Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-208/2021 09.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Kövər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3141,758 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 08 yanvar 2021-ci il tarixdə saat 18:05 radələrində DİN-nin BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu, Qanboy Quliyev küçəsində idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 1 ünvanında yerləşən X8 şöbəsinin inzibati binasına gətirilərək həmin gün saat 20 radələrində üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd polietilen kəsiyində təmiz çəkisi 6.758 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra həmin gün saat 21 radələrində idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd göy rəngli torbadan külli miqdarda, təmiz çəkisi 3135 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuananı çəkmək üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq Г-00852 nömrəli, keçmiş SSRİ dövlətində, 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJKB modelli, çaxmaqsız, hamar tək lüləli, atəş üçün yararlı, texniki cəhətdən saz, yivsiz odlu silah hesab edilən bir ədəd ov tüfəngi və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, üzərində kustar üsulla heç bir əlavə dəyişiklik edilməmiş, ov sursatı hesab edilən dörd ədəd ov patronlarını əldə edib yaşadığı Yevlax rayonu, Kövər kəndində yerləşən fərdi yaşayış evinin özünün istifadə etdiyi yataq otağında saxlamış, məlum olmayan vaxtda qanunsuz olaraq bir ədəd ov tüfənginin lüləsini və qundağını kəsərək təyinatını itirmiş 16 kalibrli, odlu silah hesab edilən ov tüfənginin kəsiyini (obrez) hazırlamış, 09 yanvar 2021-ci il tarixdə saat 12 radələrində DİN BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Yevlax rayonu, Kövər kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında olan çarpayının döşəyinin altında qanunsuz olaraq saxladığı odlu silah hesab edilən həmin bir ədəd ov tüfəngi kəsiyi (obrez) və ov sursatı hesab edilən həmin dörd ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən, həmin Məcəllənin 228.1 və 229.1-ci maddələrilə olan ittihamlar üzrə isə özünü tamamilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 08 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhərində idarə etdiyi “Ford Fusion” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb sükandan düşmək istəyən zaman bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, həmin şəxslər xidməti vəsiqələrini ona təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları idarə etdiyi avtomobilə əyləşib birlikdə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinə gedəcəyini bildirmişlər, o da polis əməkdaşlarına heç bir etiraz etmədiyindən birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin inzibati binasınına aparmışlar. Şöbədə müdafiəçi ilə təmin olunmuş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra avtomobilinə və yaşadığı evə baxış keçirilməsinə və götürmə aparılmasına dair ərizələri imzalamış, onun avtomobilinə vəkilin iştirakı ilə baxış keçirilmiş, o, avtomobilin yük yerində narkotik vasitə marixuana və 1 ədəd elektron tərəzi saxladığını bildirmişdir. Sonra ona həmin narkotik vasitəni təqdim etmək təklif edilmiş, o da cibində gəzdirdiyi açar ilə avtomobilin yük yerini açmış, narkotik vasitə marixuananı və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, sonra təqdim etdiyi sellofan torbaya baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində olan kütlələrin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, narkotik vasitə ilə saxlanılarkən özü evində silah və patron saxladığını polis əməkdaşlarına bildirmiş, bundan sonra 09 yanvar 2021-ci il tarixdə vəkili ilə birlikdə yaşadığı Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evinə atası Şahid1 da razılıq ərizəsindən sonra baxış keçirilmiş, o, yataq otağında özünə məxsus çarpayının döşəyini qaldıraraq 1 ədəd tüfəngi və 4 ədəd patronu təqdim etmişdir. Ov tüfəngi 16 kalibrli, tək lüləli, qundağı və lülə hissələri özü tərəfindən kəsilmiş vəziyyətdə olmuşdur. Həmin ov tüfəngini babası Nərimanının yaşadığı evin zirzəmisindən təxminən 10 il əvvəl götürmüş, ailə üzvlərindən və digər şəxslərdən heç kimin saxladığı narkotik vasitədən və ov tüfəngindən xəbəri olmamış, ov tüfəngini istifadə etməmişdir. Həmçinin ifadəsində həmin narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax rayonu ərazisində Kür çayı sahillərində müxtəlif yerlərdən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən öz şəxsi istifadəsi üçün yığmış, həmin narkotiki Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində qurutmuşdur. Həmin marixuananı hər hansı bir şəxsə satmaq və ya vermək niyyəti olmamış, həmin narkotikdən heç kimə satmamış, şəxsi istifadəsi üçün həmin narkotik vasitəni evə aparmaq istəmişdir. Buna görə də özünü həmin ittihamla qismən təqsirli hesab etmişdir. Əlavə olaraq ifadəsində avtomobilinin baqaj hissəsindən aşkar edilmiş elektron tərəzini qızıl-zinət əşyalarını çəkmək və idmanla məşğul olan zaman qida əlavələrini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa ifadəsində törətdiyi əmələ görə peşmançılıq çəkdiyinibildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin QBRŞ-in xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt Yevlax rayonunun Kövər kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və istifadə etməsi, yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış və əməliyyat-axtarış qrupu yaradılmışdır. 08.01.2021-ci il tarixdə saat 18 radələrində Yevlax rayonu, Qanboy küçəsində idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildən düşən zaman Təqsirləndirilən şəxs əməliyyataxtarış qrupunun üzvləri yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş, Elnura narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və odlu silah saxlamaqda şübhəli şəxs qismində saxlanması barədə məlumat vermiş, Təqsirləndirilən şəxs onlarla birlikdə DİN BNMİ-nin X8 şöbəsinə getməli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birgə DİN BNMİ-nin X8 şöbəsinə gələcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə DİN BNMİ-nin X8 şöbəsinə gəlmişlər. Şöbədə Təqsirləndirilən şəxs vəkillə təmin olunaraq, vəkilin iştirakı ilə üzərində olan narkotik vasitə və digər qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, video çəkilişlə üzərinə baxış zamanı əynində olan qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin baqajından 1 ədəd elektron tərəzi və 1 ədəd sellofan torbanın içərisinə yığılmış qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin aşkar edilənlər qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı Yevlax rayonu, Mal Binəsi kəndi ərazisindən öz istifadəsi üçün yabanı halda bitmiş çətənə bitkisinin kollarını yığıb qurudaraq hazırlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə bir ədəd lüləsi kəsilmiş ov tüfəngi saxlamasını bildirmiş, səhəri gün yəni, 09.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Kövər kəndində yerləşən fərdi yaşayış evinə özünün və atası Şahid1 razılığı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının döşəyinin altından bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və dörd ədəd patron aşkar edilmişdir. Ov tüfənginin 16 kalibrli, tək lüləli, qundağı və lülə hissələri kəsilmiş halda olduğu müəyyən edilmişdir. Aşkar edilənlər qablaşdırılaraq götürülmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, narkotik vasitənin satışı ilə bağlı əməliyyat məlumatı olsa da Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasını müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNin BNMİ-nin QBRŞ-ninəməkdaşıŞahid5 Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 08.01.2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən ona zəng edilərək oğlu Elnurun narkotik vasitə saxlamaqda və qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş, daha sonra 09.01.2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları Elnur və müdafiəçisi ilə birlikdə yaşadıqları evin qarşısına gələrək baxış keçirmək istədiklərini bildirmişlər. O, ərizə yazaraq baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmiş, bundan sonra yaşadıqları evə baxış keçirilmiş və baxış keçirilən zaman Elnurun yataq otağındakı çarpayının döşəkçəsinin altından bir ədəd lüləsi kəsilmiş ov tüfəngi və dörd ədəd patronlar aşkar edilərək götürülmüşdür. Elnurun deməsinə görə tüfəng və patronları mərhum atası Nərimanın olmuşdur. Ancaq onun mərhum atası Nərimanın yaşadıqları evin zirzəmisində tüfəng və patronlar saxlamasından məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasına dair 09 yanvar 2021-ci il tarixli 16/30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “08.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə...” sözləri yazılmış ağ rəngli kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyində təmiz çəkisi 6,758 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “08.01.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə...” sözləri yazılmış göy rəngli polietilen torbadakı digər bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 3135 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd ağ rəngli kağız paketdə və bir ədəd göy rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. (Qeyd: Marixuananın təmiz çəkiləri – 6,758 qr (1-№-li ob), - 3135 qr (2-№-li ob), tədqiqata cəmi sərf edildi - 0,1 qr (hər ob 0,05qr). qalıq – 6,708 qr, (1 №-li ob.) -3134,95 qr (2 №-li ob)). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 17 fevral 2021-ci il tarixli 21/140 R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Г-00852 nömrəli, keçmiş SSRİ dövlətində, 1962-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJKB modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır, lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir). Tədqiqata təqdim edilmiş, 04 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar və atəş üçün yararlıdırlar. Patronların üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Qeyd: 04 ədəd 16 kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanseri tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 118 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş 08 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli 4(043)-5/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 08.01.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş raportdan görünür ki, Yevlax rayonu, Kövər kəndində yaşayan Elnur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, onlardan istifadə etməsi və yaşadığı fərdi yaşayış evində qanunsuz olaraq odlu silah saxlaması barədə DİN BNMİ-nin QBRŞ-ya əməliyyat məlumatları daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 206-524-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş qurudulmuş marixuananı Təqsirləndirilən şəxs Yevlax rayonu Mal Binəsi kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb toplayaraq qurudub öz şəxsi istifadəsi, satması üçün saxlaması, eləcədə aşkar olunmuş odlu silahı digər cinayətlərdə istifadə edilməməsi əldə olunmuş əməliyyat məlumatlarında öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə əməliyyat məlumatı olsa da, həmin şəxslərin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Əlavə olaraq digər yerlərdə narkotik vasitələr gizlədərək saxlaması, odlu silahı və patronları haradan əldə etməsi barədə əməliyyat məlumatları daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin x.m.i.ü baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 08 yanvar 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 rayon Narkoloji Kabineti tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli 652 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli 801 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 249 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1, anası X6 və qardaşı X2 ibarət ailə tərkibində Yevlax rayonu Kövər kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilməklə narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax rayonu ərazisində Kür çayı sahillərində müxtəlif yerlərdən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən öz şəxsi istifadəsi üçün yığdığını, həmin narkotiki Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində qurutduğunu, həmin marixuananı hər hansı bir şəxsə satmaq və ya vermək niyyətinin olmadığını, həmin narkotikdən heç kimə satmadığını, şəxsi istifadəsi üçün həmin narkotik vasitəni evinə aparmaq istədiyini göstərmiş, həmin hissədə əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Əlavə olaraq ifadəsində avtomobilinin baqaj hissəsindən aşkar edilmiş elektron tərəzini idmanla məşğul olan zaman qida əlavələrini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş narkotik vasitənin həcmini, həmçinin onun üzərindən də narkotik vasitənin aşkar edilməsini, narkotik vasitə ilə bərabər elektron tərəzinin də aşkar edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib, daşıyaraq üzərində və idarə etdiyi avtomobildə saxlamasını inandırıcı hesab etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin məzmunlu ifadəsini işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək onun təqsirinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq edildiyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 228.1, 229.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 (bir) ədəd Г-00852 nömrəli, 16 kalibrli, İJKB modelli, çaxmaqsız, hamar tək lüləli, ov tüfəngi kəsiyi (obrez) və 03 (üç) ədəd 16 kalibrli ov patronları dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd polietilen kəsiyi bükümündə ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 6,708 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd polietilen torbada ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3134,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 32,40 manat (otuziki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 (bir) ədəd Г-00852 nömrəli, 16 kalibrli, İJKB modelli, çaxmaqsız, hamar tək lüləli, ov tüfəngi kəsiyi (obrez) və 03 (üç) ədəd 16 kalibrli ov patronları dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd polietilen kəsiyi bükümündə ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 6,708 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi Ford Fusion markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd polietilen torbada ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3134,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 32,40 manat (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-208/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-208/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver