Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-21/2021 12.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızı və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X17 və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair üç il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün Şahid1 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Zərərçəkmiş şəxs1 adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən 1.10 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə 24.06.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Zərərçəkmiş şəxs1 nümayəndəsi kimi 16.05.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri əsasında torpaq sahəsini anası X4 həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, bilə-bilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə həmin saxta müqavilələri 24.06.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə oradan Rəbiyyə Hüseynovanın adına 1.10 ha torpaq sahəsinə dair 24.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair 24.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib ər-arvad olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni, 167560 (yüz altmış yeddi min beş yüz altmış) manat təşkil edən 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyətlə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir, üç uşağı vardır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, Gəncə şəhəri Bayraq Meydanının qarşı tərəfində xalça alıb-satmaqla ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs1 və oğlu Faiqı 20 ildən çoxdur ki, tanıyır. Münbasibətləri həmişə yaxşı olmuş və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2005-ci ildə Şahid1 onun yaşadığı evə gəlib ona bildirmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi tərəfdə onun torpaq sahələri vardır, həmin torpaq sahələrinin bir sotu 2000 (iki min) ABŞ dollarınadır və o, Faiqə yaxşılıq etdiyi üçün Faiq torpaq sahəsinin bir sotunu ona 1000 (min) ABŞ dollarına satmasını təklif etmişdir. O da, Faiqlə birlikdə gedib Faiqin ona göstərdiyi torpaq sahəsinə baxmış, yeri bəyənmiş və Faiq də ona yol kənarından torpaq sahəsi verəcəyini bildirmişdir. O da, Faiqlə razılaşıb 10000 (on min) ABŞ dolları məbləğinidə nəğd pulu, həmçinin 10000 (on min) ABŞ dolları dəyərində satdığı xalçalardan Faiqə vermişdir. Faiq həmin ərəfədə ona sənəd verməmiş, o, Faiqlə görüşəndə hər dəfə Faiqdən ona satdığı torpağın sənədini istəyəndə Faiq yaxın vaxtda verəcəyini demişdir. 2007-ci ilin əvvəllərində, dəqiq tarixini xatırlamadığı vaxtda Faiq ona sənəd vermişdir. Lakin onun sənədlərdən tam başı çaxmamış və həmin sənədlərin arasında bir dənə yaşıl rəngdə etibarnamə olmuşdur. Faiq həmin sənədləri ona verəndə demişdir ki, 3 illik etibarnamədir. Faiq ona o sənədləri verəndə o, Faiqin atasını və anası Əhlidili görüb tanımışdır. O da, sənədləri götürüb özündə saxlamışdır. 2009-cu ildə işlədiyi Bayraq Meydanı tərəfdəki mağazaları sökərkən o bir qədər işsiz qalmış, ehtiyacı olduğu üçün Faiqin ona satdığı torpağı satmaq qərarına gəlmişdir. Bunun üçün o, Rusiya Federasiyasında yaşayan adını xatırlamadığı bir şəxslə danışmış, Faiqin ona göstərdiyi yeri onlara göstərib 70000 (yetmiş min) manata satmağa razılaşmış, sənədləri onlara vermiş, o şəxslər sonradan onun yanına gəlib demişlər ki, getdikləri hər yerdə onlara həmin sənədlərin saxta olmasını, göstərilən yerin başqa şəxsə aid olması deyilmişdir. O da, Fiqlə görüşmüş, Faiq isə ona demişdir ki, sənədlər saxta deyil, torpağın ümumi sənədinin əslini ona vermiş və harada istəyirsə yoxlatdıra bilcəyini bildirmişdir. Amma həmin şəxslər torpağın saxta olmasını ona bildirib Rusiya adamları olduğu üçün pullarını ondan tələb etmişlər. O da, həmin şəxslərin 70000 (yetmiş min) manat pullarını qaytarmış, onlar da çıxıb getmişlər. Faiqin ona verdiyi əsl sənədlər də onda qalmışdır. O da, Faiqə narazılığını bildirmiş, Faiq də onu inandırmaq üçün ona həmin torpağı bütövlükdə və həmin torpağa aid sənədləri təmənnasız olaraq ona verdiyini demişdir. Təmənnasız dedikdə, yəni, o, həmin şəxslərin yanında yalançı çıxdığı üçün Faiq həmin torpağı ona pulsuz bağışlamışdır. O da Faiqlə razılaşıb ona heç nə deməmişdir. 2010-cu ildə o, Faiqin verdiyi 3 illik etibarnamənin vaxtının qurtardığını görmüş və Faiq türmədə olanda ona zəng edən zaman o, Faiqə etibarnamənin vaxtının qurtarmasını demiş, Faiq də ona anasına dediyini, gedib anasından almasını bildirmişdir. O da, Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayanda ona iş yerində, Gəncə şəhər Təhsil İdarəsində olduğunu, işdən çıxa bilmədiyini bildirmiş və xahiş etmişdir ki, notariusun nümayəndəsini onun yanma aparsın. O da, Gəncə şəhəri 1 salyı notariat kontoruna gəlmiş, notarius Elşən müəllimdən xahiş etmişdir ki, bir nəfər nümayəndə versin, etibarnamə alacaqdır. Elşən müəllim də nümayəndəsi Tofıqi ona qoşmuş, o, Tofiqlə Əhlidilin iş yerinə getmiş, Əhlidil sənədlərə baxmış, etibarnaməni oxumuş, etibarnaməyə imza atmış və onlar çıxıb getmişlər. Əhlidil özü sənədləri oxuduğu üçün o, artıq Əhlidilə heç bir söz deməmişdir. Faiq torpağı ümumilikdə ona bağışladığı üçün o, 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 öz adına ümummi etibarnamə almişdır ki, 1 hektar 18 sot orpaq sahəsini alqı-satqı etsin. Bundan sonra o, 2011-ci ilin may ayında Faiqin ona verdiyi sənədləri Göygöl notariat kontruna təqdim etmiş, əlavə olaraq təkcə Zərərçəkmiş şəxs1 ona verdiyi ümumi etibarnaməni təqdim edib anası X8 adına Göygöl notariat kontorunda notarius Rafiq müəllimin yanında həmin torpaq sahəsini alqı-satqı etmişdir. O, həmin torpağı anasına pulla satmamış, faktiki olaraq onun adına notariusda keçirmiş, anasının adına çıxarış verilmişdir. 2011-ci ildən sonra Gəncə şəhəri Nizami rayonunun keçmiş İcra Başçısı Məharət Mustafayev həmin torpaq sahəsini qanunsuz sərəncamlarla satmağa başlamışdır. O, həmin yerlərə gedib etirazını və narazılığını bildirəndə onu polisə gətirmişlər, ona imkan verməmişlər ki, qanuni torpağında kimlərinsə də tikilişinə və satılmasına maneçilik törətməsin. O da, həmin vaxtlar qorxusından səsini çıxara bilməmiş, gedib o yerlərə baxanda görmüşdür ki, o yerlər atıq satılıb, evlər tikilir. O da, çəkilib geridə durmuşdur. 2018-ci ildə Faiq türmədən çıxanda da Faiqə demişdir ki, onun 20 sot torpağını versin, ona artıq yer lazım deyil. 2018-ci ilin payız aylarında, dəqiq tarixini xatırlamadığı vaxtda Faiq onun yanına gəlib torpağın 12 sotuna müştəri olduğunu demiş, həmin 12 sot torpağı satıb pulunu yarı bölməsini, bundan sonra da nə satarsa hamısını yarı bölməsini təklif etmişdir. O da, Faiqin həmin sözlərinə heç bir söz deməmişdir. Faiq onu Azərbaycan inşaat mağazasının yanına çağırmış və müştərilər də oraya gəlmişlər. Müştərilər 24000 (iyirmi dörd min) manat pul vermişlər, Faiq o pulun 12000 (on iki min) manatını ona vermiş, o da, 12 sot torpağı o şəxslərin adına alqı-satqı etdirmək üçün Bakı şəhərində olan anası Rəbiyyə Hüseynovadan etibarnamə almaq üçün Bakı şəhərinə getmişdir. Etibarnamə alıb qayıtmış, o şəxsələrlə alqı-satqı etmək üçün Göygöl notariat kontoruna gələndə notarius Aqil sənədlərə baxaraq heç bir söz demədən onu və torpağı alan şəxsləri çölə çıxarıb Faiqlə nə isə danışmış, Faiq əsəbiləşib çölə çıxmış və ASAN xidmətə getməyi təklif etmişdir. Onlar Gəncə-ASAN xidmətə gələndə demişlər ki, sistem bağlanıbdır, ertəsi günü gəlsinlər. Sonra isə həmin şəxslər onun mağazasına gəlib ondan pulu geri tələb etmişlər və yeri alası olmadıqlarını demişlər. O da, Faiqlə danışıb ona düşən pulu torpaq almaq istəyən şəxslərə qaytardığını demişdir. Bundan sonra o, Aqilin yanına getmiş və nə baş verdiyini Aqildən soruşmuşdur. Aqil isə ona bildirmişdir ki, Faiqin anası onu məhkəməyə verib və hər gün onun yanına gələrək dava salır. O, həmin vaxt bilmişdir ki, onu məhkəməyə vermişlər. O, məhkəməyə gedib izahatını vermiş, sonra Gəncə Apellyasiya məhkəməsindən onu çağırmışlar, hər iki məhkəmədə o, sənədlərin ona Faiqin verməsini, özünün isə heç bir sənəd hazırlamadığını bildirmişdir. 2010-cu ilin oktyabr ayının 7-də Zərərçəkmiş şəxs1 öz adına ümumi etibarnamə alan zaman Zərərçəkmiş şəxs1 məxsus olan 1 hektar 18 sot torpaq sahəsini anası Rəbiyyə Hüseynovanın adma alqı-satqı edib özününküləşdirəcəyini ona deməmişdir və bununla bağlı heç bir söhbətləri olmamışdır. Çünki, Faiq ona anasının yanına getməsini və anasının imza edəcəyini demişdir. Həmin ümumi etibarnamə notariusda tərtib edilmişdir, təkcə Zərərçəkmiş şəxs1 imzası qalmışdır, Zərərçəkmiş şəxs1 yanına gedəndə də notariusun nümayəndəsi etibarnaməni oxumuş və izah etmişdir, Əhlidil də demişdir ki, Faiq deyibdir, bilir, məlumatı var və bundan sonra imza etmişdir. Həmin vaxtı Əhlidil notariusa getmək istəmədiyindən o, alqı-satqını öz adına sənədləşdirə bilməmiş, Əhlidildən etibarnamə alaraq anası ilə alqı-satqı etmişdir.2011-ci ilin may ayının 16-da mülkiyyətçi Zərərçəkmiş şəxs1 nümayəndəsi kimi sözügən torpaq sahəsinə aid sənədləri o, Göygöl rayon notariat kontoruna təqdim edərkən Zərərçəkmiş şəxs2 notariat kontoruna gəlməmişdir.Zərərçəkmiş şəxs2 adından 1 hektar 18 sot torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair saxta hüquq verən ərizənin Faiq təxminən 2009-2010-cu illərdə torpaq sahəsinin əsilləri ilə birlikdə ona vermiş o da sənədləri notariusa təqdim etmişdir. Ərizəni o, saxtalaşdırmamışdır. Faiq ona həmin sənədləri necə vermişdirsə o da, o cür notarius Rafiqə təqdim etmişdir. Həmin ərizənin saxta olmasından məlumatı olmamışdır. Dövlət rüsumunu keçirmiş, alqı-satıqı edib sənədləri götürmüş, onlar da Reyestr Xidmətinə təqdim edib Çıxarış almışlar. Həmin torpaq sahəsini anasının adına keçirdikdən sonra torpaq sahəsindən ümumiyyətlə heç kimə satmamışdır. Həmin torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olduğunu o, təxminən 2009-cu ildə bilmişdir. Belə ki, o, həmin torpaq sahəsi üçün çıxarış almaq istəmiş və həmin vaxtı ona bildirmişlər ki, Faiqin ona satdığı torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır, ümumiyyətlə isə Faiqin ona göstərdiyi yerin kordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra isə Faiq həmin torpağın əvəzində ona sözü gedən torpaq sahəsini, yəni 1,18 hektar torpaq sahəsini vermişdir. Faiqin ona satdığı 20 sot torpaq sahəsinin tikinti təyinatlı olması Zərərçəkmiş şəxs1 adına olan dövlət aktında öz əksini tapmışdır. Həmin dövlət aktından başqa Faiqin ona tikinti təyinatlı 20 sot torpaq sahəsini satması heç bir sənəddə öz əksini tapmamışdır. Faiq həbsdən təzə çıxdığı üçün, maddi problemləri olduğu üçün, həmçinin tanışları Faiqə köməklik etməyini ondan xahiş etdikləri üçün o, Faiqlə həmin torpağı şərikinə satmağa razılıq vermişdir. Bundan əlavə həmin yerin 80 sotunda tikinti işləri aparılmamışdır ki, Faiq ona bildirmişdir ki, 12 sot torpağı sözü gedən şəxslərə satsınlar, həmin şəxslər həmin torpaqda ev tikəndən sonra həmin torpağın qiytməti qalxacaqdır və o da, torpağın satışından daha çox gəlir əldə edəcəkdir. Buna görə də o, Faiqlə razılaşmışdır.Həmin torpaq sahəsində 2018-ci ilə qədər tikinti işlərinin aparılması barədə onun məlumatı olmuşdur. Həmin tikintilər isə bəzən dayandırılırdı və tam tikintisinə icazə verilmirdi. O isə, orada ümumiyyətlə tam tikinti görməmişdir. Faiq onun yanına şərikinə torpaq sahəsi satmaq üçün adamları gətirərkən sonradan məlum olmuşdur ki, anası həmin torpaq sahəsinə həbs qoydurmuşdur. Belə ki, onlar Faiqlə torpağı sənədləşdirmək üçün Göygöl rayon notariat kontoruna Aqil müəllimin yanına getmişlər ki, orada Aqil onları kantordan çıxarmış və Faiqi yanında saxlamışdır, bir qədərdən sonra Faiq Aqilin yanından çıxaraq sənədləşmənin alınmadığını bildirmiş və təklif etmişdir ki, ASAN xidmətə getsinlər. O, səhəri günü nə baş verdiyini öyrənmək üçün Aqilin yanına getmiş və Aqildən onları nə üçün çölə çıxardığını soruşmuşdur. Aqil isə ona bildirmişdir ki, Faiqin anası hər gün onun yanına gələrək şikayət edir, həmçinin Faiqin anası artıq məhkəməyə də şikayət etmişdir və Faiq onun yanında olarkən Faiq ona qanunsuz olaraq torpağı sənədləşdirməsini təklif etmiş, o isə Faiqdən anasının torpaqla bağlı məhkəməyə şikayət etdiyini bilib-bilmədiyini soruşmuşdur və Faiqin qanunsuz təklifi ilə razılaşmamışdır. Bundan sonra o, bilmişdir ki, torpaqla bağlı mübahisə vardır. Onun Faiq və Faiqin ailəsinə qarşı dələduzluq etmək və torpaqlarını özününküləşdirmək fikri olmamışdır, əgər onun həmin torpağı özününküləşdirmək fikrim olsaydı həmin torpaqları çoxdan ayrı-ayrı şəxslərə satardı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2005-ci ilin dekabr ayında Göygöl rayonu Quşqara kənd bələdiyyəsindən, əvvəllər Göygöl rayonunun inzibati ərazisində yerləşən, hazırda isə Gəncə şəhərinin inzibati ərazisində yerləşən 2 hektar 20 sot olmaqla torpaq sahəsini almışdır ki, həmin torpaq sahəsini öz adına rəsmişlədirmişdir. Torpaq sahəsinin 20 sot hissəsi ictimai-iaişə obyekti tikmək üçün, 2 hektar hissəsi isə kənd təsərrüfatı təyinatı üçün verilmişdir. Onlar, yəni, ailə üzvüləri həmin torpaq sahəsindən istifadə etmək fikrində olmuşlar, sonradan isə maddi vəziyyətlərinin pisləşməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bir hissəsini satmalı olmuşlar. Belə ki, həmin torpaq sahəsi əvvəlcə dövlət aktı əsasında onlara verilmişdir. 2007-ci ildə torpaq sahəsinin bir hissəsini notarius Şahid3 yadında qalmayan qiymətə satmışlar, 20 sotunu isə 24.07.2007-ci ildə oğlu Faiqin dostu Təqsirləndirilən şəxs 10000 (on min) manata 3(üç) illik etibarnamə əsasında satmışlar. Əlavə olaraq 12 sotunu da oğlu Faiq tanımadığı hansısa şəxsə 3 (üç) illik etibarnamə əsasında satmışdır. Təqsirləndirilən şəxs onlarla qonşu olduğundan, həmçinin digər 12 sotu satdıqları şəxs də oğlu Faiqin tanışı olduğundan aralarında etibar olduğu üçün, birbirilərinə inandıqları üçün alqı-satqı etməmişlər. Torpaqdan qalan 1 hektar 18 sotunu isə özlərinə saxlamışlar. Notarius Elşən və 12 sotu oğlundan almış şəxs onlara verdikləri sənədlər əsasında özləri üçün çıxarış əldə etmişlər. Həmin şəxslərə torpaq sahələrini satdıqdan sonra 1,18 hektar torpaq sahəsi qalmışdır ki, həmin taropaq sahəsinə görə də, onun 1,10 hektar və 8 sot olmaqla 2007-ci ildə ayrı-ayrılıqda tam mülkiyyət hüququna dair çıxarış almışdır. 2010-cu ildə oğlu Faiq cinayət əməli törətdiyindən həbs edilmişdir və Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasında saxlanılmışdır. 2010-cu ilin oktyabr ayında oğlu Faiq təcridxanadan ona zəng edərək Elşənə etibarnamə əsasında verdikləri 20 sot torpağa dair etibarnamənin müddətinin keçdiyini, Elşənə yenidən etibarnamə verməli olduğunu ona bildirib Elşənə etibarnamə verməsini ondan xahiş etmişdir. Bundan təxminən 1 saat sonra o, iş yerində olanda Təqsirləndirilən şəxs notarius Elşənin notariat kontorunda işləyən Tofiq adlı bir nümayəndə ilə onun yanına gəlmiş və 20 sota görə əvvəlcədən verdikləri etibarnaməni göstərib həmin etibarnamənin müddətinin qurtardığını ona bildirmişdir. Həmin etibarnaməyə baxdıqda görmüşdür ki, həqiqətən etibarnamənin müddəti qurtarmışdır. Buna görə, həmçinin Elşənə inandığı üçün və Elşənin onu aldadacağını fikirləşmədiyi üçün ona Elşənin və notariusun işçisinin təqdim etdiyi etibarnaməni oxumadan imza etmişdir. Elə bilmişdir ki, Elşən həmin 20 sot torpağa görə ondan yenidən etibarnamə alır. Bundan sonra nə baş verdiyini o bilməmiş və 2018-ci ilin fevral ayında oğlu Faiq azadlığa çıxmışdır. Yenə də maddi vəziyyətilərinin pisləşməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bir hissəsini də digər şəxsə satmaq istəmişdir. Reystr Xidmətindən onlara bildirmişlər ki, onun adına torpaq sahəsi yoxdur və torpaq sahəsi 2011-ci ildə Təqsirləndirilən şəxs anası X8 adına alqı-satqı edilərək satılmışdır. Araşdırma aparmağa başladıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Faiqi aldadıb etibarnamə əsasında onlardan aldığı 20 sot torpağı ayrı bir şəxsə 70000 (yetmiş min) manata satarkən guya sənədlərin saxta olduğunun ortaya çıxdığını Faiqə bildirmişdir. Faiq də öz növbəsində Elşəni torpağın sənədlərinin saxta olmamasına inandırmaq və əmin etmək üçün onun adına olan 1,10 hektar və 8 sot torpaq sahələrinin mülkiyyət hüququna dair sənədlərinin əslini 2009-cu ildə Elşənə vermişdir ki, Elşən harda istəsə həmin sənədləri yoxlatdırsın. Elşən isə öz növbəsində ona verdikləri etibarnamənin vaxtının qurtarmasını bəhanə edərək onu aldadıb ondan ümumi mülkiyyətinə dair mülki etibarnamə almış, daha sonra əri Zərərçəkmiş şəxs2 adından da ona məxsus torpağın satılmasına razılıq verilməsi ilə bağlı saxta ərizə də hazırlayaraq Göygöl rayon notariat kontorunda, onu aldadaraq aldığı etibarnamə və ərinin adına hazırlatdırmış olduğu saxta ərizə əsasında 1.18 sot torpaq sahəsini öz adından anası X8 aldına alqı-satqı etdirərək və anasının adına mülkiyyət hüququna dair çıxarış almaqla dələduzluq yolu ilə əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxsla bu barədə əlaqə saxlayanda Elşən onlara bildirmişdir ki, guya Faiq türmədə olanda o, həmin torpaq sahəsini qoruyub saxlamışdır, guya ərinin adından olan həmin razılıq ərizəsini oğlu Faiq ona vermişdir. Torpağı Elşəndən geri istədikdə isə Elşən müxtəlif bəhanələr gətirərək toprağı qaytarmaqdan imtina etməyə başlamışdır. Bundan sonra onlar torpaq sahəsinin saxta sənədlə ələ keçirilməsi nəticəsində Rəbiyyə Hüseynovanın adına olan çıxaraşın ləğvinə dair Göygöl rayon məhkəməsində iddia qaldırmışlar. Göygöl rayon məhkəməsi onların iddialarını təmin etməmiş, ona görə də onlar Göygöl rayon məhkəməsinin 17.12.2018-ci il tarixli qətnaməsindən Apellyasiya şikayəti vermişlər, Apellyasiya məhkəməsində onların şikayəti üzrə araşdırma aparılarkən əri Şərifin imza nümunələri götürülmüş, keçirilmiş ekspertiza zamanı məlum olmuşdur ki, əri Şərifin imzasını, həmçinin Gəncə şəhəri 2 saylı notariat kontorunun adından verilmiş ərizə saxtalaşdırılıbdır. Lakin buna baxmayaraq Gəncə Apellyasiya məhkəməsi Göygöl rayon məhkəməsinin qətnaməsini formal cəhətdən ləğv etsə də yenə də onların iddialarını təmin etməmişdir. Lakin saxta sənədlə bağlı xüsusi qərardad çıxararaq cinayətin araşdırılması üçün həmin qərardadı Gəncə şəhər prokurorluğuna göndərmişdir. Oğlu Faiq ona zəng edəndən sonra Elşən də ona zəng etmiş və o, Elşənə səhhətinin pis olmasını bildirmişdir. Elşən də guya onun əziyyət çəkməməsinə görə notariusun işçisi Tofiq adlı şəxsi onun iş yerinə gətizdirmiş, lakin o, notariusun işçilərinə sənədləri hazırlayaraq iş yerinə gəlmələrini deməmiş, həmin sənədləri hazırlamaq üçün əvvəlcədən şəxsiyyət vəsiqəsini notariusa və ya işçilərinə verməmiş və hansı məzmunda etibarnamə verilməsi ilə bağlı fikrini heç kimə bildirməmişdir. Onlar hər şeyi əvvəlcədən fikirləşərək və hazırlayıb yazaraq onun yanına gəlmişlər. Elşən özünü müdafiə etmək üçün həmin saxta ərizəni oğlu Faiqin ona verdiyini bildirir. Əgər həmin sənədi oğlu Faiq Elşənə versəydi həmin ərizədə onun soyadı Şərifova kimi deyil, Əliyeva kimi göstərərdi. Həmçinin oğlunun həmin sənədi Elşənə verməkdə heç bir marağı olmamışdır. Bu tamamilə məntiqsizdir. Həmin torpağın 1 sotunun 2011-ci ildə orta bazar dəyəri təxminən 3000 (üç min) manat təşkil etmişdir, hal-hazırda isə 5000 (beş min) manat təşikil edir. Təqsirləndirilən şəxs etibarnamə əsasında satmış olduqları 20 sot torpaq sahəsi adına olmuş 1,18 hektar torpaq sahəsinin tərkibinə daxil deyildir. Elşənin onu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 1,18 hektar torpaq sahəsi tam olaraq ona məxsus olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tərəfindən 1,18 sot torpaq sahəsinin satılması üçün heç vaxt razılıq verməmişdir, həmçinin əgər həmin sənədi oğlu Faiq Elşənə versəydi həmin ərizədə arvadının soyadı Şərifova kimi deyil, Əliyeva kimi göstərərdi. Həmçinin oğlunun həmin sənədi Elşənə verməkdə heç bir marağı olmamışdır. Bu tamamilə məntiqsizdir. Oğlu da bu barədə ona desəydi o özü həmin ərizəni yazardı. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona cəza verilməsini bidlirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən 25 ildir ki, tanıyır, onunla qohumluğu yoxdur, tanışlıq, yoldaşlıq münasibətləri olmuşdur. Heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2005-ci ilin dekabr ayında ailə üzvüləri Göygöl rayonu Quşqara kənd bələdiyyəsindən, əvvəllər Göygöl rayonunun inzibati ərazisində yerləşən, hazırda isə Gəncə şəhərinin inzibati ərazisində yerləşən 2 hektar 20 sot olmaqla torpaq sahəsini almışlar ki, həmin torpaq sahəsini anasının adına rəsmişlədirmişlər. Torpaq sahəsinin 20 sot hissəsi ictimai-iaişə obyekti tikmək üçün, 2 hektar hissəsi isə kənd təsərrüfatı təyinatı üçün verilmişdir. Onlar, yəni, ailə üzvüləri həmin torpaq sahəsindən istifadə etmək fikrində olmuşlar. Sonradan maddi vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlmişlər. Belə ki, həmin torpaq sahəsi əvvəlcə dövlət aktı əsasında onlara verilmişdir və 2007-ci ildə torpaq sahəsinin bir hissəsini notarius Şahid3 yadında qalmayan qiymətə, 20 sotunu isə 24.07.2007-ci ildə dostu Təqsirləndirilən şəxs 10000 (on min) manata 3(üç) illik etibarnamə əsasında satmışlar. Həmin 20 sot torpaq sahəsini Elşənə almağı o təklif etmişdir. Belə ki, onun Elşənlə münasibəti yaxı olduğundan, Elşənə təklif etmişdir ki, həmin yerlərdə torpağın sotu 2-3 min manatdır, tanışlıqlarına görə ucuz verər və onun dilindən 20 sot üçün 10000 (on min) manat çıxmışdır. Hansı ki, həmin yerdə torpağın sotu həmin ərəfələrdə 2-3 min manat olmuşdur. Elşən də onun dilindən söz tutduğu üçün ona 10000 (on min) manat pul vermiş, o da, Elşənin şəxsiyyət vəsiqəsini götürmüşdür. O, həmçinin bir nəfər Rövşən adlı digər tanışına da bir sotu 1000 manat olmaqla 12 sot torpaq sahəsini satmışdır. Həmin 20 sot torpaq sahəsinə və 12 sot torpaq sahəsinə anası Zərərçəkmiş şəxs1 adından hər birinə 3 illik etibarnamə yazdırmışlar və Gəncə şəhəri 2 saylı notariat kontorunda da torpaq anası Əhlidilin adına olduğu üçün 20 və 12 sot torpağa dair atası Şərifin razılıq ərizələrini yazdırıb təsdiq etdirmişlər. Bundan sonra həmin etibarnamələri Elşənə və Rövşənə təqdim etmişdir. Həmin şəxslərdən başqa o, və valideynləri heç kimə heç bir torpaq satmamış və ümumilikdə 1,18 hektar torpaq sahələri qalmışdır. Təxminən 2007-ci ildə Elşən onun yanına gəlib demişdir ki, guya ona satdığı 20 sot torpaq sahəsini o, kiməsə də satmaq istəyib, lakin alan şəxslər deyiblər ki, həmin torpağın sənədi saxtadır. O da, Eləşənə bildirmişdir ki, sənəd saxta deyil, onlar həmin torpağı bələdiyyədən qanuni sənədlərlə almışlar, dövlət aktına kimi vardır, təsdiqlənmişdir. Elşən də ona demişdir ki, həmin sənədin əslini ona versin və aparıb yoxlatsın. O da, yoxlatmaq məqsədi ilə anasının adına ayrı-ayrılıqda olan 1,10 hektar və 8 sot torpaq sahəsinin çıxarışını Elşənə vermişdir. Sonra o, Elşənə inandığı üçün və anasının, atasının razılığı olmadan onsuz da həmin sənədlərlə heç bir iş görə bilməyəcəyini fikirləşdiyi üçün, həmçinin ağır şəkər xəstəliyi ilə bağlı olaraq sənədləri Eləşənə verməsini unutduğu üçün sənədləri Elşəndən geri almamışdır. Cinayət törətdiyi üçün istintaq təcridxanasında saxlanıldığı müddətdə, 2010cu ilin payız aylarında Elşənə satdıqları 20 sot torpağa aid etibarnamənin müddətinin keçdiyini bilmiş və buna görə anası Əhlidilə Elşən 20 sot torpağa görə yeni etibarnamə verməsini xahiş etmişdir. Sonra evlə telefonla danışanda anası Əhlidil demişdir ki, Elşənə verdikləri 20 sot torpağın etibarnaməsini təzələyibdir. 2018-ci ilin fevral ayında həbsdən azad olmuş və Elşənlə görüşəndə Elşən həmin yerləri Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayevin satdığını bildirmişdir. O, həmin əraziyə gedib baxdıqda görmüşdür ki, həmin yerin bir hissəsində evlər tikilmişdir. Lakin ərazinin bir hissəsi boşdur. Bununla bağlı maraqlandıqda ona məlum olmuşdur ki, Məharət Mustafayev onların yerlərini başqa-başqa şəxslərə göstərərək əsassız sənədlər əsasında satmışdır. Həmin vaxt ona təzyiqlər olunduğundan, o da, türmədən yeni çıxdığı üçün, həmçinin torpaqla bağlı qanuni sənədi olduğundan və onsuz da həmin torpaq onlara məxsus olduğundan bir qədər şikayət etməmək fikrində qalmışdır. Lakin həmin vaxta qədər bilməmişdir ki, Elşən onların torpaqlarını saxta sənədlə anası Rəbiyyə Hüseynovanın adına keçirmişdir. 2018-ci ilin yay aylarında qohumu Ələkbərlə Elşən adlı şəxslər onun yanına gəlib torpaq almaq istədiklərini bildirmişlər, o da, maddi imkanlarının zəif olması ilə bağlı həmin yerdən onlara 12 sot torpağı 24000 manata satmağa razılaşmışdır. O, evdə torpağın sənədini tapa bilmədiyi üçün yadına düşmüşdür ki, torpağın sənədi Təqsirləndirilən şəxsdır. O, Elşənlə danışıb torpağın sənədini istəyəndə Elşən ona demişdir ki, torpağı anası Rəbiyyənin adına keçirmişdir. O, Elşənlə mübahisə etmiş və nə üçün torpağı anasının adına keçirdiyini soruşmuşdur. Bundan sonra o, evə gəlib anası və atası ilə danışıb bunun necə olmasını soruşmuş, anası da cəmi bircə dəfə 20 sota görə Elşənə etibarnamə verdiyini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Elşən anası Əhlidili aldadıb ümumi etibarnamə almış, həmin etibarnamə əsasında da anasının nümayəndəsi kimi 2011-ci ilin may ayının 16-da Göygöl notariusunda atası Şərifin heç bir razılığı olmadan saxta razılıq ərizəsi düzəldib torpağı anası Rəbiyyənin adına keçirmişdir. Bunu bilən kimi vəkil tutub Göygöl məhkəməsinin Elşənlə anası Rəbiyyənin alqı-satqı müqaviləsini ləğv etmək üçün iddia ərizəsi vermişlər. Həmçinin qohumları Elşənlə Ələkbər də torpağı onlara satması üçün onu tələsdirdiklərindən yenidən Təqsirləndirilən şəxs torpağı qaytarmasını tələb etmişdir. Elşən də demişdir ki, neçə ildir ki, o torpaqda onun da əziyyyəti olmuşdur, guya qorumuşdur və təklif etmişdir ki, torpağı şərikli satsınlar. O da, qohumu Elşəngilin tələsməsinə görə, eyni zamanda maddi imkanı aşağı olmasına görə Elşənin bu təklifinə razılaşmış, qohumu Ələkbərgilin verdiyi 24000 manatı Elşənlə bölmüş, Elşən gedib anası Rəbiyyədən etibarnamə alıb gəlmiş, onlar qohumu Ələkbərgilə 12 sot torpağı satmaq üçün Göygöl notariusuna gedəndə orada demişlər ki, həmin yer saxta sənədlə Rəbiyyənin adına keçirilmiş, artıq Göygöl rayon məhkəməsindən sorğu da verilmişdir, notarius alqı-satqını edə bilməyəcəyini demişdir. Sonra onlar Gəncə-ASAN xidmətinə də gəlmiş, orada da sənədləşmə apara bilməmişlər. Sonra o, yenə də Elşəndən torpağı qaytarmasını tələb etmişdir. Elşən isə torpağı qaytarmaqdan imtina etdiyi üçün qohumlarına demişdir ki, gözləsinlər, onlar məhkəmədə Elşənlə anasının alqı-satqı müqaviləsini ləğv edəndən sonra onlara bir az da ucuz qiymətə satacaq. Məhkəmə çəkişməsi zamanı məhkəmələrdə izahatlar vermiş, lakin məhkəmədə onun izahatını protokola düzgün qeyd etməmişlər və qeyd etmişlər ki, guya o, məhkəmədə torpağın satılmasını 2011-ci ildə bilmişdir. Ancaq bu tam yalan yazılmışdır, o, torpağın satılmasını 2018-ci ildə bilmiş, məhkəmələrdə də o cür izahat vermiş, atası-anası da onu kimi izahat vermişlər. Onun da xahişi və tələbi ondan ibarətdir ki, onlara məxsus olan bir hektardan çox, qiyməti təxminən yarım milyon manata yaxın olan mülkiyyətini saxta sənədlər əsasında ələ keçirən şəxslər müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilsinlər. Təqsirləndirilən şəxs 20 sot torpağa görə ona cəmi 10000 manat pul vermişdir, ona əlavə 10000 manatlıq xalça verməmişdir, həmin yeri də heç kəsə 70000 manata satmamışdır, Elşən onu aldadıb sənədin əslini ələ keçirmək üçün həmin bəhanəni etmişdir, sonra da onun türmədə olmasından istifadə edərək anası Əhlidili aldatmaqla ümumi etibarnamə almışdır. Elşən özü mülkiyyəti ələ keçirmək üçün razılıq ərizəsini saxtalaşdırmışdır. Əgər lazım olsaydı, özü atasından razılıq ərizəsini alardı, həmin ərizəni saxtalaşdırmazdı. Bundan əlavə o, türmədə olarkən Məharətə Mustafayev dəfələrlə ona söz göndərərək həmin torpağa dair sənədi ona verməsini istəmişdir. O isə, türmədə olmasına baxmayaraq onların heç bir təklifi ilə razılaşmamışdır. Belə olan halda Elşənin göstərdiyi kimi, yəni, ailəsinə məxsus olan torpağı təmənnasız olaraq Elşənə verməysi tam məntiqsizdir. Təqsirləndirilən şəxs etibarnamə əsasında satmış olduqları 20 sot torpaq sahəsi anasının adına olmuş 1,18 hektar torpaq sahəsinin tərkibinə daxil deyildir. Elşənin onu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 1,18 hektar torpaq sahəsi tam olaraq onlara məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər 1 saylı Notaris Ofisinin müdiridir. Ofisdə Şahid4 aparıcı-mütəxəssis vəzifəsində işləyir. Tofiqin vəzifəsi ondan ibarətdir ki, notarial hərəkətlərinin aparılması üçün təqdim olunan sənədləri hazırlasın, şəxslərə hüquqi yardım göstərilməsində notariuslara köməklik göstərsin. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, Gəncə şəhəri ərazisində xalça satan şəxs kimi tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1, oğlu Şahid1 və həyat yoldaşı Zərərçəkmiş şəxs2 Gəncə şəhər sakini kimi tanıyır, qohumluqları, ədavəti olmamışdır. Təxminən 2006-cı ildə o, uşaqlarının gələcəyi üçün torpaq sahəsi almaq istəmiş həmin ərəfələrdə Şahid1 ona Xanlar rayonu Hacıkənd qəsəbəsi ərazisində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini 100.000 (yüz min) ABŞ dollarına satmaq istədiyini bildirmişdir. O da, Faiqlə razılaşmış və 100.000 (yüz min) ABŞ dolları məbləğində pulu Faiqə vermişdir. Bir müddətdən sonra isə o, fikrini dəyişərək torpağı Gəncə şəhəri ərazisindən almaq istədiyini Faiqə bildirmişdir. Faiq də, həmin vaxtı ona Gəncə şəhəri ərazisində yerləşən, lakin Xanlar rayonu Quşqara kəndinə məxsus olan, “Meronun arxası” deyilən yerdə də torpaq sahəsi satdığını və həmin torpağın onun anasının adına olmasını, verdiyi 100.000 (yüz min) ABŞ dollarının əvəzində ona ümumilikdə 86 sot torpaq sahəsi verə biləcəyini bildirmişdir. Həmin 86 sot torpaq sahəsinin 10 sotu tikinti təyinatlı, qalan 76 sotu isə kənd təsərrüfat tayinatlı torpaq sahəsi olmuşdur ki, orada tikinti apara bilsin. O, həmin əraziyə baxdıqdan sonra Faiqlə razılaşmış və həmin torpaq sahəsini o, Faiqdən 100.000 (yüz min) ABŞ dollarına alqı-satqı yolu ilə almışdır. Bundan başqa onun Faiqlə heç bir işi olmamışdır. Ona təqdim edilmiş Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs verilmiş ümumi etibarnamə barəsində bildirmişdir ki, 07 oktyabr 2010-cu il tarixdə o, ofisdə olarkən Faiq türmədən ona zəng edərək anasının adından ona sənəd gətirəcək şəxsin adına ümumi etibarnamə verməsini, həmin etibarnaməyə isə anasının iş yerində qol çəkdirməsini xahiş etmişdir. O da, Faiqin xahişini nəzərə alacağını bildirmişdir. Bundan sonra Elşən adlı şəxs onun yanına gəlmiş və Zərərçəkmiş şəxs1 və özünün şəxsiyyət vəsiqələrini ona vermişdir ki, Əhlidilin adından onun adına ümumi etibarnamə hazırlasın. O da, həmin etibarnaməni hazırlayaraq mütəxəssis Tofiqlə birlikdə taksi ilə Zərərçəkmiş şəxs1 işlədiyi Təhsil İdarəsinə getmişdir. Orada, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə bütün hüquq və vəzifələrini izah etmiş və bundan sonra Zərərçəkmiş şəxs1 həmin etibarnaməni oxuyaraq qeydiyyat kitabı ilə birlikdə imza etmişdir. Bundan sonra onlar oradan çıxıb ofisə qayıtmış və etibarnaməni Elşənə vermişlər. Sonradan onlar arasında nə baş verməsi barədə onun heç bir məlumatı olmamışdır. Faiqin ona nə vaxt və hansı nömrədən zəng etməsi onun yadında deyil, lakin həmin vaxt onun istifadəsində ***-******* saylı mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 düzgün izahat və ifadə verməmişlər, o və Şahid4 birlikdə Zərərçəkmiş şəxs1 iş yerinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla olmamışdır. Təlimata görə bu cür qadağa yoxdur və Zərərçəkmiş şəxs1 adından ümumi etibarnamə tərtib edərək onun iş yerinə gedib hüquq və vəzifələrini izah etdikdən sonra həmin etibarnaməyə imza etdirmişdir. Faiq Əhlidilin oğlu olduğundan, həmçinin onunla dost münasibətində olduğundan Faiqə inanıb həmin etibarnaməni qabaqcadan tərtib etmişdir. Əhlidil həmin etibarnaməyə qol çəkməsəydi o, etibarnaməni ləğv edəcəkdir, o, sadəcə öz işini yerinə yetirmişdir və sözü gedən etibarnamənin tərtib edilməsində onun heç bir təmənnası və şəxsi marağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1995-ci ilin oktyabr ayının 10-dan etibarən Gəncə şəhəri 1 saylı Notariat kontorunda aparıcı-mütəxəssis vəzifəsində işləyir. Onun vəzifəsi ondan ibarətdir ki, notarial hərəkətlərinin aparılması üçün təqdim olunan sənədlərin hazırlasın, şəxslərə hüquqi yardım göstərilməsində notariuslara köməklik göstərsin. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin Zərərçəkmiş şəxs1, oğlu Şahid1 və həyat yoldaşı Zərərçəkmiş şəxs2 əvvəllər tanımış, qohumluq və ədavəti olmamışdır. Ona təqdim edilmiş Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs verilmiş ümumi etibarnamə barəsində onu bildirmişdir ki, 07 oktyabr 2010-cu il tarixdə notariat kontorunun müdiri Şahid3 ona bildimişdir ki, Şahid1 türmədən ona zəng edərək ondan xahiş etmişdir ki, anası Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına ümumi etibarnamə verilsin və anasının iş yerində anasına qol çəkdirilsin. Həmçinin Şahid3 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına ümumi etibarnaməni hazırlasın və ona hər iki şəxsin şəxsiyyət vəsiqələrini vermişdir. O da, kompüterdə ümumi etibarnamə tərtib etmiş, sonra notarius Şahid3lə birlikdə Gəncə şəhəri Təhsil İdarəsinə getmişlər. Orada o və Şahid3 birlikdə Zərərçəkmiş şəxs1 otağına girmiş və notarius Şahid3 ümumi etibarnamənin mahiyyətini Zərərçəkmiş şəxs1 izah etmişdir. Əhlidil Əldiyeva da etibarnamənin mahiyyəti ilə tanış olub etibarnaməyə imza atmış, o da, etibarnaməni qeydiyyat kitabına qeydiyyata almış, qeydiyyat kitabına da imza etdirmişdir. Həmin etibarnaməni də Təqsirləndirilən şəxs təqdim etmişlər. Sonra onlar arasında nə baş verməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 düzgün izahat və ifadə verməmişlər, o və notarius Şahid3lə birlikdə Zərərçəkmiş şəxs1 iş yerinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla olmamışdır.Təlimata görə vətəndaşlar özləri gəlib notariat kontoruna müraciət edirlər, istəklərinə uyğun əvvəlcədən hüquq və vəzifələri izah edildikdən sonra qanuna müvafiq qaydada sənədlər və ya etibarnamələr tərtib edilir. Lakin o, notarius Şahid3 əvvəlcədən Zərərçəkmiş şəxs1 ilə görüşüb-görüşmədiyini və ona hüquq və vəzifələrini izah edib-etmədiyini dəqiq olaraq bilməmişdir. Şahid3 ona sözü gedən ümumi etibarnamənin tərtib edilməsi barədə göstəriş verərkən o, elə zənn etmişdir ki, Şahid3 Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. O, sadəcə öz işini yerinə yetirmişdir və sözü gedən etibarnamənin tərtib edilməsində onun heç bir təmənnası və şəxsi marağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda heç bir yerdə işləmir və təqaüdçüdür. 1999-cu ilin aprel ayından 2013-cü ilin avqust ayına qədər Göygöl rayonu Dövlət Notariat Kontorunda notarius vəzifəsində işləmiş, 2013-cü ilin dekabr ayından 2016-cı ilə qədər isə Gəncə ASAN xidmət mərkəzində notarius vəzifəsində işləyərək 65 yaşı tamam olduğu üçün 2016-cı ildə təqaüdə çıxmışdır. Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahid1 atası Zərərçəkmiş şəxs2 isə əvvəllər Göygöl rayonunda müəssisə rəhbəri işlədiyindən onu və Faiqi tanımış, onlarla da onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. İstintaq zamanı ona təqdim edilən 16 may 2011-ci il tarixli ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən göründüyü kimi Zərərçəkmiş şəxs1 nümayəndəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1ın adına olan 1,10 hektar və 0,08 hektar torpağı anası X9 Göygöl rayon notariat kontorunda satmışdır. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli xüsusi qərardadından və həmin qərardada əlavə edilmiş 23.07.2019-cu il tarixli 17329 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ******* saylı alqı-satqı müqaviləsinə dair notariat işinin 10-cu vərəqəsində Zərərçəkmiş şəxs2 adından olan razılıq ərizəsinin sonunda “İmza:” qrafasında imza və “İərifov” soyadının Zərərçəkmiş şəxs2 tərəfindən deyi, başqa şəxs tərəfindən icra edilmişdir. Həmçinin həmin ərizədə Şərif Şərivof tərəfindən razılıq ərizəsi Zərərçəkmiş şəxs1 deyil, X11 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verildiyi göstərilmişdir. Həmin alqı-satqının həyata keçirilmə prosesindən uzun müddət keçdiyindən həmin proses onun yadından çıxıbdır. Hal-hazırda ona təqdim edilmiş Zərərçəkmiş şəxs2 ərizəsinin saxta olması ilə bağlı onun heç bir məlumatı olmamışdır. Lakin həmin alqı-satqı müqavilələrinə diqqət yetirdikdə görürmüş ki, həmin alqı-satqı müqaviləsini notarius olaraq o, təsdiq etmiş və həqiqətən o, səhlənkarlıq edərək və böyük səhvə yol verərək ərizədə X18 yazıldığı halda o, buna fikir verməyərək alqı-satqını Zərərçəkmiş şəxs1 adından nümayəndəsinin iştirakı ilə etmişdir. Lakin o, həmin alqı-satqını qəsdən saxtalaşdırmamış və bu onun səhlənkarlığı nəticəsində baş vermişdir. Ola bilsin ki, o, Zərərçəkmiş şəxs2 soyadına baxaraq arvadının da soyadının Şərifova olduğunu fikirləşmiş və bundan sonra həmin alqı-satqı olmuşdur. Həmin diqqətsizliyini və səhlənkarlığını onunla əlaqələndirirmiş ki, həmin ərəfələrdə o, uzun sürən ağır xəstəlikdən əziyyət çəkmiş və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Belə ki, o, 1990-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərkən onurğa xəstəliyinə tutulmuşdum ki, həmin xəstəlik də ona şiddətli ağrılar verir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməsində onun heç bir formada əlbirliyi, həmçinin göstərilən saxta sənədlər əsasında olan alqı-satqı müqaviləsinin bağlanmasında heç bir şəxsi marağı olmamışdır. Həmin səhvə o, bilərəkdən yol verməmişdir. Çünki, notarit sistemində həmin səhv ən böyük və yolverilməz səhv hesab edilir, tez nəzərə çarpan səhvdir. Əgər onun həmin alqı-satqının bağlanmasında hər hansı bir formada şəxsi marağı olmuş olsaydısa belə o, yenə həmin nöqsanlar əsasında həmin alqı-satqını bağlamazdı. Həmin alqı-satqı prosesini o xatırlamır. lakin onu deyə bilər ki, Rəbiyyə Hüseynovanın iştirakı olmadan o, heç vaxt həmin alqı-satqını etməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2014cü ilin yanvar ayından etibarən Göygöl rayonu Notariat Ofisində notarius vəzifəsində işləyir. Gəncə şəhər sakinləri olan Təqsirləndirilən şəxs, Şahid1, atası Zərərçəkmiş şəxs2, anası Zərərçəkmiş şəxs1 tanımır və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2018-ci ilin təxminən ortalarında o, işdə olduğu zaman sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 onun iş yerinə gələrək onların razılığı olmadan təxminən 2011-ci ildə olduğu notariusda onlara məxsus torpağın başqa şəxsə satılması ilə bağlı narazılıqlarını və artıq bununla bağlı Göygöl rayon məhkəməsinə müraciət etdiklərini bildirdilər. Onlara 2011-ci ildə işləmədiyini və həmin alqı-satqı ilə bağlı məlumatının olmadığını izah etmişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Təxminən bir neçə gündən sonra isə ona Göygöl rayon Məhkəməsindən çağırış məktubu gəlmiş və o, məhkəmədə olarkən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 nümayəndəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1ın adına olan 1,10 hektar torpağı anası X9 Göygöl rayon notariat kontorunda 16 may 2011-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə satmışdır. Həmin alqı-satqıya dair sənədləri o, məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı göstərdikləri qismən yalandır. Belə ki, onlar həqiqətən onun yanına gəlmişlər və 3-4 nəfər birlikdə onun xidməti otağına daxil olmuşlar. O isə, notarial hərəkətlərin aparılması qaydalarına uyğun olaraq və şəxslər barəsində məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə həmişə vətəndaşları bir-bir qəbul etdiyi kimi Faiqi dinləmək üçün otağında saxlamış, digərlərinə isə gözləmələrini demişdir. Faiq isə onun xidməti otağında olarkən anasının adına olan torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O isə, həmin vaxt ona anasının adına olan torpaq sahəsinin satılmasının hələlik mümkün olmadığını və anasının bununla bağlı artıq məhkəməyə müraciət etdiyini bildirmişdir. Faiq isə bunları sanki birinci dəfə eşidirmiş kimi bir qədər təccüblənib heç bir söz demədən sənədləri də yığışdırıb çıxıb getmişdir. Lakin həmin vaxt Faiq ona qanunsuz sənədləşmə ilə bağlı heç bir təklif etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, fotoqraf kimi şadlıq evlərində və digər şənliklərdə işləyib ailəsinə çörək pulu qazanır. 2007-ci ilin əvvəllərində o, tanışı Gəncə şəhər sakini Şahid1 özünə 12 sot toraq sahəsini 12000 manat almışdır və həmin vaxtı onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün torpağı qardaşı Cavidanın adına sənədləşdirmək məqsədi ilə Gəncə şəhəri 2 saylı notariat kontorunda etibarnamə almışlar. Eyni zamanda Faiqin atası Şərif də razılıq ərizəsi vermişdir. Çünki torpaq sahəsi Faiqin deyil, Faiqin anası Zərərçəkmiş şəxs1 adına olmuşdur. Bundan sonra onlar Göygöl rayon notariat kontorunda alıq-satqı etmişlər, torpaq sahəsi üçün dövlət Reyestr xidmətindən Çıxarış, Göygöl rayon İcra Hakimiyyətindən müvafiq Sərəncam, həmçinin layihə sənədləri də almışlar. Onlar torpaqda tikinti işləri aparmaq istəyəndə o vaxtlar Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev onlara həmin yerdə iş gördürməyə icazə verməmişdir. Onlar bununla bağlı Göygöl rayon məhkəməsinə də müraciət etmişlər. Ancaq onlara rəhbər şəxslər birbaşa təsir göstərdikləri üçün qorxmuşlar. Bundan sonra Gəncə şəhər sakini Qalib Zeynalov kimi tanıdığı şəxs ona demişdir ki, o, torpaq problemini həll edə bilər, torpağı sata bilər. O, Qaliblə həmin torpağı satmaq üçün 2012-ci ildə 18000 (on səkkiz min) manata razılaşmışlar. Həmin torpaq sahəsinə müdaxilələr olduğundan o, Qaliblə həmin torpağı ucuz satmağa razılıq vermişdir. Əslində isə həmin vaxtı həmin ərazidə torpağı bir sotunun qiyməti 3000 manat olmuşdur. Həmin vaxt o, Qalibə torpağa görə icra hakimiyyəti ilə müəyyən mübahisələrin olduğunu bildirdikdə Qalib ona həmin problemləri onların adından özü həll edəcəyini demişdir. Təxminən 2013-cü ilin axırlarında Qalib onun yanına gələrək torpağı satmaq üçün artıq kiminləsə razılaşdığını bildirib ona 5000 manat pul vermiş və qardaşını müqavilə bağlamaq üçün Göygöl rayon notariat kontoruna göndərməsini istəmişdir. O da, qardaşı Cavidana torpağın sənədlərini vermiş və Qaliblə birlikdə Göygöl rayon notariat kontoruna gedib sənədlərə qol çəkməsini istəmişdir. Cavidan da Qaliblə birlikdə Göygöl rayon notariat kontoruna getmiş və orada sənədlərə qol çəkmişdir. Bundan sonra Cavidan torpağın sənədlərini gətirərək ona vermişdir. Bir neçə gündən sonra Qalib ona 2000 manat da pul vermişdir. Həmin vaxt o, Qalibdən pulun qalanını nə vaxt verəcəyini soruşduqda Qalib hansısa səbəbə görə torpağı almaqdan, həmçinin ona verdiyi 7000 manat pulu da geri almaqdan imtina etmiş və onu tanımadığını, ona pul vermədiyini, ona torpaq sahəsi satmadığını və verdiyi pulu da ona hədiyyət etdiyini bildirmişdir. Həmin vaxtdan sonra onlar fikirləşmişlər ki, torpaq heç kimə satılmamışdır və qardaşının adında da qalmışdır. Çünki torpağın sənədləri onlarda olmuşdur. Lakin o, torpağın sənədlərini itirdiyindən təxminən 3-4 ay bundan qabaq torpağın sənədlərinin çıxarılması üçün müraciət edərkən torpağın artıq onların adında olmadığını və kimlərəsə satıldığını bildirmişlər. Faiq, onun ailə üzvləri onu heç bir formada aldatmayıblar, sənədləri qanuni olmuşdur, onlar alqı-satqı etdirəndə o, sənədləri yoxlatdırmış və sənədlərin qanuni olması müəyyən edilmişdir. Bununla bağlı İcra Başçısının Sərəncam və lahiyə sənədlərini də almışdır, heç bir prblem yaşanmamışdır. Bir sözlə Faiqin ona satdığı torpağın sənədləri qanuni olmuşdur. Qalib Zeynalov əvvəlcə onlardan etibarnamə götürəcəyini demişdir, daha sonra isə alqı-satqı edib pulu dərhal verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işlmir, tikinti işlərində işləməklə ailəsini dolandırır. Şahid1 onun qohum, Şahid3 isə onun tanışıdır. Onlarla münasibəti həmişə yaxşı olmuşdur. Faiqin tanışı olan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla yalnız Faiqin vasitəsi ilə tanış olmuşdur. Dostu Elşənlə birlikdə torpaq sahəsi almaq istəmiş 2018-ci ilin iyul ayında, dəqiq tarixini xatırlamadığı vaxtlarda uzaqdan qohumluq əlaqəsi olan Şahid1la görüşüb söhbət edən zaman bu barədə Faiqə bildirmişdir. Çünki, dostu Elşənlə torpaqla bağlı maraqlanarkən eşitmişdir ki, “meronun arxası” deyilə yerdə Faiq torpaq sahəsi satır. Faiqlə söhbət zamanı Faiq də ona bildirmişdir ki, onun həqiqətən Gəncə şəhəri “meronun arxası” deyilə yerdə 1 hektar 20 sot torpaq sahəsi vardır. O, dostu Elşən və Faiq birlikdə gedib yerə baxmışlar. Həmin vaxt Faiq torpağın sotunu 4000 manata satdığını demişdir. Onlar Faiqə pulun olmadığını bildirmiş və Faiqdən torpağı onlara bir qədər ucuz satmasını xahiş etmişlər. Həmçinin həmin vaxt Faiqin özünə də təcili pul lazım olmuşdur. Qohum olmalarını, pulun az olduğunu və özünə də təcili pul lazım olduğunu nəzərə alaraq Faiq torpağın sotunu onlara 2000 manata satmağa razılıq vermişdir. O və Elşənlə fikirləşmişlər ki, hərəsinə 6 sot torpaq sahəsi götürüb 4 sotunu ev tikmək üçün özlərinə saxlasınlar, qalanını isə hər sotunu 3500-4000 manata sataraq əldə edilən pulu tikinti işlərinə sərf etsinlər. Bundan təxminən 10 gün sonra Faiq onlara bildirmişdir ki, torpaq dostu Elşənin anasının adınadır və Elşən Bakı şəhərindən etibarnamə gətirməlidir, pulu versinlər, gedib sənədləri gətirsin, sonra da alqı-satqı etsinlər. Onlar Faiq və Faiqin dostu kimi təqdim etdiyi digər Elşən adlı şəxslə Gəncə şəhəri Azərbaycan inşaat mağazasında görüşmüşlər, Faiq demişdir ki, onlar verəcəyi pulun yarısı ona, yarısı da Elşənə çatacaqdır. Onlar da pulun 12000 manatını Faiqə, 12000 manatını da Elşənə vermişlər. Bundan 2-3 gün sonra onlar danışıb birlikdə Göygöl rayon notariat kontoruna getmişlər, orada bildirmişlər ki, bu alqı-satqı əmələ gəlməyəcək, səbəbini onlara bildirməmişlər. Onlar yenidən qayıdıb Gəncə-ASAN xidmətinə gəlmişlər, orada da bu alqı-satqı baş tutmamışdır. Orada da bildirmişlər ki, Təqsirləndirilən şəxs atasının ölüm sənədi və nigah sənədləri olmalıdır, bu səbəbdən də alqı-satqı qalmışdır. Sonradan isə Faiq onlara bildirmişdir ki, sənəddə saxtakarlıq olub, buna görə onun atası və anası Elşəni məhkəməyə verib. Onlar da ilkin olaraq Elşəndən ona verdikləri 12000 manatı tələb edib hissə-hissə geri almışlar. Faiq də onlara demişdir ki, əgər sənədləri qaydasına qoymasa pullarını geri qaytaracaq, qaydasına qoysa da danışdıqları kimi torpağı verəcəkdir. Həmin vaxt Faiq torpağın sotunu 4000 manata satdığını bildirmişdir və həqiqətən həmin ərazidə torpağın bir sotu təxminən 4-5 min manat olmuşdur. Onlar Faiqə pullarının olmadığını bildirmişlər və Faiqdən torpağı bir qədər ucuz satmasını xahiş etmişlər. Həmçinin həmin vaxt Faiqin özünə də təcili pul lazım olmuşdur. Çünki, həmin ərəfələrdə Faiq həbsdən yenicə çıxmışdır. Qohu olmalarını, pulun az olduğunu və özünə də təcili pul lazım olduğunu nəzərə alaraq Faiq torpağın sotunu onlara 2000 manata satmağa razılıq vermişdir. O və Elşənlə fikirləşmişlər ki, adama 6 sot torpaq sahəsi götürüb 4 sotunu ev tikmək üçün özlərinə saxlasınlar, qalanını isə hər sotunu 3500-4000 manata sataraq əldə edilən pulu tikinti işlərinə sərf etsinlər. Faiqlə onlar ilkin olaraq danışanda Faiq torpaq sahəsinin ona məxsus olmasını və anasının adına olmasını, lakin bu danışıqlarından bir neçə gündən sonra isə torpağın dostu Elşənin anasının adına olmasını demişdir. İşləri alınmayandan sonra o, bunun səbəbini, pulların bölünməsinin səbəbini Faiqdən soruşmuş Faiq onlara demişdir ki, Elşənə o yerdən 20 sot torpaq veribdir, türmədə olanda Elşən onun anasını aldadıb ümumi etibarnamə alıb saxta yolla torpaqlarını ələ keçirmişdir. Amma Faiq onlara ilkin olaraq torpağın anasının adına olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 da Gəncə şəhər sakini kimi uzun müddətdir ki, tanıyır. Faiqlə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 3-4 il bundan qabaq Təqsirləndirilən şəxs anası Rəbiyyə Hüseynova onu yanına çağıraraq adına Gəncə şəhər “Meronun arxası” deyilən ərazidə 1,18 hektar torpaq sahəsi olduğunu bildirib ona öz adından etibarnamə və həmin torpağın sənədlərini verib həmin torpaq sahəsi ilə bağlı yaranmış bütün problemləri onun adından həll etməsini, lazım gələrsə torpağın bir hissəsini satmasını ondan xahiş etmişdir. Onunla razılaşmış və toprağın sənədlərini və etibarnəməni ondan götürmüşdür. Lakin həmin vaxt o, həmin torpağın saxta ərizə əsasında alqı-satqı olduğunu bilməmişdir. 2018-ci ilin təxminən yay aylarında isə eşitmişdir ki, Şahid1 anası Zərərçəkmiş şəxs1 Rəbiyyə Hüseynovanı məhkəməyə verərək sözü gedən torpaq sahəsinin ona məxsus olduğunu iddia etməyə başlamışdır. Həmin vaxt məhkəmədə 1,10 ha torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur, lakin 8 sot torpağın üzərinə məhdudiyyət qoyulmadığından o, həmin 8 sotla bağlı heç bir problemin olmadığını fikirləşmişdir. Bundan sonra 2018-ci ilin təxminən noyabr ayında o, Zaur adlı tanışı ilə söhbət edərkən Zaura torpaq sahəsi satmaq istədiyimi bildirmişdir. Həmin vaxt Zaur torpaq sahəsini onun kürəkəninin adına keçirməsini istəmişdir. O da, Zaurla razılaşmış və 8 sot torpaq sahəsini Zaurun kürəkəni ilə Rəbiyyənin adından o, alqı-satqı etmiş və Turalın adına çıxarış etmişdir. Lakin o, Zaurdan pul almamışdır və sonradan Zaurla aralarında olan alqı-satqı söhbəti müəyyən səbəblər üzündən baş tutmamışdır. Buna görə də Zaur torpağı geri qaytarmasını istəmişdir. O da, Zaurla razılaşmış, lakin pulu olmadığı üçün alqı-satqını dəyişərək çıxarışı əvvəlki vəziyyətinə qaytara bilməmiş və torpaq Turalın adında qalmışdır. Təxminən 2019-cu ilin mart ayının axırlarında o, həmin 8 sot torpağın 1,5 sotunu Fəxi Məmmədova satmaq üçün razılaşmış. Fəxi həmin 1,5 sot torpağa görə ona 7500 (yeddi min beş yüz) manat pul vermişdir. Bundan sonra o, Turaldan xahiş etmişdir və Tural Fəxi ilə alqı-satqı müqaviləsinə qol çəkmişdir. Şahid1 təqdim etdiyi videogörüntü istintaqda ona təqdim edilmiş və o, Faiqə o cür sözləri deməmişdir. Həmin torpaq sahəsini satmaqda onun heç bir marağı və təmənnası olmamışdır. Bunu ondan Rəbiyyə Hüseynova xahiş etdiyi üçün etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Şahid12 onun kürəkənidir. Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs və anası Rəbiyyə Hüseynovanı tanımır. Gəncə şəhər sakini Şahid1 və atası Zərərçəkmiş şəxs2 isə tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2018-ci ilin noyabr ayında Gəncə şəhər sakini olan Adil ona zəng edərək Gəncə şəhəri “Meronun arxası” deyilən yerdən torpaq sahəsi satdığını bildirmişdir. O, Adildən həmin torpaq sahəsinin nə qədər olduğunu soruşduqda Adil orada kifayət qədər torpaq sahələrinin olduğunu bildirmişdir. O, Adillə razılaşmışdır ki, o, həmin yerdən onun üçün 50 sot torpaq sahəsinin sənədlərini hazırlasın və kürəkəni Turalla alqı-satqı etsin, bundan sonra pulu barədə razılaşıb pulunu ona verər. Lakin torpağın sotunu neçəyə alacağı barədə Adillə dəqiq bir söz danışmamışdır. Çünki, təxmini olaraq bilmiş ki, həmin yerdə torpağın sotu 4000 mantdır. Bir müddətdən sonra Adil ona zəng edərək 10 sot torpağın sənədlərinin hazır olduğunu bildirmiş və o Adilə kürəkəni Şahid12lə alqı-satqı etmələrini istəmişdir. Adil və Tural alqı-satqı etdikdən sonra Adil ona qalan 40 sotun da sənədlərini hazır edəcəyini demişdir. Buna görə o, Adilə 10 sot üçün pul verməmiş və 40 sotun sənədlərinin düzələcəyini gözləməyə başlamışdır. Bir müddətdən sonra isə Adil ona zəng edərək 40 sot torpağın sənədlərinin düzəlmədiyini və həmin torpağı ona sata bilməyəcəyini demişdir. O da, buna görə Adilin ona satdığı 10 sotun da ona lazım olmadığını və pul verməyəcəyim bildirib həmin torpağı özünə qaytarmasını istəmişdir. Adil də onunla razılaşmışdır. Təxminən 2019-cu ilin aprel ayında Adil ona zəng edərək torpağın bir hissəsini satmaq istədiyini bildirdikdə o, torpağın onusuz da ona məxsus olduğunu deyib hamısını sata biləcəyini bildirmişdir. Həmçinin kürəkəninə də zəng edərək Adilin dediyi lazımi alqı-satqı müqavilələrinə qol çəkməsini xahiş etmişdir. Bundan sonra nə baş verdiyini o bilməmiş, hal-hazırda ona məlum olur ki, Adil həmin vaxtı kürəkəni Şahid12 10 sot deyil, 8 sot torpaq sahəsi satmışdır, daha sonra həmin 8 sot torpaq sahəsinin 1,5 sotunu Şahid10 satmışdır və hal-hazırda həmin torpağın 6,5 sotu kürəkəni Şahid12 adındadır. Həmin torpaq sahəsinə görə o, Adilə pul verməmişdir və hal-hazırda da həmin torpaq sahəsindən imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Gəncə şəhər sakinləri olan Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 tanımır və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən o, 2013-cü il tarixdə Gəncə şəhəri Meronun arxası deyilən ərazidən Gəncə şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında bir sotu 4000 manat olmaqla ümumilikdə 4 sot torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsini alarkən artıq həmin ərazidə başqa şəxslər də torpaq sahəsi alaraq özlərinə evi tikdirmişlər və onun torpaq sahəsi tikili evlərin arasına düşmüşdür. O, torpaq sahəsini aldıqdan sonra isə ora kiçik darvaza qoysa da tikinti aparmamış və gələcəkdə nə vaxtsa lazım olarsa tikinti aparacağını fikirləşmişdir. Bundan əlavə həmin torpaq sahəsi üçün də çıxarış almaqla bağlı işlər də görməmişdir. 2019-cu ilin təxminən mart ayının axırlarında o, evdə olarkən xatırlamadığı hansısa tanışı ona zəng edərək torpaq sahəsini satıb-satmadığını ondan soruşmuş və ona məxsus torpaq sahəsinin üzərində kimlərinsə dayanıb söhbət etdiklərini ona demişdir. Bundan sonra o, torpaq sahəsinin yanına gedərkən orada sonradan adını bildiyi Şahid13 adlı şəxsin olduğunu görmüşdür. Nə baş verdiyini Adildən soruşduqda Adil ona sərəncam əsasında aldığı 4 sot torpaq sahəsinin əslində çıxarışla Şahid12 adlı şəxsə məxsus olduğunu bildirmiş və Şahid12 adlı şəxsin çıxarışını ona göstərmişdir. Bundan sonra araşdırma aparmağa başladıqda məlum olmuşdur ki, onun torpaq sahəsinin 4 sotu deyil, yalnız 1,5 sotu çıxarışla Şahid12 adınadır. Həmin vaxt Şahid12 adına çıxarışla 8 sot torpaq sahəsi vardır. Aldığı və yerdə qalan digər 2,5 sot torpaq sahəsinə giriş-çıxış yeri olsun deyə o, məcburiyyət qarşısında qalaraq Adil və Turalla danışaraq həmin 1,5 sot torpaq sahəsini onlardan pulla almaq istəmişdir. Onlar da ona razılıq vermişlər və orada torpağın bir sotunun 5000 manat olduğunu bildirib ondan 1,5 sot torpağa görə 7500 manat pul almışlar. Həmin vaxt o, alqı-satqını Turalla etmiş və 1,5 sot torpağa görə öz adına çıxarış almışdır. “Torpaq sahəsinə baxış keçirilməsi haqqında” 18.10.2019-cu il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi 28 may küçəsinin alt hissəsi, DİN-nin BDYPİ-nin TBŞ-ni keşmiş inzibati binasının sol hissəsidir.Hadisə yerinə və hadisə yerinin çəkilmiş fotoşəkillərinə baxış zamanı müəyyən olunur ki, sözügedən mübahisəli torpaq sahəsinin 1.10 ha hissəsi kənd təsərrüfat təyinatlı olsa da, həmin ərazidə və əraziyə yaxın yerlərdə xeyli sayda tikinti işləri aparılaraq tamamlanmış və yarımçıq tikililər vardır. Bu isə onu deyməyə əsas verir ki, torpaq sahəsi kənd təsərrüfat təyinatlı olmasına baxmayaraq məhz yaşayış evləri və ya ictimai iaişə obyektlərinin tikintisi üçün əlverişli yerdə yerləşir. "Götürmə haqqında” 21.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1,18 hektar torpaq sahəsinin ələ keçirilməsi ilə bağlı olan alqı-satqı müqavilələrini Göygöl rayon Notariat ofisində həyata keçirmişdir. Həmçinin ilkin araşdırma materiallarından göründüyü kimi Şahid6 hüquqlarının müqdafiəsi üçün 2013-cü il tarixdə Qalib Zeynalova ümumi etibarnamə vermişdir ki, həmin ümumi etibarnamədən istifadə edilməklə Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş və Şahid6 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsi X12, 0,02 ha hissəsi X23, 0,04 hissəsi X13, 0,02 ha hissəsi X20, və 0,02 ha hissəsi X12 Göygöl rayonu notariat kontorunun 20.12.2013-cü il tarixli 4Ə-4-1057 saylı və 4Ə-4-1058 saylı alqı-satqı müqavilələri əsasında satılmışdır.Ona görə də, Təqsirləndirilən şəxs tərəfindən 1,18 hektar torpaq sahəsinin satılması barədə, həmçinin Şahid6 mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsinin satılması barədə alqı-satqı müqavilələrinin surətləri, həmin müqavilələrin bağlanması üçün təqdim edilmiş sənədlərin surətləri, Şahid6 adından 2013-cü il tarixdə Qalib Zeynalova verilmiş ümumi etibarnamənin surəti və həmin etibarnamənin verilməsi üçün təqdim edilmiş sənədlərin surəti, həmçinin qeydiyyat kitabındakı müvafiq qeydlərin surətləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Göygöl rayon Notariat Ofisindən götürülmüşdür. Həmin sənədlər götürülməzdən əvvəl baxış keçirilmişdir.Baxış zamanı müəyyən edilmişdir ki, 16.05.2011-ci il tarixdə Zərərçəkmiş şəxs1 adına 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla olan tikinti təyinatlı 0,08 ha torpaq sahəsini 07.10.2010-cu il tarixli, 7E-20-17815 nömrəli etibarnamə ilə nümayəndəsi qismində iştirak edən Təqsirləndirilən şəxs anası X9 6000 manata satmışdır. Həmin alqı-satqının həyata keçirilməsi üçün isə X19 adından yazılmış saxta razılıq ərizəsi əlavə edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və Rəbiyyə Hüseynova tərəfindən imza edilmişdir.Bundan əlavə 16.05.2011-ci il tarixdə Zərərçəkmiş şəxs1 adına 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla olan kənd təsərrüfatı təyinatlı 1,10 ha torpaq sahəsini 07.10.2010-cu il tarixli, 7E-20-17815 nömrəli etibarnamə ilə nümayəndəsi qismində iştirak edən Təqsirləndirilən şəxs anası X9 3000 manata satmışdır. Həmin alqı-satqının həyata keçirilməsi üçün isə X19 adından yazılmış saxta razılıq ərizəsi əlavə edilmişdir. Müqavilə Təqsirləndirilən şəxs və Rəbiyyə Hüseynova tərəfindən imza edilmişdir.Bundan əlavə 4Ə-2 nömrəli Notariat hərəkətlərinin qeydiyyatı jurnalının 15-ci səhifəsində hər iki müqavilə 225ci sırada 4Ə-2-225 və 226-cı sırada 4Ə-2-226 nömrələri ilə qeydiyyata alınmış və hər iki qeydiyyat Təqsirləndirilən şəxs və Rəbiyyə Hüseynova tərəfindən imza edilmişdir.Baxış zamanı həmçinin müəyyən edildi ki, 20.12.2013-cü il tarixdə Şahid6 adına 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla olan tikinti təyinatlı 0,02 ha torpaq sahəsini o, şəxsən X12 5000 manata satmışdır. Müqavilə Şahid6 və Mehman Məmmədov tərəfindən imza edilmişdir.Baxış zamanı həmçinin müəyyən edildi ki, 20.12.2013-cü il tarixdə Şahid6 adına 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla olan kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin 0,02 ha hissəsini X23, 0,04 hissəsini X13, 0,02 ha hissəsini X20, və 0,02 ha hissəsini X12 o, şəxsən satımışdır. Müqavilə Şahid6, Arif Həsənov, İftixar Kərimov, Ülfət Həsənov və Mehman Məmmədov tərəfindən imza edilmişdir.Bundan əlavə 4Ə nömrəli Notariat hərəkətlərinin qeydiyyatı jurnalının 17-ci səhifəsində hər iki müqavilə 1057-ci sırada 4Ə-4-1057 və 1058-ci sırada 4Ə-4-1058 nömrələri ilə qeydiyyata alınmış və hər iki qeydiyyat Şahid6, Arif Həsənov, İftixar Kərimov, Ülfət Həsənov və Mehman Məmmədov tərəfindən imza edilmişdir. Notariat Ofisində Şahid6 tərəfindən 2013-cü il tarixdə Qalib Zeynalova ümumi etibarnamənin verilməsi müəyyən edilməmişdir.Sənədlərin götürülməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş və götürülmüş sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. "Götürmə haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs torpağı onlara qaytaracağına söz verdikdən sonra 1,10 ha torpaq sahəsini anasının adına keçirmək və ya anasına satmaq üçün 2 saylı Notariusa gedərkən Şahid13 və Təqsirləndirilən şəxs ilə aralarında olan söhbəti telefonu vasitəsi ilə videoya çəkmişdir ki, həmin videogörüntüləri cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etdiyini göstərmişdir.Həmin videogörüntü Şahid1 götürülərək baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, həmin videogörüntü bir ədəd DVD diskə qeyd edilmişdir və 2 ayrı-ayrı hissələrdən ibarətdir.1-ci videogörüntüdə görüntü qısa olsa da, sonradan görüntü kəsilir, lakin Şahid1, Təqsirləndirilən şəxs və Şahid13 arasında söhbət davam edir. Təqsirləndirilən şəxs alqısatqı etmək üçün Nəsibin notariusuna getmələrini təklif edir, Şahid13 isə məhkəmədən ona “gətirin həbsi götürün, gedin alqı-satqı edin” dediklərini bildirir. Bundan sonra onlar maşında notariusa getməyə başlayırlar və videogörüntü tamailə kəsilir.2-ci video görüntüdə Şahid1, Təqsirləndirilən şəxs və Şahid13 üçün birlikdə avtomobildə notariusa gedərək söhbət edirlər. Söhbət zamanı Şahid1 8 sotun sənədlərinin harada olduğunu soruşarkən Şahid13 həmin torpaq sahəsinin Faiqə veriləcəyini, həmin torpaq sahəsinin ona məxsus olduğunu dəfələrlə təkrar edərək and içir. Təqsirləndirilən şəxs isə Şahid13 dedikləri ilə razılaşır. Daha sonra Şahid13 1.10 ha torpaq sahəsinin alqı-satqısından sonra həmin torpaq sahəsinin də Şahid1 adına olacağını deyir. Bundan sonra onlar birlikdə Gəncə şəhər 2 saylı Notariat Ofisinə daxil olurlar. Bundan sonra görüntü kəsilsə də, danışıqlar davam edir. Notarius orada olmadığı üçün onlar ümumi söhbət edirlər və orada onlara notariusun saat 3-dən sonra gələcəyini deyirlər. Bundan sonra onlar çölə çıxırlar və nə edəcəkləri barədə Faiq soruşduqda Adil saat 3-dən sonra özünün alqı-satqını yazdıracağını deyir. Bundan sonra onlar birlikdə maşında gedirlər və aralarında yaranmış ümumi problemlə bağlı söhbət etməyə başlayırlar və ayrılırlar. Aralarında olan söhbət zamanı isə iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir.Odur ki, bu barədə müvafiq protokol tərtib edilmiş və həmin DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. "Götürmə haqqında” 26.02.2020-ci il tarixli protokoldan görünür ki,məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin etmək məqsədi ilə ******* və ******* nömrəli alqı-satqı müqavilələrində olan və Zərərçəkmiş şəxs2 adından tərtib edilmiş 2011ci il tarixli razılıq ərizəsinin əsli Göygöl rayon Notariat Ofisindən baxış keçirilərək götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ərizə Zərərçəkmiş şəxs2 adından Göygöl rayon notariat kontoruna ünvanlanmışdır, məzmununda “həyat yoldaşım X11 məxsus olan Xanlar rayonu Quşqara kəndi ərazisində yerləşən 1.18 ha torpaq sahəsinin satılmasına razılıq verirəm sözləri yazılmışdır. İmza edilməklə imzanın qarşısından “İərifov” soyadı yazılmışdır. Arxasında isə notariat kontorunun ştamp və möhür əksləri vardır.Həmin ərizənin götürülməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş və götürülmüş ərizə cinayət işinin materiallarına əlavə edilmişdir. Gəncə şəhər 2 saylı Notariat Kontorunun 24.10.2018-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən Gəncə şəhər 2 saylı Notariat Kontorunda 24.02.2007-ci il tarixdə 7E-1940,7E-1941 saylı reyestrkitabında imzalarının həqiqiliyi təsdiq edilmişdir. Gəncə şəhər 2 saylı Notariat Kontorunun 26.02.2020-ci il tarixli məktubundan görünür ki,05.07.2011-ci ildən Gəncə şəhər 2 saylı dövlət notariat kontoru fəaliyyətini dayandıraraq Gəncə şəhər 2 saylı xüsusi notariusu kimi fəaliyyətə başlamış və bununla əlaqədar 2007-ci ilə aid olan möhür Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə təhfil verilərək məhv edilmişdir. 25.12.2018-ci ildən Gəncə şəhər 2 saylı xüsusi notariat kontorunun adı dəyişərək Gəncə şəhər 2 saylı xüsusi notariat ofisi olması ilə bağlı möhür yenidən dəyişdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli xüsusi qərardadından və həmin qərardada əlavə edilmiş 23.07.2019-cu il tarixli 17329 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki,0235474 saylı alqı-satqı müqaviləsinə dair notariat işinin 10-cu vərəqəsində Zərərçəkmiş şəxs2 adından olan razılıq ərizəsinin sonunda “İmza:” qrafasında imza və “İərifov” soyadının Zərərçəkmiş şəxs2 tərəfindən deyi, başqa şəxs tərəfindən icra edilmişdir.Bundan əlavə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli xüsusi qərardadında göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş saxta ərizə ümumiyyətlə göstərilən 7E-S-1340 nömrə altında qeydiyyatdan keçəmişdir. AN- İ № ******* saylı, 16.05.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 nümayəndəsi (Gəncə şəhər 1-ci notariat kontorunun verdiyi 07.10.2010-cu il tarixli 7E-20-17815 nömrəli etibarnamə əsasən) Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsini X2. AN- İ № ******* saylı, 16.05.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 nümayəndəsi (Gəncə şəhər 1-ci notariat kontorunun verdiyi 07.10.2010-cu il tarixli 7E-20-17815 nömrəli etibarnamə əsasən) Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsini X2. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 150702621, qeydiyyat tarixi 18.04.2007-ci il tarixli çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən məqsədli istifadə növü tikinti olan 0,08 ha torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi 150702620, qeydiyyat tarixi 18.04.2007-ci il tarixli çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən məqsədli istifadə növü kənd təsərrüfatı məhsullarının istehsalı olan 1,10 ha torpaq sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.06.2011-ci il tarixli N 215892 saylı çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən məqsədli istifadə növü kənd təsərrüfatı məhsullarının istehsalı olan 1,10 ha torpaq sahəsi X9 məxsusdur. ƏN N 178272 saylı 07.10.2010-cu il tarixli etibarnamədən görünür ki, Əliyeva X14 Elşən Əhəd oğluna 20 il müddətinə etibarnamə vermişdir. Etibarnamə 07.10.2030-cu ilədək qüvvədədir. ƏN –İ N 066422 saylı 24.02.2007-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Xanlar rayonu Quşqara kəndində yerləşən 0,20 ha torpaq sahəsini Təqsirləndirilən şəxs 03 il müddətinə etibatnamə ilə vermişdir.Etibarnamə 24.02.2010-cu ilədək qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 24.10.2019-cu il tarixli məktubundan görünür ki, Göygöl rayon notariat kontorunun 20.12.2013-cü il tarixli 4Ə-4-1057 saylı alqı satqı müqaviləsinə əsasən Şahid6 mülkiyyətində olmuş Göygöl rayonu Quşqara kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,02 ha hissəsi X12, 4Ə-4-1058 saylı alqı satqı müqaviləsinə əsasən 0,02 ha hissəsi X44\mil oğluna, 0,04 ha hissəsi X13, 0,02 ha hissəsi X20, 0,02 hissəsi X3.Hal-hazırda Şahid6 adına Göygöl rayonu Quşqara kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivindən verilmiş 11.10.2019-cu il tarixli arxiv çıxarışından görünür ki, Şahid6 məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 0,02 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisnin aparılmasına icazə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 29.12.2019-cu il tarixli məktubundan görünür ki, Göygöl rayon notariat kontorunun 16.05.2011-ci il tarixli 4Ə-2-227 saylı alqı satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 1,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2. X9 1,1 ha torpaq sahəsinə görə 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Zərərçəkmiş şəxs1 ona məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 0,08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsini Göygöl rayon notariat kontorunun 16.05.2011-ci il tarixli 4Ə-2-226 saylı alqı satqı müqaviləsinə əsasən X2. X9 0,08 ha torpaq sahəsinə görə 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 20.11.2018-ci il tarixli 4Ə-3330 saylı alqı-satqı müqaviləsinə əsasən 0,08 ha torpaq sahəsi Şahid12 satılmışdır.Alıcıya hal-hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerşləşən 0,08 ha torpaq sahəsinə dair 30.01.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Gəncə şəhəri 5 saylı notariat kontorunun 03.04.2019-cu il tarixli 4Ə-157 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsinin 0,015 ha hissəsi Şahid12 tərəfindən Şahid10 satılmışdır. Şahid12 0,065 ha torpaq sahəsinə dair 29.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Şahid10 0,015 ha torpaq sahəsinə dair 17.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10.02.2020-ci il tarixli məktubundan görünür ki, Göygöl rayon notariat kontorunun 20.12.2013-cü il tarixli 4Ə-4-1057 saylı alqı-satqı müqaviləsinə əsasən göstərilən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi X3 və alıcıya 09.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir.Göygöl rayon notariat kontorunun 20.12.2013-cü il tarixli 4Ə-4-1057 saylı alqı-satqı müqaviləsinə əsasən göstərilən 0.02 ha tikinti təyinatlı təyinatlı torpaq sahəsi Şahid6 tərəfindən X12 5000 (beş min) manata satılmışdır və alıcıya 09.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Göygöl rayon notariat kontorunun 20.12.2013-cü il tarixli 4Ə-4-1058 saylı alqısatqı müqaviləsinə əsasən göstərilən 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.02 ha hissəsi 5000 (beş min) manata X12, 0.02 ha hissəsi 5000 (beş min) manata X23, 0.04 ha hissəsi 5000 (beş min) manata X13, 0.02 ha hissəsi 5000 (beş min) manata X20 Şahid6 tərəfindən satılmışdır. Göründüyü kimi həmin ərazidə yerləşən torpaq sahələrinin tikinti və ya kənd təsərrüfat təyinatlı olmasından asılı olmayaraq bazar dəyərləri arasında heç bir qiymət fərqi mövcud deyil. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, X12 0.02 ha torpaq sahəsinə dair 21.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X13 0.04 ha torpaq sahəsinə dair 22.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 27.07.2016-cı il tarixli 4Ə-1955 saylı alqı-satqı müqaviləsinə əsasən bu 0.04 ha torpaq sahəsi X5 və ona 03.08.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X20 0.02 ha torpaq sahəsinə dair 21.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli və X23 0.02 ha torpaq sahəsinə dair 21.01.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 27.07.2018-ci il tarixli 4Ə-2172 saylı alqı-satqı müqaviləsinə əsasən X25 ona məxsus 0.02 ha torpaq sahəsim, 21.08.2018-ci il tarixli 4Ə- 2428 saylı alqı-satqı müqaviləsinə əsasən X29 ona məxsus 0.02 ha torpaq sahəsini X1. X7 hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivi olan 0.04 ha torpaq sahəsinə dair 11.09.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17.04.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən məqsədli istifadə növü ehtiyyat fondu torpaqları olan 0,015 ha torpaq sahəsi Şahid10 məxsusdur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29.04.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən məqsədli istifadə növü ehtiyyat fondu torpaqları olan 0,065 ha torpaq sahəsi Şahid12 məxsusdur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.01.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən məqsədli istifadə növü ehtiyyat fondu torpaqları olan 0,08 ha torpaq sahəsi Şahid12 məxsusdur. AN- İ № ******* saylı, 03.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şahid12, Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsindən yalnız 0,015 ha hissəsini Şahid10 satmışdır. AN- İ № ******* saylı, 20.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10, Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsini Şahid12 satmışdır. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.06.2011-ci il tarixli çıxarışdan görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən məqsədli istifadə növü ehtiyyat fondu torpaqları olan 0,08 ha torpaq sahəsi X9 məxsusdur. Torpağa mülkiyyət hüquqna dair 25.04.2006-cı il tarixli JN-0496 saylı dövlət aktından görünür ki, Zərərçəkmiş şəxs1 qızına Xanlar rayonu Quşqara bələdiyyəsinin 02.12.2005-ci il tarixli qərarı ilə 2,20 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin 0,20 ha ictimai-iaşə obyektinin tikintisi və 2,0 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. Əmtəəşünaslıq ekspertizasının 24.12.2019-cu il tarixli 106 saylı rəyindən görünür ki, Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin 1 sotunun 2011-ci ilə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1420 (min dörd yüz iyirmi) manat müəyyən edilir. Sənədlərin texniki ekspertizasının 02.03.2020-ci il tarixli 5475/05/09 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 adından tarixsiz ərizənin mətni axınlı printerdə çap edilmişdir.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 adından tarixsiz ərizənin arxa tərəfindəki ştamp və möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 03 mart 2020-ci il tarixli, 5476 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həyat yoldaşı X11 məxsus olan Xanlar rayonu Quşqara kəndi ərazisində yerləşən 1.18 ha torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair ərizədə “İmza:” qrafasındakı imza və “İərifov” yazısı – Zərərçəkmiş şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Zərərçəkmiş şəxs2 Xanlar rayon dövlət notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, həyat yoldaşı X11 məxsus olan Xanlar rayonu Quşqara kəndi ərazisində yerləşən 1,18 ha torpaq sahəsinin satılmasına razılıq verir. "Üzləşdirmə haqqında” 05.03.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti həyata keçirilmiş və Şahid1 ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. "Üzləşdirmə haqqında” 18.01.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti həyata keçirilmiş və o, ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. "Üzləşdirmə haqqında” 03.02.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid4 arasında üzləşmə istintaq hərəkəti həyata keçirilmiş və o, ifadəsində göstərdiklərini Şahid4 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. "Üzləşdirmə haqqında” 03.02.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid3 arasında üzləşmə istintaq hərəkəti həyata keçirilmiş və o, ifadəsində göstərdiklərini Şahid3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. "Üzləşdirmə haqqında” 29.02.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Şahid3 arasında üzləşmə istintaq hərəkəti həyata keçirilmiş və o, ifadəsində göstərdiklərini Şahid3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 15.02.2020-ci il tarixli ərizəsindən görünür ki, mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Təqsirləndirilən şəxs ilə X10 arasında Göygöl rayon Notariat Kontorunda 16.05.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin və 0.08 ha torpaq sahəsinə dair onun adından Təqsirləndirilən şəxs ilə X10 arasında Göygöl rayon Notariat Kontorunda 16.05.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair X9 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, X10 ilə Şahid12 arasında 20.11.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 30.01.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan 03.04.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Şahid12 tərəfindən Şahid10 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və bundan sonra alınmış Şahid12 adına olan 0.065 ha torpaq sahəsinə dair 29.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin Şahid10 adına olan 17.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə onun mülki iddiaçı qismində də tanınmasını xahiş etmişdir “Şübhəli şəxsin tutulması haqqında” 25.12.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaq orqanına təqdim etdiyi 27.12.2019-cu il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs oğlu onlarla barışıq əldə edərək ələ keçiridiyi topaqları onlara qaytarmaq istəyir, Ona görə də barışıq sazişinin imzalanması, torpaqların geri alınması, məqsədilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş edirlər. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27.12.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 27.12.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.03.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, 20 yanvar küçəsi, ev 6-da qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. № 02491 saylı, vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 03.03.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin dispanserdə qeydiyyatda yoxdur Gəncə şəhər Narkoloji Dispanserinin 03.03.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 13.03.2020-ci il tarixli qərardan görünür ki, ******* və ******* nömrəli alqı-satqı müqavilələrində olan və Zərərçəkmiş şəxs2 adından tərtib edilmiş 2011-ci il tarixli razılıq ərizəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işini materiallarına əlavə edilmişdir. Özündə Şahid1la Təqsirləndirilən şəxs və Şahid13 söhbətini əks etdirən və cinayət işinin istintaqı zamanı Şahid1 təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işini materiallarına əlavə edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.08.2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə «MERO»-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxslərə qadağan edilmiş və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparmasına müvvəqəti olaraq qadağa qoyulması qərara alınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 adından yazılmış saxta ərizəni ona Şahid1 verdiyini, həmin ərizənin saxta olduğunu yalnız son vaxtlar bildiyini, həmçinin anasının adına alqı-satqı etdiyi 1,18 hektar torpaq sahəsinin Faiqin ona təmənnasız verdiyini, yəni, Şahid1 ona etibarnamə ilə satdığı guya tikinti təyinatlı 20 sot torpaq sahəsinin sənədləri düz olmadığından həmin 20 sotun əvəzində 1,18 hektar torpaq sahəsini Faiqin ona verdiyini, həmin torpaq sahəsini özününküləşdirəcəyi ilə bağlı Şahid1 və digər ailə üzvülərinin məlumatının olduğunu, həmçinin Zərərçəkmiş şəxs1 özü bütün mülkiyyətinə dair ümumi etibarnamə verdiyini, həmin etibarnamə ilə bağlı Zərərçəkmiş şəxs1 aldatmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ziddiyyətli ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs2 adından yazılmış saxta ərizəni ona Şahid1 verdiyini, həmin ərizənin saxta olduğunu yalnız son vaxtlar bildiyini, həmçinin anasının adına alqısatqı etdiyi 1,18 hektar torpaq sahəsinin Faiqin ona təmənnasız verdiyini, yəni, Şahid1 ona etibarnamə ilə satdığı guya tikinti təyinatlı 20 sot torpaq sahəsinin sənədləri düz olmadığından həmin 20 sotun əvəzində 1,18 hektar torpaq sahəsini Faiqin ona verdiyini, həmin torpaq sahəsini özününküləşdirəcəyi ilə bağlı Şahid1 və digər ailə üzvülərinin məlumatının olduğunu, həmçinin Zərərçəkmiş şəxs1 özü bütün mülkiyyətinə dair ümumi etibarnamə verdiyini, həmin etibarnamə ilə bağlı Zərərçəkmiş şəxs1 aldatmadığını dəlil kimi gətirərək şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri ilə eyni məzmunlu ifadə vermiş, lakin həmin ifadələrə zidd olaraq göstərmişdir ki, 2005-ci ildə Şahid1 onun yaşadığı evə gəlib ona Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi tərəfdə onun torpaq sahələrinin olduğunu, həmin torpaq sahələrinin bir sotunu 2000 (iki min) ABŞ dollarına satdığını bildirib o, Faiqə yaxşılıq etdiyi üçün torpaq sahəsinin bir sotunu ona 500 (beş yüz) ABŞ dollarına sata biləcəyini demiş, o da, Faiqi tanıdığı üçün birlikdə gedib Faiqin ona göstərdiyi torpaq sahəsinə baxmış, o, yeri bəyənmiş və Faiq də ona yol kənarından 20 sot tikinti üçün torpaq sahəsi verəcəyini bildirimşdir. O da, Faiqlə razılaşıb 10000 (on min) ABŞ dolları məbləğinidə nəğd pulu Faiqə vermişdir. Bundan əlavə Faiq ondan 10000 (on min) ABŞ dolları dəyərində satdığı xalçalardan da nisiyə olaraq alıb pulunu qısa müddət ərzində verəcəyini bildirmişdir. Lakin Faiqdən dəfələrlə xalçaların pulunu istəməsinə baxmayaraq Faiq həmin xalçaların pulunu ona vermədiyindən özüözlüyündə həmin xalçaların pulunu torpağın pulunun üzərinə gəlib fikirləşmişdir ki, torpağı Faiqdən 10000 (on min) ABŞ dollarına deyil, 20000 (iyirmi min) ABŞ dollarına almışdır.İlkin izahatında və şübhəli şəxs qismində verdiyi ifadənizdə Zərərçəkmiş şəxs1 yanına etibarnamə almaq üçün 1 saylı notariat kontorunun notariusu Elşənlə deyil, onun nümayəndəsi Tofiqlə birlikdə getdiyinizi göstərdiyi halda, Zərərçəkmiş şəxs1 ilə üzləşmə zamanı, həmçinin hazırki ifadəsində isə Əhlidilin yanına notarius Şahid3lə və nümayəndəsi Tofiqlə birlikdə getdiyini göstərmişdir. Yaranmış ziddiyyəti nə ilə izah edə bilər sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, Əhlidilin yanına Tofiq və Elşənlə birlikdə getsə də, Elşənin Əhlidilin otağına gedib-getməməsi dəqiq olaraq onun yadında deyil. Buna görə ifadələri arasında bu cür ziddiyyət yaranmışdır.Əgər Şahid1 onu birinci dəfə aldadaraq 20 sot tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsini saxta sənədlərlə ona satmışdırsa nə üçün ona əvvəl satdığı 20 sot torpaq sahəsinin əvəzində 2009-cu ildə verdiyi hazırda mübahisəsi gedən torpaq sahəsini həmin vaxtı Faiqlə birbaşa alqı-satqı etmirdi və 2010-cu ili, yəni, 20 sot üçün verilmiş etibarnamənin müddətinin bitdiyi anı gözləyirdi sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, həmin vaxt Faiq ona bildirmişdir ki, 20 sota görə 2007-ci il tarixdə verdiyi 3 illik etibarnamənin müddətinin bitmə anını gözləsin və yalnız bundan sonra kimə istəyirsə həmin torpaq sahəsini satsın. Çünki onun alqı-satqıdan, sənədləşmədən bir o qədər anlayışı yoxdur. İfadəsində həmin torpağı özgəninkiləşdirmək niyətinin olmadığını, əgər bu cür niyəti olsaydı çoxdan həmin torpaq sahəsini ayrı-ayrı şəxslərə satmış olduğunuzu göstərdiyi halda, iş üzrə şahid qismində dindirilmiş Şahid13 isə ifadəsində göstərmişdir ki, təxminən 3-4 il bundan qabaq anası X28 yanına çağıraraq öz adına Gəncə şəhər “Meronun arxası” deyilən ərazidə 1,18 hektar torpaq sahəsi olduğunu bildirib Adilə öz adından etibarnamə və həmin torpağın sənədlərini verib həmin torpaq sahəsi ilə bağlı yaranmış bütün problemləri onun adından həll etməsini, lazım gələrsə torpağın bir hissəsini satmasını ondan xahiş etmişdir. Yaranmış ziddiyyəti nə ilə izah edə bilər sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Faiq ondan məhkəməyə müraciət etdikdən sonra o, həmin torpaq sahəsini satmaq qərarına gəlmiş və buna görə də bu barədə Şahid13 həmin torpaq sahəsindən anasının nümayəndəsi kimi satmışdır. Faiq türmədən çıxdıqdan sonra Faiqdən ona çatası 20 sot torpağı ona geri qaytarmasını tələb etdiyi halda və əlavə torpaq sahəsi istəmədiyini Faiqə bildirdiyi halda nə üçün Faiqin bütün bunlardan sonra sözü gedən torpağı onunla şərikinə satmaq istəməsi sualına cavab olaraq Təqsirləndirilən şəxs bu barədə heç nə deyə bilməyəcəyini bildirmişdir.Əgər həmin torpaq sahəsini əvəssiz olaraq özünüzünküləşdirmək niyəti olmamışdırsa bu gün həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 qaytarmağa razı olub-olmaması sualına cavab olaraq Təqsirləndirilən şəxs bu barədə heç nə deyə bilməyəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs Faiqlə, anası və atası ilə artıq barışıq əldə etmək istədiyi üçün və aralarında torpağın qaytarılması ilə bağlı hələlik şifahi olaraq razılıq əldə etdikləri üçün, həmçinin özünü təqsirli bilmədiyi üçün ifadə verməkdən imtina etmişdir. Bundan başqa Şahid1 təqdim etdiyi videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, söhbət zamanı Şahid1 8 sotun sənədlərinin harada olduğunu soruşarkən Şahid13 həmin torpaq sahəsinin Faiqə veriləcəyini, həmin torpaq sahəsinin ona məxsus olduğunu dəfələrlə təkrar edərək and içir, o isə, Şahid13 həmin fikrini təsdiqləyir. Bu barədə nə deyə bilər sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, Faiqlə həmin ərəfələrdə razılığa gəldiyi üçün həmin sözləri Adil və o, Faiqə deyir və həqiqətən torpaq sahəsini Faiqə qayatrmaq istəyirəm. Lakin sonradan Faiqin onu aldatmaq istədiyindən şübhələndiyi üçün o, Faiqlə razılığa gəlmir. Cinayət işinin istintaq materiallarından, cinayət işinə əlavə edilmiş videogörüntüdən göründüyü kimi o, iş üzrə şübhəli şəxs qismində cəlb edildikdən sonra mübahisəli torpaq sahəsinin Şahid1 ailəsinə məxsus olduğunu bildirərək həmin torpasq sahəsini onlara qaytaracağına vəd edir, həmçinin barəsində qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edildikdən sonra da torpaq sahəsini Şahid1 anasının adına keçirmək üçün notariusa da gedir. Nə üçün sonradan verdiyi vədə əməl etmir və təqsirləndirilən şəxs qismində əlavə ifadəsində həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir, həmçinin torpaq sahəsini Şahid1 ailəsinə qaytarmayacağını bildirir sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, Faiqlə həmin ərəfələrdə razılığa gəldiyi üçün həqiqətən torpaq sahəsini Faiqə qayatrmaq istəyir. Lakin sonradan Faiqin onu aldatmaq istədiyindən şübhələndiyi üçün o, Faiqlə razılığa gəlmir. 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair ƏN-İ 178272 nömrəli etibarnamə hal-hazırda haradadır və istintaqa təqdim edə bilərmi sualına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, hal-hazırda həmin etibarnamənin harada olduğunu o bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-nın 320.2-ci maddəsində nəzərdə tutulan cinayətə görə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin 15.3-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında isə min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işləri və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayətlər CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəl edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini 24.06.2011-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CMnin 320.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsindən isə iki ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, ona istinad edilən Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayətlərə görə, Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1, və 75.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsin razılığı olmadan barəsində olan cinayət təqibinin həmin hissəsinə xitam verilməsi barədə qərar çıxarılmasına əsaslar mövcud olmadığından Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin edilməməklə ittiһam һökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasın nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 25.12.2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 27.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs 25.12.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan ******* və ******* nömrəli alqısatqı müqavilələrində olan və Zərərçəkmiş şəxs2 adından tərtib edilmiş 2011-ci il tarixli razılıq ərizəsi və özündə Şahid1la Təqsirləndirilən şəxs və Şahid13 söhbətini əks etdirən və cinayət işinin istintaqı zamanı Şahid1 təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin istintaq materillarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Təqsirləndirilən şəxs ilə X10 arasında Göygöl rayon Notariat Kontorunda 16.05.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin və 0.08 ha torpaq sahəsinə dair onun adından Təqsirləndirilən şəxs ilə X10 arasında Göygöl rayon Notariat Kontorunda 16.05.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair X9 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, X10 ilə Şahid12 arasında 20.11.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş 30.01.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan 03.04.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Şahid12 tərəfindən Şahid10 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və bundan sonra alınmış Şahid12 adına olan 0.065 ha torpaq sahəsinə dair 29.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, həmçinin Şahid10 adına olan 17.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Aparılmış məһkəmə baxışının nəticəsi olaraq məhkəmə hesab edir ki, cinayət işinə baxılması zamanı mülki iddianın əsaslarını və məbləğini tam müəyyən etməyə və digər maraqlı şəxslərin hüquqlarının tam təmin edilməsi üçün əlavə araşdırma tələb edilədiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiası Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinin tələblərinə müvafiq olaraq baxılmamış saxlanılmalı və ona һəmin iddianı sonradan mülki-müһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilməlidir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiası mülki-müһakimə icraatı qaydasında baxılanadək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.08.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə «MERO»-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparmasına müvvəqəti olaraq qadağa qoyulması barədə qərar qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 203 (iki yüz üç) manat 52 (əlli iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Müddətin keçməsi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 dekabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyrimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab olunan ******* və ******* nömrəli alqı-satqı müqavilələrində olan və Zərərçəkmiş şəxs2 adından tərtib edilmiş 2011-ci il tarixli razılıq ərizəsi və özündə Şahid1la Təqsirləndirilən şəxs və Şahid13 söhbətini əks etdirən və cinayət işinin istintaqı zamanı Şahid1 təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin istintaq materillarında saxlanılsın. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs barədə vermiş olduğu mülki iddiası baxılmamış saxlanılsın və ona һəmin iddianı sonradan mülkimüһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiası mülki-müһakimə icraatı qaydasında baxılanadək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.08.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə «MERO»-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparmasına müvvəqəti olaraq qadağa qoyulması barədə qərar qüvvədə saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 203 (iki yüz üç) manat 52 (əlli iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-21/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-21/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver