Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-209/2023 14.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan şəhər X7 Hissəsinin daxili xidmət çavuşu rütbəsində yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyən, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, 19 dekabr 2012-ci il tarixdən 21 iyul 2017-ci il tarixədək, 2147 nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan rayon X7 Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, 21 iyul 2017-ci il tarixdə 1179 nömrəli əmrlə həmin Xidmətin Naftalan şəhər X7 Hissəsinin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Goranboy rayon sakini Şahid3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Goranboy rayon X7 Hissəsinə işə qəbul olunmasına köməklik göstərməsi barədə 2022-ci ilin yanvar ayında sonuncunun atası Zərərçəkmiş şəxs1 özünə müraciəti ilə əlaqədar, sonuncuya güya özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək güya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Goranboy rayon X7 Hissəsinə Şahid3 işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə işə qəbul olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayında Naftalan şəhər X7 Hissəsinin Naftalan şəhəri, Nizami ünvan 2 ünvanında yerləşən inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1la görüşərək yalandan bildirməklə, eyni zamanda inandırmaq üçün Şahid3 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərinin, sağlamlıq haqqında arayışının tələb olunduğunu bildirib işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin adla 2022ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan şəhər X7 Hissəsinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1 11.000 (on bir min) manat məbləğində pul vəsaitini şəxsən alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 11.000 (on bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Goranboy rayonu, Səfikürd kənd sakini Şahid4 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Goranboy rayon X7 Hissəsinə işə qəbul olunmasına köməklik göstərməsi barədə 2022-ci ilin yanvar ayının ortalarında sonuncunun atası X3 özünə müraciəti ilə əlaqədar, sonuncuya güya özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək güya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Goranboy rayon X7 Hissəsinə Şahid4 işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə işə qəbul olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayının ortalarında Naftalan şəhər X7 Hissəsinin Naftalan şəhəri, Nizami ünvan 2 ünvanında yerləşən inzibati binasının yaxınlığında Cavanşir Rəhimovla görüşərək yalandan bildirməklə, eyni zamanda inandırmaq üçün Şahid4 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərinin, sağlamlıq haqqında arayışının tələb olunduğunu bildirib işlə bağlı özünə inam yaradaraq, Cavanşir Rəhimovla razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin yanvar ayının ortalarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan şəhər X7 Hissəsinin yaxınlığında 5.000 (beş min) manat pul vəsaitini Cavanşir Rəhimovdan şəxsən, 2022-ci ilin yanvar ayının sonlarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin ünvan 3 ünvanında yerləşən inzibati binasının yaxınlığında 8.000 (səkkiz min) manat pul vəsaitini Şahid4 şəxsən, ümumilikdə 13.000 (on üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə X4 məxsus cəmi 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Cavanşir Rəhimovu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Samux rayon sakini Şahid7 Rəfael oğlunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Gəncə şəhər X7 Hissəsinə işə qəbul olunmasına köməklik göstərməsi barədə 2022-ci ilin yanvar ayında sonuncunun qohumu Zərərçəkmiş şəxs2 özünə müraciəti ilə əlaqədar, sonuncuya güya özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən qurumda ayrı-ayrı şəxsləri müxtəlif vəzifələrə təyin etmə imkanına malik olduğunu ona yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək güya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Gəncə şəhər X7 Hissəsinə Şahid7 işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayının sonunda Gəncə şəhəri, Nizami prospektində Zərərçəkmiş şəxs2la görüşərək yalandan bildirməklə, eyni zamanda inandırmaq üçün Şahid7 şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərinin, sağlamlıq haqqında arayışının tələb olunduğunu bildirib işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs2la razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Nizami prospektində Zərərçəkmiş şəxs2 ümumilikdə 13.000 (on üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında Goranboy rayon sakini Zərərçəkmiş şəxs1 oğlu Şahid3 Goranboy rayon X7 Hissəsinə işə düzəltmək müqabilində 11.000 (on bir min) manat, həmin ayda Goranboy rayon sakini X1 Rəhimovu Goranboy rayon X7 Hissəsinə işə düzəltmək müqabilində 13.000 (on üç min) manat və həmin ayda Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 sonuncunun qohumu Şahid7 Rafael oğlunu Gəncə şəhər X7 Hissəsinə işə düzəltmək müqabilində 13.000 (on üç min) manat pulu şəxsən özü istəyib almışdır. Həmin şəxslərlə onu iş yoldaşı Şahid1 tanış etmişdir. Həmin vaxt o, bilə-bilə yalandan Firudinə bibisi oğlu Ozalın vasitəsilə işə adam düzəltmək imkanı olduğunu demiş, Firudinlə bu söhbətindən bir neçə gün sonra sonuncu Goranboy rayon sakinləri olan Zərərçəkmiş şəxs1 adlı qohumunun oğlu Şahid3, daha sonra başqa qohumu X2 Rəhimovu və tanışı Gəncə şəhər sakini Samir adlı şəxsin qohumu Maliki işə düzəltməklə bağlı ona müraciət etmiş, bundan sonra o, 2022 ilin yanvar ayında Zərərçəkmiş şəxs1la işlədiyi yerin yaxınlığında görüşmüş, Teymura oğlunu 11.000 (on bir min) manat pul müqabilində Goranboy YMH-nə işə düzəldə biləcəyini demiş, həmin vaxt Teymur onunla razılaşmışdır. Bu söhbətdən təxminən bir həftə sonra Teymurla yenidən iş yerinin yaxınlığında görüşmüş, bir neçə dəqiqə Teymurla iş barəsində söhbət edib gətirdiyi sənədləri, yəni oğlu Elşada aid şəxsiyyət vəsiqəsinin, attestatın surətlərini, sağlamlıq haqqında tibbi arayışı və işə düzəlmək üçün gətirdiyi 11.000 (on bir min) manat pulu sayıb qəbul etmişdir. Teymura bir neçə həftə sonra işə qəbulla bağlı əmr veriləcəyini bildirmişdir. Təxminən bir neçə həftə vaxt keçdikdən sonra, Teymur ona zəng edib oğlu Elşadın işi ilə maraqlanmış, sonuncuya telefonda narahat olmamağı, tezliklə oğlunun əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra o, Teymuru inandırmaq üçün oğlu Elşadı təxminən 7-8 dəfə özü ilə Fövqəladə Hallar Nazirliyinin ünvan 3 ünvanında yerləşən DYMX-nin inzibati binasının yaxınlığına aparıb gətirmişdir. Həmin vaxt yalandan Teymura “Nazirlikdən çağırırlar, Elşadla mütləq oraya getməliyik” demişdir. 2022-ci ilin aprel-may aylarınadək Teymura işin tezliklə həll olunması ilə bağlı yalandan vədlər vermişdir. Bundan sonra Teymur onun haqqında Nazirliyə şikayət etmişdir. Təqsirləndirilən şəxs İsa Heydərov bundan başqa ifadəsində göstərmişdir ki, o, eyni üsulla iş yoldaşı Firudinin başqa qohumu olan Goranboy rayon sakini Cavanşir Rəhimovu da aldadıb ondan 13.000 (on üç min) manat pul almışdır. Belə ki, 2022-ci ilin yanvar ayında Cavanşir adlı şəxs ona zəng edib oğlunun Goranboy rayon YMH-nə işə qəbul etməyi xahiş etmişdir. Həmin vaxt Cavanşirə bu barədə görüşüb söhbət etməyi bildirmişdir. Ertəsi gün sonuncu ilə iş yerinin yaxınlığında görüşmüş, görüş zamanı Cavanşirə oğlunun müharibə iştirakçısı olduğuna görə onu işə rahat qəbul etdirə biləcəyini demişdir. Bundan sonra ilkin olaraq 5.000 (beş min) manat, əmr verildikdən sonra isə 8.000 (səkkiz min) manat pul alacağını bildirmişdir. Həmin vaxt Cavanşir onun bu təklifi ilə razılaşmışdır. Təxminən bir neçə gün sonra Cavanşir tanımadığı qohumları ilə onun iş yerinə gəlmiş, onlarla bir neçə dəqiqə söhbət edib Cavanşirin gətirdiyi sənədlərə baxmış və rəisi Şahid2 güclü əlaqələri olduğunu, sonuncunun köməyi ilə çox adamı işə düzəltdiyini demişdir. Bundan sonra Cavanşirin maşınına oturmuş, həmin vaxt sonuncu 5.000 (beş min) manat pulu nağd formada sayıb ona vermişdir. Maşında ikisindən başqa heç kim olmamışdır. Pulları götürdükdən sonra onlarla sağollaşıb işə qayıtmışdır. Ertəsi gün bir neçə dəfə Cavanşirin oğlu Hamletlə Naftalan şəhərində görüşüb yaxından tanış olmuş, onunla iş barəsində söhbət etmiş, təxminən 10 gün sonra Cavanşirə zəng edib oğlu Hamletin işinin artıq düzəldiyini, 8.000 (səkkiz min) manat pulu Nazirliyin kadrlar idarəsində işləyən Elşən Əliyevə vermək lazım olduğunu demişdir. Həmin vaxt Cavanşiri tam inandırmaq üçün Elşən Əliyev adlı şəxsin adını yalandan özündən uydurmuşdur. Cavanşir cavabında pulu oğlu Hamletlə birlikdə Elşənə əlbəəl çatdırmaq istədiyini bildirmişdir. O, Cavanşirin bu təklifi ilə razılaşmışdır. Ertəsi gün Bakı şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Xətai rayonu ərazisindəki Baş İdarəsinin qarşısında Hamletlə ikilikdə görüşmüşdür. Görüş zamanı Hamletə Elşənin işi çıxdığını, gələ bilməyəcəyini demişdir. Həmin vaxt Hamlet ona inanmamış, dərhal telefonu götürüb sonuncunun yanında güya kiminləsə danışmağa başlamışdır. Hamlet tərəddüd etməyə başlayanda ona narahat olmamağı, işinin tezliklə düzəlməsinə zəmanət verdiyini və pulu bu gün Elşənə çatdırmaq lazım olduğunu demişdir. Bundan sonra Hamletə atasına zəng edib güya Elşənlə görüşüb söhbət etməsi barədə danışmağı təklif etmişdir. Hamlet ona inanıb atası Cavanşirə zəng edib güya Elşənlə görüşdüyünü, pulu ona şəxsən verdiyini və işlərin tezliklə həll olunacağını demişdir. Sonra 8.000 (səkkiz min) manat pulu Hamletdən almış, sonuncu ilə bir neçə dəqiqə söhbət etdikdən sonra onu taksi ilə Goranboya yola salmışdır. Özü isə bir neçə saat Bakıda gəzib axşam saatlarında Goranboya qayıtmışdır. Bu hadisədən sonra o, Hamletlə birlikdə bir neçə dəfə Bakı şəhərinə Nazirliyin Xətai rayonunda yerləşən İdarəsinə gedib-gəlmişdir. Həmin vaxt Cavanşir aldadıldığını başa düşmüş, verdiyi pulları istəməyə başlamış, onun haqqında lazımı yerlərə şikayət edəcəyini bildirmiş, bu xəbərdarlıqlardan sonra 2022-ci ilin iyun ayının sonunda o, Cavanşirdən aldığı pulları tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs İsa Heydərov ifadəsinin davamında həmçinin göstərmişdir ki, o, eyni üsulla iş yoldaşı Firudinin tanışı Gəncə şəhər sakini Samir adlı şəxsi də aldadıb ondan 13.000 (on üç min) manat pul almışdır. Belə ki, 2022-ci ilin yanvar ayında Samir adlı şəxs onun mobil telefon nömrəsinə zəng edib qohumu X10 Nazirliyinin Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsinə işə düzəltmək istədiyini bildirmiş, həmin vaxt Samirdən bu işin həlli müqabilində 13.000 (on üç min) manat pul istəmişdir. Samir onun təklifini qəbul edib ilkin olaraq 2.000 (iki min) manat, yerdə qalan pulu isə əmr veriləndən sonra çatdıracağını bildirmişdir. Bu vaxt o, Samirlə razılaşmış, lakin bir neçə gün sonra yenidən Samirə zəng edib pulları tam olaraq vermək lazım olduğunu, Bakı şəhərindəki adamın pulları tam olaraq istədiyini demişdir. Samir cavabında Bakıdakı adamın ona zəng etməsini və həmin şəxslə şəxsən özünün danışmaq istədiyini bildirmişdir. Bundan sonra Samiri aldatmaq məqsədilə şəxsi istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Samirə zəng edib səs tonunu dəyişib özünü Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsində işləyən Elşən adlı əməkdaşı kimi təqdim edərək iş barəsində danışmışdır. Söhbət zamanı Samirə pulun bir qismini tibb xidmətinə, idmana, kadrlara və digər şöbələrə çatdırmaq lazım olduğunu bildirmişdir. Sonuncu həmin vaxt ona inanmış və pulu hazırlayan kimi zəng edib xəbər verəcəyini demişdir. Bu telefon danışığından bir neçə gün sonra Samirlə yenidən zəngləşib Gəncə şəhəri, Nizami prospektində görüşmüş və ondan 13.000 (on üç min) manat məbləğində pul almışdır. Bundan sonra Samir Elşənə məxsus olduğunu zənn etdiyi onun ***-***-**-** saylı nömrəyə tez-tez zəng edib işin nəticəsi barədə maraqlanmış, cavabında Samirə tezliklə əmrin veriləcəyini bildirirmişdir. Bu yolla bir neçə ay o, Elşən adı ilə Samirlə telefonla danışıb onu aldatmağa davam etmişdir. Təxminən 2022-ci ilin may ayında Samir aldadıldığını başa düşüb ondan pulları geri qaytarmağı tələb etməyə başlamışdır. Lakin o, pulları qaytara bilmədiyi üçün Samir yaşadığı Xanqərvənd kəndinə gəlmiş və atası Natiq Heydərovla görüşüb ona hər şeyi danışmışdır. Bu hadisədən bir neçə həftə sonra Samirə 5.000 (beş min) manat pulu qaytarmış, qalan 8.000 (səkkiz min) manatı da tezliklə qaytaracağını vəd vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1, Cavanşir Rəhimovdan və Zərərçəkmiş şəxs2 götürdüyü pulları hissə-hissə olmaqla 2022ci ilin iyun-noyabr aylarında atası Natiq Heydərovun köməyi ilə tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs İsa Heydərov ifadəsinin davamında göstərmişdir ki, ***-***-**-** saylı nömrə həmişə onun öz istifadəsində olmuşdur. Goranboy rayon sakinləri Zərərçəkmiş şəxs1 və Cavanşir Rəhimovdan, həmçinin Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Goranboy rayon və Gəncə şəhər DYMH-nə işə düzəltmək məqsədilə aldığı pulları özü şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin şəxsləri inandırmaq üçün güya pulları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-də işləyən Elşən adlı şəxsə çatmalı olduğunu demiş, əslində isə belə adda şəxs olmamışdır. Bundan başqa, o, güya Şahid4 aid müvafiq sənədləri Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən binasında işləyən X6 çatdımasını desə də, əslində isə Elmir Şəfiyev adlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşını şəxsən tanımamış, onun ad, soyad və ata adını Fövqəladə Hallar Nazirliyinin telefon məlumat kitabçasından baxıb öyrənmişdir. Elmirin Ozalın tanışı olmasını əvvəlcədən bildiyinə görə məsuliyyəti öz üzərindən atmaq məqsədilə ibtidai istintaq zamanı məcbur olub əvvəlki ifadəsində Elmir Şəfiyevin adını çəkmiş, həqiqətdə isə o, Elmirlə heç vaxt görüşüb tanış olmamışdır. Təqsirləndirilən şəxs İsa Heydərov ifadəsinin yekununda göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1, Cavanşir Rəhimovdan və Zərərçəkmiş şəxs2 işə düzəltmək məqsədilə aldığı pulları tam olaraq qaytarmışdır və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, kiçik oğlu Elşad işsiz olduğundan 2022-ci ilin yanvar ayında qohumu Firudinin vasitəsilə tanış olduğu Naftalan şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşı X5 ona oğlunu işə düzəldə biləcəyini, bu işdə rəisi və qohumu olan Ozal adlı şəxsin kömək edəcəyini demişdir. İsa işə düzəlmək üçün ondan 13.000 (on üç min) pul istəmişdir. O isə İsadan bu işi 11.000 (on bir min) manata həll etməsini xahiş etmişdir. Sonuncu onunla razılaşmışdır. Həmin ilin yanvar ayında 11.000 (on bir min) manat pulu X12 şəhərində onu işlədiyi Naftalan şəhər Yanğından Mühafizə Xidmətinin inzibati binasının yaxınlığında yolun kənarında təqdim etmişdir. İsa 21 gün ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən əmrin veriləcəyini bildirmişdir. Bundan sonra oğlu Elşadın əmrinin verilməsini gözləsə də, heç bir əmr verilməmişdir. İsa Heydərova bu barədə zəng edib danışdığı vaxt, sonuncu narahat olmağa heç bir əsas olmadığını və tezliklə əmrin veriləcəyini bildirmişdir. Lakin uzun müddət keçsə də, oğlunun işə qəbul olma məsələsi baş tutmamışdır. İsa Elşadı bu müddət ərzində işə düzəltmə adı ilə 12 dəfə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən idarələrinin birinə aparıb-gətirmiş, ancaq bunların da heç bir nəticəsi olmamışdır. Bundan sonra İsa Heydərovun vədlərinin yalan olduğunu gördükdə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə şikayət ərizəsi göndərmiş, şikayəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə çağırılmış, izahatı alınmışdır. Bu hadisədən sonra İsanın atası Natiq Heydərov 2022-ci ilin iyun-avqust ayları ərzində hissə-hissə olmaqla 11.000 (on bir min) manat pulu tam olaraq ona geri qaytarmışdır. O, təqsirləndirilən şəxs İsa Heydərovla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, oğlu Hamlet işsiz olduğundan 2022-ci ilin yanvar ayında qohumu, Naftalan şəhər Yanğından Mühafizə Xidmətində işləyən Firudin ona Goranboy rayonunun Xanqərvənd kəndindən olan İsa Heydərovun işə adam düzəltməsi haqda məlumat vermişdir. Bundan sonra o, İsanın telefon nömrəsini Firudindən alıb zəng etmişdir. Telefon danışığı zamanı oğlu Hamletin işə düzəlməsi barədə İsa ilə ətraflı söhbət etmiş, sonuncu Hamletin müharibə iştirakçısı olduğuna görə işə rahat qəbul oluna biləcəyini demişdir. Bir neçə gün sonra o, İsa ilə təklikdə Naftalan şəhərində görüşmüş, görüş zamanı İsa işin həll olunması üçün ondan ümumilikdə 13.000 (on üç min) manat, həmin məbləğin 5.000 (beş min) manatını qabaqcadan, əmr verildikdən sonra isə 8.000 (səkkiz min) manat alacağını bildirmişdir. O, İsanın bu təklifi ilə razılaşıb qısa zaman ərzində bankdan kredit və tanışlarından borc götürmüş, pulu hazırladıqdan sonra İsa ilə görüşmək üçün kürəkəni Qabil, qohumu Səxavətlə birlikdə Naftalan şəhərinə getmişdir. Naftalan şəhər Yanğından Mühafizə Xidmətinin yaxınlığındakı dairənin yanında Səxavətin idarə etdiyi maşında İsa ilə ikilikdə oturub söhbət etmiş, söhbət zamanı İsa işin rəisi Ozal adlı şəxs tərəfindən həll olunacağını bildirmişdir. Bundan sonra sonuncuya özü ilə gətirdiyi oğlu Hamletə aid sənədləri və 5.000 (beş min) manat pulu təqdim etmişdir. Bu hadisədən təxminən 10 gün sonra İsa ona yenidən zəng edərək artıq əmrin verildiyini, Hamletin iş məsələsinin həll olunduğunu və yerdə qalan 8.000 (səkkiz min) manatı Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsinə çatdırmaq lazım olduğunu demişdir. Bundan sonra o, tələb olunan pulu Hamletlə birlikdə Bakı şəhərinə göndərmişdir. Hamlet Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Xətai rayonu ərazisində yerləşən inzibati binasının qarşısında İsa ilə görüşmüşdür. Görüş zamanı İsa Hamletə kadrlar idarəsinin əməkdaşı Elşən Əliyevin işi çıxdığını, gələ bilməyəcəyini, ancaq pulu mütləq bu gün çatdırmaq lazım olduğunu demişdir. Həmin vaxt Hamlet işə qəbul olmağa həvəsli olduğuna görə ona zəng edib, yalandan güya Fövqəladə Hallar Nazirliyinin Elşən Əliyev adlı kadrlar idarəsinin əməkdaşı ilə şəxsən görüşüb pulu ona verdiyini bildirmişdir. O, oğlu Hamletin ilə düzəlməsi ilə bağlı İsa Heydərova 13.000 (on üç min) manat məbləğində pulları verdikdən sonra nə qədər gözləsə də, heç bir xəbər çıxmamış, İsa Heydərov öz hesabına oğlunu bir neçə dəfə işlə əlaqəli yalan vədlərlə Bakı şəhərinə aparıb-gətirmiş, lakin bunlar heç bir nəticə verməmişdir. Müsbət nəticə olmadığına görə İsa Heydərov və atası Natiq Heydərovla görüşərək onlardan tez bir zamanda pulları geri qaytarmağı tələb etmiş, əks təqdirdə lazımı yerlərə şikayət edəcəyini demişdir. Bundan sonra sonuncular 29 iyun 2022-ci il tarixdə onun yaşadığı evə gələrək İsanın işə düzlətmək üçün aldığı 13.000 (on üç min) manat pulu tam şəkildə geri qaytarmışlar. O, təqsirləndirilən şəxs İsa Heydərovla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid4 oğlu eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında qohumu Şahid7 Fövqəladə Hallar Nazirliyinə işə düzəltməklə bağlı maraqlanarkən Fövqəladə Hallar Nazirliyinin Naftalan rayon şöbəsində işləyən İsa Heydərov adlı şəxsin bu işi görə biləcəyini öyrənmişdir. İsanın mobil nömrəsini həmin şöbədə işləyən Firudin adlı əməkdaşdan alıb zəng etmiş, telefon danışığı zamanı İsa rəisi və qohumu olan Ozalın köməyi ilə işə adam düzəltmək imkanı olduğunu demişdir. Buna görə ondan 13.000 (on üç min) manat pul istəmişdir. Həmin vaxt o, İsa ilə razılaşmış və sonuncuya təklif etmişdir ki, ilkin olaraq 2.000 (iki min) manat, əmr veriləndən sonra isə qalan pulu verəcək, İsa bu təklifi qəbul etmişdir. Bundan sonra o, pulları hazırlayıb düzəltməyə başlamışdır. Bu danışıqdan bir neçə müddət sonra İsa ona zəng edib pulun tam olaraq verilməsini istəmişdir. Bu vaxt İsaya əvvəlcədən bu cür danışılmadığını demiş, cavabında İsa Bakı şəhərindəki adamın pulu tam olaraq istədiyini bildirmişdir. Həmin vaxt o, Bakıdakı adamın ona zəng edib onunla birbaşa özünün danışmaq istədiyini İsadan xahiş etmişdir. Bir neçə dəqiqə sonra mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Elşən adlı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edib pulların bir qisminin tibb xidmətinə, idmana, kadrlara və digər şöbələrə çatacağını bildirərək pulu tam hazırlamağı, pul hazır olan vaxt xəbər etməyi ondan xahiş etmişdir. Bu zaman o, zəng edən Elşən adlı şəxsə inanmış və pulu hazırlayıb ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Gəncə şəhəri, Nizami prospektində İsa Heydərovla görüşüb işə düzəlmək üçün tələb olunan 13.000 (on üç min) manat pulu sonuncuya vermiş və bundan sonra o, daimi olaraq Elşən adlı şəxslə işin nəticələri barədə maraqlanmışdır. Elşən ona tezliklə əmrlərin veriləcəyini bildirmişdir. Bir müddət sonra Elşən ona zəng etmiş və əmrləri götürmək üçün Maliklə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisindəki Yanğından Mühafizə Xidmətinin yerləşdiyi inzibati binaya gəlməli olduqlarını demişdir. Maliklə deyilən ünvana getdikdə Elşən telefonda ona hansısa ünvanda yanğın çıxdığını, sabah gəlməyi xahiş etmişdir. Ertəsi gün Maliklə birlikdə yenidən həmin inzibati binaya gedəndə Elşən yenə müxtəlif bəhanələr gətirərək onları qəbul etməmiş, bu vəziyyət bir neçə ay eyni şəkildə davam etmişdir. Nəhayət 2022-ci ilin may ayında o, İsa Heydərovdan verilən pulları dərhal geri qaytarmağı tələb etmişdir. Həmin vaxt İsa pulu geri qaytaracağını bildirsə də, uzun müddət onu aldatmışdır. Bundan sonra o, İsanın yaşadığı Xanqərvənd kəndindəki evinə getmiş, sonuncunun atası Natiqlə bu məsələ barədə söhbət etmişdir. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. O, təqsirləndirilən şəxs İsa Heydərovla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında iş yoldaşı X11 ona həmin vaxt rəisləri işləyən Ozalın vasitəsilə işə adam düzəltmək imkanı olduğunu demişdir. Bu söhbətdən bir neçə gün sonra Goranboy rayon sakinləri Zərərçəkmiş şəxs1 adlı qohumunun oğlu Şahid3, daha sonra başqa qohumu X2 Rəhimovun və tanışı Gəncə şəhər sakini Samir adlı şəxsin qohumu Malikin işə düzəlmək istəmələri ilə bağlı İsaya bildirmişdir. Bundan sonra İsa Hedərov işə düzəltmək adı ilə 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 11.000 (on bir min) manat, Cavanşir Rəhimovdan 13.000 (on üç min) manat və Zərərçəkmiş şəxs2 13.000 (on üç min) manat məbləğində pul almışdır. Lakin İsa onların iş məsələsini həll etməyib, sonuncuların pullarını ələ keçirmişdir. Bundan sonra həmin şəxslər aidiyyəti qurumlara İsa Heydərov barəsində şikayət yazaraq pullarının qaytarılmasını tələb etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan şəhər X7 Hissəsinin rəisi vəzifəsində işlədiyi vaxt tabeçiliyində hissənin baş yanğınsöndürəni vəzifəsində işləyən, qohumu X11 ayrı-ayrı şəxsləri işə düzəltmək adı ilə onun adından yalandan istifadə edərək müxtəlif məbləğlərdə pullar almışdır. Belə ki, X13 rayon sakinləri Zərərçəkmiş şəxs1 adlı şəxsin oğlu Şahid3, daha sonra Cavanşir Rəhimov adlı şəxsin oğlu Şahid4 və Gəncə şəhər sakini Samir adlı şəxsin qohumu Maliki işə düzəltmək üçün onun adından sui-istifadə etmişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 11.000 (on bir min) manat, Cavanşir Rəhimovdan 13.000 (on üç min) manat və Zərərçəkmiş şəxs2 13.000 (on üç min) manat məbləğində pul almış, lakin İsa onların iş məsələsini həll etməyib, sonuncuların pullarını ələ keçirmişdir. Bu barədə o, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 və Şahid4 onun iş otağına gələrək işə düzəlmək üçün İsa tərəfindən alınan pulların geri qaytarılması haqda müraciətləri zamanı xəbərdar olmuşdur. Həmin vaxt onlara bu barədə heç bir məlumatı olmadığını, İsadan buna görə heç bir məbləğdə pul almadığını demişdir. Bundan sonra həmin şəxslər aidiyyəti qurumlara, eləcə də Fövqəladə Hallar Nazirliyinə birbaşa müraciət etmişlər. Sonradan 2022-ci ilin iyun ayından başlayaraq X16 İsmayılovdan, Cavanşir Rəhimovdan və Zərərçəkmiş şəxs2 aldığı pulları hissə-hissə olaraq sonunculara geri qaytarmışdır. Şahid2 ifadəsinin yekununda göstərmişdir ki, İsa Heydərovun 2022-ci ilin yanvar ayında onun adından istifadə edərək Zərərçəkmiş şəxs1, Cavanşir Rəhimovdan və Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadıb aldığı pullar barədə heç bir məlumatı olmamış, heç kimdən heç bir məbləğdə pul və ya sair nemət almamış, işə qəbulla bağlı heç kimdən heç bir sənəd qəbul etməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ***-***-**-** saylı mobil nömrə X5 adına rəsmiləşib və həmin nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə arasında 24 yanvar 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək, X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 18 yanvar 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 18 yanvar 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 04 aprel 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək mütəmadi çoxsaylı zənglərin olması müəyyən edilir. Həmçinin, İsa Heydərova məxsus ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 18 yanvar 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 07 fevral 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək, X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 20 yanvar 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 16 fevral 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 19 yanvar 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək mütəmadi çoxsaylı və Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 25 may 2022-ci il tarixdə qarşılıqlı zənglərin olması mövcuddur. Bundan əlavə, anten məlumatlardan görünür ki, Şahid3, Şahid4 və Şahid7 Rəfael oğlu ifadələrində göstərdikləri tarixlərdə İsa Heydərovla birlikdə ünvan 4 ünvanında olmuşlar (iş vərəqə: cild 1, səh. 238-239). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən daxil olmuş məktubdan görünür ki, X11 19 dekabr 2012-ci il tarixdən 21 iyul 2017-ci il tarixədək, 2147 nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Naftalan rayon X7 Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, 21 iyul 2017-ci il tarixdə 1179 nömrəli əmrlə həmin Xidmətin Naftalan şəhər X7 Hissəsinin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsinə təyin edilməklə hal-hazırda həmin vəzifədə işləyir (iş vərəqə: cild 1, səh. 174- 175). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs2 barələrində cinayət təqibinin başlanması rədd edilmişdir, bundan başqa Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: cild 1, səh. 289-304). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 80). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən şəxs X11 tərəfindən onlara dəymiş zərər tam şəkildə ödənilmiş və ona görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur (iş vərəqə: cild 2, səh. 136, 147, 278). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X11 qeyd edilən müəssisədə müalicə olunmayıb (iş vərəqə: cild 1, səh. 149). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 344-345). Cinayət işinin məhkəmə araşdırması zamanı iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxs X11 ilə barışmışlar, onlara dəymiş zərər tam şəkildə ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur, təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan X5 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də İsa Heydərovun cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunur ki, “....Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.” Həmin Qərarın 36-ci bəndində göstərilmişdir ki, “....Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, X5 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı cinayət hadisəsini törədərkən onun niyyəti zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş, həmçinin o, vədinə əməl etmək niyyətində olmadan səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsləri rüşvət verməyə təhrik etməklə digər şəxslərin pulunu ələ keçirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş diski və əsaslılığı heç bir şübhə doğurmayan cinayət işinə aid məhkəmə araşdırması zamanı digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, həmin sübutlar bir-biri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən X5 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və törətdiyi əməlindən peşmançılıq keçirməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Təqsirləndirilən şəxs X5 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı yüngül cəza növləri, o cümlədən cərimə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, onun cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verib törətdiyi əməlindən peşmançılıq keçirərək və törətdiyi cinayət əməlini dərk edərək artıq ibtidai istintaq ərəfəsində vurmuş olduğu zərəri tam şəkildə ödəməsini, zərəçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını, həmçinin onların təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmələrini nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X8 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə və onun cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Odur ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxs X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Azercell Telekom” MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X8 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9000 (doqquz min) manat cərimə cəzası təyin edilsin. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Azercell Telekom” MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-209/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-209/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver