Məhkəmə qərarları › İş №1(100)-210/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-210/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-210/2020 09.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X20 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi- X2, müdafiəçi – Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Cilovdarlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş YusifovAzərSəməndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi, avtomobilin qeydiyyat şəhadətnaməsi ilə X7 adına olsa da, şəxsi mülkiyyətində olan VAZ-21099 minik markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tovuz-Xatınlı avtomobil yolunda üzü Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı olduğu və hadisənin qarşını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, ehtiyatsızlıqdan avtomobili yolun sol tərəfinə aşırmış, həmin vaxt avtomobildə olan sərnişin X13 baş beyin qişalarına, yumşaq toxumasına və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin sınıqları, sağ döş-körpücük oynağının, döş sümüyünün və sağ tərəfliİ, İİ, İİİ qabırğaların sınığı, ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın, sol qaş, sağ almacıq, burun, sağ gicgah, sağ kürək, bel, sol dirsək oynağı, sağ bud, sağ diz oynağı nahiyyələrinin və sağ əlin İİİ barmağının uc falanqasının sıyrıqları, sağ bazunun və qarın nahiyyəsinin sağ yarısının qançırları ilə müşaiyət olunan, həyat üçün təhlükəli olan ehtiyyatsızlıqdan sağlamlığına ağır zərər yetirməklə zərərçəkmiş şəxs X5 ölümünə, avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs isə sağ bazu sümüyünün orta 1/3-ninqapalı, qəlpəli yerdəyişməli sınığı ilə müşayət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ilin aprel ayının 28-də həmkəndlisi Anardan, onun satdığı VAZ-21099 markalı, **-BT- *** dövlət nömrə nişanlı avtomobili almış, lakin avtomobili alarkən vaxt məhdudiyyəti olduğundan sənədləşdirmək mümkün olmamışdır, razılaşmışlar ki, avtomobil onun evində qalacaq səhəri gün avtomobili onun adına sənədləşdirəcəklər. Onun avtomobili idarə etmək üçün sürücülük hüququ və sürücülük vəsiqəsi yoxdur. xx xxxxx 2020-ci il tarixdə Tovuz şəhərində təcili işi olduğundan, Tovuz şəhərinə getmək üçün avtomobil tapa bilməmiş, buna görə Anardan aldığı avtomobili işə salaraq yaşadığı evdən çıxmışdır. Tovuz rayonunun Qədirli kənd parkının yanından keçəndə görmüşdür ki, tanışları Toğrul və İdris parkda gəzirlər. Həmin vaxt saat təxminən 16 radələri olmuşdur. O, avtomobili həmin şəxslərin yanında saxlayıb, xahiş etmişdir ki, onunla birlikdə Tovuz şəhərinə getsinlər. Onlarda razılaşmış və İdris avtomobildə qabaq sağ tərəfdə, Toğrul isə arxa tərəfdə oturmuşdur. O, özünə məxsus VAZ-21099 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili ilə Tovuz şəhər istiqamətində hərəkətinə davam etmiş, Tovuz şəhərinə çatıb, orada təxminən 5-10 dəqiqə işini gördükdən sonra yenidən avtomobildə sükan arxasında oturaraq yaşadığı Cilovdarlı kəndi istiqamətində avtomobilini hərəkət etdirməyə başlamışdır. Avtomobilinin surət göstərici displeyi işləmədiyindən avtomobilin hansı surətlə hərəkətdə olduğunu bilməmişdir. İdarə etdiyi avtomobiliilə Tovuz rayonunun Xatınlı kəndinin ərazisindəki körpünü keçdikdən sonra yolun qarşı tərəfi ilə nömrəsini xatırlamadığı VAZ-2106 markalı avtomobilin Xatınlı kəndi istiqamətində hərəkət etdiyini görmüşdür. O, idarə etdiyi avtomobiliilə həmin VAZ-2106 markalı avtomobili ötmə əməliyatı aparmış və yenidən öz yoluna qayıtmaq istərkən, avtomobilin hər iki qabaq təkəri asfalt örtük üzərinə tökülmüş xırlıqda qəflətən sürüşməyə başlamışdır. O, avtomobilin idarə etməsini itirmiş, avtomobili asfalt yolda saxlaya bilməmişdir. Bu zaman avtomobilin sükanı yerində sağa-sola istiqamətlənməyə başlamış və avtomobil Xatınlı kəndi istiqamətinə görə yolun sol ehtiyyat hissəsinə çıxmış və yolun kənarında olan boruya çırpılmışdır. Həmin anda başı avtomobilin xatırlamadığı hissəsinə dəymiş və huşunu itirmiş, ayılanda isə görmüşdür ki, Tovuz rayonxəstəxanasındadır. Səhəri gün isə xəstəxanada ona məlum olmuşdur ki, hadisə zamanı avtomobilində arxa oturacaqda oturmuş Toğrul aldığı xəsarətlərdən ölmüş, İdrisin isə qolu qırılmışdır. Hərəkətdə olarkən təhlükə onun üçün avtomobilin qabaq təkərlərinin asfalt üzərinə tökülmüş xırlıqda sürüşdüyü anda yaranmış, lakin həmin vaxt hadisə bir anda baş verdiyi üçün hadisənin qarşısını almaq üçün heç nə edə bilməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, avtomobili idarə etmək üçün isə sürücülük hüququ yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu Cilovdarlı kənd sakinləri Təqsirləndirilən şəxs və mərhum X8 tanıyır. Aralarında əvvəllər heç bir ədavət olmamış, qohumluq əlaqəsi yoxdur. xx xxxxx 2020-ci il tarixdə Tovuz rayonu, Qədirli kənd parkında Toğrulla gəzərkən, saat təxminən 16 radələrində dostunun dayısı Təqsirləndirilən şəxs özünə məxsus VAZ-21099 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili ilə onların yanında saxladığını görmüşdür. Azər avtomobildən onu və Toğrulu əli ilə yanına çağırmışdır. Onlarda Azərin yanına getmişlər. Azər onlara Tovuz şəhərinə onunla birlikdə getməyi təklif etmişdir. Onlarda razılaşmışdır. O, avtomobildə qabaq sağ oturacaqda, Toğrul isə arxa sol tərəfdə oturmuşdur. Birlikdə Tovuz şəhərində «Xatınlı işıqforu» deyilən yerə gəlmişlər. Azər həmin yerdə avtomobildən düşmüş, nə isə işi olmuşdur. Onlar isə avtomobildə gözləmişdir. Azər təxminən 3-4 dəqiqədən sonra avtomobilə geri qayıtmış və avtomobilin sükanı arxasında oturaraq avtomobili Tovuz rayonu, Xatınlı kəndi istiqamətində hərəkət etdirməyə başlamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Azərin avtomobilinin surət göstərici qutusu işləmir, ona görə də Azərin avtomobili hansı surətlə idarə etdiyini bilməmişdir. Tovuz rayonu, Xatınlı kəndinin ərazisindəki körpünü keçdikdən sonra qarşı tərəfləri ilə nömrəsini xatırlamadığı VAZ-2106 markalı avtomobilin Xatınlı kəndi istiqamətində hərəkət etdiyini görmüşdür. Azər idarə etdiyi avtomobiliilə həmin VAZ-2106 markalı avtomobili ötmə əməliyatı aparmış və yenidən öz yoluna qayıtmaq istərkən, qəflətən avtomobilin sükanı yerində sağa-sola istiqamətlənməyə başlamışdır. Azər avtomobilin sükanına saxlaya bilməmiş və avtomobil Xatınlı kəndi istiqamətinə görə yolun sol ehtiyyat hissəsinə çıxmışdır. Həmin anda həyacandan özünü itirmiş, ayılanda isə görmüşdür ki, o, həmin yerdə otun içindədir, yerindən qalxanda isə ondan təxminən 20-25 metr aralıda Azərin avtomobilinin otlaq sahəsində ağacın yanında dayandığını, adamların toplaşdığını görmüşdür. Ona görə də avtomobilə tərəf yaxınlaşanda Azərin avtomobilin yanında ayaq üstə, Toğrulun isə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt təcili tibbi yardım avtomobili gəlmiş və Toğrulu xəstəxanaya aparmışdır. O və Azəri isə Mahir adlı həmkəndlisi öz avtomobili ilə xəstəxanaya aparmışdır. Səhəri gün isə xəstəxanada ona məlum olmuşdur ki, hadisə zamanı Toğrul aldığı xəsarətlərdən ölüb. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X4 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Xatınlı kənd sakini X13 onun oğludur, onlar birlikdə yaşayırlar. Toğrul Sumqayıt Dövlət Universitetində tələbə olmuşdur. 2020-ci ilin fevral ayının 2-də Toğrul Sumqayıt şəhərindən yaşadığı Tovuz rayonuna yay tətilinə gəlmişdir. Təqsirləndirilən şəxs da tanıyır, həmkəndlisidir. Aralarında heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında o, Tovuz rayonu, Xatınlı kənd xəstəxanasında işdə olmuşdur. Həmin tarixdə saat təxminən 16 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. Evə çatandan sonra xatırlamadığı həmkəndlilərindən kimisə yaşadığı evə gələrək ona oğlu Toğrulun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və onu Tovuz rayon mərkəzi xəstəxanasına apardıqlarını demişlər. Ona görə də o, də xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, oğlu Toğrul aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu Toğrul və həmkəndlisi İdris Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Tovuz şəhərindən yaşadığı evə qayıdanda Tovuz-Xatınlı avtomobil yolunda Azər avtomobilin idarə etməsini itirərək avtomobili aşırmış və oğlu Toğrulda həmin avtomobildə xəsarət alaraq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid ifadəsində göstərmişdir ki, VAZ-21099 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil texniki şəhadətnamə ilə ona məxsusdur. O, həmin avtomobili xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində həmkəndlisi Tovuz rayonu, Xatınlı kənd sakini Təqsirləndirilən şəxs 4500 manata satmış, lakin vaxt məhdudiyyəti olduğundan sənədləşmə işini apara bilməmişlər. Buna baxmayaraq o, Azərə satdığı həmin avtomobili Azərin evinin həyətinə aparmış, avtomobilin açarlarını isə Azərə təhvil vermişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində eşitmişdir ki, Azər avtomobili Xatınlı kəndi ərazisində aşırıb və bir nəfər sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Azərə satdığı həmin avtomobil üzərində onun heç bir mülkiyyət hüququ yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020ci il tarixli Tovuz RPŞ-nin məsul növbətçisi polis kapitanı tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:35-də Tovuz rayon Mərkəzi Xəstəxanasından həkim Almaz Əsədova növbətçi hissəyə zəng edərək, 1983-cü il təvəllüdlü Tovuz rayonu Qədirli kənd sakini Təqsirləndirilən şəxs qulaq seyvanın, kürək nahiyyəsinin sıyrılmış xəsarəti, 1987-ci il təvəllüdlü Tovuz rayonu Xatınlı kənd sakini Zərərçəkmiş şəxs sağ bazunun 3/1-nin sınığı xəsarəti ilə xəstəxanaya daxil olmaları və 1999-cu il təvəllüdlü Tovuz rayonu Qədirli kənd sakini X6 isə xəstəxanada ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz-Xatınlı avtomobil yolunun Tovuz rayonu Xatınlı kəndindən keçən hissəsində yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu quru olmaqla səthi hamar, maneəsiz, düz profillidir. Baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 6 metrdir. Yolun hər iki kənarlarında üzü Xatınlı kəndi istiqamətinə dayandıqda sol tərəfdə 3 metr, sağ tərəfdə isə 2 metr ehtiyyat hissə vardır. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunda avtomobillərin hərəkəti iki tərəflidir, hərəkəti ayırmaq üçün uzununa ağ qırı-qırıq xətt müəyyən edilmişdir. Avtomobil yolu asfalt beton olmaqla düz profillidir. Hadisə yerində 70 km/saat sürət məhdudlaşdırıcı yol nişanı var. Hadisə zamanı müəyyən edilmişdir ki, VAZ 21099 markalı **-BT-*** dövlət nömrə nişanlı avtomobil üzü Xatınlı kəndi istiqamətinə görə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Xatınlı kəndi istiqamətinə görə yolun sol hərəkət hissəsində yolun ortasında olan qırıq-qırıq ağ xətlərdən başlayaraq yolun sol ehtiyyat hissəsinin doğru çəpinə uzanan 12 metr uzunluğunda tormoz izi vardır, tormoz izinin qurtaracağından yəni yolun sol ehtiyyat hissəsindən başlayaraq sol tərəfdə yerləşən əkin sahəsinə doğru uzanan 28 metr uzunluğunda tormoz izi vardır. VAZ 21099 markalı **-BT-*** nömrəli avtomobilin tormoz izinin başlandığı nöqtədən asıb dayandığı yerə qədər olan məsafə 80 metrdir, sol ehtiyyat hissədən başlayaraq avtomobilin dayandığı yerə qədər olan məsafədə torpaq örtük üzərinə avtomobilin ehtiyyat hissələri eyni zamanda mühərriki səpələnmiş vəziyyətdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020-ci il tarixli “İnsan meyitinin baxışının aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 meyitinin baxışı zamanı müəyyən edilmişdir ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşludur. Meyitə əllə toxunduqda istidir, dəri örtüyü solğundur. Baş tükləri başında tamdır, uzundur. Gözləri qapalıdır. Dili ağız boşluğunda öz yatağında yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tiplidir. Arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmiz zədəsizdir. Əynində şabalıdı rəngli kostyum, şalvar, qırmızı rəngli uzunqol köynək, altında ağ və şabalıdı rəngli tuman vardır. Meyitin başının alın nahiyyəsində, burnu üzərində hər iki sifət nahiyyəsində sıyrıqlar vardır. Meyitin kürək nahiyyəsində isə sıyrıqlar vardır. Meyitin bədəni üzərində başqa heç bir zədə izləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Tovuz RQİ və TBŞ-nin 16/788 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Tovuz rayonunun Cilovdarlı kəndində yaşayan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Tovuz rayonu İcra Hakimiyyəti başçısının Cilovdarlı-Qədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Tovuz rayonunun Cilovdarlı kəndində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxx 2020-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Tovuz rayonu İcra Hakimiyyəti başçısının Cilovdarlı-Qədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı- X10, qızı-X23, oğlu X9 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİHB Cilovdarlı-Qədirli Kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunun Cilovdarlı kəndində qeydiyyatdadır və yaşayır. O kənddə olduğu müddət ərzində həmişə ictimai sabitliyi qorumağa çalışıb, ictimai qaydalara riayət edib, bütün ictimai-siyası tədbirlərdə fəal iştirak edbdir. Bacarıqlıdır, iş görmək qabiliyyəti çox yüksəkdir. İctimaiyyətdə münasibəti səmimidir, yoldaşlarına bütün işlərində köməkdarlıq göstərir, fiziki cəhətdən sağlamdır və vətənpərvərdir. Kənd ahalisi və həmyaşıdları arasında xüsusi hörməti var, ailədə də özünü yaxşı aparır, nümünəvi və tərbiyəlidir. Özü həmçinin ailə üzvləri dövləti və dövlətçiliyi daim dəstəkləyir. Nümayəndəlik tərəfindən əməlləri müsbət xarakterizə olunur. Özü və ailə üzvləri barəsində nümayəndəliyə heç bir ləkələyici və təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2018-ci il tarixli 209 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 Azər Səməndər oğlunun oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2015-ci il tarixli 05 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 Azər Səməndər oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrubi və Tədris Birliyinin (meyitin ekspertizası) rəyindən görünür ki, X5 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Baş beyin qişalarına, yumşaq toxumasına və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin sınıqları, sağ döş-körpücük oynağının, döş sümüyünün və sağ tərəfliİ, İİ, İİİ qabırğaların sınığı, ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın, solqaş, sağalmacıq, burun, sağ gicgah, sağ kürək, bel, sol dirsək oynağı, sağ bud, sağ diz oynağı nahiyyələrinin və sağ əlin İİİ barmağının uc falanqasının sıyrıqları, sağ bazunun və qarınnahiyyəsinin sağ yarısının qançırları bərk küt əşyanın təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişin olduğu avtomobilin aşması nəticəsində əmələ gələ bilməsi inkar edilmir. X5 ölümü meyitin meyitxanada müayinəsi başlanandan 3-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrubi və Tədris Birliyinin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişməli sınığı küt əşyanın təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrubi və Tədris Birliyinin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarər-qulaq seyvanının, kürək nahiyəsinin, əllərin sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətədə olan avtomaşının açması nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli “Əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə tövsif edilmişdir və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli “Başqa yerə qetməmək haqqında” iltizamnan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli 362 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, YusifovAzərSəməndəroğluhazırkıcinayətəməlinitörədərkənözəməlininfaktikixarakterinivəictimaitə hlükəliliyinidərketmişvəhərəkətləriniidarəetməkqabiliyyətindəolmuşdur, yənianlaqlıolmuşdur. Ohal-hazırdadaözhərəkətləriniidarəetməkvəhərəkətlərinəcavabverməkqabiliyyətindədir. YusifovAzərSəməndəroğlununəməliAzərbaycanRespublikasıCM-nin 21.1cimaddəsinintəsirialtınadüşmürvəonunhal-hazırdaməcburimüalicətələblərinəehtiyacıyoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli 8/961 nömrəli Məhkəmə yol nəqliyyatı hadisələri ekspertizasının rəyindən görünür ki, VAZ-21099 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.- sürücü Təqsirləndirilən şəxs avtomobil isürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 1.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İstintaq zamanı zəruri olduğundan Təqsirləndirilən şəxs məxsus VAZ-21099 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmışdır, təqsirləndirilən və zərərçəkmiş şəxslər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmə həllinədək saxlanılması üçün təqsirləndirilən şəxsə təhvil verilmişdir. İstintaq mateiallarında Təqsirləndirilən şəxs soyadı Yusibov kimi yazılmışdır, lakin sonuncunun şəxsiyyətini təsdiq edən sənəddən göründüyü kimi onun soyadı Yusifovdur. Ona görə də onun soyadı Yusifov kimi oxunmuşdur. Təqsirləndirilən şəxs öz ehtiyatsızlığından xəsarət alması faktı üzrə əməlində cinayət tərkibi olmadığı üçün barəsində həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Şahid əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İXM-nin tərkib əlamətləri olmadığından barəsində inzibati xəta haqqında icraata xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Beləlikləcinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilənTəqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin hüquqi varisinnən barışması, iki azyaşlı uşağının olması CM-in 59-cumaddəsinə əsasənonuncəzasını yüngülləşdirən һallarkimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-cimaddəsində nəzərdə tutulancəzasınıağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ”Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “Həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1,56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarınıçəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan VAZ-21099 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və cəzaçəkmənin başlanğıcı tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. İş üzrəməhkəmə məsrəfi olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininhesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan VAZ-21099 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın. Hökmdən onun elan olunduğu, һəbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə һökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində X20 Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar