Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-209/2020 14.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X27 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X28 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1956-cı ildə Ağdam rayonu Xındırstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdam rayonu Xındırstan kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ağdam rayonu Quzanlı qəsəbə sakini Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş çoxsaylı mübahisələrin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə telefon danışığı zamanı Zərərçəkmiş şəxs bir daha onu və ailəsini söyüb təhqir etməsindən hiddətlənərək buna görə onu öldürməklə qisas almaq fikrinə gəlib əlverişli şəraitin yaranmasını gözləmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs növbəti dəfə pulunu istəmək üçün dostu Şahid2 və taksi sürücüsü Şahid1 ilə sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yerləşən evinə gəlib həyətə giriş qapısını döyən zaman qisas üçün əlverişli məqamın yarandığı qənaətinə gələrək istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı evin həyətindəki tikilidə saxladığı, atəş üçün yararlı, zavod üsulu ilə hazırlanmış, lüləsi və qundağı kustar üsulla kəsilərək konstruktiv dəyişikliklərə məruz qalıb ilkin təyinatı dəyişdirilmiş, “İJK” modelli, “E 21097” nömrəli, yivsiz, tək lüləli ov tüfənginin kəsiyi olan odlu silahı götürüb küçəyə çıxaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə 4,1 metr məsafədən ona tərəf açdığı bir atəşdən sonuncu yaralansa da fürsət tapıb müdafiə olunmaq məqsədilə birlikdə gəldiyi taksinin ön sağ oturacağına əyləşib Şahid1 avtomobili sürərək oradan uzaqlaşmağı desə də, Şahid1 xəsarət alacağından qorxub avtomobilə oturmamış, o, isə cəld lüləyə növbəti patronu yerləşdirib avtomobilə yaxınlaşaraq cinayətkar niyyətini başa çatdırmaq üçün avtomobilin sağ ön qapısının açıq olan şüşəsinin yerindən Zərərçəkmiş şəxs baş və sinə nahiyəsinə silahı tuşlayıb 01 metr məsafədən ikinci dəfə atəş açaraq Zərərçəkmiş şəxs ümumilikdə sağ said nahiyəsinin orta 1/3-nin arxa səthində sağ said sümüyünün diafizində 1 ədəd metal yad cismin (qırma) olması ilə zolaq formasında yarıq şəkilli infeksiyalaşmış yara, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin yuxarı hissəsində böyük ölçülü oval formalı infeksiyalaşmış mərkəzi yara və onun ətraflarında səpələnmiş şəkildə yerləşmiş kiçik ölçülü, oval formalı infeksiyalaşmış yaralar, sağ qulaq seyvanının arxa səthində dərialtı yumşaq toxuma içərisində yad cisimlər, başın ənsə nahiyəsində zolaq formasında-yarıq şəklində, eyni xətt üzrə yerləşmiş 2 ədəd böyük ölçülü yara və kiçik ölçülü oval formalı infeksiyalaşmış yaralar, dərəcəsinə görə birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs üçüncü atəş üçün üzərində olan növbəti patronu tüfəngə yerləşdirmək istəyərkən Zərərçəkmiş şəxs fürsətdən istifadə edib hadisə yerindən qaçaraq uzaqlaşdığından və sonradan təcili tibbi yardım briqadası tərəfindən Ağdam MRX-na çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilib həyatı xilas olunduğundan o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qarşı yönəlmiş əməlini başa çatdıra bilməyərək sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, onu cəzalandırmaq məqsədilə odlu silahdan ona xəsarət yetirmək niyyəti ilə hadisəni törətmişdir. 1990-cı ildən 2012-ci ilinin sentyabr ayına kimi “Zərnişan kəndli fermer” təsərrüfatının sədri olmuş, eyni zamanda 2012-ci ilin sentyabr ayınadək 2005-ci ildə onun tərəfindən təsis olunan “xxxxxxxxxx” kredit ittifaqı MMC-nin sədri kimi vəzifəsində işləmişdir. 2011-ci ildə Zərərçəkmiş şəxs ailəsinin, yəni anasının etibarından istifadə edərək Dünya bankından illik 4 faiz olmaqla 400000 manat pul götürəcəyini, buna görə bankın ondan əlavə pul istədiyini bildirərək kömək edəcəyi təqdirdə ona yüksək məbləğdə aşağı faizlə kredit ayıracağına dair vəd vermiş və anası Nəcibə ona inanıb razılaşmışdır. Həmin ildə Orxanın nənəsi X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsində istifadədə olan 0.1488 ha torpaq sahəsində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 76.18 kv. metr yaşayış sahəsindən ibarət 5 otaqlı 112 nömrəli evin ipotekaya qoyulmasına nail olaraq evin müqabilində “xxxxxxxxxxx” ASC-nin Yevlax filialından 50000 manat məbləğində kredit götürmüş, lakin həbs olunduğu üçün banka ödəniş etməyərək nəticədə həmin evin bank tərəfindən satılmaqla Zərərçəkmiş şəxs ailəsinə evə görə 50000 manat, gecikmiş ödənişlərə görə 10522 manat hesablanmaqla ümumilikdə 60522 manat maddi ziyan dəymişdir. Həmin vaxt Zərərçəkmiş şəxs anası pulunu tələb etdikdə ona vurulmuş maddi ziyanı aradan qaldıracağını bildirib vaxt verməsini xahiş etmişdir. 2012-ci ilin sentyabr ayının 11-də digər şəxslərə qarşı etdiyi əməllərinə görə Azərbaycan Respublikası CM-in 178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, 2017-ci il dekabr ayının 12-də Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 816-VQD qanuna əsasən azadlığa buraxılmışdır. Həbsdən azad olunduqdan sonra özünə məxsus olan Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yerləşən pay torpağında təsərrüfatla məşğul olmağa başlamışdır. Azadlığa çıxdıqdan sonra özü Nəcibə xanımın evinə gedərək onlara məxsus evin müqabilində bankdan götürdüyü 50000 manat pulu geri qaytaracağını bildirmiş və azadlığa yeni çıxdığı üçün vaxt vermələrini xahiş etmiş, həmin vaxt Nəcibə xanım nə qədər vaxta ehtiyacının olduğunu soruşmuş, o da 2 il vaxt verməsini bildirmişdir. Həmin vaxt Nəcibə xanım onunla razılaşmış, lakin həmin söhbətdən bir il keçdikdən sonra, təxminən 2019-cu ilin ilk aylarında Zərərçəkmiş şəxs yaşadığı evə gələrək anası Nəcibə xanımın onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra həmin günün səhəri Nəcibə xanımın yaşadığı evə getmiş və ona bildirmişdir ki, borcu 2 ilə qaytaracaq. Həmin vaxt Nəcibə pula ehtiyacları olduğunu bildirmiş, o, Nəcibəyə təklif etmişdir ki, Ağdam rayonunun Xındırstan kəndində yerləşən natamam təmirli evi vardır, təmir edib satıb hələlik 10000 manat verər, lakin hələlik evin təmiri üçün vəsaiti yoxdur. Nəcibə evin təmirinə nə qədər vəsait lazım olduğunu soruşmuş, o, 2000 manata təmiri başa çatdırmağın mümkün olduğunu bildirmişdir. Nəcibə qızı Ayselə 2000 manat verməsini təmirdən sonra evin satışından pulu alacağını bildirmişdir. Bundan sonra o, 2000 manatı götürüb evi təmir etməyə başlamış, lakin evi təmir edib başa çatdıra bilməmiş, bu səbəbdən 2000 manat düzəldib Nəcibəyə qaytarmış və bildirmişdir ki, evi təmir edib bitirə bilmir. Bundan sonra o, bir neçə dəfə Nəcibənin evində olmuş, sonuncuya da, Orxana da təklif etmişdir ki, bank hesabı açsınlar və həmin hesaba aylıq olaraq 500 manat pul köçürüb onların borcunu qaytarsın. İkinci təklifi isə belə olmuşdur ki, birinci il 10000 manat, ikinci il 20000 manat, üçüncü il də 20000 manat pul verməklə borcunu qaytarsın. Onlara məxsus evi girov qoymaqla 50000 manat pul ələ keçirsə də Orxan və anası ondan bankın hesabladığı faizi də tələb etməklə ümumilikdə 60000 manat pul istəmişlər, o da buna razılıq vermişdir. Lakin Orxan da anası Nəcibə də onun heç bir təklifini qəbul etməmişdir. Bundan sonra maddi ziyanı ödəmədiyinə görə Zərərçəkmiş şəxsla çoxsaylı mübahisələri yaranmağa başlamışdır. Belə ki, ilk dəfə Orxan 2019-cu ilin noyabr ayının əvvəllərində modelini və nömrəsini xatırlamadığı “VAZ” markalı avtomobillə iki nəfər tanımadığı gənc oğlanla yaşadığı evə gələrək onunla küçədə söhbət etmişdir. Söhbət zamanı Orxan aqressiv danışsa da onu təmkinlə dinləmiş, onlar təklikdə söhbət etmişlər və söhbətin sonunda Orxan ona: “noyabrın 16-sı gələcəm, bu söhbətə nöqtə qoyacam, o pulu da sənə halal edəcəm” ifadəsini işlətmiş və getmişdir. Bundan sonra 2019-cu ilin noyabr ayının 13-ü Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 60000 manat pulu hazır edib-etmədiyini soruşmuş, o, Orxana noyabr ayının 16-na iki gün qaldığını bildirmişdir. Onun bu sözü Orxanın xoşuna gəlməmiş, onu, ailə üzvlərini ağır söyüşlərlə təhqir etmiş, həmçinin xirtdəyinə bıçaq soxacağını deyərək onu hədələmiş, onunla Ağdam rayonunun Quzanlı qəsəbəsində “dördyol” adlanan yerdə görüşmək istədiyini təkidlə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona Sumqayıt şəhərindən taksi ilə yola düşdüyünü, onu gözləməsini bildirmişdir. O, həmin günü axşam saatlarında Orxanın anası Nəcibə Məmmədovaya zəng etmiş və Orxanın Sumqayıt şəhərindən Ağdam rayonuna gəldiyini, təkidlə görüşmək istədiyini, ailəsini və onu təhqir etdiyini, hədələdiyini bildirmiş, həmin vaxt Nəcibə Orxana fikir verməməyini, onunla görüşəməməsini, Orxanın sərxoş olma ehtimalının olduğunu bildirmiş, həmin vaxt Orxanın bacısı Şahid5 ilə də telfonla danışmış, sonuncu da ona: “Cəbrayıl dayı sən ağsaqqalsan, Orxanla görüşə getmə, heç pul da lazım deyil, Orxanla görüşdüyün halda onun əlindən xəta çıxa bilər” ifadəsini işlətmiş, onlarla razılaşmış və Ayselə yaşının az olmasına baxmayaraq düzgün məsləhət verməsini, ona görə də Orxanla görüşə getməyəcəyini bidirmişdir. Bundan sonra Orxan noyabr ayının 13-dən 14-nə keçən gecə bir neçə dəfə zəng etsə də onun zənglərinə cavab verməmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:00 radələrində yaşadığı evdə olarkən evin həyətinin qapısı döyülmüş və arvadı Zivər qapını açmaq üçün həyətə keçmişdir. Bir neçə dəqiqədən sonra geri qayıdıb gələnin Orxan olduğunu, sonuncuya onun evdə olmadığını dediyini bildirmiş, bundan sonra Orxan ona zəng etməyə başlamış, o, telefonu səssiz rejimə qoymuşdur ki, Orxan telefonunun səsini eşidib evdə olmağını bilməsin. Bundan sonra həyətdən baxdıqda Orxanın evin həyətinin qarşsında dayanmasını, gəldiyi “Mercedes” markalı avtomobilin də orada hərəkətsiz dayanmasını görmüşdür. Orxanın onu və ailəsini söyüşlə təhqir etdiyi üçün onu cəzalandırmaq, yəni xəsarət yetirmək məqəsədi ilə təxminən 2011-ci ildə Ağdam rayonu Soltanbud meşəsindən tapdığı 16 çaplı, tək lüləli ov tüfəngini və 4 ədəd patronu evin həyətində yerləşən daxalın içərsindəki köhnə arı yeşiyindən götürmüş, patronun birini tüfəngə yerləşdirib çölə çıxmışdır. Evdən bıçaq və ya digər alətlər götürməmiş, silaha üstünlük ona görə vermişdir ki, Orxan daha əvvəllər onu bıçaqlayacağı ilə hədələmiş və Orxan fiziki cəhətdən də ondan cavan və güclü olmuşdur. O, çölə çıxanda silahı aşağıya tutmuş, yəni kiməsə tuşlamamışdır. Həmin vaxt Orxan “Mercedes” markalı avtomobilin qabağ oturacağından düşüb avtomobilin arxasından hərlənərək əlləri cibində, özündən razı şəkildə ona: “telefonu niyə götürmürsən ə” demiş, Orxanın cibində silah ola bilmə ehtimalını düşünərək, həmçinin onu və ailəsini ağır söyüşlərlə təhqir etdiyi üçün onu cəzalandırmaq məqsədilə dərhal silahdan bir dəfə Orxana atəş açmış, sonuncu açdığı atəşdən xəsarət almış və avtomobilə tərəf gedib qabaq oturacaqda oturmuşdur. Həmin vaxt onunla gəlmiş olan Şahid2 onun açdığı atəşdən dərhal sonra qaçmış, avtomobilin sürücüsü Şahid1 isə sükanın arxasına əyləşmişdir. O, Orxanın əyləşdiyi oturacağa tərəf getmiş, əlində olan ikinci patronu silaha yerləşdirib avtomobilin Orxan əyləşdiyi tərəfdən qapısını açıb atəş açmaq üçün bir qədər geriyə çəkilmiş, həmin vaxt sürücü avtomobildən düşərək avtomobilin qarşısına keçmiş, o da ikinci dəfə Orxanın bədən nahiyəsinə güllə ilə atəş açmış, bundan sonra o, üçüncü patronu silaha yerləşdirmiş, həmin vaxt Orxan avtomobildən düşərək qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt Şahid1 ona taksi sürücüsü olduğunu ona heçnə etməməyini xahiş etmiş, o da Vüsala onunla heç bir işinin olmadığını, burdan uzaqlaşmasını bildirmişdir. Bundan sonra o, istifadə edilməmiş iki ədəd yaşıl və şəfaf rəngli olan patronları evin həyətində yerləşən daxalın içərsindəki köhnə arı yeşiyinə qoymuşdur. Hadisədən dərhal sonra qonşuları Əlvan və Nağı gəlmiş, onların hər ikisinə bir nəfər şəxsin onu söydüyü üçün öldürmək məqsədilə deyil, cəzalanıdırmaq, yəni xəsarət yetirmək üçün güllə ilə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs öldürmək fikrində olmamış, onu öldürmək istəsəydi birinci və ikinci atəşlərdə onu başından nişan alardı, habelə üçüncü dəfə Orxana atəş açmaq imkanın olsa da onu öldürmək niyyətində olmadığından atəş açmamışdır. O, Orxana bədən xəsarətləri yetirmişdir ki, bununla Orxanın onu və ailəsini söyməsinə görə cəzasına nail olsun. Məhkəmənin diqqətinə çatdırmışdır ki, törətdiyi əmələ görə peşmandır. Ali təhsilli olmasının, uzun illər rəhbər vəzifələrdə çalışmasının, bir neçə kitabın müəllifi olmasının nəzərə alınmasını və ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı 689 saylı qəsəbədə 625 nömrəli evdə ailəsilə birlikdə yaşayır, subaydır, kənd təsərrüfatı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2000-ci ildən tanımış, mərhum atası Bəhlulla dostluq münasibətləri olmuşdur, Təqsirləndirilən şəxs onların evinə gedib-gəlmişdir. Təqsirləndirilən şəxs kredit təşkilatı yaratdıqdan sonra atasının sağlığında onun kredit təşkilatından 8000 manat pul götürmüşlər və bir müddətdən sonra borclarını ödəyib qurtarmışlar. 2009-cu ildə atası Bəhlul vəfat etmiş, bundan bir neçə il sonra anası Şahid4 Cəbrayılın sədri olduğu kredit təşkilatından 5000 manat pul götürmüşdür. Bundan bir neçə ay sonra Cəbrayıl yaşadığı evə gəlib Dünya bankından illik 4 faiz olmaqla 400000 manat pul götürəcəyini, buna görə bankın ondan şapka pulu istədiyini bildirərək onlardan borc istəmiş və əlavə olaraq bildirmişdir ki, ona köməklik etsələr pulu götürdükdən sonra illik 4 faizlə onlara da kredit verəcəkdir. Anası Təqsirləndirilən şəxsla razılaşmış və bundan bir neçə gün sonra o, Tərtər rayonunda Cəbrayılla təklikdə görüşüb ona 10000 manat pul vermiş, həmin vaxt Cəbrayıl borcunu 1 ay müddətinə qaytaracağını bildirsə də ay tamam olanda vədinə əməl etməmiş və bildirmişdir ki, Dünya bankından şapkanın məbləğini çox istəyirlər. Təqsirləndirilən şəxs onlara evini girov qoymağı, evin müqabilində bankdan pul aldıqdan sonra həmin pulu Dünya bankına şapka pulu kimi verəcəyini və 400000 manat pul götürəcəyini və bundan sonra onlara olan bütün borcunu bağlayacağını, habelə əlavə 4 faizlə kredit verəcəyini bildirmişdir. Onlar uzun illər Cəbrayılı tanıdıqları üçün ona etibar etmiş və Cəbrayılın onlara olan borcunu yalnız bu yolla ödəyəcəyini görüb başqa yolunun olmadığını bilib Cəbrayılla razılaşmış və nənəsi Şərqiyyə Zamanova məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən evi girov qoymuşlar. Lakin onların Cəbrayılın evini girov qoyub nə qədər bankdan pul götürməsindən xəbərləri olmamışdır. O, Cəbrayıla etibarnamə vermiş, sonuncu da evi etibarnamə əsasında girov qoymuş, bu səbəbdən də o, bank əməliyyatlarında iştirak etməmişdir. 2012-ci ilin sentyabr ayının 11-də Təqsirləndirilən şəxs həbs olunmuş, Cəbrayıl həbs olunan zaman ondan şikayət etməməyini xahiş etmiş və cəzasını çəkib azadlığa çıxdıqdan sonra borcunu qaytaracağını bildirmiş, o da razılaşıb Cəbrayıldan şikayət etməmişdir. 2017-ci ilin dekabr ayında Cəbrayıl azadlığa çıxmış və yaşadığı evə gələrək ondan şikayət etməməsini, 4-5 ay ərzində hissə-hissə borcunu ödəyəcəyini bildirmiş, anası və o, Cəbrayılla razılaşmışdır. Lakin bu söhbətdən 2 il keçməsinə baxmayaraq Cəbrayıl bir dəfə olsun borcundan onlara heç bir ödəniş etməmişdir. O, hər dəfə Cəbrayıla zəng edəndə, evinə getdiyində sonuncu müxtəlif bəhanələr edərək borcunu qaytarmamışdır. Onun da maddi cəhətdən çətinliyi olduğu üçün xx xxxxxx 2019-cu il tarixdə yuxudan oyandıqdan sonra qərara almışdır ki, Cəbrayılın evinə gedib ondan borcunu istəsin. Bundan sonra o, taksi sürücüsü olan Vüsalla birlikdə dostu Şahid2 yaşadığı evindən götürüb Cəbrayılın yaşadığı evinə getmişdir. O, Amilə Cəbrayılın evinə gedəcəklərini yolda olarkən demişdir. Təxminən saat 09 radələrində onlar Cəbrayılın evinə çatmış, çatan kimi avtomobildən düşmüş və Cəbrayılın evinin qapısını döymüşdür. Həmin vaxt Vüsal avtomobilin ön tərəfində sükan olan oturacaqda, Amil isə arxa oturacaqda əyləşmişdir. Bir neçə dəqiqədən sonra Cəbrayılın arvadı qapının arxasından səslənmiş, ondan “Cəbrayıl dayı hardadır” deyə soruşduqda sonuncu Cəbrayılın evdə olmamasını, Bərdə rayonuna getməsini bildirmişdir. Bundan sonra o, mobil telefonla Cəbrayılın mobil telefonuna zəng etmişdir ki, Cəbrayılın harda olmasını öyrənsin. Lakin Cəbrayıl həmin vaxtı telefona cavab verməmiş, bundan sonra o, avtomobilə əyləşib getmək istəyən zaman Cəbrayıl qapını açıb küçəyə çıxmış, o, Cəbrayıla tərəf hərəkət edib təxminən onadan 2-3 metr aralıda dayanıb telefonunun zənginə hansı səbəbə cavab verməməsini soruşan zaman Cəbrayıl “nəyə gəlmisən” ifadəsini qəzəbli və uca səslə işlədərək əlində olan tüfənglə onun qarın nahiyəsini nişan alıb bir dəfə atəş açmış, o, atəş açan zaman sağ əlini qarınının qabağına sipər etmişdir ki, qarın nahiyəsindən xəsarət almasın, nəticədə qolundan xəsarət almışdır. Bundan sonra o, qaçaraq avtomobilin qabaq oturacağına əyləşmiş, həmin vaxtı avtomobilin qabaq qapısı açıq vəziyyətdə olmuş, əyləşdikdən sonra güllə yarasının təsirindən qapını bağlamağa taqəti olmamış, Vüsala avtomobili sürməyini bildirmiş, bu zaman Cəbrayıl avtomobilə onun tərəfdən yaxınlaşaraq tüfəngi başına dirəyib iki dəfə tətiyi çəksə də atəş açılmamış, Cəbrayıl növbəti dəfə tətiyi çəkib ikinci dəfə ona atəş açmışdır. Cəbrayıl ikinci dəfə tüfəngdən güllə ilə atəş açan zaman Vüsal avtomobildə olmuşdur. Cəbrayıl ikinci atəşi açanda bədəninin sağ döş nahiyəsindən və başının arxasından xəsarət almış, həmçinin atəş nəticəsində avtomobilin qabaq sol qapısının pəncərəsi qırılmışdır. Cəbrayıl ikinci atəşdən sonra üçüncü gülləni tüfəngə yerləşdirən zaman o, avtomobildən düşərək qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Təxminən 150-200 metr hadisə yerindən uzaqlaşdıqdan sonra Vüsal Orxanla onu avtomobilə əyləşdirmiş, o, qabaq oturacaqda, Amil isə arxada əyləşmişdir. Yolda olan zaman Amil təcili tibbi yardım stansiyasına zəng edib kömək çağırmış, Xındırstan kəndində o, Vüsalın avtomobilindən düşüb təcili tibbi yardım stansiyasının avtomobilinə əyləşmiş və bundan sonra Ağdam MRX-yə getmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Cəbrayılın ona atəş açdığı tüfəngin lüləsi və qundağı kəsilmiş vəziyyətdə, tüfəng tək lüləli olmuşdur. Təqsirləndirilən şəxs ona atəş açmazdan əvvəl aralarında nə mübahisə nə də dava dalaş olmamış, Cəbrayıl evindən küçəyə çıxan zaman silahla hazır çıxmış, o, Cəbrayıla zənginə nəyə görə cavab verməməsini soruşan zaman Cəbrayıl qəfildən ona atəş açmağa başlamışdır. Cəbrayıl ikinci dəfə avtomobildə ona atəş açdıqda Vüsal avtomobildə sükanın arxasında olmuş, yalnız atəşdən sonra o da Vüsal da avtomobildən düşmüşlər. Cəbrayıl tüfəngdən birinci atəşi açdıqdan sonra, o, qaçaraq avtomobilin qabaq oturacağında əyləşmiş, taqəti olmadığından qapını bağlaya bilməmiş, həmçinin qapının pəncərəsi bağlı olmuş, Cəbrayıl tüfəngi başına pəncərdən dirəməmiş, o, tüfəngi qapı açıq olduğu üçün başına dirəmiş və atəş açan zaman Vüsal avtomobildə sükanın arxasında olmuşdur. O, yaranın təsirindən qolunu qaldıra bilməmiş, Cəbrayıl ikinci dəfə atəş açan zaman o, hərəkətsiz şəkildə oturacaqda əyləşmişdir. Onların xx xxxxxx 2019-cu il tarixdə telefon danışıqları olmuş, telefon danışığı zamanı borc üstündə mübahisə etmişlər və qarşılıqlı biri-birlərini söyüb təhqir etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır, evlidir, iki övladı vardır. Özünə məxsus olan “Mercedes Benz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs tanıyır, uzun müddətdir ki, Orxan müştərisidir, onu və ailə üzvlərini demək olar ki, gedəcəkləri yerə həmişə o, aparıb-gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 08:00 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək harada olmağını, Aşağı Yüzbaşlı kəndində getməyin mümkün olub-olmamasını soruşmuş, o da Quzanlı qəsəbəsinin “Dördyol” adlanan yerində olduğunu bildirərək Aşağı Yüzbaşlıya nəyə görə səhər vaxtı getmək istədiyini soruşmuş, həmin vaxt Orxan həmin kənddə bir nəfərlə görüşəcəyini bildirmişdir. Bundan sonra o, Orxanı Ağdam rayonu Quzanlı qəsəbəsindən götürmüş, Orxan ona xaş yeməyi təklif etmiş, o da səhər yeməyi yediyini bildirmiş, bundan sonra Orxan dostluq etdiyi Amilə zəng etmiş, lakin Amilin telefonuna zəng çatmamış, onlar da Amili götürmək üçün sonuncunun evinə getmişlər. Orxan Amilin qapısını döyüb onu küçəyə çağırmış və birlikdə getməyi xahiş etmişdir. Həmin vaxt Amil Orxandan hara gedəcəkləri ilə maraqlananda Orxan ona əynini dəyişməsini “yer var ora gedib-gələcik” ifadəsini işlətmişdir. Bundan sonra Amil paltarını dəyişib avtomobilin arxa oturacağına əyləşmiş, qəsəbədən çıxarkən X33 Yüzbaşlına getdiyini Təqsirləndirilən şəxsla söhbət edəcəyini bildirmişdir. Təxminən saat 09 radələrində onlar Cəbrayılın evinə çatmışlar, çatam kimi Orxan avtomobildən düşmüş, o, isə avtomobilin ön tərəfində sükan olan oturacaqda, Amil isə arxa oturacaqda əyləşib Orxanı gözləmişlər. Orxan Cəbrayılın evinin həyətinin qapısını döymüş, həmin vaxt Cəbrayılın arvadı qapının arxasından səslənmiş, Orxan “Cəbrayıl dayı hardadır” deyə soruşduqda o, Cəbrayılın evdə olmamasını, Bərdə rayonuna getməsini bildirmişdir. Bundan sonra Orxan mobil telefonla Cəbrayılın harda olmasını öyrənmək məqsədilə Cəbrayılın mobil telefonuna zəng etmiş, lakin Cəbrayıl həmin vaxtı telefona cavab verməmişdir. Orxan Cəbrayılın zənginə cavab vermədiyini görüb avtomobilə əyləşib getmək istəyən zaman Cəbrayıl qapını açıb küçəyə çıxmış, Orxan Cəbrayıla tərəf hərəkət edib təxminən onadan 2-3 metr aralıda dayanıb zənginə hansı səbəbə cavab verməməsini soruşan zaman Cəbrayıl “nəyə gəlmisən” ifadəsini qəzəbli və uca səslə işlədərək əlində olan tüfənglə Orxana bir dəfə atəş açmış, həmin vaxt Amil avtomobildən düşərək qaçaraq oradan uzaqlaşmış, o isə hadisənin şokundan olduğundan hərəkət edə bilməmiş, Orxan qaçaraq avtomobilin qabaq qapısını açıb əyləşmiş və ona sürməsini, Cəbrayılın onu yaralamasını bildirmiş, o, qorxduğundan avtomobili hərəkətə gətirə bilməmiş, bu zaman Cəbrayıl avtomobilə Orxan əyləşdiyi tərəfdən yaxınlaşmış, həmin qapının pəncərəsi açıq olmuş, Cəbrayıl pəncərədən tüfəngi Orxanın başına dirəyib tətiyi çəksə də atəş açılmamış, həmin vaxt o, avtomobildən düşərək avtomobilin qabaq tərəfinə qaçmış, Orxan əli ilə başını müdafiə etməyə çalışmışdır ki, Cəbrayıl onu öldürə bilməsin, lakin Cəbrayıl növbəti dəfə tətiyi çəkib ikinci dəfə Orxana atəş açmış, nəticədə Orxan xəsarət almış, avtomobilinin sol qabaq qapısının şüşəsi sınmışdır. Bundan sonra Orxan qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Cəbrayıl onun üstünə qışqıraraq burda dayanmamağını avtomobili sürüb getməyini bildirmiş, o da qorxduğundan Cəbrayıla yalvarmışdır ki, onu öldürməsin. Cəbrayıl onunla iş olmadığını, getməyini bildirmişdir. Bundan sonra o, avtomobilin sükan olan oturacağına tökülmüş şüşə qırıntılarını əlilə oturacaqdan çölə atıb avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ikinci dəfə atəş açarkən güllənin qırması avtomobilimin sükan tərəfdən qapısının pəncərəsinə dəymiş və nəticədə şüşə qırıntıları avtomobilimin oturacağına və döşəməsinə tökülmüşdü. Təxminən 150-200 metr aralıda Orxanla Amilin kəndin yolu ilə qaçmasını görmüş və onlara yaxınlaşmış, bundan sonra Orxan avtomobilin qabaq oturacağında, Amil isə araxa oturacaqda əyləşmiş, o da avtomobili Ağdam MRX-yə sürmüşdür. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, həmin tüfəngin lüləsi və qundağı kəsilmiş vəziyyətdə olmuş, tüfəng tək lüləli olmuşdur. Cəbrayılın Orxana hansı səbəbə atəş açmasını bilməmiş, lakin Cəbrayılın Orxanı öldürməyə cəhd etməsini görmüşdür. Çünki Orxan birinci atəşdən sonra Cəbrayıla hər hansı bir vasitə ilə cavab qaytarmağa cəhd etməmiş, heçnə demədən avtomobilə əyləşib oradan getmək istəmiş, lakin Cəbrayıl buna baxmayaraq silahı onun başına dirəyib atəş açmaq istəmiş, bu cəhdi alınmasa da ikinci dəfə də ona avtomobildə atəş açmışdır ki, Orxanı öldürsün. Cəbrayılın Orxana borclu olmasını bilməmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Cəbrayılın Orxana 60000 manat məbləğinda borcu var. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gülləməzdən əvvəl onların arasında nə mübahisə nə də dava dalaş olmamış, Cəbrayıl evindən küçəyə çıxan zaman silahla hazır çıxmış, Orxan Cəbrayıla zənginə nəyə görə cavab verməməsini soruşan zaman Cəbrayıl qəzəblə və uca səslə “nəyə gəlmisən” ifadəsini işlədərək qəfildən Orxana atəş açmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 qızı ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı 689 saylı qəsəbədə 625 nömrəli evdə ailəsilə birlikdə yaşayır, Ağdam rayonu Quzanlı qəsəbəsi 18 saylı köçkün orta məkətbində tarix fənnindən dərs tədris edir. Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs xeyli vaxtdır ki tanımış, sonuncunun mərhum əri Bəhlulla yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs kredit təşkilatı yaratdıqdan sonra Bəhlulun sağlığında Cəbrayılın kredit təşkilatından heç bir əmlak girov qoymadan 8000 manat pul götürmüş və bir müddətdən sonra borclarını ödəyib qurtarmışlar. 2010-cu ildə Bəhlul vəfat etmiş, bundan bir neçə ay sonra Cəbrayıl yaşadıqları evə gəlib Dünya bankından illik 4 faiz olmaqla 400000 manat pul götürəcəyini, buna görə bankın ondan şapka pulu istədiyini bildirərək 10000 manat borc istəmiş və əlavə olaraq bildirmişdir ki, ona köməklik etsələr pulu götürdükdən sonra illik 4 faizlə onlara yüksək məbləğdə kredit verəcəkdir. Onların Ağdam rayonunda torpaqları olduğundan əkin işləri aparmaq üçün yüksək məbləğdə kredit götürmək istəmişlər, Cəbrayılın da bundan xəbəri olmuş, çünki sonuncu onların evinə gedib-gəldiyi üçün maddi durumlarından xəbərdar olmuşdur. O və Orxan Cəbrayılla razılaşaraq dediyi şərtlərlə yüksək məbləğdə kredit verəcəyi halda ona pul verəcəklərini bildirmişlər. Bundan bir neçə gün sonra Orxan Cəbrayılla təklikdə görüşüb ona 10000 manat pul vermişdir. Bundan bir müddət sonra Cəbrayıl 5000 manat pulu onalara qaytarmış və 5000 manat borcu qalmışdır. Həmin ərəfələrdə Cəbrayıl təkrar yaşadıqları evə gələrək bildirmişdir ki, Dünya bankından şapkanın məbləğini çox istiyirlər. Cəbrayıl onlara evlərini girov qoymağı, evin müqabilində bankdan pul aldıqdan sonra həmin pulu Dünya bankına şapka pulu kimi verəcəyini və 400000 manat pul götürəcəyini və bundan sonra onlara olan 5000 manat borcunu bağlayacağını, habelə əlavə 4 faizlə kredit verəcəyini bildirmişdir. Onlar uzun illər Cəbrayılı tanıdıqları üçün etibar etmişlər, Cəbrayılla razılaşaraq anası Şərqiyyə Zamanovaya məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən evi girov qoyması üçün anası Orxana etibarnamə vermişdir. Bundan sonra Orxan həmin evi girov qoymuş və Cəbrayıl da həmin evin müqabilində bankdan kredit götürmüşdür. Lakin onların Cəbrayılın evi hansı banka girov qoyub nəqədər bankdan pul götürməsindən xəbərləri olmamışdır. Bu səbəbdən Orxan bank əməliyyatlarında iştirak etməmişdir. Cəbrayıl anasının evini girov qoyduqdan bir neçə ay sonra qalan 5000 manat verəcəyindən onlara Orxanın adına kredit kimi 5000 manat pul vermiş, onlar da həmin kreditlə bağlı ödəniş etməyərək Cəbrayılın qalan borcu ilə əvəzləşdirmişlər. Ev girov qoyulduqdan təxminən 1 il sonra bank əməkdaşının xəbərdarlığı nəticəsində onlar xəbər tutmuşlar ki, Cəbrayıl evə görə heç bir ödəniş aparmamış, bu səbəbdən də ev hərraca çıxarılacaq. Bundan sonra onlar öyrənmişlər ki, Cəbrayıl onların xəbəri olmadan evi Yevlax şəhərində yerləşən “xxxx” ASC bankına girov qoyaraq 50000 manat pul götürmüş və bir il müddətində heç bir ödəniş etməmişdir. O, Orxanla birlikdə Cəbrayılın yaşadığı evə getmiş və sonuncudan onları aldadıb evi “xxxx” banka girov qoymasının, qarşılığında söz verdiyi yüksək məbləğdə krediti nə üçün verməməsini soruşmuş və evin bank tərəfindən hərraca çıxarıldığını bildirmişlər. Cəbrayıl onları aldadaraq tez bir zamanda evi girovluqdan çıxaracağını bildirmişdir. Bununla da Cəbrayıl onlara ümumilikdə 60522 manat maddi ziyan vurmuşdur. Girov qoyulan evə görə bank tərəfindən 10522 manat faiz hesablanmışdır. xx xxxxxx 2013-cü il tarixdə həmin mənzil bank nümayəndəsinin iştirakı ilə Orxan tərəfindən 69541 manata satılmış və onlar Cəbrayılın banka olan 60522 manatını banka ödəmiş, qalan pul isə ailəsinı qalmışdır. 2012-ci ilin sentyabr ayının 11-də Təqsirləndirilən şəxs həbs olunmuş, 2017-ci ilin dekabr ayında azadlığa çıxmış və yaşadıqları evə gələrək ondan şikayət etməmələrini, 4-5 ay ərzində hissə-hissə borcunu ödəyəcəyini bildirmişdir. Onlar yenə Cəbrayılla razılaşmış, lakin bu söhbətdən 2 il keçməsinə baxmayaraq Cəbrayıl bir dəfə olsun borcundan ödəniş etməmişdir. Onlar hər dəfə Cəbrayıldan pullarını tələb edəndə sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Bundan başqa onlar Cəbrayıla təmirsiz evini təmir edib satması və onlara olan borcundan ödəniş etməsi üçün 2000 manat pul da vermiş, lakin bir müddətdən sonra Cəbrayıl 2000 manatı ona qaytarmış və evi həmin məbləğə təmir etməyin mümkün olmadığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Orxan Cəbrayılın yaşadığı evin qarşısına gedib ondan pulunu istəyən zaman sonuncu oğlunu güllələmiş, bununla Cəbrayıl Orxanı öldürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 qızı ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1988-ci ildə evlənmiş, 2010-cu ildə yola getmədiklərinə görə boşanmış, lakin Cəbrayıl həbsxana həyatını başa vurduqdan sonra, yəni 2017-ci ildə barışmışlar və yenidən bir evdə- Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yerləşən evdə yaşamağa başlamışlar. Hazırda həmin evdə gəlini, yəni kiçik oğlu Cahandar İsmayılovun arvadı X12 ilə birlikdə yaşayır. Cəbrayıl “Zərnişan kəndli fermer” təsərrüfatının sədri olmuş, eyni zamanda təsis etdiyi “xxxxxxxxxx” kredit ittifaqı MMC-nin sədri kimi işləmişdir. Cəbrayıl 2012-ci ilin sentyabr ayının 11-də Azərbaycan Respublikası CM-nin 178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, həbsdən azad olunduqdan sonra Cəbrayıl özünə məxsus olan Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yerləşən pay torpağında təsərrüfatla məşğul olmuşdur. Cəbrayılın Zərərçəkmiş şəxs adlı şəxsə borclu olmasını bilməmiş, çünki Cəbrayıl işilə bağlı heç vaxt onunla danışmadığından kimdən nə qədər borc almasını, həmin borcu hansı məqsədlə almasını, o cümlədən də Orxana nə qədər borclu olmasını bilməmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə fərqli tarixlərdə Cəbrayıla zəng edərək ondan borcunu istəyən zaman Cəbrayılın əsəbləşməsini görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:00 radələrində yaşadığı evdə olarkən evin həyətinin qapısı döyülmüş və o, qapını açmaq üçün həyətə keçmiş, qapını döyənin Orxan olduğunu bilib ona Cəbrayılın evdə olmamasını, Bərdə rayonunda olmasını bildirmişdir. O, ərinin evdə olmamasını Orxana deyərək ona görə yalan danışmışdır ki, onların arasında mübahisə yaranacağından narahat olmuşdur. Qapını qarşısında açıq mavi rəngli üzərində taksi işarəsi olan avtomobil görmüş, lakin Orxanın kimlə gəlməsini, neçə nəfərlə gəlməsini görməmişdir. Evə keçib Cəbrayıla qapını döyənin Orxan olduğunu, sonuncuya onun evdə olmaması barədə dediyini bildirmişdir. Cəbrayıl ona heç bir söz deməmiş və o da digər otağa keçib yas yerinə getmək üçün hazırlaşmağa başlamış, bu səbəbdən Cəbrayılın evdən çıxmasından xəbəri olmamışdır. Həmin vaxt çöldən iki dəfə güllə səsi eşidilmiş, o, cəld evdən çölə çıxmış və görmüşdür ki, Cəbrayılın əlində tək lüləli qundağı və lüləsi kəsilmiş tüfəng vardır. Həmin vaxt Cəbrayıl DİN-nin 102 xidmətinə zəng edib Zərərçəkmiş şəxs silahdan atəş açaraq ona xəsarət yetirməsi barədə məlumat vermiş və təslim olduğunu bildirmişdir. Bundan bir qədər sonra Ağdam RPŞ-nin polis əməkdaşları hadisə yerinə gəlmiş, Cəbrayıl təslim olmuş və cinayət hadisəsi törədərkən istifadə etdiyi silahı polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Cəbrayılın silahı hardan, hansı məqsədlə alması barədə məlumatı olmamış, ümumiyyətlə Cəbrayılın silah saxlamasını bilməmiş, ilk dəfə hadisə baş verən günü Cəbrayılın əlində silah olmasını görmüşdür. Təqsirləndirilən şəxs silahdan Zərərçəkmiş şəxs atəş açarkən evdə olmuş, Cəbrayılın Orxana silahdan atəş açmasını görməmişdir. Lakin iki dəfə güllə səsini eşitmişdir. O, evdən çıxdıqda Zərərçəkmiş şəxs artıq hadisə yerindən uzaqlaşmışdır. Cəbrayılın Orxanı öldürmək planı olmamışdır, əvvəllər heç vaxt Orxanı öldürməyə cəhd etməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonunda ailəsilə birlikdə yaşayır, evlidir, bir övladı vardır. Özünə məxsus olan “Vaz 21013” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, uzun müddətdir ki, Orxan müştərisidir, taksi kimi həmişə onu aparıb-gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə olarkən Orxanın tanımadığı şəxs tərəfindən güllələnməsini eşitmişdir. Həmin şəxsin Orxanı hansı səbəbdən güllələməsi ona məlum olmamış, onların arasında olan münasibətdən xəbəri olmamışdır. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvvəlində taksi sürücüsü kimi idarə etdiyi “VAZ 21013” markalı avtomobillə Orxanı dostu Yaquarla birlikdə Ağdam rayonu Aşağı Yüzbaşlı kəndinə aparmışdır. Orxan orta yaşlarında bir kişi ilə çöldə söhbət etmiş, həmin vaxt o, Yaquarla birlikdə avtomobildə əyləşib Orxanı gözləmiş, onların söhbətində iştirak etməmiş, söhbət zamanı onların nə haqda danışdıqlarını eşitməmişlər. Orxanla həmin şəxs yalnız söhbət etmişlər, onların arasında dava-dalaş və ya mübahisə baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09:45 dəqiqədə Ağdam rayon polis şöbəsinə ***-***-**-** nömrəli telefona zəng edilərək Ağdam rayonunun Xındırstan kənd sakini Təqsirləndirilən şəxs Ağdam rayonunun Quzanlı qəsəbə sakini Zərərçəkmiş şəxs ov tüfəngindən atəş açaraq sonuncuya xəsarət yetirməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri, Ağdam rayonu, Aşağı Yüzbaşlı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətinin qarşısında olan sahədir. Təqsirləndirilən şəxs məxsus evlə üzbəüz sol tərəfdə mişar daşı ilə tikilmiş birmərtəbəli ferma, sağ tərəfdə eyni inşaat materiallarından tikilmiş birmərtəbəli qaraj kimi istifadə olunan tikili yerləşir. Sahə səthi torpaq və cınqıldandır. Hadisə Təqsirləndirilən şəxs məxsus evin həyətinin giriş qapısının sağ küncündən 330 sm məsafədə sahəsi 86x109 sm təşkil edən müxtəlif ölçüdə çoxsaylı şüşə qırıntıların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus eyni həyətinin giriş qapısının sağ küncündən cənub istiqamətində, 6 metr 25 santimetr məsafədə ölçüləri 3,2x2,9 sm təşkil edən tünd qırmızı rəngli qanabənzər ləkələr olması aşkar olunmuşdur, həmin qanabənzər ləkələr sahəsindən cənub istiqamətində 2 metr 20 santimetr məsafədə ikinci, ölçüləri 3,5x3,2 sm təşkil edən eynitipli ikinci qanabənzər ləkələr sahəsi müəyyən olunmuşdur, həmin ikinci sahədən şərq istiqamətində 72 sm məsafədə üçünçü ölçüləri 3,6x3,2 sm təşkil edən qanabənzər ləkə sahəsi aşkar olunmuşdur. Yuxarıda qeyd olunan hər üç sahədən torpaqla qarışıq qanabənzər ləkələrin nümünələri eləcə də şüşə qırıntıları müvafiq qaydada götürülərək zərflərə qablaşdırılıb və Ağdam rayon prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Qeyd olunan hadisə yerinə, evin qarşısında olan sahəyə tam baxış keçirilmiş və işin mahiyyəti üçün hər hansı əhəmiyyət kəsb edən xüsusat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı avtomobilin sol qapısının pəncərəsinin zədələnməsi aşkar olunmuşdur, həmin qapını açdıqda oturacaqda və döşəmədə şüşə qırıntılarına rast gəlmişdir. Bundan başqa avtomobilin sağ tərəfdən qabaq və arxa qapısnın, sağ oturacağının üzərində qanabənzər ləkələrə rast gəlinmişdir. Baxış zamanı avtomobilin sağ tərəfdən qabaq və arxa qapısının, sağ oturacağının üzərində olan qanabənzər ləkədən pambıqla sürtmə üsulu ilə nümünələr, eləcə də şüşə qırıntıları müvafiq qaydada götürülərək zərflərdə qablaşdırılmış və Ağdam rayon prokurorluğunun “ Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Götürmə və baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əynində tünd boz rəngli şalvar, mavi qollu köynək və açıq boz rəngli qolsuz jilet olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvar tünd boz rəngli, ön tərəfdə iki ədəd bağlanmayan, arxa tərəfdə iki ədəd cibləri vardır, şalvarın üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs əynində olmuş köynək mavi rənglidir, uzunqoldur, köynəyin üzərində heç bir zədə yoxdur. Təqsirləndirilən şəxs əynində olmuş jilet açıq boz rənglidir, qolsuzdur, jiletin üzərində heç bir zədəyə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd jilet götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli Ağdam MRX üzrə növbətçi həkim R.Həsənov tərəfindən verilmiş tibbi arayışdan görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının yuxarı hissəsinin, sağ saidin orta 1/3-nin və başın təpə nahiyəsinin güllə yaralanması diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Götürmə və baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi baş verərkən Zərərçəkmiş şəxs əynində bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş şalvar qara rəglidir, cins materialdandır, düymə və zəncirbəndlə bağlanır, şalvarın belində dəri metaldan ibarət dəmir başlıqla bağlanan kəmər vardır. Şalvarın ön tərəfində sağ və sol cibləri, arxa tərəfində də həmçinin sağ və sol ciblər vardır. Həmin şalvarın ön və arxa tərəfində böyük həcmdə tünd qırmızı rəngli qana bənzər ləkələr vardır. Şalvarın üzərində hər hansı zədəyə rast gəlinməmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş gödəkçə qara rənglidir, düymə ilə bağlanır. Gödəkçənin sağ qolunda deşilmiş-kəsilmiş zədə vardır. Gödəkçənin sağ qolunda, boyunluğunda və ətrafında, arxa tərəfində tünd qırmızı rəngli qana bənzər ləkələr vardır. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək qara rənglidir, pambıq materialdandır, düymə ilə bağlanır. Köynəyin sağ qolunda və sağ çiynində deşilmişkəsilmiş zədələr vardır. Köynəyin ön tərəfində böyük həcmdə tünd qırmızı rəngli qana bənzər ləkələr vardır. Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə və bir ədəd köynək, habelə əməliyyat zamanı Zərərçəkmiş şəxs bədənindən aşkar edilmiş bir ədəd qırma götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon polis şöbəsinin məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:25-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatdan qeyd edilmişdir ki, Ağdam rayonunun Yüzbaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonla zəng edərək, adını bilmədiyi şəxsi güllələdiyini, təslim olmaq istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon polis şöbəsinin məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatla bildirilmişdir ki, Ağdam rayonunun Yüzbaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefonla zəng edərək, Ağdam rayonunun Yüzbaşlı kəndi ərazisində Cəbrayıl adlı şəxsin onu 2 ədəd güllə ilə vuraraq yaralamışdır, qan içində olmağı və özünün Xindırstan istiqamətində getməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon polis şöbəsinin məsul növbətçisi tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:53-də Ağdam MRX-nın tibb bacısı Elnarə Məmmədova ***-***-**-** nömrəli telefonla Ağdam RPŞ-nin NH-nin ***-***-**-** nömrəli xidməti telefonla zəng edərək bildirmişdir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 1988-ci təvəllüdlü Zərərçəkmiş şəxs sağ yuxarı döş nahiyyəsinin və sağ təpə nahiyyəsinin açıq güllə yarası xəsarətləri ilə Ağdam MRX-ya daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi tüfəngi könüllü olaraq istintaqa təqdim etmişdir. Götürmə zamanı və həmin silaha baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tüfəng 16 çaplıdır, 21097 nömrəlidir, lüləyi və qundağı kəsik ov tüfəngidir. Tüfəngin ümumi uzunluğu 43 sm-dir. Tüfəngin içərisinə doldurulmuş bir ədəd giliz-patron və onun yanında bir ədəd giliz-patron vardır. Həmin tüfəng və patronlar müvafiq qaydada götürülərək zərflərdə qablaşdırılmış və DİN-nin müvafiq möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 4(013)-21/2019 nömrəli Ağdam Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 4 ay həddində, yəni xx xxxxx 2020-ci il tarixə qədər müəyyən edilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, saat 16:30-da Ağdam rayonu, Aşağı Yüzbaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə gəlmişlər, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs iş üzrə veridyi xx xxxxxx 2019-cu il tarixli ifadəsini təstiq edərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:00 radələrində 2011-ci ildə Ağdam rayonunun Soltanbud meşəsindən tapdığı 16 çaplı, tək lüləli ov tüfəngini evin həyətində yerləşən daxalın içərisindəki köhnə arı yeşiyindən götürüb patronun birini tüfəngə yerləşdirib çölə çıxararaq borc dalınca gəlmiş, Zərərçəkmiş şəxs bir dəfə atəş açmış, sonuncu açdığı atəşdən xəsarət almış və avtomobilə tərəf gedib qabaq oturacaqda oturmuş, o Orxanın əşləşdiyi oturacağa tərəf getmiş, əlində olan ikinci patronu silaha yerləşdirib avtomobilin Orxan əyləşdiyi tərəfdən qapıını açıb atəş açmaq üçün bir qədər geriyə çəkilərək ikinci dəfə Orxanın bədən nahiyəsinə güllə ilə atəş açmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yaralı vəziyyətdə oradan qaçaraq getmişdir. İfadənin yoxlanılması zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı-əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 1214 nömrəli Ağdam rayon İHB-nin Xındırstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin Yüzbaşlı kəndində qeydiyyatdadır. Ailə tərkibi: həyat yoldaşı- X13, oğlu- X9, oğlu-X3, qızı-X2 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İHB-nin Xındırıstan kənd İƏD üzrə nümayəndəsi vəzifəsini icra edən R.Məhərrəmov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1956-ci ildə Ağdam rayon Xındırstan kənd İƏD üzrə nümayəndəliyinin İİ Yüzbaşlı kəndində qeydiyyatdadır, evlidir, ali təhsillidir. Ağdam rayon Xındırstan kənd İƏD üzrə nümayəndəliyinin İİ Yüzbaşlı kəndində yaşadığı müddət ərzində kənd sakinləri ilə ünsiyyətdə az olub, sakinlər arasında nüfuzu çox aşağı olubdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ağdam rayonun Yüzbaşlı kəndində yerləşən evə axtarış zamanı cinayət işi üçün zəruri olan əşya (silah sürsat) tapılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 Zərərçəkmiş şəxs üzünə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ikinci dəfə silahdan atəş açan zaman avtomobildə olmamasını bildirmiş, Zərərçəkmiş şəxs Şahid1 onun üzünə qarşı dedikləri ilə razılaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 1026 nömrəli Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər- sağ said nahiyəsinin orta 1/3-nin arxa stəhində sağ said sümüyünün diafizində 1 ədəd metal yad cismin (qırma) olması ilə zolaq formasında yarıq şəkilli infeksiyalaşmış yara, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin yuxarı hissəsində böyük ölçülü oval formalı infeksiyalaşmış mərkəzi yara və onun ətraflarında səpələnmiş şəkildə yerləşmiş kiçik ölçülü, oval formalı infeksiayalaşmış yaralar, başın ənsə nahiyəsində zolaq formasında-yarıq şəklində, eyni xətt üzrə yerləşmiş 2 ədəd böyük ölçülü yara və kiçik ölçülü oval formalı infeksiyalaşmış yaralar, sağ qulaq seyvanının arxa səthində dərialtı yumşaq toxuma içərisində yad cisimlər vardır. Zərərçəkmiş şəxs adına yazılmış ******* saylı xəstəlik tarixində göstərilir ki, kliniki müayinə zamanı ona-döş qəfəsinin sağ yarısının yuxarı hissəsinin, sağ biləyin yuxarı 1/3-nin və başın təpə nahiyəsinin güllə yaralanması, yara nahiyəsinin çoxsaylı qəlpələri diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər öz xarakterinə, xüsusiyyətlərinə, rentgenoloji müayinə zamanı yumşaq toxuma içərisində (kəllənin sağ arxa səthində, sağ körpücük ətrafı yumşaq toxumalarda, sağ said sümüyünün diafizinin orta 1/3-i səviyyəsində) aşkar olunan metal yad cisimlərə (qırma) görə demək olar ki, həmin xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində qırmaların təsirindən törənmişdir. Müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qərarın təsviri hissəsində qeyd olunanları, zərərçəkənin öz deməsini, xəsarətlərin xarakterini, yerləşdiyi nahiyələri nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs odlu silahdan azı 2 atəş açılmışdır. Atəşlərədən biri sağ said nahiyəsində toxunub keçən, digəri isə döş qəfəsinin kor və baş nahiyəsinin toxunub keçən olması ola bilər. Dərəcəsinə görə: sağ said sümüyünün qırma zədələnməsi ilə sağ said nahiyəsindəki yara birlikdə, döş qəfəsi və baş nahiyələrindəki yaralara isə birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Sağ said nahiyəsində 1 ədəd yarıq şəkilli, döş qəfəsi nahiyəsində 1 ədəd mərkəzi yaranın və onun ətraflarında səpələnmiş ayrı-ayrı qırma yaralarının olmasına görə demək olar ki, atəş yaxın məsafədən açılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanserinin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müailəcəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 931 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” elmi-təcrubi və tədris birliyinin maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş üç ədəd zərfə qablaşdırılmış torpaq hisssələri, avtomobildə üç ədəd bint kəsiyinə hopdurulmuş nümunələr, Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, ona keçirilmiş kəmər və uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləklələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «H» antigeni alındı, Zərərçəkmiş şəxs məxsus gödəkçə və uzunqol köynək üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-trasaloji, daktiloskopik və ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30751/30752/30753/31204 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “E 21097” nömrəli ov tüfənginin kəsiyinin üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 ədəd silah 16 kalibrli olmaqla, “İJ K” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı 1958 zavod üsulu ilə istehsal edilmiş “E 21097” nömrəli yivsiz təhlükəli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz lüləli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronun hissəsidir-gilizlərdir. Həmin gilizlər “E 21097” nömrəli ov tüfənginin kəsiyindən atılmışdır. Tədiqata təqdim edilmiş 3 ədəd metal predmet yivsiz lüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin bir hissəsidir-qırmalardır. Həmin qırmaların üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşdirmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “E 21097” nömrəli ov tüfənginin kəsiyindən atılıbatılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərin hansının tərkibində olubolmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “E 21097” nömrəli odlu tüfəng kəsiyinin lülə kanllarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus oluğu qeyd edilən geyim əşyalarının- 01 ədəd paltonun üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən paltonun qolluğunun bayır səthində olan zədə giriş, iç səthində olan zədə çıxış olmaqla yivsiz odlu tüfəngin kəsiyinin təsirindən bayır tərəfdən iç tərəfə doğru istiqamətdə açılan bir atəş nəticəsində, 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Tədiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən paltonun qolluğunun bayır səthində olan zədə giriş, iç səthində olan zədə çıxış olmaqla və köynəyin sağ çiyin tikişində olan zədə giriş olmaqla, yivsiz odlu ov tüfəngin kəsiyinin təsirindən öndən-arxaya doğru istiqamətdə açılan iki atəş nəticəsində 50-100 sm daxilində yetirilməyə xarakterikdir. Palto və köyənyin üzərində olan zədələr ümumilikdə iki atəş nəticəsində yaranmışdır. Belə zədələr tədqiqata təqdim edilmiş “E 21097” nömrəli odlu ov tüfənginin kəsiyindən açılan atəşlərin təsirindən yanara bilər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının- 01 ədəd şalvarın, 01 ədəd jiletin, 01 ədəd köynəyin səthləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının- 01 ədəd şalvarın, 01 ədəd jiletin, 01 ədəd könəyin səthləri üzərində odlu silahdan açılan atəş nəticəsində yaranmaya xarakterik zədə yoxdur. Təqdiqata təqdim edilmiş, ov tüfənginin kəsiyini lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə Təqsirləndirilən şəxs məxsus olan geyim əşyalarının- 01 ədəd şalvarın, 01 ədəd jiletin, 01 ədəd köynəyin səthləri üzərindən aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəcikləri rənginə, təbiətinə, tərkibinə görə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən və “Merceds Benz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş şaffav şüşə hissələri kiçik hissələrə bölündüyündən onların əvvəllər vahid bütövlük təşkil edib-etməməsini yəni eyni predmetin hissələri olmasını müəyyən etmək mümkün deyildir. Lakin qeyd olunan şüşə hissələri formasına, marfoloji quruluşuna, rənginə, ölçüsünə və s. əlamətlərinə görə uyğunluq təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2013-cü il tarixli 1(101)-447 nömrəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 184.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 184.3.2-ci maddəsi ilə 06(altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 12(on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2012-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarından görünür ki, Təqsirləndirilən şəxs və X6 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qərarı dəyişdirilmişdir, məhkəmə qərarlarında məhkumlar Təqsirləndirilən şəxs və X4 müştərək qaydada 47000 manat pulun alınaraq X8 və 54000 manat pulun alınaraq X14 ödənilməsinə dair müddəalar xaric edilmişdir. Qərar qalan hissədə (kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2017-ci il 7(003)-458/2017 nömrəli Bakı şəhəri Xəzəri Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017ci il tarixli qanunu tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və həmin maddələrlə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2012-ci il tarixdən hesablandığından ona təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınaraq, həmçinin Azərbaycan Respublikasının CM-nin 184.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə ikinci atəş zamanı silahı Zərərçəkmiş şəxs başına dirəməməsini, lakin silahı sonuncunun başına tuşlamasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Mikro karta baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim olunan mikro kart 2GB yaddaşındadır. Mikro karta daxil olduqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında səs danışıqların olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan telefon danışığında sonuncunun pulunu tələb etdiyi, ayın 15-i pulunu ala bilmədiyi təqdirdə Təqsirləndirilən şəxs bıçaqlamaqla ona hədə-qorxu gəlməsi müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən kənarda görüşmədiyi üçün sonuncuya “kişi deyilsən” ifadəsini işlətməsi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünə və nəsilinə, sonuncunun isə Təqsirləndirilən şəxs özünə və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, bir ədəd şəffaf və bir ədəd yaşıl rəngli patron Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidə olan taxta yeşikdən götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli 49 nömrəli Ağdam MRX-nın baş direktoru publik hüquqi şəxs E.Ələsgərov tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam RMXnın Poliklinikasının şöbəsinin narkoloji, onkoloji və nevroloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli 131-2270-1220 nömrəli X32 Pərviz İmsayılov tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdam rayon Polis şöbəsində təqsirləndirici və müraciəti ilə bağlı heç bir material olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 184.3.2, 66.3-cü maddələri ilə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə AİD Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 tövsif edilərək cəzası 5 ilə endirilmişdir. Ali Məhkəmənin xx.xx.2013-cü il tarixlə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. xx.xx.2017-ci ildə cəza sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş nömrəli silahın Daxili İşlər Nazirliyi BƏSİİ-də nəzarətə götürülməsi barədə” arayışdan görünür ki, Tüfəng İJ 21097 kalibr 16 mm olan silah Daxili İşlər Nazirliyinin BƏSİİ-nin və RF Daxili İşlər Nazirliyinin Baş İnformasiya Analitik Mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2011-ci il tarixli 2(011)-5839/2011 nömrəli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsində istifadədə olan 0,1488 torpaq sahəsində yerləşən 4 nömrəli, 9 mərtəbəli binanım 7-ci mərtəbəsində yerləşən kv.m ümumi 76,18 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 112 nömrəli mənzili ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satılmışdır. Satışdan əldə olunan vəsaitdən 50000 (əlli min) manat əsas kredit borcu, 9.389,99 (doqquz min üç yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 1082,98( min səksən iki manat doxsan səkkiz qəpik) manat gecikdirməyə görə cərimə, cəmi 60472,97 (altmış min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat bildirişin dövlət qeydiyyatına alınmasına görə 30(otuz) manat və ödənilmiş 20(iyirmi) manat məbləğində dövlət rüsumu “ xxxx Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti X5 qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş patronlar arasından “3” nömrələnmiş şəffaf və yaşıl rəngli iki ədəd 16 kalibrli patronları göstərərək ona məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:00 radələrində 2011-ci ildə Ağdam rayonu Soltanbud meşəsindən tapdığı 16 çaplı, tək lüləli ov tüfəngini evin həyətində yerləşən daxalın içərisindəki köhnə arı yeşiyindən götürüb patronun birini tüfəngə yerləşdirib çölə çıxararaq borc dalınca gəlmiş Zərərçəkmiş şəxs bir dəfə atəş açmış, sonuncu açdığı atəşdən xəsarət almış və avtomobilə tərəf gedib qabaq oturacaqda oturmuş, o Orxanın əyləşdiyi oturacağa tərəf getmiş, əlində olan ikinci patronu silaha yerləşdirib avtomobilin Orxan əyləşdiyi tərəfdən qapısını açıb atəş aşmaq üçün bir qədər geriyə çəkilərək ikinci dəfə Orxanın bədən nahiyəsinə güllə ilə atəş açmışdır. Bundan sonra Oxan Məmmədov yaralı vəziyyətdə oradan qaçaraq getmişdir. Ölçü işləri aparılarkən müəyyən olunmuşdur ki, ifadənin yerində yoxlnaılması zamanı hadisə vaxtı orada olan “Mercedes Benz” markal **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzinə şərti olaraq istifadə edilmiş “VAZ 2106” markalı avtomobilin sol tərəfdən arxa və sağ burnu Təqsirləndirilən şəxs yaşadığı evin çəpərindən 220 sm məsafədədir. Təqsirləndirilən şəxs birinci dəfə atəş açarkən evin həyətinə giriş qapısında dayanmış, Zərərçəkmiş şəxs avtomobilin arxa tərəfində ondan 310 sm məsafədə, Şahid2 Zərərçəkmiş şəxs arxasında Təqsirləndirilən şəxs 657 sm məsafədə, Şahid1 isə avtomobilin qabaq sol burnundan hasara tərəf Təqsirləndirilən şəxs 282 sm məsafədə dayanmışdır. Təqsirləndirilən şəxs ikinci dəfə atəş açarkən avtomobilin qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs 176 sm məsafədə dayanmış, həmin vaxt Şahid1 avtomobilin qabaq sol burnundan hasara tərəf Təqsirləndirilən şəxs 6 metr məsafədə dayanmışdır. İkinci atəş zamanı Şahid2 hadisə yerində olmamışdır. İfadənin yerində yoxlanılması zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İfadənin yerində yoxlanılması zamanı “VAZ 2106” markalı avtomobildən şərti olaraq hadisə vaxtı orada olan “Mercedes Benz” **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzinə istifadə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs Ağdam rayonu Aşağı Yüzbaşlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanmış Şahid1a məxsus “Mercedes” markalı avtomobilin arxasından evin giriş qapısında dayanmış Təqsirləndirilən şəxs tərəf hərəkət edib təxminən ondan 4 metr aralıda dayanıb telefonuna hansı səbəb cavab verməməsini soruşan zaman Cəbrayıl “nəyə gəlmisən” ifadəsini işlədərək əlində olan tüfənglə onun qarın nahiyəsini nişan alıb bir dəfə atəş açmışdır. Həmin vaxt Şahid1 avtomobilin ön tərəfində sükan olan oturacaqda, Amil isə arxa sağ qapı tərəfdən oturacaqda əyləşmişdir. Bundan sonra o, qaçaraq avtomobilin qabaq oturacağına əyləşmişdir, həmin vaxtı avtomobilin qabaq qapısı açıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs avtomobilə onun tərəfdən yaxınlaşaraq ikinci dəfə ona atəş açmışdır. Cəbrayıl ikinci dəfə tüfəngdən güllə ilə atəş açan zaman Şahid1 çöldə avtomobilin sağ qapısı ilə paralel şəkildə dayanmışdır. Cəbrayıl ikinci dəfə atəş açan zaman Amil Vəliyev hadisə yerində olmamışdır. Ölçü işləri aparılarkən müəyyən olunmuşdur ki, ifadənin yerində yoxlanılması zamanı hadisə vaxtı orada olan “Mercedes Benz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzinə şərti olaraq istifadə edilmiş “Nissan Sunny” markalı avtomobilin sol tərəfdən arxa və sağ burnu Təqsirləndirilən şəxs yaşadığı evin çəpərindən 420 sm məsafədəddir. Təqsirləndirilən şəxs birinci dəfə atəş açarkən evin həyətinə giriş qapısında dayanmış, Zərərçəkmiş şəxs avtomobilin arxa tərəfinə ondan 410 sm məsafədə olmuşdur. Təqsirləndirilən şəxs ikinci dəfə atəş açarkən avtomobilin qabaq oturacağında əyləşmiş Zərərçəkmiş şəxs 120 sm məsafədə dayanmış, həmin vaxt Şahid1 avtomobilin qabaq sol qapısından 2 metr məsafədə dayanmışdır. İfadənin yerində yxolanılması zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Götürmə və baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 hadisə zamanı əynində olmuş cins şalvar tünd mavi rənglidir, şalvarın ön tərəfində üç ədəd bağlanmayan cibləri vardır, arxa tərəfində iki ədəd bağlanmayan cibləri vardır, şalvarın üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Şahid1 əynində olmuş gödəkçə qara rənglidir, gödəkçə papaqlıdır, ön tərəfində iki ədəd ciblər vardır, gödəkçə zəncirbəndlə bağlanır, üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Şahid1a məsxus bir ədəd şalvar və bir ədəd gödəkçə götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Götürmə və baxış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 hadisə zamanı əynində olmuş şalvar açıq mavi rənglidir, şalvarın ön tərəfində ön tərəfdə üç ədəd bağlanmayan cibləri vardır, arxa tərəfində iki ədəd bağlanmayan cibləri vardır, şalvarın üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Şahid2 əynində olmuş jilet qara rənglidir, ön tərəfində kiçik ölçüdə ağqırmızı emblem vardır, üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Şahid2 əynində olmuş gödəkçə qara rənglidir, ön tərəfində iki ədəd düymə ilə bağlanan cibləri vardır, gödəkçə zəncirbəndlə bağlanır, üzərində hər hansı bir zədəyə rast gəlinməmişdir. Şahid2a məsxus bir ədəd şalvar, bir ədəd jilet və bir ədəd gödəkçə götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə birinci atəş zamanı avtomobilin arxa oturacağında əyləşməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** GSM nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ********** GSM nömrəsi arasında xx.xx.2019-cu il tarixdə saat 13:02:43-də 39 saniyəlik, 15:23:33-də 22 saniyəlik, xx.xx.2019-cu il tarixdə 18:39:50-də 78, 18:41:36-da 34, 18:53:50-də 29, 18:58:43-də 34, 19:40:59-da 9, 19:41:25-də 29, 20:29:08-də 22, xx.xx.2019-cu il tarixdə 00:02:58-də 25, 00:19:52-də 15, 01:29:40-da 11, 00:20:35-də 14, 01:18:49-da 54, 01:46:35-də 160 saniyəlik telefon danışıqlarının olması müəyyən edilmişdir. Diskə baxış zamanı, həmçinin +**********55 GSM nömrəsinin abonentlik müqaviləsinin Zərərçəkmiş şəxs, +**********01 GSM nömrəsinin X7 adına rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 4/57 nömrəli, Audio və videoyazıların məhkəmə eskpertizası, səsin və şifahi nitqin tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd mikro kartda olan mübahisəli fonoqramlarda danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd mikro kartda olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd mikro kartda olan fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 3/64 nömrəli Məhkəmə ballistik eskpertizasının, “Odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmanik silahların tədqiqi” ekspertizasının rəyindən görnür ki, tədqiqata təqdim edilmiş 16 kalibrli “İJ K” modelli “E 21097” nömrəli yivsiz təhlükəli ov tüfəng kəsiyində hər hansı nasazlıq və ya tutulma aşkar edilməmişdir. Silah saz vəziyyətdədir və atəşə yararlıdır. tədqiqata təqdim edilmiş 3 ədəd metal predmet yivsiz ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin bir hissəsidir, atəş prosesində istifadə olunmuş 3.0 mm, 3.1mm, 2.9 mm ölçülərə malik qırmalardır. Zavod üsulu ilə hazırlanmış 3.0- 3.5 mm diamterli qırmalarla ov silahından atəş açıldıqda qırmalar təxminən 35 metr məsafə daxilində məhvedici gücə malik olur və bu qırmalar qeyd olunan məsafə daxilində paltarı və köynəyi deşməklə məhvedici gücə malikdir. Tədqiqata təqdim edilmiş iki ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan daxilində qırmalar olan patronlardır, atəşə yararlıdır. Patronların üzərində istehsal ilini bildirən işarələr-rəqəmlər olmadığından patronların hansı ildə istehsal edildiyini müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və ondan sonra fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 3/570, 3/571 nömrəli Məhkəmə ballistik eskpertizası, “Odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silhaların tədqiqi “Atəş izlərinin tədqiqi” ekpertiza rəyindən görünür ki, təqdim edilmiş lüləsi kəsilmiş vəziyyətdə olan silahla zavod üsulu ilə hazırlanmış 3,0-3,5 mm diametrli qırmalarla atəş açıldıqda qırmalar təxminən 35 metr məsafə daxilində məhvedici gücə malik olur və bu qırmalar qeyd olunan məsafə daxilində paltonu və köynəyi deşməklə məhvedici gücə malikdir. Hadisə zamanı istifadə edilən silahın ballistik xüsusiyyətinin dəyişməsi, yəni konkret halda silahın lüləsinin kəslib qısaldılması ondan atılan qırmaların məhvedici gücünə, ilkin surətinə təsir etmir, yalnız uzağa uçuş məsafəsinə təsir göstərə bilər. İlkin 30751/30752/30753/31204 nömrəli rəydən görünür ki, ikinci atəş zamanı paltonun üzərində qırmalar kompakt halda zədə yaratmışdır, silahın lüləsindən çıxan qırmalar Zərərçəkmiş şəxs kütlə halında bədəninə daxil olmuşdur. Zavod üslulu ilə doldurulmuş patronlardan atəş açarkən onun daxilində olan qırmalar konteynerin daxilində səpələnmədən ən azı 2,5 m məsafədən uzağa uçur. İkinci atəş zamanı silahla ilkin maneə arasında məsafənin 50-100 sm olması atəş açılarkən lülədən çıxmış qırmalar konteynerin daxilində olur və bu məsafədən açılan atəş zamanı qırmalar yayılma və səpələnmə imkanına malik deyil, yəni kütlə halında uçur, uçuş zamanı digər istiqamətdə yayılmır və tuşlanmış hədəfə kompakt halda dəyir. Zədənin xüsusiyyətindən asılı olaraq Təqsirləndirilən şəxs ikinci atəşi öndən-arxaya, sağdan-sola doğru istiqamətlənmişdir, Zərərçəkmiş şəxs qabaq sağ oturacaqda oturmasını nəzərə alaraq, atəş vaxtı konteynerin içində olan qırmaların bir neçəsi geyim əşyasından deşib-keçərək qırmalar maşının sol qapı hissəsinə doğru hərəkət edər və sol qapının üzərində olan yan şüşəni sındırmaq imkanına malik ola bilər, lakin bu vəziyyətdə qırma artıq gücünü itirmiş olur, ifadələrdə, sxemdə göstərilən şəraitdə, ikinci atəş vaxtı kənarda paralel vəziyyətdə 2- 3 metr məsafədə dayanan şəxsə Şahid1 dəyməsi mümkün hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1ci maddəsindən 29, 120.1, və 228.1-ci maddələrinə tövsif edilmiş, həmin maddələr ilə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından onun barəsinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş, bu barədə material ayrılaraq Ağdam rayon prokuroluğunda saxlanmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş,bu barədə material ayrılaraq Ağdam rayon prokuroluğunda saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş, bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş, bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır. 11. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmişdir və bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır.
12. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş, bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.5-ci maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmiş, bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır. Zərərçəkmiş şəxs qanunsuz olaraq silah əldə etməsi, saxlaması, daşıması və ya gəzdirməsi xüsusatının araşdırılaraq Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan cinayətinin tərkib əlamətlləri olub-olmamasına hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılaraq aidiyyəti üzrə Ağdam rayon polis şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nənəsi X5 məxsus evi ipotekaya qoyulmasına nail olaraq müqabilində ASC “xxxx” Bankın “Yevlax filialından 50000 manat məbləğində kredit götürürərək dələduzluq etməsi xüsusatı üzrə işin halları, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən ittiham elan olunması rədd edilmişdir və bu barədə material ayrılaraq Ağdam rayon prokurorluğunda saxlanılmışdır. Hadisə yerinin baxışı aparılarkən götürülmüş üç sahədən torpaqqarışıq qanabənzər ləkələrin nümünələri, eləcə də şüşə qırıntıları, avtomobilə baxış zamanı götürülmüş qanabənzər ləkələr, şüşə qırıntıları, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jilet, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, Şahid2 məxsus şalvar, jilet, gödəkçə, Şahid1 məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs cinayət törədəkən istifadə etdiyi ov tüfəngi və iki ədəd patron (giliz), habelə Təqsirləndirilən şəxs evindən götürülmüş iki ədəd patron və üç ədəd qırma iş üzrə maddi sübut tanınmışdır və Ağdam rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon Xındırstan kənd dini icmasının sədri, Ağdam rayonunun X34 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X1 yaşadığı müddətdə özünü müsbət tərəfdən göstərmiş kənd sakinləri və qonşuları ilə həmişə xoş rəftarda olmuşdur. X29 rayon Xındırstan kənd məscidi dini icmasının üzvü olmuş və bu müddət ərzində dini icmanın işlərində yaxından və fəal iştirak etmişdir. X16 kənd məscidinin Qafqaz Müsəlmanları, dini qanunlarla iş üzrə idarəsində qeydiyyata alınmasnda, icma daxili dini ayinlərin, bayramların keçirilməsində yaxıdan iştirak etmişdir. O icma üzvləri arasında böyük hörmətə malikdir. Məşədi Cəbrayıl kənd sakinlərinin xeyir və yas məclislərində yaxından iştirak etmiş, bir ağsaqqal kimi bu işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. O 1990-1996-cı ildə cəbhə zonasından Məscidə gətirilən şəhidlərin islam adəti ilə hazırlanaraq ünvanlarına göndərilməsində çox yaxından iştirak etmişdir. O 1993-1995-ci illərdə könüllü olaraq torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Meşədi Cəbrayıl bir ailə başçıı kimidə çox gözəl bir insandır, onun dörd övladının üçü müəllim, biri isə elektrik sənətinə yiyələnmişlər. O dövlətimizin daxili və xarici siyasətini düz başa düşür və dəstəkləyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayon Xındırstan kənd İƏD üzrə nümayəndəliyinin İİ Yüzbaşlı kəndində yaşadığı müddət ərzində kənd sakinləri ilə yaxşı ünsiyyətdə olmuş, lakin müəyyən səsbəbləri nəticəsində məhkumluğu da olmuşdur. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli Tərbiyə işinin təşkili bölməsinin rəisi ədliyyə kapitanı Rəşad Fətəliyev və rəis müavini üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə kapitanı Elşad Abbasov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 2 saylı İstintaq təcridxanasına daxil olmuş, təcridxanada saxlanıldığı müddət ərzində daxili-rejim qaydalarına riayət edərək əməkdaşlarının qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə şəxslərlə rəftarı qənaetbəxşdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 228.1-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında isə 09 ildən 14 ilədək azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 09 ildən 14 ilədək azadlıqdan məhrum etmə növündə cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 14 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 14 ilin dörddə üçündən, yəni 11 il 03 aydan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun könüllü gəlib təqsirini boynuna alması, istintaq təcridxanasında saxlandığı dövr ərzində müsbət xarakterizə olunması, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəllənin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir, Azərbaycan Respublikası Cinayət Məcəllənin 120-ci maddəsinə münasibətdə cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi hüquqa zidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci və 228.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə görə xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Ağdam rayon prokurorluğunda saxlanılan üç sahədən torpaqqarışıq qanabənzər ləkələrin nümünələri, eləcə də şüşə qırıntıları, avtomobilə baxış zamanı götürülmüş qanabənzər ləkələr, şüşə qırıntıları məhv edilməli, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jilet, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, Şahid2 məxsus şalvar, jilet, gödəkçə, Şahid1 məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi ov tüfəngi və iki ədəd patron (giliz), habelə Təqsirləndirilən şəxs evindən götürülmüş iki ədəd patron və üç ədəd qırma xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silahsursat anbarına təhvil verilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 792 (yeddi yüz doxsan iki) manat, məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Ağdam rayon prokurorluğunda saxlanılan üç sahədən torpaqqarışıq qanabənzər ləkələrin nümünələri, eləcə də şüşə qırıntıları, avtomobilə baxış zamanı götürülmüş qanabənzər ləkələr, şüşə qırıntıları məhv edilsin, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jilet, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd köynək, Şahid2 məxsus şalvar, jilet, gödəkçə, Şahid1 məxsus bir ədəd şalvar, bir ədəd gödəkçə qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edilərsə məhv edilsin. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi ov tüfəngi və iki ədəd patron (giliz), habelə Təqsirləndirilən şəxs evindən götürülmüş iki ədəd patron və üç ədəd qırma xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs 792 (yeddi yüz doxsan iki) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X27 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov