Məhkəmə qərarları › İş №1(100)-21/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-21/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-21/2022 11.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X7 və X5 iştirakları ilə, xx xxx 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən şəhəri T.İsmayılov küçəsi 13 saylı yataqxanada pasport qeydiyyatında olan və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı binanın zəirzəmi qatında yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxx 1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 15 ədəd kibrit qutularında ümumilikdə 48,1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə bir kibrit qutusunu Gəncə şəhərində istintaqa məlum olmayan şəxsə 55 manata satacaqları barədə danışıb qabaqcadan razılığa gəldikdən sonra həmin narkotik vasitəni kibrit qutularında polietilen sellofan torbaya yığaraq satmaq məqsədi ilə qanunsuz olaraq üzərində saxlayıb Gəncə şəhərinə daşıyaraq gəzdirən zaman Gəncə şəhər Kəpəz rayon PB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2020-ci il tarixdə saat 03-25 dəqiqədə Gəncə şəhəri Nizami rayonu Bağmanlar qəsəbəsində müəyyən edilərək Gəncə şəhər Kəpəz rayon PB-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin altında gizlətdiyi polietilen sellofan torbaya yığılmış halda həmin 15 (on beş) ədəd kibrit qutularında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdıqları ayrı-ayrılıqda təmiz çəkiləri 3,856 qram, 2,388 qram, 2,693 qram, 3,161 qram, 3,185 qram, 2,923 qram, 2,353 qram, 4,160 qram, 4,173 qram, 3,539 qram, 3,041 qram, 2,183 qram, 3,092 qram, 3,307 qram, 4,046 qram olmaqla ümumi təmiz çəkisi 48,1 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 il bundan əvvəl narkotik vasitə olan marixuanın növündən yabanı halda yığıb özünün istifadəsi üçün qurudub çəkmişdir. Bakı şəhərində işlədiyi müddətdə orada tapıb çəkmiş, hazırda da narkotik vasitə istifadəçisidir, heç kəsə narkotik vasitə satmamışdır. O, bir neçə vaxtdır ki, İnstagram sosial şəbəkəsindən iranlı Maqsudu adlı şəxsi tanımış, həmin şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamışdır. X27 Respublikasında yaşamasını, lakin Maqsud ona Azərbaycan Respublikasında adamları olmasını, narkotik vasitə satmasını bildirmişdir. O, da Maqsudla danışıb narkotik almaq istəməsini bildirmişdir. Maqsud da ona Bakı şəhərində adamı olmasını, oraya gedib həmin şəxsdən götürə biləcəyini demişdir. İnstagram sosal şəbəkəsi vasitəsi ilə Maqsudla danışıb Bakı şəhərinə getmiş, Bakı şəhərində yerləşən “Respublika xəstəxanası” adlanan ərazidə ona sellofana bükülü marixuana olduğu yerə ona demiş, həmin yerdən Maqsudun verdiyi narkotik vasitəni götürmüşdür. Narkotik vasitəni götürdüyü yeri hazırda xatırlmır, bu səbəbdən də narkotik vasitəni götürdüyü həmin yeri göstərə bilmir. Bundan sonra Maqsudun ona göndərdiyi Şahid3 adlı şəxsin hesabına aldığı narkotik vasitənin pulunun köçürülməsini xahiş etmişdir. Özü də Maqsudla razılaşmış, lakin həmin müddətdə sonuncudan aldığı narkotik vasitənin pulunu ödəməmişdir. O, həmin narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə gizli saxlamışdır. 2020-ci ilin yanvar ayının 20-si ərəfəsində qonşusu Etibar “vvatsap” proqramı üzərindən ona zəng edib bir dostu olmasını, həmin dostuna narkotik vermək mümkün olub-olmamasını soruşmuş, ona hazırda Gəncə şəhərində olan və Rusiya Federasiyasında yaşayan dostu kimi təqdim etdiyi “Kənan” adlı narkotik vasitə almaq istədiyini demişdir. Ona əvvəllər əldə eldə etdiyi marixuananın olduğunu dostu Etibara demişdir. Özündə olan marixuananı satıb pul əldə etməklə narkotik vasitə əldə etdiyi Maqsud adlı İran İslam Respublikası vətəndaşının borcunu ödəyəcəyini düşünmüşdür. Ona görə də Etibar ondan 20 qutu istəməsinə baxmayaraq onda cəmi 15 kibrit qutusu olduğundan, daha doğrusu həmin şəxs kibrit qutusunda istədiyi üçün marixuananı kibrit qutusuna doldurandan sonra cəmi 15 qutu olmasını bilmişdir. Buna görə də Etibara onda 15 qutu olmasını, həmin narkotik vasitəni 55 (əlli beş) manata sata biləcəyini demişdir. Ona razılıq verib iranlı Maqsuddan bir kibrit qutusunu 40 manata aldığı narkotik vasitənin pulunu ödəməyi fikirləşmişdir. Etibar isə ona bir kibrit qutusu narkotiki aldığı qiymətdən baha qiymətə yəni 55 manata sata biləcəyi demişdir. Özü, də Etibarın təklifinə razılaşmış, özündə qalan marixuananı kibrit qutularına doldurmuş, cəmi 15 kibrit qutusu olmuşdur. Lakin Etibar ona həmin şəxsin 20 kibrit qutusu istədiyini demişdir. Ona yalnız cəmi 15 kibrit qutusu narkotik olduğunu demişdir. 26 yanvar 2020-ci il tarixdə Etibar ona axşam saatlarında narkotiki alan şəxs gələcəyini, özünün hazırladığı narkatik vasitəni birlikdə, bərabər gedib həmin şəxsə satacaqlarını demişdir. O, da düşünmüşdür ki, narkotik vasitəni satandan sonra iranlının pulunu ödəyər. O, bu məqsədlə yol maşını ilə Gəncə şəhərinə gəlmiş, Etibar isə Gəncə şəhərində olmuş, onunla danışıb həmin şəxsin onları Gəncə şəhəri Bağmanlar qəsəbəsində Qarğılığın yanında gözləyəcəyini demişdir. O, da həmin satacaqları marixuananı kibrit qutuluarında sellofan torbada gödəkçəsinin altında saxlayıb deyilən yerə getmiş, sonra Kənan adlı şəxslə orda görüşüb yaxınlıqda olan yeməkxananın otaqlarının birində əyləşmişlər. Sonra Kənan adlı şəxs onlarla narkotik vasitənin keyfiyyəti barədə soruşmuş və qiymtinin aşağı salmalarını xahiş etmişdir. Təxminən bir neçə dəqiqə vaxt keçmiş bu zaman 5-6 nəfər mülki geyimli şəxslər icəri daxil olaraq onları tutub Kəpəz rayon polis bölməsinə aparmışlar. Sonra polis əməkdaşları onlara 2 kilo narkotik vasitə boynuna almasanı bildrmişlər. Boynuna götürmədiyi üçün onlara qarşı zor tətbiq edərək döymüşlər və həmin vaxt Kənan kimi özünü təqdim edən şəxsin polis əməkdaşı Raul olduğunu bilmiş və Etibara narkotik vasitə tapmasını deyən şəxsin özü olduğunu bildirmişdir. Polis əməkdaşları onları tutduqdan sonra külli miqdarda narkotik vasitə ilə onları tutduracaqlarını ilə hədələyib, üzərlərində olan narkotik vasitənin onlara məxsus olmalarını boyunlarına almalarını demişdir. “Kənan” adlı şəxs kimi təqdim edən Raul adlı polis əməkdaşı özünə məxsus “Mercedes” markalı avtomaşınla gəlmişdir. Polis əməkdaşları gəlib onları kafenin içərisində tutduqdan sonra ona Təqsirləndirilən şəxs1 ayrı-ayrı otaqlara salıb döymüş, ona iki kiloqram marixuananı üzərlərinə götürmələrini və onları 234.1-ci maddə ilə yazılacağını dedikdən, onların təklifi ilə razılaşmışlar. Sonra vəkilin iştirakı ilə üstlərinə baxış keçirilib onda olan 15 kibrit qutusu narkotik vasitə aşkar edilməklə götürülmüşdür. Baxış keçiriləndə sellofan bükümdə olan 15 ədəd kibrit qutusundakı marixuana aşkar edilmiş, həmin narkotik vasitələr aptek tərəzisində çəkilmişdir. Həmin narkotik vasitələrin ümumi çəkiləri kibrit qutuları ilə birlikdə 92 qram olmuşdur. Həmin narkotik vasitə onların iştirakları ilə qablaşdırılmış, möhürlənmişdir. Şahid3 əvvəllər tanımamış, görməmiş, telefonla və ya birbaşa heç bir əlaqələri olmamışdır. 14.01.2020-ci il tarixdə Maqsud adlı şəxsin deməsinə görə ona verdiyi həmin hesab nömrəsinə 260 manat pulu narkotik almaq üçün göndərərkən qəbzin üzərində Şahid3 adını, soyadını və ata adını oxuyub yadında saxlamışdır. O, Dilsuzla narkotik vasitə alması barədə heç bir danışığı olmamış, Maqsudla danışarkən də ona Dilsuzun adını çəkməmiş, Dilsuzun ona hər hansı bir köməkliyinin olacağını deməmişdir. İstifadə etdiyi mobil telefondakı ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Narkotk vasitəni satandan sonra Etibara pul deyil, çəkmək üçün bir-iki büküm nəşə verəcəyini demişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər Bakı şəhərində etdiyi oğurluqlara görə məhkum olunmuşdur. Təxminən bir ilə yaxındır ki, narkotik vasitədən istifadə edir, Bakı şəhərində olduğu müddətdə orada narkotik vasitədən istifadə etmiş, indi isə düşəndə özü çəkir. Tutulmamışdan təxminən bir həftə əvvəl onun istifadə etdiyi, ona məxsus olan ***-***-**-** mobil nömrəsində olan “VVotshap” proqramı vasitəsi ilə Rusiya mobil nömrəsindən ilk əvvəl yazmış, sonra səhv düşdüyünü bildirmişdir. Həmin tanımadığı şəxs sonra ona mesaj göndərib Rusiya Federasiyasında yaşamasını, Gəncə şəhərindən olmasını, adının da Kənan olmasını bildirmişdir. O, da həmin şəxsə Gəncə-basar zonasından olmasını bildirmişdir. Bu qayda onların arasında danışıq ünsiyyəti yaranmış, həmin şəxslə yazışma, danışma zamanı ona həmin şəxs narkotik çəkən olmasını yaxın vaxtlarda Gəncə şəhərinə gələcəyini deyib ondan narkotik vasitə istəmişdir. O, da həmin şəxsə onda narkotik vasitənin olmamasını, maraqlanıb tanış şəxslərdən tapmağa çalışacağını demişdir. Onun mobil telefonunda 3 ədəd video zəng olunmuş nömrə ona narkotik sifariş verən, özünü Kənan kimi təqdim edən şəxsin mobil nömrəsidir. Ona adını ona Kənan kimi bildirən şəxslə danışandan sonra Tural narkotik çəkən olmasına görə ilk ağlına qonşusu və tanışı Təqsirləndirilən şəxs2 gəlmişdir. Telefonunda Təqsirləndirilən şəxs2 adlı həmyerlisini “Mamoş” adı ilə qeydə almışdır. Turalla yazışmasını, digər yazışmaları telefonunda çox funksiya olduğu üçün silmiş, həmin yazışmalar qalmamış, amma Turala “vvotshapp” proqramı üzərindən bu barədə yazmışdır. Turala bu barədə yazıb bir nəfər var, həmin şəxsə narkotk lazım olduğunu demişdir. Tural isə nə qədər lazım olmasını soruşduqda təxminən 20 kibrit qutusu tapmasını demişdir. Tural isə özü narkotik vasitə olan marixuananı Bakı şəhərindən iranlı Maqsuddan 40 manata aldığını demişdir. Özü isə həmin narkotik vasitəni tanışı Kənana 55 manata verə biləcəyini demişdir. Tural da onun təklifi ilə razılaşmış və telefon vasitəsi ilə adını ona Kənan kimi bildirən şəxsə demişdir. Sonuncu isə yaxın vaxtlartda Gəncə şəhərinə gələcəyini, ona narkotik vasitə lazım olacağını demişdir. 26 yanvar 2020ci il tarixdə Kənan ona yenə də “VVotshaap” proqramı vasitə ilə zəng vurub Gəncə şəhərində olmasını,onunla görüşmək istədiyini, ona əvvəllcədən danışıb razılaşdıqdaları 15 kibrit qutusu narkotiki gətirilməsini, pulunu nəğd ödəyəcəyini demişdir. O, da bu barədə Turala bildirmişdir. Həmin vaxt özü Gəncə şəhərində olmuş və Turala zəng edərək Kənan adlı şəxsin narkotik vasitəni istədiyini demişdir. Ona adını Kənan kimi bildirən şəxslə danışmış, həmin şəxs Gəncə şəhəri Nizami rayonu Bağmanlar qəsəbəsində “Qarğılık” yeməkxanası tərəfdə olacağını demişdir.Sonra Tural da Gəncə şəhərinə Bağbanlar adlanan yerə gəlmiş, orada «Qarğılıq» adlanan yeməkxananın yanında Kənan adlı şəxslə görüşmüşlər. Sonra Kənan adlı şəxslə orda görüşüb yaxınlıqda olan yeməkxananın otaqlarının birində əyləşmişlər. Kənan adlı şəxs onlarla narkotik vasitənin keyfiyyəti barədə soruşmuş və qiymtinin aşağı salmalarını xahiş etmişdir. Təxminən bir neçə dəqiqə vaxt keçmiş bu zaman 5-6 nəfər mülki geyimli şəxslər icəri daxil olaraq onları tutub Kəpəz rayon polis bölməsinə aparmışlar. Orada narkotik vasitə satan şəxsin o yox başqası olduğunu bildirmişdir. Sonra polis əməkdaşları 2 kilo narkotik vasitə boynuna almasanı bildrmişlər. Boynuna götürmədiyi üçün onlara qarşı zor tətbiq edərək döymüşlər və həmin vaxt Kənan kimi özünü təqdim edən şəxsin polis əməkdaşı Raul olduğunu bilmiş və ona narkotik vasitə tapmasını deyən şəxsin özü olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs2 narkotk vasitəni satandan sonra ona pul deyil, çəkmək üçün bir-iki büküm nəşə verəcəyini demişdir. Onlara narkotik vasitə satmağa təhrik edən Kənan adlı şəxsin Gəncə şəhər Kəpəz Polis idarəsinin əməliyyatçısı Şahid1 olmuş, sonuncunun özünə məxsus “Mercedes” markalı avtomaşınla onun yanına gəlmiş, 4-5 nəfər mülki geyimdə içəri daxil olarkən Kənan “rəis qandalları vurum? Bunlardı!” demişdir.Onlara qandal vurub nəşə ilə birlikdə ayrı-ayrı mülki maşınlarda bölməyə aparılmışlar. Əli qandallı şəkildə döyülməsinə görə huşu getmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərlərinə videoçəkilişlə baxış keçirilmiş, onun üstündən heç bir narkotik vasitə çıxmamış, vəkil getdikdən sonra təkrar döyülməməsi üçün bu barədə vəkilə döyülməsi barədə hər hansı bir söz deməmişdir. İstifadəsində ***-***-**-** mobil nömrəli telefon olmuşdur.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi bina 31, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində gəzdirməklə saxlamaqla və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaqda, həmçinin narkotik vasitəni Daşkəsən şəhəri İ.Qayıbov ükçəsi 31 saylı binanın zərzəmisində yaşayan Təqsirləndirilən şəxs2 alması, sonuncunun da narkotik vasitə alıb-satması barədə Gəncə şəhər Kəpəz rayon Polis bölməsinə 27.01.2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edilərək ondan, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi əməliyyat müşahidəsinə götürülərək Etibarın və Turalın yeri Gəncə şəhəri Bağman qəsəbəsi Qarğılıq yeməkxanasının qarşı tərəfində saat 03.25 dəqiqədə müəyyən edilərək Gəncə şəhər Kəpəz rayon Polis bölməsinə gətirilmiş, hər iki şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Gəncə şəhəri 1 saylı Vəkillər Bürosunun vəkilləri ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah edilməklə özünün və vəkillərinin iştirakları ilə ilk olaraq Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, sonuncunun əynindəki gödəkçənin altında gizlətdiyi polietilen sellofanın içərisində 15 kibrit qutusunda, ayrı-ayrı kibrit qutuluarında qablaşdırılmaqla ümumi çəkisi 49,1 qram olan qurudulmuş marixuana aşkar edilmişdir. Baxış keçirmə zamanı hər bir kibrit qutusunun çəkiləri ayrı-ayrılıqda aptek tərəzisində çəkilmiş, qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış keçirmə video aparatla video lentə alınmış, baxış zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1, Turala deməsinə görə Gəncə şəhərinə satmaq məqsədi ilə gətirdiklərini, Təqsirləndirilən şəxs1 isə Kənan adlı bir şəxslə danışıb satacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhəri Respublika xəstəxananın yaxınlığında Maqsud kimi adını Turala deyən İran İslam Respublikasının vətəndanşından “İnstagram” proqramı üzərindən danışıb almasını, həmin şəxsə də pulun bir qismini göndərməsini bildirmişdir. Bundan sonra onların iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya digər əşya aşkar edilməmişdir. Baxış zamanı da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək sonuncu da aşkar edilmiş 15 ədəd kibrit qutusundakı narkotik vasitə hesab edilən qurudulmuş marixuananı Gəncə şəhərinə Təqsirləndirilən şəxs2lə birlikdə təxminən bir həftə bundan əvvəl Rusiya nömrəsi ilə Etibarla “VVotshapp” proqramı üzərindən audio zəngi ilə danışmış özünü Kənan kimi bildirən şəxsə satmaq üçün gətirmələri bildirmişdir. Bundan sonra 29 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı binanın zirzəmi hissəsinə Təqsirləndirilən şəxs2 anasının razılığı və iştirakı ilə baxış keçirmiş və həmin mənzildən hər hansı bir narkotik vasitə və ya digər qanunsuz bir əşya aşkar edilməmişdir. Onlar həmin vaxt Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 narkotk vasitə satmaq üçün Gəncə şəhərinə gəldikləri barədə məlumat almışlar. Etibar və Tural nömrə nişanını və dəqiq markasını görmədiyi taksi avtomobili ilə gəlib orada düşmüşdür. Əvvəl Təqsirləndirilən şəxs1 yeməkxana tərəfə gəlmiş, onlar gözləmişdir. Sonra isə Təqsirləndirilən şəxs2, Etibarın dalınca gələndə hər ikisini müəyyən edib orada saxlanmışlar. Tural və Etibar demişdir ki, özünü sonuncuya Kənan kimi bildirən şəxsə hər bir kibrit qutusunu 55 manata danışıb satacaqdılar. Onlar Turalgilə yaxınlaşanda yanlarında kənar şəxslərdən kimsə də olmamışdır. Tural və Etibar adlı şəxslərin narkotik vasitə satmağa təhrik edən Kənan adlı şəxsin Gəncə şəhər Kəpəz Polis idarəsinin əməliyyatçısı Şahid1 olması, sonuncunun özünə məxsus “Mercedes” markalı avtomaşınla onun yanına gəlməsi, 4-5 nəfər mülki geyimdə içəri daxil olarkən Kənan “rəis qandalları vurum? Bunlardı!” deməsi, onlara qandal vurub nəşə ilə birlikdə ayrı-ayrı mülki maşınlarda bölməyə aparılması, əli qandallı şəkildə döyülməsi, ona iki kiloqram marixuananı boynuna alması, onunla 1 həftə danışan şəxsin polis əməkdaşı Raul olması barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsində göstəriklərinin yalan olmasını bildirmişdir. Etibar və Təqsirləndirilən şəxs2lə heç bir telefonla danışığı olmamışdır. Həmkarı Şahid2, Tural və Etibarı hər ikisi yeməkxananın içərisindən deyil, «Qarğılıq» yeməkxanasının qarşı tərəfindən yolun kənarından aşkar etmişdilər. Ona “Kənan” olması barədə deməmiş, Etibarla da əvvəllər heç bir danışığı olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç kəs 2 kiloqram marixuana üzərlərinə götürmələrini deməmiş, saxlanılan zaman Polis bölməsində döyülməmiş, fiziki zor tətbiq etməmişdir. Onun ümumiyyətlə dörd göz “Mercedes” markalı avtomobili olmamış, onun avtomobili VAZ-21074 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Şahid2 avtomobili isə “VVolsvagen Passat” markalı avtomobil olmuşdur. Onun istifadəsində xarici nömrə olmamış, ümumiyyətlə Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlamamış, hazırda təqsirləndirilən şəxslərə CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş ağır ittiham elan edildiyi üçün, məsuliyyətdən yaxa qurtarmaq, eyni zamanda əməliyyat tədbirini onlar həyata keçirdikləri üçün, yalan və böhtan xarakterli ifadə vermişdilər. Onun istifadəsində ümumiyyətlə ***-***-**-** mobil nömrəsi olmamış, həmin nömrənin istifadəçisi, Ağcabədi rayonunun Sarıcalı kənində yaşayan Şahid6 tanımır, nömrə istifadəçisinin kimliyi barədə heç bir məlumatı yoxdur, o, nə həmin nömrə ilə, nə də ki Ukrayna nömrəsi ilə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, sonuncuya özünü Kənan kimi təqdim etməmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalan ifadə vermişlər. ***-***-**-** mobil nömrənin onun istifadəsində heç vaxt olmamış, həmin mobil nömrənin sahibi kimi qeyd edilən Ağcabədi rayonunun Sarıcalə kəndində qeydiyyatda olan Şahid6 adlı şəxsi tanımır, onunla hər hansı bir münasibəti olmamış, öz istifadəsində isə ***-***-**-** mobil nömrəli telefon olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Onun həyat yoldaşı iflic xəstəsi olmaqla, 1-ci qrupp əlildir, yataq xəstəsidir. Etibar da iş olanda işləyir, bəzi vaxtlar da Bakı şəhərinə işləməyə gedib-gəlir. Etibar onun yanında heç bir narkotik çəkməmiş, Etibarın narkotik çəkməsini və ya kiməsə də narkotik vasitə verməsini, satmasını görməmiş, bu barədə heç nə eşitməmişdir. 27 yanvar 2020-ci il tarixdə axşam saatlarında özü ailə üzvüləri birlikdə evdə olmuşdur. Özü yatmış, Etibar isə çayxanaya getmək adı ilə evdən çıxıb getmiş, gecə gəlməmiş, səhərə yaxın ona zəng edib bildirmişdilər ki, oğlu Təqsirləndirilən şəxs1 Gəncə polisləri tutublar, narkotikə görə saxlayıblar. Gəncə şəhərinə gələndə ona məlum olmuşdur ki, Etibarın yanında qonşuları Tural da olmuşdur. Etibarı və Turalı birlikdə saxlayıb, Etibarı sonradan buraxmışdılar. Turalı isə həbs etmişdilər. Etibardan nə baş verməsi barədə soruşanda ona bir nəfər şəxs ona Rusiya nömrəsi ilə “vvotshapp” proqramı vasitəsi ilə zəng vurub özünü Gəncə şəhər sakini kimi təqdim etmiş, çəkmək üçün Etibardan narkotik istəyib, sonuncu da bu barədə Turala demişdir. Tural əvvəl razılıq vermək istəməyib, Etibar telefonda tanış olublar, yaxşı oğlandır, narahatçılığı yoxdur sözlərini dedikdən sonra Tural da Etibarın bu sözündən sonra razılaşıb özünə çəkmək üçün aldığı narkotik vasitəni kibrit qutuluarına yığıb Etibarı da götürüb Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərinin girəcəyində narkotiki alan şəxsin əvəzinə polislər bunları qarşılayıbdır. Etibar və Turalı Polis bölməsinə aparılmış, narkotik Turalın üstündə olmuşdur. Etibarın üstündə isə narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı binanın zirzəmisində həddindən artıq kasıb vəziyyətdə yaşayırlar. O, özü yaxın yerlərdə ev təmizləmək və digər işlər lazım olanda gedib təmizləyərək çörək pulu qazanır. Tural da lazım olanda işləyir, işləmək üçün Bakı şəhərinə getmişdir. Tural onun yanında heç bir narkotik çəkməmiş, Turalın narkotik çəkməsini və ya kiməsə də narkotik vasitə verməsini, satmasını görməmiş, eşitməmişdir. 27 yanvar 2020-ci il tarixdə axşam saatlarında özü anası evində olmuş, Tural isə evdə olmuşdur. Anasının yaşadığı evdən qayıdıb gələndə Tural evdə olmadığını görmüşdür. Lakin Tural gecə gəlməmiş, gecə səhərə yaxın ona zəng edib bldirmişdilər ki, Turalı Gəncə polisləri tutublar, narkotikə görə saxlayıblar. Gəncə şəhərinə gələndə ona Turalın yanında qonşuları Etibar da olmuşdur, Sonuncu da Turalla birlikdə saxlayıb, sonra Etibarı buraxılmış, oğlu Turalı isə həbs etmişdilər. Etibardan nə baş verməsi barədə soruşanda ona bir nəfər şəxs Etibara Rusiya nömrəsi ilə “votshapp” proqramı vasitrəsi ilə zəng vurub özünü Gəncə şəhər sakini kimi təqdim edib, çəkmək üçün narkotik istəmişdir. Etibar da oğlu Turala demiş, sonuncu əvvəl razılıq vermək istəməmiş, telefonda tanış olublar, yaxşı oğlandır, narahatçılığı yoxdur sözlərini deməsindən sonra Tural da Etibarın bu sözündən sonra razılaşıb özünə çəkmək üçün aldığı narkotik vasitəni kibrit qutuluarına yığıb Etibarı da götürüb Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərinin girəcəyində narkotiki alan şəxsin əvəzinə polislər bunları qarşılayıb, Polis bölməsinə aparmış, narkotik Turalın üstündə olmuş, Etibarın üstündə isə heç nə olmamışdır. Bundan sonra onun razılığı ilə yaşadıqları mənzilə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. O, Turalda narkotik vasitə olmasını görməmiş, harada, necə saxlayıb bilməmiş, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005ci ildən Abşeron rayonu və Bakı şəhərində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olub ailəsinə çörək pulu qazanır. Ona məxsus olan müxtəlif markalı avtomobillərlə Bakı şəhərində və ətraf rayonlarda taksilik edir. İran İslam Respublikasının vətəndaşı Maqsud Nəsiri adlı şəxsi 2014-cü ildən tanımışdır. Biləsuvar rayonundan Maqsud Nəsiri adlı şəxsi və adını unutduğu həyat yoldaşını Bakı şəhərinə gətirmişdir. Maqsudun özündən eşitməsinə görə həyat yoldaşı və baldızı Azərbaycan Tibb Universitetində təhsil alırlar. O, taksi kimi Maqsud və sonuncunun həyat yoldaşını Bakı şəhərinə gətirəndən sonra Maqsudla birbirilərinin mobil nömrələrini götürmüşdür. Maqsuda ***-***-**-** mobil nömrə əlaqə üçün vermiş, hazırda mobil nömrə işləmir. Maqsud da ona özünün ***-***-**-** mobil nömrəsini və İran mobil nömrəsi olan 0098-***-***-**-** mobil nömrələrini vermişdir. Maqsud İran mobil nömrəsini verib sonuncunun “vvotshapp” nömrəsi İran nömrəsindədir, lazım olanda oradan əlaqə saxlaya bilsin. O, Maqsudla ilk dəfə tanış olanda gəlib-gedəndə onu taksi kimi çağıracağını demişdir. Maqsudun həyat yoldaşını, digər qohumlarını Biləsuvar rayonuna aparmış, sonra lazım olanda gedib oradan gətirmişdir. Bu qayda onun Maqsudla münasibətləri normallaşmışdır. X27 Respublikasının Farsabad şəhərində Energetita idarəsində işləyir, maddi imkanları normal olmuşdur. Maqsud və adını unutduğu qayınatası Bakı şəhərində oxuyan tələbələrə pul vermişdir, viza və digər məsələləri baxmasını demişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Maqsud ona “vvotshap” nömrəsi ilə, yəni, İran nösmrəsi ilə zəng vurub ondan viza açmaq üçün sonucuya bir ədəd Viza Elektron kart çıxarmasını demiş, onun Azərbaycan Respublikası vətəndaşı olmasına görə öz adına açılmasını demişdir. O, da Maqsudun sözünü yerə salmamış, kartı alandan sonra özü elektron viza ilə yönləndirəcək, bütün köçürmələri Maqsud özü həyata keçirəcəkdir. Maqsudu bir dövlət iş adamı, iş quran şəxs kimi tanıdığı üçün xahişini yerə salmamışdır. “Kapital banka” gedib Maqsudun dediyi kimi tam nömrəsi yadında qalmayan, 1123 olan kart nömrəsi verilmişdir. O, da həmin kartın bütün nömrə və rekvizitlərini Maqsudun həyat yoldaşına vermişdir. Maqsud ona özü elektron sistemdə idarə edəcək, bütün köçürmələri özü həyata keçirəcəkdir. O, da Maqsuda inanıb daha heç nə deməmişdir. Bir neçə aydan sonra Maqsud ona kart bloka düşüb ayrı bir kart almasını xahiş etmişdir. O, da "xxxx"ın Abşeron filialına gedib təxminən sonu 8700 olan ayrı bir hesab kartı almışdır. Həmi kartı da eyni qaydada votshaapla Maqsuda göndərmişdir. Maqsud özü sonuncu dəfə 2019-cu ilin avqust ayında gəlib-getmişdir. Həmin ərəfədə Maqsudun həyat yoldaşı və baldızı artıq Universiteti qurtarıb getmişdilər. O, heç vaxt kartın kodunu bilsə də kartın içərisində pul olub-olmadığını yoxlamaış, baxmamışdır. 2019-cu ilin dekabr ayında Maqsud ona zəng vurub sonuncunun bir dostu, həmyerlisi Avşinə həmin kartı versin. Avşin isə tələbələrə həmin kartdan pul çəkib nəqd pul verəcəkdir. O, da Avşinlə görüşmüş, sonuncu alçaqboy, dolubədənli, 21-22 yaşlı bir oğlan olmuşdur. O, Avşinlə görüşmüş, kartı Maqsudun dediyi kimi Avşinə vermişdir. Kart Avşində təxminən bir-iki ay qalmışdır. O, Maqsudla danışanda Maqsuda demişdir ki, Avşindən bir xəbər çıxmadı. Maqsud kart Avşindədir, onlara iri məbləğdə pul lazım olacaq, ona deyəndə gedib bankdan çəkib götürər. 2020-ci ilin fevral ayının dəqiq darixini bilmədiyi bir günündə Maqsud ona Avşin gələcək, onunla əlaqə saxlayacaqdır. Maqsud dediyi kimi Avşin nömrəsi ondan qalmayan İran nömrəsi ilə zəng vurmuşdur. Avşinlə Xırdalan şəhərində Kapital banka getmiş, ona kartda 24000 manat pul olmasını, həmin kartdakı pulu çıxarmaq lazımdır. O, da Avşin ona votsapla zəng vurmuşdur. Xarıdalan şəhərindəki Kapital banka getmiş, oradan 24000 manat pulu çıxarıb Avşinə vermişdir. Avşin də çıxıb getmişdir. Onun adına olan kartdan istifadə edərək onu heç karta verdiyi pulu belə vermədikləri üçün əsəbiləşərək kartı blok edib qırıb tullamışdır. Ondan sonra 1-2 dəfə ona Maqsud zəng vurmuş, ona kartı niyə blok etməsini soruşmuşdur. O, da Maqsuda demişdir ki, onunla bir daha əlaqə saxlamasın, həm də daha Azərbaycana gəlib-getmədikləri üçün, onun avtomobilindən taksi kimi istifadə etmədikləri üçün Maqsudla əlaqəni kəsmişdir. 15 may 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evə gəlrkən evinin qarşısından onu Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona Gəncə şəhər Baş Polis İdarəsinə getmək lazımdır demişdilər. Ona etiraz etməmiş, polisə gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində şübhəli şəxs kimi tutularkən onu hüquq və vəzifələri izah edilmiş, ona X3 adlı vəkillə təmin edilmiş, vəkilin iştirakı ilə şəxsi axtarışa məruz qalmış, üzərindən hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Özü narkotik vasitədən istifadə etmir. Daşkəsən rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır. Daşkəsən rayonundan heç bir tanışı yoxdur, həmin şəxslərlə də heç bir münasibətələri olmamışdır. Maqsudun narkotik alverçisi olmasını da bilməmiş, sonuncunu İran İslam Respublikasında dövlət işçisi kimi tanımışdır.Maqsud onu kartını özünə elektron yönləndirmə etmiş, özü pulu köçürmüş, haq-hesabı özü aparmışdır. Onun telefonuna sadəcə olaraq Viza sistemi ilə bağlı mesajlar gəlmiş, həmin yazılar indi də onda durur, mobil telefonundadır, onu da təqdim edə bilər. Amma digər hesablar, yəni, köçürmələr onu telefonuna gəlməyib, onun telefonunda özünə aid Bir kartı da olmuşdur. Maqsuda yönləndirilən kartdan pul giriş-çıxışı olanda ona mesaj gəlməmiş, həmin əməliyyatlardan heç bir xəbəri olmamışdır. O, Avşinlə sonuncu dəfə görüşüb kartdan pulu çıxarmağa gedəndə kartda 24000 manat pul olmasını görüb təəcüblənmiş, sonra ehtiyat etmiş və kartı qırıb tullamış, kartı da blok etdirmişdir. Onun bundan xəbəri olmamış, narkotik alış-verişi ilə bağlı heç kəslə danışmamışdır. O barədə heç nə bilmir. Avşini o, Maqsuda görə tanımışdır, Avşin, Maqsudla qonşu olmalıdır, Farsabad şəhərindəndir, Avşin indi də Tibb Universitetində oxuyar, hansı fakultədə, neçənci kursda oxumasını bilmir. İran nömrəsi ilə “vvotsap”da zəng vurmuş, əlaqə nömrəsi yadında qalmamışdır, Maqsudun mobil nömrələrini silmişdir, Maqsudun nömrəsini skaner etdiyi üçün saxlamışdır, amma Avşinin nömrəsi onda qalmamışdır. Həmin ərəfədə onun istifadəsində ***-***-**-** və ***- ***-**-** mobil nömrələri olmuşdur, həmin nömrələr onun adınadır. Məhkəmə baxışında tədqiq olunan iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, mobil telefonlar, mobil nömrələr və mobil telefonlara aid aksessuarların alqı-satqısı ilə məşğuldur, fiziki şəxs kimi vergi ödəyicisidir. Onun adına bir neçə mobil nömrə olmuşdur, bəzi mobil nömrələri o, işlətmiş, bəzi mobil nömrələri isə o, işlətməmiş, həmin mobil nömrələr tam olaraq yadında deyildir. O, Gəncə şəhərinə tez-tez gedib-gəlir, 2019-cu ilin dekabr ayının sonlarından, 2020-ci ilin fevral ayının ortalarına kimi, təxminən 2 ay Gəncə şəhərində 4-cü mikrorayon tərəfdə kirayədə yaşamış, Gəncə şəhərində kirayədə qaldığı müddətdə Gəncə şəhərindən mobil telefonlar, aksessuarlar alıb gətirib Ağdam rayonunun Quzanlı qəsəbəsində, Ağcabədi rayonunda satmış, sonradan Gəncə şəhərindən aldığı telefonların və aksessuarların qiyməti sərf etmədiyi üçün 2020-ci ilin fevral ayından Bakı şəhərinə gedib oradan telefon və telefona aid aksessuarları alıb Ağdam rayonunun Quzanlı qəsəbəsinə gətirərək orada açdığımız mağazada satır. O, adına olan mobil telefon nömrələrini tam xatırlamır, adına çox mobil nömrə rəsmiləşdirilmişdir, adına rəsmiləşdirilmiş mobil telefon nömrələrin bəzilərini o, işlətmiş, bəzilərini isə tanış şəxslər onun adına alıb işlətmişdir. Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs1 tanımır, o şəxslə telefonda danışmamışdır. O, adına rəsmiləşdirimilş ***-***-**-** mobil nömrəni xatırlayır, o mobil nömrəni Gəncə şəhərində işləyən zaman öz adıma rəsmiləşdirib işlətmiş, o mobil nömrəni ucuz, adi bir markasıını xatırlamadığı telefona salıb işlətmişdir. O, əsas olaraq sensorlu telefon işlətdiyi üçün o telefonu və həmin nömrəni çox işlətməmiş, sonra elə olmuşdur ki, 2020-ci ilin yanvar ayının sonları, ya fevral ayının əvvəllərində həmin telefonu içərisində həmin nömrə qarışıq naməlum şəraitdə itirmiş, daha telefonun elə bir dəyəri olmadığı üçün bu barədə heç bir yerə müraciət etməmişdir. O, Daşkəsən ryaon sakini Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımır, o şəxslə də heç bir danışığı olmamışdır. Ola bilər ki, yadında qalmayan kimsə də ondan xahiş edər ki, zəng vurmaq üçün telefonu versin, o da verər. O, yeməkxanaya, çayçıya getmiş, ola bilsin ki, yaşadığı kirayə ev də orada yerləşdiyi üçün yeməkxanada olarkən kimsə də yadında qalmayan bir şəxs ondan xahiş edər ki, telefonu danışmaq üçün versin, o da verər, bəzi vaxtlar senzor telefonunu vermiş, bəzi vaxtlar isə sadə telefonlarından danışmaq üçün xahiş edən şəxslərə vermiş, dəqiq o anı xatırlamır. O, ümumiyyətlə çox vaxt tanış nömrə zəngləri olanda qəbul etmir, o zəngələrə də cavab vermir. Ona görə də ona 26.01.2020-ci il tarixdə gecə saatlarında zəng atmış nömrə tanış olmadığı üçün, ona zəng atmış nömrəni və şəxsi tanımadığı üçün bu səbəbdən də zəng atmaya reaksiya verməmiş, o şəxsi yığmamışdır. Onun Kənan adlı elə bir tanışı yoxdur, onun mobil telefonundan danışmaq üçün xahiş edib alan şəxslərin də çoxusunun adlarını bilmədiyi üçün Kənan adlı şəxsin onun telefonunundan xahiş edib istifadə edib-etməməsini dəqiq deyə bilməz. Onun Ukrayna Respublikasına mənsub mobil nömrəsi olmamışdır, elə bir mobil nömrədən də istifadə etməmişdir. O, həmçinin Şahid1 adlı əməliyyat müvəkkili tanımır, həmin bölmədən də ayrı bir polis əməkdaşı tanımır. Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımır, o şəxslə danışmamış, eyni zamanda polis işçisi Raulu tanımır, o, narkotik barədə heç kəslə də söhbət etməmiş, onun mobil teflefonundan da dəqiq kimlərin, hansı şəxslərin xahiş edib danışmaq üçün almasını tam xatırlamır, o şəxslərin də çoxusunu tanımır, yanında elə bir söhbətlər də olmamışdır. Ona görə də o haqda heç nə deyə bilməz. Ola bilsin ki, Təqsirləndirilən şəxs1 hansısa da mobil nömrəni səhv salmışdır. Onun nə narkotik alanla, nə satanla, nə də ki hansısa bir polis əməkdaşı ilə əlaqəsi olmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 27.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etməsini, alqı satqısı ilə məşğul olmasını və narokotik vasitəni üstündə saxlamasını müyyənləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 27.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul etməsini, alqı satqısı ilə məşğul olmasını və narokotik vasitəni üstündə saxlamasını müyyənləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 üstünə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 5(030)-02/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, bina 31 ünvanında yerləşən evə baxış keçirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Yisif Məhərrəmovun 29 yanvar 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 18.05.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş marixuananı haradan əldə etməsi, İranlı Maqsud adlı şəxsin, o cümlədən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 narkotik vasitəni satacaqları Kənan adlı şəxsin, +**********34 mobil nömrə istifadəçisinin müəyyən edilib istintaqa təqdim edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər şəxslərə narkotik vasitə satıb-satmamasını, ayrı kimlərdənsə də narkotik vasitə alıb-almamalarını müəyyən etmək və digər xüsusatların yoxlanılması üçün əməliyyat tapşırıqları verilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 müəyyən edilib istintaqa təqdim edilsə də Maqsud və Kənan adlı şəxsin və +**********34 mobil nömrə istifadəçisinin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsinin 31.05.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş mrixuananı haradan əldə etməsi, iranlı Maqsud adlı şəxsin, o cümlədən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 narkotik vasitəni satacaqları Kənan adlı şəxsin, +**********34 mobil nömrə istifadəçisinin müəyyən edilib istintaqa təqdim edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər şəxslərə narkotik vasitə satıbsatmamasını, ayrı kimlərdənsə də narkotik vasitə alıb-almamalarını müəyyən etmək və digər xüsusatların yoxlanılması üçün Gəncə şəhər Kəpəz rayon PB-nə iki dəfə əməliyyata tapşırığı verilsə də hər hansı bir cavab alına bilməmişdir, bu səpkidə müvafiq tədbirlər keçirilib başa çatdırıla bilməmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 müəyyən edilib istintaqa təqdim edilsə də “Kənan” adlı şəxsin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. Cinayət işinin başlanmsının rədd edilməsi haqqında 19.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu Kənan adlı şəxsin polis əməkdaşı-Gəncə şəhər Kəpəz rayon PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olması, digər polis əməkdaşları tərəfindən narkotik vasitəni satmalarına təhrik olunmaları, onlara qarşı digər qanunsuzluqlar edilməsi barədə olan xüsusatlar Gəncə şəhər prokurorluğunda araşdırılmış, həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara və toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs qismində təkrar dindirilərkən 27.01.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsini qeyd etsə də, prokurorluqda aparılan araşdırma zamanı izahat verərək polislər tərəfindən döyülmədiyini, fiziki təzyiqə məruz qalmadığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27.01.2020-ci il tarixdə saxlanılan zaman Gəncə şəhər BPİ-nin MSY-nə gətirilən zaman, həbsə alındıqdan sonra Gəncə istintaq təcridxanasına gətirilən və saxlanılan zamanı tibbi müayinələri zamanı hər hansı bir xəsarətləri müəyyən edilməmiş, həmçinin barələrində verilmiş məhkəmə-tibb ekspertizaların rəyləri ilə hər hansı bir xəsarətlərinin olmasının müəyyən edilməməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmaq üçün özlərini müdafiə xarakterli ifadələr vermələrinə və istintaqın istiqamətini və gedişatını başqa səmtə yönəltmələrinə dəlalət edir. “Baxış keçirilməsi haqqında” 27.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, əgər varsa da təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qara rəngli gödəkçənin sol iç tərəfində saxladığı bir ədəd polietilen sellofan torbanı təqdim edən zaman həmin polietilen sellofan torbaya baxış keçirilərkən 15 ədəd kibrit qutusunda marixuanaya oxşar kütlənin olması məlum olmuş, həmin kibrit qutuları aptek tərəzisində çəkilməmişdən əvvəl kibrit qutusunun üzəri nömrələnir. Birinci kibrit qutusunun çəkisi 5,90 qram, 2-ci kibrit qutusu 5,37 qram, 3-cü kibrit qutusu 7,15 qram, 4-cü kibrit qutusu 6,87 qram, 5-ci kibrit qutusu 5,32 qram, 6-cı kibrit qutusu 6,20 qram, 7-ci kibrit qutusu 5,18 qram, 8-ci kibrit qutusu 6.24 qram, 9-cu kibrit qutusu 7,18 qram, 10-cu kibrit qutusu 6, 16 qram, 11-ci kibrit qutusu 5,60 qram, 12-ci kibrit qutusu 6,56 qram, 13-cü kibrit qutusu 6,0 qram, 14-cü kibrit qutusu 7,0 qram və 15-ci kibrit qutusu isə 6,0 qram olması, ümumilikdə kibrit qutuluarı ilə birlikdə 92,73 qram çəkidə olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik vasitəni Bakı şəhərindən iranlı Maqsud adlı şəxsdən almış, Maqsudun gizlətdiyi yerdən götürmüş, dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə satmaq üçün Gəncə şəhərinə gətirmişdir. Bundan sonra həmin kibrit qutuları zərfə qoyulub qablaşdırılmaqla “Azərbaycan Respublikası DİN-nin 181 saylı” möhürlənib götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 27.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üzərindən dövriyyəsi qadağan edilmiş hər hansı bir narkotik vasitə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir qutu «Maqna» siqareti və ev açarı şəxsin özünə qaytarılmış, dostu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun üzərində aşkar edilmiş 15 ədəd kibrit qutusunu Gəncə şəhərinə bərabər olaraq satmaq üçün gətirmələrini bildirmiş, həmin narkotik vasitəni votshapp sosial şəbəkəsində tanıdığı Kənan adlı şəxsə satmaq istəmişlər. “Üzləşdirmə haqqında” 20.08.2020-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Şahid2 üzünə, eləcə də sonuncu Təqsirləndirilən şəxs1 üzünə qarşı verdiyi ifadəsində göstərdiklərini demişdir. “Üzləşdirmə haqqında” 21.12.2020-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Raul Quliyevin üzünə, eləcə də sonuncu Təqsirləndirilən şəxs1 üzünə qarşı verdiyi ifadəsində göstərdiklərini demişdir. Üzləşdirmə haqqında” 22.12.2020-ci il tarixli protokoldan görünür ki,ifadələri arasında olan ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid2 üzünə, eləcə də sonuncu Təqsirləndirilən şəxs2 üzünə qarşı verdiyi ifadəsində göstərdiklərini demişdir. Üzləşdirmə haqqında” 22.12.2020-ci il tarixli protokoldan görünür ki,ifadələri arasında olan ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid1 üzünə, eləcə də sonuncu Təqsirləndirilən şəxs2 üzünə qarşı verdiyi ifadəsində göstərdiklərini demişdir. “İfadənin yerində yoxlanması haqqında” 22.08.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki,Təqsirləndirilən şəxs2 ifadəsində yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və sonuncunun ifadəsi yerində yoxlanılan zaman narkotik vasitəni satmaq üçün Gəncə şəhərinə gəlməsini, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində narkotik vasitə aşkar edilməsini, lakin Kənan kimi özünü təqdim edən şəxsin polis əməkdaşı Şahid1 olmasını, sonuncu onları təhrik etdiyi üçün narkotik vasitə satmaq istədiklərini bildirmişdir. “İfadənin yerində yoxlanması haqqında” 22.08.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki,Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs2 olan narkotik vasitənin satmaq məqsədi ilə Gəncə şəhərinə gəlmələrini, özünü Kənan kimi təqdim edən şəxsin gəlib onlarla tanış olmalarını, sonradan onunla narkotik alınması ilə bağlı söhbət edən şəxsin Şahid1 adlı polis əməkdaşı olmasını, sonuncunun təhriki ilə narkotik vasitə satmaq istəməsini göstərmişdir. “Diskə baxış keçirilməsi haqqında” 28.01.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən 15 kibrit qutusu narkotik vasitə marixuanaya oxşar kütlənin aşkar olunmasını deyir, həmin narkotik vasitə olan kütlə Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımadığı şəxsə satılacağını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Gəncə şəhərində saxlanılaraq Kəpəz rayon Polis bölməsinə gətirilmiş, baxış zamanı şübhəli şəxsin vəkili X9, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirak etmələri bildirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiəçisi X9 iştirakı ilə ilk əvvəl tutulmanın səbəbini bildirir, sonra şübhəli şəxsin hüquq və vəzifələrini izah edərək ona Yazılı bildirişi ona təqdim etməklə, bildirişə imza etdirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, əgər varsa da təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 gödəkçənin sağ cibində bir qutu siqaret, əynində olan şalvarın sağ kiçik cibindən açar çıxarıb masanın üzərinə qyour, sonra polis əməkdaşları tərəfindən üzərində axtarış edilir, hər hansı bir əşya aşkar edilmir. X19 şübhəli şəxs Təqsirləndirilən şəxs1 sual verərək Təqsirləndirilən şəxs2 izahatı alınarkən üzərində aşkar edilmiş marixuananı şübhəli şəxs Təqsirləndirilən şəxs1 vasitəsi ilə satacağı barədə izahat verməsini bildirməklə həmin narkotik vasitəni kimə satacaqları barədə X19 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 sual verir. Təqsirləndirilən şəxs1 də Rusiya nömrəsindən ona votshapp zəngi olub əvvəlcə səhv düşməsini bildirməsini qeyd edir. X19 şübhəli şəxs Təqsirləndirilən şəxs1 süal verərək Təqsirləndirilən şəxs2 əvvəllər tanıyıb-tanımamasını soruşur, sonuncunun üzərində narkotik vasitə olmasından xəbəri olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs1 Turalı tanıdığını, əvvəlcədən Təqsirləndirilən şəxs2 narkotik vasitə olub-olmadığını bilmədiyini, əvvəllər Təqsirləndirilən şəxs2lə belə bir iş görmədiyini qeyd edir, ilk dəfə olaraq Təqsirləndirilən şəxs2 zəng vurub bir nəfər şəxs marixuana istəməsini dediyini, Rusiya nömrəsindən ona zəng olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin şəxsin narkotik almaq istədiyini demiş, Təqsirləndirilən şəxs2 narkotiki kimdən, haradan almasını bilməmiş, Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərinə gələndə bilmişdir ki, Təqsirləndirilən şəxs2 15 ədəd kibrit qutusu narkotik olmasını bilmiş, Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhərinə narkotik vasitəni tanımadığı şəxsə satmaq üçün gələrkən polis əməkdaşları onlara yaxınlaşıb polisə gətirmişlər. X19 bir daha şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir narkotik vasitə və digər əşyanın aşkar edilmədiyini elan edir və çəkiliş sona yetir. “Diskə baxış keçirilməsi haqqında” 28.01.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı X19 şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəçisi X6 və iki nəfər polis əməkdaşlarının iştirakları ilə ilk əvvəl tutulmanın səbəbini bildirir, sonra şübhəli şəxsin hüquq və vəzifələrini izah edərək ona yazılı bildiriş ona təqdim edir və bildirişə imza etdirir. Bundan sonra şübhəli şəxs Tüural Alıyevə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, əgər varsa da təqdim etməsini təklif edir, bundan sonra Təqsirləndirilən şəxs2 qara rəngli gödəkçənin sol iç tərəfində saxladığı bir ədəd polietilen sellofan torbanı masanın üzərinə qoyur, əynində olan idman şalvarının sol cibindən 10 manat pul əskinazı çıxarıb masanın üzərinə qoyur, başqa bir əşya olmadığını bildirir. Bundan sonra polis əməkdaşları şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış edirlər, heç nə aşkar edilmir. Sellofan torbaya baxış keçirilərkən sellofandan kibrit qutularında əşya aşkar edilir, şübhəli şəxsdən kibrit qutuluarında əşyanın nə olması soruşulur, o, kibrit qutusunda marixuana olmasını bildirdir. Sonra ondan həmin marixuananı haradan əldə edilməsi soruşulur, o, bildirir ki, həmin marixuananı iranlı bir şəxsdən aldığını, onundla danışığı olmasını, Bakı şəhərində Respublika xəstəxanasının yanından götürüb gəlməsini, həmin narkotik vasitəni satıb pul edib pulu da iranlıya göndərəcəyini bildirir. Bundan sonra kibrit qutuları sayılır, 15 ədəd kibrit qutusunda marixuanaya oxşar kütlənin olması məlum olur. Sonra həmin kibrit qutuları aptek tərəzisində çəkilir, çəkilməmişdən əvvəl kibrit qutusunun üzəri nömrələnir. 1-ci kibrit qutusunun çəkisi 5,90 qram, 2-ci kibrit qutusu 5,37 qram, 3-cü kibrit qutusu 7,15 qram, 4cü kibrit qutusu 6,87 qram, 5-ci kibrit qutusu 5,32 qram, 6-cı kibrit qutusu 6,20 qram, 7-ci kibrit qutusu 5,18 qram, 8-ci kibrit qutusu 6.24 qram, 9-cu kibrit qutusu 7,18 qram, 10-cu kibrit qutusu 6, 16 qram, 11-ci kibrit qutusu 5,60 qram, 12-ci kibrit qutusu 6,56 qram, 13-cü kibrit qutusu 6,0 qram, 14-cü kibrit qutusu 7,0 qram və 15-ci kibrit qutusu isə 6,0 qram olması məlum olur, həmin çəkilər kibrit qutuları ilə birlikdə çəkilir. Bundan sonra həmin kibrit qutuları şübhəli şəxsin, müdafifəçinin iştirakı və gözləri qarşısında qablaşdırılır, sonra möhürlənir, iştirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Nadim Heydərov imza edirlər, “DİN-nin 181 saylı” möhürü ilə möhürlənib götürülür və çəkiliş sona yetir “Diskə baxış keçirilməsi haqqında” 20.05.2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 01.01.2020-ci il tarixdən 28.01.2020-ci il tarixədək olan müddət ərzində danışıqlarına dair məlumatların ələ keçirilməsi barədə Bakcell MMC-dən 01 ədəd diskdə həmin məlumatlar götürülmüş, diskə baxış keçirilərkən məlum olmuşdur ki, diskdə 04 ədəd qovluğun olması, 1-ci qovluqda ********** sms in sözlərinin yazılması, 2-ci qovluqda ********** sms out sözlərinin yazılması, 3-cü qovluqda Zəngər_Məxsusluq_tarixçələri ********* sözlərinin və rəqəmlərinin yazılması, 4-cü qovluqda isə ZəngələrinDetallaşması_055441118 rəqəm və sözlərinin yazılması məlum olmuşdur. 1-ci qovluğa daxil oduqda 38 ədəd 11.01.2020-ci il tarixdən 26.01.2020ci il tarixədək olan müddətdə mesajların yazılması məlum olmuşdur. Baxış keçirmə zamanı məlum olmuşdur ki, 11.01.2020-ci il tarixdə iki dəfə ***-***-**-** mobil nömrəsindən «salam qaqa, qonşu teli aç» kimi iki dəfə eyni sözlərin yazılması, ***-***-**-** mobil nömrəsindən sonuncu dəfə 26.01.2020-ci il tarixdə «Mamos menem vekilov ramil hardasan teli ac» sözlərinin yazılması, qalan 34 sayda mesajların isə ***-***-**-** mobil nömrəsindən mesajların gəlməsi, həmin mesajların mətninə görə maraq kəsb edə biləcək sözlərin olmadığı məlum olmuşdur. 4-cü qovluğa baxış keçirmə zamanı 165 səhifə zənglərin detallaşması məlumatların olması məlum olmuşdur. Bakcell MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumatlar müəyyən edilməmişdir. “Telefona baxış keçirilməsi haqqında” 29.02.2020-ci il tarixli protokoldan görünür ki,saxlanılmamışdan əvvəl narkotik vasitə hesab edilən marixuananı almaq üçün 14. yanvar 2020-ci il tarixdə “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə «Şahid3 Mohtasham oğlu» adlı şəxsin hesab nömrəsi kimi görsənən "xxxx" ASC-yə mənsub ******************** hesab nömrəli karta 260 manat pul ödənilmişdir. Ona görə də sonuncunun hesab nömrəsi kimi ehtimal edilən "xxxx" ASC-yə mənsub ******************** hesab nömrəli kartın hansı vaxtdan qeydiyyata alınması, kmimin adına qeydiyyat olunması, həmin şəxsin adı, soyadı, ata adı, ünvanı və əlaqə telefonları barədə məlumatların əldə edilməsi zərurəti yarandığından Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərar əsasında məlumatlar götürülmüş, həmin məlumatlara əsasn qeyd edilən hesab nömrənin Naxçıvan MR-nın Babək rayonunun Babək qəsəbəsində yaşayan Şahid3 məxsus olması, eləcə də Təqsirləndirilən şəxs2 əvvəllər də eyni qaydada İran İslam Respublikası vətəndaşı Maqsud adlı şəxsdən narkotik almaqla dəyərini isə 14.01.2020-ci il tarixdə 18-23 dəqiqədə Milliön vasitəsi ilə qeyd edilən hesab nömrəsinə 260 manat pul köçürülməsi müəyyən edilmişdir “Telefona baxış keçirilməsi haqqında” 20.08.2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilmiş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs1, özünə məxsus olan Samsung Qalax S-5 markalı telefonu kodla açaraq telefonun zəng yaddaşında «????» 4 ədəd sual işarəsi ilə qeyd edilən ***-***-**-** mobil nömrəsini göstərib bildirmişdir ki, həmin mobil nömrə ona Kənan adı ilə zəng vuran şəxsin nömrəsidir. Həmin mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefona baxış keçirilən zaman məlum olmuşdur ki, 17.01.2020-ci il tarixdə saat 18-37 dəqiqədə, 01 dəqiqə, 06 saniyə müddətində ***-***-**-** mobil nömrəsindən zəng daxil olub qeyd edilən müddətdə aralarında danışıq olmuşdur, həmin zəngin ***-***-**-** mobil nömrəsinə zəng olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, 26.01.2020ci il tarixdə saat 22-46 dəqiqədən, 22-56 dəqiqəyədək olan müddətdə 5 dəfə zəng atması məlum olmuş, həmin zəng olmalar ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə olmuşdur. Telefona baxış keçirmə zamanı başqa bir məlumat əldə edilməmişdir. Azerfon MMC-nin 17.11.2020-ci il tarixli məktubundan görünür ki, Azerfon MMC-dən məktubla daxil olmuş məlumata baxış keçirilmiş, həmin məlumatların 1-ci vərəqində qeyd edilən müddət ərzində Azerfon MMC-yə mənsub ***-***-**-** mobil nömrəsinin istifadəçisinin Abcabədi rayonunun Sarıcalə kəndində qeydiyyatda olan Şahid6 adına rəsmiləşdirilməsi, ***-***-**-** mobil nömrənin isə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilməsi məlum olmuşdur. Azerfon MMC-dən göndərilmiş 2-ci vərəqədə isə ***-***-**-** mobil nömrəsinə aid Müştəri zənglərinin detallaşması göstərilmiş, həmin detallaşmaya əsasən 16.01.2020-ci il tarixdə saat 18-38 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng olunaraq 67 saniyə müddətində danışıların olması, həmin gün saat 18-45 dəqiqədə isə ***-***-**-** mobil nömrəsinə 17 saniyə müddətində danışların olması və 19.01.2020-ci il tarixdə saat 11-14 dəqiqədə ***-***-**-** mobil nömrəsinə 28 saniyə müddətinə danışıqların olması, başqa bir mobil nömrə ilə danışların olmaması məlum olmuşdur. Məhkəmə-bioloji ekspertizasının 27.01.2020-ci il tarixli 75 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 götürülmüş maddi sübut” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 15 (on beş) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,856 qram, 2,388 qram, 2,693 qram, 3,161 qram, 3,185 qram, 2,923 qram, 2,353 qram, 4,160 qram, 4,173 qram, 3,539 qram, 3,041 qram, 2,183 qram, 3,092 qram, 3,307 qram, 4046 qram ümumi təmiz çəkisi 48,1 qram olan bitki məişəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadır. Məhkəmə tibbi ekspertizasının 19.08.2020-ci il tarixli 1212 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində xəsarət müəyyən edilmədi Məhkəmə tibbi ekspertizasının 19.08.2020-ci il tarixli 1211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət müəyyən edilmədi. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.04.2020-ci il tarixli 256 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.04.2020-ci il tarixli 257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Kapital Bank ASC-nin 27.04.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs214.01.2020-ci il tarixdə Milliön elektron ödəmə sistemi vasitəsi ilə «Şahid3 Mohtasham oğlu» adlı şəxsin hesab nömrəsi kimi görsənən Kapital Bank ASCyə mənsub ******************** hesab nömrəli karta 260 manat pul ödəmişdir. Daşkəsən şəhər Kommunal Müəssələri Kombinatı tərəfindən verilmiş 31.01.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Alıyev X14 şəhəri T.İsmayılov küçəsi 13 saylı yataqxanada qeydiyyatdadır və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 31 saylı binanın zəirzəmi qatında anası Şahid4 qızı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daşkəsən şəhər Kommunal Müəssələri Kombinatı tərəfindən verilmiş 21.05.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Məmmədli X10 şəhəri İ.Qayıboy küçəsi 31, mənzil 9-da atası X16, X4 və bacısı X12 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin 13.02.2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmurlar. Gəncə şəhəri Narkoloji Dispanserinin 04.03.2021-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmurlar. Daşkəsən Rayon Polis Şöbəsinin 03.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Daşkəsən Rayon Polis Şöbəsində təqsirləndirici material qeydiyyata alınmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 27.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 yanvar 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 27.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə 28.01.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında 08.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında 25.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 03.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 may 2020-ci il tarixdən hesablanmışdır. № 018837 saylı vəsiqənin surətindən görünür ki, X16 birinci qrup əlildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 05.11.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsinə əsasən 01 il azaldılmışdır. 11.09.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefonu salamat vəziyyətdə anası Şahid4 qızına təhvil verilmişdir. 24.10.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonu salamat vəziyyətdə anası X2 təhvil verilmişdir. “Telefon danışıqlarına dair məlumatların götürülməsi” haqqında Gəncə Ağır Cinayətlər məhkəməsinin 23.07.2021-ci il tarixli 1(100)-126/2021 saylı qərarına "xxxx" Telekom MMC-nin 25.08.2021-ci il tarixli və Azerfon MMC-nin 06.10.2021-ci il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında telefon danışıqlarının olması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 22.12.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı video lentə alınmış video görüntü olan 02 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. X13 üzərindən aşkar edilərək götürülmüş 15 kibrit qutunda olan 47,8 qalıq çəkidə qurudulmuş marixuana sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin Təchizat qrupuna saxlanca təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özlərini təqsirli bilmədiklərini bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özlərinin müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmələrə izah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 atsının birinci qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs1, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar olduğundan Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Bundan başqa müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 04.03.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 05.11.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsinə əsasən 01 il azaldılmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 05.11.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsinə əsasən 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən, birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını və narkotik vastənin çəksini və növünü nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddənin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 27.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 28.01.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.02.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.“Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında 08.02.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir.Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir.“Axtarışda olan şəxsin tutulması haqqında” 03.05.2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir.Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 may 2020-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs1 27.01.2020-ci il tarixdən 28.01.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı 03 may 2020-ci il tarixdən tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 15 kibrit qutusunda olan 47,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də şəxsi axtarış zamanı istintaq hərəkəti aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 27 yanvar 2020-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Daşkəsən Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 05.11.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsinə əsasən 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən, birləşdirilsin və qəti olaraq ona 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun 27.01.2020-ci il tarixdən 28.01.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 03 may 2020-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 15 kibrit qutusunda olan 47,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də şəxsi axtarış zamanı istintaq hərəkəti aparılarkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar