Məhkəmə qərarları › İş №1(100)-21/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-21/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-21/2024 30.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Rauf Xəlilov küçəsi, 1-ci döngə, ev 19-da qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın birinci mərtəbəsinin sol hissəsi tərəfindəki “Aks tel” adlanan mağazanın açıq olan giriş qapısından içəri keçərək Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi mobil telefonların üzlük şüşələrinin dəyişdirilməsi və bərpa edilməsi bölməsinə qanunsuz olaraq daxil olub saxlanc yeri hesab edilən piştaxtanın arxa hissəsindən Zərərçəkmiş şəxs2 məxsus hər biri 3000 manat dəyərində olmaqla iki ədəd 2018-ci ildə Çin Xalq Respublikası istehsalı olan “918 KHC” markalı mobil telefon üzlüklərinin bərpası funksiyasını yerinə yetirən aparatları, ümumilikdə isə zərərçəkmiş şəxsin 6000 manat dəyərində xeyli miqdarda əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində markası, dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan avtomobil ilə tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Optima” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri ərazisində izləyərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən əvvəllər şadıq sarayı olaraq fəaliyyət göstərmiş tikilinin yanında birgə dayandıqdan sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə avtomobildən düşüb Zərərçəkmiş şəxs1 ilə aralarında uzun müddətdir davam edən şəxsi münasibətlərin pozulması nəticəsində ədavət və düşmənçilik zəminində qisas hissi ilə əvvəlcədən özü ilə götürdüyü və istintaqa məlum olmayan cib bıçağı ilə həmin yerdə sonuncunun döş qəfəsi nahiyəsinə bir dəfə, ardınca qəsdən sağlamlığa ağır zərərvurma prosesində Zərərçəkmiş şəxs1na oğlunun sifət nahiyəsinə bir neçə dəfə qəsdən zərbə vurub Zərərçəkmiş şəxs1na sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ gicgah və sağ yanaq nahiyələrinin yaraları, həmçinin həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən döş qəfəsinin bir ədəd daxilə nüfuz edərək perikardın və diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yarası xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in yalnız 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, R.Xəlilov küçəsi, İ döngə, ev 19-da həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır, 2016-ci ildən 2021-ci ilədək Gəncə şəhər Mərkəzi Univermaqda telefon alqı-satqısı yerində gözətçi işləmiş, orada küçə ticarəti ilə məşğul olan şəxslərin qarşısını almış, həmçinin icarəyə telefon alqı-satqısı yeri götürüb işlətmişdir. Təqribən 2021-ci ilin mart ayında işdən çıxmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 2019-cu ildən tanıyır. Belə ki, ilk dəfə Zahiri Gəncə şəhərində Univermağın qarşısında sonuncu ağlayan zaman görmüş və Zahirdən bunun səbəbini soruşanda Zahir onu Univermaqda işləməyə qoymadıqlarını, həmçinin arvadının xəstə olduğunu, himayəsində 3 nəfər körpə uşağının olduğunu bildirmişdir. Onun Zahirə yazığı gəldiyinə görə Mərkəzi Univermağın direktoru Rasim müəllimdən xahiş etmişdir ki, Zahir orada işləsin. Rasim müəllim də razılıq vermiş və Zahir orada, yəni «Aks tel» adlanan mağazada icarəyə yer götürüb işləməyə başlamışdır. Zahir orada mobil telefonların üzlük şüşələrini dəyişib bərpa edirmiş. O özü isə həmin yerin icarə hüququnu Ramin adlı şəxsdən 800 manata almışdır. Zahirin işlətdiyi yer də elə həmin yer olmuşdur. O işdən çıxmamışdan əvvəl Zahir ondan həmin yerin icarə hüququnu ona satmasını xahiş etmiş, o isə cavabında Zahirə: “sən narahat adamsan, mən şahidsiz sənə nə isə satmaram” deyə bildirmişdir. Odur ki, axşam ümumi tanışları, yəni orada telefon alqı-satıqısı edən Eka ləqəbli şəxs, özünün tanışları: Kamran, Nəriman və Elnur bir yerə yığışmış və o, sözügedən yerə aid olan icarə hüququnu Zahirə 3000 manat müqabilində satmağa razı olduğunu bildirmişdir. Zahir bu barədə qardaşı Məzahirin bilməməsini xahiş etmiş, ancaq ona Məzahirdən 500 manat götürməsini, qalan 2500 manat pulu da həmin il aprel ayının 5-nə qədər özünün verəcəyini bildirmişdir. Zahirin qardaşı Məzahir ona 500 manat pul vermişdir. Sonradan univermaqda işləyən Samir adlı işçi Zahirə bildirmişdir ki, univermaqda icarə haqqlarını univermaqın sahibi toplayır, univermaqda icarə hüquqlarının alqı-satqısı anlayışı mövcud deyil. Bu səbəbdən Zahirə ona çatası 2500 manat pulun verilməməsi tapşırılmışdır. Bu məsələyə görə Zahir ona çatası 2500 manatı ona verməmiş, ondan polisə şikayət edəcəyini bildirmişdir. O, Zahirə “sən şahidlərin yanında mənə söz verdin” deyə bildirmiş, sonradan ayrı-ayrı şəxslərin vasitəsilə pulun qalan hissəsini verməsi üçün Zahirə ismarıc yollamışdır. Zahir isə hər səfərində ona verəcək pulunun olmadığını bildirirmişdir. Əlacsız qalıb Zahirə: əgər pulunu verməsə, mobil telefon üzlüyünü təmir edən aparatı aparacağını bildirmişdir. Zahir də söz vermişdir ki, 25 may 2021-ci il tarixədək pulu verməsə, aparatı götürüb aparar. O, Zahir deyən vaxtı gözləmiş, Zahir dediyi vaxtda pulu vermədiyinə görə 27 may 2021-ci il tarixdə, saat 08 radələrində Zahirin iş yerinə gəlmişdir. Orada kimlərsə olmuş, ancaq həmin şəxsləri xatırlamır. Zahir özü isə orada olmamışdır. Belə ki, Zahir və orada işləyən digər şəxslər səhər saat 9-10 radələrində işə gəlirlər. O, univermağın əsas giriş qapısından içəri keçmiş və orada tanışı Şahid2 görüb mağazada olan aparatları götürmək üçün ona köməklik etməsini xahiş etmişdir. Asim həmin aparatların ona məxsus olmasını başa düşmüş və tərəddüd etmədən onunla birlikdə piştaxtanın arxasında olan bir cüt Zahirə məxsus aparatları götürməyə köməklik etmişdir. Bundan sonra o, taksi avtomobili ilə həmin aparatları evinə aparmışdır. Evdə olanda Univermaqdan zəng edib polislərin oraya gəldiyini bildirdikləri üçün Nizami rayon Polis İdarəsinin əməliyyatçıları ilə telefonda danışanda əşyaları apardığını bildirmiş,həmçinin Zahirin ona verəcəyi pulun əvəzinə özünün deməsinə görə apardığını demişdir Sonra polislər onunla görüşmüş və o, götürdüyü bir cüt aparatları da özü ilə polisə gətirib təhvil vermişdir. Təqsirləndirilən şəxs ona qarşı CM-in 126.2-ci maddəsi ilə elan edilən ittiham üzrə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 Rusiya Federasisında yaşadığı dövrdən tanıyır. Belə ki, o, 2015-ci ildə Rusiya bazarında işləmiş, həmin vaxtdan Farizlə orada tanışlığı yaranmış, Farizlə aralarında səmimi münasibətləri yaranmış, bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Farizlə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Mərkəzi Univermağın birinci mərtəbəsində olan telefon alqı-satqısı yerlərinin ümumi icarədarı Samir adlı şəxsdir. Orada işlədiyi müddət ərzində Samirlə aralarında pul məsələsinə görə mübahisələr yaranmışdır. Bununla bağlı 2021-ci ilin əvvəllərində, gecə saatlarında Fariz və yanında olan bir neçə nəfər tanımadığı şəxs onun yaşadığı evin qarşısına gəlib uca səslə onu çağırmış, bununla bağlı ailə üzvləri narahatlıq keçirmişlər. O, çölə çıxıb Farizlə görüşdükdə Fariz ona guya onun Samirin ünvanına nalayiq söyüş söydüyünü bildirmiş, o isə belə bir şey olmadığını demişdir. Bir az söz-söhbətdən sonra Fariz mövzunu dəyişib ondan 20 manat benzin pulu istəmiş, o isə evə qayıdıb həyat yoldaşından 20 manat pul alıb Farizə vermişdir. Samir və Zərərçəkmiş şəxs1 həm qohum, həm də dost olmuşlar. 2021-ci ilin Ramazan Bayramından təxminən bir ay əvvəl o, Mərkəzi Univermaqda işlətdiyi telefon alqı-satqısı yerini Samirlə olan söz-söhbətlərə görə Zahir adlı şəxsə 3000 manata satmışdır. Zahir onun 500 manatını vermiş, qalan 2500 manatı isə sonradan verəcəyini bildirmişdir. Lakin Samir buna mane olmuş və Zahirə həmin pulu verməməsini tapşırmışdır. Bununla Samir oradan onu uzaqlaşdırıb işini əlindən almışdır. Üç-dörd gün sonra Farizə zəng edib Samirlə arasını düzəltməsini, onları barışdırmasını istəmiş, Fariz də bunu edəcəyini, onun yenə işinə qayıdacağını bildirmişdir. Təxminən iki gün sonra gecə saatlarında Fariz Samir adlı həmin şəxsin qara rəngli, Hundai markalı avtomobili ilə onun qapısına gəlmiş və ona Samirlə barışıq üçün gəldiyini bildirmiş, bu adla onu avtomobilə dəvət edib İmamzadə Kompleksinin yaxınlığına aparmışdır. Həmin vaxt avtomobildə bir nəfər tanımadığı şəxs də olmuşdur. X14 çatdıqda girişdən sağa dönüb orada torpaq yola keçərək qaranlıq bir yerə getmişlər. Həmin yerdə Sovet istehsalı əlavə iki avtomobil də var imiş. Həmin avtomobildə tanımadığı şəxslər olmuş, lakin avtomobildən düşməmişlər. Orada Fariz ona sillə zərbəsi vurmuş, həmin vaxt Samir də orada olmaqla Farizin onu sillə ilə vurmasını mobil telefon vasitəsi ilə videoqeydiyyata almışdır. Fariz onu vuranda o, Farizə heç bir qarşılıq verməmişdir. Bundan sonra Fariz onu həmin avtomobil ilə evlərinə qaytarmışdır. Həmin söhbətdən sonra o, təxminən bir il evdən çıxmamış, Mərkəzi Univermaq tərəfə getməmiş, evdə özünə qapanıb yaşamağa davam etmişdir. Olan söhbətlərə görə dərin depressiyaya düşmüşdür. Həyat yoldaşı isə bunu kənardan müşahidə etmişdir. Xatırlamadığı tarixdə Samir və X10 yanında ona sillə vurulmasının videosunu Gəncə şəhərində cinayətkar aləmin bir neçə tanınmış şəxslərinə göstərmişlər. Bu söhbətləri o özü bir neçə nəfərdən eşitmişdir. Bütün olanlara görə Samirə və Farizə dərin nifrət və qisas hissi bəsləmişdir. Düşünmüşdür ki, onlardan birini şərait yaransa bıçaqla vurub heyif çıxsın. Hətta həyat yoldaşı ona belə vəziyyətdən çıxmaq üçün Farizi vurmalı olduğunu bildirmişdir. O isə övladlarına görə bunu etmək istəməmişdir. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində qaynı Sahil tanışı Səbuhiyə 400 manat pul vermişdir ki, onun Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində barəsində olan cinayət işi ilə bağlı sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürülməsi işinə köməklik göstərəcək şəxs tapsın. Səbuhi isə həmin pulu almış lakin geri qaytarmamışdır. O həmin pulu Səbuhidən istədikdə Səbuhi pulun ona verilməli olmadığını, pulun ona düşmədiyini bildirmiş və pulu Farizlə birlikdə xərclədiklərini demişdir. Baxmayaraq ki, həmin pulu qaynı Sahil vermiş, əslində həmin pul onun öz pulu olmuşdur. Əvvəlki söhbətlərdən sonra Farizin bu sonuncu hərəkəti, yəni pulun ona düşmədiyini bildirməsi, onun pulunu xərcləməsi onun səbr kasasını daşırmışdır. Buna görə o, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində evdə həyat yoldaşı ilə halallaşıb tanımadığı şəxsin taksi avtomobili ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Telekommunikasiya şöbəsinin yanına getmişdir. Belə ki, həmin yerə getməkdə məqsədi Farizi bıçaqla vurmaq, Farizdən qisas almaq olmuşdur. Farizin həmin yerdə gecə saatlarında olduğunu bilmişdir. Belə ki, Fariz hər gün orada olan bir aptekdən dərman alırmış. O həmin yerə çatdıqda Farizin oradakı aptekdə olmasını görmüş, lakin aptekin içərisində vurmaq istəmədiyi üçün gözləmişdir ki, oradan çıxsın. Bir qədər sonra Fariz aptekdən çıxmış və yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki qaranlıq yerə keçmişdir. O, Farizin ardınca getdikdə Farizin avtomobilində üç nəfər tanımadığı şəxs də olmasını müşahidə etmiş, lakin həmin şəxslər avtomobildən düşməmişlər. O, Farizi çağırıb üstünə yerimiş və “bir ildir mənim balalarım sənə görə ac qalıblar” deyə bildirib Farizin sinəsindən tutmuşdur. Həmin vaxt onlar tutaşmağa başlamışlar. O, Farizin tək olmadığını, avtomobildə üç nəfər də şəxsin olduğunu görüb, həmçinin əvvəlki hərəkətlərinə görə Farizə qarşı olan nifrətinə, qisas hissinə görə cibindən əl ilə açılan cib bıçağı çıxarmış, bıçaqla Farizin sinə nahiyəsinə zərbə vurmuşdur. Fariz həmin zərbədən sonra avtomobilə tərəf qaçmış və ayağı büdrəyib sifəti avtomobilin qapısına dəymişdir. O, Farizə ikinci bıçaq zərbəsi vurmamış, orada olan taksi avtomobili ilə hadisə yerindən uzaqlaşıb getmişdir. Gedərkən Farizin avtomobilində olan şəxslərin Farizə kömək edəcəyini bildiyinə görə hadisə yerində Farizə kömək etməmişdir.O, ifadəsində həmçinin bildirmişdir ki, Fariz İbrahimova bıçaq xəsarətləri yetirməkdə məqsədi ancaq və ancaq qisas almaq olmuşdur. Farizə olan dərin nifrət hissləri bu hadisəyə səbəb olmuşdur. Hadisə vaxtı Fariz İbrahimova yetirdiklərindən əlavə bıçaq xəsarətləri yetirmək və Farizi öldürmək imkanı olmuş, lakin bunların heç birini etməmişdir. İkinci bıçağı da onu həmin vaxt ağır söyüşlə təhqir etdiyi üçün qisas hisslərinə görə vurmuşdur. Farizlə mübahisə edərkən nə o Farizə, nə də Fariz ona təpik və ya yumruq zərbəsi vurmuş, sadəcə süpürləşən kimi olmuşlar. Bundan başqa, həyat yoldaşı onun dərin depressiyaya düşməsinə görə xilas yolu kimi ona Farizi vurmasını demiş, lakin bu, çoxdan olmuş, o, həyat yoldaşının həmin sözünə məhəl verməmiş, Farizi vurmasına sonradan etdiyi səhvlər yol açmışdır. Hadisə təxminən 1 dəqiqə ərzində başa çatmışdır. Cinayətdə istifadə etdiyi bıçaq məişətdə meyvə soymaq üçün istifadə edilən və öz evinin bıçağı imiş. O, hadisədən sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən H.Əliyev adına parka getmiş və orada olan süni gölün yanında bir qədər özünə gəlməyə çalışmış, bıçağı da orada xatırlamadığı bir yerə atmışdır. Bundan başqa, hadisə yerinə getdiyi taksi avtomobilinin sürücüsünü, həmin avtomobilin markasını və qeydiyyat nişanını xatırlamır, sürücünü isə tanımır. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Həmin şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona köməklik göstərilməsini məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mobil telefonların təmiri işi ilə məşğul olur. Əvvəllər Gəncə şəhərində yerləşən “Mərkəzi Univermaq” adlanan ticarət mərkəzində icarəyə yer götürüb işlətmiş, bununla dolanışığını təmin etmişdir. Univermaqda icarəyə yer götürüb işlədən zaman Univermaqda mühafizəçi işləyən Bəhram adlı şəxsi tanımış, Bəhram ona icarəyə yer tapmaqda köməklik etmişdir. Bəhramla yaxşı münasibətləri olmuşdur. Hadisə baş verən zaman Bəhramla aralarında anlaşılmazlıq yaranmışdır. Bu anlaşılmazlıq səbəbindən onun Təqsirləndirilən şəxs 2500 manat pul borcu yaranmışdır. olmuşdur. Hadisə günü işlədiyi mağazasına gələrkən ona aid olan özünün işlənmiş halda birini 3200 manata aldığı Çin istehsalı olan telefon şüşələrinin bərpası üçün aldığı bir cüt aparatın oğurlandığını aşkar etmişdir. Həmin vaxt bir-iki nəfərdən soruşsa da heç kəs aparatları Bəhramın apardığını deməmişdir. Sonra o, Bəhramın özünə zəng etsə də, Bəhramın telefonu bağlı olmuşdur. Bundan sonra DİN-in 102 xidmətinə zəng vurmuş, daha sonra obyektin müşahidə kameralarına baxanda Bəhramın aparatları apardığını görünmüşdür. Bu səbəbdən şikayətini geri götürmüş, Bəhramdan şikayətçi olmamışdır. Mərkəzi Univermağın idarəçiliyi Samir adlı şəxsdə olmmuş, lakin o işlətdiyi yerə dair icarə hüququnu Bəhramdan 3000 manata almaq barədə sonuncu ilə qeyri-rəsmi razılaşmışdır. Həmin pulun da 500 manatını Bəhrama vermişdir. Bir qədər sonra icarə haqqları univermaq rəhbərliyi tərəfindən qaldırılmış, bu səbəbdən o yeri təhvil vermək qərarına gəlmişdir. O bu barədə Bəhrama bildirmiş, lakin Bəhram onunla razılaşmamışdır. Buna görə də o mağazada olmadığı vaxt Bəhram onun işlədiyi yerə gələrək gizli şəkildə dəyəri 6400 manat olan telefon şüşələrinin bərpası üçün aldığı bir cüt aparatı götürüb aparmışdır. Ondan oğlurlanan telefon şüşələrinin bərpası üçün aldığı bir cüt aparatı işlənmiş vəziyyətdə birini 3200 manata almış, həmin apartların yenisinin birinin dəyəri 7200 manat olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2005-ci ildən mobil telefonların təmiri işi ilə məşğul olur, 2014-cü ildən də mobil telefonların çat şüşələrini bərpa edir. Əvvəllə ruzun müddət Bakı şəhərində 28 May metrosunun yaxınlığında işləmiş,təxminən iki ilə yaxındır ki, Gəncə şəhər Mərkəzi Univermaqda icarəyə yer götürüb işlədir. Univermağın Atatürk prospekti tərəfindəki sağ yan hissəsində «Aks Tel» yazılan mobil telefon mağazasında qapıdan daxil olduqda qapıya yaxın sol tərəfdəki yeri icarəyə götürüb işlədirəm. Həmin yeri Mərkəzi Univermağın direktoru Samir adlı şəxslə danışıb icarəyə götürmüş, aylıq 284 manat icarə haqqı verir. Həmin yeri işlətməyə görə rəsmi müqaviləsi yoxdur, hər ay müəyyən edilmiş müddətdə Samir adlı şəxs icarə haqqını yığır. Univermaqda icarəyə yer götürüb işləyəndən, yəni, iki ilə yaxın müddətdir ki, çöl tərəfdə Mərkəzi Univermağın mühafizəçisi işləyən Bəhramı tanımış, Bəhramla heç bir qohumluğu, ədavəti yoxdur. Təxminən iki ay əvvəl, dəqiq tarixini xatırlamadığı vaxtda Bəhram ona yaxnlaşıb onun icarəyə götürüb işlətdiyi yeri elə onun özünə satmaq istədiyini bildirmiş, lakin o, Bəhrama həmin yerin univermağa məxsus olmasını, Samir adlı şəxsə də icarə haqqı verdiyini bildirmişdir. Bəhram isə onu aldadib and-aman etmişdir ki, həmin yer, yəni, onun icarəyə götürüb işlətdiyi yer Bəhramın öz yeridir, əgər Bəhrama 3000 manat pul versə, Bəhram MərkəziUnivermaqda həmin yerlərin sahibi Rasim müəllimlə danışıb yerin icarə haqqını 150 manat edəcəkdir. O da Bəhramla razılaşıb qardaşı Məzahirdən 500 manat pul götürməsini tapşırmış, qalan 2500 manat pulu da Rasim müəllimin yanına gedib danışandan sonra verəcəyini bildirmişdir. Bəhram ona problem olmadığını, 500 manat pulu götürəndən sonra özü Rasim müəllimlə danışacağına söz vermişdir. O, qardaşı Məzahirə Bəhrama 500 manat pul verməsini tapşırmış, Məzahir də onun yanında çayçıda Bəhrama 500 manat pul vermişdir. Daha sonra o, Rasim müəllimlə görüşüb danışanda Rasim müəllim Bəhramın işdən çıxdığını, Bəhramın səlahiyyətinin olmadığını, Bəhramın sadəcə mühafizəçi işlədiyini, hazırda da işdən çıxarıldığını, obyektin sahibinin özü olmasını, özünün də heç bir yeri heç kimə satmadığını, ancaq icarəyə verdiyini, Bəhramın onu aldatdığını bildirmişdir. O da Bəhramın ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub onu aldatma səbəbini soruşmuş, lakin Bəhram hələ də 2500 manat pulu ondan tələb etmişdir. Bəhram onu öldürməklə, həmin pulu alacağı ilə hədələmişdir. O, Bəhrama yerin sahibinin Rasim müəllim olduğunu bildirib 500 manatını qaytarmasını tələb etmiş, lakin Bəhram bundan imtina edib əksinə, hər dəfə ona zəng edib qalan 2500 manat pulunu istəmişdir. Bundan sonra o, Bəhrama bir də ona zəng vursa onu polisə şikayət edəcəyi ilə xəbərdarlıq etmişdir. 27 may 2021-ci il tarixdə, səhər saat 09-30 radələrində işlədiyi yerə gələndə onun yerində olan 7200 manat dəyərində Çin istehsalı olan telefon şüşələrinin bərpası üçün aldığı bir cüt aparatın oğurlandığını aşkar etmişdir. Həmin vaxt bir-iki nəfərdən soruşsa da heç kəs aparatları Bəhramın apardığını deməmişdir. Sonra DİN-in 102 xidmətinə zəng vurmuş, hadisə yerinə polislər gələnə kimi obyektin müşahidə kameralarına baxanda həmin gün saat 08 radələrində Bəhramın yanında da tanımadığı bir şəxslə içəri daxil olub ona məxsus olan yenisinin qiyməti 7200 manat, özünün isə 6000 manata aldığı aparatları oğurlayıb apardığını müəyyən etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus “Kia Optima” markalı, ağ rəngli, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Bəhramla aralarında dost münasibətləri olmuş, bir-birilərinin evlərinə gediş-gəlişləri var imiş. Bəhramla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Bəhram əvvəllər Gəncə şəhərində Mərkəzi Univermaqda həm icarəyə yer götürüb işlədir, həm də oranın gözətçiliyini edirmiş. Sonradan Bəhram və Samirin arasında müəyyən narazılıq yaranmışdır. Özünün Samirlə münasibəti yaxşı olduğundan həmişə çalışıb ki, Bəhram və Samiri barışdırsın. Təxminən bir il yarım əvvəl gecə vaxtı Samirin avtomobili ilə Bəhramı evindən götürüb İmamzadə Kompleksinin yaxınlığına aparmışdır ki, Bəhramı Samir ilə barışdırsın. Lakin orada Bəhram kobudluq etdiyinə görə əsəbləşib sillə ilə bir dəfə Bəhramı vurmuş, bundan sonra isə Bəhramdan üzrxahlıq edib evinə aparmışdır. Bundan sonra isə Bəhramla münasibəti tamam kəsilmişdir. Təxminən 2022-ci ilin fevral ayının əvvəlində tanışı Tural və Səbuhi ilə görüşərkən Səbuhi ona Bəhramın 400 manat pulunun qalan 220 manatını bölməyi təklif etmiş, həmin pulun Bəhrama çatmalı olmadığını, bunun Bəhrama layiq olmadığını bildirmiş, o isə bunu qəti şəkildə rədd edərək pulu Bəhramın özünə qaytarmalarını onlara bildirmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında idarə etdiyi avtomobili ilə şəhərdə olarkən yanında tanışı Kənan da var imiş. O, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində olarkən tünd rəngli, markasını və qeydiyyat nişanını görə bilmədiyi avtomobilin onu izlədiyini hiss etmiş, bir qədər keçmiş həmin avtomobil M.C.Paşayev küçəsində keçmiş şənlik evinin kənarına dönmüş, onu izləyən avtomobildə kimin olmasını bilmək üçün o da avtomobilini həmin yerə sürmüşdür. Həmin yer qaranlıq imiş. Avtomobilindən düşüb onu izləyən avtomobilə tərəf getdikdə həmin avtomobilin arxa qapısından Bəhram düşüb qəflətən onun sinə nahiyəsinə bıçaqla möhkəm zərbə vurmuşdur. O, sağ əli ilə Bəhramın bıçaq olan əlindən tutmuş, lakin Bəhram bıçaqla onun sifət nahiyəsinə də zərbələr vurub avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bəhramın olduğu avtomobildə iki-üç nəfər tanımadığı şəxslər də olmuş, lakin həmin şəxslər avtomobildən düşməyərək hadisəyə müdaxilə etməmişlər. Bundan sonra o, tanışı Kənanın köməkliyi ilə yaralı vəziyyətdə xəstəxanaya getmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, Bəhramın həmin 400 manat məsələsinə görə, yəni onun həmin pulu xərclədiyini zənn etdiyinə görə bıçaqla onu vurduğunu düşünür. Bundan başqa, hadisə yeri yoldan kənarda olduğuna görə orada başqa heç kim olmamışdır. Hadisə vaxtı Bəhramla əlbəyaxa olmamış, tutaşmamışlar. Bəhramın gözünü həmin vaxt qan örtsə də onu öldürmək niyyətinin olub-olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Gülnarə Ələkbərovanın əri, yəni onun yeznəsidir. Dəqiq xatırlamadığı tarixdə Bəhramın BPİ-də işi olduğuna görə onun ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün həmin məhdudiyyətin götürülməsi ilə bağlı tanıdığı Tural və Səbuhi adlı şəxslərə 400 manat pul vermiş, Bəhram də bunu bilirmiş. O, Tural və Səbuhidən pulu geri ala bilmədikdə Bəhram Səbuhidən 400 manat pulu özünün alacağını bildirmişdir. O da buna etiraz etməmişdir. Bir müddət sonra Bəhram həmin pulu almışdır. Daha sonra, Bəhram bıçaqla Fariz adlı şəxsi vurduğuna görə həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, o özünə məxsus olan etibarnamə əsasında VAZ-21074 minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara bir taksilik edib ailəsinə çörək pulu qazanır. 27 may 2021-ci il tarixdə həmin avtomobillə Gəncə şəhər Mərkəzi Univermağın sol yan tərəfində dayanıb müştəri gözləyirmiş. Həmin vaxt univermağın telefon bölməsinin çöl tərəfində nəzarətçi işlədiyini bildiyi, heç bir qohumluğu olmayan, sadəcə olaraq adını Bəhram kimi eşitdiyi şəxs və həmin şəxsin yanında tanımadığı orta boylu, cavan bir oğlan ona yaxınlaşıb müəyyən bir yerə aparat aparmaq lazım olduğunu bildirmiş, həmçinin avtomobili univermağın telefon bölməsinə yaxın tərəfə verib saxlamasını xahiş etmişlər. O da avtomobili həmin yerə verib saxlamışdır. Bəhram və yanında olan həmin cavan oğlan Univarmağın telefon bölməsinə girib hərəsi əlində bir aparat gətirib avtomobilin arxa oturacağının üstünə qoymuşlar.Bəhram ön sərnişin oturacağında, digər şəxs isə arxa sərnişin oturacağında əyləşib avtomobili Gəncə şəhəri, Kiraz qəsəbəsinə, Fikrət Əmirov küçəsinə sürdürmüşlər. O da avtomobili Fikrət Əmirov küçəsinə sürmüş, “yaşıl çayçı”nın qarşısındakı binanın həyətində dayanmışdır. Orada həmin şəxslər aparatları götürüb düşmüş və Bəhram ona 3 manat pul verdikdən sonra oradan avtomobili idarə edib uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, Bəhram və tanımadığı şəxsin içəridən aparatları haradan gətirməsini və nə məqsədlə gətirməsini bilməmişdir. Həmçini avtomobildə olan zaman Bəhram və yanındakı tanımadığı şəxs orada heç nə danışmamış, aparatlar barədə heç nə deməmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2000-ci ildən Gəncə şəhəri, Nizami prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın direktorudur. Təqsirləndirilən şəxs 2019-cu ilin sonlarından tanıyır. Bəhram həmin vaxtdan univermağın sağ yan hissəsində yerləşən, onun tərəfindən icarəyə verilmiş telefon təmiri, alqı-satqısı mağazalarının çöl tərəfində nəzarətçi işləmişdir. Bəhramın vəzifəsi orada qanunsuz küçə ticarətinin qarşısını almaq imiş. Bəhram orada təxminən 5-6 ay çalışmış, sonradan COVİD-19 pandemiyası ilə bağlı işlər dayanmışdır. Bəhram oradan hər ay 350 manat əməkhaqqı alırmış. Bəhram orada sınaq müddəti ilə çalışdığına görə onunla əmək müqaviləsi bağlamamışdır. 2021-ci ilin mart ayında Bəhram orada yer məsələləri ilə bağlı özünə aid olmayan işlərə qarışdığına görə oradan işdən çıxarılmışdır. Bununla yanaşı, o, Mərkəzi Univermağın telefon alqı-satqısı və təmiri bölməsində icarəyə yer işlədən Zərərçəkmiş şəxs2 da təxminən bir ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs2la da rəsmi müqaviləsi yoxdur. Belə ki, orada işçilər tez-tez dəyişdiyinə görə qısa müddətə görə icarə müqaviləsi bağlamır. xx.xx.2021-ci il tarixdə işə gələndə ona məlum olmuşdur ki¸ Bəhram oradan Zahirə məxsus aparatları oğurlayıb aparmışdır. Belə ki, Bəhram orada olan yerin guya özünə məxsus olmasını bildirib Zahiri aldadaraq 500 manatını almış, əlavə olaraq da 2500 manat istəmiş, həmin pulu ala bilmədiyinə görə aparatları oğurlamışdır. Əslində həmin yer onun özünə məxsusdur, xüsui mülkiyyətdədir və satılmır. Bəhramın da həmin yerə heç bir aidiyyəti yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Nizami prospekti 50 ünvanında yerləşən X16 telefon alqı-satqısı və təmiri bölməsində icarədə olan yerlərin nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs il yarımdır ki, tanıyır. Belə ki, Bəhram 2019-cu ilin sonlarında onun işlədiyi bölmənin küçə tərəfində, çöldə küçə ticarətinin qarşısını almaqla məşğul olurmuş. Telefon bölməsində i şləyən Zərərçəkmiş şəxs2 da bir ildir ki, tanıyır. Belə ki, Zahir həmin bölmədə icarəyə yer götürüb telefon təmiri ilə məşğul olur. Bəhram səlahiyyətlərinə aid olmayan məsələrə qarışdığı üçün rəhbərlik Bəhramı işdən azad etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Bəhram yerə görə Zahirdən qanunsuz olaraq 3000 manat pul istəmiş, 500 manatını almış, Zahir məsələdən xəbərdar olandan sonra qalan 2500 manatı vermədiyinə görə xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bəhram gizli olaraq mağazaya girib Zahirin 6000 manata aldığı qoşa aparatları oğurlamışdır. Bəhramın həmin yerlə heç bir əlaqəsi yoxdur, sadəcə yerin özünə aid olduğunu yalandan bildirməklə Zahiri aldadıb pulunu almışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıyır. Belə ki, Bəhramın yeznəsi “Qaqqili” kimi tanıdığı mərhum Mübarizlə müsasibəti olmuş, rəhmətlik Mübarizin vasitəsi ilə Bəhramı tanımışdır. Bəhramla elə bir dostluq münasibəti yoxdur, sadəcə salam-kalamı var. 2021-ci ilin may ayının 20-də mərkəzi univermağın telefon bölməsinə gəlib adını bilmədiyi, lakin sifətdən tanıdığı ustaya telefon vermişdir ki, telefonunu düzətsin. Sonradan işi olduğu üçün gəlib telefonu götürə bilməmişdir. 27 may 2021-ci il tarixdə, səhər saat 08 radələrində ustadan telefonu götürmək üçün mərkəzi Univermağın telefon bölməsinə gəlmiş və ustadan telefon götürüb çıxanda Bəhramla görüşmüşdür. Həmin vaxt Bəhram ona univermağın içərisindəki vitrində özünün əşyalarının olduğunu bildirmiş və həmin əşyaları götürüb taksiyə qoymaqda ona köməklik etməsini xahiş etmişdir. O da Bəhramın xahişi ilə həmin əşyaları, yəni iki ədəd aparatı tanımadığı taksiyə qoymaqda köməklik etmişdir. O, Bəhramın orada nəzarətçi işlədiyini bildiyinə görə çəkinmədən Bəhramla birlikdə həmin əşyaları Bəhramın danışdığı tanımadığı takisyə qoymuşdur. Bundan sonra özü avtomobildə arxada oturmuş, Bəhram da qabaqda oturmuşdur. Bəhram onun evə gedəcəyini bilib xahiş etmişdir ki, ilk öncə onu düşürtsün, sonra özü evin gedər. O, taksi ilə yaşadığı binanın qarşısına gəldikdə Bəhrama zəng gəlmiş və Bəhram kiminləsə də danışıb həmin əşyaları da taksidən düşürtmüşdür. Bəhramdan nə baş verdiyini soruşduqda, Bəhram həmin əşyaların pul borclu olan başqa bir şəxsə məxsus olduğunu, həmin əşyaları pulun əvəzində götürdüyünü bildirmişdir. O, bununla bağlı Bəhrama gileylənmiş, lakin Bəhram narahatçılıq olmadığını bildirib məsələni yoluna qoyacağını demişdir.Bundan sonra Bəhram başqa bir taksi avtomobili ilə həmin əşyaları aparıb getmişdir. O da öz evinə qayıtmışdır. Bundan sonra Bəhramaı bir müddət görməmişdir. O, Bəhramın həmin əşyaları oğurladığını sonradan öyrənmişdir. O, şahid qismində əlavə ifadəsində bildirmişdir ki, 27 may 2021-ci il tarixdə, saat 08 radələrində Gəncə şəhər Mərkəzi Univermağın telefon alqı-satqısı və təmir mağazasından Təqsirləndirilən şəxs ilə birlikdə 2 ədəd mobil tefefon üzlüyü təmiri aparatlarını götürmüşlər. Həmin aparatların Zərərçəkmiş şəxs2 məxsus olması əvvəlcədən ona məlum olmamışdır.Bəhram həmin aparatların özünə məxsus olduğunu bildirmişdir. O da məhz buna görə Bəhrama köməklik etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix daxil olmaqla istifadə etdiyi 055 *** ** ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus 055 *** ** ** saylı mobil nömrə ilə danışan zaman Bəhram ona özünə məxsus olan aparatlarının univermağın telefon alqı-satqısı və təmir olan mağazasında qaldığını və həmin aparatları götürmək istədiyini bildirmiş, bunun üçün ondan köməklik istəmişdir. xx.xx.2022-ci il tarixdə Bəhram ona dəfələrlə zəng etmiş, lakin telefonu səssizdə olduğu üçün eşitməmiş, bir qədər keçəndən sonra yenə Bəhram zəng edəndə telefonu açıb Bəhramla danışmış, Bəhram univermağa aparatlarını götürməyə gəldiyini bildirmiş və ondan köməklik istməmişdir. O da Bəhrama univermaqda özünün işi olduğundan Bəhramla oradaca görüşmüş və Bəhramın 2 ədəd apartlarını götürüb aparmışlar. O həmin aparatların oğurluq olmasını bilməmişdir. O, əvvəlki ifadəsində düzgün ifadə verməmiş, çünki bu barədə Bəhramla əvvəlcədən telefon danışıqlarının olduğunu unutmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X20 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən Mərkəzi Univarmaq adlanan yerdə mağazada işləyən Zərərçəkmiş şəxs2 və orada mühafizəçi işləyən Təqsirləndirilən şəxs yaxşı tanıyır, ancaq həmin şəxslərlə yaxın münasibəti olmamışdır.27 may 2021-ci il tarixdə, sahər saat 08 radələrində Mərkəzi Univarmağın telefon alqı-satqısı, təmiri mağazasından Zərərçəkmiş şəxs2 Molbil oğluna məxsus 2 ədəd aparatlarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə sonradan eşitmiş, ancaq bu məsələnin nəyə görə baş verməsi barədə ona heçnə məlum deyil. Kamran, Elnur və Nəriman adlı şəxsləri ola bilsin ki, üzdən tanıyır, ancaq onun və adları qeyd edilən şəxslərin yanında Bəhram və Zahir adlı şəxslər arasında univermaqda olan yerə görə 3.000 manat pul danışığı olmamış, ümumiyyətlə bu barədə söhbət olmasını da eşitməmiş, Təqsirləndirilən şəxs univermaqda yerinin olması ona məlum deyil. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən Mərkəzi Univermaq adlanan yerdə xadimə işləyir, univermağın birinci mərtəbəsinin telefon alqı-satqısı, təmiri işləri ilə məşğul olan mağazanın təmizliyinə baxır.Təmizlik işlərinə səhər tezdən 08:00 dan başlayır və saat 09:00-dək işçilərin və müştərilərin gəlişənə kimi qurtarır. O həmin mağazada işləyən Zərərçəkmiş şəxs2 yaxşı tanıyır, münasibətləri normaldır. Həmiçinin mühafizəçi işləyən Təqsirləndirilən şəxs da tanıyır. 27 may 2021-ci il tarixdə həmişə olduğu kimi işə gəlmiş və özündə olan açarla telefon alqı-satqısı, təmiri işləri ilə məşğul olan mağazanın qapısını açmış və orada təmizlik işləri aparmağa başlamışdır. Təqribən saat 09 radələrinə yaxın vaxtda işini qurtarmış, həmin vaxta kimi Zərərçəkmiş şəxs2 hələ gəlməmişdir. Lakin, bu ərəfədə Təqsirləndirilən şəxs həmin yerə gəlib getdiyini görmüşdür. Bəhramı mağazanın mühafizəçisi kimi bildiyinə görə Bəhramdan şübhələnməmişdir. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs mağazadan, yəni X17 iş yerindən 2 ədəd aparatını oğurlamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən Mərkəzi Univermaq adlanan yerdə mağazada telefon alqı-satqısı ilə məşğul olur. Telefon təmiri ustası Zərərçəkmiş şəxs2 və orada mühafizəçi işləmiş Təqsirləndirilən şəxs yaxşı tanıyır, həmin şəxslərlə normal münasibəti olmuşdur. O, təqribən 1 ildən bir qədər əvvəl mağazada yer götürüb işlədirmiş. Təqribən 3 ay həmin yeri işlətmiş və qazanc götürə bilmədiyinə görə oradan çıxmışdır. Təqsirləndirilən şəxs həmin yeri işlətmək istədiyini bildirdikdə o, Bəhramdan 3 aylıq icarə haqqını ona verməsi müqabilində oradan çıxa biləcəyini bildirmişdir.Beləliklə, Bəhramla həmin yerə görə 800 manata razılaşıb həmin yeri Bəhrama təhvil vermişdir. Bəhram və Zərərçəkmiş şəxs2 həmin yerdə birgə işləyirmiş. Daha sonra o, Bakı şəhərinə getmiş, bir müddət Bakı şəhərində işləmiş və yenə yaşadığı Gəncə şəhərinə qayıtmışdır. Sonradan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında nə baş verdiyindən xəbərsiz olmuşdur. Bəhramın hansı əsasla Zahirdən yerə görə 3.000 manat istəməsini bilmir. Həmin yer Mərkəzi Univermağa aiddir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X15 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X23 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, uşaqlıqdan Eka ləqəbi ilə tanınır, əsl adı Erkindir. Gəncə şəhərində yerləşən Mərkəzi Univarmaq adlanan yerdə mağazada işləyən Zərərçəkmiş şəxs2 və orada mühafizəçi işləyən Təqsirləndirilən şəxs yaxşı tanıyır, ancaq Bəhram və Zahid ilə yaxın münasibəti olmamışdır. 27 may 2021-ci il tarixdə, səhər saat 08 radələrində Mərkəzi Univarmağın telefon alqı-satqısı, təmiri mağazasından Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd aparatların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə sonradan eşitmiş, ancaq bu məsələnin nəyə görə baş verməsi barədə ona heç nə məlum deyildir. Kamran, Elnur və Nəriman adlı şəxsləri ola bilsin ki, üzdən tanıyır, ancaq onun və adları qeyd edilən şəxslərin yanında Bəhram və Zahir adlı şəxslər arasında univermaqda olan yerə görə 3.000 manat pul danışığı olmamış, ümumiyyətlə bu barədə söhbət olmasını da eşitməmiş, Təqsirləndirilən şəxs univermaqda yerinin olması ona məlum deyil. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs üzdən tanımış, ancaq heç bir münasibəti olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs2 2021-ci ilin mart ayında Mərkəzi Univermağın rəhbərliyi ilə danışıb razılaşmış və telefon alqı-satqısı və təmiri mağazasında yer götürüb işləməyə başlamışdır. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs 500 manat pul verməsini tapşırmış, o da qardaşı Zərərçəkmiş şəxs2 dediyi kimi Təqsirləndirilən şəxs 500 manat vermiş, ancaq qardaşı bu barədə ona bir söz demədiyindən həmin vaxt pulu nə məqsədlə verdiyini bilməmişdir. Sonradan qardaşı Zərərçəkmiş şəxs2 ona məlum olmuşdur ki, guya qardaşı Zahirin işlətdiyi yer Təqsirləndirilən şəxs olmuş və həmin yeri Zahirə 3000 manata satmışdır. Bununla da Təqsirləndirilən şəxs qardaşı Zahir aldatmışdır. Sonradan qardaşı Zahirə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs univermaqda heç bir yeri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanın ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda 2 saylı istintaq təcridxanasında saxlanılır. Əvvəllər Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olmuş, Fariz və X8 tanıyır. Sonradan Fariz və Bəhram arasında narazılıqlar yaranmış, X11 işdən ayrılmışdır. xx.xx.2022-ci il tarixdə Farizlə birlikdə Farizin idarə etdiyi ağ rəngli, “Kia Optima” markalı avtomobildə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində gəzirlərmiş. Həmin vaxt saat gecə 01 radələri imiş. Yeni Gəncə qəsəbəsində “Notarius”un yanındakı işıqforda göy rəngli “Opel” markalı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi avtomobilin onları izlədiyini görmüşlər.Həmin vaxt onlar onları izləyən avtomobildə kim olmasını bilməmişlər. Həmin avtomobil işıqfordan sola dönüb keçmiş şənlik evi kimi fəaliyyət göstərmiş tikilinin yanından aralığa dönüb dayanmışdır. Fariz də həmin avtomobilin arxasınca sürüb orada dayanmışdır. Həmin vaxt o, avtomobildə mobil telefonla məşğul olduğundan olanlara diqqət etməmişdir. Fariz avtomobildən düşdükdən bir qədər sonra Farizin qışqıraraq “Ay Bəhram” deməsini eşidib avtomobildən düşmüş və həmin vaxt Bəhramın gəldiyi avtomobildə axra sərnişin oturacağında oturub oradan uzaqlaşaraq getdiyini görmüşdür. Həmin vaxt Farizin bədəni və üzü qan içində imiş. Fariz həmin vaxt Bəhramın bıçaqla Farizi vurduğunu bildirib avtomobilə əyləşmiş, o da Farizin avtomobilini idarə edib Farizi xəstəxanaya aparmışdır. O, ifadəsində həmçinin bildirmişdir ki, hadisə vaxtı Farizin qışqıraraq səsini eşidib avtomobildən düşəndə çöldə Bəhram və Farizdən başqa heç kim yox imiş. O, Farizin sifət nahiyəsinin avtomobilə dəyməsini görməmişdir. Hadisə vaxtı qaranlıq imiş, Bəhramın avtomobiləndə kimlərin olduğunu görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, R.Xəlilov küçəsi, 1-ci döngə, ev 19-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun əridir. Əri Bəhram əvvəllər Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olmuş, həmiçinin orada gözətçi işləmişdir. Sonradan həmin yerdə Samir adlı şəxsə görə Bəhramı işdən çıxartmışlar. Bəhram işdən çıxandan sonra bir müddət evə qapanıb çölə çıxmadan depressiya içərisində yaşamışdır. Günlərin birində Bəramın tanışı Fariz, hansı ki, Samirin dostu və qohumu, gecə vaxtı evlərinə gəlib Bəhramı harasa aparmış, sonradan ona məlum olmuşdur ki, Bəhramı aparıb döyüb və alçaltmışlar. Bundan sonra Bəhram daha da özünə qapanmış, sanki onların üzünə baxa bilmirmiş. O həmişə Bəhrama mənəvi dəstək olmuş, Fariz və Bəhram arasında olan narahatlığa son qoyulmasını istəmiş, Bəhrama Fariz və Samirdən uzaq durmasını tapşırmışdır. Bəhramın bir nəfərə verdiyi 400 manat pulun Fariz tərəfindən xərclənməsinə görə Bəhram daha da özündən çıxmış, əsəblərinə hakim ola bilməmiş və xx.xx.2022-ci il tarixdə Farizi bıçaqla vurmuşdur. O özü bunları sonradan öyrənmişdir. Əvvəlcədən Bəhramın belə bir niyyətinin olmasından xəbəri olmamış, əgər Bəhramın belə bir əməl edəcəyini bilsəydi mane olarmış. Bəhramın belə yola əl ətmasına Fariz və Samir adlı şəxslər şərait yaratmışlar. O, Bəhrama kimisə bıçaqla vurmasını, yaxud öldürməsini tövsiyyə etməmiş, Bəhramın nə üçün elə ifadə verməsini bilmir, heç bir qadın ərini cinayətə yönəltməz. Ola bilsin ki, Bəhram depressiyaya düşəndə onun bir qadın kimi elə düşündüyünü zənn etmiş, bunu belə qəbullanmış, lakin o, Bəhramın kimisə vurmasını istəməmiş, özünə də deməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər Təhsil İdarəsinin məşqçi müəllim vəzifəsində çalışır. Əvvəllər, 2014-cü ildən dörd-beş ay əvvələdək Gəncə şəhər Mərkəzi Univermaqda mobil telefonların alqı-satqısı bölməsində qeyri-rəsmi olaraq nəzarətçi işləmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Belə ki, Bəhram onun dayısı Şakirin vasitəsi ilə tanımışdır. Şakir ondan Bəhramın maddi vəziyyəti çətin olduğuna görə gəlib Mərkəzi Univermaqda çalışmasını xahiş etmiş, o da Şakirə görə müdiriyyətin vasitəsi ilə buna razlıq vermişdir.Sonradan isə Bəhramın univermaqda artıq-əksik hərəkətlər etdiyini, orada problem yaratdığını eşitmiş və ona görə müdiriyyətə bu barədə məlumat verib Bəhramı işdən uzaqlaşdırmışdır. Sonradan Bəhram bir neçə şəxsin, o cümlədən dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə ona söz göndərərək işə bərpa olunmaq üçün xahiş edirmiş. Özünün Bəhramla münasibəti pis olmamış, Bəhrama çox yaxşılığı keçmişdir. Sonradan Bəhram və Fariz arasında 400 manat pula görə anlaşılmazlıq yarandığını, ona görə Bəhramın bıçaqla Farizə xəsarət yetirdiyini eşitmişdir. Belə ki, həmin məsələni Farizin anası Qəndafdan eşitmişdir. Həmçinin sonradan Farizdən eşitmişdir ki, Bəhram polisə verdiyi ifadəsində Farizin onu İmamzadə Kompleksinin yanına apardığını, onun da orada olduğunu, Farizin Bəhramı sillə il vurub alçaltdığını, onun isə bunu videoya çəkdiyini, həmin videonu yayıb Bəhramı rüsvay etdiyini bildirmişdir. Lakin, Bəhramın dedikləri yalandır, həqiqəti əks etdirmir. Belə ki, təxminən iki ilə yaxın olar ki, o, Mərkəzi Univermaqda olarkən Bəhram və yanında tanımadığı şəxslər onunla söhbətə gəlmişlər. Həmin vaxt onların gəlişinin məqsədi onun Bəhramı işə qaytarmaması olmuşdur. Orada Bəhram özündən çıxıb mərkəzi univermağın müdiriyyətinin ünvanına söyüşlər söyərək ona qarşı “gör sənə nə edəcəm” deyib onu hədələmişdir. O isə Bəhrama balasına görə əhəmiyyət verməmişdir. Bir müddət sonra Fariz Bakı şəhərindən ona zəng edərək Bəhramın ona zəng edib ünvanına nalayiq söz işlətdiyini, onu Gəncə şəhərinə görüşə çağırdığını və Bakı şəhərindən taksi avtomobili ilə Gəncəyə gəlməkdə olduğunu bildirmiş, avtomobili olmadığına görə ondan avtomobilini istəmişdir. O da həmin gün gecə saatlarında idarə etdiyi “Hundai Accent” markalı, qara rəngli, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilini Farizə vermiş, özünün də Farizlə getmək istədiyini bildirsə də Fariz buna imkan verməmiş, Bəhramla normal qaydada söhbət edib qayıdacağını qeyd etmişdir. Bir neçə saat sonra Fariz avtomobilini gətirib Bəhramla məsələnin həll olduğunu bildirmiş və Bəhramın bir də heç kimi narahat etməyəcəyini demişdir. O, Farizin Bəhram ilə harada görüşdüyünü, aralarında nə olduğunu bilməmiş, özü orada olmamış, heç kimi videoqeydiyyata almamışdır. Bəhramın bu barədə dedikləri yalandır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid13 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid13 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma xalasıoğludur. Farizlə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. xx.xx.2022-ci il tarixdə,gecə saatlarında xalasıoğlu Fariz ona zəng edərək özünün bir-iki nəfər kişi dostunun gecələməsi üçün onun Yeni Gəncə qəsəbəsində olan boş evinin açarını istəmiş, o isə evinin açarının maklerdə olduğunu bildirib Farizə gözləməsini, maklerlə danışıb açarı alacağını bildirmişdir. Bir qədər keçmiş Farizə zəng etsə də Fariz telefona cavab verməmişdir. Bir qədər sonra isə Fariz özü zəng edərək həyəcanlı şəkildə təcili Gəncə şəhər A.Səhhət adına xəstəxanaya gəlməsini istəmiş, başqa bir söz deməmişdir. O, dərhal taksi avtomobili ilə qeyd edilən xəstəxanaya getdikdə oradan ona bir nəfər yaralı şəxsin həmin xəstəxanaya müraciət etdiyini, lakin vəziyyətinin ağır olduğuna görə X4 yola salındığını bildirmişlər. O da dərhal qeyd edilən xəstəxanaya getmişdir. X5 çatanda Farizin sinə və sifət nahiyələrindən bıçaq xəsarətləri aldığı məlum olmuşdur. Bu barədə dərhal anasına məlumat vermiş, anası da Farizin anası Qəndafa demişdir. Bir qədər keçmiş qohum-əqrəbalar, eləcə də Farizin anası həmin yerə gəlmişlər. Orada bir nəfər hündürboylu, saqqalı şəxs var imiş. Həmin şəxsin adı Kənan imi. Kənan adlı həmin şəxs Fariz bıçaqlananda yanında olduğunu, hadisədən sonra Farizi avtomobillə xəstəxanaya çatdırdığını bildirmişdir. O, xəstəxanada olarkən kiminsə Bəhram adlı şəxsin ünvanına söyüş söydüyünü eşitmiş və belə başa düşmüşdür ki, Farizi bıçaqla vuran Bəhram adlı şəxsdir. Bir-iki gün sonra isə Farizin Tural adlı tanışı ilə xəstəxananın yanında təsadüfən görüşmüş və Turala hadisə ilə bağlı məlumat vermişdir. Tural hadisədən xəbərsiz olduğunu bildirmiş, söhbət zamanı Turala Farizi bıçaqla vuran şəxsin Bəhram olduğunun deyildiyini bildirmişdir. Hadisə ilə bağlı bildikləri bunlardan ibarətdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır və Gəncə şəhər Təhsil İdarəsində mühasib işləyir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında oğlu Fariz idarə etdiyi “Kia Optima” minik markalı, ağ rəngli avtomobili ilə evdən çıxıb ona çörək almaq üçün şəhərin mərkəzinə getmişdir. Təxminən 1-2 saat sonra gecə saatlarında Farizin mobil nömrəsinə zəng edib nə üçün gec gəldiyini soruşduqda Fariz, heç bir söz demədən sadəcə tez bir vaxtda gələcəyini bildirmişdir. Artıq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saatlarında bacısı ona zəng edərək Farizin sifətinin yaralandığını bildirib onu təcili X4 çağırmışdır. O da taksi avtomobili ilə dərhal həmin xəstəxanaya getmiş və oraya çatdıqda artıq ona məlum olmuşdur ki, oğlu Fariz sinə nahiyəsindən və sifə nahiyəsindən bıçaqla xəsarət aldığına görə ağır vəziyyətdə həmin xəstəxanadadır. Orada həmin vaxt dost-tanışlar, qohumlar da var imiş. Həmin vaxt orada gedən danışıqlardan belə məlum olmuşdur ki, oğlu Farizi bıçaqla vuran şəxs tanışı Bəhram adlı şəxs olmuşdur. Belə ki, o, Bəhramı əvvəldən tanıyır. Bəhramı bir dəfə hadisədən bir neçə ay əvvəl oğlu Farizin idarə etdiyi avtomobildə görmüş, oğlu Farizin dostu kimi tanımışdır. Farizlə Bəhramın arasında hər hansı narazılıq, anlaşılmazlıq, mübahisə və ədavət olmasını heç vaxt eşitməmişdir. Hadisəni eşidəndə oğlunu Bəhramın bıçaqla vurması ağlına gəlməyib. Sonradan eşitdiklərinə əsasən, hadisə vaxt oğlunun yanında Kənan adlı şəxs də olmuş və oğlunu yaralı vəziyyətdə xəstəxanaya həmin şəxs aparmışdır. Hadisə ilə bağlı bildikləri bunlardan ibarətdir. O, ifadəsində həmçinin bildirmişdir ki, sonradan həmçinin eşitmişdir ki, Farizlə Bəhramın arasında Mərkəzi Univermaqda işləməklə bağlı nə isə anlaşılmazlıq, narazılıq olmuşdur. Lakin bunun belə bir ağır hadisəyə gətirib çıxaracağını heç kim gözləmirmiş. Həmçinin sonradan eşitdiklərinə əsasən, Farizin 400 manat pulunu kimsə mənimsəmiş, sonra da bu məsələdə Farizin də əlinin olmasını hallandırmışlar. Bu barədə başqa məlumatı yoxdur. Ola bilsin ki, Bəhramın bıçaqla oğluna xəsarət yetirməsinə səbəb elə məhz bu barədə şübhələnməsi olmuşdur Lakin, oğlu Fariz heç kimin bir manat belə puluna toxunmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid15 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid15 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən Gəncə Apellyasiya Məhkəməsində böyük mütəxəssis vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 5 ildir ki, tanıyır, lakin təxminən 2-3 aydır ki, münasibətləri yaranmış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Bununla yanaşı, Səbuhini uşaqlıqdan tanıyır, Səbuhi ilə dostluq münasibətləri var və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təxminən bir aya yaxın olar ki, Səbuhi ondan Bəhram adlı tanışının Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən cinayət işi üzrə barəsində ölkə hüdudlarından kənara çıxmaqla bağlı qoyulmuş qadağanın götürülməsi üçün köməklik etməsini xahiş etmiş və bildirmişdir ki, Bəhramın adını bilmədiyi qaynı ona bu işin həlli üçün 400 manat pul vermişdir. Lakin, o həmin məsələni həll edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Bəhram ona zəng edərək qaynının ona verdiyi 400 manat pulu qaytarmasını istəmiş, o isə həmin pulu ona Bəhramın deyil, Səbuhinin verdiyini bildirib pulu verməkdən imtina etmişdir. Daha sonra Səbuhi ilə birlikdə olarkən Bəhram zəng edərək telefonda ona nalayiq söyüşlər söymüş və “mənim pulumu yeyəni belə edərəm, elə edərəm ....” deyə bildirmişdir. Səbuhi də məhz bu sözlərinə görə Farizin pulunu xərcləməyi ona təklif etmişdir. Ona görə Səbuhi həmin pulu xərcləməyə başlamışdır. Həmin puldan onun avtomobilinə 10 manatlıq benzin tökmüş, həmçinin siqaret almışdır. Daha sonra Fariz, Səbuhi və o özü birlikdə olarkən onların bildirməsinə əsasən, Farizin də həmin məsələdən xəbərdar olmuşdur. Həmi vaxt Fariz, Səbuhiyə pulu sahibinə qaytarmağı təklif etmişdir. xx.xx.2022-ci il tarixdə Farizin xalasıoğlu Şamxalı görmüş və Şamxal ona Bəhramın bıçaqla Farizi vurduğunu bildirmişdir. O, Farizin onların yanında olduğuna görə kiminsə Bəhrama guya həmin 400 manatı xərcləyənlərdən birinin də Fariz olduğunu yalandan bildirməsinə görə hadisənin baş verdiyini düşünür. Lakin, Fariz və Bəhramın arasında əvvəllər nə isə üstündə ədavətləri olmuşdur. O, ifadəsində həmçinin bildirmişdir ki, Farizi Bəhram adlı şəxsin bıçaqla vurduğunu görməsə də bu barədə eşidib. Belə ki, bütün Gəncə şəhəri bilir ki, Farizi bıçaqla vuran Bəhramdır. Bunu həmçinin Farizin xalası oğlu Şamxal da ona bildirmişdir. Hadisə vaxtı Farizin yanında Kənan adlı şəxs olmuşdur, lakin Kənanı tanımır, adını eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxssaxlanıldığı Gəncə şəhər MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş və şübhəli şəxs qismində tutulması üçün qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 mart 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Gəncə şəhər, Nizami RPŞ-yə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 14 gün müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 25 iyul 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Mərkəzi Univermağın, həmin univermağın Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi bölməsinin, müvafiq avadanlıqların oğurlandığı piştaxtanın fotoşəkilləri çəkilmiş, hadisənin videogörüntüsü Mərkəzi Univermağın videomüşahidə kamerasından 01 ədəd DVD diskə köçürülməklə götürülmüş, müvafiq protokol tərtib edilərək çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, cinayətin predmeti olmuş 2018-ci ildə Çin Xalq Respublikası istehsalı olan “918 KHC” markalı mobil telefon üzlüklərinin bərpası funksiyasını yerinə yetirən iki ədəd aparatlar baxış keçirilərək ondan götürülmüş və zərərçəkmiş şəxsin xahişi ilə özünə qaytarılmışdır. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs oğurluq olmuş piştaxtanın guya özünə məxsus olması adı ilə onu aldadıb 500 manat pulunu ələ keçirdiyini, iddia edilən yerə görə əlavə olaraq da 2500 manat pul istədiyini, əslində həmin yerin Təqsirləndirilən şəxslə heç bir əlaqəsinin olmadığını sonuncunun üzünə qarşı bildirmiş, bununla da oğurlanmış əmlaka ehtimal olunan hər hansı hüququn olmasını təkzib etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 21:50-də 33 saniyə, saat 22:23-də 136 saniyə, saat 22:45-də 35 saniyə, saat 22:49-da 23 saniyə, saat 22:51də 22 saniyə, saat 23:01-də 21 saniyə müddətində, xx.xx.2021-ci il tarixdə, saat 17:42-də 57 saniyə müddətində danışıqlar olmuş, xx.xx.2021-ci il tarixdə, saat 07:36:18-dən 07:46:40-dək ardıcıl olaraq 5 dəfə zəng olunmuş və saat 08:12-də 34 saniyə müddətində danışıq olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 26.05.221-ci il tarixdə həqiqətən də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib xx.xx.2021-ci il tarixdə səhər tezdən Mərkəzi Univermaqdan aparatlarını götürmək üçün köməklik etməsini xahiş etmiş və Şahid2 ona köməklik edəcəyinə söz vermiş, xx.xx.2021-ci il tarixdə səhər tezdən Şahid2 dəfələtlə zəng etsə də o, zənglərə cavab verməmiş, sonuncu zəngi açdıqda Şahid2 ilə danışıb qeyd edilən yerdə görüşmüş və birlikdə həmin iki ədəd aparatları aparmış, Şahid2 isə həmin aparatların özünə məxsus olmasını demişdir.Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 may 2020-ci il tarixli “Təqdim etmə, götürülmə və baxış keçirilmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı X7 üzərində olan bir ədəd mayka və bir ədəd köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 mart 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı şübhəli şəxs tərəfindən göstərilənlərin baş vermiş cinayətin mexanizmi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı qeydə alınmış videogörüntü 01 ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4972 nömrəli rəyindən görünür ki, bir ədəd 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, texniki göstəriciləri, yararlılığı, hansı vəziyyətdə olması barədə məlumat olmayan mobil telefonlarının üzlüklərinin bərpası funksiyasını yerinə yetirən, qabaq hissəsinin görünüşü dairəvi formaslı “918 KHC” markalı aparatın internet saytlarının məlumatlarına əsasən, 27 may 2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 800,00 manat, bir ədəd 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, texniki göstəriciləri, yararlılığı, hansı vəziyyətdə olması barədə məlumat olmayan mobil telefonlarının üzlüklərinin bərpası funksiyasını yerinə yetirən, qabaq hissəsinin görünüşü dördkünc formaslı “918 KHC” markalı aparatın qiyməti isə 1000,00 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 06 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 Qulammmirzə oğluna məxsus paltarlar (bir ədəd mayka, bir ədəd göy rəngli kofta, bir ədəd qarışıq naxışlı kofta) üzərində insana məxsus qan aşkar olunmuş, ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 481 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin bir ədəd daxilə nüfuz edərək perikardın və diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ gicgah və sağ yanaq nahiyələrinin yaraları – deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Döş qəfəsinin sol yarısının yarası ağırlıq dərəcəsinə görə həya üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Sağ gicgah və sağ yanaq nahiyələrinin yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 sağ yanaq nahiyəsində olan kəsilmiş yaranın sağalmasından sonra qalan çapıq, izi silinəndir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/738 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin və qolsuz maykanın səthlərində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş qısaqol köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində olan zədə ilə ilkin tibbi yardım zamanı kəsilmiş hissə üst-üstə düşmüşdür. Bu səbəbdən uzunqol köynəyin səthində trasoloji zədə müşahidə olunmur. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 481 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş qısaqol köynəyin və qolsuz maykanın səthində olan zədə müqayisə edilmiş, müəyyən olmuşdur ki, bədəndə yerləşən “qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaralanması...” xəsarəti ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan zədə, qolsuz maykanın səthində olan zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Təqdim olunmuş qısaqol köynəyin və qolsuz maykanın səthində olan zədə qeyd olunan geyim əşyalarının öz aralarında da üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi bıçağı, hadisə yerində olan şəxslərin şəxsiyyətini, o cümlədən hadisənin videogörüntüsünü və Səbuhi adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 alınmış arayışdan görünür ki, X16 rəhbəri Şahid1 tərəfindən yalnız Təqsirləndirilən şəxs və X18 arasında əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilələrə 2020-ci ilin müvafiq dövründə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.1 və 126.1-ci maddələri üzrə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 03 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri, Kəpəz rayon İHB Şıxzamanlı qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır və arvadı-xx.xx.1987-ci il təvəllüdlü X6, qızı-xx.xx.2009-cu il təvəllüdlü X3 və oğlu- xx.xx.2011-ci il təvəllüdlü X13 ibarət ailə tərkibi var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, 2460 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, 2770 nömrəli Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş 26 fevral 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olduğunu bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş 20 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olduğunu bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd köynək və 1 ədəd mayka Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılmış, 02 ədəd “918 KHC” markalı mobil telefon üzlüklərinin bərpası funksiyasını yerinə yetirən aparatlar isə Zərərçəkmiş şəxs2 saxlanılmış və iş üzrə 02 ədəd DVD və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsin məhkəməyə verdiyi ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğurlanmış telefon şüşələrinin bərpası üçün aldığı bir cüt aparatın oğurlanmadığını bildirmələrinöə dair xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və sairə sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir. Məhkəmə sözügedən xüsusatları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı yol verdiyi hüquqazidd hərəkətlərə münasibətdə əməlin tövsifi hissəsində səhvə yol verilmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsilə ittiham irəli sürərkən əməlin xüsusi amansızlıqla törədilməsinin nədə təzahür etdiyini qeyd etməmiş, bununla bağlı təqsirləndirilən şəxsin hansı hərəkəti icra etdiyini, həmin əmələ psixi münasibətini araşdırmamış, qarışıq cümlələr yazmaqla, törədilmiş əmələ hüquqi qiymət verilməsində qeyri-dəqiqliyə yol vermişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Xüsusi amansızlıqla törədilən cinayət əməlləri təhlil olunarkən nəzərə alınmalıdır ki, burada söhbət hər hansı istənilən amansızlıqdan deyil, yanlız xüsusi amansızlıqdan gedir. Çünki şəxsin həyatına təhlükə yaradan, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurulması özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir. CM-in 126.2.3-cü maddəsinin düzgün tətbiq edilməsi, “xüsusi amansızlıq” anlayışının necə başa düşülməsindən asılı olduğu halda, qanunda bu anlayışın meyarları göstərilməmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il 3 saylı Qərarında izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi hallarında mövcud olur. Göründüyü kimi Ali Məhkəmənin Plenumu adı çəkilən qərarında xüsusi amansızlıq anlayışının həm qətlin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olmasından başqa, həmçinin təqsirkarın qəsdinin istiqamətini də qeyd etmişdir. Odur ki, əməlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsə qarşı əməlin xüsusi amansızlıqla törədilməsi təqsirləndirilən şəxsin qəsdi ilə əhatə olunmuşdur. Bu zaman qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalət edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Buradan görünür ki, qanun təqsirkarın törətdiyi əmələ və onun nəticələrinə münasibətini qeyd etmiş olsa da, cinayətin digər əlamətlərinə qanunda münasibət bildirilmir. Lakin törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, və sair əlamətlərin təqsirkarın qəsdinin istiqamətinə təsiri inkar edilməzdir. Xüsusi amansızlıq əlamətini məlum cinayətin subyektiv cəhətini təhlil etmədən aydınlaşdırmaq olmaz. Hər bir halda təqsirkarın təkcə zərərçəkmişə ağır xəsarət yetirməkdən ibarət baş vermiş nəticəyə deyil, həm də əməlin ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibətini aydınlaşdırmaq tələb olunur. Cinayətinin subyektiv cəhətini aydınlaşdırmadan əməli xüsusi amansızlıq əlaməti üzrə tövsif etmək səhvlərə aparıb çıxaracaqdır ki, məlum hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən qanunazidd əməlin tövsifi zamanı da sözügedən səhvə yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1na yetirmiş olduğu xəsarətin xüsusi amansızlıqla yetirilməsi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır xəsarət yetirməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı zərərçəkmişə xeyli miqdarda zərər vurmaqla sonuncuya məxsus əmlakları zərərçəkmişin işlədiyi univermağın müvafiq ayrılmış hissəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri ilə, iş üzrə protokollar ilə və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğurluqdan ibarət əməli düzgün olaraq qiymətləndirilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli o həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 177.2.3 və 177.2.4-cü maddələrində isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulan cəzanı yüngülləşdirən hal mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxssaxlanıldığı Gəncə şəhər MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş və şübhəli şəxs qismində tutulması üçün qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 mart 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Gəncə şəhər, Nizami RPŞ-yə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 14 gün müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 25 iyul 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətindən çıxılmaqla həbsetmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd köynək və 1 ədəd mayka məhv edilməli, 02 ədəd “918 KHC” markalı mobil telefon üzlüklərinin bərpası funksiyasını yerinə yetirən aparatlar isə Zərərçəkmiş şəxs2 saxlanılması və iş üzrə 02 ədəd DVD və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 114 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.3 və 177.2.4-cü cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə isə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona Azərbaycan Respublikası CM-in 126.1, 177.2.3 və 177.2.4-cü cü maddələri ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, toplam 02 (iki) gün müddət, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd köynək və 1 ədəd mayka məhv edilsin, 02 ədəd “918 KHC” markalı mobil telefon üzlüklərinin bərpası funksiyasını yerinə yetirən aparatlar isə Zərərçəkmiş şəxs2 saxlanılması və iş üzrə 02 ədəd DVD və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlundan 114 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar