklikdə dayanmış, Gülçin sərxoş olduğundan büdrəyərək dərəyə düşmüşdür. O, tez Eşqindən aralanıb Gülçinin dalınca dərəyə qaçmış, onun telefonu onda qalmışdır. O, həmin vaxt saat 05 radələrində Gülçinin ********** nömrəsindən DİNnin 102 xidmətinə zəng etmiş və polisin gəlməsini istəmişdir. Sonra polisin gəlməsini gözləməmiş, oradan bir taksi maşınına minmişdir. Ona Gəncə şəhəri 2-ci Polis Şöbəsindən zəng gəlmiş, və polis bölməsinə gəlməsini bildirmişlər. O da oradan 2-ci Polis Şöbəsinə gəlib, izahat vermişdir. Sonradan ona Eşqinlə taksi sürücüsü Zaur dalaşması, Eşqin ona xəsarət yetirməsi, Zaurun avtomobilini Eşqinin özü idarə etdiyi avtomobili ilə vurub əzməsi məlum olmuşdur. Eşqinin nə üstə Zauru döyüb ona xəsarət yetirməsindən məlumatı olmamışdır. Eşqin nə onu nə də ki, Gülçini döyməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir. Zaur özünə məxsus “Mersedes” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həm də rəsmi sürücü işləmişdir. 26 avqust 2022-ci il tarixdə saat 09 radələrində ona Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan zəng olunmuş və əri Zaurun döyülüb, xəsarət aldığı, xəstəxanada olduğu bildirilmişdir. O, dərhal həmin xəstəxanaya gəlmiş və gələndə Zaurun halı pis olduğunu, danışa bilmədiyini görmüşdür. O, sonradan Zaurun avtomobilini Gəncə şəhəri, Hacıkənd qəsəbəsində heç bir əsaslı səbəb olmadan tanımadıqları Eşqin adlı şəxsin öz avtomobili ilə qəsdən vurub əzdiyi, sonra döyüb ona xəsarətlər yetirdiyi məlum olmuşdur. Zaur xəstəxanada olduğundan və özündə olmadığından o, həmin gün Gəncə şəhəri, 2-ci Polis Şöbəsinə əri Zərərçəkmiş şəxs1 döyən Eşqin adlı şəxsin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması barədə ərizə ilə müraciət etmiş, eyni zamanda izahat da vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-164/2022 saylı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 13 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,1542 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əng sümüyünün,sol gicgah sümüynün almacıq qovsünün və əsas sümüyün böyük qanadının sınması ilə müşahidə olunan sol göz və gözaltı nahiyəsinin hematoması,yumşaq toxumalarının əzilməsi,sol gözün ağlı qişasına qansızma-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,qərarın təsviri hisəsində göstərilən tarixdə yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər,ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə soyuqsilah ekspertizasının 28 sentyabr 2022-ci il tarixli,16/1154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş,tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış,bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,1867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol said və qarın nahiyələrinin kəsilmiş yaraları, kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər,ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 644/227 nömrəli rəyindən görünür ki, komissiya bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətintik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli 4(125)-183/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş stasionar kompleks-məhkəmə-psixatrikpsixoloji ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridaxanasından Bakı şəhəri, Maştağa qəsəbəsi, X20 küçəsi 69-71 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinə yerləşdirlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleksstasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 26.11. 2022-ci il tarixli 142 nömrəli rəyinin nəticə hissəsi; 1.Motivləşdirici hissə; Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki,yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Travma mənşəli X13» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edir. Bunu cinayət işi materialları,həmin cinayət işindəki tibbi sənədlər,verilmiş ifadələr,anamnestik məlumatlar (202-ci ildə müharibə zamanı yaralanaraq kəlllə-beyin travması aldığını,bundan sonra psixi vəziyyətində dəyişiklik yarandığını bildirməsi, özünə xəsarətlər yetirdiyini, yuxusuzluqdan əziyyət çəkdiyini qeyd etməsi,Tibbi–Sosial Ekspert Komissiyasında xx.xx.2021-ci il tarixli sonuncu müayinə zamanı «Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozunluqları, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri,baş beynin silkələnməsi,depressiv sindrom,yaddaşın zəifləməsi, özünü kəsmələrə» diaqnozu qoyulmaqla üçüncü dərəcəli əllilik təyin edilməsi, Gəncə şəhər Psixiatriya xəstəxanasında dəfələrlə, axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «Qapalı kəlləbeyin travmasının qalıq əlamətləri, baş beyin silkələnməsi,depressiv sindrom,yaddaşın zəifləməsi, özünü kəsmələrlə» diaqnozu ilə müalicə olunması və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stansionar şöbədə müəyinədə olduğu müddət ərzində özünü gah sakit, gah da narahat aparması,ünsiyyətə az meyilli olması,ara-sıra başqa yoxlanılan şəxslərlə mübahisə etməsi,əhval ruhiyyəsinin bir qədər aşağı olması,bəzən xırda qıcığa qəzəblənməsi,əsəbi olarkən palataların qapısını,çarpayını təpikləməsi,ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində mimikasında narazılıq ifadəsi müşahidə edilməsi,söz təması yaratmağın bir qədər çətintiklə mümkün olması,söhbətə könülsüz qoşulması,narazı tərzdə danışması,verilən suallara bir qədər lənğ,əsasən müxtəsər cavablandırması,təfəkkürünün bir qədər ləng tempdə olmaqla torpid xarakter daşıması,koqnitiv dəyişikənlik müşahidə olunması,söhbət əsnasında əsəbiliyinin özünü büruzə verməsi,əhval-ruhiyyə fonunun bir qədər aşağı olması,impulsiv hərəkətlərə meyilli olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patalogiya tezliklə qüvvəyə minəcək klassifikatorda-psixi,davranış və yaxıd neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubriksasındla 6E68 kodu altında «ikincili şəxsiyyət dəyişikliyi» alaraq qeyd edilir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış ekspertimental-psixoloji müayinədə Təqsirləndirilən şəxs idrak prospesslərin tədqiqi diqqətində dayanaqsızlıq(tez yayınıb,gec mərkəzləşmə) təfəkkürünün torpid olması,abstrak anlayışıların dərk edilməsinin nisbətən zəif çıxış etməsi,həmin anlayışları məhdud şəkildə şərh etməsi,qavrama prosesində lənglik,yaddaşında bir qədər zəiflik müəyyən edilir. Təffəkkürünun ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarınıa təsadüf olunmaqla, ümumilikdə intellektual imkanlarının normaya uyğun olması aşkar olunur.Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur.İnadkarlıq,tez özündən çıxmaq, hövsələsilik, kobudluq,eqosentizim kimi fərdi-psxi xüsusiyyətlərə malikdir. İİ.Yekun hissəsi. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının,həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stansionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrininin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkirmi,əğər çəkirsə konkret hansı xəstəlikdən əziyyət çəkir? Cavab.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs travma mənşəli üzvi şəxsiyyət porzuntusundan əziyyət çəkir. Sual 2. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməzdən əvvəl, cinayət hadisəsini törədərkən və hal-hazırda anlaqlı olub-olmaması,cinayət törədərkən güclü ruhi həyacan (affekt) vəziyyətdə olub-olmaması,onun öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərinə hesabat vermək,öz hərəkətlərini idarə etmək,bunun məsuliyyətini dərk etmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törətdiyi dövrdə (26 avqust 2022-ci il tarixdə və 27 sentyabr 2022-ci il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə Təqsirləndirilən şəxs təqsirləndirilidiyi cinayət əməllərinə görə anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs əziyyət çəkdiyi tarvma mənşəli üzvi şəxsiyyət pozuntusu nəticəsində cinayət hadisələrini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır.Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sual 3. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşürmü? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs travma mənşəli üzvi şəxsiyyət pozuntusu qeyd olunur.Bunula belə, həmin pozuntu Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir.Eşqin Baryamov təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs aşkarlanan travma mənşəli üzvi şəxsiyyət pozuntusu cinayət hadisələri törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir.Buna görədə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri Azərabycan Rsepublikasının CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.Eşiqn Bayramov hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onları idarə etmək iqtidarındadır.Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddələrinin təsiri altına düşmür. Sual 4. Təqsirləndirilən şəxs haqqında hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac vardırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli təbdirlərin tətbiqinə zərurət yoxdur. Sual 5. Təqsirləndirilən şəxs anlaqlıdırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törətdiyi dövrdə (26 avqust 2022-ci il tarixdə və 27 sentyabr 2022-ci il tarixdə) öz hərəkətlərininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görədə Eşqin Byarmov təqsirləndirildiyi cinayət əməllərinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Sual 2. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməzdən əvvəl, cinayət hadisəsini törədərkən və hal-hazırda anlaqlı olub-olmaması, cinayəti törədərkən güclü ruhi həyacan(affekt) vəziyyətində olub-olmaması, onun öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə hesab vermək,öz hərəkətlərini idarə etmək,bunun məsuliyyətini dərk etmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlaınlan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İlkin yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə Gəncə şəhəri, 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisənin Gəncə şəhəri, Hacıkənd qəsəbəsində baş verdiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 04-30 radələrində Təqsirləndirilən şəxs tərəfindən sonuncu idarə etdiyi VAZ 2106 markalı avtomobillə ona məxsus Mersedes E-230 markalı, ** BP *** nömrə nişanlı avtomaşınını Hacıkənd qəsəbəsində harada qəsdən vuraraq yararsız hala saldığı yeri və sonrada həmin yerdə Təqsirləndirilən şəxs ona ağır zərər vuraya aid bədən xəsarəti yetirdiyi yeri göstərmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Avtomotoservis və Ticarət Müəssisəsindən alınmış xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Mersedes E-230 markalı, 1995-ci il buraxılışlı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1598 manat dəyərində maddi ziyan dəymişdir. Ona görədə Zərərçəkmiş şəxs1 məxsus, Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələnmiş Mersedes E-230 markalı, ** BP *** nömrə nişanlı avtomaşın maddi sübut əhəmiyyətinə malik olduğu üçün iş üzrə maddi sübut kimi tanınmış, sahibi Zərərçəkmiş şəxs1 hazırda istifadəsində olduğu nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-dən İstintaq və Təhqiqat İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, nömrəli məktubdan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində, vətəndaş Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında qərəzli xuliqanlıq hərəkətləri edən zaman üzərində gəzdirdiyi bıçaqla, Gəncə şəhər Baş Polis İdasinin inzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlarına bərkidilmiş kapron məhəccərə qəsdən zərbələr vurub, məhəccəri zədələyərək Gəncə şəhər Baş Polis İdarəsinə 380 manat zərər vurmuşdur. Odur ki, Gəncə şəhər Baş Polis İdasinin inzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlarına bərkidilmiş kapron məhəccər iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-yə dəymiş zərərlə bağlı Gəncə şəhər BPİ-nin Təhcizat Qrupunun baş inspektoru,polis mayoru Nümayəndə cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-yə dəymiş zərərlə bağlı Gəncə şəhər BPİ-nin Təhcizat Qrupunun baş inspektoru, polis mayoru Nümayəndə cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 sentyabr 2022-ci il tarixli, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısıdır. Küçə ilə Baş Polis İdarəsinin həyətini, 80 sm hündürlüyündə mişar daşları ilə hörülmüş hasar, hasarın üzərində isə dəmir barmaqlıqlar quraşdırılmışdır. Dəmir barmaqlıqlarının üzərində mərkəz hissəyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliynə məxsus gerbi (emblem) bərkidilmişdir. Həmçinin yuxarıda qeyd olunan dəmir barmaqlıqların arxa hissəsinə açıq-qəhvəyi rəngli görüntünü məhdudlaşdıran kapron (plasmas) löhvələr bərkidilmişdir. Qeyd olunan hasar boyu ərazi, yəni asfaltbetonun hasara bitişik olan hissəsi sarı rəngli zolaqla, həmin zolağın qarşısı ilə asfaltbeton xidməti avtomobillərin saxlanılması yeriləri uzununa ağ rəngli boya ilə uzununa boyanmışdır. Polis serjantı Zərərçəkmiş şəxs2 əli ilə Baş Polis İdarəsinin həyətini küçə ilə ayıran hasarın üzərində dəmir barmaqlıqların arxasında bərkidilmiş görüntünü məhdudlaşdıran kapron lövhəni göstərərək, məhz həmin yerdə vətəndaş Təqsirləndirilən şəxs uca səslərlə polisin ünvanına söyüşlər söydükdən sonra əlində olan dəstəyi qara rəngli olan açılıb-qatlanan bıçaqla bir neçə dəfə zərbələr endirdiyini, sonra Təqsirləndirilən şəxs əlamətləri qeyd olunan bıçaqla öz bədən nahiyəsinə vurub xəsarətlər yetirdiyini və sonuncunun bədənindən qanının yerə tökülərək hadisə yerindən uzaqlaşdığını bildirdi. Hadisə yerinə baxış keçirilən zaman asfaltbetonun üzrində təxminən 12 metr uzunluğunda məsafədə yerdə qana bənzər ləkələrin olduğu müəyyən edildi. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 sentyabr 2022ci il tarixli, video diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər, BPİ-nin İTİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6, Azərbaycan Respublikası CPM-in 51 və 86-cı maddələrinin tələblərinə əsasən icraatında olan HK- 1/1040 nömrəli materialın icraası ilə əlaqədar zərurət yarandığından Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Samir Zeynalovun iştirakı ilə içərisində Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik şəhər kamerasından götürülmüş görüntü olan 01 ədəd DVD diskə baxış keçirmişdir. Baxış keçirmə zamanı məlum olmuşdur ki, bir nəfər kişi cinsli şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının çöl tərəfində olan dəmir barmaqlığı ayağı və ilə ilə bir neçə dəfə vurub həmin vaxt ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmək üçün əl-qol hərəkətləri atır və əlindəki bıçaqla bədən nahiyəsini kəsib bıçaqla xəsarət yetirir. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə, eləcədə polis əməkdaşlarına qarşı əlqol hərəkətləri atıb,qışqıraraq həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir. Bundan başqa, həmin şəxs şəxs əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər Atatürk prospekti ilə yolu Gəncə şəhər İcra Hakimiyyəti Aparatının inzibati binası istiqamətində hərəkət edir. Bundan başqa, həmin şəxs əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər İcra Hakimiyyəti Aparatının inzibati binasının qarşısı ilə gəlib H.Əliyev parkı ilə üzü H.Əliyev prospektinə tərəf piyada hərəkət edir, həmin vaxt ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmək üçün əl-qol hərəkətləri atır və əlindəki bıçaqla bədən nahiyəsini kəsib bıçaqla xəsarət yetirir. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə qarşı əl-qol hərəkətləri atıb çığıra-çığıra həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir. Həmin vaxt onun yanında olan uzun bədən quruluşlu şəxsdə həmin şəxsə qoşulur və onlar birlikdə yoldan keçən kostyum geyinmiş başqa bir şəxslə mübahisə edirlər, ona qarşı əl-qol hərəkəti atıb çığıra-çığıra həmin şəxsin ünvanına nə isə deyirlər və həmin şəxsə vurmaq üçün onun üzərinə getmək istəyirlər. Lakin ətrafda olan şəxslər, eləcə də polis əməkdaşları buna imkan verməyib onları sakitləşdirirlər. Bu zaman H.Əliyev prospekti ilə hərəkət edən avtomobillər dayanıb həmin şəxsin qanunsuz hərəkətlərinə baxırlar və avtomobillərin hərəkəti bir neçə dəqiqəlik dayanır.Bundan başqa, həmin şəxs yenə də əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər H.Əliyev prospekti ilə Nizami Gəncəvi prospekti istiqamətində özünə xəsarət yetirə-yetirə hərəkət edib, avtomobil yoluna çıxır, həmin vaxt yolla hərəkətdə olan avtomobillərin hərəkətinə maneə olur, avtomobillərin hərəkəti bir neçə dəqiqəlik dayanır və avtomobillərin məcburi hərəkət istiqamətlərinin dəyişdirilməsinə səbəb olur. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb, onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb, öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə qarşı əl-qol hərəkətləri atıb,qışqıraraq həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir.Bundan başqa, həmin şəxs yenə də əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər Nizami Gəncəvi prospekti ilə Atatürk prospekti istiqamətində özünə xəsarət yetirə-yetirə hərəkət edib,avtomobil yoluna çıxır, həmin vaxt yolla hərəkətdə olan avtomobillərin hərəkətinə maneə olur, avtomobillərin hərəkəti bir neçə dəqiqəlik dayanır və avtomobillərin məcburi hərəkət istiqamətlərinin dəyişdirilməsinə səbəb olur. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə qarşı əl-qol hərəkətləri atıb qışqıraraq həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir.Bundan başqa, həmin şəxs yenə də əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhəri, Atatürk prospekti ilə özünə xəsarət yetirə-yetirə R.Qasımov küçəsi istiqamətində hərəkət edib, avtomobil yoluna çıxır, həmin vaxt yolla hərəkətdə olan avtomobillərin hərəkətinə maneə olur, avtomobillərin hərəkəti bir neçə dəqiqəlik dayanır və avtomobillərin məcburi hərəkət istiqamətlərinin dəyişdirilməsinə səbəb olur. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb, öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə qarşı əl-qol hərəkətləri atıb qışqıraraq həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir.Bundan başqa, həmin şəxs əynində qara şalvar, bədənində isə heç bir paltar olmamaqla sağ əlində kəsici alətlə Gəncə şəhər R.Qasımov küçəsi ilə gəlib H.Əliyev prospektinə tərəf piyada hərəkət edir, həmin vaxt ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmək üçün əl-qol hərəkətləri atır və əlindəki bıçaqla bədən nahiyəsini kəsib bıçaqla xəsarət yetirir. Bu zaman ətrafda olan polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirmək istəsələrdə, həmin şəxs polis əməkdaşlarına məhəl qoymayıb öz qanunsuz hərəkətlərini davam etdirir və ətrafda olan şəxslərə qarşı əl-qol hərəkətləri atıb həmin şəxslərin ünvanına nə isə deməsi və həmin şəxsləri əlində olan bıçaqla vuracağı ilə hədələməsi müşahidə edilir. Həmin vaxt onun yanında olan uzun bədən quruluşlu şəxsdə polis əməkdaşına təpik atıb, həmin şəxsin sakitləşdirilməsinə etiraz edir, bu zaman polis əməkdaşları həmin əynində paltar olmayan şəxsi sakitləşdirib, tutaraq polis maşınına mindirirlər, həmin şəxsdə yenidən polis əməkdaşlarına nəsə deyib, həmin əynində paltar olmayan şəxsin polislər tərəfindən tutulmasına etiraz edir, buna baxmayaraq həmin şəxsi də polis əməkdaşları sakitləşdirib polis maşınına mindirirlər. Polis maşınında da həmin şəxsin polis əməkdaşları ilə mübahisə etməsi görünür. Bu zaman H.Əliyev prospekti ilə hərəkət edən avtomobillər dayanıb həmin şəxsin qanunsuz hərəkətlərinə baxırlar və avtomobillərin hərəkəti bir neçə dəqiqəlik dayanır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİnin TŞX-nın müşahidə kameralarından 27 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin əvvəlinin, törədilmə anının və sonrasının görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 sentyabr 2022ci il tarixli, baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, əşyaya baxış keçirilən yer Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasıdır. Baxış keçirmə zamanı 1-ci Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru Səbuhi Şəmmədli 01 ədəd bıçağı baxış keçirilməsindən ötrü təqdim etmişdir. Həmin bıçaq Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən 27 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zərərsizləşdirərkən sonuncudan götürülmüş bıçaqdır. Baxışa həmin bir ədəd qatlanan bıçaq təqdim edildi. Bıçaq tiyə və dəstək hissədən ibarət olub, açıq vəziyyətdə ümumi uzunluğu 228 mm-dir. Bıçaq tiyəsi qara rəngli metaldan ibarətdir. Bıçağın bir tərəfi kəsicidir. Bıçağın ucu deşici xassəlidir. Tiyənin ucu kütə tərəfin aşağıya doğru maili, kəsici tərəfin isə yuxarı doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xətdə yerləşir. Tiyənin üzərində “BROWNİNG DA316” yazısı həkk olunmuşdur. Tiyənin üzərində 02 ədəd dairəvi dəlik vardır. Tiyənin səthində tünd qəhvəyi rəngli qana oxşar ləkələr vardır. Tiyənin uzunluğu 97 mm, orta hissədən eni 2,8 mm-dir. Bıçağın dəstəyi qara rəngli metaldır. Dəstəyin üzərinə hər iki üzdən qara, boz rəngli metaldan hazırlanmış üzlüklər dəmir bərkidicilər vasitəsi ilə bərkidilmişdir. Dəstəyin sağ tərəfində kəmər tıxacı vardır. Dəstəyin uzunluğu 131 mm, orta hissədən eni 29 mm, orta hissədən qalınlığı 13 mm-dir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd soyuq silah hesab edilən ov bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdülü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(066)-66/2022 nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10(on)faiz məbləğində pul tutulmaqla 01(bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 5351 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 4924 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli, 263 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə,axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Psixatriya xəstəxanasında «Qapalı KBT qalıq əlamətləri,baş beyin silkələnməsi, depressiv sindrom, yaddaşın zəifləməsi, özünü kəsmələrlə» diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığı verilmiş, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş, 122-47783- 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomobilini qəsdən zədələyərkən və ona xəsarət yetirən zaman qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxs1 ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, həmçinin hadisəni görmüş şəxslərin dairəsi, onların şəxsiyyəti müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrindən başlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında və şəhər ərazisində qərəzli xuliqanlıq hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Belə ki, sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olmuş, hadisənin törədildiyi Gəncə şəhər Baş Polis İdarəsində iş rejimi pozulmuşdur.Həmçinin Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd soyuq silah hesab edilən bıçağın haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokurorunun müstəntiqi X7 xx.xx.2022-ci il tarixli, 654-C-22 nömrəli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq təcridxanasından Gəncə şəhər prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-5633 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18-00 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən 2 saylı istintaq təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs sol qolunun said nahiyəsinin iç səthində cərrahi tikiş qoyulmuş yara, qarnının ön divarında sıyrıqlar aşkar edilmişdir.Material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində barəsində istintaqın qeyri-obyektiv aparılmasına görə üzərində olmuş bıçaqla özünə xəsarət yetirdiyini bildirmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin və digər maddələrin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs özünə xəsarətlər yetirməsi faktı üzrə Gəncə şəhər prokurorunun müstəntiqi X7 xx.xx.2022-ci il tarixli, 654-C-22 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli İ-103230/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-66/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə” təqsirli bilinib qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzası çəkilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsi № İ-17990 Azərbaycan Respubliksının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə tərtif edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs o, 26 avqust 2022-ci il tarixdə saat 04-30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onun işlətdiyi Gəncə şəhəri, Hacıkənd qəsəbəsindəki kafeyə müştəri kimi gətirdiyi, onun tanışı X1 stol, stullarını, divanlarını aşırıb dağıtması və kafenin qarşısında şəhidlərin şəkilləri asılmış lövhənin yanında Gülçin Tağıyevanın alkoqollu içki içməsi səbəbindən Zərərçəkmiş şəxs1 Gülçin Tağıyevanı kafeyə nəyə görə gətirmisən deyib, əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, digər avtomobil hərəkət iştirakçılarına təhlükə yaratmaqla, Zərərçəkmiş şəxs1 idarə etdiyi Mersedes E-230 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilini özünün idarə etdiyi dövlət nömrəsi məlum olmayan VAZ 2106 markalı avtomobili ilə qəsdən vuraraq özgənin əmlakını zədələyib, zərərçəkmiş şəxsə 1598 manat məbləğində maddi zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 avtomobildən düşərkən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib,xuliqanlıq niyyətilə qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol əng sümüyünün, sol gicgah sümüyünün almacıq qövsünün və əsas sümüyün böyük qanadının sınması ilə müşahidə olunan, sol göz və gözətrafı nahiyənin hematoması, yumşaq toxumalarının əzilməsi, sol gözün ağlı gişasına qansızma ilə nəticələnən, ümumilikdə insan həyatı üçün təhlükəli olan xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa, o,təkrar, 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, polisin iş fəaliyyətini pozması ilə nəticələnən və polis əməkdaşları xidməti iş yerlərini tərk edərək, onun qanunsuz hərəkətləri nəticəsində həmin yerə toplaşması, eyni zamanda polis əməkdaşlarına və kənardan onun hərəkətlərinə həmin yerə toplaşmış şəxslərə məhəl qoymadan onların gözü qarşısında qanunsuz yolla istintaqa məlum olmayan mənbədən əldə edib, üzərində saxlamış olduğu silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı ilə Gəncə şəhər Baş Polis İdasinin inzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlı hasara bərkidilmiş kapron məhəccəri qəsdən vuraraq özgənin əmlakını zədələyib, Gəncə şəhər Baş Polis İdarəsinə 380 manat məbləğində maddi zərər vurmuş, onun qərəzli hərəkətlərini dayandırılmasını tələb edən polis əməkdaşlarınının ünvanlarına nalayiq ifadələr işlədib, polislər üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək, əlində olan bıçaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri, Gəncə şəhər Baş Polis İdarəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olan, Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 və həmin bölüyün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs3 zorun tətbiq edilməsi hədəsi ilə yəni, onları öldürəcəyi, xəsarətlər yetirəcəyi ilə hədələmiş, polislərin onun hərəkətlərini dayandımaq üçün daha da ona tərəf yaxınlaşdıqlarını görüb, öz qarın nahiyəsini əlində olan bıçaqla bir neçə yerdən kəsərək, özünə kəsilmiş xəsarətlər yetirmiş, bundan sonra ətrafda olan şəxslərə məhəl qoymadan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, piyada Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına gedərək, vətəndaşların sıx toplaşdığı yerdə əlində olan həmin bıçaqla insanlar üzərində zorun tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirməklə, Gəncə şəhəri, H.Əliyev prospektində olan avtomobil yoluna çıxaraq hərəkətdə olan avtomobillərin hərəkətlərini dayandırmış və yenidən əlində saxladığı bıçaqla bədəninin müxtəlif yerlərinə vuraraq, sol said və qarın nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya bədən xəsarətləri yetirməklə, aid ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan soyuq silah hesab edilən bıçaqdan silah qismində tətbiq edərək, özgənin əmlakını zədələməklə, əlində olan bıçaqla ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri etməsi cinayət əməllərini törətdiyinə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, Azərbaycan Respublikasının CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu vəziyyətdə törətməsi, İİ Qarabağ müharibəsi iştiraçısı olması və həmin döyüşlər zamanı ağır xəsarətlər alaraq İİİ qrup əlil olması həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsində fəal iştirak etməsi, həmin döyüşlər zamanı ağır xəsarətlər alaraq İİİ qrup əlil olması, X5 ona məxsus kafenin stol, stullarını, divanlarını aşırıb dağıtması və kafenin qarşısında şəhidlərin şəkilləri asılmış lövhənin yanında onların ruhuna hörmətsizlik edərək alkoqollu içki içməsi onu hiddətləndirmiş, xəstəliyi ilə əlaqədar onu idarə olunmaz vəziyyətə gətirmiş və o, qeyd olunan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv yaratmadığından Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən verilmiş arayışından görünür ki, Göygöl rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(066)-66/2022 nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli İ-103230/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il müddətinə islah işləri cəzası çəkilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4, 221.3 və 228.4-cü maddələrinin hər birinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onun ittiham olunduğu həmin Məcəllənin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, əməlindən peşman olmasını, cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu vəziyyətdə törətməsi, İİ Qarabağ müharibəsi iştiraçısı olması və həmin döyüşlər zamanı ağır xəsarətlər alaraq İİİ qrup əlil olması müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən, Göygöl Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(066)-66/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası Təqsirləndirilən şəxs, yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olması, cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu vəziyyətdə törətməsi, həmin İİ Qarabağ müharibəsi iştiraçısı olması və həmin döyüşlər zamanı ağır xəsarətlər alaraq İİİ qrup əlil olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını) məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, cinayətin anlaqlığı istisna etməyən psixi pozuntusu vəziyyətdə törətməsi, İİ Qarabağ müharibəsi iştiraçısı olması və həmin döyüşlər zamanı ağır xəsarətlər alaraq İİİ qrup əlil olması), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı və Təqsirləndirilən şəxs üzərinə Psixatriya müalicəsindən keçməsi vəzifəsi qoyulmalı, habelə davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 məxsus, Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələnmiş Mersedes E-230 markalı, ** BP *** nömrə nişanlı avtomaşın maddi sübut əhəmiyyətinə malik olduğu üçün iş üzrə maddi sübut kimi tanınmış, sahibi Zərərçəkmiş şəxs1 hazırda istifadəsində olduğu nəzərə alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilməldir. İnzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlarına bərkidilmiş kapron məhəccər qanuni sahibə qaytarılmaldır. Gəncə şəhər BPİ-nin TŞX-nın müşahidə kameralarından 27 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin əvvəlinin, törədilmə anının və sonrasının görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31,50 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə barəsində 62-ci maddəsi tətbiq edilməklə 03 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən, Göygöl Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(066)-66/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10(on) faiz məbləğində pul tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası Təqsirləndirilən şəxs yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Həmçinin Təqsirləndirilən şəxs üzərinə Psixatriya müalicəsindən keçməsi vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 məxsus, Təqsirləndirilən şəxs tərəfindən qəsdən zədələnmiş Mersedes E-230 markalı, ** BP *** nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 hazırda istifadəsində olduğu nəzərə alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 1 ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilməldir. İnzibati binasınının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlarına bərkidilmiş kapron məhəccər qanuni sahibə qaytarılmaldır. Gəncə şəhər BPİ-nin TŞX-nın müşahidə kameralarından 27 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin əvvəlinin, törədilmə anının və sonrasının görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31,50 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-207/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-207/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver