Məhkəmə qərarları › İş №1(100)-21/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-21/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-21/2025 17.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X6, X2, X5 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri Qasımov Zaur zabil oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2, təqsirləndirilən şəxs və mülki cavabdeh və Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Qazax rayonu üzrə satış nöqtəsinin satıcı-anbardarı vəzifəsinə təyin edilib həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsi və terminalın təhkim əmrinə əsasən ona etibar edilmiş malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsi, sifarişlərin vaxtlı-vaxtında toplanması və təhvil verilməsi, mal-materialların saxlanılmasının təmin edilməsi, malların və satışdan əldə olunmuş vəsaitin qorunub saxlanılması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olan və cinayətdən xəbərsiz Şahid1 səlahiyyətlərini faktiki olaraq birbaşa icra edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Qazax rayon satış nöqtəsinə "xxxx" ASCdə satış təmsilçisi işləmiş cinayətdən xəbərsiz Şahid6 və qeyrilərinə müxtəlif adda və sayda kənd təsərrüfatda istifadə edilən gübrə məhsullarını şifahi qaydada sifariş edərək, xx.xx.2021-ci il tarixli AT00-002367 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002472 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002601 nömrəli, xx.xx.2021-ci il tarixli ST00-002588 nömrəli, xx.xx.2021-ci il tarixli AT-002731 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002772, xx.xx.2021ci il tarixli AT00-002799, xx.xx.2021-ci il tarixli AT00-002843 nömrəli,xx.xx.2021-ci il tarixli AT00-002900, xx.xx.2021-ci il tarixli AT00-003064 nömrəli, xx.xx.2021-ci il tarixli AT00- 003090 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003121 nömrəli, xx.xx.2021-ci il tarixli AT00- 003138 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003221 nömrəli, xx.xx.2021-ci il tarixli AT00- 003266 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003284 nömrəli,xx.xx.2021-ci il tarixli AT00- 003305 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003412 nömrəli, xx.xx.2021-ci il tarixli AT00- 003413 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003415 nömrəli, xx.xx.2021-ci il tarixli AT00- 003738 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-003739 nömrəli təhvil-təslim aktları əsasında Cəmiyyətə məxsus “ammofos apatit phosagro”, “ammofos evroxim” “ammonium nitrat evroxim”, 1 kisə “kalium nitrat/kemapco”, “kalium sulfat/İCL Nova”, “kalsium Nitrat/Himdiviziyon”, “karbamid marka B/Socar”, “Nitroammofos/ minudobreniya”, “qarğıdalı toxumu 72may80” və “buğda toxumu 100 R1/kuban zerno” adlı ümumilikdə 182,079.12 kq və 2 kisə gübrə və kənd təsərrüfatı məhsullarını cinayətdən xəbərsiz ASCnin ayrı-ayrı sürücülərdən Tovuz və Qazax rayonlarında qəbul edərək həmin məhsullardan 9,732 kq məhsulu satıb əldə edilən pul vəsaitini şirkətin hesabına ödəsə də, 104,074 (bir yüz dörd min yetmiş dörd) manat dəyərində 172.347,12 kq və 2 kisə gübrə və kənd təsərrüfatı məhsullarının satışından əldə olunan ümumilikdə Cəmiyyətə məxsus 104,074 (yüz dörd min yetmiş dörd) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə "xxxx" ASC-ə məxsus cəmi 104.074 (bir yüz dörd min yetmiş dörd) manat məbləğində pul vəsaitini ələ keçirib vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilməmiş və mülki iddianı qəbul etməyərək göstərmişdir ki, 2021-ci ilin mart ayından etibarən "xxxx" ASC-nin Qazax rayonunda 5 satış məntəqəsi fəaliyyətə başlamış xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" QSC-nin satış məntəqələrindən biri olan Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən icarəyə götürdüyü obyektdə şirkət tərəfindən ona təhvil verilən malların satışı ilə məşğul olmuşdur. Həmin yerdə faktiki mart ayından işləsə də, onunla şirkət arasında əmək müqaviləsi rəsmi olaraq 29 iyun 2021-ci il tarixdə bağlanmışdır. Belə ki, malların satışı işi ilə faktiki olaraq o məşğul olsa da, əmək müqaviləsi onun işçisi olan həmkəndlisi Şahid1 adına bağlanmış, Nemətin səhhətində problemlər olduğuna görə o, işə gəlmədiyindən təhvil-təslim aktlarına özü imza etmişdir. Nemət atasının da təkidi ilə işdən çıxandan sonra 29 iyun 2021-ci ildə şirkətlə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Beləliklə, 2021-ci ilin mart ayından avqust ayının sonlarına qədər şirkət tərəfindən ona verilən gübrə və bitki toxumlarının satışı ilə məşğul olmuş alqı-satqı fermerlərlə şifahi razılaşmalar əsasında həyata keçirilmişdir. Satılan mallara görə ona 3-5 faiz məbləğində bonus ödənişi olunmuşdur. Bəzi hallarda isə mallar fermerlərə nisyə verilmiş, nisyə verilmiş malların qiymətləri sonradan qalxdıqda şirkət məhz yeni qiymətlərlə ödənişin alınmasını tapşırmışdır. Yeni qiymətlərlə ödəniş etməyə narazılıq olduğuna görə 99.000 manat vəsaiti şirkətin bank hesabına keçirə bilməmiş, borcu yaranmışdır. Öz təsərrüfatı üçün şirkətdən təxminən 25.000 manatlıq gübrə almış, gübrə qiymətləri qalxanda həmin mala görə şirkətə ödəməli olduğu məbləğin 41.000 manat olması bildirilmişdir. İşini və şirkətdən öz təsərrüfatı üçün sərfəli şərtlərlə gübrə almaq imkanını itirməmək üçün yaranan borcu hissələrlə bir il ərzində öz hesabına ödəyəcəyini öhdəsinə götürmüş, onunla şirkətin direktor müavini Çingiz adlı şəxs arasında olan razılaşmaya görə şirkət ona mal verməyə, o, isə satışlardan əldə etdiyi bonus gəlirləri hesabına borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin təxminən 3-4 gün sonra şirkət nəinki ona mal verməyi dayandırmış, hətta anbarda olan mallar da götürülmüşdür. Şirkətin Nəsir adlı əməkdaşına iki dəfə 5.000 manat olmaqla cəmi 10.000 manat ödəniş etməsi üçün pul vermiş, 6.000 manat "xxxx" ödəniş sistemi vasitəsi ilə şirkətin hesabına ödəmişdir. 03 dekabr 2021-ci ildə isə 10.000 manat pulu özü şəxsən "xxxx" ASC-nin Bakı şəhərində yerləşən ofisində Sənan Süleymanlıya və Rəşad adlı şirkətin nümayəndəsinə ödəmişdir. Bundan sonra Sənan Süleymanlı ona qalan pulu şirkətin bank hesabına fermer kartları vasitəsi ilə ödəməyi məsləhət görmüş, 2022-ci ilin yanvar ayından mart ayına kimi hissə-hissə olmaqla təxminən 22.000 manat pulu "xxxx" sistemi vasitəsi ilə ASC-nin hesabına ödəmişdir. Onun hazırda şirkətə borcu 56.000 manatdır 2021-ci ilin mart ayından iyul ayına kimi o, Şahid1 adından 860.000 manatlıq verdiyi sifarişə görə şirkət ona 17200 manat bonus verməli olsa da, həmin pul ona verilməmiş, məbləğin 17200 manat olmasını ona şirkətin nümayəndəsi Sənan Süleymanlı bildirmişdir. Həmin pul da borcdan çıxılarsa, onun şirkətə 38.800 manat borcu qalır. Şirkətin əmək müqaviləsi həmin dövrdə Şahid1la olduğundan məhsullar Şahid1 adına göndərilmiş, lakin satış nöqtəsinə rəhbərliyi o, həyata keçirdiyi üçün məhsulları o qəbul etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, ona ümumilikdə 860 000 manatlıq məhsul gəlmiş, həmin dövrdə ödənişdə problem olmamışdır. Son 2 tır məhsulunun pulunun ödənilməməsi isə kartlarla bağlı korrpusiya mübarizə idarəsində aparılan araşdırma dövrünə düşür. Şirkət rəhbərliyi özü ona gübrə məhsulları göndərməkdə maraqlı olmuş, onlardan aldığı gübrəninin dəyərini fermerlərin kartlarında olan dövlətin verdiyi subsidiya hesabına ödəyərək yerdə qalan hissədə gübrələri açıq formada satıb qazanc əldə etmişdir. "xxxx" ASC şirkəti satışa görə bonus verməyi nəzərdə tutulsa da, şirkət tərəfindən ona heç bir ödəniş verilməmişdir. Şirkətin rəhbərliyi ilə münasibətləri əvvəlcə yaxın və yaxşı olmuş, lakin sonradan fermer kartları ilə bağlı prokurorluqda müvafiq araşdırma aparıldığından, ödəniş daxil olmadığı üçün qeyd edilən miqdarda çatışmazlıq yaranmışdır. Özünü hər hansı cinayətdə təqsirli bilmədiyi üçün ona bəraət verilməsini xahiş edir, mülki iddianı isə qəbul etmir və ifadəsində göstərdiyi 38 000 manat hissədə borcu ilə bağlı məsələ mülki xarakterli və müqavilə öhdəlikləri ilə bağlı olduğundan həmin məsələyə ancaq mülki qaydada sonrakı dövrdə baxıla bilər. Şirkət rəhbərliyinin bu işdə marağı və əli olduğu üçün onların da barəsidə tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilmiş Nümayəndə2 Müstəqim oğlu göstərmişdir ki, "xxxx" ASC-nin iddia ərizəsi və ittiham aktında göstərilən gübrə və kənd təsərrüfatı məhsulları Təqsirləndirilən şəxs tərəfindən sifariş edilmiş lakin göndərilmiş mallara görə satış həyata keçirilsə də şirkətə ödəniş edilməmişdir. 2021-ci ilin mart iyun aylarında faktiki rəhbərliyi həyata keçirtsə də həmin satış məntəqəsi Şahid1 adına olmuşdur, bunun səbəbini izah edə bilmir. İyun ayında isə Təqsirləndirilən şəxs ilə müqavilə bağlanılmış və O formal olaraq Nemətin olduğu müddət üçün də bütün işlər faktiki özü gördüyünə görə öhdəsinə götürmüş, özü bunu həm yoxlama təftiş qrupuna, həm də şirkət rəhbərliyinə bildirmişdir. Lakin təxminən 2 ay sonra anbarda malların yoxlanışı həyata keçirildikdə qeyd edilən göndərilən məhsulların anbarda olmadığı və şirkətdən alınmış məhsullara görə heç bir ödəniş edilmədiyi müəyyən olunmuş, buna görə də həmin satış məntəqisnə mal verilməsi dayandırılmış və Elvin barəsindəki materiallar Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilmişdir. İş istintaqda olduğu dövrdə Təqsirləndirilən şəxs tərəfindən satılmış gübrələr və kənd təsərrüfatı məhsulları ilə bağlı şirkətə vurulmuş ziyanla bağlı müəyyən ödənişlər edilmiş və hazırda onun şirkətə 94 000 (doxsan dörd min manat) ziyan ödənilməmiş qalır. Təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini və şirkətə vurulmuş maddi ziyanın ödənilməsi üçün verilmiş mülki iddianın tam təmin edilməsini xahiş edir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2021-ci il fevral ayında sənədləri şirkətə göndərilmiş və 2021-ci il mart ayından "xxxx" ASC-nin Qazax rayonu üzrə satış mərkəzində Təqsirləndirilən şəxs yanında satıcı kimi işə başlamışdır. Şirkəti mallarını Qazax rayonunda Təqsirləndirilən şəxs satsa da, dükanda satıcı kimi onun adı rəsmiləşmişdir. Elvinlə aralarındakı razılığa əsasən sonuncu ona ayda 450 manat əmək haqqı verməli olmuş, o cəmi 15 gün işlədiyinə görə Elvin ona təxminən 300 manat pul vermişdir. O, faktiki olaraq 30 mart 2021-ci ilə kimi "xxxx" QSC-nin Qazax rayonu üzrə satış mərkəzinə işə getmiş, həmin 15 gün müddətində şirkət tərəfindən mağazaya verilən malları özü qəbul etmiş və həmin müddət ərzində işlədiyi satış mərkəzinin heç bir borcu olmamışdır. 30 mart 2021-ci il tarixdən sonra “Covid-19” virus infeksiyasına yoluxduğu üçün işə getməmiş, şirkətdən mal qəbul etməmiş və dəfələrlə Elvinə şirkətin nümayəndəsi olan Nəsirə, işdən rəsmi olaraq azad edilməsi ilə bağlı müraciət etsə də, müxtəlif bəhanələrlə onu 2021-ci ilin iyul ayına kimi işdə saxlamış, əmək müqaviləsinə xitam verməmişlər. 2021-ci il may ayında Təqsirləndirilən şəxs ona şirkətin Tovuz rayonundakı filialına gedərək işdən çıxması ilə bağlı ərizə verməsini, qalan malları ona təhvil verməsini demişdir. O da Elvinlə razılaşaraq birlikdə şirkətinin Tovuz rayonu üzrə satış mərkəzinə getmiş, orada ASC-nin Qərb zonası üzrə adını xatırlamadığı bölgə müdiri ilə görüşüb işdən çıxmaq üçün ərizə vermək istədiyini demiş, lakin bölgə müdiri ona şirkətə 100.000 manatdan çox borcunun olmasını, işdən çıxa bilməyəcəni demişdir. O isə mart ayından sonra şirkətdən mal qəbul etmədiyini demiş, bundan sonra Elvinlə bölgə müdirinin arasında söhbət olmuş, Elvinin Bakıya gedərək rəhbərliklə danışacağını eşitmişdir. Təxminən 3-5 gün sonra şirkətin adını bilmədiyi nümayəndəsi Bakı şəhərindən ona zəng edərək onun adında 100.000 manatdan çox borc olduğunu demiş, o isə xx.xx.2021-ci il tarixdən sonra heç kəsin ona mal vermədiyini heç kəsə borcu olmadığını demiş, həmin şəxs isə Elvinlə danışdıqlarını, Elvinin özünün məsələni həll edəcəyini, narahat olmamasını demişdir. Bundan sonra o, atası ilə Elvinin yanına getmiş, atası Elvinə əsəbləşərək şirkətin pullarını qaytarmasını demiş, şirkətin nümayəndələri Qazax şəhərinə gələrək ondan anbarda olan malları təhvil verməyi tələb etsə də, heç kəsdən mal almadığını və mal təhvil verə bilməyəcəyini demişdir. Elvin özü də orada olmuş və anbarda qalan malları şirkətə təhvil vermişdir. Elvin onun səhhətində problem olduğu üçün işə çıxa bilmədiyinə görə guya o, şirkətdən təhvil aldığı malları Elvinin özünə vermiş, mallara da cavabdeh Elvin özü olmuşdur. 2021-ci ilin iyul ayında o, işdən azad edilmiş və yaranan 105.000 manat çatışmazlığı mal şəklində Elvin təhvil almış, özünün ödəyəcəyini bildirmişdir. İşə getmədiyi və işdən çıxmaq üçün şifahi müraciət etsə də, onun adını formal olaraq satıcı kimi saxlanmasının səbəbini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Şahid1 doğma oğludur. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir, oğlu Nemət 2021-ci ilin mart ayında Elvinin faktiki rəhbəri olduğu "xxxx" QSC-nin Qazax rayonu üzrə satış mərkəzində satıcı kimi işə başlamış, rəhbər Elvin olsa da, satış mərkəzi oğlunun adına rəsmiləşmiş, Nemətə əmək haqqını Elvin vermişdir. Nemət cəmi 15 gün Elvinin yanında işləmiş, sonra səhhətində problem yaranmış, işləyə bilməyəcəyini Elvinə və Nəsir adlı şirkət nümayəndəsinə demişdir. Lakin oğlu Neməti 2021-ci ilin iyul ayına qədər işdə saxlayıb sonra azad etmişlər. Oğlu işdə olmadığı müddəti Elvinin oğlunun adından şirkətdən məhsul sifariş edib alması lakin pulunu ödəməməsindən sonralar 2021-ci ilin may ayında məlumatı olmuşdur. Dəfələrlə Elvinlə söhbət edib oğlunun adına məhsul götürüb borc yaratdığına görə əsəbiləşmiş dəfələrlə təkid etdikdən sonra Elvin şirkətə gedib yazılı ərizə yazmış və Nemətin adında olan borca özünün cavabdeh olduğunu demiş, Elvin özü şirkətə rəsmi işə qəbul edilmiş, Nemət rəsmi olaraq işdən azad edilmiş və Elvinlə aralarında təhvil təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, 2021-ci ilin mart ayının əvəlindən Aqrar İnnovasiya və Təchizat şirkətində Qərb bölgəsi üzrə satış müdiri kimi işləmiş, sonuncu ilə tanışlığı aprel ayının əvvəli Şahid1 adına olan satış nöqtəsinin müdiri olduğunu bildirmişdir. Həmin dövrdə şirkətdə bir neçə satış mənqətəsi olmuşdur. Təqsirləndirilən şəxs malın görülməsini və satışını həyata keçirtdiyini bildirmişdir. 2021-ci il mart aprel aylarında Təqsirləndirilən şəxs xeyli miqdar məhsul göndərilmiş, sonradan sayım zamanı çatışmazlıq olması müəyyən edilmişdir. 2021-ci il may ayında ezam olunmuş, bölgələrdəki satış məntəqələrini yoxlamışdır. Qazax satış məntəqəsində onu Təqsirləndirilən şəxs qarşılamış, anbardakı mallarla tanış olmuş, anbardakı məhsulları sayımını həyata keçirtməmiş, Şahid1 isə sonrakı müddətdə görmüşdür. Elvinə işi özü gördüyü üçün cavabdeh özünün olduğunu Şahid1 adında olan malların öz adına keçirilməsini tələb etmişdir. Sonrakı müddətdə isə təhvil təslim aparılmış, malın dəyəri şirkətə ödənilmədiyi üçün bir dəfə də yük maşını göndərərək məhsullara anbara geri qaytarılmışdır. İşlər bölgə müdiri Nəsir tərəfindən təşkil edilmiş, Elvinə kəsrlə bağlı bildirdikdə özündə pulun ödənişi ilə bağlı çeklər və qəbzlər olduğunu bildirmişdir. Bakıda şirkətdə komissiya təşkil edilərək həmin sənədlər də araşdırılmış, lakin çatışmazlığın mənbəyi dəqiq müəyyən edilməmiş, bundan sonra Elvin bəzi sənədlərinin seyfdə qaldığını demiş, bundan sonra artıq həmin məsələ ilə bağlı tədbir görə bilmədiyini başa düşüb rəhbərliyə müraciət etmişdir. Bir dəfə Elvinin atasının telefonu ilə əlaqə saxladığından onun atası ilə əlaqə saxlayıb borcunun qaytarılması olan çatışmazlığın aradan qaldırılmasını tələb etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid8 bildirdi ki, O ümumi satış müdiri olmuş, bölgə satış müdiri isə Yusifli İlkin olmuşdur. Satış nöqtəsinə satış təmsilçisi, bölgə müdiri isə anbara satış məntəqəsinə nəzarət edir. Satış məntəqəsinə məhsul lazım olduqda sifariş verilmiş, həmin sifariş şirkətdə koordinatora elektron qaydada düşmüş, məhsul hansı anbarda olarsa və daşınması münasibdirsə, həmin anbara yönləndirilmiş və anbardar tərəfindən məhsul yüklənib satış nöqtəsinə göndərilmişdir. Bəzi hallarda satış məntəqəsi öz vəsaiti ilə nağd pul ödəyərək anbardan məhsul götürmüş, öz maşını ilə aparmış, əks təqdirdə isə qeyd edilən qaydada sifariş verilmişdir. Məhsulun dəyərinin ödənilməsinin gecikməsi ilə bağlı ona deyə bilər ki, subsidiya kartlarınan silinmə təxminən 48 saat sonra şirkətin hesabına göndərilmişdir. Nağd formada satış isə sistemdə görünməmişdir. Nağd satışla bağlı sistemdə qeydiyyat aparıldıqda borcun formalaşması kimi aparılır. Satış təmsilçisi isə ödəniş aparılmasını 1 həftə ərzində təmin etməlidir. Şirkətin maliyyə nəzarət palatası isə işçilərin sayından asılı olaraq regionlarda müəyyən yoxlamalar aparmış və çox vaxt bu gizli şəkildə gözlənilməz aparılmışdır. Satış təmsilçisi və koordinator aparılan əməliyyatlara nəzarət etmişdir. Məhkəmə iclasında verilən sualara cavab olaraq bildirdi ki, Şirkətə malları sifariş verən və qəbul edən faktiki Təqsirləndirilən şəxs olsa da Şahid1 hansı səbəbdən rəsmi işçi kimi götürülməsinin səbəblərini bilmir, bu halı 2021-ci il mart ayında aşkar etmiş və bu barədə rəhbərlik qarşısında məsələ qaldırmışdır. Bəzi satış məntəqələri öz qohumlarını cəlb edib əlavə biznes fəaliyyəti göstərsə də işlədiyi şirkət və nümayəndələri qarışmamışdır. Anbardakı məhsullarla bağlı mart aprel ayında satışlar artdığı üçün bankla əlaqə saxladıqda yüklənmələrin olduğu, vəsaitlərin post terminallardan silindiyi bildirilmişdir. Aprel ayında kəsr-çatışmazlıq yəni, məhsul göndərilsə də pulunun gəlmədiyi müəyyən edilmişvə bölgə müdiri İlkin və maliyyə-nəzarət departamentinin əməkdaşlarının iştirakı ilə yoxlama keçirilib müvafiq akt tərtib edilmişdir. Aprel ayından sonrakı dövrdə malların təhvil-təslim edilməsi və Təqsirləndirilən şəxs şirkətin işə götürülməsi təmin edilmişdir. Həmin vaxta qədər isə Elvin satışı təşkil etmiş, müştərilər cəlb etmiş, anbardar isə məhsulları vermişdir. Qazax satış məntəqəsinə göndərilmiş məhsulları Nemət yaxud Elvinin qəbul etməsini bilməmiş, anbarı yoxlayarkən də buna fikir verməmişdir. xx.xx.2023cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs ilə arasında telefon danışığı olsa da məzmununu dəqiq xatırlamır. Satış məntəqəsi açılanda satış təmsilçisi, bölgə müdiri sonra isə şirkəyin satış müdiri tərəfindən anbarın həcmi nəzərə alınmaqla satış məntəqəsi ilə bağlı rəy verilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Nemətin işləmək istəməməsi, Nəsirin Elvinin sənədlərini qəbul etməsi ilə bağlı məlumat verilsə də, həmin tarixdən sonra hansı səbəbdən gübrə məhsullarının satış məntəqəsinə göndərilməsi sifarişin necə verilməsini və məhsulun necə göndərilməsini bilmir. Rəsmi müraciət olmadığı üçün məhsulun göndərilməsinin davam etməsini ehtimal edir. Nemətin verdiyi ərizənin Nəsir tərəfindən sistemə işlənib-işlənməməsi ilə bağlı məlumatı yoxdur. Satış məntəqəsinin verdiyi sifariş satış təmsilçisi tərəfindən təsdiq olunmuşdur. Həmin məhsullar da Təqsirləndirilən şəxs tərəfindən sifariş verilmiş və qəbul edilmişdir. İşə görə bonus alması isə bağlı məsələlərin olmasını xatırlamır. Elvinin faktiki idarədə etdiyi satış məntəqəsi tərəfindən verilmiş sifarişləri görsə də, sifarişin təsdiq edilib edilməməsi kordinatorun səlahiyyətində olmuş, hazırda isə həmin işlər şirkətin təchizat şöbəsi tərəfindən həyata keçirilir. Həmin dövrdə yalnız satış məntəqəsində uyğunsuzluq olduğu halda koordinator tərəfindən müvafiq satışa veto qoyula və satış dayandırıla bilərdi. Nəsirin ona Nemətin işdən çıxmaq istəməsi barədə məlumat verməsini xatırlamır. Təqsirləndirilən şəxs ona müraciət etdiyi tarixi isə xatırlamır. Regional anbarlarda olan məhsulların yerdəyişməsi və hərəkəti barədə məlumatları elektron sistemdə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o "xxxx" QSC-nin Şəmkir anbarının anbardarı, 2021-ci ilin aprel ayından isə Qazax-Ağstafa-Tovuz bölgəsi üzrə bölgəsi üzrə satış təmsilçisi olmuşdur. Ona bölgə satış müdiri zəng edərək Qazax satış məntəqsində Elvina adlı şəxsin şirkətlə işləmək istədiyini bldirmiş, onlarla görüşdükdə Elvin işləri özünün idarə etsə də, faktiki Nemətin işləyəcəyini demiş, mart ayının sonlarında isə Nemət işləmək istəmədiyini bildirmiş, lakin sonradan Elvinlə Nemət öz aralarından razılaşmışlar. Elvin sifarişləri vermiş, O isə sifarişlər qəbul edib anbara yönləndirmişdir. 2021-ci il may ayında kənd təsərrüfatı nazirliyinin elekron sisteminə “TapAgroya” keçilərkən Elvinin adında çatışmazlıq olması aşkar edilmişdir. O İlkinin yoxlama ilə bağlı gəldiyini xatırlayır. Həmin müddətdə 2 ədəd iri tır maşınları ilə gəlmiş, bölgə və satış müdirinə Nemətin işdə işləməmək istəməsi barədə bildirmişdir. Sifarişlər Nemətin adından verilirdi. Satış məntəqəsinin anbardakı qalıq məhsulu şirkətin mərkəzi ofisi görmüş, özü isə həftədə 1 dəfə anbarları yoxlayıb qalıq məhsulların şəkillərini çəkərək mərkəzi ofisə göndərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 göstərdi ki, niyə şirkət tərəfindən Elvinin deyil Nemətin işə götürülməsini bilmir. 2 dəfə audit, özü tərəfindən də anbarlara baxış zamanı sayım keçirilmişdir. Anbarda əlavə məhsullar olsa da, buna qarışmamış, verilən malların əvəzində pul vəsaitinin ödənilməməsini isə sonradan bilmişdir. Nemət aprel ayından işə çıxmadığına görə bu barədə şirkətə məlumat verərək, verilən sifarişləri qəbul etmişdir. Elvin tərəfindən göndərilən sifarişləri kəsmiş və malları göndərmişdir. Şirkət tərəfindən verilən sifarişlərdən imtina edilməsi halları olmamışdır. Malı daşıyan sürücülərin sənəd üzərində Nemət olsa da, malları faktiki qəbul edən Elvinə imza etdirməsinin səbəblərini bilmir. Gübrələrin daşınması isə həmin dövrdə aidiyyəti struktur bölmə və ya sifariş əsasında müxtəlif şirkətlər tərəfindən həyata keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, 26 fevral 2020ci il tarixdən "xxxx" QSC-nin Şəmkir anbarının anbardarı, 2021-ci ilin aprel ayından isə Gəncə-Qazax bölgəsi üzrə bölgə rəhbəri vəzifəsində işləmişdir. Elvini 2021-ci ilin aprel ayından "xxxx" QSC-nin Qazax rayonu üzrə satış nöqtəsinin təmsilçisi kimi tanımışdır. Şahid1 "xxxx" QSC-nin Qazax rayonu üzrə satış nöqtəsinin rəsmi olaraq satıcı-anbardarı vəzifəsində işləsə də, Elvin qeyri-rəsmi olaraq həmin satış nöqtəsini idarə etmişdir. Müqavilə şirkətlə Şahid1 arasında bağlansa da, malların satışını faktiki olaraq Təqsirləndirilən şəxs həyata keçirmişdir. Satış nöqtələrinə, eləcə də Qazax rayonu üzrə satış nöqtəsinə məhsulları sürücülər Tovuz və ya Şəmkir anbarından götürərək çatdırmışdır. Anbar məhsulu sürücülərə, sürücülər isə satış nöqtələrinə təhvil vermiş, sürücülərin Qazax satış nöqtəsində məhsulları Elvinə yaxud Nemətə verməsini bilməmişdir. Bütün məhsulları faktiki olaraq Elvin sifariş vermiş və almış, həmçinin satışı da Elvin həyata keçirmişdir. İlk dəfə o özü həmin satış məntəqəsini yoxlayıb qalıq malları Şirkətin Tovuz anbarına aparmışdır. Elvin bütün işləri özü gördüyünü deyərək malları Şahid1 təhvil almış, lakin faktiki hər hansı məhsul təhvil verilməmiş, Elvin çatışmazlığı özü yaratdığı üçün ödəməyi öhdəsinə götürmüş, anbarda qalan məhsulları O, Elvin və Nemətin iştirakı ilə təhvil alıb anbara qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 göstərdi ki, 2021-ci il avqust ayı və sonrakı dövrdə şirkətə vurduğu zərəri ödəmək üçün Təqsirləndirilən şəxs Tovuz anbardarı Şahid4 5.000, Şəmkir anbardarı Rəşada verdiyi 5.000 manat pullar ona verilmiş və O, həmin pulları şirkətə "xxxx" ASC-nin terminalı vasitəsilə şirkətin hesabına ödəmişdir. Şirkətin Nemətlə müqavilə bağlasa da, işlərin niyə Təqsirləndirilən şəxs tərəfindən görülməsi, malların Tovuz anbarına geri qaytardıqdan sonra Şirkətin rəhbərliyi tərəfindən bununla bağlı hansı tədbirlər görməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, O , "xxxx" ASC-nin Maliyyə Nəzarət departamentinin daxili auditi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs 2021-ci ildən Şirkətin Qazax rayonu üzrə satış nöqtəsinin təmsilçisi kimi tanımışdır. İlk dəfə xx.xx.2021-ci il tarixdə Qazax satış mətəqəsindən audit yoxlaması (sayım) keçirmişdir. Həmin vaxt satış nöqtəsi Şahid1 adına olsa da, Nemət olmamış, Təqsirləndirilən şəxs iştirak etmiş və akta da imzanı Təqsirləndirilən şəxs çəkmişdir. Elvinin deməsinə görə Nemət həmin vaxt xəstə olduğu üçün işə çıxmamış və Nemətin əvəzindən satış nöqtəsini Elvin özü idarə etmişdir. O, faktiki olaraq satış nöqtəsini Təqsirləndirilən şəxs idarə etdiyi görüb ona təklif etmişdir ki, satış nöqtəsini özü idarə edirsə, şirkətlə müqaviləni də özü bağlasın və maddi məsul şəxs də özü olsun. Elvin isə artıq şirkətə müraciət etdiyini bildirmişdir. Qazax satış nöqtəsində xx.xx.2021-ci il tarixdə .”Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin “Anbar qalıqlarının sayımının nəticələri haqqında” 9127 nömrəli akt onun tərəfindən tərtib edilmiş, audit yoxlaması (sayım) həyata keçirtmiş, həmin sayımda satış nöqtəsinin anbardar-satıcısı Təqsirləndirilən şəxs iştirak etmişdir. Sayım zamanı anbarda heç bir məhsul olmamış, Təqsirləndirilən şəxs şirkət tərəfindən anbarda olan məhsulların geri götürüldüyünü bildirmişdir. Şirkətə məxsus “Bitrix” proqramında anbarda 104.144,48 manat dəyərində məhsulun olduğu qeyd edildiyi üçün həmin aktı tərtib etmiş və Təqsirləndirilən şəxs onun iştirakı ilə imzalamışdır. Təqsirləndirilən şəxs nəyə görə bu qədər çatışmazlıq yarandığını soruşanda Elvin malları tanıdığı şəxslərə nisyə satmasını, həmin şəxslərin fermer kartlarına vəsait köçdükdən sonra çatışmazlığı aradan qaldıracağını bildirmiş, O, da Təqsirləndirilən şəxs həmin məzmunda izahat almışdır. Şirkətin Qazax satış məntəqəsinin 2021-ci il fevral-iyun aylarında Şahid1 adına rəsmiləşdirilsə də, niyə Təqsirləndirilən şəxs işə götürülməməsi və ona mal göndərilməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, "xxxx" QSC-nin Tovuz regional anbarında satıcı-anbardar işləyir. Təqsirləndirilən şəxs "xxxx" QSC-nin Qazax rayonu üzrə satış nöqtəsinin təmsilçisi kimi tanımışdır. İstifadə etdikləri elektron proqram vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən sifariş edilən Cəmiyyət məxsus gübrə və sair məhsulları onun işlədiyi Qazax satış məntəqəsinə göndərmişdir. 2021-ci il xatırlamadığı tarixlərdə satış məntəqəsi Şahid1 adlı şəxsin adına rəsmiləşdirilsə də, sifarişləri faktiki olaraq Təqsirləndirilən şəxs vermiş və həmin sifarişlər şirkət rəhbərliyi tərəfindən elektron qaydada təsdiq edilib buraxılmasına icazə verildiyi üçün onun tərəfindən satış məntəqəsinə göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Elvin faktiki işləri görsə də, Nemətin satıcı kimi rəsmiləşdirilməsi, şirkət rəhbərliyinin əvvəlcə Elvinlə deyil, Nemətlə deyil müqavilə bağlamasının səbəbini bilmir. 2021-ci ilin ortalarında sifarişlər artıq Təqsirləndirilən şəxs öz adından sistem vasitəsilə verilmişdir. Şirkətə maddi ziyan dəyməsini və Elvinin satdığı məhsulların pulunu şirkətə ödəməməsini avqust ayında ümumi söhbətlərdən bilmişdir. Şahid6 Elvin tərəfindən ona verilmiş 5.000 manat pulu şirkətin hesabına köçürülməsi üçün bölgə müdiri Şahid3 vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-də sürücü işləyir, işi QSC-nin müxtəlif şirkətlərə məxsus məhsullarını Azərbaycanın bölgələrinə daşımaqdan ibarətdir. Satış nöqtəsinə, bir çox rayonlardakı satış nöqtələrinə gübrə və digər kənd təsərrüfatı məhsulları təhvil aldığı və verdiyi mallar təhviltəslim aktları əsasında rəsmiləşir. "xxxx" QSC-də olan xx.xx.2021-ci il tarixli AT00-003739 nömrəli təhvil-təslim aktındakı “Şahid7” adının qarşısındakı imza ona məxsusdur. O, aktda qeyd edilən "xxxx" ASC-nin Bərdə rayonundakı anbarından satış nümayəndəsi Elçin Şəmilzadədən təhvil almış, həmin məhsulu ASC-nin Tovuz anbarında Təqsirləndirilən şəxs adlı şəxsə təhvil vermişdir. “Təhvil aldı” sözünün qarşısında əvvəlcə Təqsirləndirilən şəxs adı sonradan isə üstündən xətt çəkilərək “Şahid1”in adının yazılmasını dəqiq xatırlamır. Təhvil aldığı malı niyə Qazax satış məntəqəsində deyil Tovuz anbarında Elvinə təhvil verməsinin isə səbəbini bilmir. Yanlış xatırlamırsa, həmin təhvil-təslimdə Elvindən başqa bir nəfər də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, özünə məxsus Kamaz markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə müxtəlif məhsullar daşımaqla məşğuldur. Bununla bağlı olaraq o, "xxxx" ASC-ə məxsus gübrə və digər məhsulları da şirkətin Tovuz rayonunda yerləşən anbarından götürərək ətraf rayonlara, o cümlədən Qazax rayonunda yerləşən satış nöqtəsinə aparmış, daşınma xərclərini ona şirkətin anbardarı işləyən Tovuz rayonu Düz Qırıqlı kənd sakini Orxan adlı şəxs nağd şəkildə vermişdir. O, məhsulları anbardan qəbul edən zaman bu barədə tərtib edilən təhvil-təslim aktına imza etmiş, daha sonra həmin məhsulları aparıb müvafiq təyinat nöqtələrinə təhvil verərək məhsulları təhvil alan şəxslərə imza etdirmişdir. 2021-ci ilin martaprel aylarında bir neçə dəfə "xxxx" ASC-ə məxsus gübrə məhsullarının həmin şirkətin anbardarı olan Orxanın sifarişi ilə Qazax şəhərində yerləşən müxtəlif satış nöqtələrinə daşımış, məhsulları şirkətin anbarından təhvil alan zaman təhvil-təslim aktına imza etmişdir. Aktlar 3 nüsxədə tərtib olunmuş, aktın bir nüsxəsi məhsulları təhvil alan satış nöqtəsi nümayəndəsində qalmış, digər 2 nüsxəsini isə nümayəndəyə imza etdirib şirkətin anbarına təhvil vermişdir. Təqsirləndirilən şəxs da bir neçə dəfə həmin şirkətin mallarını təhvil vermiş və onlar bu barədə təhvil-təslim aktlarına imza etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımasa da, onun işlətdiyi satış nöqtəsinə mal verən zaman həmin satış nöqtəsinin sahibi kimi tanımışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Tovuz anbarından Qazaxa Təqsirləndirilən şəxs gübrə məhsulu aparıb təhvil vermişdir. Orxan adlı anbardar ona məhsulun sifariş edilib aparmasını bildirmiş hər reysə görə 150 manat pul almışdır. Anbardakı məhsulları aparıb təhvil verərkən hər hansı problem olmamış, sayılan malları təhvil vermiş və imzalanmış sənədləri geri anbara vermişdir. Malların təhvil verilməsi zamanı hansı anlaşılmazlıq və problem olduqda mal göndərən şəxslə əlaqə saxlamalı olmuşdur ki, Təqsirləndirilən şəxs münasibətdə buna heç vaxt zərurət yaranmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid11 bildirdi ki, Təqsirləndirilən şəxs Qazax rayon sakini, eyni məhlədə dost olaraq tanımışdır. Elvinə ancaq müəyyən işlərdə gübrə satılması, apar-gətir işlərini, pul və gübrəni tapşırdığı şəxslərə aparıb vermişdir. Elvinin yanında kifayət qədər işçilər olmuş, ayrı-ayrı şəxslərə Aslanbəyli Fərəhli və digər kəndlərə Elvinin göstərişi ilə gübrə aparmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X4 bildirdi ki, fərdi əməklə taksi fəaliyyəti ilə məşğuldur. O əvvəllər Elvinlə onun dükanında Qazaxda məzə satılan yerlərdə işləmişdir. Bir dəfə Bakıya Elvinl payız fəslində müvafiq sənədləri gübrə şirkətin baş ofisinə Çingiz adlı şəxsin yanına getmişdir. Həmin vaxt Elvinlə Çingiz arasında normal xidməti münasibət olmuş bir-birilərinə rəsmi olaraq müraciət etmişlər. Çingiz adlı şəxs özü sənədləri təhlil edib sonradan məlumat verəcəyini demişdir. Gübrə ilə bağlı başqa iştirakı olmuşdur. Elvin ona yolboyu gübrə ilə bağlı hansısa narazılıq bildirməmişdir. Elvin ona malların əskik gəlməsi çatışmazlıq və sair hallarla bağlı nəsə deməmiş, özünü də bu barədə hansısa məlumatı olmamışdır. Qazaxa gübrə gəlmiş həmin gübrələrin satışı ilə bağlı məlumatı olmamışdır. Çingizi Qazax rayonunda ən azı iki dəfə gəlmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs gübrə satışı vaxtında tanımışdır. Onun satdığı gübrələrin təyinat məntəqələrində boşalması ilə məşğul olmuş - fəhləlik etmişdir. Ona gübrələri kisələrdə aparıb boşaldılacağı yer, sayı və miqdarı Elvin bildirmiş, gübrələri ayrıayrı evlərə boşaltmışdır. Elvinin yanında işlədiyi müddətdə gübrə çatışmazlığı və sair hallarla bağlı məlumat verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən məsul olduğu anbar üzrə “Mədaxil olunan mallar - satılan mallar = qalıq mallar” - yəni “182,079.12 kq + 2 kisə - 9,732.00 kq = 172,347.12 kq + 2 kisə” olmalı idi. Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 172,347.12 kq + 2 kisə, yəni cari satış qiymətlərinə uyğun olaraq 104,074.00 (bir yüz dörd min yetmiş dörd) manat çatışmazlıq-əskikgəlmə və 5,000.00 (beş min) manat məbləğində daxil olmuş nağd vəsait nəzərə alınaraq, yekunda 99,074.00 (doxsan doqquz min yetmiş dörd) manat çatışmazlıq yaranmışdır. İş materiallarında olan təhvil-təslim aktları, kassa mədaxil orderi, anbar sayım nəticələri haqqında akt, bank sənədləri, müqavilə və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə auditor hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 99.074,00 manat çatışmazlıq müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “xx.xx.2023-cü il tarixli baxış protokolu”ndan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskdə 2021-ci ilin mart ayından etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə "xxxx" ASC-nin satış təmsilçisi Şahid6 istifadəsində olan *** *** ** **, pərakəndə satış müdiri Şahid8 istifadəsində olan *** *** ** **, satıcı-anbardarı Şahid4 istifadəsində olan 050 *** ** ** mobil nömrələri arasında çox saylı telefon danışıqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən təhvil-təslim aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli AT00-002367 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002472 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002601 nömrəli, xx.xx.2021-ci il tarixli ST00-002588 nömrəli, xx.xx.2021-ci il tarixli AT-002731 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002772, xx.xx.2021-ci il tarixli AT00-002799, xx.xx.2021-ci il tarixli AT00-002843 nömrəli,xx.xx.2021-ci il tarixli AT00-002900, xx.xx.2021-ci il tarixli AT00-003064 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003090 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003121 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003138 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003221 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003266 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003284 nömrəli,xx.xx.2021-ci il tarixli AT00-003305 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003412 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003413 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003415 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003738 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-003739 nömrəli təhvil-təslim aktları ilə , şirkətə məxsus “ammofos apatit phosagro”, “ammofos evroxim” “ammonium nitrat evroxim”, 1 kisə “kalium nitrat/kemapco”, “kalium sulfat/İCL Nova”, “kalsium Nitrat/Himdiviziyon”, “karbamid marka B/Socar”, “Nitroammofos/ minudobreniya”, “qarğıdalı toxumu 72may80” və “buğda toxumu 100 R1/kuban zerno” adlı ümumilikdə 182,079.12 kq və 2 kisə gübrə və kənd təsərrüfatı məhsulları "xxxx" ASC-nin Tovuz rayonundakı anbarında “Qazax rayonunda yerləşən satış nöqtəsində Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-yə əl yazma ilə yazılmış xx.xx.2021 və xx.xx.2021-ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs ASC tərəfindən ona verilmiş məhsulların miqdarını təsdiq etməklə yaranan çatışmazlığı qısa zamanda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Polad Nemətovla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən və xx.xx.2023-cü il tarixli 0002/23 nömrəli məktubdan görünür ki, Şahid1 hər ay 125 manat əmək haqqı ödənilməsi nəzərdə tutulsa da, əlavə bonusların verilməsi nəzərdə tutulmamış, ona görə də sonuncuya hər hansı məbləğdə bonus verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 0002/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" sistemi vasitəsi ilə cəmiyyətin hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 343,44 manat pul ödənilmiş, həmin pul vəsaiti xx.xx.2021-ci il tarixdə satışdan əldə edilmiş, sonuncu tərəfindən cəmiyyətə vurulan ziyan "xxxx" sistemi vasitəsi ilə ödənilməmiş, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulan ziyandan cəmi 20.000 manat pul nağd qaydada cəmiyyətin kassasına ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli, AT01- 000032 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin kassasına 5.000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli, 10776 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin ******************** nömrəli hesabına 5.000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan və tədqiq edilən xx.xx.2021-ci il tarixli, AT01-000175 nömrəli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASCnin kassasına 10.000 manat pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmiş və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2- 3,178.2.1,178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (100)-284/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/39/2-3976/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə axtarışda olan şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış elektron informasiya məlumat sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü azyaşlı qızı Zibeydə Məmmədli var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də istintaq hərəkəti protokollarını, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyini və sənədləri bir-biri ilə müqayisəli şəkildə, məcmu halda araşdıraraq həmin ifadələri, istintaq hərəkəti protokollarını və məhkəmə ekspertiza rəylərini cinayət hadisəsinin mövcudluğu, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olması, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham zərərçəkmiş şəxsin nümayəndəsi, şahid ifadələri və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı dövründə göstərdiyi mülki iddiaçı və zərərəçəkmiş şəxs “X9 Şirkəti” ASC-ilə arasında mülki müqavilə öhdəliklərinin olması, onlardan götürdüyü gübrənin pulunu həmin dövrdə barəsində olan digər cinayət işi ilə bağlı fermer kartlarında olan vəsaitin nağdlaşdırılıb verilməməsinə görə şirkət rəhbərliyinin qərəzli olaraq şikayət etməsi nəticəsində barəsində cinayət işinin başlanmasına münasibətdə qeyd edir ki, həmin xüsusatlar şəxsin öz ifadəsindən başqa digər sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özgə əmlakının ələ keçirtmək niyyətini gübrələrin satışının həyata keçirilməsi adı ilə realizə etmiş, buna görə də məhkəmənin qənaətinə görə məsuliyyətdən yayınmaq, yaxud görüntü yaratmaq məqsədilə cinayətdən xəbərsiz digər şəxsi Şahid1 anbardar-satıcı vəzifəsinə qeyd etdirməklə satış məntəqəsinin sonuncunun adına rəsmiləşdirilməsinə nail olub sonuncunun adından elektron sifariş və qaimələr verərək əldə etdiyi gübrə məhsullarının sonradan ayrı-ayrı şəxslərə pərakəndə satışını həyata keçirərək əldə etdiyi vəsaiti şirkətə ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyanın natura (gübrə) formasında olsa da, ödənilməsinə və barışığa cəhd etməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal olaraq nəzərə alacaqdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadələrində göstərdiyi bütün işləri faktiki o icra etsə də və şirkət rəhbərliyinin bundan məlumatı olsa da, müraciətlərinə baxmayaraq Şahid1 formal olaraq işçi kimi saxlanılmasına münasibətdə məhkəmə həmin halın ayrı araşdırılması üçün Azərbaycan respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və vəzifə səhlənkarlığının əlamətlərinə hüquqi qiymət verilməsi üçün Baş Prokrurorluğa CPM-nin 207.6-cı maddəsinə əsasən ayrıca məlumat veriləcəyini nəzərə alır. “Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarilxi qərarının 5-ci bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərara əsasən dələduzluq cinayəti.....əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır ki, bu da CM-nin ədalət və qanunçuluq prinsipinə tam uyğundur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, ürək xəstəliyindən əziyyət çəkməsini və hazırda müalicə almasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi mümkünlüyünə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən, hazırki məhkəmə baxışları zamanı da insanları inandırmaq və ələ almaq, manipulyasiya etmək “qabiliyyəti”ndən kifayət qədər effektiv şəkildə istifadə etmiş, hazırkı məhkəmə baxışı zamanı da məhkəmədən yayınmaq üçün kifayət qədər səy və təşəbbüs göstərmiş, dəfələrlə məhkəmə iclaslarından yayınmış, barəsindəki digər cinayət işi üzrə “həbs”qətimkan tədbiri seçilməməsini, işi üzrə icraata xitam verilməsini bildirərək məhkəməni aldatmağa cəhd etmiş, barəsində seçilmiş qətimkan tədbirinin digər yüngül qətimkan tədbiri ilə əvəz edilməsinə nail olmağa çalışmışdır. Həmçinin hazırda onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində eyni dövrdə fermer kartları ilə törədilən eynixarakterli cinayət əməlləri təqsirləndirilən şəxsi mənfi xarakterizə edən və şəxsiyyətinin yüksək ictimai təhlükəli olduğunu göstərir. Bundan başqa məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışında bütün mümkün müdafiə vasitələri tükəndikdən sonra müxtəlif üsullarla - o cümlədən bildirdiyinə görə qaşıq udaraq məhkəmə baxışını yubatmaq və ləngitmək üçün sağlamlığa ziyan vurmağa cəhd etməsini, barışıq və dəymiş ziyanın ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası nəticəsində hətta dövlət ittihamçısının təşəbbüsü ilə kifayət qədər müddət (ay yarım vaxt) verilməsinə baxmayaraq on məhkəmə iclasında guya son söz söyləməyə hazır olmadığını, şərait yaradılmadığını bildirərək iclası yubatmaq cəhdlərini Təqsirləndirilən şəxs məhkəmə baxışında sübuta yetirilmiş cinayət əməl üzrə ən aşağı hədd cəza təyinini istisna edən hallar kimi nəzərə almışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs maddənin sansksiyasında nəzərdə tutulmuş orta həddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyinini CM-nin ədalət və qanunçuluq prinsiplərinə uyğun sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.2.-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən fiziki....şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2.-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: CPM-nin 181.2.1-ci maddəsinə əsasən itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; tələb edə bilər. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 771-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cinayət iş üzrə verilmiş mülki iddia isə tam təmin edilməli, X1 dəymiş maddi ziyanın əvəzi olaraq 84074 (səksən dörd min yetmiş dörd) manat, 500 (beş yüz) manat sərbəst auditor xərci və 343 (üç yüz qırx üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 84 917 (səksən dörd min doqquz yüz on yeddi) manat pul tutularaq idddiaçı "xxxx" ASCyə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat X1 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfini olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mülkki iddia təmin edilsin. Mülki cavabdeh X1 dəymiş maddi ziyanın əvəzi olaraq 84074 (səksən dörd min yetmiş dörd) manat, 500 (beş yüz) manat sərbəst auditor xərci və 343 (üç yüz qırx üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 84 917 (səksən dörd min doqquz yüz on yeddi) manat pul tutularaq mülki idddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə maddi sübut olan xx.xx.2021-ci il tarixli AT00-002367 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002472 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002601 nömrəli, xx.xx.2021-ci il tarixli ST00-002588 nömrəli, xx.xx.2021-ci il tarixli AT-002731 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-002772, xx.xx.2021-ci il tarixli AT00-002799, xx.xx.2021-ci il tarixli AT00- 002843 nömrəli,xx.xx.2021-ci il tarixli AT00-002900, xx.xx.2021-ci il tarixli AT00-003064 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003090 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003121 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003138 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003221 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003266 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003284 nömrəli,xx.xx.2021-ci il tarixli AT00-003305 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003412 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003413 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003415 nömrəli, xx.xx.2021-ci il tarixli AT00-003738 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-003739 nömrəli təhvil-təslim aktları və telefon danışıqlarına dair 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti təqsirləndirilən şəxs X3) verildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar