Məhkəmə qərarları › İş №1(100)-208/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-208/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-208/2020 07.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X49 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X50 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X15, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X12 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, məhkumluğu olmayan, işləməyən, subay, ünvan 1 mənzil 28 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək qeyd olunan ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust-sentyabr aylarında, günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan parkda əvvəldən tanıdığı X30 ilə görüşüb söhbət edərkən, sonuncuya özünü tərifləməsinə görə irad bildirdikdə Qurban Abdullayevin onun boyun nahiyəsini sıxması nəticəsində həmin nahiyəsində yaranmış davamlı ağrılara görə hiddətlənib qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirmək üçün 2019-cu ilin noyabr ayında Qurban Abdullayevin yaşadığı Rusiya Federasiyasına getsə də, sonuncunu öldürməyə münasib şərait yaranmadığını görüb Qurban Abdullayevi aldadıb Azərbaycan Respublikasına gətirib Daşkəsən rayonunda öldürməyi planlamış, bunun üçün Qurban Abdullayevə 2 ədəd tapançasının olmasını və birini ona vermək istədiyini deyib sonuncunu birlikdə Azərbaycan Respublikasına gəlməyə razı salmış, xx.xx.2020-ci il tarixdə onlar birlikdə Azərbaycan Respublikasına gəldikdən sonra xx.xx.2019-cu il tarixdə razılaşdıqları kimi Gəncə şəhərində Qurban Abdullayevlə görüşüb həmin gün, saat 14 radələrində hər ikisi tapançanı gizlətdiyini bildirdiyi Daşkəsən rayonu, Bayan kəndi ərazisindəki “Çaxır zavodu” adlanan ərazinin yaxınlığında, dəmir yolu xəttinin kənarında yerləşən dərəyə getmiş və orada niyyətini həyata keçirmək üçün əvvəllər istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edib gizlədərək saxladığı və üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, 9 mm kalibrli “Makarov” (“PM”) konstruksiyalı, nömrəsi silinmiş odlu silah sayılan yarımavtomatik tapançadan qəsdən Qurban Abdullayevin baş nahiyəsinə bir dəfə atəş açaraq, sonuncuya baş nahiyəsində kəllə boşluğuna keçən, kəllə qapağı və kəllə əsası sümüklərinin sınmasına, sağ göz almasının dağılmasına, baş beyinin əzilməsinə səbəb olan, bir ədəd dəlib-çıxan, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli, sağlamlığa ağır zərər vurmaya aid edilməklə onun ölümünə səbəb olan, eyni zamanda odlu silah yarasından sonra Qurban Abdullayevin yerə yıxılması nəticəsində əmələ gələn sağ yanaq, sağ təpə və alın nahiyələrinin sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Qurban Abdullayevi qəsdən öldürüb həyatdan məhrum etmiş, bundan sonra törətmiş olduğu cinayət əməlinin gizlin qalması və zərərçəkmiş şəxs Qurban Abdullayevin şəxsiyyətinin müəyyən olunmaması niyyəti ilə sonuncunun üzərindəki rəsmi sənəd hesab olunan xx.xx.2019-cu il tarixdə verilmiş, C 02763855 nömrəli ümumvətəndaş pasportunu götürüb talamış və bir qədər getdikdən sonra həmin niyyətlə qeyd olunan pasportu yandırmaqla rəsmi sənədi məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum X21 1980-ci ildən 2001-ci ilə qədər müxtəlif cinayət əməllərinə görə 1 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən zaman tanımış, sonuncu dəfə 2001-ci ildə azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra X30 ilə görüşüb dostluq münasibətlərini davam etdirmişdir. Əvvəllər onun Q.Abdulayevlə münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Təxminən 10-15 il əvvəl Q.X9 getmiş, orada olduğu müddətdə onunla daim əlaqəsi olmuşdur. 2019-cu ilin avqust-sentyabr aylarında Qurbanla Gəncə şəhərində görüşmüş, “univermaq” ticarət mərkəzinin qarşısındakı parkda oturacaqda oturub söhbət etmiş, söhbət zamanı Qurban özünü tərifləyərək vurub-yıxan adam olduğunu deməsinə reaksiya verərək ona iradını bildirmiş, özünü tərifləməməsini, onu yaxşı tanıdığını dediyinə görə aralarında baş vermiş qısa mübahisə zamanı qəflətən Qurban onun boyununu sıxaraq qırmaq istədiyi üçün ona qarşı qisas hissi yaranmış, ona görə də artıq ona xəsarət yetirmək niyyətində olmuşdur. Belə ki, həmin vaxtı Qurban onun boyununu qoltuğunun altına salaraq fiziki qüvvə ilə burmuş, bu zaman boyununda kəskin ağrı hiss etmiş, hətta boyununun ağrılarına görə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxanada müayinə və müalicə olunmuşdur. Müayinələr zamanı Qurbanın onun boyununu buran zaman bir neçə fəqərəsini sındırdığı müəyyən olunmuşdur. Buna görə Qurbana xəsarət yetirmək fikrində olmuş, bu məqsədlə günlərin birində Qurbanla telefon vasitəsilə danışıb, ona birlikdə işləmək üçün Ukraynaya getməyi təklif etmiş, Qurban ona etiraz etməyərək onu Rusiya Federasiyasına dəvət etdiyi üçün xx.xx.2019-cu il tarixdə X7 vilayətinin X57 şəhərinə Qurbanın yanına getmişdir. Orada ona Qurbanın Raya adlı bir qadınla birgə yaşadığı məlum olmuş, qanunvericiliyə görə onun Rusiya Federasiyasına daxil olduğu vaxtdan bir həftə ərzində müvəqqəti qeydiyyata alınması tələb olunmuş, buna görə Qurban onu Rayanın mənzilində müvəqqəti qeydiyyata aldırmış və bundan sonra bir neçə gün orada qalmışdır. Orada qaldığı müddətdə Qurbana tez-tez Ukraynaya getməyi təklif etmiş, lakin Qurban müxtəlif bəhanələr gətirərək Ukraynaya getməkdən imtina etmişdir. X43 aparmaq istəməkdə məqsədi onun sağ və sol qol nahiyələrinə xəsarət yetirmək və sonra orada qalıb yaşamaq olmuş, heç vaxt ondan qisas almaq niyyətində olduğunu ona hiss etdirməmişdir. O, uzun illər əvvəl Ukrayna Respublikasında yaşadığı üçün oranı yaxşı tanımış, orada onun yaşamağı üçün Rusiya Federasiyasında olduğu kimi bir həftə ərzində müvəqqəti qeydiyyata düşmək tələb olunmamışdır. Lakin, Qurbanı Ukrayna Respublikasına aparmaq istəyi alınmamış, çünki Qurban Ukraynaya getməmişdir. Həmçinin Rusiyada olduğu müddət ərazidə Qurbana xəsarət yetirmək üçün münasib şərait yaranmamış, hər yanda təhlükəsizlik kameraları olmuş, ona görə Qurbana orada xəsarət yetirməyin mümkün olmadığını görüb, ona Azərbaycanda xəsarət yetirməyi planlaşdırmış və bu niyyətlə Qurbana Azərbaycana qayıtmaq fikrini bildirmişdir. Eyni zamanda onu Azərbaycana gəlməsi üçün aldadaraq Daşkəsən rayonu ərazisində tapança tipli iki odlu silahının olduğunu, həmin silahlardan birini ona verə biləcəyini, yəni ona bağışlayacağını demiş, Qurban buna çox sevinmiş, ona silah əldə etmək istədiyini, ona silah lazım olduğunu və bu məqsədlə Azərbaycana gəlmək istədiyini bildirmişdir. Qurban dəfələrlə məhkum olunmuş və silah saxlamağa meyilli olmuş, özü də ara-sıra Azərbaycana, yəni Şəmkir rayonundan olduğuna görə həmin rayona gəlib-getmiş, hətta 2019-cu ilin təxminən yay aylarında qardaşı Bayram həbsdən çıxdığı zaman Şəmkir rayonuna getmiş, həmin müddətdə onunla da görüşmüşdür. Qurbanın silaha görə Azərbaycana gəlmək fikrinə düşməsi onu sevindirmiş, çünki ona qəti surətdə xəsarət yetirməyi və ona qarşı etdiyi hərəkətə görə qisasını alacağını planlaşdırmışdır. Onun həqiqətən də bir ədəd “makarov” tipli tapançası olmuş, həmin silahı Daşkəsən rayonu, Bayan kəndi ərazisində “Çaxır zavodu” adlanan yerin yaxınlığından keçən dəmir yolunun kənarındakı dərədə, dəmir yolu körpüsünün altından keçən tunelin kənarlarına hörülmüşdüzülmüş daşlardan birinin altında gizlətmiş, həmçinin həmin silahın yanında, ona aid iki ədəd sandıqca və on üç ədəd güllə də gizlətmişdir. O, həmin odlu silahı, sandıqca və güllələri 2002-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndinin dağlıq ərazilərində gəzişərkən tapmış, Qurbana isə həmin ünvanda guya iki ədəd tapança silahının gizlətdiyini demişdir. Qurbana silah vermək istədiyini deyib onu aldatdıqdan sonra onunla Azərbaycana gəlmək barədə razılaşmış və X25 Na Donu şəhərindən xx xxxxxx 2019-cu il tarixdə avtovağzaldan avtobusla yola çıxmışlar. Onlar Tambov şəhərinə getdikdən sonra orada Daşkəsən rayonundan olan adını bilmədiyi “Malış” ləqəbi ilə tanınan tanışı ilə sonuncuya məxsus kafedə görüşmüş, birlikdə həmin kafedə yemək yemiş, daha sonra Tambov şəhərində qatar bileti alıb yaxınlıqda yerləşən Varonejskaya vilayətinin, Povorina rayonundan dəmir yol stansiyasından qarata minərək dəmir yolu vasitəsilə Bakı şəhərinə yola düşmüşlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində X54 məntəqəsindən Azərbaycana daxil olub, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərinə çatmışlar. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 09:15-də Bakı dəmir yolu vağzalından Bakı-Gəncə sürət qatarı ilə Gəncə şəhərinə yola düşmüşlər, saat 12:30 dəqiqədə Gəncə şəhərinə çatmışlar, hətta qatarda Qurbanla yan-yana əyləşmişlər. Gəncə şəhərinə çatdıqdan sonra, təxminən günorta saatlarında dəmir yolu vağzalından avtobusla şəhərin mərkəzində yerləşən “univermaq” ticarət mərkəzinin qarşısına getmiş, orada Qurbanla birlikdə “univermağın” birinci mərtəbəsində yerləşən telefon dükanlarından birinə girmiş və Qurban hər ikisinə “xxxxxxx” şirkətinə məxsus mobil nömrə almış və hər bir nömrəyə üç manat məbləğində pul ödəmişdir. Onun nömrəsi ***-***-**-**, Qurbanın nömrəsi isə ***-***-**-** olmuş, bundan sonra Qurban Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan qardaşı Bayrama zəng edib Azərbaycana gəlişi barədə məlumat vermişdir. Belə ki, onların Azərbaycana gəlişi barədə əvvəlcədən heç kimin məlumatı olmamışdır. Daha sonra Qurban ona Şəmkir rayonuna qardaşı Bayramın evinə gedib orada qalmağı təklif etmiş, lakin onun Qurbana xəsarət yetirmək fikri olduğundan, həmçinin Gəncə şəhərində kirayə ev axtarmaq istədiyi üçün onun bu təklifindən imtina etmiş və növbəti gün silahları götürmək məqsədilə qeyd etdiyi yerə getmək üçün Gəncə şəhərində “univermağın” qarşısındakı parkda, tualetin yanına telefon əlaqəsi olmadan görüşməyi təklif etmiş, Qurban isə ondan yeni aldığı nömrəsini telefonla zəngləşib həmin yerdə görüşək üçün istəmiş, lakin nömrəni ona bildirməmiş, ona telefon vasitəsi ilə zəngləşməyə ehtiyac olmadığını, xx.xx.2019-cu il tarixdə saat 12-13 radələrində qeyd etdiyi yerdə görüşməyi təklif etmişdir. Qurbana silah görtürməyə gedəcəklərini, telefon danışıqlarının olmamasını demiş, əslində isə ona xəsarət yetirəcəyini planlaşdırdığından nömrələri arasında danışıq aparılmamasını düşünmüşdür. Qurban ona inanaraq onunla razılaşmış, “univermağın” qarşısında ondan ayrılmış, Qurban Şəmkir rayonuna qardaşı Bayram gilə getmiş, o, isə planlaşdırdığı kimi Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki “Çaxır zavodu” adlanan ərazinin yaxınlığında, dəmir yolu xəttinin kənarında yerləşən dərədə, dəmir yolu körpüsünün altından keçən tunelin kənarlarına hörülmüşdüzülmüş daşlardan birinin altında əvvəlcədən əldə edib gizlətdiyi “makarov” tipli tapançanı, həmin tapançaya aid iki ədəd sandıqcanı və on üç ədəd gülləni götürmək üçün, əvvəlcə Gəncə şəhərinin Daşkəsən istiqamətində çıxışına avtobusla getmiş, mal bazarının yaxınlığında düşərək oradan Daşkəsən rayonu istiqamətində içərisi boş vəziyyətdə hərəkətdə olan, sürücüsünü tanımadığı, markası, rəngi və nömrəsini bilmədiyi, “Jiqulu” markalı avtomobili saxladıb həmin avtomobillə getmiş, sürücü avtomobillə onu həmin yerdə gətirib düşürərək geri qayıtmış, sürücüyə həmin əraziyə getdiyi niyyəti barədə heçnə deməmiş, dəmir yolu körpüsünün üzərindən keçib bir neçə yüz metrlik məsafədə yerləşən silahı gizlətdiyi yerə getmişdir. Qurbana da məhz elə həmin yerdə xəsarət yetirməyi planlaşdırmış, çünki ora bu məqsəd üçün əlverişli yer olmuş, oradan silahı, sandıqcaları və 13 ədəd güllələri götürərək əynində olan gödəkçənin qoltuq cibinə qoymuş, xeyli uzaqlaşdıqdan sonra silaha bükülmüş polietilen torbanı və kağızı çaya atmış, daha sonra avtomobil yolu ilə deyil, çöllük-dağlıq ərazi ilə piyada Gəncə şəhərinə qayıtmışdır. Həmin gün Gəncə şəhərində “Kolxoz bazarı” adlanan yerin yaxınlığında yerləşən “Gəncə Hostel”ə gedib bir günü on manata otaq götürmüş, gecəni orada qalmış, həmin hostelə gələndə saat təxminən 21 radələri olmuşdur. Onun Rusiyadan gələndə üzərində iki ədəd telefonu olmuş, biri qara rəngli “Samsung A30” markalı, digəri isə Çin istehsalı olan, markasını xatırlamadığı qara rəngli telefonlar olmuş, yeni aldığı nömrəsini Çin istehsalı olan telefonunun simkart yerinə yerləşdirmiş, “Samsung A30” markalı telefonunda isə Rusiya nömrəsi olmuş və onu çıxarıb Azərbaycan sərhədində atmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə Qurbanla görüşmək üçün əvvəlcədən müəyyənləşdirdiyi yerə, yəni Gəncə şəhərinin mərkəzində “Qlavnı” adlanan ərazidə yerləşən ticarət mərkəzinin (univermağın) qarşısına getmək üçün səhər saat 10 radələrində “Gəncə Hostel”dən çıxmış, həmin vaxt “makarov” tipli tapança, həmin tapançaya aid iki ədəd sandıqca və on üç ədəd güllə üzərində olmuş, silahı əynində olan gödəkçənin cibinə qoymuş, əynində yaşıl rəngli sintetik materiallı gödəkçə, başında süni dəridən hazırlanmış dimdikli papaq, ayağında qara rəngli, dəri materialdan olan sepli çəkmə, göy rəngli cins materiallı şalvar, tünd boz rəngli sviter və ağ, qırmızı və göy rəng qarışıqları olan şarf olmuşdur. Qurbanla “Univermağın” qarşısında təxminən saat 12:45 radələrində görüşmüş, orada çox vaxt itirmədən Qurbanla birlikdə “20” nömrəli avtobusa əyləşmiş, “Ramada” otelinin qarşısındakı dairədən “Yeni Gəncə” qəsəbəsi istiqamətində avtobus dayanacağına çatdıqda Qurbana avtobusdan düşərək gözləməsini, növbəti dayanacaqdan taksi götürərək gələcəyini, onun taksi dayanacağında onun yanında görünməsini istəmədiyini demişdir. Qurban həmin dayanacaqda avtobustan düşərək yolun əks istiqamətindəki avtobus dayanacağının yanına getmiş, o isə bir dayanacaq, təxminən 300-400 metr irəli gedib, növbəti dayanacaqda düşmüş, düşdüyü yerdə Daşkəsən rayonuna gedən, lap uşaqlıqdan Daşkəsən şəhər sakini kimi tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Rövşən adlı şəxsin idarə etdiyi göy rəngli, nömrəsini xatırlamadığı, “Vaz 2109” markalı, arxa və arxa yan şüşələri qara pliyonka ilə bağlanmış avtomobilə əyləşərək onu Daşkəsən yolunun üzərində yerləşən bağçaya (bağa) aparmasını demiş, həmin avtomobillə yaxınlıqdakı dayanacaqda dayanmış, Qurbanı da götürmüş, hətta həmin vaxtı Qurban taksiyə əyləşən zaman səmimi və mehriban şəkildə salamlaşıb, hal-əhval da tutmuş və Daşkəsən rayonu istiqamətində yola düşmüşlər. O, hosteldən çıxanda mobil telefonlarını söndürmüş, Qurbana da telefonlarını söndürməsini demiş, yola düşəndə Qurban da telefonlarını söndürmüşdür. Taksinin Daşkəsənə 12 manata getdiyini bildiyi üçün əlavə qiymət danışmamış, sürücüyə onları Daşkəsən rayonuna gedən yolun üzərindəki hazırda fəaliyyət göstərməyən köhnə “Soyuq Bulaq” adlı kafenin yanına aparmasını xahiş etmişdir. Qurbanla hər ikisi avtomobilin arxa oturacağında yan-yana əyləşmiş, avtomobilin arxa pəncərələri tünd olduğuna görə görünməmək üçün onu seçmiş, lakin avtomobilin sürücüsü Rövşənə niyyətini bildirməmişdir. Onlar taksidən hazırda fəaliyyət göstərməyən “Soyuq Bulaq” kafesinin yanında düşmüş, Rövşənə 12 manat taksi pulu vermişdir. Bundan sonra Qurbanla birlikdə “Soyuq bulaq” kafesinin yanından dəmir yolu körpüsünün üzərinə çıxaraq dəmir yolunun üzəri ilə təxminən 300-400 metr hərəkət etmiş, silahı götürdüyü və Qurbana xəsarət yetirməyi planlaşdırdığı yerə çatmış, Qurbanı orada iki ədəd silah gizlətdiyinə və silahları götürəcəyinə inandırmışdır. Orada Qurbanı aldadaraq silahları həmin yerdə tuneldə gizlətdiyini demiş, ona dərəyə enib, tuneldən silahları götürməyi təklif etmişdir. Onun ayağından əlilliyi olduğuna görə daim çəliklə gəzmiş, hətta ayağının ağrıdığını bəhanə edərək Qurbana dərəyə enə bilməyəcəyini demiş və dərənin kənarındakı hündür yerdə dayanmışdır. Qurban dərəyə enib üzü tünelə tərəf hərəkət etmiş, o, isə dərəyə tərəf bir qədər yeriyib təxminən ondan beş metr məsafədə kənanda dayanıb tunelə girmək üçün istiqamət vermişdir. Qurban dərənin içində irəliyə bir neçə addım atandan sonra ona “ə sən məni ələ salırsan, düş özün göstər görüm” sözlərini demiş, elə bu an, artıq münasib şəraitin yarandığını görüb, dərhal atəşə hazır vəziyyətdə saxladığı “makarov” tipli tapançanı çıxarıb Qurbanın çiyin hissədən qoluna xəsarət yetirmək məqsədilə cəmi bir dəfə atəş açmış, lakin güllə Qurbanın baş nahiyəsinə dəymiş, açdığı atəş nəticəsində Qurban üzü üstə yerə yıxılmış və dərhal ölmüşdür. Onun əvvəldən hazırladığı sandıqcaların birində beş, digərində isə səkkiz güllə olmuşdur. O, Qurbanın öldüyünü görüb ona yaxınlaşmış, meyiti çevirib oturmuş vəziyyətə gətirmiş, gödəkçəsinin sağ döş cibində olan iki ədəd mobil telefonlarını və pasportunu çıxarmış, həmin telefonları oradakı daşlara vuraraq sındırmış, bu zaman sadə proqramlı ikisimkartlı mobil telefondan cəmi bir ədəd nömrə yerə düşmüş, həmin nömrəni götürmüş, digər telefonun iynə olmadığından nömrəsini əldə edə bilməmiş, sındırılmış vəziyyətdə olan telefonların detallarını meyitin ətrafına atmış, onun mobil telefonları sındırmaqda məqsədi hadisə ilə bağlı izləri itirmək olmuşdur. Hadisə yerindən uzaqlaşdıqdan sonra Qurbanın pasportunu yandırmış, yanmayan üz hissəsini isə yaxınlıqdan axan çaya atmış, elə orada Qurbanın telefonundan düşmüş bir ədəd nömrəni də yandırmışdır. Hadisəni törətməmişdən əvvəl silahı götürməyə gedən zaman istifadəsində olan mobil telefonları üzərində olmuş, Çin istehsalı olan telefonun simkart yerində ***-***-**-** nömrəsi olmuş, lakin hər iki telefonları antenlərə düşməməsi üçün söndürmüşdür. Hətta Çin istehsalı olan telefondan nömrə və batareyanı çıxarmış, hadisə zamanı da həmin telefonlar üzərində olmuş, “Samsung A30” markalı telefonu antenlərə düşməməsi üçün format edərək sıfırlamışdır. Hadisə yerinə gedən zaman, hadisə zamanı və hadisədən sonra orada heç kim olmamış, onları heç kim görməmiş, hadisəni törətdikdən sonra Gəncə şəhərinə getmiş, təxminən saat 18:30 radələrində “Gəncə Hostelə” daxil olmuş, gecəni orada qalmış, növbəti gün səhər saatlarında Gəncə şəhərində yaşayan tanışı Elşada zəng edərək onunla işi olduğunu deyərək çağırmışdır. Elşad idarə etdiyi “Niva” markalı **-EA-*** nömrəli avtomobili ilə hostelin qarşısına gəlmiş, orada onunla görüşüb onu Daşkəsən istiqamətində aparmasını xahiş etmiş, onun məqsədi Qurbanı öldürdüyü silahı gizlətmək üçün Daşkəsən istiqamətində gedən yolun kənarında Göygöl rayonu, Qızılca kəndinin ərazisinə getmək, orada silahı gizlətmək olmuşdur. Lakin Elşada üzərində silah olması və həmin silahla adam öldürməsi barədə məlumat verməmiş, ümumiyyətlə Qurbanı öldürməsi barədə heç kimə məlumat verməmişdir. Həmin vaxt Elşad onu Daşkəsən rayonu tərəfə deyil, Gəncə şəhərinin çıxışında, Daşkəsən yoluna, taksilər dayanan yerə apara biləcəyini demiş, onunla razılaşaraq avtomobilə əyləşib əvvəlcə Gəncə şəhərinin mərkəzi bazarına getmiş, orada avtomobildən düşərək silahı gizlətmək üçün kauçuk materialdan olan, özü çəhrayi rəngli, qapağı isə şəffaf və ağ rəngli olan, çörək qoymaq üçün nəzərdə tutulmuş “çörək qabı” və iri ölçülü tünd rəngli kağızlar almış, həmin kağızı silah, sandıqcalar və güllələrin erroziyaya uğramaması üçün bükmək məqsədilə almışdır. Daha sonra Elşad onu Gəncə şəhərinin Daşkəsən rayonu istiqamətindəki çıxışında yerləşən “Ürək Xəstəxanası”nın qarşısına aparmış, təxminən 09 radələrində orada düşürmüş və geri qayıtmış, bundan sonra markası və nömrəsini xatırlamadığı, ağ rəngli “Jiqulu” markalı taksi avtomobilinə əyləşib Göygöl rayonunun Qızılca kəndinin ərazisinə getmiş, orada taksidən düşərək təxminən 300-400 metr aralandıqdan sonra dağlıq əraziyə qalxıb gizli bir yer tapmış, həmin yerdə silahı, sandıqcaları və güllələri kağıza büküb plastmas qaba qoymuş, həmin plastmas qabı isə göy rəngli polietilen torbaya qoyub, həmin polietilen torbanı isə eyni ölçüdə və rəngdə olan digər bir polietilen torbaya iç-içə qoymuş və orada daşların altında gizlətmişdir. Silahı gizlədərkən də üzərində olan telefonları söndürmüş, bundan sonra ətrafı diqqətlə seyr edib ərazini yadında saxlamış, oradan uzaqlaşaraq dağlıq ərazi ilə piyada əvvləcə Qızılca kəndinə, oradan isə Gəncə şəhərinə getmişdir. Törətdiyi cinayətin izlərini itirmək məqsədilə hadisə zamanı əynində olan yaşıl rəngli gödəkçəni “Gəncə hostel”in yaxınlığında yerləşən adını bilmədiyi, əvvəllər ara-sıra, hətta hosteldə qaldığı müddətdə 1-2 dəfə yemək yediyi yeməkxananı işlədən adını bilmədiyi, təxminən 45-50 yaşlarında olan bir qadına vermiş, ondan həmin gödəkcəni imkansız şəxslərə verməsini xahiş etmiş, başında olan dimdikli papağını isə sonradan kirayədə qaldığı Gəncə şəhəri, DOS-102, 148 saylı evin 40 nömrəli mənzilinin mətbəxtində bıçaqla doğrayaraq pəncərədən bayıra, ayaqqabılarını isə Gəncə şəhəri Zabitlər evinin yaxınlığında, Gəncə çayının üzərindən keçən körpüdən çaya atmış, lakin həmin vaxt çaydan su axmamışdır. Hadisə zamanı əllərinə geyindiyi dəri materialdan olan bir cüt əlcəyi isə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində, taksi dayanacağına yaxın yerdə zibilxanaya atmışdır. İstifadəsində olan “Samsung A30” markalı telefonu Gəncə şəhərinin “univermaq” binasının birinci mərtəbəsində yerləşən “Vip Telecom” adlı mağazada 260 manata, Çin istehsalı olan markasını yadında saxlamadığı digər telefonu isə həmin univermağın qarşısında əvvəldən Qarabağ əlili kimi tanıdığı Rəsul adlı telefon alıb-satmaqla məşğul olan şəxsə 10 manata satmışdır. Üç gün sonra da həmin yerdə telefonun pulunu Rəsuldan almışdır. Qurbanı öldürdükdən sonra onun üzərindən pul və ya qiymətli əşya götürməmiş, yalnız pasportunu götürüb məhv etmiş, onun üzərində sürücülük vəsiqəsi olduğunu bilməmiş, onun meyiti tapılacağı halda şəxsiyyətinin müəyyən edilməyəcəyini düşünmüş, atəş açdığı yerdə silahdan atılmış gilizi götürmək üçün onu xeyli axtarmış, lakin tapa bilməmişdir. xx.xx.2019-cu il tarixdə hadisəni törətdikdən sonra avtomobil yoluna kimi dağlıq ərazi ilə piyada getmiş, oradan isə tanımadığı, rəngini, markasını və nömrəsini bilmədiyi təsadüfən keçən “jiqulu” markalı avtomobil ilə Gəncə şəhərinə getmiş, avtomobildə sərnişin olubolmamasını xatırlamamış, sürücü isə yadında qalmamışdır. O, əsasən kameralarda görünə biləcək üst geyimlərini atmış, şalvarınıb, şarfının və sviterinın isə əhəmiyyət kəsb etmədiyini düşünərək atmamışdır. xx xxxxxx 2019-cu il tarixdən sonrakı günlərdə Orxanbəylə istifadəsində olan ***-***-**-** saylı nömrə ilə cəmi 2 dəfə telefon əlaqəsi saxlamış, birinci telefon əlaqəsi zamanı ona Gəncədə olduğunu, bir neçə ay əvvəl onda olan şəxsi geyim əşyalarını götürüb avtomobilində saxlamasını, kirayə ev tapandan sonra ondan götürəcəyini demiş, çünki Orxanbəy onun Rusiyada olduğunu bilmiş, Orxanbəylə telefon əlaqəsi Gəncəyə gəldiyi gün olmuşdur. İkinci dəfə isə kirayə ev tapdıqdan sonra Orxanbəyə zəng edərək həmin əşyaların ona verməsini xahiş etmiş, Orxanbəy həmin əşyaları bir ədəd idman çantasında gətirib ona Gəncə şəhəri “DOS 102” ünvanında vermiş, əşyaları ondan götürəndə kirayə götürdüyü mənzilin sahibi Elman da onun yanında olmuşdur. Çantanı Orxanbəy 20 və ya xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında vermiş, törətdiyi cinayət barədə Orxanbəyə heç nə deməmiş, onun da bu hadisə barədə, eyni zamanda silah saxlamağı barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X31 ifadəsində göstərmişdir ki, qardaşı X30 təxminən 15 ilə yaxın müddətdə Rusya Federasiyasında yaşamış, Qurbanın 2 dəfə Azərbaycan Respublikasında, 1 dəfə isə Rusya Federasiyasında məhkumluğu olmuş, əvvəllər Şəmkir rayonuna gəlib-getmiş, son vaxtlar miqrasiya məsələləri ilə əlaqədar hər 3 aydan bir gəlib-getməyə başlamışdır. Qurban Azərbaycan Respublikasının vətəndaşı olsa da X5 şəhərində Raya adlı qadınla yaşamış, onun başqa ailəsi və övladı olmamış, sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə, oradan isə xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Şəmkir rayonuna, yəni onun yanına gəlmişdir. O, tək yaşamış, həyat yoldaşı vəfat etmiş, uşaqları isə Bakı şəhərində yaşamışdır. O, Qurbanın nə üçün gəldiyini soruşmamış, onun miqrasiya məsələləri ilə əlaqədar gəldiyini hesab etmiş, Qurban onun yaşadığı evə tək gəlmiş, buna baxmayaraq əvvəl zəng edərək dostu ilə gələcəyini demiş, lakin hansı dostu ilə gələcəyini deməmişdir. Sonradan zəng edərək tək gələcəyini və dostunun gəlməyəcəyini bildirmişdir. Qurban az danışan adam olmuş, ona görə ondan heç nə soruşmamış, ona 1-2 günə qayıdacağını demişdir. Qurbanın istifadəsində olan Azərbaycan nömrəsi ***-***-**-**, Rusya nömrəsi isə **********456 olmuş, əvvəl gələn vaxtlarda həmin nömrə onda olmamışdır. Qurbanın əynində qara rəngli idman papağı, qara rəngli kurtka, göy rəngli cins şalvar, altda isə isti paltarları olmuş, istifadəsində iki ədəd biri sadə proqramlı, biri isə android proqramlı mobil telefonları olmuş, telefonların zaryadka adabtorlarını evdə qoyub getdiyindən onun qayıdacağını düşünmüşdür. X10 Bakı şəhərinə, eyni zamanda Gəncə şəhərindən Şəmkir rayonuna nə ilə gəldiyini bilməmiş, yalnız onun Bakı şəhərindən Gəncə şəhərinə qatarla gəldiyini öyrənmişdir. Qurban xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında onun yanına gəlmiş, xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində kiminləsə mobil telefonla danışmış, kiməsə «söhbət edərik» sözlərini demiş, həmin zəngdən sonra evdən çıxaraq getmiş, lakin hara getdiyini ona deməmiş, bundan təxminən 30-40 dəqiqə sonra ona zəng edərək kəndə gedəcəyini deyib tez qayıdacağı halda evin açarını qoyduğu yeri ona bildirmişdir. O, həmin gün axşam saatlarında evə qayıtmış, lakin Qurbanın gəlmədiyini görüb bir qədər də gözləmiş, daha sonra onun mobil telefonuna zəng etmiş, lakin ona zəng çatmadığını görmüş, bir neçə dəfə ona zəng etmiş, lakin heç bir zəngi çatmamış, növbəti gün səhər saatlarında bu barədə digər qardaşı Həsənə məlumat vermiş, Həsən də xx xxxxxx 2019cu il tarixdə gün ərzində ona zəng etmiş, lakin ona zəng çatmamışdır. X1yıtdığını güman etmiş, onun Rusya nömrəsinə zənglər etmişlər, lakin ona zəng çatmamış, onun Rusiyada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Raya adlı qadının istifadəsində olan **********490 saylı nömrəyə zəng edib onunla danışmış, ondan Qurbanın Rusiyaya gedibgetmədiyini soruşmuş, o isə Qurbanın Azərbaycana getdiyini demişdir. Həmçinin Raya onlara Qurbanın bir neçə gün əvvəl Azərbaycan Respublikası Daşkəsən rayon sakini X32 adlı tanışını onun yaşadığı evə pasport qeydiyyatına saldırdığını, Elbrusun 1 aya yaxın müddətdə onlarla birlikdə yaşadığını, eşitdiyinə görə Elbrusla Qurbanın birlikdə hansısa həbsxanada cəza çəkdiklərini və onların tanışlığının oradan yarandığını, eləcə də Qurbanın Elbrusla X26 şəhərinə getdiyini, lakin onların ora nə üçün getdiklərini bilmədiyini demişdir. Qurban yaşadığı Volqaqrad şəhərində kafe işlətməklə məşğul olmuş, Qurbanın Şəmkir şəhərində hər hansı dostu və ya yaxını, daim əlaqə saxladığı şəxs olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Qurban Şəmkir rayonuna gələn zaman Səxavət adlı tanışına zəng etmiş, Səxavətin qardaşı Həsənə pul borcu olmuş, Qurban da ona zəng edərək həmin pulun verilməsini bir az tezləşdirməyi demişdir. Səxavət alverlə məşğul olmuş, hətta 2019-cu ilin iyul-avqust aylarında Gürcüstan Respublikasından mal gətirən zaman Qurban «Şıxlı» gömrük postundan keçərək bir neçə gün Səxavətə kömək etmişdir. Qurbanın kiminləsə düşmənçiliyi, ədavəti və mübahisəsinin olub-olmaması barədə məlumatı olmamış, o heç kimə söz danışan olmamış, heç kimlə sirrini bölüşməmişdir. Raya kimi adlandırdığı qadının əsl adı Şahid10 olmuş, o X11 vilayətinin, Kalaçov rayonunun Ptimorks qəsəbəsində, Volqaqrad küçəsi ev 45 ünvanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, əmisi Təqsirləndirilən şəxs ilə münasibətləri soyuq olmuş, Elbrus heç kimlə yola getməmiş, mənfi xarakterizə olunmuş, tüfeyli həyat tərzi keçirmiş, yaşamağa yeri olmadığından müxtəlif ünvanlara yaşamış, əvvəllər bir neçə dəfə məhkumluğu olmuş, hər an cinayət törətməyə meyilli olduğundan hamı ondan kənar gəzmişdir. Elbrus hərdən ona zəng edərək Bakı və başqa şəhərlərə, eləcə də Rusiya Federasiyasına gedəcəyini demiş, paltarlarını çantaya yığaraq qayıdanadək saxlaması üçün ona vermiş, ondan qorxduğu üçün onun paltarlarını saxlamış, bir iki dəfə götürmək istəməmiş, ona görə də Elbrus ona zənglər edərək təhqir etmişdir. Elbrusun onun ailə üzvləri barəsində hər hansı cinayət xarakterli hərəkətlər etməsindən ehtiyatlanmış, bu səbəbdən onun paltarlar olan çantasını saxlamağa məcbur olmuşdur. Elbrus 2019-cu ilin noyabr ayında çantasını ona verərək Ukrayna Respublikasına gedəcəyini, geri qayıdanadək çantasını saxlamasını demiş, o dərhal çantanı açıb içərisinə baxmış, orada yalnız paltarların olduğunu görmüş, hər dəfə onun çantasını yoxlamış, çantaya nə isə qoyaraq onu tutduracağından ehtiyatlanmışdır. Eyni zamanda çantanı evə apara bilməmiş, ailə üzvləri ona Elbrusa yaxın getməməyi tapşırmış, bu səbəbdən çantanı daim istifadəsində olan avtomobilin baqaj hissəsində saxlamışdır. Həmin vaxt pensiya kartını ona verərək pensiya məbləğindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən götürdüyü kreditin aylıq ödənişini ödəməsini tapşırmış, həmin ay pensiya kartından 72 manat çıxarıb kreditin aylıq ödənişini etmiş, pensiya pulunun qalan məbləğini isə çantaya qoyaraq saxlamışdır. O, Elbrusa heç vaxt zəng etməmiş, daim Elbrus ona zəng etmiş, onun zəng etdiyi nömrələri heç vaxt telefonunda saxlamamış, onun nömrəsini telefonun ”kontakt” bölməsinə yazmamış, Elbrusun əvvəllər istifadəsində «Nar mobile» şirkətinə məxsus olan 070-lə başlayan, əvvəlki 3 rəqəmi yadında qalmayan, sonrakı rəqəmləri 32-00 olan nömrəsi olmuş, digər nömrələri də yadında qalmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Elbrus ona Bakcel şirkətinə məxsus əvvəli 055-lə başlayan nömrə ilə zəng edərək xx xxxxxx 2019-cu il tarixdə gələcəyini, çanta və pensiya kartını götürəcəyini demiş, xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında onun iş yerinə gəlmiş, pensiya kartını və pulunu götürüb getmiş, lakin paltarlar olan çantasını götürməmiş, çantanı nə vaxt götürəcəyini ona deməmişdir. Bundan bir neçə gün sonra çantanı götürmək adı ilə onun iş yerinə gəlmiş, lakin sonra fikrini dəyişib çantanın içərisində olan mobil telefonun qutusunu götürərək telefonunu satacağını deyib getmişdir. Növbəti gün ona zəng edərək çantasını Gəncə şəhəri DOS 102 ünvanına gətirməyini demiş, həmin gün axşam saatlarında işdən çıxdıqdan sonra çantanı onun dediyi yerə apararaq ona təhvil vermişdir. Onun Elbrusun nə işlə məşğul olduğunu, harada yaşadığını, kimlərlə əlaqəsinin olduğundan məlumatı olmamış, onunla heç vaxt maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, həmişə olduğu kimi xx xxxxxx 2019-cu il tarixdə heyvanları otarmağa aparmış, saat 18 radələrində heyvanları evə gətirən zaman dəmir yolunun kənarındakı çökəklikdə tanımadığı naməlum kişi meyiti görmüş, meyit oturaq vəziyyətdə olmuş, qorxaraq dərhal evə qaçmış, valideynlərinin və əmisi oğlu X27 evdə olduğunu görmüş, Hikməti çağıraraq onun həyətə çıxmasını demiş, həyətdə Hikmətə heyvanları otardığı dəmir yolunun kənarındakı çökəklikdə meyit gördüyünü demişdir. Hikmət də dərhal ərazinin polis sahə rəisi Rza Abdullayevə zəng edərək məlumat vermiş, bundan sonra Hikmətlə birlikdə hadisə yerinə getmiş, daha sonra polis və prokurorluq əməkdaşları gəlmiş, orada meyitin qan içində olduğunu görmüş, həmin şəxsi tanımamış, kim olduğunu bilməmiş və əvvəllər onu heç vaxt görməmişdir. O, gün ərzində örüş otlaq sahələrində olmuş, meyit olan əraziyə axşam saatlarında gəlmiş, gün ərzində orada naməlum şəxs və ya avtomobil görməmiş, əvvəlki günlərdə isə heyvanları başqa istiqamətdə otarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, istifadəsində olan göy rəngli “VAZ 2109” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən-Gəncə marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobilin arxa şüşələrinə qara rəngli plyonka çəkdirmişdir. Daşkəsən-Gəncə marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər kimi bir qayda olaraq Gəncə şəhərində Yeni Gəncə qəsəbəsindəki «Əminə Market» mağazasının qarşısında dayanaraq sərnişin götürüb Daşkəsən şəhərinə aparmış, eləcə də əks istiqamətdə hərəkət etmişdir. xx xxxxxx 2019cu il tarixdə, səhər saatlarında Daşkəsən şəhərindən Gəncə şəhərinə sərnişin aparmış, onu düşürdükdən sonra Daşkəsən istiqamətində müştəri toplamaq üçün Yeni Gəncə qəsəbəsindəki «Əminə Market» mağazasının qarşısına gedərək orada dayanmışdır. Bir qədər sonra əvvəldən tanıdığı Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu 12 manat müqabilində Daşkəsən rayonunun giriş hissəsinə qədər aparmasını demiş, onun əynində hansı paltarların olması yadında qalmamış, onunla razılaşdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşmiş, ona yaxınlıqdakı «Ramada Plaza» otelinin yanına sürməsini və oradan adam götürəcəyini demişdir. O, yaxınlıqdakı «Ramada Plaza» otelinin qarşısındakı hərəkətin dairəvi təşkil edilmiş yola tərəf hərəkət etmiş, dairəvi hərəkət yolunun kənarındakı dayanacağın qabağında saxlamış, Elbrus pəncərəni bir qədər aşağı endirərək yolun kənarındakı səki üzərində dayanan tanımadığı, orta boylu, arıq bədən quruluşlu, qismən ağarmış saçları olan, saqqalı ağarmış təxminən 50 yaşlarında olan bir kişini çağıraraq avtomobilə minməsini demiş, həmin şəxs də avtomobilin arxa oturacağında oturaraq Elbrusla salamlaşıb görüşmüşdür. Bundan sonra Daşkəsən rayonu istiqamətində hərəkət etmiş, Daşkəsən rayonunun giriş hissəsindəki “bayraq meydanı” adlanan ərazidə onları harada düşürəcəyini soruşduqda Təqsirləndirilən şəxs ona bir qədər qabaqda, yaxınlığından dəmir yolu xətti keçən köhnə işləməyən yeməkxananın yanında saxlamasını, orada düşərək bağa gedəcəklərini demişdir. Onları həmin yeməkxananın yanında düşürmüş, 12 manat məbləğində xidmət haqqını Elbrus ona vermiş, bundan sonra Gəncə şəhərinə «Əminə Market» mağazasının yanına qayıtmış və həmin vaxtdan Elbrusu görməmişdir. Təqsirləndirilən şəxs həqiqətən orada bağının olub-olmamasını bilməmiş, Elbrus və onun yanındakı şəxsdən başqa onun avtomobilinə hər hansı şəxs minməmiş, qeyd olunan əraziyə yalnız onların ikisini aparmış, onları həmin ərazidə düşürdükdə orada başqa şəxs olmamış, Elbrusun yanındakı şəxsin əynindəki paltarları onun yadında qalmamış, onlar avtomobildə bağ haqqında danışmış, musiqiyə qulaq asdığından onların nə danışdıqlarına fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, istifadəsində olan ağ rəngli “VAZ 2107” markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə «*2244» taksi xidmətinə də qoşularaq Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, xx xxxxxx 2019-cu il tarixdə saat 09.15 radələrində Gəncə şəhərinin çıxışında dayanmış, bu zaman tanımadığı, dövlət qeydiyyat nişanı yadında qalmayan “VAZ 2121” Niva markalı avtomobil onun yanında dayanmış, qabaqda əyləşən tanımadığı yaşlı olmaqla əlində çəlik olan kişi düşərək onu Yeni Qızılca kəndinə apara bilibbilməyəyini soruşmuş, ona apara biləcəyini demişdir. Onun əlində heç bir əşya olmamış, yalnız çəlik olmuş, əynində göy rəngli cins şalvar, rəngi yadında qalmayan kofta və qara rəngli gödəkçə olmuşdur. Onu Göygöl rayonunun Yeni Qızılca kəndinə aparmış, kəndin mərkəzindən keçən avtomobil yolunun sağ kənarında yerləşən məktəbin yanında avtomobili saxlamasını demiş, həmin yerdə avtomobili saxlayaraq onu düşürmüş və başqa bir müştəri götürərək Bəhrəmbəy adlanan yaşayış məntəqəsinə aparmışdır. O, həmin şəxsi tanımamış, onu ilk dəfə görmüş, avtomobildə onunla heçnə danışmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən «Mərkəzi Univermaq»ın yanında səyyar qaydada mobil telefonların alqı-satqısı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, onunla biryerdə böyümüş və əvvəllər qonşuluqda yaşamış, sonradan Daşkəsən şəhərində əlillərin binasına köçmüş və onu gec-gec görmüş, onun nə işlə məşğul olduğunu bilməmişdir. 19 və ya xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Elbrusla Gəncə şəhərində yerləşən «Mərkəzi Univermaq»ın yanında rastlaşmış, həmin vaxt Elbrusun əynində göy rəngli cins şalvar, qara rəngli kurtka, ayağında idman ayaqqabısı, başında dimdikli papaq, boğazında isə qarışıq rəngli şarf olmuşdur. Elbruc ona yeni mobil telefon aldığını, cibindən sadə funksiyalı, Çin istehsallı «KQT» markalı, **********00158 İMEİ kodlu telefonunu çıxarıb həmin telefonu satmaq istədiyini demiş, onun telefonunu 10 manata ala biləcəyini, lakin pulunu satdıqdan sonra verəcəyini demiş, Elbrus isə heçnə deməyib razılaşmışdır. Bundan sonra həmin telefonu götürmüş, tanımadığı Göygöl rayon sakininə 10 manata satmış, xx xxxxxx 2019-cu il tarixdə Elbrus onun yanına gəlmiş, onun 10 manatını vermişdir. Onun Elbrusdan aldığı «KQT» markalı, Çin istehsallı mobil telefon orjinal olmamış, bu tip telefonların, eləcə də Çin istehsallı digər telefonların hamısının İMEİ kodu **********00158 olmuş, bu İMEİ kodlu Çin istehsallı telefonlara dövriyyədə çox rast gəlmişdir. Elbrusdan satmaq məqsədilə mobil telefonu alan zaman ondan nömrə istəmiş, lakin Elbrus ona nömrəsini verməyərək bir-iki gün sonra gələcəyini demiş, orijinal telefonları alan zaman qeydiyyat aparmış, Elbrusdan aldığı telefon orijinal olmadığından onun qeydiyyatını aparmamış, həmin telefonu tanımadığı şəxsə satmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən VİP telekom şirkətində satıcı işləməyə başlamış, yeni proqramlı və vətəndaşlar tərəfindən istifadə olunmuş (işlənmiş) mobil telefonların alqısatqısını həyata keçirmiş, aldıqları mobil telefonların qeydiyyatını aparmış, orada alış tarixi, satış tarixi, model, imei kod, maya dəyəri, satış və qazanc məsələləri qeyd olunmuş, əlavə qeyd bölməsində isə zəruri hesab etdiyi məlumatları daxil etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında əvvəllər tanımadığı, adını sonradan bildiyi əlində çəlik olan yaşlı bir kişi mağazaya daxil olmuş, ona yaxınlaşaraq əlindəki karobkanın içərisində olan «Samsung A30» markalı mobil telefonu satmaq istədiyini bildirmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, telefonun oğlurluq olub-olmadığını soruşaraq telefona baxmış, həmin telefonu 260 manata ala biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs 260 manat pul verərək «Samsung A30» markalı mobil telefonu almış, bu barədə mağazanın alqı-satqı kitabının 8-ci səhifəsinin sonunda qeydiyyat aparmış, eyni zamanda onun şəxsiyyət vəsiqəsininin surətini alıb saxlamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində “Kolxoz bazarı” adlanan yerin yaxınlığında yerləşən “Dostlar” kafesini işlətməklə məşğul olmuş, həmin kafedə müxtəlif yeməklər bişirərək satmışdır. 2019-cu ilin dekabr ayının ikinci ongünlüyündə əvvəllər tanımadığı, əlində çəlik olan kişi cinsli bir şəxs kafeyə daxil olmuş, əvvəlcə masada əyləşərək yemək sifariş etmiş, daha sonra əlindəki torpanın içərisində olan bir ədəd yaşıl rəngli gödəkcəni ona verərək ondan həmin gödəkcəni ehtiyacı olan imkansız şəxslərə verməsini xahiş etmişdir. Həmin vaxt iş gördüyü üçün ondan gödəkcəni stola qoymasını xahiş etmiş, onuncu isə gödəkcəni oturduğu stulun baş tərəfinə qoyaraq getmişdir. O, həmin gödəkcəni imkansız şəxslərə vermək məqsədilə qəbul etmiş, gödəkcəni təqdim edən şəxsi tanımamış, onun kim olduğunu və nə işlə məşul olduğunu bilməmiş, yalnız onu iki dəfə işlədiyi kafedə yemək sifariş edən zaman görmüş, onunla heç bir münasibəti olmamışdır. Həmin vaxtdan qeyd olunan gödəkcə stuldan asılı vəziyyətdə qalmış, bundan sonra Daşkəsən rayon prokurorluğu tərəfindən ifadənin yerində yoxlanması istintaq hərəkəti aparılan zaman gödəkcə elə əvvəl qoyulduğu yerdə aşkar olunmuş, həmin gödəkcəni götürməmiş və heç kimə verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin iyun-iyul aylarında Gəncə şəhəri, A.Səhət adına xəstəxananın qarşısındakı binanın altında yerləşən çayxanada tanış olmuş, onu Daşkəsən rayonundan olduğunu və bir neçə dəfə cinayət törətdiyinə görə cəzaçəkmə müəssisələrində cəza çəkdiyini və bir müddət Rusya Federasiyasında yaşadığını öyrənmişdir. Həmin vaxtlar Elbrus xəstəxananın yaxınlığında kirayədə yaşamış, onun yaşlı insan olduğunu, çəliklə yeridiyini görmüş, ona yazığı gələrək qaldığı mənzilin kommunal xidmət kartlarına pul yükləmək üçün istifadəsində olan avtomobillə onu aparıb-gətirmişdir. Onun istifadəmdə “VAZ 2121” markalı, ** EA *** nömrəli avtomobil var, həmin avtomobili təxminən 2 ildir almış, onunla yanaşı istifadəsində “BMV” markalı, ** DB *** dövlər nömrəli avtomobili də olmuş, əsasən “VAZ 2121” markalı avtomobildən istifadə etmişdir. Eyni zamanda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmiş, həmin nömrələri 10 ildir onun istifadəsində olmuş, əsasən ***- ***-**-** saylı nömrədən daha çox istifadə etmiş, hər iki nömrənin Whatsapp proqramı olmuşdur. Həmin vaxtlarda Elbrus ona «Nar mobile» şirkətinə məxsus olan 070-lə başlayan, əvvəlki 3 rəqəmi yadında qalmayan, sonrakı rəqəmləri 32-00 olan nömrə ilə ona zəng etmiş, onun istifadəsində başqa hansı nömrələrin olduğunu bilməmiş, onun android proqramlı mobil telefonu olduğunu görmüş, daim onun istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” proqramına rəqəmləri yadında qalmayan Rusya Federasiyasına məxsus mobil nömrənin “Whatsapp” proqramı vasitəsi ilə zəng etmiş, onun istifadəsində olan ***-***-**-** saylı nömrəni Elbrus bilməmişdir. 2019-cu ilin noyabr ayında Elbrus ona Rusya Federasiyasına gedəcəyini demiş, daha sonra onunla Whatsapp proqramı vasitəsi ilə danışmış, Rusya Federasiyasında dostunun yanında olduğunu və oradan isə Ukrayna Respublikasına gedəcəyini, dostunun ona kirayə mənzil tutduğunu və tək yaşadığını demiş, hətta onu da Ukraynaya iş qurmaq üçün dəvət etmiş, lakin ona hansı işlə məşğul olacağını deməmiş, onun hansı işi nəzərdə tutduğunu bilməmişdir. O, Elbrusun Ukraynaya gedib iş qurmaq barədə təklifi ilə razılaşmamış, gələcəyi təqdirdə qonaq kimi 4-5 gün qalıb qayıdacağını demişdir. 2019-cu ilin dekabr ayında Elbrus həmişə olduğu kimi Rusya nömrəsinin “Whatsapp” proqramı vasitəsi ilə zəng etmiş, ona xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərinə çatacağını və onu qarşılamasını demiş, daha sonra zəng edərək yolda olduğunu, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Gəncə şəhərinə çatacağını demiş və onun qarşılamasını xahiş etmişdir. Ona etiraz etməyərək qarşılıyacağını demiş, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 11 radələrində Elbrus ona “Whatsapp” proqramı vasitəsi ilə zəng etmiş, lakin onun zəngini açmamış, çünki həmin vaxt işdə olmaqla iş görmüş, həmin gün axşam saat 16 radələrində ona yenə zəng etmiş, ondan avtomobili ilə onu götürərək kirayə ev axtarmaqda köməklik etməsini xahiş etmişdir. Lakin məşğul olduğundan gedə bilməmiş, yalnız saat 21 radələrində boş olmuş, onunla zəngləşib Gəncə şəhərində yerləşən “Təzə bazar”ın yanında görüşmüş, həmin vaxt Elbrusun əynində yaşıl rəngli gödəkcə olduğunu görmüş, qaranlıq olduğundan digər paltarları görə bilməmişdir. O, Elbrusu köhnə «Yevlax» avtovağzalının arxasındakı həyət evləri olan küçəyə aparmış, orada olan bir günlük mənzillərlə maraqlanmış, lakin boş ev tapa bilməyib onu «Gəncə hostel»ə aparmış və orada boş yer olduğundan Elbrus otaq götürmüş, o isə çıxıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Elbrus ona zəng edərək kirayə mənzil tapmaq üçün ona köməklik etəsini xahiş etmiş, həmin vaxt işdə olduğunu və axşam saatlarında boş olacağını demiş, saat 23 radələrində «Gəncə hostel»ə getmiş, Elbrusla görüşərək gec olduğunu və növbəti gün gələrək ona kirayə mənzil tapmaqda köməklik edəcəyini demişdir. Növbəti gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 09 radələrində «Gəncə hostel»ə getmiş, hostelin qarşısında dayanıb gözləmiş, lakin ona zəng edərək çatdığını deməmiş, təxminən 5 dəqiqədən sonra Elbrus təsadüfən qapının qarşısına çıxıb onun dayandığını görmüş, onu Daşkəsən rayonu tərəfə aparmasını xahiş etmiş, onu Daşkəsən rayonu istiqamətində apara bilməyəcəyini, avtomobilin texniki baxışının və sığortasının vaxtının tamam olduğunu, Gəncə şəhərindən kənara çıxa bilməyəcəyini demişdir. Həmin vaxt Elbrusun əlində torba olmuş, təxminən içərisində səliqəli qatlanmış paltarlar olduğunu hiss etmişdir. Elbrus avtomobilə əyləşdikdən sonra əlindəki torbanı arxa oturacağa qoymuş, onu Təzə bazarda ət kəsilən anbarın yanına aparmasını xahiş etmiş, həmin vaxt Elbrusun əynində olan paltarlar onun yadında qalmamışdır. O, Elbrusu avtomobili ilə həmin yerə aparmış, ət anbarının qarşısında saxlamış, Elbrus avtomobildən düşərək harasa getmiş, təxminən 10 dəqiqədən sonra qayıtmış, onun ət anbarına nə üçün getdiyini bilməmiş, geri qayıdaraq onu Gəncə şəhərinin Daşkəsən istiqamətindəki çıxışına aparmasını xahiş etmişdir. Onu Gəncə şəhərinin Daşkəsən istiqamətindəki çıxışında yerləşən «Urək xəstəxanası»nın qarşısına qədər apara biləcəyi, oradan isə işə gedəcəyini demiş, Təzə bazardan çıxaraq yadında qalmayan hansısa yolla qeyd olunan yerə getmiş, həmin yerdə dayanmış ağ rəngli, üzərində taksi tanınma nişanı olan “VAZ 2107” markalı avtomobilin yanında saxlamış, sonuncu orada pəncərəni açaraq sürücüdən onu Daşkəsən istiqamətində apara bilibbilməyəcəyini soruşmuş, sürücü onu 2 manat müqabilində göstərdiyi istiqamətdə apara biləcəyini demiş, bundan sonra Elbrus sallofan torbasını da götürüb həmin avtomobilə əyləşmiş, o isə qayıdıb işə getmişdir. Bundan sonra onunla xx xxxxxx 2019-cu il tarixdə danışmış, həmin vaxt Elbrus ona zəng edərək Gəncə şəhəri, DOS 102 ünvanında kirayə mənzil götürdüyünü, lakin mənzildə yatmaq üçün yorğan-döşək dəsti olmadığını, bunun üçün Gəncə şəhərində yerləşən Azərittifaq adlanan bazardan yorğan-döşək dəsti aldığını və avtomobillə evə aparmaq lazım olduğunu demiş, ondan avtomobili ilə gəlib onun yorğan-döşək dəstini aparmasını xahiş etmiş, ona iş gördüyünü və gələ bilməyəcəyini demiş, onunla sonuncu danışığı bundan ibarət olmuşdur. Elbrus ona odlu silahı olduğunu, hər hansı cinayət hadisəsi törətməsini planlaşdırdığını, Rusya Federasiyasına hansı məqsədlə getdiyini və orada kimlərlə görüşdüyünü və kiminlə qayıtdığını bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə 20 ildir tanışlığı olmuş, onu Azərbaycan Respublikasının vətəndaşı kimi tanımış, onunla tanışlığının haradan yaranması yadında qalmamış, tanış olduğu müddət ərzində onu cəmi iki dəfə görüşmüş, birinci dəfə tanış olduğu vaxtlarda, ikinci dəfə isə 14-xx xxxxxx 2019-cu il tarixdə onun "U Malışa" kafesində görüşmüş, ikinci dəfə Elbrus Qurban adlı şəxslə gəlmişdir. Qurbanı ilk dəfə görmüş, onunla heç bir münasibəti olmamışdır. 2018-ci ildə Azərbaycan Respublikasında olan zaman Elbrus ona zəng edərək onunla görüşmək itədiyini bildirmiş, lakin həmin vaxt məşğul olduğunu bildirərək görüşməkdən imtina etmişdir. 14-xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində işlətdiyi kafedə olan zaman Elbrus və Qurban onun yanına gəlmiş, ondan Azərbaycan Respublikasına qayıtmaq üçün pul istəmiş, onlara pulu olmadığını demiş və pulsuz yemək verə biləcəyini bildirmiş, onlara yemək sifariş verərək öz işləri ilə məşğul olmuş, aralarında heç bir mübahisə olmamış, təxminən 1 saat sonra Elbrus onları Sosnovıy Uqol küçəsində yerləşən mehmanxayana aparmasını xahiş etmiş, lakin bundan imtina edərək onlar üçün taksi çağırmışdır. Bundan sonra Elbrus ona zəng edərək Sosnovıy Uqol küçəsində yerləşən mehmanxanada yer olmadığını, onları “Lesnaya Skazka” mehmanxanasına aparmasını xahiş etmiş, lakin ona məşğul olduğunu bildirərək imtina etmiş, daha sonra onları görməmiş, heç bir əlaqəsi olmamışdır. Tambov şəhərində nə işlə məşğul olduqlarını, orada başqa dost və tanışlarının olub-olmamasını, eləcədə Azərbaycan Respublikasına getdiklərini bilməmişdir. Onlar kafedə olduqları müddətdə aralarında heç bir mübahisə olmamış, Qurbanın Elbrus tərəfindən qəsdən öldürməsinin niyyəti və səbəbi barədə məlumata malik olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, X30 ilə 2004-cü ildə Moskva şəhərinin Pakrov bazarında adi şəraitdə tanış olmuş, sonradan aralarında yaxın münasibətlər yaranmış, birlikdə kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamış, onunla kafe-kababçı açmış və bununla pul qazanmışlar. Qurbanın kiminləsə rəsmi nikahı olmamış, onun Kalaçnadonu şəhərində qohumları olmamış, ticarətlə məşğul olduğu üçün tanışları çox olmuş və heç kimlə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs birinci dəfə 2019-cu ilin yayında görmüş, onu Qurbanın həmyerlisi kimi tanımış, onlar bir-biri ilə Azərbaycan dilində danışdıqlarından onların nə haqqında danışdıqlarını başa düşməmiş, həmin vaxt Elbrus 3 gün orada qalmış, onlar kafedə gecələmiş, daha sonra çıxıb getmiş, onun nə üçün gəldiyini və nə istədiyini bilməmişdir. 2019-cu ilin noyabr ayında Elbrus yenidən onların yanına gəlmiş, onun Elbrusdan xoşu gəlməmiş, ona qarşı inamsızlığı olmuş, bu səbəbdən Qurbana Elbrusun onun evində yaşamamasını demiş, həmin vaxt Qurban Elbrusu onun mənzilinə qeydiyyata aldırmasını xahiş etdiyindən sonuncunu yaşadığı mülkiyyətində olan mənzilə qeydiyyata aldırmış, lakin Elbrus faktiki olaraq Kalaçnadonu şəhəri, Parxomenko küçəsi 4 ünvanında mənzil kirayələmiş, mənzilin nömrəsini və kimə məxsus olduğunu bilməmiş, onun evində bir aydan artıq qeydiyyatda qaldıqdan sonra onu qeydiyyatdan çıxartmışdır. Qurbanla Elbrusun arasındakı münasibətlər hörmətə əsaslanmış, Qurban ona çox hörmətlə yanaşmış, getməmişdən bir neçə gün əvvəl bir-biri ilə Azərbaycan dilində yüksək tonla nə haqqındasa danışmış, aralarındakı mübahisə yalnız sözlərdən ibarət olmuş, lakin dili bilmədiyi üçün onların nə üçün mübahisə etdiklərini bilməmişdir. Onun bildiyinə görə Qurbanla Elbrusun ümumi işləri olmamış, olmuş olsa belə onun bu haqda məlumatı olmamış, Elbrusun nə üçün gəldiyini, onun hansı işlərlə məşğul olduğunu, kimlərlə ünsiyyətdə olmasını bilməmiş, Elbrus Qurbanın ona ciddi işlər üçün lazım olduğunu demiş, lakin söhbətin nədən getdiyini anlamamışdır. Elburusun kirayələdiyi mənzilin haqqını kimin verdiyini bilməmiş, Qurban ona mənzili Elbrusun kirayələdiyini demiş, X34 Respublikasına aparmaq fikrinin olmasından məlumatı olmamış, onları Kalaçnadonu şəhərinin avtovağzalından Tambov şəhərinə yola salmış, X45 şəhərində kiminləsə görüşəcəyini və çoxlu pul alacağını demiş, Qubanın əvvəldən Azərbaycan Respublikasına getmək fikri olmamışdır. Lakin xx.xx.2019-cu il tarixdə Qurban ona zəng edərək ona təcili pul göndərməsini, Elbrusun Moskva şəhərində yaşayan bacısının yanına gedəcəyini, özünün isə Azərbaycan Respublikasına gedəcəyini demiş, ondan nə baş verdiyini soruşduqda sonuncu özünə alibi qazanmaq üçün Azərbaycan Respublikasına getməli olduğunu demiş, çünki Qurban orada kimisə Şixanın dalınca göndərməli olmuş, Şixan 2006-cı ildə onun öldürdüyü şəxsin adı olmuş, həmin əməlinə görə məhkum olunaraq cəzasını çəkmişdir. Qurbanın onunla telefon danışı zamanı onun kimisə öldürdüyünü və özünə alibi qazanmaq üçün Azərbaycan Respublikasına getməli olduğunu anlamış, sonuncu ona bunu etməyəcəyi təqdirdə onu öldürəcəklərini demiş, bundan sonra ona 10.000 rubl məbləğində pul göndərmiş, baş vermiş hadisə haqqında onunla ətraflı danışmamışdır. O, Tambov şəhərində yaşayan «Malış» ləqəbli Şahid9 tanımamış, Elbrusun Qurbanı öldürməsini sonradan eşitmiş, X35 şəhərinə getməsi üçün sonuncu ona böyük məbləğdə pul verməli olduğunu və bu səbəbdən də Elbrusun Qurbanı öldürdüyünü hesab etmiş, X14 hər hansı əmlakının olub-olmaması barədə məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli Daşkəsən rayon prokurorunun böyük müstənqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas İlkin Musayev tərəfindən tərtib olunmuş arayışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20:34 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində, dağətəyi sahədə, dəmiryolu xəttinin kənarındakı çökəklikdə naməlum kişi meyitinin aşkar edilməsi barədə Daşkəsən RPŞ-dən rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Daşkəsən rayonunun Bayan kəndinin dağlıq ərazisində yerləşən dərədir, həmin yer Daşkəsən-Gəncə avtomobil yolunun Gəncə istiqamətində getdikdə və oradan axan çayın sağ tərəfində və çaydan sonra dağın ətəyi ilə çəkilmiş dəmir yolu xəttinin sağ kənarındakı dağ ətəyi sahədə yerləşən dərədir. Dərəyə endikdə yerdə iri ölçülü qara daş, həmin daşın yaxınlığında, daşa 20 sm məsafədə yerdə sındırılmış vəziyyətdə qara rəngli “Lenovo Zuk” markalı mobil telefon (nömrə 1) aşkar edilmişdir. Telefonun ekran hissəsi sınmış, arxa hissəsi qoparılmış, İMEİ kodu silinərək yararsız hala salınmış vəziyyətdə olmuşdur. Həmin telefonun iki simkart yerinin olması, yalnız 1 ədəd Rusya Federasiyasının mobil operatorlarına məxsus nömrə telefonda müəyyən edilmişdir. Həmçinin hadisə yerində mobil telefonun qara rəngli, kiçik ölçülü qopmuş hissəsi, “Lenovo Zuk” sözləri yazılmış mobil telefona məxsus arxa qapaq, “Nokia” markalı mobil telefonun arxa qapağı, mobil telefona məxsus qara rəngli batareya, mobil telefona məxsus simkart taxılan sandıqca, bir ədəd qara rəngli papaq, 1 ədəd 10 qəpik və 1 ədəd 20 qəpiklik metal pul, papağın ətrafında və qarşısındakı yerdə 50 sm məsafədə qanabənzər ləkələr, həmin qanabənzər ləkələrin bitdiyi yerdə isə kağız paket içərisində Rusya Federasiyasının mobil operatorlarına məxsus açılmamış nömrə (paketin üzərində nömrənin +7 (960) ***-**-** olması qeyd olunmuşdur), ondan sonra dərədə bir hissəsi torpaqda olan iri daşa söykənmiş, baş nahiyyəsində xəsarət və qan ləkələri olan, oturaqlı vəziyyətdə kişi meyiti, meyitin gödəkçəsinin sağ yan cibində olan əlinin ovuc hissəsində bir ədəd cib bıçağı, meyitin kənarında “Nokia 150 DUOS” markalı mobil telefon, “Lenovo” sözləri yazılmış batareya aşkar olunmuşdur. Qeyd edilən predmetlər və hadisə yerində torpağa hopmuş qanabənzər məhlul kosmetik çubuğa hopdurularaq götürülmüş, qeyd olunan əşyalardan başqa hər hansı şübhəli əşya və sair predmet aşkar edilməmiş, bundan sonra meyit hadisə yerindən götürülərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xarici müayinə zamanı meyitin üzərində olmuş qara rəngli gödəkcə, qara sızıqları olan ümumən ağ rəngli kofta, qəyvəyi rəngli köynək, ağ rəngli mayka, göy rəngli cins materiallı şalvar, qəhvəyi rəngli kəmər, boz rəngli alt tumanı, boz rəngli trusik, üst üstə geyinilmiş 1 cüt boz və 2 cüt qara rəngli corablar, meyitin əynində olan paltarların ciblərinə aşkar edilmiş sarı metaldan ağ və qara qaşları olan kişi üzüyü, üzərinə «bələdiyyə seçkiləri proqramı» sözləri yazılmış kağız, 2 ədəd cib dəsmalı, «Winston» markalı siqaret və alışqan, 1 ədəd pul qabı, 3 ədəd 1000 Rusya rublu, 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq, 1 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik əskinaslar, bank kartları, sürücülük vəsiqəsi, sürücülük məktəbinə aid reklam kağızı və bilet kağızı, əl-barmaq izləri, dırnaq nümunələri, sağ və sol əlinə silinmiş cuna parçaları, başın alın, ənsə, təpə, sağ və sol gicgah nahiyələrindən götürülmüş tük nümunələri götürülmüşdür. Təyin olunmuş tərcüməçinin iştirakı ilə X2 xarici müayinə zamanı ciblərində aşkar edilmiş 3 ədəd rus dilində olan sənədlərə baxış protokolundan görünür ki, başlığında Ellips işarəsinin içərisində “RUS” və daha sonra «sürücülük vəsiqəsi» sözləri yazılmış sənədin üzərinə “1.Abdullaev, ABDULLAEV, 2.Qurban Oruc oğlu, Gurban Orudzh oğly, 3.xx.xx.1962, Azərbaycan, AZERBAİDZHAN, 4a) xx.xx.2018 4b) xx.xx.2028, 4s) Qibdd 3406, GİBDD 3406, 5.99 03 418939, 6.fotoşəkil, 7. İmza, 8. Azərbaycan, AZERBAİDZHAN, 9.B B1 M” sözləri yazılmış, tərcümə zamanı qeyd olunan sənədin Rusya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə xx.xx.1962-ci il təvəllüdlü Azərbaycanda doğulmuş X22 verilmiş xx.xx.2028-ci ilədək etibarlılıq müddəti olan B, B1 və M kateqoriyalı avtomobilləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi olması müəyyən olunmuş, bundan sonra üzərinə “Kalaçov sürücülük məktəbi, autovertex.ru, Etibarlı, əlverişli, rahat, Hissə-hissə və endirimlə ödəmə, Tələbələrə güzəşt, Kənddə yaşayanlara, Sovetski küçəsi, 7 «B» dayanacaq, «Meydan» (parkdakı), Parxomenko küçəsi, 2 dayanacaq «İnşaatçılar rayonu» (Avtovağzal), t.3-33-25, 8 ***-***-**-**, t. 3-73-04, 8-***-***-**-**” sözləri yazılmış sənədə baxış keçirilmiş və həmin sənədin autovertex.ru elektron ünvanı, 3-33-25, 8 ***-***-**-**, 3-73-04 və 8-***-***-**-** telefon nömrələri olan, hissə-hissə və endirimlə ödəmə imkanları verən, tələbələrə və kənddə yaşayanlara güzəşt təklif edən, Sovetski küçəsi, 7 «B» dayanacaq, «Meydan» parkdakı və Parxomenko küçəsi, 2 dayanacaq «İnşaatçılar rayonu» (Avtovağzal) ünvanlarlarından yerləşən Kalaçov sürücülük məktəbinin vizit kartı olması müəyyən olunmuş, bundan sonra üzərinə “Fərdi sahibkar Jalnin D.E, Avtobus bileti, Tam (bilet ATP), Bilet:, -seriya: **********39, -nomrə: **********, Geri qayıtma nömrəsi 119252513, Kassir: Skoroboqataya E.V, Göndərilmə:, 13.12.19 13:00, Marşrut:, Kalaçnadonu vilayəti, Moskva (Krasnaqvardeyskaya dayanacağı) 13:00, Getmə: Kalaçnadonu (Parxomenka 2), Kimi: Tambov (yolu), Daşıyıcı: Kondaurov G.V. Fərdi sahibkar, Yer: 26, Çatma: xx.xx.2019 0:00:00, Sərnişin: X30, Sənəd: Pasport RF, -seriya: 1802, -nomrə: 763855, Doğum tarixi…xx.xx.1962, Cinsiyyəti: kişi, Vətəndaşlıq: Rusya, Qiymətin açıqlanması:, -tam (…1 140, Kassa çeki, qiyməti 1140*1.000=1140.00F, Nəticə: =1140.00, Nağd: =1140.00, Əldə edilmiş: =1140.00, F: Əlavə dəyər vergisiz 1140.00, İstifadəçi: Fərdi sahibkar X46, Ünvan: 40, 4503.Volqaqrad vilayəti, Kalaçnadonu şəhəri, Parxomenko küçəsi, ev 2, Kassir: Skorobaqataya E.V, Hesablama yeri: Kassa 2, Sayt FNS: WWW.Nalog.ru, OFD: 000 «Peter-servis Speçtexnoloqi», RN KKT: **********002637, ZN KKT: **********7436, FN №**********107049, FP: **********, FD № **********, İNK:**********06, SNO:OSN, Növbə № 00272, Çek № 00057 gəliş, 13.12.19 10:45, Yenidən sizi gözləyirik!” sözləri yazılmış sənədə baxış keçirilmiş və həmin sənədin X6 vilayətindən 13.12.19 13:00-da çıxan Moskva şəhərinin Krasnaqvardeyskaya dayanacağına qədər marşrut xətti olan avtobusa sərnişin xx.xx.1962-ci il təvəllüdlü X16 Kalaçnadonu (Parxomenka 2) dayanacağından Tambov yolu dayanacağına qədər 26-cı oturacağa tam bilet almasını göstərən avtobus bileti olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Daşkəsən rayonu Bayan kəndinin dağlıq ərazisində yerləşən dərədir, həmin yer Daşkəsən-Gəncə avtomobil yolunun Gəncə istiqamətində getdikdə və oradan axan çayın sağ tərəfində və çaydan sonra dağın ətəyi ilə çəkilmiş dəmir yolu xəttinin sağ kənarındakı dağ ətəyi sahədə yerləşən dərədir. Hadisə yerinə avtomobil yolu yoxdur, yalnız piyada getmək mümkündür, hadisə yerinə gedən yol Daşkəsən rayonu ərazisinə Gəncə şəhəri istiqamətində daxil olduqdan sonra hazırda fəaliyyət göstərməyən «Soyuq Bulaq» ictimai iaşə obyektinin arxasından keçməklə avtomobil yolunun üzərindən keçən körpüyə çıxaraq qatarların hərəkəti üçün nəzərdə tutulmuş dəmir yolu ilə bir neçə yüz metr getməklə mümkündür. Dəmir yolunun kənarlarında dəmir dirəklər quraşdırılmış, hadisə yerinin tam yanında da tərpənməz dəmir dirək quraşdırılmış və üzərinə ağ rəngli boya ilə 109 rəqəmləri yazılmışdır. Hadisə yeri həmin 109 rəqəmləri yazılmış dəmir yolunun sağ kənarında yerləşən dəmir dirəyin qarşısındakı dərədir, dərə hündür dağların ətəyində yerləşmiş, dərənin sonu qatar yolu üçün düzəldilmiş dəmir yolunun alt hissəsinə birləşmiş, həmin hissədə su axını üçün iri həcmli boru qoyulmuş, boru qatar yolunun o biri tərəfi ilə axan çaya açılmışdır. Dərənin sağ və sol kənarları kol və ağac bitkiləri ilə əhatələnmiş, dərəyə hər iki tərəfdən cığır vasitəsilə enmək mümkün olmuşdur. Dərəyə endikdə yerdə iri ölçülü qara daş vardır, həmin daşın yaxınlığında, daşa 20 sm məsafədə yerdə sındırılmış vəziyyətdə mobil telefon vardır (nömrə 1), telefon qara rəngdədir, «Lenovo Zuk» markalıdır, telefonun ekran hissəsi sınmış, arxa hissəsi qoparılmışdır, telefonun İMEİ kodu silinərək yararsız hala salınmışdır, mobil telefonun simkart yeri yoxlandı, telefonun iki simkart yeri var, orada yalnız 1 ədəd Rusya Federasiyasının mobil operatorlarına məxsus nömrə aşkar olundu, yoxlama zamanı həmin nömrənin +7 (961) ***-**-** olması müəyyən olundu, telefonu işlək vəziyyətə gətirmək mümkün olmadı. Həmin mobil telefondan 16 sm məsafədə mobil telefonun qara rəngli, kiçik ölçülü qopmuş hissəsi vardır (nömrə 2), həmin hissənin «Lenovo Zuk» markalı mobil telefona aid olması ehtimal olunur. Ondan 110 sm məsafədə üz hissəsi qara, alt hissəsi ağ rəngli, üzərində «Lenovo Zuk» sözləri yazılmış mobil telefona məxsus arxa qapaq aşkar olundu (nömrə 3), həmin arxa qapaq mobil telefonun qara rəngli, kiçik ölçülü qopmuş hissəsinin (nömrə 2) yuxarı hissəsində yerləşir. Bundan sonra mobil telefonun qara rəngli, kiçik ölçülü qopmuş hissəsinin (nömrə 2) aşağı hissəsinə baxış keçirilməyə başlandı, həmin predmetdən 240 sm məsafədə dəmir yolu istiqamətində qara rəngli sadə proqramlı və sındırılmış vəziyyətdə «Nokia» markalı mobil telefonun arxa qapağı (nömrə 4) aşkar olundu, ondan 22 sm məsafədə sağda mobil telefona məxsus qara rəngli batareya (nömrə 5) aşkar olundu, «Nokia» markalı mobil telefonun arxa qapağından 30 sm məsafədə isə 1 ədəd mobil telefona məxsus simkart taxılan sandıqca (nömrə 6) vardır, lakin sandıqcanın içərisi boşdur, orada sim kart yoxdur. Sandıqcadan 63 sm məsafədə qara rəngli papaq vardır (nömrə 7), papağın üz və içəri tərəflərində qanabənzər ləkələr, papağın yan tərəfində bir ədəd dəlib keçən zədə vardır, papaqdan 42 sm məsafədə 1 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik metal pul (nömrə 8) vardır. Papağın ətrafında və qarşısındakı yerdə 50 sm məsafədə qanabənzər məhlul (nömrə 9) vardır, həmin qanabənzər ləkələrin bitdiyi yerdə isə kağız paket (nömrə 10) aşkar olundu, paketin etiketi bağlı vəziyyətdədir, paket açıldıqda içərisində Rusya Federasiyasının mobil operatorlarına məxsus açılmamış nömrə vardır, paketin üzərində nömrənin +7 (960) ***-**-** olması qeyd olunmuşdur. Ondan sonra dərədə bir hissəsi torpaqda olan iri daşa söykənmiş oturaqlı vəziyyətdə kişi meyiti vardır, meyit oturmuş, sağ yan üstə qismən yıxılmış vəziyyətdədir, arxası daşa söykənmiş, əynində qara rəngli gödəkçə, qara sızıqları olan ümumən ağ rəngli kofta, göy rəngli cins materiallı şalvarı var, meyitin sağ əli yarımbükü vəziyyətdə qara rəngli gödəkcəsinin sağ yan cibindədir, sol əli isə bədəninə paralel bir qədər arxaya doğrudur, sağ ayağı yerə paralel düz vəziyyətdədir, sol ayağı 45% bucaq altında bükülmüş vəziyətdədir, həmin ayağının pəncə nahiyəsinin üstündə daş vardır. Meyitin baş nahiyəsi sağ çiyninə doğru istiqamətlənmiş vəziyyətdədir. Meyitin başının sol təpə gicgah nahiyəsi, üz hissəsi, qara rəngli gödəkcəsi və qara sızıqları olan ümumən ağ rəngli koftasının sinə hissəsində qanabənzər məhlul vardır. Meyitin sağ ayağının diz nahiyəsindən 22 sm kənarda «Nokia 150 DUOS» markalı mobil telefon (nömrə 11) aşkar olundu, mobil telefon sındırılmış vəziyyətdədir, işlək deyil, telefon arxa qapaqsızdır, iki simkart yeri var, hər ikisi boşdur, həmin telefonun İMEİ kodu «**********68803 və **********68811» nömrəlidir, ondan 1 metr qabaqda isə üzərinə «Lenovo» sözləri yazılmış (nömrə 13) batareya aşkar olunmuşdur. Qeyd edilən predmetlər predmetlər və hadisə yerində torpağa hopmuş qanabənzər məhlul kosmetik çubuğa hopdurularaq götürülmüş, qeyd olunan əşyalardan başqa hər hansı şübhəli əşya və sair predmet aşkar edilməmiş, bundan sonra meyit hadisə yerindən götürülərək MTE və PA Birliyinin Gəncə şəhər şöbəsinə aparılarkən onun gödəkçəsinin sağ yan cibində olan əlinin ovuc hissəsində bir ədəd cib bıçağı aşkar edilmiş, mobil telefonların və cib bıçağının üzərindən əl barmaq izləri götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 mənzil 40 ünvanda aparılmış xx xxxxxx 2019-cu il tarixli axtarış və götürmə protokollarından və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, mənzil dəhliz, iki yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət olmuş, mənzilin giriş qapısından daxil olduqda dəhliz yerləşmiş, dəhlizdəki divardan asılqan asılmış, asılqanın üzərində heç bir paltar aşkar olunmamış, dəhlizdən solda sanitar qovşaq yerləşmiş, orada zəruri yuyunma vasitələri quraşdırılmış, sanitar qovşaqdan sonra mətbəx otağı yerləşmiş, həmin otağa girişdən solda şkaf, qaz sobası və paltaryuyan, sağda isə soyuducu və stol-stul qoyulmuş, qeyd olunan otaqlarda heç bir şübhəli əşya və sair predmet aşkar olunmamışdır. Bundan sonra qonaq otağında axtarış aparılmış, otağında şkaf, stol-stul və divan aşkar olunmuş, sonra yataq otağında daxil olunmuş, otaqda çarpayı və kiçik ölçülü şkaf, şkafın üzərində isə bir ədəd idman çantası aşkar olunmuş, çantanın sepi açıldıqda içərisində bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli üzərində nəfəslik olan ayaqqabı, qara rəngli mayka, boyun hissəsinə qırmızı parça tikilmiş və üzərinə «Vinson» sözləri yazılmış qara rəngli mayka, boz rəngli şalvar, üzərində qara rəngli kvadrat formalı sızıqları və «Collin S» sözləri yazılmış ümumən bənövşəyi rəngli köynək və üzərində qara rəngli kvadrat formalı sızıqları və «Collin S» sözləri yazılmış ümumən ağ rəngli köynək aşkar olunmuş və axtarış zamanı həmin paltarlar götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” və “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən cinayət hadisəsi zamanı istifadə etdiyi odlu silahı gizlətdiyi yeri göstərmiş, həmin yerdən, yəni Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisindəki adsız təpəliklərdə üst-üstə yığılmış daşların altından dəstəyinin sağ və sol tərəfi qəyvəyi rəngli plasmas materaildan olan, həmin materialın hər iki tərəfdən üzərinə 5 guşəli ulduz işarəsi təsviri olunmuş 1 ədəd tapança tipli odlu silah, həmin odlu silaha məxsus boş vəziyyətdə olan 2 ədəd sandıqca, güllə və giliz hissələrinin tamlığı pozulmayan 12 ədəd patron aşkar edilmişdir. Həmin silah və digər predmetlər baxış keçirilməklə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Şahid7 tərəfindən könüllü təqdim edilən “iphone 4” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görününür ki, mobil telefonun təhlükəsizlik kodu olduğundan daxil olmaq mümkün olmamış və mobil telefon götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 4(030)-05/2019 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Daşkəsən rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu göstərdiyi və onun tərəfindən könüllü olaraq təqdim olunmuş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu göstərdiyi göy rəngli cins materiallı şalvar, tünd göy rəngli kofta və ağ, göy və qırmızı rəng qarışıqları olan şarfı könüllü olaraq təqdim etmiş, şalvar göy rəngli, cins materiallı olmuş, bel hissəsinin içərisində etiket və etiketin üzərinə «AMERİCANO, STARETS, WEAR, THE BEST» sözləri yazılmış, kofta tünd göy rəngli, qolları və ətəyi manjetli, boğazı seplə açılıb bağlanan, hər iki böyür hissələrində boz rəngli zolaq olmuş, şarf ağ, göy və qırmızı rəng qarışıqlı iplərdən tikilmiş və üzərinə etiket bərkidilmişdir. Baxış zamanı göy rəngli cins materiallı şalvar, tünd göy rəngli kofta və ağ, göy və qırmızı rəng qarışıqları olan şarf götürülüb qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “baxış keçrilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş yaşıl rəngli gödəkcəyə baxış keçirilmiş, yaşıl rəngli gödəkcə sintetik materiallı olmaqla üzərində “DD” hərflərdən ibarət etiket tikilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı, hadisədən əvvəl və sonra “Gəncə Hostel” mehmanxanasındakı hərəkətlərini əks etdirən videogörüntülərə xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il, tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mehmanxananın 4 təhlükəsizlik kamerası olmuş, 1 və 2 saylı kameralar mehmanxananın giriş hissəsini, 3 saylı kamera mehmanxananın bayır hissəsinin sol tərəfini, 4 saylı kamera isə bayır hissəsinin sağ tərəfini göstərmiş, hər bir videokameralarda Təqsirləndirilən şəxs qeydə alınmış hərəkətinə dair görüntülərə ayrı-ayrılıqda baxış keçirilmiş, daha sonra hər bir kamerada qeydə alınmış həmin görüntülər tarix ardıcıllığı ilə 3 qovluğa əlavə edilmiş və hər bir tarix üzrə ardıcıl düzülməklə bir videoformatda birləşdirilmişdir. Videokameralarda danışıq səsləri qeydə alınmamış, görüntülər yalnız hərəktlərdən ibarət olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 21.15 dəqiqədə «Gəncə Hostel» mehmanxanasının qarşısında ağ rəngli “VAZ 2121” markalı avtomobil dayanmış, həmin avtomobilin sağ yan tərəfindən bir əlində çəlik, başında qara rəngli dimdikli papaq, əynində rəngi bilinməyən gödəkçəsi olan şəxs düşərək hostelə daxil olmuş, hostelin administrator bölməsinə yaxınlaşmış, orada olan şəxs ona yaxınlaşaraq aralarında danışıq aparılmış, həmin şəxs bayıra çıxaraq ağ rəngli “VAZ 2121” markalı avtomobilə yaxınlaşmış, sürücü qapını açıb nə haqqındasa danışmış, həmin şəxs yenidən hostelə qayımış, divanda əyləşərək ayaqlarına daxal geyinmiş, daha sonra hostelin işçisi ilə yataq otağına getmiş, hər ikisi oradan qayıtdıqdan sonra həmin şəxs yenidən bayıra çıxmış, yenidən “VAZ 2121” markalı avtomobilə yaxınlaşmış, bundan sonra hostelə qayıtmış, daha sonra hostelin əməkdaşı qeydiyyat aparmış, həmin şəxs isə ona sənəd təqdim etmiş, həmin şəxs cibindən pul çıxarıb hostelin işçisinə vermiş və ayaqqabılarını əlinə götürərək yataq otağına getmişdir. Saat 21.23 dəqiqədə həmin şəxs hosteldən bayıra çıxaraq sürücüyə yaxınlaşmış, sürücü qapını açaraq onunla danışmış, sonra sürücü qapını örtmüş, həmin şəxs hostelə qayıtmış, saat 21.25 dəqiqədə ağ rəngli “VAZ 2121” markalı avtomobil hərəkət edərək uzaqlaşmışdır. xx.xx.2019-cu il tarixdə saat 09.45 dəqiqədə həmin şəxs stulda oturaraq yemək yediyi müşahidə olunmuş, daha sonra durmuş, şarfını boynuna salmış, hostelin işçisinə pul vermiş, gödəkcəsini götürərək hostelin işçisi ilə danışmış, girişdə solda yerləşən rəfdə olan ayaqqabılarını geyinmiş, gödəkcəsini geyinmiş, girişdə solda yerləşən rəfin yanında olan çəliyini götürmüş və qapıdan çıxaraq sola doğru hərəkət etmişdir. xx.xx.2019-cu il tarixdə saat 09.50 dəqiqədə hosteldən çıxaraq gedən zaman onun əynində göy rəncli cins şalvar, yaşıl rəngli gödəkcə, ağ, göy və qırmızı rəng qarışıqları olan şərf, qara rəngli ayaqqabı və qara rəngli dimdikli papaq olduğu müşahidə olunmuşdur. Həmin gün saat 18.32 dəqiqədə hostelə qayımış, əynində həmin paltarlar olmuş, əlində isə əlavə bir ədəd qutu saxlamı, hostelə daxil olaraq sol tərəfdə qutunu ayaqqabı dolabının üstünə qoyaraq ayaqqabılarını çıxarıb yay başmağı geyinmiş, ayaqqabılarını da götürüb adminitsratorla danışaraq yataq otağına getmişdir. xx.xx.2019cu il tarixdə saat 07.46 dəqiqədə həmin şəxs əlində paltar çıxaraq paltarları dəhlizdəki kreslonun üzərinə qoymuş, sonra stulda əyləşmiş, saat 09.10-da stuldan durub dəhlizdəki kresloda əyləşmiş, həmin vaxt onun əynindəki paltarların göy rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli dimdikli papaqdan ibarət olması müşahidə edilmiş, orada yay başmağını çıxarıb ayaqqabılarını geyinmiş, ağ, göy və qırmızı rəng qarışıqları olan şarfını boynuna salaraq bayıra çıxmış, orada siqareti yandıraraq çəkmiş, mobil telefonunun çıxarıb qulağına tutmuş, yenidən hostelə qayıtmış, mobil telefonunu çıxarıb qulağına tutmuş, daha sonra solda kresloda əyləşmiş, saat 08.20 dəqiqədə administratora yaxınlaşıb onunla danışmış, sonra yenə qayıdaraq həmin kresloda əyləşmiş, saat 08.25 dəqiqədə duraraq şarfını boynuna salmış, gödəkcəsini geyinmiş və əyləşmiş, saat 08.32 dəqiqədə bayıra çıxmış, sağ tərəfdə yolun hərəkət hissəsində dayanmış ağ rəngli “VAZ 2121” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb sürücüyə yaxınlaşmış, onunla bir qədər söhbət etmiş, sonra hostelə qayıdaraq kreslonun üzərinə qoyduğu qutunu və çəliyini götürərək bayıra çıxıb avtomobilə yaxınlaşaraq qabaq sağ yan oturacaqda əyləşmiş və avtomobil hərəkət edərək uzaqlaşmışdır. Baxış zamanı «Gəncə Hostel» mehmanxanasının təhlükəsizlik kameralarında qeydə alınmış Təqsirləndirilən şəxs hərəkətinə dair görüntülər tarix ardıcıllığı ilə 3 papkaya əlavə edilərək hər bir tarix üzrə ardıcıl düzülməklə 3 videoformatda birləşdirilmiş və yaddaş qurğusundan diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “baxış keçrilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə mərkəzi univermağında yerləşən “VİP telekom” mağazasına məxsus mobil telefonların alqı-satqı kitabına baxış keşirilmiş, kitabın üz qabığı göy rəngli olmaqla üzərinə sarı rəngli hərflərlə «ASSİSr» sözləri yazılmış, kitab səhifələnib tikilməmiş, kitabın birinci səhifəsinə heçnə yazılmamış, 2-ci səhifədən etibarən 19-cu səhifəyədək krafik çəkilərək damalara bölünmüş və hər səhifədəki damaların adları eyni olmaqla orada adlar aşağıdakı kimi düzülmüş, damalarda alış tarixi, satış tarixi, model, imel, maya dəyəri, satış, qazanc və əlavə qeyd bölmələri yazılmışdır. Təqsirləndirilən şəxs alınmış «Samsung A30» markalı mobil telefon barədə qeydlər kitabın 8-ci səhifəsinin sonuna yazılmış, həmin səhifədə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək alınmış 18 mobil telefonlar qeyd olunmuş, onlardan sonuncu, yəni 18-ci sətirdə xx.xx.2019-cu il tarixdə «Samsung A30» markalı mobil telefon olmaqla Təqsirləndirilən şəxs alınmış, əvvəlki səhifələrdə olduğu kimi bu səhifədə də alış tarixi, satış tarixi, model, imel, maya dəyəri, satış, qazanc və əlavə qeyd bölmələri yazılmış, həmin böldəmənin 18-ci sırasında Alış tarixi-xx.xx.2019, satış tarixi-boş, model-A30 2019, İmel-**********57970, Maya-260, satış-boş, qazanc-boş, qeyd-sənədi var sözləri yazılmışdır. Baxış zamanı kitabın üz qabığı və 8-ci səhifənin surətləri çıxarılaraq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə mərkəzi univermağında yerləşən “VİP telekom” mağazasından könüllü olaraq təqdim edilmiş «Samsung A30» markalı mobil telefona xx xxxxxx 2020-ci il tarixli “baxış keçrilməsi haqqında” protokoldan görünür ki, mobil telefonun təhlükəsizlik kodu olmamış, telefonda adi işçi funksiyalar olmuş, telefonun SMS proqramı və zənglər bölməsində heçbir məlumat aşkar olunmamış, digər internet şəbəkə ilə işləyən Watsapp, Mesenger və sair proqramlar müəyyən olunmamış, baxışda iştirak edən “VİP telekom” şirkətinin satıcısı Şahid4 mobil telefonun alan zaman format olunaraq içərisindəki məlumatların silindiyini göstərmişdir. Baxış zamanı «Samsung A30» markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə mərkəzi univermağında yerləşən “VİP telekom” mağazasının 4 nömrəli təhlükəsizlik kamerasında xx.xx.2019-cu il tarixdə saat 12.45 dəqiqədə qeydə alınmış 11 dəqiqə 23 saniyəlik videogörüntülərə baxış protokolundan görünür ki, «VİP telekom» mağazasında 4 təhlükəsizlik kamerası quraşdırılmış, həmin kameralar mağazanın müxtəlif sektorlarını göstərmiş, 4 nömrəli təhlükəsizlik kamerası isə mağazaya daxil olduqdan sonra sağ tərəfi göstərmiş, videokameraların danışıq səslərini qeydə almaq funksiyası olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 12.45 dəqiqədə mağazanın sağ tərəfində yerləşən rəfin arxasında iki şəxs dayanmış, həmin rəfin qarşı tərəfindən bir nəfər oturmuş və mağazanın mərkəzində iki şəxs ayaq üstə dayanmış, həmin vaxt giriş qapısından daxil olan bir əlində çəlik, başında dimdikli papaq, əynində yaşıl rəngli gödəkcə və boynunda şarf müşahidə olunan şəxs oturan şəxsə yaxınlaşaraq onunla danışmış, əlindəki mobil telefon qutusunu ona vermiş, qutunu götürən şəxs açaraq içərisindəki mobil telefonu çıxarmış, bir qədər telefona baxmış, sonra arxa tərəfdə oturan şəxsə göstərmiş, daha sonra telefonu ona təqdim edən şəxslə danışmış, həmin şəxs onun əvvəl əyləşdiyi yerdə oturmuş, bundan sonra satıcı kağız götürərək qeydlər aparmış, həmin kağızı telefonu satan şəxsə təqdim etmiş, həmin şəxs imzalayıb geri qaytarmış, bundan sonra satıcı göy üzlü kitab götürərək həmin katabda qeydlər aparmış və mobil telefonu satan şəxsə pul olması ehtimal olunan kağızlar sayaraq təqdim etmiş, sonuncu isə sayıb ayağa qalxaraq həmin pul olması ehtimal olunan kağızları sağ yan cibinə qoyub mağazanı tərk etmişdir. Baxışda iştirak edən «VİP telekom» şirkətinin satıcısı Şahid4 mağazaya daxil olan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, ona həmin telefonu satmaq istədiyini bildirdiyini, telefonu yoxladıqdan sonra almaq qərarına gələrək qiymətlə bağlı aralarında danışıq olduğunu və 260 manata razılaşaraq telefonu alması barədə qeydiyyat apardıqdan sonra 260 manat pulu sayıb Təqsirləndirilən şəxs verdiyini, sonuncu da pulu sayıb cibinə qoyaraq getdiyini göstərmişdir. Baxış zamanı Gəncə mərkəzi univermağında yerləşən «VİP telekom» mağazasının 4 nömrəli təhlükəsizlik kamerasında xx.xx.2019-cu il tarixdə saat 12.45 dəqiqədə qeydə alınmış 11 dəqiqə 23 saniyəlik videogörüntü həmin mağazada olan yaddaş qurğusundan diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 120-293-1220 nömrəli məktubuna əlavə edilmiş diskdəki videogörüntülərə baxış protokolundan görünür ki, diskdə iki ədəd «Daşkəsəndə ölüm xx.xx.2019», «Daşkəsəndə ölüm xx.xx.2019» adlı qovluqlar, üç ədəd excell formatında «20df571», «20ea043» və «50bv138» adlı fayllar müşahidə olunmuş, əvvəlcə «Daşkəsəndə ölüm xx.xx.2019» adlı qovluğa daxil olunmuş, qovluqda 10 dəqiqə 17 saniyə davam edən videogörüntünün olması müəyyən olunmuş və həmin videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə saat 10.04 dəqiqədə əlində çəlik olan, əynində göy rəngli cins şalvar, yaşıl rəngli gödəkcə, ağ, göy və qırmızı rəng qarışıqları olan şərf, qara rəngli ayaqqabı və qara rəngli dimdikli papaq müşahidə olunan şəxs yolun hərəkət hissəsi ilə hərəkət etmiş, saat 12.49 dəqiqədə göy rəngli “VAZ 2109” markalı avtomobil yolunun hərəkət hissəsinin kənarında dayanmış, sürücü avtomobildən düşmüş, saat 12.56 dəqiqədə onun yaxınlığında sərnişin avtobusu dayanmış, avtobusdan düşən əlində çəlik olan şəxsə göy rəngli “VAZ 2109” markalı avtomobilin sürücüsü yaxınlaşmış, onunla bir qədər söhbət etdikdən sonra sürücü göy rəngli “VAZ 2109” markalı avtomobilin qabaq sol qapısını açaraq sukan olan hissəyə əyləşmiş, o biri şəxs isə sağ arxa qapını açıb orada əyləşmiş, həmin avtomobil düz istiqamətdə hərəkət etmiş, sonrakı dairəvi hərəkət yoluna daxil olmadan sağ tərəfə dönmüş, oradakı avtodayanacağın yanında dayanmış, həmin vaxt videokamera digər əraziləri göstərdiyindən avtomobilin nə üçün dayandığı görünməmiş, daha sonra bir qədər düz istiqamətdə hərəkət edərək geriyə dönmüş, hərəkətin dairəvi təşkil edilən hissəsindən isə sola dönərək əvvəl gəldiyi isqamətdə hərəkət edib uzaqlaşmışdır. Baxışda iştirak edən Şahid2 göy rəngli “VAZ 2109” markalı avtomobilin ona məxsus olduğunu, həmin avtomobillə Daşkəsən-Gəncə istiqamətinə taksi kimi fəaliyyət göstərdiyini, xx.xx.2019-cü il tarixdə Gəncə şəhərinə sərnişin apararaq Yeni Gəncə qəsəbəsindəki «Əminə» marketin yanında dayandığını, bir qədər sonra əvvəllər tanıdığını Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs 20 nömrəli sərnişin avtobusu ilə ora gəldiyini, ona yaxınlaşaraq onu 12 manat müqabilində Daşkəsən rayonunun giriş hissəsinə qədər aparmasını, onunla razılaşıb onu götürdüyünü, Elbrusun arxa oturacaqda oturduğunu, ona yaxınlıqdakı «Ramada Plaza» otelinin yanına sürməyini, oradan adam götürəcəyini bildirdiyini, «Ramada Plaza» otelinin qarşısındakı dairəvi hərəkət yoluna sürdüyünü, dairəvi hərəkət yolunun kənarındakı dayanacağın qabağında saxladığını, Elbrusun pəncərəni bir qədər aşağı endirərək yolun kənarında səki hissəsində dayanan tanımadığı, orta boylu, arıq, saçları qismən ağarmış, üzü isə tam ağarmış, təxminən 40-50 yaşlı bir kişini çağıraraq avtomobilə minməsini dediyini, həmin şəxsin də avtomobilin arxa oturacağında oturaraq Elbrusla salamlaşıb görüşdüyünü və bundan sonra qarşıdan geriyə dönərək Daşkəsən rayonu istiqamətində hərəkət etdiyini və Daşkəsən rayonunun giriş hissəsində bayraq meydanı adlanan ərazinin yaxınlığından dəmir yolu xətti keçən köhnə işləməyən yeməkxananın yanında saxladığını və onları düşürərək getdiyini bildirmişdir. Bundan sonra «Daşkəsəndə ölüm xx.xx.2019» adlı papkaya daxil olunmuş, həmin papkada 03 dəqiqə 40 saniyə davam edən ağ rəngli “VAZ-2121” markalı avtomobilin hərəkətini əks etdirən videogörüntünün olması müəyyən edilmiş, baxış zamanı ağ rəngli “VAZ-2121” markalı avtomobilin müxtəlif istiqamətlərdə hərəkət etdiyi müəyyən olunmuşdur. Bundan sonra excell formatında olan «20df571» adlı fayla daxil olunmuş və həmin faylda **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Gəncə şəhərində hərəkət etdiyi küçələrin adlarının göstərilildiyi müəyyən olunmuş, baxış zamanı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə saat 3:05 dəqiqədə Dədə Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində, saat 03.06 dəqiqədə Dədə Qorqud prospektində, saat 03.56 dəqiqədə Totanlı dairəsində, saat 09.35 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, saat 17.07 dəqiqədə H.Əliyev küçəsi ilə E.Rəfibəyli küçəsinin kəsişməsində, saat 17.31 dəqiqədə H.Əliyev küçəsi ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 21:57 dəqiqədə Zərrabi küçəsi ilə M.Abbaszadə küçəsinin kəsişməsində, xx.xx.2019-cu il tarixdə saat 09:27 dəqiqədə Totanlı dairəsində, saat 09.34 dəqiqədə Atatürk prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 13.25 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 13.31 dəqiqədə, H.Əliyev küçəsi ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 13.42 dəqiqədə Gəncə şəhərinin Göygöl yolu giriş-çıxışında, saat 18.15 və 18.19 dəqiqələrdə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, xx.xx.2019-cu il tarixdə saat 04.19 dəqiqədə Gəncə şəhəri Totanlı dairəsində, saat 09.45 və 09.51 dəqiqələrdə Gəncə şəhərinin Daşkəsən yolu girişçıxışında və saat 11.26 dəqiqədə Təbriz küçəsi ilə Ozan küçəsinin kəsişməsində hərəkət etdiyi müəyyən olunmuşdur. Bundan sonra excell formatında olan «20ea043» adlı fayla daxil olunmuş və həmin faylda **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Gəncə şəhərində hərəkət etdiyi küçələrin adlarının göstərildiyi müəyyən olunmuş, baxış zamanı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə 09.58 dəqiqədə H.Əliyev prospekti ilə E.Rəfibəyli küçəsinin kəsişməsində, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində, saat 10.06 dəqiqədə Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində, saat 12.15, 12.16 dəqiqələrdə H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində, saat 13.32 dəqiqədə H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 13.42 dəqiqədə Nizami küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində, saat 14.26, 15.39 dəqiqələrdə Vəli Xuluflu küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, saat 15.42, 15.43 dəqiqələrdə Dədə Qorqud prospektində, saat 18.01 dəqiqədə Gəncə şəhəri Göygöl yolu giriş-çıxışda, Atatürk prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 20.56 dəqiqədə Dədə Qorqud prospektində, Dədə Qorqud prospekti ilə Müseyib Bağırov küçəsinin kəsişməsində, saat 21.57 dəqiqədə Gəncə şəhərinin nizami prospektində, saat 21.58 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində, saat 21.59 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, xx.xx.2019-cu il tarixdə saat 11.12, 11.13 dəqiqələrdə H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 11.13 dəqiqədə H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində, 11.22 dəqiqədə Gəncə şəhərinin Göygöl yolu giriş-çıxışında, saat 16.53 dəqiqədə H.Əliyev prospekti ilə A.Ziyadxan küçəsinin kəsişməsində, saat 23.01 dəqiqədə H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, xx.xx.2019-cu il tarixdə saat 08.22 dəqiqədə H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində, saat 08.23 dəqiqədə H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində, saat 09.44 dəqiqədə Təbriz küçəsi ilə Ozan küçəsinin kəsişməsində, 09.56 dəqiqədə Samux yolu, saat 11.26 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 11.30 dəqiqədə Nizami prospekti ilə Dədə qorqud küçəsinin kəsişməsində, saat 11.33 dəqiqədə Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində, saat 11.38 dəqiqədə Gəncə şəhəri Göygöl yolu giriş-çıxışda, saat 12.20 dəqiqədə Gəncə şəhəri Göygöl yolu giriş-çıxışda, saat 12.33 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, 15.53 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 16.19 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində və 21.52 dəqiqədə H.Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində hərəkət etdiyi müəyyən olunmuşdur. Bundan sonra excell formatında olan «50bv138» adlı fayla daxil olunmuş və həmin faylda **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Gəncə şəhərində hərəkət etdiyi küçələrin adlarının göstərildiyi müəyyən olunmuş, baxış zamanı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə saat 08.52 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, saat 09.07 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, saat 11.09 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, saat 12.53 dəqiqədə Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində, saat 14.03 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 14.12 dəqiqədə Nizami prospekti ilə Delux otelin qarşısında, xx.xx.2019-cu il tarixdə saat 08.17 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu girişçıxışında, saat 08.33 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində, saat 08.45 dəqiqədə Nizami prospekti ilə Delux mehmanxanasının qarşısında, saat 08.51 dəqiqədə Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində, saat 12.42, 13.09, 13.34, 14.40 dəqiqələrdə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, saat 17.30 dəqiqədə H.Əliyev prospekti ilə A.Ziyadxan küçəsinin kəsişməsində, saat Ş.İ.Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində, saat 20.28 dəqiqədə Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində, saat 20.40 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, xx.xx.2019-cu il tarixdə saat 10.20 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, 10.47 dəqiqədə Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində, 10.53 dəqiqədə Nizami prospekti ilə H.Əliyev prospektinin kəsişməsində, saat 11.08 dəqiqədə H.Əliyev prospekti ilə İ.Məmmədov küçəsinin kəsişməsində, saat 11.11 dəqiqədə H.Əliyev prospekti ilə A.Ziyadxan küçəsinin kəsişməsində, 11.33 dəqiqədə H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, 11.36 dəqiqədə Ş.İ.Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində, 13.22 dəqiqədə Gəncə şəhərinin Daşkəsən yolu giriş-çıxışında, 13.41 dəqiqədə Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində və Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində hərəkət etdiyi müəyyən olunmuşdur. Baxış zamanı Gəncə şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 120-293-1220 nömrəli məktubuna əlavə edilmiş disk protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə hadisə yerinə xx.xx.2020-ci il tarixə «minaaxtaran» adlı cihazdan istifadə edilməklə əlavə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı X2 baş nahiyəsinə odlu silahdan atəş açan zaman durduğu dərənin üstündəki hündür yerdən təxminən 2 metr məsafədə, yaxınlıqdan keçən dəmir yolu xəttindən 11 metr məsafədə, dağın yamacında bitən kol bitkisinin yanında kiçik daşın üzərində «minaaxtaran» adlı cihaz xüsusi səs siqnalı vasitəsi ilə metal aşkar olunması barədə xəbərdarlıq siqnalı vermiş, cihazın xüsusi səs siqnalı vasitəsi metal aşkar olunması barədə xəbərdarlıq etdiyi yerdən 1 ədəd giliz aşkar edilərək götürümüş, baxış zamanı güllə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik informasiya idarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Mehdiyev X19 şəhər Lenin rayon xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmü ilə RSFSR CM-nin 154.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il, Gəncə şəhər Nizami rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220.1 və 220.2-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 5 il, Rusya Federasiyası, Çelyabinsk vilayətinin Zlatoust rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Rusya Federasiyası CM-nin 158.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il, Quba rayon xalq məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci (cəzaçəkmə müəssisəsindən qaçma) maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən xx.xx.2001-ci ildə cəzasını çəkməkdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 151 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi əsəb dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, Mehdiyev X13 xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə 2 nömrəli şəhər xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli 04 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2019-cu il tarixdə «dissirkulyator ensefalopatiya» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli 49 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2019-cu il tarixdə «postravmatik ensefalopatiya, asteno-nevrotik hal, yuxu və yaddaş funksiyasının kobud pozulması» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 541- 57/2 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Şəmkir rayonu Çinarlı kənd sakini X16 və xx.xx.2962-ci il təvəllüdlü Daşkəsən şəhər sakini X17 adlarına xx.xx.2019-cu il tarixində saat 08.45-də Bakı sərnişin stansiyasından yola düşən 702 saylı Bakı-Gəncə sürətli qatarın 3-cü vaqonunun 4A və 4B yerlərinə Bakıdən Gəncəyə kimi bilet tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx xxxxxx 2020-ci il tarixli 011-818-1220 nömrəli məktubundan görünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin ümumi və xüsusi əlamətləri, izlərin mərkəzi və deltası aydın əks olunmadığından ADİS-in məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş X16 və Təqsirləndirilən şəxs əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx xxxxxx 2020-ci il tarixli 011-819-1220 nömrəli məktubundan görünür ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd giliz kimyəvi laboratoriyada xüsusi kimyəvi tozlarla aşılandıqdan sonra üzəri gözlə vizual olaraq müayinə edilmiş və üzərində heç bir əl izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx xxxx 2020-ci il tarixli 011-2556-1220 nömrəli məktubundan görünür ki, təqdim olunmuş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmiş, tədqiqat zamanı təqdim edilmiş 10 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və miqrasiya idarəsinin xx xxxx 2020-ci il tarixli, 018-6513-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X16 adına xx.xx.2019-cu il tarixdə C 02763855 nömrəli ümumvətəndaş pasportu rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 35565 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nömrə qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 35566 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə X16 adına qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 1013 nömrəli məktubundan görünür ki, **********68803 və **********68811 İMEİ kodlu cihazların xx.xx.2020-ci il tarixinədək Azərcell şəbəkəsində istifadəsi aşkar edilməmiş, həmçinin ***-***-**-** və +**********6 saylı nömrələrin də Azərcell şəbəkəsində istifadələri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli AZF/LGL-34/20 nömrəli məktubundan görünür ki, X16 adına hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli AZF/LGL-1638/20 nömrəli məktubundan görünür ki, **********68803 və **********68811 İMEİ kodlu cihazlar və +**********6 saylı nömrə Azerfon şəbəkəsində istifadəsi edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli BKC/LGL-716/20 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə X16 adına qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli BKC/LGL-717/20 nömrəli məktubundan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı nömrələr Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 2455 nömrəli məktubu ilə daxil olmuş CDdiskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, diksdə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmin nömrələrin olduğu anten darələri və anket məlumatları öz əksini tapmışdır. Belə ki, ***-***-**-** saylı mobil nömrəyə ilk zəng xx.xx.2019-cu il tarixdə, sonuncu zəng isə xx.xx.2019-cu il tarixdə saat edilmiş, Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin «**********68803 və **********68811» İMEİ kodlu «Nokia» markalı mobil telefonda istifadə olunması, ona X16 istifasində olan ***-***-**-** və +**********6 saylı mobil nömrələrindən, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-** və Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlanılması halları aşkar edilməmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı sms və məlumat aşkar edilməmiş və disk protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Gəncə şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli 2119 nömrəli məhkəmə-tibbi ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Daşkəsən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmiş, onun bədəni üzərində KT və MRT müayinəsi zamanı boyun fəqərələrinin yaşla əlaqədar degenerativ dəyişikliklər aşkar edildiyi və onların travma ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Gəncə şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli 2104 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində görünür ki, X18 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gicgah və sol qaş üstü nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 1 günə qədərdir və sağlamığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin xx xxxxxx 2019-cu il tarixli 727 nömrəli məhkəmə soyuq-silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 112 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun baş nahiyəsində kəllə boşluğuna keçən, kəllə qapağı və kəllə əsası sümüklərinin sınmasına, sağ göz almasının dağılmasına, baş beyinin əzilməsinə səbəb olan bir ədəd dəlib-çıxan odlu silah yarası müəyyən edilmişdir. Bu xəsarət həyatidir, patronu güllə ilə doldurulmuş odlu silahdan atılan bir atəşin nəticəsində əmələ gəlmişdir. Giriş güllə yarası sol təpə-gicgah nahiyəsində sol ayaq altından 167 sm yuxarıda, çıxış güllə yarası isə sağ ayaq altından 159 sm yuxarıda sağ göz yuvasında yerləşir. Yara kanalının istiqaməti soldan sağa, yuxarıdan aşağı, arxadan önə doğrudur. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilir. X2 ölümünə səbəb başın sol təpə-gicgah nahiyəsinin kəllə boşluğuna keçən dəlib-çıxan odlu silah yarası nəticəsində əmələ gələn, sağ göz almasının dağılması, baş beyinin əzilməsi və kəllə sümüklərinin çoxqəlpəli sınması olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 24-48 saatdır (meyit xx.xx.2019-cu il tarixdə saat 23.00 da müayinə olunmuşdur). X2 bədəni üzərində qeyd olunan güllə yarasından başqa sağ yanaq, sağ təpə və alın nahiyələrində sıyrıq kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlər həyatidir, Q.O.Abdullayevin ölümündən az qabaq bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcəsi təyin edilmir. X2 anus dəliyi nahiyəsində anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilməmiş, tənəffüs yollarında yad cisim aşkar edilməmiş, boyun nahiyəsində stranqulyasiya şırımı və əllə boğulmaya xarakterik hər hansı bir xəsarət müəyyən edilməmiş, meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmətrasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 666 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş X22 məxsus (01 gödəkçə, 03 cüt corab, 02 tuman, 01 papaq, 01 mayka, 01 köynək, 01 kofta, 01 şalvar) və Təqsirləndirilən şəxs məxsus paltarlar (02 şalvar, 01 kofta, 01 şarf, 01 gödəkçə, 02 mayka, 02 köynək , 01 ayaqqabı) üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus papağın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sair verilib. Həmin papağın üzərində olan zədə öz formasına, quruluşuna və sair ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri aiddir. Həmin rəyin tədqiqi hissəsi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus papağın (kepka) ön hissəsində 240x160 mm ölçüdə zədə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 32333/32334 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən hadisənin törədilməsində istifadə edilən və tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə hazırlanmış 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, yarımavtomatik tapançadır, üzərindəki seriya-nömrəsini göstərən zavod işarələri (yazılar) aşınmanı doldurub hamarlayaraq maddəni kustar üsulla çəkməklə məhv edilmişdir və həmin maddə qalın təbəqəli və bərkləşmiş vəziyyətdə olduğu üçün onu təmizləyərək silahın seriya-nömrəsini müəyyən etmək mümkün deyildir, tapançanın detallarında təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir-yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və ondan atəş açılması üçün tətiyinə 4 kq qüvvə ilə təsir etmək tələb olunur. Konstruksiyasına uyğun olaraq, həmin silahdan atəş açılarkən patronun gilizi sağa, yuxarıya, geriyə tərəf istiqamətdə təxminən 2- 5 metr məsafəyə atıla və həmin tapançadan atılmış güllə təxminən 700 metr məsafəyə uça və 350 metrədək məsafədə hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malik ola bilər. Tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd patron-01 ədəd şərti «38» nömrəli zavodda 1988-ci il ildə, 04 ədəd şərti «38» nömrəli zavodda 1977-ci ildə, 04 ədəd şərti «38» nömrəli zavodda 1989-cu ildə, 03 ədəd şərti «270» nömrəli zavodda 1954-cü ildə istehsal edilmiş, pistonları mərkəzdən alışan 9 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin (APS) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatlarıdırlar və təyinatlarına və kaliblərinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançada istifadə oluna bilərlər. Həmin patronların pistonlarında atəş prosesində odlu silahın vurucusundan yaranmış izlər yoxdur, atəşə (istifadəyə) yararlıdırlar, üzərlərində bərk predmetə dəymə və öz kalibrlərinə və təyinatlarına uyğun olaraq silaha doldurulubboşaldılma prosesində yaranmağa xarakterik olan, az və zəif əks edilmiş səthi sıyrılma və batıq izləri vardır, lakin həmin izlər eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, həmin patronların təqdim edilmiş 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançanın, yaxud da başqa hansısa konkret bir silahın patronluğuna, sandıqçasına yerləşdirilib-yerləşdirilmədiklərini müəyyən etmək mümkün deyildir. Hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz-zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin (APS) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun, öz kalibrinə və təyinatına uyğun silahdan atəş açılması nəticəsində ayrılmış hissəsidir-gilizidir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Həmin giliz, təqdim edilmiş 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançadan atılmışdır. Təqdim edilmiş 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır, lakin elmi metodika olmadığından, atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, hadisə yerində aşkar edilmiş papağın üzərində rəyin tədqiqi hissəsində qeyd olunan ölçüdə və sayda zədələr vardır. Zədənin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə və zəif mis metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən, 1,5 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş hadisə yerində aşkar edilmiş papağın üzərində çıxış zədəsi olmadığından atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Həmin rəyin tədqiqi hissəsi ilə müəyyən edilmişdir ki, papağın son tikişindən 80 mm yuxarı məsafədə bir ədəd 9x10 mm ölçüdə zədə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə-lifli materiallar, kriminalistik və məhkəmə-torpaqşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 667/978 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır, onların rəngi və növü rəyin 1 №-li cədvəlində göstərilmişdir. X3 məxsus olduğu qeyd edilən paltarlardan ağ, qara naxışlı sviter üzərində tapılmış qırmızı rəngli yun liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan qarışıq rəngli şarfın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 01 cüt qara rəngli ayaqqabının alt hissəsində və 01 cüt üstü deşikli qara rəngli ayaqqabının alt hissəsində cüzi miqdarda torpaq mənşəli maddə hissəcikləri vardır. Həmin torpaq hissəcikləri sarımtıl-boz rəngli torpaqlara aiddir. Ayaqqabıların üzərində torpaq mənşəli maddə hissəcikləri cüzi miqdarda olduqları üçün hadisə yerindən götürülmüş torpaq nümunəsi ilə müqayisəli tədqiqat aparılması yalnız torpağın rənginə (qrup əlamətinə) görə mümkündür. Torpaq nümunələri qrup əlamətlərinə (rənglərinə) görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli BKC/LGL-856/20 nömrəli məktubu ilə daxil olmuş CD-diskə baxış protokolundan görünür ki, diksdə X16 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən– xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər, həmin nömrələrin olduğu anten dairələri və anket məlumatları öz əksini tapmışdır. Belə ki, həmin nömrəyə ilk sms xx.xx.2019-cu il tarixdə saat 15:08 dəqiqədə “xxxxxxx” MMC göndərilmiş, həmin vaxt qeyd olunan nömrənin anten dairəsi "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155" ünvanını göstərmiş, daha sonra həmin nömrədən xx.xx.2019-cu il tarixdə saat 15:11 dəqiqədə ***- ***-**-** saylı nömrəyə, saat 15:20 və 15:27 dəqiqələrdə ***-***-**-** saylı nömrəyə, saat 15:28 dəqiqədə ***-***-**-** saylı nömrəyə, saat 16:15 dəqiqədə yenidən ***-***-**-** saylı nömrəyə zənglər edilərək danışıqlar aparılmış, xx.xx.2019-cu il tarixdə saat 09.14 dəqiqədə ***-***-**-** saylı nömrəyə, həmin gün saat 11:37 dəqiqədə isə ***-***-**-** saylı nömrəyə zənglər edilərək danışıqlar aparılmışdır. Qeyd olunan nömrənin anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 15:08 dəqiqədən - saat 16:15 dəqiqəyədək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanını, xx.xx.2019-cu il tarixdə saat 09.14 dəqiqədə Şəmkir rayonu, Çinarlı kəndini, xx.xx.2019-cu il tarixdə saat 11:37 dəqiqədə isə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalını göstərmiş, həmin saatdan və anten dairəsindən sonra X16 istifasində olmuş ***-***-**-** saylı nömrəyə zəng, sms və anten qeydə alınmamışdır. Baxışda iştirak edən X31 qardaşı Qurbanın əlaqə saxladığı ***-***-**- ** və ***-***-**-** saylı nömrələr ona, ***-***-**-** saylı nömrənin digər qardaşı Həsənə və ***-***-**-** saylı nömrənin isə həmkəndlisi X23 məxsus olduğunu bildirmişdir. xx.xx.2019cu il tarixdə saat 11:37 dəqiqədə sonuncu dəfə Qurbana zəng edərək evin açarını qoyduğu yeri bildirdiyini, bundan sonra Qurbana zəng çatmadığını göstərmişdir. Baxış zamanı X18 istifadəsində olan ***-***-**-** saylı nömrənin Firudin Quliyevin adına və X15 istifadəsində olan ***-***-**-** saylı nömrənin isə Orxan Abdullayevin adına qeydə alınması müəyyən olunmuşdur. Bundan sonra “**********68811” İMEİ kodlu mobil telefonda istifadə olunmuş nömrələr barədə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən – xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “**********68811” İMEİ kodlu mobil telefonda xx.xx.2019-cu il tarixdən saat 22:34 dəqiqədən – xx.xx.2019-cu il tarixdən saat 23:25 dəqiqəyədək **********290 saylı nömrə olmuş, xx.xx.2019-cu il tarixdə saat 15:08 dəqiqədən xx.xx.2019-cu il tarixdə saat 11:37 dəqiqəyədək isə ***-***-**-** saylı nömrə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx xxxx 2020-ci il tarixli 011-2556-1220 nömrəli məktubundan görünür ki, təqdim olunmuş 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmiş, tədqiqat zamanı təqdim edilmiş 10 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, Mehdiyev X13 xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli AZF/LGL-1638/20 nömrəli məktubundan görünür ki, **********68803 və **********68811 İMEİ kodlu cihazlar və +**********6 saylı nömrə Azerfon şəbəkəsində istifadəsi edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “xxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, BKC/LGL-5772/20 nömrəli məktubu ilə daxil olmuş CD-diskə baxış protokolundan görünür ki, diksdə 13 adda PDF formatında aşağıdakı fayllar müşahidə olunmuş, əvvəlcə «554520906 sms in» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrənin xx.xx.2019cu il xx.xx.2019-cu il tarixədək daxil olan bir neçə sms-lər barədə məlumatların olduğu müəyyən olunmuş, baxış zamanı həmin nömrəyə ilk sms-in xx.xx.2019-cu il tarixdə ***-***- **-** saylı nömrədən, sonuncu sms-in isə ***-***-**-** saylı nömrədən daxil olmuş, iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Bundan sonra «Call_Details_**********3057__554520906» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən – xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər və anten barədə məlumatlar olduğu müəyyən olunmuş, qeyd olunan nömrəyə ilk zəng xx.xx.2019-cu il tarixdə 08.53 dəqiqədə ***-***-**-** saylı nömrədən, sonuncu zəng isə xx.xx.2019-cu il tarixdə saat 23.30 dəqiqədə ***-***-**-** saylı nömrədən edilmiş, 18-xx xxxxxx 2019-cu il tarixlərdə həmin nömrənin anten dairəsi Göygöl rayonu və Gəncə şəhərini göstərmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə əlaqə müəyyən olunmamışdır. Bundan sonra «Call_Numbers_**********4006__554520906_onlyBKC» fayla baxış keçirilmiş, həmin faylda Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış «xxxxxxx» MMC-yə məxsus abonentlərin sahiblərinin adlarının qeyd olunduğu müəyyən olunmuş, baxış zamanı həmin faylda iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən olunmamışdır. Bundan sonra «556361344 sms in» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrənin xx.xx.2019-cu il xx.xx.2019-cu il tarixədək daxil olan bir neçə şəbəkəyə dair sms-lər olduğu müəyyən olunmuş və baxış zamanı iş üçün əhəmiyyətli məlumat aşkar edilməmişdir. Bundan sonra«556361344 sms out» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif nömrələrə göndərilmiş bir neçə sms-in olduğu müəyyən olunmuş, baxış zamanı həmin faylda iş üçün əhəmiyyətli məlumat müəyyən olunmamışdır. Bundan sonra «Call_Details_**********1402__556361344» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən – xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər və anten barədə məlumatlar olduğu müəyyən olunmuş, baxış zamanı xx.xx.2019-cu il tarixdə ***-***-**-** saylı nömrədən saat 06.49, 07.30, 07.35 dəqiqələrdə ***-***-**-**, saat 11.17 dəqiqədə ***-***-**-**, saat 14.04 dəqiqədə ***-***-**-**, saat 15.09 dəqiqədə ***-***-**-**, saat 15.11, 15.40 və 15.50 dəqiqələrdə ***-***-**-**, saat 17.59 dəqiqədə ***-***-**-**, saat 18.41 dəqiqədə ***-***-**-** və saat 21.34 dəqiqədə ***-***-**-** saylı nömrələrə zənglər edilmiş və danışıq aparılmış, həmin nömrəyə saat 07.47, 08.59 dəqiqələrdə, ***-***-**-**, saat 10.46 və 10.49 dəqiqələrdə ***-***-**-**, saat 13.19 dəqiqədə ***-***-**-**, saat 13.28 dəqiqədə ***-***-**-**, saat 13.42 dəqiqədə ***-***-**-**, saat 14.03 dəqiqədə ***-***-**-**, saat 14.14 dəqiqədə ***-***-**-**, saat 15.37 dəqiqədə ***-***-**-**, saat 15.56 dəqiqədə ***-***-**-**, saat 16.19 dəqiqədə ***-***-**-**, saat 16.26 dəqiqədə ***-***-**-**, saat 16.47 və 16.50 dəqiqədə ***-***-**-**, saat 18.02 dəqiqədə ***-***-**-**, saat 18.05 dəqiqədə ***- ***-**-**, saat 18.10 dəqiqədə ***-***-**-**, saat 18.12 dəqiqədə ***-***-**-**, saat 18.13 dəqiqədə ***-***-**-**, saat 18.49 dəqiqədə ***-***-**-**, saat 19.16 dəqiqədə ***-***-**-**, saat 19.56 dəqiqədə ***-***-**-**, saat 20.06 dəqiqədə ***-***-**-**, saat 20.37 dəqiqədə ***-***-**-**, saat 21.03 dəqiqədə ***-***-**-**, saat 21.33 dəqiqədə ***-***-**-** və saat 22.03 dəqiqədə ***-***-**-** saylı nömrələrdən zənglər edilmiş və danışıq aparılmışdır. Qeyd olunan nömrənin xx.xx.2019-cu il tarixdə anten məlumatları saat 06:49 dəqiqədə "Daşkəsən şəhəri, Daşkəsən Fərhad heykəlinin yanı", saat 07:30-07.35 dəqiqələrdə "Daşkəsən şəhər, Xətai küç", 07:47 dəqiqədə "Daşkəsən şəhəri, Daşkəsən Fərhad heykəlinin yanı", 08:59 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 10:46 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 10:49 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 11:17 dəqiqədə "GöyGöl rayonu, Qızılca kəndi", 13:19 dəqiqədə "GöyGöl rayonu, Yalqışlaq kəndi", 13:28 dəqiqədə "GöyGöl rayonu, Yalqışlaq kəndi", 13:42 dəqiqədə "Gəncə şəhəri, Şəmkir şossesi 01", 14:03 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 14:04 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 14:14 dəqiqədə "Gəncə şəhəri, Şəmkir şossesi 01", 15:09 dəqiqədə "Daşkəsən şəhəri", 15:12 dəqiqədə "Daşkəsən şəhəri", 15:37 dəqiqədə "Daşkəsən şəhər, Xətai küç", 15:40 dəqiqədə "Daşkəsən şəhəri, Daşkəsən Fərhad heykəlinin yanı", 15:55 dəqiqədə "Daşkəsən şəhəri, Daşkəsən Fərhad heykəlinin yanı", 15:56 dəqiqədə "Daşkəsən şəhəri", 16:19 dəqiqədə "Daşkəsən rayonu, Bayan kəndi", 16:26 dəqiqədə "GöyGöl rayonu, Yalqışlaq kəndi", 16:47 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 16:50 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 17:59 dəqiqədə "Aztelekom İB, Gəncə TQK-nin ATS 54", 18:02 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:05 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:10 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:12 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:13 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:41 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", 18:49 dəqiqədə "Gəncə şəhəri, Şəmkir şossesi 01", 19:16 dəqiqədə "Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-ə məxsus torpaq sahəsi)", 19:56 dəqiqədə "Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi,", 20:06 dəqiqədə "Gəncə şəhəri, X56 Vagzali", 20:37 dəqiqədə "Göygöl rayonu,Üçtəpə kəndi, Bala Bağbanlı", 21:03 dəqiqədə "Daşkəsən rayonu, Bayan kəndi", 21:33 dəqiqədə "Daşkəsən şəhər, Xətai küç", 21:34 dəqiqədə "Daşkəsən şəhəri" və 22:03 dəqiqədə "Daşkəsən şəhəri, Daşkəsən Fərhad heykəlinin yanı" göstərmişdir. Bundan sonra «Call_Numbers_**********2213__556361344_onlyBKC» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış «xxxxxxx» MMC-yə məxsus abonentlərin sahiblərinin adlarının qeyd olunduğu müəyyən olunmuş, baxış zamanı həmin faylda iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə əlaqə müəyyən olunmamışdır. Bundan sonra «556737788 sms in» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrənin xx.xx.2019-cu il xx.xx.2019-cu il tarixədək müxtəlif nömrələrdən daxil olan smslərin olduğu müəyyən olunmuş və baxış zamanı iş üçün əhəmiyyətli məlumat aşkar edilməmişdir. Bundan sonra «556737788 sms out» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrədən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif nömrələrə göndərilmiş smslərin olduğu müəyyən olunmuş və iş üçün əhəmiyyət məlumat aşkar edilməmişdir. Bundan sonra «Call_Details_**********4743__556737788» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən – xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər və anten barədə məlumatlar olduğu müəyyən olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdə saat 15:09, 15:11, 15:35, 15:49, 16:23, 17:41, 19:10, 20:10 və 20:32 dəqiqələrdə, xx.xx.2019-cu il tarixdə saat 17:03, 18:23 və 18:26 dəqiqələrdə, xx.xx.2019-cu il tarixdə saat 17:30 və 18:19 dəqiqələrdə, xx.xx.2019-cu il tarixdə saat 11:29 dəqiqədə, xx.xx.2019-cu il tarixdə saat 14:16 dəqiqədə, eləcə də Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdə saat 17:41 dəqiqədə və xx.xx.2019-cu il tarixdə saat 08:21 dəqiqədə zənglər edilərək danışıqlar aparılmışdır. Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatları xx.xx.2019-cu il tarixdə saat 00.28 dəqiqədən saat 15.54 dəqiqəyədək Gəncə şəhərinin ərazisini, 16.04 dəqiqədən saat 17.57 dəqiqəyədək "Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi"ni, saat 17.58 dəqiqədən xx.xx.2019-cu il tarixə saat 11.06 dəqiqəyədək Gəncə şəhərinin ərazisini, saat 11.13 dəqiqədən saat 16.09 dəqiqəyədək "Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi"ni, saat 16.10 dəqiqədən saat 16.11 dəqiqəyədək Gəncə şəhərini, saat 16.11 dəqiqədən 16.15 dəqiqəyədək "Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi"ni və saat 16.20 dəqiqədən xx.xx.2019-cu il tarixə saat 09.03 dəqiqəyədək Gəncə şəhəri ərazisini göstərmiş, Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrədən X2 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə hər hansı əlaqə müəyyən olunmamışdır. Bundan sonra «Call_Numbers_**********5944__556737788_onlyBKC» adlı fayla baxış keçirilmiş, həmin faylda Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış «xxxxxxx» MMC-yə məxsus abonentlərin sahiblərinin adlarının qeyd olunduğu müəyyən olunmuş, baxış zamanı ***-***-**-** saylı nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən olunmuşdur. Bundan sonra «Call_Details_**********3240__552353208» adlı fayla baxış keçirilmiş, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2019-cu il tarixdən saat 00:00 dəqiqədən – xx.xx.2019-cu il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər və anten barədə məlumatların olduğu müəyyən olunmuş, həmin nömrə xx.xx.2019-cu il tarixdə saat 15.07 dəqiqədə aktivləşmiş, sonuncu əlaqə xx.xx.2019-cu il tarixdə saat 07.51 dəqiqədə olmuş, xx.xx.2019-cu il tarixdə ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə saat 10:20 dəqiqədə, saat 10.47 dəqiqədə ***-***-**-** saylı nömrəyə, saat 11.55 dəqiqədə ***-***-**-** nömrəyə, saat 15.39 dəqiqədə ***-***-**-** nömrəyə, saat 17.03 dəqiqədə ***-***-**-** nömrəyə, saat 17.06 dəqiqədə ***- ***-**-** nömrəyə, saat 18.23 və 18.26 dəqiqələrdə ***-***-**-** nömrəyə zənglər edilmiş və danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən X2 istifadəsində olmuş ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-** və Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrələrdə hər hansı əlaqə müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatları xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Gəncə şəhəri ərazisini göstərmiş, xx.xx.2019-cu il tarixdə saat 07.51 dəqiqədən saat 08.06 dəqiqəyədək, "Gəncə şəhəri, A.İskəndərov küçəsi 46", saat 10.20 dəqiqə "Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud 38 və 40 saylı binanın arasında bankın damı", saat 10.47 dəqiqədə saat 11.00 dəqiqəyədək "Gəncə şəhəri, Ə. Cəmil 4", saat 11.25 dəqiqədə "Gəncə şəhəri, Ş. İ. Xətai prospekti 155", saat 11.55 dəqiqədə "Gəncə şəhəri, A.İskəndərov küçəsi 46", saat 15.34 dəqiqədə "Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı", saat 15.39 dəqiqədə "Gəncə şəhəri, Nizami küçəsi, ev 150", saat 17.03 dəqiqədən saat 17.06 dəqiqəyədək "Gəncə şəhəri, A.İskəndərov küçəsi 46", saat 18.23 dəqiqədə "Gəncə şəhəri, Ə. Cəmil 4", saat 18.26 dəqiqədə "Gəncə şəhəri, Gəncə küçəsi 1, Kəpəz Mehmanxanası", saat 18.28 dəqiqədə isə "Gəncə şəhəri, A.İskəndərov küçəsi 46" göstərir. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə xx.xx.2019-cu il tarixdə saat 11.55 dəqiqədən saat 15.34 dəqiqəyədək heç bir anten dairəsində qeydə alınmamışdır. Bundan sonra «Call_Numbers_**********4636__552353208_onlyBKC» adlı fayla baxış keçirilmiş, həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış «xxxxxxx» MMC-yə məxsus abonentlərin sahiblərinin adlarının qeyd olunduğu müəyyən olunmuş, baxış zamanı ***-***-**-** saylı nömrənin Şahid8, ***-***-**-** saylı nömrənin Şahid7, ***-***-**-** saylı nömrənin Sahib ibrahimova, ***-***-**-** saylı nömrənin Elşən Süleymanova məxsus olması müəyyən olunmuşdur. Baxış zamanı “xxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, BKC/LGL-5772/20 nömrəli məktubu ilə daxil olmuş diskə protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Gəncə şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 06 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfabeta. Hadisə yerindən götürülmüş 1 cüt qoşa qoyulmuş pambıq tampon, torpaq nümunəsi və «Bələdiyyə seçki proqramı» yazılı kağız üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan X4 məxsus ola bilər. X4 məxsus bir ədəd gödəkcə, bir ədəd kofta, bir ədəd tuman, bir ədəd mayka, bir ədəd kofta, bir ədəd cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan X4 məxsus ola bilər. X4 məxsus iki ədəd cib dəsmalı, bir ədəd mavi rəngli trusik, 1 cüt boz, 1 cüt qara rəngli corab, bir ədəd göy rəngli kofta, bir ədəd cins şalvar üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, 1 ədəd köynək, bir ədəd mayka, bir ədəd uzunqol köynək, bir ədəd mayka, bir ədəd cins şalvar, bir ədəd şarf, bir ədəd dimdikli papaq, 1 cüt qara nəfəslikli ayaqqabı, 1 cüt qara rəngli ayaqqabı üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə komputer-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 1624 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «iphone 5» markalı «A1457» modelli arxa markirovka göstəricisinə görə «**********84289» imei kodlu mobil (smartfon) telefon olmaqla, halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan mobil smartfonda məlumatları itirmədən şifrəni ləğv etmək texniki imkanları olmadığına görə, yaddaşına daxil olmaq və orada hər hansı bir məlumatları aşkar etmək mümkün olmamışdır. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Lenova» markalı arxa markirovka göstəricisinə görə «Z1221» modelli mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə deyildir. Mobil (smartfon) telefon işlək vəziyyətdə olmadığından və arxa markirovka göstəricisində İMEİ kod göstərilməməsi səbəbindən İMEİ kodu müəyyən edilmədi. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A30» markalı «SM- A305F/DS» modelli «**********57970», «**********57978» imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətədir. Tədqiq olunan mobil smartfonda «format» əlamətləri müşahidə olunmuşdur. İstifadəçiyə aid olan məlumatlar «factory reset»-yəni ki, zavod istehsalçı ayarlarına gətirilməklə əsaslı şəkildə məlumatlar sıfırlanmışdır. Belə halda qeyd olunan mobil smartfonda hər hansı bir iş üçün əhəmiyyət kəsb edə bilən məlumatları müəyyən etmək texniki baxımdan mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserin xx xxxx 2020-ci il tarixli 185/73 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən şəhər kommunal müəssisələr kombinatının xx xxxx 2020-ci il tarixli 848 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Mehdiyev X29 şəhəri, Səməd Vurğun küçəsi, ev 17b, mənzil 28 ünvanında qeydiyyatda olmaqla müxtəlif ünvanlarda yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Quba rayon xalq məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli, 1-15 nömrəli hökmündən gürünür ki, Quba rayon ərazisində yerləşən 9 saylı kolonya məntəqəsindən 1997-ci ildə qaçdığına görə Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 39-cu maddəsinə əsasən onun əvvəlki hökm üzrə cəzasının çəkilməmiş hissəsindən 1 il 6 ayı qismən topama yolu ilə bu hökmlə təyin edilmiş cəzaya birləşdirilmiş və müttəhim Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 220.1 və 220.2-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci maddələrindən həmin məcəllənin 120.1, 228.1, 326.1 və 326.2-ci maddələrinə tövsif olunmasına, ona elan edilmiş ittiham dəyişdirilərək məzmununa əlavələr edildiyindən onun Azərbaycan Respublikası CM-nin 120.1, 228.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına, ona həmin maddələrlə ilə yenidən ittiham elan edilməsinə və barəsində Daşkəsən rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsasların olmadığının nəzərə alınmasına, Təqsirləndirilən şəxs mərhum X21 odlu silahdan istifadə etməklə öldürməsinin Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına, Şahid7, Şahid6, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid8 əməllərində Azərbaycan Respublikası CM-nin 32,120.2.1 və 307-ci maddələrinin tərkib əlamətləri tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət təqibinə başlanılmamasına, Şahid10 ifadəsində göstərdiyi X16 X26 şəhərində kimisə öldürməsi barədə xüsusat üzrə Rusya Federasiyasının səlahiyyətləri orqanlarına məlumat göndərilməsinə, Cinayət işi üzrə hadisə yerindən qanabənzər ləkələrə hopdurulub götürülmüş 2 ədəd pambıq tamponun, bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Lenova» markalı mobil (smartfon) telefonun, həmin telefona məxsus arxa qapaq, batareya və qopmuş detal, bir ədəd «Nokia 150 DUOS» markalı mobil telefonun, həmin telefona məxsus arxa qapaq və batareya, bir ədəd mobil telefona məxsus simkart taxılan sandıqcanın, 1 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik metal pul, içərsində Rusya Federasiyasının mobil operatorlarına məxsus istifadə olunmamış nömrə olan paketin, üzərində güllə zədəsi olan qara rəngli papaq, X2 xarici müayinəsi zamanı cibində aşkar edilmiş üzərinə “bələdiyyə seçki proqramı” sözləri yazılmış kağızın, X4 məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd kofta, bir ədəd tuman, bir ədəd mayka, bir ədəd cins şalvarın, Təqsirləndirilən şəxs məxsus qara rəngli dimdikli papağın, qarışıq rəngli şarf, göy rəngli cins materiallı şalvar, tünd göy rəngli kofta, yaşıl rəngli gödəkcənin, bir cüt qara rəngli ayaqqabı, zavod üsulu ilə hazırlanmış 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, yarımavtomatik tapança, iki ədəd sandıqca, 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançadan atılmış giliz, 9 ədəd patronun, avtobus bileti, “VİP telekom” mağazasına məxsus mobil telefonların alqı-satqı kitabının surətləri üzərində hadisənin izlərini saxladığından maddi sübut hesab edilməsinə, “VİP telekom” mağazasına məxsus mobil telefonların alqı-satqı kitabının surətlərinin cinayət işində, qalan maddi sübutların isə Daşkəsən rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmasına, Təqsirləndirilən şəxs məxsus bir cüt qara rəngli üzərində nəfəslik olan ayaqqabı, qara rəngli mayka, boyun hissəsinə qırmızı parça tikilmiş və üzərinə «Vinson» sözləri yazılmış qara rəngli mayka, boz rəngli şalvar, üzərində qara rəngli kvadrat formalı sızıqları və «Collin S» sözləri yazılmış ümumən bənövşəyi rəngli köynək və üzərində qara rəngli kvadrat formalı sızıqları və «Collin S» sözləri yazılmış ümumən ağ rəngli köynək üzərində cinayətin izləri və əlamətləri olmadığından ona qaytarılsın. 9. Şahid7 götürülmüş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «iphone 5» markalı «A1457» modelli arxa markirovka göstəricisinə görə «**********84289» imei kodlu mobil (smartfon) telefon üzərində cinayətin izləri və əlamətləri müəyyən olunmadığından ona qaytarılmasına, Şahid4 götürülmüş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A30» markalı «SM-A305F/DS» modelli «**********57970», «**********57978» imei kodlu mobil (smartfon) telefon üzərində cinayətin izləri və əlamətləri müəyyən olunmadığından ona qaytarılmasına, X4 məxsus qəhvəyi rəngli kəmər, trusik, 1 cüt boz və 1 cüt qara rəngli corablar, 1 ədəd göy rəngli kofta, meyitin əynində olan paltarların ciblərinə aşkar edilmiş sarı metaldan ağ və qara qaşları olan üzük, 2 ədəd cib dəsmalı, «Winston» markalı siqaret və alışqan, 1 ədəd pul qabı, 3 ədəd 1000 Rusya rublu, 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq, 1 ədəd 20 qəpik, 1 ədəd 10 qəpik əskinaslar, bank kartları, sürücülük vəsiqəsi, sürücülük məktəbinə aid reklam kağızı, Rusya Federasiyasının mobil operatorlarına məxsus +7 (961) ***-**-** saylı nömrə və soyuq silah hesab edilməyən bıçaq üzərində cinayətin izləri və əlamətləri olmadığından zərərçəkmiş şəxsin hüquqi varisi X24 qaytarılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Bayram Abdullayevin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsinin sanksiyasında 10xx xxxxxxxx 2000 min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2ci maddəsinin sanksiyasında 10xx xxxxxxxx 1500 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin odlu silahdan istifadə etməklə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi hadisə yerində yoxlanılarkən cinayətin aləti hesab olunan odlu silahın yerini könüllü olaraq cinayət təqibi orqanına bildirməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş dörd müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1, 326.1 və 326.2-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 4(030)-05/2019 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Daşkəsən rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Daşkəsən rayon prokurorluğunda saxlanılan hadisə yerindən qanabənzər ləkələrə hopdurulmuş götürülmüş 2 ədəd pambıq tampon, 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançadan atılmış giliz məhv edilməli, X3 məxsus bir ədəd «Lenova» markalı mobil (smartfon) telefon, həmin telefona məxsus arxa qapaq, batareya və qopmuş detal, bir ədəd «Nokia 150 DUOS» markalı mobil telefon, həmin telefona məxsus arxa qapaq və batareya, bir ədəd mobil telefona məxsus simkart taxılan sandıqca, 1 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik metal pul, içərsində Rusya Federasiyasının mobil operatorlarına məxsus istifadə olunmamış nömrə olan paket, üzərində güllə zədəsi olan qara rəngli papaq, üzərinə “bələdiyyə seçki proqramı” sözləri yazılmış kağız, X4 məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd kofta, bir ədəd tuman, bir ədəd mayka, bir ədəd kofta, bir ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus qara rəngli dimdikli papaq, qarışıq rəngli şarf, göy rəngli cins materiallı şalvar, tünd göy rəngli kofta, yaşıl rəngli gödəkcə, bir cüt qara rəngli ayaqqabı, avtobus bileti qanuni sahiblərinə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, zavod üsulu ilə hazırlanmış 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, yarımavtomatik tapança, iki ədəd sandıqca, 9 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli, “VİP telekom” mağazasına məxsus mobil telefonların alqı-satqı kitabının surətləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 578,07 (beş yüz yetmiş səkkiz manat, yeddi qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X40, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X33 işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 210 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.1, 326.1 və 326.2-ci təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Daşkəsən rayon prokurorluğunda saxlanılan hadisə yerindən qanabənzər ləkələrə hopdurulmuş götürülmüş 2 ədəd pambıq tampon, 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, nömrəsi silinmiş tapançadan atılmış giliz məhv edilsin, X3 məxsus bir ədəd «Lenova» markalı mobil (smartfon) telefon, həmin telefona məxsus arxa qapaq, batareya və qopmuş detal, bir ədəd «Nokia 150 DUOS» markalı mobil telefon, həmin telefona məxsus arxa qapaq və batareya, bir ədəd mobil telefona məxsus simkart taxılan sandıqca, 1 ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik metal pul, içərsində Rusya Federasiyasının mobil operatorlarına məxsus istifadə olunmamış nömrə olan paket, üzərində güllə zədəsi olan qara rəngli papaq, üzərinə “bələdiyyə seçki proqramı” sözləri yazılmış kağız, X4 məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd kofta, bir ədəd tuman, bir ədəd mayka, bir ədəd kofta, bir ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus qara rəngli dimdikli papaq, qarışıq rəngli şarf, göy rəngli cins materiallı şalvar, tünd göy rəngli kofta, yaşıl rəngli gödəkcə, bir cüt qara rəngli ayaqqabı, avtobus bileti qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, zavod üsulu ilə hazırlanmış 9 mm kalibrli «Makarov» («PM») konstruksiyalı, yarımavtomatik tapança, iki ədəd sandıqca, 9 ədəd patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, “VİP telekom” mağazasına məxsus mobil telefonların alqı-satqı kitabının surətləri isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 578,07 (beş yüz yetmiş səkkiz manat, yeddi qəpik), Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X33 işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X49 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar