Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-210/2021 27.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 və Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, sonuncunun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir, ona görə ki, o, şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyul 2020-ci il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həyat yoldaşı və uşaqlarını evlərinə aparmaq məqsədilə qayınatası Şahid2 atası XX.XX.1942-ci il təvəllüdlü, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X2 yaşadığı fərdi yaşayış evinə gəldikdə ilk öncə evin həyətində qayınanası Şahid1 ilə rastlaşıb sonuncunun ona ailəsinə yaxşı baxmadığını irad tutmasından əsəbləşərək sözlü mübahisə etmiş, daha sonra isə səs-küyə gələn Lətif Aslanovun əlindəki ağac parçası ilə ona vurmasından hiddətlənərək zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən təsirlənib aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun əlindəki ağac parçasını alaraq onunla Lətif Aslanovun baş nahiyyəsindən bir dəfə qəsdən vurub ona alın nahiyəsində əzilmiş-cırılmış yara, alın sümüyünün beyinə nüfuz edən qəlpəli basılmış sınığı, baş-beynin ağır dərəcəli əziyi, alın nahiyəsində beyindaxili və subdral hematoma, pnevmosefaliya ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs Lətif Aslanovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi Səadət Aslanova və onun nümayəndəsi Nümayəndə vəsatət verərək Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinə əsasən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişlər. Zərər çəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətlərini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsüf edilməmiş, Təqsirləndirilən şəxs cinayəti xüsusi amansızlıqla törətməklə, onun yol verdiyi hüquqazidd əməllər X2 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxsə verilən ittihamdan görünür ki, o hadisəni zərərçəkmiş şəxsin gəlinin gözləri qarşısında törətmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilən X6 ifadəsində qeyd etmişdir ki, hadisə onun gözləri qarşısında baş vermişdir. İşdə olan ilkin ərizələrə diqqət yetirdikdə görünür ki, X6 hadisə zamanı orada olmuş və o da həmin vaxt xəsarət almışdır. İşdə olan müvafiq məhkəmə-tibb ekspertizasının rəyinə diqqət yetirdikdə aydın olur ki, Səadət Aslanova hadisə zamanı xəsarət almışdır. Bundan başqa zərərçəkmiş şəxs X2 adına verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Lətif Aslanovun ölüm səbəbi kəllə-beyin travması olmuşdur. Bu fakt məhkəmədə tədqiq edilmiş video görüntülərlə də tam təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən cinayət işinin Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinə əsasən təkrar prokurorluğa qaytarılmalmasını məhkəmədən xahiş edir. Məhkəmə vəsatətlə bağlı tərəflərin fikrini dinləyib belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxsin hüquqi varisi Səadət Aslanova və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətlər təmin edilməli, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər Cinayət-prosessual qanunvericiliyinin mənasına görə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu dedikdə, cinayət əməlinin həm faktiki hallar (şəxsə istinad edilən cinayətkar hərəkətlərin və yaxud hərəkətsizliyin faktiki məzmunu), həm də həmin əmələ tətbiq edilən cinayət-hüquqi normanın sərtliyi nöqteyi nəzərindən təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına səbəb olan dəyişdirilməsi başa düşülür. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Səadət Aslanovanın və onun nümayəndəsi Nümayəndə vəsatətləri əsaslı hesab edərək bu qənaətə gəlir ki, baxılan cinayət işi üzrə obyektiv və əsaslı qərarın qəbul edilməsi, eləcə də, bu qərarın qəbul edilməsi müddətində təqsirləndirilən şəxsin hüquqlarının maksimum dərəcədə müdafiə edilməsi üçün ona əlverişli şərait yaradılması məqsədilə X5 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına xitam verilməli, təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ
1. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə vəsatəti təmin olunsun.
2. X5 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına xitam verilsin. 3.Təqsirləndirilən şəxs X5 qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroruna qaytarılsın.
Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov