Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-209/2022 31.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2 ədəd bükümdə ayrı-ayrılıqda 1.048 qram və 3.785 qram olmaqla ümumilikdə 4,833 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 oktyabr 2021-ci il tarixdə, saat 18:30da Azərbaycan Respuiblikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə gətirilmiş, həmin ünvanda üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,048 qram və 3,785 qram olmaqla, ümumilikdə təmiz çəkisi 4,833 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin qarşısında olan zaman üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görüb, üzərində olan, 4-5 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 50 manata aldığı 0.3 qram narkotik vasitə olan heroini binanın blokuna atmış, həmin şəxslər ona yaxınlaraşaraq polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə aparıb orada üzərinə baxış keçirmişlər və üzərində polislərin onun üzərinə qoyduğu narkotik vasitələr çıxmışdır. Bundan başqa o, ifadəsində 4-5 aydır ki, heroindən istifadə etdiyini, saxlanılan zaman üzərində 0.3 qram çəkidə, öz istifadəsi üçün narkotik vasitə olduğunu, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğunu, istintaq zamanı əvvəlcə müdafiəçisi kimi Rihat adlı vəkil dəvət edilsə də, həmin vəkilin onun müdafiəsində iştirak etmədiyini, həmin vəkilin yanında polis əməkdaşlarının onu döydüyünü, bədənində xəsarətlər olduğunu, lakin bununla bağlı heç yerə müraciət etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinə təyziq altında imza etdiyini, üzərindən aşkar olunmuş 5.49 qram çəkidə narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitələri satış məqsədi ilə əldə etmədiyini və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib istifadə etməsi üzərində daşımaqla saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və polis kapitanı Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11.10.2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasına aparılmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi üzərində daşımaqla saxlaması və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilərək hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd sellofan və 1 ədəd gümüşü rəngli falqadan ibarət iki ədəd bükümü təqdim edərək içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və 4-5 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi təxminən 5 qramdan artıq olmuşdur. Bundan başqa Şahid1 ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış aparılan və dindirilən zaman ona qarşı hər hansı formada təsir, təyziq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş QBRŞ-nin XMİÜ-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10.02.2021-ci il tarixdə yanında işləyən Adil adlı şəxs onun telefonu ilə İlqar adlı şəxsə “20 manatım var, həmişə götürdüyüm adam istiyir, gəlirəm götürəm” məzmunlu mesajlar yazaraq ondan narkotik vasitə alacağını demiş və İlqar adlı şəxslə görüşməyə getmişdir. Təxminən 20 dəqiqədən sonra Adil iş yerinə qayıtmış və onlar birlikdə Adilin İlqardan aldığı narkotik vasitəni iyləmə yolu ilə istifadə etmişlər. Bundan başqa o, ifadəsində İlqar adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə müdafiəçi kimi dəvət etmişlər, o şöbədə olarkən Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 “heç olmasa onun biri olsun” deməsini eşitmiş, lakin İlqarın nəyi nəzərdə tutduğunu bilməmişdir. Bundan sonra Şahid2 İlqara mahiyyətini başa düşmədiyi nə isə demiş və onların arasında mübahisə olmuşdur. Müdafiəçi kimi işə buraxılmaq üçün qərar ona təqdim olunmadığından oradan çıxıb getmişdir. Bundan başqa şahid X4 ifadəsinə əlavə olaraq onun yanında Təqsirləndirilən şəxs kiminsə vurmadığını, onun üzərinə narkotik vasitə qoyulmadığını və baxış keçirilmədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən “Ata 20 manat pul tapmışam heç olmasa sabah axşam 10 manatı verimdə işdən kimi verecem ayıb olar”, “ata 18 durmuşam hemişə götürüb verdiyim adamdı konturum yoxdu özün yıxda 10 dəuqəyə məni” məzmununda smslər yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkorik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2021-ci il tarixli, 16/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli politelien kəsiyi bükümündə və 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümndə ayrı-ayrılqda təmiz çəkiləri 1.048 qram, 3,785 qram, ümumi təmiz çəkisi 4,833 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici və kimyəvi tərkiblərinə görə eyndir. Məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə haqqında” 11 oktyabr 2021-ci il tarixli və “video görüntüyə baxış keçirilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan və 1 ədəd gümüşü rəngli falqadan ibarət olan 2 ədəd bükümü təqdim edərək içərisindəki kütlənin narkotik vasitə olan heroin olmasını bildiriş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri 4-5 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 50 manata aldığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə bükümlər ilə birlikdə 5.49 qram olmuşdur. Aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən 11 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib istifadə etməsi, satması və üzərində saxlamasında şübhəli olduğundan həmin tarixdə ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə aparılmışdır. Məhkəmədə tədqiq edilən 11 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilən 16 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulumuş və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 4(043)-219/2021 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə Apelyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 4(104)-129/2021 saylı qərarından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 4(043)-219/2021 saylı qərarından verilmiş apelyasiya protesti təmin edilmiş, Kəpəz rayon Məhkəməsinin 4(043)-219/2021 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 28 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən AZ-İV № 427266 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.05.2019-ci il təvəllüdlü X3 adında övladı vardır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli, 1(088)-195/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsili bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.03.2015-ci il tarixli “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 16 dekabr 2021-ci il tarixli, 1514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 11 noyabr 2021-ci il tarixli, 5863 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin 11 noyabr 2021-ci il tarixli, 5400 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən 2 saylı İstintaq Təcridxansının 30 mart 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcirdxanaya daxil olarkən tibbi müayinədən keçmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilən 21 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 4.733 qram olan heroin iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə istifadə etdiyini etiraf etsə də, heç kimə narkotik vasitə satmadığı, narkotik vasitələri satış məqsədilə əldə etmədiyini, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, onları özünün istifadəsi üçün əldə etdiyini, ibtidai istintaq zamanı ona təyziq olunduğunu, istintaq zamanı müdafiəçi kimi dəvət olunmuş Rihat adlı vəkilin yanında onu döydüklərini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar şahidlər Rihat Məmmədovun və Şahid3 ifadələri və 2 saylı İstintaq Təcridxanasının sorğuya cavab məktubu ilə də təkzib olunur. Belə ki, şahid Rihat Məmmədov ifadəsində onun yanında Təqsirləndirilən şəxs kiminsə vurmadığını, onun üzərinə narkotik vasitə qoyulmadığını və baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid3 istifadəsində olan mobil telefon vasitəsilə Adil adlı şəxslə olan yazışmalarını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. Belə ki, Şahid3 ifadəsində Adil adlı şəxsin onun istifadəsində olan mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs “20 manatım var, həmişə götürdüyüm adam istiyir, gəlirəm götürəm” məzmunlu mesajlar yazdığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli, 1(088)-195/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.03.2015-ci il tarixli “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı residiv nəzərə alınmır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.11.2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını 18.03.2015-cı il tarixdə çəkib qurtardığından və həmin tarixdən 6 ildən artıq müddət keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək 2 gün, 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək 2 gün olmaqla cəmi 4 gün şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılmış, Gəncə Apelyasiya Məhkəməsinin 4(104)-129/2021 nömrəli, 03 dekabr 2021ci il tarixli qərarı ilə barəsində 28 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablanmalı, həmçinin “şübhəli və təqsirləndirilən şəxs qismində” tutulduğu 4 gün müddət Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3-cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 4.733 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 (on) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 oktaybr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu 02 gün müddət, 16 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədən “təqsirləndirilən şəxs qismində” tutulduğu 02 gün müddət, ümumilikdə 04 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 4.733 qram olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-209/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-209/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver